MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə36/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

zamnamə kapitalı deyilir. O, uzot-mühasibat kateqoriyasıdır. 

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı öz əsas funksiya yerinə yetirir: 

 iqtisadi funksiya; 



 iştirak funksiyası; 

 qarantiya funksiyası. 



Nizamnamə kapitalının iqtisadi funksiyasının mahiyyəti ondan ibarətdir ki, səhmdar cəmiyyətinin nizam-

namə kapitalının ödənilməsi özün verilmiş əmlak (səhmlərin dəyərini ödəmək özün verilmiş əmlak) onun həya-

ta  keçirdiyi  istehsal-ticarət  fəaliyyətinin  maddi  bazasını  və  iqtisadi  əsasını  təşkil  edir.  Bu  fəaliyyətin  həyata 

keçirilməsi özün lazım olan əmlakın miqdarı tələbat və ehtiyac nəzərə alınmaqla təsiszilər tərəfindən müəyyən-

ləşdirilir. 

Nizamnamə kapitalının iştirak funksiyası ondan ibarətdir ki, onun vasitəsilə hər bir səhmdarın səhmdar 

cəmiyyətində, yəni səhmdar cəmiyyətinin işlərində iştirak payı müəyyən olunur. Belə ki, əvvəldə qeyd etdiyimiz 

kimi, səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən sayda səhmlərə bülünür. Nominal dəyərə malik olan 

səhm səhmdar  cəmiyyətində özvlüyü təsdiq edən  xüsusi sənəddir (nominal dedikdə, səhmin üstündə  göstərilən 

qiymət başa düşülür). Özvlük dedikdə isə səhmdarın hüquqlarının (səhmdarların ümumi yığınjağında iştirak et-


 

218


mək hüququ; səsvermə hüququ və s.) məjmusu başa düşülür. 

Nizamnamə kapitalının qarantiya funksiyası onun üçüncü funksiyasıdır. Bu funksiyanın yerinə yetirilməsi, 

hər şeydən əvvəl, kreditorların maraqlarının

 

qorunmasına və müdafiəsinə yünəlmişdir. 



Qarantiya funksiyasına əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə 

təminat verir. O, səhmdarlar tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən ibarətdir. Nizamnamə kapi-

talı səhmdar cəmiyyətinin həyata keçirdiyi fəaliyyətin iqtisadi əsası və maddi bazası olmaqla yanaşı, həm də ey-

ni  zamanda  onun  kreditorlarının  mənafelərinə  təminat  verən  əmlakın  minimum  miqdarı  müəyyənləşdirir.  Ni-

zamnamə kapitalının həcmini (miqdarını) müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) təyin edir. O, 

bu miqdardan az ola bilməz.  

Səhmdar cəmiyyəti təsis edilərkən onun buraxdığı bütün səhmlər təsisçilər arasında bölünür (MM-in 103-cü 

maddəsinin 3-cü bəndi). Onlar həmin səhmləri almaqla cəmiyyətin nizamnamə kapitalını ödəyirlər. Özü də on-

lar nizamnamə kapitalını tamamilə ödəmək vəzifəsini cəmiyyət dövlət qeydiyyatına alınanadək icra etmə-

lidirlər.  Belə  təsəvvür  yaranır  ki,  səhmdar  cəmiyyəti  səhmdarlar  nizamnamə  kapitalını  tamamilə  ödədikdən 

sonra dövlət qeydiyyatına alınır.  

Səhmdar  cəmiyyətinin  səhmdarları  həm  adi,  həm  də  təminatlı  (imtiyazlı)  səhmlər  ala  bilərlər.  Adi  (sadə

səhmlər odur ki, bu səhmlər öz sahibinə səhmdarların ümumi yıüıncaüında səsvermə hüququ ilə iştirak etmək 

hüququ verir; bu növ səhm öz sahibini üstünlük hüququ ilə təmin etmir. Təminatlı (imtiyazlı) səhmləodur ki, 

bir qayda olaraq, bu cür səhmlərin sahibləri səsvermə hüququna malik deyildirlər. Amma jəmiyyətin nizamna-

məsində başqa qayda da nəzərdə tutula bilər. Məsələn, cəmiyyətin nizamnaməsində göstərilə bilər ki, aşağıdakı 

məsələlər özrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səsvermə hüququ əldə edir: cəmiyyətin yeni-

dən təşkil və ləğv olunması; nizamnamədə imtiyazlı səhm sahibinin hüquqlarını məhdudlaşdıran dəyişiklik və 

ə

lavələr  edilməsi  (MM-in  106-1-ci  maddəsinin  5-ci  bəndi).  Təminatlı  (imtiyazlı)  səhmlərin  ümumi  məbləüi 



cəmiyyətin nizamnamə kapitalının iyirmi beş faizini aşa bilməz, yəni bu faizdən çox ola bilməz. Həmin səhmlər 

öz sahibinə elə bir təminat verir ki, bunun nəticəsində o, səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticələ-

rindən asılı olmayaraq bir qayda kimi adətən, səhmin nominal dəyərinin sabit faizi şəklində dividendlər alır, yə-

ni sabit şəkildə faiz alır. Bundan əlavə, təminatlı (imtiyazlı) səhmlər öz sahibinə ləğvetmə kvotası almaqda, yə-

ni səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük 

hüququ verir. Bu səhmlərin sahibləri cəmiyyətin işlərinin aparılmasında iştirak etmək hüququna malik deyil (ni-

zamnamədə  başqa  qayda  da  nəzərdə  tutula  bilər).  Göründüyü  kimi,  təminatlı  (imtiyazlı)  səhmlər  öz  sahibinə 

başqa səhmlərlə (adi səhmlərlə) müqayisədə nizamnamədə nəzərdə tutulan müəyyən üstünlük verir. Üstünlük 

öz xarakterinə görə müxətlif olub, səhmdə ifadə olunan səsin sayına, devidendin həjminə və cəmiyyət ləğv edi-

lən  zaman  pul  ödənişlərinin  verilməsinin  növbəliliyinə  aid  edilə  bilər.  Bu  növ  səhmin  buraxılması  səhmdar 

cəmiyyəti yaradılarkən onun nizamnaməsində hükmən nəzərdə tutulmalıdır.  

Səhmdarlar əldə etdikləri səhmlərin dəyərini pulla, qiymətli kaüızla, başqa əmlakla, əmlak hüququ ilə, habe-

lə  pul  dəyəri  olan  digər  hüquqla  ödəyə  bilər.  Özü  də  səhmin  dəyərini  tam  ödəyən  səhmdarların  səhmdar 

cəmiyyətindən çıxarılması mümkün deyil. Bu cəhəti ilə səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətdən 

fərqlənir. Belə ki, məhdud məsuliyyətli cəmiyyət iştirakçısı cəmiyyətdən çıxa bilər (MM-in 95-ci maddəsi). 

Nizamnamə kapitalını ödəmək özün səhmdarların əldə etdikləri səhmlərə görə verdiklərinə nizamnamə ka-



pitalına qoyuluşlar deyilir. Onlar iki növdə ola bilər: pul qoyuluşları; əmlak qoyuluşları (əmlak nemətləri, əm-

lak hüquqları və pul dəyəri olan digər hüquqlar), yəni pul olmayan əmlak. Əmlak qoyuluşlarının dəyəri təsis yı-

ğ

ınjağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə səhmdarların ümumi yığınjağının qərarı ilə mü-



ə

yyən  edilir  (MM-in  103-cü  maddəsinin  1-ci  bəndi).  O  ki  qaldı  nizamnamə  kapitalına  qoyuluş  formalarına, 

qeyd etməliyik ki, bu formalar təsiszilər arasında bağlanmış müqavilə (təsis müqaviləsi) ilə müəyyənləşdirilir. 

Səhmdar əldə etdiyi səhmin dəyərini səhmdar cəmiyyətinə qarşı olan tələblərin əvəzləşdirilməsi yolu ilə ödə-

yə bilməz. Belə ki, qanun səhmdarı əldə etdiyi səhmin dəyərini ödəmək vəzifəsindən onun cəmiyyətə qarşı olan 

tələblərinin əvəzləşdirilməsi yolu ilə azad etməyə yol vermir (MM-in 103-cü maddəsinin 4-cü bəndi). Məsələn, 

tikinti təşkilatı səhmdar cəmiyyətinin binasını təmir edir və buna görə onun bu cəmiyyətə qarşı gördüyü iş üçün 

on min manat məbləüində podrat haqqını tələb etmək hüququ yaranır. Tikinti təşkilatı cəmiyyətə qarşı olan bu 

tələb hüququnun əvəzləşdirilməsi yolu ilə əldə ediyi səhmlərin dəyərini ödəyə bilməz.  

Mülki qanunvericilik nəinki cəmiyyətə qarşı olan tələblərin əvəzləşdirilməsi yolu ilə, habelə, ümumiyyətlə, 

səhmdarın cəmiyyətin səhmlərinin dəyərini ödəmək vəzifəsindən azad olunmasına yol vermir.  

Qeyd  etdiyimiz  kimi,  nizamnamə  kapitalı  səhmdar  cəmiyyətinin  kreditorlarının  mənafelərini  təmin  etmək 

üçün  qarantiya  funksiyasını  yerinə  yetirir.  Mülki  qanunvericilik  nizamnamə  kapitalının  özünün  qarantiya 

funksiyasını  həyata  keçirə  bilməsi  üçün  onun  həcminin  cəmiyyətin  xalis  aktivlərinin  dəyərindən  asılı  olaraq 

müəyyənləşdirilməsi haqqında qayda nəzərdə tutur (MM-in 103-cü maddəsinin 5-ci bəndi). Bu qaydaya görə 


 

219


ikinci və hər növbəti maliyyə ili başa çatarkən səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri nizamnamə kapi-

talından  çox  olmalıdır  (bu  qayda  birinci  maliyyə  ilinin  başa  çatması  halına  aid  deyil).  Əgər  az  olarsa,  onda 

səhmdar cəmiyyəti öz nizamnamə kapitalının azalmasını elan edir və bunu qeydə aldırır. O, xalis aktivlərin də-

yəri ilə nizamnamə kapitalının həcmi arasında  yaranmış fərqi aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər 

görməlidir.  

Ə

gər cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət 



ləğv edilir. Nizamnamə kapitalının minimum miqdarı isə qeyd etdiyimiz kimi, müvafiq icra hakimiyyəti orqanı 

(AR Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir.  

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı artırıla bilər. Bunun üçün səhmdarların ümumi yıüıncaüının mü-

vafiq  qərar  qəbul  etməsi  lazımdır.  Axı,  səhmdar  cəmiyyətinin  nizamnamə  kapitalının  miqdarını  dəyişdirmək 

(artırmaq və ya azaltmaq) səhmdarların ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aiddir.  

Mülki qanunvericilik cəmiyyətin nizamnamə kapitalının artırılmasının iki üsulunu nəzərdə tutur (MM-in 

104-cü maddəsinin 1-ci bəndi). Birinci üsulun mahiyyəti səhmlərin nominal dəyərini artırmaqdan ibarətdir. 

Məsələn, nominal qiyməti bir min manat olan səhmin dəyəri artırılıb iki min manata çatdırılır. Ikinci üsulun 

mahiyyəti əlavə səhmlər buraxmaqdan ibarətdir. Belə halda səhmdarların əlavə buraxılan səhmləri satın al-

maqda üstünlük hüququ vardır, bir şərtlə ki, bu, cəmiyyətin nizamnaməsində nəzərdə tutulsun (MM-in 104-cü 

maddəsinin 2-ci bəndi). O ki qaldı səhmlərin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qay-

dalarına, həmin qaydalar Qiymətli Kağızlar özrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. 

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı həm də azaldıla bilər (MM-in 105-ci maddəsi). Özü də dərhal 

qeyd edirik ki, bu, yalnız səhmdarların ümumi yıüıncaüının qərarı ilə mümkün ola bilər. Belə ki, həmin məsələ-

nin həlli səhmdarların ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aid edilmişdir.  

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması zamanı mülki qanunvericilik kreditorların hüquq 

və mənafelərinin qorunmasına, cəmiyyət tərəfindən sui-istifadə hallarına (əlbəttə, onun işgözar partnyorlarının 

mənafelərinə ziyan vurulmasına yönələn hallara) yol verilməməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə o, xüsu-

si qayda müəyyənləşdirir. Bu qaydaya görə, nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi 

yığınjağının qərar qəbul edildiyi gündən 15 təqvim günü müddətində bu barədə cəmiyyət özünün bütün kredi-

torlarına bildiriş (yazılı məlumat) göndərir (MM-in 105-ci maddəsinin 2-ci bəndi). Bildirişi aldıqdan sonra 30 

təqvim günü ərzində kreditorlar cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam 

verilməsini tələb edə bilərlər. Məsələn, kreditorların ixtiyarı var ki, cəmiyyətə verdiyi borcun (kreditin) vaxtın-

dan əvvəl geri qaytarılmasını tələb etsinlər və yaxud nisyə satdığı malın pulunun vaxtından əvvəl ödənilməsini 

tələb etsinlər və s. Bundan əlavə, kreditorlar həm də düşdükləri zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.  

Beləliklə,  cəmiyyətin  bütün  kreditorlarına  bildiriş  göndərilməklə  nizamnamə  kapitalının  azaldılmasına  yol 

verilir. Bildiriş gündərmək səhmdar cəmiyyətinin borcu və vəzifəsidir. Bu qayda cəmiyyətin öz nizamnamə ka-

pitalının  özbaşına  olaraq  azaldılmasının  qarşısını  alır  və  kreditorların  mənafelərinin  və  hüquqlarının  müdafiə 

edilməsinə yönəlir.  

Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması üçün mülki qanunvericilik iki üsul (yol) müəyyən-

ləşdirir (MM-in 105-ci maddəsinin 1-ci bəndi).  

Birinci üsulun mahiyyəti səhmdar cəmiyyətinin öz səhmlərinin nominal dəyərini azaltmasından ibarətdir. 

Məsələn, elə hesab edək ki, bir səhmin nominal dəyəri bir min manatdır. Səhmdar cəmiyyəti onun nominal dəyə-

rini azaldaraq səkkiz yöz manata salır. Bu yolla cəmiyyətin nizamnamə kapitalı azalır.  

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasının ikinci üsulu səhmdar cəmiyyətinin səhmlərin 



bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmasından ibarətdir. Özü də dərhal qeyd etməliyik ki, 

yalnız nizamnamədə nəzərdə tutulduüu hallarda bu üsuldan istifadə edilə bilər. Əgər həmin üsul nizamnamədə 

göstərilməzsə, onda bu üsuldan istifadə etməklə nizamnamə kapitalının azaldılması mümkün olmur, istisna edi-

lir.  


Səhmdar  cəmiyyətinin  səhmlərin  bir  hissəsini  satın  alması  onun  dövriyyədən  çıxarılmasına  səbəb  olur. 

Cəmiyyətin ümumi yıüıncaüında səsvermədə və mənfəətin bölüşdürülməsində bu səhmlər nəzərə alınmır; onlar 

özrə devidendlər hesablanmır. 

 

Səhmdar  cəmiyyətin  səhmlərinin  bir  hissəsinin  satın  alınması  dedikdə,  yerləşdirilmiş  səhmlərin  geri  satın 



alınması  başa  düşülür.  Bu  məsələ  ayrıja  maddə  ilə  tənzimlənir  (MM-in  105-1-ci  maddəsi).  Həmin  maddəyə 

görə, səhmdar cəmiyyəti nizamnamə kapitalının miqdarını azaltmaq məqsədi ilə, əvvəl yerləşdirilmiş səhmlərin 

bir hissəsini geri ala bilər. Bunun özün səhmdarların ümumi yığınjağının müvafiq qərar zıxartması tələb edilir. 

Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı özün müəy-

yən  edilmiş  məbləğin  minimal  həddindən  aşağı  olmamalıdır,  yəni  yuxarıda  göstərdiyimiz  kimi,  AR  Nazirlər 

Kabineti  tərəfindən  müəyyənləşdirilmiş  minimum  miqdardan  aşağı  endirilməməlidir.  Əks  halda  bu,  səhmdar 



 

220


cəmiyyətinin ləğvinə səbəb olardı. 

Səhmlər yalnız sahiblərinin razılığı ilə geri satın alına bilər. Bu zaman səhmin birca qiyməti yox, ümumi yı-

ğ

ınjaqda müəyyən olunmuş qiyməti əsas gütürülür. 



Səhmdar cəmiyyətinin nizamnamə kapitalı yalnız qanunda nəzərdə tutulan həddə kimi azaldıla bilər. Bu, o 

deməkdir ki, nizamnamə kapitalının azaldılması nisbi xarakterə malikdir. Belə ki, səhmdar cəmiyyəti tərəfindən 

nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilmiş mi-

nimum miqdara kimi azaldıla bilər. Onun nizamnamə kapitalını bu miqdardan aşaüı endirməsi yolverilməzdir. 

Mülki qanunvericiliyin bu cür imperativ göstərişinə səhmdar cəmiyyətinin əməl etməməsi onun üçün arzuolun-

maz nəticələrə səbəb olur. Belə ki, əgər o, nizamnamə kapitalını minimum miqdardan aşaüı endirərsə, bu hal 

cəmiyyətin ləğvinə səbəb olur (MM-in 105-ci maddəsinin 4-cü bəndi).  

Səhmdarlar həm də hüquqlara malikdirlər. Mülki qanunvericilik onlara geniş hüquqlar verir. Bu hüquqlar 

Mülki Məcəllədə göstərilmişdir. 

Məjəllənin 106-1-ci maddəsində ifadə olunan normaların bir qismi məhz həmin hüquqların tənzimlənməsinə 

həsr edilmişdir. Onlar bir qayda olaraq, şəxsi və əmlak hüquqlarına bülünür (iqtisadi məzmuna malik olmasın-

dan asılı olaraq). Şə



xsi huquqlara aiddir: ümumi yığınjaqda iştirak etmək hüququ; səsvermə hüququ; məlumat 

almaq hüququ; cəmiyyətin idarə olunmasında iştirak etmək hüququ; sezki hüququ və s. Əmlak hüquqlarına 

isə  aid  edilir:  devidend  almaq  hüququ;  cəmiyyətin  fəaliyyətinə  xitam  verildikdə  onun  yerdə  qalan  əmlakının 

müəyyən hissəsini almaq hüququ; cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı onun tərəfindən əlavə 

buraxılan səhmləri satın almaqda üstünlük hüququ. Səhmdarların şəxsi hüquqları həm də eyni zamanda səhm-

dar cəmiyyətinin işlərində iştirak etmək hüququ adlanır. Səhmdarların hüquqları səhmdə ifadə olunan hü-

quqların həjmindən asılı olaraq iki yerə bülünür: adi səhm sahiblərinin hüquqları; təminatlı (imtiyazlı) səhm sa-

hiblərinin hüquqları. 

Dividend almaq səhmdarın əsas əmlak hüquqlarından biridir. Dividend dedikdə, qoyulmuş kapitala görə əl-

də  edilən  mənfəət  başa  düşülür.  Hər  bir  səhmə  müəyyən  məbləödə  dividend  düşür.  Bu  məbləü  səhmdarların 

ümumi yıüıncaüında müəyyənləşdirilir. 

Qeyd etmək lazımdır ki, devidendlərin ödənilməsi barədə məsələni səhmdarların ümumi yığınjağı həll edir. 

Ümumi yığınjaq bu barədə müvafiq qərar zıxarır. Məhz qərar zıxarıldığı gündən səhmdar cəmiyyətinin devi-

dendlər ödənilməsi barədə ühdəliyi yaranır. 

Bir qayda olaraq, devidendlər və onların ödənilməsi qaydası haqqında qərar qəbul etmək məsələsini səhm-

darların  ümumi  yığınjağı  həll  edir,  bu  şərtlə  ki,  həmin  məsələ  nizamnamədə  həll  olunmasın.  Belə  halda 

cəmiyyətin direktorlar şurası (müşahidə şurası) və ya həmin orqan formalaşdırılmadıqda isə cəmiyyətin icra or-

qanları həmin məsələnin ümumi yığınjaq tərəfindən həll olunmasını təklif edir. Bununla belə, bu məsələnin həl-

li cəmiyyətin nizamnaməsində müəyyən edilə bilər (MM-in 106-3-cü maddəsinin 5-ci bəndi). Məsələn, nizam-

namədə göstərilə bilər ki, devidendlər və onların ödənilməsi qaydası haqqında qərar qəbul etmək məsələsi di-

rektorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilsin. Amma səhmdar cəmiyyətinin mənfəətini (xa-

lis mənfəətini) bülüşdürmək məsələsi əvvəldə qeyd etdiyimiz kimi, səhmdarların ümumi yığınjağının müstəsna 

səlahiyyətinə  aiddir  (MM-in  107-ci  maddəsinin  1-ci  bəndi).  Belə  ki,  mənfəətin  (xalis  mənfəətin)  səhmdar 

cəmiyyətinin maliyyə ili özrə bülüşdürülməsi səhmdarların ümumi yığınjağının qərarı ilə qəbul edilir (MM-in 

106-3-cü maddəsinin 1-ci bəndi). 

Dividendlər, bir qayda olaraq, maliyyə ilinin nəticəsinə görə cəmiyyətin xalis mənfəətindən (aktivlərindən) 

ödənilir.  Belə  ki,  cəmiyyətin  illik  xalis  mənfəətinin  (aktivlərinin)  məbləüindən  səhmdara  onun  malik  olduüu 

səhmin dəyərinə uyüun olaraq dividend verilir. 

Xalis mənfəət isə vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Səhmdar cəmiyyəti o halda 

xalis mənfəətə malik ola bilər ki, onun aktivi passivindən zox olsun. Xalis mənfəət hər bir səhm özrə ödənişlər 

şə

klində bülüşdürülür. Məhz bülüşdürülmüş hissə devidend adlanır. 



Devidendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı özrə hər səhmə düşən məbləğ eyni olmalıdır. 

Özü  də  ilk  növbədə  imtiyazlı  (təminatlı)  səhmlərin  bütün  növləri  özrə  devidendlər  hesablanır  (bülüşdürülür). 

Yalnız bundan sonra adi səhmlər özrə devidendlər hesablanır (bülüşdürülür). 

Dividendlər, bir qayda olaraq, ildə bir dəfə ödənilir. Dividendlər rüblər özrə və ya yarımillik də ödənilə bilər. 

Bunun üçün vacibdir ki, səhmdar cəmiyyətinin nizamnaməsində bu barədə müvafiq göstəriş olsun. 

Buna görə də səhmdar cəmiyyətin nizamnaməsində müəyyən edilməsindən və ödənilmə vaxtından asılı ola-

raq devidendlər öz cür ola bilər: 

 illik devidend; 



 rüblük devidend; 

 yarımillik devidend. 



 

221


Rüblük və yarımillik devidendlərə aralıq devidend deyilir

Bəzən səhmdarın dividend almaq hüququnu həyata keçirməsi mümkün olmur. Belə ki, səhmdar cəmiyyəti-



nin maliyyə-iqtisadi vəziyyəti kifayət qədər zətinləşir. Bu halda səhmdarlara dividend ödənilməsi isə həmin və-

ziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Söhbət səhmdar cəmiyyətinin xalis mənfəətinin (aktivlərinin) də-

yərinin  onun  nizamnamə  kapitalının  miqdarından  azalmasından  və  ya  dividendlərin  ödənilməsi  nəticəsində 

azalmaq ehtimalından gedir (MM-in 106-cı maddəsinin 3-cü bəndi). Özünün maliyyə-iqtisadi vəziyyətinin bu 

halında səhmdar cəmiyyəti dividendləri ödəmir, səhmdarların dividendlərin ödənilməsi barədə irəli sürdükləri 

tələbləri təmin etmir.  

Bundan fərqli olaraq, təminatlı (imtiyazlı) səhm sahibləri səhmdar cəmiyyətinin maliyyə-iqtisadi vəziyyəti-

nin kifayət qədər möhkəmliyindən, təsərrüfat fəaliyyətinin nəticələrindən, bir sözlə, cəmiyyətin illik xalis mən-

fəətinin məbləüindən asılı olmayaraq dividend alırlar. Əgər cəmiyyətin xalis mənfəəti (aktivləri) olmasa, bu ka-

teqoriya səhmdarlara dividend ehtiyat fondundan və ya cəmiyyətin öz vəsaiti hesabına yaratdığı xüsusi fondlar-

dan ödənilir.  

Səsvermə səhmdarların malik olduqları hüquqlardan biridir. Onlar bu hüququ «bir səhm — bir səs» prinsipi 

ə

sasında həyata keçirirlər. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər bir səhmdar malik olduüu səhmlərin 



sayına  görə  səs  verir.  Əgər  səhmdar  iki  səhmə  malikdirsə,  onda  onun  iki  səsi  vardır.  Əgər  səhmdara  üç 

səhm məxsusdursa, deməli, onun üç səsi vardır. 

Deməli, səslərin sayı həşeydəəvvəl, səhmlərin sayı ilə müəyyən edilir. 

Səhmdarların səsi ümumi yıüıncaüın müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin həlli barədə qərarlar qə-

bul edildiyi hallarda mühüm rola və əhəmiyyətə malik olur. ×ünki bu məsələlər barəsində qərarlar nizamnamə-

də nəzərdə tutulduüundan asılı olaraq ya yekdilliklə, ya da adi (sadə) səs çoxluüu ilə qəbul edilir. 

Ə

vvəldə qeyd etdiyimiz kimi, bəzi qərarlar isə səhmdarların özdə iki səs zoxluğu ilə (əksəriyyət səs zoxluğu 



ilə) qəbul edilir (MM-in 107-5-ci maddəsinin 1-ci bəndi). Buna görə də səhmdarların səsvermə hüququ onların 

digər  hüququ  ilə  –  ümumi  yığınjaqda  iştirak  etmək  hüququ ilə  sıx surətdə  bağlıdır.  Belə  ki,  səhmdarların 

səsvermə hüququ ilə ümumi yığınjaqda iştirak etmək hüququ vardır. Sıravi səhmdarlar bu hüquqlardan istifadə 

etməklə səhmdar cəmiyyətinin fəaliyyətinə təsir göstərə bilirlər. Ədəbiyyat səhifələrində haqlı olaraq göstərilir 

ki,  ümumi  yığınjaqda  səsvermə  hüququ  cəmiyyətin  işlərinin  idarə  olunmasına  təsir  etmək  imkanı  verən  əsas 

şə

xsi hüquqdur. 



Səhmdar ümumi yığınjaqda iştirak hüququnu bilavasitə özü həyata keçirir. Bununla yanaşı o, həmin hüququ 

nümayəndəsi vasitəsilə də həyata keçirə bilər. Bundan ütrü səhmdar nümayəndə etibarnamə verməlidir. Eti-

barnamə qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq olunmalıdır (MM-in 107-3-cü maddəsinin 1-ci bən-

di). 

Cəmiyyətin nizamnaməsində nəzərdə tutulan halda, səhmdar yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iş-



tirak edə bilər (MM-in 107-3-cü maddəsinin 2-ci bəndi). Bu zaman iki tələbə əməl olunmalıdır: səhmdar ümu-

mi yığınjağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməlidir (lehinə, əleyhinə, bitərəf); 

səhmdarın imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilməlidir. Qiyabi səsver-

mənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 

Qiyabi səsvermə bəzi xarici ölkələrin qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Fransada qiyabi səs-

vermə videokonfransın vasitəsilə keçirilir. 

Təminatlı (imtiyazlı) səhm sahibləri, adi səhm sahiblərindən fərqli olaraq, səs vermək hüququna malik deyil-

lər. Bu kateqoriya səhmdarlara nizamnamə əsasında səsvermə hüququ verilə bilər.  

Belə ki, əvvəldə qeyd etdiyimiz kimi, bir sıra məsələlər (məsələn, cəmiyyətin yenidən təşkil edilməsi və s.) 

barəsində qərarların qəbul edilməsində təminatlı (imtiyazlı) səhm sahibini cəmiyyətin nizamnaməsi səsvermə 

hüququ ilə təmin edə bilər (MM-in 106-1-ci maddəsinin 5-ci bəndi). Əgər nizamnamədə bu, nəzərdə tutulmaz-

sa,  təminatlı  (imtiyazlı)  səhm  «səssiz  səhm»  hesab  edilir.  Adi  səhm  isə  «səsli  səhm»  sayılır.  Amma  «səssiz 

səhm» olmasına baxmayaraq, təminatlı (imtiyazlı) səhm öz sahibini müəyyən maddi (əmlak) imtiyazla və üs-

tünlük hüququ ilə təmin edir. Bununla səsvermə hüququnun olmaması kompensasiya edilir. 



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə