MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   91
§ 1. Mülki hüququn mənbələri anlayışı və növləri 

1. Mülki hüququn mənbəyi anlayışı  

Qeyd  etmək  lazımdır  ki,  mülki  hüququn  sistemi  mahiyyətcə  mülki  hüquq  normalarının  obyektiv  cəhətdən 

müvcud olan qarşılıqlı əlaqəsidir. Belə ki, bu normalar məcmu halında birləşərək mülki hüquq institutlarını (su-

binstitutlarını), mülki hüququn yarımsahələrini və nəhayət, mülki hüquq sahəsinin özünü yaradır. Onlar mülki 



hüquq sisteminin ilkin (birinci) elementi, onun «atomudur». Mülki hüquq normalarını mülki hüquq adlı ma-

teriyanın «canlı hüceyrələri» hesab etsək, yanılmarıq. Onlar dövlət iradəsini ifadə edir və hakimiyyət xarakterli, 

ümumi məcburi davranış qaydaları müəyyənləşdirir. 

Söylədiklərimizdən  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  mülki  hüququn  sistemi  hüquq  normalarından  ibarət 

olub, ondan qurulmuşdur. Bu normalar bilavasitə öz ifadəsini müxtəlif normativ hüquqi aktların, yəni qanunla-

rın, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və s. maddələrində tapır. 

Bax, bu qanunları, fərmanları, bir qayda olaraq, mülki hüququn mənbələri adlandırırlar. Deməli, mülki hüqu-

qun mənbələri hüquq normalarının forma cəhətdən ifadə olunduüu rəsmi dövlət sənədləridir. Bu sənədlərdə mü-

vafiq dövlət orqanları davranış qaydaları müəyyənləşdirir. Həmin qaydalar hüquq normalarında ifadə olunur və 

hüquqi əhəmiyyət kəsb edir.  

Belə  məlum  olur  ki,  mülki  hüququn  mənbələri  mülki  hüququn  özünün  xaricən  ifadə  formalarıdır.  Söhbət 

mülki hüquq normalarının xaricən ifadə formalarından gedir. Bu ifadə formalarının əsas məqsədi və təyinatı hə-

min normalara dövlət-hakimiyyət xarakteri verməkdən ibarətdir. Axı, mülki hüquq normaları dövlət iradəsini 

ifadə etməzsə, onda bu normalar ümumi məcburi qüvvəyə malik ola, hüquqi məna və əhəmiyyət kəsb edə bil-

məz. Bu cür normalardan müvafiq mülki münasibətləri tənzimləmək üçün istifadə etmək olmaz. Ona görə də 

vacib və zəruridir ki, mülki hüquq normaları rəsmi dövlət sənədlərində (qanunlarda, prezidentin fərmanlarında, 

hökumətin  qərarlarında  və  s.)  xaricən  (zahirən)  ifadə  olunsun.  Bu  baxımdan  «mülki  hüququn  mənbələri»  və 

«mülki hüququn formaları» kimi iki anlayış sinonim, eynimənalı anlayışlardır. Belə ki, «mülki hüququn mənbə-

ləri» anlayışı mülki hüquq normalarının xaricən ifadə formalarını bildirmək üçün işlədilən anlayışdır.  «Mülki 

hüququn mənbələri» və ya «mülki hüququn formaları» termininin hansından istifadə edilməsi alimlər arasında 

tez-tez terminoloci mübahisə və diskussiyalara səbəb olur. Alimlərin bir qismi «mülki hüququn mənbələri» ter-

mininə, digərləri isə «mülki hüququn formaları» termininə üstünlük verirlər. Bunların heç bir hüquqi əhəmiyyə-

ti yoxdur. Burada hüququn mənbəyi» anlayışı «hüququn forması» kimi ifadənin sinonimi kimi nəzərdən keçiri-

ləcəkdir. Onlara prinsipial fərq qoyulmayacaqdır. 

«Hüququn mənbələri» terminini müasir sivilistika elmi icad etməmişdir. Onun tarixi kökü çox qədim dövrlə-

rə gedib çıxır. Bu termini hələ Roma hüququ da tanıyırdı. 

Roma  hüququna  dair  çoxsaylı  hüquq  ədəbiyyatında  «hüququn  mənbəyi»  termini  ilə  əsasən  üç  məna  ifadə 

edilməsi  göstərilir.  Birinci  mənada  bu  terminlə  hüquq  normalarının  məzmununun  mənbəyi  ifadə  olunur.  Bu 

normaların məzmununun mənbəyini cəmiyyətin maddi həyat şəraiti, mülkiyyət münasibətləri təşkil edir. 

kinci mənada «hüququn mənbəyi» termini ilə Roma hüququnu öyrədən, onun haqqında məlumat verən mə-

xəzlər anlayışı əhatə olunur. Söhbət Roma hüququ ilə yaxından tanış olmaüa imkan verən hüquqi abidələrdən 

(məsələn, Bizans imperatoru Yustinianın məcəllələşdirməsindən), Roma hüquqşünaslarının əsərlərindən, papi-

ruslardan və s. gedir. Bu cür mənbə növləri Roma hüququnu öyrənməyin qiymətli məxəzləridir. Deməli, ikinci 

mənada «hüququn mənbəyi» termini qaynaq, məxəz mənalarını bildirir. 

Üçüncü mənada «hüququn mənbəyi» termini belə bir suala cavab verilməsini nəzərdə tutur: bu və ya digər 

hüquq norması hansı yollarla əmələ gəlir?; bu normalar hansı formalarda ifadə olunur? Bu baxımdan «hüquq 

mənbəyi» termini hüquq normasının əmələ gəlmə (bu normaları yaratma) formaları və ya hüquq normalarının 

ifadə formaları mənasında işlədilir. Roma hüququna görə adət hüququ, qanun, magistratların ediktləri, hüquqşü-

nasların fəaliyyəti (yurisprudensiya) hüquq yaratmanın formaları – hüququn mənbələri hesab olunurdu. 

Sovet mülki hüquq elmində hüququn mənbəyi əsasən üç mənada işlədilirdi: sosial-iqtisadi mənada; dövlət-

siyasi mənada; xüsusi (hüquqi) mənada. 

Sosial-iqtisadi  mənada  hüququn  mənbəyi  dedikdə,  hüququn  mahiyyətini  müəyyən  edən  sosial-iqtisadi 

faktorların (başlıcası mülkiyyət forması) məcmusu başa düşülür. Dövlət-siyasi mənada hüququn mənbəyi hü-

quq normalarında ifadə olunan dövlət iradəsini bildirir. 

Xüsusi (hüquqi) mənada hüquq mənbəyi dedikdə, dövlət iradəsinin ifadə aktı (forması) başa düşülür. Lakin 

dövlət iradəsini ifadə edən hər bir aktı mülki hüququn mənbəyi hesab etmək olmaz. Bunun üçün üç şərtin olması 

gərəkdir: 


 

17 


 birincisi, dövlət iradəsini ifadə edən aktlar əyyən davranış qaydası (hüquq norması) müəyyənləşdirməli-



dir. Onlar ümumməcburi qüvvəyə malikdir. 

 ikincisi, müvafiq aktı qəbul edən orqanın bu cür akt verməyə səlahiyyəti və ixtiyarı çatmalıdır; 



 üçüncüsü, həmin aktın qəbul edilməsi gedişində qanunla müəyyənləşdirilən qayda (prosedura) gözlə-



nilməlidir. 

Göstərilən üç şərt əsasında qəbul edilən akt dövlət iradəsini ifadə etmiş sayılır. Buna görə də həmin akt 

mülki hüququn mənbəyi kimi tanınır və qəbul edilir. Bu fəsildə söhbət məhz xüsusi (hüquqi) mənada hüqu-

qun mənbəyindən gedəcəkdir. Həmin aspektdən də mülki hüququn mənbələrinə anlayış verə bilərik. 

Beləliklə, mülki hüququn mənbələri dedikdə, dövlət iradəsinin ifadə forması olan elə normativ aktlar 

başa düşülür ki, bu aktlar səlahiyyəti çatan müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutul-

muş prosedurada qəbul edilir və mülki hüquq normaları müəyyənləşdirir. Bu anlayışdan belə təsəvvür ya-

ranır ki, mülki hüququn mənbəyi mülki hüquq norması yaratmaq özrə dövlət fəaliyyətidir. O, mülki hü-

quq normasının ifadə edilməsi və müvcud olması üsuludur. Mahiyyətcə söhbət mülki hüququn xaricən forma-

sından gedir ki, o, dövlət iradəsini ifadə edir. 



2. Mülki hüququn mənbə növləri  

Sivilistika elmində mülki hüququn müxtəlif mənbə növləri fərqləndirilir. Bu mənbə növlərinin və onlar ara-

sında qarşılıqlı münasibətlərin müəyyən edilməsinin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Ona görə 

ki, yalnız hüquq mənbəyində ifadə olunan mülki hüquq norması müvafiq münasibəti nizama salmaq üçün tətbiq 

edilə bilər. Mənbə növü kimi tanınmayan və qəbul edilməyən norma hüquqi (ümumməcburi) əhəmiyyətə malik 

deyil. Bu normaların praktikada tətbiqi hüquqi qüvvə kəsb etmir.  

Hər bir ölkənin mülki hüquq mənbələrini, onların tərkibini və əhəmiyyətinə görə bu tərkiblər arasındakı mü-

nasibəti bilmək mühüm rola malikdir. Ona görə ki, bunlar dünya ölkələrinin mülki hüquq ailələrini (sistemləri-

ni)  bir-birindən  fərləndirməyə  imkan  verən  və  kömək  edən  əsas  amillərdən,  başlıca  komponentlərdən  biridir. 

Məsələn, digər amillərlə birlikdə mənbələrinə görə müəyyən etmək olur ki, bu ölkənin mülki hüququ dünyanın 

hansı hüquq ailəsinə (sisteminə) — roman-german ailəsinəmi, yoxsa ingilis-amerikan ailəsinəmi və yaxud baş-

qa birisinəmi daxildir. Ələlxüsus da dünyanın mülki hüquq ailələrini (sistemlərini) bir-birindən fərqləndirmək 

üçün hüquq mənbələri içərisində normativ aktların, o cümlədən məcəllələşdirilmiş aktların xüsusi çəkisi, məh-

kəmə praktikasının əhəmiyyəti, dini normalar və s. nəzərə alınır və mühüm rol oynayır. Bəzi ölkələrdə parla-

mentin qəbul etdiyi hüquqi aktlar, digər ölkələrdə məhkəmə presedenti və qərarları, bir qrup ölkələrdə hüquqi 

akt qəbul etmək üçün səlahiyyət verilən dövlət idarə orqanlarının normativ aktları, digər ölkələrdə isə dini nor-

malar  hüquq  mənbələri  arasında  üstün  mövqeyə  malik  olub,  digərlərinə  nisbətən  daha  vacib  əhəmiyyət  kəsb 

edir. Ona görə də Azərbaycan Respublikasının mülki hüququnun əsas mənbə növlərini müəyyənləşdirmək la-

zımdır. Bizim ölkədə mülki hüququn hansı mənbə növləri müvcuddur? Bu növlər arasında münasibət necə qu-

rulur? 


Bütün  sivil  və  inkişaf  etmiş  dövlətlərdə  hüququn  müasir  mənbələri  arasında  normativ  hüquqi  aktlar 

aparıcı yer tutur. Mütərəqqi və qabaqcıl xarici hüquq sistemlərində onlar üstün və əsas mənbə növü hesab 

edilir. Bu mənbə növü roman-german hüquq ailəsində və ona yaxın olan hüquq sistemlərində geniş yayılmışdır. 

Normativ aktlar həmin ailədə və sistemlərdə əsas və başlıca rol oynayır. Ingilis-amerikan (ingilis-sakson) hüquq 

ailəsində isə həmin aktlar əsas mənbə növü kimi tanınmır və qəbul edilmir. 

Azərbaycan Respublikasında da normativ aktlar əsas, başlıca və daha mükəmməl mənbə növü hesab edilir. 

O, digər mənbə növlərinə nisbətən üstün mövqeyə malik olmaqla, mühüm rol oynayır. Onların xüsusi çəkisi di-

gərləri ilə münasibətdə daha çoxdur. 

 Bu isə təsadüfi deyildir. Axı, mülki hüququn digər mənbələrindən fərqli olaraq, normativ aktlar ictimai inki-

ş

afın dəyişən dinamik tələbatını daha tam və operativ surətdə nəzərə almaq, əks etdirmək iqtidarındadır. Onlar 



mülki-hüquqi tənzimetmənin səmərəliliyini və sabitliyini təmin etmək imkanında olan mənbə növüdür. Norma-

tiv aktlar müxtəlif münasibətləri mərkəzləşdirilmiş qaydada nizama salmaq, ictimai inkişafın dəyişməsinə cəld 

və tez cavab vermək, özündə təsbit olunan hüquqi göstərişləri dəqiq, sadə və anlaşılan tərzdə ifadə etmək qabi-

liyyətinə və xüsusiyyətinə malikdir. Bu aktların yazılı sənəd formasında müvcudluüu onların məzmunu ilə əha-

linin bilavasitə və operativ surətdə tanış olmasına imkan verir.  

Bundan əlavə, normativ aktlar bütün dövlət miqyasında məhkəmə və ya inzibati praktikanın vahidliyini 



təmin edir. Belə ki, qanunverici, yəni dövlət hakimiyyət orqanı ictimai münasibəti dərk edərək, sosial praktika-

nı ümumiləşdirir, təkrar olunan halları tipləşdirir (tiplərə ayırır). Sonra isə o, vətəndaş və hüquqi şəxslər üçün 

hüquq və vəzifələrin ümumi modelini müəyyən etmək və yaratmaq üçün normativ aktlar qəbul edir. Məhkəmə 

və dövlət icra hakimiyyəti orqanları konkret məhkəmə və inzibati məsələlərin həlli zamanı həmin normativ akt-

larda nəzərdə tutulan hüquq normalarını tətbiq edirlər. 


 

18 


Normativ  hüquqi  akt  dedikdə,  səlahiyyətli  dövlət  orqanı  tərəfindən  qəbul  edilmiş,  göstərişləri  ümumi 

məcburi xarakter daşıyan, hüquq normaları müəyyən edən, dəyişdirən və ya xitam edən, dəfələrlə tətbiq olun-

maq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd başa düşülür. Bu aktlarda hüquqi qayda (norma) formulə edilir 

ki, onlar hüququn əsas mənbəyi kimi çıxış edir. Mülki hüquq sahəsində normativ hüquqi aktlar ənənəvi olaraq 



mülki qanunvericilik kateqoriyası ilə əhatə edilir. Belə ki, özündə mülki hüquq normaları ifadə edən norma-

tiv hüquqi aktlar məcmu halında birləşərək mülki qanunvericiliyi yaradır.  

Mülki qanunvericilik həm məhdud, həm də geniş mənada işlədilir. Məhdud mənada mülki qanunvericilik 

dedikdə, yalnız qanunlar başa düşülür. Geniş mənada mülki qanunvericilik aktları isə odur ki, onlar özlərin-

də bütün normativ hüquqi aktları – həm qanunları, həm də qanun qüvvəli aktları məcmu halında birləşdirir. Bu 

fəsildə biz «mülki qanunvericilik» kateqoriyasından geniş mənada istifadə edəcəyik. 

Azərbaycan Respublikasının mülki hüququnun mənbə növlərindən biri beynəlxalq hüququn hamılıqla qə-



bul edilmiş (ümumtanınmış) prinsipləri və normalarıdır. Yaşadığımız məmləkətin əsas məqsədlərindən biri 

dünya dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaqdan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək-

dən ibarətdir. O, digər dövlətlərlə siyasi-iqtisadi, mədəni və s. münasibətləri beynəlxalq hüququnun hamılıqla 

qəbul edilmiş prinsipləri əsasında qurur. Bu prinsiplər ölkəmizin milli qanunvericiliyində nəzərə alınır. Xüsusən 

dövlətlərin suveren bərabərliyi, dövlətlərin əməkdaşlıüı, qarşılıqlı fayda və s. prinsiplər mühüm əhəmiyyət kəsb 

edir. Beynəlxalq hüququn bu və ya digər prinsipi BMT-nin Nizamnaməsində və nisbətən geniş surətdə Beynəl-

xalq hüququn prinsipləri haqqında Deklarasiyada (1970) formulə edilmişdir. BMT Beynəlxalq Məhkəmə Statu-

tunun 38-ci maddəsində göstərilir ki, məhkəmələr «sivil millətlər tərəfindən tanınan hüququn ümumi prinsiplə-

ri»ni  hüququn  mənbəyi  kimi  tətbiq  edə  bilərlər.  Almaniya  hüquqşünası Q.Fişer  göstərir  ki,  başqa  dövlətlərin 

hüquq  subyektləri  ilə  dövlətin  bağladığı  müqavilədə  onlar  arasında  mübahisə  yaranacaüı  təqdirdə  beynəlxalq 

hüququn prinsiplərinin tətbiq edilməsi nəzərdə tutula bilər.  

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  (dövlətlərarası)  müqavilələr  mülki  hüququn 

mənbə növlərindən biri kimi qəbul edilir və tanınır. Müasir dünya təsərrüfatının obyektiv surətdə beynəlmiləl-

ləşdirilməsi prosesi gedir. Bu, dövlətlərarası çoxtərəfli iqtisadi münasibətlərin yeni səviyyədə qurulmasını tələb 

edir. Bundan əlavə, Azərbaycan Respublikasında iqtisadiyyat bazar münasibətləri əsasında inkişaf edir, təsərrü-

fat münasibətləri bazar prinsipləri və qaydaları özərində qurulur. Bunlar ölkəmizin dünya təsərrüfat sistemi ilə 

inteqrasiya proseslərinin güclənməsini tələb edir. Bu cür şəraitdə isə dövlətlərarası münasibətlərin hüquqi rəs-

miləşdirmə vasitəsi kimi beynəlxalq müqavilələrin rolu artır. Həmin sənədlərin beynəlxalq iqtisadi münasibətlər 

reæimi müəyyən etməkdə əhəmiyyəti böyükdür. 

Azərbaycan Respublikası xarici dövlətlərlə müxtəlif xarakterli və məzmunlu müqavilələr bağlayır. Bu müqa-

vilələr ölkəmizin qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onlar mülki hüququn mənbəyi rolun-

da çıxış edir. Həmin sənədlər mənbə növü kimi nəzərə alınır. 

Müasir əmlak (mülki) dövriyyəsində hüququn mənbəyi kimi adətlərin rolu artır. Adətlər sosial normaların 

ə

n  qədim  növlərindən  biridir.  Dövlətəqədərki  cəmiyyətdə,  yəni  icma  quruluşu  şəraitində  münasibətlər  əsasən 



onların vasitəsi ilə tənzimlənirdi. 

Sosialist dövlətlərində hüququn mənbəyi kimi adətlərdən bəzi hallarda istifadə edilirdi. Sovet mülki hüququ 

onları hüququn mənbəyi kimi qəbul etmirdi və tanımırdı. Onlar hüququn mənbəyi kimi, demək olar ki, hər han-

sı rola malik deyildi. Lakin adətlər öz rolunu bütünlüklə itirməmişdi. Sovet mülki qanunvericiliyi bəzi məqam-

larda adətlərə əhəmiyyət verir və onları nəzərə alırdı. Məsələn, Azərbaycan Respublikasının köhnə 1964-cü il 

MM-in 160-cı maddəsində göstərilirdi ki, qanunda, plan aktında, yaxud müqavilədə sair hal nəzərdə tutulmaz-

sa, öhdəlik adi tələblərə uyüun olaraq icra edilməlidir. «Adi tələblər» mahiyyətcə, hüquqi adətləri ifadə edirdi.  

Müasir  dövrdə  komanda  (sovet)  iqtisadiyyatından  bazar  iqtisadiyyatına  keçilməsi  və  əmlak  dövriyyəsinin 

canlanması adətlərin rolunu yenidən artırmışdır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının mülki hüququ 

adətlərə hüququn mənbə növlərindən biri kimi əhəmiyyət verir. Mülki qanunvericilik bir çox hallarda münasi-

bətlərin adətlərlə tənzimlənməsi və nizama salınması barədə göstəriş ifadə edir.  

Beləliklə, əmlak dövriyyəsində tətbiq edilən adətlər mülki hüququn mənbə növlərindən biridir. Bu, həm ro-

man-german,  həm  də  ingilis-amerikan  hüquq  ailəsi  ənənələrinə  uyüundur.  Belə  ki,  həmin  ailələr  (sistemlər) 

adətləri hüququn mənbəyi hesab edir. 

Hüquqi presedent (latınca praecedentis - əvvəlki, qabaqcadan gələn) müasir dünyada hüququn nisbətən geniş 

yayılmış mənbə növlərindən biridir. Hüquqi presedent dedikdə, dövlətin ümumi məcburi qüvvə və əhəmiyyət 

verdiyi dövlət orqanlarının elə qərarları başa düşülür ki, bu qərarlar sonrakı konkret analoci işlərə baxılması za-

manı nümunə (qayda) kimi tətbiq olunur. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, konkret iş özrə dövlət orqa-

nının  əvvəllər  çıxardığı  qərar  sonradan  analoci  (oxşar)  işlər  həll  edilərkən  hüquq  norması  qüvvəsinə  (ümumi 

məcburi qüvvəyə) malik olur. Hüquqi presedentin köməyi ilə hər hansı bir analoci (oxşar) fakt və ya hal təsdiq 



 

19 


oluna və ya izah edilə bilər.  

Hüquqi presedent qədim Roma hüququna da məlum idi. Belə ki, qədim Romada oxşar işlərə baxıldıqda pre-

torların və digər magistrlərin qərarları məcburi sayılırdı. Roma hüququnun bir çox institutları presedent əsasın-

da yaranmışdır. 

Hüquqi presedentin iki növü fərqləndirilir: məhkəmə presedenti; inzibati presedent. Məhkəmə presedenti 

odur ki, o, konkret iş özrə məhkəmə orqanının əvvəllər çıxardığı qərarın sonrakı oxşar (analoci) işlərin həlli za-

manı  tətbiq  edilməsini  nəzərdə  tutur.  Inzibati  presedentin  mahiyyəti  isə  ondan  ibarətdir  ki,  konkret  iş  özrə 

dövlət  inzibati  orqanının  əvvəllər  çıxardığı  qərar  sonradan  oxşar  işlərin  həlli  zamanı  məcburi  hüquq  norması 

qüvvəsinə malik olur.  

Hüquqi presedent ingilis-amerikan hüquq ailəsində hüququn əsas və başlıca mənbəyi hesab edilir. Hüququn 

mənbəyi kimi o, Büyük Britaniya, ABŞ, Kanada və Avstraliya hüququnda nisbətən daha geniş yayılmışdır. Bu 

ölkələrin hüquq sistemində hüquqi presedent qanunvericilik aktı qüvvəsinə malikdir. Presedent hüququnun və-

təni Büyük Britaniyadır. 

Hazırkı dövrdə Büyük Britaniya məhkəmələri hüquq normaları yaradır. Məhkəmə qərarlarında müəyyən edi-

lən qaydalar, məcburi xarakterli normalar kimi sonralar da tətbiq edilir. Beləliklə, hüquqi presedent ingilis-ame-

rikan hüquq ailəsində qanunlara nisbətən əsas, başlıca və həlledici hüquq mənbəyi kimi dəstəklənir, qəbul edilir 

və tanınır.  

Sovet hüquq elmi hüquq presedentini hüququn mənbəyi kimi qəbul etməmişdi. Rəsmi sovet doktrinası belə 

hesab etmişdir ki, presedent hüququn mükəmməl mənbəyi ola bilməz və onun əsas rolu təfsir prosesində hüquq 

normalarını konkretləşdirməkdən, qanunun mənasını izah etməkdən ibarətdir. 

Roman-german (kontinental) hüquq ailəsində hüququn mənbəyi kimi presedentin statusu qeyri-müəyyən və 

daxilən ziddiyyətlidir. Belə ki, bu ailəyə daxil olan bir qrup ölkələrdə presedent hüququn mənbəyi kimi tanınır 

və ondan geniş surətdə istifadə edilir, digər qrup ölkələrdə isə presedent hüququn mənbəyi sayılmır və olduqca 

məhdud dairədə tətbiq olunur. Məsələn, Ispaniyada məhkəmə presedentinin hüquq norması yaratmaq rolu rəsmi 

surətdə tanınır. Isveçrədə presedent hüququn mənbəyi kimi rəsmən tanınır və qanunvericilik qaydasında təsdiq-

lənir. Almaniya, Danimarka, Italiya, Norveç, Finlandiya, Isveç, Hollandiya, Yunanıstan və digər roman-german 

hüququ ölkələrində presedent hüququn mənbəyi kimi qanunvericilik qaydasında təsdiqlənmir və təmin edilmir, 

yəni formal olaraq tanınmır, lakin faktiki cəhətdən müvcud olub tətbiq edilir. 



Azərbaycan Respublikasının mülki hüququ presedenti hüququn mənbəyi hesab etmir və tanımır. Bi-

zim  ölkə  hüququnda  presedent  hüququ  müvcud  deyil.  O,  mənbə  kimi  nə  qanunvericilik  qaydasında  rəsmən 

möhkəmləndirilir, nə təmin olunur, nə formal olaraq tanınır, nə də ki faktiki olaraq tətbiq edilir. Məhkəmə pre-

sedentindən – konkret iş özrə qəbul edilən qərardan buna oxşar işlərin həlli zamanı məcburi xarakterli hüquq 

norması kimi istifadə olunmur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu cür qərar yalnız həmin 

işdə  iştirak  edən  şəxslər  üçün  məcburidir.  Bu  cür  qərar  həmin  işə  oxşar  (analoci)  olan  işlərə  baxan  hakimlər 

üçün məcburi qüvvəyə malik deyil.  

Məhkəmə presedentini məhkəmə təcrübəsindən fərqləndirmək lazımdır. Bu iki anlayış identik (eyni mənalı) və 

sinonim deyil. Lakin bir çox tədqiqat işlərində onlar identik və bir-birini qarşılıqlı surətdə əvəz edən anlayışlar ki-

mi işlədilir. 

Məhkəmə praktikası məhkəmələr tərəfindən müəyyən dərəcədə hamılıqla qəbul edilən və məcburi olan qay-

da, prinsip, göstəriş formasında ümumi hüquqi müddəalar formulə edilməsidir

Məhkəmə presedenti isə məhkəmə fəaliyyətinin nəticəsidir, yəni məhkəmə fəaliyyətinin işləyib hazırladığı 

ümumi prinsiplərin özüdürMəhkəmə təcrübəsi dedikdə, məhkəmənin eyni kateqoriya işlər özrə dəfələrlə 

bir (eyni) cür qaydada qərar  çıxarması başa düşülür. Məhkəmə presedenti isə,  yuxarıda qeyd  etdiyimiz kimi, 

məhkəmənin konkret iş özrə çıxardığı qərardır. Azərbaycan Respublikasının mülki hüququ məhkəmə pre-

sedenti kimi məhkəmə təcrübəsini (praktikasını) də hüququn mənbəyi hesab etmir

Yaranmış məhkəmə təcrübəsi eyni kateqoriya işlərə baxan məhkəmələr üçün məcburi qüvvəyə malik deyil. 

Hakim məhkəmə təcrübəsindən fərqli qərar da qəbul edə bilər. Məsələn, onun ixtiyarı çatır ki, yaranmış məhkə-

mə təcrübəsi qanuna zidd olduüu hallarda, başqa qərar çıxartsın. Yaranmış məhkəmə təcrübəsinin mülki hüqu-

qun mənbəyi olmamasına baxmayaraq, o, böyük əhəmiyyətə və rola malikdir. Məhkəmə təcrübəsi cəmiyyətdə 

hüquq qaydasının və qanunçuluüun təmin edilməsinə xidmət edir. Məhz onun köməkliyi və vasitəsi ilə mülki 

hüquq normaları bir (eyni) cür qaydada başa düşülür və tətbiq edilir.  

Mülki hüquq elmini Azərbaycan Respublikasının mülki hüququ mənbə növü kimi qəbul etmir. Xaric-

də mülki hüquq elmini mülki hüquq doktrinası və ya sivilistika doktrinası adlandırmaq dəb və adət halını al-

mışdır. Sivilistika doktrinası hüquq elmlərinin bir sahəsi olub, mülki hüquq hadisələri (hüquq normaları, mülki 

hüquq münasibətləri, hüquqi faktlar, mülki hüquqla tənzimlənən ictimai münasibətlər və s.) haqqında anlayışla-



 

20 


rın, müddəaların və nəticələrin – biliklərin sistemidir. Bu cür biliklər hüquq normalarının (mülki qanunvericili-

yin) doktrinal (elmi) təfsiri (izahı) nəticəsində yaranır. Doktrinal (elmi) təfsir qeyri-rəsmi təfsirin mühüm nö-

vüdür. Bu cür təfsir sivilist alimlər, praktiki işçilər (hüquqşünaslar), xüsusi elmi tədqiqat müəssisələri tərəfindən 

mülki qanunvericiliyə verilən şərhlərdə, elmi əsərlərdə, monoqrafiyalarda, dərsliklərdə, dərs vəsaitlərində, mü-

hazirə kurslarında, məqalələrdə, mühazirə və çıxışlarda əmələ gəlir.  

Qədim Romada hüquqşünaslarının fəaliyyəti hüququn mənbəyi hesab olunurdu. Qanunları şərh etməklə Ro-

ma hüquqşünasları ayrı-ayrı normalara müəyyən məna verirdilər. Bu cür fəaliyyətlə onlar həqiqətən faktiki ola-

raq məcburi qüvvəyə malik olan hüquq norması yaradırdılar. Qədim Roma hüquqşünaslarının fəaliyyətinin əsl 

məqsədi qüvvədə olan hüquq normalarının tətbiqinə kömək etməkdən ibarət idi. Həmin fəaliyyət əslində hüquq 

yaradıcılıüının müstəqil forması sayılırdı. Roma hüquqşünaslarının hüquq norması yaratmaq özrə fəaliyyəti for-

mal cəhətdən də etiraf edildi. Beləliklə, qədim Romada mahir hüquq bilicilərinin yaradıcı fəaliyyəti (responsa 

prudentium) normativ, hüquqyaradıcı xarakterə malik olub, məcburi davranış qaydası müəyyən edirdi və bu-

nunla hüququn mənbə növü rolunu oynayırdı.  

Roman-german hüquq ailəsində doktrina hüququn mənbə növlərindən biri hesab edilir. Presedent kimi dokt-

rina da hüququn formal mənbəyi kimi tanınmır. O, faktiki və real olaraq müvcud olan hüquq mənbəyi kimi qə-

bul edilir. Ingilis-amerikan hüquq ailəsində də hüquq doktrinası hüququn mənbəyi kimi mühüm rol oynayır. 

Beləliklə, sivilistika doktrinası bizim ölkədə mülki hüququn mənbəyi hesab edilmir. Onun məcburi qüv-

vəsi  yoxdur.  O,  ümumməcburi  davranış  qaydası  müəyyən  etmir.  Lakin  onun  verdiyi  biliklər  qanunun,  digər 

normativ aktların mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir. Hüquq normalarının təcrübədə 

dəqiq və dözgün tətbiq edilməsində mülki hüquq doktrinasının müəyyən etdiyi hüquqi konsepsiyalar və müddə-

alar böyük əhəmiyyətə malik olur. Sivilist fikir çox vaxt müşkül, çətin və qəliz işlərin dözgün həll edilməsində 

təcrübi işçilərin və hüquqtətbiqetmə orqanlarının köməyinə gəlir. 

Ə

qdlərin  bir  növü  olan  mülki-hüquqi  müqavilələri  (məsələn,  müxtəlif  cür  təsis  müqavilələrini  və  s.) 

Azərbaycan Respublikasının hüquq doktrinası mənbə növü kimi qəbul etmir və tanımır. Ona görə ki, hə-

min müqavilələr ümumməcburi davranış qaydaları (hüquq norması) müəyyən  etməyərək, fərdi-birdəfəlik və 



lokal xarakterə malikdir. Mülki-hüquqi müqavilələr dedikdə, iki və ya daha çox tərəfin mülki hüquq və vəzi-

fələrinin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş sazişi başa düşülür. Onlar iqtisadi mü-

badilə münasibətlərinin hüquqi formasıdır. Bazar təsərrüfatı şəraitində müqavilə hüquqi konstruksiyası iqtisadi 

ə

laqələri nizama salmaüın ən əsas üsullarından biridir. O, təsərrüfat fəaliyyətini təşkil etməyin nisbətən daha sə-



mərəli vasitəsidir. Müqavilə, onu bağlayan tərəflər üçün hüquq və vəzifələr müəyyən edir, həmin tərəflər ara-

sındakı qarşılıqlı münasibətləri tənzimləyir. O, hər iki tərəf üçün ümumi məcburi hüquqi qüvvəyə malikdir. Tə-

sadüfi deyildir ki, Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsi qanuni əsaslarla bağlanmış mü-

qaviləni (sazişi) onu bağlayanlar üçün qanun hesab edir. Beləliklə, müqavilələr mülki hüququn mənbəyi olmasa 

da, o, tərəflərin qarşılıqlı münasibətlərini təşkil etməyin ən effektli üsulu kimi çıxış edir.  

Ə

qdlərin növü kimi müqavilələrdən fərqli olaraq, normativ məzmunlu (normativ) müqavilələr hüququn 



mənbə növlərindən biri hesab edilir. Bu cür müqavilələr ümumi xarakterli məcburi davranış qaydası (hüquq 

norması) müəyyən edir. Normativ müqavilələr konstitusiya, əmək, mülki və beynəlxalq hüquq sahələrində get-

dikcə daha geniş surətdə yayılmaqdadır. Onlara misal olaraq RF-in subyektləri ilə federal hakimiyyət arasında 

bağlanan Federativ müqaviləni (o, konstitusiya hüququnun mənbəyidir), müəssisələrdə bağlanan kollektiv mü-

qaviləni (o, əmək hüququnun mənbəyidir), beynəlxalq müqaviləni (o, mülki hüququn, beynəlxalq ümumi və ya 

beynəlxalq xüsusi hüququn mənbəyi ola bilər) göstərmək olar.  



Fərdi  aktlar  mülki  hüququn  mənbə  növü  kimi  qəbul  edilmir.  Bu  aktlar  nisbətən  tipik,  kütləvi,  sosial 

cəhətdən əhəmiyyətli münasibətləri yox, yalnız konkret münasibətləri tənzimləyir. Onlar ümumməcburi davra-

nış  qaydaları  (hüquq  normaları)  müəyyən  etmir.  Həmin  aktlar  yalnız  onu  bağlayan  tərəflər  üçün  məcburidir. 

Fərdi aktlara lokal aktlar da deyilir. Bu cür aktlara müxtəlif cür hüquqi şəxslərin (məsələn, səhmdar cəmiyyətlə-

rinin,  istehsal  kooperativlərinin,  məhdud  məsuliyyətli  müəssisələrin  və  s.)  nizamnamələrini  misal  göstərmək 

olar. Onlar konkret qarşılıqlı münasibətləri tənzimləsə də, mülki hüququn mənbə növü kimi çıxış etmir. Fərdi 

hüquqi aktlar konkret hüquq subyektlərinə aid olur. Onlar birdəfəlik tətbiq olunmaq üçün nəzərdə tutulur, mü-

ə

yyən şəxslərə şamil olunur. Bu cür aktlar konkret hüquq və ya vəzifənin realizə edilməsi ilə öz qüvvəsini itirir. 



Hüquq normalarından fərqli olaraq fərdi aktlar konkret şəxslərə və konkret həyati hallara aid olur. Məsələn, və-

təndaş öz qonşusuna borc müqaviləsi əsasında borc pul verir. Müddət başa çatdıqda qonşu borcu qaytarmır. Və-

təndaş məhkəməyə müraciət edir. Məhkəmə borcun məcburi surətdə qaytarılması barədə qərar qəbul edir. Bu 

fərdi akt olub, hüququn mənbəyi sayılmır.  

Beləliklə,  apardığımız  araşdırmalar,  gəldiyimiz  nəticələr  Azərbaycan  Respublikasının  mülki  hüququnun 

mənbə növlərini dəqiq olaraq müəyyən etməyə imkan verir. Onlara aiddir:  



 

21 


 normativ hüquqi aktlar (mülki qanunvericilik); 

 əmlak dövriyyə adətləri; 



 beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri; 

 beynəlxalq dövlətlərarası müqavilələr (konvensiyalar).  



3. Mülki qanunvericiliyin anlayışı və xüsusiyyətləri  

Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca mənbə növü normativ hüquqi aktlardır. Bu, 

roman-german hüquq ailəsi ənənələrinə uyüundur. Normativ hüquqi aktlar (enacted law) bu ailə ölkələrində hü-

ququn ilkin və birinci dərəcəli mənbə növü hesab edilir. Qərb hüquq ədəbiyyatında çox vaxt onları yazılı aktlar 

və ya formal aktlar və yaxud sözün geniş mənasında qanunlar (qanunvericilik orqanı tərəfindən qəbul edilən 

qanunlar, reqlament aktları, ordonanslar, hökumət dekretləri, prezident dekretləri və s.), yazılı hüquq (dövlətin 

qanunvericilik aktlarında formulə edilən hüquq qaydaları və normaları) adlandırırlar. 

Normativ hüquqi aktlar ingilis-amerikan hüquq ailəsi ölkələrində də geniş surətdə inkişaf edir. Bu ölkələrdə 

presedentlərdən sonra əsas yeri qanunlar və digər normativ aktlar tutur. Onların məcmusuna «Statute law», yəni 

statut hüququ (latınca statuo - qərara alıram) deyilir. Normativ aktlar Roma hüququnda hüququn mənbəyi hesab 

olunurdu. Yustinianın institusiyalarında o, yazılı hüquq (ius scriptum) adı altında nəzərdə tutulmuşdu. 

Azərbaycan Respublikasının mülki hüququnun mənbə növü rolunda çıxış edən normativ hüquqi aktlar mülki 

qanunvericilik kateqoriyası ilə əhatə olunur. Mülki qanunvericilik dedikdə, səlahiyyətli dövlət orqanı tərə-

findən qəbul edilən, mülki hüquq normaları yaradan, dəyişdirən, yaxud da ki ləğv edən bütün normativ 

hüquqi aktların məcmusu başa düşülür. O, mülki hüququn bütün mənbə növlərini yox, onun yalnız normativ 

hüquqi aktlar adlı növünü – hissəsini özündə birləşdirir. Bu, o deməkdir ki, mülki hüququn adətlər, beynəlxalq 

müqavilələr  kimi  növləri  mülki  qanunvericilik  kateqoriyasına  şamil  edilmir.  Bu,  mülki  qanunvericiliyi  mülki 

hüquqdan fərqləndirməyə imkan verən xüsusiyyətlərdən biridir.  

Ə

gər mülki hüquq sahəsi hüquq normalarının sistemi və birləşməsidirsə,  mülki qanunvericilik normativ 



hüquqi aktların məcmusudur. O normativ aktların ki, mülki hüquq normaları həmin aktlarda öz rəsmi ifadə-

sini tapır. Ədəbiyyatda «mülki hüquq» termininin bəzən «normativ aktların sistemi kimi mülki qanunvericilik» 

mənasını bildirməsi fikri irəli sürülür. Lakin hüquq sahəsi olan mülki hüquq və mülki qanunvericilik kimi iki 

məsələ identik (eynimənalı) və sinonim anlayışlar deyildir. Bunları bir-birindən fərqləndirmək lazımdır. 

Mülki  qanunvericiliyi  mülki  hüquq  sahəsindən  fərqləndirən  əsas  və  başlıca  cəhət  ondan  ibarətdir  ki,  o, 

kompleks və qarışıq xarakterə malikdir. Bu, o deməkdir ki, mülki qanunvericiliyə daxil olan bir çox norma-

tiv aktlar özündə eyni zamanda həm də müxtəlif hüquq sahələrinin (məsələn, konstitusiya hüququnun, inzibati 

hüququn, maliyyə hüququnun, ekologiya hüququnun və s.) normalarını əks etdirir. Məsələn, «Sahibkarlıq fəa-

liyyəti haqqında», «Sığorta haqqında», «Banklar və bank fəaliyyəti haqqında» və digər normativ aktlarda mülki 

hüquq normalarından əlavə, konstitusiya, inzibati, maliyyə və s. hüquq normalarına da rast gəlmək olar. Demə-

li,  hər  hansı  bir  normativ  aktda  öz  hüquqi  təbiətinə  görə  bir-birindən  fərqlənən  mülki,  cinayət,  konstitusiya, 

ekologiya və digər hüquq normaları müvcud ola bilər. Ona görə də eyni bir akt həm mülki qanunvericiliyə, həm 

maliyyə qanunvericiliyinə, həm inzibati qanunvericiliyə və s. daxil ola bilər. Bu isə təsadüfi deyildir. Axı, nor-

mativ hüquqi akt qəbul edərkən, səlahiyyətli dövlət orqanını maraqlandıran əsas cəhət müəyyən etdiyi ümum-

məcburi davranış qaydasının (hüquq normasının) hüquqi təbiəti yox, onun mahiyyətidir. Belə təsəvvür yaranır 

ki, mülki qanunvericiliyə həm mülki-hüquqi yönümlü, həm də qeyri-mülki hüquqi yönümlü normativ aktlar da-

xildir. Bu isə onu göstərir ki, mülki qanunvericilik, yuxarıda qeyd etdiyimiz kimi, kompleks (qarışıq) xarakterə 

malikdir. Həmin sözləri hüquq sahəsi kimi mülki hüquq haqqında demək olmaz. Belə ki, mülki hüquq sahəsi-

nin, ümumiyyətlə, hər hansı bir hüquq sahəsinin kompleks təbiətli olmasından danışmaq qeyri-rasional 

fikir yürütmək deməkdir

Göründüyü kimi, mülki qanunvericiliyə daxil olan eyni bir normativ akt öz məzmununa görə müxtəlif olan 

ictimai münasibətləri (maliyyə, inzibati, əmək və digər münasibətləri) də tənzimləyə bilər. Bu, onunla izah olu-

nur ki, eyni bir normativ aktla bir ictimai münasibəti deyil, bütöv münasibətlər qrupunu tənzimləmək lazım gə-

lir. Ona görə də bu normativ aktların vahid hüquqi nizamasalma predmeti və metodu yoxdur. Mülki hü-

quq sahəsi isə eyni növlü ictimai münasibətləri nizama salır. Onun vahid nizamasalma predmeti və metodu 

vardır.  Mülki  hüquq  sahəsinin  ibarət  olduüu  hüquq  normaları  müxtəlif  ictimai  münasibətləri  yox,  eyni  növ, 

həmcins münasibətləri nizama salır. Mülki hüquq sahəsi ilə mülki qanunvericilik arasındakı nisbət fəlsəfi kate-

qoriyalar olan məzmun və forma kimidir. Əgər mülki hüquq sahəsi məzmundursa, onda mülki qanunvericilik 

onun formasıdır. Mülki qanunvericilik mülki hüququn xaricən müvcud olma, təzahür etmə, ifadə olunma for-

masıdır.  

Mülki qanunvericiliyin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onda nəzərdə tutulan dispozitiv normaların 

xüsusi çəkisi imperativ normalardan çoxdur. Dispozitiv normalar odur ki, bu normalar subyektlərə mümkün 


 

22 


olan davranış variantlarından birini seçmək, aralarındakı münasibətləri qanuni vasitələr çərçivəsində öz istədik-

ləri kimi tənzimləmək şansı verir. Bu normalar mülki hüquq subyektlərinə imkan verir ki, onlar hüquq norma-

sında nəzərdə tutulmuş davranış alternativini özləri seçsinlər, aralarındakı qarşılıqlı hüquq və vəzifələr haqqın-

da özləri razılıüa gəlsinlər. Əgər bunu etməsələr, onda onlar müəyyənləşdirilmiş məcburi davranış qaydasına 

ə

məl etməyə borcludurlar. Dispozitiv normalar müqavilə münasibətlərinin tənzimlənməsində üstünlüyə malik-



dir. Beləliklə, dispozitiv normaların vasitəsi ilə subyekt onun üçün sərfəli olan davranış variantını seçmək imka-

nı əldə edir.  

Imperativ normalar qəti formada məcburi göstəriş ifadə edir. Mülki hüquq subyektinin bu göstərişindən kə-

nara çıxmaüa ixtiyarı çatmır. Hər hansı kənara çıxma halı yolverilməzdir. Imperativ normalar subyektin davra-

nışını konkret və dəqiq olaraq müəyyən edir.  

Hər  bir  mülki-hüquqi  hadisə  kimi  mülki  qanunvericilik  də  müəyyən  bir  funksiya  (vəzifə)  yerinə  yetirir. 

Onun iki cür əsas funksiyası fərqləndirilir: tənzimləyici funksiya; qoruyucu funksiya. Mülki qanunvericiliyin 

tənzimləmək funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, subyektlərin hüquqi vəziyyətini, mülki hüquqların 

ə

mələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, əmlak münasibətlərini və şəxsi qeyri-



ə

mlak münasibətlərini tənzimləyir. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini, fiziki şəxs-

lərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu və s. müdafiə etmək isə onun qoruyucu funksiyasının əsas mahiy-

yətini təşkil edir.  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə