MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə38/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

birliyidir ki, bu birlik öz iştirakçılarının (özvlərinin) maddi və başqa tələbatının onların əmlak pay haq-

larının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ dedikdə, fiziki şəxslərin,  yaxud 

fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resursları-

nın könüllü birləşməsi əsasında  yaradılan və fəaliyyət  göstərən təsərrüfat subyekti başa düşülür. Kooperativə 

verilən anlayış onun əsas cəhət və xüsusiyyətlərini müəyyənləşdirməyə, habelə onu kommersiya təşkilatının di-

gər növlərindən — təsərrüfat ortaqlıq və cəmiyyətlərindən fərqləndirməyə imkan verir.  

Bildiyimiz kimi, təsərrüfat ortaqlıqları şəxslərin (əməyin, səylərin) birləşməsi, təsərrüfat cəmiyyətləri isə ka-

pitalların birləşməsidir. Bunlardan fərqli olaraq, kooperativ həşəxslərin (əməyin, səylərin), həm də kapi-

talların birləşməsidir. Belə ki, bütün kooperativ özvləri (iştirakçıları) əmlak pay haqqı verməyə borcludurlar. 

Onlar həm də kooperativin fəaliyyətində iştirak etmək (kooperativin fəaliyyət xarakterindən asılı olaraq şəxsi 

ə

məyini tətbiq etməklə və ya tətbiq etməməklə) vəzifəsi daşıyırlar. Bu, kooperativin özvü olmasının əsas şərtlə-



rindən biridir. Yalnız bu şərtə əməl edən şəxs kooperativin özvü (iştirakçısı) ola bilər. Kooperasiya birgə məq-

sədləri həyata keçirmək üçün iştirakçıların səy (əmək) və resurslarının (kapitallarının) birləşməsi deməkdir.  

Dediklərimizdən belə təsəvvür yaranır ki, təsərrüfat ortaqlıqlarında olduüu kimi, kooperativlərdə də özvlərin 

(iştirakçıların) onun fəaliyyətində iştirak etməsi (şəxsi əməyi ilə iştirak etməsi) həlledici əhəmiyyətə malikdir. 

Ə

gər tam ortaqlıq iştirakçısı (tam ortaqlar) tam ortaqlıüın fəaliyyətində şəxsən iştirak etməyə borcludursa, koo-



perativ özvləri isə kooperativin fəaliyyətində çox vaxt şəxsi əməyi ilə iştirak etmək vəzifəsi daşıyırlar. Bu, 

kooperativlərin birinci əsas cəhətini və xüsusiyyətini təşkil edir. Beləliklə, kooperativdə əmək fəaliyyətini hə-

yata keçirən özvlərlə (iştirakçılarla) kooperativ arasında əmək münasibətləri yaranır. Bu münasibətlərin əsasında 

özvlərin şəxsi əməyi durur.  

Kooperativ korporativ prinsip əsasında qurulur. Bu, o deməkdir ki, kooperativ şəxslərin özvlüyə əsaslanan 



 

226


könüllü  birliyidir.  Inkişaf  etmiş  hüquq  sistemlərində,  ələlxüsus  da  Avropa  kontinental  hüququnda  şəxslərin 

özvlüyə əsaslanan könüllü birliyi hüquqi şəxslərin korporasiya növünə şamil edilir. Deməli, kooperativ korpo-



rasiyaya aid edilən təşkilatdır, yəni korporativ (özvlüyə əsaslanan) təşkilatdır. Bu, onun ikinci əsas cəhətidir.  

Azərbaycan Respublikasının həm vətəndaşları, həm də hüquqi şəxsləri kooperativin özvü ola bilərlər. Onla-

rın özv olmaları üçün sahibkar statusuna malik olmaları tələb edilmir. Vətəndaşların kooperativə özvlüyə qəbul 

edilməsi üçün onların on altı yaş həddinə çatmaları tələb olunur. (MM-in 109-2-ci maddəsinin 1-ci bəndi). 

Ölkəmizdə qeydiyyata alınmış əcnəbi (xarici ölkə) vətəndaşlar və daimi yaşayan vətəndaşlıüı olmayan şəxslər, 

habelə xarici hüquqi şəxslər kooperativin özvü rolunda onun fəaliyyətində iştirak edə bilərlər. Bunu qanun qada-

ğ

an etmir.  



Kooperativ özvü olan hüquqi şəxs öz nümayəndəsinin (təmsilçisinin) vasitəsilə kooperativin fəaliyyətində 

iştirak edir. Belə ki, hüquqi şəxsi kooperativdə onun tərəfindən vəkil edilmiş şəxs təmsil edir. Şəxs eyni zaman-

da yalnız bir tam ortaqlıüın iştirakçısı ola bildiyi halda, o, eyni zamanda bir neçə kooperativin özvü (iştirakçısı) 

ola bilər. Qanun müəyyən edir ki, kooperativin nizamnaməsində ayrı hal nəzərdə tutulmayıbsa, kooperativin öz-

vü başqa kooperativin də özvü ola bilər (MM-in 109-2-ci maddəsinin 4-cü bəndi). 

Kooperativin özvlüyünə qəbul olunmaq niyyəti ərizə ilə rəsmiləşdirilir. Belə ki, kooperativə daxil olmaq is-

təyən şəxs ərizə ilə kooperativin idarə heyətinə (kooperativin sədrinə) rəsmi müraciət edir. Amma kooperativ 

özvlərini qəbul etmək barədə qərarı yalnız ümumi yıüıncaq qəbul edə bilər. Bu, onun müstəsna səlahiyyətinə 

aid olan məsələlərdəndir (MM-in 111-ci maddəsinin 3-cü bəndinin 3-cü hissəsi). Ərizə yalnız kooperativ dövlət 

qeydiyyatından  keçdikdən  sonra  verilə  bilər.

 

Kooperativ  özvlüyünə  qəbul  nizamnamə  ilə  müəyyənləşdirilmiş 



qaydada həyata keçirilir. Şəxsin kooperativin özvü olması özvlük kitabzası ilə təsdiqlənir. Belə ki, hər bir koo-

perativ özvünə özvlük kitabzası verilir. Həmin kitabza kooperativ özvlüyünə qəbulu rəsmiləşdirir. Kitabzada 

göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir (MM-in 109-3-cü maddəsi). 

Təsərrüfat ortaqlıq və cəmiyyətlərində mənfəət əmlak payının həcmindən və ya sayından asılı olaraq iştirak-

çılar arasında bölüşdürülür. Əmlak payının həcmi və ya sayı ortaqlıq və bu cəmiyyət iştirakçılarının hüqu-

qi vəziyyətinə təsir göstərir. Məsələn, hər bir səhmdar cəmiyyəti iştirakçısı (səhmdar) malik olduüu səhmlərin 

sayına görə səs verir; tam ortaqlığın mənfəəti iştirakzıları arasında onların şərikli kapitaldakı paylarına mütəna-

sib surətdə bülüşdürülür (MM-in 74-cü maddəsinin 1-ci bəndi); məhdud məsuliyyətli cəmiyyətin iştirakzılarının 

ümumi yığınjaqda hər bir iştirakzının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır (MM-in 91-

ci maddəsinin 1-ci bəndinin 1-ci  yarımbəndi). Bunlardan fərqli olaraq, kooperativ özvlərinin (iştirakçılarının) 

nə əmlak pay haqları, nə də onun həcmi özvlərin hüquqi vəziyyətinə təsir göstərmir. Belə ki, ümumi yıüıncaqda 

qərarlar qəbul edilərkən kooperativ özvünün bir səsi vardır (MM-in 111-ci maddəsinin 5-ci bəndi). Bu, o de-

məkdir ki, kooperativ özvü verdiyi əmlak payının həcmindən asılı olmayaraq bir səsə malikdir. Bu qayda 

kooperativin demokratik əsaslarla idarə edilməsi prinsipinin təməlini təşkil edir.  

Bundan əlavə, kooperativ özvləri arasında kooperativin götürdüyü mənfəət, təsərrüfat cəmiyyət və ortaqlıq-

larından fərqli olaraq, onların kooperativin fəaliyyətində iştirakına və ya şəxsi əmək iştirakına görə bölüş-

dürülür. Qanun müəyyən edir ki, kooperativin mənfəəti kooperativin özvləri arasında onların kooperativin fəa-

liyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bülüşdürülür (MM-in 110-2-ci mad-

dəsinin 2-ci bəndi). Bu, kooperativin üçüncü əsas cəhətidir. Amma bölüşdürmə zamanı kooperativ özvlərinin 

pay haqları nəzərə alınır. Belə ki, kooperativin mənfəəti

 

kooperativin özvləri arasında həm də onların pay haq-



ları məbləğinə uyğun olaraq bülüşdürülür (MM-in 110-2-ci maddəsinin 2-ci bəndi). Lakin buna baxmayaraq nə-

zərə alınan əsas məsələ kooperativ özvünün kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada 

iştirakıdır. Təsadüfi deyildir ki, kooperativin fəaliyyətində iştirak etmək hüququ olmayan özvləri (onlara koope-

rativin ortaq özvləri deyilir) səs hüququna malik deyillər və bu səbəbdən əsas kooperativ ödənişləri (kooperati-

vin xalis mənfəətinin əsas hissəsi) almırlar. Əksinə, kooperativdə şəxsi əməyi və digər növ fəaliyyəti ilə iştirak 

edən özvlərə bu fəaliyyətə mütənasib surətdə əsas kooperativ ödənişləri verilir, habelə onlara özlərinin əməklə-

rinə görə əmək haqqı ödənilir. Kooperativin düşdüyü zərər də özvlər arasında bölüşdürülərkən bu qayda tətbiq 

edilir. Həmin qayda kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biridir.  

Kooperativin firma adı olmalıdır. Bu adda onun fəaliyyətinin əsas məqsədi, habelə «kooperativ» sözü gös-

tərilməlidir (MM-in 109-cu maddəsinin 17-ci bəndi). Məsələn, «Proqres» istehsal kooperativi», «Avand» aüac 

emalı kooperativi», «Ləzzət» ictimai iaşə kooperativi», «Rahatlıq» təmir-tikinti kooperativi», «Güydələn» mən-

zil-tikinti kooperativi» «Keyfiyyət satış-ticarət kooperativi», «Şəfa» müalijə sağlamlıq kooperativi» və s.  

Kooperativ müəyyən sayda şəxslərin birləşməsi deməkdir. O, şəxslərin könüllü birliyini ifadə edir. Bu, o de-

məkdir ki, kooperativ bir nəfərdən ibarət ola bilməz. Bu, onun hüquqi-iqtisadi təbiətindən və xarakterindən 

irəli gəlir. Buna görə də qanun kooperativin beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yara-

dılması haqqında qayda müəyyən edir (MM-in 109-1-ci maddəsinin 1-ci bəndi). Odur ki, kooperativ ya beşdən 



 

227


az olmayan fiziki şəxs, ya beşdən az olmayan hüquqi şəxs, ya da beşdən az olmayan fiziki və hüquqi şəxs tərə-

findən təsis edilə bilər. 

Kooperativ yaratmaq niyyətində olan şəxslər təşəbbüs qrupu yaradırlar. Həmin qrup kooperativin nizamna-

mə layihəsini hazırlayır, kooperativin özvlüyünə daxil olmaq barədə ərizələri qəbul edir, pay haqqı fondunun 

həjmi və onun yaranma mənbələrini göstərməklə kooperativin həyata keçirəjəyi fəaliyyəti əsaslandırır və koo-

perativin təsis yığınjağını hazırlayır. Bundan sonra təsis yıüıncaüı keçirilir. Təsis yıüıncaüı kooperativin yara-

dılması barədə qərar qəbul edir, onun nizamnaməsini təsdiq edir, kooperativin idarəetmə orqanlarını formalaş-

dırır  və  onun  özvlüyünə  daxil  olma  məsələsini  həll  edir.  Təsis  yığınjağının  qərarı  protokolla  rəsmiləşdirilir 

(MM-in  109-1-ci  maddəsinin  5-ci  bəndi).  Bunlardan  başqa,  kooperativin  yaradılması  zamanı  təsiszilərin  öz 

aralarında müqavilə (təsis müqaviləsi) bağlamaları tələb edilir ki, bu, kooperativin təsis edilməsi kimi zoxpil-

ləli mürəkkəb prosesin

 

mərhələlərindən biridir. O, birgə fəaliyyət haqqında müqavilə olub, kooperativin təş-



kilinə  yünəlir.  Həmin  müqavilənin  əsas  parametrləri  qanunda  göstərilmişdir  (MM-in  45-ci  maddəsinin  2-ci 

bəndi). Daha sonra isə müvafiq sənədlər dövlət qeydiyyatı orqanına göndərilir. Həmin orqan kooperativi dövlət 

qeydiyyatından keçirir. Bu vaxtdan o, hüquqi şəxs statusu alır.  

Kooperativin fəaliyyətinin hüquqi əsasını onun nizamnaməsi təşkil edir. O, nizamnamə əsasında fəaliyyət 

göstərir. Nizamnamə kooperativin yeganə təsis sənədidir. Burada, hər şeydən əvvəl, ümumi xarakterli məlumat-

lar  (kooperativin  adı  və  hüquqi  ünvanı,  fəaliyyət  müddəti,  kooperativin  fəaliyyətinin  məzmunu  və  məqsədi, 

onun hüquq və vəzifələri və s.) göstərilir. Bundan başqa, nizamnamədə göstərilir:  

 kooperativ özvlərinin pay haqlarının miqdarı;  



 pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ özvlərinin 

məsuliyyəti;  

 kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi qaydası;  



 kooperativin əldə etdiyi mənfəətin bölüşdürülməsi qaydası;  

 kooperativin düşdüyü zərərin onun özvləri tərəfindən ödənilməsi qaydası;  



 kooperativ özvlərinin hüquq və vəzifələri, özvlük şərtləri; 

 kooperativin özvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları; 



 sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, özvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmi-

ləşdirilməsi, kooperativ özvlərinin ümumi yığınjağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və 

s.) və s. 

Kooperativin nizamnaməsində digər məlumatlar da göstərilə bilər. Burada göstərilən məlumatların dəqiq və 

qəti siyahısını vermək olmaz. Məsələ burasındadır ki, nizamnamə hüquqi şəxs kimi kooperativin normativ əsası 

olmaqdan başqa, həm də kooperativ özvləri arasında daxili münasibətləri tənzimləyən sənəddir. Əgər qanunve-

ricilik normalarını sistematik təfsir etsək, belə nəticəyə gələ bilərik ki, kooperativin nizamnaməsində bəzi məsə-

lələr barədə də (məsələn, kooperativ özvlərinin məsuliyyəti, kooperativin ləğvi və yenidən təşkili və digər mə-

sələlər barədə də) müddəalar nəzərdə tutulmalıdır və s. (MM-in 109-cu maddəsinin 10-cu bəndi).  

Kooperativin fəaliyyətinin maddi bazasını onun əmlakı təşkil edir. Onun mülkiyyətində dövriyyə qabiliyyətli 

istənilən əmlak ola bilər. Ona kooperativin vəsaitləri də deyilir. Kooperativin vəsaitləri onun əsas fondların-

dan, dövriyyə vəsaitindən və balansda göstərilən digər maddi aktivlərdən ibarətdir. 

Kooperativin  əmlakı  iki  əsas  mənbə  hesabına  formalaşdırılır.  Həmin  mənbələrə  aiddir  (MM-in  110.1-ci 

maddəsi).  

 kooperativin öz vəsaiti; 



 jəlb edilmiş vəsait. 



Kooperativin öz vəsaiti dedikdə, hər şeydən əvvəl, əsasən və başlıca olaraq paylar (pay haqları başa düşü-

lür). O, öz vəsaitini ilk növbədə məhz bunlar hesabına formalaşdırır. Paylar vacib mənbə sayılır. Buna görə də

 

kooperativin  əmlakı  əsasən  onun  özvlərinin  verdikləri  paylardan  ibarətdir.  Payların  miqdarı



 

kooperativin  ni-

zamnaməsi ilə müəyyən edilir.

  

Kooperativ özvünün vəzifəsidir ki, kooperativ hüquqi şəxs kimi dövlət qeydiyyatına alınana kimi öz pa-



yını  (pay  haqqını)  tamamilə  versin  (MM-in  110-cu  maddəsinin  2-ci  bəndi).  Kooperativin  nizamnaməsində 

başqa qayda da nəzərdə tutula bilər. Məsələn, nizamnamədə göstərilə bilər ki, o, payın (pay haqqının) yarı his-

səsini kooperativ qeydə alınanadək, yarı hissəsini isə qeydə götürüldükdən sonra ödəsin. 

Kooperativ özvünün payı (pay haqqı) dedikdə, onun əmlak pay haqqı başa düşülür. Əmlak pay haqqı isə 

daşınar əmlakdan, (məsələn, nəqliyyat vasitəsindən, istehsal vasitələrindən və s.), daşınmaz əmlakdan (məsələn, 

torpaq sahəsindən, binadan və s.), habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarətdir. 

Ə

mlak pay haqqının ödənilmə qaydası və həjmi kooperativin nizamnaməsi ilə müəyyən edilir. O, iki cür ola 



bilər (MM-in 109-cu maddəsinin 4-cü bəndi): 

 

228


 mütləq əmlak pay haqqı; 

 əlavə əmlak pay haqqı. 



Mütləəmlak pay haqqı elə bir əmlak payıdır ki, bu pay kooperativ özvü tərəfindən mütləq qaydada ödəni-

lir, ona kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini (kooperativin mən-

fəətinin  bir  hissəsini)  almaq  hüququ  verir.  Kooperativ  özvü  tərəfindən  əmlak  pay  haqqının  bu  növü  hükmən 

ödənilməlidir və bu, məcburi xarakter daşıyır. 

Ə

lavə əmlak pay haqqı isə kooperativ özvü tərəfindən künüllü ödənilir. Kooperativ özvü tərəfindən mütləq 

ə

mlak pay haqqından əlavə, öz arzusu ilə ödənilən və əsas kooperativ ödənişindən başqa, həmzinin əlavə koo-



perativ ödənişləri almaq hüququ verən paya əlavə əmlak pay haqqı deyilir. 

Mülki Məjəllədə «əmlak pay haqqı», «pay» və «pay haqqı» kimi anlayışlar işlədilir. Onlar eynimənalı anla-

yışlardır. 

Kooperativ paylardan başqa, həm də öz vəsaitini aşağıdakı mənbələr hesabına formalaşdırır: 

 həyata keçirdiyi sahibkarlıq fəaliyyəti (kooperativ qanunla qadağan olunmayan istənilən sahədə sahib-



karlıq fəaliyyəti ilə məşğul ola bilər; bu fəaliyyətdən əldə olunan əmlak kooperativin vəsaitləri sırasına daxil 

edilir); 

 qiymətli kağızların yerləşdirilməsi (bundan daxil olan gəlirlər kooperativin əmlakı sayılır); 



 öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında yerləşdirilməsində(bundan əldə olunan gə-

lirlər kooperativin əmlakı hesab edilir); 

 qanunla qadağan olunmayan digər mənbələr. 



Kooperativ  öz  əmlakının  yaradılmasında  cəlb  edilən  vəsaitlərdən  də  istifadə  edə  bilər.  Cəlb  edilən  vəsait 

qismində kredit, borc, ayrı-ayrı şəxslərin verdikləri hədiyyələr (ianələr) və s. çıxış edə bilər. Amma cəlb edilən 

vəsaitin həcmi (miqdarı) kooperativin ümumi vəsaitinin əlli faizindən çox ola bilməz. Qanun buna yol vermir.  

Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün müxtəlif fondlar (bölünməz fond, ehtiyat fondu və s.) ya-

radır. Bu fondlar kooperativin nizamnaməsində nəzərdə tutulur.  

Bölünməz  fondlar  kooperativin  mülkiyyətində  olan  əmlakın  bir  hissəsindən  təşkil  olunur.  Bu  fondlardan 

yalnız nizamnamədə göstərilən məqsədlər üçün istifadə oluna bilər. Onların yaradılması üçün kooperativ özvlə-

rinin yekdilliklə qərar qəbul etmələri lazımdır (MM-in 110-cu maddəsinin 3-cü bəndi). Nizamnamədə bu cür 

qərarın qəbul edilməsinin başqa qaydası da nəzərdə tutula bilər.  

Kooperativ öz payını pul, qiymətli kaüız, digər əmlak və əmlak hüquqları şəklində verə bilər. Verilən əmlak 

özərində mülkiyyət hüququ kooperativə məxsus olur; bu əmlak kooperativin xüsusi mülkiyyətindədir; koo-

perativ onun xüsusi mülkiyyətzisidir. Kooperativ özvləri həmin əmlak özərində mülkiyyət hüququnu itirirlər. 

Onlar  kooperativə  münasibətdə  öhdəlik  hüququna  (əmlak  hissəsinin  verilməsini  tələb  etmək  hüququna) 



malikdirlər.  

Kooperativ öz mülkiyyətində olan əmlakla öz öhdəliklərinə görə məsuliyyət daşıyır (MM-in 110-3-cü 

maddəsinin 1-ci bəndi). Bununla bərabər, kooperativ özvlərinin vəzifəsidir ki, kooperativin düşdüyü zərəri ödə-

sinlər (MM-in 110-cu maddəsinin 4-cü bəndi). Zərərin olması faktı və onun həcmi (miqdarı) məlum məsələdir 

ki, illik balans təsdiq olunan zaman müəyyənləşdirilir. Kooperativin illik balansını kooperativ özvlərinin ümumi 

yıüıncaüı  təsdiq  edir.  Həmin  yıüıncaqda  kooperativin  düşdüyü  zərərin  onun  özvləri  arasında  bölüşdürülməsi 

haqqında qərar qəbul olunur. Bunun üçün kooperativ özvlərinin əlavə haqlar vermələri tələb edilir. Bu haqları 

onlar illik balans təsdiq edildikdən sonra iki ay ərzində verməlidirlər.  

Ə

lavə haqqın verilməsi barədə vəzifənin  yerinə  yetirilməməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Belə ki, 



göstərilən halda kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər (MM-in 110-cu maddəsinin 

4-cü bəndi).  

Ə

lavə haqqı verənə kimi kooperativin hər bir özvü kooperativin öhdəliklərinə görə birgə subsidiar məsuliy-



yət daşıyır (MM-in 110-cu maddəsinin 4-cü bəndi). Özü də dərhal qeyd edirik ki, kooperativin hər bir özvü 

ə

lavə haqqın verilməmiş hissəsi həddində məsuliyyət daşıyır. Subsidiar (əlavə) məsuliyyətə görə kreditor öz 



borclarını almaq üçün əvvəlcə kooperativə tələb irəli sürür. Kreditorların tələblərini təmin etmək üçün koopera-

tivin əmlakı çatışmadıqda, bu tələb kooperativin özvlərinin şəxsi əmlakı (məsələn, nəqliyyat vasitəsi, torpaq sa-

həsi, bank əmanəti, yaşayış evi və s.) hesabına ödənilir. Birgə məsuliyyətə görə kreditor öz arzu və istəyi ilə 

hər bir kooperativ özvündən borcun həm tam, həm də hissə-hissə verilməsini tələb edə bilər.  

Mülki qanunvericilik kooperativin və onun özvlərinin əmlak məsuliyyətinin tənzimlənməsinə vacib əhəmiy-

yət  verir  (MM-in  110-3-cü  maddəsinin  3-cü  bəndi).  Mülki  Məjəllə  subsidiar  məsuliyyət  prinsipindən  çıxış 

edir. Belə ki, kooperativin özvləri kooperativin ühdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Belə məsu-

liyyət o halda yaranır ki, kooperativin öz borclarını ödəmək özün kifayət qədər vəsaiti olmasın (MM-in 110-3-

cü maddəsinin 4-cü bəndi). Buna görə də kooperativin borcu kooperativ özvlərinin şəxsi əmlakı hesabına ödə-


 

229


nilir, silinir. 

Qeyd  etmək  lazımdır  ki,  kooperativ  özvlərinin  verdikləri  pay  kooperativin  pay  (nizamnamə)  fondunu 

ə

mələ gətirir. Bu fond kreditorların mənafelərini təmin edir. Başqa sözlə desək, kooperativin pay fondu onun 



kreditorlarının  tələblərini  ödəmək  üçün  minimum  təminatdır.  O,  kooperativ  əmlakının  elə  minimal  həddini 

müəyyənləşdirir ki, həmin hədd kooperativin kreditorlarının maraq və mənafelərinə təminat verir. Buna görə də 

mülki qanunvericilik kooperativin pay fondunun tənzimlənməsinə xüsusi diqqət yetirir (MM-in 110-1-ci mad-

dəsi). 


Kooperativin pay fonduna kooperativin həm mütləq əmlak pay haqqı, həm də əlavə əmlak pay haqqı daxil-

dir. O ki qaldı özvlük haqqına, qeyd etməliyik ki, o, pay fonduna daxil deyildir. Özvlük haqqı iştirakzının koo-

perativ özvlüyünə daxil olması zamanı bununla bağlı xərjlərin ödənilməsi özün pul məbləğinə deyilir; o, həmin 

pul  məbləğini  kooperativə  daxil  olarkən  ödəyir.  Aydın  məsələdir  ki,  özvlük  haqqı  kooperativin  pay  fondunu 

təşkil edə bilməz. Odur ki, kooperativin özvü kooperativdən zıxdıqda özvlük haqqı ona qaytarılmır. 

Kooperativin pay fondu həm artırıla, həm də azaldıla bilər. Qanun buna yol verir (MM-in 110-1-ci maddəsi-

nin 5-ci və 6-jı bəndləri). Kooperativin pay fondu yalnız bir yolla artırıla bilər. Belə ki, kooperativ özvlərinin 

mütləq pay haqlarının miqdarı artırılır. Bu isə nəticədə kooperativin pay fondunun artırılmasına səbəb olur. 

Kooperativin pay fondu yalnız o halda azaldıla bilər ki, onun miqdarı xalis aktivlərinin miqdarından zox ol-

sun. Belə halda kooperativin pay fondunun azaldılmasına zərurət yaranır. Məsələ burasındadır ki, kooperati-

vin pay fondunun miqdarı, adətən, onun xalis aktivlərinin miqdarından zox olmamalıdır. Əgər zox olarsa, koo-

perativin pay  fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının mütənasib surətdə azaldılması  yolu ilə 

azaldılır. Məsələn, tutaq ki, kooperativin pay fondunun miqdarı yöz min manatdır. Onun xalis aktivləri isə qırx 

min manatdan ibarətdir. Fərq məbləğində, yəni altmış min manat (100.000 man – 40.000 man = 60.000 man) 

miqdarında pay fondunun miqdarı azaldılmalıdır. 

Kooperativin pay fondunun həm artırılması, həm də azaldılması onun nizamnaməsinin dəyişməsinə gətirib 

zıxarır. Odur ki, həmin məsələləri həll etmək özün kooperativ özvlərinin ümumi yığınjağının qərarı tələb olu-

nur. Kooperativin nizamnaməsini yalnız ümumi yığınjaq dəyişdirə bilər; bu, onun müstəsna səlahiyyətinə aid 

olan məsələdir. 

Kooperativ əyyən orqanlar sistemi ilə idarə olunur. Bu orqanların səlahiyyətləri və onların qərarlar qə-

bul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir (MM-in 111-ci maddəsinin 2-ci bəndi). Hə-

min orqanların strukturu üçpilləlidir:  

 kooperativin ali idarəetmə orqanı; 



 müşahidə şurası;  

 kooperativin icra orqanları.  



Kooperativin ali idarəetmə orqanı dedikdə, kooperativ özvlərinin ümumi yıüıncaüı başa düşülür (MM-in 

111-ci maddəsinin 1-ci bəndi). Ümumi yıüıncaq kooperativin fəaliyyətinə ən vacib məsələləri həll etmək səla-

hiyyətinə malikdir. Bu orqan kooperativin idarə olunmasında mühüm rol oynayır. Özvlərinin sayı 200-dən çox 

olan kooperativlərdə ümumi yıüıncaq əvəzinə, müvəkkillər yıüıncaüı çaüırılır.  

Elə məsələlər vardır ki, bu məsələləri həll etmək üçün ümumi yıüıncaqdan savayı hər hansı bir orqan müva-

fiq qərarlar qəbul edə bilməz. Həmin məsələlər ümumi yıüıncaüın müstəsna səlahiyyətinə aiddir (MM-in 111-

ci maddəsinin 3-cü bəndi). Göstərilən məsələlərə aiddir:  

 kooperativin nizamnaməsini dəyişdirmək;  



 kooperativin müşahidə şurasını yaratmaq və onun özvlərinin səlahiyyətlərinə xitam vermək;  

  kooperativin  icra  orqanlarını  yaratmaq  və  onların  səlahiyyətlərinə  xitam  vermək  (əgər  nizamnamədə  bu 



hüququn müşahidə şurasına verilməsi nəzərdə tutulmamışsa);  

 kooperativ özvlərini qəbul etmək və çıxartmaq;  



 kooperativin illik hesabatlarını və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək;  

 kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək.  



Göstərilən bu siyahı qəti və dəqiq xarakterə malik deyildir. Ona görə ki, kooperativin nizamnaməsi ilə ümu-

mi yıüıncaüın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər (MM-in 111-ci maddəsinin 3-cü 

bəndinin 6-cı hissəsi). Həmin məsələlərə şamil oluna bilər: 

 iri məbləğdə xüsusi əhəmiyyətli əqdləri bağlamaq;  



 kooperativin inkişaf proqramını təsdiq etmək;  

 pay haqqı və digər ödənişlərin həcmini müəyyənləşdirmək;  



 mənfəətin kooperativ özvləri arasında bölüşdürülməsi qaydasını müəyyən etmək; 

 kooperativin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmək; 



 əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək;  



 

230


 kooperativin fondlarının növlərini və həcmini müəyyən etmək;  

 kooperativin digər kooperativlərə, kooperativ cəmiyyətlərə, ittifaqlara, assosiasiyalara daxil olması və on-



lardan  çıxması  məsələlərini  həll  etmək,  müəssisələr  təsis  etmək,  kooperativin  nümayəndəliklərini,  filiallarını 

yaratmaq və ləğv etmək və s.  

Kooperativin ümumi yıüıncaüının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər onun tərəfindən həll edilmək 

üçün kooperativin icra orqanlarına verilə bilməz. Əgər ümumi yıüıncaq bunu istəsə belə, mümkün deyil. Buna 

qanun yol vermir (MM-in 111-ci maddəsinin 4-cü bəndi). Bu, müstəsna səlahiyyətin verilməməsi prinsipini 

ifadə edir ki, həmin prinsip yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını almaq baxımından əhəmiy-

yətlidir. 

Ümumi yığınjağın mözakirə edib hər bir məsələ barəsində qəbul etdiyi qərarın hüquqi qüvvəyə malik olması 

özün onun səlahiyyətli olması tələb edilir. Əgər kooperativ özvlərinin yarıdan (50%-dən) zoxu iştirak edərsə, 

ümumi yığınjaq səlahiyyətlidir. 

Ümumi yığınjaq iki cür olur: 

 növbəti ümumi yığınjaq; 



 növbədənkənar ümumi yığınjaq. 

Nizamnamə  ilə  müəyyənləşdirilən  müddətlərdə  və  qaydada  müntəzəm  surətdə  zağırılan  yığınjaq  növbəti 

ümumi yığınjaq adlanır. Məsələn, dürd ayda bir dəfə, öz ayda bir dəfə, ildə iki dəfə və s. Amma növbəti ümu-

mi yığınjaq zağırılması məsələsində qanunun iki məcburi şərtinə əməl olunmalıdır: birincisi, ümumi yığınjaq il-

də bir dəfədən az olmayaraq zağırılmalıdır; ikincisi ümumi yığınjaq yalnız maliyyə ilinin başa çatmasından ən 

geci 3 ay kezənədək zağırılmalıdır. Növbəti ümumi yığınjaq idarə heyəti (sədr) tərəfindən zağırılır. 



Növbədənkənar ümumi yığınjaq odur ki, onun hansı müddətlərdə zağırılması nizamnamə ilə müəyyənləş-

dirilir. O, qeyri-müntəzəm surətdə zağırılan yığınjaqdır. Belə ki, adətən, həlli təxirəsalınmaz tədbirlərin görül-

məsini tələb edən hər hansı məsələni mözakirə etmək özün növbədənkənar ümumi yığınjaq zağırılır. Aşağıdakı-

lar növbədənkənar ümumi yığınjağın zağırılmasını tələb edə bilər: 

 idarə heyəti (sədr); 



 müşahidə şurası; 

 təftiş komissiyası (müfəttiş); 



 səs hüququna malik olan özvlərin azı dürddə biri. 



şahidə şurası dedikdə, kooperativin elə bir idarəetmə orqanı başa düşülür ki, onun əsas funksiyası koo-

perativin icra orqanlarının fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Bu idarəetmə orqanı özvlərinin sayı 50-dən 

çox olan kooperativlərdə yaradıla bilər. Özü də onu kooperativ özvlərinin ümumi yıüıncaüı yaradır.  

Müşahidə şurası, kooperativin icra orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə bərabər, həm 

də onun müstəsna səlahiyyətinə aid edilmiş məsələləri həll edir. Bu məsələlərin dairəsi kooperativin nizamna-

məsi ilə müəyyənləşdirilir. Müşahidə şurası həmin məsələləri özü istəsə belə, həll edilmək üçün kooperativin 

icra orqanlarına verə bilməz. Mülki qanunvericilik buna yol vermir (MM-in 111-ci maddəsinin 4-cü bəndi). 

Bu, o deməkdir ki, mülki qanunvericilik müstəsna səlahiyyətin verilməməsi prinsipindəçıxış edir ki, o, 

yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədinə xidmət edir. 

Qeyd etmək lazımdır ki, öz hüquqi statusuna görə müşahidə şurası ikili təbiətə malik olan orqandır. Belə ki, 

birincisi, o, idarəetmə orqanıdır. Buna görə də müşahidə şurası idarəzilik funksiyasını yerinə yetirir; onun 

funksiyası kooperativin fəaliyyətinə aid nisbətən vacib məsələləri həll etməkdən ibarətdir. Xüsusən də əgər ni-

zamnamədə nəzərdə tutularsa, kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək 

müşahidə şurasının səlahiyyətlərinə aid edilə bilər. 

kincisi, müşahidə şurası nəzarət orqanıdır; o, qeyd etdiyimiz kimi, kooperativin icra orqanlarının fəaliyyə-

tinə nəzarət edir; nəzarət funksiyası müşahidə şurasının yerinə yetirdiyi əsas funksiya hesab olunur. 

Kooperativdə icra funksiyası nəzarət funksiyasından ayrılmışdır. Odur ki, kooperativin özvü eyni zaman-

da  müşahidə  şurasının  özvü  və  icra  orqanının  rəhbəri  (idarə  heyətinin  və  ya  kooperativin  sədri)  ola  bilməz 

(MM-in 111-ci maddəsinin 1-ci bəndi). Bu qayda həm də nəzarət orqanı olan müşahidə şurasının icra orqanın-

dan asılı olmamasını və müstəqilliyini təmin edir. 

Müşahidə şurası kollegial orqandır; onun özvlərinin sayı və səlahiyyət müddəti kooperativ özvlərinin ümu-

mi yığınjağı tərəfindən müəyyən olunur. 



jlas müşahidə şurasının əsas və başlıca təşkilati fəaliyyət formasıdır; bu orqan ijlaslar keçirməklə fəaliyyət 

göstərir. Müşahidə şurasının ijlası hər hansı məsələnin mözakirə edilməsinə zərurət yarandıqda, lakin yarım ildə 

bir dəfədən az olmayaraq (ildə iki dəfədən az olmayaraq) zağırılır. Müşahidə şurasının ijlasları kooperativin ni-

zamnaməsində müəyyən edilən qaydada keçirilir (MM-in 111-ci maddəsinin 9-cu bəndi). 

Müşahidə  şurası  özvlərinin  hüququ  yoxdur  ki,  onlar  kooperativ  adından  fəaliyyət  göstərsin.  Onun  özvləri 


 

231


yalnız kooperativin özvlərindən ola bilər (MM-in 111-ci maddəsinin 1-ci bəndi).  

Kooperativin icra orqanları dedikdə, elə idarəetmə orqanları başa düşülür ki, onların əsas funksiyası koo-

perativin fəaliyyətinə kooperativ özvlərinin ümumi yığınjaqları arasındakı dövrdə cari rəhbərliyi həyata keçir-

məkdən ibarətdir. Bu orqanlar kooperativin ümumi yıüıncaüı tərəfindən yaradılır. Əgər kooperativin nizamna-

məsində nəzərdə tutularsa, həmin orqanları müşahidə şurası da yarada bilər. Buna görə də icra orqanları koope-

rativ özvlərinin ümumi yıüıncaüına və müşahidə şurasına hesabat verirlər.  

Kooperativin icra orqanları iki cür olur: kollegial icra orqanı; təkbaşına icra orqanı. Kollegial icra orqanı 

rolunda kooperativin idarə heyəti çıxış edir. Kooperativin idarə heyəti kooperativ özvlərinin yıüıncaqları ara-

sındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik edir, onun işlərini aparır, dövlət orqanlarında, məhkəmədə və 

başqa yerlərdə kooperativi təmsil edir. Elə buradaja dərhal qeyd etməliyik ki, yalnız kooperativ özvlərinin sayı 

50-dən zox olduqda kooperativin idarə heyəti sezilir. Buna görə də o, sezkili orqandır. Özü də həmin orqan 

ümumi yığınjaq tərəfindən sezilir.  

Kooperativin  idarə  heyəti  nizamnamədə  göstərilən  müddətə  seçilir.  Onun  özvlərinin  sayı  kooperativin  ni-

zamnaməsində göstərilir. Bu özvlər içərisindən ümumi yığınjaq tərəfindən idarə heyətinin sədri seçilir. Sədr tə-

yin edilə də bilər o, idarə heyətinə rəhbərlik edir. Kooperativin idarə heyəti və idarə heyəti sədrinin səlahiyyətlə-

ri  və  səlahiyyət  müddəti,  idarə  heyətinin  sədrinin  kooperativin  əmlakına  sərənjam  vermək  hüququ,  onun  əmək 

haqqı, məsuliyyəti və s. məsələlər kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Idarə heyətinin özvləri yalnız 

kooperativin özvlərindən ola bilər (MM-in 111-ci maddəsinin 1-ci bəndi).  

Təkbaşına icra orqanı dedikdə, kooperativin sədri başa düşülür. Kooperativin sədri özvlərinin sayı 50-dən 

az olan kooperativlərdə idarə heyəti əvəzinə və yerinə seçilir. Kooperativin idarə heyəti kimi kooperativin sədri 

də yıüıncaqlar arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik edir, onun işlərini aparır və hər yerdə koo-

perativi təmsil edir. O, yalnız kooperativ özvlərindən seçilə bilər.  

Bəzən kooperativdə həm kollegial, həm də təkbaşına icra orqanı eyni vaxtda yaradılır və qoşa fəaliyyət gös-

tərir. Belə ki, həm idarə heyəti, həm də kooperativin sədri seçilir. Kooperativin sədri eyni zamanda idarə heyəti-

nə başçılıq edir. Bunlar hamısı birlikdə kooperativin icra orqanlarının sistemini yaradır. 

Kooperativdə həm də təftiş komissiyası (müfəttiş) yaradılır. Bu orqanı yaratmaq ümumi yığınjağın səlahiy-

yətinə aiddir. Belə ki, kooperativ özvlərinin ümumi yığınjağı kooperativ özvlərinin sayı əllidən zox olduqda təf-

tiş komissiyası, kooperativ özvlərinin sayı əllidən az olduqda isə müfəttişi sezir (MM-in 111-ci maddəsinin 12-

ci bəndi). Buna görə də təftiş komissiyası (müfəttiş) sezkili orqandır. Təftiş komissiyası həm də kollegial or-

qan sayılır: o, azı öz nəfərdən ibarət olmalıdır. Bundan fərqli olaraq müfəttiş təkbaşına orqandır. 

Təftiş komissiyasının (müfəttişin) əsas məqsədi kooperativin maliyyə- təsərrüfat fəaliyyətinə nəzarəti hə-

yata keçirməkdən ibarətdir. Deməli, o, nəzarət orqanıdır. 

Təftiş  komissiyası  (müfəttiş)  maliyyə-təsərrüfat  işinin  nəticələrinə  görə  kooperativin  maliyyə  vəziyyətini 

yoxlayır. Bununla yanaşı o, ümumi yığınjağın, müşahidə şurasının sayı on faizdən artıq olan özvlərinin tələbi 

ilə, habelə öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar  yoxlaya bilər (MM-in 

111-ci maddəsinin 13-cü bəndi). Bu isə onu süyləməyə əsas verir ki, təftiş komissiyası (müfəttiş) yoxlama or-

qanıdır. Ümumilikdə isə o, yoxlama-nəzarət orqanı sayılır. 

Kooperativ özvləri geniş hüquqlarla təmin olunurlar. Həmin hüquqlar Mülki Məjəllənin 109-4-cü maddə-

sində sadalanır. Kooperativ özvlərinin bu və ya digər hüququ Mülki Məjəllənin ayrı-ayrı maddələrində də nə-

zərdə tutulur. Həmin hüquqları iki yerə bülmək olar: əmlak hüquqlarına; şəxsi (qeyri-əmlak) hüquqlarına. 

Kooperativin özvlərinin malik olduqları əsas əmlak hüquqlarından biri kooperativ ödənişləri almaq hüqu-



qudur. Bu hüquq bəzən mənfəətin bülüşdürülməsində iştirak etmək hüququ da adlanır. Kooperativ ödənişləri 

dedikdə, kooperativ mənfəətinin bir hissəsi başa düşülür. O, iki cür olur: 

 əsas kooperativ ödənişləri; 



 əlavə kooperativ ödənişləri. 

Ə

sas kooperativ ödənişləri dedikdə, özvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və di-

gər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsi başa düşülür. Əsas 

kooperativ ödənişlərini almaq hüququna yalnız mütləq əmlak pay haqqı ödəmiş kooperativ özvü malik ola bi-

lər. Elə buradaja dərhal qeyd etməliyik ki, mütləq pay haqqı ödəsə də kooperativin ortaq (assosiativ) özvünün 

belə hüququ yoxdur. 

Kooperativin ortaq (assosiativ) özvü dedikdə özvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və koopera-

tivə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxs (mə-

sələn, kooperativin özvü yaşına və səhhətinə görə pensiyaya zıxdıqda, kooperativdən kənarda sezkili işə kez-

dikdə, hərbi xidmətə zağırıldıqda və kooperativin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda ümumi yı-

ğ

ınjağın qərarına əsasən kooperativdə ortaq assosiativ özvlüyə kezə bilər) başa düşülür; onun Mülki Məjəllədə 



 

232


nəzərdə tutulan hallar istisna olmaqla, səs hüququ yoxdur. Kooperativin ortaq (assosiativ) özvü yalnız onun ko-

operativdə özvlüyü ilə bağlı şərtlərin kooperativin nizamnaməsində dəyişdirilməsi hallarında səs hüququna ma-

likdir (MM-in 109-2-ci maddəsinin 8-ci bəndi). Bu xüsusiyyətləri ilə o, kooperativin özvündən fərqlənir. Belə 

ki, kooperativ özvü özvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəa-

liyyətində iştirak edən və səs hüququ alan fiziki və (və ya) hüquqi şəxsdir. Kooperativin ortaq (assosiativ) özvü 

kooperativin fəaliyyətində iştirak etmədiyinə görə əsas kooperativ ödənişləri almaq hüququndan məhrumdur; o, 

yalnız  əlavə  kooperativ  ödənişləri  almaq  hüququna  malikdir;  o,  həmin  ödənişləri  kooperativə  verdiyi  mütləq 

ə

mlak pay haqqının əvəzində və müqabilində alır. 



Ə

lavə kooperativ ödənişlərini həm də səs hüququna malik olan kooperativ özvləri ala bilərlər; həmin ödəniş-

lər yalnız o halda verilə bilər ki, kooperativ özvü əlavə əmlak payı ödəsin; əgər ödəməzsə, onun əlavə koopera-

tiv ödənişləri almaq hüququ yaranmır. 

Ə

lavə kooperativ ödənişləri dedikdə, yalnız səs hüququna malik olan özvlərə onların əlavə əmlak pay haq-

larına və kooperativin ortaq (assosiativ) özvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən koo-

perativ mənfəətinin bir hissəsi başa düşülür. Ona mülki qanunvericilikdə devidend də deyilir (MM-in 109-cu 

maddəsinin 6-jı bəndi). Elə buradaja göstərməliyik ki, kooperativin özvlərinə onların mütləq əmlak paylarına 

görə devidendlər ödənilmir (MM-in 109-2-ci maddəsinin 2-ci bəndi). 

Kooperativ özvlərinin həəsas kooperativ ödənişləri, həm də əlavə kooperativ ödənişləri (devidend-

lər) almaq hüququ vardır (MM-in 109-cu maddəsinin 7-ci bəndi). Bu hüquq yalnız o halda həyata keçirilə bi-

lər ki, kooperativin xalis mənfəəti olsun. Məcburi ödənişlər (vergilər və s.) verildikdən sonra, mənfəətin yerdə 

qalan hissəsi xalis mənfəət sayılır. Xalis mənfəətin bir hissəsi məhz əsas kooperativ ödənişlərinin və devidend-

lərin verilməsinə yünəlir (MM-in 110-2-ci maddəsinin 1-ci bəndi). Bu məsələlər kooperativ özvlərinin ümumi 

yığınjağı tərəfindən həll edilir. Amma ümumi yığınjaq müəyyənləşdirə bilər ki, veriləjək əsas və əlavə koopera-

tiv ödənişləri (devidendlər) kooperativin xalis mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılsın (MM-in 110-

2-ci maddəsinin 3-cü bəndi). 

Kooperativin ortaq (assosiativ) özvünün mütləq pay haqqı özrə ödənilən devidendlərin şərtləri kooperativin ni-

zamnaməsinin şərtlərinə uyğun olaraq həmin özvlə kooperativ arasında bağlanan müqavilə əsasında müəyyənləş-

dirilir. 

Kooperativin özvləri həm də aşağıdakı hüquqlara malikdirlər: 

 kooperativin idarə edilməsində iştirak etmək; 



 kooperativin orqanlarını sezmək və onlara sezilmək; 

  kooperativin  fəaliyyətinə  dair  məlumat  almaq  və  onun  maliyyə,  eləjə  də  digər  sənədləri  ilə  tanış  olmaq 



(ona informasiya almaq hüququ deyilir); 

 öz əməyinə görə pul və ya natura ilə əmək haqqı almaq (bu hüquqa kooperativin fəaliyyətində şəxsi əməyi 



ilə iştirak edən özvlər malikdirlər) və s. 

Kooperativ  özvləri  həm  də  vəzifələr  daşıyırlar.  Bu  vəzifələr  MM-in  109-4-cü  maddəsinin  4-cü  bəndində 

göstərilmişdir: 

 özvlük haqqı və mütləq əmlak pay haqqı vermək; 



 kooperativin fəaliyyəti ilə əlaqədar özərinə gütürdüyü hər hansı ühdəliyi yerinə yetirmək; 

 əgər kooperativ zərərə düşərsə, həmin zərərin ödənilməsində iştirak etmək; 



 nizamnaməyə əməl etmək; 

 kooperativin orqanlarının qərarlarını yerinə yetirmək və s.



 

Kooperativ özvünün könüllü surətdə, öz istəyi ilə kooperativdən çıxmaq hüququ vardır (MM-in 112-ci 

maddəsinin 1-ci bəndi). Bunun üçün onun hər hansı əsaslı motiv, dəlil və arqument irəli sürməsi, özrlü səbəb 

göstərməsi tələb olunmur. Kooperativdən çıxmaq niyyətində olan şəxs bu barədə yazılı ərizə verir.  

Kooperativ özvünün kooperativdən çıxması əyyən hüquqi nəticələrə səbəb olur. Bu, hər şeydən əvvəl, 

şə

xsin kooperativdə özvlüyə xitam verilməsi ilə nəticələnir. Bundan əlavə, kooperativdən çıxan özvə onun pa-



yının  dəyəri  ödənilir.  Kooperativlə  özv  arasında  razılıüa  əsasən  ona  bu  paya  uyüun  müvafiq  əmlak  verilir 

(MM-in 112-ci maddəsinin 1-ci bəndi). Daha sonra, kooperativ özvünə bu payın istifadə edilməsi ilə yeni yara-

dılmış  əmlakdan  ona  çatası  hissə,  habelə  təsərrüfat-maliyyə  ilinin  yekununa  görə  kooperativin  mənfəətindən 

ona veriləsi hissə ödənilir. Kooperativin nizamnaməsində kooperativdən çıxan özvə digər kooperativ ödənişləri-

nin (əmək haqqı, mükafatlar, üstəliklər, əlavələr və s.) verilməsi nəzərdə tutula bilər.  

Göstərilən ödənişlər kooperativdən çıxan şəxsə dərhal verilmir. Belə ki, ümumi qaydaya görə, həmin ödəniş-

lərin verilməsi təsərrüfat-maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra hə-

yata keçirilir (MM-in 112-ci maddəsinin 1-ci bəndi). 

Bəzi hallarda kooperativdə özvlüyə könüllü qaydada yox, məcburi qaydada xitam verilə bilər. Məcburi qay-


 

233


danın mahiyyəti kooperativ özvünün müəyyən əsaslara görə kooperativdən çıxarılmasından, xaric edilməsindən 

ibarətdir.  

Yalnız qanunda və ya kooperativin nizamnaməsində nəzərdə tutulan əsaslara görə kooperativ özvü koopera-

tivdən çıxarıla və xaric oluna bilər. Bu cür əsaslar Mülki Məcəllədə (112-ci maddənin 2-ci bəndində) göstərilir. 

Həmin əsaslara aiddir: kooperativ özvünün kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra et-

məməsi; kooperativ özvünün nizamnamə ilə ona həvalə edilmiş vəzifələri lazımınja icra etməməsi. Kooperati-

vin nizamnaməsində kooperativ özvünün kooperativdən xaric edilməsinin digər əsasları da (məsələn, koopera-

tiv özvünün kooperativə ziyan vurması və s.) nəzərdə tutula bilər. 

Kooperativdən özvün çıxarılması və xaric edilməsi kooperativ özvlərinin ümumi yıüıncaüının müstəsna səla-

hiyyətinə aiddir. Ona görə də bu məsələyə  yalnız kooperativin ümumi  yıüıncaüında baxılır. Ümumi  yıüıncaq 

kooperativ özvünün xaric edilməsi barədə müvafiq qərar çıxarır. Kooperativdən çıxarılan və xaric edilən şəxs 

(özv) bu qərardan məhkəməyə şikayət verə bilər. Bununla belə, o, kooperativ ödənişləri (payın dəyəri və ya bu 

paya  müvafiq  əmlak,  dividend,  əmək  haqqı  və  s.)  almaqda  kooperativdən  çıxan  özv  kimi  analoæi  hüquqlara 

malikdir. Mülki qanunvericiliyə görə, onun bu cür halda kooperativ ödənişləri almaq hüququ saxlanılır (MM-in 

112-ci maddəsinin 2-ci bəndi). 

Kooperativ özvünün malik olduüu hüquqlardan biri onun öz payını (və ya bu payın bir hissəsini) digə

şə

xslərə verə bilməsindən, yəni gözəşt edə bilməsindən ibarətdir (MM-nin 112-ci maddəsinin 3-cü bəndi). Di-

gər şəxs rolunda həm kooperativin digər özvləri, həm də kooperativin özvləri olmayan üçüncü şəxslər (kənar 

şə

xslər) çıxış edə bilərlər.  



Payın  (onun  bir  hissəsinin)  verilməsi  onun  özgəninkiləşdirilməsi  deməkdir.  Özgəninkiləşdirmənin  hüquqi 

formaları isə müxtəlifdir. Bu formalara alqı-satqı, bağışlama və dəyişmə müqavilələri aiddir.  

Kooperativ özvü payı özgəninkiləşdirərkən bu barədə dərhal kooperativin digər özvlərinə xəbər verir. ×ünki 

onların özgəninkiləşdirilən payı (onun bir hissəsini) satın almaqda üstünlük hüququ vardır. 

Kooperativin digər özvləri nəzərdə tutulan müddətdə onlara verilmiş üstünlük hüququnu həyata keçirməli-

dirlər. Bu müddət nizamnamədə göstərilir. Əgər onlar həmin müddət ərzində üstünlük hüququndan istifadə edib 

payı (onun bir hissəsini) əldə etməsələr, onda pay üçüncü şəxsə özgəninkiləşdirilir. Lakin bunun özün koorpe-

rativin razılıq verməsi tələb olunur. Əgər kooperativ razılıq verməzsə, onda payın üçüncü şəxsə özgəninkiləşdi-

rilməsinə yol verilmir.  

Payı özgəninkiləşdirməklə özv kooperativdən çıxmış hesab edilir. Bu, kooperativdə onun özvlüyünə xitam 

verilməsinə səbəb olur. Payın bir hissəsinin özgəninkiləşdirilməsi, söz yox ki, bu cür nəticəyə gətirib çıxarmır. 

Payı əldə edən üçüncü şəxs ümumi yıüıncaüın qərarı ilə kooperativ özvlüyünə qəbul edilə bilər.  

Kooperativ özvünün öz payını verməsi barədə qayda dispozitiv xarakterə malikdir. Belə ki, kooperativin ni-

zamnaməsində ayrı qayda da nəzərdə tutula bilər.  

Kooperativ özvü olan fiziki şəxsin ölməsi onun kooperativdə özvlüyünə xitam verilməsi əsaslarından biridir. 

Belə halda onun payı vərəsəlik qaydasında vərəsəyə keçir. Vərəsə kooperativ özvlüyünə qəbul edilə bilər. Bu 

halda payın dəyəri, təbii ki, vərəsəyə ödənilmir. Əgər kooperativin ölmüş özvünün bir neçə vərəsəsi olarsa, on-

lardan yalnız biri kooperativə qəbul edilir. Kooperativə qəbul edilən vərəsələrin payının həcmi miras payından 

ona düşən hissənin həcmi (miqdarı) ilə müəyyən edilir, qalan vərəsələrə onlara düşən payın dəyəri ödənilir. 

Vərəsə kooperativ özvlüyünə qəbul edilməyə də bilər. Belə halda kooperativ tərəfindən onun ölmüş özvünün 

payının dəyəri vərəsəyə (və ya vərəsələrə) ödənilir (MM-in 112-ci maddəsinin 4-cü bəndi). 

Kooperativin ölmüş özvünün kooperativ özvlüyünə qəbul edilməsi haqqında norma dispozitiv xarakter daşı-

yır. Belə ki, bu barədə kooperativin nizamnaməsində ayrı qayda da nəzərdə tutula bilər. Məsələn, nizamnamədə 

göstərilə bilər ki, vərəsənin kooperativ özvlüyünə qəbul edilməsinə yol verilmir. 

Kooperativ özvünün şəxsi borcları yarana bilər. Bu borcların əmələ gəlməsinin onun kooperativin fəaliyyə-

tində iştirak və ya şəxsi əmək iştirakı ilə heç bir əlaqəsi yoxdur. Məsələn, kooperativ özvü öz qonşusundan borc 

pul alır və yaxud dükandan nisyə mal əldə edir və ya da tikdirdiyi bağ evinə görə tikinti təşkilatına müəyyən 

məbləödə borcu yaranır. Bu cür şəxsi borcları ödəmək üçün bəzən kooperativ özvü olan şəxsin əmlakı çatmır, 

kifayət etmir. Belə halda kreditorların (yuxarıda göstərdiyimiz misalda borc verən qonşunun, bağ evi tikən təş-

kilatın və s.) borcun ödənilməsi barədə tələbi kooperativ özvünün payına yönəlir (MM-in 112-ci maddəsinin 5-

ci bəndi). Bunun üçün payın dəyəri kooperativ özvünə ödənilir. Bu ödəniş əsasında kreditorlarla hesablaşmalar 

aparılır, yəni şəxsi borclar verilir.  

Kooperativ özvünün şəxsi borclarına görə kreditorların tələbləri kooperativin bölünməz fondlarına yönəldilə 

bilməz. Qanun bunu qadaüan edir (MM-in 112-ci maddəsinin 5-ci bəndi).  

Kooperativ könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Bu məsələlər kooperativ özvlərinin ümumi 

yıüıncaüının qərarı ilə həll edilir. Kooperativ məcburi qaydada da ləğv edilə bilər. Göstərilən hallarda hüquqi 



 

234


şə

xsin yenidən təşkil olunması və ya ləğv edilməsi barədə qaydalar tətbiq edilir. Biz bu haqda əvvəlki paraqraf-

ların birində geniş söhbət açdığımıza görə həmin məsələni yenidən işıqlandırmaüı lazım bilmirik.  

Kooperativ  özvü  kooperativ  ləğv  edilərkən  ləğvetmə  kvotası  almaq  hüququna  malikdir.  Əmək  haqqı, 

büdcəyə  ayırmalar  və  digər  məcburi  ayırmalar,  habelə  kreditorların  tələbləri  ödənildikdən  sonra  qalan  əmlak 

kooperativinin  özvləri  arasında  bölüşdürülür.  Kooperativin  ləğvindən  sonra  qalan  əmlak  kooperativin  özvləri 

arasında  onun  nizamnaməsinə  uyüun  olaraq  bölüşdürülür  (MM-in  110-cu  maddəsinin  5-ci  bəndi).  Ləğvetmə 

kvotası almaq hüququ kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmadan sonra əmlakın kooperativ özvü-

nün payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq hüququdur. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə