MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   91
§ 4. Qəyyumluq və himayəzilik 

1. Qəyyumluq və himayəçiliyin anlayışı və məqsədi  

Hamımıza məlumdur ki, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün yaşından və psixi vəziyyətindən 

asılı olmayaraq bir bərabərdə və eyni dərəcədə tanınır. Bu, o deməkdir ki, mülki qanunvericilik mülki hüquq və 

vəzifələrə malik olmaq üçün bütün fiziki şəxslərə hər hansı amildən (yaşından, psixi saülamlıq vəziyyətindən, 

cinsindən və s.) asılı olmayaraq eyni cür və bərabər imkanlar verir. Fiziki şəxslər öz hərəkətləri ilə bu hüquqi 

imkanları — mülki hüquq qabiliyyətini realizə edir, həyata keçirir və gerçəkləşdirirlər. Bunun üçün mülki qa-

nunvericilik onlara öz hərəkətləri ilə müstəqil surətdə özlərinin hüquq qabiliyyətini həyata keçirməyə imkan — 

fəaliyyət qabiliyyəti verir. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin həcmi (dərəcəsi) isə onların yaşından 



 

121


və psixi-ruhi saülamlıq vəziyyətindən asılı olaraq eyni deyildir. Qeyd etdik ki, 7 yaşınadək azyaşlıların, aüıl zə-

ifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik 

edə bilməyən şəxslərin mülki fəaliyyət qabiliyyəti yoxdur, 7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan 

qismən fəaliyyət qabiliyyətli, 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanlar isə nisbi (natamam) fəa-

liyyət qabiliyyətli şəxslər hesab edilirlər. Spirtli içkilərdən psixotrop maddələrdən və ya narkotik maddələrdən 

sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fiziki şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşır. Şüb-

həsiz ki, bu kateqoriya şəxslərin özlərinin mülki hüquq qabiliyyətini həyata keçirmək imkanı, yəni öz hərəkətlə-

ri ilə müstəqil surətdə mülki hüquqlar əldə etmək və vəzifələr daşımaq imkanı məhdud xarakter daşıyır. Ona 

görə ki, həmin şəxslərin mülki fəaliyyət qabiliyyəti ya çatmır və kifayət etmir, ya da ki yoxdur. Bəs, necə etmə-

li? Bu kateqoriya şəxslər öz mülki hüquq qabiliyyətini hansı qaydada və nə cür həyata keçirə bilərlər? Onların 

mülki hüquq qabiliyyəti necə tamamlana bilər? Bu şəxslərin mülki hüquq və mənafelərini nə cür müdafiə etmə-

li?  


Göstərilən kateqoriya şəxslərin mülki fəaliyyət qabiliyyətini tamamlamaq və onların hüquq və mənafelərini 

müdafiə etmək üçün qəyyumluq və himayəçilik institutundan istifadə edirlər. Bu institutun tarixi qədim Roma 

hüququ dövrünə gedib çıxır. Roma hüququ fəaliyyət qabiliyyəti olmayan və ya kifayət etməyən şəxslərin (ruhi 

xəstələrin, kəmaüıllıların, yetkinlik yaşına çatmayanların, azyaşlıların, psixi qüsuru olanların, israfçıların, bəd-

xərclərin)  fəaliyyət  qabiliyyətini  başqa  şəxslərin  fəaliyyət  qabiliyyəti  ilə  kompensasiya  etmək  (əvəz  etmək) 

üçün və ya tamamlamaq üçün qəyyumluq (tutila) və himayəçilik (cura) kimi iki institut yaratmışdı. Bunlar yaşa, 

saülamlıq vəziyyətinə və digər xüsusi cəhətlərə görə fiziki şəxslərin (sui iuris) fəaliyyət qabiliyyəti məsələsi ilə 

sıx surətdə bağlı olan hüquq institutları idi.  

Qəyyumluq və himayəçilik institutu sonralar bir çox Avropa ölkələri tərəfindən qəbul olunmuşdur. Onu Al-

maniya, Italiya, Fransa, RF və digər xarici ölkələrin qanunvericiliyi tanıyır. Məsələn, Italiya Mülki Məcəlləsi-

nin 10-cu bölməsinə qəyyumluq, 11-ci bölməsinə isə himayəçilik məsələlərini tənzimləyən normalar daxildir. 

Bu institutu bizim müasir ölkə qanunvericiliyi də nəzərdə tutur. Azərbaycan Respublikasının yeni MM-i qəy-

yumluq və himayəçilik məsələləri ilə bağlı olan münasibətləri nizama salmaüa və tənzimləməyə kifayət qədər 

hüquq norması (33-38-ci maddələr) həsr edir.  

Qəyyumluq və himayəçilik institutu ilk dəfədir ki, bizim ölkənin mülki qanunvericiliyinə daxil edilmişdir. 

Ə

vvəllər bu hüquq institutuna daxil olan normalar Nikah və Ailə Məcəlləsində nəzərdə tutulmuşdu. Qəyyumluq 



və himayəçiliklə bağlı olan münasibətlər, bir qayda olaraq, ailə qanunvericiliyi ilə tənzimlənirdi. Azərbaycan 

SSR Nikah və Ailə Məcəlləsinin 138-174-cü maddələrində ifadə olunan normalar bu münasibətlərin qaydaya 

salınmasına həsr edilmişdi. Qəyyumluüa və himayəçiliyə sovet nigah və ailə qanunvericiliyi ilə müəyyənləşdi-

rilən, habelə valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsini təmin etməyə 

yönələn hüquqi akt kimi baxılırdı. Buna görə də sovet dövrünün hüquq doktrinası qəyyumluq və himayəçiliyə 

ailə hüququnun əsas və mühüm institutlarından biri kimi əhəmiyyət verirdi.  

Sovet doktrinası qəyyumluq və himayəçiliyə həm də inzibati hüququn institutu kimi baxırdı. Belə ki, yerli 

dövlət orqanlarının qəyyumların və himayəçilərin öz vəzifələrini yerinə yetirmələri özərində nəzarət etməsi ilə 

bağlı olan münasibətlər inzibati hüquq normaları ilə tənzimlənirdi. Bu isə qəyyumluq və himayəçiliyin inzibati 

hüququn institutu olmasını şərtləndirirdi.  

Sovet hüquq doktrinası belə hesab edirdi ki, qəyyumluq və himayəçiliyə təkcə ailə hüququnun institutu kimi 

baxmaq olmaz. Ona həm də mülki hüququn institutu kimi nəzər-diqqət yetirmək lazımdır. Belə ki, bu institut 

hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti kimi mülki-hüquqi kateqoriyalarla sıx surətdə bağlıdır. Beləliklə, so-

vet hüquq ədəbiyyatında qəyyumluq və himayəçilik kompleks (sahələrarası) hüquq institutu kimi nəzərdən ke-

çirilirdi. O, eyni zamanda həm ailə, həm inzibati, həm də mülki hüququn institutu kimi xarakterizə olunurdu.  

Sovet hüquq doktrinasında qəyyumluq və himayəçiliyin həm də mülki hüquq institutu olması barədə irəli sü-

rülən  konsepsiya  müasir  mülki  qanunvericilik  tərəfindən  nəzərə  alınmışdır.  Əvvəlcə  RF-in  Mülki  Məcəlləsi, 

sonra isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi qəyyumluq və himayəçiliklə bağlı olan münasibətlərin 

tənzimlənməsinə müvafiq normalar həsr etmişdir. Bu, xarici sivil ölkələrin mütərəqqi mülki qanunvericilik təc-

rübəsinə uyüundur. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Almaniya, Fransa, Avstriya, Italiya və s. ölkələrin 

mülki məcəllələri qəyyumluq və himayəçilik institutunu nəzərdə tutur. Bu institutun Azərbaycan Respublikası-

nın yeni Mülki Məcəlləsinə daxil edilməsi onu sübut edir ki, bizim ölkə qanunvericiliyi qabaqcıl xarici dövlət-

lərin qanunvericiliyinə daha da yaxınlaşır.  

Qəyyumluq və himayəçilik anlayışını iki mənada başa düşmək lazımdır: hüquq institutu mənasında; hüquqi 

akt mənasında. Hüquq institutu mənasında qəyyumluq və himayəçilik dedikdə, qəyyumluq və himayəçiliklə 

bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Bu münasibətlərin tənzimlən-

məsində həm mülki hüquq, həm də inzibati hüquq normaları iştirak edir. Buna görə də qəyyumluq və himayəçi-


 

122


lik həm mülki hüquq, həm də inzibati hüquq sahəsinin institutu sayılır. Deməli, o, sahələrarası (kompleks), 

yəni qarışıq institutudur. 

Hüquqi  akt  mənasında  qəyyumluq  və  himayəçilik  dedikdə,  elə  bir  fəaliyyət  başa  düşülür  ki,  bunun 

nəticəsində qəyyum və himayəçi rolunda çıxış edən tam fəaliyyət qabiliyyətli şəxslərin köməyi ilə fəaliyyət qa-

biliyyəti olmayan və ya natamam (məhdud) olan şəxslər mülki hüquq və vəzifələr əldə edir və həyata keçirirlər. 

Bu aktın vasitəsi ilə yaşına, psixi-ruhi saülamlıq vəziyyətinə görə tam mülki fəaliyyət qabiliyyəti olmayan şəxs-

lərin, yəni müstəqil surətdə öz hərəkətləri ilə mülki hüquqlar əldə etməyə və həyata keçirməyə, özləri üçün mül-

ki vəzifələr yaratmaüa və icra etməyə qadir olmayan şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin olunur.  

Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, qəyyumluq və himayəçilik, birincisi, mülki fəaliyyət qabiliy-

yəti olmayan və ya məhdud (natamam, qismən) mülki fəaliyyət qabiliyyətli fiziki şəxslərin mülki fəaliyyə

qabiliyyətini tamamlamaq, bununla da onların hüquq və mənafelərini müdafiə etmək kimi məqsəd gü-

dür.  Məhz  o,  tam  mülki  hüquq  qabiliyyəti  olmayan  şəxslərin  hüquq  və  mənafelərinin  müdafiəsi  üçün  tətbiq 

edilir.  

kincisi, qəyyumluq və himayəçilik valideynlərini itirmiş yetkinlik yaşına çatmayan uşaqlara onların saxlan-

ması, tərbiyə  edilməsi, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə təyin edilir. 

Burdan görürük ki, valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayan uşaqların yaşaması və tər-

biyəsi üçün münasib şərait yaratmaq qəyyum və himayəçiliyin ikinci əsas məqsədini təşkil edir. Uşaqlar 

özərində müəyyən edilmiş qəyyumluq və himayəçiliklə bağlı olan münasibətlər Ailə Məcəlləsinin 20-ci fəslinə 

daxil olan maddələrlə (136-145-ci maddələrlə) tənzimlənir. 

Deməli, qəyyumluq və himayəçiliyin güddüyü əsas məqsəd şəxslərin hüquq və mənafelərinin müdafiə edilmə-

si ilə bağlıdır. Bu institutdan tam mülki fəaliyyət qabiliyyətinə malik olmayan şəxslərin mülki hüquq və mənafelə-

rinin müdafiə edilməsi və qorunması üçün istifadə olunur. Deməli, qəyyumluq və himayəçilik şəxsin dövlət tərə-



findən müdafiə edilməsi formalarından biridir.  

Bəs, qəyyumluq anlayışı ilə himayəçilik anlayışı arasında fərq nədədir? Bu iki anlayışı necə fərqləndirmək 

olar? Həmin suallara dözgün cavab vermək üçün bu iki anlayışın məzmununa və mahiyyətinə aydınlıq gətirmə-

yə çalışaq. 



Qəyyumluq dedikdə, tam mülki fəaliyyət qabiliyyətli qəyyumun həyata keçirdiyi elə bir hüquqi akt başa dü-

ş

ülür ki, onun nəticəsində mülki fəaliyyət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan şəxslərin 



hüquq və mənafelərinin müdafiəsi təmin edilir. O, yaş və ya psixi-ruhi saülamlıq vəziyyətinə görə mülki fəaliy-

yət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan və buna görə də müstəqil surətdə mülki hüquq 

münasibətlərində iştirak etmək imkanını itirən fiziki şəxslər özərində təyin edilir: 

 on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxslər özərindəyəni bu şəxslərin valideyn-



ləri və onları övladlıüa götürənlər olmadıqda; valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məh-

rum edildikdə; valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun 

qaçırdıqda; başqa səbəblərə görə həmin şəxslər valideyn himayəsindən məhrum olduqda; 

  psixi  xəstəliyə  (pozuntuya)  görə  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki 



şə

xslər özərində 

Göstərilən bu kateqoriya şəxslər qəyyumluq altında olan şəxslər adlanır. Onların bütün hüquq və vəzifələrini 

qəyyum  həyata  keçirir.  Qəyyum  mülki  hüquq  münasibətlərində  iştirak  edərək,  qəyyumluq  altında  olan  şəxsləri 

tam əvəz edir və onların yerini tutur. Bax, qəyyumluüun mahiyyəti də bundan ibarətdir.  



Qəyyum  xüsusi  olaraq  təyin  edilmiş  şəxsdir.  O,  qəyyumluq  altında  olan  şəxslərin  hesabına,  bu  şəxslərin 

adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayır, hüquqi əhəmiyyəti olan digər hərəkətlə



edir. Yalnız qəyyumun vasitəsi ilə onlar əqdlər bağlaya bilərlər. Bağlanan əqd qəyyum üçün yox, qəyyumluq 

altında olan şəxslər üçün mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və ya onlara xitam verir, yəni bu şəxslər 

üçün hüquqi nəticə doüurur. Özü də bilavasitə və avtomatik olaraq. Məsələn, qəyyum özünün qəyyumluüu al-

tında olan 13  yaşlı uşaq üçün  yaşayış evi alır və alqı-satqı müqaviləsini imzalayır. Evi satan şəxs bilir ki, ev 

uşaq üçün alınır, qəyyum  yalnız alqı-satqı hüquq münasibətində uşaüın təmsilçisi,  yəni nümayəndəsi rolunda 

çıxış edir. Özü də  yaşayış evinə mülkiyyət hüququnu alqı-satqı müqaviləsini bağlayan qəyyum  yox, 13  yaşlı 

uşaq, yəni qəyyumluq altında olan şəxs bilavasitə və avtomatik olaraq əldə edir. Belə təsəvvür yaranır ki, qəy-

yumlar qəyyumluq altında olan şəxslərin qanun özrə (məjburi) nümayəndələridirlər (təmsilçiləridirlər). 

Onlar öz hərəkətləri ilə həmin şəxslərin olmayan və ya kifayət etməyən (çatışmayan) mülki fəaliyyət qabiliyyə-

tini tamamlayırlar.  

Qəyyumların  ixtiyarı  var  ki,  onlar  özünün  qəyyumluüunda  olan  şəxslərin  hüquq  və  mənafelərini  istənilən 

yerdə, o cümlədən məhkəmədə müdafiə etsinlər. Bunun üçün qəyyumların həmin şəxslərdən xüsusi səlahiyyət 

almaları tələb edilmir. Ona görə ki, qəyyumlar qanunun göstərişinə görə bu şəxslərin nümayəndəsi və təmsilçisi 



 

123


kimi çıxış edirlər. Qəyyum özünün qəyyumluüu altında olan şəxslərin hüquq və mənafelərini müdafiə edərkən 

sadəcə olaraq lazımi şəxslərə qəyyumluq vəsiqəsini göstərir. Əgər bu cür vəsiqə olmazsa, onda qəyyumluq və 

himayəçilik orqanının qəyyum təyin olunma barədə qərarını təqdim etmək lazımdır.  

Himayəçilik dedikdə, tam mülki fəaliyyət qabiliyyətli himayəçinin həyata keçirdiyi elə bir hüquqi akt başa 

düşülür ki, bunun nəticəsində məhdud və nisbi (natamam) fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və məna-

felərinin müdafiəsi təmin edilir. Himayəçilik o şəxslər özərində təyin edilir ki, onların mülki fəaliyyət qabiliy-

yəti öz həcminə görə ya nisbidir, ya da məhduddur: 

 on dörd yaşından on səkkiz yaşınadək nisbi fəaliyyət qabiliyyəti olan şəxslər özərində; 



  spirtli  içkilərdən  və  ya  narkotik  maddələrdən  sui-istifadə  etməsi  və  ya  qumara  qurşanması  nəticəsində 

məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli sayılan şəxslər özərində 

Göstərilən bu kateqoriya şəxslər himayəçilik altında olan şəxslər adlanır. Himayəçilər özlərinin himayəçili-

yi altında olan şəxslərin adından və onların əvəzinə əqd bağlamır və digər hər hansı hüquqi hərəkət etmirlər. 

Ə

qdləri həmin şəxslərin özləri bağlayırlar. Himayəçi yalnız onların bağlanmasına razılıq verir. O əqdlərin 



ki, bunları himayəçilik altında olan şəxslərin müstəqil surətdə bağlamaüa ixtiyarı çatmır. Razılıq verməklə hi-

mayəçilər bu şəxslərin hərəkətləri özərində nəzarəti həyata keçirirlər. 

Himayəçi özünün himayəçiliyində olan fiziki şəxsi mülki hüquq münasibətlərində əvəz etmir. O, yalnız hə-

min şəxslərə öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir. Bu, həm hüquqi 

kömək, həm də faktiki kömək formasında ola bilər. Dediklərimiz onu göstərir ki, himayəçilər özlərinin hima-

yəçiliyi altında olan şəxslərin qanuni nümayəndəsi deyillər. Ona görə ki, himayəçi bu şəxslər üçün əqd bağ-

lamır və onlar üçün hüquqi nəticə yaratmır.  

Söylədiklərimiz əsasında biz, qəyyumluqla himayəçilik arasında fərqli cəhətləri müəyyən edə bilərik. Qəy-

yumluq, birincisi, qanuni nümayəndəlik münasibətləri yaradır. Himayəçilik əsasında isə qanuni nümayən-

dəlik münasibətləri əmələ gəlmir.  kincisi, qəyyum özünün qəyyumluüu altında olan fiziki şəxslərin adından 

və onların mənafeyi üçün hüquqi nəticəyə səbəb olan əqdlər bağlayır. Himayəçi isə əqd bağlamır, o, yalnız 

özünün himayəçiliyi altında olan şəxslərin müstəqil surətdə bağlamaüa ixtiyarı çatmadığı əqdlərin bağlanması-

na razılıq verir. Onlar ancaq himayədə olan şəxslərin öz hüquqlarını həyata keçirməsində və öz vəzifələrini 

yerinə yetirməsində həmin şəxslərə kömək edirlər. Belə təsəvvür yaranır ki, qəyyumluq və himayəçilik ara-

sında əsas fərq qanunun qəyyumun və himayəçinin özərinə qoyduüu mülki-hüquqi vəzifələrin həcmindən iba-

rətdir.  

2. Qəyyumluq və himayəçilik orqanları  

Qəyyumluq və himayəçiliklə bağlı olan münasibətlərdə qəyyumluq və himayəçilik orqanları fəal surətdə işti-

rak edirlər. Müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları qəyyumluq və himayəçilik orqanları hesab 

edilir. Bu orqanların vasitəsi ilə dövlət özünün  mülki fəaliyyət qabiliyyəti olmayan, habelə natamam (nisbi), 

qismən və ya məhdud fəaliyyət qabiliyyətli vətəndaşlarının hüquq və mənafelərini müdafiə edir, onlara qayüı 

göstərir. Onların həyata keçirdikləri fəaliyyətdə şəxsiyyətin dövlət müdafiə formalarından biri ifadə olunur.  

Rayon (şəhər) icra hakimiyyəti orqanları qəyyumluq və himayəçilik orqanları kimi qəyyumluq və himayəçi-

liklə bağlı olan ən vacib və mühüm məsələləri həll edir. Bu orqanlar məhkəmə qətnaməsi əsasında fiziki şəxs 

özərində qəyyumluq və himayəçilik təyin edilməsi barədə qərar çıxarır. Belə ki, məhkəmə fiziki şəxsin fəa-

liyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması (spirtli içkilərdən, narko-

tik  maddələrdən  sui-istifadə  etmə  və  s.  nəticəsində)  barədə  qətnamə  qəbul  edir.  Bu  qətnamə  qanuni  qüvvəyə 

mindiyi gündən üç gün ərzində fiziki şəxsin yaşayış yeri özrə qəyyumluq və himayəçilik orqanına (rayon icra 

hakimiyyəti orqanına) göndərilir. Onun əsasında bu orqan fiziki şəxs özərində qəyyumluq və himayəçilik təyin 

edilməsi barədə qərar qəbul edir. Rayon icra hakimiyyəti orqanı konkret fiziki şəxsin qəyyum və ya himayəçi 

təyin edilməsi barədə qərar da çıxara bilər.  

Qəyyumluq və himayəçilik təyin edilməsi rayon  icra hakimiyyəti orqanlarının (qəyyumluq və himayəçilik 

orqanlarının) müstəsna səlahiyyətinə aiddir. Başqa hər hansı bir orqanın bu məsələ barəsində qərar qəbul etmə-

yə ixtiyarı çatmır.  

Qəyyumluq  və  himayəçiliyin  bilavasitə  təşkili,  onların  həyata  keçirilməsi  özərində  nəzarət,  ümumiyyətlə, 

qəyyumluq və himayəçilik təyin etməkdən savayı, yerdə qalan digər məsələlər və funksiyalar rayon icra haki-

miyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiyasına həvalə edilir. 



Rayon icra hakimiyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiyası 

yetkinlik  yaşına çatmayan şəxslər barəsində qəyyumluq və himayəçilik vəzifələrini (funksiyalarını) bilavasitə 

həyata keçirir. Bu komissiyalar qəyyumluüun və himayəçiliyin müəyyən edilməsi barədə təkliflər verir və bu 

məsələnin həlli üçün materiallar hazırlayır, həmin məsələyə dair rəy verir. Onların borcudur ki, qəyyum və hi-

mayəçilərin öz vəzifələrini yerinə yetirmələri özərində nəzarət etsin, onlara yetkinlik yaşına çatmayanların tər-


 

124


biyəsi üçün lazımi kömək etsinlər.  

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan şəxslər (ruhi-psixi xəstələr, kəmaüıllar) və məh-

dud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər barəsində (spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifa-

də etmə nəticəsində və s.) qəyyumluq və himayəçilik vəzifələrinin (funksiyalarının) bilavasitə həyata keçirilmə-

si də rayon icra hakimiyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiya-

 özərinə qoyulur. Həmin komissiyalar qəyyumluq və himayəçiliyin rəsmiləşdirilməsi üçün hazırlıq işləri gö-

rür, qəyyumların və himayəçilərin fəaliyyətinə nəzarət edir.  

Ə

mək qabiliyyəti olmayan qocalar və əlillər (saülamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını hə-



yata keçirməyə və vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli fi-

ziki şəxslər) barəsində də qəyyumluq və himayəçilik vəzifələrinin (funksiyalarının) bilavasitə həyata keçirilmə-

si rayon icra hakimiyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiyasına 

həvalə edilir. Bu komissiyalar himayəçilik (patronaæ) təyin edilməsi üçün lazımi sənədləri hazırlayır, himayəçi-

lərin (patronların) fəaliyyətinə nəzarət edir.  

Qəyyumluq və himayəçilik vəzifələrini (funksiyalarını) həyata keçirən bu komissiyaların borcudur ki, qəy-

yum və himayəçilərin hərəkətləri barədə daxil olan şikayətlərə baxsın və lazımi tədbirlər görsün. Əgər qəyyum 

və himayəçi öz özərinə düşən vəzifələri lazımınca yerinə yetirməzsə, onda həmin komissiyalar müvafiq ölçülər 

götürür. Bundan əlavə, göstərilən komissiyaların qəyyum və ya himayəçi vəzifələrini bilavasitə icra etmək hü-

ququ da vardır. Belə ki, qəyyumluüa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilə-

nədək üç aydan çox olmamaqla müəyyən müddət keçir. Bu müddət ərzində həmin komissiyalar qəyyum və ya 

himayəçi vəzifəsini yerinə yetirir (MM-in 35-ci maddəsinin 1-ci bəndi). Qəyyumluq və himayəçilik orqanları-

nın vəzifəsidir ki, qəyyum (himayəçi) təyin edilmiş şəxslərə vəsiqə versin. Vəsiqə qəyyumun (himayəçinin) sə-

lahiyyətini təsdiq edən sənəddir. 



3. Qəyyum və himayəçi təyin ediləşəxslə

Fiziki şəxs özərində qəyyumluq və ya himayəçilik müəyyənləşdirmək zərurəti yarandıqda, yəni qəyyumluüa 

və ya himayəçiliyə ehtiyacı olan fiziki şəxsə qəyyum və ya himayəçi təyin etmək lazım gəldikdə maraqlı şəxs-

lər qəyyumluq və himayəçilik orqanına dərhal məlumat verirlər. Bu orqan məlumat alan kimi yoxlama aparır, 

material hazırlayır, hazırlıq işləri görür, lazımi sənədlər toplayır və s. Həmin məlumat qəyyumluq və himayəçi-

lik orqanına daxil olduüu vaxtdan üç aydan gec olmayaraq qəyyum və ya himayəçi təyin edilir. Qəyyumluüa və 

ya himayəçiliyə ehtiyacı olan fiziki şəxsin yaşayış yeri özrə rayon icra hakimiyyəti orqanı bu barədə müvafiq 

qərar qəbul edir. Bununla ayrı-ayrı şəxslər qəyyum və himayəçi təyin edilirlər. 

Aydın bir həqiqətdir ki, fiziki şəxslər özərində qəyyum və himayəçi təyin edilərkən onlara böyük inam və 

etimad göstərilir. Qəyyumların və himayəçilərin həyata keçirdikləri missiyanın və fəaliyyətin əsas məözi və qa-

yəsi özlərinin qəyyumluüu və himayəçiliyi altında olan fiziki şəxslərin hüquq və mənafelərini təmin etməkdən 

ibarətdir. Bu missiya və fəaliyyəti daha dolüun və tam həyata keçirmək üçün mülki qanunvericilik qəyyumlar 

və himayəçilər barədə bir neçə şərt (tələb) irəli sürür. Yalnız həmin şərtlərə (tələblərə) uyüun gəldikdə ayrı-ayrı 

şə

xslər qəyyum (himayəçi) təyin edilə və qəyyumluq (himayəçilik) aktını həyata keçirə bilərlər. Bu, o deməkdir 



ki, qəyyum və himayəçi olmaq arzusunda olan hər bir şəxs qəyyum və ya himayəçi təyin oluna bilməz.  

Qanunun  qəyyumlar  (himayəçilər)  barəsində  müəyyən  etdiyi  birinci  şərt  (tələb)  ondan  ibarətdir  ki,  qəy-



yumlar (himayəçilər) yüksəşəxsi keyfiyyətlərə malik olan şəxslər olmalıdırlar. Söhbət onların mənəvi-əx-

laqi cəhətdən dözgün və təmiz, vicdanını itirməyən, namuslu, öz borcuna sadiq olan, xeyirxah və ədalətli və s. 

insan olmalarından gedir. Ona görə də qanun bu xüsusiyyətlərdən məhrum olan bəzi kateqoriya şəxslərin qəy-

yum (himayəçi) ola bilməsini qadaüan edir: 

 alkoqolik və narkomanların; 



  öz  valideynlik  vəzifələrini  yerinə  yetirməməyə,  alimenti  qəsdən  ödəməməyə,  valideynlik  hüquqlarından 

sui-istifadə etməyə, uşaqlarla amansız davranmaüa, onları fiziki-psixi təzyiq altında saxlamaüa və digər əsaslara 

görə valideynlik hüququndan məhrum olunmuş şəxslərin;  

 keçmiş övladlıüa götürənlərin, əgər onların təqsiri özündən övladlıüa götürmə ləğv olunmuşsa.  



Qanunun  qəyyumlar  (himayəçilər)  barəsində  nəzərdə  tutduüu  ikinci  şərt  ondan  ibarətdir  ki,  onların  qəy-

yumluq (himayəçilik) vəzifələrini yerinə yetirmək qabiliyyəti olmalıdır. Söhbət, hər şeydən əvvəl, müvafiq 

şə

xslərin özlərinin psixi-fiziki saülamlıq vəziyyətinə görə yetkinlik yaşına çatmayan uşaqları tərbiyə etmək və-



zifəsini  icra  edə  bilmək  imkanından  gedir.  Fiziki-psixi  cəhətdən  xəstə  olan  şəxslər  qəyyum  (himayəçi)  təyin 

oluna bilməzlər. Qanun bu kateqoriya şəxslərin qəyyum (himayəçi) rolunda çıxış etməsini yasaqlayır: səhhətinə 

görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslərin; ruhi xəstəlik və ya aüıl zəifliyi nəticəsində məhkə-

mə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin; spirtli içkilərdən və ya narkotik vasitələrdən 

sui-istifadə etməsi və s. nəticəsində məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli sayılan şəxslərin; xroni-


 

125


ki alkoqoliklərin, narkomanların, vərəm xəstəliyi olan şəxslərin və s; 

Qanunun qəyyumlar (himayəçilər) barəsində müəyyənləşdirdiyi üçüncü şərt ondan ibarətdir ki, onlar yet-



kinlik yaşına çatmış və tam mülki fəaliyyət qabiliyyəti olan şəxslərdən təyin edilir (MM-in 35-ci maddəsi-

nin 2-ci bəndi). Yalnız yetkinlik yaşına çatmış və tam mülki fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayə-

çi) qismində çıxış edə bilərlər. Əgər şəxs yetkinlik yaşına (18 yaşa) çatmamışsa və onun tam mülki fəaliyyət qa-

biliyyəti yoxdursa, onda həmin şəxsin qəyyum (himayəçi) təyin edilməsindən qəti olaraq söhbət gedə bilməz. 

Bax, buna görə də 7 yaşından 14 yaşınadək qismən fəaliyyət qabiliyyətli şəxslər, həmçinin 14 yaşdan 18 yaşı-

nadək nisbi (natamam) fəaliyyət qabiliyyətli şəxslər qəyyum (himayəçi) təyin olunmurlar. Emansipasiya və ya 

nigah yaşı aşaüı salınmaqla ailə qurmaq (nikah yetkinliyi) qaydasında vaxtından əvvəl tam mülki fəaliyyət qa-

biliyyəti əldə edən şəxslər, bəs necə, qəyyum (himayəçi) müəyyən edilə bilərlərmi? Mülki qanunvericilik bu su-

alı cavabsız qoymur. Belə ki, bu kateqoriya şəxslər vaxtından əvvəl tam mülki-hüquqi status qazansalar da, yet-

kinlik yaşına çatmamışlar. Bax, buna görə də onların qəyyum (himayəçi) təyin edilməsi yolverilməzdir.  

Qanunun  qəyyumlar  (himayəçilər)  barəsində  nəzərdə  tutduüu  dördüncü  şərt  ondan  ibarətdir  ki,  onlar  öz 

razılıüı ilə qəyyum (himayəçi) təyin olunurlar. Məcburi qaydada qəyyumların (himayəçilərin) təyin edilməsi 

yolverilməzdir. Heç kəs qəyyum (himayəçi) olmaüa məcbur edilə bilməz. Yalnız könüllülük prinsipi əsasında 

müvafiq şəxslər qəyyum (himayəçi) təyin oluna bilərlər. Əgər şəxs qəyyum (himayəçi) olmaüa könüllü surətdə 

razılıq verməzsə, onun qəyyum (himayəçi) təyin olunması istisna edilir. Mülki qanunvericilik bu imperativ qay-

dadan hər hansı bir istisna hala yol vermir.  

Bəzi hallarda vətəndaş qəyyum (himayəçi) təyin olunarkən təkcə onun razılıq verməsi kifayət etmir. Bunun 

üçün həm də həmin vətəndaşın arvadının (ərinin) və yetkinlik yaşına çatan ailə özvlərinin razılıüı gərəkdir. Söh-

bət  ailəsi  və  yetkinlik  yaşına  çatan  övladları  olan  vətəndaşlardan  gedir.  Məlum  məsələdir  ki,  ailəli  vətəndaş 

qəyyum (himayəçi) vəzifəsini öz özərinə götürdüyü halda, qəyyumluq (himayəçilik) altında olan şəxsə bütün 

ailə  özvləri  birlikdə  qayüı  göstərirlər.  Buna  görə  də  vətəndaşın  qəyyum  (himayəçi)  təyin  edilməsinə  həm  də 

onun ailə özvlərinin razılıq verməsi tələb olunur. 

Qanunun qəyyumlar (himayəçilər) barəsində müəyyən etdiyi beşinci şərt ondan ibarətdir ki, onlar qəyyum-



luüa (himayəçiliyə) ehtiyacı olan və buna görə də özərində qəyyumluq (himayəçilik) təyin olunacaq şəxs-

lərlə normal münasibətdə olmalıdırlar. Bir qayda olaraq, qəyyumluüa (himayəçiliyə) ehtiyacı olan şəxslərə 

yaxın, xüsusən də qohum olan vətəndaşlar qəyyum (himayəçi) təyin edilirlər. Mənafeləri ziddiyyət təşkil edən, 

qeyri-normal ünsiyyətdə olan şəxslər qəyyum (himayəçi) təyin oluna bilməzlər. Qəyyumluq (himayəçilik) mü-

ə

yyənləşdirilərkən müvcud münasibət və əlaqələr, qarşılıqlı anlaşma mühüm rol oynayır.  



Qəyyum (himayəçi) təyin etmək üçün qohum şəxslər olmadıqda, onda onu qəyyumluq və himayəçilik 

orqanının özü seçir. Özü də qəyyumluq (himayəçilik) müəyyən edilərkən və konkret şəxs qəyyum (himayəçi) 

təyin olunarkən qəyyumluüa (himayəçiliyə) ehtiyacı olan şəxsin özünün razılıq verməsi, adətən, tələb olunmur. 

Ə

gər saülamlıq vəziyyəti və yaşı bu şəxsin razılıq verməsinə imkan verərsə, onda həmin şəxsin arzusu və istəyi 



nəzərə alınır (MM-in 35-ci maddəsinin 3-cü bəndi). Amma bu, qəyyum (himayəçi) təyin edilməsinin məcburi 

və zəruri şərti deyildir. 

Qəyyumluüa və ya himayəçiliyə ehtiyacı olan şəxslər (yetkinlik yaşına çatmayan uşaqlar, aüıl zəifliyi və ya 

ruhi-psixi xəstəlik  nəticəsində  məhkəmə  tərəfindən  məhdud  fəaliyyət  qabiliyyətli  sayılanlar)  tərbiyə  edilmək, 

müalicə olunmaq üçün tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə yerləşdirilə 

bilərlər. Söhbət uşaq evlərindən, psixiatriya (psixonevroloæi) müəssisələrindən, əlillər evindən, qocalar evindən 

və s. gedir. Bu cür hallarda həmin kateqoriya şəxslərə qəyyum (himayəçi) təyin olunmur. Ona görə ki, mülki 

qanunvericilik qəyyumluq (himayəçilik) vəzifələrini həmin müəssisələrin özərinə qoyur (MM-in 35-ci maddəsi-

nin 4-cü bəndi). Xüsusi təyinat olmadan göstərilən müəssisələrin müdiriyyəti (direktor, baş həkim və s.) qəy-

yum (himayəçi) vəzifəsini icra edir. 

Bir qayda olaraq, çox vaxt eyni bir şəxs yalnız müəyyən bir şəxsin özərində qəyyum (himayəçi) təyin edilir. 

Bununla belə, eyni bir şəxs iki və daha artıq şəxsin qəyyumu (himayəçisi) kimi çıxış edə bilər. Məsələn, avto-

mobil qəzası nəticəsində hər iki valideyn (ər-arvad) ölür. Onların saü qalmış iki uşaüına qohumlardan biri qəy-

yum təyin edilir. Amma bundan fərqli olaraq müəyyən bir nəfər şəxs özərində yalnız bir nəfər şəxs qəyyum (hi-

mayəçi) təyin edilə bilər. Belə ki, hər hansı bir uşaüa iki şəxs qəyyum təyin edilə bilməz.  

4. Qəyumların (himayəçilərin) hüquq və vəzifələri  

Qəyyumluq (himayəçilik) aktını həyata keçirmək üçün mülki qanunvericilik qəyyumları (himayəçiləri) mü-

vafiq lazımi hüquq və vəzifələrlə təmin edir. Ruhi xəstə və ya kəmaüıllar özərində təyin edilmiş qəyyumun, hər 

ş

eydən əvvəl, vəzifəsidir ki, özünün qəyyumluüu altında olan şəxsin saülamlıüı barəsində qayüı göstərsin, mün-



təzəm surətdə həkim müşahidəsi altında olmaüı və ona vaxtlı-vaxtında lazımi tibbi yardım göstərilməsini təmin 

etsin. O, həm də həmin şəxslərə zəruri məişət qulluüu göstərmək vəzifəsini daşıyır. Bunlar qəyyumun ümumi 



 

126


xarakterli vəzifələridir.  

Yetkinlik yaşına çatmayan şəxslər özərində təyin edilmiş qəyyumlar (himayəçilər) də ümumi xarakterli vəzi-

fələr daşıyırlar. Onların vəzifəsi həmin şəxslərin saxlanması, tərbiyə edilməsi və təhsil alması ilə bağlıdır. Uşaüı 

tərbiyə etmək, onun saülamlıüının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq qəyyumların 

(himayəçilərin) əsas vəzifəsidir. Qəyyumlar (himayəçilər) öz qəyyumluüunda (himayəsində) olan şəxslərin hü-

quq və mənafelərini qorumaüa borcludurlar.  

Bununla bərabər, ümumi xarakterli bu cür vəzifələr qəyyumların (himayəçilərin) həyata keçirdikləri fəaliy-

yətin  ayrı-ayrı  müxtəlif  sahələrində  konkretləşir.  Həmin  konkret  vəzifələrin  qəyyumluq  (himayəçilik)  altında 

olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün böyük əhəmiyyəti vardır. 

Qəyyumların (himayəçilərin) daşıdığı vəzifələrdən biri ondan ibarətdir ki, onlar öz qəyyumluüunda (hima-



yəsində)  olan  yetkinlik  yaşına  çatmayan  şəxslərlə  birlikdə  yaşamalıdırlar  (MM-in  35-ci  maddəsinin  6-cı 

bəndi). Bu cür vəzifənin müəyyənləşdirilməsi onunla izah olunur ki, yetkinlik yaşına çatmayan şəxslər özərində 

təyin edilən qəyyumluüun (himayəçiliyin) əsas məqsədi həmin şəxslərin normal böyüməsi, fiziki-psixi, mənəvi-

ə

xlaqi cəhətdən tam inkişafı və dözgün tərbiyəsi üçün münasib şərait yaratmaqdan ibarətdir. Yalnız birlikdə ya-



ş

amaqla bu məqsədin həyata keçirilməsinə nail olmaq olar. Bəzi hallarda qanun himayəçi ilə himayədə ola-



nın ayrılıqda yaşamasına yol verir. Bunun üçün vacibdir ki, birincisi, himayədə olanın on altı yaşı tamam ol-

sun, ikincisi, qəyyumluq və himayəçilik orqanı buna razılıq versin, üçüncüsü, ayrı yaşama himayədə olan şəx-

sin tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir  göstərməsin. Qəyyum isə bütün hallarda hər 

hansı bir istisnaya yol verilmədən hökmən və məcburi surətdə öz qəyyumluüunda olan yetkinlik yaşına çatma-

yan  şəxslə  birlikdə  yaşamalıdır.  Onların  ayrılıqda  yaşamasını  mülki  qanunvericilik  yolverilməz  hesab  edir. 

Bundan əlavə, qəyyumların (himayəçilərin) borcudur ki, özlərinin yaşayış yerinin dəyişməsi barədə qəyyumluq 

və himayəçilik orqanlarına məlumat versinlər.  

Özərinə qoyulmuş qəyyumluq və himayəçilik vəzifələrini əvəzsiz, təmənnasız icra etmək qəyyumların (hi-



mayəçilərin) daşıdıqları vəzifələrdən biridir (MM-in 35-ci maddəsinin 5-ci bəndi). Qəyyumluq və himayəçilik 

kimi hüquqi aktın məqsədi onun əvəzsiz olaraq hər hansı haqq alınmadan həyata keçirilməsini şərtləndirir. Bu akt 

fiziki şəxsin vətəndaşlıq, qohumluq, habelə mənəvi-əxlaqi borcudur. Ona görə də həmin aktın yerinə yetirilməsi 

müqabilində ekvivalent kimi qarşılıqlı əvəz və haqq alınmasından söhbət gedə bilməz. 



Vəsatət verməqəyyumların (himayəçilərin) özərinə qoyulan vəzifələrdən biridir (MM-in 35-ci maddəsinin 

9-cu bəndi). Qəyyumun (himayəçinin) bu vəzifəsi onunla bağlıdır ki, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan 

və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olan əsaslar aradan qalxır, yəni kəmaüıllar və ruhi xəstə-

lər saüalır və ya onların saülamlıq vəziyyəti xeyli yaxşılaşır, şəxs spirtli içkilərdən və ya narkotik vasitələrdən 

sui-istifadəyə son qoyur və s. Bu cür hallarda qəyyum (himayəçi) qəyyumluqda və ya himayədə olanın fəaliyyət 

qabiliyyətli sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Iddia ərizəsində həmin kateqoriya şəxs-

lər özərindən qəyyumluüun (himayəçiliyin) götürülməsi barədə xahiş də ifadə olunur. 

Qəyyumların (himayəçilərin) mülki hüquq və vəzifələri əsasən və başlıca olaraq əmlak münasibətləri sfe-



rasına aiddir. Mülki qanunvericilik onları geniş təfsilatı ilə tənzimləyir.  

Qəyyumluq (himayəçilik) altında olan şəxslərin gəlirlərini yalnız həmin şəxslərin öz mənafeləri üçün və 



qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərcləmək qəyyumların (himayəçilə-

rin) daşıdıqları əsas vəzifələrdən biridir. Bu gəlirlər qəyyumluq (himayəçilik) altında olan şəxslərin yaşaması və 

saxlanması üçün maddi təminat mənbəyi hesab olunur. Onlara aiddir: əmək haqqı, təqaüd, aliment və s; birdəfə-

lik pul ödənişləri (sığorta ödənişləri və s.); onun əmlakının idarə edilməsindən çatası gəlirlər (bank əmanətləri-

nə görə faizlər, səhmlər özrə dividendlər və s.). Bax, qəyyum (himayəçi) öz qəyyumluüunda və ya himayəsində 

olan şəxslərin saxlanması məqsədi ilə bu gəlirləri yalnız onların mənafeləri üçün xərcləməlidir. Amma bu, o de-

mək deyildir ki, qəyyum (himayəçi) öz qəyyumluüu və ya himayəsi altında olan şəxsi maddi cəhətdən saxlama-

lıdır. Onların özərinə bu cür vəzifə qoyulmur. 

Bəzi hallarda qəyyum (himayəçi) qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəy-

yumluq və himayə altında olan şəxsin gəlirini xərcləyə bilər. O, qəyyumluqda və ya himayədə olan şəxsin 



özünün  saxlanması  üçün  zəruri  xərclərin  əvəzini  müstəqil  surətdə  heç  kəsin  razılıüını  almadan  ödəyir. 

Zəruri xərclər dedikdə, qəyyumluqda və  ya himayədə olan şəxsin gündəlik ehtiyac və tələbatını təmin etmək 

üçün lazım olan xərclər (yemək, ərzaq məhsulları, geyim şeyləri, dərman və s. üçün çəkilən xərclər) başa düşü-

lür.  


Elə gəlirlər də vardır ki, qəyyumluq və ya himayə altında olan şəxs onu qəyyumun (himayəçinin) müdaxiləsi 

olmadan və qəyyumluq və himayəçilik orqanının qabaqcadan razılıüını almadan xərcləyə bilər. Bunlar qəyyum-

luqda və himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlərdir (MM-in 30-

cu maddəsinin 2-ci bəndi). 



 

127


Bundan əlavə, dövlət hər ay qəyyumluq və himayə altında olan yetkinlik yaşına çatmayan şəxsin saxlanması 

üçün maddi vəsait verir. Qəyyumun (himayəçinin) vəzifəsidir ki, bu vəsaitdən həmin şəxslərin mənafeyi üçün 

dözgün xərcləsin. 

Qəyyumların daşıdıqları vəzifələrdən biri onların qəyyumluq altında olan şəxslərin qanuni nümayəndəsi 



kimi mülki (əmlak) dövriyyədə çıxış etməyə borclu olmasından ibarətdir. Söhbət qəyyumların 14 yaşınadək 

olan yetkinlik yaşına çatmayanların və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslə-

rin əvəzinə əqdləri onların adından və onların mənafeyi üçün bağlamasından gedir. Qəyyumluq altında olan bu 

kateqoriya  şəxsləri  qəyyumlar  əmlak  münasibətlərində  tam  əvəz  edirlər.  Himayəçilər  isə  himayə  altında 

olan şəxslərin mənafeyini təmin etmək məqsədi ilə onların bağladıqları əqdlərə yazılı razılıq verirlər. 

Bununla belə, elə əqdlər vardır ki, qəyyumlar həmin əqdləri qəyyumluq və himayəçilik orqanının qabaq-



cadan icazəsini almadan bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Mülki qa-

nunvericiliyin müəyyənləşdirdiyi bu qayda qəyyumluqda (himayədə) olan şəxslərin mənafeyi üçün qəyyumla-

rın (himayəçilərin) fəaliyyəti özərində lazımi dövlət nəzarətini təmin etmək məqsədini güdür. Bu qayda həmin 

şə

xslərin əmlakı barəsində qəyyumların (himayəçilərin) sərəncam verməsi özərində dövlət yoxlaması (nəzarəti) 



müəyyən edir. Əgər qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyumlar əqd bağla-

yarlarsa, himayəçilər isə bu əqdlərin bağlanmasına razılıq verərlərsə, onda onların hüquqi əhəmiyyəti olmur. Bu 

cür əqdlər etibarsız sayıla bilər. 

Qəyyumluq və himayəçilik orqanından qabaqcadan icazəsi alınması tələb olunan əqdlərə mülki qanunverici-

lik şamil edir:  

 qəyyumluqda (himayədə) olanın əmlakının özgəninkiləşdirilməsinə yönələəqdlə(əmlakı satmaq, də-



yişdirmək, bağışlamaq, icarəyə vermək, kirayəyə vermək, girov qoymaq, ipotekaya vermək, əvəzsiz istifadəyə 

vermək və s.). Qəyyum bu cür əqdlər bağlayarkən, himayəçi isə onların bağlanmasına razılıq verərkən hökmən 

və mütləq qəyyumluq və himayəçilik orqanından qabaqcadan icazə alınması gərəkdir və vacibdir;  

 qəyyumluqda və ya himayədə olan şəxsə mənsub olan mülki əmlak hüquqlarından imtinaya səbəb olan 



ə

qdlər (miras əmlakı qəbul etməkdən imtina əqdi; borcun alınmasından və geri qaytarılmasından imtina əqdi; 

verilən hədiyyəni qəbul etmək əqdi; kirayə və ya icarə haqqını almaqdan imtina əqdi və s.). Məsələn, on yaşlı 

uşaüa vəsiyyət yolu ilə babasından bağ evi keçir. Qəyyum bağ evini, yəni miras əmlakı qəbul etməkdən imtina 

etmək  üçün  hökmən  qəyyumluq  və  himayəçilik  orqanının  qabaqcadan  icazəsini  almalıdır.  Başqa  bir  misalda 

qonşunun on üç yaşlı uşaüa borcu vardır. Qəyyum bu borcdan imtina etmək üçün mütləq qəyyumluq və hima-

yəçilik orqanının qabaqcadan icazəsini almalıdır. 

 qəyyumluqda və ya himayədə olanın əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrıl-



masına səbəb olan əqdlə(mülkiyyətçisi və ya mülkiyyətçilərdən biri qəyyumluqda və ya himayədə olan şəx-

sin yaşayış evinin bölüşdürülməsi); 

 qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digəəqd.  



Mülki qanunvericilik qəyyumluq və himayəçilik orqanının göstərilən əqdlərin bağlanmasına hansı formada 

icazə  (razılıq)  verməsini  müəyyənləşdirmir.  Biz  elə  hesab  edirik  ki,  icazəsinin  forması  bağlanan  əqdin  (yəni 

bağlanması üçün qabaqcadan qəyyumluq və himayəçilik orqanının icazə verməsi tələb olunan əqdin) formasına 

uyüun gəlməlidir. Məsələn, qəyyumluqda olan şəxsin yaşayış evi satılarkən alqı-satqı müqaviləsi notariat qay-

dasında təsdiqlənir. Mülki qanunvericilik daşınmaz əşyaların alqı-satqı müqaviləsi üçün notarial forma müəy-

yən edir. Deməli, qəyyumluq və himayəçilik orqanı yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanmasına razılı-

üı notarial formada verməlidir. Qəyyum fəaliyyət qabiliyyəti olmayan ruhi xəstənin bağ evini kirayəyə verir və 

sadə yazılı formada kirayə müqaviləsi bağlayır. Qəyyumluq və himayəçilik orqanı icazəni buna uyüun olaraq 

sadə yazılı formada verir.  

Qəyyumların  (himayəçilərin)  özərinə  qoyulan  vəzifələrdən  biri  onların  qəyyumluqda  və  ya  himayədə 



olanla əqd bağlamamasına borclu olmasından ibarətdir. Bu cür vəzifənin nəzərdə tutulması qəyyumların (hi-

mayəçilərin) qəyyumluq (himayəçilik) aktından tamah niyyəti ilə istifadə etmək, sui-istifadəyə yol vermək hal-

larının qarşısını almaq məqsədi güdür. Bu məqsədlə də mülki qanunvericilik qəyyumun (himayəçinin) qəyyum-

luqda (himayədə) olan şəxslə əqd bağlamasını qadaüan edir. Qanun həm də qəyyumun (himayəçinin) ərinin (ar-

vadının) və onun yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə əqd bağlamasını yasaqlayır. Bunun-

la qanun mümkün ola biləcək hər hansı sui-istifadənin qarşısını almaüı təmin edir. Yaxın qohumlar dedikdə, 

qəyyumun (himayəçinin) valideynləri, qardaş-bacıları, övladları (o cümlədən övladlıüa götürən) başa düşülür.  

Göstərilən bu ümumi qaydadan mülki qanunvericilik yalnız bir halda istisnaya yol verir. Belə ki, qanun qəy-

yumun (himayəçinin), onun ərinin (arvadının) və yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə iki 

cür əqd bağlamasını mümkün hal hesab edir, qadaüan etmir. Bu əqdlərə aiddir: qəyyumluqda (himayədə) olana 

hədiyyə  kimi  əmlak  verilməsi  əqdi,  yəni  bağışlama  müqaviləsi  bağlamaq  (onlar  qəyyumluqda  və  himayədə 


 

128


olanlara yaşayış evi, minik avtomobili, musiqi alətləri, geyim şeyləri, valyuta və s. bağışlaya bilərlər); qəyyum-

luqda (himayədə) olanın əvəzsiz istifadəsinə əmlak verilməsi, yəni əvəzsiz istifadə müqaviləsi bağlamaq (onlar 

qəyyumluqda və ya himayədə olan şəxsə əvəzsiz istifadə üçün hər hansı dövriyyə qabiliyyətli əmlak verə bilər-

lər). 


Qəyyumlar (himayəçilər) məhkəmədə öz qəyyumluüunda (himayəsində) olan şəxslərin hüquqlarını xüsusi 

səlahiyyət almadan müdafiə etməyə borcludurlar. Bəzi məqamlarda onların bu cür vəzifə daşımaq imkanı 

məhdudlaşır. Məsələ burasındadır ki, qəyyumun (himayəçinin) əri (arvadı) və onun  yaxın qohumları ilə qəy-

yumluqda (himayədə) olan şəxs arasında əmlak mübahisəsi yarana bilər.  

Bu cür halda, şübhəsiz ki, maraqlı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Aparılan məhkəmə işində 

bir tərəf rolunda qəyyumluqda (himayədə) olan şəxs, digər tərəf qismində isə qəyyumun (himayəçinin) əri (ar-

vadı) və onun yaxın qohumları iştirak edir. Bax, belə halda qəyyum (himayəçi) qəyyumluqda (himayədə) olan 

şə

xsin hüquqlarını məhkəmədə müdafiə və həmin şəxsi təmsil edə bilməz. Qanun bunu qadaüan edir (MM-in 



36-cı maddəsinin 3-cü bəndi).  

5. Qəyyumluqda (himayədə) olanın əmlakının etibarlı  

idarə olunması 

Qəyyumluqda (himayədə) olan şəxsin mülkiyyətində müxtəlif daşınmaz və qiymətli daşınar əmlak növləri 

ola bilər. Bunların arasında elələri ola bilər ki, öz xüsusiyyətlərinə görə saxlanması, qulluq göstərilməsi və idarə 

olunması xüsusi diqqət, qayüı tələb etsin. Başqa sözlə desək, bu cür əmlak növlərinin müntəzəm idarə olunma-

sına ehtiyac və zərurət yarana bilər. Bundan əlavə, qəyyumluqda (himayədə) olanın əmlakı onun yaşayış yerin-

dən başqa ərazidə (rayonda, şəhərdə və s.) yerləşə bilər. Bu hal isə qəyyuma (himayəçiyə) həmin əmlakı idarə 

etməyə mane olur. Belə hallarda qəyyumluq və və himayəçilik orqanı göstərilən həmin əmlak növlərini onların 

etibarlı idarə edilməsi üçün idarəçiyə verir. Özü də idarəçini bu orqan müəyyənləşdirir.  

Ə

mlakın etibarlı idarə olunması Azərbaycan Respublikasının müasir mülki qanunvericiliyi üçün yeni an-

layışdır.  Dözdür,  əmlakın  etibarlı  idarə  olunmasına  aid  bəzi  fraqmentlərə  köhnə  mülki  qanunvericilikdə  rast 

gəlmək olurdu. Belə ki, əvvəlki 1964-cü il MM-in 19-cu maddəsində məhkəmə qətnaməsinə əsasən xəbərsiz it-

kin düşmüş hesab edilən vətəndaşın əmlakı özərində qəyyumluq müəyyən edilməsi nəzərdə tutulmuşdu. Əmla-

kın etibarlı idarə olunması institutunun kökü ingilis-amerikan hüquq ailəsi ölkələrində geniş  yayılmış etibarlı 

mülkiyyət institutu ilə bağlıdır. Amma bu institutları bir-biri ilə eyniləşdirmək olmaz. Bunlar arasında əsas fərq-

li cəhət ondan ibarətdir ki, əmlak etibarlı mülkiyyətə verildikdə həqiqi (real) mülkiyyətçi mülkiyyət hüququnu 

itirir, etibarlı mülkiyyətçi isə mülkiyyət hüququ əldə edir. Əmlak etibarlı idarə olunmaüa verildikdə isə hə-



qiqi (real) mülkiyyətçi mülkiyyət hüququnu itirmir. O, əmlakın mülkiyyətçisi kimi qalır.  

Etibarlı idarə olunmanın obyekti rolunda, hər şeydən əvvəl, daşınmaz əmlak (torpaq sahəsi, bağ evi, yaşayış 

evi, ayrıca su obyektləri və s.) çıxış edir. Obyekt qiymətli daşınar əmlak növləri (məsələn, qiymətli kaüızlar) də 

ola bilər. 

Ə

mlakın etibarlı idarə olunması özrə münasibətlər müqavilə ilə rəsmiləşdirilir. Buna əmlakın etibarlı idarə 



edilməsinə dair müqavilə deyilir. O, əmlakı idarə edənlə (idarəçi) qəyyumluq və himayəçilik orqanı arasında 

bağlanır. Müqavilədə idarəçiyə çatacaq haqqın mənbəyi və məbləüi, onun məsuliyyəti və əmlak barəsində hü-

quqları nəzərdə tutulur. Etibarlı idarəçi öz funksiyasını bu müqavilə əsasında həyata keçirir. 

Etibarlı  idarəçiliyə  verilən  əmlak  qəyyumluqda  (himayədə)  olan  şəxslərin  digər  əmlak  növlərindən  ayrılır. 

Idarəçi bu şəxslərin mənafeyi üçün əmlakı səmərəli idarə etməlidir. Bunun üçün o, lazım olan bütün hüquqi və 

faktiki hərəkətləri yerinə yetirir. Əmlakdan istifadə nəticəsində əldə edilən gəlirləri (məsələn, səhm qiymətli ka-

üızları  özrə  dividendləri  və  s.),  bəhərləri  (məsələn,  aüacların  meyvələrini,  mal-qaranın  balasını  və  s.)  idarəçi 

mülkiyyətçiyə,  yəni qəyyumluqda (himayədə) olan şəxsə verməlidir (MM-in 135-ci maddəsinin 12-ci bəndi). 

Idarəçinin borcudur ki, əmlakdan qəyyumluqda (himayədə) olan şəxsin mənafeyi üçün istifadə etsin. Bu vəzifə-

nin dözgün icrası özərində nəzarəti qəyyumluq və himayəçilik orqanı həyata keçirir. Axı, bu orqan müqavilə iş-

tirakçılarından biridir. Əmlakın idarə edilməsindən çatası gəlirləri qəyyum (himayəçi) yalnız qəyyumluqda 

(himayədə) olan şəxsin mənafeyi üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi-

ni almaqla xərcləyə bilər. 

Etibarlı idarəçinin əmlak barəsində hüquqları qeyri-məhdud deyil. Belə ki, o, əmlakın özgəninkiləşdirilməsi-

nə və s. yönələn əqdləri (bu əqdlər MM-in 36-cı maddəsinin 2-ci bəndində göstərilmişdir) yalnız qəyyumluq və 

himayəçilik orqanının qabaqcadan icazəsini almaqla bağlaya bilər. Bundan əlavə, etibarlı idarəçi, onun arvadı 

(əri) və yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə əqd bağlamaüa ixtiyarı çatmır (MM-in 37-ci 

maddəsinin 1-ci bəndi, 36-cı maddəsinin 3-cü bəndi). 

Qəyyumluqda (himayədə) olan şəxsin, şübhəsiz ki, əmlakının hamısı etibarlı idarə etməyə verilmir. Qəyyum 

(himayəçi)  qalan  həmin  əmlak  barəsində  öz  səlahiyyətlərini  itirirmi?  Mülki  qanunvericilik  bu  sualı  cavabsız 



 

129


qoymur. Belə ki, qəyyum (himayəçi) qəyyumluqda (himayədə) olanın etibarlı idarəetməyə verilməmiş əmlakı 

barəsində öz səlahiyyətlərini saxlayır (MM-in 37-ci maddəsinin 1-ci bəndi). 

Ə

mlakın etibarlı idarəetməyə verilməsi müddətli xarakter daşıyır. O, müxtəlif əsaslara görə ləğv edilir: əm-



lakın etibarlı idarəetməyə verilməsinə dair müqavilənin müddətinin başa çatması; qəyyumluq və ya himayəçili-

yin başa çatması; qəyyumluq və ya himayəçiliyin ləğv edilməsi; etibarlı idarəçinin ölməsi; qəyyumluqda (hima-

yədə) olan şəxsin ölməsi; idarəçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və s.  

6. Qəyyumluüa və himayəçiliyə xitam verilməsi  

Qəyyumluüa və himayəçiliyə xitam verilməsi dedikdə, qəyyumluq və himayəçilik münasibətinin ləğv edil-

məsi  başa  düşülür.  Mülki  qanunvericilik  qəyyumluq və himayəçilik münasibətinin müxtəlif əsaslara görə ləğv 

oluna bilməsini nəzərdə tutur. Bu münasibət ayrı-ayrı hüquqi faktlar əsasında xitam olunur. 

Qəyyumluüa və himayəçiliyə xitam verilməsi əsaslarından biri yetkinlik yaşına çatmayan şəxsin valideyn-



lərinə qaytarılması və ya övladlıüa götürülməsi faktıdır (MM-in 38-ci maddəsinin 1-ci bəndi). Yetkinlik ya-

ş

ına çatmayan şəxs müxtəlif amillərə  görə valideynlərinə qaytarıla bilər: valideynlərin saüalması; valideynlik 



hüquqlarının bərpa olunması; valideynlərin uşaqları tərbiyələndirmək və ya hüquq və mənafelərini müdafiə et-

mək imkanı bərpa olunduqda; cinayət cəzasını çəkib qurtarmaqla valideynlərinin azadlıüa buraxılması və s. Bu 

faktlardan  biri  olduqda,  qəyyumluq  və  himayəçilik  orqanı  qəyyumu  (himayəçini)  öz  vəzifələrinin  icrasından 

azad edir. Bununla qəyyumluq və himayəçiliyə xitam verilir. 

Qəyyumluüa xitam verilməsinin əsaslarından biri məhkəmənin qəyyumluqda olanın fəaliyyət qabiliyyətli 

sayılması haqqında qərar çıxarmasından ibarətdir (MM-in 38-ci maddəsinin 5-ci bəndi). Söhbət ruhi-psixi 

xəstələrin və  ya kəmaüılların saüalmasından və  ya saülamlıq vəziyyətinin xeyli yaxşılaşmasından gedir. Belə 

halda maraqlı şəxslər (qəyyum, ailə özvləri, psixiatriya müəssisəsi, qəyyumluq və himayəçilik orqanı) iddia əri-

zəsi ilə məhkəməyə müraciət edirlər. Qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması barədə məhkəmə qət-

naməsi onun özərində müəyyən edilmiş qəyyumluüun ləğv edilməsi üçün əsasdır. Himayəçiliyə də məhkəmə 

qətnaməsi əsasında xitam verilir. Belə ki, maraqlı şəxslərin (himayəçinin, psixiatriya müəssisəsinin, qəyyumluq 

və himayəçilik orqanının) ərizəsi əsasında məhkəmə himayədə olan şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaş-

dırılmasının ləğv edilməsi haqqında qərar qəbul edir. Bu qərar həmin şəxsin özərində müəyyən olunmuş hima-

yəçiliyin ləğv edilməsi üçün əsasdır.  

Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın 14 yaşa çatması qəyyumluüa xitam verilməsi əsasların-



dan biri hesab olunur (MM-in 38-ci maddəsinin 6-cı bəndi). Bu zaman qəyyum qəyyumluq və himayəçilik or-

qanının əlavə qərarı olmadan avtomatik surətdə himayəçi olur. O, həmin şəxsin himayəçisinə çevrilir.  

Himayəçiliyə xitam verilməsi əsaslarından biri himayədə olan yetkinlik yaşına çatmayan şəxsin on səkkiz 

yaşının tamam olmasıdır (MM-in 38-ci maddəsinin 7-ci bəndi). Bu zaman qəyyumluq və himayəçilik orqanı-

nın hər hansı bir qərarı olmadan himayəçilik avtomatik surətdə ləğv edilir.  



Emansipasiya əsasında himayəçiliyə vaxtından əvvəl xitam verilir. Belə ki, himayədə olan şəxs emansipasiya 

qaydasında yetkinlik yaşına çatanadək tam mülki-hüquqi status (tam fəaliyyət qabiliyyəti) əldə edir. Bu cür halda 

himayəçilik qəyyumluq və himayəçilik orqanının əlavə qərarı olmadan ləğv edilir.  

Nikah yaşının aşaüı salınması qaydasında ailə qurmaq (nikah yetkinliyi) yolu ilə himayədə olan şəxs 

vaxtından əvvəl 18 yaşa çatanadək tam fəaliyyət qabiliyyəti əldə edə bilər. Belə halda da himayəçilik qəyyum-

luq və himayəçilik orqanının qərarı olmadan avtomatik surətdə ləğv edilir. 

Qəyyumluq (himayəçilik) qəyyumluqda (himayədə) olan şəxsin ölümü ilə də ləğv edilə bilər.  



7. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından  

kənarlaşdırılması  

Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından kənarlaşdırılması qəyyumluüa və himayəçili-

yə xitam verilməsi əsaslarından biridir. Onların öz vəzifələrinin icrasından azad olunması nəticəsində də qəy-

yumluq və himayəçilik münasibəti ləğv edilə bilər.  

Kənarlaşdırma dedikdə, qəyyumların və himayəçilərin yol verdikləri təqsirli hərəkətlərə görə məcburi su-

rətdə öz vəzifələrinin icrasından uzaqlaşdırılmasına yönələn akt başa düşülür. Bu baxımdan, o, qəyyumların və 

himayəçilərin öz vəzifələrinin icrasından azad olunması anlayışından fərqlənir. Azadolunma dedikdə, qəyyum-

ların (himayəçilərin) bu və ya digər özrlü səbəbə görə könüllü (qeyri-məcburi) surətdə öz vəzifələrinin icrasın-

dan uzaqlaşdırılmasına yönələn akt başa düşülür. Kənarlaşdırma aktı azad olunma aktından fərqli olaraq qəyyu-

mun (himayəçinin) təqsirli hərəkətləri ilə bağlıdır. Bu akt mahiyyətcə onların təqsirli davranışına görə tətbiq 



edilən sanksiyadır. Onun tətbiq edilməsi nəticəsində də arzuolunmaz nəticələr yarana bilər. Məsələn, öz vəzi-

fələrinin icrasından kənarlaşdırılan qəyyumlar (himayəçilər) bir daha qəyyum (himayəçi) təyin oluna bilməzlər. 

Bu cür şəxslərin övladlıüa götürmək imkanını qanun qadaüan edir. Azadetmə isə mahiyyətcə sanksiya deyil

Onun nəticəsində qəyyum (himayəçi) üçün arzuolunmaz nəticələr yaranmır. 



 

130


Qanunda nəzərdə tutulan bir sıra hallarda azadolunma aktı nəticəsində qəyyumluq və himayəçilik münasibə-

tinə xitam verilir. Yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə qaytarılması və ya övladlıüa götürülməsi 



nəticəsində qəyyumun (himayəzinin) öz vəzifələrinin icrasından azad edilməsi bu hallardan biridir (MM-in 

38-ci maddəsinin 1-ci bəndi). 

Qəyyumluqda (himayədə) olan şəxsin müvafiq tərbiyə, müalicəəhalinin sosial müdafiəsi müəssisəsinə və 

ya digər oxşar müəssisəyə yerləşdirilməsi bu cür hallardan ikincisidir (MM-in 38-ci maddəsinin 2-ci bən-

di). Belə halda həmin müəssisə yeni qəyyum (himayəçi) rolunda çıxış edir. Qəyyumların (himayəçilərin) vəzi-

fəsini göstərilən müəssisələrin müdiriyyəti həyata keçirir (MM-in 35-ci maddəsinin 4-cü bəndi). Əvvəlki qəy-

yum (himayə) isə öz vəzifələrinin icrasından qəyyumluq və himayəçilik orqanı tərəfindən azad edilir, bir şərtlə 

ki, bu, qəyyumluqda (himayədə) olanın mənafelərinə zidd olmasın. Bununla qəyyumluüa və himayəçiliyə xitam 

verilir.  

Qəyyumluq və himayəçiliklə bağlı münasibətin ləğv edilməsinə əsas olan hallardan üçüncüsü özrlü səbəblə-

rə görə qəyyumun (himayəçinin) öz xahişi və arzusu ilə vəzifələrinin icrasından azad olunmasıdır (MM-in 

38-ci  maddəsinin  3-cü  bəndi).  Bu  cür  özrlü  səbəblərin  dəqiq  və  qəti  siyahısı  mülki  qanunvericilik  tərəfindən 

müəyyənləşdirilmir. Mülki qanunvericilik onların təxmini siyahısını verir: qəyyumun (himayəçinin) xəstələn-

məsi; qəyyumun (himayəçinin) əmlak vəziyyətinin dəyişməsi (borca düşməsi, müflisləşməsi, kreditorların ona 

pul tələbi irəli sürməsi və s.); qəyyumluqda (himayədə) olanla qarşılıqlı anlaşmanın yoxluüu və s. Özrlü səbəb-

lərə digər halları da aid etmək olar: qəyyumun (himayəçinin) başqa şəhərə köçüb getməsi; qəyyumun (himayə-

çinin) iş yerini dəyişməsi; qəyyumun (himayəçinin) xaricə işləməyə göndərilməsi; qəyyumun (himayəçinin) ai-

lə qurması və ya onun ailə vəziyyətinin dəyişməsi; tez-tez onun xidməti ezamiyyətə göndərilməsi; qəyyumun 

(himayəçinin) kifayət qədər təcrübəsinin, pedaqoæi biliyinin olmaması. 

Özrlü səbəblərin motivini qəyyum (himayəçi) sübut etməli və əsaslandırmalıdır. Əgər onun irəli sürdüyü ar-

qumentləri və halları qəyyumluq və himayəçilik orqanı özrlü səbəblər kimi qiymətləndirərsə, onda qəyyumun 

(himayəçinin) vəzifəsinin icrasından azad olunması barədə müvafiq qərar qəbul edir.  

Kənarlaşdırma aktının tətbiq edilməsinə müxtəlif əsaslar səbəb ola bilər. Mülki qanunvericilik bu əsasların 

təxmini olmayan siyahısını verir (MM-in 38-ci maddəsinin 4-cü bəndi). Onlara aiddir: qəyyumun (himayəçinin) 

öz özərinə düşən vəzifələri lazımınca yerinə yetirməməsi; qəyyumun (himayəçinin) qəyyumluqdan (himayəçi-

likdən) tamah məqsədi ilə istifadə etməsi (məsələn, mənzil sahəsini tutması, miras əmlakdan istifadə etməsi və 

s.); qəyyumun (himayəçinin) qəyyumluqda (himayədə) olan şəxsi nəzarətsiz və zəruri köməksiz qoyması (mə-

sələn, maddi yardım etməmək və s.). 

Bu əsaslardan biri olduqda qəyyumluq və himayəçilik orqanı təqsirli davranışa yol verən qəyyumu (himayə-

çini) vəzifələrinin icrasından kənarlaşdırmaq barədə qərar qəbul edir. Bununla qəyyumluüa və himayəçiliyə xi-

tam verilir. Əgər qəyyum (himayəçi) öz təqsirli hərəkətləri ilə cinayət əməlinə yol verərsə, onda qəyyumluq və 

himayəçilik  orqanı  təqsirli  şəxsin  qanunla  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb  olunması  məsələsinin 

həlli üçün lazımi materialları hüquq-mühafizə orqanlarına göndərir. Bundan əlavə, o, qəyyumluqda (himayədə) 

olan şəxsin əmlakına vurduüu zərərə görə mülki-hüquqi məsuliyyət daşıyır.  



8. Patronaæ 

Yaşadığımız həyatda elə kateqoriya şəxslərlə rastlaşırıq ki, bu şəxslər tam yetkinlik yaşına çataraq mülki fəa-

liyyət qabiliyyətinə malik olurlar. Amma onlar saülamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını hə-

yata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini yerinə yetirməyə qadir olmurlar. Bu cür şəxsləri haqlayan 

aüır xəstəlik, cismani-fiziki çatışmazlıq (kor olmaq, karlıq) və qocalıq (ahıl) yaşı imkan vermir ki, onlar öz əm-

lakını  idarə  etsin,  bu  əmlak  barəsində  sərəncam  səlahiyyətini  həyata  keçirsin,  məişət  tələbatını  ödəmək  üçün 

ə

qdlər bağlasın, məsələn, özü üçün ərzaq məhsulları, geyim şeyləri alsınlar və s. Bəs, vəziyyətdən necə çıxma-



lı? Bu cür şəxslərin mənafeyini necə təmin etməli?  

Tam yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli bu cür şəxslərin mənafeyini təmin etmək üçün mül-

ki  qanunvericilik  patronaæ  (latınca  patronus  -  himayədar,  köməkçi)  adlı xüsusi  forma  müəyyən  edir  (MM-in 

39-cu maddəsinin 1-ci bəndi). 



Patronaæ himayəçiliyin xüsusi formasıdır. Bu forma onu sübut edir ki, himayəçilik nəinki natamam (nis-

bi) və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər özərində müəyyən olunur, həm də tam yetkinlik yaşına çatmış 

mülki fəaliyyət qabiliyyətli şəxslər özərində də təyin edilə bilər.  

Patronaæ hüquq institutu Azərbaycan Respublikasının müasir və yeni mülki qanunvericiliyi üçün novelladır. 

Dözdür, Azərbaycan SSR-in 1970-ci il Nigah və Ailə Məcəlləsinin 16-cı maddəsi səhhətinə görə müstəqil ola-

raq öz hüquqlarını həyata keçirə və vəzifələrini yerinə yetirə bilməyən fəaliyyət qabiliyyətli yetkinlik yaşına ça-

tan şəxslər özərində himayəçilik təyin edilməsi barədə göstəriş ifadə edirdi. Qeyd etmək lazımdır ki, sovet döv-

rünün ailə-nikah qanunvericiliyi patronaæ institutuna aid yalnız bəzi fraqmentləri tənzimləyirdi. Amma bu qa-



 

131


nunvericilik həmin institutun əsl və həqiqi təbiətini müəyyənləşdirmirdi.  

Patronaæ iki mənada işlədilir: hüquq institutu mənasında patronaæ; hüquqi akt mənasında patronaæ. Hüquq 



institutu mənasında patronaæ dedikdə, patronaæla bağlı yaranan münasibətləri tənzimləyən hüquq normaları-

nın məcmusu başa düşülür.  



Hüquqi akt mənasında patronaæ dedikdə, elə bir fəaliyyət başa düşülür ki, bunun nəticəsində saülamlıq 

vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra et-

məyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq və mənafeyi təmin edilir 

və qorunur, ona kömək göstərilir. Özərində patronaæ təyin edilən şəxs köməyə ehtiyacı olan şəxsdir. Aüır xəs-

təlik, fiziki-cismani qüsur (məsələn, kor olmaq, qəza nəticəsində əlil olmaq, şikəstlik və s.), ahıllıq və qocalıq 

həmin şəxsə imkan vermir ki, hərəkət etsin, özünə xidmət göstərsin, bazara-dükana gedib ərzaq məhsulları və s. 

alsın. Bu şəxsin övladları və yaxın qohumları qanuna görə maddi kömək göstərməyə borclu olsalar da, ona hər 

hansı yardım etmirlər. Amma övladların və yaxın qohumların olması həmin şəxs özərində patronaæ təyin 



edilməsinə mane ola bilməz.  

Köməyə ehtiyacı olan şəxs onun özərində patronaæ təyin edilməsi üçün qəyyumluq və himayəçilik orqanına 

ə

rizə ilə müraciət edir. Qəyyumluq və himayəçilik orqanı ərizəyə baxaraq, patronaæ təyin edilməsi barədə mü-



vafiq qərar çıxarır. Bu orqan həm də həmin şəxs özərində konkret himayəçi müəyyənləşdirir və təyin edir. Belə 

himayəçi patron (köməkçi) adlanır. Patron qanunun himayəçi olan şəxslər üçün müəyyən etdiyi şərtlərə (tələb-

lərə) mütləq cavab verməlidir (MM-in 35-ci maddəsinin 2-ci və 3-cü bəndləri). Özü də himayəçini təyin edər-

kən qəyyumluq və himayəçilik orqanı hökmən köməyə ehtiyacı olan şəxsin razılıüını almalıdır. Bu orqanın hə-

min şə

xsin razılıq vermədiyi patronu (köməkçini) təyin etməyə ixtiyarı çatmır. Bu, patronaæ aktının labüd 

və məcburi şərtidir.  

Patron (köməkçi) öz funksiyasını iki cür mülki-hüquqi müqavilə əsasında yerinə yetirir: tapşırıq müqaviləsi 

ə

sasında; etibarlı idarəetmə müqaviləsi əsasında. Bu müqavilə patronla himayədə olan şəxs arasında bağlanır. 



Patron göstərilən müqavilələr əsasında həmin şəxsin mülkiyyətində olan əmlakı barəsində sərəncam verir, onun 

ə

mlak hüquqlarını həyata keçirir. 



Məişət və digər əqdləri patron (köməkçi) yalnız himayədə olan fiziki şəxsin razılıüı ilə bağlaya bilər. Məişə

və digəəqdlər dedikdə, himayədə olan şəxsin saxlanmasına və onun məişət ehtiyacının ödənilməsinə yönələn 

ə

qdlər (ərzaq məhsulları, geyim şeyləri, məişətdə işlənən predmetlər və ev avadanlıqları, dava-dərman və s. al-



maq) başa düşülür. Bu cür əqdlər bağlanan zaman patron (köməkçi), şübhəsiz ki, özərində patronaæ müəyyən-

ləşdirilən şəxsin cari gəlirlərindən istifadə edir. Bu cür gəlirlərə aiddir: onun aldığı pensiya; ona verilən dövlət 

müavinətləri; yetkinlik yaşına çatmış övladların ona ödədiyi aliment və s. Patron (köməkçi) himayədə olan şəxs 

üçün lazımi məişət şəraiti yaratmalı, onun tibbi müalicəsini təmin etməli, ümumiyyətlə, vicdanla həmin şəxsin 

qayüısına  qalmalıdır.  Onun  özərinə  qoyulmuş  bu  və  ya  digər  vəzifələrin  lazımınca  yerinə  yetirilməsinə  qəy-

yumluq və himayəçilik orqanı nəzarət edir. Özü də həmin vəzifələri icra edərkən patronun öz himayəsində olan 

şə

xslə birlikdə yaşaması tələb olunmur. Bu, o deməkdir ki, onlar birlikdə də, ayrılıqda da yaşaya bilərlər.  



Patronaæ  müxtəlif  əsaslara  görə  xitam  oluna  bilər.  Hər  şeydən  əvvəl,  patronaæ  himayədə  (patronaæda) 

olan  şəxsin  tələbi  ilə  ləğv  edilir.  Fiziki  şəxs  istədiyi  vaxt  hər  hansı  dəlil,  arqument,  motiv  gətirmədən  onun 

özərində təyin edilmiş patronaæın ləğv olunmasını tələb edə bilər.  

Patronaæda olan şəxsin müalicə və ya əhalinin sosial müdafiəsi müəssisəsinə yerləşdirilməsi patronaæ 

münasibətinə xitam verilməsi əsaslarından biridir. Bu cür halda patron öz vəzifələrinin icrasından azad olunur.  

Özrlü səbəblərə görə patronun xahişi ilə öz vəzifələrinin icrasından azad edilməsi patronaæ münasibəti-

nə xitam verilməsi əsaslarından biri sayılır. Bu səbəblər patronun bundan sonra öz vəzifələrini yerinə yetirmək 

imkanını  qeyri-mümkün,  istisna  edir.  Patronun  xəstələnməsi,  əmlak  vəziyyətinin  dəyişməsi,  patronaæda  olan 

şə

xslə qarşılıqlı anlaşmanın yoxluüu, başqa şəhərə köçməsi, ailə qurması və digər hallar özrlü səbəblər hesab 



edilir.  

Patronaæ münasibəti patronaæda olan şəxsin ölməsi ilə də xitam edilə bilər. Məlum məsələdir ki, belə hal-

da bu cür münasibətin müvcudluüundan danışmaq olmaz.  

Qanunda nəzərdə tutulan hallar olduqda patron (köməkçi) qəyyumluq və himayəçilik orqanının qərarı ilə öz 

vəzifəsinin icrasından kənarlaşdırılır. Bu halların dairəsi MM-in 38-ci maddəsinin 4-cü bəndində göstərilmişdir. 

Kənarlaşdırma nəticəsində müvafiq patronaæ münasibətinə xitam verilir.  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə