MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə41/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   91
§

 1. Əşya hüququnun anlayışı, predmeti və mənbələri 

1. Əşya hüququ mülki hüququn yarımsahəsi kimi  

Mülki hüququn yarımsahələrindən biri əşya hüququ adlanır. Özü də haqlı və mübaliğəsiz olaraq göstərə bi-

lərik ki, o, mülki hüququn ən vacib, ən mühüm və ən zəruri yarımsahəsidir. Bu, onunla izah edilir ki, həmin ya-

rımsahə «bütün indiki xalq təsərrüfatı həyatının məhək daşı olan əsas əşya hüququ — mülkiyyət hüququ ilə» 

bağlıdır. Bu, onunla əlaqədardır ki, əşya hüququnun əsas «işi» mülkiyyət münasibətlərini nizama salmaq və rəs-

miləşdirməkdən ibarətdir. Mülkiyyət münasibətləri isə vətəndaş cəmiyyətinin və ictimai-iqtisadi quruluşun əsa-

sını təşkil edir. Məşhur Höte «Faust» əsərinin qəhrəmanının dili ilə deyir ki, «mənə şan-şöhrət deyil, mülkiyyət 

lazımdır»; bunlar, əlbəttə, təsadüfi deyilməmiş sözlərdir.  

Əş

ya hüququ kontinental (roman-german) hüquq ailəsinin alman qrupuna (yarımsisteminə) daxil olan döv-



lətlərin mülki hüquq sahəsinin xüsusi hissəsinə daxildir. Kontinental Avropa ölkələrinin — Bolqarıstanın, Ma-

jarıstanın, Polşanın, Çexiyanın, Almaniyanın,  spaniyanın,  taliyanın,  sveçrənin mülki qanunvericiliyində əşya 

hüququ vacib və mühüm kateqoriya kimi nəzərdə tutulur.  taliya MM-inin üçüncü kitabı «Əşya hüququ» adla-

nır  ki,  bu,  doqquz  bölmədən  ibarətdir.  Hollandiya  MM-inin  «Əşya  hüququ»  adlı  5-ci  kitabı  doqquz  bölməni 

ə

hatə edir. Almaniya Mülki Qanunnaməsinin birinci kitabı yeddi bölmədən ibarətdir. Həmin kitabın ikinci böl-



məsinə daxil olan normalar əşyaların hüquqi recimini müəyyən edir. Göstərilən bölmə «Əşyalar» adlanır. Qa-

nunnamənin üçüncü kitabı «Əşya hüququ» adlanır. O özündə doqquz bölməni əhatə edir. Əşya-hüquqi münasi-

bətləri haqqında normalar məhz bu bölmələrdə (§854-1296) ifadə edilir. Almaniya Mülki Qanunnaməsinə əsas-

lanan Yaponiya Mülki Məcəlləsinin ikinci bölməsi «Əşya hüququ» (175-338

22

-ci maddələr) adlanır. Bu bölmə 



on fəsildən (ümumi müddəalar, sahiblik, mülkiyyət hüququ, superfitsi, servitut və b. fəsillərdən) ibarətdir. 

Fransa MM-inin ikinci kitabı «Əmlak və mülkiyyət hüququnun dəyişməsi» adlanır. Burada əşya hüququnu 

tənzimləyən normalar jəmlənmişdir. Kitab dörd bölmədən ibarətdir. Özü də dərhal qeyd etməliyik ki, kontinen-

tal Avropa ölkələrinin əşya hüququ barədə qanunvericiliyinin tarixi kökü və mənşəyi Roma xüsusi hüququ ilə 

bağlıdır. Əşya hüququ bu hüququn əsas sahələrindən biri sayılırdı. Roma xüsusi hüququna görə, əşya hüququ 

dedikdə, əşya barəsində subyektlər arasında yaranan münasibətləri tənzimləyən hüquq normaları başa düşülür-

dü. Roma hüquqşünasları əşya hüququna anlayış vermirdilər.  

Hüquq ədəbiyyatında əşya hüququnun mülki hüququn yarımsahələrindən biri olması fikri, demək olar ki, bü-

tün müəlliflər tərəfindən mübahisəyə yol verilmədən qəbul edilmişdir. Bəzi müəlliflər mülki hüququn bu yarım-

sahəsini «əşya hüququ», bəziləri isə «mülkiyyət hüququ və digər əşya hüquqları» adlandırırlar. Almaniya hü-

quq doktrinasında əşya hüququnun (Sachenrecht) müstəqil bölmə (hissə) kimi ayrılması mübahisə doğuran mə-

sələdir. Amma qanunverici rəsmi surətdə əşya hüququna Almaniya mülki hüququnun müstəqil hissəsi (bölmə-



 

246


si) kimi prinsipial əhəmiyyət verir. Yaponiya Mülki Məcəlləsi də əşya hüququnu mülki hüququn müstəqil his-

səsi kimi nəzərdə tutur. 

Əş

ya hüququ həm obyektiv, həm də subyektiv mənada işlədilir. Obyektiv mənada əşya hüququ mülki hü-



ququn  yarımsahələrindən  (predmetinə  görə  qarşılıqlı  əlaqədə  olan  eynicinsli  mülki  hüquq  institutlarının 

məcmusundan) biri kimi çıxış etməklə, həmin hüquq sahəsinin tərkib hissəsinə çevrilir. Mülki hüququn pred-

metinə daxil edilən əmlak münasibətlərinin bir növü əşyanın (əmlakın) məxsusluğu ilə əlaqədar olan müna-

sibətlərdir ki, bu münasibətlər hüquqi cəhətdən əşya hüququ kateqoriyasının vasitəsilə rəsmiləşdirilir. Həmin 

ə

mlak münasibətləri statik xarakterə malikdir. Mülki hüquqla tənzimlənən statik əmlak münasibətləri əşya 



hüququnun predmetini təşkil edir.  

Beləliklə, obyektiv mənada əşya hüququ dedikdəəmlak münasibətləri subyektlərinə, yəni fiziki şəxs-



lərə, hüquqi şəxslərə, dövlətə və bələdiyyəyə əşyanın (əmlakın) məxsusluğu ilə əlaqədar olan münasibətlə-

ri  nizama  salan  mülki  hüquq  normalarının  məcmusu  başa  düşülür.  Başqa  sözlə  desək,  maddi  nemətlərin 

məxsusluğu ilə, bu nemətlərə yiyələnməklə (sahiblik etməklə) bağlı olan münasibətləri, yəni statik münasibətlə-

ri qaydaya salan normaların sistemi əşya hüququnu yaradır. Bu xüsusiyyəti ilə əşya hüququ mülki hüququn di-

gər  yarımsahəsi olan öhdəlik hüququndan fərqlənir. Öhdəlik hüququ dinamik münasibətləri, yəni əmtəənin 



(malın) hərəkət və mübadilə prosesini, əmlakın bir şəxsdən digərinə keçməsini tənzimləyən mülki hüquq 

normalarını  birləşdirir.  Bütün  bunların  hamısı  onu  ifadə  edir  ki,  əşya  hüququ,  əsasən,  «tələb  edə  bilərəm» 



probleminə yox, «mənə məxsusdur» probleminə toxunur. «Tələb edə bilərəm» problemi öhdəlik hüququnun 

məşğul olduğu məsələdir. Əşya hüququ əşyanın ayrı-ayrı şəxslərə və ya şəxslər qrupuna məxsus olması forma-

sını, əşya üzərində yiyəliyin və «hakimiyyət»in müəyyənləşdirilməsi üsullarını, bir sözlə, əşya barəsində şəxs-

lər arasında yaranan münasibətləri tənzim edir. 

Əş

ya hüququna Almaniya mülki hüquq elmində də anlayış verilir: əşya hüququ (Sachenrecht) dedikdə, hü-



quq qaydasının müəyyənləşdirdiyi elə normalar başa düşülür ki, bu normalar şəxsin əşyaya yiyəlik etməsini tə-

min edir. Yaponiya mülki hüquq elmində əşya hüququnun tərifi belə verilir: əşya hüququ elə normalardan iba-

rətdir ki, bu normalar xarici aləmin predmetləri üzərində yiyəlik münasibətlərini tənzimləyir. 

2. Subyektiv mənada əşya hüququnun (Dingliche Rechte) 

xüsusiyyətləri 

Subyektiv mənada əşya hüququ dedikdə, konkret subyektin əmlak dövriyyəsinin maddi obyekti kimi əşya 

barəsində olan hüququ başa düşülür. Əşya hüququ bu hüququ əldə edən şəxsin hər hansı digər şəxsdən asılı ol-

madan əşyaya bilavasitə təsir etmək imkanını ifadə edir; əşya hüququ subyektin əşya üzərində, əşya barəsin-

də hüququ deməkdir; bu hüququn sahibi əşya üzərində müstəsna yiyəlik (sahiblik) ixtiyarına və səlahiyyətinə 

malik olur.  

Əş

ya hüququnun mahiyyətinə xarici ölkələrin sivilistika doktrinası xüsusi diqqət yetirir. Məsələn, Yaponiya 



doktrinası əşya hüququnun iki əsas cəhətini göstərir. Birinci cəhət müəyyən əşya üzərində birbaşa sahiblikdən 

(yiyəlikdən) ibarətdir. Birbaşa sahiblik (yiyəlik) yiyəsi tərəfindən əşya üzərində sahibliyin başqa şəxslərin hərə-

kətlərindən asılı olmadan bilavasitə həyata keçirilməsini ifadə edir.  kinci cəhət isə sahibinin öz əşyasından fay-

da götürməkdə müstəsna hüquqa malik olmasından ibarətdir. Hüququn müstəsnalığı onu ifadə edir ki, hər hansı 

əş

ya barəsində şəxs üçün əşya hüququ müəyyənləşdiriləndə, məzmunja onun eyni olan hüquq başqa şəxs üçün 



müəyyən edilə bilməz; bu isə o deməkdir ki, əşyadan yalnız onun sahibi istifadə və fayda götürə bilər; başqa 

şə

xslər əgər əşyadan istifadə etmək və fayda götürmək istəsələr, həmin şəxslər onda hökmən onun sahibindən 



icazə və razılıq almalıdırlar. 

Subyektiv mənada əşya hüquqları subyektiv əşya hüquqları və ya sadəjə olaraq əşya hüquqları deməkdir. 

Subyektiv əşya hüquqları (və ya əşya hüquqları) isə mülki (əmlak) hüquqların bir növü sayılır. Məsələn, şəxs 

yaşayış evinə sahiblik, yaşayış evindən istifadə və onun üzərində sərənjam vermək hüquqlarına malikdir. Sahib-

lik, istifadə və sərənjam hüquqları, habelə yaşayış evi barəsində digər hüquqlar subyektiv əşya hüquqlarıdır. 

Əş

ya hüquqları bir sıra spesifik xüsusiyyətə malikdir. Birincisi, əşya hüquqları ilə əşyanın bu və ya digə



şə

xsə məxsus olması rəsmiləşdirilir. Əşyanın məxsusluğu şəxsin əşyaya bilavasitə münasibətini ifadə edir. Bu 

hüquq əsasında o, əşyanı özününkü hesab edir. Bunsuz normal və səmərəli təsərrüfat fəaliyyətinin həyata keçi-

rilməsi qeyri-mümkündür. Yalnız belə halda əşyadan iqtisadi cəhətdən səmərəli, təsərrüfatjasına istifadə etmək 

olar.  


Normal və səmərəli təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün təkcə əşyanın şəxsə məxsus olması kifa-

yət etmir. Bunun üçün həm də zəruridir ki, əşya hüquqlarını həyata keçirməkdə şəxsə kənardan əsassız müdaxi-

lə edilməsin, ona maneçilik törədilməsin. Öz əşyasından istifadə prosesində əşya sahibi ilə kənar şəxslər ara-

sında hüquq münasibəti yaranır. Bu münasibətdə səlahiyyətli şəxs rolunda əşya hüququnun sahibi çıxış edir 

ki, ona qarşı qeyri-müəyyən dairədən olan borclu şəxslər (cəmiyyətdəki bütün şəxslər, yəni «hamı və hər kəs») 



 

247


durur. Belə halda səlahiyyətli şəxsin hamıdan və hər kəsdən onun əşya hüquqlarını pozan hərəkətlərə yol ver-

məməyi tələb etmək hüququ vardır. Bu, onu göstərir ki, əşya hüquqları mütləq xarakterə malikdir. Göstərilən 

cəhət əşya hüquqlarının ikinci xüsusiyyətini təşkil edir. Bu xüsusiyyət əşya hüquqlarını mütləq hüquqların bir 

növü kimi xarakterizə edir. Bu baxımdan əşya hüquqları iki funksiya yerinə yetirir: birincisi, müdafiə funksi-



yasını (bu funksiya əsasında hamı və hər kəs şəxsə öz əşya hüquqlarını həyata keçirməyə mane olmaqdan çəki-

nir,  həmin  şəxsin  əşya  hüququnu  pozmur);  ikincisi,  əyyən  əşyanın  konkret  şəxsə  məxsusluğunu  müəy-



yənləşdirmək funksiyasını

Əş

ya  hüquqlarının  mütləq  hüquq  növünə  şamil  edilməsi  onu  öhdəlik  hüquqlarından  (şəxsi  hüquqlardan) 



fərqləndirməyə imkan verir. Öhdəlik hüquqları nisbi hüquq kateqoriyasına aid olunur. Bu növ hüquqların fərq-

ləndirilməsi  müəyyən  prinsipə  əsaslanır.  Həmin prinsipə  görə,  əşya  hüququna  əməl  edilməsi  hamıdan  və  hər 

kəsdən tələb edilə bilər. Öhdəlik hüququnun yerinə yetirilməsi isə yalnız konkret borclu şəxsdən tələb oluna bi-

lər. 


Əş

ya hüquqlarının üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar əşya-hüquqi müdafiə üsulları ilə 

müdafiə olunur. Bu üsullara vindikasiya və neqator iddialar, habelə digər hüquqi vasitələr daxildir. Məsələn, 

şə

xs mülkiyyətçinin əşyasını oğurlayır; mülkiyyətçi həmin şəxsin qanunsuz sahibliyində olan öz əşyasını geri 



tələb edir; bu zaman o, vindikasiya iddiası verir. Başqa bir misalda məzuniyyətə gedən şəxs arzuolunmaz halla-

rın qarşısını almaq məqsədilə dördotaqlı mənzilin otaqlarından birində gejələməyi qonşusuna tapşırır. Məzuniy-

yətdən qayıdandan sonra nainsaf qonşu otağı təhvil verməməsi nəticəsində şəxsin öz mənzilindən normal istifa-

də etməsi mümkün olmur, problemə çevrilir. Mənzilin sahibi neqator iddia verməklə öz mülkiyyət hüququnu 

müdafiə edir. 

 

Bu, onu göstərir ki, əşya hüquqları xüsusi hüquqi recimlə qorunur və mühafizə edilir.  



Əş

ya hüquqlarının dördüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqların obyekti yalnız fərdi-müəyyə

ə

lamətlərə malik olan əşya ola bilər. Məhz bu səbəbdən müvafiq əşyanın məhv olması avtomatik olaraq həmin 

əş

yaya olan hüququn (əşya hüququnun) da xitam edilməsini şərtləndirir. Buna görə də cinsi əlamətləri ilə mü-



ə

yyən edilən əşyalar əşya hüquqlarının obyekti qismində çıxış edə bilməz; çünki belə əşyalar hüquqi cəhətdən 

ə

vəz ediləndir.  



Əş

ya hüququnun beşinci xüsusiyyəti onun üstün hüquq olmasından ibarətdir. Buna görə də əgər əşya hüququ 

ilə öhdəlik hüququ arasında kolliziya (toqquşma) olarsa, birinci əşya hüququ həyata keçirilir. Məsələn, əgər borc-

lu aldığı krediti qaytarmazsa, onda kredit verənin tələbi girov qoyulmuş əmlak hesabına birinci olaraq təmin edi-

lir; bundan sonra digər kreditorların tələbləri ödənilir. 

 

Bütün bu xüsusiyyətləri ilə əşya hüquqları mülki (əmlak) hüquqların digər növü olan öhdəlik hüquqlarından 



fərqlənir. Mülki (əmlak) hüquqların əşya və öhdəlik hüquqları adlı iki yerə bölünməsi, bu hüquqlardan əşya hü-

quqları kimi müstəqil növün ayrılması dünyanın praktiki olaraq bütün hüquq sistemlərində nəzərdə tutulmuş-

dur. Əşya və öhdəlik hüquqlarının xarakteri məsələsi XIX əsrdə Avropa sivilistika doktrinasında müəyyənləşdi-

rilmişdir. Həmin dövrdə belə bir konsepsiya əsaslandırılmışdı: əşya hüququ şəxsin əşyaya olan elə bir münasi-

bətidir ki, bu münasibət onun əşya üzərində sahibliyini (yiyəliyini) hüquqi cəhətdən ifadə edir; öhdəlik hüququ 

isə, heç olmazsa, azı iki şəxs arasında elə bir münasibətdir ki, bu münasibətə görə, onlar hüquq və vəzifə daşıyı-

cısı kimi çıxış edirlər. Bu konsepsiya alman sivilistika, əsasən də pandekt ədəbiyyatında daha geniş yayılmışdı. 

Onu bir sıra fransız və inqilabaqədərki rus hüquqşünasları da dəstəkləyirdilər.  

Roma hüququ əmlak hüquqlarını əşya və öhdəlik hüquqlarına bölməsə də, Roma hüquqşünasları əşya iddia-

ları (actiones in rem) və şəxsi iddialar (actiones in personam) arasında fərqlər olması barədə fikir irəli sürürdü-

lər. Əşya və öhdəlik hüquqlarının bir-birindən fərqləndirilməsi sonrakı dövrün Roma alimləri tərəfindən (məsə-

lən, klassik Roma hüquqşünası olan Pavel tərəfindən) müəyyən edilmişdi.  

Roma hüququ əşya hüquqlarına daxil etmişdi: mülkiyyət hüququnu (bununla əlaqədar əşyaya faktiki sahibli-

yi);  başqasının  (özgəsinin)  əşyalarına  olan  hüquqları.  Başqasının  (özgəsinin)  əşyalarına  olan  hüquqlara  şamil 

olunmuşdu: servitut hüququ; girov hüququ; emfitevzis (əvəzi ödənilməklə özgəsinin kənd təsərrüfatı torpağın-

dan uzunmüddətli, özgəninkiləşdirilən, vərəsəlik üzrə keçən istifadə hüququ); superfitsi (haqqı ödənilməklə öz-

gəsinin şəhər torpağı sahəsində özgəninkiləşdirilən, vərəsəlik üzrə verilən tikili ujaltmaq hüququ).  

Azərbaycan Respublikasının Mülki Məcəlləsi əşya hüquqlarının dairəsini müəyyən edir: mülkiyyət hüququ 

(MM-in 152-ci maddəsi); mülkiyyətçi olmayan şəxslərin hüquqları (MM-in 158-ci maddəsi).  

Mülkiyyət hüququ tam məzmuna malik olması ilə digər əşya hüquqlarından fərqlənir. Digər əşya hüquqları-

nın subyektlərindən heç biri mülkiyyət hüququnun sahibi (mülkiyyətçi) kimi tam səlahiyyətlərə malik deyil. Mül-

kiyyətçi  ona  məxsus  olan  əmlaka  sahiblik,  əmlakdan  istifadə  və  onun  üzərində  sərənjam  vermək  səlahiyyətinə 

malikdir. Digər əşya hüquqlarının subyektləri (sahibləri) isə mülkiyyətçi statuslu şəxs sayılmır. Onların əmlakdan 

istifadə hüquqlarının həjmi qanunla və mülkiyyətçinin iradəsi ilə məhdudlaşır. Ona görə də digər əşya hüquq sub-


 

248


yektlərini qanun mülkiyyətçi olmayan şəxslər adlandırır.  

Digər əşya hüquqlarının, yəni mülkiyyətçi olmayan şəxslərin hüquqlarının dairəsi MM-in 158-ci maddəsin-

də müəyyən edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Mülkiyyətçi olmayan şəxslərin hü-

quqları dedikdə, məhdud əşya hüquqları, yəni özgə əşyasına olan hüquqlar başa düşülür. Məhdud əşya hüquqla-



rına  isə  aiddir:  girov  hüququ;  ipoteka  hüququ;  tikiliyə  vərəsəlik  hüququ  (superfitsi  hüququ);  servitut  hüququ; 

uzufrukt hüququ. 

Mülkiyyətçi  olmayan  şəxslərin  əşya  hüquqlarının  (məhdud  əşya  hüquqlarının)  xüsusiyyəti  ondan  ibarətdir 

ki, birincisi, bu hüquqların qanunla müəyyən edilən siyahısı qəti xarakter daşıyır.  kincisi, müəyyən hallarda 

bu hüquqlar öz hüquqi qüvvəsini saxlamaq, bu hüquqlara əməl olunmaq və riayət edilmək xüsusiyyətinə 

malikdir (izləmə hüququ, yəni məhdud əşya hüququnun subyektin yox, əşyanın arxasınja getməsi). Məsələn, 

girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində 

və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə, girov hüququ qüvvədə qalır 

(MM-in 289-cu maddəsinin 1-ci bəndi). Odur ki, girov hüququna əməl olunmalı və riayət edilməlidir. Elə hesab 

edək ki, vətəndaş bankdan kredit alır və əşyanı girov qoyur. Vətəndaş ölür. Əşyaya mülkiyyət hüququ onun və-

rəsəsinə keçir. Belə halda girov hüququ həmin əşyanın arxasınja gedir, onu izləyir, yəni girov hüququ qüvvədə 

qalır və ona xitam verilmir. Deməli, məhdud əşya hüquqlarına izləmə hüququ xasdır; izləmə hüququ onu ifadə 

edir ki, əşya hüququnun sahibi olan şəxs əşyanın başqasının əlinə (yeni ələ) keçməsinə baxmayaraq, həmin hü-

ququ itirmir, saxlayır. 

Beləliklə, bizim ölkə qanunvericiliyinə görə, əşya hüquqlarını belə təsnif etmək olar: mülkiyyət hüququ; gi-

rov hüququ; ipoteka hüququ; tikiliyə vərəsəlik hüququ (superfitsi hüququ); servitut hüququ; uzufrukt hüququ. 

Azərbaycan Respublikasının nəzərdə tutduğu yeni anlayış olan sahibliyə gəldikdə isə qeyd etmək lazımdır ki, o, 

əş

ya hüquqlarının göstərilən təsnifinə daxil edilmir. Ona görə ki, sahiblik əşya üzərində faktiki (fiziki) yiyəlik-



dir. Əşya hüququnun bu cür bölgüsü Almaniya mülki hüquq elmində də aparılır. Belə ki, əşya hüququ mülkiy-

yət  hüququ  və  məhdud  hüquqlar  adlı  iki  növə  bölünür.  Məhdud  hüquqlar  isə  öz  növbəsində  uzufrukta 

(Nießbrauch, § 1030), servituta (Dienstbarkeiten, § 1018), tikiliyə vərəsəlik hüququna (Erbbaurecht, § 1012), 

girova  (Pfandrecht,  §  1204),  ipotekaya  (Hypothek,  §  1113)  və  s.  bölünür.  Yaponiya  sivilistika  doktrinasında 

məhdud əşya hüququ anlayışı işlədilmir. Burada əşya hüququnun mülkiyyət hüququ, uzufrukt, girov kimi növ-

ləri fərqləndirilir.  

Əş

ya hüquqlarının təsnifini nəzərdə tutan göstərilən siyahı qəti və dəqiq xarakterə malikdir. Bu siyahı döv-



riyyənin statikliyini əks etdirir. O, sabit və müəyyən münasibətləri təmin etmək üçün olduqja vacibdir. 

Əş

ya hüquqlarının növlərini müəyyənləşdirən siyahının qəti xarakterə malik olması ifadə edir: birincisi, əş-



yalara münasibətdə yalnız qanunda nəzərdə tutulan səlahiyyətlər mümkündür; ikincisi, əşya hüquqlarının məz-

munu qanunla müəyyən edilir; üçüncüsü, əşya hüquqları dispozitiv yox, imperativdir. Deməli, əşya hüquqları 



yalnız qanunda göstərildiyi halda yarana bilər. Tərəflərin sazişi və iradəsi ilə qanunvericiliyə məlum olma-

yan əşya hüquqlarını müəyyənləşdirmək qeyri-mümkündür. Məhz bu səbəbdən əşya hüquqlarının siyahısı müs-

təsna dərəcədə qanunvericilik bazası əsasında verilə bilər. Yaponiya sivilistika doktrinasında və qanunvericili-

yində (MM-in 175-ci maddəsində) əşya hüquqlarının qanunla müəyyən edilməsi prinsipi formulə edilir. Bu 

prinsipə görə, əşya hüquqlarının növləri yalnız qanunla təyin edilə bilər. 

Qeyd etmək lazımdır ki, xarici ölkələrin mülki hüququ əşya hüquqlarının dairəsinin qapalı olması prinsi-



pindən çıxış edir. Bu prinsipə görə, hər hansı ölkənin mövcud qanunvericiliyinə məlum olmayan yeni növ əşya 

hüququnu şəxs öz iradəsi ilə yarada bilməz. Bu cəhəti ilə də əşya hüququ öhdəlik hüququndan fərqlənir. Belə 

ki, şəxs öhdəlik hüquq münasibətlərinə, məsələn, müqavilə hüquq münasibətlərinə girməklə özü üçün öhdəlik 

hüququ yarada bilər. Onun öz iradəsilə qüvvədə olan mövcud qanunvericiliyə məlum olmayan əşya hüququnun 

hər hansı növünü müəyyənləşdirmək hüququ yoxdur. 

3. Sovet mülki hüququ və əşya hüququ kateqoriyası  

Sovet qanunvericiliyində əşya hüququnun taleyi ayrı-ayrı dövrlərdə müxtəlif olmuşdur.  nqilabaqədərki Ru-

siya qanunvericiliyində əşya hüququ kateqoriyası özündə geniş dairəli əmlak hüquqlarını (xüsusən torpaq mü-

nasibətləri sahəsində) birləşdirirdi.  

1922-ci  il  ilk  sovet  Mülki  Məcəlləsinin  xüsusi  bölməsi  əşya  hüququna  həsr  olunmuşdu.  Həmin  Mülki 

Məcəllə əşya hüququna şamil etmişdi: mülkiyyət hüququnu; tikinti hüququnu; girovu.  

Sovet mülki hüququnun sonrakı inkişafı belə bir fikri qəbul etmişdi ki, mülki hüquqda əşya hüququ adlı his-

sənin ayrılmasının heç bir elmi əsası yoxdur. Bu doktrinal (elmi) fikir bir neçə səbəblə izah olunurdu. Birincisi, 

torpaq və digər təbii resurslar mülki dövriyyə qabiliyyəti olmayan əşyalar sayılırdı və həmin əşyalar dövlətin 

müstəsna mülkiyyət obyektlərinə daxil edilmişdi.  

kincisi, girov öhdəlik hüququnun institutu hesab edilirdi. Girovdan öhdəliklərin təmin edilməsinin üsulların-


 

249


dan biri kimi istifadə olunurdu. Üçüncüsü, sovet mülki hüququnda vətəndaşların yaşayış evinə şəxsi mülkiyyət 

hüququ təsbit edildiyinə görə tikinti hüququ ləğv edildi.  

Sovet mülki qanunvericiliyi əşya hüququ kateqoriyasına mənfi münasibət bəsləyirdi. Hüquq ədəbiyyatında bir 

çox alimlər əşya hüququ anlayışının istifadə edilməsinin əleyhinə çıxırdılar. V.K.Rayxer, O.S. offe və digər sovet 

müəllifləri belə hesab edirdilər ki, əşya hüququnu sovet qanunvericiliyində möhkəmləndirmək üçün zəruri olan si-

yasi-hüquqi və ictimai-iqtisadi əsaslar guya yox olub, aradan çıxmışdır. Onların fikrinjə, sovet mülki hüququnda 

əş

ya hüququ adlı hissənin ayrılmasını şərtləndirən dəqiq amillər isə yox dərəcəsindədir. Həmin alimlər bu fikirlə-



rin həqiqiliyini sübut etməyə və əsaslandırmağa çalışırdılar.  

Sovet qanunvericiliyinin və hüquq elminin əşya  hüququ kateqoriyasına  mənfi münasibəti əşya  hüququnun 

sovet mülki hüququnda bir hissə kimi ayrılmamasını şərtləndirdi. Nə SSR  Mülki Qanunvericiliyinin Əsasların-

da  (1961-ci  il),  nə  də  müttəfiq  respublikaların  60-cı  illərdə  qəbul  edilmiş  mülki  məcəllələrində  (o  cümlədən 

Azərbaycan Respublikasının 1964-cü il MM-də) əşya hüququ mülki qanunvericilik sisteminin bir bölməsi kimi 

tanındı. Göstərilən həmin aktlarda ikinci bölmə mülkiyyət hüququna həsr edilmişdi.  

1991-ci il 9 noyabr tarixli «Mülkiyyət haqqında» qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında 

əş

ya hüququ dirçəldi. Bu qanunun qüvvəyə minməsi əşya hüququnun «taleyi»nə müsbət mənada çox mühüm 



təsir göstərdi. Qanunun 5-ci maddəsi əşya hüquqlarına toxunurdu. Azərbaycan Respublikasının Mülki Məcəllə-

sinin qüvvəyə minməsi isə mülki qanunvericilik sistemində əşya hüququ adlı bölmənin ayrılmasına əsas oldu. 

Mülki Məcəllənin üçüncü bölməsi «Əmlak və əşya hüququ» adlanır.  

4. Əşya hüququnun əsas institutları, predmeti və prinsipləri. Əşya hüququnun mülki-hüquqi tənzim-

lənmə mənbələri  

Maddi nemətlərin (əşyaların) məxsusluğu barədə əmlak münasibətləri hüquqi cəhətdən əşya hüquq münasi-

bətləri kimi rəsmiləşdirilir. Ona görə ki, bu münasibətlər əşya hüququnun vasitəsilə tənzimlənir. Həmin münasi-

bətlər iki yerə bölünür: mülkiyyət münasibətlərinə; digər (məhdud) əşya hüquqları ilə bağlı olan münasibətlərə 

(məhdud əşya münasibətlərinə). 

Mülkiyyət  münasibətləri  əşyanın  mülkiyyətçiyə  məxsus  olması  ilə  bağlı  olaraq  yaranır.  Bu  münasibətlər 

əş

yadan istifadə etməkdə mülkiyyətçiyə maksimum dərəcədə imkan verir. Mülkiyyət münasibətləri mülkiyyə



hüquq institutu ilə tənzimlənir ki, bu, əşya hüququnun əsas institutu hesab edilir. Mülkiyyət hüquq institutu 

əş

ya hüququnun mühüm, başlıja və fundamental institutu sayılır. 



Məhdud əşya münasibətləri isə məhdud əşya hüquq institutu ilə tənzimlənir. Bu institutla mülkiyyətçi ilə 

bərabər, həm də eyni vaxtda digər şəxslərin istifadə etdikləri əmlakın hüquqi recimi müəyyən edilir. Məsələn, 

yaşayış evinin mülkiyyətçisi olan şəxslə birlikdə həm də eyni vaxtda onun yaxın qohumlarının yaşamaqla istifa-

də etmələri ilə əlaqədar yaranan münasibətlər məhdud əşya hüququ ilə qaydaya salınır. Başqa bir misalda vətən-

daş başqa şəxsin mülkiyyətində olan torpaq sahəsində həmin şəxsin icazəsilə özünə yaşayış evi tikir. Bu cür mü-

nasibət də məhdud əşya hüquq institutu ilə rəsmiləşdirilir. 

Məhdud əşya hüququ bir neçə subinstitutdan ibarətdir:  

 girov hüququndan; 



 ipoteka hüququndan; 

 superfitsi hüququndan (tikiliyə vərəsəlik);



 

 servitut hüququndan; 



 uzufrukt hüququndan.  



Sahiblik əşya hüququnun xüsusi xarakterli institutudur. Bu institut bizim ölkə qanunvericiliyində novelladır. 

Ə

vvəlki sovet dövrünün qanunvericiliyi sahiblik institutunu tanımırdı. Hələ 20 əsr bundan əvvəl Roma hüququ-



na məlum olan bu institut bəzi xarici ölkələrin (məsələn, Almaniyanın, Yaponiyanın,  taliyanın, Hollandiyanın 

və s.) qanunvericiliyində əsas institutlardan biri kimi nəzərdə tutulur. 

Sahiblik institutu şəxsin əşyaya faktiki (fiziki) yiyəlik etməsini qaydaya salan normaları birləşdirir. O, 

mülkiyyət hüququndan fərqlənən müstəqil institutdur

Beləliklə, əşya hüququ üç institutdan ibarətdir: 

 mülkiyyət hüququ institutundan; 



 məhdud əşya hüququ institutundan; 

 sahiblik institutundan. 



Əş

ya  hüququnun  institutlarını  müəyyənləşdirdikdən  sonra  onun  nizamasalma  predmetinin  nədən  ibarət  ol-

masını təyin edə bilərik. Əşya hüququnun predmeti belə bir suala cavab verir: əşya hüququ nəyi tənzim edir? 

Apardığımız doktrinal araşdırmalar nəticəsində əşya hüququnun predmetinə daxil edə bilərik: 

 mülkiyyət münasibətləri, mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi ilə bağlı yaranan münasibətlər; 



 məhdud əşya münasibətləri (superfitsi, uzufrukt və servitut münasibətləri); 



 

250


 sahiblik münasibətləri, sahibliyin əldə edilməsi, verilməsi və xitam olunması ilə bağlı yaranan münasibət-

lər; 



 mülkiyyət hüququnun, məhdud əşya hüququnun və sahibliyin müdafiəsi ilə bağlı olaraq yaranan münasi-



bətlər. 

Almaniya hüquq doktrinasında əşya hüququnun predmetinə daxil edilən məsələlərdən biri əşya hüququnun 

prinsipləridir. Hüquq nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, hüquq sahəsinin tərkibində müəyyən yarımsa-

hənin ayrılması və fərqləndirilməsi üçün həmin yarımsahənin müvafiq sahədaxili prinsiplərə malik olması gə-

rəkdir. Əşya hüququnda ona məxsus olan bir neçə prinsipə rast gələ bilərik: 

 əyyənlik prinsipi (bu prinsipə görə, subyektiv əşya hüququ yalnız müəyyən əşya barəsində yarana və 



onunla bağlı ola bilər); 

 əşya hüquqlarının mütləq qüvvəyə malik olması prinsipi (bu prinsipə görə, əşya hüquqlarının əhatə da-



irəsi bilinməyən şəxslərə, yəni «hamıya və hər kəsə» qarşı və münasibətdə qüvvəsi vardır); 

 mücərrədlik prinsipi (bu prinsipə görə, əşya əqdləri onların əsasında duran hüquqi əqddən asılı deyildir. 



Məsələn, MM-in 181-ci maddəsinə uyğun olaraq, daşınar əşyaların faktiki olaraq onları əldə edən şəxsə 

verilməsi, yəni tradisiya əşya əqdidir. Əgər əşya alqı-satqı müqaviləsi əsasında verilərsə, onda bu əqd hə-

min  müqavilədən  asılı  olmayajaqdır.  Belə  ki,  alqı-satqı  müqaviləsinin  qanunsuz  sayılması  həmin  əqdin 

etibarsızlığına səbəb olmayajaqdır. Alman hüquqşünasları göstərir ki, mücərrədlik prinsipi mülki dövriy-

yəäÿ sabitliyi, hüquqi təhlükəsizliyi və müəyyənliyi təmin edir); 

 açıqlıq prinsipi (bu prinsipə görə, əşyaların hüquqi vəziyyəti açıq-aşkar olmalıdır. Özü də açıqlıq sahibli-



yin və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə həyata keçirilir); 

  əşya  hüquqlarının  vijdanlı  əldə  etmə  imkanı  və  vijdanlı  əldə  edənin  əşya  hüquqlarının  müdafiəsi 



prinsipi

Əş

ya  münasibətlərinin  mülki-hüquqi  tənzimlənməsində  Azərbaycan  Respublikasının  Konstitusiyasının 



müəyyən etdiyi müddəalar prinsipial əhəmiyyətə malikdir. Konstitusiyanın 29-cu maddəsi vətəndaşların mül-

kiyyət  hüququnu  təsbit  edir,  heç  bir  növünə  üstünlük  verilməyən  mülkiyyət  hüququnun,  o  cümlədən  xüsusi 

mülkiyyət hüququnun qanunla qorunması prinsipini müəyyənləşdirir. Konstitusiyaya görə, heç kəs məhkəmə-

nin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, əmlakın tam müsadirəsinə yol verilməsi istisna edilir. 

Konstitusiya dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaq-

jadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilməsi haqqında qayda müəyyən edir.  

Əş

ya  hüququnu  tənzimləyən  əsas  normativ  akt  Azərbaycan  Respublikasının  yeni  Mülki  Məcəlləsidir



Mülki  Məcəllənin  üçüncü  bölməsi  (135-323-1-ci  maddələr)  əşya  hüququna  həsr  edilmişdir.  Əşya  hüququnun 

tənzimlənməsində əsas mənbə olan Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi əşya hüququna xarakte-

ristika  verərkən  kontinental  mülki  hüquq  ailəsinin  alman  qrupuna  (yarımsisteminə)  daxil  olan  ölkələrin 

qanunvericiliyinə əsaslanır. Xüsusən də Almaniya Mülki Qanunnaməsinin «Əşya hüququ» adlı 3-cü kitabının 

(§ 854-1296) təsiri qeyd edilməlidir.  

Əş

ya münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunları vacib rol oynayır. Xüsu-



sən, Torpaq Məcəlləsinin,  «Aqrar islahatların əsasları haqqında»,  «Kolxoz və sovxozların islahatı haqqında», 

«Sahibkarlıq  fəaliyyəti  haqqında»  və  «Torpaq  islahatı  haqqında»  qanunların,  habelə  Su  Məcəlləsinin,  Meşə 

Məcəlləsinin bu sahədə əhəmiyyəti böyükdür. 29 sentyabr 1995-ci il tarixli qanunla təsdiqlənmiş «Azərbaycan 

Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın xalq təsər-

rüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulmasında, özəlləşdirmə münasi-

bətlərinin qaydaya salınmasında mühüm rolu olmuşdur.  

Əş

ya hüququnun bəzi məsələləri prezident fərman və sərənjamları ilə də tənzimlənə bilər. Məsələn, prezi-



dentin  2000-ci  il  10  avqust  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikasında  dövlət  əmlakının 

özəlləşdirilməsinin II Dövlət Proqramı» dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində mühüm rol 

oynayır. 

Əş

ya münasibətlərinin qaydaya salınmasına Nazirlər Kabinetinin normativ aktları ilə də toxunula bilər. 



Məsələn, Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli qərarı ilə təsdiq etdiyi təlimat əlillərin mülkiyyətinə 

pulsuz olaraq, avtomobillər və motorlu arabalar verilməsini nəzərdə tutur. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə