MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə39/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   91
§ 5. Qeyri-kommersiya təşkilatları  

1. Qeyri-kommersiya təşkilatlarının qısa hüquqi  

xarakteristikası 

Biz  əvvəlki  paraqrafların  birində  qeyri-kommersiya  təşkilatlarının  geniş  hüquqi  xarakteristikasını  verərək, 

onların əsas hüquqi parametrlərini müəyyənləşdirmişik. Burada həmin məsələyə qısaca olsa da bir daha aydın-

lıq gətirmək özün ona toxunmaüı zəruri hesab etdik.  



Birincisi,  qeyri-kommersiya  təşkilatlarının  həyata  keçirdiyi  fəaliyyətin  əsas  məqsədi  mənfəət  götürmək-

dən  və  bu  mənfəəti  iştirakçılar  arasında  bölüşdürməkdən  ibarət  deyildir.  Bu  təşkilatlar  xeyriyyə,  sosial, 

mədəni-maarif,  təhsil,  elm,  idarəçilik,  saülamlıüın  mühafizəsi,  idman  və  bədən  tərbiyəsinin  inkişafı  və  digər 

ictimai faydalı məqsədlər üçün, habelə vətəndaşların mənəvi və digər qeyri-maddi tələbatını ödəmək, şəxslərin 

hüquq və mənafelərini müdafiə etmək məqsədi üçün yaradılır. Bir sözlə, qeyri-kommersiya təşkilatlarının yara-

dılmasının ə

sas məqsədi ictimai fayda və rifaha nail olmaqdan ibarətdir. Deməli, onların əsas və başlıca fəa-

liyyəti əmtəə və əmlak xarakterli iqtisadi (əmlak) dövriyyədə iştirak etməklə əlaqədar deyil. Məhz bu səbəbdən 

qeyri-kommersiya təşkilatları iqtisadi (əmlak) dövriyyənin, o cümlədən kommersiya (sahibkarlıq) dövriyyəsi-

nin professional (peşəkar) iştirakçısı hesab edilmir. Onları əmtəə-pul münasibətlərinin, bazar əmtəə dövriy-

yəsinin daimi subyekti saymaq olmaz. 

Ş

übhəsiz ki, qeyri-kommersiya təşkilatları özlərinin əsas və başlıca fəaliyyətini maddi təminat olmadan hə-



yata keçirə bilməz. Bu cür təminatın zəruriliyi həmin təşkilatların müstəqil hüquqi şəxs rolunda çıxış etməsini 

şə

rtləndirir.  



Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşüul ola bilərlər, bir şərtlə ki, həmin fəaliyyət 

bu təşkilatın yaradıldığı məqsədə çatmaüa xidmət etsin və göstərilən məqsədə uyüun olsun. Amma qeyri-

kommersiya təşkilatlarının əsas və başlıca fəaliyyəti professional biznes və peşəkar sahibkarlıqla bir araya sıü-

mır. Sahibkarlıq fəaliyyəti onların həyata keçirdikləri əsas fəaliyyətə münasibətdə yardımzı xarakter daşıyır. 



kincisi, qeyri-kommersiya təşkilatları məhdud (məqsədli, xüsusi) hüquq qabiliyyətinə malikdir. Bu cür 

hüquq qabiliyyəti onu ifadə edir ki, qeyri-kommersiya təşkilatları yalnız onun fəaliyyət məqsədinə uyüun gələn 

və birbaşa təsis sənədində göstərilən hüquq və vəzifələrə malik ola bilər. Onların istənilən hüquq və vəzifələrə 

malik olması istisna edilir, mümkün deyil.  



2.  ctimai birliklər  

ctimai birliyi Mülki Məcəllə qeyri-kommersiya təşkilatlarının bir forması (növü) kimi nəzərdə tutur. Həmin 

məcəllənin  114-cü  maddəsi  ictimai  birliklərin  hüquqi  vəziyyətini  və  əsas  xüsusiyyətlərini  müəyyənləşdirir. 

Bundan əlavə, ictimai birliklərin hüquqi vəziyyətinin və mühüm cəhətlərinin təyin edilməsində, habelə onların 

yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətlərin tənzimlənməsində xüsusi qanunların vacib rolu var-

dır. Söhbət, hər şeydən əvvəl, 10 noyabr 1992-ci il tarixində qəbul edilmiş « ctimai birliklər haqqında» və 13 

iyun 2000-ci ildə qəbul olunmuş «Qeyri-hökumət təşkilatları haqqında» qanunlardan gedir.  

ctimai birlik dedikdə, təsis sənədlərində göstərilən məqsədə çatmaq  üçün ümumi  maraq və mənafe 

ə

sasında birləşən  bir neçə  fiziki  və  (və  ya)  hüquqi  şəxsin  təşəbbüsü  ilə  yaradılmış  könüllü  və  öz-özünü 



idarə edən qeyri-kommersiya təşkilatı başa düşülür.  

ctimai birliklər korporativ əsaslarla yaradılır, yəni onlar şəxslərin özvlüyə əsaslanan könüllü birləşməsidir. 

Bu cəhət isə onu göstərir ki, ictimai birliklər korporativ təşkilat olub, hüquqi şəxslərin korporasiya növünə şa-

mil olunur.  

ctimai birliklər qeyri-hökumət təşkilatıdır. Bu təşkilatlara müxtəlif qurumlar daxildir: siyasi partiyalar; həm-

karlar ittifaqları; dini birliklər; yerli özünüidarə orqanları və s.  ctimai birliklər qeyri-hökumət təşkilatları arasında 

müstəqil yer tutur.  

ctimai birlikləri həm hüquqi şəxslər, həm də fiziki şəxslər təsis edə bilərlər. Onların təsisçiləri rolunda hü-

quqi və fiziki şəxslərin birlikdə çıxış etmələri istisna olunmur. Təsisçiləictimai birliyin iştirakçısıdırlar.  

ctimai birliyin təsisçisi olması üçün fiziki şəxsin on səkkiz yaş həddinə çatması tələb edilir. Əgər fiziki şəxs 

bu yaş həddinə çatmamışsa, ictimai birliyin təsisçisi ola bilməz. Amma qanun bu ümumi qaydadan müəyyən is-



 

235


tisnaya  yol  verir.  Belə  ki,  gənclərə  aid  ictimai  birlik  yaradılarkən  təsisçilərin  on  yaş  həddinə  çatması  kifayət 

edir.  


Qanun dövlət hakimiyyət və yerli özünüidarə orqanlarının ictimai birliklərin təsisçisi olmasına yol ver-

mir. Bu orqanlar təsisçi rolunda ictimai birlikləri yaradılmasında iştirak edə bilməzlər. Bu orqanların həm 

də ictimai birliyin özvü olması istisna edilir.  

Təsisçilərlə bərabər, özvlər də ictimai birliklərin iştirakçıları hesab olunurlar. Istənilən hər hansı fiziki və hü-

quqi şəxs ictimai birliyin özvü rolunda çıxış edə bilərlər.  

Qanun əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin ictimai birliklərdə iştirak etməsinə  yol verir. Belə ki, 

onlar bizim ölkədə fəaliyyət göstərən ictimai birliklərin iştirakçıları — həm təsisçiləri, həm də özvləri ola bilər-

lər. 


Bir qayda olaraq, ictimai birlik onun təsis edilməsi nəticəsində yaradılır. Bu məqsədlə ictimai birliyin yara-

dılmasının təşəbbüsçüləri təsis yıüıncaüı çaüırırlar. Təsis yıüıncaüında ictimai birliyin nizamnaməsi qəbul edi-

lir.  

Nizamnamə ictimai birliyin fəaliyyətinin hüquqi əsası olan, onun məqsədini müəyyənləşdirən təsis sənədi-

dir.  Nizamnamədə  bütün  hüquqi  şəxslərin  hamısı  üçün  ümumi  olan  məlumatlardan  (ictimai  birliyin  adından, 

hüquqi ünvanından və s.) savayı, həm də aşaüıdakılar göstərilir:  

 ictimai birliyin fəaliyyət məqsədi və predmeti;  



 ictimai birliyin idarə olunma qaydası;  

 ictimai birlik özvlərinin hüquq və vəzifələri;  



 ictimai birliyin özvlüyünə qəbul olmaq və ondan çıxmaq şərtləri;  

 ictimai birliyin əmlakının yaradılma mənbələri;  



 nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası;  

 ictimai birliyin ləğv edilməsi qaydası;  



 ictimai birlik ləğv edildiyi halda, əmlakdan istifadə qaydası.  

Nizamnamə,  təsis  yıüıncaüının  protokolu  və  digər  sənədlər  ictimai  birliyin  dövlət  qeydiyyatına  alınması 

üçün Ədliyyə Nazirliyinə göndərilir.  ctimai birlik yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs 



statusu əldə edir. Məhz bu andan o, mülki hüquq və fəaliyyət qabiliyyətinə malik olur.  

ctimai birlik hüquqi şəxs statusu əldə edən kimi mülki hüquq və vəzifələrə malik olmaq qabiliyyətli olur. 

Özü də dərhal qeyd etməliyik ki, o, yalnız öz nizamnaməsində göstərilmiş fəaliyyət məqsədlərinə uyüun gə-

lən mülki hüquq və vəzifələrə malik ola bilər. Bu isə belə bir fikir söyləməyə əsas verir ki, ictimai birliyin 

mülki hüquq qabiliyyəti məqsədli (məhdud) xarakter daşıyır.  ctimai birliyin məqsədli (məhdud) hüquq qabi-

liyyətinin olması isə o deməkdir ki, ictimai birlik xüsusi olaraq iqtisadi (əmlak) dövriyyədə çıxış etmək üçün 

yaradılmamışdır  və  öz  fəaliyyət  məqsədini  həyata  keçirmək  üçün  o,  bu  dövriyyədə  çıxış  edə  bilər.  Deməli, 

ictimai birliyin iqtisadi (əmlak) dövriyyədə iştirakı həddən ziyadə məqsədli xarakter daşıyır. 

ctimai birlik yalnız öz fəaliyyət məqsədlərinə uyüun gələn mülki hüquqlar əldə edə və həyata keçirə, habelə 

mülki vəzifələr yarada bilər. Deməli, onun mülki fəaliyyət qabiliyyəti də məqsədli xarakter daşıyır. Məsə-

lən,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  ictimai  birliyin  fəaliyyət  qabiliyyətinin  elementlərindən  biridir. 

Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq və bu fəaliyyəti həyata keçirmək imkanına malikdir. Amma 

ictimai birlik yalnız onun yaradılması məqsədlərinə nail olmaüa yönəldilmiş və bu məqsədə uyüun gələn sahib-

karlıq fəaliyyətini həyata keçirə bilər. Mal (xidmət) istehsalı və satışı, qiymətli kaüızların, əmlak və qeyri-əm-

lak hüquqlarının əldə edilməsi, əgər  yuxarıdakı şərtlərə cavab verərsə, ictimai birliyin həyata keçirdiyi sahib-

karlıq fəaliyyətinə misal ola bilər.  

Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ictimai birlik kommersiya təşkilatlarında iştirak edə bi-

lər. Söhbət onun təsərrüfat cəmiyyətinin (səhmdar cəmiyyətinin, məhdud məsuliyyətli cəmiyyətin və s.), təsər-

rüfat ortaqlıüının (kommandit ortaqlıqda kommanditçi kimi) yaradılmasında maya qoyan rolunda çıxış etməsin-

dən gedir.  

ctimai birlik həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəət və gəlirləri öz iştirakçıları ara-

sında bölüşdürmür. Bu mənfəət və gəlirlər ictimai birliyin nizamnaməsində göstərilən fəaliyyət məqsədləri-

nin həyata keçirilməsinə yönəlməlidir.  

Məlum məsələdir ki, ictimai birlik öz nizamnaməsində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək və qarşıya 



qoyulan məqsədə çatmaq üçün kifayət qədəəmlaka malik olmalıdır. Bu əmlak həmin fəaliyyətin maddi 

təminatı üçün zəruridir.  

  ctimai birliyin mülkiyyətində dövriyyə qabiliyyətli istəniləəmlak ola bilər. Söhbət binalardan, qurüular-

dan,  mənzillərdən,  avadanlıqlardan,  pul  vəsaitindən,  səhmlərdən,  digər  qiymətli  kaüızlardan  və  başqa  əmlak 

növlərindən gedir. Pul vəsaiti müxtəlif mənbələr hesabına əmələ gəlir: birliyə daxil olmaq haqqından və özvlük 


 

236


haqqından; könüllü vəsaitdən və ianələrdən; mühazirələrdən, idman tədbirlərindən və başqa tədbirlərdən, lote-

reyalardan əldə edilən mədaxildən; qiymətli kaüızlardan alınan dividendlərdən; qrantdan və s. 

ctimai birliyin əmlakı müxtəlif mənbələrdən yaranır. Əsas mənbəni ictimai birliyin təsisçilərinin (iştirakçı-

larının) ictimai birliyə verdikləri əmlak təşkil edir. Bu əmlak özərində onlar mülkiyyət hüququnu itirirlər, yə-

ni həmin əmlaka mülkiyyət hüququnu saxlamırlar. Təsisçilər və ya ictimai birlik özvləri ictimai birliyə verdik-

ləri müntəzəm və ya birdəfəlik özvlük haqları özərində də mülkiyyət hüququnu itirirlər. Bütün bunların hamısı 



birliyin mülkiyyəti hesab edilir (MM-in 114-cü maddəsinin 1-ci bəndi). Təsiszilər (iştirakzılar) ictimai birliyə 

verdikləri əmlak barəsində tələb etmək (öhdəlik) hüququna da malik deyillər. Deməli, onlar əmlak haqqında 

nə əşya (mülkiyyət), nə də tələb (öhdəlik) hüququnu saxlayırlar, hər hansı bir əmlak hüququ əldə etmirlər.  

Məhz bu səbəbdən ictimai birlik və onun iştirakçıları arasında hər hansı qarşılıqlı əmlak məsuliyyəti möv-

cud deyil. Belə ki, iştirakçılar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlik-

ləri üçün məsuliyyət daşımırlar (MM-nin 114-cü maddəsinin 2-ci bəndi). Iştirakçının ictimai birlikdən çıxması 

hər hansı ödənişin verilməsinə və onunla hesablaşma aparılmasına səbəb olmur, əmlak vəzifəsi yaratmır.  

ctimai birlik öz mülkiyyətində olan əmlakdan yalnız öz nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün 

istifadə edə bilər. Bu əmlakla o, öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Bundan əlavə, ictimai birliyin əmlakı, 

mənfəət və gəliri, xərcləri və s. haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. 

ctimai birliyin fəaliyyəti onun idarəetmə orqanlarının vasitəsilə idarə edilir. Bu orqanların səlahiyyəti və 

onların səlahiyyət müddəti, habelə ictimai birliyin strukturu qanunla və nizamnamə ilə müəyyən edilir.  

ctimai birlikdə iki cür idarəetmə orqanı fəaliyyət göstərir: ictimai birliyin ali idarəetmə orqanı; ictimai bir-

liyin icra orqanı. 



ctimai birliyin ali idarəetmə  orqanı onun ümumi  yıüıncaüıdır. Ümumi yıüıncaq qanunla 

onun səlahiyyətinə aid edilmiş məsələləri həll edir.  ctimai birliyin nizamnaməsini qəbul və ona dəyişikliklər et-

mək, ictimai birliyin icra orqanlarını yaratmaq, illik hesabatı təsdiq etmək, ictimai birliyi yenidən təşkil və ya 

ləğv etmək və s. bu cür məsələlərə misal ola bilər.  

Ümumi yıüıncaq həll etdiyi məsələlər barədə qərarlar qəbul edir. Qərarlar qəbul edilərkən yıüıncaqda iştirak 

edən özvlərin səs çoxluüu əsas götürülür.  ctimai birliyin hər bir özvünün bir səsi vardır. 



ctimai birliyin icra orqanı onun səlahiyyətinə cari rəhbərliyi həyata keçirir. Bu orqanlar iki formada ola bi-

lər: kollegial icra orqanı formasındatəkbaşına icra orqanı formasında. Bəzən qarışıq icra orqanı formasın-

dan da istifadə olunur. Qarışıq icra orqanı odur ki, ictimai birliyin kollegial icra orqanı ilə təkbaşına icra orqanı 

eyni vaxtda paralel olaraq yaradılır və fəaliyyət göstərirlər.  

ctimai birliyin icra orqanı onun ali idarəetmə orqanı qarşısında məsuldur. O, həmin orqana hesabat verir.  

ctimai birliyin fəaliyyətinə iki yolla xitam verilə bilər: ictimai birliyə onun yenidən təşkil edilməsi yolu ilə 

xitam verilməsi; ictimai birliyin ləğv edilməsi yolu ilə xitam edilməsi. Belə hallarda bəzi istisnalarla, hüquqi 

şə

xslərin  yenidən  təşkil  edilməsi  və  ləğv  olunması  haqqında  ümumi  qaydalar  tətbiq  edilir.  Bu  cür  istisnaya 



ictimai birliyin müflisləşmə nəticəsində ləğv edilməsinin qeyri-mümkünlüyünü misal göstərmək olar.  

ctimai birlik həm könüllü üsulla, həm də məcburi üsulla ləğv edilə bilər. Könüllü üsulla ictimai birliyin 

ləğv edilməsi zamanı ümumi yıüıncaq bu barədə müvafiq qərar çıxarır. Məcburi üsul isə ictimai biliyin məhkə-

mənin qərarı ilə ləğv edilməsini nəzərdə tutur. Məsələn, qanunazidd hərəkətlərə yol verən ictimai birliyə bir il 

ə

rzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi 



halda həmin ictimai birlik məhkəmənin qərarı ilə ləğv edilə bilər. 

ctimai birlik ləğv edilərkən onun iştirakçılarının ləğvetmə kvotası almaq hüququ yoxdur. Bu zaman ya-

ranan əmlak məsələləri mülki qanunvericiliklə xüsusi qaydada tənzimlənir. Bu qaydaya görə, ictimai birlik ləğv 

edildikdə, onun əmlakı ictimai birliyin nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunur. Əgər 

bu cür istifadə mümkün olmazsa, onda həmin əmlak dövlət mülkiyyətinə (dövlət büdcəsinə) mədaxil edilir 

(MM-in 114-cü maddəsinin 3-cü bəndi).  



3. Fondlar  

Fond (latınja «fundus» — əsas) qeyri-kommersiya təşkilatının bir formasıdır. Onların əsas cəhətləri və hüqu-

qi vəziyyəti MM-in 115-116-cı maddəsində ifadə olunan normalarla müəyyənləşdirilir. Fondların yaradılması 

və fəaliyyət göstərməsi ilə bağlı münasibətlərin tənzimlənməsində qanunlar, hər şeydən əvvəl, «Qeyri-hökumət 

təşkilatları haqqında» qanun mühüm rol oynayır.  

Fond dedikdə, özvlüyə əsaslanmayan elə bir təşkilat başa düşülür ki, bu təşkilat fiziki və (və ya) hüqu-

qi  şəxslərin  könüllü  əmlak  haqları  əsasında  təsis  edilir  və  sosial,  xeyriyyə,  mədəni,  təhsil  və  ya  digə

ictimai faydalı məqsədlər güdür.  

Fond  özvlük  prinsipi  əsasında  yaradılmır.  Deməli,  o,  korporativ  təşkilat  hesab  olunmur,  yəni  hüquqi 

şə

xslərin korporasiya kimi növünə aid edilmir.  



Fondlar  yalnız öz nizamnamələrində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə uyüun gələn mülki hüquq 

 

237


və vəzifələrə malik ola bilərlər. Bu isə o deməkdir ki, onlar məqsədli (məhdud) mülki hüquq qabiliyyətinə 

malikdir.  

Fondların iqtisadi (əmlak) dövriyyədə iştirakı da onların fəaliyyət məqsədlərinə uyüun gəlməlidir. Məhz bu-

na görə onların iqtisadi (əmlak) dövriyyədə çıxışı məqsədli xarakter daşıyır.  



Fondların  əsas  iştirakçıları  onların  təsisçiləri  hesab  edilirlər.  Təsisçi  rolunda  həm  hüquqi  şəxslər  (həm 

kommersiya, həm də qeyri-kommersiya təşkilatları), həm də fiziki şəxslər çıxış edə bilərlər. Özü də fondun bir 

təsisçi tərəfindən yaradılması istisna edilmir. Təsisçi qismində fondun yaradılmasında on səkkiz yaşına çatma-

yan fiziki şəxs, habelə dövlət hakimiyyət orqanları və yerli özünüidarə orqanları iştirak edə bilməz. 

Xarici ölkə vətəndaşları (əcnəbilər) və vətəndaşlıüı olmayan şəxslər bizim ölkədə fəaliyyət göstərən fondla-

rın təsisçisi ola bilərlər. Bu barədə qanun hər hansı bir xüsusi tələb nəzərdə tutmur və həmin şəxslərin hüquqla-

rını məhdudlaşdırmır.  

Fondlar onun təsis edilməsi ilə yaradılır. Bu barədə təsisçilər (təsisçi) müvafiq qərar qəbul edir. Təsis yıüın-



caüı çaüırılır. Yıüıncaqda fondun nizamnaməsi təsdiq olunur.  

Nizamnamə fondun əsas təsis sənədidir. Burada göstərilir:  

 fondun «fond» sözü daxil edilmiş adı;  



 fondun olduüu yer;  

 fondun orqanları haqqında, o cümlədən himayəçilik şurası haqqında məlumatlar;  



 fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi qaydası;  

 fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam verilməsi qaydası.  



Qanun  fondun  nizamnaməsinin  onun  orqanları  tərəfindən  dəyişdirilməsi  imkanını  məhdudlaşdırır.  Əgər 

məhdudlaşdırılmasa, onda fondun statusunun onun təsisçilərinin iradəsinin ziddinə olaraq dəyişdirilməsi üçün 

imkan yarana bilər. Fondun nizamnaməsi fondun orqanları tərəfindən dəyişdirilə bilər, bir şərtlə ki, nizam-

namədə onun dəyişdirmək imkanı nəzərdə tutulsun. Qalan hallarda nizamnamədə dəyişiklik fondun orqanları-

nın ərizəsi əsasında məhkəmə tərəfindən edilə bilə(MM-in 116-cı maddəsinin 2-ci bəndi).  

Nizamnamə, təsis yıüıncaüının protokolu və digər zəruri sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Həmin na-

zirlik fondun dövlət qeydiyyatını həyata keçirir. Bu andan o, hüquqi şəxs statusu əldə edir.  

Fondlar  öz  nizamnamələrində  nəzərdə  tutulan  fəaliyyəti  həyata  keçirmək  üçün  lazım  olan  əmlaka  malik 



olur. Bu əmlak həmin fəaliyyətin yerinə yetirilməsi üçün maddi təminat rolunu oynayır. Fondun mülkiyyətin-

də dövriyyədə istifadə olunması qadaüan edilməmiş istənilən əmlak ola bilər. Onun əmlakını təsisçilər (təsisçi) 

tərəfindən verilən əmlak təşkil edir. Bu əmlak fondun mülkiyyətidir (MM-in 115-ci maddəsinin 2-ci bəndi). Hə-

min əmlakın mülkiyyətçisi onu verən təsisçi yox, hüquqi şəxs kimi fondun özü hesab olunur. Belə ki, təsisçilər 

fonda  verdikləri  andan  həmin  əmlak  özərində  mülkiyyət  hüququnu  saxlamırlar,  bu  hüququ  itirirlər.  Onlar  bu 

ə

mlak barəsində əşya (mülkiyyət) hüququna malik deyillər.  



Təsisçilərin həmin əmlakın verilməsini (qaytarılmasını) tələb etmək hüququ da yoxdur. Bu isə o deməkdir 

ki, onlar fonda verdikləri əmlak barəsində öhdəlik hüququna da malik deyillər. Beləliklə, təsisçilər fonda ver-



dikləri əmlaka münasibətdə bütün əmlak (həm  əşya, həm də öhdəlik) hüquqlarını itirirlər. Başqa sözlə 

demək, təsisçilər yaratdıqları fonda münasibətdə hər hansı bir əmlak hüququna malik olmurlar. Məhz buna görə 

də təsisçilər və fond bir-birinin öhdəliklərinə görə cavab vermirlər. Belə ki, təsisçilər yaratdıqları fondun öhdə-

likləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımırlar (MM-in 115-ci maddəsinin 4-cü 

bəndi). Fond öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.  

Fondun əmlakı digər mənbələr hesabına da formalaşa bilər. Belə ki, sahibkarlıq fəaliyyətindən əldə edilən 

mənfəət,  könüllü  əmlak  haqları,  qiymətli  kaüızlardan  (səhmlərdən,  istiqrazlardan  və  s.)  alınan  dividendlər  və 

gəlirlər, qrantlar, ümumiyyətlə, qanunun yol verdiyi digər əsaslarla alınan əmlak fondun mülkiyyətinə daxil edi-

lir. Amma fond bu əmlakdan öz istəyi və mülahizəsi əsasında istifadə edə, onu iştirakçılar (təsisçilər) və işçilər 

arasında bölüşdürə bilməz. Ona görə ki, fond ictimai faydalı məqsəd gödən təşkilatdır və bu məqsəd onun ni-

zamnaməsində göstərilir. O, həmin əmlakdan yalnız bu məqsədlər üçün istifadə edə bilər (MM-in 115-ci mad-

dəsinin 2-ci bəndi). Bu, fondun əsas və mühüm vəzifəsi hesab olunur. Həmin vəzifənin dözgün və dürüst, sui-

istifadə hallarına və əyintiliyə yol vermədən icrasını təmin etmək üçün mülki qanunvericilik fondun öz əmlak 

işlərinin açıq aparılması haqqında xüsusi qayda müəyyən edir. Bu qaydaya görə, fondlar öz mülkiyyətində 

olan əmlakdan istifadə haqqında hesabatları hamının tanış olması üçün dərc edirlər (MM-in 115-ci mad-

dəsinin 3-cü bəndi). Həmin qaydanın müxtəlif hüquq pozuntularının (mənimsəmə, israf etmə, vəzifədən sui-is-

tifadə və digər halların) qarşısının alınmasında vacib rolu vardır. Bu fondun fəaliyyəti özərində nəzarət forma-



sıdır.  Fond  dərc  etmək  üçün  mətbuat  orqanı  seçməkdə  müstəqildir.  Lakin  bu  halda  fondun  fəaliyyət  ərazisi 

prinsipi gözlənilməlidir.  

Nizamnamə məqsədinə nail olmaq üçün fondlar sahibkarlıq fəaliyyəti ilə məşüul ola bilərlər. Özü də dərhal 


 

238


qeyd edirik ki, onların istənilən növ sahibkarlıq fəaliyyəti ilə yox, yalnız öz nizamnamə məqsədinə uyüun gələn 

fəaliyyət növü ilə məşüul olmağa ixtiyarı çatır. Sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti ilə onlar təsər-

rüfat cəmiyyətlərində, kommandit ortaqlıüında iştirakçı (maya qoyan) rolunda çıxış edə bilərlər.  

Fondun idarə olunması iki cür orqan vasitəsilə həyata keçirilir: icra orqanı vasitəsilə; himayəçilik şurası va-

sitəsilə.  cra orqanı özü iki formada yaradıla bilər: kollegial icra orqanı formasında; təkbaşına icra orqanı for-

masında. Kollegial icra orqanı kimi fondun idarə heyəti çıxış edir. Idarə heyəti fondun fəaliyyətinə aid bütün 

məsələləri həll edir.  

Təkbaşına icra orqanı dedikdə, fondun prezidenti başa düşülür. Fondun prezidenti, bir qayda olaraq, tə-

sisçilər tərəfindən təyin edilir və azad olunur. Bunun qaydası fondun nizamnaməsində göstərilir.  



Himayəçilik Şurası fondun nəzarət orqanıdır. O, fondun fəaliyyətinə nəzarəti həyata keçirir. Onun əsas və-

zifəsi fondun öz mülkiyyətində olan əmlakdan istifadəyə nəzarət etməkdən ibarətdir. Himayəçilik Şurası-

nın yaradılma və fəaliyyət qaydası fondun nizamnaməsində müəyyən edilir. Özü də bu orqan ictimai əsaslarla 

fəaliyyət göstərir.  

Fond mülki qanunvericilikdə nəzərdə tutulan qaydada könüllü yolla yenidən təşkil edilə bilər. Bu, onun tə-

sisçilərinin və ya fondun nizamnaməsi ilə vəkil edilmiş orqanın (himayəçilik şurasının) qərarı ilə həyata keçiri-

lir. Amma fondlar başqa növ hüquqi şəxslərə çevrilə bilməz.  

Fondun fəaliyyətinə onun ləğv edilməsi yolu ilə də xitam verilə bilər (MM-in 116-cı maddəsinin 2-ci bəndi). 

Özü də dərhal qeyd edirik ki, fondlar bütün hallarda yalnız məhkəmənin qərarı ilə (məhkəmə qaydasında) 

ləğv oluna bilər. Deməli, fondların könüllü qaydada ləğv edilməsinə yol verilmir.  

Fondun yalnız məhkəmə yolu ilə ləğv edilməsi haqqında qayda fondun əmlakı barədə mümkün olan hər cür 

sui-istifadə hallarının qarşısının alınmasına imkan verir. Özü də fondun ləğv edilməsinə əsas olan hallar nizam-

namə ilə yox, qanunla müəyyənləşdirilir (MM-in 116-cı maddəsinin 2-ci bəndi):  

 fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədikdə və lazımi əmlakın əldə edilmə-



si ehtimalı real olmadıqda;  

 fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə lazımi şəkildə dəyişdirilə bilmədikdə;  



 fond öz fəaliyyətində nizamnamədə nəzərdə tutulan məqsədlərdən yayındıqda;  

 qanunvericilikdə nəzərdə tutulan digər hallarda (məsələn, fond müflis elan edildikdə). 



Göstərilən hallardan biri olduqda, maraqlı şəxs fondun ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət 

edir. Maraqlı şəxs rolunda fondun təsisçisi, nəzarət orqanı, kreditorlar və digərləri çıxış edə bilər. Məhkəmə işə 

baxaraq, fondun ləğvi barədə qərar qəbul edir.  

Fondun  ləğv  edilməsi  əmlak  vəzifələrinin  yaranmasına,  ləğv  etmə  kvotası  almaq  hüququnun  əmələ 

gəlməsinə  səbəb  olmur.  Fond  iştirakçılarla  hər  hansı  bir  hesablaşma  aparmır.  Belə  ki,  fond  ləğv  edildikdə, 

onun əmlakı nizamnaməsində göstərilən məqsədlər üçün istifadə olunur. Əgər bu cür istifadə mümkün olmadıq-

da, əmlak dövlət mülkiyyətinə (dövlət büdcəsinə) mədaxil edilir (MM-in 116-cı maddəsinin 3-cü bəndi).  

4. Hüquqi şəxslərin ittifaqları  

Hüquqi  şəxslərin  ittifaqı  qeyri-kommersiya  təşkilatları  kateqoriyasına  şamil  edilir.  ×ünki  o,  kommersiya 

məqsədi, yəni mənfəəəldə etmək məqsədi güdmür. Onun hüquqi xarakteristikası əsasən Mülki Məcəllə ilə 

müəyyənləşdirilir. Mülki Məcəllənin 117-119-cu maddələrində hüquqi şəxslərin ittifaqlarının hüquqi vəziyyəti-

nə aid mühüm əhəmiyyətə malik olan göstəriş ifadə edilir.  

Hüquqi şəxslərin ittifaqı dedikdə, bir neçə hüquqi şəxsin könüllü surətdə özvlük prinsipi əsasında elə 

birliyi başa düşülür ki, bu birlik onların fəaliyyətlərini əlaqələndirmək, hüquqlarını müdafiə etmək və 

ümumi əmlak mənafelərini təmsil etmək məqsədi güdür. O, yalnız özlərinin əmlak mənafelərinin deyil, bü-

tüvlükdə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda beynəlxalq 

təşkilatlarda) məqsədinə xidmət edir. 

Anlayışdan  müəyyən  edilir  ki,  hüquqi  şəxslərin  ittifaqı  korporativ  əsaslar  prinsipi  qaydasında  yaradılır. 

Belə ki, o, hüquqi şəxslərin özvlüyə əsaslanan könüllü birləşməsidir. Bu isə belə bir fikir söyləməyə əsas verir 

ki, hüquqi şəxslərin ittifaqı korporativ təşkilat olub, hüquqi şəxslərin korporasiya növünə şamil edilir

Anlayışdan müəyyən edilir ki, hüquqi şəxslərin ittifaqına daxil olan özvlər (iştirakçılar) yalnız hüquqi şəxs-

lərdən ibarət ola bilər. Bu ittifaqın iştirakçısı rolunda nə fiziki şəxslər, nə dövlət, nə də yerli özünüidarə orqanla-

rı çıxış edə bilərlər. Elə onun adı bunu sübut edir. Özü də hüquqi şəxslərin ittifaqında ya kommersiya təşkilatla-

rı, ya da qeyri-kommersiya təşkilatları birləşə bilərlər. Eyni bir ittifaqa həm kommersiya təşkilatları, həm də 



qeyri-kommersiya təşkilatları daxil ola bilməzlər. Qanun buna yol vermir. Deməli, hüquqi şəxslərin ittifaqla-

rında iştirakçıların tərkibi eyni tipli olmalıdır. Eynitiplilik prinsipi tamamilə əsaslıdır. Belə ki, təsərrüfatçılıq 

sferasında öz fəaliyyət məqsədlərinə görə bir-birindən fərqlənən kommersiya təşkilatlarını və qeyri-kommersiya 

təşkilatlarını eyni bir ittifaqda necə birləşdirmək olar?  



 

239


Anlayışdan müəyyən edilir ki, hüquqi şəxslərin ittifaqı yalnız könüllü surətdə yaradılır. Onun məcburi qay-

dada təsis edilməsi istisna edilir. Məhz bu səbəbdən hüquqi şəxslərin ittifaqı öz iştirakçılarına münasibətdə ida-



rəçilik funksiyası həyata keçirə bilməz və yuxarı instansiyalı təşkilat hesab edilmir.  

Hüquqi şəxslərin ittifaqına daxil olan zaman iştirakçılar özlərinin müstəqilliyini itirmirlər. Əksinə, onlar öz-

lərinin  müstəqilliyini  və  hüquqi  şəxs  hüquqlarını  saxlayırlar  (MM-in  117-ci  maddəsinin  3-cü  bəndi).  Onların 

mülki hüquq qabiliyyətinin həcmi dəyişməz və sabit qalır.  

Hüquqi şəxslərin ittifaqının əsas və başlıca fəaliyyət məqsədi iştirakçıların fəaliyyətini əlaqələndirməkdən, 

habelə  onların  əmlak  mənafelərini  (ümumiyyətlə  mənafelərini)  təmsil  və  müdafiə  etməkdən  ibarətdir.  Əsas 



məqsəd kimi ittifaqın sahibkarlıq fəaliyyəti ilə məşüul olmaüa ixtiyarı çatmır. ×ünki o, qeyri-kommersiya 

təşkilatıdır. Bununla belə, ittifaqın əsas məqsəd kimi kommersiya xarakterli fəaliyyətlə, sahibkarlıq fəaliyyəti 

ilə məşüul olmasına zərurət yarana bilər. Belə halda iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini hə-

yata keçirmək həvalə edilir. Bundan sonra ittifaq sahibkarlıq fəaliyyəti ilə özünün əsas fəaliyyət məqsədi kimi 

məşüul olmaüa borclu olur. Bu, onun hüququnu yox, vəzifəsini təşkil edir.  

Özünün  əsas  fəaliyyət  məqsədi  kimi  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  üçün  ittifaq  təsərrüfat 

cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər, yəni fəaliyyət göstərən hər hansı bir təsərrüfat 

cəmiyyətinin  tərkibinə  daxil  ola  bilər.  Sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  mənfəət  ittifaqın  iştirakçıları 



arasında bölüşdürülmür, nizamnamə məqsədlərinin həyata keçirilməsinə yönəlir.  

Göstərilən hallarda başqa yoldan da istifadə oluna bilər. Bu yola görə, sahibkarlıq fəaliyyətini həyata keçir-

məyə borclu olan ittifaq qanunda nəzərdə tutulan qaydada ya təsərrüfat ortaqlıüına, ya da təsərrüfat cəmiyyətinə 

çevrilir (MM-in 117-ci maddəsinin 1-ci bəndi).  

Hüquqi şəxslərin ittifaqı ada malik olmalıdır. Onun adının qanunda göstərilən şərtə uyüun olması tələb edi-

lir. Belə ki, ittifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərilməli-

dir (MM-in 117-ci maddəsinin 6-cı bəndi). Məsələn, «Gəncə «Göy-göl» ictimai iaşə müəssisələrinin ittifaqı», 

«Bakı «Rahatlıq» təmir- tikinti təşkilatlarının ittifaqı», «Azərbaycan ticarət cəmiyyətlərinin ittifaqı» və s.  

Hüquqi  şəxslərin  ittifaqı  nizamnamə  əsasında  fəaliyyət  göstərirlər.  Nizamnaməni  təsisçilər  təsdiq  edirlər. 

Burada bütün hüquqi şəxslər üçün ümumi olan məlumatlardan savayı, digər məlumatlar da göstərilir:  

 iştirakçıların verdikləri haqların miqdarı, tərkibi və verilməsi qaydası haqqında;  



 iştirakçıların haqq verilməsi öhdəliyini pozmaüa görə məsuliyyəti haqqında;  

 ittifaqın idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi qaydası haqqında;  



 yekdilliklə və ya səs çoxluüu ilə qəbul olunan məsələlərə dair qərarlar qəbul olunması haqqında;  

 ittifaq ləğv edildiyi halda onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında.  



Ittifaqın fəaliyyəti onun idarəetmə orqanları vasitəsilə həyata keçirilir. Bu orqanların strukturu və sistemi 

ittifaqın korporativ (özvlük) əsaslarla yaradılması ilə bağlı olaraq müəyyənləşdirilir. Belə ki, ittifaq korporativ 

təşkilatdır (korporasiyadır). Buna görə də ittifaqın ali idarəetmə orqanı iştirakçıların (onların nümayəndələri-

nin) ümumi yıüıncaüıdır (bütün korporativ təşkilatlarda olduüu kimi). Ittifaqın icra orqanı ittifaqın fəaliyyəti-

nə cari rəhbərliyi həyata keçirir. Bu orqan ümumi yıüıncaq tərəfindən yaradılır və ona hesabat verir. 

Ittifaq öz nizamnaməsində göstərilən məqsədinə çatması üçün zəruri əmlak (maddi) bazasına malik olmalıdır. 

Bu baza maddi təminat rolunu oynayır.  

Ittifaqın  əmlakı  onu  təsis  edən  şəxslərin  (iştirakçıların)  verdikləri  əmlakdan  ibarətdir.  Bu  əmlak  ittifaqın 



mülkiyyəti hesab edilir (MM-in 117-ci maddəsinin 4-cü bəndi).  Ittifaq həmin əmlakın mülkiyyətçisi sayılır. 

Təsisçilər (iştirakçılar) isə ittifaqa verdikləri əmlak özərində mülkiyyət hüququnu itirirlər. Onlar bu əmlak barə-

sində hər hansı əmlak hüququna, yəni nə əşya (mülkiyyət), nə də öhdəlik (tələb) hüququna malik deyillər

Ittifaq  ona  verilmiş  əmlakdan  yalnız  nizamnamədə  müəyyənləşdirilmiş  məqsədlər  üçün  istifadə  edə  bilər. 

Başqa məqsədlər üçün istifadəyə qanun yol vermir (MM-in 117-ci maddəsinin 4-cü bəndi).  

Ittifaq öz əmlakı ilə öhdəliklərinə (borclarına) görə kreditorlar qarşısında məsuliyyət daşıyır. Bəzən ittifaqın 

ə

mlakı kreditorların tələblərini ödəmək üçün kifayət etmir. Belə halda kreditorların tələbləri iştirakçıların şəxsi 



ə

mlakı hesabına təmin edilir. Deməli, ittifaqın iştirakçıları onun öhdəlikləri (borcları) üçün subsidiar mə-



suliyyət daşıyırlar (MM-in 117-ci maddəsinin 5-ci bəndi). Bu məsuliyyət qeyri-məhdud yox, məhdud xarak-

terlidir. Belə ki, həmin məsuliyyətin həcmi nizamnamədə nəzərdə tutulan miqdarla müəyyən edilir.  

Iştirakçı ittifaqdan çıxdığı halda belə, ittifaqın öhdəlikləri üçün subsidiar məsuliyyət daşımaqda davam edir. 

Belə ki, iştirakçı, əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, ittifaqdan çıxdığı gündən bir il ərzində it-

tifaqın öhdəlikləri üçün öz haqqına mütənasib surətdə subsidiar məsuliyyət daşıyır. Bu qayda iştirakçı məcburi 

surətdə ittifaqdan çıxarıldığı hallarda da tətbiq olunur (MM-in 119-cu maddəsinin 2-ci bəndi).  

Ittifaqa daxil edilmiş yeni iştirakçı da subsidiar məsuliyyət daşıya bilər. Belə ki, iştirakçıların hamısının razı-

lıüı ilə ittifaqa yeni iştirakçı daxil ola bilər. Yeni iştirakçı ittifaqın əvvəlki (yəni, iştirakçının daxil olmasına ki-



 

240


mi) öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyır. Bunun üçün lazımdır ki, bu qayda ittifaqın nizamnaməsində 

nəzərdə tutulsun (MM-in 119-cu maddəsinin 3-cü bəndi).  

Ittifaq  iştirakçıları  geniş  hüquqlara  malikdirlər.  Onların  ittifaqın  xidmətlərindən  əvəzsiz  istifadə  etmə

hüququ vardır (MM-in 119-cu maddəsinin 1-ci bəndi). Söhbət məsləhət, marketinq və digər xidmətlərdən ge-

dir. Iştirakçıların bu xidmətlərdən əvəzsiz istifadə etməsi onunla izah olunur ki, ittifaqın əmlak bazası, əsasən, 

onların verdikləri əmlak hesabına yaranır.  

Ittifaq iştirakçısının ittifaqdan könüllü surətdə çıxmaq hüququ vardır. O, hər hansı dəlil-səbəb, arqument 

və motiv gətirmədən istədiyi vaxt ittifaqdan çıxmasını bəyan edə və bunun üçün ərizə verə bilər. Amma ərizə 

verildiyi vaxt dərhal iştirakçının ittifaqla münasibətinə xitam verilmir. Münasibətə xitam verilməsi yalnız ma-

liyyə-təsərrüfat ili başa çatdıqda mümkün ola bilər. Ərizə verildiyi vaxtdan maliyyə-təsərrüfat ili qurtarana kimi 

iştirakçının borcudur ki, o özünün ittifaqda iştirakla bağlı vəzifələrini icra etsin.  

Iştirakçı məcburi qaydada ittifaqdan çıxarıla bilər. Bunun üçün əsas olan halların mövcudluüu lazımdır. 

Bu  halları  mülki  qanunvericilik  müəyyənləşdirmir.  Həmin  hallar  ittifaqın  nizamnaməsində  göstərilir  (MM-in 

119-cu maddəsinin 1-ci bəndi). Məsələn, nizamnamədə nəzərdə tutula bilər ki, öz vəzifələrini lazımınca icra et-

məyən və ya qanun pozuntularına yol verən və ya tələb olunan miqdarda haqq verməyən və s. iştirakçı ittifaqın 

tərkibindən zıxarılsın.  ttifaqdan zıxarılma qaydası da onun nizamnaməsində göstərilir. 

Ittifaq yenidən təşkil oluna bilər. Belə halda hüquqi şəxslərin yenidən təşkil olunması barədə ümumi qay-

dalar tətbiq olunur. 

Ittifaq həm də ləğv oluna bilər. Bu zaman hüquqi şəxslərin ləğvi haqqında ümumi qaydalardan istifadə olu-

nur. Özü də dərhal qeyd edirik ki, müflisləşmə yolu ilə ittifaqın ləğv edilməsi istisna edilir, bu, mümkün de-

yil. Ona görə ki, ittifaqın özvləri onun öhdəlikləri (borcları) üçün subsidiar (əlavə) məsuliyyət daşıyırlar.  

Hüquqi şəxslərin ittifaqı ləğv edildiyi halda onun əmlakı qala bilər. Bu əmlakın hüquqi taleyi və müqəddəra-

tı barədə mülki qanunvericilik xüsusi qayda müəyyənləşdirir (MM-in 117-ci maddəsinin 7-ci bəndi). Bu qayda 

qalan əmlakın ləğvetmə kvotası əsasında iştirakçılar arasında bölüşdürülməsini istisna edir. Həmin qaydaya gö-

rə,  qalan  əmlak  ittifaqın  nizamnaməsində  göstərilmiş  məqsədlər  üçün  istifadə  olunur.  Əgər  bu  cür  istifadə 

mümkün olmazsa, onda həmin əmlak dövlət mülkiyyətinə (büdcəsinə) mədaxil olunur.  

Ittifaqı hüquqi şəxslərin birləşməsi olan konsorsiumdan (latınca consortium - iştiraketmə, birlik) fərqləndir-

mək lazımdır. «Konsorsium» termini XX əsrin ortalarında yaranmışdır. Mülki qanunvericilik ona anlayış ver-

mir. Burada biz konsorsiumun tənzimlənməsinə və onun əsas hüquqi parametrlərinin müəyyən edilməsinə rast 

gəlmirik. Lakin buna baxmayaraq, hüquq doktrinasında, habelə iqtisadi ədəbiyyat səhifələrində onun əsas cəhət 

və əlamətlərinin müəyyənləşdirilməsinə təşəbbüs göstərilir.  



Konsorsium dedikdə, firmaların, kompaniyaların, korporasiyaların və s. müvəqqəti olaraq müqavilə əsasın-

da elə birliyi başa düşülür ki, bu birliyin əsas məqsədi üçüncü şəxslərlə bağlanmış kontrakt özrə hər hansı geniş 

miqyaslı maliyyə və ya sənaye, bir sözlə, iqtisadi-təsərrüfat layihələrini həyata keçirməkdən ibarətdir. Konsor-

sium  birgə  sahibkarlıq-təsərrüfat  fəaliyyətinin  təşkilati-hüquqi  formasıdır.  Hüquqi  şəxslərin  ittifaqından 

fərqli olaraq o, hüquqi şəxs statusuna malik deyil. Konsorsium müqavilə əsasında yaranan müvəqqəti birlik 

olub,  spesifik  subyekt  tərkibi  ilə  xarakterizə  olunur.  O,  yalnız  sahibkarlardan  ibarətdir.  Konsorsiumun  əsas 

məqsədi üçüncü şəxsin verdiyi sifariş özrə konkret iqtisadi-təsərrüfat layihəsini həyata keçirməkdən ibarətdir. 

Bax, onun əsas hüquqi əlamətləri bunlardan ibarətdir.  

Sifarişçi ilə, bir qayda olaraq, konsorsiumda iştirak edən bütün partnyorlar adından vahid sənəd — baş saziş bağ-

lanılır. Bu müqavilə konstruksiyasının əsasını, söz yox ki, podrat müqaviləsi təşkil edir. Partnyorlar arasından biri 

konsorsiumun baş özvü (lideri) təyin edilir ki, o, konsorsiuma rəhbərliyi həyata keçirir.  

Hüquqi şəxslərin ittifaqını sindikatdan da fərqləndirmək lazımdır. Bizim ölkə qanunvericiliyində sindikatla-

rın hüquqi vəziyyətini müəyyənləşdirən normalar yoxdur. «Sindikat» termini XX əsrin əvvəllərində əmələ gəl-

mişdir. ×ox vaxt təcrübədə bu termin «konsorsium» termini ilə eyniləşdirilir. Amma bunlar sinonim (eyni mə-

nalı) anlayışlar hesab olunmur. Lakin onlar arasında müəyyən oxşar cəhətlər vardır.  

Sindikat (yunanja «syndikos» — birlikdə fəaliyyət göstərən) eyni növlü sənaye müəssisələrinin elə birliyidir 

ki, bu birlik məmulatların ümumi satış kontorası vasitəsilə satılması məqsədi ilə yaradılır. Satış kontorası xüsusi 

ticarət ortaqlıüı formasında təşkil edilir. Sindikat iştirakçısı olan hər bir sənaye müəssisəsi kontorla öz məmulat-

larının satılması barədə eyni şərtli müqavilə bağlayır. Satış kontoru nizamnamə əsasında fəaliyyət göstərir. Sin-

dikat iştirakçıları öz istehsal müstəqilliyini saxlasalar da, kommersiya müstəqilliklərini itirirlər.  

Sindikat  spesifik  subyekt  tərkibinə  malikdir.  O,  eyni  bir  sənaye  sahəsində  fəaliyyət  göstərən  sahibkarların 

birliyidir. Sindikatın əsas məqsədi satışı təşkil etməkdən ibarətdir.  

1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə