MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə35/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

Nizamnamə səhmdar cəmiyyətinin yeganə təsis sənədi hesab edilir (MM-in 102-ci maddəsi).

 

Bununla yana-



ş

ı, əgər səhmdar cəmiyyəti bir neçə təsiszi tərəfindən yaradılarsa, təsiszilər arasında təsis müqaviləsi bağlanır 

(o, şərti

 

olaraq belə adlanır). Məqsəd təsiszilərin səhmdar cəmiyyətinin nizamnaməsini, onun yaradılması özrə 



birgə fəaliyyət qaydasını, özlərinin əmlakını ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini mü-

ə

yyənləşdirməkdən ibarətdir (MM-in 45-ci maddəsinin 2-ci bəndi, 98-ci maddəsinin 9-cu bəndi). Yazılı forma-



da  bağlanan  bu  müqavilə  səhmdar  cəmiyyətinin  yaradılması  prosesində  təsisçilər  arasında  münasibətləri  tən-

zimləyir, bu cəmiyyətin əmələ gəlməsi özrə onların göstərdikləri fəaliyyətin həyata keçirilməsi qaydasını müəy-

yənləşdirir. Mülki hüquq elmində (sivilistika doktrinasında) və ali məhkəmə orqanlarının qərarlarında bu müqa-

vilənin hüquqi təbiəti haqqında göstərilir ki, həmin müqavilə birgə fəaliyyət haqqında müqavilədir, səhmdar 

cəmiyyətinin yaradılmasını asanlaşdıran yardımçı (köməkçi) vasitədir. O, dövlət qeydiyyatına təqdim olunmur. 

Səhmdar cəmiyyəti hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan bu müqaviləyə xitam verilir və məhz 

bu səbəbdən həmin müqavilə yaradılan müvafiq jəmiyyətin hüquqi statusunu müəyyənləşdirmir. 

 

Odur ki, o, sözün həqiqi mənasında təsis sənədi hesab edilmir və şərti olaraq təsis müqaviləsi adlanır. Mülki 



qanunvericilik onu təsiszilər arasında bağlanmış müqavilə adlandırır (MM-in 98-ci maddəsinin 10-cu bəndi). 

Özü də təsiszilər bu cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış 

ühdəliklərinə görə birgə məsuliyyət daşıyırlar (MM-in 98-ci maddəsinin 14-cü bəndi). 

Səhmdar cəmiyyətinin nizamnaməsində, hər şeydən əvvəl, bütün hüquqi şəxslər üçün ümumi olan məlumat-

lar (səhmdar cəmiyyətinin firma adı, onun olduüu yer və s.) göstərilir. Bundan savayı, nizamnamədə cəmiyyətin 

buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı, nizamnamə kapitalının miqdarı və digər 

məsələlər haqqında da məlumatlar verilir (MM-in 102-ci maddəsi). 

Nizamnamədə həm də qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər. Onun tələbləri 

səhmdar cəmiyyətinin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları özün məcburidir (MM-in 102-ci maddə-

sinin 3-cü bəndi). 

Mülki Məjəllə səhmdar cəmiyyətinin yaradılması məsələsini xüsusi olaraq tənzim edir (MM-in 98-ci maddə-

sinin 10-14-cü bəndləri). Onu yaratmaq özün vacibdir: 

 təsis yığınjağının keçirilməsi; 



 təsiszilər arasında müqavilə (təsis müqaviləsi) bağlanması (əgər səhmdar cəmiyyəti bir neçə təsiszi tərəfin-

dən yaradılarsa); 

 səhmdar cəmiyyəti haqqında qərar qəbul edilməsi (əgər səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradılar-



sa); 

 səhmdar cəmiyyətinin nizamnaməsinin hazırlanması (qəbul olunması). 



Təsis  yığınjağı  o  halda  keçirilir  ki,  cəmiyyətin  bütün  səhmləri  təsiszilər  arasında  bülüşdürülsün.  Onun 

keçirilmə müddəti təsis müqaviləsində göstərilir. Təsis yığınjağında bütün təsiszilər iştirak etməlidirlər. Məhz 

belə halda o, səlahiyyətli hesab olunur. Təsiszilər təsis yığınjağında öz nümayəndələri vasitəsilə də iştirak edə 

bilərlər. 

Təsis  yığınjağı  aşağıdakı  məsələləri  həll  edir:  səhmlərin  ödənilməsi  özün  verilən  əmlakın  (binanın,  torpaq 

sahəsinin, nəqliyyat vasitəsinin, istehsal alət və vasitələrinin və s.) dəyərini təsdiqləmək; səhmdar cəmiyyətinin 

yaradılması barədə qərar qəbul etmək; səhmdar cəmiyyətinin nizamnaməsini təsdiq etmək; səhmdar cəmiyyətin 

idarəetmə və nəzarət orqanlarını təşkil etmək. Bu məsələlər barədə qərarlar təsiszilər tərəfindən yekdilliklə, di-



 

214


gər məsələlər haqqında isə sadə səs zoxluğu ilə qəbul edilir. 

Səhmdar cəmiyyətinin təsisçiləri istənilən fiziki şəxs (həm sahibkar statusu olan fiziki şəxslər, həm də qeyri-

sahibkar statuslu fiziki şəxslər) və hüquqi şəxs (həm kommersiya təşkilatları, həm də qeyri-kommersiya təşki-

latları) ola bilərlər. Özü də səhmdar cəmiyyətinin bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradılması-



na qanun icazə verir (bir şəxsin kompaniyası). Səhmdar cəmiyyəti bir şəxsdən (fiziki və ya hüquqi şəxs-

dən) də ibarət ola bilər. Belə ki, bu cəmiyyətin bütün səhmlərini bir səhmdar əldə edə bilər. Bu qaydadan qa-

nun müəyyən istisnaya yol verir. Belə ki, səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət olan digər 

təsərrüfat cəmiyyəti ola bilməz (MM-in 98-ci maddəsinin 5-ci bəndi). Bu qaydanın əsas məqsədi mümkün ola 

bilən müxtəlif cür sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir.  

Dövlət orqanları və yerli özünüidarə orqanlarının səhmdar cəmiyyətinin yaradılmasında və fəaliyyətində işti-

rakı qanunla məhdudlaşır (MM-in 64-cü maddəsinin 6-cı bəndi). Belə ki, bu orqanların səhmdar cəmiyyətinin 

iştirakçıları  kimi  çıxış  etmələrini  mülki  qanunvericilik  qadaüan  edir.  Dövlət  müəssisələri  özəlləşdirilərkən 

səhmdar cəmiyyətinin yaradılmasında, dövlət müəssisəsinin çevrilməsi nəticəsində səhmdar cəmiyyətinin əmə-

lə gəlməsində dövlət müəssisələri iştirak edirlər.  

Dediklərimizdən belə məlum olur ki, səhmdar cəmiyyəti yaradılarkən, təsərrüfat ortaqlıqlarından fərqli ola-

raq, onların iştirakçılarının kommersiya (sahibkarlıq) dövriyyəsinin professional subyektlərindən ibarət olması 

tələb edilmir. Cəmiyyətin iştirakçıları onun fəaliyyətində şəxsən iştirak etməyə borclu deyillər. Məhz bu sə-

bəbdən  səhmdar  cəmiyyətinin  fəaliyyətini  həyata  keçirən  xüsusi  idarəetmə  orqanlarının  yaradılmasına 

ehtiyac və zərurət yaranır. Bu orqanların tərkibi və səlahiyyətləri cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdi-

rilir (MM-in 102-ci maddəsi).  

Səhmdar cəmiyyətinin idarəetmə orqanları üçpilləli (mərhələli, səviyyəli) sistemə malikdir. Bu idarəetmə 

sisteminə daxildir:  

 ali idarəetmə orqanı; 



 direktorlar şurası (müşahidə şurası);  

 cəmiyyətin icra orqanı.  



Özpilləli idarəetmə sisteminə Almaniyada da rast gəlirik: səhmdarların yığınjağı; müşahidə şurası; idarə he-

yəti. ABŞ-da isə ikipilləli idarəetmə sisteminə təsadüf edilir: səhmdarların yığınjağı; direktorlar şurası. 



Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yıüıncaüı hesab edilir. Səhmdar-

ların ümumi yığınjağı iki növdə zağırıla bilər: 

 növbəti ümumi yığınjaq; 



 növbədənkənar ümumi yığınjaq. 



Növbəti ümumi yığınjaq odur ki, o, nizamnamədə əvvəljədən müəyyənləşdirilmiş müddətlərdə, müntəzəm 

surətdə növbə ilə zağırılır (məsələn, öz ayda bir dəfə; hər rübdə bir dəfə; altı ayda bir dəfə; ildə bir dəfə). Lakin 

növbəti  ümumi  yığınjaq  ildə  bir  dəfədən  az  olmayaraq  zağırılmalıdır.  Əgər  o,  ildə  bir  dəfə  zağırılarsa,  illik 

ümumi yığınjaq adlanır.  llik ümumi yığınjaq maliyyə ili bitdikdən sonra altı aydan gej olmayaraq direktorlar 

ş

urası (müşahidə şurası) tərəfindən, əgər bu orqan olmazsa, icra orqanı tərəfindən zağırılır. Bu barədə səhmdar-



lara məlumat verilir. 

Azıq (qapalı yox) səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığınjağının zağırılmasına 45 gün qalmış yı-

ğ

ınjağın zağırılması barədə K V-də məlumat verilir, habelə səhmdarlara bildiriş gündərilir. Bildiriş yazılı for-



mada olmalıdır. 

Səhmdarların  növbədənkənar  ümumi  yığınjağı,  əgər  səhmdar  cəmiyyətinin  maraq  və  mənafeləri  tələb 

edərsə, zağırılır. Məsələn, səhmdar cəmiyyəti zərərlə işlədikdə və ya onun maliyyə vəziyyəti pisləşdikdə və ya-

xud səhmdarların mənafeyinin təmin olunması tələb edildikdə və yaxud cəmiyyətin əmlak vəziyyətinin bərpa 

olunmasına ehtiyac  yarandıqda və ya direktorlar şurasının (müşahidə şurasının) tərkibi nizamnamədə nəzərdə 

tutulmuş sayın yarısına qədər azaldıqda və digər xüsusi hallarda növbədənkənar ümumi yığınjaq zağırıla bilər. 

Belə yığınjaq zağırılır: direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə (əgər o, olmazsa icra orqanı-

nın təşəbbüsü ilə); təftiş komissiyasının (müfəttişin) tələbi ilə; səsli səhmlərin on faizinə malik olan səhmdarla-

rın yazılı tələbi ilə. 



Səhmdarların  ümumi  yıüıncaüı  onun  müstəsna  səlahiyyətinə  aid  edilmiş  məsələlərin  həlli  ilə  məşüul 

olur. Bu səlahiyyətlərə aiddir (MM-in 107-ci maddəsinin 1-ci bəndi):  

 cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 



 cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının özvlərini (müfəttişi) seçmək 

və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;  

 cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, 



cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edil-

 

215


məsin;  

 cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəəti-



ni və zərərini bölüşdürmək;  

 cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək.  



MM-in  nəzərdə  tutduüu bu  siyahıda  səhmdar  cəmiyyətinin  fəaliyyəti  üçün  əsas  və  mühüm  olan məsələlər 

göstərilmişdir. Bu, həmin məsələlərin qəti və dəqiq siyahısıdır. 

Səhmdar  cəmiyyətinin  müstəsna  səlahiyyətinə  aid  edilən  məsələlərin  həlli  barədə  qərarlar,  ümumiyyətlə, 

səhmdarların ümumi yığınjağının qərarları ümumi yıüıncaqda iştirak edən səhmdarların sadə səs çoxluüu ilə 

qəbul edilir. Nizamnamədə qərarın yekdilliklə qəbul edilməsi qaydası da nəzərdə tutula bilər. Elə məsələlər 

vardır  ki,  bu  məsələlər  barəsində  qərarlar  yalnız  yıüıncaqda  iştirak  edən  və  səsvermə  hüququna  malik  olan 

səhmdarların əksəriyyət səs çoxluüu (66%, yəni 2/3 səs çoxluüu) ilə qəbul edilə bilər. Belə ki, cəmiyyətin ni-

zamnaməsinin  dəyişdirilməsi  və  ona  əlavələr  edilməsi,  cəmiyyətin  fəaliyyətinə  xitam  verilməsi,  habelə 

cəmiyyətin yenidən təşkili kimi məsələlər barəsində qərarlar məhz bu qaydada çıxarılır. Qalan məsələlərin həlli 

barədə qərar yıüıncaqda iştirak edənlərin adi (sadə) səs çoxluüu qəbul edilir. 

Ümumi yıüıncaqda qəbul edilən qərarların hüquqi qüvvəyə malik olması üçün vacibdir ki, ümumi yıüıncaq 

səlahiyyətli hesab edilsin, yəni qanunla nəzərdə tutulan kvoruma (yetərsaya) malik olsun. Əgər ümumi yıüın-

caqda səsvermə hüququna malik olan səhmdarların, yəni səsli səhmdarların beşdə öz (3/5), yəni 60%-i iştirak 

edərsə, onda bu yıüıncaq səlahiyyətli hesab edilir. Ümumi yıüıncaqda səsvermə belə bir qayda əsasında həyata 

keçirilir: bir səsli səhm — bir səs.  

Səhmdar cəmiyyətinin hər hansı idarə orqanı səhmdarların ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aid 

edilmiş məsələlər barədə qərarlar qəbul edə bilməz. Bu məsələlər həll edilmək üçün ümumi yıüıncaüın özü tərə-

findən, öz iradəsi əsasında cəmiyyətin icra orqanlarına verilə bilməz. Əgər bunu ümumi yıüıncaüın özü istəsə 

belə, o, yenə də mümkün olan iş deyil. 

Bu, onunla izah olunur ki, Mülki Məjəllə ilə səhmdarların ümumi  yığınjağının müstəsna səlahiyyətinə aid 

edilmiş məsələləri həll etmək özün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz (MM-in 107-ci 

maddəsinin  2-ci  bəndi).  Burada  müstəsna  səlahiyyətin  verilməməsi  prinsipi  ifadə  edilmişdir.  Bu  prinsipin 

ə

sas məqsədi səhmdarların mənafeyini icra orqanları tərəfindən yol verilə bilən mümkün sui-istifadə halların-



dan  qorumaqdan  ibarətdir.  Məsələ  burasındadır  ki,  səhmdarların  zoxu  sahibkarlıq-kommersiya  dövriyyəsinin 

professional iştirakzısı deyildir. Digər tərəfdən ümumi yığınjaq yeganə elə bir orqandır ki, bu orqanın vasitəsilə 

(adi) sıravi səhmdarlar səhmdar cəmiyyətinin fəaliyyətinə təsir göstərə bilərlər. 

Səhmdarların ümumi yığınjağının zıxardığı qərarlar protokolla rəsmiləşdirilir. Belə ki, ümumi yığınjağın qə-

bul  etdiyi  qərarları  özündə  əks

 

etdirən  protokol  tərtib  olunur.  Protokolda  qərardan  başqa,  ümumi  yığınjağın 



keçirilmə  vaxtı  və  yeri,  ümumi  yığınjağın  gündəliyi,  səsvermə  hüququna  malik  olan  səhmdarların  və  səsli 

səhmlərinin sayı, zıxarışların xülasəsi və səsvermənin nəticələri barədə məlumat göstərilir. 



Direktorlar şurası (müşahidəsi şurası) səhmdar cəmiyyətinin idarəetmə sisteminə daxil olan orqanlardan 

biridir. Bu cür orqan səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə yaradılır (MM-in 107-ci maddəsinin 3-cü 

bəndi).  

Müşahidə şurasının (direktorlar şurasının) səlahiyyətləri səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyənləş-

dirilir.  Nizamnamədə  bu  orqanın  müstəsna  səlahiyyətinə  aid  edilən  məsələlər  göstərilir.  Həmin  məsələlər 

cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri ilə bağlıdır. Bir qayda olaraq, səhmdarların ümumi yıüıncaüının ha-

zırlanması və çaüırılması, cəmiyyətinin idarəetmə orqanlarının fəaliyyət qaydasını müəyyən edən daxili sənəd-

lərin təsdiq edilməsi, ehtiyat və digər fondlardan istifadə olunması, dividendlərin miqdarı və ödənilməsi qaydası 

barədə tövsiyə verilməsi, cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və cəmiyyət üçün əmlak əldə edilməsi ilə 

bağlı olaraq iri əqdlərin bağlanması və digər məsələlər müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilə bi-

lər. Bunlardan əlavə, nizamnamədə nəzərdə tutula bilər ki, cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq, 

onların  əsasnamələrini  təstiq  etmək  və  fəaliyyətinə  xitam  vermək,  cəmiyyətin  təşkilati  strukturunu  və  daxili 

qaydalarını təsdiq etmək, vəzifəli şəxslərin əmək haqlarını müəyyən etmək və əmlak məsuliyyətinə jəlb edilmə-

si barədə qərar zıxarmaq direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilsin.  

Müşahidə şurası ümumi xarakterli məsələləri həll etmək üçün daimi fəaliyyət göstərən orqandır.

 

O, öz səla-



hiyyətləri  həddində  ümumi  rəhbərliyi  həyata  keçirir  (MM-in  107-7-ci  maddəsinin  1-ci  bəndi).  Bu,  onu  ifadə 

edir ki, direktorlar şurası (müşahidə şurası) idarəetmə orqanıdır.  darəetmə (idarəzilik) funksiyası onun yerinə 

yetirdiyi əsas funksiyalardan biridir. Bununla yanaşı, direktorlar şurası (müşahidə şurası) cəmiyyətin fəaliyyəti 

özərində nəzarəti həyata keçirir (MM-in 107-7-ci maddəsinin 1-ci bəndi). Bu isə o deməkdir ki, direktorlar şu-

rası (müşahidə şurası) nəzarət orqanıdır. Belə ki, eyni zamanda onun əsas funksiyası səhmdar cəmiyyətinin 

icra orqanlarına nəzarət etməkdən ibarətdir.  


 

216


Səhmdar cəmiyyətinin icra orqanı müşahidə şurasının müstəsna səlahiyyətinə aid məsələlər barəsində qərar 

qəbul edə bilməz. Bu məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz 

(MM-in 107-ci maddəsinin 3-cü bəndi). Əgər müşahidə şurası bunu istəsə belə, o, mümkün olan iş deyil. Ona 

görə ki, mülki qanunvericilik müstəsna səlahiyyətin verilməməsi prinsipindən çıxış edir. Bu prinsip ola bilə-

jək mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədinə xidmət edir. 

Səhmdarların  sayı  əllidən  az  olan  cəmiyyətdə  direktorlar  şurası  (müşahidə  şurası)  yaradılmır,  zox  olan 

cəmiyyətdə isə belə orqan təsis edilir. Bu isə o deməkdir ki, direktorlar şurası (müşahidə şurası) fakultativ or-

qandır. 

Direktorlar şurasının (müşahidə şurasının) hüquqi vəziyyəti ümumi şəkildə Mülki Məjəllə ilə müəyyən edilir 

(107-7―107-9-cu maddələr). Odur ki, bu orqanla bağlı olan münasibətlər (bu orqanın özvlərinin sayı və onlara 

aid olan tələblər, müstəsna səlahiyyətə aid olan məsələlər və s.) cəmiyyətin nizamnaməsi ilə tənzimlənir. 

Direktorlar şurası (müşahidə şurası) kollegial orqandır; bu orqan sədrdən və özvlərdən ibarətdir. Onun öz-

vü yalnız fiziki şəxslərdən ibarət ola bilər. 

Direktorlar şurası (müşahidə şurası) həm də eyni zamanda sezkili orqandır. Belə ki, bu orqan sezki yolu ilə 

yaradılır; onun özvləri ümumi yığınjaqda 3 ildən artıq olmayan müddətə sezilirlər. Bir qayda olaraq, direktorlar 

ş

urasının (müşahidə şurasının) özvlüyünə cəmiyyətin səhmdarı olan şəxslər sezilə bilərlər. Özü də özv fiziki şəxs 



olmalıdır;  ona  görə  ki,  fiziki  şəxslərin  şəxsi  məsuliyyəti  vacib  rol  oynayır.  Bununla  belə,  direktorlar  şurasının 

(müşahidə şurasının) özvlüyünə cəmiyyətin səhmdarı olmayan şəxs də sezilə bilər, bu şərtlə ki, nizamnamədə baş-

qa hal nəzərdə tutulmasın (MM-in 107-7-ci maddəsinin 5-ci bəndi). 

Qeyd etməliyik ki, direktorlar şurasının (müşahidə şurasının) əsas xüsusiyyəti yuxarıda göstərdiyimiz kimi, ey-

ni zamanda iki funksiya yerinə yetirməkdən ibarətdir: idarəzilik funksiyası (idarə orqanı kimi); nəzarət funksiyası 

(nəzarət orqanı kimi). Lakin bu funksiyalar bir-birindən ayrılmışdır, yəni onların aralarına hədd qoyulmuşdur. Bu-

na görə də cəmiyyətin icra orqanlarının özvləri (və ya təkbaşına icra orqanı) direktorlar şurasına (müşahidə şurası-

na)  özv  sezilə  bilməzlər  (MM-in  107-7-ci  maddəsinin  5-ci  bəndi).  Belə  qayda  bəzi  xarici  ölkələrin  (məsələn, 

Fransanın və s.) qanunvericiliyində nəzərdə tutulmuşdur

1



Direktorlar şurasına (müşahidə şurasına) sədr rəhbərlik edir. O, səhmdarların ümumi yığınjağı tərəfindən di-

rektorlar şurasının (müşahidə şurasının) özvləri arasından sezilir (MM-in 107-8-ci maddəsi). 



jlas direktorlar şurasının (müşahidə şurasının) əsas təşkilati fəaliyyət formasıdır. O, öz ayda bir dəfədən 

az  olmayaraq  direktorlar  şurasının  (müşahidə  şurasının)  sədri  tərəfindən  zağırılır.  jlasın  keçirilmə  qaydaları 

cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 

Direktorlar şurasının (müşahidə şurasının) ijlasında onun səlahiyyətinə aid edilən məsələlər barəsində müva-

fiq qərarlar zıxarılır. Qərar bu orqanın əsas hüquqi fəaliyyət formasıdır.  jlasda qəbul olunan qərarlar proto-

kolla rəsmiləşdirilir. Belə ki, direktorlar şurasının (müşahidə şurasının) ijlası zağırıldıqda, həmin ijlasda zıxarıl-

mış qərarları əks etdirən protokol tərtib edilir. Protokol ijlasa rəhbərlik (sədrlik) edən şəxs, yəni direktorlar şu-

rasının (müşahidə şurasının) sədri tərəfindən imzalanır. 

Qərarlar  sadə  səs  zoxluğu  ilə  qəbul  edilir.  jlasda  səsvermə  «bir  özv  -  bir  səs»  prinsipi  əsasında  həyata 

keçirilir, yəni ijlasda direktorlar şurasının (müşahidə şurasının) hər bir özvü bir səsə malikdir. 

Protokolda  həm  də  ijlasın  yeri,  vaxtı,  iştirakzılar,  gündəlik,  zıxarışların  xülasəsi  və  səsvermənin  nəticələri 

barədə məlumatlar göstərilir. 

Səhmdar cəmiyyətinin icra orqanı cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Bu orqanın səla-

hiyyətinə  o  məsələlər  daxildir  ki,  həmin  məsələlər  cəmiyyətin  digər  idarəetmə  orqanlarının  —  səhmdarların 

ümumi yıüıncaüının və müşahidə şurasının (direktorlar şurasının) müstəsna səlahiyyətinə aid edilməsin. Başqa 

sözlə desək, ümumi yıüıncaüın və müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin 

həlli cəmiyyətin icra orqanının səlahiyyətinə daxil olunur (MM-in 107-ci maddəsinin 4-cü bəndi). Bu məsələlər 

cəmiyyətin nizamnaməsində göstərilir. Deməli, icra orqanı cəmiyyətin ümumi yıüıncaüının və müşahidə şurası-

nın (direktorlar şurasının) müstəsna səlahiyyətlərinə şamil edilən məsələlərdən savayı, cəmiyyətin fəaliyyəti ilə 

bağlı bütün məsələləri həll edir («qalıq prinsipi»). Başqa sözlə desək, icra orqanlarının səlahiyyətinə MM ilə 

və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlər da-

xildir (MM-in 107-10-cu maddəsinin 2-ci bəndi). Bu orqan səhmdar cəmiyyəti adından etibarnaməsiz fəaliyyət 

göstərir, onun mənafelərini təmsil edir, cəmiyyətin əmlakı barəsində sərəncam verir, əqdlər (müqavilələr) bağ-

layır (o cümlədən əmək müqavilələri), banklarda hesablaşma hesabı açır və s. 

Qeyd etmək lazımdır ki, cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) özvləri sezilə 

bilməzlər (MM-in 107-10-cu maddəsinin 1-ci bəndi). Ona görə ki, qeyd etdiyimiz kimi, direktorlar şurası (mü-

ş

ahidə şurası) cəmiyyətin icra orqanlarına nəzarət etmək kimi funksiya yerinə yetirir; o, həm də nəzarət orqanı-



dır. Səhmdar cəmiyyətində icra-idarəzilik funksiyası nəzarət funksiyasından ayrılmışdır. Odur ki, eyni za-

 

217


manda direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının özvü olmaq qeyri-mümkündür. 

Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar da cəmiyyətin icra orqanının özvü sezilə bilməz 

(MM-in 107-10-cu maddəsinin 7-ci bəndi). Məqsəd yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını al-

maqdan ibarətdir. Digər tərəfdən bu, cəmiyyətin icra orqanının asılı olmamasını təmin edir. 

Səhmdar cəmiyyətinin icra orqanı həm təkbaşına, həm də kollegial ola bilər. Təkbaşına orqana misal ola-

raq direktoru, baş direktoru, müdiri, prezidenti, kollegial icra orqanına isə müdiriyyəti, idarə heyətini göstərmək 

olar. Cəmiyyətin icra orqanı həm seçilə, həm də təyin oluna bilər.  

Bununla belə, eyni zamanda səhmdar cəmiyyətinin həm kollegial, həm də təkbaşına icra orqanı yaradıla bi-

lər.  Bu,  mümkündür.  Qanun  buna  yol  verir  (MM-in  107-ci  maddəsinin  4-cü  bəndi).  Belə  halda  səhmdar 

cəmiyyətinin nizamnaməsində hər bir icra orqanının səlahiyyəti dəqiq olaraq göstərilir.  

Cəmiyyətin icra orqanları səhmdarların ümumi yıüıncaüı tərəfindən yaradılır. Cəmiyyətin nizamnaməsində 

bu məsələnin həlli müşahidə şurasının (direktorlar şurasının) səlahiyyətinə aid edilə bilər. Bu orqanlar özərində 

nəzarəti müşahidə şurası həyata keçirir. Buna görə də həmin orqanlar səhmdarların ümumi yıüıncaüına və di-

rektorlar şurasına hesabat verirlər.  

Səhmdar cəmiyyətinin icra orqanının səlahiyyətləri mülki-hüquqi müqavilə əsasında başqa şəxslərə verilə bi-

lər. Bu şəxslərə idarəçi deyilir. Özü də idarəçi rolunda yalnız o şəxslər çıxış edə bilər ki, onlar kommersiya (sa-

hibkarlıq) dövriyyəsinin professional iştirakçıları olsunlar. Ona görə ki, bu kateqoriya şəxslər kommersiya (sahib-

karlıq) dövriyyəsinə dərindən bələd olub, kommersiya işlərində kifayət qədər səriştəyə və təcrübəyə malikdirlər. 

Söhbət  kommersiya  təşkilatlarından  və  fərdi  sahibkarlardan  gedir.  Cəmiyyətin  icra  orqanının  səlahiyyətləri  bu 

şə

xslərə verilə bilər. Özü də bu, yalnız səhmdarların ümumi yıüıncaüının qərarı ilə mümkündür (MM-in 107-ci 



maddəsinin 4-cü bəndi). 

Səhmdar cəmiyyətində təftiş komissiyası (müfəttiş) kimi orqan da yaradıla bilər. O, nə idarəetmə, nə də 

icra orqanı sayılır. Təftiş komissiyası (müfəttiş) yoxlama-nəzarət orqanı hesab edilir. Belə ki, onun əsas işi 

cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirməkdən, bu fəaliyyəti təftiş etmək və yoxlamaq-

dan ibarətdir. Bu orqan səhmdarların sayı əllidən zox olan cəmiyyətlərdə yaradılır. Əgər nizamnamədə nəzərdə 

tutularsa, səhmdarların sayı əllidən zox olmayan cəmiyyətlərdə də həmin orqan yaradıla bilər (MM-in 107-11-

ci maddəsinin 1-ci bəndi). 

Təftiş komissiyası kollegial orqandır. Belə ki, o, özvlərdən ibarətdir. Özvlərin səlahiyyət müddəti öz ildən 

artıq ola bilməz. Təftiş komissiyası həm də sezkili orqandır. Ona görə ki, bu orqan sezki yolu ilə yaradılır. Özü 

də onun özvlüyünə fiziki şəxslər sezilir (MM-in  107-11-ci maddəsinin 3-cü bəndi). Bu, fiziki şəxslərin şəxsi 

məsuliyyət daşımaq qabiliyyəti ilə bağlıdır. 

Nə cəmiyyətin səhmdarı, nə direktorlar şurasının (müşahidə şurasının) özvü, nə də cəmiyyətin icra orqanının 

özvü təftiş komissiyasının özvü sezilə bilər. Məqsəd təftiş komissiyasının müstəqilliyini və asılı olmamasını tə-

min etməkdən ibarətdir. 

Müfəttiş isə təkbaşına orqandır. O, bir qayda olaraq, təyin olunur. Buna görə də onu sezkili orqan hesab et-

mək olmaz. 

Səhmdarlar  qanunda  nəzərdə  tutulan  əyyən  vəzifələr  daşıyırlar.  Əldə  etdiyi  səhmin  dəyərini  ödəmək 

onların əsas və başlıca vəzifəsidir. Səhmdarların bu vəzifəsi ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının 

formalaşması bilavasitə əlaqəlidir (MM-in 103-cü maddəsi).  

Səhmdarların səhmdar cəmiyyətinin özvü olmaq özün haqq kimi ödəməli olduğu nominal pul məbləğinə ni-



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə