MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə17/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   91
§ 3. Fiziki şəxslərin mülki fəaliyyət  

qabiliyyətinin dərəjəsinə (həjminə) görə 

differensiasiyası  

1. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə differensiasiyası anlayışı 

«Differensiasiya» latınca «differentia» sözündən olub, «ayırmaq», «fərqləndirmək» mənasını ifadə edir. On-

da, deməli, fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə differensiasiyası dedik-


 

108


də, onların bir-birindən ayrılması və fərqləndirilməsi, müxtəlif qruplara bölünməsi başa düşülür.  

Qeyd etdik ki, bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə və bir bərabərdə tanınır. Bu, o 

deməkdir ki, fiziki şəxslərin mülki hüquq və vəzifələrə malik olmaq imkanları hüquqi cəhətdən eyni və bərabər 

olub, hər hansı bir amildən asılı deyildir. Ona görə də onlar mülki hüquq qabiliyyətinin dərəcəsinə görə müxtə-

lif qruplara bölünmürlər. Amma bundan fərqli olaraq, bütün fiziki şəxslərin hamısı eyni dərəcədə mülki fəaliy-

yət qabiliyyətli hesab edilmirlər. Ona görə ki, mülki qanunvericilik fiziki şəxsin mülki fəaliyyət qabiliyyətini 

onun hərəkəti ilə bağlayır. Hərəkət isə iradəvi xarakterə malik olub, fiziki şəxsin psixi yetkinlik dərəcəsi ilə əla-

qədardır. Belə ki, psixi cəhətdən yetkin olan fiziki şəxs etdiyi hərəkətlərin mənasını, əhəmiyyətini və nəticəsini 

daha dərindən başa düşür. Bu cür fiziki şəxs öz hərəkətlərini ölçüb-biçmək, idarə etmək və bu hərəkətlərə rəh-

bərlik etmək iqtidarında olur. O, öz hərəkətlərinə görə hesabat və cavab vermək, məsuliyyət daşımaq qabiliyyə-

tinə malikdir. 

Psixi cəhətdən yetkinlik isə iki amildən asılıdır: fiziki şəxsin yaşından; fiziki şəxsin psixi saülamlıq vəziyyə-

tindən. Buna görə də, dediklərimizdən belə bir nəticə çıxara bilərik ki, mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin 

yaşı və onun psixi saülamlıq vəziyyəti kimi iki cür amildən asılıdır. Bu isə o deməkdir ki, yaş və psixi saü-

lamlıq kimi meyarlar (amillər) mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə görə fiziki şəxslərin bir-birindən fərq-

lənməsinə, ayrılmasına və müxtəlif qruplara bölünməsnə dəlalət edir. Bax, bu səbəbə görə yaşca və psixi saü-

lamlıq vəziyyəti ilə bir-birindən fərqlənən fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin dərəcəsi (həcmi) müx-

təlif olur.  

Yaş amili baxımından mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə fiziki şəxslərin dörd qrupu 

fərqləndirilir: tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər; tam fəaliyyət qabiliyyətli fiziki şəxslər; nisbi fəa-

liyyət qabiliyyətli fiziki şəxslər; qismən fəaliyyət qabiliyyətli fiziki şəxslər. Burada yaş meyarı əsas götürülür.  

Psixi saülamlıq vəziyyəti baxımından mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə fiziki şəxs-

lərin iki qrupu fərqləndirilir: məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər; mütləq fəaliyyət qabiliyyəti olmayan 

fiziki şəxslər. Burada tibbi meyar əsas götürülür.  

Ə

gər həm yaş, həm də psixi saülamlıq vəziyyəti kimi iki amili birlikdə götürsək, onda fəaliyyət qabiliyyəti-



nin dərəcəsinə (həcminə) görə bütün fiziki şəxslər ümumilikdə altı qrupa bölünür:  

 tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər (7 yaşa kimi azyaşlılar); 



 tam fəaliyyət qabiliyyətli fiziki şəxslər (18 yaşdan yuxarı şəxslər); 

 nisbi fəaliyyət qabiliyyətli fiziki şəxslər (14 yaşdan 18 yaşa kimi şəxslər); 



 qismən fəaliyyət qabiliyyətli fiziki şəxslər (7 yaşdan 14 yaşa kimi şəxslər); 

 məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər; 



 mütləq fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər. 

Fiziki şəxslərin bu cür qruplara ayrılmasının tarixi kökləri qədim Roma hüququna gedib çıxır. Belə ki, Roma 

hüququ hələ neçə əsr bundan əvvəl fiziki şəxslərin fəaliyyət qabiliyyətinin dərəcəsini (həcmini) onun yaşından 

və  ruhi-psixi  saülamlıq  vəziyyətindən  asılı  edirdi.  Roma  hüququ  bu  amillərə  görə  fiziki  şəxsləri,  əsasən,  beş 

qrupa bölürdü: fəaliyyət qabiliyyəti olmayanlar; natamam fəaliyyət qabiliyyətli fiziki şəxslər; fəaliyyət qabiliy-

yəti olan fiziki şəxslər; fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər (ruhi xəstələr və kəmaüıllılar); məhdud fəa-

liyyət qabiliyyətli fiziki şəxslər (israfçılar). Roma hüququnun bu cür göstərişləri sonralar kontinental (roman-

german) hüquq ailəsinə mühüm təsir göstərmişdir.  

2. Tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər  

Yeddi yaşınadək bütün azyaşlılara tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər deyilir. Bu yaşadək, tə-

bii  ki,  azyaşlılar  əqli-psixi  cəhətdən  yetkin  və  bişkin  deyillər.  Onların  öz  etdikləri  hərəkətlərin  əhəmiyyətini, 

mənasını və nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu qəbildən olan fiziki şəxslər öz hərəkətlərini idarə və 



onlara  rəhbərlik  etmək  iqtidarına  malik  deyillər.  Psixi-əqli  cəhətdən  yetkin  olmamaq  həmin  şəxslərə  imkan 

vermir ki, onlar bu və ya digər məsələ barəsində müstəqil surətdə qərar qəbul etsinlər. Bax, bu səbəblərə görə 

də yeddi yaşınadək azyaşlılar hüquqi əhəmiyyəti və mənası olan hər hansı bir hərəkət edə bilmirlər. Bunu nəzə-

rə  alaraq mülki qanunvericilik  yeddi  yaşınadək  azyaşlıların fəaliyyət qabiliyyətinin olmaması barədə  göstəriş 

ifadə edir (MM-in 28-ci maddəsinin 3-cü bəndi). 

Bizim ölkə qanunvericiliyinin müəyyən etdiyi bu qayda qədim Roma hüququ və Almaniya mülki qanunveri-

cilik ənənələrinə uyüun gəlir. Roma hüququ yeddi yaşınadək azyaşlıları «infantes» adlandırırdı. Bu kateqoriya 

azyaşlılar  tam  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər  hesab  edilirdi.  Almaniya  Mülki  Qanunnaməsinin  104-cü 

paraqrafına görə yeddi yaşınadək azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur. Analoæi göstərişi bəzi xarici ölkələ-

rin mülki qanunvericiliyi də ifadə edir. RF-in qanunvericiliyi bunlardan fərqli olaraq, altı yaşınadək azyaşlıları 

tam fəaliyyət qabiliyyəti olmayan şəxslər sayır.  

Sovet mülki qanunvericiliyi altı və ya yeddi yaşınadək azyaşlıların fəaliyyət qabiliyyətinin olmaması barədə 



 

109


göstəriş ifadə etmirdi. RSFSR-in (o cümlədən Azərbaycan SSR-in) köhnə 1964-cü il Mülki Məcəlləsinin 14-cü 

maddəsində, habelə digər sovet müttəfiq respublikalarının mülki məcəllələrinin müvafiq maddələrində on beş 

yaşınadək həddi-büluüa çatmayan şəxslərin xırda məişət xarakterli əqdləri müstəqil bağlamaq hüququ nəzərdə 

tutulurdu. Qanunun ifadə etdiyi bu göstərişdən belə bir nəticə çıxarmaq mümkün idi ki, altı və ya yeddi yaşına-

dək də azyaşlı xırda məişət xarakterli əqdlər bağlaya bilərdi (məsələn, dükandan bulka ala bilməsi və s.). Demə-

li, sovet qanunvericiliyinə görə, on beş yaşınadək həddi-büluüa çatmayanlar qismən də olsa fəaliyyət qabiliyyə-

ti olan şəxslər hesab edilirdilər. 

Bizim ölkənin müasir qanunvericiliyi qəti olaraq yeddi yaşınadək azyaşlıları tam fəaliyyət qabiliyyəti olmayan 

şə

xslər kateqoriyasına aid edir. Bu, o deməkdir ki, həmin kateqoriya həddi-büluüa çatmayanlar öz hərəkətləri ilə 



müstəqil surətdə özləri üçün mülki hüquqlar əldə edə və özləri üçün mülki vəzifələr yarada bilməzlər. Onların hü-

quqi əhəmiyyəti və mənası olan hər hansı hərəkət (məsələn, müqavilə bağlamaq və s.) etməsi istisna edilir, qeyri-

mümkündür.  

Bu cür şəxslər əmlak və digər mülki-hüquqi məsələlər barəsində qərarlar qəbul etmək iqtidarında deyillər. 

Onlar həm də vurduqları zərərin əvəzini ödəməkdən azaddırlar. Bu, o deməkdir ki, yeddi yaşınadək azyaşlıla-

rın mülki hüquq pozuntusuna görə məsuliyyət daşımaq qabiliyyəti yoxdur. Məsələn, altı yaşlı azyaşlı uşaq 

kənddə  yaşayan  şəxsin  ot  tayasına  od  vurub  yandırır.  O,  mülki-hüquqi  məsuliyyətə  cəlb  olunmayacaqdır. 

Analocigöstəriş Almaniya MQ-nin 828-ci paraqrafında ifadə olunmuşdur. 

3. Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər  

Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər odur ki, həmin şəxslər öz hərəkətləri ilə müstəqil surətdə tam 

həcmdə qanunun yol verdiyi bütün mülki hüquqları əldə etmək və bu hüquqları həyata keçirmək, özləri üçün 

tam həcmdə mülki vəzifələr yaratmaq və bu vəzifələri icra etmək, mülki hüquq pozuntusuna görə tam həcmdə 

məsuliyyət daşımaq imkanına malikdirlər. Bu cür şəxslərin mülki fəaliyyət qabiliyyəti qismən, məhdud və nata-

mam yox, tam həcmə malikdir. Bu, o deməkdir ki, tam fəaliyyət qabiliyyəti olan şəxslər qanunla qadaüan olun-

mayan istənilən hüquqi hərəkəti edə bilərlər.  

Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər əqli-psixi cəhətdən tam yetkin və həddi-büluüa çatan şəxslərdir. 

Onlar öz hərəkətlərinin mənasını dərindən başa düşür, bu hərəkətlərin yaratdığı hüquqi nəticələri qabaqcadan 

görür və onlara tam rəhbərlik edirlər. Ona görə də mülki qanunvericilik yalnız on səkkiz yaşına çatan şəxsləri 

tam fəaliyyət qabiliyyəti olan şəxslər hesab edir. Fiziki şəxs ancaq on səkkiz yaşına çatdıqda tam həcmdə mül-

ki-hüquqi fəaliyyət qabiliyyətinə malik olur (MM-in 28-ci maddəsinin 2-ci bəndi). 

On səkkiz yaş fiziki şəxsin mülki yetkinlik yaşıdır. Bütün ölkələrin qanunvericiliyi bu cür, yəni mülki yet-

kinlik yaş həddi müəyyən edir. Almaniyanın, Fransanın, Hollandiyanın, Rusiya Federasiyasının, Yunanıstanın, 

Avstriyanın, Yaponiyanın və digər ölkələrin hüququ fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin tam həcmdə 

müəyyən  yaş  həddinə  çatması  ilə  əmələ  gəlməsi  haqqında  qayda  nəzərdə  tutur.  Məsələn,  Almaniya  MQ-yə 

görə, yetkinlik yaşı 21 yaş həddi hesab olunur (§ 2). Fransa, Norvez, Danimarka,  taliya, Belzika,  ngiltərə və 

digər dövlətlərin qanunvericiliyi də 21  yaş həddini nəzərdə tutur. Yaponiya qanunvericiliyi isə 20 yaşı mülki 

yetkinlik yaşı kimi gütürür (MM-in 3-cü maddəsi).  svezrə qanunvericiliyi də 20 yaş həddini əsas gütürür. RF-

də və Türkiyədə 18 yaş həddi mülki yetkinlik yaşı hesab edilir. Roma hüququna görə, yetkinlik 25 yaşdan başla-

yırdı. Qanun bu  cür  yaş  həddini müəyyənləşdirərkən  fiziki şəxsin şüurunu, dərrakəsini, düşüncəsini, hadisələrə 

qiymət vermək qabiliyyətini, əqlini və psixi yetkinliyini, bir sözlə, sosial-psixoloæi halları nəzərə alır.  

Beləliklə,  fiziki  şəxs  on səkkiz  yaşına  çatdıqda  tam  mülki  fəaliyyət  qabiliyyətli  şəxs  statusu  əldə edir.  Bu 

yaşdan etibarən o, əmlak və digər mülki-hüquqi məsələlər özrə müstəqil surətdə qərarlar qəbul edir, iqtisadi sər-

bəstlik qazanır, əmlak (mülki) dövriyyəsinin tam hüquqlu iştirakçısına çevrilir. Məhz həmin yaşdan başlayaraq 

fiziki şəxs istənilən mülki-hüquqi müqavilə bağlaya bilər, özünə məxsus əmlak özərində sərəncam verə bilər, 

ümumiyyətlə, qanunun yol verdiyi hər hansı hərəkəti edə bilər. Onun müstəqil surətdə öz əmlakı (yaşayış evi, 

torpaq sahəsi, minik avtomobili, pul, qiymətli kaüızlar və s.) özərində sərəncam verməyə dair əqdlər (məsələn, 

alqı-satqı, icarə, kirayə, bağışlama, dəyişmə, girov və digər müqavilələr) bağlamaq hüququ vardır. O, bütün növ 

gəlir və qazancları barədə heç kəsin razılıüı və icazəsi olmadan sərəncam verə bilər.  

On səkkiz yaş həddi fiziki şəxsə sahibkarlıq (kommersiya) dövriyyəsinin professional iştirakçısı olmaq im-

kanı verir. Bu yaşa çatdıqdan sonra o, sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyətinə malik olur. Bu qabi-

liyyətdən istifadə edərək, fiziki şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Bu-

nunla onlar sahibkar statusu qazanırlar. Sahibkar statuslu fiziki şəxslər tam fəaliyyət qabiliyyəti olan şəxslərin 

xüsusi qrupunu təşkil edirlər.  

Fiziki şəxslərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti bir sıra əlamətlərlə xarakterizə olunur:  

 birincisi, sahibkarlıq fəaliyyəti sistemli, sabit, uzunmüddətli və məqsədyönlü həyata keçirilən iqtisadi fəa-



liyyətin bir növüdür; 

 

110


 ikincisi, sahibkarlıq fəaliyyəti əmtəələrin (işlərin, xidmətlərin) istehsalı özrə professional fəaliyyətdir;  

 üçüncüsü, sahibkarlıq fəaliyyəti təsərrüfat fəaliyyətinin qanunla qadaüan edilməyən bütün növləri, o cüm-



lədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirilən müstəqil təşəbbüskarlıq fə-

aliyyətidir;  

 dördüncüsü, sahibkarlıq fəaliyyətinin əsas məqsədi gəlir və ya mənfəəəldə etməkdən, yeni məhsul və 



texnologiya yaratmaqdan ibarətdir;  

 beşincisi, sahibkarlıq fəaliyyəti risk xarakterinə malik olan fəaliyyətdir;  



 altıncısı, sahibkarlıq fəaliyyəti sahibkarın özünün cavabdehliyinə və əmlak məsuliyyətinə əsaslanan fəa-



liyyətdir.  

Tam fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxslər müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. Belə ki, 

onlar mülki hüquq pozuntusuna görə özlərinin əmlakı ilə cavab verirlər. Bu şəxslər başqa fiziki şəxsin şəxsiyyə-

tinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgözar nüfuzuna zərər vurduqda, həmin zərərin əvəzini 

tam həcmdə ödəyirlər.  

On səkkiz yaşına çatması ilə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs olması haqqında ümumi qaydadan 

qanun iki halda istisnaya yol verir. Bu, o deməkdir ki, qanunun nəzərdə tutduüu iki halda on səkkiz yaşına çat-

masa da, fiziki şəxs tam mülki fəaliyyət qabiliyyətli şəxs statusu əldə edə bilər. Bu cür hallara aiddir: 

 emansipasiya halı (MM-in 28-ci maddəsinin 4-cü bəndi); 



 on səkkiz yaşına çatmamış fiziki şəxsin nikaha girməsi halı (MM-in 28-ci maddəsinin 6-cı bəndi). 



4. Emansipasiya  

Emansipasiya (latınca  «emancipatio» — asılılıqdan azad olma) haqqında qayda bizim ölkə qanunvericiliyi 

üçün novelladır, yeni institutdur. Köhnə Mülki Məcəllə bu cür institut nəzərdə tutmurdu. Müasir mülki qanun-

vericilik yaranmış yeni ictimai-iqtisadi vəziyyətin tələbatını nəzərə alaraq, MM-ə emansipasiya halı barədə qay-

da daxil etmişdir. Bu qaydanın tarixi kökləri qədim Roma hüququ ilə bağlıdır. Romada istisna hal kimi fiziki 

şə

xslər (kişilər) imperatorun xüsusi icazəsi ilə 12 yaşda fəaliyyət qabiliyyətli hesab edilə bilərdilər. Emansipasi-



ya haqqında qayda sonralar Almaniya və digər kontinental ölkələrin qanunvericiliyi tərəfindən qəbul edilmişdir. 

Məsələn, Fransa Mülki Məcəlləsinin birinci kitabının 11-ci bölməsində, Italiya Mülki Məcəlləsinin 10-cu böl-

məsində emansipasiyanı tənzimləyən normalar vardır. Bu institutu bir çox xarici ölkələrin qanunvericiliyi tanı-

yır. Yeni ictimai-iqtisadi mühitə uyüun olaraq emansipasiya RF-in, Azərbaycan Respublikasının və digər MDB 

dövlətlərinin mülki məcəllələrində nəzərdə tutulur.  

Emansipasiya  dedikdə,  16  yaşlı  həddi-buluüa  çatmayan  şəxsin  mülki  fəaliyyət  qabiliyyətli  şəxs  elan 

edilməsi  başa  düşülür.  Bunun  nəticəsində  yetkinlik  yaşına  çatmayan  şəxsə  tam  mülki-hüquqi  status  verilir. 

Emansipasiya hadisəsinin əsl mahiyyəti də məhz bundan ibarətdir.  

Emansipasiya haqqında qaydanın tətbiq edilməsi nəticəsində 16 yaşlı şəxs müstəqil surətdə istənilən müqa-

viləni bağlamaq, öz əmlakı özərində sərəncam vermək (satmaq, icarəyə vermək, kirayəyə vermək, bağışlamaq, 

dəyişmək, əvəzsiz istifadəyə vermək, girov qoymaq və s.), qanunun yol verdiyi hər hansı əqdi bağlamaq, bir 

sözlə, bütün mülki-hüquqi məsələlər barəsində sərbəst qərarlar qəbul etmək hüququ əldə edir. Hüquqi əhəmiy-

yəti və nəticəsi olan hərəkətlər edərkən o, valideynlərinin, övladlıüa götürənlərin və himayəçilərin razılıüını və 

icazəsini almaüa borclu deyildir. Məsələn, on altı yaşlı şəxs öz babasının vəsiyyəti əsasında minik avtomobili 

özərində mülkiyyət hüququ əldə edir. Bu şəxs emansipasiya nəticəsində tam mülki fəaliyyət qabiliyyətinə ma-

likdir. Buna görə də o, minik avtomobilini satarkən heç kəsin (valideynlərin, himayəçinin və s.) razılıüını almır. 

Bu şəxsin avtomobili müstəqil surətdə istədiyi şəxsə satmaq ixtiyarı vardır. ×ünki o, emansipasiyalaşdırılmış 

şə

xsdir 

Emansipasiya haqqında qaydanın tətbiq edilməsi iki cür hüquqi fakta (hüquqi tərkibə) əsaslanır. Yalnız qa-

nunda  nəzədə  tutulan  həmin  iki  fakt  müvcud  olduüu  halda  müvafiq  şəxs  emansipasiyalaşdırıla  bilər.  Birinci 



fakt yetkinlik yaşına çatmayan şəxsin 16 yaşı tamam olmasından ibarətdir. Əgər şəxs on altı yaş həddinə 

çatmazsa, onda emansipasiya  haqqında qaydanın tətbiqi istisna edilir, mümkün olmur. Emansipasiyalaşdırma 

üçün vacibdir ki, şəxsin on altı yaşı tamam olsun.  

kinci fakt mümkün olan iki alternativ variantdan birini nəzərdə tutur. Birinci variant mülki yetkinlik 

yaşına çatmayan şəxsin əmək müqaviləsi özrə işləməsindən ibarətdir. Bu halda söhbət on altı yaşı tamam ol-

muş həmin şəxsin əmək müqaviləsi özrə daimi iş (müvəqqəti iş yox) əsasında müstəqil qazanca (gəlirə) malik 

olmasından  gedir.  Əmək  müqaviləsi  özrə  işləməsi,  yəni  əmək  müqaviləsində  tərəf  rolunda  çıxış  etməsi  üçün 

mülki yetkinlik yaşına çatmayan şəxsin əmək hüquq qabiliyyətli, habelə əmək fəaliyyət qabiliyyətli olması tə-

ləb olunur. Əmək hüquq qabiliyyəti və əmək fəaliyyət qabiliyyəti isə, bir qayda olaraq, şəxsin 15 yaşına çatma-

sı ilə yaranır (ƏM-in 42-ci maddəsinin 3-cü bəndi). 

kinci variant mülki yetkinlik yaşına çatmayan şəxsin öz qanuni nümayəndəsinin və ya himayəzinin razı-



 

111


lıüı və icazəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşüul olmasından ibarətdir. Qanuni nümayəndə dedikdə, həmin 

şə

xsin valideynləri, övladlıüa götürənlər başa düşülür. Qanuni nümayəndənin razılıq verməsi ona görə lazımdır 



ki, mülki yetkinlik yaşına çatmayan şəxsin müstəqil surətdə, qanuni nümayəndənin icazəsi olmadan sahibkarlıq 

fəaliyyəti ilə məşüul olmaüa ixtiyarı çatmır. Bu şəxs sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq istədikdə, hökmən 

qanuni nümayəndənin razılıüını almalıdır.  

Bəs mülki yetkinlik yaşına çatmayan şəxsin həyata keçirdiyi fəaliyyətin sahibkarlıq fəaliyyəti olub-olmama-

sını nə ilə isbat etmək olar? Belə halda, birincisi, həmin şəxsin sahibkar kimi dövlət qeydiyyatına alınmasını 

müəyyənləşdirmək lazımdır.  kincisi isə onun həyata keçirdiyi fəaliyyətin sahibkarlıq fəaliyyətinin əlamətlərinə 

(professional, müstəqil təşəbbüskarlıq, kommersiya yönümlü və riskli fəaliyyət olması və s.) uyüun gəlməsini 

təyin etmək gərəkdir. 

Göstərdiyimiz birinci fakt və ikinci fakta daxil olan iki alternativ variantdan, heç olmazsa biri, məcmu halın-

da müvcud olduqda mülki yetkinlik yaşına çatmayan şəxsi emansipasiyalaşdırmaq, yəni onu tam mülki fəaliy-

yət qabiliyyətli hesab etmək üçün imkan yaranır.  

Emansipasiyalaşdırma şəxsin ərizəsi əsasında qəyyumluq və himayəçilik orqanının qərarı ilə həyata keçi-



rilir. Bunun üçün həm də mülki yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin (və ya himayəzinin) 

razılıq verməsi gərəkdir. Razılıq, şübhəsiz ki, yazılı formada verilir. Əgər qanuni nümayəndə razılıq verməzsə, 

onda məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə qərarı mülki yetkinlik yaşına çatmayan şəxsin emansi-

pasiyalaşdırılması — tam fəaliyyət qabiliyyətli sayılması üçün əsasdır.  

Emansipasiya institutu böyük əhəmiyyətə malikdir. Bunun nəticəsində mülki yetkinlik yaşına çatmayan şəxs 

mülki (əmlak) dövriyyədə tam hüquqla subyekt kimi iştirak etmək imkanı əldə edir. Belə ki, emansipasiya hə-

min  şəxsin  mülki-hüquqi  statusunu  mühüm  dərəcədə  dəyişdirir.  O,  tam  fəaliyyət  qabiliyyətli  şəxs  kimi,  tam 

həcmdə mülki hüquqlar əldə etmək, əmək və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər barəsində müstəqil 

surətdə  sərəncam  vermək,  vurduüu  zərərin  əvəzini  ödəmək,  mülki  hüquq  pozuntusuna  görə  məsuliyyət  daşı-

maq, ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün cavab vermək, bir sözlə, bütün lazımi hüquqi hə-

rəkətlər etmək hüququna malik olur. Emansipasiya imkan verir ki, mülki yetkinlik yaşına çatmayan şəxs əmlak, 

qeyri-əmlak, sahibkarlıq, ümumiyyətlə, bütün mülki-hüquqi məsələləri özü, qanuni nümayəndənin (və ya hima-

yəzinin) icazəsi və müdaxiləsi olmadan, müstəqil surətdə həll etsin. 

5. Mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha girməsi  

Fiziki şəxsin fəaliyyət qabiliyyətinin tam həcmdə onun 18 yaşına çatması ilə əmələ gəlməsi haqqında ümumi 

qaydadan mülki qanunvericiliyin  yol verdiyi ikinci istisna hal mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha 

girməsidir. Bunun nəticəsində həddi-büluüa — 18 yaşına çatmayan şəxs tam həcmdə mülki fəaliyyət qabiliyyəti 

ə

ldə edir (MM-in 28-ci maddəsinin 6-cı bəndi). Mülki qanunvericiliyin nəzərdə tutduüu bu qayda ailədə və ni-



kahda ər və arvadın hüquq bərabərliyini təmin etməyə yönəlmişdir. Axı, ailə hüquq münasibətlərində qadınla 

kişinin hüquq bərabərliyi prinsipi ailə hüququnun əsas və fundamental prinsiplərindən biridir. 

Hər bir fiziki şəxsin ailə qurmaq, evlənmək — nikah hüququ vardır. Ailə qanunvericiliyi bu hüququn yaran-

ması  və  həyata  keçirilməsi  üçün  bir  sıra  şərtlər  müəyyən  edir.  Bunlara  nikahın  bağlanma  şərtləri  deyilir.  Bu 

şə

rtlərdən biri ailə qurmaq niyyətində olan şəxslərin minimum yaş həddinə çatmalarından ibarətdir. Söz yox ki, 



nikaha daxil olan fiziki şəxslər cismani, psixoloæi, mənəvi cəhətdən yetkin olmalıdırlar. Bu amilləri nəzərə ala-

raq, ailə qanunvericiliyi kişi cinsindən olan fiziki şəxslər üçün 18 yaş, qadın cinsindən olan fiziki şəxslər üçün 

isə 17 yaş müəyyən edir. Yalnız qanunda nəzərdə tutulmuş bu yaş həddinə çatdıqda ailə qurmaq hüququ yara-

nır. 


Bununla belə, ailə qanunvericiliyi on səkkiz yaşınadək fiziki şəxslərə bəzi müstəsna hallarda nigah münasi-

bətinə  girməyə,  ailə  qurmaüa,  evlənməyə  icazə  verir.  Belə  hallarda  nikah  yaşının  azaldılmasına  yol  verilir. 

Azərbaycan Respublikasının ailə qanunvericiliyi müəyyən edir ki, bəzi müstəsna hallarda rayon (şəhər) icra ha-

kimiyyəti orqanı nigah yaşını bir ildən çox olmayaraq azalda bilər. 

Ş

übhəsiz ki, bu cür müstəsna halların yaranması və nikah yaşının azaldılması müəyyən özrlü səbəblərlə bağlı 



olmalıdır. Amma ailə qanunvericiliyi həmin əsasları müəyyənləşdirmir və onların hər hansı bir siyahısını ver-

mir. Bu cür əsaslara həyatda bəzi hallarda rast gəlmək mümkündür: mülki yetkinlik yaşına çatmamış qızın uşaq 

doüması və ya hamilə olması; faktiki ailə-nikah münasibətlərinin yaranması; oülanın hərbi qulluüa çaüırılması 

və s.  


Nikah yaşının azaldılması və aşaüı salınması üçün göstərilən, habelə digər əsaslardan biri olduqda, maraqlı 

şə

xs rayon (şəhər) icra hakimiyyəti orqanına yazılı ərizə ilə müraciət edir. Nikah yaşının azaldılmasına şəxsin 



qanuni nümayəndəsinin icazə verməsi tələb olunmur. Ərizədə o, nikah yaşının azaldılmasına dəlalət edən əsas-

ları inandırıcı surətdə təsvir etməlidir. Həmin ərizəyə baxaraq, rayon icra hakimiyyəti orqanı nikah yaşının aşa-

üı salınması barədə müvafiq qərar qəbul edir. Həmin qərar əsasında nikah VVADQ orqanında qeydə alınır. Bu-


 

112


nunla on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girmiş hesab olunur. Həmin vaxtdan etibarən o, tam fəaliy-

yət qabiliyyətli sayılır, yəni tam həcmdə mülki fəaliyyət qabiliyyəti əldə edir (nikah emansipasiyası). Bu yolla 

nikaha girən həmin şəxs mülki yetkinlik yaşına — on səkkiz yaş həddinə çatmasa da, nikah münasibətinə 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə