MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah


daxil olduüu vaxtdan bütün mülki-hüquqi m



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

daxil olduüu vaxtdan bütün mülki-hüquqi məsələləri qanuni nümayəndənin (valideynlərin, övladlıüa gö-

türənlərin və ya himayəçinin) razılıüı olmadan, müstəqil surətdə özü həll edir.  

Göstərilən  oxşar  münasibətlərin  tənzimlənməsinə  xarici  ölkələrin  qanunvericiliyi  də  diqqət  yetirir.  svezrə 

qanunvericiliyinə görə, nikaha girməklə şəxs yetkinlik yaşına (həddi-büluğa) çatmış hesab olunur (MM-in 14-

cü maddəsi). Analocigöstəriş Yaponiya qanunvericiliyində də nəzərdə tutulur (MM-in 753-cü maddəsi). Fransa 

qanunvericiliyində şəxs nikaha girməklə emansipasiyalaşır. Almaniya MQ-yə görə, həm kişilər özün, həm də 

qadınlar özün 18 yaş həddi nikah yaşı kimi müəyyənləşdirilir (§ 1303). Ciddi əsaslar olduqda qəyyumluq məh-

kəməsinin qərarı ilə nikah yaşı azaldıla bilər və 18 yaşına çatmamış şəxs nikaha girdiyi vaxtdan tam həjmdə fə-

aliyyət qabiliyyəti əldə edir. 

On səkkiz yaşına çatmayan fiziki şəxsin göstərilən qaydada girdiyi nikah münasibəti onun on səkkiz yaşı ta-

mam olması vaxtına kimi pozula bilər. Nikahın pozulması dedikdə, müxtəlif hüquqi faktlar əsasında onun xitam 

(ləğv) edilməsi başa düşülür. Bu cür faktlara ər-arvaddan birinin ölməsini, yaxud boşanmanı misal göstərmək 

olar. Belə halda, yəni on səkkiz yaşına çatanadək nikah xitam edildiyi halda fiziki şəxs üçün əldə olunmuş mül-

ki fəaliyyət qabiliyyəti tam həcmdə saxlanılır, yoxsa itir?  

Mülki qanunvericilik bu suala da dəqiq olaraq cavab verir: fiziki şəxsin on səkkiz yaşı tamam olmasınadək 

nikah  xitam  edildiyi  halda  onun  əldə  etdiyi  mülki  fəaliyyət  qabiliyyəti  tam  həcmdə  saxlanılır  (MM-in  28-ci 

maddəsinin 6-cı bəndi). Bu, o deməkdir ki, fiziki şəxs on səkkiz yaşa çatanadək öz hərəkətləri ilə tam həcmdə 

mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq, bir sözlə, hüquqi əhəmiyyəti olan istənilən 

hərəkəti etmək şansını itirmir.  

Bəzi hallarda nikah etibarsız hesab edilə bilər. Qanunun nikaha daxil olmaq üçün müəyyən etdiyi lazımi və 

zəruri şərtlər etibarsız hesab edildikdə, nikah da etibarsız sayılır. Əgər bu şərtlərə (nikaha daxil olan şəxslərin 

qarşılıqlı razılıüı, ruhi xəstə olmamaq, yalnız bir rəsmi nikahda olmaq, bir-biri ilə yaxın qohumluq münasibətin-

də olmamaq və s.) əməl olunmazsa, nikah etibarsız hesab edilir. Özü də nikah yalnız məhkəmə tərəfindən eti-

barsız sayıla bilər.  

On  səkkiz  yaşınadək  nikah  məhkəmə  qaydasında  etibarsız  hesab  edildikdə,  müvafiq  şəxs  əldə  etdiyi  tam 

mülki fəaliyyət qabiliyyətini saxlayırmı, yoxsa, itirir? Mülki qanunvericilik bu sualı da cavabsız qoymur: məh-

kəmə mülki yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini itirməsi barədə qərar qəbul edə 

bilər (MM-in 28-ci maddəsinin 7-ci bəndi). Ər (və ya arvad) məhkəmənin müəyyən etdiyi andan tam mülki fəa-

liyyət qabiliyyətini itirir. Mülki qanunvericiliyin bu cür göstəriş ifadə etməsi təsadüfi deyil. Axı, nikahı etibarsız 

hesab  etmək  o  deməkdir  ki,  nikah  əvvəldən  qanunun  müəyyən  etdiyi  şərtlərə  zidd  olmuşdur,  yəni,  o,  hüquqi 

cəhətdən, ümumiyyətlə, müvcud olmamışdır. Beləliklə, nikah etibarsız sayıldıqda, ər (və ya arvad) on səkkiz yaşı 

tamam olana kimi tam mülki hüquqi statusa malik olmur, bu cür tam statusu itirir.  

6. Nisbi mülki fəaliyyət qabiliyyətli fiziki şəxslə

Nisbi mülki fəaliyyət qabiliyyətli şəxsləodur ki, onların yaş həddi on dörddən on səkkizə kimidir. Onlar 

mülki yetkinlik yaşına və həddi-büluüa çatmayan şəxslər kateqoriyasına aiddirlər. Bu cür şəxslər tam həcmdə 

mülki  fəaliyyət  qabiliyyətinə  malik  deyillər.  Ona  görə  də  həmin  kateqoriya  həddi-büluüa  çatmayanlar  nata-

mam (tam olmayan) mülki fəaliyyət qabiliyyəti olan şəxslər də adlanır. Mülki qanunvericiliyə görə, mülki 

yetkinlik yaşına çatmış fiziki şəxslərə nisbətən, onların çox da geniş həcmli fəaliyyət qabiliyyəti yoxdur. Bu, o 

deməkdir ki, nisbi fəaliyyət qabiliyyəti olan şəxslərin qanunun yol verdiyi və qadaüan etmədiyi istənilən hüquqi 

hərəkəti müstəqil surətdə etmək imkanı yoxdur. Amma 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatma-

yanların  mülki  fəaliyyət  qabiliyyətinin  həcmi  kifayət  qədər  əhatəlidir.  Bu,  onların  mülki  (əmlak)  dövriyyədə 

müstəqil surətdə çıxış etmələrinə hazır olmaq səviyyəsinə, habelə əqli yetkinlik səviyyəsinə uyüundur. 

14  yaşından 18  yaşınadək olan şəxslərin mülki fəaliyyət qabiliyyətinin məzmununa daxil olan elementləri 

(hüquqi imkanları) iki yerə bölmək olar:  

 öz qanuni nümayəndəsinin (və ya himayəzinin) razılıüı ilə şəxsin hüquqi hərəkətlər etmək imkanı; 



 heç kəsdən asılı olmadan müstəqil surətdə şəxsin hüquqi hərəkətlər etmək imkanı.  



Öz  qanuni  nümayəndəsinin  razılıüı  ilə  şəxsin hüquqi  hərəkətlər  etmək  imkanı  həmin  şəxsin  qanunda 

nəzərdə tutulan mülki-hüquqi məsələləri yalnız valideynlərinin, övladlıüa götürənlərin və ya himayəçinin icazə-

si ilə həll etməsi şansını ifadə edir. Həmin məsələləri şəxs yalnız öz qanuni nümayəndəsinin razılıüı həll edə 

bilər.  Əgər  o,  qanunla  müəyyənləşdirilən  mülki-hüquqi  məsələlər  barəsində  özü  təkbaşına,  müstəqil  surətdə, 

qanuni nümayəndəsinin razılıüını almadan qərarlar qəbul edərsə, onda bu qərar hüquqi nəticə yaratmayacaqdır, 

onun hüquqi əhəmiyyəti olmayacaqdır. 


 

113


Mülki qanunvericilik şəxsin öz qanuni nümayəndəsinin razılıüı ilə həll etməyə borclu olduüu mülki-hüquqi 

məsələlərin dairəsini müəyyən edir (MM-in 30-cu maddəsinin 1-ci bəndi). Birincisi, 14 yaşından 18 yaşa kimi 

yetkinlik yaşına çatmayan şəxs xırda məişəəqdlərindən başqa, yerdə qalan bütün əqdləri öz qanuni nü-

mayəndəsinin  razılıüı  ilə  bağlayır.  Xırda  məişət  əqdlərinin,  əsasən,  iki  əlaməti  vardır.  Birincisi, bu  əqdlərin 

məbləüi cözi olub və  yuxarı deyil.  kincisi, bu cür əqdlər, bir qayda olaraq, mülki  yetkinlik yaşına çatmayan 

şə

xslərin və onun ailə özvlərinin adi, gündəlik tələbat və ehtiyaclarının ödənilməsinə yönəlir. Məsələn, dükan-



dan süd, qatıq, kolbasa, konfet və digər ərzaq məhsulları almaq hər iki əlamətə uyüun gəldiyinə görə xırda məi-

şə

t əqdləri hesab edilir. 



Xırda məişəəqdləri dedikdə, cözi və böyük olmayan məbləüli elə əqdlər başa düşülür ki, onlar, bir qayda 

olaraq, şəxslərin və onların ailə özvlərinin adi, gündəlik tələbat və ehtiyaclarının ödənilməsinə yönəlir. Bu cür 

ə

qdlər, əsasən, istehlak xarakterinə malikdir. Bax, göstərdiyimiz bu əqdlərin dairəsinə daxil edilməyən və aid 



olunmayan əqdləri 14 yaşından 18 yaşınadək həddi-büluüa çatmayanlar yalnız öz qanuni nümayəndəsinin razı-

lıüı  ilə  bağlaya  bilərlər.  Məsələn,  vəsiyyət  yolu  ilə  babasından  keçmiş  bağ  evini  həmin  şəxsin  satması  və  ya 

özünə minik avtomobili alması və ya dayısının bağışladığı mənzili həddi-büluüa çatmayan şəxsin öz qohumuna 

bağışlaması  və  yaxud  atasının  verdiyi  iri  məbləüli  pulu  digər  şəxsə  borc  verməsi  və  ya  bahalı  qiymətli  zinət 

ş

eylərini girov qoyması və ya bankdan kredit alması və s. xırda məişət əqdləri hesab edilmir. Ona görə də bu 



cür əqdləri bağlayarkən mülki yetkinlik yaşına çatmayan şəxs hökmən öz qanuni nümayəndəsinin razılıüını al-

malıdır. Əks təqdirdə bağlanmış həmin əqd etibarsız sayıla bilər (MM-in 345-ci maddəsinin 1-ci bəndi). 

14 yaşdan 18 yaşınadək mülki yetkinlik yaşına çatmayan şəxs yalnız öz qanuni nümayəndəsinin razılıüı 

ilə  sahibkarlıq  fəaliyyəti  ilə  məşüul  ola  bilər.  Əgər  qanuni  nümayəndə  buna  razılıq  verməzsə,  onda  həmin 

şə

xs sahibkarlıq fəaliyyətini həyata keçirə bilməz.  



Qanuni  nümayəndə  mülki  yetkinlik  yaşına  çatmayan  şəxsin  hüquqi  hərəkətlər  etməsinə  (əqd  bağlamasına, 

sahibkarlıq fəaliyyəti ilə məşüul olmasına və s.) verdiyi razılıüı yazılı formada ifadə edir. Belə ki, həmin şəxs 

ə

qdləri (və digər hüquqi hərəkətləri) öz qanuni nümayəndəsinin yazılı razılıüı ilə bağlayır. Belə çıxır ki, razı-



lıq şifahi formada verilə bilməz. Şifahi formada verilən razılıq hüquqi əhəmiyyətə malik olmur və etibarsız sa-

yılır.  


Razılıüı hər iki valideyn birlikdə verir. Əgər razılıq valideynlərdən biri tərəfindən verilərsə, onda onun hü-

quqi əhəmiyyəti olmayacaqdır. Qanunda yetkinlik yaşına çatmayan şəxsin əqdləri valideynlərindən birinin yox, 

hər ikisinin razılıüı ilə bağlaması haqqında göstəriş ifadə edilir.  

Bundan  əlavə,  valideynlərdən  təkcə  birinin  razılıq  verməsi  məsələyə  birtərəfli  yanaşmanı  ifadə  edir,  habelə 

həddi-büluüa çatmayan şəxsin etdiyi hüquqi hərəkətləri o biri valideynin yoxlamaq imkanını aradan qaldırır. Bu, o 

biri valideynin həmin hərəkətlər özərində lazımınca nəzarət etmək hüququnu tamamilə məhdudlaşdırır. Ona görə 

də ən dözgün variant həddi-büluüa çatmayan şəxsin etdiyi hərəkətlərə hər iki valideynin birlikdə razılıq verməsin-

dən ibarətdir. 

Ə

gər yetkinlik yaşına çatmayan şəxs övladlıüa götürülmüşdürsə, onda o, hüquqi hərəkətləri hər iki övladlıüa 



götürənin birlikdə yazılı razılıüı ilə edir. Valideynlər və ya övladlıüa götürənlər olmadıqda isə həmin şəxsin əqd 

bağlamasına və digər hüquqi hərəkətlər etməsinə razılıüı bu şəxs özərində təyin edilmiş himayəçi verir.  

Qeyd etmək lazımdır ki, bəzi hallarda mülki yetkinlik yaşına çatmayan şəxs hüquqi hərəkətləri öz qanuni nü-

mayəndəsinin razılıüı olmadan edir. Bu hərəkət dərhal avtomatik olaraq etibarsızlıüa səbəb olmur. Belə ki, əgər 

həmin hərəkət qanuni nümayəndə tərəfindən bəyənilsə, onda o, etibarlı sayılır. Bu kimi hallarda razılıq bəyənil-

mə aktı ilə əvəz edilir. Bəyənilmə üçün qanun məcburi yazılı forma müəyyən etmir. Odur ki, əqd həm yazılı, 

həm də şifahi formada bəyənilə bilər. 

Qanuni nümayəndənin razılıq verməsi onu ifadə etmir ki, bağlanan əqdlərin və edilən digər hüquqi hərəkət-

lərin əsas iştirakçısı yetkinlik yaşına çatmayan şəxs yox, qanuni nümayəndənin özüdür. Sözsöz, bu əqdlərin və 

digər hüquqi hərəkətlərin əsas iştirakçısı yetkinlik yaşına çatmayan şəxsdir. Burada onun iradəsi ifadə olunur. 

Qanuni nümayəndənin bağladığı əqdlər və etdiyi digər hüquqi hərəkətlər onun özün yox, yetkinlik yaşına çat-

mayan şəxs özün hüquq və vəzifələr əmələ gətirir (MM-in 30-cu maddəsinin 2-ci bəndi).  



Mülki yetkinlik yaşına çatmayan şəxsin müstəqil surətdə hüquqi hərəkətlər etmək imkanı onun heç kəsin 

razılıüı,  icazəsi  və  müdaxiləsi  olmadan,  heç  kimin  iradəsindən  asılı  olmadan,  öz  istəyi  və  mülahizəsi  əsasında 

mülki-hüquqi məsələləri həll etmək şansını ifadə edir. Həmin şəxs qanunda nəzərdə tutulan bir çox mülki-hüquqi 

məsələləri öz qanuni nümayəndəsinin razılıüı olmadan müstəqil surətdə həll edir (MM-in 30-cu maddəsinin 2-ci 

bəndi).  

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxs, birincisi, öz qazancı, təqaüdü və digər gəlirlə-



ri barəsində öz qanuni nümayəndəsinin razılıüı olmadan müstəqil surətdə sərəncam vermək imkanına ma-

likdir. Bu hüquqi imkan həmin şəxsin fəaliyyət qabiliyyətinin mühüm və vacib elementlərindən biridir (MM-in 



 

114


30-cu maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndi). 

Mülki yetkinlik yaşına çatmayan şəxs əmək fəaliyyəti ilə məşüul olaraq müəssisədə, təşkilatda və s. işə girə 

bilər. O, yerinə yetirdiyi işə görə pul formasında aylıq əmək haqqı alır. Bundan əlavə, onun ixtiyarı var ki, sa-

hibkarlıq fəaliyyəti ilə məşüul olsun və bu fəaliyyətdən məbləüinə məhdudiyyət qoyulmadan şəxsi gəlir əldə et-

sin. O, həm də yazdığı əsərdən, etdiyi ixtiradan istifadəyə görə haqq almaq hüququna malikdir. Mülki yetkinlik 

yaşına çatmayan şəxs təhsil müəssisəsində oxuya və təqaüd ala bilər. Bax, bu şəxsin öz aylıq əmək haqqı, qa-

zancı, gəlirləri və ya təqaüdü özərində öz istəyinə uyüun olaraq müstəqil surətdə sərəncam vermək hüququ var-

dır. 


14 yaşından 18 yaşınadək mülki yetkinlik yaşına çatmayan şəxsin, ikincisi, ixtiyarı vardır ki, o özünün ya-

ratdığı əqli mülkiyyət obyektlərindən istifadə hüquqlarını (müəlliflik hüquqlarını) öz qanuni nümayən-

dəsinin razılıüı olmadan müstəqil surətdə həyata keçirsin (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 2-ci ya-

rımbəndi).  Həmin  şəxs  elm,  ədəbiyyat  və  incəsənət  əsərləri  (yəni,  müəlliflik  hüququnun  obyektlərini),  ixtira, 

faydalı model və sənaye nümunələri (yəni, patent hüququnun obyektlərini) və qanunla qorunan digər əqli mül-

kiyyət obyektləri (yaradıcılıq fəaliyyətinin nəticələri) yarada bilər. Onun əsərdən hər hansı formada və üsulla is-

tifadə  etməyə  müstəsna  hüququ  vardır.  Bu  hüququ  (məsələn,  əsərin  surətini  çıxarmaq,  onun  nüsxələrini  hər 

hansı üsulla  yaymaq, satmaq, kirayəyə vermək və digər hüquqları) o, müstəqil surətdə həyata keçirir. Bunun 

üçün  o,  müxtəlif  məzmunlu  müəlliflik  müqavilələri  bağlayır.  Mülki  yetkinlik  yaşına  çatmayan  şəxsin  sənaye 

mülkiyyəti obyektindən (patent hüququnun obyektindən), yəni ixtiralardan, faydalı modellərdən və sənaye nü-

munələrindən də istifadə üçün müstəsna hüququ vardır. Sənaye mülkiyyəti obyektlərinə olan müəllifliyi təsdiq 

etmək  və  bu  obyektlərdən  istifadə  üçün  müstəsna  hüquq  qazanmaq  (əldə  etmək)  məqsədilə  o,  patent  (rəsmi 

dövlət sənədi) ala bilər. Patent sahibi kimi yetkinlik yaşına çatmayan şəxs sənaye mülkiyyəti obyektindən istifa-

də hüququnun verilməsinə dair lisenziya müqaviləsi bağlaya bilər, özünün patent hüquqlarını özgəninkiləşdirə 

(sata, dəyişdirə, bağışlaya və s.) bilər. Bir sözlə, o, qanunla qorunan əqli mülkiyyət obyektlərindən istifadə hü-

ququnu müstəqil surətdə həyata keçirir.  

14 yaşından 18 yaşınadək olan mülki yetkinlik yaşına çatmayan şəxs, üçüncüsü, öz qanuni nümayəndəsinin 

razılıüı olmadan öz pul gəlirlərini müstəqil surətdə kredit idarələrinə əmanətlər qoymaq və onlar barəsin-



də sərəncam vermək hüququna malikdir. Bu hüquq onun öz pul gəlirlərinə sərbəst sərənjam verməsindən irə-

li gəlir. Kredit idarəsi dedikdə, Milli Bankın lisenziyası (xüsusi icazəsi) əsasında bank əməliyyatları aparmaq 

(əhalidən əmanətlər qəbul etmək, kredit vermək, şəxslərin hesablarını açmaq və aparmaq və s.) hüququna malik 

olan hüquqi şəxs statuslu kommersiya təşkilatı başa düşülür. Banklar və bank olmayan digər kredit təşkilatları, 

habelə xarici bankın  yerli filialı kredit idarəsi hesab olunur; ona kredit təşkilatı da deyilir. Beynəlxalq Bank, 

Kapitalbank,  «Azdəmiryolbank»,  «Muüanbank»  və digər banklar şəxslərin sərbəst pul vəsaitlərini əmanətlərə 

(depozitlərə) qəbul edir. Əmanətlərin (depozitlərin) qəbul edilməsi kredit idarəsinin müvafiq təlimat, əsasnamə 

və ya qaydalarına müvafiq olaraq həyata keçirilir.  

14 yaşdan 18 yaşınadək həddi-büluüa çatmayan şəxslərin Azərbaycan Respublikasında fəaliyyət göstərən is-

tənilən bankın əmanətçisi olmaq hüququ vardır. Onlar öz pullarının əmanətə qoyulması və bu əmanətin saxlan-

ması üçün kredit təşkilatı seçməkdə sərbəstdirlər, bir və ya bir neçə kredit təşkilatında əmanət saxlaya bilərlər.  

Yetkinlik yaşına çatmayanlar özlərinin kredit təşkilatlarına qoyduqları əmanətlər özərində sərbəst surətdə sə-

rəncam vermək hüququna malikdirlər. Əmanətlər özərində sərəncam vermək dedikdə, həddi-büluüa çatmayan 

şə

xsin əmanətləri geri götürməsi, əmanətlər özrə faizləri əldə etməsi, naüdsız hesablaşmalar aparması, əmanət-



lər özrə hesabdan pul vəsaitini digər şəxslərə köçürməsi, əmanətlərin başqa şəxslərin adına rəsmiləşdirilməsinə 

icazə verməsi və s. başa düşülür. 

Yetkinlik  yaşına  çatmayan  şəxsin  adına  əmanətləri  başqa  şəxslər  də  qoya  bilərlər.  Bu  cür  hallarda  həmin 

şə

xs yalnız öz qanuni nümayəndəsinin razılıüı ilə əmanətlər barəsində sərəncam verə bilər. Əmanətlər həm də 



yetkinlik yaşına çatmayan şəxsə vərəsəlik qaydasında keçə bilər. Belə hallarda o, yalnız öz qanuni nümayəndə-

sinin yazılı razılıüı ilə əmanətlər barəsində sərəncam vermək hüququ əldə edir.  

14 yaşından 18 yaşınadək həddi-büluüa çatmayan şəxs, dördüncüsü, xırda məişəəqdlərini öz qanuni nü-

mayəndəsinin razılıüı olmadan müstəqil surətdə bağlamaq hüququna malikdir (MM-in 30-cu maddəsinin 

2-ci  bəndinin  4-cü  yarımbəndi).  Bu  cür  əqdlər,  bir  qayda  olaraq,  həddi-büluüa  çatmayan  şəxsin  maddi  və  ya 

mənəvi ehtiyaclarının ödənilməsinə yönəlir. Həm də bu əqdlərin bağlanma anı ilə icra anı, adətən, üst-üstə dü-

ş

ür və ya əqd bağlandıqdan sonra dərhal da icra olunur. O, ərzaq məhsulları, dəftərxana ləvazimatı, kitab, dəf-



tər, qələm və digər predmetlər almaq, saçlarını kəsdirmək, ayaqqabını təmir etdirmək və s. xırda məişət xarak-

terli əqdləri müstəqil surətdə bağlayır. Bu cür əqdlərin bağlanmasına onun qanuni nümayəndəsinin razılıq ver-

məsi tələb olunmur.  

Xırda məişət xarakterli əqdlərə, hər şeydən əvvəl, yetkinlik yaşına çatmayan şəxsin öz qanuni nümayəndəsi-



 

115


nin maddi vəsaiti hesabına bağladığı əqdlər aiddir. Sual olunur: yetkinlik yaşına çatmayan şəxsin öz qazancı, tə-

qaüdü və digər gəlirləri hesabına bağladığı əqdlər xırda məişət xarakterli əqd sayılırmı? Müəlliflərdən S.M.Kor-

neyev göstərir ki, yetkinlik yaşına çatmayan şəxs öz qazancı, təqaüdü və digər gəlirləri hesabına bağladıqları 

ə

qdləri xırda məişət xarakterli əqdlərə aid etmək olmaz. Ümumiyyətlə, bu şəxsin öz qazancı, təqaüdü və digər 



gəlirləri hesabına əldə etdiyi əmlak barəsində əqdi müstəqil surətdə və ya öz qanuni nümayəndəsinin razılıüı ilə 

bağlaması hüquq ədəbiyyatında mübahisə doüurur. Bir qrup müəlliflər qeyd edirlər ki, bu cür əqdləri yetkinlik 

yaşına çatmayan şəxs yalnız öz qanuni nümayəndəsinin razılıüı ilə bağlaya bilər. Digər müəlliflər isə belə hesab 

edirlər ki, bu cür əqdləri yetkinlik yaşına çatmayan şəxs müstəqil surətdə bağlamaq hüququna malikdir. 

Göstərilən hər iki mövqe dəqiqlikdən uzaqdır. Buna görə də onlarla çətin ki razılaşmaq olar. Bizim bu barə-

də fikrimiz belədir ki, əgər həmin əqd xırda məişət xarakterli əqdin əlamətlərinə (cözi məbləödə olması, isteh-

lak xarakteri daşıması, icra vaxtı ilə bağlanma vaxtının üst-üstə düşməsi və s.) uyüun gələrsə, onda yetkinlik ya-

ş

ına çatmayan şəxs onu müstəqil surətdə bağlayır. Yox, əgər o, xırda məişət xarakterli əqd hesab edilməzsə, be-



lə halda qanuni nümayəndənin yazılı razılıüını almaq lazımdır. Bundan əlavə, həmin şəxsin qazancı hesabına 

bağladıqları əqdləri də xırda məişət xarakterli əqd saymaq olar, bir şərtlə ki, həmin əqd xırda məişət xarakterli 

ə

qdin əlamətlərinə uyüun gəlsin. Məsələn, yetkinlik yaşına çatmayan şəxs öz qazancı hesabına dəftər, qələm, 



kitab, ərzaq məhsulları və s. alır. Bu, xırda məişət xarakterli əqddir. Bu əqd müstəqil surətdə bağlanılır. Həmin 

şə

xs öz qazancı və digər gəlirləri hesabına özü üçün birotaqlı mənzil almaq istəyir. Bu isə xırda məişət xarakter-



li əqd hesab edilmir. Ona görə də həmin əqd yalnız qanuni nümayəndənin razılıüı ilə bağlanmalıdır.  

14  yaşından  18  yaşınadək  yetkinlik  yaşına  çatmayan  şəxslər,  beşincisi,  əvəzsiz  olaraq  fayda  götürməyə 



yönəldilmiş  əqdləri  öz  qanuni  nümayəndəsinin  razılıüı  olmadan  müstəqil  surətdə  bağlamaq  hüququna 

malikdirlər (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 4-cü  yarımbəndi; 29-cu maddənin 2-ci bəndinin 2-ci ya-

rımbəndi). Bu cür əqdlərə, hər şeydən əvvəl, bağışlama müqaviləsini misal göstərmək olar. Özü də buradaja 

dərhal qeyd etməliyik ki, notariat qaydasında təsdiqlənməsi və ya daşınmaz əmlakın dövlət reyestrində qeydə 

alınması tələb edilən bağışlama müqaviləsini, habelə konsensual bağışlama müqaviləsini yetkinlik yaşına çat-

mayan şəxs müstəqil surətdə yox, yalnız öz qanuni nümayəndəsinin razılıüı ilə bağlaya bilər. Məsələn, maddi 

imkanlı qohumlardan biri birotaqlı yaşayış evini yetkinlik yaşına çatmayan şəxsə bağışlayır. Həmin şəxs bu cür 

bağışlama müqaviləsini müstəqil surətdə bağlaya bilməz. Ona görə ki, mülki qanunvericilik daşınmaz əşyaların 

bağışlama müqaviləsi üçün notarial forma müəyyən edir (MM-in 668-ci maddəsinin 1-ci bəndi). 

Televizorun, pulun, qiymətli kaüızın, xarici valyutanın, xalçanın, soyuducunun və digər daşınar əşyaların re-

al  bağışlama  müqaviləsini  (konsensual  bağışlama  müqaviləsinin  yox)  isə  o,  müstəqil  surətdə  bağlaya  bilər. 

Bundan əlavə, əvəzsiz istifadə müqaviləsini də yetkinlik yaşına çatmayan şəxs müstəqil surətdə bağlaya bilər. 

Məsələn, o, özgəyə məxsus olan musiqi alətindən, mənzildən, minik avtomobilindən, geyim şeylərindən və s. 

ə

vəzsiz istifadə etdiyi hallarda, qanuni nümayəndənin buna razılıq verməsi tələb olunmur.  



14 yaşından18 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndənin özünün və ya onun ra-

zılıüı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərən-

cam özrə əqdləri müstəqil surətdə bağlamaq hüququ vardır (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 4-cü 

yarımbəndi  və  29-cu  maddəsniin  2-ci  bəndinin  3-cü  yarımbəndi).  Vəsait  dedikdə,  pul  vəsaiti,  xarici  valyuta, 

qiymətli kaüızlar və ya digər əmlak növləri başa düşülür. Məsələn, yetkinlik yaşına çatmayan şəxsin valideyni 

ona sertifikat, adsız əmanət kitabçası, istiqraz vərəqəsi kimi qiymətli kaüızlar verə bilər. Vəsait hər hansı üçün-

cü şəxs tərəfindən də verilə bilər. Məsələn, uzaq qohumlardan biri musiqi məktəbində oxuyan on beş yaşlı şəx-

sə pianino almaq üçün pul verir. Dayı on altı yaşlı bacısı oüluna xarici ölkəyə turist səyahəti üçün kifayət qədər 

vəsait ayırır. Özü də vəsait ya müəyyən məqsədin həyata keçirilməsi üçün, ya da sərbəst istifadə üçün verilə bi-

lər. Məsələn, baba on yeddi yaşlı qız nəvəsinə cehiz almaq özün on min manat pul verir. Öz toyuna hazırlaşan 

qız həmin pulu cehiz almaq üçün xərcləyir. Vəsait sərbəst istifadə üçün veriləndə də, bu vəsaitin hansı niyyət və 

məqsədlə verilməsini müəyyən etmək mümkün olmur. Yetkinlik yaşına çatmayan şəxs belə halda puldan öz istək 

və mülahizəsi əsasında istifadə etmək şansı qazanır. 

On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxsin kooperativ özvü olmaq hüququ vardır (MM-

in 30-cu maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi). Onun kooperativə özv olması qaydası qanunla müəyyən 

edilir. On altı yaşı tamam olmuş şəxs kooperativin özvü olan kimi hüquqlar, o cümlədən əmlak hüquqları əldə 

edir və bu hüquqları həyata keçirir. Onun kooperativin əldə etdiyi mənfəət bölüşdürülərkən devidend almaq hü-

ququ vardır. O, bu hüququ müstəqil surətdə həyata keçirə bilər. 

14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin ixtiyarı vardır ki, o öz qazancı, təqaüdü və di-

gər gəlirləri barəsində vəsiyyət yolu ilə sərəncam versin. Vəsiyyət dedikdə, fiziki şəxsin öz ölüm halı üçün 

ona məxsus olan əmlakı barəsində sərəncam verməsi başa düşülür. Vəsiyyət birtərəfli əqddir. Madam ki, qanun 

yetkinlik yaşına çatmayan şəxsə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam vermək hüququ ver-


 

116


mişdir, onda onun bu gəlirlər haqqında və bu gəlirlər hesabına əldə olunmuş əmlak barəsində müstəqil surətdə 

vəsiyyət  sərəncamı  (əqdi)  verməyə  də  ixtiyarı  çatır.  Qanun,  qeyd  etdiyimiz  kimi,  yetkinlik  yaşına  çatmayan 

şə

xsin bəzi əmlak növləri özərində yalnız öz qanuni nümayəndəsinin yazılı razılıüı ilə sərəncam verə bilməsi 



qaydasını nəzərdə tutur. Burdan belə nəticə çıxara bilərik ki, bu cür əmlak barəsində həmin şəxs müstəqil surət-

də sərəncam verə bilməz. Həm də vəsiyyət şəxsi xarakterə malik olan əqddir. Ona görə də vəsiyyət sərəncamı-

nın verilməsinə hər hansı bir şəxsin razılıq verməsi lazım deyil.  

Sivilistika doktrinasında 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxslərin əmlak barəsində və-

siyyət sərəncamı verməsi mübahisə doüuran məsələlərdəndir. Vəsiyyətin yalnız tam mülki fəaliyyət qabiliyyətli 

şə

xs tərəfindən edilə bilməsi fikrini tam əminliklə söyləyən müəlliflərin mövqeyi, söz yox ki, həqiqətdən uzaq-



dır. Yetkinlik yaşına çatmayan şəxslərin ancaq öz qazancı (əmək haqqı) olan pul vəsaiti özərində vəsiyyət sə-

rəncamı verməsi fikri də məsələyə birtərəfli yanaşmanı ifadə edir. Ən dözgün mövqe yetkinlik yaşına çatmayan 

şə

xslərin  öz  qazancı,  təqaüdü  və  digər  gəlirləri  barəsində  və  bunların  hesabına  əldə  edilmiş  əmlak  barəsində 



müstəqil surətdə vəsiyyət yolu ilə sərəncam verə bilməsi fikrindən ibarətdir. 

14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxslər həm müstəqil surətdə, həm də öz qanuni nüma-

yəndəsinin razılıüı ilə bağladıqları əqdlər özrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar (MM-in 30-cu 

maddəsinin 3-cü bəndi). Bu şəxslər öz hərəkətləri ilə başqa şəxslərin əmlakına ziyan vurduqda, onlar ümumi 

ə

saslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Əgər həmin şəxslərin vurulmuş zərərin əvəzini ödəmək üçün 



yetərli gəliri və ya başqa əmlakı olmadıqda, zərərin hamısını və ya çatışmayan hissəsini onların qanuni nüma-

yəndəsi ödəyir (MM-in 1104-cü maddəsi). 

Bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslər öz qazanc və gəlirlərini dözgün, aüılla xərcləmirlər. Söhbət 

həmin şəxsin israf və bədxərclik etməsindən, pulları saüa-sola xərcləməsindən, necə deyərlər, göyə sovurmasın-

dan, spirtli içkilər və narkotik vasitələrə xərjləməsindən, onları qumar oyunlarında uduzmasından və s. gedir. 

Bu cür faktlar olduqda, maraqlı şəxslərin (qanuni nümayəndənin, himayəzinin və ya qəyyumluq və himayəzilik 

orqanının) vəsatəti ilə məhkəmə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsin öz qazancı, tə-

qaüdü və ya digər gəlirləri barəsində müstəqil surətdə sərəncam hüququnu məhdudlaşdıra bilər. Belə halda hə-

min şəxs yalnız öz qanuni nümayəndəsinin razılıüı ilə əqd bağlaya bilər. Zəruri olduqda, məhkəmə, onu bu hü-

quqdan tam məhrum edə bilər. Belə halda isə yetkinlik yaşına çatmayan şəxsin gəlirləri özərində qanuni nüma-

yəndə sərəncam verir (MM-in 30-cu maddəsinin 4-cü bəndi).  

Göstərilən mülki işlərdə iddiaçı — vəsatət verən maraqlı şəxs rolunda, bir qayda olaraq, yetkinlik yaşına çat-

mayan şəxsin qanuni nümayəndəsi çıxış edir. Iddianı qəyyumluq və himayəçilik orqanı da verə bilər. Bununla 

onlar həmin şəxsin mənafeyini qoruyurlar. Bu cür iddialara mülki-prosessual qanunvericiliyin tələbləri əsasında 

baxılır. 

7. Qismən mülki fəaliyyət qabiliyyəti olan şəxslə

7 yaşdan 14 yaşınadək yetkinlik yaşına çatmayanlara qismən mülki fəaliyyət qabiliyyəti olan şəxslər de-

yilir. Bu kateqoriya şəxslərin mülki fəaliyyət qabiliyyətinin həcmi 18 yaşı tamam olmuş və 14 yaşdan 18 yaşı-

nadək olan yetkinlik yaşına çatmayan şəxslərin fəaliyyət qabiliyyətinin həcminə nisbətən olduqca məhduddur. 

Bu, onların yaş mərhələsinə, əqli-psixi yetkinlik dərəcəsinə uyüundur. Nə qədər ki, şəxs əqli-psixi cəhətdən tam 

yetkin deyil və onun yaş həddi aşaüıdır, həmin şəxsin mülki fəaliyyət qabiliyyətinin həcmi bir o qədər də məh-

dud olacaqdır. Təbii ki, 7 yaşdan 14 yaşınadək olan şəxslərin qüvvəsi, xarakteri və iradəsi tam inkişaf etməmiş-

dir. Bu kateqoriya şəxslər cəmiyyətdəki davranış forma və prinsiplərini bütünlüklə dərindən və hərtərəfli dərk 

etmək iqtidarında deyillər. Onların hüquqi əhəmiyyəti olan hərəkətlərin mənasını başa düşmək imkanı olduqca 

məhduddur. Bunu nəzərə alaraq, mülki qanunvericilik 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxs-

lərə müstəqil surətdə əqd bağlamaüa və digər hüquqi hərəkətlər etməyə icazə vermir. Odur ki, onların 

ə

vəzinə əqdləri qanuni nümayəndələr bağlayırlar. Özü də qanuni nümayəndə əqd bağlayarkən yetkinlik ya-

ş

ına çatmayan şəxsin adından çıxış edir (MM-in 29-cu maddəsinin 1-ci bəndi). Məsələn, faciəli surətdə öz vali-



deynlərini  itirmiş  13  yaşlı  uşaq  onlardan  miras  qalmış  bağ  evini,  minik  avtomobilini,  qaraæı  və  digər  əmlak 

növlərini müstəqil surətdə sata bilməz. Həmin uşaüın əvəzinə, onun adından alqı-satqı müqaviləsini yalnız qa-

nuni nümayəndə — qəyyum bağlaya bilər. Başqa bir misalda həmin uşaq yaşayış evini müstəqil surətdə kirayə-

yə verə bilməz. Onun əvəzinə yalnız qəyyum kirayə müqaviləsi bağlaya bilər.  

Bununla belə, 7  yaşdan 14  yaşınadək uşaqların əqli-psixi  yetkinlik dərəcəsi, iradə və xarakteri az da olsa, 

müəyyən dərəcədə inkişaf etmişdir. Onlar hüquqi əhəmiyyətli məsələləri dərk etmək, başa düşmək, qiymətlən-

dirmək  və  qavramaq  qabiliyyətindən  heç  də  tamamilə  və  mütləq  dərəcədə  məhrum  olmamışlar.  Bunu  nəzərə 

alaraq, mülki qanunvericilik bu kateqoriya şəxslərin bəzi əqdləri öz qanuni nümayəndələrinin razılıüını alma-

dan müstəqil surətdə bağlamaq qabiliyyətini möhkəmləndirir (MM-in 29-cu maddəsinin 2-ci bəndi). Odur ki, 

onların bəzi əqdləri müstəqil surətdə bağlamaq ixtiyarı vardır. Bu isə onu sübut edir ki, 7 yaşdan 14 yaşa-


 

117


dək uşaqları mülki fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab etmək olmaz. Onlar qismən də olsa mülki fəaliy-

yət qabiliyyətinə malikdirlər. Qüvvədə olan mülki qanunvericilik bu kateqoriya  yetkinlik yaşına çatmayanları 

ə

qd bağlamaq imkanından tamamilə məhrum etmir. Almaniya qanunvericiliyinə (MQ-nin 106-jı paraqrafı) və 



doktrinasına görə, 7 yaşından 18 yaşına kimi yetkinlik yaşına çatmayanlar qismən fəaliyyət qabiliyyətli hesab 

edilirlər. L.Ennekserus yazır ki, məhz yeddi yaşdan başlayaraq şəxsin ağlı, düşünjəsi, dərrakəsi həlliedici əhə-

miyyətə malik olur. Yaponiya doktrinasına və qanunvericiliyinə görə isə yaş amilinə əsasən şəxslər iki kateqo-

riyaya bülünür: yetkinlik yaşına çatan şəxslər (20 yaşdan yuxarı); yetkinlik yaşına çatmayan şəxslər (20 yaşa ki-

mi). 

7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin xırda məişəəqdlərini müstəqil surətdə bağla-



maq hüququ vardır. Söhbət həmin şəxsin dükandan çörək, kolbasa, süd, qatıq, bulka və digər şeylər almasın-

dan gedir. O, müstəqil surətdə ayaqqabısını və geyim şeylərini təmir etdirmək, saçlarını kəsdirmək, nəqliyyat va-

sitəsində getmək və s. hüquqlara malikdir. O, heç kəsin müdaxiləsi və vasitəçiliyi olmadan mağazadan dəftər, qə-

ləm, kitab ala bilər.  

7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan şəxs əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqd-

ləri müstəqil surətdə bağlamaq hüququna malikdir. Söhbət həmin şəxsin bağışlama və əvəzsiz istifadə kimi 

ə

vəzsiz xarakterə malik olan müqavilələri sərbəst qaydada, kənar təsirlər olmadan, kimsənin icazəsini almadan 



bağlamasından gedir. Məsələn, hər hansı şəxsin verdiyi hədiyyəni o, müstəqil surətdə qəbul edə bilər və ya mü-

ə

yyən əmlakı öz tanışından əvəzsiz istifadə üçün ala bilər. Amma bu kateqoriya şəxslər notariat qaydasında təs-



diqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunan fayda götürməyə yönəldilmiş əqdləri müstəqil su-

rətdə bağlaya bilməzlər. Məsələn, yaşayış evinin bağışlamaq müqaviləsi üçün mülki qanunvericilik notarial for-

ma müəyyən edir. Ona görə də yetkinlik yaşına çatmayan şəxs yaşayış evini müstəqil surətdə hədiyyə kimi qə-

bul edə bilməz. Bu cür əqdi həmin şəxsin adından onun qanuni nümayəndəsi bağlayır. 

7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin öz qanuni nümayəndəsinin və ya onun razılıüı 

ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam öz-

rə əqdləri müstəqil surətdə bağlamaq ixtiyarı vardır. Bu cür əqdlər həqiqətdə qanuni nümayəndənin dolayı 

nəzarəti altında bağlanır. Belə ki, maddi vəsaiti ya qanuni nümayəndənin özü, ya da onun razılıüı ilə üçüncü 

şə

xslər (uşaüın əmisi, dayısı, babası, xalası, bibisi və ya qohum olmayan hər hansı şəxs) verirlər. Buna görə də 



qanuni nümayəndə uşaüa verilən pullar özərində, habelə bu pullardan nəzərdə tutulan məqsədlər üçün istifadə 

edilməsi özərində tam nəzarət etmək imkanına malik olur. Məsələn, valideyn on üç yaşlı uşaüına video almaq 

üçün pul verir. Uşaq bu pul məbləüini müstəqil surətdə xərcləyərək, özü üçün mağazadan videomaqnitofon alır. 

Həmin uşaüın əmisi valideynlərin razılıüı ilə ona sərbəst istifadə üçün bir min manat məbləüində pul verir. 13 

yaşlı uşaq ona verilmiş pul məbləüini öz istəyinə uyüun olaraq müstəqil surətdə xərcləyə bilər. 

Bəzən 14 yaşınadək olan şəxs özü xırda olmayan məişət əqdi bağlayır. Əgər həmin əqd sonradan onun qanu-

ni nümayəndəsi tərəfindən bəyənilərsə, etibarlıdır (MM-in 29-cu maddəsinin 1-ci bəndi). 

7 yaşdan 14 yaşadək yetkinlik yaşına çatmayan şəxslərin mülki hüquq pozuntusuna görə məsuliyyət daşı-



maq qabiliyyəti yoxdur. Qeyd etdik ki, əqdləri həmin şəxslərin əvəzinə, onların adından qanuni nümayəndələr 

bağlayırlar. Bu əqdlər özrə, habelə yetkinlik yaşına çatmayan şəxslərin müstəqil bağladığı əqdlər özrə onlar əm-

lak məsuliyyəti daşıyırlar. Əmlak məsuliyyətinə onların qanuni nümayəndələri cəlb edilirlər. Bundan əlavə, 

həmin şəxslər digər şəxslərin əmlakına zərər vura bilərlər. Məsələn, 12 yaşlı uşaq qonşunun daü başında daya-

nan minik avtomobilini itələyərək, onu hərəkətə gətirir. Bunun nəticəsində avtomobil dığırlanaraq dərəyə düşür 

və tamamilə daüılır. Həmin uşaq qonşunun əmlakına vurduüu ziyanın əvəzini ödəməyəcəkdir. Ona görə ki, bu 

uşaüın delikt qabiliyyəti — zərərin əvəzini ödəmək qabiliyyəti yoxdur. Vurulmuş ziyanın əvəzini onun qanuni 

nümayəndəsi ödəyəcəkdir. Deməli, 7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin vurduüu zərər üçün 

onun qanuni nümayəndəsi (valideynlər, övladlıüa götürənlər və ya qəyyum) məsuliyyət daşıyır (MM-in 1103-cü 

maddəsinin 1-ci bəndi). 

Beləliklə, biz yaş amilinə əsasən fiziki şəxsləri mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə görə bir neçə qrupa 

böldük. Bu bölgünün əsası qədim Roma hüququ ilə bağlıdır. Roma hüququ da yaş meyarına əsasən fiziki şəxs-

ləri  fəaliyyət  qabiliyyətinin  həcminə  görə  bir  neçə  kateqoriyaya  ayırırdı:  tam  fəaliyyət  qabiliyyəti  olmayan 

şə

xslər (7 yaşınadək); natamam fəaliyyət qabiliyyəti olan şəxslər (oülanlar 7-14 yaşınadək, qızlar 7-12 yaşa ki-



mi); fəaliyyət qabiliyyətli şəxslər (oülanlar 14-25 yaşa kimi, qızlar 12-25 yaşadək); tam fəaliyyət qabiliyyətli 

şə

xslər  (25  yaşdan  yuxarı).  Bu  bölgü  sonralar  kontinental  hüquq  ailəsi  tərəfindən  xeyli  dəyişikliklərlə  qəbul 



edilmişdir.  

8. Məhdud fəaliyyət qabiliyyətli şəxslər  

Məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər dedikdə, spirtli içkilərdən, psixotrop maddələrdən və ya narko-

tik vasitələrdən sui-istifadə edən, habelə qumara qurşanması nəticəsində öz ailəsini aüır maddi vəziyyətə salan 



 

118


və buna görə də məhkəmə tərəfindən mülki fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər başa düşülür. Söhbət 

o  fiziki  şəxslərdən  gedir  ki,  onların  mülki  fəaliyyət  qabiliyyəti  məhkəmə  qaydasında  məhdudlaşdırılır,  daha 

doürusu, fəaliyyət qabiliyyətinin həcmi azaldılır. Bu cür məhdudlaşdırmanın müəyyən edilməsinin əsas məqsə-

di spirtli içkilərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə edən, habelə qumara qurşa-

nan fiziki şəxsin ailəsinin və onun himayəsində yaşayan şəxslərin mənafeyini qorumaqdan ibarətdir.  

Şə

xsi məhdud fəaliyyət qabiliyyətli hesab etmək üçün, yəni onun mülki fəaliyyət qabiliyyətini məhdudlaş-



dırmaq üçün iki faktın olması gərəkdir. Birinci fakt fiziki şəxsin spirtli içkilərdən, psixotrop maddələrdə

və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsindən  və  yaxud  da  ki  qumara  qurşanmasından  ibarətdir. 

Spirtli içkilərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə dedikdə, fiziki şəxsin on-

lardan həddən artıq və ya sistematik istifadə etməsi başa düşülür ki, bu, həmin şəxsin ailəsinin mənafeyi ilə zid-

diyyət təşkil edərək, onunla bir araya sıümır, habelə son dərəcə çox pul məbləüinin xərclənməsini tələb edir. 

Burada söhbət fiziki şəxsin alkoqolik və ya narkoman kimi tanınmasından (alkoqolizm və ya narkomaniyadan) 

getmir. Başqa sözlə desək, şəxsin mülki fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq üçün onun «rəsmi surətdə» al-

koqolik  və  ya  narkoman  kimi  tanınması  vacib  deyil  və  tələb  olunmur.  Alkoqolizmin  və  ya  narkomaniyanın 

müvcudluüu Almaniya Mülki Qanunnaməsində əsas fakt kimi nəzərdə tutulmuşdur (§ 6). Qumara qurşanmaq 

dedikdə, fiziki şəxsin qumarxanalarda və digər yerlərdə sistematik olaraq pullu qumar oyunlarında iştirak etmə-

si başa düşülür ki, bu da ailənin mənafeyinə uyüun olmayıb, hədsiz dərəcədə pul vəsaitinin «göyə sovrulması-

na» səbəb olur.  

Yeri gəlmişkən qeyd edək ki, sovet dövrünün mülki qanunvericiliyi fiziki şəxslərin fəaliyyət qabiliyyətinin 

məhdudlaşdırılmasının əsası kimi  «qumara qurşanmaq» anlayışını tanımırdı. Bizim ölkə qanunvericiliyi üçün 

yeni hal olan bu anlayış RF-in və digər ölkələrin qanunvericiliyində nəzərdə tutulmayıb.  

Qədim Roma hüququnda fiziki şəxsin israfçılıüı, bədxərcliyi fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına 

səbəb olan başlıca əsas kimi müəyyənləşdirilirdi. Israfçılıüa yol verən şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdı-

rılırdı. Bu şəxsin əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdlər istisna olmaqla, digər əqdləri müstəqil su-

rətdə bağlamaq hüququ yox idi. Roma hüququnun müəyyənləşdirdiyi «israfçılıq» («bədxərclik») kimi anlayış 

sonralar Almaniya və digər ölkələrin qanunvericiliyi tərəfindən qəbul edilmişdir. Almaniya Mülki Qanunnamə-

si israfçılıüı fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına (məhrumetməyə) səbəb olan əsaslardan 

biri kimi nəzərdə tutur (§ 114). Fransa Mülki Məcəlləsinə görə də israfçılıq fəaliyyət qabiliyyətinin məhdudlaş-

dırılmasına (bu məhdudlaşdırma məhrumetmə ilə bağlı deyil) dəlalət edən hallardan biridir. 

«Israfçılıq» («bədxərclik») anlayışı sovet mülki qanunvericiliyinə məlum deyildi. Bizim müasir ölkə qanun-

vericiliyi də bu anlayışı tanımır. Deməli, israfçılıq və bədxərclik kimi hallar fiziki şəxsin mülki fəaliyyət qabi-

liyyətinin məhdudlaşdırılması üçün əsas ola bilməz. 

Mülki  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasına  səbəb  olan  ikinci  fakt  fiziki  şəxsin  spirtli  içkilərdən, 

psixotrop maddələrdən və  ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində 



öz ailəsini aüır maddi vəziyyətə salmasından ibarətdir. Fiziki şəxsin göstərilən hərəkətləri ailənin lazımi pul 

vəsaiti ilə təmin olunmasına mane olur. Dolanmaq üçün ailə zəruri pul vəsaitinə malik olmur.  

Göstərilən hər iki fakt müvcud olduqda, fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması üçün 

ə

sas yaranır. Bu faktlardan hez biri olmazsa, onda fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasından 



söhbət gedə bilməz.  

Fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması prosesi MPM-in müəyyən etdiyi qaydada hə-

yata keçirilir. Maraqlı şəxslər məhkəməyə iddia ərizəsi ilə müraciət edirlər. Məhkəmə işə baxaraq, fiziki şəxsin 

fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə müvafiq qərar qəbul edir. Özü də dərhal qeyd etməliyik ki, 

məhkəmə həm tam, həm də natamam (nisbi) fəaliyyət qabiliyyətli şəxslərin mülki fəaliyyət qabiliyyətini məh-

dudlaşdıra bilər. Həmin qərar bu şəxs özərində himayəçi təyin etmək üçün əsasdır. Məhkəmə qərarı əsasında 



fiziki şəxs özərində himayəçi təyin edilir.  

Məhkəmə qaydasında mülki fəaliyyət qabiliyyəti məhdudlaşdırılan fiziki şəxslərin yalnız xırda məişəəqd-



lərini  bağlamaq  hüququ  vardır.  Bu  şəxslərin  xırda  məişət  əqdlərindən  savayı,  digər  mülki-hüquqi  əqdləri 

(satmaq, bağışlamaq, girov qoymaq və s.), bir sözlə, əmlaka dair sərəncam verilməsi barədə əqdləri müstəqil 

surətdə bağlamaüa ixtiyarı çatmır. O, yalnız himayəçinin razılıüı ilə bu əqdləri bağlaya bilər. Əgər əqdin bağ-

lanmasına himayəçi razılıq verməzsə, onda həmin əqd etibarsız sayılacaqdır (MM-in 343-cü maddəsi). Bununla 

belə, əgər belə əqdə sonradan himayəzi yazılı razılıq verərsə, etibarlı hesab edilə bilər (MM-in 32-ci maddəsi-

nin 1-ci bəndi). 

Mülki fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxsin öz əmək haqqını, pensiyasını, qazancını və ya digər gə-

lirlərini (məsələn, əsərdən, ixtiradan və s. istifadəyə görə haqq, podrat müqaviləsi özrə podrat haqqı, kirayə mü-

qaviləsi özrə kirayə haqqı, bank əmanəti özrə faiz, lotereya biletinin uduşu və s.) müstəqil surətdə almaüa ixti-


 

119


yarı çatmır. Bu hərəkətləri də o, yalnız himayəçinin razılıüı ilə edə bilər. Əgər himayəçi razılıq verməzsə, onda 

həmin şəxsin öz əmək haqqını, qazancını, pensiyasını və ya digər növ gəlirlərini ala bilməsindən söhbət gedə 

bilməz.  

Məhdud fəaliyyət qabiliyyəti olan şəxsin öz əmək haqqı, qazancı, pensiyası və digər növ gəlirləri barəsində 

müstəqil surətdə sərəncam vermək hüququ da yoxdur. O, aldığı pulları istədiyi kimi xərcləmək, bu pullar hesa-

bına əmlak əldə etmək, onları borc vermək, girov qoymaq, bağışlamaq və digər əqdlər bağlamaq ixtiyarına ma-

lik deyil. Həmin şəxs yalnız himayəçisinin razılıüı ilə aldığı qazanc, əmək haqqı, pensiya və digər gəlirlər barə-

sində sərəncam verə bilər.  

Məhdud fəaliyyət qabiliyyətli şəxsin mülki hüquq pozuntusuna görə müstəqil surətdə məsuliyyət daşı-

maq imkanı vardır. O, tam delikt qabiliyyətli şəxsdir. Bu şəxs bağladığı bütün əqdlər özrə özü məsuliyyət da-

ş

ıyır. Himayəçi onun yerinə cavab vermir. Məhdud fəaliyyət qabiliyyətli şəxs həm də vurduüu zərər üçün müs-



təqil surətdə əmlak məsuliyyəti daşıyır. Himayəçi onun əvəzinə, vurulmuş zərərin əvəzini ödəmir. Mülki qa-

nunvericilik məhdud fəaliyyət qabiliyyətli şəxsin vurduüu zərərin əvəzinin onun özü tərəfindən ödənilməsi haq-

qında  qayda  müəyyən  edir  (MM-in  1106-cı  maddəsi).  Məsələn,  fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılan  şəxs 

mənzildən çıxarkən su kranını açıq qoyur, bağlamır. Bunun nəticəsində su alt mərtəbədəki mənzilə axır, oradakı 

mebelləri, ev avadanlıqlarını və məişət predmetlərini korlayaraq tamamilə sıradan çıxardır. Bununla qonşuya 

ə

mlak zərəri vurulur. Vurulmuş həmin zərərin əvəzini məhdud fəaliyyət qabiliyyətli şəxsin himayəçisi yox, hə-



min şəxsin özü ödəyir.  

Yaşadığı ictimai mühitin, habelə görülən tibbi-tərbiyəvi xarakterli tədbirlərin təsiri nəticəsində məhdud fəa-

liyyət qabiliyyətli şəxsin mənəvi-psixoloæi dünyası müsbət mənada dəyişə bilər. Söhbət həmin şəxsin mənəvi-

psixoloæi aləminin saülamlaşmasından gedir. Başqa sözlə desək, məhdud fəaliyyət qabiliyyətli şəxs spirtli içki-

lərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən bir daha sui-istifadə etmir, habelə qumar oyunlarına 

son qoyur, ictimai faydalı əməklə məşüul olur və maddi vəsaiti öz ailəsinin saxlanmasına yönəldir. Bu isə o de-

məkdir ki, həmin şəxsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan  əsaslar aradan qalx-

mışdır. Belə halda maraqlı şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Məhkəmə işə baxaraq, fiziki 

şə

xsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edən qərar qəbul edir. Məhkəmə qərarı əsasın-



da şəxsin özərində təyin edilmiş himayəçilik ləğv edilir (MM-in 32-ci maddəsinin 2-ci bəndi). Bu qərar məhdud 

fəaliyyət qabiliyyətli şəxsin mülki-hüquqi statusunu dəyişir. Bundan sonra həmin şəxs qanunda nəzərdə tutul-

muş mülki-hüquqi məsələləri himayəçinin razılıüı olmadan müstəqil surətdə həll etmək imkanı qazanır.  

9. Mütləq fəaliyyət qabiliyyəti olmayan şəxslər  

Aüıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə 

rəhbərlik edə bilməyən və buna görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan fiziki şəxslə-

rə  mütləq fəaliyyət qabiliyyəti olmayan şəxslədeyilir. Cinayət hüququ bu kateqoriya şəxsləri  «anlaqsızlıq 

vəziyyətində olmuş şəxslər» anlayışı ilə əhatə edir. Mülki qanunvericilik bu cür anlayış tanımır və işlətmir. An-

laqsızlıq vəziyyəti cinayət-hüquqi əhəmiyyətə malikdir. Belə ki, ictimai təhlükəli əməl etdiyi zaman anlaqsızlıq 

vəziyyətində olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsızlıq vəziyyəti həm də mülki-hüquqi əhə-

miyyət kəsb edir. Belə ki, bu vəziyyət fiziki şəxsin mülki fəaliyyət qabiliyyətini müəyyənləşdirir.  

Şə

xsi mütləq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gə-



rəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin həmin şəxsə verdiyi leqal anlayışda öz əksini tapıb (MM-

in 28-ci maddəsinin 8-ci bəndi). Həmin meyarlar bunlardır:  

 hüquqi meyar (əlamət); 



 tibbi meyar (əlamət). 



Hüquqi meyarın (əlamətin) mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hə-

rəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Bu meyar özündə iki əlaməti əhatə edir: 

 əqli (intellektual) əlaməti; 



 iradəvi əlaməti.  

Ə

qli (intellektual) əlamətin mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən, ölçüb-biç-

mək, öz hərəkətlərinə görə cavab və hesabat vermək iqtidarında olmamasından ibarətdir. Iradəvi əlamətin ma-



hiyyəti isə fiziki şəxsin öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən və öz hərəkətlərini idarə etmək iqtidarın-

da olmamasından ibarətdir. ×ox vaxt fiziki şəxsin əqli və iradəvi qabiliyyətində baş verən pozuntular bir-birilə 

bağlı olur. Ola bilsin ki, bu cür pozuntular müstəqil surətdə bir-birindən ayrı da müvcud olsun. Buna görə də 

hüquqi meyarın müvcudluüu üçün iki əlamətdən birinin — ya əqli əlamətin, ya da iradəvi əlamətin müəy-



yənləşdirilməsi kifayətdir.  

Tibbi meyarın mahiyyəti fiziki şəxsin aüıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarət-

dir. Aüıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti 



 

120


zəifləyir, aşaüı düşür, bu isə həmin şəxsin öz əməllərini dözgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi 

xəstəlik  dedikdə,  şizofreniya,  epilepsiya,  maniakal-depressiv  psixoz  və  digər  xəstəliklər  başa  düşülür.  Fiziki 

şə

xsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. 



Şə

xsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün hər iki meyarın — həm hüquqi, həm də 

tibbi meyarın müəyyənləşdirilməsi tələb edilir. Əgər bu meyarlardan biri olmazsa, onda şəxsin fəaliyyət qabi-

liyyəti olmayan şəxs hesab edilməsindən söhbət gedə bilməz. Bu meyarların biri digərini şərtləndirir.  

Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün mülki qanunvericilik məhkəmə qaydası 

müəyyənləşdirir. Fiziki şəxsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə yalnız məhkəmənin ixtiya-

rı vardır. Hər hansı psixiatriya (psixonevroloæi) müəssisəsinin buna hüququ çatmır. Bu müəssisə məhkəmə-psi-

xiatriya ekspertizası apara bilər. Belə ki, işə məhkəmədə baxılana kimi şəxsin psixi vəziyyətini müəyyən etmək 

üçün hökmən və məcburi surətdə ekspertiza təyin edilir. Ekspertiza nəticəsində fiziki şəxsin öz hərəkətlərinin 

mənasını başa düşməmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilməmək qabiliyyəti barədə rəy verilir. Məhkə-

mə-psixiatriya ekspertizasının səlahiyyətinə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli olmaması barədə rəy ver-

mək daxil deyildir. Bu məsələ yalnız məhkəmə tərəfindən həll edilir.  

Məhkəmə qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi prosedurası Mülki-Prosessual Mə-

cəllə (317-322-ci maddələr) ilə tənzimlənir. Hər şeydən əvvəl, maraqlı şəxslər (fiziki şəxsin valideynləri, qar-

daş-bacıları,  müvafiq  icra  hakimiyyəti  orqanı,  psixiatriya  müəssisəsi)  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət 

edirlər. Məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə işə baxır. Kifayət 

qədər əsaslar olduqda, o, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edir. Bu qərar 

ə

sasında həmin şəxs özərində qəyyumluq müəyyənləşdirilir, qəyyum təyin edilir.  

Mülki fəaliyyət qabiliyyəti olmayan şəxsin müstəqil surətdə hər hansı mülki-hüquqi məsələni həll etməyə ix-

tiyarı çatmır. Bu şəxsin əqd bağlamaq və hüquqi əhəmiyyəti olan digər hərəkət etmək qabiliyyəti yoxdur. O, hər 

hansı bir mülki hüquqi əqd bağlaya bilməz. Fəaliyyət qabiliyyəti olmayan şəxsin özünün müstəqil surətdə bağ-

ladığı əqdlər hüquqi nəticə doüurmur. Bu cür əqdlər hüquqi əhəmiyyətə malik olmadıqları üçün etibarsız hesab 

edilir (MM-in 342-ci maddəsinin 1-ci bəndi). 

Fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin  adından  və  onun  əvəzinə  əqdləri  həmin  şəxsin  qəyyumu  bağlayır. 

Qəyyum fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi olub, onun hüquqlarını qoruyur, həmin şəx-

sin mənafeyi üçün hüquqi hərəkətlər edir. Hətta həmin şəxsin bağladığı əqdə sonradan qəyyum razılıq verərsə, 

o, etibarlı hesab edilə bilər (MM-in 28-ci maddəsinin 3-cü bəndi). 

Fəaliyyət qabiliyyəti olmayan şəxsin delikt qabiliyyəti yoxdur. Belə ki, o, digər şəxslərin əmlakına vurduüu 

zərərə görə məsuliyyət daşımır. Bu şəxsin vurduüu zərərin əvəzini onun qəyyumu ödəyir (MM-in 1105-ci mad-

dəsinin 1-ci bəndi). Məsələn, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan kənd sakini qonşunun 

ot tayasına od vurub yandırır. Vurulmuş zərərin əvəzini onun qəyyumu ödəyəcəkdir.  

Fəaliyyət qabiliyyəti olmayan şəxslər barəsində tibbi xarakterli tədbirlər tətbiq edilə bilər. Bu tədbirlər səhiy-

yə orqanlarının müalicə müəssisələri tərəfindən həyata keçirilir. Görülən həmin tədbirlər nəticəsində bu şəxslər 

saüala və ya onların saülamlıq vəziyyəti xeyli dərəjədə yaxşılaşa bilər. Bununla fiziki şəxsin fəaliyyət qabiliy-

yəti olmayan sayılmasına səbəb olan əsaslar aradan qalxır. Belə halda maraqlı şəxslər (fiziki şəxsin ailə özvləri, 

psixonevroloæi müəssisə, müvafiq icra hakimiyyəti orqanı, qəyyumluq və himayəçilik orqanı) fiziki şəxsin fəa-

liyyət qabiliyyətli hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmə kifayət qədər əsas-

lar olduqda məhkəmə-psixiatriya ekspertizasının müvafiq rəyini nəzərə alaraq, fiziki şəxsin fəaliyyət qabiliyyət-

li hesab edilməsi haqqında qətnamə çıxarır. Bu qətnamə əsasında həmin şəxsin özərində təyin edilmiş qəyyum-

luq ləğv edilir. Qəyyum bundan sonra onun qanuni nümayəndəsi hesab edilmir. Məhkəmə qətnaməsi fiziki şəx-

sə tam mülki-hüquqi status verən əsas rolunu oynayır.  

Psixi xəstəliklərin fiziki şəxslərin fəaliyyət qabiliyyətinə mühüm təsir göstərməsi halının tarixi qədim Roma 

hüququ ilə bağlıdır. Roma hüququna görə, mənəvi-psixi qüsuru olan şəxslər, ruhi xəstələr və kəmaüıllılar fəa-

liyyət qabiliyyətinə malik deyildilər. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə