MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə42/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   91
§ 2. Mülkiyyət və mülkiyyət hüququ 

1. Mülkiyyət iqtisadi kateqoriya kimi 

Mülkiyyət çoxcəhətli anlayışdır. O, əsasən, üç mənada işlədilir: fəlsəfi mənada; iqtisadi mənada; hüquqi mə-

nada. Fəlsəfi mənada mülkiyyət dedikdə, cəmiyyətdəki əmlak münasibətlərinin ifadəsi, əmlaka sahiblik başa 

düşülür.  qtisadi  mənada  mülkiyyət  ictimai-iqtisadi  münasibətdir.  Hüquqi  mənada  mülkiyyət  «mülkiyyət 

hüququ»  anlayışı  ilə  əhatə  olunur  və  hüquq  normalarının  məcmusu  deməkdir.  Odur  ki,  hüquqi  anlayış  kimi 


 

251


mülkiyyət «mülkiyyət hüququ» ilə sinonimdir. 

qtisadi  kateqoriya  kimi mülkiyyət  hər  bir  ictimai  quruluşun  əsasını  təşkil  edir.  O,  bütün  tarix  boyu  insan 

cəmiyyəti  ilə,  nejə  deyərlər,  «yol  yoldaşı»  olmuşdur.  lkin  arxaik  dövrlər  istisna  olmaqla,  iqtisadi  kateqoriya 

olan mülkiyyət insan cəmiyyəti ilə birlikdə yaranmış və uzun tarixi inkişaf yolu keçmişdir. Şübhəsiz ki, sosial 

münasibət kimi mülkiyyət «homo sapiens»èí ìåéäàíà ýÿëìÿñè èëÿ äÿðùàë éàðàímaìûøäûð. Î, èíñàí úÿìèééÿòèíèí 

ìöÿééÿí èíêèøàô ìÿðùÿëÿñèíäÿ ÿìÿëÿ ýÿëìèøäèð. 

Həyatda  yaşamaq  üçün  zəruri  olan  vəsaitin  əldə  edilməsi,  maddi  nemətlərin  istehsal  olunması  insan 

cəmiyyətinin mövcud olması üçün əsas şərtdir. Maddi nemətlərin istehsalı cəmiyyətin istehsal qüvvələri tərəfin-

dən həyata keçirilir. Əmək vərdişlərinə malik olan insanla əmək alət və predmetlərinin məcmusu cəmiyyətin is-

tehsal qüvvələrini təşkil edir. Həmin qüvvələr tərəfindən gerçəkləşdirilən istehsal prosesində, habelə maddi ne-

mətlərin mübadiləsi və bölgüsü prosesində insanlar özlərinin iradələrindən asılı olmayaraq, müəyyən əlaqəyə 

girirlər ki, bu, istehsal münasibətləri adlanır. Bu münasibətlərin əsasını istehsal vasitələri üzərində mülkiyyət 

təşkil edir. Odur ki, mülkiyyət insan cəmiyyətinin yaşaması və mövcud olması üçün əsas, habelə istehsal üçün 

zəruri şərtdir. Buna görə də mülkiyyət istehsal münasibətlərinin bütün sistemlərində təzahür edir və ifadə olu-

nur. Marks yazırdı ki, mülkiyyətin hər hansı bir formasının mövcud olmadığı şəraitdə, ümumiyyətlə, müəyyən 

bir istehsaldan və cəmiyyətdən söhbət gedə bilməz. 

Söylədiklərimizdən belə çıxır ki, iqtisadi mənada mülkiyyət əşya və əmlakın özü deyildir. Mülkiyyəşəx-

sin özünəməxsus olduğəşyaya münasibətidir. Bu münasibətin sayəsində həmin şəxs (mülkiyyətçi) əşyaya 

bilavasitə təsir etməklə özünün maraq və mənafeyini təmin edir. Mülkiyyətin bu cür xarakterizə olunması Av-

ropa sivilistika doktrinasında əsaslandırılmışdır. 

Mülkiyyət «səninki» və «mənimki» kimi anlayışların fərqləndirilməsinə əsaslanır. «Öz əşyam» («mənimki») 

və ya «özgə əşyası» («səninki») onu ifadə edir ki, cəmiyyətdə şəxslər arasında əlaqə mövcuddur. Bir tərəfdə əş-

yaya özününkü kimi baxan, ona özününkü kimi münasibət bəsləyən mülkiyyətçi, digər tərəfdə isə həmin əşyaya 

özgəninki kimi münasibət bəsləyən qeyri-mülkiyyətçi şəxslər («bütün hamı və hər kəs») durur. «Bütün hamı və 

hər kəs» özgə əşyasına qəsd etməkdən çəkinməyə borcludur. Bu, onu ifadə edir ki, mülkiyyətçinin əşyada ifadə 

olunan iradəsinə qəsd etmək olmaz. Deməli, mülkiyyəəşya barəsində şəxslər arasında münasibətdir. Mül-

kiyyətin bu cür xarakterizə olunması Avropa sivilistika doktrinasında əsaslandırılmışdır. 

Mülkiyyət əşya formasında maddi substrata (məzmuna, əsasa) malikdir. Bununla bərabər, mülkiyyət həm 

də iradəvi məzmuna malikdir. Mülkiyyətçinin yalnız iradəsi ilə əşya ona məxsus olur. Bunun üçün o, maddi 

nemətlərin istehsalı, mübadiləsi, bölgüsü və istehlakı prosesində digər şəxslərlə münasibətə girir ki, bu, ictimai 

xarakterə malikdir. Buna görə də maddi substrata və iradəvi məzmuna malik olan mülkiyyət həm də ictimai 



münasibətdir. Mülkiyyətin ictimai xarakterli münasibət olmasını göstərərək, Marks qeyd edirdi ki, hər bir is-

tehsal fərd tərəfindən təbiət predmetlərinin müəyyən ictimai forma çərçivəsində və onun vasitəsilə mənimsənil-

məsi deməkdir. Təsadüfi deyildir ki, mülkiyyəti əsas, təyinedici xüsusiyyətə malik olan ictimai münasibət ad-

landırırlar. Belə ki, o, əsas rol oynayan ictimai münasibət kimi istehsalın üsulunu formalaşdırır, onun tipini mü-

ə

yyən edir. 



Mülkiyyəəmlak münasibətidir. Hüquqi kateqoriya olmayan əmlak münasibəti öz sosial təbiətinə görə fakti-

ki, iqtisadi münasibətdir. Əmlak münasibəti kimi mülkiyyət dedikdə, maddi nemətlərin  (əşyaların)  məxsusluğu 

barədə müəyyən şəxslər arasında yaranan elə konkret iradəvi-iqtisadi münasibət başa düşülür ki, bu münasibət is-

tehsal münasibətinin ictimai həyatdakı ifadə formasıdır. 

Deməli, iqtisadi mənada mülkiyyət dedikdə, mülkiyyət iqtisadi münasibəti başa düşülür. Mülkiyyət iqtisa-

di münasibəti isə: 

 birincisi, şəxsin məxsus olduğu əşyaya münasibətidir; 



 ikincisi, əşya barəsində şəxslər arasında münasibətdir; 

 üçüncüsü, ictimai münasibətdir; 



 dördüncüsü, əmlak münasibətidir. 

Sovet  elmi  Qərb  alimlərinin  mülkiyyəti  şəxslərin  əşyaya  münasibəti  kimi  xarakterizə  edən  konsepsiyasını, 

ümumiyyətlə, qəbul etməmişdir. Marksist iqtisad elmi mülkiyyətə cəmiyyətdə şəxslər arasında, siniflər arasında 

münasibət kimi baxırdı. Belə mövqe, məlum məsələdir ki, sovet ideoloci prinsipi ilə bağlı idi. 

Hüquq ədəbiyyatında (həm də sosial-iqtisadi ədəbiyyatda) mülkiyyətə fərd və ya kollektiv tərəfindən istehsal 

vasitələrini və məhsullarını mənimsəmə kimi anlayış verilir. Müəlliflərin əksəriyyəti mülkiyyət anlayışını mə-

nimsəmə kateqoriyasının köməyi ilə müəyyən edirlər. K.Marks mülkiyyətə sosial-iqtisadi tərif verərkən məhz 

bu kateqoriyanı əsas tuturdu: mülkiyyət xarici aləmi mənimsəmə (istehlak) üsuludur. Kant da mülkiyyətin anla-

yışını  mənimsəmə  kateqoriyası  vasitəsilə  formulə  edirdi:  mülkiyyət  əşyaların  mənimsənilməsi  barədə  şəxslər 

arasında yaranan münasibətdir. Prinsip etibarilə mənimsəmə kateqoriyasından istifadə etməklə mülkiyyətə anla-


 

252


yış verilməsi mümkündür. Lakin bu, məsələyə birtərəfli yanaşmaq demək olardı. Belə ki, mənimsəmə kateqori-

yası mücərrəd xarakter daşıyıb, müxtəlif məzmuna malikdir. Mülkiyyətin iqtisadi məzmununu müəyyən etmək 

üçün  daha  konkret,  daha  qeyri-mücərrəd  anlayışlardan  istifadə  edilməsi  gərəkdir.  Şübhəsiz  ki,  məsələyə  belə 

yanaşma nisbətən üstünlüyü əks etdirir. Sahiblikistifadə etməksərənjam vermək mülkiyyət iqtisadi müna-

sibətlərinin məzmununu müəyyənləşdirmək baxımından mənimsəmə kateqoriyasına nisbətən daha münasib, da-

ha tutarlı iqtisadi kateqoriyalardır. 



2. Mülkiyyət iqtisadi münasibətlərinin məzmunu  

(mülkiyyətin iqtisadi məzmunu) 

qtisadi kateqoriya kimi mülkiyyətə xarakteristika vermək üçün mülkiyyət iqtisadi münasibətlərinin məzmu-

nunun nədən ibarət olmasını aydınlaşdırmaq lazımdır. Bu münasibətlərin obyektini (maddi substratını) istehsal 

vasitələrindən və istehlak predmetlərindən ibarət olan əşya təşkil edir. Mülkiyyət iqtisadi münasibətləri həm də 

iradəvi məzmuna malikdir. Bu baxımdan mülkiyyət «iradənin əşyada yerləşdirilməsi» deməkdir (Hegel). Mül-

kiyyətçinin iradəsi ona məxsus olan əşyanın mövcudluğunu şərtləndirir. O, malik olduğu öz əşyasına münasi-

bətdə müxtəlif iradəvi hərəkətlər edə bilər. Bu iradəvi hərəkətlər müxtəlif formalarda həyata keçirilir ki, həmin 

formalara aiddir: sahiblik forması; istifadə etmək forması; sərənjam vermək forması. 

Sahibliklə əlaqədar olaraq statik xarakterli mülkiyyət münasibətləri, istifadə etməklə və sərənjam verməklə 

bağlı isə dinamik xarakterli mülkiyyət münasibətləri yaranır. Sahiblik əşyanın hər hansı bir şəxsə və ya kollekti-

və aid olmasını ifadə edir. Sahiblik dedikdə, mülkiyyətçinin əşyanı öz təsərrüfatında saxlaması, onun həmin əş-

ya üzərində faktiki (təsərrüfat) yiyəlik etməsi başa düşülür. Sahiblik əşyanın şəxsin və ya kollektivin adına ya-

zılmasını ifadə edir. 

stifadə dedikdə, əşyadan fayda götürmək, onun faydalı təbii xassələrini hasil etmək başa düşülür.  stifadə-

dən götürülən fayda gəlir, artım, bəhər və başqa formalarda ola bilər (MM-in 152-ci maddəsinin 3-cü bəndi).  s-

tifadə onu ifadə edir ki, bununla ya əşya istehlak olunur, ya da o, istehsal (təsərrüfat) məqsədlərinin həyata keçi-

rilməsinə xidmət edir. Əşyadan istifadə etmək və əşya üzərində sahiblik formaları bir-biri ilə sıx surətdə bağlı-

dır. Bu bağlılıq onda ifadə olunur ki, əksər hallarda əşyadan yalnız ona sahib olmaqla istifadə etmək olar. 

Sərənjam dedikdə, əşyanın hüquqi müqəddəratının həll edilməsi başa düşülür. Sərənjam onu ifadə edir ki, 

bununla əşyanın hüquqi taleyini müəyyən edən akt həyata keçirilir. Əşya barəsində həyata keçirilən akt dedik-

də, əşyanın özgəninkiləşdirilməsi (müqavilə üzrə satılması, dəyişdirilməsi, bağışlanması, vərəsəlik üzrə veril-

məsi), girov qoyulması, icarəyə verilməsi, məhv edilməsi və s. başa düşülür. 

Beləliklə, iqtisadi kateqoriya kimi mülkiyyət dedikdəşəxslər arasında əşya barəsində elə bir iqtisadi 

(faktik) münasibət başa düşülür ki, bu münasibət mülkiyyətçiyə əşya üzərində sahiblik, istifadə etmək və 

sərənjam vermək kimi iradəvi hərəkətlər etmək imkanı verir

3. Mülkiyyət hüququnun hüquqi anlayışı 

« qtisadi kateqoriya olan mülkiyyət» və «mülkiyyət hüququ» kimi anlayışlar bir-birindən fərqlənir. Bunlar 

üst-üstə düşməyən və bir-birinə tam uyğun gəlməyən anlayışlardır.  lk növbədə onu qeyd edək ki, iqtisadi kate-

qoriya olan mülkiyyət tarixən mülkiyyət hüququndan daha əvvəl əmələ gəlmişdir. 

qtisadi  kateqoriya  kimi  mülkiyyət  insan  cəmiyyəti  ilə  bərabər,  onunla  eyni  vaxtda  yaranmışdır.  Belə  ki, 

mülkiyyət  iqtisadi  münasibətləri  hələ  ibtidai  ijma  quruluşunda  dövlət  və  hüququn  olmadığı  bir  zamanda 

mövcud olmuşdur. Dövlət və hüququn meydana gəlməsi ilə təbii ki, cəmiyyətdəki mülkiyyət iqtisadi münasi-

bətlərinin hüquqi cəhətdən ifadə edilməsinə və tənzimlənməsinə, mülkiyyətçilərin mənafelərinin hüquqi müha-

fizəsinə  zərurət  yarandı.  Bu  səbəbdən  əsas  istehsal  vasitələrinin  mülkiyyətçiləri  özlərinin  siyasi  təşkilatı  olan 

dövlətin məjburetmə qüvvəsi və hüquq normalarının vasitəsilə mülkiyyət münasibətlərini qaydaya salmağa baş-

ladılar. Bunun nəticəsində iqtisadi bazis olan mülkiyyət iqtisadi münasibətləri dövlət və hüquq kimi üstquru-

mun vasitəsilə hüquqi cəhətdən təsbit olundu. 

Qeyd etmək lazımdır ki, mülkiyyət iqtisadi münasibətləri mülkiyyət hüququ ilə hüquqi cəhətdən qorunur və 

nizama  salınır.  Bu  münasibətlər  hüquq  normaları  ilə  tənzimlənməklə  mülkiyyət  hüququ  formasını  alır.  Daha 

doğrusu,  mülkiyyət  hüququ  iqtisadi  kateqoriya  olan  mülkiyyəti  hüquqi  cəhətdən  rəsmiləşdirir  və  ifadə  edir. 

Ə

gər mülkiyyət  (mülkiyyət iqtisadi münasibətləri) bazis kateqoriyasına aiddirsə, mülkiyyət hüququ üstqurum 



kateqoriyasına daxildir. Fəlsəfi planda onlar arasındakı münasibət məzmun və forma kateqoriyaları arasındakı 

ə

laqə kimidir. Belə ki, əgər iqtisadi mənada mülkiyyət (mülkiyyət iqtisadi münasibətləri) məzmundursa, mül-



kiyyət hüququ iqtisadi mənada mülkiyyətin formasıdır. 

Mülkiyyət hüququ anlayışı iki mənada işlədilir: obyektiv mənada mülkiyyət hüququ; subyektiv mənada 



mülkiyyət hüququ

4. Obyektiv mənada mülkiyyət hüququ 

Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini tənzimləyən hüquq normalarının 

 

253


məcmusu  başa  düşülür.  Obyektiv  mənada  mülkiyyət  hüququ  mülkiyyət  hüququ  institutu  ilə  əhatə  olunur. 

Məhz bu baxımdan mülkiyyət hüququ mülki hüquqa tərkib hissəsi kimi daxil olan hüquq institutu rolunda çıxış 

edir. 

Mülkiyyət hüququ hər hansı hüquq sistemində əsas və mərkəzi hüquq institutu hesab edilir. Bu institutu xü-



susi hüququn özək institutu saymaq olar. Belə ki, mülkiyyət hüququ institutu xüsusi hüququn bütün digər insti-

tutlarının xarakterini şərtləndirir. Mülkiyyət hüququnun normaları bu və ya digər dərəcədə ailə, öhdəlik, vərə-



səlik hüququna və digər sahələrə təsir göstərir. Xüsusən bu normaların öhdəlik hüquq normaları ilə əlaqəsi 

daha sıxdır. Belə ki, mülkiyyət iqtisadi münasibətlərinin obyekti olan əşyaya sərənjam verilməsi yalnız dinamik 

xarakterli münasibətlərə, ilk növbədə öhdəlik münasibətlərinə (məsələn, kirayə, icarə, borc, kredit və digər mü-

nasibətlərə) girməklə gerçəkləşdirilir ki, bu münasibətlər öhdəlik hüquq normaları ilə nizamlanır. Söhbət əşyaya 

sərənjam verilməsi formasında edilən iradəvi hərəkətlərdən, yəni alqı-satqıdan, bağışlamadan və digər aktlardan 

gedir. Vəsiyyət yolu ilə mülkiyyətçi əmlaka sərənjam verərsə, həmin əmlakın vərəsələrə keçməsi prosesi vərə-

səlik hüquq normaları ilə qaydaya salınır.  

Mülkiyyət münasibətlərini nizama salan mülki hüquq normalarının birləşməsi mülkiyyət hüququ institutunu 

yaradır. Bu institutun əsasını şəxslərin mülkiyyət hüququnu təsbit edən, mülkiyyətin heç bir növünə üstünlük 

verilməməsini təmin edən, mülkiyyət hüququnun qanunla qorunmasını müəyyənləşdirən Konstitusiyanın 29-cu 

maddəsində  ifadə  olunmuş  prinsipial  müddəa  təşkil  edir.  Mülkiyyət  hüququ  institutunda  jəmləşən  normalar 

MM-in mülkiyyət hüququnun ümumi müddəaları adlı 6-cı fəslində, habelə 7-ci, 8-ci, 9-cu, 10-cu fəsillərində 

(152-ci-249-cu maddələr) qruplaşdırılmışdır. 

Mülkiyyət hüququ obyektiv mənada kompleks (çoxsahəvi) xarakterə malik olan hüquq institutudur. Da-

ha doğrusu, o, qarışıq, mürəkkəb və ya sahələrarası institut kimi çıxış edir. Bu instituta mülki hüquq normaları 

ilə bərabər, həm də konstitusiya, inzibati və cinayət hüququnun müəyyən etdiyi qaydalar daxildir. Həmin nor-

malar içərisində mülki hüquq normaları daha mühüm rol oynamaqla nisbətən üstünlüyə malikdir. Əgər mülkiy-

yət münasibətlərinə toxunan normalar mülki-hüquqi xarakter daşıyarsa, belə halda söhbət yalnız mülki hüquq 

institutu olan mülkiyyət hüququndan gedə bilər. 

Mülkiyyət münasibətlərini nizama salan mülkiyyət hüquq institutuna daxil olan normaların xarakter və məz-

munu cəmiyyətdə hakim olan iqtisadi və istehsal münasibətləri ilə müəyyən edilir. Başqa sözlə desək, əsasını 

müəyyən mülkiyyət tipi təşkil edən istehsal üsulları mülkiyyət hüququ institutunun xarakterini şərtləndirir. 

Beləliklə, obyektiv mənada mülkiyyət hüququ dedikdə, maddi nemətlərə yiyələnməklə əlaqədar yara-

nan münasibətləri tənzimləyən və qoruyan, habelə mülkiyyətçinin əmlaka sahiblik, əmlakdan istifadə və 

onun üzərində sərənjam vermək hüququnu təmin edən hüquq normalarının sistemi başa düşülür

Mülkiyyət hüquq institutunun məzmunu və xarakteri mülkiyyətin tipi ilə müəyyən edilir. Onlar arasında sıx 

qarşılıqlı əlaqə mövcuddur. 

Mülkiyyətin  tipi  hüquqi  yox,  iqtisadi  kateqoriyadır.  Belə  ki,  mülkiyyət  iqtisadi  münasibətləri  istehsalın 

üsullarını formalaşdırır, mülkiyyətin tipini ifadə edir. Mülkiyyətin tipi istehsal münasibətləri ilə müəyyən edilir. 

Hər bir cəmiyyətdə mövcud olan istehsal üsullarına uyğun gələn müvafiq mülkiyyət tipi vardır. Tarixən mül-

kiyyətin aşağıdakı tipləri fərqləndirilir: ilkin ibtidai ijma mülkiyyət tipi; quldarlıq mülkiyyət tipi; feodal-təhkimli 

mülkiyyət tipi; kapitalizm mülkiyyət tipi. Yaxın vaxtlara kimi xüsusi olaraq sosialist mülkiyyət tipi də ayrılmışdı. 

Sosialist birliyinə daxil olan dünya ölkələrinin heç birində həqiqi sosializm qurulmadığına görə bu mülkiyyət tipi 

tarixin səhnəsindən silinmişdir. 

btidai cəmiyyətdə dövlət və hüquq olmamışdır. Bu cəmiyyətdə yaranan mülkiyyət münasibətləri hüquq nor-

maları ilə yox, sosial normalarla tənzimlənirdi. Ona görə də ibtidai cəmiyyətdə mülkiyyət hüququ anlayışından 

danışmaq  olmaz.  Mülkiyyət  hüququ  institutunun  əmələ  gəlməsi  yalnız  dövlət  və  hüququn  mövcud  olduğu 

cəmiyyətlə bağlıdır. 

5. Subyektiv mənada mülkiyyət hüququ 

Mülkiyyətin hüquqi məzmununun müəyyən edilməsində əsas anlayışlardan biri subyektiv mənada mülkiyyət 

hüququ  sayılır.  Subyektiv  mənada  mülkiyyət  hüququ  həmişə  müəyyən  bir  şəxsə  məxsus  olmaqla  konkret 

ə

mlaka aid edilir. Bu hüquq yalnız müəyyən hüquqi faktlar olduqda əmələ gəlir. Subyektiv mülkiyyət hüququ-



nun əmələ gəlməsini şərtləndirən hüquqi faktlara misal olaraq yeni əşyanın hazırlanmasını, alqı-satqı müqavilə-

sini, miras əmlakın qəbul edilməsini və s. göstərmək olar. 

Subyektiv  mənada  mülkiyyət  hüququ  subyektiv  mülkiyyət  hüququnu  ifadə  edir  ki,  buna  MM-in  152-ci 

maddəsində anlayış verilmişdir. Bu maddəyə görə, mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmla-



ka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlə

tərəfindən tanınan və qorunan hüquqları başa düşülür

Subyektiv mənada mülkiyyət hüququ izah edilərkən subyektiv mülki hüququn ümumi anlayışından istifadə 



 

254


etmək lazımdır. Bununla bərabər, subyektiv mülkiyyət hüququ həm də spesifik xüsusiyyətlərə malikdir.  

Subyektiv mülkiyyət hüququnun birinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquq mütləq xarakterə ma-



likdir. Bu, onu ifadə edir ki, səlahiyyətli şəxs olan mülkiyyətçiyə qarşı subyektiv mülkiyyət hüququnu pozma-

mağa borclu olan qeyri-müəyyən sayda şəxslər («hamı və hər kəs») durur. Səlahiyyətli şəxs (mülkiyyətçi) istə-

diyi kimi öz mənafeyi naminə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqları-

nı həyata keçirə bilər. Borclu şəxslər isə (dairəsi müəyyən edilməyən) bu hüquqların gerçəkləşdirilməsinə ma-

neçilik edən, əngəl törədən hərəkətlər etməmək vəzifəsini daşıyırlar. Müəlliflərin əksəriyyəti subyektiv mənada 

mülkiyyət hüququna mütləq mülki hüquq münasibəti kimi baxırlar. Almaniya hüquq doktrinasında da mül-

kiyyət hüququ mütləq hüquq kateqoriyasına aid edilir. 

Subyektiv mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, o, əmlak xarakterinə malikdir. Bu 

hüququn iqtisadi məzmunu maddi dünyanın predmetləri ilə əlaqədardır. Əmlak xarakterli mülkiyyət hüququnu 

ə

qd (məsələn, alqı-satqı, bağışlama və digər müqavilələr) bağlamaq, vərəsəlik yolu ilə özgəninkiləşdirmək olar. 



Subyektiv mülkiyyət hüququnun üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquq əşya hüququdur. Mül-

kiyyətçinin mənafeyi əşyaya qarşılıqlı təsir göstərmək yolu ilə onun faydalı xüsusiyyətləri hesabına təmin edi-

lir. O, borclu şəxsin razılığı olmadan əşyaya sahiblik, əşyadan istifadə etmək və onun barəsində sərənjam ver-

mək səlahiyyətlərini həyata keçirir. 

Əş

ya hüququ ilə mülkiyyət hüququ arasındakı əlaqə cins və növ arasındakı münasibət kimidir. Hər bir mül-



kiyyət hüququ əşya hüququdur, amma hər bir əşya hüququ mülkiyyət hüququ hesab edilmir. Məsələn, məhdud 

əş

ya hüquqları (girov hüququ, servitut hüququ, superfitsi hüququ və s.) əşya hüququ kateqoriyasına aid edilir, 



anjaq mülkiyyət hüququ sayılmır. Mülkiyyət hüququ ilə məhdud əşya hüququ arasındakı əlaqəyə gəldikdə isə 

qeyd etmək lazımdır ki, mülkiyyət hüququ şahmatdakı vəzirə oxşayır. 

Subyektiv mülkiyyət hüququ vaxt və zaman kateqoriyası ilə məhdudlaşmır. Mülkiyyət hüququ müddətsiz 

hüquqdur. Belə ki, mülkiyyət hüququ son müddət ideyasını qəbul etmir: müvəqqəti mülkiyyət mövcud deyil. 

Bu, onun dördüncü xüsusiyyətidir. Qanun subyektiv mülkiyyət hüququnun qüvvədə olma müddətini müəyyən 

etmir. Başqa sözlə desək, mülkiyyətçi əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək 

hüquqlarını müddətdən asılı olmadan həyata keçirmək imkanına malikdir. Bu, o deməkdir ki, mülkiyyət hüququ 

ekstinktiv müddəti (mövcud olma və ya ləğv olunma müddətini) tanımır. Bunlardan əlavə, mülkiyyət hüququ-

nun müddətsiz xarakterə malik olması həm də onda ifadə edilir ki, o, hər hansı müddətlə məhdudlaşdırılmır. O 

mənada məhdudlaşdırılmır ki, mülkiyyət hüququnun obyekti, yəni əşya mövcud olana qədər mülkiyyət hüququ 

da mövcud olmaqda davam edir. Hətta mülkiyyətçinin ölümündən sonra da o, mövcud olmaqda davam edir və 

ləğv olunmur. Belə ki, əgər mülkiyyətçi ölərsə, bu zaman mülkiyyət hüququ vərəsəlik qaydasında mülkiyyətçi-

nin vərəsələrinə keçir. 

Mülkiyyət hüququ müstəsna hüquqlar dairəsinə aid edilən hüquqdur. Bu, onu ifadə edir ki, başqalarının 

yox, yalnız və yalnız mülkiyyətçinin öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkəti etmək hüququ 

vardır; belə hərəkəti başqaları yalnız mülkiyyətçinin icazəsi və razılığı ilə edə bilərlər; əgər mülkiyyətçinin razı-

lığı və icazəsi olmadan onlar əşyadan istifadə və digər hərəkətlər edərlərsə, bu, hüquq pozuntusu sayılır. Yalnız 

mülkiyyətçinin ixtiyarı vardır ki, bütün üçüncü şəxslərin əmlaka etdiyi təsiri dəf etsin. Əşyaya müstəsna hüquqa 

malik olmaq həm də o deməkdir ki, bütün şəxslər («hamı və hər kəs») əşya barəsində mülkiyyətçinin iradəsi ol-

madan hər hansı hərəkət etməkdən çəkinməlidirlər. Bu, mülkiyyət hüququnun beşinci xüsusiyyətidir. Mülkiy-

yət hüququnun müstəsna hüquq olması mülkiyyətçinin, yəni mülkiyyət hüququnun sahibi olan şəxsin inhisarçı-



ğı deməkdir. Belə ki, mülkiyyət hüququ öz sahibi (mülkiyyətçi) üçün əmlakdan istifadə etmək və ondan fayda 

götürməkdə, əmlaka sərənjam verməkdə inhisarçılıq müəyyənləşdirir. Buna görə də mülkiyyət hüququ inhisar 



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə