MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

A. Təşkilati vahidlik  

Qeyd etmək lazımdır ki, hər hansı qurum fəaliyyət göstərmək, müəyyən məqsədə nail olmaq üçün yaradılır. 

Qarşıya qoyulan məqsədə çatması və fəaliyyət göstərməsi üçün quruma daxil olan özvlərin (təsisçilərin, iştirak-


 

146


çıların) məqsədyönlü fəaliyyəti gərəkdir. Bu niyyətlə qurumun idarə orqanları yaradılır. O, təkbaşına və kolle-

gial orqanlar formasında ola bilər. Lazım gəldikdə qurumun müvafiq bölmələri — şöbələri, sexləri, idarələri və 

s. yaradılır. Onların fəaliyyəti bir-birilə bağlı olub, qarşılıqlı surətdə bir-birini şərtləndirir. Ayrı-ayrı şöbələr ara-

sındakı əlaqələr iyerarxiya prinsipi, yəni aşaüıların yuxarılara tabeçiliyi prinsipi özrə qurulur. Şöbələrin və digər 

bölmələrin fəaliyyəti ümumi rəhbər orqana tabedir. Bu orqan qurumun iradəsini formalaşdırır və ifadə edir. Qu-

rumun rəhbər orqanı (rəhbəri) qurum adından fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarə-

lərdə və təşkilatlarda təmsil edir və digər hərəkətlər edir. Bunun nəticəsində isə qurumun çoxsaylı iştirakçıları-

nın arzusu qurumun tam və bütöv halda vahid iradəsinə çevrilir. 

Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, qarşısına qoyduüu məqsədə çatması üçün qurum özünün idarə 

orqanlarının və bölmələrinin vasitəsi ilə fəaliyyət göstərir. Bu orqan və bölmələrin sistemi onun daxili struktu-

runu (quruluşunu) təşkil edir. Daxili struktura malik olmaq onu ifadə edir ki, qurum təşkilati cəhətdən, yəni təş-

kil olunmaq cəhətdən vahiddir. Təşkilati vahidlik qurumun bütün özvlərinin (iştirakçılarının) fəaliyyətini eyni 

bir  məqsəd  ətrafında  birləşməyə  imkan  verir.  Həyata  keçirilən  fəaliyyət  vahid  məqsədə  nail  olunmasına  tabe 

edilir. Təşkilati vahidliyin mahiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə qurumun çoxsaylı iştirakçılarının işi 

tək bircə subyektin — qurumun özünün fəaliyyətinə çevrilir. Məhz təşkilati vahidliyin sayəsində və köməyi ilə 

qurum özvlərinin çoxplanlı və çoxcəhətli işi müəyyən mərkəzdən idarə olunur, ona rəhbərlik edilir və qarşılıqlı 

surətdə əlaqələndirilir. Beləliklə, təşkilati cəhətdən qurumda birləşən çoxsaylı şəxslər iqtisadi (əmlak) dövriyyə-

də, mülki hüquq münasibətlərində bir şəxs kimi, vahid hüquq subyekti kimi çıxış edir. Daha doürusu, təşkilati va-

hidlik quruma hüquqi şəxs statusu əldə etmək imkanı verir.  

Deməli, təşkilati vahidlik dedikdə, qurumun qarşıya qoyulan məqsədə çatması üçün idarə orqanları-



na, lazım gəldikdə isə müvafiq bölmələrə malik olmasında ifadə edilən daxili strukturu (quruluşu) baş

şülür. Təşkilati vahidlik nəticəsində qurum onun özərinə qoyulan istənilən vəzifəni yerinə yetirmək imkanı-

na malik olur.  

Təşkilati vahidlik qurumun təsis sənədində təsbit edilir. Söhbət onun nizamnaməsindən gedir. Burada quru-

mun fəaliyyətinin idarəetmə qaydası, idarəetmə  orqanlarının strukturu, habelə onun fəaliyyətinin predmeti və 

məqsədləri müəyyənləşdirilir. 

Yalnız təkcə təşkilati vahidlik əlaməti qurumun hüquqi şəxsi kimi tanınmasına, hüquqi şəxs statusu qazan-

masına dəlalət etmir. Bunun üçün onun ikinci əlamətə — mülkiyyətində ayrıca əmlaka malik olması gərəkdir.  

B. Ayrıca əmlakı olma əlaməti  

Hər  hansı  qurum  müəyyən  sosial-iqtisadi  məqsəd  üçün  yaradılır.  Onun  qarşısında  duran  sosial-iqtisadi 

məqsəd müxtəlif ola bilər: təsərrüfat fəaliyyətini həyata keçirmək; sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq; mal 

hazırlamaq və istehsal etmək; xidmətlər göstərmək; iş görmək; vasitəçilik etmək; dini fəaliyyət göstərmək və s. 

Məsələn,  nəqliyyat  müəssisəsi  yük,  sərnişin,  baqaæ  və  poçt  daşımaları,  yükləmə-boşaltma  və  liman  xidməti 

göstərmək və digər məqsədlər üçün yaradılır. Sığorta təşkilatının yaradılmasının sosial-iqtisadi məqsədi sığorta 

fəaliyyəti göstərməkdən  ibarətdir. Bank kimi kredit təşkilatının sosial-iqtisadi məqsədinə gəldikdə isə göstər-

mək lazımdır ki, şəxslərin vəsaitini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şər-

ti ilə öz adından və öz hesabına yerləşdirmək, kreditlər vermək onların hesablarını açmaq və aparmaq əməliy-

yatlarını həyata keçirmək bu təşkilatın sosial-iqtisadi məqsədini təşkil edir. 

Ş

übhəsiz ki, müvafiq maddi bazası olmadan qurum öz qarşısına qoyduüu məqsədinə çatması üçün fəaliyyət 



göstərə bilməz. Məlum məsələdir ki, təsərrüfat fəaliyyətini həyata keçirmək, mal istehsal etmək, xidmət göstər-

mək, iş görmək və s. üçün qurumun özünün maddi bazası olmalıdır. Qurumun maddi bazası dedikdə, onun 

mülkiyyətində ayrıca əmlaka malik olması başa düşülür. Bax, mülkiyyətində ayrıca əmlaka malik olmaüı mülki 

qanunvericilik qurumun hüquqi şəxs kimi tanınmasına dəlalət edən əlamətlərdən biri kimi nəzərdə tutur (MM-

in 43-cü maddəsinin 1-ci bəndi). Bu əlamət hüquq ədəbiyyatında maddi və ya iqtisadi əlamət adlandırılır. Qu-

rumun mülkiyyətində ayrıca əmlakı olması dedikdə, bu əmlakla qurumu yaradanların (təsisçilərin, iştirakçı-

ların) və digər şəxslərin malik olduqları əmlak arasında hədd qoyulması, onların bir-birindən ayrılması başa dü-

ş

ülür. Ayrılmış bu cür əmlak qurumun həyata keçirdiyi fəaliyyətin maddi bazası rolunda çıxış edir. Bunun tə-



sərrüfat fəaliyyətinin təşkili üçün mühüm əhəmiyyəti vardır.  

Qurumun hüquqi şəxs kimi tanınmasını şərtləndirən əlamət kimi «mülkiyyətində ayrıca əmlakı olması» de-

dikdə, nə başa düşülür? Qurumun mülkiyyətində müəyyən əmlakın olmaması onun hüquqi şəxs statusu əldə et-

mək  imkanını  istisna  etmirmi?  Bu  suallara  verilən  cavab  mülki  hüquq  elmində  diskussiya  doüurur.  Bir  qrup 

müəlliflər belə hesab edirlər ki, mülkiyyətçinin (qurumun) özünün əmlakı olmaması onun mülki (əmlak) döv-

riyyədə  müstəqil  surətdə  iştirak  etmək  və  bununla  da  mülki  hüquq  münasibətlərinin  subyekti  olmaq  (hüquqi 

şə

xs olmaq) imkanını qeyri-mümkün edir. Onların fikrincə, təkcə yalnız icarəyə götürülmüş əmlak və ya borc 



alınmış vəsait əsasında qurum mövcud ola bilməz. Qurumun mülkiyyətində əmlak olmazsa, o, mülkiyyətçi kimi 

 

147


tanınmazsa, normal əmtəə-pul münasibətlərində iştirak edə bilməz. 

kinci qrup alimlər bunun əksi olan mövqedə dayanırlar. Bu qrup alimlərin fikrincə, qurumun mülkiyyətində 

ə

mlakının olmaması onun hüquqi şəxs kimi tanınmamasına heç də dəlalət etmir. Mülkiyyətində əmlak olmadan 



da müvafiq qurum hüquqi şəxs statusu əldə edə bilər. Onlar göstərirlər ki, bəzi hüquqi şəxslərin (məsələn, in-

vestisiya institutlarının və s.) mülkiyyətində əmlak olmur. Bu cür hüquqi şəxslərin əmlakı icarəyə götürülmüş 

binadan və avadanlıqlardan, habelə bank hesabındakı pul vəsaitindən ibarətdir.  

Zənn edirik ki, bu cür mübahisə müstəvisində ikinci qrup müəlliflərin mövqeyi daha aülabatandır. Dözdür, 

MM-in 43-cü maddəsinin 1-ci bəndində ifadə edilən «hüquqi şəxs mülkiyyətində ayrıca əmlakı olan qurumdur» 

kimi göstərişi hərfi təfsir etdikdə belə nəticəyə gəlmək mümkün olur ki, qurumun mülkiyyətində əmlakının ol-

maması onun hüquqi şəxs statusu qazanması imkanını heçə endirir, yəni mülkiyyətində əmlak olmayan qurum 

hüquqi şəxs kimi tanına bilməz. 

Amma bu göstərişi hərfi yox, genişləndirici təfsir etmək lazımdır. Belə ki, qurumun hüquqi şəxs kimi tanın-

ması üçün əsas olan «ayrıca əmlak» anlayışına təkcə qurumun mülkiyyətində olan əmlak növlərini yox, həm də 

onun icarəyə və kirayəyə götürdüyü əşyaları (binaları, istehsal vasitələrini, avadanlıqları, dəzgahları, maşınları, 

nəqliyyat vasitələrini və s.), habelə müxtəlif cür öhdəlik (tələb) hüquqlarını (məsələn, bank hesabındakı pul və-

saitinin verilməsini tələb etmək hüququnu və s.) aid etmək lazımdır.  

lkin  əmlak  hüquqi  şəxsin  maddi  bazasının  əsasını  təşkil  edir.  Qurumun  malik  olduüu  həmin  ilkin  əmlak 

«nizamnamə kapitalı (və ya nizamnamə fondu)», hüquqi şəxsin təsərrüfat ortaqlıüı növü üçün «şərikli kapi-

tal», kooperativ növü üçün isə «pay haqqı fondu» anlayışı ilə əhatə olunur. Bu fondlara təsisçilər (iştirakçılar) 

tərəfindən maya kimi qoyulan əmlak payları binadan, qiymətli əşyalardan, avadanlıqdan, puldan, pul vəsaitin-

dən, o cümlədən xarici valyutadan, qiymətli kaüızlardan, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə 

hüquqlarından, bir sözlə, dövriyyə qabiliyyəti olan istəniləəmlakdan, əmlak hüquqlarından və pul dəyəri 



olan  digər  hüquqlardan  ibarət  ola  bilər.  Sonradan  qurumun  iqtisadi  (əmlak)  dövriyyədə  iştirakı  nəticəsində 

onun əmlak kütləsi arta bilər. Belə ki, o, istehsal etdiyi və hazırladığı məhsulun satışından, gördüyü işlərdən, 

göstərdiyi xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər, qiymətli kaüızların sa-

tışından əldə edilən gəlirlər və s. hesabına arta bilər. Deməli, qurumun əmlakı təsisçilərin (iştirakçıların) maya 

qoyuluşları (əmlak payı) hesabına  yaranmış ilkin əmlakdan (nizamnamə  kapitalından), habelə onun sonradan 

həyata keçirdiyi təsərrüfat-sahibkarlıq fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlakdan ibarətdir.  

Dediklərimizdən belə təsəvvür yaranır ki, qurumun mülkiyyətində ayrıca əmlakının olması onun hüquqi şəxs 

kimi tanınması üçün lazımi, vacib və zəruri əlamət deyildir. Bunun üçün, yəni qurumun hüquqi şəxs kimi tanın-

ması üçün əsas və mühüm jəhət odur ki, bu qurum əmlak müstəqilliyinə (ayrılıüına) malik olmalıdır. Buna 

görə də həmin əlaməti məhz «qurumun əmlak müstəqilliyinə malik olması» kimi təfsir etmək lazımdır. Bu ba-

xımdan bir sıra müəlliflər «ayrıca əmlakı olmaq» kimi əlaməti yox, «əmlak müstəqilliyi (ayrılıüı)» kimi əlaməti 

vacib sayırlar. Doürudan da, necə olursa-olsun, istənilən anda qurumun əmlak müstəqilliyinə malik olması mü-

hüm əlamət kimi özünü göstərir.  

Qurumun  mülkiyyətində  ayrıca  əmlakının  olması  və  əmlak  müstəqilliyi  müəyyən  dərəcədə  balansla  təmin 

edilir. Bütün hüquqi şəxslərin müstəqil balansı olmalıdır (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Söhbət mühasi-

bat balansından gedir. Mühasibat balansı (fransızca balance — tərəzi) hüquqi şəxsin əmlak və maliyyə vəziy-

yətini əks etdirən maliyyə hesabatı formasıdır, bu vəziyyəti xarakterizə edən hesabdır. Burada bir sütunda aktiv-

lər (əsas kapital, hüquqi şəxsin dəyəri, torpaq sahələri, binalar, texniki avadanlıq və maşın kimi mayalar və s.), 

digər sütunda passivlər (borclar, kredit idarələri qarşısında olan öhdəliklər, vergilər və s.) hesablanır. Bu hesab-

da şəxsin bütün əmlakı, gəlirlər-xərclər öz əksini tapır. 

Müstəqil mühasibat balansının olması qurumun mülkiyyətində ayrıca əmlaka malik olmasını və əmlak müs-

təqilliyini,  şəksiz,  sübut  edir.  Qurumun  bəzi  struktur  bölmələri,  məsələn,  hüquqi  şəxs  sayılmayan  filiallar  da 

mühasibat uçotu apara və ayrıca balans tərtib edə bilərlər. Amma bu balans müstəqil balans sayılmır.  

C. Müstəqil surətdə mülki (əmlak) dövriyyədə öz adından  

çıxış etməəlaməti 

Müstəqil  surətdə  mülki  (əmlak)  dövriyyədə  öz  adından  çıxış  etmək  əlaməti  dedikdə,  qurumun  sərbəst 

olaraq, heç kəsdən asılı olmadan qanunun yol verdiyi bütün mülki hüquq münasibətlərində iştirak etmək imkanı 

və qabiliyyəti başa düşülür. Qurum öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata ke-

çirmək, vəzifələr daşımaq hüququna, habelə əmlakı ilə öz öhdəlikləri üçün cavabdeh olmaq imkanına malik ol-

duqda hüquqi şəxs kimi tanınır (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Bu əlamət qurumun iki cür hüquqi imka-

na malik olmasını ifadə edir. 



Birinci hüquqi imkan qurumun öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqlara malik olmaq, onları 

ə

ldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququndan (qabiliyyətindən) ibarətdir. Söhbət burada 



 

148


iki cür mülki hüquq münasibətinin iştirakçısı olmaq imkanından gedir. Birincisi, qurum əşya (mütləq) hüquq 

münasibətlərində (məsələn, mülkiyyət hüquq münasibətlərində, müəlliflik hüquq münasibətlərində, patent hü-

quq münasibətlərində və s.) iştirak etmək qabiliyyətinə malikdir. Bu baxımdan qurumlar dövriyyə qabiliyyəti 

olan istənilən əmlaka (binaya, torpaq sahəsinə, istehsal vasitələrinə və s.) malik ola bilər. Ensiklopediyaları, en-

siklopedik lüüətləri, elmi əsərlərin toplularını, qəzetləri, æurnalları və digər dövri nəşrləri buraxan qurumların 

(nəşriyyatların) müəlliflik hüquq münasibətlərinin iştirakçısı olmaq hüququ vardır. Qurumlar ixtira, faydalı mo-

del və sənaye nümunəsi üçün patent almaq (patent sahibi olmaq) hüququna malikdir.  

kincisi, qurumların mülki (əmlak) dövriyyə münasibətlərində — iqtisadi (əmlak) dövriyyə münasibətlərində 

çıxış etmək qabiliyyəti vardır. Mülki (əmlak) dövriyyə münasibətləri dedikdə, öhdəlik (nisbi) hüquq münasi-

bətləri başa düşülür. Bu baxımdan qurumlar alqı-satqı, icarə, kirayə, kredit, daşıma, sığorta, podrat və digər öh-

dəlik hüquq münasibətlərində iştirak edə bilər. Onların istənilən mülki-hüquqi əqdi bağlamaüa ixtiyarı çatır.  

Söylədiklərimizə əsasən göstərə bilərik ki, mülki (əmlak) dövriyyədə çıxış etmək əlamətini məhdud mənada 

yox, geniş mənada başa düşmək lazımdır. Geniş mənada mülki (əmlak) dövriyyədə çıxış etmədedikdə, qu-

rumun həm əşya (mütləq) hüquq münasibətlərində, həm də öhdəlik (nisbi) hüquq münasibətlərində iştirak et-

mək imkanı başa düşülür. 



kinci hüquqi imkan qurumun müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşımaq qabiliyyətini əhatə 

edir. Bu, o deməkdir ki, hər bir qurum öz öhdəlikləri üçün əmlakı ilə cavabdehdir. Onun üçün heç kəs — nə tə-

sisçilər, nə də iştirakçılar cavab verməyə borcludurlar. Kreditorlar öz tələblərini quruma məxsus olan əmlaka 

yönəldə bilərlər. Elə əmlakın ayrılması da kreditorların quruma ola bilən mümkün iddialarını və pretenziyaları-

nı təmin etmək, ödəmək məqsədini güdür. Qurumun nizamnamə kapitalı (şərikli kapital və ya pay haqqı fondu), 

hər şeydən əvvəl, məhz bu məqsədə xidmət edir. Nizamnamə kapitalının (şərikli kapital və ya pay haqqı fondu-

nun) miqdarı kreditorların mənafelərini təmin edən həcmdə olmalıdır. Beləliklə, hüquqi şəxs statuslu hər bir qu-

rum öz öhdəlikləri üçün müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır. Bu cür məsuliyyət daşımaüın vacib 

ilkin şərti və zəmini həmin qurumun ayrıca əmlaka malik olmasından ibarətdir. Məhz bu əmlak hesabına kredi-

torların tələb və iddiaları təmin edilir. 

Mülki (əmlak) dövriyyədə müstəqil surətdə iştirak etmək əlaməti qurumun hüquqi şəxs kimi tanınması üçün 

gərək olan əlamətlər arasında yekun əlamət kimi nəzərdə tutulur. Ona görə ki, təşkilati struktura, ayrıca əmlaka 

və əmlak müstəqilliyinə malik olan qurum məhz bu əlamət sayəsində qanunun yol verdiyi bütün mülki hüquq 

münasibətlərində subyekt rolunda iştirak etmək imkanı qazanır. Həmin əlamətin daha bir xüsusiyyəti də vardır: 

o,  hüquqi  şəxsin  yaradılması  məqsədi  ilə  sıx  surətdə  bağlıdır.  Axı,  hüquqi  şəxs  xüsusi  olaraq  mülki  (əmlak) 

dövriyyədə iştirak etmək üçün yaradılan qurumdur. 

Göstərilən əlaməti bəzi müəlliflər hüquqi əlamət, digər müəlliflər isə maddi-hüquqi əlamət hesab edirlər.  

Z. Məhkəmdə iddiaçı və ya cavabdeh olmaq imkanı 

Qurumun hüquqi şəxs kimi tanınması üçün lazım olan əlamətlərdən biri onun məhkəmədə iddiaçı və ya 



cavabdeh  olmaq  imkanından  ibarətdir.  Hüquqi  şəxs  statusu  olmayan  qurumlar  məhkəmədə  iddiaçı  və  ya 

cavabdeh qismində iştirak edə bilməzlər. Məsələn, müəssisənin filialının məhkəmədə iddiaçı və  ya cavabdeh 

rolunda çıxış etmək imkanı yoxdur. ×ünki o, hüquqi şəxs statusuna malik deyil. 

Qurum subyektiv mülki hüququn daşıyıcı ola bilər. Bəzi hallarda bu hüquq digər şəxslər tərəfindən pozulur. 

Qurum  öz  pozulmuş  mülki  hüquqlarını  müdafiə  etmək  üçün  iddia  ilə  məhkəməyə  müraciət  etmək  hüququna 

malikdir. Bu halda qurum iddiaçı qismində çıxış edir. Bu isə onu ifadə edir ki, hüquqi şəxs kimi tanınan quru-

mun məhkəmədə iddiaçı olmaq qabiliyyəti vardır. 

Qurum  subyektiv  mülki  hüquqlara  malik  olmaqla  bərabər,  həm  də  hüquqi  vəzifələr  daşıyır.  Onun  özərinə 

mülki vəzifələr qoyula bilər. Bəzən qurum bu vəzifələri lazımınca icra edə bilmir, mülki hüquq pozuntusuna 

yol verir. Məsələn, podrat hüquq münasibətində podratçı rolunda çıxış edən tikinti təşkilatı ona tapşırılmış bağ 

evini tikmir. Başqa bir misalda daşıyıcı (nəqliyyat təşkilatı) yük göndərənin yükünü təyinat yerinə çatdırmır. Bu 

cür təqsirli hərəkətləri ilə həm nəqliyyat təşkilatı, həm də tikinti təşkilatı öhdəliyi icra etmirlər. Buna görə də 

həmin qurumlar müstəqil surətdə mülki-hüquqi (əmlak) məsuliyyət daşıyırlar. Belə ki, onlar hüququ pozulmuş 

müqavilə iştirakçılarına vurduqları zərərin əvəzini ödəməlidirlər. Əgər onlar bunu könüllü surətdə ödəməzlərsə, 

onda hüququ pozulmuş şəxslər iddia ilə məhkəməyə müraciət edirlər. Belə halda həmin qurumlar cavabdeh qis-

mində  məhkəməyə  cəlb  edilirlər.  Bu  isə  onu  ifadə  edir  ki,  hüquqi  şəxs  kimi  tanınan  qurumun  məhkəmədə 



cavabdeh olmaq qabiliyyəti vardır.  

Məhkəmədə  iddiaçı  və  ya  cavabdeh  olmaq  imkanı  kimi  əlamət  mülki  hüquq  elmində  prosessual-hüquqi 

ə

lamət adlandırılır. Ona görə ki, bu əlamət mülki-prosessual hüquq subyektliyi anlayışı ilə sıx surətdə bağlıdır, 

yəni hüquqi şəxs statusu qazanması üçün qurumun mülki-prosessual münasibətlərdə subyekt rolunda çıxış et-

məsi imkanı ilə əlaqədardır. Mülki-prosessual qanunvericiliyə görə iddiaçı və ya cavabdeh yalnız mülki-proses-


 

149


sual hüquq subyektliyinə, yəni prosessual hüquq qabiliyyətinə və prosessual fəaliyyət qabiliyyətinə malik olan 

şə

xslər ola bilər. Mülki-prosessual qanunvericilik hüquqi şəxs hüququna malik olan bütün qurumları həm pro-



sessual hüquq qabiliyyəti ilə, həm də prosessual fəaliyyət qabiliyyəti ilə (prosessual hüquq subyektliyi ilə) tə-

min edir. Belə çıxır ki, yalnız hüquqi şəxs hüququna malik olan qurum məhkəmədə iddiaçı və ya cavabdeh ola 

bilər. Deməli, həmin əlamət həm mülki hüquq üçün, həm də mülki-prosessual hüquq üçün əhəmiyyət kəsb edir. 

Mülki hüquq nəzərdə tutur ki, hüquqi şəxs kimi tanınması üçün qurumun mülki-prosessual hüquq subyektliyinə 

(prosessual münasibətlərdə subyekt kimi iştirak etmək imkanına) malik olması gərəkdir. Mülki prosessual hü-

quq isə müəyyənləşdirir ki, yalnız hüquqi şəxs hüququ olan qurumlar prosessual hüquq subyektliyinə malikdir.  

Beləliklə, hüquqi şəxsin əlamətini müəyyən etdikdən sonra ona anlayış verə bilərik. Bu, xarici ölkələrin sivi-

listika doktrinası ənənələrinə uyüundur. Xarici ölkələrin ya çoxunun mülki qanunvericiliyi, ümumiyyətlə, hüqu-

qi şəxsə anlayış vermir, ya da ki hüquqi şəxsə tərif verərkən ən adi və qısa formullarla kifayətlənir. Məsələn, 

Almaniyanın Mülki Qanunnaməsində,  Italiyanın Mülki Məcəlləsində və s. hüquqi şəxs anlayışının məzmunu 

açıqlanmır. 1978-ci ilə kimi Fransa Mülki Məcəlləsi, ümumiyyətlə, bu anlayışı işlətmirdi. Buna görə də həmin 

ölkələrin sivilistika doktrinası hüquqi şəxsin əlamətləri əsasında ona elmi anlayış verir. Bizim ölkə mülki qa-

nunvericiliyi hüquqi şəxsin leqal anlayışını nəzərdə tutur (MM-in 43-cü maddəsinin 1-ci bəndi). Buna əsaslana-

raq hüquqi şəxsə elmi (doktrinal) tərif verə bilərik. 



Hüquqi  şəxs  dedikdə,  dövlət  tərəfindən  hüququn  subyekti  kimi  tanınan,  məhkəmədə  iddiaçı  və  ya 

cavabdeh  ola  bilən  elə  bir  qurum  başa  düşülür  ki,  o,  vahid  təşkilati struktura  və  ayrıca  əmlaka  malik 

olub, mülki (əmlak) dövriyyədə öz adından çıxış edir.  

4. Hüquqi şəxsin mahiyyəti barədə əsas nəzəriyyələr  

Hüquqi şəxs mürəkkəb xarakterə malik olan konstruksiyadır. Bu mürəkkəblik onunla izah edilir ki, hüquqi 

şə

xs fiziki şəxsləri tam vahid halında birləşdirən sosial qurum olub, mülki hüququn vahid subyekti kimi tanınır. 



Həmin cəhət hüquqi şəxs barədə xeyli nəzəriyyələrin və konsepsiyaların  yaranmasına, əsaslı elmi tədqiqatlar 

aparılmasına  səbəb  olmuşdur.  Elmi  tədqiqatlar  hüquqi  şəxsin  mövcud  olduüu  bütün  tarix  boyu  aparılmışdır. 

Onların əsas məqsədi hüquqi şəxs kimi mürəkkəb və vacib sosial məsələnin mahiyyətini, təbiətini və məzmunu-

nu aydınlaşdırmaqdan ibarət olmuşdur. Onun əsl və həqiqi mahiyyətini anlamaq, başa düşmək və dərk etmək 

baxımından həmin nəzəriyyə və konsepsiyaların əsas cəhətləri ilə tanış olmaq vacibdir.  

Ə

vvəllər  də  qeyd  etdiyimiz  kimi,  hüquqi  şəxs  konstruksiyası  hüquqi  şəxs  ideyasının  özü  və  əsas  jəhətləri 



Roma hüququ tərəfindən yaradılmışdır. Məhz həmin vaxtdan Roma hüquqşünasları, bu konstruksiyanın mahiy-

yətini tədqiq etməsələr də, onun barəsində müxtəlif elmi fikirlər söyləyirdilər. Bu fikirlər xarici ölkələrin hüquq 

doktrinasında hüquqi şəxs barədə geniş yayılmış nəzəriyyələrin və konsepsiyaların rüşeymini təşkil edir. 

Hüquqi şəxsin mahiyyəti və müəyyənləşdirilməsi haqqında ilk nəzəriyyə orta əsrlərdə Avropada yaranmış-

dır. O, fiksiya (latınca ficta — uydurma, həqiqətdən uzaq, yalan, qondarma, dözəltmə) nəzəriyyəsi adlanır. Bu 

nəzəriyyə hüquqi şəxs anlayışını nəzəri cəhətdən ümumiləşdirmək üçün edilən ilk tarixi təşəbbüs və cəhd idi. 

Bu nəzəriyyəyə görə hüquqi şəxs qanunvericinin yaratdığı süni konstruksiyadır, hüququn əmələ gətirdiyi hadi-

sədir, hüquqi fiksiyadır. Fiksiya nəzəriyyəsinin yaranmasına orta əsrlərdə fəaliyyət göstərən korporasiyalar əsas 

olmuşdu. Bu dövrdə korporasiyaya Roma hüquqşünasları tərəfindən irəli sürülən belə bir müddəa əsasında hü-

quqi anlayış verilirdi ki, korporasiyaya məxsus olan bütün əmlak onun ayrı-ayrı özvlərinə malik deyil. Korpora-

siya hüququn müstəqil subyekti, müstəqil şəxs hesab edilirdi. Amma onların müstəqil şəxs kimi tanınması din 

xadimlərini təəccübləndirir və heyrətə gətirirdi. Din korporasiyaları kilsəyə tabe olmaüa, tabe olmadıqda isə on-

ları  kilsədən  uzaqlaşdırmaq  və  qovmaq  hüququna  malik  olmaüa  çalışırdı.  1245-ci  ildə  Lion  kilsəsində  Roma 

papası IV Innokenti çıxış edərək göstərdi ki, yalnız canı və vicdanı olan varlıüı qovmaq və uzaqlaşdırmaq olar. 

Ona görə də korporasiyanı kilsədən qovmaq olmaz. ×ünki korporasiyanın nə canı, nə vicdanı, nə iradəsi, nə də 

düşüncəsi vardır. O, yalnız mücərrəd anlayışdır, hüquqi addır, yalan, saxta, həqiqətdə mövcud olmayan qondar-

ma və uydurma şəxsdir (persona ficta). Beləliklə, bu cür təmiz teoloci pərdə altında və təmiz dini bəhanə ilə fik-

siya nəzəriyyəsi meydana gəldi.  

Orta əsrlərdə formulə edilən konsepsiyalardan biri Bartol tərəfindən əsaslandırılan mülkiyyətin bölünməsi 

nəzəriyyəsi  idi.  Bartolun  fikrincə,  korporasiyada  hüququn  iki  qrup  subyekti  mövcuddur:  qondarma  və  saxta 

subyekt kimi korporasiyanın özü; real subyekt kimi korporasiyanın ayrı-ayrı özvləri. Korporasiyanın əmlakı öz-

rə səlahiyyət hər iki qrup subyektə məxsusdur. Bartol belə hesab edirdi ki, korporasiya bu əmlakın ali mülkiy-

yətçisi kimi, korporasiya özvləri isə müstəqil olmayan, asılı mülkiyyətçilər kimi çıxış edirlər.  

Fiksiya nəzəriyyəsi bir çox  yözilliklər hüquq ədəbiyyatının səhifələrində işıqlandırılan əsas məsələ olmuş-

dur. Bu nəzəriyyə xüsusən XIX əsrdə daha geniş yayılmışdır. Indiki dövrdə fiksiya nəzəriyyəsi müasir Qərb si-

vilistikasında dəbdə olan başlıca konsepsiyalardan biridir.  

Ümumiyyətlə, XIX əsr boyu hüquqi şəxslər, inqilabaqədərki tanınmış rus sivilisti I.A.Pokrovski demişkən, 



 

150


hüquq ədəbiyyatında ən sevimli mövzulardan biri olmuşdur. O dövrlər sivilistika elmini (doktrinasını) belə bir 

sual çox maraqlandırırdı: hüquqi şəxs adlandırılan bəzi sosial qurumların mülki (əmlak) dövriyyədə fiziki şəxs 

kimi, vahid real insan kimi subyekt rolunda çıxış etməsini necə və nə ilə izah etmək olar? Hüquqi şəxs kimi ta-

nınan bu qurumlar hüququn real subyekti kimi mövcuddurmu? Göstərilən bu suallara cavab vermək üçün XIX 

ə

sr ərzində bir sıra fundamental nəzəriyyə, konsepsiya və təlimlər yaradılmışdır 



Ilk  dəfə  olaraq  hüquqi  şəxs  haqqında  nəzəriyyəni  alman  tarixi  məktəbinin  tərəfdarları  işləyib  hazırlamaüa 

başlayırlar. Söhbət, hər şeydən əvvəl, XIX əsrin F-K.f.Savinyi və B.Vindşeyd kimi tanınmış alman sivilistlərin-

dən gedir. Onların alman sivilistika ədəbiyyatında əsaslandırdığı fundamental konsepsiya fiksiya nəzəriyyəsi 

adlanır. 

Fiksiya nəzəriyyəsinə görə hüquqi şəxslər təbiət tərəfindən yox, hüquq tərəfindən yaradılır. O, təbii yox, sü-

ni, dözəltmə və qondarma qurumdur. Həqiqətdə hüququn subyekti olmaq xüsusiyyətinə yalnız iradəsi, düşüncə-

si və şüuru olan insan malik ola bilər. Hüquqa malik olmaq qabiliyyəti hüquqi şəxslərə süni surətdə verilir. Hü-

quqa malik olmaq qabiliyyəti tamamilə dövlətin iradəsindən asılıdır. Ona görə də hüquqi şəxslər yalnız icazə 

qaydasında yaradılmalıdır. Madam ki, dövlət hüquqi şəxsləri yaradır, o da öz istəyi ilə onları ləğv etmək hüqu-

quna  malikdir.  Hüquqi  şəxslər  qanunvericinin  uydurduüu  hüquq  subyektidir.  O,  hüquqi  fiksiyadır,  reallıqdan 

uzaq olan mücərrəd anlayışdır. Bununla belə, praktiki məqsədlər üçün hüquqi şəxslər insan şəxsiyyətinin xüsu-

siyyətlərini təcəssüm etdirə, ifadə edə və canlandıra bilər. 

Fiksiya  nəzəriyyəsi  inqilabaqədərki  rus  mülki  hüquq  elmində  də  dəstəklənir.  O,  dövrün  D.I.Meyer, 

A.M.Qulyayev və G.F.Şerşeneviç kimi görkəmli sivilistləri hüquqi şəxslərin hüququn qeyri-real, uydurma sub-

yekti sayılması barədə fikirlər söyləyirdilər. G.F.Şerşeneviç yazırdı ki, hüquqi şəxslər müəyyən məqsədə çat-

maq üçün yaradılan süni dövriyyə subyektidir. 

XIX əsrdə irəli sürülən konsepsiyalardan biri məqsədli əmlak nəzəriyyəsi adlanır. Bu nəzəriyyəni alman si-

vilisti A.f.Brins əsaslandırmışdır. Həmin nəzəriyyə hüquqi şəxs xüsusiyyətinə malik olan real subyektin möv-

cudluüunu inkar edir. Onun mahiyyəti bundan ibarətdir ki, hüquqi şəxs «subyekt olmayan şəxsiyyətdir». Hüqu-

qi şəxs əmlak deməkdir. Özü də hər hansı subyektə məxsus olan əmlak yox. Elə bir əmlak ki, bu əmlak hüqu-

qun subyekti rolunu oynamaq məqsədi üçün ayrılır. Belə halda hüququn subyekti, ümumiyyətlə, lazım deyil. 

Belə ki, göstərilən halda hüququn subyekti rolunu məhz bu məqsəd üçün ayrılmış əmlak yerinə yetirir. Nə vaxta 

kimi hüququn subyekti rolunu oynamaq məqsədi mövcuddur, o müddətə qədər də hüquqi şəxs məqsədli əmlak 

(zweckvermögen) kimi qalır və saxlanır.  

XX əsrin əvvəllərində Fransa sivilistika doktrinasında kollektiv mülkiyyət və ya kollektiv əmlak adlı nəzə-

riyyə  irəli  sürülür.  Bu  nəzəriyyə  fransız  sivilisti  M.Planiol  tərəfindən  əsaslandırılmışdır.  Həmin  nəzəriyyənin 

mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxs yaradıldıqdan sonra onun əmlakı bütün kollektivin əmlakı olur. Bu 

kollektivi yaradan fərdlər (fiziki şəxslər) özlərini həmin kollektivin əmlakının hər hansı bir hissəsinin mülkiy-

yətçisi saya bilməzlər. Hüquqi şəxsin özü isə kollektivə məxsus olan əmlakın xüsusi qaydada idarə olunması 

üsuludur. Bu nəzəriyyə hüquqi şəxsi kollektiv əmlak sayaraq onun hüququn subyekti kimi mövcud olmasını in-

kar edirdi. 

Fiksiya nəzəriyyəsinə qarşı qoymaq üçün XIX əsrdə məşhur alman sivilist alimi R.f.Ierinq mənafe nəzəriy-



yəsi adlı konsepsiya irəli sürür. Amma buna baxmayaraq müəyyən hallarda və parametrlərdə bu nəzəriyyəyə 

fiksiya nəzəriyyəsinin təsiri hiss olunmaqdadır. O, fiksiya nəzəriyyəsinin təsirindən tamamilə azad ola bilmir. 

Buna görə də mənafe nəzəriyyəsinə fiksiya nəzəriyyəsinin başqa bir variantı kimi baxılır. Mənafe nəzəriyyəsinə 

görə hüquqi şəxsin öz xüsusi mənafeyi yoxdur və ola da bilməz. Hüquqi şəxsin (korporasiyanın) əmlakı həqi-

qətdə onun özvləri olan real fiziki şəxslərə — destinatorlara məxsusdur. Destinatorlar faktiki surətdə həmin əm-

lakdan istifadə edərək fayda götürürlər. Destinatorların mənafeyi vardır. Onların ümumi mənafeyini isə hüquqi 

şə

xs ifadə edir. Hüquqi şəxsin yaradılması destinatorların mənafeyini təmin etməklə bağlıdır. Hüququn əsl və hə-



qiqi subyekti rolunda hüquqi şəxsin özü yox, onun ayrı-ayrı özvləri (destinatorlar) çıxış edirlər. Hüquqi şəxs desti-

natorların subyektiv hüquqlarını və mənafelərini təcəssüm etdirmək üçün yaradılan süni mərkəzdir. Hüquqi şəxs 

yalnız hüquqi-texniki üsuldur. O, bir neçə fiziki şəxsin bəzi ümumi məqsədə çatmaları üçün əmlaka malik olmala-

rının xüsusi formasıdır. Inqilabaqədərki bəzi rus sivilistləri (Y.S.Qəmbərov, N.M.Korkunov) bu nəzəriyyəyə ma-

hiyyətcə tərəfdar çıxaraq, onu inkişaf etdirmişlər. 

 Beləliklə,  göstərilən  nəzəriyyələr  mahiyyətcə  hüququn  subyekti  kimi  hüquqi  şəxsin  reallıüını tanımır. 

Bu nəzəriyyələr hüquqi şəxs xüsusiyyətinə malik olan real subyektin mövcudluüunu inkar edir, həqiqi və əsl so-

sial qurum kimi hüquqi şəxsin fəaliyyət göstərməsinin reallıüını qəbul etmir. Həmin nəzəriyyələrin əsasını hü-

quqi şəxsin uydurulmuş, qondarılmış və süni qurum olması barədə fikir və ideya təşkil edir. 

Fiksiya nəzəriyyələri yaranan kimi ona qarşı qoyulmaq üçün müxtəlif konsepsiya və təlimlər işlənib hazırla-

nır. Bu konsepsiya və təlimlər hüquqi şəxsləri süni, uydurma və qondarma qurum hesab etmir. Onların ifadə et-


 

151


diyi əsas ideya və tezis hüquqi şəxslərin hüququn real subyekti kimi mövcudluüunu tanımaq fikrindən ibarətdir. 

Ona görə də bu konsepsiyalar hüquqi şəxslərin reallıüı adını alır. Həmin konsepsiyalardan biri özvi nəzəriyyə 

adlanır. Bu nəzəriyyənin hüquqi məzmununu alman sivilisti O.f.Girke işləyib hazırlamışdır. 

Özvi nəzəriyyə hüquqi şəxsi insan şəxsiyyətinə bənzədir. O, canlı orqanizm, canlı şəxsiyyət və canlı varlıq-

dır. Hüquqi şəxs həm cismani (maddi), həm də ruhi (mənəvi) orqanizmdir. Hüquqi şəxsin ruhunu onun ümumi 

iradəsi, bədənini isə ittifaqın orqanizmi təşkil edir. O, ictimai orqanizmdir. Hüquqa malik olmaq qabiliyyətini 

hüquqi şəxsin özünün mahiyyəti yaradır. Bunun üçün heç kəsin sanksiya (icazə) verməsi tələb olunmur. Sanksi-

ya  (icazə)  yox,  sadəcə  olaraq  dövlət  tərəfindən  etiraf  olunmaq  real  orqanizm  kimi  hüquqi  şəxsin  yaranması 

üçün əsasdır.  

Özvi nəzəriyyənin inkişaf etdirilməsi fransız sivilistikasında sosial reallıq adlı nəzəriyyənin yaranmasına sə-

bəb olur. Bu nəzəriyyə fransız hüquqşünasları P.Mişu və R.Salleyl tərəfindən işlənib hazırlanır. R.Salleyl göstə-

rir ki, hüquqi şəxslərin reallıüının tanınmasında o, Girke ilə tam həmrəydir. Onun fikrincə, hüquqi şəxs bioloæi 

və  ya  biososioloæi  yox,  istisnasız  olaraq,  tamam  sosial  reallıqdır.  O,  müəyyən  əmlak  kompleksinə  əsaslanır, 

ümumi  iradəyə  malikdir,  fiziki  şəxslər  arasında  əlaqəni  ifadə  edir,  bu  şəxslərin  ümumi  mənafeyinə  və  vahid 

məqsədə çatmalarına xidmət edir.  

Hüquqi  şəxslərin  reallıüı  konsepsiyası  inqilabaqədərki  bəzi  rus  sivilistləri  tərəfindən  də  dəstəklənir. 

N.L.Dövernua  hüquqi  şəxsi  «sosial  orqanizmin  canlı  hüceyrəsi»  adlandırır.  Digər  tanınmış  sivilist  alim 

I.A.Pokrovski göstərirdi ki, hüquqi şəxslər bizim hüquqi təfəkkürümöz tərəfindən süni surətdə yaradılan uydur-

ma qurum deyildir; o, ictimai (sosial) reallıqdır. Ona görə də hüquqi şəxsin hüquq qabiliyyəti insanın hüquq qa-

biliyyəti kimi təbiidir. Onun fikrincə, hüquqi şəxs ölü və cansız varlıq yox, sosial orqanizmin canlı hüceyrəsi-

dir. 

Müasir dövrdə xarici sivilistika doktrinasında hüquqi şəxsin mahiyyəti barədə yeni konsepsiya və təlimlərin 



yaranmamasının şahidi oluruq. Burada hüquqi şəxs nəzəriyyələrinə elə də böyük diqqət yetirilmir. Xarici sivi-

list tədqiqatçılar hüquqi şəxs məsələsinin mahiyyətini araşdırarkən sadaladığımız mövcud konsepsiya hüdudla-

rından  kənara  çıxa  bilmirlər.  Odur  ki,  indi xarici  sivilistika  ədəbiyyatı  səhifələrində  elə  bir  yeni  fundamental 

konsepsiyaya rast gəlmirik.  

Bəs, sovet dövrünün sivilistika elmində hüquqi şəxsin mahiyyəti barədə hansı nəzəriyyələr yaranmışdı? Hər 

ş

eydən əvvəl, qeyd edək ki, sovet sivilistika elmi hüquqi şəxs konstruksiyasının mahiyyətinin tədqiq edilməsinə 



və araşdırılmasına xüsusi diqqət yetirirdi. Bu cür tədqiqat və araşdırmaların mərkəzində dövlət hüquqi şəxsləri-

nin  (təşkilatlarının,  idarələrinin  və  müəssisələrinin)  hüquq  subyektliyi  məsələsi  dururdu.  Ona  görə  ki,  sovet 

dövrünün mülki (əmlak) dövriyyəsində həmin hüquqi şəxslər üstün və hakim mövqe tuturdular. Hər bir dövlət 

hüquqi şəxsi mülkiyyət hüququ əsasında dövlətə məxsus olan əmlaka malikdir. O, dövlət mülkiyyətinə əsasla-

nan digər dövlət hüquqi şəxsləri ilə əqdlər bağlayaraq və onu icra edərək eyni zamanda mülki dövriyyədə çıxış 

edir. Belə halda bu cür suallar yaranır: bu subyektlər kimin iradəsini ifadə edir? Bu subyektlərin hər birinin ar-

xasında hansı insan substratı durur?  

Qoyulmuş suallara cavab vermək üçün sovet sivilistika elmi bir neçə nəzəriyyə işləyib hazırlamışdır. Bu nə-

zəriyyələrdən biri D.M.Genkinin əsaslandırdığı sosial reallıq nəzəriyyəsi adlanır. N.Q.Aleksandrov və B.B.×e-

repaxin kimi sovet alimləri həmin nəzəriyyəyə tərəfdar çıxmışlar. Sosial reallıq nəzəriyyəsinə görə hüquqi şəxs-

lər sosial reallıqdır. O, ictimai faydalı məqsədə çatmaq üçün və ya dövlətin və cəmiyyətin qarşısında duran sosi-

al-iqtisadi vəzifələri həll etmək üçün müəyyən əmlakla təmin edilir. Bu nəzəriyyə hüquqi şəxsin insan substratı-

nın müəyyənləşdirilməsinə təşəbbüs göstərilməsindən imtina edir. D.M.Genkin təklif edir ki, hüquqi şəxsin in-

san substratı axtarışından imtina etmək lazımdır. 

Sovet  sivilistika  elmində  irəli  sürülən  konsepsiyalardan  biri  dövlət  nəzəriyyəsi  adlanır.  Bu  nəzəriyyəni 

S.I.Asknazi işləyib hazırlamışdır. Onun fikrincə, dövlət əmlakının yeganə və vahid mülkiyyətçisi dövlətin özü-

dür.  Dövlət  orqanları  mülki  hüquq  münasibətlərinə  girdikdə  onun  əsasında  dövlət  mülkiyyəti  durur.  Buradan 

S.I.Asknazi  belə  nəticə  çıxarırdı  ki,  hər  bir  dövlət  müəssisəsinin  arxasında  onun  əmlakının  mülkiyyətçisi  — 

dövlətin özü durur. Dövlət isə təşkil olunmuş ümumxalq kollektivi deməkdir. Buna görə də müəssisənin (hüqu-

qi şəxsin) əmək kollektivini hüquqi şəxsin insan substratı hesab etmək olmaz. Dövlət bu kollektivin vasitəsi ilə 

müəyyən əmlakdan təsərrüfat məqsədləri üçün istifadə edir. Dövlət hüquqi şəxsləri dedikdə, təsərrüfat həyatının 

konkret sahəsində fəaliyyət göstərən dövlətin özü başa düşülür. 

Hüquq ədəbiyyatı səhifələrində bu nəzəriyyə tənqidlə özləşir. Bu nəzəriyyədən belə çıxır ki, birincisi, dövlət 

öz-özü  ilə  mülki  hüquq  münasibətlərinə  girir.  kincisi,  bu  nəzəriyyə  dövlət  hüquqi  şəxslərinin  mülki-hüquqi 

məsuliyyət məsələsini həll etmir, yəni dövlətin və onun yaratdığı hüquqi şəxslərin məsuliyyəti arasında dəqiq 

sərhəd çəkməyə və hədd qoymaüa imkan vermir. Bundan əlavə, dövlət nəzəriyyəsi əsasında dövlətin və onun 

yaratdığı hüquqi şəxslərin əmlakını dürüst ayırmaq və bölmək mümkün olmur.  


 

152


Sovet dövrünün mülki hüquq elmində formulə edilən konsepsiyalardan biri direktor nəzəriyyəsi adlanır. Bu 

nəzəriyyə Y.K.Tolstoyun əsərlərində əsaslandırılır. Sivilist alim göstərir ki, mülki hüquq münasibətlərinə gir-

mək üçün dövlət orqanlarına hüquqi şəxs statusu və hüququ verilir. Bu münasibətlər sahəsində dövlət orqanları-

nın iradəsini ifadə etməyə yalnız onun rəhbərinin — direktorunun səlahiyyəti və ixtiyarı çatır. Orqanın direkto-

ru hüquqi şəxs adından çıxış edir və dövlət orqanının «hüquqi şəxsiyyətini» ifadə edir. Bu iradə dövlət orqanla-

rının işçilərinin iradəsindən asılı deyildir. Direktorun iradəsi isə dövlətin iradəsi ilə müəyyən olunur. Direktor 

dövlət plan tapşırıqlarına uyüun olaraq dövlət orqanının operativ idarəetməsinə verilmiş əmlaka sahiblik, əm-

lakdan  istifadə,  müəyyən  hallarda  isə,  onun  özərində  sərəncam  vermək  səlahiyyətlərini  həyata  keçirir. 

Y.K.Tolstoyun fikrincə, hər bir dövlət hüquqi şəxsinin arxasında durur: birincisi, dövlət orqanına verilən əmla-

kın yeganə və vahid mülkiyyətçisi — dövlətin özü; ikincisi, dövlət orqanının direktoru. Direktor (rəhbər) hüqu-

qi şəxsin insan substratını təşkil edir. Direktor nəzəriyyəsi də tənqid olundu. Bu nəzəriyyənin əsas və başlıca 

qüsuru onun dövlət hüquqi şəxsi ilə həmin orqanın rəhbəri olan direktoru eyniləşdirməsindən ibarətdir. O, hü-

quqi şəxsin arxasında duran əmək kollektivinin rolunu azaldır.  

Direktor nəzəriyyəsi V.P.Qribanov tərəfindən müəyyən dərəcədə inkişaf  etdirilir. O, başında məsul rəhbər 

duran müdiriyyəti hüquqi şəxsin kollektivlərindən biri hesab edir. Sivilist alim həm də sovet mülki hüquq el-

mində yaranan digər konsepsiyanı — kollektiv nəzəriyyəni müəyyən dəyişikliklə dəstəkləyir.  



Kollektiv nəzəriyyəni sovet dövlət hüquqi şəxsləri barədə təlim əsasında A.V.Venediktov əsaslandırmışdır. 

O, göstərir ki, hüquqi şəxs statusu olan dövlət orqanlarının arxasında mülkiyyətçi — dövlət durur. Dövlət isə 

təşkil olunmuş ümumxalq kollektivi deməkdir. Deməli, dövlət orqanlarının arxasında dövlətin şəxsində xalq — 

ümumxalq kollektivi dayanır. Xalqın — dövlətin simasında təşkil olunmuş ümumxalq kollektivinin iradəsi ilə 

dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi operativ idarəetmə üçün dövlət orqanlarına verilir. Təkcə dövlət 

tərəfindən təyin edilən məsul rəhbər (direktor, rəis, müdir və s.) yox, həm də onun başçılıq etdiyi dövlət orqanı-

nın fəhlə və qulluqçular kollektivi bu iradəni həyata keçirir. Məhz bu kollektivin istehsal və digər hərəkətlərin-

də dövlət hüquqi şəxsinin özünün fəaliyyəti təzahür edir, canlanır. Buna uyüun olaraq A.V.Venediktov dövlət 

müəssisəsinə (sovet sosialist təsərrüfat orqanına) belə anlayış verirdi: dövlət müəssisəsi dedikdə, dövlət tərəfin-

dən təşkil oluna və başında rəhbər duran fəhlə və qulluqçuların elə bir kollektivi başa düşülür ki, bu kollektivin 

özərinə müəyyən dövlət vəzifələrinin yerinə yetirilməsi qoyulur və həmin vəzifələri həyata keçirmək məqsədi 

ilə vahid dövlət mülkiyyəti fondunun müvafiq hissəsi ona verilir. 

Beləliklə, kollektiv nəzəriyyəyə görə dövlət hüquqi şəxslərinin arxasında iki kollektiv durur: birincisi, dövlət 

mülkiyyətinin vahid və yeganə mülkiyyətçisi olan dövlətin şəxsində bütün xalq (ümumxalq kollektivi); ikincisi, 

həmin hüquqi şəxsin fəhlə və qulluqçular kollektivi (bu kollektivin başında məsul rəhbər durur). 

Kollektiv nəzəriyyə sovet hüquq ədəbiyyatı səhifələrində tənqidlə rastlaşdı. Bununla belə, o, sovet dövrünün 

tanınmış sivilist alimləri (S.N.Bratus, O.S.Ioffe, V.P.Qribanov, R.O.Xalfina və s.) tərəfindən dəstəkləndi. Sovet 

mülki hüquq elmində həmin nəzəriyyə üstün və hakim konsepsiyaya çevrildi. Kollektiv nəzəriyyənin möv-

qeyi leqal cəhətdən də dəstəklənir. Həmin dövrlərdə qəbul edilən normativ aktlar onu qanunvericilik qaydasın-

da nəzərə alır. 1961-64-cü ilin mülki qanunvericiliyi hüquqi şəxsin anlayışı və dövlət təşkilatlarının hüquqları 

haqqında normalar formulə edərkən məhz kollektiv nəzəriyyəyə əsaslanır.  

Beləliklə, sovet sivilist doktrinasında üç əsas konsepsiya (dövlət nəzəriyyəsi, direktor nəzəriyyəsi, kollektiv 

nəzəriyyə) işlənib hazırlanır ki, dövlət hüquqi şəxslərində insan substratının olması haqqında ideya bu nəzəriy-

yələrin hamısı üçün ümumi olub, onları birləşdirir. Şübhəsiz ki, həmin nəzəriyyələrdə hüquqi şəxsin müasir an-

layışının əsası qoyulmuşdur. Sovet sivilistlərinin əsas diqqəti dövlət hüquqi şəxslərinin hüquqi «şəxsiyyətinin» 

öyrənilməsinə yönəlmişdi. Onların gəldikləri nəticələrin, söz yox ki, müasir dövrdə müəyyən elmi və metodolo-

æi qiyməti vardır. Bununla belə, aydın bir həqiqət və məlum məsələdir ki, komanda (sovet) iqtisadiyyatından ba-

zar iqtisadiyyatına keçid dövründə, dövlət mülkiyyəti inhisarına son qoyulduüu bir şəraitdə sovet konsepsiya və 

nəzəriyyələri öz aktuallıüını itirir. Söhbət, hər şeydən əvvəl, kollektiv nəzəriyyədən gedir. 

Hələ sovet dövründə hüquq ədəbiyyatı səhifələrində hüquqi şəxsin mahiyyətinin üstün kollektiv nəzəriyyə-

nin nəzərdə tutuduüu qaydadan fərqli yolla müəyyənləşdirilməsi fikri səslənirdi, yəni kollektiv nəzəriyyəyə qar-

ş

ı  yeni  konsepsiya  qoyulurdu.  Müəlliflərdən  V.A.Raxmiloviç  haqlı  olaraq  göstərirdi  ki,  hüquqi  şəxsin  insan 



substratını və yaxud digər başqa hər hansı xüsusi substratını əsaslandırmaq və ya axtarmaq lazım deyil. ×ünki 

onun hüquqlarını hüquqi şəxsin özü daşıyır.  

Bazar münasibətləri şəraitində təsərrüfat subyektlərinin təşkilati-hüquqi forma cəhətdən yeni növləri əmələ 

gəlir. Özü də onlar hüquqi şəxs hüququna malikdir. Məsələn, bizim ölkənin yeni mülki qanunvericiliyinə görə 

bir təsisçi (iştirakçı) tərəfindən hüquqi şəxsin yaradılması mümkündür. Bu cür hüquqi imkan bir çox xarici öl-

kələrin  qanunvericiliyində  də  nəzərdə  tutulur.  Xarici  doktrinada  bir  təsisçinin  (iştirakçının)  yaratdığı  hüquqi 

şə

xsə  «bir  şəxsin  kompaniyası»  deyilir.  Azərbaycan  Respublikasının  müasir  mülki  qanunvericiliyi  müəyyən 



 

153


edir ki, səhmdar cəmiyyəti bir şəxs tərəfindən də yaradıla bilər və ya bir şəxsdən də ibarət ola bilər (MM-in 98-

ci maddəsinin 5-ci bəndi). Bu cür halda hüquqi şəxsin insan substratından (kollektivdən) danışmaq nə dərəcədə 

həqiqətə uyüundur? Bu suala cavab verərək  göstərə bilərik ki,  yalnız bir özvü olan korporasiyalarda (hüquqi 

şə

xslərdə) insan substratı və kollektivi vacib rol oynamır. Bu isə onu sübut edir ki, bazar təsərrüfatı sistemində 



kollektiv nəzəriyyə öz aktuallıüını itirir.  

Bundan əlavə, bazar iqtisadiyyatı şəraitində bazar əmtəə dövriyyəsinin əhatə dairəsi daha da genişlənir, iqti-

sadi (əmlak) dövriyyə xeyli canlanır. Bu dövriyyə əmlak, əmtəə xarakterinə malikdir. Ona görə də burada özü-

nün əmlakı olan hüquqi şəxslər — müstəqil, asılı olmayan əmtəə-mal sahibləri çıxış edə bilər. Belə halda isə 

kollektiv  nəzəriyyənin  əsasını  təşkil  edən  kollektiv  insan  substratı  yox,  əmlak  substratı  ön  plana  keçir,  daha 

vacib və aktual əhəmiyyət kəsb edir.  

Bazar təsərrüfatı şəraitində sovet dövrünün sivilistika doktrinasında formulə edilən iki elmi nəzəriyyə mü-

hüm rol oynayır. Bu nəzəriyyələrdən birini O.A.Krasavçikov işləyib hazırlamışdır. O, sosial əlaqələr nəzəriy-



yəsi adlanır. Bu nəzəriyyəyə görə, hüquqi şəxs sosial əlaqələrin müəyyən sistemidir.  kinci nəzəriyyəni B.I.Pu-

qinski  formulə  etmişdir.  Həmin  nəzəriyyəyə  görə  hüquqi  şəxs  dedikdə,  elə  bir  hüquqi  vasitə  (hüquqi-texniki 

üsul) başa düşülür ki, bunun sayəsində və köməyi ilə konkret təşkilat mülki dövriyyədə iştirak etmək imkanı əl-

də edir. Biz elə hesab edirik ki, hüquqi şəxsləri onu yaradan təsisçilərlə, iştirakçılarla, işçilərlə və kollektivlə ey-

niləşdirmək olmaz. Hətta bir və ya bir neçə və yaxud da bütün təsisçilər (iştirakçılar) hüquqi şəxsdən çıxdıqda 

belə, o, prinsip etibarilə mövcud olmaqda davam edir. Hüquqi şəxs müstəqil və mürəkkəb sosial qurumdur. O, 

müstəqil təsərrüfat fəaliyyətinin təşkilinin xüsusi üsuludur. Bu üsulun mahiyyəti həmin fəaliyyətin həyata keçi-

rilməsi üçün müəyyən əmlakın ayrılmasından (əmlakın personifikasiyasından) ibarətdir.  

Hüquqi  şəxsin  mahiyyəti  barədə  çoxsaylı  nəzəriyyələrdən  hansının  üstün  olması  fikrini  söyləmək  olduqca 

çətin məsələdir. Bu nəzəriyyələrdən hər birinin, şübhəsiz, həm üstün, həm də zəif və nöqsanlı cəhətləri vardır. 

Onların hamısı birlikdə mürəkkəb xarakterə malik olan hüquqi şəxs adlı mülki-hüquqi hadisənin mahiyyətini 

açmaüa imkan verir. Amma onu deyə bilərik ki, hüquqi şəxsin mahiyyətini hər hansı bir substrat — insan subst-

ratı və ya əmlak substratı aspektindən izah etmək yersiz və lazımsız işdir. 

Gələcəkdə  hüquqi  şəxsin  mahiyyəti  barədə  yeni  nəzəriyyələrin  yaranması  istisna  edilmir,  bu  mümkündür. 

Onların əmələ gəlməsi iqtisadi şərait ilə əlaqədardır. Belə ki, iqtisadi münasibətlər sistemi inkişaf etdikcə, hü-

quqi şəxs institutu da inkişaf edir. Buna uyüun olaraq hüquqi şəxs barədə elmi baxışlar da inkişaf edir. 

Xarici ölkələrin sivilistika doktrinası hüquqi şəxsin hüquqi təbiətini izah edərkən bu və ya digər nəzəriyyəyə 

üstünlük verir. Məsələn, alman mülki hüquq elmində fiksiya nəzəriyyəsi, məqsədli əmlak nəzəriyyəsi əsas kimi 

gütürülür. Mülki Məjəllə qəbul edilən zaman Yaponiya qanunvericiliyi fiksiya nəzəriyyəsinin tərəfində olmuş-

dur. Amma Mülki Məjəlləyə kommentariya verilərkən hüquqşünaslar realist konsepsiyanın tərəfində dururlar 



5. Hüquqi şəxsin fərdiləşdirilməsi  

Qeyd etdik ki, hüquqi şəxslər mülki (əmlak) dövriyyədə müstəqil surətdə çıxış edir. Burada digər müxtəlif 

hüquqi şəxslərə də rast gəlmək olur. Müstəqil surətdə çıxış etmək və habelə səmərəli fəaliyyət göstərmək üçün 

hüquqi şəxsi mülki (əmlak) dövriyyənin digər iştirakçıları ilə qarışdırmamaq lazımdır. Bu, hüquqi şəxsin fərdi-

ləşdirilməsi yolu ilə həyata keçirilir. Hüquqi şəxsin fərdiləşdirilməsi dedikdə, onun fərdi əlamətlərinə görə di-

gər hüquqi şəxslərdən ayrılması başa düşülür. Bundan ötrü fərdiləşdirmə vasitələrindən istifadə olunur. Fərdi-



ləşdirmə vasitələri odur ki, bunun sayəsində və köməyi ilə hüquqi şəxsin özü, habelə onun fəaliyyətinin nəticə-

ləri ayrılır, fərqləndirilir. Buna görə də bu vasitələr iki cür olur:  

 hüquqi şəxsin özünü fərdiləşdirmə vasitələri; 



 hüquqi şəxsin fəaliyyətinin nəticələrini fərdiləşdirmə vasitələri. 

Ə

mtəə-pul münasibətlərinin inkişafı və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı olaraq fərdiləşdirmə 



vasitələri bazar iqtisadiyyatının vacib elementinə çevrilir. Total dövlət mülkiyyətinin inhisarı, rəqabətin olma-

ması və əmtəə bazarının zəif inkişaf etməsi şəraitində fərdiləşdirmə vasitələri mühüm rol oynamırdı. Bazar iqti-

sadiyyatına keçidlə əlaqədar olaraq bu vasitələrə münasibət köklü surətdə dəyişmişdir. Yeni təsərrüfat sistemi 

mülki (əmlak) dövriyyə iştirakçılarının özünün və onların təsərrüfat-sahibkarlıq fəaliyyətinin nəticələrinin fərdi-

ləşdirilməsini  təmin  edən  hüquqi  mexanizmin  yaradılmasını  obyektiv  zərurətə  çevirir.  Bu  hüquqi  mexanizm 

fərdiləşdirmə vasitələrinin hüquqi mühafizəsi adlı institutla əhatə olunur. Həmin institut mülki hüququn əqli 

mülkiyyət hüququ (müstəsna hüquqlar) adlı yarımsahəsinin institutlarından biridir. O, özü iki subinstituta ayrı-

lır: mülki dövriyyə

 iştirakçılarını fərdiləşdirmə vasitələri subinstitutu; mülki dövriyyə iştirakçılarının fəa-

liyyətinin nəticələrini fərdiləşdirmə vasitələri subinstitutu. 



Hüquqi şəxslərin özünü fərdiləşdirmə vasitələri iki cür olur: 

 hüquqi şəxsin olduüu yer; 



 hüquqi şəxsin adı. 



 

154


Hüquqi şəxsin olduüu yer dedikdə, onun daimi fəaliyyətdə olan orqanının yerləşdiyi yer başa düşülür. O, 

hüquqi şəxsin hüquqi ünvanıdır. Göründüyü kimi, mülki qanunvericilik hüquqi şəxsin olduüu yeri onun daimi 

fəaliyyət  göstərən  orqanının  yerləşdiyi  yerlə  təyin  edilməsi  və  müəyyənləşdirilməsi  qaydasını  nəzərdə  tutur 

(MM-in 51-ci maddəsi). Daimi fəaliyyət göstərən orqan dedikdə, hüquqi şəxsin rəhbər orqanı və digər struk-

tur orqanları başa düşülür. Bu orqanlar hüquqi şəxsin idarə olunmasını həyata keçirir. Onlar hüquqi şəxsin əsas 

və başlıca fəaliyyətini ifadə edir. Bu cür fəaliyyətin həyata keçirildiyi yer də məhz hüquqi şəxsin olduğu yer ad-

lanır. Rəhbər orqana misal olaraq müəssisənin direktorunu, bankın müdirini, özəl universitetin rektorunu, dövlət 

sığorta şirkətinin sədrini və s. göstərmək olar. Struktur orqana isə bölmə rəisini, sex müdirini və s. misal çək-

mək olar. Bu orqanlar, bir qayda olaraq, hüquqi şəxsin inzibati binasında, ofisində yerləşir. Həmin bina hüquqi 

şə

xs hüququna malik olan universitetin olduüu yer hesab edilir. Deməli, hüquqi şəxsin yerləşdiyi inzibati bina, 



ofis onun olduüu yerdir, hüquqi ünvanıdır. Məsələn, BDU-nun rektorluüu Z.Xəlilov, 23 küçəsindəki 5 ¹-li inzi-

bati binada  yerləşir. Hüquqi şəxsin hüquqi ünvanı o, dövlət qeydiyyatına alınarkən təsis sənədində göstərilən 

ünvandır.  

Hüquqi şəxsin rəhbər orqanı ilə onun struktur bölmə orqanı eyni inzibati binada yerləşməyə də bilər. Belə 

halda rəhbər orqanın yerləşdiyi yer əsas kimi götürülür.  

Bəzi xarici ölkələrin qanunvericiliyi hüquqi şəxsin olduüu yerin təyin edilməsini onun daimi fəaliyyət göstə-

rən orqanının yerləşdiyi yerlə əlaqələndirmir. Məsələn, RF MM-in 54-cü maddəsinin 2-ci bəndi hüquqi şəxsin 

olduüu yerin onun dövlət qeydiyyatına alındığı yerlə təyin edilməsi barədə qayda müəyyənləşdirir. Bizim fikri-

mizcə,  məsələyə  qeyri-dözgün  yanaşmanı  ifadə  edən  bu  qayda  hüquqi  şəxsin  hüquqi  ünvanının  dəqiq  olaraq 

müəyyən edilməsinə imkan vermir.  

Bəzi  xarici  ölkələrin,  məsələn,  Fransanın  hüququna  görə,  hüquqi  şəxslər,  fiziki  şəxslər  kimi,  «yaşayış  ye-

ri»nə malikdir.  svezrə Mülki Qanunnaməsinə görə, hüquqi şəxslərin «yaşayış yeri» onun idarə orqanlarının ol-

duğu  yer hesab olunur (56-jı maddə), amma nizamnamədə başqa  «yaşayış  yeri»  də  göstərilə bilər. Almaniya 

Mülki  Qanunnaməsinə  görə,  cəmiyyətin  (hüquqi  şəxsin)  olduğu  yer  dedikdə,  onun  idarə  olunmasının  həyata 

keçirildiyi,  yəni  cəmiyyətin  başlıca  və  ya  əsas  fəaliyyətinin  yerinə  yetirildiyi  yer  başa  düşülür  (§  24).  Əgər 

cəmiyyətin bir neçə idarəetmə nüqtəsi olarsa, onda onun olduğu yer bir neçə yer hesab olunur.  

Hüquqi şəxsin hüquqi ünvana (olduüu yerə) malik olmaq hüququ onun şəxsi qeyri-əmlak hüquqlarından 

biridir. Maddi (əmlak) məzmundan məhrum olan bu hüquq hüquqi şəxsin özündən ayrılmazdır. O, hüquqi şəx-

sin fərdiləşdirilməsinə  yönəlir. Hüquqi şəxs yaradıldığı andan bu hüquq da əmələ gəlir. Təsis sənədi olan ni-

zamnamədə hüquqi şəxsin olduüu yer göstərilir. 

Hüquqi şəxsin olduüu yer mühüm hüquqi əhəmiyyətə malikdir. Hüquqi xarakterli bir sıra məsələləri həll et-

mək üçün qanun məhz hüquqi şəxsin olduüu yerdən istifadə edir. Məsələn, əgər borclu hüquqi şəxsdirsə, bəzi 

öhdəliklər, bu öhdəliklərin əmələ gəldiyi vaxt hüquqi şəxsin olduüu yerdə icra edilir (MM-in 426-cı maddəsinin 

2-ci bəndinin 3-cü yarımbəndi). Bəzən tərəflər mülki-hüquqi müqavilədə onun bağlandığı yeri göstərmirlər. Be-

lə halda, əgər ofertanı (yəni müqavilə bağlamaq barədə təklifi) hüquqi şəxs göndərərsə, onda həmin şəxsin ol-

duüu yer müqavilənin bağlandığı yer hesab olunur (MM-in 411-ci maddəsinin 1-ci bəndi). 

Elə hallar olur ki, malın nümunə özrə pərakəndə satılması müqaviləsində satılan malın alıcıya (hüquqi şəxsə) 

verilməsi yeri göstərilmir. Bu cür vəziyyətdə satıcı hüquqi şəxsin (alıcının) olduüu yerdə malı ona (yəni alıcı 

rolunda çıxış edən hüquqi şəxsə) çatdırır. Bu andan müqavilə icra edilmiş sayılır (MM-in 619-cu maddəsinin 2-

ci bəndi). 

Bundan əlavə, hüquqi şəxsin olduüu yerin həm də mülki-prosessual əhəmiyyəti vardır. Belə ki, hüquqi şəxsə 

iddia onun ünvanının olduğu yerin, yəni hüquqi şəxsin olduğu yerin məhkəməsinə verilir.  

Hüquqi  şəxsin  olduüu  yerə  tətbiq  olunmaq  üçün  yerli  hakimiyyət  orqanlarının  aktları  göndərilir.  Müxtəlif 

məzmunlu sənədlər, məhkəmə bildirişləri göndərilərkən hüquqi şəxsin olduüu yer əsas götürülür.  

Hüquqi şəxsin adı onu fərdiləşdirməyə yönələn vasitələrdən biridir. O, mülki (əmlak) dövriyyədə öz adın-

dan çıxış edir. Hüquqi şəxsin adı onu mülki dövriyyənin digər iştirakçılarından ayırmaüa imkan verir. 

Hər bir hüquqi şəxsin ad hüququ vardır (MM-in 50-ci maddəsi). Bu, şəxsi qeyri-əmlak hüququ olub, hüquqi 

şə

xsin özündən ayrılmazdır. Ad hüququnu hüquqi şəxs yaradıldığı andan həyata keçirir. Bu andan ona ad veril-



miş hesab edilir. Hüquqi şəxsə verilən ad onun nizamnaməsində göstərilir.  

Hüquqi şəxsin adında onun öz təşkilati-hüquqi forması hökmən göstərilir. Onun təşkilati-hüquqi formaları 

müxtəlif ola bilər: tam ortaqlıq; kommandit ortaqlıq; məhdud məsuliyyətli cəmiyyət; səhmdar cəmiyyəti; fond; 

istehsal kooperativi; istehlak kooperativi və s. Məsələn, filan xeyriyyə fondu və ya filan istehlak kooperativi və 

s.  

Bəzi hüquqi şəxslərin adında onun həyata keçirdiyi fəaliyyətin xarakteri göstərilir. Söhbət qeyri-kommersiya 



təşkilatlarından (ictimai birliklərdən, fondlardan, dini təşkilatlardan, əmtəə biræalarından və s.) gedir. Məsələn, 

 

155


neft işçilərinin həmkarlar ittifaqı, ədəbiyyat və incəsənət fondu, mədəniyyət fondu, «Naş dom Rossiə» ictimai 

birliyi və s.  

Hüquqi şəxsin həm tam, həm də qısaldılmış ada malik olmaq hüququ vardır. Məsələn, Azərbaycan Respubli-

kasının  mülki  aviasiyasını  idarə  edən  dövlət  orqanının  (hüquqi  şəxsin)  tam  adı  «Azərbaycan  Hava  Yolları» 

Dövlət  Konsernidir.  Onun  qısaldılmış  adı  «AzAL»dır.  Başqa  bir  misalda  «Azərdəmiryolbank  qısaldılmış, 

«Azərbaycan Dəmir Yolu Bankı» isə tam addır.  

Hüquqi  şəxsin  kommersiya  təşkilatı  kimi  növünün  özərinə  firma  adına malik  olmaq  kimi  vəzifə  qoyul-

muşdur. Kommersiya təşkilatının hökmən və mütləq firma adı olmalıdır. Bu, mülki qanunvericiliyin müəyyən 

etdiyi məcburi qaydadır (MM-in 50-ci maddəsinin 2-ci bəndi). 



Firma (italyanca firma, firmare — imza etmək) dedikdə, kommersiya təşkilatının adı başa düşülür. Firma 

adı  konkret  kommersiya  təşkilatını  mülki  (əmlak)  dövriyyədə  fərdiləşdirməyə,  onu  eyni  növdən  olan  digər 

kommersiya təşkilatlarından ayırmaüa imkan verir. Bu ad kommersiya təşkilatının işgözar nüfuzu və rəsmi ad-

sanı ilə sıx surətdə bağlıdır. Firma adı altında kommersiya təşkilatı əqdlər bağlayır və digər hüquqi hərəkətlər 

edir, öz hüquq və vəzifələrini həyata keçirir, istehsal etdiyi məhsulları müştərilərə satır, həmin məhsulları rek-

lam edir, hüquqi məsuliyyət daşıyır və s. Bu təşkilat işgözar sahibkar kimi daxili milli və xarici bazarlarda özü-

nün  firma  adı  ilə  məşhurlaşır  və  tanınır.  Həmin cəhət  isə  kommersiya  təşkilatının  cəmiyyətdə  və  iş  adamları 

arasında nüfuzunu daha da artırır, ona kifayət qədər dividendlər gətirilməsinə səbəb olur. Partnyorlar ona daha 

çox etibar edir və inanırlar. 

Firma adı əqli (intellektual) mülkiyyət hüququnun (müstəsna hüquqların) obyektlərindən biridir. Bey-

nəlxalq sənəddə firma adlarına olan hüquq əqli (intellektual) mülkiyyətə aid edilir. Firma adı həm də sənaye 

mülkiyyəti obyektidir.  

Firma adına olan hüquq hüquqi şəxsin şəxsi qeyri-əmlak hüququdur. Bu hüquq hüquqi şəxsin özündən ay-

rılmazdır. Onu özgəninkiləşdirmək olmaz. Özü də dərhal qeyd etməliyik ki, firma adının hüquqi şəxsin özü ilə 

birlikdə özgəninkiləşdirilməsi istisna edilmir. Bu, mümkün olan haldır. Biz müəssisənin öz firma adı ilə satıl-

masının tez-tez şahidi oluruq.  

Firma adı ilə bağlı münasibətlər əsasən Mülki Məcəllə ilə tənzimlənir. Bu Məcəllənin 50-ci maddəsində ifa-

də olunan normalar həmin münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur. Amma indiyə kimi ölkəmizdə fir-

ma adları barədə xüsusi normativ akt qəbul edilməmişdir. Bu səbəbə görə də firma adları ilə əlaqədar münasi-

bətlərin qaydaya salınmasında keçmiş SSRI qanunvericilik aktından — firma haqqında əsasnamədən (1927) is-

tifadə edilə bilər, bir şərtlə ki, bu cür istifadə MM-ə zidd olmasın.  

Göstərilən əsasnamənin öz hüquqi qüvvəsini saxlayıb-saxlamaması məsələsi hüquq ədəbiyyatı səhifələrində 

mübahisə doüurur. Cəmi 14 maddədən ibarət olan bu hüquqi sənədin ifadə etdiyi bəzi normalar öz qüvvəsini 

itirmişdir. Yeni təsərrüfat sistemi şəraitinə uyüun olaraq hüquqi şəxslərin təşkilati-hüquqi formalarının dəyiş-

məsinə  görə  həmin  sənədin  bir  sıra  maddələri  hüquqi  əhəmiyyətini  və  aktuallıüını  saxlamır.  Bəzi  müəlliflər 

göstərirlər ki, formal cəhətdən ləğv edilməmiş olsa da, əsasnamə faktiki cəhətdən qüvvəsini itirmişdir. Amma 

müasir  dövrdə  firma  haqqında  əsasnamənin  qüvvəsinə  xitam  verilməsi  kimi  nəticə  çıxarmaüın  heç  bir  əsası 

yoxdur. Bizim fikrimizcə, bu əsasnamənin ifadə etdiyi bəzi hüquqi göstərişlər öz qüvvəsini indiki dövrdə itir-

məmişdir. Firma adı haqqında xüsusi normativ aktın yoxluüu və bir sıra məsələlərin MM-də qaydaya salınma-

ması şəraitində bu hüquqi göstərişlərdən firma adı ilə bağlı münasibətlərin tənzimlənməsində istifadə oluna bi-

lər. 


Mülki qanunvericilik firma adının xüsusi olaraq qeydə alınması barədə qayda müəyyən edir (MM-in 50-ci 

maddəsinin 2-ci bəndi). Amma bu cür qeydə alınmanın proseduru hələ ki, müəyyənləşdirilməmişdir. Söhbət bu 

məsələ barədə indiyə kimi hər hansı bir normativ aktın yoxluüundan və qəbul edilməməsindən gedir. Ona görə 

də hal-hazırda firma adı təcrübədə xüsusi olaraq, hüquqi şəxsin qeydiyyatından asılı olmadan qeydə alınmır. Bu 

məsələ hüquqi şəxsin qeydə alınması proseduru ilə birlikdə həll edilir. Belə ki, hüquqi şəxsin qeydə alınması 

eyni vaxtda və zamanda onun firma adının qeydə alınmasını ifadə edir.  

Firma adı qeydə alındığı andan hüquqi şəxsin həmin addan mülki (əmlak) dövriyyədə istifadəyə müstəsna 

hüququ əmələ gəlir. Istifadəyə müstəsna hüquq o deməkdir ki, heç kəsin, hüquqi şəxsin özündən savayı, firma 

adından istifadə etməyə ixtiyarı çatmır. Yalnız hüquqi şəxsin icazəsi ilə firma adından digər hüquqi şəxslər isti-

fadə edə bilər. Bu cür istifadə françayzinq müqaviləsinin (MM-in 723-cü maddəsi) vasitəsi ilə həyata keçirilir. 

Firma adını qeydiyyata aldıran kimi hüquqi şəxslə onu əhatə edən şəxslər (əhatə dairəsi məlum olmayan və 

bilinməyən üçüncü şəxslər) arasında mütləşəxsi qeyri-əmlak münasibəti əmələ gəlir. Bu münasibətin işti-

rakçısı olan həmin üçüncü şəxslər özərinə belə bir vəzifə qoyulur: firma adından istifadə etməmək, yəni bu fir-

ma adı ilə hüquqlar və vəzifələr əldə etməmək. Əgər hər hansı mülki dövriyyə iştirakçısı hüquqi şəxsin firma 

adından icazəsiz (qanunsuz) istifadə edərsə, onda hüquqi şəxs bu cür qanunsuz istifadəyə son qoyulmasını tələb 



 

156


edə bilər. Bundan əlavə, icazəsiz (qanunsuz) istifadə nəticəsində hüquqi şəxsə vurulan zərərin əvəzi qanunsuz 

istifadəçi tərəfindən ödənilir. 

Ölkəmizdə hüquqi şəxslərin firma adları hüquqi cəhətdən qorunur və mühafizə edilir. Mülki qanunvericilik 

firma  adının  qanunsuz  istifadə  edilməsini  sahibkarlıq  fəaliyyətində  haqsız  rəqabətin  formalarından  biri  hesab 

edir.  Ölkəmizdə  həm  də  «Sənaye  mülkiyyətinin  qorunması  haqqında»  Paris  Konvensiyasında  (1883)  iştirak 

edən dövlətlərin hüquqi şəxslərinin firma adları qorunur. Ona görə ki, Azərbaycan Respublikası bu konvensiya-

nın özvüdür. Həmin konvensiyanın 8-ci maddəsi konvensiya iştirakçısı olan dövlətlərdə firma adlarına olan hü-

ququn qorunması barədə göstəriş ifadə edir. 

Fərdiləşdirmə  vasitələrinin  ikinci  növü  hüquqi  şəxsin  fəaliyyətinin  nəticələri  ilə  bağlıdır.  Mülki  (əmlak) 

dövriyyədə təkcə hüquqi şəxsin özü yox, həm də onun həyata keçirdiyi iqtisadi-sahibkarlıq fəaliyyətinin nəticə-

ləri ayrılır, fərdiləşdirilir. Hüquqi şəxslərin fəaliyyətinin nəticələri dedikdə, onların istehsal etdiyi və hazırla-

dığı məhsul — mallar, işlər və xidmətlər başa düşülür. Eyni növlü məhsullar (mallar, işlər və xidmətlər) mülki 

(əmlak) dövriyyənin digər iştirakçıları tərəfindən də istehsal oluna bilər. Bu məhsulları bir-biri ilə qarışdırma-

maq və onları ayırmaq, fərqləndirmək üçün əmtəə nişanı və coürafi göstərici kimi fərdiləşdirmə vasitələrindən 

istifadə edilir. Bunların köməyi ilə müştərilər (istehlakçılar) bazarda dözəltmə, qondarma və saxta əmtəə nişanlı 

mallar yox, nisbətən keyfiyyətli mallar əldə etmək və almaq imkanı qazanırlar. 

Ölkəmizdə əmtəə nişanlarının və coürafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı 

münasibətlər xüsusi qanunla tənzimlənir. Bu qanunda əmtəə nişanlarının və coürafi göstəricilərin qeydə alınması, 

onlardan istifadə olunması və digər məsələlər barədə qaydalar müəyyən edilir. 

Ə

mtəə nişanı dedikdə, hüquqi şəxsin istehsal etdiyi məhsulları digər hüquqi şəxsin hazırladığı məhsullardan 

fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşması başa düşülür. Məsələn, «Æiquli», 

«Volqa» minik avtomobillərinin, «Bakı», «Zil», «×inar», «Saratov» soyuducuların, «Slava» və «Polet» isə saat-

ların əmtəə nişanlarıdır. Onun əsas və başlıca funksiyası müxtəlif hüquqi şəxslərin istehsal etdikləri eyni növlü 

məhsulları bazarda bir-birindən ayırmaqdan və fərqləndirməkdən ibarətdir (ayırmaq və fərqləndirmək funksi-



yası). Əmtəə nişanının ikinci vacib funksiyası reklamla bağlıdır (reklam funksiyası). Belə ki, bazarda özünün 

yüksək keyfiyyəti ilə tanınan məhsulun əmtəə nişanı onu reklam edir, bununla istehsalçının nüfuzunu qaldırır, 

məhsulun satış həcmini artırır və mənfəəti çoxaldır.  

Ə

mtəə  nişanı  əqli  (intellektual)  mülkiyyət  hüququnun  (müstəsna  hüquqların)  obyektlərindən  biridir. 



Beynəlxalq sənəddə əmtəə nişanına olan hüquq əqli mülkiyyəhesab edilir. O, həm də sənaye mülkiyyəti obyekti 

sayılır.  

Ə

mtəə nişanı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət Agentliyin-



də qeydə alınır. Həmin idarə hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanın qeydiyyatı on il müd-

dətinə qüvvədə olur.  

Hüquqi şəxsin əmtəə nişanından istifadə etməyə və onun barəsində sərəncam verməyə müstəsna hüququ var-

dır. Onun icazəsi və razılıüı olmadan əmtəə nişanından başqa şəxslərin istifadəsi qadaüandır. Bununla belə, hü-

quqi şəxs lisenziya müqaviləsi əsasında əmtəə nişanından istifadə hüququnu digər şəxslərə verə bilər.  

Coürafi göstərici dedikdə, məhsulun mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə 

(coürafi obyektlə) bağlı olduüunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks et-

dirən göstərici başa düşülür. Məsələn, «Essentuki», «Badamlı», «Boræomi», «Tula samovarı» və s. coürafi gös-

təricilərə misal ola bilər. 

Coürafi  göstərici  də  Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  özrə  Dövlət 

Agentliyində qeydə alınır. Hüquqi şəxsə coürafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə 

olan qeydiyyat şəhadətnaməsi verilir. Qeydiyyat on il müddətinə qüvvədə olur. Hüquqi şəxsin coürafi göstərici-

dən istifadə etməyə müstəsna hüququ yoxdur. Ona görə də o, coürafi göstəricidən istifadə hüququnu lisenziya 

müqaviləsi əsasında başqa şəxsə verə bilməz. Bu cəhəti ilə o, əmtəə nişanından fərqlənir. 

Istehsal markasını əmtəə nişanından fərqləndirmək lazımdır. Istehsal markasında istehsalçının adı, mənsu-

biyyəti,  yeri  və  standartların  (normativ  sənədlərin)  işarəsi  göstərilir.  Əmtəə  nişanından  fərqli  olaraq  istehsal 

markasının qeydiyyata alınması tələb edilmir. Bu, o deməkdir ki, hüquqi şəxs ondan qeydiyyata alınmadan da 

istifadə edə bilər. Istehsal markası hüquqi cəhətdən mühafizə edilmir və qorunmur.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə