MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   91
§ 2. Hüquqi şəxsin hüquq subyektliyi  

1. Hüquqi şəxsin hüquq subyektliyinin anlayışı və əsas  

cəhətləri 

Hüquqi şəxs elə bir sosial qurumdur ki, o, xüsusi olaraq mülki (əmlak) dövriyyədə iştirak etmək üçün yara-

dılır. Mülki (əmlak) dövriyyədə iştirak etmək üçün isə hüquqi şəxsin mülki hüquq subyektliyinə malik olması 

gərəkdir. 



 

157


Hüquqi şəxsin mülki hüquq subyektliyi dedikdə, hüquqi şəxsin mülki hüququn subyekti olmaüın sosial-

hüquqi imkanı və ya qabiliyyəti başa düşülür. Yalnız mülki hüquq subyektliyinə malik olan hüquqi şəxs mülki 

hüquq münasibətlərində iştirak edə bilər. Bu, hüquqi şəxsin iştirak etdiyi mülki hüquq münasibətlərinin yaran-

masının ilkin şərtlərindən biridir. Hüquq subyektliyi hüquqi şəxsin ictimai-hüquqi keyfiyyətidir. 

Məlum məsələdir ki, hər bir hüquqi şəxs müəyyən məqsədə nail olmaq üçün yaradılır. Onların bəziləri mal 

istehsal edir və hazırlayır. Məsələn, kooperativ cürbəcür kolbasa məmulatları hazırlamaqla məşüul olur. Istehsal 

müəssisəsi tikinti materialları istehsal edir.  

Hüquqi şəxs əhaliyə müxtəlif sferalarda xidmət göstərmək məqsədi ilə də yarana bilər. Avtonəqliyyat təşki-

latı vətəndaşların yükünü təyinat yerinə çatdırmaqla onlara daşıma ximəti göstərir. Başqa bir təşkilat sərnişinləri 

daşımaq  işi  ilə  məşüul  olur.  Yaradılmış  hüquq  məsləhətxanasının  əsas  məqsədi  əhaliyə  pullu  hüquqi  xidmət 

göstərməkdən ibarətdir. Sığorta şirkəti sığorta fəaliyyəti ilə məşüul olmaqla şəxslərə sığorta xidməti göstərir. 

Bank müştərilərə bank xidməti göstərən kredit təşkilatıdır.  

Iş görmək məqsədi ilə də hüquqi şəxslər yaradıla bilər. Məsələn, inşaat fəaliyyəti ilə məşüul olmaq üçün ya-

radılan təmir-tikinti təşkilatının məqsədi iş görməkdən (yaşayış evi tikməkdən, mənzilləri təmir etməkdən və s.) 

ibarətdir. Deməli, hüquqi şəxslər mal istehsal etmək, xidmət göstərmək, iş görmək və digər məqsədlər üçün ya-

radılır. Bu məqsədə uyüun olaraq onların fəaliyyət sferası müəyyənləşdirilir. Qarşısına qoyduüu məqsədə çat-

ması üçün hüquqi şəxs müxtəlif cür mülki hüquq münasibətlərinə girir. Onlar istehsal fəaliyyətini həyata keçir-

mək üçün ayrı-ayrı müəssisələrdən xammal alır və bundan ötrü malgöndərmə müqaviləsi bağlayır. Istehsal etdi-

yi malları müxtəlif şəxslərə satır. Bu münasibətlər alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.  

Hüquqi  şəxslər  müxtəlif  hüquq  münasibətlərində  subyekt  rolunda  iştirak  etmək  qabiliyyətinə  malikdirlər. 

Mülki qanunvericilik onlara əşya (o cümlədən mülkiyyət), öhdəlik, vərəsəlik, əqli mülkiyyət və s. hüquq müna-

sibətlərində çıxış etməyə hüquqi imkan vermişdir. Amma hüquqi şəxslərin mülki hüquq münasibətlərinin işti-

rakçısı olmaq imkanı universal xarakter daşımır. Bu imkanın öz həddi və sərhədləri vardır. Belə ki, həmin 

imkan, hər şeydən əvvəl, qanunla müəyyənləşdirilir. Digər tərəfdən o, hüquqi şəxsin təsis sənədi olan nizamna-

məsində nəzərdə tutulur və göstərilir. Özü də hüquqi şəxsin mülki hüquq münasibətlərində iştirak etmək imkanı 

onun yaradıldığı məqsədə uyüun və tabe olmalıdır. Hüquqi şəxslər yalnız onların öz nizamnamələrində müəy-

yənləşdirilmiş fəaliyyət məqsədlərinə müvafiq olan mülki-hüquq müqavilələr və digər əqdlər bağlaya bilər (mə-

sələn, bank təşkilatı bank fəaliyyəti göstərməkdən ibarət olan məqsədinə çatmaq üçün bank hesabı, bank əma-

nəti, kredit, lizinq, faktorinq və digər müqavilələr bağlaya bilər). Onların bu cür məqsədə zidd gələn mülki-hü-

quqi  müqavilələr  və  digər  əqdlər  bağlamaüa  ixtiyarı  çatmır.  Məsələn,  sığorta  fəaliyyəti  göstərmək  məqsədilə 

yaradılan sığorta şirkəti müştərilərlə bank hesabı, bank əmanəti, lizinq, kredit, faktorinq və s. müqavilələr bağ-

laya bilməz. ×ünki bu cür əqdlər onun nizamnaməsində göstərilən fəaliyyət məqsədinə ziddir və yaxud özəl təh-

sil universiteti sığortaçı rolunda vətəndaşlarla sığorta müqaviləsi bağlaya bilməz. Hüquqi şəxslərin öz nizamna-

məsində nəzərdə tutulmuş fəaliyyət məqsədinə zidd olaraq bağladığı bütün müqavilələr və digər əqdlər etibarsız 

hesab edilir (MM-in 349-cu maddəsi). 

Dediklərimizdən belə bir nəticəyə gələ bilirik ki, hüquqi şəxslər öz nizamnamələrində müəyyənləşdirilmiş fəa-

liyyət məqsədlərinə çatmaq və nail olmaq üçün mülki hüquq münasibətlərində iştirak edirlər. Buna əsasən göstərə 

bilərik ki, onların mülki hüquq subyektliyi məqsədli (məhdud) xarakter daşıyır.  

Müxtəlif hüquqi şəxslərin, öz nizamnamələrində göstərildiyi kimi, müxtəlif fəaliyyət məqsədi, növü və pred-

meti vardır. Bu, o deməkdir ki, onların mülki hüquq subyektliyi bir-birinə münasibətdə fərqlənir, yəni xüsusi-

dir. Deməli, hüquqi şəxslərin mülki hüquq subyektliyi həm də xüsusi təbiətə malikdir, ümumilikdə isə məq-

sədli (məhdud, xüsusi) xarakter daşıyır. Bu cəhəti ilə hüquqi şəxslərin hüquq subyektliyi vətəndaşların (fiziki 

şə

xslərin) hüquq subyektliyindən fərqlənir. Belə ki, fiziki şəxslərin mülki hüquq subyektliyi ümumi (universal) 



xarakterə malikdir. Bu xüsusiyyət isə hüquqi şəxslərin hüquq subyektliyinin həcm etibarilə fiziki şəxslərin hü-

quq subyektliyindən fərqləndirilməsinə dəlalət edir. Məsələn, hüquqi şəxslər ailə hüquq münasibətlərinin sub-

yekti ola bilməz. Onların vətəndaşlardan fərqli olaraq, öz əmlakını vəsiyyət etmək ixtiyarı yoxdur.  

Ümumiyyətlə, mülki hüquq elmində (sivilistika doktrinasında) mülki hüquq subyektliyinin iki növü fərqlən-

dirilir: ümumi hüquq subyektliyi; məqsədli (məhdud, xüsusi) hüquq subyektliyi. Vətəndaşların hüquq subyekt-

liyi ümumi, hüquqi şəxslərin hüquq subyektliyi isə məqsədli (xüsusi) hüquq subyektliyinə şamil edilir. 

Hüquqi şəxslərin hüquq subyektliyi müəyyən məzmuna malikdir. Bu məzmun vasitəsilə onun əsas element-

ləri müəyyənləşdirilir. Deməli, hüquqi şəxslərin mülki hüquq subyektliyinin məzmunu dedikdə, onun təşkil 

olunduüu əsas elementlər başa düşülür. O, əsas dörd elementdən ibarətdir: 

 mülki hüquq qabiliyyətindən; 



 mülki fəaliyyət qabiliyyətindən; 

 delikt qabiliyyətindən; 



 

158


 transfəaliyyət qabiliyyətindən. 

Hələ sovet sivilistika nəzəriyyəsində və mülki qanununda belə bir qayda nəzərdə tutulmuşdu: hüquqi şəxslə-

rin hüquq subyektliyinin məzmununu, vətəndaşların hüquq subyektliyində olduüu kimi hüquq qabiliyyəti və fə-

aliyyət qabiliyyəti kimi iki vacib kateqoriyanın vasitəsi ilə açıqlamaq lazımdır. Bu qayda müasir mülki hüquq 

elmində (sivilistika doktrinasında) indi də öz əhəmiyyətini itirməmişdir. Bizim ölkənin yeni mülki qanunverici-

liyi həmin qaydanı nəzərə almışdır. 

2. Hüquqi şəxslərin mülki hüquq qabiliyyəti 

Hüquqi şəxslər fiziki şəxslər kimi mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxslərin hüquq qabiliyyəti 

dedikdə, onların mülki hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti başa düşülür. 

Hamımıza məlumdur ki, hüquqi şəxslərin yaradılması müəyyən ictimai ehtiyacın və tələbatın təmin edilməsi 

zərurəti ilə bağlıdır. Yarandığı vaxtdan etibarən onlar öz qarşılarına müəyyən sosial-iqtisadi xarakterli məqsəd 

qoyur. Bu məqsədə çatmaları üçün, qarşıda duran vəzifələri yerinə yetirmək üçün hüquqi şəxslər, hər şeydən 

ə

vvəl,  mülki  (əmlak)  münasibətlərdə  müstəqil  surətdə  iştirak  etmək  imkanına  malik  olmalıdır.  Bu  cür  imkan 



hüquqi şəxslərə mülki hüquq qabiliyyəti verilməsindən ibarətdir.  

Hüquqi şəxslərin mülki hüquq qabiliyyəti müəyyən məzmuna malikdir. O, bir qayda olaraq, hüquqi şəxslərin 

nizamnamələrində nəzərdə tutulur. 

Hüquqi şəxsin mülki hüquq qabiliyyətinin məzmunu dedikdə, onun malik ola biləcəyi mülki hüquq və 

vəzifələrin məcmusu başa düşülür. Onların dairəsi kifayət qədər genişdir. Hüquqi şəxslər fiziki şəxslər kimi xü-

susi mülkiyyət hüququ əsasında əmlaka (həm daşınar, həm də daşınmaz əmlaka) malik ola bilərlər. Daha doü-

rusu, mülkiyyə



t hüququ onların malik ola biləcəyi əsas və vacib əmlak hüququ sayılır. 

Hüquqi şəxslər mülki-hüquqi müqavilələrdən (alqı-satqı, mal göndərmə, sığorta və s. müqavilələrdən) ya-



ranan əmlak hüquq və vəzifələrinin daşıyıcısı olmaq hüququna malikdir. Bu müqavilələrin əhatə dairəsi ge-

nişdir. Onların əsas parametrləri Mülki Məcəllədə nəzərdə tutulmuşdur. 

Hüquqi şəxslərin vərəsəlik hüququna malik olmaq hüququ vardır. Özü də dərhal qeyd etməliyik ki, onlar 

ə

sasən vəsiyyət özrə vərəsə ola bilərlər (bununla bərabər, MM-in 1165-ci maddəsində göstərilən halda vərəsəsi 



olmayan əmlak qanun özrə vərəsəlik əsasında hüquqi şəxslərin mülkiyyətinə keçir). Hüquqi şəxslərin vərəsəlik 

hüququna malik olmaq imkanı əmlakı miras almaq qabiliyyətindən ibarətdir. 

Hüquqi şəxslər əqli mülkiyyət hüququna malik ola bilərlər. Onların elm, ədəbiyyat və incəsənət əsərləri 

barəsində əlliflik hüquqlarının daşıyıcısı olmaq imkanı vardır. Məsələn, hüquqi şəxs statuslu nəşriyyatlar 

ensiklopediyalar, ensiklopedik lüüətlər, elmi əsərlərin toplularını, qəzet və æurnallar və s. buraxa bilərlər. Belə 

halda onlar bu cür kollektiv əsərlərdən bütövlükdə istifadə etmək üçün əmlak (iqtisadi) xarakterli müəlliflik 

hüququna — müstəsna hüquqa malik olur. Hüquqi şəxslərin sənaye mülkiyyəti obyektlərinə — ixtiralara, fay-

dalı maddələrə və sənaye nümunələrinə verilən patentin sahibi olmaq imkanı vardır Onlar həmin obyektlər-

dən istifadə etmək üçün müstəsna hüquqa malik ola bilərlər.  

Ə

mlak hüquqlarından savayı, hüquqi şəxslər həm də şəxsi qeyri-əmlak hüquqlarının daşıyıcısı ola bilərlər. 



Bu cür hüquqlara misal olaraq hüquqi şəxslərin ada və olduüu yerə (hüquqi ünvana) malik olmaq imkanını gös-

tərmək olar. 

Hüquqi şəxsin mülki hüquq qabiliyyətinin əsl cəhətləri fiziki şəxsin mülki hüquq qabiliyyəti ilə müqayisə 

edilməsində özünü büruzə verir. Bu iki anlayış bir-birindən fərqli cəhətlərə malikdir. 



Birinci fərqli cəhət ondan ibarətdir ki, fiziki şəxslər ümumi (universal) hüquq qabiliyyətinə malikdirlər. Hü-

quqi şəxslərin isə bundan fərqli olaraq xüsusi (məqsədli) hüquq qabiliyyəti vardır. Hamımıza məlumdur ki, 

sivilistika  nəzəriyyəsi  və  mülki  hüquq  doktrinası  mülki  hüquq  qabiliyyətinin  ümumi  (universal)  və  xüsusi 

(məhdud) hüquq qabiliyyəti kimi iki növünü fərqləndirir və ayırır. 



Ümumi  (universal)  hüquq  qabiliyyəti  dedikdə,  mülki  hüquq  subyektinin  qanunla  qadaüan  edilməyən, 

mümkün olan, yəni qanunun yol verdiyi istənilən mülki hüquq və vəzifələrə malik olmaq imkanı başa düşülür. 

Məhz fiziki şəxslər ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdirlər. Bu cür hüquq qabiliyyəti fiziki 

şə

xsə qanunun yasaq etmədiyi bütün mülki hüquq münasibətlərində iştirak etmək imkanı verir.  



Xüsusi  (məqsədli)  mülki  hüquq  qabiliyyəti  dedikdə,  mülki  hüquq  subyektinin  istənilən  mülki  hüquq  və 

vəzifələrə malik olmaq qabiliyyəti yox, onun yalnız öz fəaliyyət məqsədinə uyüun gələn mülki hüquq və vəzifə-

lərə malik olmaq qabiliyyəti başa düşülür. Hüquqi şəxslərin məhz xüsusi (məqsədli) hüquq qabiliyyəti vardır. 

Buna görə də onlar istənilən mülki hüquq münasibətində yox, yalnız məhdud dairəli mülki hüquq münasibətlə-

rində iştirak edə bilər.  

Beləliklə,  hüquqi  şəxs  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət  məqsədlərinə  uyüun  gələn  mülki 

hüquq və vəzifələrə malik ola bilər. Odur ki, onun məqsədli hüquq qabiliyyəti vardır. Hüquqi şəxs məhdud 

dairəli  mülki  hüquq  münasibətlərində  iştirak  etmək  imkanına  malikdir.  Bu,  onu  ifadə  edir  ki,  hüquqi  şəxsin 



 

159


məhdud hüquq qabiliyyəti vardır. Nəhayət, hüquqi şəxsin hüquq qabiliyyəti digər hər hansı bir hüquqi şəxsin 

hüquq qabiliyyətindən fərqlidir, ona münasibətdə xüsusidir. Bu isə o deməkdir ki, hüquqi şəxs xüsusi hüquq 



qabiliyyətinə malikdir. Dediklərimizi yekunlaşdırsaq, hüquqi şəxsin məqsədli (xüsusi, məhdud) hüquq qa-

biliyyətinə malik olması barədə fikir söyləyə bilərik.  

kinci fərqli cəhət ondan ibarətdir ki, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslərin hamısı üçün bir bəra-

bərdə və eyni dərəcədə tanınır. Bu, o deməkdir ki, bütün fiziki şəxslərin hamısına mülki qanunvericilik mülki 

hüquqlara və vəzifələrə malik olmaq üçün eyni və bərabər hüquqi imkan verir. Hüquqi şəxslər isə özlərinin 

mülki hüquq qabiliyyətinə görə bir bərabərdə tanınmırlar, yəni onlara mülki qanunvericilik mülki hüquqla-

ra və vəzifələrə malik olmaqda eyni və bərabər hüquqi imkan vermir. Belə ki, əsas fəaliyyət məqsədlərinə görə 

hüquqi şəxsin iki növü fərqləndirilir: kommersiya təşkilatları; qeyri-kommersiya təşkilatları. Bu iki növ hüquqi 

şə

xslərin hüquq qabiliyyəti bərabər deyildir. 



Kommersiya təşkilatları ümumi (universal) hüquq qabiliyyətinə malikdir. Yeni mülki qanunvericilik bu 

cür təşkilatlara ümumi hüquq qabiliyyəti vermişdir (MM-in 44-cü maddəsinin 2-ci bəndi). Bu qayda bazar müna-

sibətləri əsasında təşkil edilən təsərrüfat şəraitinə uyüundur. Daha doürusu, həmin qayda bazar münasibətlərinin 

inkişaf tələbatını təmin etmək zərurəti ilə bağlıdır. 

Kommersiya təşkilatları sahibkarlıq (bazar) fəaliyyətinin ən fəal subyekti, kommersiya dövriyyəsinin profes-

sional iştirakçısıdır. Sahibkarlıq fəaliyyəti və dövriyyəsi bazar iqtisadiyyatının mövcudluüunun və inkişafının 

başlıca hərəkətverici qüvvəsi olub, onun daimi bir prosesidir. O, bazar subyekti olan kommersiya təşkilatlarının 

qanunla qadaüan edilməyən istənilən sahibkarlıq fəaliyyəti növü ilə məşüul olmasını tələb edir. Əks təqdirdə 

ictimai  tələbat  təmin  oluna  bilməz.  Sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  isə  kommersiya  təşkilatlarının 

məhdud (məqsədli, xüsusi) yox, ümumi hüquq qabiliyyətinə malik olmalarını tələb edir. Məqsədli (məhdud, xü-

susi)  hüquq  qabiliyyəti,  məlum  məsələdir  ki,  sahibkarlıq  dövriyyəsinin  inkişafına,  kommersiya  təşkilatlarının 

fəaliyyətinə mənfi təsir göstərə bilər. Ümumi hüquq qabiliyyəti isə kommersiya təşkilatlarına sahibkarlıq döv-

riyyəsində çıxış etmək üçün geniş hüquqi imkanlar verir. Bu isə bazar münasibətlərinin inkişafına müsbət mə-

nada təsir göstərir, onun janlanmasına rəvac verir. Yeni Mülki Məcəllə bazar təsərrüfat sisteminin tələbatını nə-

zərə alaraq, mülki qanunvericiliyin ümumi müasir inkişaf tendensiyasına əməl etməklə kommersiya təşkilatları-

na ümumi mülki hüquq qabiliyyəti vermişdir.  



Qeyri-kommersiya təşkilatlarına (əmtəə biræasına, dini quruma, ictimai birliyə və s.) gəldikdə isə qeyd et-

mək lazımdır ki, onlar bütün hallarda və həmişə məqsədli (məhdud, xüsusi) hüquq qabiliyyətinə malikdir. 

Bu cür təşkilatların qanunla qadaüan edilməyən istənilən növ sahibkarlıq fəaliyyəti ilə məşüul olmaüa və bunun 

üçün lazım olan istənilən mülki hüquq və vəzifələrə malik olmaüa, əqdlər bağlamaüa ixtiyarı çatmır. Onların 

ə

qd bağlamaq, mülki hüquq münasibətlərinin iştirakçısı olmaq imkanları məhduddur. Deməli, qeyri-kommersi-



ya təşkilatları istənilən yox, yalnız məhdud dairədə mülki hüquqlara və vəzifələrə malik ola bilərlər. Özü də on-

lar öz nizamnamələrində müəyyənləşdirilən fəaliyyət məqsədlərinə uyüun gələn mülki hüquq və vəzifələrin da-

ş

ıyıcısı ola bilərlər. Başqa sözlə desək, bu təşkilatların mülki hüquq qabiliyyəti onların öz nizamnamələrində 



göstərilən fəaliyyət məqsədləri ilə müəyyən edilir və şərtlənir. Məsələn, özəl universitetin əsas məqsədi təhsil-

tədris fəaliyyəti ilə məşüul olmaqdan ibarətdir. Ona görə də, bu universitet yalnız həmin məqsədə uyüun gələn 

mülki hüquq və vəzifələrə malik ola bilər. Ədəbiyyat və mədəniyyət fondunun əsas məqsədi ədəbi-mədəni mə-

sələlərlə məşüul olmaqdan, dini qurumların əsas məqsədi dini fəaliyyəti həyata keçirməkdən və s. ibarətdir. On-

lar yalnız bu cür məqsədə uyüun gələn mülki hüquq və vəzifələrə malik ola bilərlər. Deməli, qeyri-kommersi-

ya təşkilatları məqsədli hüquq qabiliyyətinə malikdir.  

Bununla belə, kommersiya təşkilatının bəzi növləri də məqsədli (məhdud, xüsusi) hüquq qabiliyyətli ola bi-

lərlər. Bu qabiliyyət iki yolla müəyyənləşdirilir. Birinci yol kommersiya təşkilatlarının məqsədli (xüsusi) hü-

quq qabiliyyətinə malik olmasının qanunla müəyyənləşdirilməsindəibarətdir. Belə halda kommersiya təş-

kilatının  məqsədli  (xüsusi)  hüquq  qabiliyyəti  qanunun  məcburi-imperativ  göstərişinə  əsaslanır.  Məsələn, 

«Banklar haqqında» qanun kommersiya təşkilatı olan banklar üçün məqsədli (xüsusi) hüquq qabiliyyəti müəy-

yən edir. Fond biræası qapalı səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxs statuslu kommersiya təşkila-

tıdır.  «Qiymətli  kaüızlar  haqqında»  qanun  onun  üçün  məqsədli  (xüsusi)  hüquq  qabiliyyəti  müəyyən  edir. 

Sığorta təşkilatı da kommersiya təşkilatının bir növü hesab edilir. «Sığorta haqqında» qanuna görə, bu təşkilat 

da məqsədli (xüsusi) hüquq qabiliyyətinə malikdir. Bu cür hallarda qanunun ifadə etdiyi məcburi göstərişə əsa-

sən, kommersiya hüquqi şəxsləri öz nizamnamələrində fəaliyyət predmetini göstərir. 



kinci yol kommersiya təşkilatının məqsədli (xüsusi) hüquq qabiliyyətinə malik olmasının bu təşkilatın tə-

sis sənədi — nizamnaməsi ilə müəyyənləşdirilməsindəibarətdir. Istənilən kommersiya təşkilatının təsisçisi 

(iştirakçısı) onun hüquq qabiliyyətinin həcmini məhdudlaşdıra bilər. Bunun özün vacibdir ki, kommersiya təşki-

latının nizamnaməsində onun konkret fəaliyyət məqsədləri və predmeti göstərilsin, yəni fəaliyyət növlərinin si-


 

160


yahısı verilsin. Məsələn, məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan müəssisənin nizamnaməsində nə-

zərdə tutulur ki, həmin müəssisə yalnız malların pərakəndə alqı-satqısı və ticarəti ilə məşüul olacaqdır. Deməli, 

bu kommersiya təşkilatı qanunda ifadə edilən  göstərişə  görə  yox, nizamnamədə ifadə edilən  göstərişə əsasən 

məqsədli (xüsusi) hüquq qabiliyyətinə malik olur. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, kommersiya 

hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmet və məqsədlərinin göstərilməsi həmin hüquqi şəx-

sin  ümumi  (universal)  hüquq  qabiliyyətini  məqsədli  (məhdud,  xüsusi)  hüquq  qabiliyyətinə  zevirir.  Məhz  bu 

mülahizələrə  əsaslanaraq  bizim  ölkə  qanunvericiliyi  kommersiya  hüquqi  şəxsinin  nizamnaməsində  onun 

fəaliyyətinin predmet və məqsədlərinin nəzərdə tutulması haqqında göstəriş ifadə etmir. Amma ümumi (uni-

versal) hüquq qabiliyyətli kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyət predmeti və məqsədinin 

göstərilməsi istisna edilmir, bu, mümkündür. Bunun özün lazımdır ki, kommersiya hüquqi şəxsinin nizamnamə-

sində fəaliyyət növlərinin siyahısı verilsin, həmin fəaliyyət növləri sadalansın. Lakin nizamnamədə bütün fəa-

liyyət növlərinin hamısını sadalamaq, məlum məsələdir ki, mümkün deyil. Belə halda, söz yox ki, uzun bir si-

yahı yaranardı. Vəziyyətdən zıxmaq özün nizamnamədə bəzi fəaliyyət növləri sadalanır və oraya hükmən hüqu-

qi şəxsin qanunla qadağan edilməyən istənilən fəaliyyət növü ilə məşğul olması barədə  göstərişi daxil edilir. 

Ə

ks təqdirdə həmin kommersiya hüquqi şəxsi məqsədli (xüsusi, məhdud) hüquq qabiliyyətli hüquqi şəxsə zev-



rilərdi. Bu göstəriş həm də təsisziləri nizamnamədə dəyişiklik etmək (hüquqi şəxsin fəaliyyət xarakterinin də-

yişməsi ilə bağlı olaraq) və onu yenidən qeydiyyatdan keçirmək problemindən azad edir. 

Kezmiş 1964-cü il Mülki Məcəlləsinə görə, hüquqi şəxslər yalnız xüsusi (məqsədli) hüquq qabiliyyətinə ma-

lik idi. Həmin Məcəllənin 25-ci maddəsində göstərilirdi ki, hüquqi şəxs, onun müəyyən edilmiş fəaliyyət məq-

sədinə müvafiq olaraq, mülki hüquq qabiliyyətinə malikdir. Yeni Mülki Məcəllə isə hüquqi şəxsin kommersiya 

təşkilatı kimi növünə ümumi hüquq qabiliyyəti verir. Bu, o deməkdirmi ki, indiki müasir qanunvericiliyə görə, 

kommersiya hüquqi şəxslərinin hüquq qabiliyyəti ümumi (universal) xarakter daşıyır? Hüquq ədəbiyyatı səhifə-

lərində bu suala cavab olaraq göstərilir ki, indi kommersiya hüquqi şəxslərinin ümumi (universal) hüquq qabi-

liyyətli olmasını güman etmək səhv fikirdir. Onların məqsədli (məhdud) hüquq qabiliyyətinə malik olması ehti-

mal və güman olunur. Bununla kommersiya hüquqi şəxslərinin məqsədli (xüsusi, məhdud) hüquq qabiliyyətinə 

malik olması prezumpsiyası müəyyənləşdirilir, yəni əksi sübut olunana kimi (doğruluğu rədd edilmədikjə) bü-

tün kommersiya hüquqi şəxsləri məqsədli (xüsusi) hüquq qabiliyyətli sayılır. Ona görə ki, hər bir hüquqi şəxs, 

istər kommersiya təşkilatı olsun, istərsə də, qeyri-kommersiya təşkilatı, fərqi yoxdur, bir qayda olaraq, konkret 

müəyyən məqsədə çatmaq üçün yaradılır. Onların fəaliyyət məqsədləri və predmeti nizamnamədə göstərilir və 

müəyyənləşdirilir. Mübahisəsiz olaraq demək olar ki, hüquqi şəxslər öz nizamnaməsində müəyyənləşdirilən fə-

aliyyət məqsədlərinə uyüun gələn və müvafiq olan mülki hüquq və vəzifələrə malik ola bilərlər. Onların nizam-

namədə müəyyənləşdirilən fəaliyyət məqsədlərinə zidd olan və uyüun gəlməyən əqdlər bağlamaüa və bu əqd-

lərdən irəli gələn mülki hüquq və vəzifələrə malik olmaüa ixtiyarı çatmır.  

Hüquqi şəxs (həm kommersiya təşkilatı, həm də qeyri-kommersiya təşkilatı) öz nizamnaməsində müəyyən-

ləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq əqd bağlaya bilər. Bu cür əqd onun hüquq qabiliyyətindən kənara 

çıxan əqd — nizamnamədənkənar əqd adlanır. Bəzi hallarda həmin əqdə «ultra vires» də deyilir. Bu cür əqdləri 

və beləliklə də, onlardan irəli gələn mülki hüquq və vəzifələrə malik olmaüı mülki qanunvericilik etibarsız he-

sab edir (MM-in 349-cu maddəsi). Bu qayda, ümumiyyətlə, bütün hüquqi şəxslərin bağladığı nizamnamədənkə-

nar əqdlərə aiddir. Beləliklə, dediklərimiz onu sübut edir ki, bütün hüquqi şəxslər — həm kommersiya, həm də 

qeyri-kommersiya  hüquqi  şəxsləri  məqsədli  (məhdud,  xüsusi)  hüquq  qabiliyyətinə  malikdir.  Bununla  müasir 

qanunvericilik köhnə qanunvericiliyin hüquqi şəxsin məqsədli (məhdud, xüsusi) hüquq qabiliyyətli olması barə-

də ənənəsini saxlayır. Amma yuxarıda qeyd etdiyimiz kimi, əgər kommersiya hüquqi şəxsinin nizamnaməsində 

bəzi fəaliyyət növləri sadalanarsa və oraya «qanunla qadağan edilməyən istənilən fəaliyyət növü ilə məşğul ol-

maq» barədə göstəriş daxil edilərsə, onda həmin şəxs bu fəaliyyəti həyata keçirmək özün lazım olan bütün mül-

ki hüquqlara malik ola və hüquqi vəzifələr daşıya bilər. Bu cür halda isə həmin kommersiya hüquqi şəxsinin 

universal (ümumi) qabiliyyətli olması göz qabağındadır. Belə hal kommersiya hüquqi şəxsinin nizamnaməsində 

onun  fəaliyyət  predmeti  və  məqsədi  göstərilmədikdə  də  yaranır,  bir  şərtlə  ki,  qanunun  ifadə  etdiyi  göstərişə 

görə hüquqi şəxs nizamnaməsində məcburi surətdə fəaliyyət predmetini nəzərdə tutmağa borclu olmasın. 

Üçüncü fərqli cəhət ondan ibarətdir ki, fiziki şəxsin mülki hüquq və tam fəaliyyət qabiliyyəti eyni vaxt-

da əmələ gəlmir. Bildiyimiz kimi, fiziki şəxsin hüquq qabiliyyəti onun doüulduüu an əmələ gəlir.  

Fiziki şəxsin tam mülki fəaliyyət qabiliyyəti o, on səkkiz yaşına çatdıqda yaranır. Hüquqi şəxsin mülki hü-



quq və fəaliyyət qabiliyyəti isə bundan fərqli olaraq, hüquqi şəxsin özünün yaranması ilə eyni vaxtda və 

zamanda əmələ gəlir. Hüquqi şəxsin yaranması onun dövlət qeydiyyatına alınması ilə müəyyənləşdirilir. Belə 

ki, dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs yaranmış hesab edilir (MM-in 44-cü maddəsinin 1-ci bəndi). 

Bu andan isə hüquqi şəxs eyni vaxtda həm mülki hüquq, həm də mülki fəaliyyət qabiliyyətinə malik olur. Hü-


 

161


quqi şəxsin həm hüquq qabiliyyətinə, həm də fəaliyyət qabiliyyətinə onun ləğvinin başa çatdığı an eyni vaxtda 

xitam verilir. 



Dördüncü fərqli cəhət ondan ibarətdir, hüquqi şəxs özünün spesifikliyinə görə yalnız fiziki şəxslərə məx-

sus ola bilən hüquqların daşıyıcısı ola bilməz. Məsələn, fiziki şəxs vəsiyyət etmək hüququna malikdir. Hüqu-

qi şəxsin isə vəsiyyət etmək qabiliyyəti yoxdur.  

Hüquqi şəxsin elm, ədəbiyyat və incəsənət əsərlərinin müəllifi olmaq və tanınmaq kimi hüquqa (buna ən bi-

rinci (əvvəlinci) müəlliflik hüququ deyilir) malik olub-olmaması mülki hüquq elmində mübahisə doüurur. Bu 

barədə əsasən iki cür mövqe yaranmışdır. Birinci mövqeyin tərəfdarları belə hesab edirlər ki, hüquqi şəxslər (el-

mi külliyyatlar, ensiklopediya lüüətləri, məcmuələr və s. nəşrləri həyata keçirən təşkilatlar) özlərinin yaradıcılıq 

fəaliyyəti nəticəsində ayrı-ayrı müəlliflərin müstəqil əsərlərini tam və bütöv vahid əsər halında birləşdirir və bu-

na görə də onlar ən birinci (əvvəlinci) müəlliflik hüququna malik olur.  kinci mövqeyin tərəfdarları isə göstərir-

lər ki, hüquqi şəxslər ən birinci (əvvəlinci) müəlliflik hüququna malik ola bilməz. ×ünki yalnız canlı insan yara-

dıcı əməyi ilə əsər yarada bilər.  

Bizim zənnimizcə, axırıncı mövqe tərəfdarlarının fikirləri həqiqətə daha yaxındır. Doürudan da, əsərin yara-

dıcısı rolunda yalnız konkret canlı fiziki şəxs çıxış edə bilər. Qanun da bu mövqeyi nəzərə almışdır. Belə ki, qa-

nuna görə, əsərin müəllifi olmaq və tanınmaq hüququna yalnız onun yaradıcısı olan fiziki şəxs malik ola bilər. 

Hüquqi şəxsin isə əsərin müəllifi olmaq və onun müəllifi kimi tanınmaq hüququ yoxdur.  

Fiziki şəxsin də özünün spesifikliyinə görə yalnız hüquqi şəxslərə məxsus ola bilən hüquqların daşıyıcısı ol-

maq hüququ yoxdur. Məsələn, fiziki şəxsin özünün filial və nümayəndəliyini açmaq qabiliyyəti istisna edilir.  



3. Hüquqi şəxslərin mülki fəaliyyət qabiliyyəti  

Hüquqi şəxsin mülki hüquq subyektliyinin məzmununa daxil olan elementlərdən biri mülki fəaliyyət qabiliy-

yətidir. Mülki hüquq münasibətlərində subyekt qismində iştirak etmək üçün hüquqi şəxsin təkcə hüquq qabiliy-

yətinə malik olması kifayət etmir və yetərli deyil. Bunun üçün hüquqi şəxsin həm də mülki fəaliyyət qabiliyyə-

tinə malik olması gərəkdir və lazımdır.  

Mülki Məcəllə hüquqi şəxsin yalnız hüquq qabiliyyəti haqqında birbaşa göstəriş ifadə edir. O, hüquqi şəxsin 

mülki fəaliyyət qabiliyyətini konkret maddə ilə tənzimləmir. Lakin doktrinal tədqiqatlardan və araşdırmalardan 

belə bir nəticə çıxarmaq mümkündür ki, hüquqi şəxslər fiziki şəxslər kimi mülki fəaliyyət qabiliyyətinə malik-

dirlər.  

Hüquqi şəxsin mülki fəaliyyət qabiliyyəti dedikdə, onun öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və 

ya həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür. Mülki fəaliyyət 

qabiliyyəti qanunla hüquqi şəxsə verilmiş elə bir hüquqi imkandır ki, o, bu imkandan istifadə etməklə öz hərə-

kətləri ilə hüquq qabiliyyətini realizə edir.  

Hüquqi şəxsin mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin mülki fəaliyyət qabiliyyətindən fərqlənir. Birincisi, 

fiziki şəxslərin tam fəaliyyət qabiliyyəti onların 18  yaşına çatması ilə əmələ gəlir. Hüquqi şəxslərin fəaliyyət 

qabiliyyəti isə onların yarandığı — dövlət qeydiyyatına alındığı andan yaranır, onun ləğvinin başa çatdığı anda 

xitam edilir. 



Qeyd etmək lazımdır ki, hüquqi şəxsin qeydiyyat anı ilə onun mülki fəaliyyət qabiliyyətinin bəzi ele-

mentlərinin əmələ gəlməsi zaman və vaxt baxımından üst-üstə düşməyə də bilər (sühbət hüquqi şəxsin ədliy-

yə orqanlarında dövlət qeydiyyatına alınması anı ilə müvafiq icra hakimiyyəti orqanlarından lisenziya alınması 

anı arasındakı vaxt məsafəsindən gedir). Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşüul ol-

maq hüququ məhz bu cür elementlərdəndir. Bu cür fəaliyyət növləri qanunla və prezidentin fərmanı ilə təsdiq 

olunmuş Siyahı ilə müəyyən edilir. Məsələn, inşaat fəaliyyəti, hava yolu ilə sərnişin və yük daşıması, biræa fəa-

liyyəti, təhsil fəaliyyəti, bank fəaliyyəti, sığorta fəaliyyəti, turizm fəaliyyəti və s. bu cür fəaliyyət növlərinə mi-

sal ola bilər. Hüquqi şəxslər göstərilən fəaliyyət növləri ilə yalnız xüsusi icazə (lisenziya) əsasında məşüul ola 

bilər. Hər bir fəaliyyət növü özrə xüsusi icazəni (lisenziyanı) müvafiq dövlət icra hakimiyyəti orqanı verir. Hə-

min orqanlardan lisenziya prezidentin təsdiq etdiyi müvafiq qaydalar əsasında alınır. Lisenziya alındığı andan 

və  ya  lisenziyada  göstərilən  vaxtdan  hüquqi  şəxs  xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət  növləri  ilə 

məşüul olmaq imkanı əldə edir. Bununla onun xüsusi fəaliyyət qabiliyyətinin elementi yaranır. Lisenziya müd-

dəti qurtardıqda, həmin element də öz hüquqi qüvvəsini itirir.  



kincisi,  fiziki  şəxslər  qanunla  qadaüan  edilməyən  bütün  mülki  hüquqi  əqdləri  bağlaya  bilərlər.  Bu,  o  de-

məkdir ki, onlar ümumi (universal) fəaliyyət qabiliyyətinə malikdirlər. Hüquqi şəxslər isə bundan fərqli olaraq 

yalnız  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət  məqsədlərinə  zidd  olmayan  əqdləri  bağlaya  bilərlər. 

Deməli, onlar məqsədli (məhdud, xüsusi) fəaliyyət qabiliyyətinə malikdirlər. 



Üçüncüsü, yaş amilindən və psixi-ruhi saülamlıq vəziyyətindən asılı olaraq fəaliyyət qabiliyyətinə görə fizi-

ki şəxslər müxtəlif kateqoriyalara (tam fəaliyyət qabiliyyətli fiziki şəxslərə; natamam fəaliyyət qabiliyyətli fizi-



 

162


ki şəxslərə; qismən fəaliyyət qabiliyyətli fiziki şəxslərə və s.) bölünür. Hüquqi şəxslər həmin amillərdən asılı 

olaraq fəaliyyət qabiliyyətinə görə bu cür kateqoriyalara bölünmür.  



Dördüncüsü, mülki hüquq qabiliyyətli fiziki şəxs fəaliyyət qabiliyyətinə malik olmaya bilər. Məsələn, 7 ya-

ş

ınadək azyaşlıların, ruhi xəstələrin və ya kəmaüılların mülki hüquq qabiliyyəti vardır. Amma onların mülki fə-



aliyyət qabiliyyəti yoxdur. Bundan fərqli olaraq, biz, hüquq qabiliyyəti olan, lakin qeyri-fəaliyyət qabiliyyət-

li hüquqi şəxslərə rast gəlmirik. Hüquqi şəxslərin fəaliyyət qabiliyyəti onun hüquq qabiliyyəti ilə eyni vaxtda 

avtomatik olaraq yaranır və xitam olunur. 

Hüquqi şəxslər fəaliyyət qabiliyyətini öz orqanları vasitəsilə həyata keçirir və realizə edirlər. Belə ki, 

hüquqi  şəxslərin  fəaliyyət  qabiliyyətinin  həyata  keçirilməsi  onun  fəaliyyət  göstərməsini  ifadə  edir.  Hüquqi 

şə

xslərin fəaliyyət göstərməsi isə onları təşkil edən fiziki şəxslərin fəaliyyət göstərməsi deməkdir. Ona görə ki, 



yalnız psixoloci-fizioloci varlıq olan fiziki şəxslər düşünülmüş, şüurlu və iradəvi hərəkətlər etmək qabiliyyətinə 

malikdirlər. Həmin fiziki şəxslər və ya onların qrupu hüquqi şəxslərin orqanları adlanır. Məhz bu orqanlar da 

hüquqi şəxslərin fəaliyyət qabiliyyətini həyata keçirirlər. 

Hüquqi şəxsin orqanları mülki (əmlak) dövriyyədə hüququn digər subyektləri ilə münasibətə girdiyi zaman 

onun iradəsini formalaşdırır və ifadə edir. O, hüquqi şəxsin bir hissəsidir. Ona görə də məhz həmin orqanların 

yerinə  yetirdiyi hərəkətlərin vasitəsi ilə hüquqi şəxslər mülki hüquqlar əldə edir, bu hüquqları həyata keçirir, 

vəzifələr daşıyır və bu vəzifələri icra edirlər. Yerinə yetirilən bu hərəkətlər hüquqi şəxsin özünün hərəkətlə-

rini ifadə edir. Ona görə də hüquqi şəxsin orqanlarının mülki (əmlak) dövriyyədə iştirakı hüquqi şəxsin özünün 

bu dövriyyədə çıxış etməsi deməkdir. Başqa sözlə desək, bu orqanlar mülki (əmlak) dövriyyədə hüquqi şəxsin 

adından və onun mənafeyi üçün çıxış edirlər. Amma buna baxmayaraq, hüquqi şəxsin orqanlarını hüququn 

müstəqil subyekti hesab etmək olmaz. Ona görə ki, yuxarıda dediyimiz kimi, onlar hüquqi şəxsin ayrıca bir 

struktur  hissəsidir.  Bu  xüsusiyyəti  ilə  o,  nümayəndəlik  münasibətlərində  vəkalət  (tapşırıq)  alan  rolunda  çıxış 

edən nümayəndədən (təmsilçidən) fərqlənir.  

Nümayəndə (təmsilçi) hüquqi şəxsin (vəkalət verənin, təmsil olunanın) adından, onun hesabına və onun mə-

nafeyi üçün əqd bağlayan şəxsdir. Onun hüquqi şəxs adından bağladığı əqdlər hüquqi şəxs üçün mülki hüquq 

və vəzifələr yaradır. Bu baxımdın nümayəndə hüquqi şəxsin orqanı kimi, hüquqi şəxsin mülki fəaliyyət qabiliy-

yətini həyata keçir. Bu, onların hər ikisi üçün ümumi və oxşar olan cəhətdir. Lakin nümayəndə hüquqi şəxsin 

orqanından fərqli olaraq, onun ayrıca struktur hissəsi hesab edilmir. Nümayəndə hüquqi şəxsə münasibətdə hü-

ququn kənar, özü də müstəqil subyekti sayılır. Digər tərəfdən nümayəndənin səlahiyyəti hüquqi şəxs tərəfindən 

verilmiş etibarnaməyə əsaslanır. Etibarnamə hüquqi şəxs tərəfindən nümayəndəyə verilən elə bir yazılı sənəddir 

ki, bu sənəd nümayəndəyə üçüncü şəxslə hüquqi şəxslər adından əqd bağlamaüa səlahiyyət verir. Hüquqi şəxsin 

orqanları üçüncü şəxslərlə əqd bağlayarkən onun hüquqi şəxsdən etibarnamə alması tələb olunmur və buna 

ehtiyaj duyulmur. 

Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs öz iştirakçıları vasitəsilə mülki fəaliyyət qabiliyyətini hə-



yata keçirə bilər, yəni mülki hüquqlar əldə edə və hüquqi vəzifələr daşıya bilər. Bu cür hallarda hüquqi şəxsin 

bir növü olan tam ortaqlıüın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər (MM-in 72-ci maddəsinin 

1-ci  bəndi).  Ortaqlıüın  işlərinin  aparılması  iştirakçılardan  birinə  və  ya  bəzilərinə  tapşırıla  bilər  (MM-in  72-ci 

maddəsinin 3-cü bəndi). 



Hüquqi  şəxsin  orqanları  dedikdə,  fiziki  şəxsdən  və  ya  fiziki  şəxslər  qrupundan  ibarət  olan  elə  bir 

ayrıca struktur hissə başa düşülür ki, o, mülki (əmlak) dövriyyədə hüquqi şəxsin adından və onun məna-

feyi üçün etibarnamə almadan çıxış edir. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə 

edir. Orqanlar hüquqi şəxsin fəaliyyətini idarə edir, ona rəhbərliyi həyata keçirirlər. Onlar qanunvericiliyə və 

nizamnaməyə uyüun fəaliyyət göstərirlər. 

Hüquqi şəxsin orqanı qərar qəbul etmək səlahiyyəti olan şəxslərin sayından asılı olaraq iki cür ola bilər: 

 təkbaşına orqan; 



 kollegial orqan. 



Təkbaşına orqan odur ki, o, təkcə bir vəzifəli şəxsdən ibarətdir. Məsələn, müəssisənin direktoru, özəl uni-

versitetin rektoru, firmanın prezidenti, idarənin müdiri, tikinti təşkilatının rəisi və s. bu cür orqana misal ola bilər. 

Hüquqi  şəxsin  təkbaşına  orqanı  hüquqi  şəxs  adından  etibarnaməsiz  fəaliyyət  göstərir,  onun  mənafelərini  bütün 

münasibətlərdə təmsil edir, hüquqi şəxsin əmlakı barəsində sərəncam verir, banklarda hesablaşma hesabı və digər 

hesablar açır və s.  

Kollegial orqan (latınca collegium — ümumilik, əməkdaşlıq) odur ki, o, bir neçə səlahiyyətli vəzifəli şəxs-

dən  ibarət  olub,  hüquqi  şəxsin  işlərinə  rəhbərliyi  həyata  keçirir.  Məsələn,  bankın  idarə  heyəti,  səhmdar 

cəmiyyətinin ümumi yıüıncaüı, müəssisənin müşahidə şurası və s. bu cür orqana misal ola bilər. Bu orqanlar 

kollegial surətdə hüquqi şəxsin idarə edilməsini həyata keçirirlər.  



 

163


Səlahiyyətin əldə edilməsindən asılı olaraq hüquqi şəxsin iki cür orqanı fərqləndirilir:  

 seçkili orqan; 



 təyin olunan orqan. 



Seçkili orqan odur ki, o, seçilir. Seçilmə qaydası hüquqi şəxsin nizamnaməsi ilə müəyyənləşdirilir. Məsə-

lən, səhmdar cəmiyyətinin təsisçilər tərəfindən seçilən direktorlar şurası bu cür orqana misal ola bilər. Həm tək-

başına orqanın, həm də kollegial orqanın seçkili orqan olması mümkündür. 

Təyin olunan orqan odur ki, o, yuxarı orqan və ya təsisçilər tərəfindən təyin olunur. Təyin olunma qaydası 

hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilir. Məsələn, dövlət müəssisəsinin direktoru bu cür orqana misal ola 

bilər. Bir qayda olaraq, çox vaxt təkbaşına orqanlar təyin olunurlar. Kollegial orqanın da təyin edilməsi müm-

kündür, bu, istisna edilmir. Məsələn, Milli Bankın Idarə Heyəti özvlərini prezidentin təqdimatı ilə Milli Məclis 

təyin edir. 

Səlahiyyətin xarakterinə görə hüquqi şəxsin orqanları iki cür ola bilər:  

 idarəetmə orqanı;  



 nəzarət orqanı.  



Idarəetmə orqanı dedikdə, hüquqi şəxsin fəaliyyətinə rəhbərlik edən ən azı iki fiziki şəxsdən ibarət qrup 

başa düşülür. Bir qayda olaraq, bu orqan seçilir. Məsələn, müəssisənin idarə heyətini bu orqana misal göstər-

mək olar. Idarə heyəti müəssisənin fəaliyyətini təşkil edir, üçüncü şəxslərlə münasibətdə və müvafiq orqanlarda 

onun mənafeyini təmsil edir. Idarəetmə orqanından ali idarəetmə orqanını fərqləndirmək lazımdır. Ali idarəet-



mə orqanı hüquqi şəxsin fəaliyyətinə aid bir sıra məsələlər özrə müstəsna səlahiyyətə malikdir. Məsələn, səhm-

darların (təsisçilərin) ümumi yıüıncaüı səhmdar cəmiyyətinin ali idarəetmə orqanı hesab edilir. 



Nəzarət orqanı hüquqi şəxsin fəaliyyəti özərində nəzarət funksiyasını həyata keçirən orqandır.  Özü də o, 

kollegial orqandır. Məsələn, fəaliyyəti özərində nəzarət etmək məqsədilə səhmdar cəmiyyətində müşahidə şura-

sı (direktorlar şurası) yaradılır. 

Vəzifə və səlahiyyətlərin xarakterinə və genişliyinə görə hüquqi şəxsin orqanı iki cür olur: 

 rəhbərlik orqanı; 



 digər struktur orqan (qeyri-rəhbərlik orqanı).  



Rəhbərlik orqanı tam və geniş səlahiyyət əsasında hüquqi şəxsin fəaliyyətinə rəhbərlik edir. Məsələn, mü-

ə

ssisənin direktoru, səhmdar cəmiyyətində təsisçilərin ümumi yıüıncaüı və s. bu cür orqana misal ola bilər.  



Qeyri-rəhbərlik orqanı isə odur ki, o, hüquqi şəxsin fəaliyyətinə rəhbərlik edilməsində tam və geniş səla-

hiyyətlərə malik deyil. Bu orqana misal olaraq hüquqi şəxsin struktur şöbə və bölmələrini göstərmək olar. Mə-

sələn, müəssisənin sex rəisi, bankın kredit şöbəsi və s. qeyri-rəhbərlik orqanına misal çəkə bilərik.  

4. Hüquqi şəxslərin delikt qabiliyyəti 

Hüquqi şəxsin hüquq subyektliyinin elementlərindən biri onun delikt qabiliyyətli olması təşkil edir. Hüquqi 

şə

xs yarandığı, yəni dövlət qeydiyyatına alındığı andan delikt qabiliyyətinə malik olur. Fiziki şəxslər isə 14 



yaşına çatdıqda, bəzi məqamlarda isə 18 yaşına çatdıqda delikt qabiliyyətli olurlar. 

Hüquqi şəxsin delikt qabiliyyəti dedikdə, onun öz hərəkətlərinə görə müstəqil surətdə mülki-hüquqi 

məsuliyyət daşımaq qabiliyyəti başa düşülür. Söhbət hüquqi şəxsin hərəkətləri ilə vurulmuş əmlak (maddi) 

zərərinə görə onun cavab vermək imkanından gedir. 

Mülki hüquq elmində hüquqi şəxsin məsuliyyəti mübahisə doüuran məsələlərdən biridir. Bu barədə hüquq 

ə

dəbiyyatı səhifələrində müxtəlif cür konsepsiya irəli sürülmüşdür. 



Hələ kezən yözillikdə, 40-cı illərin axırlarında — 50-ci illərin əvvəllərində S.N.Bratus ilk dəfə olaraq hüqu-

qi şəxsin onun bütün işçilərinin hərəkətlərinə görə öz hərəkəti və öz təqsiri kimi məsuliyyət daşıması kon-

sepsiyasını əsaslandırır. Sonralar bu konsepsiyanı O.S.Ioffe, I.B.Novitski və başqaları öz elmi əsərlərində daha 

da  inkişaf  etdirirlər.  Həmin  konsepsiya  sovet  dövrünün  mülki  qanunvericiliyində  —  köhnə  1964-cü  il  sovet 

mülki məcəllələrində öz leqal ifadəsini tapır. RF-in, habelə Azərbaycan Respublikasının müasir qanunvericiliyi 

də S.N.Bratusun əsaslandırıüı və irəli sürdüyü konsepsiyanı nəzərə almışdır.  

Biz, bu konsepsiyaya qoşularaq qeyd edirik ki, hüquqi şəxsin mülki-hüquqi hərəkətləri onun orqanlarının (iş-

çilərinin) hərəkətlərində təzahür edir. Bu hərəkətləri hüquqi şəxsin orqanları (işçiləri) yerinə yetirir. Hər bir or-

qan (işçi) hüquqi şəxsin iradəsinin daşıyıcısıdır. Orqanların (işçilərin) hərəkəti hüquqi şəxsin özünün hərəkətləri 

deməkdir. Onlar hüquqi şəxsin iradə və mənafeyinin ifadəçisidirlər. Madam ki, belədir, onda hüquqi şəxs öz or-

qanlarının (işçilərinin) hərəkətlərinə görə, onların vurduüu əmlak zərərinə görə məsuliyyət daşımalıdır, cavab 

verməlidir. 

Bizim ölkə qanunvericiliyi hüquqi şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün 

mülki-hüquqi məsuliyyət daşıması haqqında qayda nəzərdə tutur (MM-in 1099-cu maddəsi). Bu qaydaya görə, 

hüquqi  şəxs  öz  işçisinin  törətdiyi  mülki  hüquq  pozuntusu  (delikt)  üçün  məsuliyyət  daşıyır.  O,  həmin  işçinin 


 

164


vurduüu zərərin əvəzini ödəməlidir. Amma bir şərtlə ki, bu zərər işçinin öz əmək (qulluq, mənsəb) vəzifələrinin 

icrası zamanı vurulsun. Məsələn, tikinti-təmir müəssisəsinin bir neçə işçisi çoxmərtəbəli binanın 6-cı mərtəbə-

sindəki mənzili təmir edirlər. Onlar kobud ehtiyatsızlıüa yol verərək su kranını açıq qoyurlar. Su alt mərtəbədə-

ki mənzili basır və mebelləri, ev avadanlıqlarını, məişət predmetlərini tamam sıradan çıxardır. Hüquqi şəxs hü-

quqlu tikinti-təmir müəssisəsi öz işçilərinin hərəkəti ilə vurulmuş əmlak (maddi) zərərinin əvəzini ödəyəcəkdir.  

5. Hüquqi şəxslərin transfəaliyyət və transdelikt qabiliyyəti  

Transfəaliyyət qabiliyyəti hüquqi şəxslərin mülki hüquq subyektliyinin elementlərindən biridir. Mülki hüquq 

subyektliyi kimi mürəkkəb hadisənin mahiyyətinin açıqlanmasında bu element müəyyən rol oynayır.  

Transfəaliyyət qabiliyyəti dedikdə, hüquqi şəxsin öz hərəkətləri ilə başqa şəxslər üçün mülki hüquq və və-

zifələr yaratmaq qabiliyyəti başa düşülür. Bu cür qabiliyyətə hüquqi şəxsin nümayəndəlik (təmsilçilik) münasi-

bətinin subyekti olmaq imkanını misal çəkə bilərik. Söhbət hüquqi şəxslərin nümayəndə olmaq imkanından ge-

dir. Belə halda nümayəndə rolunda çıxış edən hüquqi şəxs tapşıran (vəkalət verən, təmsil olunan) adından, onun 

hesabına və onun mənafeyi üçün hüquqi hərəkətlər edir, üçüncü şəxslərlə əqd bağlayır. Özü də nümayəndənin 

hərəkətləri nəticəsində onun üçün yox, tapşıran (təmsil olunan) üçün mülki hüquq və vəzifələr yaranır. Hüquqi 

şə

xslər nümayəndə rolunda tapşırıq (MM-in 777-ci maddəsi), komissiya (MM-in 808-ci maddəsi), ticarət agenti 



(MM-in 789-cu maddəsi) kimi müqavilələrdə iştirak edə bilər. Məsələn, ticarət agenti müqaviləsinə görə, ticarət 

agentliyi  (hüquqi  şəxs)  tacirin  (tapşıranın)  mallarını  satmaq  əqdi  bağlayır.  Komissiya  müqaviləsinə  görə,  ko-

misyon mağaza (hüquqi şəxs) komitentin verdiyi malı satmaq üçün üçüncü şəxslərlə əqd bağlayır və s.  

Hüquqi şəxsin həm də transdelikt qabiliyyəti vardır. Transdelikt qabiliyyəti dedikdə, başqa şəxslərin hərəkət-

ləri nəticəsində əmələ gələn vəzifələri hüquqi şəxsin öz özərinə götürmək imkanı başa düşülür. Bu qabiliyyətə on 

dörd yaşınadək yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün hüquqi şəxs hüquqlu tərbiyə, 

müalicə və s. müəssisələrin cavab vermək, məsuliyyət daşımaq imkanını misal göstərmək olar. Belə ki, qəyyum-

luüa möhtac olan on dörd yaşınadək azyaşlı müvafiq tərbiyə, müalicə və s. müəssisəyə verilə bilər. Əgər həmin 

azyaşlı əmlak zərəri vurarsa, onda göstərilən müəssisələr vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar (MM-in 

1103-cü maddəsinin 2-ci bəndi). 

Transdelikt  qabiliyyətinə  hüquqi  şəxsin  cəlb  olunmuş  üçüncü  şəxslərin  törətdiyi  hüquq  pozuntusuna  görə 

məsuliyyət daşımaq imkanını da misal göstərmək olar. Belə ki, hüquqi şəxs öhdəliyi (məsələn, yük daşıma öh-

dəliyini, podrat öhdəliyini və s.) icra etmək üçün digər şəxslər — üçüncü şəxslər cəlb edir. Məsələn, daşıyıcı 

(nəqliyyat təşkilatı) yükün daşınmasına digər nəqliyyat təşkilatı (üçüncü şəxs), ev tikən təşkilat (podratçı) çox-

mərtəbəli yaşayış evinin tikilməsinə digər tikinti təşkilatını — üçüncü şəxsi cəlb edə bilər. Belə halda hüquqi 

şə

xs öhdəliyi icra etməkdən ötrü cəlb olunmuş üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət daşıyır.  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə