MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə25/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

Dövlət qeydiyyatı haqqında şəhadətnamə qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. 

Bu sənəd həm kommersiya hüquqi şəxsləri (kommersiya təşkilatları), həm də qeyri-kommersiya hüquqi şəxsləri 

(qeyri-kommersiya təşkilatları) özün verilir. Həmin sənəd təsdiqedici (sübutedici) funksiya yerinə yetirir.  

Hansı andan hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınmış hesab olunur? Qeyd et-

məliyik  ki,  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  onlar  barəsində  məlumatların  (qeydlərin)  hüquqi  şəxslərin 

dövlət  reyestrinə  daxil  edilmək  yolu  ilə  həyata  keçirilir.  Məhz  belə  məlumatlar  (qeydlər)  hüquqi  şəxslərin 

dövlət  reyestrinə  daxil  edildiyi  andan  hüquqi  şəxslər  dövlət  qeydiyyatı  alınmış  sayılır.  Hüquqi  şəxslər  dövlət 

qeydiyyatına alındığı andan isə onların mülki hüquq və fəaliyyət qabiliyyətləri eyni vaxtda yaranır. Odur ki, 

həmin andan hüquqi şəxslər mülki hüquqlara malik olmaq və mülki vəzifələr daşımaq, habelə onları (hüquq və 

vəzifələri) həyata keçirmək və icra etmək qabiliyyətli olurlar (MM-in 44-cü maddəsinin 1-ci bəndi). Buna görə 

də müvafiq məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan müraciət etmiş qurum 

hüquqi şəxs statusu əldə edir və mülki hüququn yeni subyekti kimi tanınır. 

Dövlət reyestri informasiya ehtiyatıdır. Burada hüquqi şəxsin adı (firma adı), hüquqi ünvanı, təşkilati-hü-

quqi forması, kommersiya təşkilatları özün VÜEN (vergi ödəyicinin eyniləşdirmə nümrəsi), qeyri-kommersiya 

təşkilatlarının qeydiyyat nümrəsi və digər məlumatlar əks olunur. Hər bir şəxs həmin məlumatlarla tanış ola bi-

lər. Bundan başqa, istənilən şəxsin qeydiyyat özün təqdim olunmuş sənədlərin surətini tələb etmək hüququ var-

dır. Bu o, deməkdir ki, qanunvericilik dövlət reyestrinin aşkarlığı prinsipindəçıxış edir. Bu prinsip həm də 

onda ifadə olunur ki, hər bir şəxs dövlət reyestrindən zıxarış tələb etmək hüququna malikdir. Dövlət reyestrin-

dən zıxarış elə bir sənəddir ki, bu sənəd dövlət qeydiyyatına alınmış hüquqi şəxs barəsində dövlət reyestrinə 

daxil edilmiş məlumatları təsdiq edir. 

Dövlət  qeydiyyatı  haqqında  şəhadətnamə  və  ya  dövlət  reyestrindən  zıxarış  aşağıdakıların  hazırlanması 


 

169


özün əsas sənəddir: 

• mühür; 

• ştamp; 

• firma blankı; 

• əmtəə nişanı. 

Bunların hazırlanması özün hər hansı əlavə sənədin olması tələb edilmir. Həmin sənədlər həm də bank he-

sabının azılması özün əsas ola bilər. 

Xüsusi razılıq (lisenziya) alınması tələb edilən fəaliyyət növləri ilə məşüul olmaq istəyən hüquqi şəxslərin 

yaradılması qaydası müəyyən xüsusiyyətlərə malikdir. Bu cür hallarda əvvəlcə müvafiq orqanlardan xüsusi ra-

zılıq (lisenziya) alınır, yoxsa hüquqi şəxs dövlət qeydiyyatına alınır? Qeyd etmək lazımdır ki, göstərilən hallar-

da hüquqi şəxslər əvvəlcə ədliyyə orqanında dövlət qeydiyyatına alınır, bundan sonra müvafiq icra haki-

miyyəti orqanlarına xüsusi razılıq (lisenziya) almaq üçün müraciət edir. Məsələn, bank təşkilatı yaradılar-

kən əvvəlcə o, ədliyyə orqanında dövlət qeydiyyatına alınır. Sonra isə Milli Bankdan müvafiq qayda əsasında 

xüsusi razılıq (lisenziya) alınır. Özəl universitet əvvəlcə dövlət orqanında qeydiyyata alınır, sonra isə Təhsil Na-

zirliyindən  müvafiq  qayda  əsasında  xüsusi  razılıq  (lisenziya)  alınır.  Sığorta  təşkilatının  fəaliyyət  göstərməsi 

üçün vacibdir ki, o, əvvəlcə dövlət qeydiyyatına alınsın, sonra isə Maliyyə Nazirliyindən xüsusi razılıq alsın. 

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması zamanı onun təsis sənədi yoxlanır. Təsis sənədləri dedikdə, 

hüquqi şəxsin fəaliyyətinin hüquqi əsası (bazası) başa düşülür. Bu sənədlərdə təsisçilər ümumi hüquq normala-

rını konkretləşdirirlər.  

Təsis sənədinin bir neçə hüquqi əlaməti vardır. Həmin əlamətlərə aiddir: 



 təsis sənədi hüquqi şəxsin həyata keçirdiyi fəaliyyətin hüquqi bazasıdır; 





 təsis sənədi hüquqi şəxsin dövlət qeydiyyatına alınması özün qeydiyyat orqanına təqdim edilir; 



 təsis sənədi hüquqi şəxsin yaradılmasının, müvcud olmasının və fəaliyyət göstərməsinin əsasıdır; 





 təsis sənədi hüquqi şəxs özün hüquq və vəzifələr yaradır.  

Hər hansı bir sənəd bu əlamətlərə javab verərsə, təsis sənədi hesab edilir. Nizamnamə və təsis müqaviləsi hə-

min əlamətlərə uyğun gəldiyinə görə təsis sənədləri sayılır. Buna görə də təsis sənədi ümumiləşdirilmiş anlayış-

dır. Belə ki, o, tərkibjə əsasən iki sənəddən (nizamnamə və təsis müqaviləsindən) ibarətdir. Özü də hər bir hü-

quqi şəxsin təsis sənədi tərkibjə eyni yox, müxtəlif olur. Odur ki, ayrı-ayrı hüquqi şəxslərin təsis sənədinin tər-

kibi bir-birindən fərqlənir. Elə buradaja dərhal qeyd etməliyik ki, Azərbaycan Respublikasının qanunvericiliyi-

nə görə, nizamnamə hüquqi şəxslərin (məsələn, tam ortaqlığın, səhmdar cəmiyyətinin, kooperativin və s.) yega-

nə təsis sənədidir; bizim ölkə qanunvericiliyi hər hansı bir halda təsis müqaviləsini hüquqi şəxsin təsis sənədi 

kimi nəzərdə tutmur. Nə tam ortaqlıq, nə səhmdar cəmiyyəti, nə məhdud məsuliyyətli cəmiyyət, nə də digər hü-

quqi  şəxslər  özün  təsis  müqaviləsi  tələb  olunmur.  Amma  ayrı-ayrı  ölkələrin  qanunvericiliyi  bəzi  növ  hüquqi 

şə

xslər özün təsis müqaviləsini təsis sənədi kimi nəzərdə tutur. Məsələn, Almaniyanın, RF-in və digər ölkələrin 



mülki hüququna görə, təsis müqaviləsi tam ortaqlığın yeganə təsis sənədi kimi müəyyənləşdirilir; bu növ hüqu-

qi şəxs yalnız təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir; onun nizamnaməsi olmur. Tam ortaqlığın 

nizamnaməsinin olmaması onunla izah edilir ki, bu növ hüquqi şəxsin təşkilati strukturu kifayət dərəjədə sadə-

dir. Belə ki, tam ortaqlıqlarda məhdud məsuliyyətli və səhmdar cəmiyyətindən fərqli olaraq, idarəzilik orqanları 

sisteminə rast gəlmirik. Bu səbəbdən tam ortaqlıq özün nizamnamə hazırlanması tələb olunmur. 

Dözdür,  Azərbaycan  Respublikasının  Mülki  Məjəlləsində  «təsis  müqaviləsi»  termini  işlədilir:  məjəllənin 

109-1-ci maddəsinin 4-cü bəndində göstərilir ki, kooperativin özvləri öz aralarında təsis müqaviləsi bağlayırlar. 

Lakin  bu  müqavilə  yuxarıda  sadaladığımız  əlamətlərə  uyğun  gəlmədiyinə  görə  təsis  sənədi  hesab  edilmir  və 

şə

rti olaraq «təsis müqaviləsi» adlanır. Həmin müqavilə yalnız təsiszilər özün hüquq və vəzifələr yaradır. Mülki 



qanunvericilik buna görə onu «təsiszilər arasında bağlanmış müqavilə» adlandırır (MM-in 98-ci maddəsinin 10-

cu bəndi). 

Təsiszilər arasında bağlanmış müqavilənin məzmunu qanunda göstərilmişdir (MM-in 45-ci maddəsinin 2-ci 

bəndi). Onun məzmunu aşağıdakı şərtlərdən ibarətdir: 





 hüquqi şəxsin nizamnaməsini hazırlamaq şərti; 

• hüquqi şəxsin yaradılması özrə birgə fəaliyyət göstərmək şərti; 

• təsiszilərin özlərinin əmlakını vermək şərti; 

• təsiszilərin hüquqi şəxsin fəaliyyətində iştirak etmə şərti. 

Göstərdiyimiz  müqavilə  hüquqi  şəxsin  yaradılması  zamanı  təsiszilər  arasında  qarşılıqlı  münasibətləri  tən-

zimləyir. Təsiszilər öz aralarında həmin müqaviləni birgə fəaliyyət göstərmək məqsədilə bağlayırlar ki, bu fəa-

liyyət hüquqi şəxsin təşkilinə yünəlir. Odur ki, bu müqavilə birgə fəaliyyət haqqında müqavilənin (sadə or-


 

170


taqlıq müqaviləsinin) növüdür; həmin müqaviləyə görə təsiszilər hüquqi şəxsin yaradılmasını öz ühdələrinə gü-

türürlər. 

Təsiszilər arasında bağlanmış müqavilə konsensual müqavilədir. Belə ki, həmin müqavilənin bağlanması 

özün təsiszilərin razılaşması kifayətdir; təsiszilər razılığa gəldikləri andan müqavilə bağlanmış hesab edilir, on-

lar özün hüquq və vəzifələr əmələ gəlir. 

Təsiszilər arasında bağlanmış müqavilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması özün səlahiyyətli orqana 

təqdim olunmur; o, dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxsin müvcudluğuna və fəaliyyətinə təsir gös-

tərmir. 


Məlum məsələdir ki, əgər hüquqi şəxsin təsiszisi bir şəxsdən ibarət olarsa, müqavilə bağlanmır. Əgər təsiszi 

iki şəxsdən ibarət olarsa, müqavilə ikitərəfli əqd şəklində bağlanılır. Öz və daha zox təsiszi müqavilə bağlayar-

larsa, o, zoxtərəfli əqd hesab olunur. 

Nizamnamə hüquqi şəxsin həyata keçirdiyi fəaliyyətin hüquqi bazası və əsasıdır. Hüquqi şəxsin nizamna-

məsi onun təsisçiləri (və ya təsisçisi) tərəfindən təsdiq olunur (MM-nin 47-ci maddəsinin 1-ci bəndi). Nizamna-

mə elə bir təsis sənədidir ki, hüquqi şəxs məhz onun əsasında fəaliyyət göstərir. Burada nəzərdə tutulur:  

 hüquqi şəxsin adı; 



 hüquqi şəxsin olduüu yer; 

 hüquqi şəxsin fəaliyyət predmeti və məqsədləri; 



 hüquqi şəxsin həyata keçirdiyi fəaliyyətin idarə edilməsi qaydası; 

 hüquqi şəxsin ləğvi qaydası; 



 digər məlumatlar.  

Nizamnamə nə vaxtdan qüvvəyə minir və hüquqi əhəmiyyət kəsb edir? Qeyd etmək lazımdır ki, hüquqi şəx-

sin  özünün dövlət  qeydiyyatına  alınması  ilə nizamnamə  də  qüvvəyə  minir.  Buna  görə  də  təsisçilərin  ni-

zamnaməni təsdiq etmələri nizamnamənin hüquqi əhəmiyyət kəsb etməsinə dəlalət etmir, yəni bu cür təsdi-

qetmə nizamnamənin dərhal qüvvəyə minməsinə səbəb olmur. Lazımdır ki, o, qeydiyyat orqanı tərəfindən təs-

diq olunsun. 

Nizamnamədə dəyişikliklər edilə bilər. Bu barədə qərarı, adətən, ya hüquqi şəxsin ali orqanı, ya da təsisçi 

qəbul edir. Bu dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Nizamnamədə edilən dəyişiklikləri hüquqi şəxsin 

özünü  dövlət  qeydiyyatına  alan  orqan  qeydiyyata  alır.  Məhz  dövlət  qeydiyyatına  alındığı  andan  dəyişikliklər 

üçüncü şəxslər üçün qüvvəyə minir. 

Bəzi hallarda üçüncü şəxslər nizamnamədə dəyişikliklər edilməsi barədə məlumat əldə edir və bu dəyişiklik-

ləri nəzərə almaqla hərəkət edirlər. Belə olarsa, nə hüquqi şəxslər, nə də onların təsisçiləri (iştirakçıları) üçüncü 

şə

xslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilərlər (MM-in 47-ci maddəsi-



nin 3-cü bəndi). Bu qayda üçüncü şəxslərin mənafeyini müdafiə edir. Belə ki, hüquqi şəxslər və onun təsisçiləri 

(iştirakçıları) nizamnamədə dəyişikliklərin qeydə alınmadığına istinad etməklə öhdəliyin icrasından boyun qaçı-

ra bilməzlər.  

Hüquqi şəxsin nizamnaməsinin hüquqi təbiəti barədə məsələ hüquq ədəbiyyatında ən zox mözakirə olunan 

məsələlərdən  biridir.  Bu  barədə  müəlliflər  bir-birindən  fərqli  öz  müxtəlif  fikir  süyləyirlər.  Bir  qrup  alimlərin 

müvqeyinə görə, hüquqi şəxsin nizamnaməsi mülki-hüquqi müqavilədir; onlar nizamnaməyə müqavilə kimi 

baxırlar.  kinci qrup alimlər belə hesab edirlər ki, hüquqi şəxsin nizamnaməsi lokal xarakterli normativ akt-

dır. Üçüncü qrup alimlər isə hüquqi şəxsin nizamnaməsinə sadə ortaqlıq müqaviləsi (birgə fəaliyyət haqqında 

müqavilə) kimi baxırlar.  

Bizim fikrimizjə, göstərdiyimiz fikirlər bir-birilə ziddiyyət təşkil etmir. Əksinə onlar bir-birini tamamlayaraq 

hüquqi şəxsin nizamnaməsi kimi mürəkkəb sənədin hüquqi təbiətini müəyyənləşdirməyə imkan verir. Belə ki, 

nizamnamə hüquqi şəxsin və onun iştirakzılarının hüquqi vəziyyətini, hüquqi şəxslə iştirakzılar arasında müna-

sibətləri, hüquqi şəxsin daxili strukturunu müəyyənləşdirir. Bu baxımdan o, lokal xarakterli normativ aktdır. 

Digər  tərəfdən  nizamnamə  təsiszilər  arasında  münasibətləri  tənzimləyir.  Bu  baxımdan  isə  o,  sadə  ortaqlıq 

müqaviləsi (birgə fəaliyyət haqqında müqavilə) sayılır.  



3. Hüquqi şəxslərə xitam verilməsi  

Qeyd etdiyimiz kimi, hüquqi şəxslər müəyyən məqsədə çatmaq özün yaradılır. Qarşıya qoyulan məqsədə na-

il olduqda, hüquqi şəxslərin fəaliyyət göstərməsi lazım olmur. Bundan əlavə, hüquqi şəxslərin müəyyən müddət 

özün fəaliyyət göstərmələri nəzərdə tutula bilər. Şübhəsiz ki, həmin müddət başa çatdıqda, hüquqi şəxslərin fəa-

liyyət göstərmələri gərəksiz bir işə zevrilir. Hüquqi şəxslər qanun pozuntularına yol verilməklə dövlət qeydiy-

yatına alına bilər. Bu cür qeydiyyat məhkəmə tərəfindən etibarsız hesab edilir. Bundan əlavə, təsərrüfat-iqtisadi 

və digər məqsədlər özün hüquqi şəxslər birləşə, qovuşa, zevrilə və s. bilər.  

Göstərilən bu və digər hallarda hüquqi şəxslər xitam edilir. Bunun nəticəsində onlar bir daha fəaliyyət gös-



 

171


tərmirlər, mülki (əmlak) dövriyyədə subyekt qismində çıxış etmirlər. 

Hüquqi şəxslərə xitam verilməsi dedikdə, onların həyata keçirdikləri fəaliyyətin xitam edilməsi baş

şülür. Onların fəaliyyətinə müxtəlif əsaslara — hüquqi faktlara görə xitam verilir. Bu əsaslar (hüquqi fakt-

lar) iki cür olur: məcburi (sərənjam) əsaslar; künüllü əsaslar.  



Məcburi (sərənjam) əsasa misal olaraq məhkəmə qərarını göstərmək olar: hüquqi şəxsin müflis hesab edil-

məsi barədə məhkəmə qərarı (MM-in 63-cü maddəsinin 1-ci bəndi); pozuntu ilə əlaqədar hüquqi şəxsin dövlət 

qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması barədə qərar (MM-in 59-cu maddəsinin 2-ci bəndinin 2-

ci yarımbəndi); qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin yenidən təşkili barəsində məhkəmə qərarı 

(MM- in 55-ci maddəsinin 2-ci və 3-cü bəndləri).  

Künüllü əsasa hüquqi şəxsin təsiszilərinin (iştirakzılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş 

orqanın qərarını misal göstərmək olar (MM-in 55-ci maddəsinin 1-ci bəndi və 59-cu maddəsinin 2-ci bəndinin 

1-ci yarımbəndi).  

Hüquqi şəxslərin xitam edilməsi müxtəlif nəticələrə səbəb olur. Bundan asılı olaraq hüquqi şəxslərə xitam 

verilməsinin iki üsulu (qaydası, yolu) fərqləndirilir:  

 hüquqi şəxsin yenidən təşkili yolu ilə onun xitam edilməsi (MM-in 55-ci maddəsi);  



 hüquqi şəxsin ləğvi yolu ilə onun xitam edilməsi (MM-in 59-cu maddəsi).  



4. Hüquqi şəxsin yenidən təşkili yolu ilə onun xitam edilməsi  

Yenidən təşkiletmə hüquqi şəxslərin fəaliyyətinə xitam verilməsinin üsullarından (qaydalarından,  yolların-

dan) biridir. Bunun nəticəsində müəyyən bir hüquqi şəxs xitam edilir, digər yeni bir hüquqi şəxs yaradılır və ya-

xud müvcud olan qurumun hüquqi şəxsiyyəti xeyli dərəjədə dəyişir. Bu cür hallarda yeni yaradılan və ya əvvəl 

müvcud olan hüquqi şəxsə xitam edilən hüquqi şəxsin iştirakzıları və əmlakı, hüquq qabiliyyəti, firma adı, təş-

kilati strukturun xüsusiyyətləri və s. kezə bilər.  

Yenidən təşkil olunma zamanı yenidən təşkil edilən hüquqi şəxsin hüquq və vəzifələri — əmlakı və ya onun 

bir hissəsi hüququn digər subyektinə keçir. Bu isə o deməkdir ki, universal hüquq varisliyi yaranır. Yenidən təş-

kil olunan hüquqi şəxs bu halda xitam olunur. Onun hüquq və vəzifələri isə universal hüquq varisliyi qaydasın-

da hüquq subyektinə — hüquqi şəxsə keçir. Deməli, göstərilən bu halda hüquqi şəxs mütləq yox, nisbi xitam 



olunur.  

Yenidən təşkiletmə hüquqi şəxsin fəaliyyətinə nisbi xitam verilməsinin elə bir üsuludur ki, bunun nəticəsin-

də onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında hüququn digər subyektinə keçir. Fəaliyyətinə 

xitam  verilən  hüquqi  şəxsin  əmlakından  mülki  dövriyyədə  fəaliyyət  göstərmək  özün  istifadə  olunur.  Özü  də 

dərhal qeyd etməliyik ki, yenidən təşkil olunmanın ayrılma forması — hüquqi şəxsin tərkibindən müəyyən hü-

quqi şəxsin ayrılması forması hüquqi şəxsin xitam olunmasına dəlalət etmir.  

Yenidən təşkil olunmanın beş forması vardır:  

 hüquqi şəxslərin birləşməsi (qovuşması); 



 hüquqi şəxsin digər hüquqi şəxsə qoşulması (qatılması);  

 hüquqi şəxsin bülünməsi; 



 hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması;  

 bir növdən olan hüquqi şəxsin digər növdən olan hüquqi şəxsə zevrilməsi. 



Hüquqi şəxslərin birləşməsi (qovuşması) yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində 

bir və  ya bir neçə şəxsin müstəqil olaraq müvcudluğuna xitam verilir və onların bazası əsasında yeni hüquqi 

şə

xs (hüquqi varis) yaranır. Fəaliyyətinə xitam verilən hüquqi şəxslərdən hər birinin hüquq və vəzifələri yeni 



yaranmış hüquqi şəxsə keçir (MM-in 56-jı maddəsinin 1-ci bəndi). Məsələn, öz özəl universitet «Şərq Universi-

teti» adlı yeni yaranmış təhsil mərkəzində birləşir. Həmin öz universitetin fəaliyyətinə xitam verilir, «Şərq Uni-

versiteti» isə hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu, hüquqi şəxslərin irilənməsi, büyüməsi formasıdır.  

Hüquqi şəxsin qoşulması (qatılması) yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində bir 

və ya bir neçə hüquqi şəxsin müvcudluğuna onların başqa bir hüquqi şəxsə (hüquqi varisə) qatılması (qoşulma-

sı) yolu ilə xitam verilir. Qatılan (qoşulan) hüquqi şəxslərin müstəqil olaraq müvcudluğuna xitam verilir, onları 

özündə birləşdirən əvvəlki hüquqi şəxs isə fəaliyyət göstərməkdə davam edir. Bu halda qoşulan (qatılan) hüqu-

qi  şəxslərin  hüquq  və  vəzifələri  əvvəlki  hüquqi  şəxsə  keçir  (MM-in  56-jı  maddəsinin  4-cü  bəndi).  Məsələn, 

«Ruzibank», «Əmanət Bank», «Parabank» kimi öz müstəqil bank «Muğan Bank» adlı hüquqi şəxsə qoşulur və 

bunun nəticəsində onların hər özünün də müvcudluğuna xitam verilir, «Muğan Bank» isə fəaliyyət göstərməkdə 

davam edir. Bu, hüquqi şəxslərin irilənməsi, büyüməsi formasıdır.  



Hüquqi şəxsin bülünməsi yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində xitam olunmuş 

hüquqi şəxsin bazası əsasında yeni müstəqil hüquqi şəxslər (hüquqi varislər) əmələ gəlir. Xitam olunmuş hüqu-

qi şəxsin hüquq və vəzifələri yeni yaranmış hüquqi şəxslərə keçir (MM-in 56-jı maddəsinin 3-cü bəndi). Məsə-


 

172


lən,  özəl  universitet  iki  müstəqil  universitetə  bülünür.  Bu  forma  hüquqi  şəxslərin  kizilməsi,  xırdalanması 

formasıdır.  

Hüquqi şəxsin ayrılması  yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində  yeni müstəqil 

hüquqi şəxslər (hüquq varisləri) yaranır, tərkibindən bu cür hüquqi şəxslər ayrılan hüquqi şəxs isə fəaliyyət gös-

tərməkdə və müvcud olmaqda davam edir, yəni o, yenidən təşkil olunur. Yenidən təşkil edilmiş hüquqi şəxsin 

hüquq və vəzifələri isə yeni yaradılmış müstəqil hüquqi şəxslərin hər birinə keçir (MM-in 56-jı maddəsinin 3-

cü bəndi). Yenidən təşkil olunmanın bu forması hüquqi şəxsin xitam olunmasına səbəb olmur. Göründüyü kimi, 

bu cür hallarda tərkibindən müstəqil yeni hüquqi şəxslər ayrılan hüquqi şəxs öz fəaliyyətini davam etdirir. Onun 

ə

mlak kompleksi, iştirakzılarının sayı və mülki hüquq qabiliyyətinin həjmi azalır. Bu forma hüquqi şəxslərin 



xırdalanması, kizilməsi formasıdır.  

Hüquqi şəxsin zevrilməsi yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində müəyyən növ 

hüquqi şəxsin müvcudluğuna xitam verilir və onun bazası əsasında yeni növ hüquqi şəxs (hüquqi varis) əmələ 

gəlir. Qanunvericiliyə görə, zevrilmə dedikdə, hüquqi şəxsin öz təşkilati-hüquqi formasını dəyişməsi başa düşü-

lür. Amma bunu uğurlu anlayış hesab etmək olmaz. Qanunvericinin işlətdiyi «bir növdən olan hüquqi şəxsin di-

gər növdən olan hüquqi şəxsə zevrilməsi» anlayışı «hüquqi şəxsin öz təşkilati-hüquqi formasını dəyişməsi» an-

layışına nisbətən daha əhatəli, daha geniş və daha uğurlu anlayışdır. «Hüquqi şəxsin öz təşkilati-hüquqi forma-

sını dəyişməsi» anlayışı isə məhdud anlayışdır. Zevrilmə zamanı yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq 

və vəzifələri yeni yaranmış hüquqi şəxsə keçir (MM-in 56-jı maddəsinin 5-ci bəndi). Bu halda hüquqi şəxsin 

özü, onun iştirakzıları və əmlakı kəmiyyət və say baxımından dəyişməz qala bilər. Amma bir sıra məsələlər də-

yişir: müvafiq növdən olan hüquqi şəxsi xarakterizə edən müəyyən əlamət və jəhətlər; onun təyinatı; onun ma-

lik olduğu əmlakın hüquqi recimi; onun fəaliyyətində əmələ gələn bu və ya digər məsələnin həll olunma metod-

ları; təsis sənədlərinə aid olan tələblərin həjmi; nizamnamə kapitalının həjmi; məsuliyyətin həjmi. Məsələn, is-

tehsal kooperativi səhmdar cəmiyyətinə zevrilir. Başqa bir misalda tam şərikli müəssisə (tam ortaqlıq) məhdud 

məsuliyyətli cəmiyyətə zevrilir. Digər bir misalda istehsal kooperativi tam şərikli müəssisəyə  (tam ortaqlığa) 

zevrilir.  

Hüquqi şəxsin yenidən təşkili iki qaydada həyata keçirilə bilər: künüllü qaydada; məcburi qaydada.  



Künüllü qaydanın mahiyyəti ondan ibarətdir ki, bu qayda hüquqi şəxsin təsiszilərinin (iştirakzılarının) və 

ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə hüquqi şəxsin yenidən təşkilini nəzərdə tutur. 

Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxsin yenidən təşkili yalnız müvafiq dövlət icra hakimiyyəti orqanı-

nın qabaqjadan razılığı ilə həyata keçirilə bilər. Məsələn, qoşulma, birləşmə və ya zevrilmə formasında yaranan 

yeni təsərrüfat subyektinin (hüquqi şəxsin) əmtəə bazarındakı payı 35%-dən zox olarsa, buna antiinhisar siyasə-

tini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qabaqjadan razılığı lazımdır. Bu qaydanın əsas məqsədi 

inhisarzılıq  fəaliyyətinin  qarşısını  almaqdan  ibarətdir.  Bundan  əlavə,  assosiasiyalar,  ittifaqlar,  konsernlər  və 

müəssisələrin digər birlikləri yaradıldığı halda da antiinhisar siyasətini həyata keçirən dövlət orqanının qabaqja-

dan razılığı gərəkdir. Bu qayda rəqabətin məhdudlaşdırılmasına səbəb olan hallara yol verməmək məqsədi gü-

dür. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə