MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə29/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

Səkkizinci  fərqli  cəhət  təsərrüfat  ortaqlıüının  və  cəmiyyətinin  nizamnamə  fondu  ilə  bağlıdır.  Nizamnamə 

fondu onların fəaliyyətinin maddi (əmlak) bazasını yaradır və kreditorların mənafeyinə təminat verir. Miqdarı 

və tərkibi nizamnaməsində göstərilən, iştirakçıları tərəfindən maya kimi qoyulan, pulla qiymətləndirilən və pul 

dəyəri  olan  əmlak  paylarına  təsərrüfat  cəmiyyətinin  və  ortaqlıüının  nizamnamə  fondu  deyilir.  Təsərrüfat 

cəmiyyətlərində nizamnamə fondu nizamnamə kapitalı anlayışı ilə, təsərrüfat ortaqlıqlarında isə şərikli kapi-

tal anlayışı ilə əhatə olunur. Təsərrüfat ortaqlıüının və ya cəmiyyətinin nizamnamə (şərikli) kapitalına maya ki-

mi qoyulan əmlak payları puldan, qiymətli kaüızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul 

dəyəri olan digər hüquqlardan ibarət ola bilər (MM-in 64-cü maddəsinin 8-ci bəndi).  

Təsərrüfat ortaqlıüı və ya cəmiyyəti iştirakçıları əyyən hüquqlara malikdir. Qanun onlara geniş hüquqlar 

verir (MM-in 65-ci maddəsinin 1-ci bəndi). Təsərrüfat ortaqlıüının və ya cəmiyyətinin işlərinin idarə olunma-

sında iştirak etmək, götürülən mənfəətdən müəyyən hissəni almaq, mənfəət bölgösündə iştirak etmək, ortaqlıüın 

və ya cəmiyyətin fəaliyyəti barədə məlumat almaq və onun mühasibat kitabları və digər sənədlərlə tanış olmaq, 

ortaqlıüın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlarla hesablaşmalardan sonra (yəni kreditorların borcları-

nı ödədikdən sonra) əmlakından qalan hissəsini və ya onun dəyərini ala bilmək onların əsas hüquqları sayılır. 

Iştirakçılar qanunda və ya təsərrüfat ortaqlıüının və ya cəmiyyətinin nizamnaməsində nəzərdə tutulan digər hü-



 

190


quqlara da malik ola bilərlər. 

Təsərrüfat ortaqlıüının və  ya cəmiyyətinin iştirakçıları hüquqlara malik olmaqla bərabər, həm də vəzifələ



daşıyırlar. Onların əsas vəzifəsi təsərrüfat ortaqlıüının və ya cəmiyyətinin nizamnamə (şərikli) kapitalına ma-

ya kimi əmlak payı verməkdən ibarətdir. Əmlak payının pulla qiymətləndirilməsi iştirakçıların (təsisçilərin) 

qarşılıqlı razılıüı əsasında həyata keçirilir. Bundan sonra pulla qiymətləndirmə müstəqil ekspert yoxlamasından 

(auditdən) keçirilir (MM-in 64-cü maddəsinin 9-cu bəndi).  

Maya kimi qoyulan əmlak payının miqdarı, verilmə qaydası, üsulları və müddətləri nizamnamə ilə müəyyən-

ləşdirilir. Iştirakçılar əmlak payını nəzərdə tutulan miqdarda və müddətlərdə verməlidirlər. Bu, onların əsas və 

başlıca vəzifəsidir.  

Iştirakçıların özərinə düşən vəzifələrdən biri onların ortaqlıüın və ya cəmiyyətin fəaliyyətinə dair konfiden-

sial (məxfi) xarakterli məlumatları açıqlamamaqdan ibarətdir (MM-in 65-ci maddəsinin 3-cü bəndi). Bun-

lar, hər şeydən əvvəl, kommersiya sirri olub, təsərrüfat ortaqlıüının və cəmiyyətinin istehsalatı, texnoloæi infor-

masiyası, idarəetməsi, maliyyə və digər növ fəaliyyəti ilə bağlıdır. Bunları yaymaq və başqa şəxslərə vermək 

onların fəaliyyətinə xələl gətirə və zərər vura bilər.  

Həm təsərrüfat ortaqlıüı, həm də təsərrüfat cəmiyyəti ümumiləşdirilmiş, cinsi anlayışdır. Bu, o deməkdir ki, 

o, özündə kommersiya təşkilatının bir neçə müstəqil növünü (formasını) birləşdirir. Belə ki, təsərrüfat ortaqlıq-

ları iki formada (növdə) yaradıla bilər:  

 tam ortaqlıq formasında;  



 kommandit ortaqlıq formasında. 

Təsərrüfat cəmiyyətləri isə üç formada (növdə) yaradıla bilər:  

 məhdud məsuliyyətli cəmiyyət formasında;  



 əlavə məsuliyyətli cəmiyyət formasında;  

 səhmdar cəmiyyəti formasında.  



4. Tam ortaqlıq  

Tam  ortaqlıq  təsərrüfat  ortaqlıqlarının  əsas  və  başlıca  formasıdır  (növüdür).  Bu  konstruksiyanı  ölkəmizin 

1964-cü il MM-i (o cümlədən RSFSR-in və digər sovet respublikalarının 1964-1965-ci il məcəllələri) tanımır 

və tənzimləmirdi. Bundan fərqli olaraq, RSFSR-in 1922-ci il MM-i, Azərbaycan SSR-in 1923-cü il MM-i tam 

ortaqlıüın hüquqi vəziyyətini geniş təfsilatı ilə nizama salırdı. Həmin məcəllələrin 298-ci maddəsi onu hüquqi 

şə

xs hesab edirdi.  



90-cı illərdən başlayaraq RF-in qanunvericiliyində ölkədə həyata keçirilən iqtisadi islahatlara uyüun olaraq 

tam ortaqlıq konstruksiyası nəzərdə tutulmaüa başladı. Belə ki, RSFSR-in «Müəssisələr və sahibkarlıq fəaliyyə-

ti haqqında» 25 dekabr 1990-cı il tarixli qanununda tam ortaqlıüın leqal anlayışı formulə edilir, onun hüquqi və-

ziyyəti  müəyyənləşdirilirdi.  Bu  qanuna  görə,  tam  ortaqlıq  hüquqi  şəxs  sayılmırdı.  Bunun  ardınca  ölkəmizin 

«Müəssisələr haqqında» 1 iyul 1994-cü il tarixli qanununun 8-ci maddəsində tam ortaqlıüın yaradılması, idarə 

edilməsi və fəaliyyət prinsipləri müəyyənləşdirilirdi. Burada tam ortaqlıq müstəqil təsərrüfat subyekti olan mü-

ə

ssisələrin təşkilati-hüquqi formalarından biri hesab olunurdu. Qanun onu həm də şərikli müəssisə anlayışı ilə 



ə

hatə edirdi.  

Yeni Mülki Məcəllə ölkəmizdə aparılan iqtisadi islahatları, kommersiya (sahibkarlıq) dövriyyəsinin inkişafı-

nı nəzərə alaraq, tam ortaqlıq hüquqi konstruksiyasını, xarici ölkələrin (Almaniyanın, Fransanın, Ispaniyanın, 

Polşanın, RF-in) qanunvericilik ənənələrinə uyüun olaraq nəzərdə tutur. Bu konstruksiyanın parametrləri bütün 

detalları ilə MM-in 69-81-ci maddələri ilə geniş surətdə tənzim olunur.  

MM-in 69-cu maddəsinin 1-ci bəndi tam ortaqlıüın leqal anlayışını verir. Bu anlayışda onun əsas cəhət və 

xüsusiyyətləri ifadə olunur. 



Tam ortaqlıq dedikdə, təsərrüfat ortaqlıqlarının elə bir forması (növü) başa düşülür ki, onun iştirak-

çıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşüul olur və ortaqlıüın 

öhdəlikləri özrə onlara məxsus olan əmlakla məsuliyyət daşıyırlar. Bu anlayışdan belə məlum olur ki, tam 

ortaqlıq nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnamə onun fəaliyyətinin hüquqi əsasını təşkil edir. Bura-

da ümumi xarakterli məlumatlardan əlavə (bu məlumatlar MM-in 47.2-ci maddəsində göstərilmişdir) ortaqlıüın 

şə

rikli kapitalının miqdarı və tərkibi haqqında, hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyiş-



dirilməsi qaydası haqqında, onların pay (maya) kimi verdikləri əmlakın tərkibi və verilmə qaydası, əmlak payı 

(maya) qoyulması özrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilir (MM-

in 70-ci maddəsi). Nizamnamədə tam ortaqlıq iştirakçısının hüquq və vəzifələri, tam ortaqlıüın mənfəətinin və 

zərərinin bölüşdürülməsi qaydası, iştirakçının tam ortaqlıqdan çıxmasının nəticələri, tam ortaqlıq iştirakçılarının 

tərkibinin dəyişdirilməsi və digər məsələlər barədə şərtlər də nəzərdə tutula bilər. Ümumiyyətlə, burada tam or-

taqlıüın fəaliyyəti ilə bağlı olan, qanunvericiliyə zidd olmayan digər müddəaların da göstərilməsi istisna olun-



 

191


mur.  

Tam ortaqlıüın iştirakçıları tam ortaqlar adlanır. Özü də dərhal qeyd etməliyik ki, tam ortaqlar ən azı iki 

şə

xsdən ibarət olmalıdır. Məlum məsələdir ki, tam ortaq bir şəxsdən ibarət ola bilməz. Bu, tam ortaqlıüın hü-

quqi təbiətindən irəli gəlir.  

Tam ortaq rolunda tam ortaqlıüın yaradılmasında yalnız sahibkarlar çıxış edə bilər. Söhbət fərdi sahibkarlar-

dan (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərdən) və kommersiya təşkilat-

larından gedir. Özü də tam ortaqlıüı yaradan iştirakçılardan birinin fərdi sahibkar, digərinin isə kommersiya təş-

kilatı olması tamamilə mümkündür. Dediklərimizdən belə çıxır ki, qeyri-sahibkarlar, yəni sahibkar statusu 



olmayan şəxslər tam ortaqlıüın iştirakçısı ola bilməzlər.  

Tam ortaqlıq sahibkarlıq fəaliyyəti üçün yaradılır. O, kommersiya təşkilatı olub, ümumi mülki hüquq qabi-

liyyətinə  malikdir.  Sahibkarlıq  fəaliyyəti  tam  ortaqlıüın  —  kommersiya  təşkilatının  (hüquqi  şəxsin)  adından 

onun iştirakçıları (tam ortaqlar) tərəfindən həyata keçirilir. Iştirakçıların (tam ortaqların) sahibkarlıq fəaliyyəti 

hüquqi şəxs kimi tam ortaqlıüın özünün fəaliyyəti hesab edilir.  

Tam ortaqlıüın təşkilati strukturu son dərəcə sadə olub, praktiki olaraq idarəçilik xərcləri tələb etmir. Belə ki, 

tam ortaqlıüın fəaliyyətində və idarə olunmasında bütün iştirakçılar (tam ortaqlar) şəxsən iştirak edirlər. Bu, on-

ların əsas və başlıca vəzifəsidir (MM-in 73-cü maddəsinin 1-ci bəndi). Buna görə də tam ortaqlıüın fəaliyyətini 

və idarə olunmasını həyata keçirmək üçün onun xüsusi orqanlar sisteminin yaradılmasına ehtiyac və zəru-

rət yoxdur. Odur ki, tam ortaqlıüın fəaliyyətinin idarə olunması iştirakçılar tərəfindən, bunun üçün hər hansı 

bir idarəetmə orqanı yaradılmadan həyata keçirilir. Məhz bu səbəbdən biz onların fəaliyyətində ümumi yıüın-

caq, təftiş komissiyası, direktorlar şurası, idarə heyəti, müşahidə şurası və s. orqanlara rast gəlmirik.  

Tam ortaqlıüın fəaliyyətinin idarə olunması bütün iştirakçıların ümumi razılıüı və yekdilliyi prinsipinə 

ə

saslanır. Bu, o deməkdir ki, tam ortaqlıüın fəaliyyəti bütün iştirakçıların ümumi razılıüı ilə idarə edilir (MM-in 



71-ci maddəsinin 1-ci bəndi). Başqa sözlə desək, tam ortaqlıüın fəaliyyətinə aid olan qərarlar yekdilliklə qəbul 

edilir.  

Tam ortaqlıüın fəaliyyəti barədə qərarlar iştirakçıların səs çoxluüu ilə də qəbul edilə bilər. Belə ki, nizamna-

mədə nəzərdə tutulduüu hallarda qərarlar iştirakçıların səs çoxluüu ilə çıxarılır (MM-in 71-ci maddəsinin 1-ci 

bəndi).  

Ümumi qayda belədir ki, tam ortaqlıüın hər bir iştirakçısının bir səsi vardır: bir iştirakçı — bir səs. Bu qayda-

dan bəzi hallarda müəyyən istisnaya yol verilə bilər. Belə ki, tam ortaqlıüın nizamnaməsində iştirakçıların səsləri-

nin sayını müəyyənləşdirməyin və təyin etməyin başqa qaydası nəzərdə tutula bilər. Məsələn, orada iştirakçının 

şə

rikli kapitaldakı əmlak payından (mayadan) asılı olaraq səslərin sayını müəyyənləşdirməyin belə qaydası göstə-



rilə bilər: bir iştirakçı — iki səs. Tam ortaqlıq iştirakçısı tamamilə səsdən məhrum edilə bilməz.  

Iştirakçının hüququ vardır ki, o, tam ortaqlıüın fəaliyyətinin idarə olunması və işlərinin aparılması haqqında 

sənədlərlə tanış olsun. O, tam ortaqlıüın uçot-hesabat sənədləri ilə, o cümlədən kommersiya sənədləri ilə (mü-

qavilələrlə, işgözar yazışmalarla və s.) tanış ola bilər. Axı, o, tam ortaqlıüın ümumi borclarına görə öz şəxsi əm-

lakı ilə məsuliyyət daşıyır. Ona görə də tam iştirakçı bilməlidir ki, ortaqlıüın işləri necə gedir.  

Iştirakçılar tam ortaqlıüın fəaliyyətini idarə etməkdən savayı, həm də onun işlərini aparırlar. Işlərini apar-



maq dedikdə, mülki (əmlak) dövriyyədə tam ortaqlıüın mənafeyinin iştirakçılar tərəfindən təmsil olunması başa 

düşülür. Belə ki, iştirakçılar tam ortaqlıq adından, onun hesabına və onun mənafeyi üçün üçüncü şəxslərlə əqd-

lər  (müqavilələr)  bağlayırlar.  Belə  halda,  yəni  üçüncü  şəxslərlə  əqdlər  (müqavilələr)  bağlanan  zaman  hüquqi 

şə

xs kimi tam ortaqlıq üçün mülki hüquq və vəzifələr yaranır, dəyişir və ya xitam olunur. Bununla nümayəndə-



lik (təsisçilik) münasibətləri yaranır. 

Tam ortaqlıüın üçüncü şəxslərlə nümayəndəlik (təmsilçilik) münasibətləri üç üsulla həyata keçirilir. Birinci 



üsula görə, tam ortaqlıüın hər bir iştirakçısı ortaqlıq adından və onun mənafeyi üçün fəaliyyət göstərir, onun 

işini aparır, daha doürusu üçüncü şəxslərlə əqdlər (müqavilələr) bağlayır. Məsələn, tam ortaqlıüın dörd iştirak-

çısından hər biri hazırladığı məmulatları realizə etmək üçün dörd müxtəlif təşkilatla mal gündərmə (alqı-satqı) 

müqaviləsi bağlayır. Bu cür halda hər bir iştirakçı müqavilə bağlayarkən digər iştirakçıların qabaqcadan razılı-

üını almaüa borclu deyildir. 

kinci üsula görə, bütün iştirakçılar tam ortaqlıüın işlərini birlikdə aparırlar. Bu cür halda üçüncü şəxslərlə 

hər hansı bir əqd bağlanarsa, ortaqlıüın bütün iştirakçılarının qabaqcadan razılıq verməsi tələb edilir (MM-in 

72-ci maddəsinin 2-ci bəndi). Bu üsuldan yalnız o halda istifadə oluna bilər ki, həmin üsul nizamnamədə nəzər-

də tutulsun. 



Üçüncü üsula görətam ortaqlıüın ayrı-ayrı iştirakçılarından biri və ya bir neçəsi tapşırıq əsasında onun iş-

lərini aparır, yəni işlərin aparılması iştirakçılarının birinə və ya bir neçəsinə tapşırılır. Bu cür tapşırıq nizamna-

mədə göstərilir. Belə halda qalan iştirakçıların əqdlərin bağlanmasına qabaqcadan icazə verməsi tələb olunmur. 


 

192


Bu cür halda yerdə qalan iştirakçılar ortaqlıq adından üçüncü şəxslərlə əqdlər bağlaya bilməzlər. Amma onların 

ortaqlıq adından əqdlər bağlamaq imkanı istisna olunmur, bu mümkündür. Bunun üçün həmin iştirakçıların eti-

barnamə almaları gərəkdir. Etibarnaməni isə o iştirakçı (iştirakçılar) verir ki, ona (onlara) tam ortaqlıüın işləri-

nin aparılması tapşırılsın, işləri aparmaq üçün vəkalət verilsin (MM-in 72-ci maddəsinin 3-cü bəndi). Etibarna-

mə lazımi qaydada rəsmiləşdirilməlidir.  

Bəzən tam ortaqlıq iştirakçısı üçüncü şəxslərlə əqd bağladığı hallarda tam ortaqlıq iddia edə bilər ki, onun 

adından bağlanmış əqd nizamnamə özrə səlahiyyətləri məhdudlaşdırılan şəxs (iştirakçı) tərəfindən, yəni tam or-

taqlıq adından fəaliyyət göstərmək hüququ məhdudlaşdırılan iştirakçı tərəfindən bağlanmışdır (məsələn, nizam-

namədə göstərilir ki, tam ortaq üçüncü şəxslərlə qiyməti iki min manatdan yuxarı olan əqd bağlaya bilməz. Bu-

nunla onun səlahiyyəti məhdudlaşdırılır. Lakin buna baxmayaraq, tam ortaq üçüncü şəxslə qiyməti 3 min manat 

olan əqd bağlayır) və buna görə də həmin əqd etibarsız hesab edilməlidir. Tam ortaqlıüın nizamnaməyə istinad 

etməklə və əsaslanmaqla iddia irəli sürməsinə baxmayaraq, üçüncü şəxslərlə bağlanan əqdlər etibarsız sayılma-

yacaqdır. Belə ki, tam ortaqlıüın istənilən iştirakçısının onun adından üçüncü şəxslərlə bağladığı əqd etibarlıdır. 

Bu, ümumi qaydadır. Lakin mülki qanunvericilik bu qaydadan istisnaya yol verir. Belə ki, əgər əqd bağlandığı 

vaxt üçüncü şəxs ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını bilərsə və ya 

bilməli olarsa, onda əqd etibarsız hesab edilə bilər. Bunun üçün həmin halın, yəni üçüncü şəxsin vicdansız ol-

masının sübut edilməsi və təsdiqlənməsi lazımdır. Sübut etmə yükünü tam ortaqlıq çəkir. O, göstərilən halı sü-

buta yetirsə, əqd etibarsız sayılacaqdır (MM-in 72-ci maddəsinin 4-cü bəndi).  

Bəzi hallarda tam ortaqlıüın işlərinin aparılmasının tapışırıldığı şəxs, yəni işlərin aparılması üçün vəkalət al-

mış iştirakçı (bir neçə iştirakçı) işləri lazımınca aparmır, öz vəzifələrini kobudcasına pozur və ya işləri aüılla-

başla aparmaq qabiliyyətinə malik olmurlar. Bu və ya digər ciddi hallar və əsaslar müəyyənləşdirildikdə, ortaq-

lıq iştirakzıları məhkəməyə müraciət edirlər. Məhkəmə iştirakçıya (bir neçə iştirakçıya) verilmiş səlahiyyətlərin 

ləğv edilməsi barədə qərar qəbul edir. Bu qərar əsasında ortaqlıüın nizamnaməsində müvafiq dəyişikliklər edilir 

(MM-in  72-ci  maddəsinin  5-ci  bəndi).  Bu  yolla,  tam  ortaqlıüın  nizamnaməsi  məhkəmə  qaydasında  dəyişilir. 

Məhkəmə  qərarı  qanuni  qüvvəyə  mindiyi  andan  nizamnamədə  dəyişiklik  edilmiş  hesab  edilir.  Bu  dəyişiklik 

dövlət qeydiyyatına alınır. Bu andan isə nizamnamədə edilən dəyişiklik üçüncü şəxslər üçün hüquqi qüvvəyə 

malik olur. Nizamnamədə edilən dəyişikliyin dövlət qeydiyyatına alınana kimi üçüncü şəxslər üçün hüquqi əhə-

miyyət kəsb etməsindən söhbət gedə bilməz.  

Beləliklə, biz müəyyənləşdirdik ki, nizamnamənin şərtlərinə uyüun olaraq tam ortaqlıüın fəaliyyətində işti-

rak etmək, onun işlərini aparmaq (qanuni nümayəndə və ya təmsilçi olmaq) tam ortaqlıq iştirakçısının əsas və 

başlıca vəzifələrindən biri hesab olunur. Amma onun əsas vəzifəsi təkcə bununla kifayətlənmir və bitmir. Tam 

ortaqlıq iştirakçısının digər mühüm və vacib vəzifəsi onun şərikli kapitalına nizamnamədə nəzərdə tutulan 



miqdarda əmlak payı verməkdən (maya qoymaqdan) ibarətdir. Özü də o, bu vəzifəni tam ortaqlıq dövlət 

qeydiyyatına alınana kimi yerinə yetirməyə borcludur (MM-in 73-cü maddəsinin 2-ci bəndi). Həmin vəzifənin 

icra edilməsinin tam ortaqlıüın dövlət qeydiyyatına alınması üçün həlledici əhəmiyyəti vardır. Belə ki, iştirakçı 

bu vəzifəni icra etməzsə, tam ortaqlıq dövlət qeydiyyatına alınmır.  

Tam ortaqlıq iştirakçısının digər əsas vəzifəsi tam ortaqlıq ilə rəqabətdən çəkinməkdən ibarətdir (MM-in 

73-cü maddəsinin 3-cü bəndi). Belə ki, iştirakçı öz adından, öz mənafeyi üçün və ya üçüncü şəxslərin mənafeyi 

üçün ortaqlıüın fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlaya bilməz. Lakin o, bu cür 

ə

qdlər bağlaya bilər. Bunun üçün vacibdir ki, tam ortaqlıq iştirakçısı qalan digər iştirakçıların qabaqcadan razı-



lıüını alsın.  

Tam  ortaqlıq  iştirakçısının  rəqabətdən  çəkinməkdən  ibarət  olan  bu  cür  vəzifəni  yerinə  yetirməməsi  onun 

üçün xoşagəlməz və arzuolunmaz nəticələrə səbəb olur. Belə halda, yəni iştirakçı eyni xarakterli əqdlər bağla-

yarsa, tam ortaqlıq öz istəyi və mülahizəsi ilə mümkün olan iki alternativdən birini seçir (MM-in 73-cü maddə-

sinin 4-cü bəndi):  

 ya iştirakçıdan ortaqlıüa vurulmuş zərərin əvəzini ödəməyi tələb edir;  



 ya iştirakçıdan bu cür əqdlər özrə əldə etdiyi bütün faydanı ortaqlıüa verməyi tələb edir.  

Tam ortaqlıq iştirakçısının özərinə qoyulan vəzifələrdən biri onun başqa hər hansı bir tam ortaqlıqda işti-

rak etməməsindən ibarətdir (MM-in 69-cu maddəsinin 2-ci bəndi). Başqa sözlər desək, tam ortaqlıq iştirakçısı 

(tam ortaq) tam ortaq qismində və rolunda iki və daha artıq müəssisədə çıxış edə bilməz. Onun tam ortaq rolun-

da  yalnız bir müəssisədə iştirak etməsi mümkündür. Tam ortaqlıq iştirakçısı özərinə bu cür vəzifə qoyulması 

tam  ortaqlıüın  kreditorlarının  mənafeyinin  təmin  edilməsinə  yönəlir.  Yeri  gəlmişkən,  bir  sıra  xarici  ölkələrin 

(məsələn, Almaniyanın) qanunvericiliyi tam ortaqlıq iştirakçısına bu cür vəzifə həvalə edilməsini nəzərdə tut-

mur.  


Tam ortaqlıq iştirakçısının daşıdığı əsas vəzifələrdən biri ortaqlıüın öhdəlikləri (borcları) üçün mülki-hü-

 

193


quqi  məsuliyyət  daşımaqdan ibarətdir.  Iştirakçı  tam  ortaqlıüın  öhdəlikləri  (borcları)  özrə  ona  məxsus  olan 

özünün bütün şəxsi əmlakı ilə cavabdehdir. Bu nə deməkdir? Bildiyimiz kimi, kreditorlara ortaqlıüın borcları 

(öhdəlikləri) yarana bilər (məsələn, tam ortaqlıq bankdan kredit ala bilər və ya fəaliyyət göstərmək üçün alqı-

satqı müqaviləsi əsasında başqa təşkilatdan nisyə mal ala bilər və s.). Bu borcların ödənilməsi, bir qayda olaraq, 

tam ortaqlıüın şərikli kapitalı ilə təmin edilir. Şərikli kapital tam ortaqlıüın fəaliyyəti üçün əmlak (maddi) bazası 

olmaqdan savayı, həm də kreditorlara olan borcların ödənilməsi üçün təminat rolunu oynayır.  

Borcunu  almaq  üçün  kreditorlar  əvvəlcə  hüquqi  şəxs  kimi  tam  ortaqlıüa  tələb  irəli  sürürlər.  Bəzi  hallarda 

kreditorlara olan borcların ödənilməsi barədə bu cür tələbləri təmin etmək üçün tam ortaqlıüın nizamnamə kapi-

talı,  ümumiyyətlə,  əmlakı  kifayət  etmir  və  çatışmır.  Belə  halda,  şübhəsiz  ki,  kreditorların  tələblərini  ödəmək 

mümkün deyil. Onda kreditorlar tam ortaqlıq iştirakçılarına (tam ortaqlara) tələblər irəli sürür. Iştirakçılar özlə-

rinin şəxsi əmlakı hesabına bu tələbləri təmin edir. Mülki hüquqda mülki-hüquqi məsuliyyətin bu növünə sub-

sidiar (əlavə) məsuliyyət (latınja «subsidiarius» - ehtiyat, yardımzı) deyilir. Bu məsuliyyətə görə kreditor əv-

vəlcə əsas borcluya — tam ortaqlıüa tələb irəli sürür və əgər bu tələb ödənilməzsə, əlavə məsuliyyət daşıyan 

şə

xsə  —  iştirakçılara  (tam  ortaqlara)  tələb  irəli  sürür.  Deməli,  tam  ortaqlıq  iştirakçılarının  onun  öhdəlikləri 



(borcları) özrə məsuliyyəti subsidiar məsuliyyətdir. Bu məsuliyyət onun əsas və başlıca fərqləndirici cəhətlərin-

dən biridir. Həmin məsuliyyət növü imkan verir ki, tam ortaqlıüın kreditorlara olan borcları tam ortaqlıüın özü-

nün əmlakı (şərikli kapitalı) və əlavə olaraq iştirakçıların (tam ortaqların) əmlakı hesabına ödənilsin. Bu cəhət 

yəni, hüquqi şəxs kimi tam ortaqlıüın özünün əmlakı (şərikli kapitalı) ilə onun iştirakçılarının (tam ortaqların) 

malik olduqları şəxsi əmlakın əlaqəsi tam ortaqlıüı əmtəə dövriyyəsinin etibarlı və inanılmış subyektinə çevirir. 

×ünki  tam  ortaqlıüın  kreditorlarının  tələbləri  nəinki  onun  əmlakı  (şərikli  kapitalı)  ilə,  həmçinin  iştirakçıların 

şə

xsi əmlakı ilə təmin edilir. Buna görə də tam ortaqlıüın bankdan kredit alması xüsusi çətinliklə bağlı olmur, 



kommersiya partnyorları arasında etimad qazanır və s. Məhz bu səbəbdən tam ortaqlıüın şərikli kapitalı barədə 

hər hansı bir xüsusi tələb nəzərdə tutulmur. 

Iştirakçıların şəxsi əmlakı hesabına öz borcunu təmin etmək üçün kreditor öz istəyi və mülahizəsi ilə ya bü-

tün iştirakçıların hamısına birgə, ya da ki istənilən iştirakçıdan hər birinə ayrılıqda tələb irəli sürə bilər. 

Özü də kreditorun borcun həm tam, həm də hissə-hissə ödənilməsini tələb etmək hüququ vardır. Sivilistikada 

mülki-hüquqi məsuliyyətin bu növünə birgə və ya solidar məsuliyyədeyilir (latınca «solidius» — tam, bütöv) 

Deməli, tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri özrə məsuliyyəti həm də birgə (solidar) məsuliyyətdir. Bu 

da  tam  ortaqlıüın  əsas  fərqləndirici  xüsusiyyətlərindən  biridir.  Fikrimizi  yekunlaşdıraraq  qeyd  edə  bilərik  ki, 

tam  ortaqlıq  iştirakçıları  onun  öhdəlikləri  (borcları)  özrə  birgə  subsidiar  məsuliyyət  daşıyırlar  (MM-in  75-ci 

maddəsinin 1-ci bəndi). Bu cür məsuliyyət (qeyri-məhdud şəxsi məsuliyyət) iştirakçılardan birinin hərəkətinə 

görə (məsələn, əqd bağlamasına görə və s.) digər iştirakçının cavab verməsini, özü də bütün şəxsi əmlakı ilə 

cavab verməsini nəzərdə tutur. Buna görə də tam ortaqlıq iştirakçıları arasında qarşılıqlı münasibətlər şəxsi eti-

mada əsaslanan əlaqələrdir.  

Elə hallar olur ki, müvafiq şəxs tam ortaqlıüın təsis edilməsində iştirak etmir, yəni tam ortaqlıüın təsisçisi ol-

mur. Tam ortaqlıq təsis edildikdən sonra, yəni dövlət qeydiyyatına alındıqdan xeyli müddət keçdikdən sonra bu 

şə

xs həmin ortaqlıüa daxil ola bilər. Şübhəsiz ki, bu müddətə kimi tam ortaqlıq mülki hüquq münasibətlərinə 



(məsələn, kredit, borc, nisyə alqı-satqı və digər münasibətlərə) girir və bu münasibətlərdən öhdəliklər (borclar) 

yaranır. Tam ortaqlıüa daxil olmuş yeni iştirakçı bu cür öhdəliklərə, yəni ortaqlıüa daxil olmamışdan əvvəl ya-

ranmış öhdəliklərə görə məsuliyyət daşıyırmı? Bu suala cavab verərək mülki qanunvericilik göstərir ki, yeni iş-

tirakçı bu cür öhdəliklər özrə digər iştirakçılarla bərabər məsuliyyət daşıyır (MM-in 75-ci maddəsinin 2-ci 

bəndi). Yeni iştirakçının məsuliyyəti tam ortaqlıq təsis edildiyi andan əmələ gələn bütün öhdəliklərə şamil edi-

lir.  


Bəzən iştirakçı tam ortaqlıüın tərkibindən çıxır. Belə hal iştirakçının birgə məsuliyyət daşımasına dərhal xi-

tam verilməsinə səbəb olmur. Başqa sözlə desək, iştirakçının tam ortaqlıüın tərkibindən çıxması ilə o, dərhal 

mülki-hüquqi məsuliyyətdən azad olunmur. Əgər belə olsaydı, onda bu hal kreditorların hüquqlarına xələl gəti-

rərdi. Buna görə də mülki qanunvericiliyin müəyyən etdiyi qaydaya görə, ortaqlıqdan çıxmış iştirakçı, çıxma 

anınadək ortaqlıüın əmələ gəlmiş bütün öhdəlikləri özrə yerdə qalan digər iştirakçılarla bərabər məsuliyyət da-

ş

ıyır (MM-in 75-ci maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd etməliyik ki, ortaqlıqdan çıxan iştirakçı ortaqlı-



üın  bütün  fəaliyyət  müddəti  ərzində  yox,  yalnız  iki  il  ərzində  həmin  öhdəliklər  özrə  cavabdehdir.  Bəs  iki  il 

müddəti nə vaxtdan hesablanır? Onun axını hansı müddətdən başlayır? Bildiyimiz kimi, hər il tam ortaqlıüın fə-

aliyyəti barəsində hesabat təsdiq olunur. Hesabat, söz yox ki, iştirakçının ortaqlıqdan çıxdığı il üçün də təsdiqlə-

nir. Iki il müddəti də məhz bu təsdiqetmə günündən hesablanır və başlayır.  

Göstərilən bu qaydanın əmtəə dövriyyəsinin sabitliyi və möhkəmliyi üçün mühüm əhəmiyyəti vardır. Kredi-

tor tam ortaqlıq ilə mülki hüquq münasibətinə (məsələn, kredit münasibətinə və s.) girərkən hesablayır və nə-



 

194


zərdə  tutur  ki,  tam  ortaqlıüın  tərkibi  (iştirakzıları)  müəyyən  müddət  üçün  mövcuddur  və  buna  uyüun  olaraq 

onun tələblərinin təmin olunması üçün real imkan vardır.  

Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri özrə məsuliyyəti barədə normalar imperativ xarakter daşıyır. 

Bu normalar iştirakçıların razılıüı ilə dəyişdirilə və ya xitam oluna bilməz. Əgər onlar bu barədə razılıüa gələ-

rək saziş bağlasalar, onda həmin sazişin hüquqi qüvvəsi olmayacaqdır. O, hüquqi əhəmiyyət kəsb etməyəcəkdir 

(MM-in 75-ci maddəsinin 4-cü bəndi).  

Məhz birgə subsidiar məsuliyyətə görə tam ortaqlıq iştirakçıları tam ortaqlıüın əsl və həqiqi adını gös-


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə