MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə28/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

Təşkilati-hüquqi formasına görə hüquqi şəxslər dörd növə bölünür:  

 

186


 təsərrüfat ortaqlıqları və cəmiyyətləri formasında hüquqi şəxslər; 

 kooperativ formasında hüquqi şəxslər;  



 dövlət və bələdiyyə müəssisələri formasında hüquqi şəxslər; 

 qeyri-kommersiya təşkilatları — mülkiyyətçi formasında yaradılan hüquqi şəxslər (ictimai və dini təşkilat-



lar, fondlar, hüquqi şəxsin ittifaqları və s.).  

Və nəhayət, hüquqi şəxslər fəaliyyət məqsədi və xarakteri kimi əsasa (meyara) görə təsnif edilir. Bu əsasa 

görə bütün hüquqi şəxslər iki növə bölünür:  

 kommersiya təşkilatlarına; 



 qeyri-kommersiya təşkilatlarına. 

Qeyd etmək lazımdır ki, bu, hüquqi şəxslərin təsnifinin əsasını təşkil edərək daha geniş xarakter daşıyır və 

iqtisadi  (əmlak)  dövriyyənin  bütün  sferasını  əhatə  edir.  Bu  təsnif  həm  sahibkarlıq  münasibətlərində,  həm  də 

qeyri-sahibkarlıq münasibətlərində çıxış edən bütün hüquqi şəxslərin dairəsini müəyyənləşdirməyə imkan verir. 

Məhz bu səbəbdən mülki qanunvericilik həmin təsnifə xüsusi əhəmiyyət verir (MM-in 43-cü maddəsinin 5-ci 

bəndi).  

Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən və bu mənfəəti təsisçilər (iştirakçılar) arasında bö-

şdürməkdən ibarət olan hüquqi şəxslərə kommersiya təşkilatları (latınca «commercium» — ticarət) de-

yilir. Həmin təşkilatlar ümumi mülki hüquq qabiliyyətinə malikdir. Bu xüsusiyyət onlara kommersiya (sahib-

karlıq) dövriyyəsinin, bir sözlə, iqtisadi (əmlak) dövriyyənin professional iştirakçısı olmaq imkanı verir.  

Kommersiya təşkilatlarına mülki qanunvericilik aid edir:  

 təsərrüfat ortaqlıqlarını;  



 təsərrüfat cəmiyyətlərini;  

 kooperativləri.  



Fəaliyyətinin  əsas  məqsədi  mənfəət  götürməkdən  ibarət  olmayan  və  götürülən  mənfəəti  iştirakçıları 

(təsisçiləri) arasında bölüşdürməyə ixtiyarı çatmayan hüquqi şəxslərə qeyri-kommersiya təşkilatları de-

yilir. Bu təşkilatların əsas fəaliyyət məqsədi sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Onlar idarəçilik, tədris-təh-

sil, müalicə, mədəni-maarif, xeyriyyə, dini və digər məqsədlər üçün yaradılır. Bir qayda olaraq, adətən, qeyri-

kommersiya təşkilatları öz fəaliyyətindən mənfəət götürmürlər. Lakin bu hüquqi şəxslər iki şərt əsasında sahib-

karlıq fəaliyyəti ilə məşüul ola bilərlər (MM-in 43-cü maddəsinin 6-cı bəndi): birinci şərtə görə, qeyri-kom-

mersiya təşkilatlarının məşüul olduqları sahibkarlıq fəaliyyəti həmin təşkilatların yaradılması zamanı qarşı-

ya qoyulmuş məqsədlərə nail olmaüa xidmət etməlidir. Məsələn, dini təşkilat mənfəət əldə etmək üçün nəş-

riyyat-poliqrafiya kimi sahibkarlıq fəaliyyəti ilə məşüul olur və bu fəaliyyətdən əldə etdiyi mənfəəti dini məq-

sədlər üçün istifadə edir.  kinci şərt bu fəaliyyətin qeyri-kommersiya təşkilatının yaradılması zamanı qarşıya 

qoyulmuş məqsədlərə uyüun gəlməsindən ibarətdir. Məsələn, Yazıcılar Birliyi kimi ictimai birlik, ədəbiyyat 

fondu, mədəniyyət və incəsənət fondu və bu kimi qeyri-kommersiya təşkilatları nəşriyyat-poliqrafiya fəaliyyəti 

ilə məşüul ola bilər. Bu, onların qarşıya qoyduqları məqsədə uyüundur. Amma, şübhəsiz ki, bu cür təşkilatlar 

inşaat fəaliyyəti və ya ticarət-vasitəçilik fəaliyyəti və ya sığorta fəaliyyəti ilə məşüul ola bilməz.  

Mülki  qanunvericilik  kommersiya  təşkilatlarını  qeyri-kommersiya  təşkilatlarından  ayırmaüa  və  fərqləndir-

məyə  imkan  verən,  əsasən,  iki  cür  əlamət  (meyar)  müəyyən  edir.  Birinci  əlamətə  görə,  kommersiya  təşkilatı 

üçün mənfəət əldə etmək onun fəaliyyətinin əsas məqsədini və xarakterini təşkil edir. Mənfəət əldə etmək bu 

təşkilat üçün əsas, birinci dərəcəli, başlıca və ön planda duran məqsəddir. Amma bu sözləri qeyri-kommersiya 

təşkilatları haqqında demək olmaz. Belə ki, həmin təşkilatlar iki şərt əsasında sahibkarlıq fəaliyyəti ilə məşüul 

olub mənfəət götürə bilər. Lakin mənfəət götürmək onun üçün ikinci dərəcəli, qeyri-əsas, yardımçı və köməkçi 

xarakter daşıyan məqsəddir.  

kinci  əlamətə  görə,  kommersiya  təşkilatları  əldə  etdiyi  və  götürdüyü  mənfəəti  bütün  iştirakçılar  (təsisçilər) 

arasında bölüşdürmək hüququna malikdir. Qeyri-kommersiya təşkilatlarının buna ixtiyarı çatmır. Onların belə hü-

ququ yoxdur.  

Mülki Məcəllə qeyri-kommersiya təşkilatlarının qəti və dəqiq olmayan, təxmini siyahısını verir. Orada 

qeyd edilir ki, Mülki Məcəllədə göstərilən formalardan savayı, qeyri-kommersiya hüquqi şəxsləri qanunda nə-

zərdə  tutulan  digər  formalarda  da  yaradıla  bilər.  Bununla  məcəllə  qeyri-kommersiya  təşkilatlarının  növlərini 

müəyyən edən siyahısını bağlı yox, açıq saxlayır. Məsələn, qeyri-kommersiya hüquqi şəxslərinin dini təşkilat-

lar, əmtəə biræaları kimi növlərinə Mülki Məcəllədə rast gəlmirik. Amma xüsusi qanunlarda onlar nəzərdə tutu-

lur.  Həm  Mülki  Məcəllədə,  həm  də  xüsusi  qanunlarda  göstərilənləri  nəzərə  alsaq,  qeyri-kommersiya  hüquqi 

şə

xslərinin siyahısını belə verərik:  



 ictimai birliklər;  

 fondlar;  



 

187


 dini təşkilatlar;  

 əmtəə biræaları;  



 hüquqi şəxslərin ittifaqları.  



3. Təsərrüfat ortaqlıqları. Təsərrüfat cəmiyyətləri 

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri kommersiya təşkilatlarının əsas növü hesab edilir. Bu növləri, mahiy-

yətcə, inkişaf etmiş xarici hüquq sistemlərinin çoxu tanıyır. Məsələn, Almaniya hüququ təsərrüfat ortaqlıqlarını 

«personengesellschaften» («şəxslərin birliyi»), təsərrüfat cəmiyyətlərini isə «kapitalgesellschaften» («kapitalla-

rın birliyi») adlandırır. Ingilis-amerikan hüququnda təsərrüfat ortaqlıüı «partnerships» («ortaqlıq») anlayışı ilə, 

təsərrüfat cəmiyyəti isə ya «company» (Böyük Britaniya), ya da «corporation» (ABŞ) anlayışı ilə əhatə olunur. 

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri termini 90-cı illərin əvvəllərində sovet dövrünün mülki qanunvericili-

yində və hüquq ədəbiyyatı səhifələrində əmələ gəlmişdir. Əvvəljə SSRI və müttəfiq respublikaların Mülki Qa-

nunvericiliyinin Əsasları (1991) bu termini işlədir. Bunun ardınca həm RF-in, həm də Azərbaycan Respublika-

sının mülkiyyət haqqında qanunu (1991) həmin termindən istifadə edir. Bu qanunun 15-ci maddəsi əmlak mül-

kiyyətçiləri kimi yaradılan və hüquqi şəxs statusuna malik olan təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin işti-

rakçılar tərəfindən pay kimi verilən əmlak özərində mülkiyyət hüququnu təsbit edirdi.  

Bununla sovet mülki qanunvericiliyi XIX əsrin axırlarında-XX əsrin əvvəllərində inkişaf etmiş hüquq sis-

temlərində və rus hüququnda istifadə edilən «ticarət ortaqlıqları və cəmiyyətləri» kimi ənənəvi, klassik termin 

işlətməkdən imtina edir. Bu isə təsadüfi deyildi. Belə ki, sovet hüquq sistemi xüsusi kommersiya (ticarət) fəa-

liyyətinə yol vermirdi. Ona görə də həmin qurumları sovet qanunvericiliyi ticarət ortaqlıqları və cəmiyyətləri 

adlandıra bilməzdi. Bu qurumların yaradılmasını sovet hüququ kollektiv təsərrüfatçılıq forması kimi, kollektiv 

surətdə təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi nəzərdə tutmuşdu. Ona görə də onları adlandır-

maq üçün «təsərrüfat ortaqlıqları və cəmiyyətləri» kimi termindən istifadə etmək ən uüurlu və münasib va-

riant idi. Sovet qanunvericiliyinin bu ənənəsini əvvəlcə RF-in mülki hüququ, sonra isə bizim ölkəmizin mülki 

hüququ saxlayaraq, həmin termini işlətməyə üstünlük vermişdir. Deməli, təsərrüfat ortaqlıqları və cəmiyyətləri 

bizim ölkə qanunvericiliyinin, habelə hüquq ədəbiyyatının istifadə etdiyi müasir termindir.  

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri hüquqi şəxslərin nisbətən daha geniş yayılmış, daha universal təşki-

lati-hüquqi  formasıdır.  Bu  formanın  əsasını  Qədim  Roma  hüququnun  ortaqlıq  müqaviləsi  (societas)  təşkil 

edir. Həmin müqaviləyə görə, ümumi təsərrüfat məqsədini həyata keçirmək üçün iki və daha artıq şəxs birləşir-

di. Həmin şəxslər ümumi işdə özlərinin əmlak payı və ya şəxsi fəaliyyəti (əməyi) ilə və yaxud da əmlak payı ilə 

şə

xsi fəaliyyəti (əməyi) uyüunlaşdırmaqla iştirak edirdilər. Ümumi işin həyata keçirilməsi nəticəsində əldə edi-



lən  mənfəət  və  vurulan  zərər  müqavilədə  nəzərdə  tutulan  hissələrlə  (paylarla)  bu  şəxslər  arasında  bölünürdü. 

Ə

gər müqavilədə göstərilməzdisə, mənfəət və zərər bərabər hissələrlə onlar arasında bölünürdü.  



Təsərrüfat  ortaqlıqları  və  cəmiyyətləri  kollektiv  təsərrüfatçılıq,  kollektiv  sahibkarlıq  formasıdır.  Onlar 

sahibkarların, təsərrüfatçı şəxslərin, kommersantların və iş adamlarının sahibkarlıq, kommersiya və təsərrüfat 

fəaliyyətini birgə və kollektiv surətdə həyata keçirmək üsuludur. Bu qurumlar müasir kommersiya dövriyyəsi-

nin, sahibkarlıq dövriyyəsinin, bir sözlə, iqtisadi (əmlak) dövriyyənin professional, əsas, müstəqil və tam hü-

quqlu  iştirakçıları  hesab  olunur.  Onlarda  ümumi  təsərrüfat  (sahibkarlıq,  kommersiya)  məqsədinə  nail  olmaq 

üçün iştirakçıların kapitalı və şəxsi fəaliyyəti (əməyi) birləşmişdir. Mülki Məcəllə bunu nəzərə alaraq təsərrüfat 

ortaqlıqlarının və cəmiyyətlərinin statusunun tam və geniş xarakteristikasını verir (MM-in 64-66-cı maddələri).  

Təsərrüfat  ortaqlıqlarının  və  cəmiyyətlərinin  əsl  mahiyyətinə  aydınlıq  gətirmək  üçün  onlar  arasında  həm 

ümumi və oxşar, həm də fərqli cəhətləri müəyyən etməyə çalışaq. Birincisi, bu qurumları birləşdirən ümumi 

cəhət ondan ibarətdir ki, onların hər ikisi kommersiya təşkilatıdır. Belə ki, həm təsərrüfat ortaqlıqlarının, həm 

də təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdən və bu mənfəəti iştirakçılar ara-

sında bölüşdürməkdən ibarətdir. Özü də onların hər ikisi, əsasən, müqavilə yolu ilə könüllü surətdə, özvlük əsa-

sında yaranır.  

kincisi, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həmin qurumların hər ikisi onların fəaliyyətinin 

maddi (əmlak) bazasını yaradan və kreditorların mənafeyini təmin edən nizamnamə (şərikli) kapitalına ma-



likdir. Bu nizamnamə (şərikli) kapitalı iştirakçıların payına bölünür. Bu xüsusiyyət təsərrüfat ortaqlıqlarını və 

cəmiyyətlərini kommersiya təşkilatlarının digər növündən — kooperativdən fərqləndirir.  



Üçüncüsü, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həmin qurumların iştirakçıları (təsisçiləri) on-

lara pay (maya) kimi verdikləri əmlak (pul, qiymətli kaüızlar, torpaq, avadanlıq, dəzgah, bina və s.), habelə gös-

tərilən qurumların öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak özərində mülkiyyət hüququna malik 

deyildir. Bu əmlak mülkiyyət hüququ əsasında hüquqi şəxs kimi təsərrüfat ortaqlıüının və cəmiyyətinin özünə 

məxsusdur. Başqa sözlə desək, həmin əmlakın mülkiyyətçisi təsərrüfat ortaqlıüının və cəmiyyətinin özü hesab 

edilir.  


 

188


Təsisçilər (iştirakçılar) hüquqi şəxsə — təsərrüfat ortaqlıüına və cəmiyyətinə münasibətdə öhdəlik hüququ-

na, yəni tələb etmək hüququna (tələblərə) malikdir: götürülən mənfəətin müəyyən bir hissəsini almaq hüququ-

na; təsərrüfat ortaqlıüı və cəmiyyəti ləğv edildiyi halda, kreditorların borcları ödənildikdən sonra yerdə qalan 

ə

mlakın bir hissəsini əldə etmək (ləğvetmə kvotası) hüququna; təsərrüfat ortaqlıüının və cəmiyyətinin tərkibin-



dən çıxdığı halda, əmlakın müəyyən hissəsinin dəyərini almaq hüququna; ortaqlıüın və cəmiyyətin işlərinin ida-

rə olunmasında iştirak etmək hüququna.  



Dördüncüsü, bu qurumlar üçün ümumi olan cəhət ondan ibarətdir ki, həm təsərrüfat ortaqlıqları, həm də tə-

sərrüfat cəmiyyətləri, MM-də nəzərdə tutulan hallar istisna olmaqla, digər hər hansı təsərrüfat ortaqlıüının və 



cəmiyyətinin təsisçiləri (iştirakçıları) olmaq hüququna malikdir (MM-in 64-cü maddəsinin 7-ci bəndi). Mə-

sələn, tam ortaqlıq səhmdar cəmiyyəti yaradır. Başqa bir misalda üç müxtəlif səhmdar cəmiyyəti tam ortaqlıq 

yaradırlar.  Bəzi  hallarda  MM-də  müvafiq  qurumun  təsisçi  (iştirakçı)  olmaq  hüququ  istisna  edilir.  Məsələn, 

səhmdar  cəmiyyətinin  yeganə  iştirakçısı  təkcə  bir  təsərrüfat  cəmiyyətindən  ibarət  ola  bilməz  (MM-in  98-ci 

maddəsinin 5-ci bəndi).  

Beşincisi, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həm təsərrüfat ortaqlıqları, həm də təsərrüfat 

cəmiyyətləri  dövlət  orqanları  və  yerli  özünüidarə  orqanları  tərəfindən  təsis  edilə  bilməz  (MM-in  64-cü 

maddəsinin 6-cı bəndi). Belə ki, həmin orqanlar kommersiya və sahibkarlıq dövriyyəsində, bir sözlə, əmlak (iq-

tisadi) dövriyyəsində iştirak etmək məqsədi ilə yaradılmır. Buna görə də mülki qanunvericilik həmin orqanların 

təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilmələrini qadaüan edir.  

Altıncısı, bu qurumlar üçün ümumi cəhət ondan ibarətdir ki, həm təsərrüfat cəmiyyətləri, həm də təsərrüfat 

ortaqlıqları, bir qayda olaraq, qabaqcadan icazə



 alınmadan normativ üsulla yaradılır. Qabaqcadan icazə al-

maq üsulu onların əmələ gəlməsi üçün xarakterik deyil.  

Bununla bərabər, təsərrüfat ortaqlıqları ilə təsərrüfat cəmiyyətləri arasında mühüm fərqli cəhətlər də vardır. 

Birinci fərqli cəhəondan ibarətdir ki, təsərrüfat ortaqlıqları, Almaniya qanunvericilik ənənələrinə uyüun ola-

raq, təsərrüfatçı şəxslərin — iş adamlarının, biznesmenlərin, sahibkarların və kommersantların birliyi-



dir.  Onlar  elə  hüquqi  şəxslərdir  ki,  burada  təsisçilər  (iştirakçılar)  nəinki  əmlak  payları  ilə,  həm  də  bilavasitə 

şə

xsi əməyi iləşəxsi fəaliyyəti ilə iştirak edirlər. Məhz buna görə də iştirakçıların təsərrüfat (sahibkarlıq) fəa-

liyyəti ilə birgə məşüul olmaları tələb edilir.  

Təsərrüfat ortaqlıqları dedikdə, birgə təsərrüfat (sahibkarlıq) fəaliyyəti ilə məşüul olmaq üçün bir neçə sahib-

kar şəxsin hüquqi şəxs statuslu birliyi başa düşülür. 

Təsərrüfat cəmiyyətləri isə, Almaniya mülki qanunvericilik ənənələrinə uyüun olaraq, kapitalların birliyi-



dir. Başqa sözlə, bu cəmiyyətlər istehsal vasitələrinin, maddi vəsaitlərin, əmlakın birliyidir. Onlar hüquqi şəxs 

statuslu elə təşkilatlardır ki, burada təsisçilər (iştirakçılar) yalnız əmlak payları ilə iştirak edirlər: təsisçilərin 

(iştirakçıların) burada şəxsi əməyi və şəxsi fəaliyyəti ilə iştirak etmələri tələb olunmur. Bu, təsisçilərin (iştirak-

çıların) vəzifə borcu hesab edilmir.  

Təsərrüfat cəmiyyətləri dedikdə, hüquqi şəxs statuslu elə təşkilatlar başa düşülür ki, bu təşkilatlar təsərrüfat 

(sahibkarlıq) fəaliyyəti ilə məşüul olmaq məqsədi ilə bir və ya bir neçə şəxsin əmlakının birləşdirilməsi yolu ilə 

yaradılır.  

kinci fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat ortaqlıüının fəaliyyətində və işində təsisçinin (iştirakçının, 

tam ortaüın) şəxsi əməyi ilə iştirak etməsi tələb olunur. Belə halda təsisçinin (tam ortaüın) başqa ortaqlıqda 

iştirak etmək imkanı istisna olunur (bir əldə iki qarpız tutmaq məsələsi). Məlum məsələdir ki, müvafiq şəxsin 

eyni vaxtda iki təsərrüfat ortaqlığında şəxsi fəaliyyəti və əməyi ilə iştirak etməsi mümkün deyil. Bu səbəbdən 

şə

xs (təsisçi) tam ortaq qismində yalnız bir ortaqlıüın iştirakçısı ola bilə(MM-in 69-cu maddəsinin 2-ci 

bəndi, 82-ci maddəsinin 3-cü bəndi). Bu, həm də onunla izah olunur ki, təsərrüfat ortaqlıüı iştirakçısı (tam or-

taq) ortaqlıüın öhdəliklərinə görə qeyri-məhdud məsuliyyət daşıyır. Belə ki, iştirakçı (tam ortaq) ortaqlıüın 

öhdəliklərinə (borclarına) görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir (MM-in 69-cu maddəsinin 1-ci 

bəndi,  82-ci  maddəsinin  1-ci  bəndi).  Bu,  o  deməkdir  ki,  əgər  ortaqlıüın  kreditorlara  borcu  yarandıqda  və  bu 

borcun ödənilməsi üçün ortaqlıüın xüsusi əmlakı və şərikli kapitalı kifayət etmədikdə, onda kreditorların tələbi 

tam  ortaüın  (iştirakçının)  şəxsi  əmlakı  (məsələn, yaşayış  evi,  nəqliyyat  vasitəsi  və  s.)  hesabına  təmin  olunur. 

Belə təsəvvür yaranır ki, iştirakçı (tam ortaq), mahiyyətcə, öz özərinə yaratdığı təsərrüfat ortaqlıüının müəyyən 

kreditorlara mümkün ola biləcək borclarını ödəməsi üçün öz şəxsi əmlakı hesabına öhdəlik götürür. Odur ki, sa-

hibkarlıq  (əmlak)  riski  böyükdür  və  belə  halda  eyni  əmlak  hesabına  tam ortaüın  (iştirakçının)  digər  müstəqil 

kreditorları qarşısında onların mümkün borclarını ödəməsi barədə öhdəlik götürməsi yolverilməzdir.  

Göstərilənlərdən  fərqli  olaraq,  şəxs  eyni  vaxtda  bir  neçə  təsərrüüfat  cəmiyyətinin  iştirakçısı  ola  bilər. 

Bu, onunla izah olunur ki, şəxsin təsərrüfat cəmiyyətinin işində və fəaliyyətində şəxsi, bilavasitə əməyi ilə yox, 

ə

mlakı ilə, kapitalı ilə, maddi vəsaiti ilə iştirak etməsi tələb olunur. Digər tərəfdən təsərrüfat cəmiyyətinin işti-



 

189


rakçısı qeyri-məhdud məsuliyyət daşımır. Məsələn, təsərrüfat cəmiyyətinin növləri olan məhdud məsuliyyətli 

cəmiyyətin və səhmdar cəmiyyətinin iştirakçıları cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir. Bundan əlavə, 

məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçısı  kreditorların  borclarını  qoyduüu  əmlak  payının  (mayanın)  dəyəri 

həddində,  səhmdar  cəmiyyətinin  iştirakçısı  isə  ona  məxsus  olan  səhmlərin  dəyəri  həddində  ödəyir.  Onlar  bu 

həddən çox olan borc hissəsini ödəmirlər.  

Bax, bu xüsusiyyət təsərrüfat cəmiyyətləri ilə təsərrüfat ortaqlıqlarını ayırmaüa imkan verən üçüncü fərqli 



cəhəti müəyyənləşdirməyə imkan verir. Belə ki, təsərrüfat cəmiyyəti iştirakçısının bu cəmiyyətin fəaliyyəti ilə 

bağlı olaraq yaranan zərər üçün daşıdığı risk yüksək, qeyri-məhdud deyildir. O, həm də yuxarıda qeyd etdiyi-

miz kimi, cəmiyyətin öhdəliyi özrə məsuliyyət daşımır. Burada sahibkarlıq (əmlak) riski iştirakçının bütün əm-

lakı ilə yox, yalnız onun nizamnamə kapitalına verdiyi əmlak payı (maya) ilə məhdudlaşır. Ona görə də məhz 

bu səbəbdən təsərrüfat cəmiyyətinin iştirakçısı istənilən fiziki və hüquqi şəxs (o cümlədən sahibkar statusu 

olmayan fiziki şəxslər və qeyri-kommersiya təşkilatları) ola bilər (MM-in 64-cü maddəsinin 5-ci bəndi).  

Amma tə

sərrüfat ortaqlıüı iştirakçısı (ortaq) istənilən fiziki və hüquqi şəxs ola bilməz. Belə ki, ortaqlıq 

iştirakçısı (ortaq) təsərrüfat cəmiyyəti iştirakçısından fərqli olaraq, yuxarıda qeyd etdiyimiz kimi, ortaqlıüın öh-

dəlikləri üçün özünə məxsus olan bütün şəxsi əmlakı ilə cavabdehdir. Onun üçün sahibkarlıq (əmlak) riski qey-

ri-məhdud xarakter daşıyır. Ortaqlıq iştirakçısı (ortaq) ortaqlıüın fəaliyyəti ilə bağlı yaranan zərər üçün özünün 

bütün  şəxsi  əmlakı  ilə məsuliyyət  daşıyır.  Bu  cəhət  təsərrüfat  ortaqlıüının  iştirakçısı  (ortaq)  rolunda  istənilən 

şə

xsin yox, yalnız əmtəə xarakterli kommersiya (sahibkarlıq) dövriyyəsinin professional subyektlərinin (sahib-



karların,  kommersantların)  çıxış  etməsini  tələb  edir  və  şərtləndirir.  Büyük  təcrübəsi  və  səriştəsi olan  bu  sub-

yektlər kommersiya (sahibkarlıq) dövriyyəsinin qaydalarına yaxından və dərindən bələddirlər. Onlar bu qayda-

ları yaxşı bilirlər. Məhz bu səbəbdən yalnız kommersiya (sahibkarlıq) dövriyyəsinin professional subyekt-

ləri təsərrüfat ortaqlıüının iştirakçısı (ortaüı) ola bilər (MM-in 64-cü maddəsinin 4-cü bəndi).  

Kommersiya (sahibkarlıq) dövriyyəsinin professional subyektləri dedikdə, fərdi sahibkarlar və kommersiya 

təşkilatları başa düşülür. Fərdi sahibkarlar sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki 

şə

xslərdir. Onlara sahibkar statuslu fiziki şəxslər də deyilir.  



Dördüncü fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat ortaqlıüı bir şəxs tərəfindən yaradıla bilməz. Təsər-

rüfat  cəmiyyəti  üçün  bu  cür  imkana  yol  verilir.  Belə  ki,  Mülki  Məcəllədə  nəzərdə  tutulan  hallarda  təsərrüfat 

cəmiyyətini bir şəxs də yarada bilər (MM-in 64-cü maddəsinin 1-ci bəndi). 

Beşinci fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat ortaqlıüında orqanlar sisteminə rast gəlmirik. Belə ki, 

ortaqlıüın işini iştirakçıların özləri aparırlar. Təsərrüfat cəmiyyətində isə xüsusi olaraq orqanlar sistemi (icra-

idarəetmə orqanları) yaradılır və fəaliyyət göstərir. Məsələn, səhmdar cəmiyyətinin icra orqanı kimi idarə heyəti 

— kollegial orqan yaradıla bilər.  



Altıncı fərqli cəhət ondan ibarətdir ki, iştirakçı ortaqlıüın tərkibindən çıxarsa, bunun nəticəsində ortaqlıqda 

bir  iştirakçı  qalarsa,  onda  ortaqlıq  ləğv  edilir.  Bundan  fərqli  olaraq,  iştirakzıların  tərkibinin  dəyişməsi 

cəmiyyətin mövcud olmasına təsir göstərmir.  

Yeddinci fərqli cəhət ondan ibarətdir ki, təsərrüfat cəmiyyətinin yaradılmasının və fəaliyyət göstərməsinin 

ə

sas şərti onu lazımınca kapitallaşdırmaqdan — təsisçilərin nizamnamə kapitalını tamamilə ödəmələrində



ibarətdir. Buna görə də qanun təsərrüfat cəmiyyətinin nizamnamə kapitalını formalaşdırmaq, onu artırmaq və 

azaltmaq kimi məsələlərin tənzimlənməsinə xüsusi diqqət yetirir. Təsərrüfat ortaqlıüının kapitallaşdırılması isə 

qanunla xüsusi olaraq tənzimlənmir.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə