MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə37/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

Səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək hüququ səhmdarların əsas hüquqları sırasına daxil-

dir. Bu hüquq onların səhmdar cəmiyyətinin idarəetmə və icra orqanlarında iştirak etmələrini ifadə edir. Həmin 

hüquq səhmdarların sezkilərdə iştirak etmələri ilə həyata keçirilir. Belə ki, səhmdarların sezki hüququ vardır. 

Sezki hüququ iki cür olur: passiv sezki hüququ; aktiv sezki hüququ. Passiv sezki hüququna görə



səhmdarlar 

bu və  ya digər şəxsi cəmiyyətin idarəetmə və icra orqanlarına sezirlər. Aktiv sezki hüququ ilə səhmdarların 

özünün cəmiyyətin idarəetmə və icra orqanlarına sezilməsini təmin edir. 

Səhmdarların  cəmiyyətin  ümumi  yıüıncaüının çaüırılmasını  tələb  etmək  hüququ  vardır.  Belə  ki,  səsli 

səhmlərin on faizinə malik olan səhmdarlar növbədənkənar ümumi yıüıncaüın keçirilməsini tələb edə bilərlər.  


 

222


Nizamnamə  kapitalında  məcmu  payı  on  faiz  və  ya  daha  çox  olan  səhmdarların  hüququ  var  ki,  səhmdar 

cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsini tələb etsinlər. Bu yoxlanış nəticəsində səhm-

darlar səhmdar cəmiyyətinin sahibkarlıq və təsərrüfat fəaliyyətinin nəticələri, onun maliyyə-iqtisadi vəziyyəti, 

illik  xalis  mənfəət  (aktivlər)  və  digər  məsələlər  barəsində  məlumat  əldə  edir,  yol  verilmiş  sui-istifadə  halları 

müəyyənləşdirilir. Auditor yoxlanışı qanunda və cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada həyata 

keçirilir. 

Səhmdarlar bu hüquqdan peşəkar auditorun cəlb edilməsindən asılı olmayaraq istifadə edə bilərlər. Belə ki, 

səhmdar cəmiyyəti illik maliyyə hesabatını və mühasibat balansını hamının tanış olması məqsədi ilə hər il dərc 

etdirir. Səhmdar cəmiyyəti bu zaman illik maliyyə hesabatının dözgünlüyünü təsdiq etmək və yoxlamaq üçün 

peşəkar auditor jəlb edir (MM-in 107-ci maddəsinin 6-cı bəndi). Auditorun əmlak mənafeləri cəmiyyətlə və ya 

onun iştirakçıları ilə bağlı olmamalıdır. Məsələn, həmin cəmiyyətin səhmlərini əldə edən şəxs, habelə sahibkar-

lıq fəaliyyəti sahəsində bu cəmiyyətlə partnyorluq münasibətlərində olan şəxs və s. auditor rolunda çıxış edə 

bilməz. 


nformasiya  almaq  səhmdarların  əsas  şəxsi  hüquqlarından  biridir.  Bu  hüquqda  səhmdarların  cəmiyyətin 

idarəetmə – icra orqanlarının fəaliyyəti özərində nəzarət etmək vasitələrindən biri ifadə olunmuşdur. Bu hüquq 

ə

hatə edir: 



 səhmdarın cəmiyyətin fəaliyyətinə aid məlumatlar almaq hüququnu

 səhmdarın ildə bir dəfə cəmiyyətin illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququnu; 



 səhmdarın cəmiyyətin ümumi yığınjağının protokolunun surətini almaq hüququnu. 

Səhmdarlar ləğvetmə kvotası, yəni səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaq 

hüququna malikdirlər. Belə ki, səhmdar cəmiyyəti ləğv edilərkən ləğvetmə komissiyası kreditorların tələbləri-

ni növbə ilə ödəyir. Bütün kreditorlarla hesablaşdıqdan, hesablanmış, lakin ödənilməmiş devidendlər, habelə tə-

minatlı, (imtiyazlı) səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin əmlakının qalan hissəsi səhmdar-

ların ümumi yıüıncaüının qərarı əsasında səhmdarlar arasında bölüşdürülür. Özü də təminatlı (imtiyazlı) səhm 

sahibləri  qalan  əmlak  hissəsini  almaqda  başqa  səhmdarlara  nisbətən  üstünlük  hüququna  malikdirlər  (MM-in 

106-cı maddəsinin 1-ci bəndi).  

Səhmdar cəmiyyəti yenidən təşkil edilə bilər. Yenidən təşkiletmə zamanı hüquq və vəzifələr yenidən təşkil 

olunan cəmiyyətin bazası əsasında yaranan hüquqi şəxsə (şəxslərə) universal hüquq varisliyi qaydasında keçir. 

Yenidən təşkiletmə həm könüllü, həm də məcburi qaydada həyata keçirilə bilər.  

Səhmdar cəmiyyəti həm də ləğv edilə bilər. Özü də həm könüllü qaydada (ümumi yıüıncaüın qərarı əsasın-

da), həm də məcburi qaydada (məhkəmə qərarı əsasında). Ləğvetmə zamanı səhmdar cəmiyyətinin fəaliyyətinə 

hüquqi varislik olmadan xitam verilir.  



9. Törəmə və asılı təsərrüfat cəmiyyətləri  

Mətləbə  keçməmişdən  əvvəl  dərhal  qeyd  etməliyik  ki,  törəmə  təsərrüfat  cəmiyyətlərinə  hüquqi  şəxslərin 

müstəqil, xüsusi təşkilati-hüquqi forması kimi baxmaq olmaz. Bu cəmiyyət həm də təsərrüfat cəmiyyətinin nö-

vü hesab edilmir və sayılmır. Onlar spesifik xarakterə malik olan kommersiya təşkilatıdır. Bu kommersiya təş-

kilatının spesifikliyi ondan ibarətdir ki, həmin təşkilatla onun nizamnamə kapitalında iştirak edən təsərrü-

fat ortaqlıüı və ya cəmiyyəti arasında yaranan münasibətlər xüsusi qaydada qurulur.  

Bildiyimiz  kimi,  mülki  qanunvericiliyə  görə,  təsərrüfat  ortaqlıqları  və  cəmiyyətləri  başqa  təsərrüfat 

cəmiyyətlərinin iştirakçıları ola bilərlər (MM-in 64-cü maddəsinin 7-ci bəndi). Söhbət onların başqa təsərrüfat 

cəmiyyətlərinin nizamnamə kapitalında iştirakından gedir. Bir sıra hallarda nizamnamə kapitalında iştirak üstün 

xarakterə malik olur. «Nizamnamə kapitalında üstün iştirak» anlayışının mənasını qüvvədə olan qanunvericilik 

aydınlaşdırmır. Biz elə hesab edirik ki, nizamnamə kapitalında üstün iştirak dedikdə, səhm paketinin (və ya ni-

zamnamə kapitalında payın) çox hissəsinin və ya səhmlərin nəzarət paketinin (50%-dən çox) iştirakçıya məxsus 

olması başa düşülür. Amma səhmlərin nəzarət paketinin (50%-dən zox) və ya payın 50%-dən zox hissəsinin iş-

tirakzıya  məxsus  olması  məcburi  və  labüd  şərt  deyildir.  Üstün  iştirak  fakt  məsələsindən  asılıdır.  Məsələn, 

səhmdarlarının sayı zox olan cəmiyyətlərdə 5-10% səhmi əldə etmək nəzarət və bununla üstün iştirak özün ki-

fayətdir. Səhmlərin nəzarət paketi nizamnamə kapitalında elə bir iştirak formasıdır ki, bu, səhmdarların ümumi 

yıüıncaüında müəyyən məsələ barəsində şərtsiz olaraq qərar qəbul olunmasını və ya qərar qəbul olunmasından 

imtinanı təmin edir. Hər bir səhm isə iştirakçıya bir səs verir. Səhmdarların ümumi yıüıncaüının müstəsna səla-

hiyyətinə aid edilən məsələlər həll olunarkən müvafiq qərarlar, bir qayda olaraq, adi (sadə) səs çoxluüu ilə çıxa-

rılır. Şübhəsiz ki, səhm paketinin (nizamnamə kapitalında payın) çox hissəsini əldə etməklə iştirakçılar iştirak 

etdikləri cəmiyyətin ümumi yıüıncaüının qəbul etdiyi qərarları müəyyənləşdirmək şansı qazanırlar. Bununla on-

lar, mahiyyətcə, təsərrüfat cəmiyyətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edirlər, bu cəmiyyətin əsas və 

vacib məsələlər barəsində qərarlar qəbul etməsinə həlledici (təyinedici) təsir göstərirlər, ona nəzarət edirlər. Bir 



 

223


sözlə, cəmiyyətin işlərinin idarə olunmasında onlar həlledici səsə malik olurlar; ümumi yığınjağın hansı məz-

munda qərar qəbul etməsi zox vaxt üstün iştirakzılardan asılı olur.  

Bəzən iştirakçıların başqa bir təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında üstün iştirakı mümkün olmur. 

Iştirakçılarla təsərrüfat cəmiyyəti arasında sadəcə olaraq onun işlərinin idarə olunması barədə müqavilə bağ-



lanır. Bu müqaviləyə əsasən, iştirakçılara təsərrüfat cəmiyyətinin qəbul etdiyi qərarları müəyyənləşdirmək hü-

ququ verilir. Beləliklə, iştirakçılar təsərrüfat cəmiyyətinin fəaliyyətinə nəzarət edirlər. 



Başqa iştirakçı tərəfindən nəzarət olunan və özünün qəbul etdiyi qərarları müstəqil surətdə müəyyən-

ləşdirmək imkanına malik olmayan kommersiya təşkilatına törəmə təsərrüfat cəmiyyəti deyilir. Törəmə 

təsərrüfat cəmiyyətinin fəaliyyəti özərində nəzarət edən və həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləş-

dirmək imkanına malik olan kommersiya təşkilatı isə əsas iştirakçı adlanır. Əgər törəmə təsərrüfat cəmiyyəti 

nəzarət olunan təşkilatdırsa, əsas iştirakçı nəzarət edən təşkilatdır. Odur ki, nəzarət edən təşkilat nəzarət olunan 

cəmiyyətə onun işlərinin idarə olunması barədə məcburi göstərişlər vermək hüququna malikdir.  

Dediklərimizdən belə çıxır ki, kommersiya təşkilatının törəmə cəmiyyət statusu alması üçün mülki qanunve-

riciliyin nəzərdə tutduüu iki əsasdan birinin mövcud olması vacibdir:  

 birincisi, əsas kommersiya təşkilatının (əsas iştirakçının) digər təsərrüfat cəmiyyətinin nizamnamə kapita-



lında üstün iştirakı. Elə bir iştirak ki, bu, həmin cəmiyyətin işlərinin idarə olunmasında ona həlledici səs verir.  

 ikincisi, əsas kommersiya təşkilatı (əsas iştirakçı) ilə həmin təsərrüfat cəmiyyəti arasında müqavilə bağla-



nır. Elə bir müqavilə ki, bu müqavilə əsas iştirakçıya cəmiyyətin işlərini idarə etmək (məsələn, cəmiyyətin icra 

orqanının səlahiyyətlərini icra etmək) hüququ verir.  

Türəmə təsərrüfat cəmiyyətinin leqal anlayışı, onun hüquqi vəziyyəti, əsas iştirakçı ilə qarşılıqlı münasibət-

ləri və digər məsələlər mülki qanunvericiliklə ətraflı surətdə tənzimlənir (MM-in 67-ci maddəsi). Bəs mülki qa-

nunvericiliyin türəmə təsərrüfat cəmiyyəti kimi hüquqi konstruksiyanı ayrıca olaraq nəzərdə tutmasının və xü-

susi olaraq tənzimləməsinin səbəbi nədədir? Bunu nə ilə izah etmək olar?  

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, törəmə təsərrüfat cəmiyyəti konstruksiyasını Azərbaycan Respub-

likasının mülki qanunvericiliyi yaratmamışdır. Bu konstruksiyanı bizim ölkə qanunvericiliyi RF-in qanunverici-

liyindən iqtibas etmişdir. RF-in Mülki Məcəlləsinin 105-ci maddəsi törəmə təsərrüfat cəmiyyətinə leqal anlayış 

verərək, onun hüquqi statusunu müəyyənləşdirir. RF-in qanunvericiliyi isə həmin konstruksiyanı xarici dövlət-

lərin hüquq sistemindən iqtibas etmişdir. 

Xarici ölkələrdə «iqtisadi birliklər» (transmilli birliklər) konstruksiyası geniş yayılmışdır. Iqtisadi birlik-



lər dedikdə, sahibkar statuslu və iqtisadi cəhətdən bir-biri ilə bağlı olan hüquqi şəxslərin elə bir qrupu başa dü-

ş

ülür ki, bu qrupa daxil olan bir iştirakçı (əsas kompaniya) digər iştirakçının (törəmə kompaniyanın) idarə olun-



ması özərində nəzarət edir. Bu cür iqtisadi birliklər ingilis-amerikan hüquq sistemində holdinq konstruksiyası 

— «holding company» / «subsidiary» anlayışı (ingiliscə «holder» — sahib) ilə əhatə olunur. Holdinq anlayışı 

həm  tam  və  bütöv  iqtisadi  birliyi,  həm  də  onun  əsas  kompaniyasını  (subyektini)  ifadə  edir.  Əsas  kompaniya 

«holdinq — əsas subyekt» adlanır. O, iqtisadi birliyin «maliyyə mərkəzi və beyni» hesab olunur. «Holdinq — 

ə

sas subyekt»in özü, bir qayda olaraq, təsərrüfat fəaliyyəti ilə məşüul olmur.  



Iqtisadi birliyin holdinq olması üçün bir neçə əlamətin olması gərəkdir: birincisi, «holdinq — əsas subyekt» 

başqa  subyektin  (kompaniyanın)  buraxdığı  səhmlərin  sahibi  olmalıdır;  ikincisi,  «holdinq  —  əsas  subyekt»ə 

məxsus olan səhm paketi ona başqa subyektin fəaliyyətinə nəzarət etmək imkanı verməlidir; üçüncüsü, holdinq 

tərəfindən nəzarət olunan subyekt hüquqi cəhətdən müstəqil şəxs olmalıdır.  

Ingilis-amerikan  hüququndan  fərqli  olaraq,  Almaniya  hüququ  iqtisadi  birlikləri  «əlaqəli  müəssisələr  (qohum 

müəssisələr) və ya «konsern» anlayışı ilə əhatə edir. Almaniyanın səhmdar cəmiyyəti haqqında qanununda əlaqəli 

müəssisələrə aid edilir: payların çoxunu əldə edənin idarəçiliyində olan müəssisə və səs çoxluüuna malik olan mü-

ə

ssisə; konsernə daxil olan əsas və asılı müəssisə.  



Almaniya doktrinası konsernə anlayış verir. Konsern (ingilisjə «concern») bilavasitə və ya dolayı yolla asılı 

müəssisəyə təsir göstərən əsas müəssisədən və asılı müəssisədən ibarətdir. O, müstəqil subyektlərin birliyi kimi 

yaradılır. Konsernin bütün özvlərinin təsərrüfat fəaliyyətinə aid qərarlar bir mərkəzdən qəbul edilir. Adətən, qə-

rar qəbul etmək funksiyasını konsernin o iştirakçısı yerinə yetirir ki, həmin iştirakçı bazarda üstün mövqe tut-

sun.  Bazarda  üstün  mövqe  tutan  subyekt  (iştirakçı)  başqa  subyektlərdə  iştirakın  nəzarət  payını  əldə  edir.  Bu, 

konserni holdinqə yaxınlaşdırır.  

Bundan əlavə, tabeçilik haqqında müqavilənin və ya bir müəssisənin digər müəssisəyə daxil edilməsi haqqında 

müqavilənin tərəfləri də konsern hesab edilir. Eyni zamanda bir-birindən asılı olmayan, lakin vahid rəhbərliyə ma-

lik olan müəssisələrin birliyi də konsern kimi tanınır. Konsernə daxil olan idarəedən müəssisə holdinqdən fərqli 

olaraq, çox vaxt təsərrüfat fəaliyyətini həyata keçirir. 

Nə Azərbaycan Respublikasının, nə də RF-in qüvvədə olan qanunvericiliyi holdinq və konsernlərin yaradıl-


 

224


ması və fəaliyyət göstərməsi haqqında normalar nəzərdə tutur. Bəzi normativ aktlarda yalnız onların adları çə-

kilir  və  onlara  işarə  olunur.  RF-in  bank  qanunvericiliyində,  habelə  özəlləşdirmə  qanunvericiliyində  holdinqə 

işarə  edilir. Hüquq ədəbiyyatı səhifələrində holdinqə törəmə təsərrüfat cəmiyyəti ilə  analoæi qaydada hüquqi 

anlayış verilməsinə təşəbbüs göstərilir.  

Bizim ölkə qanunvericiliyi Qərb hüququnda (alman və ingilis-amerikan hüququnda) nəzərdə tutulan konsern 

və holdinq kimi hüquqi konstruksiyaları tənzimləmir. Amma buna baxmayaraq, həmin konstruksiyaları bizim 

ölkənin qanunvericiliyinin tanıdığı törəmə təsərrüfat cəmiyyəti konstruksiyasının proobrazı hesab etmək olar.  

Beləliklə, törəmə təsərrüfat cəmiyyəti başqa kommersiya (sahibkarlıq) təşkilatının — əsas iştirakçının təsiri 

və nəzarəti altına düşür. Belə halda azlıqda qalan və üstün iştiraka malik olmayan səhmdarların (digər iştirakçı-

ların), habelə kreditorların mənafelərini müdafiə etmək zərurətə çevrilir. Bu məqsədlə mülki qanunvericilik tö-

rəmə təsərrüfat cəmiyyəti hüquqi konstruksiyasını ayrıca olaraq nəzərdə tutur və onu xüsusi qaydada tənzimlə-

yir.  


Ə

sas iştirakçı (nəzarət edən) rolunda həm təsərrüfat ortaqlıqları, həm də təsərrüfat cəmiyyətləri çıxış edə bi-

lər. Nəzarət olunan (törəmə) subyekt qismində isə yalnız təsərrüfat cəmiyyəti (səhmdar cəmiyyəti və ya məh-

dud məsuliyyətli cəmiyyət) çıxış edə bilər. Özü də törəmə cəmiyyət əsas iştirakçının borcları üçün cavabdeh de-

yildir (MM-in 67-ci maddəsinin 2-ci bəndi).  

Qeyd etdiyimiz kimi, törəmə təsərrüfat cəmiyyətinin  yaranmasının əsaslarından biri idarəetmə (tabeçilik) 



haqqında müqavilədir. Bu müqaviləyə görə, əsas iştirakçı (idarə edən) təsərrüfat (sahibkarlıq) fəaliyyəti məsə-

lələri özrə törəmə cəmiyyətə məcburi göstərişlər verir, törəmə cəmiyyət isə bu göstərişləri yerinə yetirmək vəzi-

fəsini daşıyır. Bu  göstərişləri  yerinə  yetirmək və icra etmək üçün törəmə cəmiyyət müxtəlif mülki-hüquqi və 

ticarət xarakterli əqdlər (müqavilələr) bağlaya bilər. Bağlanmış bu əqdlər özrə əsas iştirakçı törəmə cəmiyyətlə 

birgə məsuliyyət daşıyır (MM-in 67-ci maddəsinin 3-cü bəndi).  

Bəzən  əsas  iştirakçının  təsərrüfat  (sahibkarlıq)  fəaliyyəti  barəsində  verdiyi  məcburi  göstərişlərin  törəmə 

cəmiyyət tərəfindən icra edilməsi nəticəsində bu cəmiyyətə zərər vurulur. Söhbət əsas iştirakçının təqsirli hərə-

kətlərə yol verməsindən, onun təqsiri özündən törəmə cəmiyyətə zərər dəyməsindən gedir. Belə halda törəmə 

cəmiyyətin  iştirakçıları  (səhmdarları)  əsas  iştirakçıdan  həmin  zərərin  əvəzinin  ödənilməsini  tələb  edə  bilərlər 

(MM-in 67-ci maddəsinin 4-cü bəndi). Zərərin əvəzinin ödənilməsi barədə tələb iştirakçılar (səhmdarlar) tərə-

findən cəmiyyətin mənafeyi üçün müvafiq məhkəmə iddiası verilməsi yolu ilə irəli sürülə bilər.  

Elə hallar da olur ki, əsas iştirakçı törəmə cəmiyyətin işlərini və fəaliyyətini lazımınca, səmərəli idarə edə 

bilmir. O, təsərrüfat və sahibkarlıq fəaliyyəti məsələləri barəsində törəmə cəmiyyətə effekti olmayan məcburi 

göstərişlər  verir.  Bu  göstərişlərin  cəmiyyət  tərəfindən  icra  olunması  nəticəsində  cəmiyyətin  əmlakının  dəyəri 

onun kreditorlarının tələblərini ödəmək üçün kifayət etmir. Beləliklə, törəmə cəmiyyət müflisləşir, yəni müflis 

olur.  


Bu cür hallarda əsas iştirakçı törəmə cəmiyyətin kreditorlara olan borclarına görə subsidiar məsuliyyə

daşıyır (MM-in 67-ci maddəsinin 5-ci bəndi). Belə ki, birinci növbədə kreditorların borcu ödəmək barədə tə-

ləbləri törəmə cəmiyyətin özünə verilir. Əgər cəmiyyətin əmlakı bu tələbləri təmin etmək üçün kifayət etmədik-

də, kreditorların tələbləri əsas iştirakçıya yönəlir. Bu, yalnız o halda mümkün ola bilər ki, törəmə cəmiyyət əsas 

iştirakçının təqsiri özündən müflisləşsin, yəni əsas iştirakçının təqsirli hərəkətləri ilə nəticə — müflisləşmə ara-

sında səbəbli əlaqə olsun. Subsidiar məsuliyyətin tətbiq olunması üçün törəmə cəmiyyətin müflisləşməsində də 

ə

sas iştirakzının (əsas ortaqlığın və ya cəmiyyətin) təqsiri sübuta yetirilməlidir.  



Hal-hazırda «əsas iştirakçı — törəmə cəmiyyət» konstruksiyası (hüquqi modeli) maliyyə-sənaye qruplarının 

yaradılmasında istifadə oluna bilər. Bu qrupun iştirakçıları arasında qarşılıqlı münasibətlərin həmin konstruksi-

ya (model) əsasında qurulması istisna edilmir.  

Maliyyə-sənaye qrupu dedikdə, müqavilə əsasında öz aktivlərini tamamilə və qismən birləşdirmiş hüquqi 

şə

xslərin (əsas və törəmə müəssisələrin) birliyi (məcmusu) başa düşülür. Bu qrupun yaradılmasının əsas məqsə-



di istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, ixracat potensialını artırmaq, investisiya layihə-

lərini (proqramlarını) birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi-maliyyə ehtiyatlarını birləş-

dirməkdən və investisiyalar cəlb etməkdən ibarətdir.  

Törəmə  təsərrüfat  cəmiyyəti  kimi,  asılı  təsərrüfat  cəmiyyəti  də  hüquqi  şəxslərin  müstəqil  təşkilati-hüquqi 

forması hesab edilmir. O, nə də təsərrüfat cəmiyyətinin müstəqil bir növü kimi tanınır və nəzərdə tutulur.  

MM-in  68-ci  maddəsi  asılı  təsərrüfat  cəmiyyətinin  hüquqi  statusunu  müəyyənləşdirir.  Bu  maddə  həm  də 

onun leqal anlayışını formulə edir.  

Məhdud  məsuliyyətli  cəmiyyətin  nizamnamə  kapitalının  iyirmi  faizindən  çoxu  və  ya  səhmdar 

cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığ

və ya cəmiyyətə mənsub olarsa, buna asılı təsərrüfat cəmiyyəti deyilir.  


 

225


Asılı cəmiyyətin əsl hüquqi təbiətini müəyyənləşdirmək üçün onu törəmə cəmiyyəti ilə müqayisə etmək la-

zımdır. Birinci fərqli cəhət ondan ibarətdir ki, asılı təsərrüfat cəmiyyətində çıxış edən üstün iştirakçı təsərrüfat 

və sahibkarlıq fəaliyyəti məsələləri özrə bu cəmiyyətə məcburi göstərişlər verə bilməz. Üstün iştirakçının im-

kanı onunla müəyyənləşdirilir ki, o, səhmlərin xeyli hissəsini əldə etməklə asılı cəmiyyətin qərar qəbul etməsi-

nə təsir göstərə bilər.  

kinci fərqli cəhət ondan ibarətdir ki, əgər törəmə cəmiyyətə münasibətdə əsas iştirakçı geniş səlahiyyətlərə 

malikdirsə, asılı cəmiyyətə münasibətdə üstün iştirakçının bu cür geniş səlahiyyətləri yoxdur.  



Üçüncü fərqli cəhətə görə, üstün iştirakçı (iştirakçı) asılı cəmiyyətin kreditorları qarşısında bu cəmiyyətin 

öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. Bu, birinci və ikinci fərqli cəhətlərdən irəli gəlir.  

Üstün iştirakçının borcudur ki, özünün iştirakı barədə ləngimədən məlumat dərc etdirsin (MM-in 68-ci mad-

dəsinin 2-ci bəndi). Mülki (əmlak) dövriyyənin bütün digər iştirakçıları bu məlumatla tanış olurlar. Söhbət ha-

mının tanış olması üçün açıq (ümumi) informasiyanın verilməsindən gedir.  

Bəzi xarici ölkələrin hüququ başqasından asılı olan kompaniyaları affilə olunmuş firma adlandırır. Bu ter-

min ingilis-amerikan hüququndan iqtibas olunmuşdur və bir şəxsin digərindən asılılıüını ifadə edir. Bu asılılıq 

ə

sasında həmin şəxslərdən biri digərinin həyata keçirdiyi təsərrüfat fəaliyyətinin şərtlərini müəyyən edir.  



Həmin konstruksiyanı RF-in qanunvericiliyi də  nəzərdə tutur. Bu qanunvericiliyə  görə, affilə edilmiş şəxs 

odur ki, onun səhmlərinin 25%-i və daha çox faizi müəyyən şəxslərə məxsus olur.  



10. Kooperativ 

Kooperativ (latınja cooperatio — əməkdaşlıq) hüquqi şəxsin müstəqil təşkilati-hüquqi formalarından biridir. 

Mülki Məcəllə onu kommersiya təşkilatlarının bir növü hesab edir.  

Kooperativin  əsas  növü  olan  istehsal  kooperativləri  XIX  əsrin  ortalarında  Avropada  yaranmışdır.  Həmin 

vaxtlardan başlayaraq bir çox Avropa ölkələrinin qanunvericiliyi kooperativ hüquqi konstruksiyasını nəzərə al-

mışdır.  Müasir  dövrdə  biz  qabaqcıl  hüquq  sistemlərinin  bu  konstruksiyaya  xüsusi  diqqət  yetirməsinin  şahidi 

oluruq. Məsələn, Almaniya Ticarət Qanunnaməsinin üçüncü kitabında kooperativlər haqqında hüquqi göstəriş-

lər ifadə olunur. Hollandiya Mülki Məcəlləsinin ikinci kitabının üçüncü bölməsinə daxil olan maddələr koope-

rativlərin hüquqi vəziyyətini müəyyənləşdirir. Italiya Mülki Məcəlləsinin beşinci kitabının altıncı bölməsi koo-

perativlərin fəaliyyətini tənzimləyir.  

Azərbaycan Respublikasında kooperativlərin yaradılmasının və fəaliyyət göstərməsinin hüquqi əsasları, on-

ların hüquqi statusu «Kooperasiya haqqında» 7 fevral 1996-cı il tarixli qanunla müəyyən edilirdi. Həmin qanun 

indi qüvvədən düşmüşdür. Odur ki, yeni Mülki Məcəllə kooperativlər ilə bağlı yaranan münasibətlərin tənzim-

lənməsinə  xüsusi  diqqət  yetirir.  Kooperativlərin  xüsusiyyətlərinin  və  hüquqi  vəziyyətinin,  habelə  kooperativ 

özvlərinin hüquq və vəzifələrinin və digər məsələlərin müəyyənləşdirilməsinə MM bir neçə maddə (109-113-cü 

maddələr) həsr etmişdir. Bu məcəllənin 109-cu maddəsi kooperativin leqal anlayışını nəzərdə tutur.  



Kooperativ fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün özvlüyə əsaslanan elə bir könüllü 

Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə