MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə40/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   91
§ 6. Hüquqi şəxslərin 

nümayəndəlikləri, filialları və idarələri 

1. Hüquqi şəxsin nümayəndəliyi 

Ümumi qaydaya görə, hüquqi şəxslər, adətən, olduqları yerdə fəaliyyət göstərirlər. Hüquqi şəxslərin olduüu 

yer onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerlə müəyyən edilir. ×ox vaxt hüquqi şəxsin fəaliyyət 

göstərməsi ərazi cəhətdən məhz bu yerlə məhdudlaşır, yəni hüquqi şəxs olduüu yerdə fəaliyyət göstərir. 

Lakin bununla bərabər, bəzən hüquqi şəxsin olduüu yerdən ərazi baxımından kənarda, yəni başqa yerdə və 

məkanda (şəhərdə, respublikada və s.) onun mənafelərini təmsil və müdafiə etməyə, əqdlər bağlamaüa, hüquqi 

hərəkətlər etməyə, habelə hüquqi şəxsin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirməyə zərurət 

yaranır. Söhbət hüquqi şəxsin hərəkət və fəaliyyət sferasının genişləndirilməsindən gedir. Məsələn, Bakı şəhə-

rində  fəaliyyət  göstərən  firmanın  buraxdığı  və  istehsal  etdiyi  malları  Gəncə  şəhərində  satmaq  üçün  ayrı-ayrı 

ticarət şəbəkələri ilə alqı-satqı müqaviləsi bağlamaq zərurəti əmələ gəlir. Başqa bir misalda fəaliyyət göstərdiyi 

yer Bakı şəhəri olan ət dükanı üçün daü rayonlarında  yaşayan əhalidən ət məhsulları almaüa ehtiyac  yaranır. 

Daha başqa misalda Moskva şəhərində yerləşən universitetlərdən birinin Bakı şəhərində tədris-təhsil fəaliyyəti 

göstərməsinə tələbat yaranır və s.  

Belə hallarda hüquqi şəxs özünün olduüu yerdən kənarda xüsusi xarakterli bölmələrini yaradır. Həmin böl-

mələrə aiddir:  

 hüquqi şəxsin nümayəndəlikləri;  



 hüquqi şəxsin filialları.  

Həm  hüquqi  şəxsin  nümayəndəliyi,  həm  də  filialı  hüquqi  şəxsin  başqa  ərazidə  və  məkanda  yerləşə

ayrıca struktur bölmələridir. Bu, o deməkdir ki, həmin bölmələr hüquqi şəxsin təşkilati strukturuna onun bir 

elementi (tərkib hissəsi) kimi daxildir. Hüquqi şəxsin təşkilati strukturunun digər elementlərindən (tərkib hissə-

lərindən) nümayəndəlik və filiallar onunla fərqlənirlər ki, onlar hüquqi şəxsin olduüu yerdən kənarda fəaliyyət 

göstərirlər. Deməli, nümayəndəlik və filial onları yaradan hüquqi şəxsin təşkilati struktur hissəsidir.  



Nümayəndəlik dedikdə, hüquqi şəxsin olduüu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini 

təmsil  və  müdafiə  edən  xüsusi  bölməsi  başa  düşülür  (MM-in  53-cü  maddəsinin  1-ci  bəndi).  O,  müxtəlif 

funksiyalar  yerinə  yetirir.  Nümayəndəlik  onu  yaradan  hüquqi  şəxs  adından  əqdlər  və  müqavilələr  bağlayır, 

müxtəlif hüquqi hərəkətlər edir, hüquqi şəxsin maraq və mənafelərini müdafiə edir. Onun fəaliyyət predmetinə 

həm də faktiki xarakterli və digər hərəkətləri etmək də daxildir. Məsələn, nümayəndəlik onu  yaradan hüquqi 

şə

xsi  və  onun  buraxdığı  məhsulları  reklam  edə,  bağladığı  əqdləri  və  müqavilələri  icra  edə  və  ya  onların  icra 



olunmasına nəzarət edə bilər. Lakin nümayəndəlik onu yaradan hüquqi şəxsin həyata keçirdiyi istehsal və ya 

digər təsərrüfat fəaliyyəti ilə məşüul ola bilməz. Buna onun ixtiyarı çatmır.  

Nümayəndəlik hüquqi şəxsin özü tərəfindən yaradılır və ləğv edilir. ×ox vaxt bu məsələnin həlli hüquqi şəx-

sin ali idarəetmə orqanının səlahiyyətinə aid edilir. Məsələn, nizamnaməsinə görə səhmdar cəmiyyətinin nüma-

yəndəliyini yaratmaq haqqında qərarı səhmdarların ümumi yığınjağı (ali idarəetmə orqanı) qəbul edə bilər və s.  

Nümayəndəliyin həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını onun əsasnaməsi təşkil edir. O, bunun əsasında 

fəaliyyət  göstərir.  Əsasnamə  nümayəndəliyin  hüquqi  vəziyyətini  müəyyən  edən  sənəddir.  Bu  sənədi  hüquqi 

şə

xs təsdiq edir.  



Nümayəndəlik  hüquqi  cəhətdən  müstəqil  deyildir.  Onun  hüquqi  şəxs  statusu  yoxdur,  yəni  nümayəndəlik 

hüquqi şəxs hesab olunmur. Məhz bu səbəbdən o, hüquqi şəxsin hüquqlarına malik deyil. Buna görə də nü-

mayəndəlik subyekt qismində mülki (əmlak) dövriyyədə öz adından çıxış edə bilmir. Onun mülki hüquqi qabi-

liyyəti, bir sözlə, mülki hüquq subyektliyi yoxdur. Bu isə nümayəndəliyi mülki-hüquqi əhəmiyyətli hərəkətlər 

etmək imkanından, mülki hüquq münasibətlərində subyekt kimi iştirak etmək şansından məhrum edir.  

Hüquqi şəxsin adından üçüncü şəxslərlə əqdlər, müqavilələr bağlamaq və digər hüquqi hərəkətlər etmək nü-

mayəndəliyin yerinə yetirdiyi əsas funksiyalardan biridir. Nümayəndəlik isə mülki hüquq subyektliyinə ma-

lik deyil. Ona görə də o, üçüncü şəxslərlə əqdlər, müqavilələr bağlaya və digər hüquqi hərəkətlər edə bilməz. 

Bəs nə etməli? Vəziyyətdən çıxış yolu hüquqi şəxs tərəfindən nümayəndəliyin rəhbərinə (o, hüquqi şəxs tərə-

findən təyin edilir) etibarnamə verilməsindən ibarətdir. Belə halda nümayəndəliyin özünə etibarnamə verilə bil-

məz. ×ünki, yuxarıda dediyimiz kimi, onun mülki hüquq subyektliyi yoxdur və buna görə də subyekt rolunda 

üçüncü şəxslərlə hüquq münasibətinə girə bilməz. Nümayəndənin rəhbəri olan fiziki şəxs isə tam mülki fəaliy-

yət qabiliyyətinə malik olduüu üçün hüququn subyekti qismində üçüncü şəxslərlə hüquq münasibətinə daxil ola 

bilər. Belə halda hüquqi nəticə, yəni mülki hüquq və vəzifələr nümayəndəlik və onun rəhbəri üçün yox, hüquqi 

şə

xs üçün əmələ gəlir.  



Etibarnamə hüquqi şəxsin öz nümayəndəliyinin rəhbərinə verdiyi elə bir yazılı sənəddir ki, bu sənəd nüma-

yəndəliyin  rəhbərinə üçüncü şəxslər qarşısında nümayəndə (təmsilçi) kimi çıxış etməyə imkan verir. Özü də 



 

242


nümayəndəliyin adından yox, hüquqi şəxsin adından və onun mənafeyi üçün hərəkət etməyə, fəaliyyət gös-

tərməyə imkan verir. Bu sənəddə nümayəndəliyin rəhbərinin səlahiyyət dairəsi müəyyənləşdirilir. Həmin səla-

hiyyət hüquqi şəxsin nizamnaməsində də nəzərdə tutula bilər. Belə halda zənn edirik ki, nümayəndəliyin rəhbə-

rinə etibarnamə verilməsi lazım deyil. Deməli, nümayəndəliyin rəhbəri təkcə ona verilmiş etibarnamə əsasında 

yox, həm də hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan səlahiyyət əsasında mülki (əmlak) dövriyyədə hü-

quqi şəxsin adından və onun mənafeyi üçün hərəkət edə bilər. Prinsip etibarilə bu cür səlahiyyətin nümayəndə-

lik  haqqında  əsasnamədə  də  göstərilməsi  və  bu  əsasnamə  ilə  rəsmiləşdirilməsi  mümkündür.  Belə  ki,  həmin 

ə

sasnamə hüquqi şəxs tərəfindən təsdiq olunur.  



Nümayəndəlik həm kommersiya təşkilatları, həm də qeyri-kommersiya təşkilatları tərəfindən yaradıla bilər. 

Bu barədə qanun hər hansı məhdudiyyət və ayrı-seçkilik müəyyən etmir.  



Yalnız dövlət qeydiyyatına alındıqdan sonra xarici hüquqi şəxsin Azərbaycan Respublikasının ərazi-

sində yaratdıqları xüsusi (ayrıca) bölməsi nümayəndəlik statusu əldə edir. Dövlət qeydiyyatı orqanında aparı-

lan dövlət reyestrinə daxil edildiyi andan nümayəndəlik yaradılmış hesab edilir. Nümayəndəliyin dövlət qeydiy-

yatına alınması qaydası və təşkilati-hüquqi əsasları xüsusi qanunla müəyyən edilir. Nümayəndəliyə dövlət qey-

diyyatı orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Bu xarici hüquqi şəxsin nümayəndəli-

yinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir; dövlət reyestrinə daxil edilmə isə başqa sənədlə – 

dövlət reyestrindən zıxarışla təsdiqlənir. O ki qaldı, AR-da dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nüma-

yəndəliyinə, qeyd etməliyik ki, o, dövlət reyestrinə daxil edilməlidir; onun dövlət qeydiyyatına alınması tələb 

olunmur. Buna görə də belə nümayəndəliyə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmir.  

Nümayəndəliyin fəaliyyət göstərməsi üçün onun kifayət qədər əmlak bazası olmalıdır. Bu baza hüquqi şəx-

sin verdiyi əmlak hesabına yaradılır. Həmin əmlakın mülkiyyətçisi nümayəndəlik yox, hüquqi şəxs hesab edilir. 

Ona görə də nümayəndəliyin fəaliyyəti ilə bağ olaraq yaranan öhdəliklər (borclar) üçün nümayəndəlik yox, 

hüquqi şəxsin özü məsuliyyət daşıyır.  



2. Hüquqi şəxsin filialı  

Nümayəndəlik kimi filial da (latınca «filialis» — oüulluq) hüquqi şəxsin xüsusi (ayrıja) bölməsidir. Onlar 

arasında həm oxşar, həm də fərqli cəhətlər vardır.  

Nümayəndəlik kimi filial da hüquqi şəxs tərəfindən yaradılır. Nümayəndəlik kimi filial da dövlət qeydiyyatı-

na alınır və dövlət qeydiyyatı orqanında aparılan dövlət reyestrinə daxil edildiyi andan o, yaradılmış hesab edi-

lir; yalnız xarici hüquqi şəxslərin AR-in ərazisində yaratdıqları filiallar dövlət qeydiyyatına alınır və buna görə 

də onlara dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. AR-də dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 

filialları isə dövlət reyestrinə daxil edilməlidir; belə filialların dövlət qeydiyyatına alınması tələb edilmir və bu 

səbəbdən onlara dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmir. Nümayəndəlik kimi filial da hüquqi şəxs tərə-

findən təsdiq edilən əsasnamə əsasında fəaliyyət göstərir. Əsasnamə filialın hüquqi statusunu müəyyənləşdirən 

və onun həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını təşkil edən başlıca sənəddir.  

Nümayəndəlik  kimi  filial  da  hüquqi  şəxs  statusuna  malik  olmayıb,  hüquqi  cəhətdən  müstəqil  deyil

Onun mülki hüquq qabiliyyəti və buna görə də mülki hüquq subyektliyi yoxdur. Məhz bu səbəbdən nüma-

yəndəlik kimi filial da hüquqi şəxs hüquqlarından istifadə edə və mülki dövriyyədə müstəqil olaraq öz adından 

çıxış edə bilmir. Üçüncü şəxslərlə hüquqi şəxsin adından və onun mənafeyi üçün əqdlər (müqavilələr) bağla-

maq və digər hüquqi hərəkətlər etmək üçün, bir sözlə, nümayəndəlik və digər hüquqi funksiyaları yerinə yetir-

mək özün (şübhəsiz ki, hüquqi şəxsin adından) filialın rəhbərinin adına (filialın özünə yox) etibarnamə verilir. 

Nümayəndəliyin rəhbəri kimi filialın da rəhbərini hüquqi şəxsin özü təyin edir. Etibarnamədə filialın rəhbərinə 

hüquqi şəxsin adından və onun mənafeyi üçün mülki (əmlak) dövriyyəyə çıxış etməyə səlahiyyət verilir. Səla-

hiyyətin verilməsi hüquqi şəxsin əsasnaməsində nəzərdə tutulmaq və göstərilmək yolu ilə də rəsmiləşdirilə bi-

lər.  

Nümayəndəlikdə olduüu kimi filialın da əmlak bazası hüquqi şəxs tərəfindən veriləəmlak hesabına ya-



radılır. Bu əmlakın mülkiyyətçisi filial yox, onu yaradan hüquqi şəxs hesab olunur. Buna görə də filialın fəa-

liyyəti ilə bağlı olaraq yaranan öhdəliklərə (borclara) görə cavabdeh olmaq hüquqi şəxsə həvalə edilir, yəni fili-

alın fəaliyyətinə görə filialın özü yox, onu yaradan hüquqi şəxs mülki-hüquqi məsuliyyət daşıyır Nümayəndəlik 

kimi filial da onu yaradan hüquqi şəxsin olduüu yerdən kənarda yerləşir.  

Göstərdiyimiz  xüsusiyyətlər  nümayəndəliyi  və  filialı  bir-birilə  birləşdirən  oxşar  cəhətlərdir.  Bununla  belə, 

onlar həm də fərqli cəhətlərə malikdirlər.  

Onlar arasında birinci fərqli cəhət ondan ibarətdir ki, nümayəndəlikdən fərqli olaraq filial hüquqi şəxsin 

yerinə yetirdiyi funksiyanı həyata keçirir. Söhbət istehsal və digər təsərrüfat fəaliyyəti kimi funksiyalardan 

gedir. Nümayəndəliyin bu cür funksiya həyata keçirməyə ixtiyarı çatmır. Belə funksiyanı yerinə yetirməyə yal-

nız hüquqi şəxsin filialının hüququ vardır. Özü də filial hüquqi şəxsin funksiyalarının hamısını və ya bu funksi-


 

243


yaların yalnız bir hissəsini həyata keçirə bilər. Məsələn, ali təhsil məktəbinin başqa şəhərdə yerləşən filialı bü-

tün ixtisaslar özrə tələbə qəbul edir və tədris-təhsil fəaliyyəti ilə məşüul olur. Beləliklə o, ali təhsil məktəbinin 

(hüquqi şəxsin) həyata keçirdiyi funksiyanın hamısını yerinə yetirir. Başqa bir misalda dəmir-beton məmulatı 

müəssisəsinin başqa rayonda yerləşən filialı müəssisənin istehsal etdiyi bütün məmulatları yox, yalnız bu mə-

mulatların bəzi növlərini hazırlayır. Burada isə müəssisənin (hüquqi şəxsin) funksiyalarının yalnız bir hissəsi fi-

lial tərəfindən həyata keçirilir. Daha başqa bir misalda bankın (hüquqi şəxsin) filialı onun həyata keçirdiyi bank 

ə

məliyyatlarının yalnız bir hissəsini yerinə yetirir.  



Onlar arasında ikinci fərqli cəhəondan ibarətdir ki, filialın həyata keçirdiyi funksiyanın həcmi nüma-

yəndəliyə nisbətən daha böyükdür. Daha doürusu, filialın fəaliyyət predmeti daha geniş və əhatəlidir. Belə ki, 

filialın funksiyasına daxildir:  

 birincisi, onu yaradan hüquqi şəxsin yerinə yetirdiyi funksiyaların (istehsal, təsərrüfat, təhsil-tədris, bank, 



sığorta və digər funksiyaların) hamısını və ya bir hissəsini həyata keçirmək;  

 ikincisi, nümayəndəlik funksiyasını yerinə yetirmək, yəni onu yaradan hüquqi şəxsin adından və onun mə-



nafeyi üçün mülki (əmlak) dövriyyədə çıxış etmək — üçüncü şəxslərlə əqdlər (müqavilələr) bağlamaq və digər 

hüquqi hərəkətlər etmək. Belə halda hüquqi nəticə, yəni mülki hüquq və vəzifələr filial üçün yox, hüquqi 

şə

xs üçün əmələ gəlir.  

Yuxarıda qeyd etdiyimiz kimi, nümayəndəliyin onu yaradan hüquqi şəxsin əsas funksiyalarını həyata 

keçirməyə hüququ çatmır. Nümayəndəlik funksiyası nümayəndəliyin başlıca funksiyasıdır.  

Beləliklə, biz filialın əsas hüquqi parametr və detallarını müəyyənləşdirdik, həmçinin ona hüquqi xarakteris-

tika verdik. Bundan sonra filiala anlayış verə bilərik ki, bu anlayış onun əsas cəhət və xüsusiyyətlərini əks edir. 

Filial dedikdə, hüquqi şəxsin olduüu yerdə, kənarda yerləşən elə bir xüsusi (ayrıca) bölməsi başa dü-

ş

ülür ki, bu bölmənin fəaliyyət predmeti hüquqi şəxsin funksiyalarının hamısını (və ya bir hissəsini), o 



cümlədən nümayəndəlik funksiyasını həyata keçirməkdən ibarətdir.  

Filial və nümayəndəliyi nümayəndədən fərqləndirmək lazımdır. Nümayəndə onlardan fərqli olaraq, mülki 

hüquq qabiliyyətinə və beləliklə, mülki hüquq subyektliyinə malik olub, mülki hüququn subyekti sayılır. Nüma-

yəndə  hüquqi  jəhətdən  müstəqildir.  Almaniya  sivilistika  doktrinasında  filiala  yardımzı  əşya  (ləvazimat)  kimi 

baxılır. Belə ki, o, əsas müəssisənin (hüquqi şəxsin) yardımzı əşyasıdır. 

3. Idarə 

Idarə  dedikdə,  hüquqi  şəxsin  yaratdığı  elə  bir  təşkilat  başa  düşülür  ki,  bu  təşkilatın  əsas  fəaliyyə

predmeti  idarəetmə,  sosial-mədəni  və  ya  digər  qeyri-kommersiya  xarakterli  funksiyaları  həyata  keçir-

məkdən ibarətdir (MM-in 54-cü maddəsinin 1-ci bəndi). Onun hüquqi statusu MM-in 54-cü maddəsi ilə mü-

ə

yyən edilir.  



Idarə  konstruksiyasını  sovet  hüquq  sistemi  yaratmışdı.  Köhnə  1964-cü  il  MM-in  88-1-ci  maddəsi,  habelə 

qüvvədən düşmüş «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunun 12-ci maddəsi bu konstruksiya-

nı nəzərdə tuturdu. Həmin konstruksiyaya görə, dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlak mülkiyyətçi 

tərəfindən (yəni dövlət və ya bələdiyyələr tərəfindən) dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edi-

lirdi və o, həmin idarənin operativ idarəsində olurdu. Idarələr qanunla müəyyən edilmiş hədlərdə, öz fəaliyyət 

məqsədlərinə, plan və mülkiyyətçinin tapşırıqlarına və əmlakın təyinatına uyüun olaraq sahiblik, ondan istifadə və 

onun barəsində sərəncam vermək hüququnu həyata keçirirdi və mülkiyyətzinin (təsisçinin) vəsaiti ilə maliyyələş-

dirilirdi. Onların təhkim olunmuş əmlak özərində mülkiyyət hüququ yaranmırdı. Mülkiyyətçi əmlakı idarədən geri 

götürə bilərdi. Bu hal isə idarələrin mülki (əmlak) dövriyyədə, müxtəlif mülki hüquq münasibətlərində müstəqil 

surətdə iştirakını xeyli dərəcədə məhdudlaşdırırdı. Onlar hüquqi şəxs statusuna malik idi. 

Idarə  konstruksiyası  əvvəlki  iqtisadi  sistemə  uyüun  olaraq  yaranmışdı.  Bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf 

dövründə o, öz əhəmiyyətini və rolunu itirir. Ona görə ki, bazar iqtisadiyyatı şəraitində əmtəə və əmlak xarak-

terli mülki dövriyyədə yalnız özünün şəxsi (xüsusi) əmlakı olan müstəqil, qeyri-asılı subyektlər (əmtəə sahib-

karları) iştirak edə bilərlər. Bu baxımdan idarə konstruksiyası inkişaf etmiş əmtəə dövriyyəsi üçün, bazar müna-

sibətləri üçün xarakterik deyil və yaramır. Bunu nəzərə alaraq bizim ölkə qanunvericiliyi idarələrin hüquqi təbi-

ə

tini və xarakterini dəyişmişdir.  



Hər şeydən əvvəl, idarələrin hüquqi şəxs statusu yoxdur. Müvcud mülki qanunvericiliyə görə, idarə hüquqi 

şə

xs deyildir (MM-in 54-cü maddəsinin 2-ci bəndi). Bu, o deməkdir ki, idarələr müstəqil olaraq subyekt rolun-



da mülki hüquq münasibətlərində çıxış edə bilməz.  

Idarələr həm ümumi (hakimiyyət) hüquq özrə, həm də xüsusi (qeyri-hakimiyyət) hüquq özrə hüquqi şəxslər 

tərəfindən yaradıla bilər. Ümumi (hakimiyyət) hüquq özrə hüquqi şəxslər dövlət hakimiyyət aktı əsasında yara-

dılır və hakimiyyət səlahiyyətlərinə malik olur. Bu növ hüquqi şəxslərə dövlət və bələdiyyə qurumları (hüquqi 

şə

xsləri) daxildir. Həmin qurumların yaratdıqları idarələrə dövlət və bələdiyyə hakimiyyət və idarəçilik orqan-



 

244


larını (hüquq-mühafizə orqanlarını, yəni məhkəmələri, prokurorluqları, daxili işlər sistemindəki idarələri və s.), 

tibb-səhiyyə  idarələrini  (məsələn,  xəstəxanaları,  poliklinikaları  və  s.),  maarif  idarələrini  (orta  məktəbləri),  ali 

təhsil idarələrini (dövlət institutlarını, universitetlərini və s.), mədəniyyət idarələrini (muzeyləri, rəsm qalereya-

larını, kitabxanaları və s.), elmi idarələri (məsələn, elmi tədqiqat institutlarını və s.), idman idarələrini və s. şa-

mil etmək olar.  

Ümumi (hakimiyyət) hüquq özrə hüquqi şəxslərin yaratdıqları idarələr ümumi (hakimiyyət) idarələadla-

nır. Bunların iki növü fərqləndirilir: dövlət idarələri; bələdiyyə idarələri. Dövlət hüquqi şəxslərinin yaratdıqları 

qurumlar dövlət idarələri adlanır. Əgər müvafiq idarə bələdiyyə hüquqi şəxsləri tərəfindən təsis edilərsə, buna 



bələdiyyə idarəsi deyilir. 

Idarələr  xüsusi  (qeyri-hakimiyyət)  hüquq  özrə  hüquqi  şəxslər  tərəfindən  də  yaradıla  bilər.  Xüsusi  hüquqi 

şə

xslər qeyri-dövlət hüquqi şəxsləri olub, xüsusi mülkiyyətə əsaslanır. Onlar tərəfindən elm, səhiyyə, maarif, 



mədəniyyət, idman və digər idarələr yaradıla bilər. Bunlara xüsusi idarələr deyilir.  

Idarə hüquqi şəxsin qərarı əsasında yaradılır. Onun həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını əsasnamə təş-

kil edir. Belə ki, idarə əsasnamə özrə fəaliyyət göstərir. Bu əsasnamə hüquqi şəxs tərəfindən təsdiq edilir (MM-

in  54-cü  maddəsinin  2-ci  bəndi).  Əsasnamədə  idarənin  fəaliyyət  məqsədi  və  predmeti  göstərilir,  onun  idarə 

olunması qaydası müəyyənləşdirilir, idarənin əmlakı və digər məsələlər barədə mühüm müddəalar formulə edi-

lir.  


Hüquqi şəxs idarəyə rəhbər təyin edir. O, idarənin təkbaşına icra orqanı rolunda çıxış edir. Bununla belə, idarə 

kollegial icra orqanı tərəfindən də idarə oluna bilər (məsələn, təhsil idarəsinin elmi şura tərəfindən idarə edilməsi 

və s.). 

Idarənin əmlak bazasını hüquqi şəxs tərəfindən ona təhkim edilmiş əmlak təşkil edir. Zəruri əmlak bazası ol-

madan idarə fəaliyyət göstərə bilməz. Idarə ona təhkim edilmiş əmlak barəsində mülkiyyət hüququ yox, məhdud 

əş

ya  hüququ  əldə  edir.  Belə  ki,  o,  həmin  əmlak  barəsində  qanunla  müəyyənləşdirilmiş  hədlərdə,  öz  fəaliyyət 

məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyüun sahiblik, istifadə və sərəncam hüquqlarını 

həyata keçirir (MM-in 54-cü maddəsinin 3-cü bəndi). Hüquqi şəxsin icazəsi olmadan idarə həmin əmlakı özgənin-

kiləşdirə (sata, bağışlaya, dəyişdirə və s.) bilməz.  

Idarənin fəaliyyəti ilə bağlı onun müəyyən öhdəlikləri (borcları) yarana bilər. Bu öhdəliklərə (borclara) görə 

idarə yox, bu idarəni yaratmış hüquqi şəxs məsuliyyət daşıyır (MM-in 54-cü maddəsinin 4-cü bəndi). Belə ki, 

kreditorların tələblərini hüquqi şəxs təmin edir. 

Idarə müxtəlif əsaslara görə ləğv edilir. Bu zaman əmlak idarəni yaratmış hüquqi şəxsin mülkiyyətinə daxil 

olur.  


RF-in mülki qanunvericiliyi idarələri hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi formalarından biri kimi nə-

zərdə  tutur.  Bu  ölkənin  qanunvericiliyə  görə,  onlar  qeyri-kommersiya  təşkilatları  kateqoriyasına  şamil  edilir. 

Bizim ölkənin qanunvericiliyinə görə isə idarələr hüquqi şəxs statusuna malik olmayan qeyri-kommersiya qu-

rumları hesab edilir. Onlar hüquqi şəxsin təşkilati strukturuna daxil olan xüsusi bülmədir. 



TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Bratusü S.N. Öridiçeskie liüa v sovetskom qraædanskom prave M., 1947. 

Ioffe O.S. Sovetskoe qraædanskoe pravo. Kurs leküiy. Uçebnoe posobie. Zastğ 1. L., 1958 (ql. «Üridizeskie 

liüa»). 


Qribanov V.P. Üridizeskie liüa. M., 1961.  

Subjektı sovetskoqo qracdanskoqo prava. M., 1984 (ql. 3). 

Sovetskoe qracdanskoe pravo. Uzebnik. Tom 1 / Pod red. O.A.Krasavzikova. M., 1985 (ql. 5). 

Qracdanskoe pravo. Uzebnik. Zastğ 1 / Pod red. A.P.Serqeeva, Ü.K.Tolstoqo. M., 1998 (ql. 7). 

Qracdanskoe pravo. Uzebnik. Zastğ 1 / Pod red. A.Q.Kalpina, A. .Masləeva. M., 1997 (ql. 5). 

Qracdanskoe pravo. Uzebnik. Zastğ 1 / Pod red. Z. .Üıbulenko M., 1998 (ql. 5). 

Qracdanskoe pravo. Uzebnik. Zastğ 1 / Pod red. T. . llarionovoy, B.M.Qonqalo, V.A.Pletnevoy. M., 1998 

(ql. 6). 

Qracdanskoe pravo. Uzebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 7).  

 Qracdanskoe pravo. Uzebnik. Pod red. S.P.Qrişaeva. M., 1998 (ql. 3). 

Kommentariy k Qracdanskomu kodeksu Rossiyskoy Federaüii. Zastj 1 / Pod red. O.N.Sadikova. M., 1999. 

Kommentariy zasti pervoqo Qracdanskoqo kodeksa Rossiyskoy Federaüii dlə predprinimateley. M., 1995.  

Xoxlov E.B., Borodin V.V. Ponətie üridizeskoqo liüa: istoriə i sovremennaə traktovka // Qosudarstvo i pra-

vo. 1993. 



Suxanov E. Üridizeskie liüa // Xozəystvo i pravo. 1995. № 4. 

Suxanov E.A. Xozəystvennıe obhestva i tovarihestva, proizvodstvennıe i potrebitelğskie kooperativı // Vest-

 

245


nik Vısşeqo Arbitracnoqo Suda RF. 1995. № 6.  

Suxanov E. Aküionernıe obhestva i druqie üridizeskie liüa v novom qracdanskom zakonodatelğstve // Xo-

zəystvo i pravo. 1997. № 1. 



Suxanov E. Zakon ob obşestvax s oqranizennoy otvetstvennostğü // Xozəystvo i pravo. 1998. № 5.  

Pravovoe requlirovanie deətelğnosti aküionernıx obhestv (aküionernoe pravo). Uzebnoe posobie / Pod red. 



E.P.Qubina. M., 1998. 

Suxanov E. Reorqanizaüiə aküionernıx obhestv i druqix üridizeskix liü // Xozəystvo i pravo. 1996. № 1. 

Vitrənskiy V.V. Bankrotstvo: ocidaniə i realğnostğ // Gkonomika i ciznğ. 1994. № 49. 

Vitrənskiy V.V. Novoe zakonodatelğstvo o nesostoəteljnosti (bankrotstve) // Xozəystvo i pravo. 1998. № 4.  

Vitrənskiy V.V. Bankrotstvo: dolqaə proüedura «uskoreniə» // Gkonomika i ciznğ. 1998. ¹ 29.  

Palandt. Bürgerliches Gesetzbuch. Kommentar. München.1999. 

Klünzinger E. Einführung in das bürgerliche Recht. München.1993. 

Larenz K. Allgemeiner Teil des deutschen Bürgerlichen Rechts. München.1989. 

Kaiser. Bürgerliches. Recht. Heidelberg: C.F. Müller. 1997. 

Kühler H. BGB. Allgemeiner Teil. München.1998. 

Brehm W. Allgemeiner Teil des BGB. 1997. 

Brox H. Allgemeiner Teil des Bürgerlichen Gesetzbuches.1997. 

Gnneküerus L. Kurs qermanskoqo qracdanskoqo prava. Tom 1. Polutom 1. M., 1949. 

Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983. 

 

 



 

MÖVZU 6 

Əş

ya hüququ (Sachenrecht) 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə