MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə24/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   91
§ 3. Hüquqi şəxslərin yaradılması və ləğv edilməsi  

1. Hüquqi şəxslərin yaradılması  

Təşkilati vahidlik, ayrıca əmlaka malik olmaq və digər əlamətlər qurumun avtomatik olaraq hüquqi şəxs — 

mülki hüququn subyekti kimi tanınmasına dəlalət etmir. Bunun üçün onun hüquqi şəxs kimi yaradılması gərək-

dir. Qurum hüquqi şəxs kimi yaradılmasa, o, mülki hüququn subyekti kimi tanınmır. 



Hüquqi şəxslərin yaradılması dedikdə, müvafiq qurumun hüquqi şəxsiyyətinin dövlət tərəfindən rəs-

mən tanınması, ona hüquq subyektliyi verilməsi başa düşülür. Qurumun hüquqi şəxsiyyəti dedikdə, onun 

hüquq münasibətlərində iştirakının mümkün və lazım olan elə bir ölçüsü başqa düşülür ki, bu ölçü qanunla mü-

ə

yyənləşdirilir.  Hüquqi  şəxsiyyət  qurumun  mülki  hüquq  münasibətlərində  mümkün  və  lazım  olan  iştirakının 



hüquqi sərhədlərini müəyyən edən hüquqi formadır.  

Qurumun hüquqi şəxsiyyətinin dövlət tərəfindən rəsmi surətdə tanınması isə onun müavafiq icra hakimiyyəti 

orqanında  məcburi  dövlət  qeydiyyatına  alınması  ilə  həyata  keçirilir.  Dövlət  qeydiyyatına  alınmaq  hüquqi 

şə

xslərin yaradılmasının qanuniliyi özərində edilən dövlət nəzarəti formasıdır. Daha doürusu, dövlət bu forma-



nın vasitəsi ilə hüquqi şəxslərin əmələ gəlməsinin qanuni olub-olmamasını yoxlamaq imkanı əldə edir. Bu isə 

təsadüfi deyildir. Belə ki, hüquqi şəxslərin yaradılması müəyyən ictimai tələbatı ödəmək və təmin etmək zəru-

rəti ilə bağlıdır. Digər tərəfdən bu məsələnin həll olunması xeyli dərəcədə insan və maddi resursların səfərbərli-

yə  alınmasını tələb edir. Bunlar isə onu göstərir  ki, hüquqi şəxslərin  yaradılması ictimai cəhətdən vacib olan 

məsələdir. Dövlət isə bu cür məsələyə, şübhəsiz ki, biganə qala bilməz. Onun borcudur ki, xüsusi olaraq iqtisadi 

(əmlak)  dövriyyədə  iştirak  etmək  məqsədilə  yaradılan  hüquqi  şəxsin  əmələ  gəlməsinin  qanuniliyini  yoxlasın. 

Bunu həm də iqtisadi (əmlak) dövriyyənin bütün iştirakçılarının mənafeyi tələb edir. Məhz buna görə də dövlət 

qanunvericilik yolu ilə hüquqi şəxslərin məcburi olaraq dövlət qeydiyyatına alınması haqqında qayda müəyyən 

edir. 

Hüquqi  şəxslər  iki üsulla  yarıdılır:  sərəncamvermə  üsulu  ilə;  könüllü üsulla.  Könüllü  üsul  iki  cür  olur: 



icazəvermə üsulu; qabaqcadan icazə alınmadan normativ üsul. Bax, bunlar, hüquqi şəxslərin yaradılmasının ta-

 

165


rixən ənənəvi üç üsuludur. Mülki hüquq elmi də bunları hüquqi şəxslərin yaradılması üsulları kimi fərqləndirir. 

Beləliklə, hüquqi şəxslərin yaradılmasının əsasən üç üsulu vardır. Onlara hüquqi şəxslərin yaradılması qay-



daları da deyilir: 

 sərəncamvermə üsulu (qaydası); 



 icazəvermə üsulu (qaydası); 

 qabaqcadan icazə almadan normativ üsul.  



Sərəncamvermə elə bir üsuldur ki, bu üsul hüquqi şəxsin xüsusi dövlət qeydiyyatı olmadan təkcə təsisçinin 

sərəncamı (qərarı) əsasında yaradılmasını nəzərdə tutur. Başqa sözlə desək, sərəncamvermə üsuluna görə təsis-

çinin qərarı (sərəncamı) hüquqi şəxsin yaradılması üçün kifayət edir və yetərlidir. Təsisçi rolunda əmlakın mül-

kiyyətçisi və ya buna ixtiyarı çatan səlahiyyətli orqan çıxış edə bilər. 

Sərəncamvermə üsulunun mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin yaradılması barədə sərəncam kənar-

dan, qıraqdan — səlahiyyətli orqanlardan verilir. Hüquqi şəxs yaratmaq təşəbbüsü məhz bu orqana məxsusdur. 

Özü də bu üsul hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını nəzərdə tutmur. O, dövlət qeydiyyatı prose-

durasını istisna edir. 

Sovet dövründə hüquqi şəxs statuslu dövlət təşkilatları və müəssisələri məhz bu üsulla yaradılırdı. Bu isə tə-

sadüfi deyildi. Total dövlət mülkiyyətinin, komanda (sovet) iqtisadiyyatının, dövlət mülkiyyəti inhisarının möv-

cud olduüu bir şəraitdə hüquqi şəxslərin xüsusi dövlət qeydiyyatı olmadan səlahiyyətli dövlət orqanlarının qəra-

rı  (sərəncamı)  ilə  yaradılması  qaydası  ön  plana  keçmişdi.  Bazar  iqtisadiyyatı  şəraitində  isə  bu  qayda  hüquqi 

şə

xslərin  yaradılmasının  əsas  və  başlıca  üsulu  sayılmır.  Bu  üsul  öz  yerini  digər  üsullara  verir.  Amma  indiki 



dövrdə həmin üsulun tamamilə öz əhəmiyyətini və rolunu itirməsi haqqında qəti fikir söyləmək olmaz. Belə ki, 

müasir dövrdə çox nadir və epizodik hallarda sərəncamvermə üsulu ilə hüquqi şəxslər yaradıla bilər. Məsələn, 

yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətində olan əmlakın bazası əsasında müəssisə, idarə və təşkilatlar 

yarada bilər. Deməli, sərəncamvermə üsulu indiki dövrdə öz əhəmiyyətini və rolunu müəyyən dərəcədə saxla-

yır.  

Sərəncamvermə üsulu üçün üç əsas mərhələ xarakterikdir: 1) təsisçi (mülkiyyətçi və ya səlahiyyətli orqan) 



tərəfindən təşəbbüs (sərəncam) aktının verilməsi; 2) təşkilati iş (kadrların seçilməsi, vəsait ayrılması və s.); 3) 

təsis sənədlərinin (nizamnamənin) təsdiq edilməsi. 



Icazəvermə elə bir üsuldur ki, bu üsul hüquqi şəxsin yaradılmasına səlahiyyətli orqanın qabaqcadan icazə 

(razılıq) verməsini nəzərdə tutur. Bu üsul onunla xarakterizə olunur ki, hüquqi şəxsin yaradılması təşəbbüsünü 

gələcək iştirakçılar (təsisçilər) irəli sürürlər. Onlar əvvəlcə hüquqi şəxsin yaradılması barədə qərar qəbul edirlər. 

Sonra isə hüquqi şəxsin yaradılması üçün icazə (razılıq) almaq məqsədilə müvafiq səlahiyyətli orqanlara müra-

ciət edilir. Icazə verməmişdən qabaq həmin orqan iki məsələni yoxlayır: birincisi, hüquqi şəxsin əmələ gəlməsi-

nin qanuniliyini, yəni onun təsis sənədlərinin qanunvericiliyin tələblərinə zidd olub-olmamasını; ikincisi, hüqu-

qi şəxs yaratmaüın iqtisadi, sosial və s. cəhətdən məqsədəuyüunluüunu. Bu iki şərtdən biri olmazsa, hüquqi şəx-

sin yaradılmasına icazə verilmir. Hər iki şərt mövcud olduüu halda isə səlahiyyətli orqan icazə vermək barədə 

qərar qəbul edir.  

Icazəvermə üsulu dörd əsas mərhələdən ibarətdir: 1) təsisçinin təşəbbüs aktı; 2) səlahiyyətli orqanın icazə 

aktı; 3) təşkilati iş; 4) təsis sənədinin (nizamnamənin) qeydiyyata alınması. 

Icazəvermə üsulunun tarixi qədim Roma hüququ dövrü ilə bağlıdır. Bu üsul Roma hüququnda konsessiya 

(concessio) anlayışı ilə əhatə olunmuşdu. Concessio dövlətin ortaqlıqlara verdiyi xüsusi icazəyə deyilirdi. Impe-

rator Avqust xüsusi qanun verərək korporasiyaların qabaqcadan senatın razılıüı ilə yaradılması qaydasını müəy-

yənləşdirmişdi. Sonralar konsessiya sistemindən XIX əsrdə bəzi Avropa ölkələrində (Fransada, Avstriyada, Al-

maniyada) hüquqi şəxslərin  yaradılmasının üsulu kimi istifadə olunmaüa  başladı. Bir sıra xarici ölkələrdə bu 

üsuldan indi istifadə edilir. 

Sovet dövründə icazəvermə üsulu əsasında demək olar ki, əsasən bütün ictimai təşkilatlar (elmi, idman və di-

gər cəmiyyətlər, həmkarlar, kooperativ təşkilatları və s.) yaradılırdı. Indiki dövrdə bu üsul öz əvvəlki əhəmiyyə-

tini itirərək, az-az hallarda tətbiq olunur. Məsələn, əgər ittifaqlar, assosiasiyalar, konsernlər və müəssisələrin di-

gər  birlikləri  yaranarsa,  onda  bu  cür  hallarda  Azərbaycan  Respublikasında  antiinhisar  siyasəti  həyata  keçirən 

mərkəzi icra hakimiyyəti orqanının razılıüı lazımdır. Bu məqsədlə həmin orqana razılıq (icazə) almaq üçün və-

satət verilir. Əgər yeni yaradılan hüquqi şəxsin fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilərsə, on-

da onun əmələ gəlməsinə icazə verilmir. Bundan əlavə, təsərrüfat subyektləri yaradıldıqda və ya onların qovuş-

ması, yenidən qurulması, ləğv edilməsi yeni təsərrüfat subyektinin meydana gəlməsinə gətirib çıxardıqda, onda 

həmin orqandan qabaqcadan icazə alınır. Ümumiyyətlə, qovuşma, birləşdirmə, yenidən təşkil olunma nəticəsin-

də təsərrüfat subyektinin bazardakı xüsusi çəkisi 35 faizə çatarsa, göstərilən orqandan razılıq (icazə) alınması 

tələb edilir. Bu cür qaydanın müəyyən edilməsində əsas məqsəd bazar subyektlərinin inhisarçılıq fəaliyyəti-



 

166


nin qarşısını almaqdan ibarətdir. Ona görə də indiki dövrdə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində hü-

quqi şəxslərin yaradılmasının icazəvermə qaydasından istifadə olunur.  



Qabaqcadan icazə almadan normativ üsul (normativ üsul) elə bir üsuldur ki, o, hüquqi şəxsin yaradılma-

sı üçün hər hansı bir üçüncü şəxsin, o cümlədən dövlət orqanının icazə (razılıq) verməsini nəzərdə tutmur. Bu 

üsul hüquqi şəxsin  yaradılması üçün dövlət orqanının qabaqcadan icazə (razılıq) vermək səlahiyyətini istisna 

edir. Bu cür icazə qanunun normalarında ümumi formada nəzərdə tutulmuşdur ki, həmin normalar müxtə-

lif növlü hüquqi şəxslərin yaradılmasının bütün hallarına aiddir. Göstərilən üsulun adında «normativ» ifadəsinin 

olması da məhz bununla əlaqədardır.  

Amma təkcə qanun norması hüquqi şəxsin əmələ gəlməsi üçün kifayət etmir. Bunun üçün təsisçilərin təşəb-

büs göstərmələri lazımdır. Belə ki, təsisçilərin yaradılacaq hüquqi şəxsin təsis sənədini (nizamnaməsini) qeydə 

almaq üçün səlahiyyətli orqanlara müraciət etməsi tələb olunur. Qeydə alan orqan yalnız hüquqi şəxsin yaran-

masının qanuniliyini yoxlayır: birincisi, hüquqi şəxsin təsis sənədlərinin qanuna uyüunluüunu; ikincisi, hüquqi 

şə

xsin yaradılması üçün müəyyən edilmiş qaydaya əməl olunub-olunmamasını; üçüncüsü, yaradılan hüquq şəx-



sin məqsəd və xarakterinin qanunvericiliyin həmin təşkilati-hüquqi formadan olan qurumlara aid etdiyi ümumi 

tələblərə uyüun gəlib-gəlməməsini. Bundan sonra həmin orqan hüquqi şəxsi qeydə alır. Hüquqi şəxsin yara-



dılmasının məqsədəuyüun olub-olmaması məsələsi həll edilmir. ×ünki o, normativ qaydada qanun əsasında 

həll edilmişdir. Ona görə də mülki qanunvericilik hüquqi şəxsin yaradılmasının məqsədəuyüun olmaması müla-

hizələrinə görə qeydiyyatdan imtinaya yol verilməməsi haqqında qayda müəyyən

 

edir. Belə ki, hüquqi şəxs sta-



tusu almaq istəyən qurumun yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onun dövlət qeydiy-

yatına  alınmasından  imtinaya  yol  verilmir  («Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında» 

qanunun 11-ci maddəsinin 2-ci bəndi).

 

Həmin cəhəti ilə normativ üsul icazəvermə üsulundan fərqlənir. Belə ki, 



icazəvermə üsulundan fərqli olaraq, normativ üsulla hüquqi şəxslərin yaradılmasının məqsədəmüvafiq olub-ol-

maması məsələsi mözakirə edilmir.  

Bu üsullar başqa bir cəhəti ilə də bir-birindən fərqlənir. Icazəvermə üsulu özrə icazə aktı fərdi xarakter daşı-

yan hüquqtətbiqetmə aktıdır. Normativ üsul özrə icazə isə ümumi xarakterli normativ aktdır. Bu üsulları bir-

ləşdirən əsas cəhət isə ondan ibarətdir ki, həm icazəvermə, həm də normativ üsulla hüquqi şəxs əmələ gələrkən 

hüquqi şəxsin yaradılması təşəbbüsü onun təsisçilərinə (özvlərinə, iştirakçılarına) məxsusdur. Ona görə də hə-

min üsulların hər ikisi eyni növ üsula — könüllü üsula daxil edilir. 

Normativ üsulla hüquqi şəxsin yaradılması bir neçə mərhələni əhatə edir: 1) təsisçilərin təşəbbüs aktı; 2) təş-

kilati iş; 3) səlahiyyətli orqanın yoxlama (nəzarət) işi. Normativ üsulla hüquqi şəxsin yaradılmasının qanuniliyi 

özərində  nəzarət,  əsasən,  onun  qeydiyyata  alınması  zamanı  həyata  keçirilir.  Bu  cəhət  bəzi  müəlliflərə  həmin 

üsulu «qeydiyyat üsulu» adlandırmaüa əsas verir. Bu mövqe həqiqətdən uzaqdır. Belə ki, ədliyyə orqanlarında 

qeydiyyat istənilən hüquqi şəxsin həm icazəvermə, həm də normativ üsulla yaradılmasının yekun mərhələsidir. 

Icazəvermə üsulu ilə hüquqi şəxslər yaradıldığı hallarda da, onlar hökmən qeydiyyata alınır. 

Normativ üsul dünyada hüquqi şəxslərin yaradılmasının ən geniş yayılmış üsulu sayılır. Sivil, qabaqcıl 

və mütərəqqi xarici ölkələrin qanunvericiliyində bu üsul hüquqi şəxslərin əmələ gəlməsinin əsas və başlıca 

üsulu kimi nəzərdə tutulur. Bizim ölkədə də hüquqi şəxslər, əsasən, bu üsulla yaradılır.  

Hüquq ədəbiyyatı səhifələrində bəzi müəlliflər göstərilən üsullardan savayı, hüquqi şəxslərin yaradılmasının 

«müqavilə hüququ qaydası» kimi könüllü üsulu da fərqləndirirlər. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, hü-

quqi şəxsin yaradılması üçün ümumi norma mövcud olur və təsisçilər təsis müqaviləsi bağlamaqla hüquqi şəxsi 

yaradırlar. Təsərrüfat ortaqlıqları, assosiasiyalar və konsernlər bu üsulla yaradılır. Assosiasiyalar və konsernlər 

yaradılarkən, qeyd etdiyimiz kimi, antiinhisar siyasətini həyata keçirən orqanın qabaqcadan icazə (razılıq) ver-

məsi tələb olunur. Deməli, bu halda faktiki surətdə yeni bir üsuldan yox, icazəvermə üsulundan istifadə edilir. 

Təsərrüfat ortaqlıqları isə qeydiyyat yolu ilə yaradılır. Qeydiyyat prosesində onun əmələ gəlməsinin qanuniliyi 

yoxlanılır. Deməli, bu halda isə faktiki surətdə hüquqi şəxsin yaradılmasının normativ üsulu tətbiq olunur. De-

diklərimiz onu sübut edir ki, hüquqi şəxsin yaradılmasının «müqavilə hüququ» kimi üsulu müstəqil əhəmiyyətə 

malik deyildir. Bu üsul ya icazəvermə, ya da ki normativ üsulun əlamətlərini əks etdirir. Buna görə də o, hüquqi 

şə

xsin yaradılmasının müstəqil üsulu hesab edilə bilməz.  



2. Hüquqi şəxslərin dövlət qeydiyyatı  

Hüquqi  şəxslərin  yaradılması  müəyyən  mərhələlərdən  ibarət  olan  bir  prosesdir.  Bu  prosesin  yekun  və  son 

mərhələsi  dövlət  qeydiyyatı  adlanır.  Həmin  mərhələnin  mahiyyəti  ondan  ibarətdir  ki,  bu  mərhələdə  müvafiq 

quruma dövlət tərəfindən rəsmən hüquqi şəxs statusu verilir. Daha doürusu, bu mərhələdə müvafiq qurum 

dövlət tərəfindən rəsmi surətdə hüquqi şəxs kimi tanınır. Hüquqi şəxslərin dövlət qeydiyyatı dedikdə, hüquqi 

şə

xs statusu almaq istəyən qurumların mülki hüquq qabiliyyətinin (mülki hüquq subyektliyinin) təsdiq edilməsi, 



hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət re-

 

167


yestrinə daxil edilməsi başa düşülür. Hüquqi şəxslərin dövlət reyestri isə Azərbaycan Respublikasının ərazi-

sində qeydiyyata alınmış hüquqi şəxslər və digər qurumlar barəsində məlumatlar (qeydlər) məjmusudur.  

Dövlət qeydiyyatı vacib və mühüm hüquqi əhəmiyyəti olan mərhələdir. Hüquqi şəxsin yaradılması prosesi-

nin başa çatması məhz bu mərhələ ilə bağlıdır. Belə ki, dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs yaradıl-

mış hesab edilir, mülki hüquq və fəaliyyət qabiliyyətinə malik olur.  

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə əlaqədar münasibətlər «Hüquqi şəxslərin dövlət qeydiy-



yatı və dövlət reyestri haqqında» 12 dekabr 2003-cı il tarixli qanunla tənzim edilir. Bu qanun təşkilati-hüquqi, 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaradılan hüquqi şəxslə-

rin dövlət qeydiyyatının hüquqi əsaslarını, bu qeydiyyatın vahid prosedurasını müəyyənləşdirir; qanun həm də 

hüquqi şəxslərin dövlət reyestrinin aparılması prosesini tənzimləyir. Həmin qanuna görə, bizim ölkədə hüquqi 

şə

xslərin, o cümlədən xarici hüquqi şəxslərin dövlət qeydiyyatını ədliyyə orqanları həyata keçirirlər. Ədliyyə or-



qanları dedikdə, başa düşülür: 

 •••• AR Ədliyyə Nazirliyi; 





 Naxzıvan MR Ədliyyə Nazirliyi; 



 onların rayon (şəhər) qeydiyyat şübələri. 

Dini təşkilatlar (qurumlar) isə ədliyyə orqanlarında  yox, AR Dini Qurumlarla  ş özrə  Dövlət Komitəsində 

dövlət qeydiyyatına alınır. Göstərdiyimiz orqanlar öz səlahiyyətləri hüdudlarında hüquqi şəxs statusu almaq is-

təyən qurumu hüquqi şəxs kimi dövlət qeydiyyatına alırlar. Məhz bu orqanlara özlərini hüquqi şəxs kimi dövlət 

qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi özün müraciət edən şəxs və ya şəxslər qrupuna hüqu-



qi şəxs statusu almaq istəyən qurum deyilir. Bu orqanlardan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatına alın-

masında AR Vergilər Nazirliyi də iştirak edir. Belə ki, prezidentin fərmanı ilə AR Vergilər Nazirliyi sahibkarlıq 



fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pənjərə prinsipi» özrə vahid dövlət qeydiyyat orqanı kimi müəyyən 

edilir. Məqsəd ölkədə sahibkarlığın inkişafını sürətləndirmək, əlverişli biznes mühitini daha da artırmaq və bizne-

sə başlama qaydalarını sadələşdirməkdən ibarətdir. Vergilər Nazirliyi  yalnız sahibkarlıq fəaliyyəti subyektlərini 

dövlət qeydiyyatına alır. Sahibkarlıq fəaliyyəti subyektləri dedikdə isə əsasən və başlıca olaraq kommersiya təşki-

latları (kommersiya hüquqi şəxsləri) başa düşülür.  

Hüquqi şəxslər dövlət qeydiyyatına müəyyən qayda əsasında alınır. Əvvəlcə müvafiq dövlət qeydiyyatı or-

qanlarına ərizə ilə müraciət olunur. Ərizə təsisçi tərəfindən, əgər təsisçi bir neçə şəxsdən ibarət olarsa, onlardan 

biri tərəfindən imzalanır. Ərizənin təsisçinin (təsisçilərin) vəkil etdiyi şəxs tərəfindən imzalanması istisna edil-

mir, bu, mümkün olan haldır. Qanun buna yol verir. Ərizədə hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə 

müraciəti ifadə olunur və aşağıdakılar göstərilir: 

•  təsiszi  (təsiszilər)  fiziki  şəxs  olduqda  ―  onun  (onların)  adı,  soyadı,  atasının  adı,  yaşadığı  yer,  şəxsiyyətini 

təsdiq edən sənədin nümrəsi və verilmə tarixi; 

• təsiszi (təsiszilər) hüquqi şəxs olduqda ― onun (onların) adı, olduğu yer və qeydiyyat nümrəsi; 

• ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda ― habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəx-

siyyətini təsdiq edən sənədin nümrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar; 

• müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlu-

matlar.  

Digər


 

sənədlər də ərizəyə qoşulur və əlavə edilir:  

 • hüquqi şəxsin nizamnaməsi (nizamnamə təsiszi və ya təsiszilər tərəfindən təsdiq edilməlidir; təsiszinin 

və ya təsiszilərin səlahiyyətli nümayəndəsi də onu təsdiq edə bilər); 

• hüquqi şəxsin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərar bütün təsiszilər 

tərəfindən imzalanmalıdır); 

• dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 

• təsiszi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən zı-



xarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; 

• təsiszi fiziki şəxs olduqda ― onun şəxsiyyətini təsdiq edən sənədin surəti.  

 Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyət 

orqanına ərizə ilə müraciət etməsi və həmin ərizəyə lazımi sənədlərin qoşulması ilə bağlı yaranan münasibətlər 

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunun 5-ci maddəsi ilə tənzimlənir. 

Dövlət qeydiyyat orqanı baxılması özün dövlət qeydiyyatına alınmaq barədə ərizəni və ona qoşulan (əlavə 

edilən) sənədləri qəbul edir. Bundan sonra həmin orqan tərəfindən onların qanunvericilik aktlarına uyğunluğu 

və  zidd  olub-olmaması  yoxlanılır.  Yoxlama  özün  30  günlük  müddət  müəyyən  edilir.  Yoxlama  zamanı  bəzən 

ə

lavə araşdırma aparılması zərurəti yarana bilər. Belə hallarda 30 günlük yoxlama müddəti daha 30 günə qədər 



 

168


artırılır. 

Təqdim olunmuş sənədlər qüsursuz olmalıdır. Əgər qeydiyyat orqanı sənədlərdə (sühbət hər şeydən əvvəl, 

təsis sənədlərindən, yəni hüquqi şəxsin nizamnaməsindən və onun yaradılması barədə qərardan gedir) çatışmaz-

lıqlar  özə  zıxararsa,  həmin  sənədləri  ərizə  ilə  müraciət  edən  şəxsin  özünə  qaytarır.  O,  həm  də  aşkar  edilmiş 

çatışmazlıqların aradan qaldırılması özün əlavə olaraq 20 gün müddət təyin edir. Bu müddət ərzində ərizə ilə 

müraciət edən şəxs həmin çatışmazlıqları aradan qaldırmalıdır.  

Sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan və ya təqdim edilmiş çatışmazlığı olmayan sə-

nədlər yoxlanıldıqdan sonra qeydiyyat orqanı mümkün olan iki alternativ qərardan birini qəbul edir: 

• dövlət qeydiyyatına alınmasından imtina barədə qərar; 

• dövlət qeydiyyatı haqqında şəhadətnamə verilməsi haqqında qərar. 

Qeydiyyat  orqanı  yalnız  qanunda  nəzərdə  tutulmuş  hallarda  qurumun  dövlət  qeydiyyatına  alınmasından 

imtina barədə qərar qəbul edə bilər. Həmin hallara aiddir (onlar qanuni imtina halları hesab olunur): 

• təqdim edilmiş sənədlərin qanunvericilik aktlarına zidd olması (Konstitusiyaya, hüquqi şəxslərin döv-

lət qeydiyyatı haqqında və digər qanunvericilik aktlarına zidd olması); 

• hüquqi şəxs statusu almaq istəyən qurumların məqsəd, vəzifə və fəaliyyət formalarının qanunvericiliyə 



zidd olması; 

• eyni adlı qeyri-kommersiya təşkilatının qeydə alınması; 

• firma adlarının qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması; 

•  qeydiyyat  orqanı  tərəfindən  sənədlərdə  aşkar  edilmiş  çatışmazlığın müəyyən  olunmuş  müddət  (əlavə 

20 gün müddəti) ərzində aradan qaldırılmaması. 

Göstərilən hallardan biri olduqda qeydiyyat orqanı 10 gündən gej olmayaraq ərizə ilə müraciət edən şəxsə 

dövlət qeydiyyatına alınmasından imtina barədə yazılı məlumat verir. 10 günlük müddət təqdim edilmiş sənəd-

lərin yoxlanılmasından və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra hesab-

lanır. Yazılı məlumatda göstərilməlidir ki, qanunvericilikdə nəzərdə tutulan hansı hala görə dövlət qeydiyyatın-

dan imtina olunur. Başqa sözlə desək, qeydiyyat orqanı imtinanın səbəbini yazılı şəkildə müraciət edən şəxsə 

göstərməli və izah etməlidir. 

Ə

gər  yuxarıda göstərdiyimiz dürd haldan başqa, qeydiyyat orqanı qurumu dövlət qeydiyyatına almaqdan 



imtina edərsə, bu, qanunsuz imtina halı hesab olunur. Odur ki, hüquqi şəxs statusu almaq istəyən qurum yuxa-

rı orqana və ya məhkəməyə şikayət verə bilər. Şikayət hüququndan həmin qurum həm də o halda istifadə edə 

bilər ki, qeydiyyat orqanı onu bu və ya digər bəhanə ilə dövlət qeydiyyatına almaqdan yayınsın.  

Ə

gər təqdim olunmuş sənədlərin yoxlanması müsbət nəticələnərsə, onda təbii ki, qeydiyyat orqanı dövlət 



qeydiyyatına alınmasından imtina barədə javab (yazılı məlumat) vermir. Odur ki, qurum dövlət qeydiyyatına 

alınmış hesab edilir. Buna görə də qeydiyyat orqanı 10 gündən gej olmayaraq müraciət edən şəxsə dövlət qey-

diyyatı haqqında şəhadətnamə verir. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə