MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə33/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

risq daşımaq iştirakçıların özərinə düşən vəzifələrdən biridir (MM-in 87-ci maddəsinin 1-ci bəndi). Əgər 

cəmiyyət zərərə düşərsə, zərərlə işləyərsə, onda iştirakçı nizamnamə kapitalına qoyduüu mayanı itirir. Deməli, 

iştirakçı yalnız mayanı itirmək risqini daşıyır.  

Iştirakçılar cəmiyyətin öhdəlikləri özrə məsuliyyət daşımırlar. Bu, o deməkdir ki, onlar özlərinin yarat-

dıqları cəmiyyətin borclarına görə öz şəxsi əmlakı ilə cavabdeh deyillər. Onların burada şəxsi (fərdi) məsuliy-



yəti yaranmır. Belə ki, iştirakçıların şərikli kapitala qoyduqları maya hüquq şəxs kimi cəmiyyətin mülkiyyəti 

(əmlakı)  olur.  Hüquqi  şəxsin  —  cəmiyyətin  özü  də  öz  öhdəliklərinə  (borclarına)  görə  məsuliyyət  daşıyır. 

Cəmiyyət öz öhdəliklərinə görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir. Iştirakçılar isə məsuliyyət yox, 

yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaları itirmək risqini daşıyırlar. Deməli, məhdud 

məsuliyyəti cəmiyyətin iştirakçılarının hər hansı məsuliyyət, o cümlədən məhdud məsuliyyət daşımasından 

söhbət gedə bilməz. Eyni zamanda cəmiyyət də öz iştirakzılarının üçüncü şəxslər qarşısında ühdəliklərinə görə 

məsuliyyət daşımır. 

Ə

sas  vəzifələrdən  biri  cəmiyyətin  iştirakçılarının  sayının  qanunvericiliklə  müəyyənləşdirilmiş  həddi 



 

206


keçməməsindən ibarətdir (MM-in 88-ci maddəsinin 1-ci bəndi). Bu qayda onunla izah olunur ki, məhdud mə-

suliyyətli cəmiyyət iştirakçıların qapalı tərkibini nəzərdə tutan təşkilatdır. Say baxımından, şübhəsiz ki, iştirak-

çıların tərkibi sonsuz və hüdudsuz ola bilməz. Burada şəxsi element ön planda olmasa da, hər halda, müəyyən 

ə

həmiyyət kəsb edir. Ona görə də mülki qanunvericilik müəyyən edir ki, iştirakçıların sayı qanunda nəzərdə tu-



tulan həddi aşa bilməz. Əgər aşarsa, onda məhdud məsuliyyətli cəmiyyət bir il ərzində səhmdar cəmiyyətinə 

çevrilir. Bir il müddəti başa çatdıqdan sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdi-

rilmiş həddə endirilməzsə, cəmiyyət məhkəmə qaydasında ləğv edilir (MM-in 88-ci maddəsinin 1-ci bəndi).  

Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz 

(MM-in 88-ci maddəsinin 1-ci bəndi). Bu cür qaydanın əsas məqsədi mümkün ola bilən müxtəlif sui-istifadə 

hallarına yol verməməkdən ibarətdir.  

Məhdud məsuliyyətli cəmiyyət iştirakçıları müvafiq vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malik-

dirlər. Mülki qanunvericilik onlara geniş hüquqlar verir.  



Məhdud məsuliyyətli cəmiyyəti könüllü surətdə yenidən təşkil etmək və ya onu ləğv etməonların əsas 

hüquqlarından biridir (MM-in 92-ci maddəsi). Bu barədə qərar qəbul etmək cəmiyyətin iştirakçılarının ümumi 

yıüıncaüının müstəsna səlahiyyətlərinə aid olduüuna görə cəmiyyətin könüllü surətdə yenidən təşkili (qovuşma, 

bölünmə, birləşmə və ya ayrılma yolu ilə) və ya könüllü surətdə ləğvi ümumi yıüıncaüın qərarı ilə həyata keçi-

rilir.  Bu  cür  qərarın  qəbul  edilməsi  üçün  bütün  iştirakçıların  yekdilliyi  prinsipi  müəyyənləşdirilir.  Həmin 

prinsipə görə iştirakçıların yalnız yekdil qərarı ilə cəmiyyət yenidən təşkil və ya ləğv edilə bilər. Ona görə də 

yıüıncaq ancaq tam kvorum olduqda keçirilir.  

Mülki qanunvericilik çevrilmə yolu ilə məhdud məsuliyyətli cəmiyyətin yenidən təşkil edilməsi barədə məh-

dudiyyət  müəyyənləşdirir  (MM-in  92-ci  maddəsinin  2-ci  bəndi).  Bu  məhdudiyyətə  görə  o,  yalnız  səhmdar 

cəmiyyətinə  çevrilə  bilər.  Deməli,  çevrilmə  yolu  ilə  məhdud  məsuliyyətli  cəmiyyətin  digər  təşkilati-hüquqi 

forması olan hüquqi şəxsə (kooperativə, ortaqlıüa) çevrilməsi mümkün deyil (şübhəsiz ki, məsuliyyət məsələsi-

nə və subyekt tərkibinə görə). Belə çıxır ki, qovuşma, birləşmə və ya ayrılma kimi digər yollarla cəmiyyət yeni-

dən təşkil olunarkən başqa təşkilati-hüquqi forması olan hüquqi şəxslər yaradıla bilər.  

Iştirakçıların malik olduqları hüquqlardan biri onların nizamnamə kapitalındakı paylarını gözəşt etmək-

dən (verməkdən) ibarətdir (MM-in 93-cü maddəsi). Özü də müstəqil surətdə və digər iştirakçıların razılıüını 

almadan, nizamnamə əsasında məhdudlaşdırılmadan bu mümkündür. Gözəşt etmənin (vermənin) predmeti həm 

payın hamısı, həm də onun yalnız bir hissəsi ola bilər.  

Payın verilməsi (gözəşt edilməsi) iştirakçıların iradəsi əsasında onun özgəninkiləşdirilməsini ifadə edir. Öz-

gəninkiləşdirmə  payın  başqa  şəxslərə  keçməsinin  üsullarından  biridir.  Dəyişmə,  alqı-satqı  və  bağışlama  kimi 

müqavilələr onun əsas hüquqi vasitələri hesab olunur.  

Pay (və ya onun bir hissəsi), bir qayda olaraq, həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına özgəninkiləş-

dirilir.  Iştirakçı  öz  payını  (onun  bir  hissəsini)  üçüncü  şəxslərə  (həmin  cəmiyyətin  iştirakçısı  olmayan  kənar 

şə

xslərə) də verə (gözəşt edə) bilər. Bunun üçün vacibdir ki, cəmiyyətin nizamnaməsində payın üçüncü şəxslərə 



özgəninkiləşdirilməsi qadaüan olunmasın (MM-in 93-cü maddəsinin 2-ci bəndi). Bağışlama və ya dəyişmə müqa-

viləsi əsasında isə o, payı (onun bir hissəsini) sərbəst olaraq üçüncü şəxslərə özgəninkiləşdirə bilər. 

Cəmiyyətin iştirakçısı satmaq yolu ilə öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə, hər şey-

dən əvvəl, bu barədə iştirakçıları xəbərdar edir, onlara məlumat verir. Axı, mülki qanunvericilik cəmiyyətin di-

gər iştirakçılarına həmin iştirakçının payını (onun bir hissəsini) satın almaqda (bağışlama, dəyişmə hallarında 

yox) üstünlük hüququ vermişdir (MM-in 93-cü maddəsinin 3-cü bəndi). Satın almaqda üstünlük hüququndan is-

tifadə edilməsi zamanı iştirakçıların paylarının miqdarı (həcmi) əsas və həlledici əlamət kimi götürülür. Belə ki, 

onlar üstünlük hüququnu özlərinin paylarının miqdarına (həcminə) mütənasib surətdə həyata keçirirlər: kimin pa-

yının miqdarı (həcmi) zoxdursa, payı da birinci olaraq o, satın ala bilər. Nizamnamədə və ya iştirakçıların sazişin-

də həmin hüququn həyata keçirilməsinin başqa qaydası da nəzərdə tutula bilər.  

Iştirakçılar öz üstünlük hüququndan bu barədə məlumat aldıqları gündən bir ay ərzində (nizamnamədə və ya 

iştirakçıların sazişində başqa müddət də nəzərdə tutula bilər) istifadə edə bilərlər. Əgər onlar bu hüquqdan hə-

min müddət ərzində istifadə etməsələr, onda pay (onun bir hissəsi) üçüncü şəxslərə satılır.  

Elə hallar  yaranır ki, cəmiyyətin digər iştirakçıları payı (onun bir hissəsini) satın almaqdan imtina edirlər. 

Digər tərəfdən, payın (onun bir hissəsi) üçüncü şəxslərə satılması da mümkün olmur. ×ünki cəmiyyətin nizam-

naməsində  payın  (onun  bir  hissəsinin)  bu  kateqoriya  şəxslərə  satılması  qadaüan  olunmuşdur.  Belə  halda 

cəmiyyət  özü  həmin  iştirakçının  payını  əldə  edir.  Söhbət,  hər  şeydən  əvvəl,  payın  həqiqi  dəyəri  ödənilməklə 

onun satın alınmasından gedir. Özü də payı əldə etmək cəmiyyətin hüququ yox, onun vəzifəsidir, borcudur.  

Bundan sonra cəmiyyətin borcudur ki, əldə etdiyi payı (onun bir hissəsini) başqa iştirakçılara və ya üçüncü 

şə

xslərə satsın (MM-in 93-cü maddəsinin 5-ci bəndi). Bunun qaydası və müddəti nizamnamədə göstərilir.  



 

207


Gözəşt etmə (vermə), iradə əsasında özgəninkiləşdirmə payın (onun bir hissəsinin) başqa şəxslərə keçməsi-

nin yeganə vasitəsi və üsulu deyildir. Belə ki, pay (onun bir hissəsi) iştirakçının iradəsindən asılı olmayan halla-

ra görə də başqa şəxslərə keçə bilər. Məsələn, iştirakçı fiziki şəxsin ölümü, cəmiyyətdə iştirak edən hüquqi şəx-

sin yenidən təşkil olunması və ya ləğvi bu cür hallara misal ola bilər.  



Iştirakçı  fiziki  şəxs  öldükdə,  onun  payı  vərəsəlik  qaydasında  vərəsələrə  keçir.  Cəmiyyətin  iştirakçısı 

olan hüquqi şəxs isə yenidən təşkil olunduüu hallarda, onun payı hüquqi varislik qaydasında hüquq varislərinə 

keçir (MM-in 93-cü maddəsinin 6-cı bəndi). Ümumi qayda belədir. Lakin jəmiyyətin nizamnaməsində bundan 

fərqli qayda da müəyyən edilə bilər. Belə ki, həmin sənəddə payların ölmüş iştirakçı fiziki şəxsin vərəsələrinə 

(və ya hüquq varislərinə) yalnız cəmiyyətin qalan iştirakçılarının razılıüı ilə keçməsi nəzərdə tutula bilər. Mə-

lum məsələdir ki, bu cür hallarda pay ancaq qalan iştirakçıların razılıüı ilə keçir. Beləliklə, vərəsələr (hüquq va-

risləri) cəmiyyətin tərkibinə daxil olurlar.  

Bəzən qalan iştirakçılar bu və ya digər mülahizəyə görə payın vərəsələrə (hüquq varislərinə) keçməsinə ica-

zə vermirlər. Bu isə onların cəmiyyətə daxil olmalarına mane olur. Belə hallarda məhdud məsuliyyətli cəmiyyət 

mümkün olan iki alternativ vəzifədən birini icra etməyə borclu olur. Cəmiyyət, hər şeydən əvvəl, payın həqiqi 



dəyərini ölmüş iştirakçının vərəsələrinə və ya yenidən təşkil olunmuş hüquqi şəxsin hüquqi varislərinə ödə-

məlidir. Əgər bu mümkün olmazsa, onda o, həmin dəyərə bərabər olan əmlakı naturada vərəsələrə (hüquqi 

varislərə) verməlidir.  

Könüllü surətdə cəmiyyətdən çıxmaq, cəmiyyətdə öz iştirakına xitam verməiştirakçıların malik olduq-

ları hüquqlardan biridir (MM-in 95-ci maddəsi). Onlar bu hüquqdan istənilən vaxt, heç bir dəlil və motiv gətir-

mədən, digər iştirakçıların razılıüını almadan, şərtsiz olaraq istifadə edə bilərlər.  

Iştirakçının məhdud məsuliyyətli cəmiyyətdən çıxması müəyyən hüquqi nəticələrə səbəb olur. Bu, hər şey-

dən əvvəl, onun cəmiyyətdə iştirakına xitam verir.  Iştirakına xitam verilən iştirakçı ilə hesablaşmalar aparılır 

(MM-in 96-cı maddəsi). Cəmiyyətin əmlakından ona düşən hissə ödənilir (nizamnamədə başqa qayda da nə-

zərdə tutula bilər). Bu hissənin miqdarı (həcmi) çıxan iştirakçının nizamnamə kapitalındakı payından asılı 

olaraq müəyyənləşdirilir. Başqa sözlə desək, çıxan iştirakçıya düşən əmlak hissəsinin miqdarı (həcmi) onun 

nizamnamə kapitalındakı payına uyüun olmalıdır.  

Bəzən çıxan iştirakçıya düşən əmlak hissənin dəyərinin ödənilməsi mümkün olmur. Bu halda ona çatası əm-

lak naturada verilir.  

×ıxan iştirakçıya onun nizamnamə kapitalına maya kimi qoyduüu əmlakdan istifadə hüququ da qaytarılır. 

Söhbət, hər şeydən əvvəl, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan, sənaye mülkiyyəti obyektlərindən, yəni 

patent hüququnun obyektlərindən (ixtiralardan, sənaye nümunəsi obyektlərindən, faydalı modellərdən), seleksi-

ya nailiyyətlərindən və s. istifadə hüquqlarından gedir. Bu hüquqlar əmlak (iqtisadi) məzmununa malik olub, iş-

tirakçılar tərəfindən maya (pay) kimi cəmiyyətin nizamnamə kapitalına qoyula bilər. Iştirakçı cəmiyyətdən çıx-

dıqda istifadə hüququ onun özünə qaytarılır (MM-in 96-cı maddəsinin 2-ci bəndi).  

Iştirakçı könüllü surətdə yox, məcburi surətdə də cəmiyyətdən çıxa bilər. Kreditorların irəli sürdükləri tə-

ləblərin iştirakçının cəmiyyətin əmlakındakı payına yönəldilməsi və həmin payın hesabına təmin edilməsi onun 

cəmiyyətdən məcburi qaydada çıxmasına dəlalət edən hal hesab olunur (MM-in 94-cü maddəsi). Müəyyən hal-

larda iştirakçı cəmiyyətin fəaliyyəti və işi ilə bağlı olmayan müxtəlif mülki hüquq münasibətlərinə — borc, kre-

dit, nisyə alqı-satqı və digər münasibətlərə girə bilər. Bu münasibətlərdən onun müvafiq şəxsi, yəni cəmiyyətə 

aid olmayan borcları yaranır. Kreditor borcu almaq üçün iştirakçıya tələb irəli sürür. Bu tələbi ödəmək və təmin 

etmək üçün onun əmlakı kifayət etmir. Belə halda kreditorun tələbi iştirakçının cəmiyyətin əmlakındakı payına 

yönəlir. Bu məqsədlə həmin əmlak payı (hissəsi) ayrılır. Bu pay (hissə) iştirakçının nizamnamə kapitalındakı 

payına uyüun olmalıdır. Başqa sözlə desək, cəmiyyətin əmlakından iştirakçıya düşən və çatan pay (hissə) onun 

nizamnamə kapitalındakı payı ilə müəyyənləşdirilir. Iştirakçıya düşən və çatan əmlak payının (hissəsinin) dəyə-

ri də ödənilə bilər. Bax, bu əmlak payı (hissəsi) və ya onun dəyəri hesabına kreditorlara olan borclar ödənilir. 

Bunun nəticəsində iştirakçının cəmiyyətdə iştirakına xitam verilir (MM-in 94-cü maddəsinin 2-ci bəndi).  

Iştirakçıların göstərilənlərdən savayı, digər hüquqları da vardır. Bu hüquqlara aiddir: cəmiyyətin idarə edil-

məsində iştirak etmək (korporativ hüququ); cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq hüququ; cəmiyyətin 

mühasibat  və  digər  sənədləri  ilə  tanış  olmaq  hüququ;  cəmiyyətin  fəaliyyətindən  gəlir  götürmək  hüququ; 

cəmiyyət ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra qalan əmlakın onlara məxsus hissəsinin pul şək-

lində dəyərini almaq və ya naturada almaq hüququ (ləğvetmə kvotası almaq hüququ);

 

iştirakzıların ümumi yı-



ğ

ınjağında iştirak etmək hüququ; cəmiyyətin orqanlarını sezmək hüququ; cəmiyyətin orqanlarına sezilmək hü-

ququ;  səsvermədə  iştirak  etmək  hüququ;  növbədənkənar  ümumi  yığınjağın  zağırılmasını  tələb  etmək  hüququ 

(bu hüquq bütün səslərin azı onda birinə malik olan iştirakzılara məxsusdur); digər hüquqlar.  

Ə

lbəttə, iştirakzının ən vacib əmlak hüququ mənfəət almaq hüququdur. Ona cəmiyyətin fəaliyyətindən gəlir 



 

208


gütürmək hüququ da deyilir. Qanun müəyyən edir ki, cəmiyyətin hər bir iştirakzısının mənfəət almaq hüququ 

vardır (MM-in 90-1-2-ci maddəsinin 2-ci bəndi). Özü də mənfəət hər bir iştirakzının nizamnamə kapitalındakı 

mayalarına  uyğun  olmalıdır.  ştirakzı  bu  hüquqdan  yalnız  o  halda  istifadə  edə  bilər  ki,  cəmiyyətin  fəaliyyəti 

nəticəsində  xalis  mənfəət  əldə  edilsin.  Əgər  xalis  mənfəət  əldə  edilmişsə,  cəmiyyətin  ümumi  yığınjağı  xalis 

mənfəətin  bülüşdürülməsi  haqqında  qərar  qəbul  edir.  Xalis  mənfəətin  iştirakzılar  arasında  bülüşdürülməsi 

cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. 

Xalis  mənfəəti  mənfəətdən  fərqləndirmək  lazımdır.  Mənfəət  dedikdə,  cəmiyyətin  istehsal  xərjləri  ilə  əldə 

olunmuş gəlirlər arasında fərq başa düşülür. Belə ki, gəlirlərdən istehsal xərjləri zıxıldıqdan sonra yerdə qalan 

hissə mənfəət sayılır. Mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yerdə qalan hissə xa-

lis mənfəəhesab edilir. 

ki halda iştirakzı mənfəət almaq hüququnu həyata keçirə bilməz: həmin hallarda mənfəətin bülüşdürülməsi 

haqqında cəmiyyətin qərar qəbul etməsinə yol verilmir: 

 cəmiyyətin qanunla müəyyən edilmiş müflisləşmə və iflas əlamətlərinə uyğun gəldiyi hal; 



 cəmiyyətin xalis aktivlərinin dəyərinin onun nizamnamə kapitalından azaldığı hal. 



Səsvermə (səs) hüququ iştirakzıların malik olduğu əsas şəxsi hüquqlardan biridir. Belə ki, cəmiyyətin işti-

rakzılarının ümumi yığınjaqda hər bir iştirakzının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır 

(MM-in 91-1-ci maddəsinin 1-ci bəndi). 

nformasiya almaq hüququ iştirakzının şəxsi hüququ sayılır. Hər bir iştirakzının cəmiyyətin işi barədə istə-

nilən məlumat almaq, sənədlərlə tanış olmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi cəmiyyətin ümumi 

yığınjağı ilə bağlı deyildir: iştirakzı məlumatı istənilən vaxt tələb edə bilər. 

nformasiya almaq hüququnu məhdudlaşdıran və ya onu ləğv edən istənilən razılaşmanın hüquqi əhəmiyyəti 

yoxdur. 

7. Əlavə məsuliyyətli cəmiyyət  

Ə

lavə məsuliyyətli cəmiyyət təsərrüfat cəmiyyətinin bir növüdür. O, hüquqi şəxs müstəqil təşkilati-hüquqi 



forması hesab olunur.  

Ə

lavə məsuliyyətli cəmiyyət hüquqi konstruksiyası bizim ölkə qanunvericiliyi tərəfindən  yaradılmamışdır. 



Bu  konstruksiyanı  hələ  RSFSR-in  1922-ci  il  Mülki  Məcəlləsi,  Azərbaycan  SSR-in  isə  1923-cü  il  Mülki 

Məcəlləsi «məhdud məsuliyyətli ortaqlıq» adı altında nəzərdə tutmuşdu. Həmin məcəllələrin 318-ci və 319-cu 

maddələri ona leqal anlayış verirdi. Həm RF-in, həm də bizim ölkənin müasir mülki qanunvericiliyi həmin an-

layışı olduüu kimi saxlayır.  

Azərbaycan Respublikasının yeni MM-nin 97-ci maddəsi əlavə məsuliyyətli cəmiyyətə anlayış verir və onun 

ə

sas əlamətlərini müəyyənləşdirir.  



Ə

lavə məsuliyyətli cəmiyyət bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizam-

namə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən elə kommersiya təşkilatıdır ki, bu təşkilatın işti-

rakçıları onun öhdəlikləri özrə nizamnamə kapitalındakı öz mayalarının (paylarının) dəyərinin nizamna-

mə ilə müəyyənləşdirilən, hamı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsu-

liyyət daşıyırlar

Anlayışdan məlum olur ki, öz hüquqi təbiətinə görə əlavə məsuliyyətli cəmiyyət ikili xarakterə malikdir. 

Belə  ki,  o,  özündə  bir  tərəfdən  təsərrüfat  ortaqlığının,  yəni  tam  ortaqlıüın,  digər  tərəfdən  isə  təsərrüfat 

cəmiyyətinin,  yəni məhdud məsuliyyətli cəmiyyətin əlamətlərini əks etdirir. Ona görə də hüquq ədəbiyyatı 

səhifələrində əlavə məsuliyyətli cəmiyyətə təsərrüfat ortaqlıüı ilə təsərrüfat cəmiyyəti arasında orta mövqe tutan 

və aralıq vəziyyətində olan konstruksiya kimi baxırlar.  

Ə

lavə məsuliyyətli cəmiyyətlə tam ortaqlıq arasında oxşar və ümumi cəhət ondan ibarətdir ki, onların hər 



ikisinin iştirakçıları hüquqi şəxsin (yəni əlavə məsuliyyət cəmiyyətin və ya tam ortaqlıüın) öhdəliklərinə görə 

(kreditorlara olan borclarına görə) birgə subsidiar məsuliyyət daşıyırlar. Subsidiar (əlavə) məsuliyyədaşı-

yırlar ona görə ki, kreditorlara olan borcları vermək üçün (yəni hüquqi şəxsin öhdəliklərini təmin etmək üçün) 

hüquqi şəxsin əmlakı kifayət etmədikdə və çatışmadıqda, həmin borc iştirakçıların şəxsi əmlakı hesabına ödəni-

lir. Birgə (solidar) məsuliyyət daşıyırlar ona görə ki, kreditorlar öz istəyi və arzusu ilə istənilən iştirakçıdan 

borcun həm tam, həm də hissə-hissə ödənilməsini tələb edə bilərlər.  

Bununla belə, məsuliyyət məsələsində əlavə məsuliyyətli cəmiyyətlə tam ortaqlıq arasında fərqli cəhətlər də 

vardır. Tam ortaqlıüın iştirakçıları tam ortaqlıüın öhdəliklərinə (borclarına) görə özlərinin bütün şəxsi əmlakı ilə 

məsuliyyət daşıyırlar. Deməli, burada iştirakçıların məsuliyyəti qeyri-məhdud xarakterə malikdir. Əlavə məsu-

liyyətli cəmiyyətin iştirakçıları isə bundan fərqli olaraq özlərinin bütün şəxsi əmlakı ilə yox, yalnız bu əmla-



kın əvvəlcədən təyin edilmiş müəyyən bir hissəsi ilə məsuliyyət daşıyırlar. Bu hissə nizamnamədə nəzərdə 

tutulur. Məsələn, nizamnamədə göstərilə bilər ki, hər bir iştirakçı nizamnamə kapitalındakı payının (qoyduüu 



 

209


mayanın) üç və ya dörd və yaxud da beş misli miqdarında cəmiyyətin öhdəliklərinə (borclarına) görə məsuliy-

yət daşıyır. Deməli, burada iştirakçıların məsuliyyəti qeyri-məhdud xarakterə malik deyil. Belə ki, kreditor-

lara olan borcun verilməsi üçün cəmiyyətin əmlakı kifayət etmədikdə və çatışmadıqda, bu borc iştirakçılardan 

hər birinin şəxsi əmlakının yalnız bir hissəsi — nizamnamə kapitalına qoyulmuş payın (mayanın) nizamnamədə 

göstərilən müvafiq misli miqdarı hesabına ödənilir.  

Ə

lavə məsuliyyətli cəmiyyətlə məhdud məsuliyyətli cəmiyyət arasında da ümumi və oxşar cəhətlər vardır. 



Bu cəhət ondan ibarətdir ki, onların hər ikisi nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdar-

da  paylara  bölünən  kommersiya  təşkilatlarıdır.  Fərqli  cəhət  isə  ondan  ibarətdir  ki,  məhdud  məsuliyyətli 

cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəlikləri üçün nəinki birgə subsidiar məsuliyyət, ümumiyyətlə, məsuliy-

yət daşımırlar. Qalan məsələlər özrə əlavə məsuliyyətli cəmiyyətlə məhdud məsuliyyətli cəmiyyətin hüquqi sta-

tusu, demək olar ki, eynidir. Belə ki, əlavə məsuliyyətli cəmiyyətin fəaliyyəti ilə bağlı olan məsələlərin çoxu 

məhdud  məsuliyyətli  cəmiyyət  haqqında  qaydalar  əsasında  həll  edilir.  Başqa  sözlə,  əlavə  məsuliyyətli 

cəmiyyətə, bir qayda olaraq, məhdud məsuliyyətli cəmiyyətin hüquqi statusunu müəyyən edən qaydalar tətbiq 

edilir (MM-in 97-ci maddəsinin 3-cü bəndi).  

Lakin əlavə məsuliyyətli cəmiyyət tam ortaqlıüa və məhdud məsuliyyətli cəmiyyətə nə qədər bənzəsə də, o, 

hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi formasıdır. Onu hər hansı bir təşkilati-hüquqi formanın növü hesab et-

mək olmaz.  

Ə

lavə məsuliyyətli cəmiyyət onu fərdiləşdirən firma adına malik olur. Onun firma adı dəqiq göstərilməlidir. 



Bu məqsədlə həmin cəmiyyətin adı, habelə «əlavə məsuliyyətli cəmiyyət» sözləri firma adına daxil edilir (MM-in 

97-ci maddəsinin 2-ci bəndi). Məsələn, «Əhmədoülu» əlavə məsuliyyətli cəmiyyəti» və s.  

Ə

lavə məsuliyyətli cəmiyyətin iştirakçılarından biri müflis ola bilər. Belə halda cəmiyyətin öhdəliklərinə gö-



rə  məsuliyyət  daşımaq  məsələsi  necə  həll  olunur?  Kreditorların  tələblərini  təmin  etmək  üçün  əlavə  tədbirlər 

görməsinə ehtiyac varmı? Bu məsələni həll etmək üçün mülki qanunvericilik qayda müəyyən edir (MM-in 97-

ci  maddəsinin  1-ci  bəndi).  Bu  qaydaya  görə  müflis  olan  iştirakçının  cəmiyyətin  öhdəlikləri  üçün məsuliyyəti 

qalan iştirakçılar arasında bölüşdürülür. Bölüşdürmə qalan iştirakçıların nizamnamə kapitalına qoyduqları ma-

yalara mütənasib surətdə həyata keçirilir.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə