MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə27/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   91
§ 4. Hüquqi şəxsin təsnifi  

1. Hüquqi şəxsin təsnifinin əsasları  

Hüquqi şəxslər xüsusi olaraq iqtisadi (əmlak) dövriyyədə çıxış etmək məqsədilə yaradılır. Onlar bu dövriy-

yənin əsas iştirakzısı, başlıca fiquru hesab edilir. Belə ki, zox vaxt müəyyən məqsədə nail olmaq niyyəti fiziki 

şə

xslərin öz şəxsi səy və kapitallarını birləşdirərək, iqtisadi (əmlak) dövriyyədə kollektiv surətdə subyekt rolun-



da  çıxış  etmələrini  tələb  edir.  Hüquqi  şəxs  konstruksiyası  fiziki  şəxslərin  iqtisadi  (əmlak)  dövriyyədə  bu  cür 

kollektiv iştirakının əsas hüquqi formasıdır. O, elə bir xüsusi üsuldur ki, bunun nəticəsində təsərrüfat fəaliyyəti 

səmərəli surətdə təşkil olunur. Dediklərimiz onu sübut edir ki, sivil bazar, inkişaf etmiş iqtisadi (əmlak) dövriy-


 

182


yə hüquqi şəxslər olmadan fəaliyyət göstərə bilməz. Hüquqi şəxslər iqtisadi həyatın əsas və başlıca təsərrüfat 

subyekti sayılır.  

qtisadi (əmlak) dövriyyədə çıxış edən hüquqi şəxslərin sayı kifayət qədər zoxdur. Burada biz, onların fəaliy-

yət göstərən müxtəlif növləri ilə rastlaşırıq. Hüquqi şəxslərin kifayət qədər zox növü vardır. Bundan əlavə, hü-

quqi şəxs öz hüquqi təbiətinə görə həddən ziyadə mürəkkəb hüquqi hadisədir. Buna görə də vacibdir ki, iqtisadi 

(əmlak) dövriyyədə çıxış edən hüquqi şəxslərin hüquqi statusu (vəziyyəti) dəqiq müəyyənləşdirilsin. Lazım və 

zəruridir ki, təsərrüfat fəaliyyətinin müxtəlif təşkilati-hüquqi formaları bir-birilə qarışdırılmasın. Vacibdir ki, iq-

tisadi  (əmlak)  dövriyyədə  iştirak  edən  hüquqi  şəxslərin  qanunda  birbaşa  nəzərdə  tutulan  formada  (təsərrüfat 

cəmiyyəti və ortaqlığı formasında, kooperativ formasında, dövlət və bələdiyyə müəssisələri formasında və s.) 

yaradılması müəyyən edilsin. Lazımdır ki, bazar dövriyyəsində çıxış edən hüquqi şəxsin əmələ gəlməsini qüv-

vədə  olan  mülki  qanunvericiliyin  nəzərdə  tutub-tutmaması  aydınlaşdırılsın.  Bunun  özün  hüquqi  şəxslərin 

doktrinal (elmi) təsnifinin verilməsi gərəkdir. Bu təsnif hüquqi şəxslər haqqında elmi bilikləri sistemləşdirmə-

yə imkan verir. Həmin sistem əsasında biz hüquqi şəxslərin bütün növləri haqqında sivilist təsəvvürə malik olu-

ruq. Göstərilən sistem isə dözgün sezilmiş meyarlar (əsaslar) əsasında qurula bilər. Buna hüquqi şəxslərin təs-

nif edilməsinin əsasları deyilir. Bu əsaslar hüquqi şəxslərin daha mühüm jəhət və xüsusiyyətlərini əks etdirir. 

Hüquqi şəxslərin təsnifi dedikdə, onların ayrı-ayrı növlərdə qruplaşdırılması və birləşdirilməsi başa düşü-

lür. Bunun küməyi və vasitəsi ilə biz, iqtisadi (əmlak) dövriyyədə iştirak edən hüquqi şəxslərin bütün növləri 

barədə doktrinal (elmi) biliklər əldə edirik.  

Hüquqi şəxslər müxtəlif əsaslara görə təsnif edilir. Bu əsasların dairəsi kifayət qədər genişdir. Həmin əsasla-

ra (meyarlara) şamil edə bilərik:  

 mülkiyyətin formasına görə hüquqi şəxslərin təsnifi;  



 fəaliyyət məqsədlərinə görə hüquqi şəxslərin təsnifi;  

 yaradılma qaydasına görə hüquqi şəxslərin təsnifi;  



 təsiszilərin tərkibinə görə hüquqi şəxslərin təsnifi;  

 iştirakzıların malik olduqları hüquqlara görə hüquqi şəxslərin təsnifi;  



 əşya hüquqlarının həjminə görə hüquqi şəxslərin təsnifi;  

 təsis sənədlərinə görə hüquqi şəxslərin təsnifi;  



 özvlüyə görə hüquqi şəxslərin təsnifi;  

 şəxslərin və kapitalların birləşdirilməsinə görə hüquqi şəxslərin növləri.  



Hüquqi şəxslərin təsnifi iqtisadiyyatın təşkilinin növündən (formasından) asılıdır. Belə ki, iqtisadiyyatın 

təşkilinin hər bir növünə uyğun olaraq hüquqi şəxslərin bu və ya digər növü əmələ gəlir, fəaliyyət göstərir, inki-

ş

af edir və ya ləğv olunaraq dövriyyədən zıxır. Başqa sözlə desək, iqtisadiyyatın təşkilinin hər bir növü özün 



hüquqi şəxslərin müəyyən növü xarakterikdir.  

qtisadiyyatın  təşkilinin  bir  növü  olan  komanda  (sovet)  iqtisadiyyatı  şəraitində  dövlət  hüquqi  şəxsləri 



mühüm rol oynayırdı. Onlar sovet dövləti tərəfindən dövlət sosialist mülkiyyətinin bazası əsasında əmlakı ida-

rə etmək, istehsal və digər təsərrüfat fəaliyyətini həyata keçirmək, sovet vətəndaşlarının ehtiyaclarını təmin et-

mək və s. məqsədi ilə yaradılırdı. Dövlət hüquqi şəxsləri vasitəsilə sovet dövləti özünün vacib funksiyalarını, 

hər şeydən əvvəl, xalq təsərrüfatının inkişafına planlı rəhbərliyi həyata keçirmək funksiyasını yerinə yetirirdi. 

stehsal,  elmi-istehsal  və  digər  birliklər,  müəssisələr  (zavodlar,  sovxozlar,  şaxtalar  və  s.),  idarələr  (muzeylər, 

xəstəxanalar, ali məktəblər və s.), elmi-tədqiqat institutları və s. dövlət hüquqi şəxsləri kateqoriyasına aid idi. 

Dövlət hüquqi şəxsləri onlara verilmiş əmlakın mülkiyyətzisi hesab olunmurdu.  

qtisadiyyatın təşkilinin digər növü olan bazar iqtisadiyyatı azad bazar iqtisadiyyatı və ya dövlət müdaxiləsi 

olmayan iqtisadiyyat deməkdir. Bu şəraitdə hüquqi şəxslərin kommersiya təşkilatları kimi növünün fəaliy-

yəti ün plana keçir. Bu cür təşkilatlar iqtisadi (əmlak) dövriyyənin, kommersiya dövriyyəsinin professional işti-

rakzısına zevrilir. Bazar iqtisadiyyatı özün xarakterik olan subyektlərin (səhmdar cəmiyyətlərinin, məhdud mə-

suliyyətli müəssisələrin və s.) fəaliyyəti üstünlüyə malik olur. Belə ki, bazar iqtisadiyyatı şəraitində bazar əmtəə 

dövriyyəsi daha da janlanır və onun əhatə dairəsi müqayisəedilməz dərəjədə genişlənir. Belə halda, şübhəsiz ki, 

son dərəjə istehsal xarakterli təşkilatlara yox, kommersiya xarakterli təşkilatlara daha geniş meydan verilir.  

qtisadiyyatın təşkilinin başqa bir növü olan qarışıq iqtisadiyyat şəraitində isə həm komanda iqtisadiyyatı 

özün, həm də bazar iqtisadiyyatı özün ənənəvi olan hüquqi şəxslər bir-biriləri ilə  yanaşı fəaliyyət göstərirlər. 

Özü də bazar dövriyyəsi özün ənənəvi olan hüquqi şəxslər, yəni kommersiya təşkilatları üstün rola və müvqeyə 

malikdir.  

Qarışıq iqtisadiyyat odur ki, o, iqtisadiyyatın təşkilinin bazar və komanda iqtisadiyyatı kimi formalarının ele-

mentləri ilə idarə olunur. Hələ tarixən hez vaxt yöz faizli bazar iqtisadiyyatı müvcud olmayıb. Məhz buna görə 

də qarışıq iqtisadiyyat şəraitində bazar dövriyyəsi özün ənənəvi olan kommersiya təşkilatları ilə yanaşı, koman-


 

183


da iqtisadiyyatı özün xarakterik olan hüquqi şəxslər (dövlət istehsal müəssisələri) də fəaliyyət göstərirlər.  

Azərbaycan Respublikasının kezid dövrü adlanan müasir iqtisadi həyatı qarışıq iqtisadiyyat formasına aiddir. 

Bu  hal  hüquqi  şəxslərin  sisteminə  təsir  göstərir.  Bu  səbəbdən  ölkəmizin  müvcud  qanunvericiliyi  həm  bazar 

dövriyyəsi özün xarakterik olan hüquqi şəxsləri, həm də komanda iqtisadiyyatı və planlı təsərrüfat özün ənənəvi 

olan hüquqi şəxsləri (dövlət müəssisə və idarələrini) nəzərdə tutur. 

Hüquqi şəxslərin təsnifinin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Bu təsnifin həm hüquqyaradıjı, 

həm də hüquqtətbiqedici orqanlar özün rolu büyükdür. Həmin təsnifin nəzəri əhəmiyyəti onunla şərtlənir ki, 

məhz hüquqi şəxslərin təsnifi əsasında onların ayrı-ayrı növlərinin əsas jəhətləri barədə nəzəri biliklər artır, hü-

quqi şəxs doktrinası və nəzəriyyəsi inkişaf edir, hüquqi şəxsin mahiyyətini ifadə edən müxtəlif konsepsiyalar 

yaranır.  



Hüquqi şəxslərin təsnifinin praktiki əhəmiyyəti isə ondan ibarətdir ki, məhz bu təsnif vasitəsilə dövriyyə-

də çıxış etmək hüququ olan hüquqi şəxslərin ayrı-ayrı növlərini dəqiq müəyyənləşdirmək mümkün olur. Döv-

riyyədə yalnız o hüquqi şəxslər iştirak edə bilər ki, onlar qanunda birbaşa nəzərdə tutulan formada yaradılsın. 

Qanun isə hüquqi şəxslərin növlərinin təxmini yox, qəti, dəqiq siyahısını müəyyənləşdirir. Bu siyahını geniş-

ləndirmək olmaz. Həmin siyahı hüquqi şəxslərin təsnifinin əsasını təşkil edir. Əgər hər hansı hüquqi şəxs növü 

bu təsnifə daxil deyilsə, o, mülki hüququn subyekti kimi dövriyyədə iştirak edə bilməz. Deməli, hüquqi şəxslə-

rin  təsnifi,  nejə  deyərlər,  «qondarma»  hüquqi  şəxslərin  praktikada  fəaliyyət  göstərmələrinin  qarşısını  almağa 

imkan verir.  

Bundan əlavə, hüquqi şəxslərin təsnifi imkan verir ki, iqtisadi (əmlak) dövriyyədə çıxış edən hüquqi şəxslərin 

müxtəlif təşkilati-hüquqi formaları bir-birindən fərqləndirilsin, onlar arasında hədd qoyulsun, biri digəri ilə qarış-

dırılmasın. Sühbət təsərrüfat cəmiyyəti və ortaqlığı, kooperativ, qeyri-kommersiya təşkilatı, dövlət müəssisəsi və 

idarəsi kimi təşkilati-hüquqi formalardan gedir. Hər bir hüquqi şəxs növü ona uyğun olan təşkilati-hüquqi forma-

da yaradılır. Hüquqi şəxslərin təsnifi hüquqi şəxslərin statusunun müəyyənləşdirilməsinə imkan verir. 

2. Hüquqi şəxslərin növləri  

Ölkəmizin qüvvədə olan mülki qanunvericiliyi hüquqi şəxslərin ayrı-ayrı əsaslara (meyarlara) görə müxtəlif 

növlərə bülünməsini nəzərdə tutur. Özü də dərhal qeyd etməliyik ki, müasir dövrdə hüquqi şəxslərin leqal təsni-

fi xeyli dərəjədə mürəkkəbləşmişdir.  

Hüquqi şəxslərin təsnifini xarici ölkələrin qanunvericiliyi də verir. Dünyanın iki əsas hüquq ailəsi (sistemi) 

olan kontinental hüquqda (roman-german hüququnda) və ümumi hüquqda (ingilis-amerikan hüququnda) hüquqi 

şə

xslərin ənənəvi bülgösünə diqqət yetirək.  



Kontinental (roman-german) hüquq ailəsində bütün hüquqi şəxslər iki yerə bülünür:  

 korporasiyalara (birliklərə, ittifaqlara);  



 idarələrə.  

Özü də bu cür bülgünün əsasını hüquqi şəxsin əmlak bazasının yaradılması qaydası kimi meyar (əsas) təşkil 

edir. Bu bülgünün əsasında həm də bir qədər də hüquqi şəxsin subyekt tərkibi və fəaliyyət sferası kimi meyar 

durur. Hüquqi şəxslərin həmin bülgösü mülki (əmlak) dövriyyənin bütün sferasını — həm sahibkarlıq münasi-

bətləri, həm də qeyri-sahibkarlıq münasibətləri sahəsini əhatə edir.  



Korporasiya (latınja «corporatio» — birlik, cəmiyyət) dedikdə, elə hüquqi şəxs başa düşülür ki, o, sahibkar-

lıq fəaliyyəti ilə məşğul olmaq özün iştirakzıların (payzıların, maya qoyanların) əmlakını künüllü surətdə birləş-

dirmək yolu ilə yaradılır və onların özvlüyü əsasında təşkil edilir. Yaponiya sivilistika doktrinasına görə, korpo-

rasiya  insanların  elə  birliyidir  ki,  o,  müəyyən  məqsədə  xidmət  edir.  Özvlük,  iştirakzıların  zoxu  özün  məqsəd 

ümumiliyi korporasiyanı xarakterizə edən əsas jəhətlərdir. Özü də korporasiyanın müvcud olması onun iştirak-

zılarının dəyişməsindən  və əvəz olunmasından asılı deyildir. Korporasiyaya müxtəlif növ ticarət cəmiyyət və 

ortaqlıqları aiddir: tam ortaqlıq (bəzi ölkələrdə bu, hüquqi şəxs kimi tanınmır); kommandit ortaqlığı; məhdud 

məsuliyyətli cəmiyyət; səhmdar cəmiyyəti. Kontinental (roman-german) qanunvericilik korporasiyası yaradılar-

kən ilkin nizamnamə kapitalının həjmi və yaradılma qaydası haqqında zox ciddi, sərt tələblər irəli sürür.  

darə dedikdə, elə hüquqi şəxs başa düşülür ki, o, qeyri-sahibkarlıq məqsədləri özün, adətən, bir şəxsin (tə-

siszinin) əmlak ayırması yolu ilə yaradılır. Yaponiya sivilistika doktrinasına görə, idarə kapitalların elə birliyi-

dir ki, o, müəyyən məqsədə xidmət edir. Korporasiyalardan fərqli olaraq, idarələr özvlük qaydası əsasında təşkil 

olunmur. Təsiszi özü idarənin məqsədini və bu məqsədə çatmaq özün lazım olan əmlak tərkibini müəyyənləşdi-

rir.  

darə özgə əmlakının ayrılması əsasında yaradılır.  darə, bir qayda olaraq, iştirakzıların, özgə əmlakını idarə 



edənlərin, əmlakın mülkiyyətzisi olmayan şəxslərin mənafeyi özün fəaliyyət göstərir. Bu şəxslər destinator ad-

lanır. Dövlət müəssisələri, dövlət xəzinəsi (fisk), dini qurumlar və xeyriyyə fondları idarə formasında yaradılır.  

ngilis-amerikan (ümumi) hüquq ailəsində hüquqi şəxslərin iki əsas növü fərqləndirilir. Büyük Britaniya hü-


 

184


ququ özrə: 

 ortaqlıq (partnerschips);  



 kompaniya (company); 

ABŞ hüququ özrə:  

 ortaqlıq (partnerschip);  



 korporasiya (corporation).  

Ortaqlıq  iki  növə  bölünür:  tam  ortaqlıq;  kommandit  ortaqlığı  (limited  partnershins).  Tam  ortaqlıq  hüquqi 

şə

xs kimi tanınmır. Kommandit ortaqlığı isə hüquqi şəxs sayılır. 



Kompaniyanın (korporasiyanın) kontinental hüquqdakı oxşarı (analoqu) məhdud məsuliyyətli (və ya səhm-

dar)  cəmiyyətdir:  stock  corporation  və  close  corporation;  private  company  və  limited  liabieity  company.  Nə 

kompaniya, nə də korporasiya iştirakçılara pay və ya səhm məxsus olmasından asılı olaraq növlərə bölünür. 

Kontinental hüquqda ümumi və xüsusi hüquq baxımından hüquqi şəxslərin iki növü fərqləndirilir: ümumi 

hüquq özrə hüquqi şəxslər; xüsusi hüquq özrə hüquqi şəxslər.  

Ümumi hüquq özrə hüquqi şəxslədedikdə, hakimiyyət aktı əsasında yaradılan və hakimiyyət səlahiyyət-

lərinə malik olan qurumlar başa düşülür. Dövlət orqanları bu növ hüquqi şəxslərə aiddir. Almaniya hüquq ədə-

biyyatında həmin növ hüquqi şəxslərə dövlət (dövlət idarələri yox), ijmalar, idarələr, korporasiyalar, fondlar və 

s. daxil edilir. Yaponiya mülki hüququna görə, dövlət-hakimiyyət funksiyasını icra edən ərazi korporasiya or-

qanları, bələdiyyə korporasiyaları və s. bu kateqoriya hüquqi şəxslərə aiddir. Xüsusi hüquq özrə hüquqi şəxs 

isə xüsusi hüquq subyektləri tərəfindən xüsusi-hüquqi akt (nizamnamə və ya təsis aktı) əsasında yaradılır və ha-

kimiyyət funksiyasını yerinə yetirmirlər. Almaniya hüquq doktrinasında bu növdən olan hüquqi şəxslər iki qru-

pa bülünür: mülki hüququn şəxslərinə (cəmiyyətlər, fondlar); ticarət və korporativ hüququnun şəxslərinə (səhm-

dar  cəmiyyətləri,  kommandit  ortaqlıqlar,  məhdud  məsuliyyətli  cəmiyyətlər,  təsərrüfat  kooperativləri,  sığorta 

cəmiyyətləri və s.). 

Ə

mək və kapitalın iştirak dərəcəsinə və ya üstün iştirakına görə dünya ölkələrinin qanunvericiliyi hüqu-

qi şəxsləri iki növə bölür:  

 şəxslərin birliyinə;  



 kapitalların birliyinə.  

Şə

xslərin birliyi elə hüquqi şəxsdir ki, onun iştirakçıları (özvləri) mənfəət əldə etmək məqsədilə təsərrüfat 

fəaliyyətində şəxsi əməyi ilə iştirak edirlər və birliyin öhdəliklərinə görə birgə məsuliyyət daşıyırlar. Məsələn, 

kontinental (roman-german) hüququn nəzərdə tutuduüu tam ortaqlıq, amerikan hüququndakı ortaqlıq və s. bu 

növ hüquqi şəxsə misaldır.  



Kapitalların birliyi elə hüquqi şəxsdir ki, onun iştirakçıları mənfəət əldə etmək məqsədilə təsərrüfat fəaliy-

yətində özlərinin kapitalları ilə iştirak edirlər. Bu birliklərin operativ fəaliyyətini xüsusi yaradılan orqanlar hə-

yata keçirirlər. Onlar öz öhdəliklərinə görə özləri məsuliyyət daşıyırlar. Həmin növ hüquqi şəxslərə kontinental 

(roman-german) hüququn nəzərdə tutduüu məhdud məsuliyyətli cəmiyyəti və səhmdar cəmiyyətini, ABŞ hüqu-

qu özrə korporasiyanı, ingilis hüququ özrə xüsusi və ümumi kompaniyaları misal göstərmək olar. 

Azərbaycan Respublikasının mülki qanunvericiliyi və sivilistika doktrinası hüquqi şəxslərin müxtəlif növlərə 

bölünməsinə xüsusi diqqət yetirir. Hər şeydən əvvəl, mülkiyyət forması kimi əlamətə (meyara) görə hüquqi 

şə

xslərin dörd növü fərqləndirilir: 



 dövlət hüquqi şəxsləri;  

 bələdiyyə hüquqi şəxsləri;  



 qeyri-dövlət (xüsusi) hüquqi şəxsləri;  

 qarışıq hüquqi şəxslər.  



Dövlət hüquqi şəxsləri odur ki, onlar dövlət mülkiyyəti əsasında yaradılır və fəaliyyət göstərir. Bu hüquqi 

şə

xslər dövlət əmlakının bazası əsasında əmələ gəlir. Onlara dövlət müəssisələrini, dövlət idarələrini misal gös-



tərmək olar.  

Bələdiyyə hüquqi şəxsləri odur ki, onlar bələdiyyə mülkiyyəti əsasında yaradılır və fəaliyyət göstərir. Bu 

cür hüquqi şəxslərin maddi bazasını bələdiyyə əmlakı təşkil edir.  



Qeyri-dövlət (xüsusi) hüquqi şəxsləri odur ki, onlar xüsusi mülkiyyətə əsaslanır və fəaliyyət göstərir. Bu 

hüquqi şəxslərin maddi bazasını fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ əsasında malik olduqları 

ə

mlak təşkil edir. Məsələn, ayrı-ayrı şəxslərin yaratdıqları səhmdar cəmiyyətləri, kooperativlər, kommandit or-



taqlıqlar, özəl təhsil müəssisələri və s. bu qəbildən olan hüquqi şəxslərə misal ola bilər. 

Qarışıq mülkiyyət əsasında yaradılan hüquqi şəxslərə qarışıq hüquqi şəxslədeyilir. Qarışıq mülkiyyət gös-

tərdiyimiz  üç  forma  mülkiyyətin  kombinasiyasından  (dövlət  və  bələdiyyə  mülkiyyətindən;  dövlət  və  xüsusi 

mülkiyyətdən; bələdiyyə və xüsusi mülkiyyətdən) ibarətdir.  



 

185


Yaradılma qaydası kimi əsasa (meyara) görə hüquqi şəxslər iki növə bölünür: 

 qabaqcadan icazə alınmaqla yaradılan hüquqi şəxslər;  



 qabaqcadan icazə alınmadan normativ qaydada yaradılan hüquqi şəxslər (biz əvvəlki paraqrafların birində 

bu hüquqi şəxslərə anlayış vermişik).  

Təsisçilərin tərkibi kimi əlamətə (meyara) görə hüquqi şəxslər bölünür:  



 təsisçiləri yalnız hüquqi şəxslər ola bilən hüquqi şəxslərə (məsələn, hüquqi şəxsin ittifaqları);  

 təsisçisi yalnız dövlət ola bilən hüquqi şəxslərə (məsələn, dövlət müəssisələri); 



  təsisçiləri,  bəzi  istisnalarla,  hüququn  istənilən  subyekti  ola  bilən  hüquqi  şəxslərə  (məsələn,  kooperativ, 

səhmdar cəmiyyəti, fond, ümumiyyətlə, yerdə qalan bütün hüquqi şəxslər). 

Iştirakçıların (təsisçilərin) malik olduqları hüququn xarakterinə görə hüquqi şəxslərin üç növü fərqlən-

dirilir:  

 təsisçilərinin (iştirakçılarının) öhdəlik hüququna malik olduqları hüquqi şəxslər;  



 təsisçilərin (iştirakçıların) əmlak barəsində əşya hüququna (mülkiyyət hüququna və məhdud əşya hüququ-

na) malik olduqları hüquqi şəxslər;  

 təsisçilərin (iştirakçıların) əmlak hüququna malik olmadığı hüquqi şəxslər.  



Təsisçilərin (iştirakçıların) öhdəlik hüququna malik olduqları hüquqi şəxslər odur ki, təsisçilər (iştirak-

çılar) həmin şəxslərə verdikləri əmlak özərində mülkiyyət hüququnu itirirlər və bunun əvəzində onlar öhdəlik 

hüququ, yəni hüquqi şəxsdən tələb etmək hüququ əldə edirlər. Məsələn, təsisçilərin (iştirakçıların) hüquqi şəx-

sin mənfəətindən müəyyən bir hissənin verilməsini və ya hüquqi şəxs ləğv edildiyi halda kreditorların borcları 

ödənildikdən sonra yerdə qalan əmlakın bir hissəsinin verilməsini və ya onun əvəzinin ödənilməsini tələb etmək 

hüququ vardır. Təsisçilərin (iştirakçıların) hüquqi şəxsin yaradılmasına maya kimi qoyduqları əmlak, həmin hü-

quqi şəxsin mülkiyyətinə keçir. Bu cür hüquqi şəxslərə misal olaraq təsərrüfat ortaqlıqlarını və cəmiyyətlərini 

(tam ortaqlıüı, kommandit ortaqlıüı, səhmdar cəmiyyətini, məhdud məsuliyyətli cəmiyyəti və s.), istehsal koo-

perativini, istehlak kooperativini misal göstərmək olar.  

Təsisçilərin (iştirakçıların) əmlak barəsində əşya hüququna malik olduqları hüquqi şəxsləodur ki, tə-

sisçilər (iştirakçılar) həmin şəxslərə verdikləri əmlak özərində mülkiyyət hüququnu və ya digər əşya hüququnu 

itirmirlər,  saxlayırlar.  Bu  cür  hüquqi  şəxslər  onlara  verilən  əmlak  özərində  mülkiyyət  hüququ  əldə  etmirlər. 

Ə

mlakın mülkiyyətçisi yenə də təsisçilər (iştirakçılar) hesab edilir. Hüquqi şəxs ləğv edildiyi hallarda kreditor-



ların tələbləri ödənildikdən və onlarla hesablaşma aparıldıqdan sonra yerdə qalan bütün əmlak təsisçinin mül-

kiyyətinə keçir. Məsələn, dövlət müəssisələri onlara misal ola bilər. Bu növ hüquqi şəxslər normal iqtisadi (əm-

lak) dövriyyə üçün xarakterik deyil. Belə ki, hüquqi şəxslər xüsusi olaraq iqtisadi (əmlak) dövriyyədə iştirak et-

mək üçün yaradılır. Bu dövriyyə isə, hamıya bəllidir ki, əmlak, əmtəə xarakterlidir. Buna görə də həmin dövriy-

yədə yalnız müstəqil, heç kəsdən asılı olmayan, özünün əmlakı olan əmtəə sahibləri çıxış edə bilər. Göstərilən 

növ hüquqi şəxslər bu tələblərə cavab vermir. Bu səbəbdən həmin hüquqi konstruksiyanı hər hansı sivil və qa-

baqcıl xarici ölkənin qanunvericiliyi nəzərdə tutmur. Həmin növdən olan hüquqi şəxslərin mövcudluüu və fəa-

liyyət göstərməsi ölkəmizin indiki vəziyyəti ilə — keçid dövrünün xüsusiyyəti ilə bağlı olub, müvəqqəti xarak-

ter daşıyır. Onlar normal və sivil bazarın fəaliyyət göstərməsi üçün səciyyəvi olan hüquqi konstruksiya hesab 

edilmir.  



Təsisçilərin (iştirakçıların) əmlak barəsində əmlak hüququna malik olmadıqları hüquqi şəxsləodur 

ki, bu şəxslərin təsisçiləri (iştirakçıları) onlara və onların əmlakına münasibətdə hər hansı bir əmlak hüququna 

malik olmurlar. Bu cür hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) nə öhdəlik, nə də əşya hüququna malikdir. Baş-

qa sözlə desək, onlar hüquqi şəxsin özü barəsində hər hansı bir tələb hüququ, hüquqi şəxsin əmlakı barəsində 

isə hər hansı bir əşya hüququ əldə etmirlər. Təsisçilər (iştirakçılar) bu növ hüquqi şəxs ləğv edildiyi hallarda və 

ya ondan çıxdığı hallarda əmlak hüququ qazanmır, yəni onlara əmlak verilmir və ya pul formasında əvəzi ödə-

nilmir.  

Təsisçilərin (iştirakçıların) şəxsi əmək və kapitallarının iştirak və ya üstün iştirak dərəcəsinə görə hü-

quqi şəxslər iki növə bölünür:  

 təsərrüfat ortaqlıqlarına;  



 təsərrüfat cəmiyyətlərinə. 



Təsərrüfat ortaqlıqları o hüquqi şəxslərdir ki, bu hüquqi şəxslərin fəaliyyətində təsisçilər (iştirakçılar) öz 

şə

xsi əməkləri ilə iştirak edirlər. Məsələn, tam ortaqlıq bu növ hüquqi şəxslərə misaldır.  



Təsərrüfat cəmiyyətləri isə elə hüquqi şəxslərdir ki, bu hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) onların fə-

aliyyətində öz əməkləri ilə yox, kapitalları ilə, maddi vəsaitləri ilə iştirak edirlər. Məsələn, səhmdar cəmiyyətini 

bu növ hüquqi şəxsə misal göstərmək olar.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə