tərməlidirlər. Bu, onların daşıdığı əsas vəzifələrdən biridir. Belə ki, tam ortaqlıüın firma adına onun bütün işti-
rakçılarının adları və «tam ortaqlıq» sözləri daxil edilməlidir (MM-in 69-cu maddəsinin 3-cü bəndi). Başqa va-
riantdan da istifadə oluna bilər. Bu cür halda tam ortaqlıüın iştirakçılarından (tam ortaqlardan) birinin və ya bir
neçəsinin adı firma adına daxil edilir və «tam ortaqlıq» sözü əlavə olunur. Məsələn, elə hesab edək ki, tam or-
taqlardan birinin adı «Qədiroülu»dur. Onda tam ortaqlıq belə adlanır: tam ortaq «Qədiroülu və tam ortaqlıq».
Nə üçün firma adına tam ortaqlıq iştirakçılarının adı (adları) və «tam ortaqlıq» sözləri daxil edilir? Ona görə
ki, tam ortaqlıqla mülki hüquq münasibətinə girmək istəyən kontragent (qarşı müqabil tərəf) bu ad əsasında
özünün gələcəkdə mümkün ola biləcək tələblərinin həm ortaüın əmlakı (şərikli kapitalı), həm də iştirakçılardan
hər birinin şəxsi əmlakı hesabına təmin edilə biləcəyini müəyyənləşdirir. Bu ad əsasında o təyin edir ki, tam or-
taqlıq ödəmə qabiliyyətinə və imkanına malikdir.
Tam ortaqlıq iştirakçısının daşıdığı vəzifələrdən biri tam ortaqlıüın düşdüyü zərərin bölüşdürülməsində
iştirak etməkdən ibarətdir (MM-in 74-cü maddəsi). Belə ki, tam ortaqlıq iştirakçıları sahibkarlıq fəaliyyəti ilə
məşüul olan subyektlərdir. Sahibkarlıq fəaliyyəti isə həmişə yüksək əmlak riski ilə bağlı olur. Məhz bu səbəb-
dən tam ortaqlıq sahibkarlıq fəaliyyətini həyata keçirərkən zərərə düşə bilər. Bu zərər iştirakçılar arasında bö-
lüşdürülür. Zərərin bölüşdürülməsi qaydası nizamnamə və ya tərəflərin sazişində müəyyən edilməzsə, onda zə-
rər iştirakçılar arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Zərərin bö-
lüşdürülməsində iştirak etmək vəzifəsini istisna edən saziş etibarsızdır. Ortaqlıq iştirakçısını bu cür iştirak et-
məkdən kənarlaşdırmaq barədə sazişin hüquqi əhəmiyyəti yoxdur.
Tam ortaqlıq iştirakçısı vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malikdir. Mənfəət bölgösündə
iştirak etmək onun əsas hüquqlarından biri hesab edilir. Tam ortaqlıq kommersiya təşkilatı olduüu üçün onun
ə
sas fəaliyyət məqsədi mənfəət götürməkdən və bu mənfəəti iştirakçılar arasında bölüşdürməkdən ibarətdir.
Tam ortaqlıüın əldə etdiyi mənfəətin bölüşdürülməsi qaydası, adətən, ya nizamnamə ilə, ya da ki iştirakçıla-
rın digər sazişi ilə müəyyənləşdirilir. Mülki qanunvericilik bu qaydanın müəyyənləşdirilməsini iştirakçıların öz
öhdəsinə buraxır. Əgər nizamnamədə və ya iştirakçıların digər sazişində bölgü haqqında qayda müəyyənləşdi-
rilməzsə, onda tam ortaqlıüın mənfəəti iştirakçılar arasında onların şərikli kapitaldakı paylarına mütənasib
surətdə bölüşdürülür. Özü də tam ortaüı (iştirakçını) mənfəət bölgösündə iştirak etməkdən kənarlaşdırmaq ol-
maz. Iştirakçıların bu barədə hər hansı bir sazişi etibarsız olub, hüquqi əhəmiyyət kəsb etmir (MM-in 74-cü
maddəsinin 1-ci bəndi).
Bəzi hallarda ortaqlıüın götürdüyü mənfəət onun iştirakçıları arasında bölünmür. Belə ki, tam ortaqlıq ziyan-
la işləyir və zərərə düşür. Bunun nəticəsində tam ortaqlıüın xalis aktivlərinin dəyəri onun şərikli kapitalının
miqdarından az olur. Xalis aktiv, aktiv məbləüi ilə passiv məbləüi arasında fərqdən ibarətdir. Bu cür halda
mənfəət iştirakçılar arasında bölüşdürülmür. Nə vaxt ki xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını
ötüb keçəcəkdir, onda mənfəətin bölüşdürülməsinə başlanır (MM-in 74-cü maddəsinin 2-ci bəndi).
Iştirakçının istənilən vaxt tam ortaqlıqdan çıxmaq hüququ vardır (MM-in 77-ci maddəsi). O, bu hüququ
ortaqlıqda iştirak etməkdən imtina etdiyini bildirməklə həyata keçirir. Bunun üçün onun hər hansı bir dəlil-sə-
bəb, arqument-motiv gətirməsi tələb olunmur, yəni iştirakçı tam ortaqlıqdan çıxmanın səbəblərini göstərməyə
borclu deyildir.
Iştirakçı tam ortaqlıqdan çıxmaq üçün həmin ortaqlıqda iştirakdan imtina haqqında bildiriş (məlumat)
verir. Bildiriş (məlumat) iştirakçının ortaqlıqdan faktiki çıxmasına ən geci altı ay qalmış verilir.
Tam ortaqlıqdan çıxmaq hüququ iştirakçının ayrılmaz hüququdur. Ona görə də iştirakçını bu hüquqdan məh-
rum edən hər hansı bir saziş etibarsızdır. Onun hüquqi əhəmiyyəti olmur (MM-in 77-ci maddəsinin 3-cü bəndi).
Tam ortaqlıq iştirakçısının ortaqlıqdan çıxmasına əsas olan halların özrlü olub-olmamasını qanun nəzərdə tut-
mur və tələb etmir. Bu, o deməkdir ki, iştirakçı özrlü səbəb olub-olmamasından asılı olmayaraq tam ortaqlıqdan
çıxa bilər.
Bəzi hallarda iştirakçı öz istəyi ilə könüllü surətdə tam ortaqlıqdan çıxmır. Belə ki, o, məcburi surətdə or-
taqlıqdan çıxarılır. Bunun üçün ciddi əsasların olması tələb edilir (MM-in 76-cı maddəsinin 2-ci bəndi). Bu cür
ə
saslara iştirakçının öz vəzifələrini kobudcasına pozması, onun işləri aüılla, bajarıqla və dözgün aparmaüa qadir
olmaması kimi və digər halları misal göstərmək olar. Bu və ya digər ciddi əsaslar olduqda, qalan iştirakçılar hə-
195
min iştirakçıların ortaqlıqdan çıxarılması barədə yekdilliklə (səs çoxluüu ilə yox) qərar çıxarırlar. Sonra isə
məhkəməyə müraciət olunur. ×ünki iştirakçı yalnız məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər. Məhkəmə
işə baxaraq, kifayət qədər əsaslar olduqda iştirakçının tam ortaqlıqdan çıxarılması barədə qərar qəbul edir.
Iştirakçının tam ortaqlıqdan çıxması müəyyən hüquqi nəticələrə səbəb olur (MM-in 78-ci maddəsi). Belə ki,
tam ortaqlıqdan çıxmış iştirakçıya, həmin iştirakçının şərikli kapitaldakı payına uyüun əmlak hissəsinin
dəyəri ödənilir. Nizamnamədə ayrı qayda da nəzərdə tutula bilər. Bəzi hallarda çıxan iştirakçı əmlak dəyərinin
ödənilməsi ilə razılaşmır. Onda başqa variantdan da istifadə oluna bilər. Belə ki, bu varianta görə, çıxan iştirak-
çının tələbi əmlak dəyərinin ödənilməsi ilə yox, əmlakın naturada verilməsi ilə təmin edilir. Amma həmin
variantın tətbiq edilməsi üçün çıxan iştirakçı ilə qalan iştirakçıların razılıüa gəlmələri tələb olunur. Əgər bu cür
razılıq olmazsa, çıxan iştirakçıya əmlakın naturada verilməsindən söhbət gedə bilməz. ×ıxan iştirakçıya natura-
da verilən əmlak hissəsi və ya onun dəyəri müəyyənləşdirilərkən iştirakçının ortaqlıqdan çıxdığı məqamda tər-
tib edilən balans əsas kimi götürülür. Onlar bu balans özrə təyin edilir.
Göstərilən bu qayda tam ortaqlıüın iştirakçısı öldükdə, onun vərəsəsi ilə və ya tam ortaqlıqda iştirak etmiş və
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquqi varisi ilə hesablaşmalarda da tətbiq edilir. Belə ki, vərəsə (və ya
hüquqi varis) ya əmlak hissəsinin dəyərini alır, ya da ki ona əmlak naturada verilir. Bəzən vərəsə (və ya hüquqi
varis) ölmüş iştirakçının əvəzinə (yenidən təşkil olunmuş hüquqi şəxsin əvəzinə) tam ortaqlıüın fəaliyyətində
iştirak etmək niyyətində olur. Həmin məqsədlə onun (və ya hüquqi varisin) ixtiyarı var ki, tam ortaqlıüa daxil
olsun. Bunun üçün digər iştirakçıların razılıq vermələri gərəkdir. Əgər bu cür razılıq olmazsa, vərəsə (və ya hü-
quqi varis) tam ortaqlıüa daxil edilmir. Belə halda vərəsəyə (və ya hüquqi varisə), yuxarıda dediyimiz kimi, tam
ortaqlıq əmlakından çatası hissə verilir və ya onun dəyəri ödənilir.
Vərəsə (və ya hüquqi varis) tam ortaqlıüa daxil olduüu hallarda, vərəsə (və ya hüquqi şəxs) tam ortaqlıüın
öhdəlikləri özrə ölmüş iştirakçıdan (yenidən təşkil olunmuş hüquqi şəxsdən) ona keçmiş əmlak həddində məsu-
liyyət daşıyır. Vərəsə (və ya hüquqi varis) tam ortaqlıüa daxil olmadığı hallarda da ona keçmiş əmlak həddində
yalnız iki il ərzində tam ortaqlıüın öhdəliklərinə görə cavabdehdir.
Tam ortaqlıq iştirakçısının onun şərikli kapitaldakı payını başqa şəxslərə vermək hüququ vardır (MM-in
79-cu maddəsi). Başqa şəxs dedikdə, tam ortaqlıüın digər hər hansı iştirakçısı və ya üçüncü şəxs başa düşülür.
Özü də o, həm şərikli kapitaldakı öz payının hamısını, həm də bu payın yalnız bir hissəsini vermək hüququna
malikdir.
Şə
rikli kapitaldakı payın (pay hissəsinin) verilməsi dedikdə, bu payın özgəninkiləşdirilməsi başa düşülür.
Bunun üçün tam ortaqlıüın qalan digər iştirakçılarının razılıq vermələri gərəkdir. Əgər onlar razılıq verməsələr,
tam ortaqlıq iştirakçısının şərikli kapitaldakı payı (pay hissəsi) özgəninkiləşdirilə bilməz, yəni başqa şəxslərə
verilə bilməz.
Pay (pay hissəsi) müxtəlif hüquqi vasitələr əsasında özgəninkiləşdirilir. Söhbət, hər şeydən əvvəl, alqı-satqı,
dəyişmə və bağışlama müqaviləsi kimi hüquqi konstruksiyalardan gedir. Bu konstruksiyalar əsasında payın ha-
mısı özgəninkiləşdirildikdə, payı vermiş iştirakçının nizamnamə özrə malik olduüu hüquqlar və daşıdığı vəzifə-
lərin hamısı payı almış (əldə etmiş) şəxsə keçir. Özü də yeni iştirakçı tam ortaqlıüın əmələ gəlmə müddətindən
asılı olmayaraq, bütün öhdəliklər özrə məsuliyyət daşıyır. Pay hissəsi başqa şəxsə verildikdə isə iştirakçının ma-
lik olduqları hüquqların hamısı yox, yalnız bu hüquqların bir hissəsi ona keçir. Ona görə də yeni iştirakçı onun
ortaqlıüa daxil olmasından əvvəl gəlmiş öhdəliklər özrə yalnız ona keçmiş pay hissəsi həddində məsuliyyət da-
ş
ıyır.
Ortaqlıq iştirakçısı özünün bütün payını özgəninkiləşdirdiyi hallarda, onun ortaqlıqda iştirakına xitam verilir
və bununla ortaqlıqdan həmin iştirakçı çıxır. ×ıxan iştirakçı tam ortaqlıüın onun çıxdığı anadək əmələ gəlmiş
öhdəlikləri özrə iki il müddəti ərzində məsuliyyət daşıyır (MM-in 75-ci maddəsinin 3-cü bəndi, 79-cu maddəsi-
nin 3-cü bəndi).
Tam ortaqlıq müxtəlif əsaslara görə ləğv edilə bilər. Bu əsasları iki yerə bölmək olar: ümumi əsaslar; xüsusi
ə
saslar. Ümumi əsaslar MM-in 59-cu maddəsində nəzərdə tutulan və göstərilən hallardan ibarət olan hüquqi
faktlardır. Bu cür əsaslara tam ortaqlıüın mövcudluüu üçün nəzərdə tutulan müddətin qurtarması, qarşıya qoyu-
lan məqsədə nail olunması, qanunvericilik pozuntusu ilə bağlı olaraq tam ortaqlıüın dövlət qeydiyyatının məh-
kəmə tərəfindən etibarsız sayılması, lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət göstərilməsi və digər hal-
ları misal göstərmək olar.
Xüsusi ə saslar odur ki, bu əsaslar yalnız tam ortaqlıüın ləğvi üçün xarakterikdir. Bu cür əsasların dairəsi isə
kifayət qədər genişdir.
Tam ortaqlıüın ləğv edilməsinə səbəb olan xüsusi əsaslardan biri tam ortaqlıq iştirakçılarının tərkibinin
dəyişdirilməsi halı hesab edilir (MM-in 76-cı maddəsi). Özü də dərhal qeyd edirik ki, yalnız əgər ortaqlıüın ni-
zamnaməsində və ya qalan iştirakçıların sazişində ortaqlıüın öz fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulma-
196
yıbsa, həmin hal tam ortaqlıüın ləğvinə səbəb olur. Yox əgər, nəzərdə tutulubsa, tam ortaqlıq ləğv olunmur və
o, öz fəaliyyətini davam etdirə bilər.
Tam ortaqlıq iştirakçılarının tərkibi müxtəlif əsaslara görə dəyişdirilə bilər. Onların əhatə dairəsi kifayət qə-
dər genişdir. Bu cür əsaslara aiddir: tam ortaqlıq iştirakçısının ortaqlıqdan çıxması; iştirakçının ölməsi (hüquqi
şə
xsin ləğvi); iştirakçılardan birinin xəbərsiz itkin düşməsi; iştirakçılardan birinin fəaliyyət qabiliyyəti olmayan
sayılması; iştirakçılardan birinin məhdud fəaliyyət qabiliyyətli olması; iştirakçılardan birinin müflis elan edil-
məsi; məhkəmə qərarına əsasən iştirakçılardan biri barəsində yenidən təşkil etmə prosedurasının başlanması.
Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsinə dəlalət edən əsaslardan biri bu və ya digər iştirakçı-
nın şəxsi borcları özrə kreditorun tələb irəli sürməsi halından ibarətdir (MM-in 76-cı və 80-ci maddəsi). Be-
lə ki, tam ortaqlıq iştirakçısının müəyyən hallarda şəxsi borcları yarana bilər. Məsələn, o, öz ailə-məişət ehti-
yacları üçün öz qonşusundan borc pul ala bilər və yaxud başqa misalda özü üçün dükandan nisyə geyim şeyləri,
məişət predmetləri və ev avadanlıqları alır və s.
Beləliklə, onun şəxsi borcları yaranır. Şəxsi borclar iştirakçının tam ortaqlıüın fəaliyyəti ilə, onun həmin or-
taqlıqda iştirak etməsi ilə bağlı olmayaraq yaranan borclardır. Elə hallar olur ki, maddi imkanı olmadığına görə
tam ortaqlıq iştirakçısı şəxsi borcları kreditorlara ödəyə bilmir. Söhbət, hər şeydən əvvəl, onun əmlakının şəxsi
borclarını ödəməyə kifayət etmədiyindən gedir. Belə halda kreditorun tələbi tam ortaqlıq iştirakçısının şə-
rikli kapitaldakı payına uyüun gələn əmlak hissəsinə yönəlir. Kreditor bunun üçün əmlak hissəsinin ayrıl-
masını tələb edir. Bu hissə hesabına və ya onun dəyəri hesabına kreditora olan borclar ödənilir. Bunun nəticə-
sində tam ortaqlıq iştirakçısının bu ortaqlıqda iştirakına xitam verilir. O, iki il müddətində tam ortaqlıüın əmələ
gəlmiş öhdəlikləri özrə məsuliyyət daşıyır.
Tam ortaqlıq iştirakçısının göstərilən qaydada tam ortaqlıqdan çıxması (onun ortaqlıqda iştirakına xitam ve-
rilməsi), əgər ortaqlıüın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında ortaqlıüın öz fəaliyyətini da-
vam etdirəcəyi nəzərdə tutulmayıbsa, tam ortaqlıüın ləğvinə səbəb olur.
Tam ortaqlıüın ləğvinə səbəb olan xüsusi əsaslardan biri ortaqlıqda təkcəbir iştirakçının qalması halı hesab
edilir (MM-in 81-ci maddəsinin 2-ci bəndi). Hamımıza bəllidir ki, tam ortaqlıq öz təbiətinə görə şəxslər birliyi
deməkdir. Bu isə o deməkdir ki, tam ortaqlıq iştirakçılarının tərkibi yalnız bir şəxsdən (iştirakçıdan) ibarət ola
bilməz: burada ən azı iki şəxs iştirak etməlidir. Əgər tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi (mə-
sələn, iştirakçının ölməsi və ya ortaqlıqdan çıxması, hüquqi şəxsin ləğv edilməsi və s.) nəticəsində ortaqlıqda
bir iştirakçı qalarsa, tam ortaqlıq ləğv edilir. Xarici ölkələrin qanunvericiliyində nəzərdə tutulan «bir şəxsin
kompaniyası» konstruksiyası təsərrüfat ortaqlıqları üçün yaddır.
Lakin tam ortaqlıqda yeganə iştirakçı kimi qalan şəxs başqa variantdan da istifadə edə bilər. Belə ki, o, sa-
hibkarlıq fəaliyyətini davam etdirmək niyyətində olarsa, ortaqlıüı təsərrüfat cəmiyyətinə çevirə bilər. Qanun
ona bu cür hüquqi imkan verir. Özü də ortaqlıqda yeganə iştirakçı kimi qalan şəxsə ortaqlıüı təsərrüfat
cəmiyyətinə çevirmək üçün altı aylıq gözəştli müddət verilir. Bu müddət ərzində o, vəziyyəti qaydaya salaraq,
həmin məsələni həll etmək üçün müvafiq tədbirlər görür.
Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə tam ortaqlıqlar geniş yayılmamışdır. Onlar, bir qayda olaraq, 2-3
nəfərdən ibarət olan ailə birlikləri hesab edilir. Məsələn, Fransada 1986-jı ilə kimi jəmisi 17 998, Isveçrədə isə
1988-ci ilə kimi 13 980 tam ortaqlıq qeydə alınmışdır. Tam ortaqlıq təşkilati-hüquqi forması bizim ölkədə də
geniş yayılmamışdır. Bunun əsas səbəbi tam ortaqlıüın əmlakı ilə onun iştirakçılarının əmlakının sıx bağlı və
ə
laqəli olmasındadır, yəni iştirakzıların öz şəxsi əmlakı ilə qeyri-məhdud məsuliyyət daşımalarındadır.
Bizim ölkə qanunvericiliyinin tam ortaqlıq barədə müəyyənləşdirdiyi normalar xarici ölkələrin (Almaniyanın,
RF-in və s.) qanunvericilik ənənələrinə əsaslanır.
5. Kommandit ortaqlıüı
Kommandit (italyanca «commandare» — saxlanca vermək) ortaqlıüı təsərrüfat ortaqlığının digər formasıdır
(növüdür). Bu konstruksiya xarici ölkələrin müasir hüququna xeyli vaxtdır ki, məlumdur. Məsələn, Almaniya
Ticarət Qanunnaməsinin ikinci kitabının ikinci bölməsi «Kommandit ortaqlıüı» adlanır. Burada həmin konst-
ruksiyanı tənzimləyən normalar birləşdirilmişdir. Onu inqilabaqədərki Rusiya mülki qanunvericiliyi də tanıyır-
dı.
Kommandit ortaqlıqların yaranma tarixi orta əsr Avropa dövrünə gedib çıxır. Onlar dəniz ticarəti sahəsində
tacirlər (sahibkarlar) tərəfindən əqdlər bağlanmasının üsulu kimi əmələ gəlmişdir. Belə ki, başqa şəxslər xüsusi
olaraq ticarət əqdləri bağlamaq məqsədilə həmin tacirlərə kapital (əmlak) verirdilər. Sonralar kommandit ortaq-
lıqdan professional kommersant statusu olmayan şəxslər (zadəganlar, kilsə nümayəndələri) sahibkarlıq mənfəəti
ə
ldə etmək məqsədi üçün istifadə etməyə başladılar. Bu, ən əlverişli hüquqi vasitə idi. Belə ki, kommandit or-
taqlıq konstruksiyası professional kommersant olmayan şəxslərin (maya qoyanların, payçıların) kapitallarını
ticarət işinin aparılmasına cəlb etməyə imkan verirdi. Özü də maya qoyanların (payçıların) adı gizli (anonim)
197
saxlanılırdı. Bu cəhət professional sahibkarlara (tacirlərə) imkan verirdi ki, onların yaratdığı ticarət müəssisəsi-
nə zadəganlar və kilsənin iri kapitalı cəlb edilsin və maya kimi ticarət işinə qoyulsun. Zadəganlar və kilsə nü-
mayəndələri qoyduqları kapitala görə mənfəət götürürdülər. Adlarının gizli (anonim) saxlanması heç kəsə im-
kan vermirdi ki, onları sələmçilikdə və müamiləlikdə təqsirləndirsinlər və ittiham etsinlər. Bütün bunların hamı-
sı tacirlərin yaratdıqları öz ticarət müəssisəsinə tam nəzarət etmək imkanının saxlanmasına mane olmurdu. Özü
də kommandit ortaqlığı tam ortaqlıqdan xeyli əvvəllər yaranmışdır. Onun ilk dəfə olaraq adının zəkilməsi 976-
jı ilə (Venesiya) təsadüf edir. Amma kommandit ortaqlıqları yalnız XII əsrdən geniş yayılmağa başlayır.
Bizim ölkə qanunvericiliyi kommandit ortaqlıüı kommersiya təşkilatlarının — təsərrüfat ortaqlıqlarının bir
növü kimi nəzərdə tutur. MM-in 82-86-cı maddələri bu hüquqi konstruksiyanın tənzimlənməsinə həsr edilmiş-
dir. Özü də bizim ölkə qanunvericiliyinin kommandit ortaqlıq barədə müəyyən etdiyi qaydalar bir sıra xarici
ölkələrin — Almaniyanın, RF-in və s. qanunvericilik ənənələrinə əsaslanır. Hələ «Müəssisələr haqqında» qanun
(1994) ilk dəfə olaraq kommandit ortaqlıqlara anlayış verərək, onun hüquqi vəziyyətini müəyyənləşdirirdi. Hə-
min qanunun 9-cu maddəsi onların əsas cəhətlərini xarakterizə edən müddəalar ifadə edirdi. Burada kommandit
ortaqlıq «payçı və şərikli müəssisə» anlayışı ilə əhatə edilmişdi.
MM-in 82-ci maddəsinin 1-ci bəndi kommandit ortaqlıüının leqal anlayışını formulə edir. Bu anlayışda onun
mahiyyətini xarakterizə edən əsas əlamət və cəhətlər ehtiva olunur.
Kommandit ortaqlıüı odur ki, o, iki qrup şə xsdə n, yə ni ortaqlıq adından sahibkarlıq fə aliyyə tini hə ya-
ta keçirə n və ortaqlıüın öhdə liklə ri özrə öz şə xsi ə mlakı ilə mə suliyyə t daş ıyan iş tirakçılardan — tam or-
taqlardan (bunlar birinci qrup şə xslə r hesab edilir), habelə ortaqlıüın sahibkarlıq fə aliyyə tində iş tirak et-
mə yə n və ortaqlıüın fə aliyyə ti ilə bağ lı zə rə r üçün qoyduqları mayaların mə blə üi hə ddində risq daş ıyan
bir və ya bir neçə iş tirakçıdan — maya qoyandan (bunlar ikinci qrup şə xslə r sayılır) ibarə tdir. Mahiyyət-
cə buna bənzər və oxşar (analoæi) definisiyanı (tərifi) xarici ölkələrin qanunvericiliyi də verir. Özü də həmin
ölkələrin qanunvericiliyi kommandit ortaqlıüa anlayış verərkən zox vaxt maya qoyanların (payçıların) adlarının
gizli (anonim) saxlanılması qaydasını nəzərdə tutur.
Kommandit ortaqlıüa verilən anlayış onun əsas cəhət və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.
Onun əsas və başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, özündə iki kateqoriya, başqa sözlə desək, iki qrup işti-
rakçını birləş dirir: tam ortaqları; maya qoyanları. Bu qrup iştirakçıların hüquqi vəziyyəti müxtəlif olub,
bir-birindən fərqlənir.
Tam ortaqlar kommandit ortaqlıüın elə qrup iştirakçılarıdır ki, bu iştirakçılar ortaqlıüın adından sahibkarlıq
fəaliyyətini həyata keçirirlər. Onlar kommersiya dövriyyəsinin professional iştirakçıları — sahibkarlardır. Bu
sahibkarlara komplementariyalar deyilir. Kommandit ortaqlıüında iştirak edən tam ortaq rolunda yalnız fərdi
sahibkarlar və ya kommersiya təşkilatları çıxış edə bilər. Tam ortaqlar ortaqlıüın öhdəlikləri özrə qeyri-məh-
dud mə suliyyə t daş ıyırlar. Belə ki, qanun onların özərində tam ortaqlıüın iştirakçıları olan tam ortaqlar kimi
analoæi məsuliyyət qoymuşdur (MM-in 82-ci maddəsinin 1-ci bəndi). Deməli, kommandit ortaqlıüında iştirak
edən tam ortaqların bu ortaqlıüın öhdəliklərinə görə kreditorlar qarşısında cavabdehliyi birgə subsidiar məsuliy-
yətdir.
Kommandit ortaqlıüında iştirak edən tam ortaqlar hüquqi vəziyyətinə görə tam ortaqlıq iştirakçılarının eyni-
dir (MM-in 82-ci maddəsinin 2-ci bəndi). Məhz bu səbəbdən onlar, tam ortaqlıq iştirakçıları kimi, kommandit
ortaqlıüında idarəetməni həyata keçirirlər, onların işlərini aparırlar.
Kommandit ortaqlıüının ikinci qrup (kateqoriya) iştirakçısı maya qoyanlar adlanır. Onlara payçılar da de-
yilir. Maya qoyanlar ortaqlıüın sahibkarlıq fəaliyyətində bilavasitə iştirak etmir və kommersiya dövriyyəsinin
professional subyekti — sahibkar hesab olunmurlar. Bu səbəbdən istənilən fiziki və hüquqi şəxs maya qoyan
rolunda çıxış edə bilər. Onlar ortaqlıüa kapital (əmlak) — maya qoyurlar ki, ortaqlıüın həyata keçirdiyi sahib-
karlıq fəaliyyətindən mənfəət götürsünlər. Məhz mənfəət əldə etmək şansı və niyyəti maya qoyanları ortaqlıq
iştirakçısı olmaüa sövq edir. Amma onlar tam ortaqlardan fərqli olaraq, kommandit ortaqlıüın idarə edilmə-
sində və işlərinin aparılmasında iştirak etmirlər. Maya qoyanların ixtiyarı yoxdur ki, onlar etibarnaməsiz or-
taqlıq adından çıxış etsinlər. Belə təsəvvür yaranır ki, ortaqlıüın sahibkarlıq fəaliyyətində bilavasitə iştirak et-
məyən maya qoyanlar bu fəaliyyəti həyata keçirmək və əmtəə dövriyyəsinə buraxmaq məqsədi ilə öz kapitalla-
rının (əmlakının) bir hissəsini maya kimi tam ortaqlara verir, onlara tapşırır və inanır. Buna görə də maya qo-
yanlar kommanditzilər, müəssisə isə kommandit ortaqlıqlar adlanır. Bu ad maya qoyanlarla tam ortaqlar ara-
sında qarşılıqlı münasibətlərin kapitalın (əmlakın) inanılıb tapşırılması və etibar olunması əsasında qurulmasını
ifadə edir. Təsadüfi deyildir ki, «kommandit» termininin mənşəyi və kökü italyanca «commandare» ifadəsi ilə
bağlıdır. Bu ifadə isə tapşırmaq, etibar etmək mənaları ilə əlaqədardır.
Kommanditçilər, tam ortaqlardan fərqli olaraq, ortaqlıüın öhdəlikləri özrə mülki-hüquqi məsuliyyət daşı-
Dostları ilə paylaş: |