MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah


§ 3. Azərbaycan Respublikasının qanunvericiliyin



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə44/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   91
§ 3. Azərbaycan Respublikasının qanunvericiliyinə 

görə mülkiyyət hüququnun forma və növləri 

1. Mülkiyyət forması və mülkiyyət hüququ 

qtisadi ədəbiyyatda mülkiyyətə hamılıqla qəbul edilən belə bir anlayış verilir: istehsalçının istehsal vasitələ-

ri və əməyin nəticələri ilə əlaqəsinin xarakterini ifadə edən münasibətə mülkiyyət deyilir. Mülkiyyət dedikdə, 

iqtisadi münasibətləri əks etdirən iqtisadi kateqoriya başa düşülür. Başqa sözlə desək, hüquqi və ya fiziki şəxsin 

istehsal vasitələrinə və onun nəticələrinə sahib olması, bu nəticələri mənimsəməsi mülkiyyət iqtisadi münasi-

bətlərini yaradır. Sahiblik (yiyəlik, mənimsəmə) iqtisadi münasibətləri isə müxtəlif formalarda ifadə edilir. Bu, 



 

266


həmin münasibətlərdə iştirak edən subyektlərdən asılıdır. 

Beləliklə, iqtisadi kateqoriya olan mülkiyyəti əhatə edən sahiblik iqtisadi münasibətləri müxtəlif iqtisadi for-

malarda ifadə olunur ki, buna mülkiyyət forması deyilir. Belə təsəvvür yaranır ki, mülkiyyət forması hüquqi 

yox, iqtisadi kateqoriyadır.  qtisadi kateqoriya kimi mülkiyyətin formasını mülkiyyət hüququ ilə eyniləşdir-

mək  olmaz.  Mülkiyyət  forması  iqtisadi  anlayış  kimi  hüquqi  cəhətdən  əhəmiyyətə  malik  deyildir  (Y.A.Suxa-

nov).  Mülki  hüquqa  görə,  mülkiyyət  forması  anlayışı  yoxdur,  yalnız  bu  hüququn  müxtəlif  subyektləri  (fiziki 

şə

xslər; hüquqi şəxslər; dövlət; bələdiyyə) vardır. Bu, onunla izah edilir ki, mülkiyyətin müxtəlif formalara 



ayrılması mülkiyyət hüququnun məzmununun fərqləndirilməsinə səbəb olmur. Odur ki, mülkiyyətin for-

maları mülki hüquq baxımından əhəmiyyət kəsb etmir. Məsələn, dövlət mülkiyyəti forması üzrə mülkiyyət hü-

ququnun məzmunu üç elementdən ibarətdir: tələb etmək səlahiyyətindən; müdafiə səlahiyyətindən; davranış sə-

lahiyyətindən (sahiblik, istifadə və sərənjam səlahiyyətlərindən). Həm bələdiyyə mülkiyyəti forması üzrə, həm 

də xüsusi mülkiyyət forması üzrə mülkiyyət hüququnun məzmunu bu cür eyni səlahiyyətlərdən (elementlərdən) 

təşkil olunmuşdur. Onda belə nəticəyə gələ bilərik ki, mülkiyyət forması anlayışının hüquqi məzmunu yoxdur. 

Bununla bərabər qeyd etmək lazımdır ki, iqtisadi kateqoriya kimi mülkiyyət formaları müxtəlif hüquqi for-

malarda ifadə edilir. Buna mülkiyyət hüququnun formaları deyilir. Mülkiyyət (sahiblik) iqtisadi münasibətlə-

rinin ifadə olunduğu mülkiyyət formaları mülkiyyət hüququ vasitəsilə qaydaya salındıqda, mülkiyyət hüququ 

formasını alır. Mülkiyyət forması isə maddi nemətlərə sahibliyin (yiyəliyin, mənimsəmənin) iqtisadi formasını 

ifadə edir. 

2. Mülkiyyət hüququnun formaları (növləri) 

Bəzi müəlliflər mülkiyyət hüququnun müxtəlif növlərə, məsələn, xüsusi mülkiyyət hüququna və ya dövlət 

mülkiyyət  hüququna  bölünməsinin  qeyri-zəruri  olması  fikrini  irəli  sürürlər.  Onlar  mülkiyyət  hüququnu  yox, 

mülkiyyəti müxtəlif formalara ayırırlar. Bununla bərabər, qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında yazı-

lan mülki hüquq barədə bir çox dərsliklərdə mülkiyyətin forması ilə barabər, həm də mülkiyyət hüququnun for-

malarının təsnifi aparılır. Biz də həmin məsələyə bu mövqedən və aspektdən yanaşmağı lazım bilirik. 

Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyətin üç formasını (növünü) müəyyən edir: dövlət mül-

kiyyətini;  xüsusi  mülkiyyəti;  bələdiyyə  mülkiyyətini  (13-cü  maddənin  2-ci  bəndi).  Buna  uyğun  olaraq  MM 

mülkiyyət  hüququnun  üç  növünü  müəyyən  edir:  fiziki  və  hüquqi  şəxslərin  mülkiyyət  hüququnu,  yəni  xüsusi 

mülkiyyət hüququnu (MM-in 154-cü maddəsi); dövlət mülkiyyət hüququnu (MM-in 155-ci maddəsi); bələ-

diyyələrin mülkiyyət hüququnu (MM-in 156-cı maddəsi). Mülkiyyət hüququnun belə bölgüsü mülki hüququn 

subyekt tərkibi kimi əlamətə görə müəyyən edilir.  

Mülkiyyət hüququnun Konstitusiyada nəzərdə tutulan üç forması müxtəlif növlərə bölünür. Xüsusi mülkiy-

yət hüququ iki növə ayrılır: fiziki şəxslərin mülkiyyət hüququna; hüquqi şəxslərin mülkiyyət hüququna. 



Fiziki şəxslərin mülkiyyət hüququnun müxtəlif növləri fərqləndirilir: Azərbaycan Respublikası vətəndaş-

larının mülkiyyət hüququ; əjnəbilərin mülkiyyət hüququ; vətəndaşlığı olmayan şəxslərin mülkiyyət hüququ. 



Hüquqi şəxslərin mülkiyyət hüququ iki yerə bölünür: kommersiya təşkilatlarının mülkiyyət hüququ; qeyri-

kommersiya  təşkilatlarının  mülkiyyət  hüququ.  Kommersiya  təşkilatlarının  mülkiyyət  hüququnun  müxtəlif 

növləri fərqləndirilir: təsərrüfat cəmiyyətlərinin mülkiyyət hüququ; təsərrüfat ortaqlıqlarının mülkiyyət hüququ; 

kooperativlərin  mülkiyyət  hüququ.  Qeyri-kommersiya  təşkilatlarının  mülkiyyət  hüququ  müəyyən  növlərə 

bölünür: ictimai birliklərin mülkiyyət hüququ; dini qurumların mülkiyyət hüququ; fondların mülkiyyət hüququ 

və s. Belə mülkiyyətin xarici dövlətlərin hüquqi şəxslərinin və beynəlxalq təşkilatların mülkiyyəti kimi növləri 

fərqləndirilir. 

Dövlət mülkiyyət hüququ iki yerə bölünür: Azərbaycan Respublikasının mülkiyyət hüququ; xarici dövlətlə-

rin mülkiyyət hüququ. Bələdiyyə mülkiyyət hüququna aiddir: şəhər (rayon) bələdiyyələrinin mülkiyyət hüqu-

qu; kənd (qəsəbə) bələdiyyələrinin mülkiyyət hüququ; digər bələdiyyə qurumlarının mülkiyyət hüququ. 

Əş

yalara mülkiyyət hüququnun eyni vaxtda bir neçə şəxsə məxsus olub-olmaması əlamətinə görə mülkiyyət 



hüququnun iki növü fərqləndirilir: ümumi olmayan mülkiyyət hüququ; ümumi mülkiyyət hüququ. Ümumi ol-

mayan mülkiyyət hüququ odur ki, buna görə əşyaya mülkiyyət hüququ yalnız bir şəxsə məxsus olur. 

Ümumi  mülkiyyət  hüququ  odur  ki,  buna  görə  əşya  üzərində  mülkiyyət  hüququ  iki  və  ya  bir  neçə  şəxsə 

məxsus olur (MM-in 213-cü maddəsinin 1-ci bəndi). Belə mülkiyyət hüququnun iki növü fərqləndirilir: paylı 

mülkiyyət hüququ; birgə mülkiyyət hüququ. 

Paylı mülkiyyət hüququ odur ki, buna görə əşyaya malik olduğu mülkiyyət hüququnda hər bir mülkiyyətçi-

nin payını müəyyənləşdirmək mümkün olur. Birgə mülkiyyət hüququnda isə belə payları müəyyənləşdirmək 

mümkün olmur (MM-in 213-cü maddəsinin 2-ci bəndi). Birgə mülkiyyətin özü ərlə arvadın birgə mülkiyyəti və 

kəndli (fermer) təsərrüfatının birgə mülkiyyəti kimi növlərə ayrılır. Qanun paylı və birgə mülkiyyət hüququnu 



mülkiyyət hüququnun xüsusi növləri adlandırır (MM-in 10-cu fəsli). 

 

267


Mülkiyyət hüququnun obyekti olan əşyanın növündən asılı olaraq, mülkiyyət hüququnun iki növü fərqləndi-

rilir: daşınmaz əşyaya mülkiyyət hüququ; daşınar əşyaya mülkiyyət hüququ. MM-in 178-ci maddəsi daşın-

maz əşyaya, 181-ci maddəsi isə daşınar əşyaya mülkiyyət hüququ haqqında qaydalar müəyyən edir. 

Mülkiyyət  hüququnun  müxtəlif  formalara  (növlərə)  ayrılmasının  həm  nəzəri,  həm  də  praktiki  əhəmiyyəti 

vardır. Belə ki, hər hansı konkret subyektə məxsus olan mülkiyyət hüququnun obyekti kimi çıxış edən əmlakın 

hüquqi recimi mülkiyyət hüququnun formasından (növündən) asılı olaraq müəyyən edilir. Mülkiyyət hü-

ququnun forması ilə mülkiyyətçinin özünə məxsus əmlak barəsində malik olduğu hüquqi imkanların dairəsi və 

hədləri təyin olunur. 

§ 4. Mülkiyyət hüququnun əmələ gəlmə əsasları və üsulları 

1. Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarının anlayışı 

Mülkiyyət hüququnun əmələ gəlmə əsasları dedikdə, subyektiv mülkiyyət hüququnun  yaranmasını şərt-

ləndirən qanunun əlaqələndirdiyi hüquqi faktlar və ya hüquqi tərkib başa düşülür. Belə fakt rolunda həm hadisə 

(məsələn, vərəsəlik əsasında mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan vətəndaşın ölümü), həm də hə-

rəkət (məsələn, müqavilə bağlamaqla əmlakın əldə olunması) çıxış edə bilər. 

Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarına sivilistika elmində titul mülkiyyəti (latınja  «titulus» — hər 

hansı hüququn əsası) də deyilir. Əgər mülkiyyət hüququ müvafiq hüquqi faktlardan əmələ gələn hüquqi əsasa 

malik olarsa, buna titul sahibliyi deyilir. Mülkiyyət hüququnun əmələ gəlməsini şərtləndirən hüquqi əsas isə ti-

tul adlanır. Əgər mülkiyyət hüququnun əmələ gəlməsi hüquqi əsasa və ya titula malik olmazsa, bu, titulsuz sa-

hiblik adlanır. Belə sahiblik faktiki sahiblik olmaqla qanunda birbaşa nəzərdə tutulduğu halda müəyyən hüquqi 

nəticələrin yaranmasına səbəb ola bilər. Məsələn, daşınar əmlakın mülkiyyətçisi olmayan şəxs, əgər ona öz əm-

lakı kimi vijdanla sahiblik (vijdanlı sahiblik, yəni titulsuz sahibliyin bir növü) edərsə, bu əmlaka mülkiyyət hü-

ququ əldə edir. 

Azərbaycan Respublikası MM-inin 9-cu fəsli (178-ci-202-ci maddələr) mülkiyyət hüququnun əldə edilməsi 

ilə  əlaqədar  yaranan  münasibətləri  qaydaya  salır.  Qanunvericilik  mülkiyyət  hüququnun  obyekti  olan  əmlakın 

xarakterindən asılı olaraq, iki cür mülkiyyət hüququnun əmələ gəlməsini müəyyən edir: daşınmaz əmlaka mül-

kiyyət hüququnun əldə edilməsi (MM-in 178-ci, 179-cu, 180-ci maddələri); daşınar əmlaka mülkiyyət hüququ-

nun əldə edilməsi (MM-in 181-ci-192-ci maddələri). Belə bölgünü Almaniya qanunvericiliyi də müəyyən edir. 

spaniya Mülki Məcəlləsi də həmin bölgünü nəzərdə tutur. 

Göstərilən bölgünün vacib praktiki əhəmiyyəti vardır. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əldə 

edilməsi  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alınmalıdır;  daşınar  əmlaka  mülkiyyət  hüququnun  əldə 

olunmasının isə dövlət qeydiyyatına alınması tələb edilmir. 

Mülkiyyət hüququnun əmələ gəlmə əsaslarını iki yerə bölmək olar: 

 qanuni əsaslar; 



 mülki-hüquqi əqdlər. 



Qanuni əsaslar dedikdə, qanunda nəzərdə tutulan faktiki tərkib başa düşülür. Onlara aiddir: tapıntı; əldə et-

mə müddəti; dəfinə; emal və s.  



Mülki-hüquqi əqdlər dedikdə, mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olan mülki-hüquqi müqavilələr, 

birtərəfli əqdlər başa düşülür. Söhbət alqı-satqı, dəyişmə, renta və digər müqavilələrdən, habelə vəsiyyətdən ge-

dir.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  Almaniya  sivilistika  doktrinası  mülkiyyət  hüququnun  əmələ  gəlməsinin 

məhz belə əsasını nəzərdə tutur. 



2. Mülkiyyət hüququnun əmələ gəlmə üsulları 

Sivilistika elmi, xarici ölkələrin hüquq doktrinası və məhkəmə praktikası mülkiyyət hüququnun əmələ gəl-

məsinin iki üsulunu müəyyən edirilkin üsultörəmə üsul. Dünyanın bir çox ölkələrinin (məsələn, Majarıs-

tanın, Çexiyanın və s.) mülki hüquq elmi mülkiyyət hüququnun əldə edilməsinin törəmə və ilkin üsulu kimi iki 

üsulunu nəzərdə tutur. Hələ Roma mülki hüququ əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə 

üsulu  kimi  iki  növünü  fərqləndirirdi.  Bu  hüquq  əsas  üsulu  oricinal  üsul,  törəmə  üsulu  isə  derivat  (latınja 

«derivatus» — ayrılmış) üsul adlandırırdı. 

Mülkiyyət hüququnun ilkin və törəmə üsulu kimi iki üsulla əmələ gəlməsi qüvvədə olan mülki qanunverici-

likdə birbaşa nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, mülki qanunvericiliyi doktrinal (elmi) təfsir et-

məklə  bu  üsulları  fərqləndirmək  və  ayırmaq  olar.  Həmin  üsulları  mülki  qanunvericilik  yox,  məhz  sivilistika 

doktrinası fərqləndirir. 

Hüquq ədəbiyyatında mülkiyyət hüququnun əmələ gəlməsinin ilkin və törəmə üsulu kimi iki üsulunun fərq-

ləndirilməsində iki meyar əsas götürülür: iradə meyarı; hüquqi varislik meyarı.  radə meyarının (iradə kon-

sepsiyasının) tərəfdarlarına görə, ilkin üsullar odur ki, bu üsullarla mülkiyyət hüququ iradədən asılı olmadan 

ə

mələ  gəlir.  Buna  görə  də  onlar  milliləşdirməni  (əvvəllər  şəxslərə  məxsus  olan  əmlakın  dövlət  mülkiyyətinə 



 

268


alınmasını) mülkiyyətin əmələ gəlməsinin ilkin üsuluna aid edirlər. Belə halda mülkiyyət hüququ əmlakın əv-

vəlki mülkiyyətçilərinin iradəsi olmadan əldə edilir. Törəmə üsullar isə odur ki, bu üsullarla mülkiyyət hüququ 

ə

mlakın əvvəlki mülkiyyətçisinin iradəsi əsasında əldə edilir.  radə meyarının əsas tərəfdarı sovet dövrünün ali-



mi  O.S. offedir.  Onun  fikrinjə,  ilkin  üsul  üçün  mülkiyyət  hüququnun  ya  birinci  dəfə,  ya  da  əmlakın  əvvəlki 

mülkiyyətçisinin iradəsindən asılı olmadan əmələ gəlməsi, törəmə üsul üçün isə mülkiyyət hüququnun yalnız 

ə

mlakı özgəninkiləşdirən şəxsin iradəsi əsasında əldə edilməsi xarakterikdir. 



Hüquqi varislik meyarının (hüquqi varislik konsepsiyasının) tərəfdarlarına görə, mülkiyyət hüququnun 

ə

mələ gəlməsinin ilkin üsulunda hüquqi varislik olmur; ilkin üsulla mülkiyyət hüququ hüquqi varislik əsasında 



yaranmır. Törəmə üsul isə hüquqi varisliyə əsaslanır. Buna görə də onlar milliləşdirməni mülkiyyət hüququnun 

ə

ldə edilməsinin törəmə üsuluna şamil edirlər. Hüquqi varislik dedikdə, hüquq və vəzifələrin əvvəlki hüquq sa-



hibindən (hüquqi sələfdən) hüquqi varisə (yeni hüquq sahibinə) keçməsi başa düşülür. 

Bizim fikrimizjə, mülkiyyət hüququnun əldə edilməsinin iki üsulunun fərqləndirilməsində əsas kimi hüquqi 

varislik meyarının götürülməsi və qəbul edilməsi daha inandırıcıdır. Ona görə ki, mülkiyyət hüququnun əldə 

edilməsinin bəzi törəmə üsullarında mülkiyyət hüququ digər şəxslərə əmlakın əvvəlki mülkiyyətçisinin razılığı 

(iradəsi) olmadan keçir. Məsələn, vərəsəlik mülkiyyət hüququnun əmələ gəlməsinin törəmə üsuludur. MM-in 

1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətin məzmu-

nundan  asılı  olmayaraq,  mirasdan  məjburi  pay  almaq  hüququ  vardır.  Belə  şəxslər  məjburi  vərəsələr  adlanır. 

Məjburi vərəsələrə əmlak həmin əmlakın əvvəlki mülkiyyətçisinin, yəni miras qoyanın razılığı (iradəsi) olma-

dan keçir. Belə təsəvvür yaranır ki, iradə meyarı mülkiyyət hüququnun əldə edilməsinin iki üsulunun fərq-

ləndirilməsində əsas kimi götürülə bilməz. Müəlliflərin əksəriyyəti mülkiyyət hüququnun əmələ gəlməsinin 

ilkin və törəmə adlı iki üsulunun ayrılmasında əsas əlamət və meyar kimi məhz hüquqi varisliyi qəbul edirlər. 

Doğrudan da göstərilən üsulları bir-birindən fərqləndirməyin əsasında hüquqi varislik meyarı durur: əgər mül-

kiyyət hüququ hüquqi varislik əsasında əldə olunmazsa, onda söhbət yalnız ilkin üsuldan gedə bilər; yox, əgər 

mülkiyyət hüququ hüquqi varislik əsasında əldə edilərsə, belə halda törəmə üsul göz qabağındadır. 

Beləliklə, ilkin üsul dedikdə, elə bir vasitə başa düşülür ki, bununla əvvəllər heç kimə məxsus olmayan 

əş

yaya mülkiyyət hüququ yaranır və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından 



asılı olmadan mülkiyyət hüququ əmələ gəlir; ilkin üsullar elə üsullardır ki, onların vasitəsi ilə mülkiyyət hü-

ququ birinci dəfə yaranır (belə ki, əmlak əvvəllər heç kəsin mülkiyyətində olmur) və ya müstəqil surətdə, əvvəl-

ki  mülkiyyətçinin  iradə  və  hüququndan  asılı  olmadan  əmələ  gəlir.  Buna  görə  də  mülkiyyət  hüququnun  əldə 

olunma qaydası tərəflərin razılığı və ya əvvəlki mülkiyyətçinin birtərəfli iradəvi hərəkəti ilə yox, qanunla mü-

ə

yyən edilir. 



 Törəmə üsul odur ki, bu üsulla mülkiyyət hüququ hüquqi varislik qaydasında, əsasən, əmlakın əvvəlki mül-

kiyyətçisinin iradəsi ilə əmələ gəlir; törəmə üsullar elə üsullardır ki, onların köməyi ilə mülkiyyət hüququ bu 

hüququn əvvəlki mülkiyyətçisindən yeni mülkiyyətçiyə keçməsinə əsasən, yəni hüquqi varislik qaydasında ya-

ranır;  əksər  hallarda  (məsələn,  alqı-satqı,  bağışlama,  dəyişmə  və  digər  müqavilələr  bağlanan,  vəsiyyət  edilən 

hallarda) mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi əsasında keçir; bunun nəticəsin-

də əvvəlki mülkiyyətçinin yerini yeni mülkiyyətçi tutur. 

Bəzi hallarda isə mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi olmadan keçir. Məsə-

lən, qanun üzrə vərəsəlik, milliləşdirmə, müsadirə və rekvizisiya (həcz) kimi üsullarla mülkiyyət hüququ əldə 

olunan hallarda əvvəlki mülkiyyətçinin iradəsi nəzərə alınmır. 

Mülkiyyət hüququnun əldə olunması üsullarının ilkin və törəmə üsullara bölünməsinin həm iqtisadi, həm də 

hüquqi mənası vardır; bu bölgü həm də praktiki əhəmiyyətə malikdir. Belə ki, ilkin üsulla mülkiyyət hüququ 

yaranan zaman mülkiyyətçi (əldə edən şəxs) həmin hüququ tam həjmdə əldə edir. Ona görə ki, mülkiyyətçi (əl-

də  edən  şəxs)  mülkiyyət  hüququnu  başqa  subyektin,  yəni  əvvəlki  mülkiyyətçinin  hüququ  əsasında  qazanmır; 

onun mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılı deyil. 

Törəmə üsulla mülkiyyət hüququ əmələ gələn hallarda isə yeni mülkiyyətçiyə (əldə edən şəxsə) mülkiyyət 

hüququ əvvəlki mülkiyyətçinin (əmlakı özgəninkiləşdirən şəxsin) malik olduğu həjmdə keçir; yeni mülkiyyətçi-

nin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılıdır; buna görə də o, həjm baxımından əvvəlki 

mülkiyyətçinin malik olduğundan çox hüquq əldə edə bilməz. Xüsusən də yeni mülkiyyətçiyə mülkiyyət hüqu-

qu yüklə birlikdə (məsələn, girov hüququ ilə birlikdə və s.) keçir. 

3. Mülkiyyət hüququnun əmələ gəlməsinin digər üsulları 

Mülkiyyət hüququnun əldə edilməsi üsulları hüquqi varislik meyarından əlavə, həm də digər əlamətə görə 

növlərə bölünə bilər. Mülki hüquq subyektlərinin mülkiyyət hüququnun əldə edilməsi üsullarından istifadə 

etmək imkanına malik olması əlamətinə görə mülkiyyət hüququnun əmələ gəlməsinin iki üsulu fərqləndirilir: 

ümumi mülki (ümumi) üsul; xüsusi üsul. 



 

269


Ə

gər mülki hüququn hər hansı bir subyekti mülkiyyət hüququnun əmələ gəlməsinin mümkün olan üsulları-

nın hamısından (çoxundan) istifadə edərsə, belə üsula mülkiyyət hüququnun əldə edilməsinin ümumi üsulu 

deyilir. Məsələn, alqı-satqı müqaviləsi və ya vəsiyyət üzrə vərəsəlik nəticəsində mülki hüququn hər hansı bir 

subyekti mülkiyyət hüququ əldə edə bilər. 

Ə

gər mülkiyyət hüququnun əmələ gəlməsinin üsulu yalnız məhdud dairə və kateqoriya subyektlər tərəfindən 



istifadə edilərsə, belə üsul xüsusi üsul adlanır. Xüsusi üsula milliləşdirməni, həczi və müsadirəni misal göstər-

mək olar. Ona görə ki, mülki hüququn subyektlərindən yalnız dövlət bu üsullardan istifadə etməklə mülkiyyət 

hüququ əldə edə bilər. Vergi yığılması və rüsum alınması kimi üsullar da xüsusi üsullar sayılır. Bu üsuldan isti-

fadə etməklə bələdiyyələr mülkiyyət hüququ əldə edirlər. 

Mülkiyyət hüququnun əldə edilməsinin ümumi üsulundan isə mülki hüququn istənilən subyekti istifadə et-

məklə əmlaka sahib ola bilər. Məsələn, ümumi üsullar sayılan müqavilə bağlamaq və vəsiyyət üzrə vərəsəlik 

yolu ilə hər hansı bir subyekt mülkiyyət hüququ əldə edə bilər. 

Mülkiyyət hüququnun əmələ gəlməsinin bəzi üsulları müəyyən bir halda ümumi mülki üsul kimi, digər halda 

isə xüsusi üsul kimi çıxış edə bilər. Məsələn, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlər və 

ya vergilər xüsusi mülkiyyətə münasibətdə xüsusi üsul, dövlət mülkiyyətinə münasibətdə isə ümumi üsul hesab 

edilir. 

Yeri gəlmişkən, mülkiyyət hüququnun əmələ gəlmə əsasları anlayışı ilə mülkiyyət hüququnun əmələ gəlmə 

üsullarını fərqləndirmək lazımdır. Mülkiyyət hüququnun əmələ gəlmə əsasları mülkiyyət titulu və ya hüquqya-

radıcı hüquqi faktlardır. Mülkiyyət hüququnun əmələ gəlmə üsulları dedikdə isə müvafiq hüquqi faktlar əsa-

sında yaranan hüquq münasibətləri başa düşülür. 

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına şamil edilir: 

 əldə etmə müddəti (MM-in 181-ci maddəsinin 4-cü bəndi); 



 özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi (MM-in 180-ci maddəsi); 

 şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün yeni əmlak yaratması və hazırlaması (MM-in 



178-ci maddəsinin 2-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi); 

 emal (MM-in 188-ci maddəsi); 



 əldə edilməsi hamıya müyəssər olan əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi (MM-in 189-cu maddə-

si); 



 sahibsiz daşınar əşyaya mülkiyyət hüququnun əldə edilməsi (MM-in 184-cü maddəsi); 



 tapıntı (MM-in 186-cı maddəsi); 

 özünün pay haqqını tamamilə ödəmiş mənzil, bağ, qarac kooperativi üzvünün və ya başqa kooperativ üz-



vünün, pay haqqı vermək hüququ olan digər şəxslərin mülkiyyət hüququ əldə etməsi (MM-in 178-ci mad-

dəsinin 8-ci bəndi); 

 nəzarətsiz heyvanlar (MM-in 192-ci maddəsi); 



 dəfinə (MM-in 187-ci maddəsi); 

 əmlakı özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən mülkiyyət hüququnun əldə edilməsi. 



Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarına aiddir: 

 alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasın-



da mülkiyyət hüququn əldə edilməsi (MM-in 181-ci maddəsinin 4-cü bəndi); 

 fiziki şəxsin ölümündən sonra ona məxsus olan əmlakın vəsiyyətə və ya qanuna uyğun surətdə vərəsəlik 



üzrə keçməsi nəticəsində vərəsələrin mülkiyyət hüququ əldə etməsi; 

 hüquqi şəxs yenidən təşkil olunduqda, malik olduğu əmlakın hüquqi varislik qaydasında keçməsi nəticə-



sində yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinin mülkiyyət hüququ əldə etməsi (MM-in 181-ci 

maddəsinin 6-cı bəndi); 

 tradisiya (MM-in 181-ci maddəsi); 



 ani müddət (MM-in 182-ci maddəsi); 

 torpaq sahəsinin tərkib hissəsinə mülkiyyət hüququnun əldə edilməsi (MM-in 190-cı maddəsi); 



 birləşmə nəticəsində yaranan əşyaya mülkiyyət hüququnun əmələ gəlməsi (MM-in 191-ci maddəsi). 

Mülkiyyət hüququnun əldə edilməsinin elə üsulları da vardır ki, bu üsullar ikili xarakterə və təbiətə malikdir, 

yəni bu üsullar bəzi hallarda ilkin üsul kimi, digər hallarda isə törəmə üsul kimi çıxış edir. Əmlakdan istifadə 

nəticəsində əldə olunan bəhər, məhsul və gəlirə mülkiyyət hüququnun əldə edilməsi üsulunu məhz belə üsula 

aid etmək olar (MM-in 134-cü maddəsinin 12-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi). 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə