MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə46/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

mlakın çoxalması dedikdə, digər əşyanın birləşdirilməsi nəticəsində onun qiymətinin artması başa düşülür. 

 

274


Adətən müxtəlif mülkiyyətçiyə məxsus olan əşyalar bir-biri ilə ya təsadüfən, ya da səhvən birləşdirilir. Bu 

zaman təbii ki, mülkiyyətçi əmlakını itirmək formasında zərərə düşür və ya onun hüququ başqa şəkildə pozulur. 

Məsələn, torpaq sahəsinin mülkiyyətçisi səhvən belə hesab edir ki, tikinti materiallarının (taxta, sement, daş və 

s. ) sahibi (mülkiyyətçisi) yoxdur və bu ehtimalla da o, həmin sahədə özünə ev tikir. Əlbəttə, belə halda tikinti 

materiallarının mülkiyyətçisi zərərə düşür. Buna görə də qanun hüquqları pozulan mülkiyyətçilərin maraq və 

mənafeyini təmin etmək üçün müəyyənləşdirir ki, onlar mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənil-



məsini tələb edə bilərlər (MM-in 191-1-ci maddəsinin 1-ci bəndi). Yuxarıdakı misalda torpaq sahəsinin mül-

kiyyətçisi tikdiyi yaşayış evinə mülkiyyət hüququ əldə edir. Amma o, tikinti materiallarının mülkiyyətçisinə vu-

rulmuş zərərin əvəzini ödəməlidir. 

5. Əldə edilməsi hamıya müyəssər olan əmlaka 

mülkiyyət hüququnun əmələ gəlməsi 

Mülkiyyət  hüququnun  əmələ  gəlməsinin  bu  üsulu  MM-in  189-cu  maddəsində  nəzərdə  tutulmuşdur. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilk dəfə olaraq göstərilən üsulla mülkiyyət hüququnun yaranmasını 

birbaşa müəyyən edir. 

Ə

ldə edilməsi hamıya müyəssər olan əmlaka aiddir: meşədə yığılan giləmeyvə, göbələk və s.; sututarlarda 



tutulan balıq; ovlanan su və meşə heyvanları; əldə edilməsi hamıya müyəssər olan digər əmlak növləri. Göstəri-

lən həmin əmlaka bu əmlakı yığan, ovlayan və ya hasil edən şəxsin mülkiyyət hüququ əmələ gəlir. Bu, yalnız o 

vaxt mümkün ola bilər ki, yığılması, tutulması, ovlanması və hasil edilməsi hamıya müyəssər olan əmlakın əldə 

edilməsi ya qanunda nəzərdə tutulsun, ya bu hərəkətlərin edilməsi mülkiyyətçinin verdiyi ümumi icazəyə 



müvafiq olsunya da ki, həmin hərəkətlər yerli adətə uyğun olsun. Lakin həmin obyektlər sahibsiz əmlak 

kateqoriyasına  şamil  edilmir.  Bu  obyektlər,  hər  şeydən  əvvəl,  dövlət  və  bələdiyyə  mülkiyyətində  olur.  Su 

Məcəlləsinin 12-ci və 13-cü maddələri su obyektləri üzərində dövlət və bələdiyyə mülkiyyətini təsbit edir. Bu 

məcəllənin 36-cı maddəsində ümumi istifadədə olan su obyektlərindən (istifadəsi hamı üçün mümkün olan su 

obyektlərindən) öz ehtiyaclarını təmin etmək məqsədi ilə fiziki şəxslərin balıq ovlamalarına səlahiyyət verilmə-

si nəzərdə tutulmuşdur. 

Azərbaycan  Respublikasında  meşə  fondu  dövlətin  mülkiyyəti  hesab  olunur.  Meşə  fondunun  mülkiyyətçisi 

olan dövlət Meşə Məcəlləsinin 53-cü maddəsi əsasında fiziki şəxslərə şəxsi məqsədləri üçün yabanı meyvə, gi-

ləmeyvə, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmağa ümumi icazə vermiş-

dir. 


«Heyvanlar  aləmi  haqqında»  qanunda  ovçuluq  obyektlərinə  aid  edilmiş vəhşi  heyvanların  tutulmasının  və 

vurulmasının mümkünlüyü göstərilir. Ov xüsusi icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Bu tələblərə 

ə

məl edən şəxslər xüsusi olaraq ayrılmış ov yerlərində ovçuluq fəaliyyəti ilə məşğul ola bilərlər. Özü də ov ödə-



nişlidir. Əldə edilmiş ov məhsulları müvafiq şəxsin mülkiyyətinə daxil olur. Həmin məhsullardan isə əhalinin 

maddi və mənəvi iqtisadiyyatının xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə istifadə olunur. 

Göründüyü kimi, bu cür hallarda əldə edilməsi hamıya müyəssər olan əmlaka yox, yalnız xüsusi icazə alan şəx-

sə müyəssər olan əmlaka mülkiyyət hüququ əmələ gəlir. 

Beləliklə, meşə və su dövlətin mülkiyyətində olmasına baxmayaraq, həmin obyektlərdə tutulan, ovlanan, yı-

ğ

ılan və s. təbiət predmetlərinə mülkiyyət hüququnun əldə edilməsini törəmə üsul hesab etmək olmaz. Belə ki, 



MM-in 189-cu maddəsində nəzərdə tutulan mülkiyyətçinin verdiyi icazə konkret subyektə aid deyildir. Həmin 

icazə ümumi xarakter daşıyır. Buna görə də əldə edilməsi hamıya müyəssər olan təbiət predmetlərinə mülkiy-



yət hüququnun əmələ gəlməsi törəmə üsul kimi yox, ilkin üsul kimi xarakterizə edilir. 

6. Sahibsiz daşınar əşyaya mülkiyyət hüququnun  

ə

ldə edilməsi 

Hər şeydən əvvəl, onu qeyd edək ki, bu üsulla mülkiyyət hüququnun əldə edilməsini neçə-neçə yüz il bun-

dan əvvəl Roma hüququ da nəzərdə tuturdu. Roma hüququ sahibsiz əşyalara mülkiyyət hüququnun əldə olun-

masını «okkupasiya (occupatio)» anlayışı ilə əhatə edirdi. XII Jədvəl Qanunlarında belə bir prinsip ifadə olun-

muşdu:  sahibsiz  əşya  onu  birinci  olaraq  ələ  keçirən  şəxsin  mülkiyyətinə  keçir.  Okkupasiya  dedikdə,  özündə 

saxlamaq məsqədilə şəxsin əşyanı ələ keçirməsi, mənimsəməsi və ona yiyələnməsi başa düşülürdü. 

Sahibsiz daşınar əşyanın anlayışı MM-in 184-cü maddəsinin 2-ci bəndində ifadə edilmişdir. Bu maddəyə gö-

rə,  sahibsiz  daşınar  əşya  dedikdə,  mülkiyyətçisi  olmayan  və  ya  mülkiyyətçisi  bəlli  olmayan,  yaxud  əvvəlki 

mülkiyyətçisinin  sahibliyə  xitam  verməklə  mülkiyyət  hüququnu  itirdiyi  maddi  predmetlər  başa  düşülür.  Şəxs 

mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi naməlum olan əmlaka, yaxud mülkiyyətçinin imtina etdiyi və ya 

mülkiyyət hüququnu itirdiyi əmlaka qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququ əldə edə bilər 

(MM-in 181-ci maddəsinin 7-ci bəndi). 

Sahibsiz  əmlak  ümumiləşdirilmiş  anlayışdır.  Bu  anlayışa  daxildir:  mülkiyyətçi  tərəfindən  atılmış  əmlak; 



 

275


tapıntı; nəzarətsiz heyvanlar (mal-qara); dəfinə. Bunlara uyğun olaraq sahibsiz əmlak dedikdə, atılmış əmlak, 

itirilmiş əmlak (tapıntı), nəzarətsiz əmlak (nəzarətsiz heyvanlar) və qəsdən gizlədilmiş əmlak (dəfinə) başa dü-

ş

ülür. 


Azərbaycan Respublikasının 1964-cü il MM-inin 136-cı maddəsi mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi 

məlum olmayan əmlak (sahibsiz əmlak) barədə məsələyə aid olsa da, qanunvericilik belə əmlakın hüquqi vəziy-

yətini  müəyyən  etmirdi.  Dövlət  mülkiyyəti  prezumpsiyası  müəyyənləşdirilmişdi.  Bu  prezumpsiyaya  görə, 

ə

mlakın başqa şəxsə məxsus olması sübut edilməsə idi, həmin əmlak dövlət mülkiyyətinə keçirdi, yəni əksi sü-



but olunana kimi sahibsiz əmlak dövlət mülkiyyəti sayılırdı. Azərbaycan Respublikasının yeni MM-i sahibsiz 

daşınar  əmlakı  sahibliyə  qəbul  edən  şəxsin  mülkiyyət  hüququ  prezumpsiyası  haqqında  qayda  müəyyən 

edir. Şəxs sahibsiz daşınar əşyanı sahibliyə qəbul etdikdə, həmin əşyaya mülkiyyət hüququ əldə edir (MM-in 

184-cü  maddəsinin  1-ci  bəndi).  Bununla  da  dövlət  mülkiyyəti  prezumpsiyası  haqqında  müddəa  əhəmiyyətini 

itirir. Ona görə ki, bu müddəa mülkiyyətin heç bir növünə üstünlük verilməməsi, bütün mülkiyyət formalarının 

bərabər olması barədə Konstitusiyanın müəyyən etdiyi qayda ilə ziddiyyət təşkil edir. 



Sahibsiz əmlak bu və ya digər hüquqi fakta görə subyekti olmayan əmlakdır. Belə əmlak həm daşın-

maz,  həm  də  daşınar  əmlak  növündə  ola  bilər.  Sahibsiz  daşınmaz  əmlak  dövlətə  məxsusdur  (MM-in  178-ci 

maddəsinin 7-ci bəndi). Sahibsiz daşınar əmlaka isə mülkiyyət hüququnu həmin əmlakı sahibliyə qəbul edən 

şə

xs əldə edir (MM-in 184-cü maddəsinin 1-ci bəndi). Bunun üçün qanun iki şərt müəyyən edir. Birincisi, sa-



hibsiz əmlakın mülkiyyət hüququ əldə edəşəxsin sahibliyinə qəbul edilməsi qanunla qadağan edilmə-

məlidir. Həmin əmlak dövlət təhlükəsizliyi, ictimai təhlükəsizlik mülahizələrinə və beynəlxalq öhdəliklərə görə 

vətəndaşa məxsus ola bilməyən əmlak növünə daxil edilə bilməz. Başqa sözlə desək, həmin əmlak mülki döv-

riyyə qabiliyyətli olmalıdır.  kincisi, sahibsiz əmlaka mülkiyyət hüququnun əldə edilməsi həmin əmlakı sahib-

liyə qəbul etmək hüququna malik olan digəşəxslərin hüquqlarını pozmamalıdır. Almaniya Mülki Qanun-

naməsində (§ 958) sahibsiz daşınar əmlaka yiyələnməklə, onu sahibliyə qəbul etməklə yuxarıda göstərilən iki 

şə

rt əsasında həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsulu ifadə edilmişdir ki, bu üsul Azərbaycan 



Respublikasının MM-ində də nəzərdə tutulmuşdur. Bu üsul Çexiyanın,  sveçrənin, Polşanın və digər ölkələrin 

qanunvericiliyinə də məlumdur. Yaponiya qanunvericiliyinə görə, sahibsiz daşınar əşyanı ələ keçirən və mül-

kiyyətçi olmaq niyyətində olan hər bir şəxs sahiblik əsasında həmin əşyaya mülkiyyət hüququ əldə edə bilər 

(MM-in 239-cu maddəsinin 1-ci bəndi). Sahibsiz daşınmaz əşyalara gəldikdə isə belə əşyalar dövlət xəzinəsinə 

aid edilir və sahibliyin predmeti ola bilməz (Yaponiya MM-inin 239-cu maddəsinin 2-ci bəndi). 

Sahibsiz mədəniyyət sərvətləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə daxil edilir («Mə-

dəniyyət haqqında» qanunun 36-cı maddəsi). 

7. Mülkiyyətçinin imtina etdiyi daşınar əşyaya 

mülkiyyət hüququnun əldə edilməsi 

Mülkiyyətçinin imtina etdiyi daşınar əşya sahibsiz əşya anlayışına daxildir. Belə əşya atılmış əşya adlanır. 

Roma  hüququ  dövründə  mülkiyyətçi  tərəfindən  atılmış  əşyanın  recimi  haqqında  məsələnin  tənzimlənməsinə 

xüsusi əhəmiyyət verilirdi. Bu qəbildən olan əşyaları Roma hüququ «res derelictae» anlayışı ilə əhatə etdirdi. 

«Res derelictae»ni tapan şəxsin dərhal ona mülkiyyət hüququ yaranırdı. Mülkiyyət hüququnun əldə edilməsinin 

bu üsuluna dereliksiya (derelicsia) deyilirdi. Dereliksiya konstruksiyasını bəzi xarici ölkələrin, məsələn, Alma-

niyanın qanunvericiliyi də tanıyır. 

Atılmış əşyaya MM-in 185-ci maddəsində anlayış verilmişdir. Mülkiyyət hüququndan imtina etmək məqsə-

dilə mülkiyyətçinin atdığı və ya digər qaydada əl çəkdiyi daşınar əşyaya atılmış əşya deyilir. Əşyadan imtina 

etmək özlüyündə mülkiyyət hüququnun, başqa sözlə desək, mülkiyyətçinin əşya barəsində hüquq və vəzifələri-

nin xitam edilməsinə səbəb olmur. Yalnız hər hansı bir şəxs əşyaya mülkiyyət hüququ əldə etdikdə, mülkiyyət-

çinin imtina etdiyi əşyaya mülkiyyət hüququna xitam verilir (MM-in 203-cü maddəsinin 2-ci bəndi). Prinsip eti-

barilə mülkiyyətçi əşyanı atmaqla, onu taleyin hökmünə buraxır. Bu, ətrafdakılar üçün təhlükə törədə, ətraf mühi-

tə mühüm ziyan vura bilər. Odur ki, mülkiyyətçinin atılmış əşya barəsində hüquq və vəzifələri həmin əşya başqa 

şə

xs tərəfindən ələ keçirilənə və öz mülkiyyətinə yönəldilənə kimi ləğv olunmur. 



Mülkiyyətçi tərəfindən atılmış əmlak sahibsiz əşya hesab olunur və həmin əmlakı ələ keçirən, ona  yiyəlik 

edən istənilən şəxs mülkiyyət hüququ əldə edir. Məsələn, hər hansı şəxs öz köhnə divar saatını zibilxanaya atır; 

digər şəxs isə həmin saatı götürür və onun mülkiyyətçisi olur. Bu kimi hallarda mülkiyyətçi öz mülkiyyət hüqu-

qundan onu heç kəsə vermədən – sözün hərfi mənasında imtina edir. Atılmış əmlak belə bir cəhətlə xarakterizə 

olunur ki, mülkiyyətçinin həmin əmlakı öz təsərrüfatında saxlamaq niyyəti yoxdur; bu niyyət aydın şəkildə, aş-

kar surətdə olmalıdır. 

MM-in 185-ci maddəsinə görə, mülkiyyətçi tərəfindən atılmış əşyaya başqa şəxslər mülkiyyət hüququ əldə 

edir.  Həmin  maddədə  atılmış  əşyaya  mülkiyyət  hüququnun  əldə  edilməsi  qaydaları  nəzərdə  tutulmuşdur.  Bu 



 

276


qaydalar əşyanın qiymətindən asılı olaraq iki cür olur: qiyməti az olan və ya tullantılardan ibarət olan atılmış 

əş

yaya mülkiyyət hüququnun əldə edilməsi qaydası (MM-in 185-ci maddəsinin 2-ci bəndi); digər atılmış (qiy-



məti nisbətən baha) əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydası (həmin maddənin 3-cü bəndi). 

Birinci qaydanın mahiyyəti ondan ibarətdir ki, atılmış əşyaya mülkiyyət hüququnu mülkiyyətində, sahibli-

yində və ya istifadəsində torpaq sahəsi, sututarı və ya başqa obyekt olan, habelə həmin obyektlərdə atılmış əş-

yanı aşkar və müəyyən edən şəxs əldə edir. Bunun üçün qanun bir neçə şərt müəyyən edir: atılmış əşyanın də-

yərinin şərti maliyyə vahidinin 50 mislindən açıq-aşkar aşağı olması, yaxud atılmış əşyanın metal qırıntıların-

dan, zay məhsuldan, istehsalat tullantılardan ibarət olması; atılmış əşyanı müəyyən edən şəxsin əşyadan istifadə 

etməyə başlaması və ya əşyanın mülkiyyətə qəbul edilməsini sübut edən digər hərəkətlər etməsi (bu hərəkətlər 

şə

xsin əşyaya sahiblik niyyətini nümayiş etdirir). Bu qayda əmlaka yiyələnmə və ya əmlakı ələ keçirmə (ok-



kupasiya) yolu adlanır. 

kinci qaydanın mahiyyəti ondan ibarətdir ki, qiyməti şərti maliyyə vahidinin 50 mislindən yuxarı, nisbətən 

baha olan digər atılmış əşyaya mülkiyyət hüququ yalnız məhkəmə qərarı əsasında əldə edilir. Belə halda atılmış 

əş

yanı müəyyən edən şəxs əvvəljə əşyaya sahiblik etməyə başlayır. Bundan sonra o, atılmış əşyanın sahibsiz 



hesab  edilməsi  üçün  məhkəməyə  ərizə  verir.  Məhkəmə  qərarı  əşyaya  mülkiyyət  hüququ  əldə  edilməsi  üçün 

ə

sasdır. Daşınar atılmış əmlakın sahibsiz hesab edilməsi barədə məhkəmə qərarı xüsusi icraat qaydasında çıxa-



rılır (MPM-in 34-cü fəsli). Bəzən əmlak zibilxanaya və ya lazımsız əşyaların saxlanması üçün xüsusi olaraq ay-

rılmış yerlərə atılır. Bu kimi hallarda atılmış əmlaka mülkiyyət hüququ yiyələnmə (okkupasiya) yolu ilə, məh-

kəmə qərarı olmadan əldə edilir; çünki belə yerlərə atılmış əmlaka mülkiyyət hüququ barədə məhkəmə qayda-

sında mübahisə etməyin əsası və perspektivi yoxdur.  



8. Tapıntı 

Tapıntı sahibsiz əmlakın bir növüdür. Tapıntının hüquqi recimi MM-in 186-cı maddəsində müəyyən edilir. 

Tapıntı dünyanın bir çox ölkələrinin qanunvericiliyində (məsələn, Almaniyanın,  taliyanın,  sveçrənin və di-

gər  ölkələrin  qanunvericiliyində)  mülkiyyət  hüququnun  əldə  edilməsi  üsullarından  biri  kimi  nəzərdə  tutulur. 

Məsələn, Almaniya Mülki Qanunnaməsinə görə (§973), itmiş əşyanı tapıb götürən şəxs dərhal mülkiyyətçi də 

daxil olmaqla bütün səlahiyyətli şəxslərə və ya polisə xəbər verir. Polisə xəbər vermə ərizə ilə rəsmiləşdirilir. 

Polis  darəsinə tapıntı barədə ərizə daxil olduğu vaxtdan bir il keçdikdən sonra əşyanı tapan şəxsin həmin əşya-

ya mülkiyyət hüququ yaranır. Yaponiya qanunvericiliyinə görə əşyanı tapan şəxsin borcudur ki, bu barədə dər-

hal polisə xəbər versin. Əgər əşyanın mülkiyyətçisi müəyyənləşdirilərsə, onda əşya mülkiyyətçiyə verilir. Altı 

ay müddəti ərzində mülkiyyətçi müəyyən olunmazsa, əşyanı tapan şəxsin bu əşyaya mülkiyyət hüququ əmələ 

gəlir (Yaponiya MM-inin 240-cı maddəsi). ABŞ mülki hüququnda tapıntıya itirilmiş əmlak deyilir.  

taliya qanununa görə, itmiş əşyanı tapan şəxs bu barədə mətbuatda məlumat verməlidir. Məlumat dərj edil-

diyi vaxtdan bir il müddətində əşyanı itirən şəxs (mülkiyyətçi) tapılmadıqda, həmin əşya onu tapan şəxsin mül-

kiyyətinə keçir.  sveçrə Mülki Məcəlləsinə görə, tapıntı mülkiyyət hüququnun əmələ gəlməsinin əsas üsulu ki-

mi müəyyən edilir. 

Hüquq ədəbiyyatında verilən anlayışa görə, tapıntı dedikdə, itirilmə nəticəsində əşyanın mülkiyyətçisinin və 

ya ona sahiblik hüququ olan digər səlahiyyətli şəxslərin iradəsindən asılı olmadan onların sahibliyindən çıxan 

və hər hansı bir şəxs tərəfindən aşkar edilən əşya başa düşülür. Tapıntı dedikdə, mülkiyyətçinin və sahibliyi hə-

yata keçirən digər şəxslərin itirdiyi, hər hansı bir kimsənin tapdığı əşya başa düşülür. Əşyanın mülkiyyətçi tərə-

findən itirilməsi və onun digər şəxs tərəfindən tapılması təsadüfilik xüsusiyyəti ilə şərtlənir. Belə ki, sahibi əş-

yanı təsadüfən itirir və ya şəxs itirilmiş əşyanı təsadüfən tapır. Belə halda mülkiyyətçi və əşyanı tapan şəxs qa-

baqjadan düşünülmüş heç bir niyyət güdmür və bilə-bilə qəsdən edilən hər hansı hərəkətə yol vermirlər. Digər 

tərəfdən aşkar edilmiş əşyanı tapıntı hesab etmək üçün həm də tələb olunur ki, həmin əşya mülkiyyətçinin sa-

hibliyindən onun iradəsindən asılı olmadan çıxsın. Məhz bu cəhət tapıntını sahibsiz əmlakdan fərqləndirməyə 

imkan verir. Belə ki, əgər mülkiyyətçinin sahibliyindən əşya onun iradəsi ilə çıxarsa (məsələn, mülkiyyətçi əm-

laka mülkiyyət hüququndan imtina edərsə), onda həmin əşya tapıntı yox, sahibsiz əmlak hesab edilir. Lakin bu-

na baxmayaraq tapıntını (itirilmiş əşyanı) sahibsiz əmlak anlayışına aid etmək olar. 

tirilmiş əşyanı tapan şəxs avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur. MM-in 186-cı maddəsi iti-

rilmiş əşyanı tapan şəxsin vəzifəsini müəyyən edir. O, tapıntı barədə əşyanı itirmiş şəxsə, əşyanın mülkiyyətçi-

sinə və ya əşyaya sahiblik hüququna malik olan digər səlahiyyətli şəxsə (məsələn, kirayəçiyə, daşıyıcıya, pod-

ratçıya, saxlayıcıya və s.) dərhal xəbər verməli və əşyanı onlara qaytarmalıdır. Əgər mülkiyyətçi və ya baş-

qa şəxslər məlum deyilsə, tapıntı barədə polisə dərhal məlumat verilməlidir

tmiş əşyanı tapan şəxsin tapıntı barədə polisə məlumat verdiyi vaxtdan bir il müddətində əşyanı itirən şəxs 

tapıldıqda, əşya ona qaytarılır. Həmin müddət ərzində itirilən əşyanın mülkiyyətçisi olan şəxs tapılmadıqda isə 

əş

yanı tapanın ona mülkiyyət hüququ əmələ gəlir. Bununla əşya onu tapanın xüsusi mülkiyyətinə keçir. Tapıntı-



 

277


ya mülkiyyət hüququnun əmələ gəlməsi ilə əşyanı itirən şəxsin (mülkiyyətçinin) mülkiyyət hüququna xitam ve-

rilir. Belə təsəvvür yaranır ki, bir illik müddətin keçməsi əşyanı itirənin (əvvəlki mülkiyyətçinin) mülkiyyət hü-

ququna xitam verilməsinə və əşyanı tapanın (yeni mülkiyyətçinin) mülkiyyət hüququ əldə etməsinə əsas olan 

hüquqi fakt rolunu oynayır.  tirilmiş əmlak bu fakt nəticəsində onu tapan istənilən şəxsin mülkiyyətinə keçir; 

ə

gər itirilmiş əmlakı tapan şəxs həmin əmlakın mülkiyyətçisinin kim olmasını bilirsə və mülkiyyətçiyə qaytar-



mayaraq onu istifadə etmək məqsədi ilə ələ keçirərsə, həmin şəxs oğurluq etməkdə təqsirli bilinir. Elə hallar da 

olur ki, əşyanı tapan şəxs əşyaya mülkiyyət hüququ əldə etməkdən imtina edir. Belə halda tapıntı haqqında mə-

lumat  alan  səlahiyyətli  orqan  əşyanı  hərraj  yolu  ilə  satır.  Əşyanın  satılması  əşya  barədə  məlumatın  verildiyi 

vaxtdan bir illik müddət keçdikdən sonra həyata keçirilir. Tapıntının hərraj yolu ilə satılmasından əldə edilən 

pul səlahiyyətli orqanın hesabına daxil olur. Tapıntı bahalı əşya olmazsa, onun hüquqi taleyi və aqibəti iki yolla 

həll edilir: əşyanın əvəzsiz qaydada haqq alınmadan özgəninkiləşdirilməsi; əşyanın məhv edilməsi. 

Tapıntı onun barəsində məlumat alındığı vaxtdan bir illik müddət keçmədən də özgəninkiləşdirilə bilər. Bu 

aşağıdakı hallarda mümkün ola bilər: tapıntının predmeti heyvan olduqda; tapıntı tez xarab olan əşyadan ibarət 

olduqda; tapıntının saxlanması çox xərj tələb etdikdə. Belə hallarda tapıntı əvəzli qaydada özgəninkiləşdirilir və 

ə

ldə edilən haqq mülkiyyətçiyə qaytarılır. 



Yeni MM köhnə MM-dən fərqli olaraq, itmiş əşyanı tapana ixtiyar verir ki, o, əşyanı qaytararkən həmin əş-

yanı qəbul etmək səlahiyyəti olan şəxsdən (əşyanı itirmiş mülkiyyətçidən, əşyaya sahiblik hüququ olan şəxslər-

dən və s.) mükafat tələb etsin. Mükafatın məbləği tapılmış əşyanın dəyərinin beş faizinədək ola bilər (Yaponiya 

qanunvericiliyinə görə isə pul mükafatının məbləği əşyanın dəyərinin 5%-dən 20%-nə qədər müəyyən edilir). 

Bundan əlavə, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən digər xərjlərin ödənilməsini tələb etmək hüququna malik-

dir. Belə xərjlərə aiddir: əşyanın səlahiyyətli şəxsin olduğu yerdə təhvil verilməsi ilə əlaqədar olan xərjlər (yol 

pulu, daşıma haqqı və s.); əşyanın saxlanılmasına çəkilən xərjlər (məsələn, tapıntı heyvan olarsa, onun yemlən-

məsinə  və  bəslənməsinə  və  ya  baytar  müayinəsinə  çəkilən  xərjlər);  səlahiyyətli  şəxsin  axtarışı  ilə  bağlı  olan 

xərjlər; əşyanın realizə edilməsi (satışı) ilə çəkilən xərjlər. 

Qanun iki hal (şərt) mövcud olduqda əşyanı tapan şəxsi mükafat almaq hüququndan məhrum edir: birincisi, 

itmiş əşyanı tapan şəxsin vəzifəsi bu barədə əşyanı itirənə dərhal xəbər verməkdən və əşyanı ona qaytarmaqdan, 

ə

gər bu, mümkün olmazsa, tapıntı haqqında polisə məlumat verməkdən ibarətdir. Bu vəzifə imperativ xarakterə 



malikdir. Həmin vəzifənin  yerinə  yetirilməməsi əşyanı tapan şəxsi mükafat almaq hüququndan məhrum edir. 

kincisi, əşyanı tapan şəxs onu gizlətməyə cəhd göstərərsə, mükafat almaq hüququnu itirir. 

Torpaqdan və su altından, binalardan, tikintilərdən, təbii obyektlərdən tapılmış mədəniyyət sərvətləri dövlət 

mülkiyyətinə daxil edilir («Mədəniyyət haqqında» qanunun 36-cı maddəsi). 



9. Dəfinə 

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsulu kimi dəfinəni Roma hüququ da tanıyırdı. Roma hüququ 

dəfinəni «thesaurus» anlayışı ilə əhatə edirdi. Dəfinə dedikdə, çoxdan bəri, xeyli müddət hər hansı yerdə gizlə-

dilmiş  istənilən  qiymətli  əşya  başa  düşülürdü.  Dəfinə  tapıldıqda,  onun  mülkiyyətçisini  müəyyənləşdirmək 

mümkün olmurdu. 

Dəfinə mülkiyyət hüququnun əldə edilməsi üsulu kimi bir sıra müasir xarici ölkə qanunvericiliyinə məlum-

dur.  sveçrə Mülki Məcəlləsi dəfinəni mülkiyyət hüququnun əmələ gəlməsinin əsas üsullarından biri kimi xa-

rakterizə edir.  taliya Mülki Məcəlləsinə görə, dəfinə dedikdə, gizlədilmiş və ya torpağa basdırılmış elə qiymətli 

əş

ya başa düşülür ki, heç kəs bu əşyaya olan hüquqlarını sübut edə bilmir. Dəfinə onun tapıldığı daşınmaz əm-



lakın (tikili və ya sahənin) mülkiyyətçisinə məxsusdur. Əgər dəfinə şəxsin sahəsində təsadüfən aşkar edilərsə, 

onda dəfinə onu tapanla dəfinənin müəyyən edildiyi sahəsinin mülkiyyətçisi arasında bərabər qaydada bölünür. 

Yaponiya qanunvericiliyinə görə, dəfinəyə mülkiyyət hüququ tapıntıya mülkiyyət hüququnun əmələ gəldiyi ey-

ni (analoci) qaydada əldə edilir (Yaponiya MM-inin 241-ci maddəsi). 

Dəfinənin hüquqi recimi MM-in 187-ci maddəsində nəzərdə tutulmuşdur. Dəfinə haqqında qayda müəyyən 

edən bu maddə dəfinəyə anlayış verir. Həmin maddəyə görə, dəfinə dedikdə, torpağa basdırılmış və ya başqa 

üsullarla gizlədilmiş mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan pul və ya digər qiymətli əşyalar başa 

düşülür. Belə təsəvvür yaranır ki, bilə-bilə qəsdən gizlədilən hər hansı əmlak dəfinə sayıla bilməz. Yalnız pul, 

yəni  qızıl  və  gümüş  sikkələr,  Azərbaycan  Respublikasının  milli  valyutası  və  xarici  valyuta,  habelə  qiymətli 

predmetlər, yəni külçə, məmulat və parça halında olan qiymətli daşlar, təbii daş-qaşlar (almaz, yaqut, zümrüd, 

sapfir, aleksandrit), mirvari, metallar (qızıl, gümüş, platin və platin qrupundan olan metallar) dəfinə hesab edilə 

bilər. Bununla dəfinə tapıntıdan fərqlənir. Belə ki, hər hansı bir predmet tapıntı sayıla bilər. Digər tərəfdən dəfi-

nənin tapıntıdan fərqli olaraq mülkiyyətçisi olmur. Bundan əlavə, tapıntı mülkiyyətçinin iradəsindən asılı olma-

dan onun sahibliyindən çıxır. Dəfinə isə pulun və qiymətli predmetin bilərəkdən, qəsdən gizlədilməsi deməkdir. 

Məsələn, torpağa basdırmaq, evin divarı arasına qoyub hörmək, iri gövdəli ağacın koğuşunda (oyuğunda) giz-


 

278


lətmək və s. 

Dəfinəni xarakterizə edən bir neçə əlamət vardır: 

 birincisi, dəfinə iri və böyük qiyməti olan sərvətdir; 



 ikincisi, dəfinə qəsdən, bilə-bilə gizlədilmiş sərvətdir; 

 üçüncüsü, dəfinə mülkiyyətçisi olmayan sərvətdir;  



 dördüncüsü, dəfinəyə heç kim özünün mülkiyyət hüququ olmasını sübut edə və təsdiqləyə bilmir. 

1964-cü il MM-dən (140-cı maddə) fərqli olaraq, yeni MM dəfinənin hüquqi taleyi barədə yeni qayda müəy-

yən edir. Əgər keçmiş qanunvericiliyə görə, dəfinə dövlət mülkiyyətinə daxil olurdusa, yeni mülki qanunverici-

lik  dəfinənin  iki  kateqoriya  şəxsin  bərabər  payda  mülkiyyətinə  keçməsi  qaydasını  nəzərdə  tutur.  Başqa 

sözlə desək, MM-in 187-ci maddəsinin 1-ci bəndinə görə, dəfinə, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsi-

nin, tikilinin və s.) məxsus olduğu şəxslə dəfinəni tapan şəxs arasında bərabər qaydada bölünür. Bu qayda bəzi 

xarici  ölkələrin  müəyyən  etdiyi  qaydaya  uyğun  gəlir.  Məsələn,  Yaponiya  qanunvericiliyinə  görə,  əgər  dəfinə 

başqa şəxsin mülkiyyətində olan əmlakda (torpaq sahəsində, evin divarlarında və s.) aşkar edilərsə, onda dəfi-

nəyə mülkiyyət hüququnu mülkiyyətçi və dəfinəni tapan şəxs bərabər paylarda əldə edirlər (MM-in 241-ci mad-

dəsi).  Bununla  iki  şəxsin  dəfinəyə  ümumi  paylı  mülkiyyət  hüququ  yaranır.  Bu  norma  dispozitiv  xarakterə 

malik olduğuna görə dəfinənin bölgüsü barədə onlar arasındakı razılaşmaya görə digər qayda da müəyyən edilə 

bilər. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, dəfinənin 70%-i mülkiyyətçiyə, 30%-i onu tapan şəxsə verilsin 

və s.  


Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid olduqda, elmi dəyərlərə malik əmlak sayıldıqda, 

yuxarıda göstərilən qaydadan istisnaya yol verilir və bu barədə xüsusi qayda müəyyən edilir. Bu cür dəfinə döv-

lət mülkiyyətinə keçir (MM-in 187-ci maddəsinin 3-cü bəndi).  «Tarix və mədəniyyət abidələrinin qorunması 

haqqında» 10 aprel 1998-ci il tarixli qanunun 15-ci maddəsinə görə, dəfinələrdə aşkar edilmiş və ya tapılmış 

abidələr dövlətə təhvil verilir, habelə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxs mükafat alır. Mükafatın məblə-

ğ

i dəfinənin dəyərinin əlli faizi miqdarında müəyyən edilir. Mükafat dəfinənin gizlədildiyi torpaq sahəsinin və 



ya digər əmlakın mülkiyyətçisi ilə dəfinəni aşkar etmiş şəxs arasında bərabər qaydada bölünür (MM-in 187-ci 

maddəsinin 3-cü bəndi). Bununla onlar  mükafata ümumi paylı mülkiyyət hüququ əldə edirlər. Göstərilən 

şə

xslər arasındakı razılaşmaya görə mükafatın bölgüsü barədə başqa qayda da müəyyən edilə bilər. Mükafat 



dövlət maliyyə orqanları tərəfindən ödənilir

Qanunda nəzərdə tutulan halda tarix və mədəniyyət abidələrindən, elmi dəyərlərə malik əmlakdan ibarət olan 

dəfinəni aşkar etmiş şəxs mükafat almaqdan məhrum edilir. Bu, o vaxt mümkün olur ki, dəfinənin gizlədildiyi 

ə

mlakın mülkiyyətçisinin razılığı olmadan həmin şəxs qiymətli şeylərin qazıntısı və ya axtarışı vaxtı dəfinəni aş-



kar etmiş olsun. Belə halda mükafatın hamısı dəfinənin aşkar edildiyi əmlakın mülkiyyətçisinə çatır və ona ümu-

mi mülkiyyət yaranmır. 

Qanunda nəzərdə tutulan halda dəfinəyə ümumi mülkiyyət hüququ yaranmır. Bu, onunla şərtlənir ki, qiymət-

li şeylərin qazıntısını və ya axtarışını apararkən dəfinə aşkar edən şəxs, bu işləri görən zaman dəfinənin gizlə-

dildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığını almır. Belə halda dəfinə onu aşkar edən 

şə

xsin yox, mülkiyyətçinin mülkiyyətinə keçir (MM-in 187-ci maddəsinin 2-ci bəndi). 



Ümumi mülkiyyət hüququ qanunda nəzərdə tutulan başqa bir halda da əmələ gəlmir. Əgər dəfinə aşkar etmək 

üçün qiymətli şeylərin qazıntısı və ya axtarışı şəxsin əmək və ya xidməti vəzifəsinə şamil edilərsə, belə halda ta-

pılmış dəfinə həmin şəxsin mülkiyyətinə keçmir. Məsələn, arxeoloci ekspedisiya iştirakçısı dəfinə aşkar edərsə, 

dəfinənin bir hissəsi onun mülkiyyətinə daxil olmur.  

Dəfinənin qiymətləndirilməsi, mülkiyyətçi ilə dəfinəni aşkar edən şəxs arasında bölüşdürülməsi və digər mə-

sələlərdən  yaranan  mübahisələr  mülki  hüquq  xarakterinə  malikdir.  Ona  görə  də  belə  mübahisələr  məhkəmə 

qaydasında baxılıb həll edilir. 

10. Nəzarətsiz heyvanlar 

Nəzarətsiz heyvanın hüquqi recimi MM-in 192-ci maddəsi ilə müəyyən edilir. Bu maddə nəzarətsiz heyvan-

lar barədə xüsusi qayda nəzərdə tutur. Bu, onunla izah edilir ki, MM heyvanlara hüququn xüsusi obyekti (sui 

generis) kimi baxır. 

Nəzarətsiz heyvanlara olan mülkiyyət hüququnun əldə edilməsi barədə ümumi qayda tapıntı haqqında qay-

daya çox oxşayır. Bununla bərabər, onlar arasında mühüm fərqlər də vardır. Əvvəljə onu qeyd edək ki, 192-ci 

maddənin müəyyən etdiyi hüquqi recim vəhşi heyvanlara (o cümlədən ev şəraitində saxlanılan vəhşi heyvanla-

ra) şamil edilmir. Bu maddənin müəyyən etdiyi qayda yalnız nəzarətsiz və ya özbaşına buraxılmış mal-qaraya, 

habelə digər nəzarətsiz heyvanlara (ev heyvanlarına, kənd təsərrüfatı heyvanlarına və s.) tətbiq edilir. 

Nəzarətsiz heyvan odur ki, həmin heyvan tutulduğu anda heç kəsin təsərrüfatında sayılmır; əgər sürüdən qa-

larsa, azarsa və ya öz mülkiyyətçisinin təsərrüfatından çıxarsa, belə heyvan nəzarətsiz heyvan sayılır. Özbaşına 



 

279


buraxılmış heyvan dedikdə isə tutulan vaxtı hər hansı təsərrüfatda olan heyvan başa düşülür; əgər başqa təsər-

rüfata məxsus sürüyə və  ya ilxıya qatılarsa, belə heyvan özbaşına buraxılmış heyvan hesab olunur. Məsələn, 

itən qoyun hər hansı bir mülkiyyətçiyə məxsus olan sürüyə qatılır. Belə heyvanlara mülkiyyət hüququ avtoma-

tik olaraq əmələ gəlmir. Nəzarətsiz və ya özbaşına buraxılmış mal-qaranı tutan şəxs, dərhal bu barədə mal-qara-

nın sahibinə xəbər verməli və mal-qaranı ona qaytarmalıdır. Bu, mal-qaranı tutan şəxsin əsas vəzifəsidir. Mal-

qaranı tutanın digər vəzifəsi ondan ibarətdir ki, əgər heyvanların mülkiyyətçisi və ya mülkiyyətçinin olduğu yer 

naməlum olarsa, o, mal-qara tutulduğu andan üç gündən gej olmayaraq heyvanlar barədə polisə xəbər verməyə 

borcludur. Polis mal-qara sahibinin axtarılması üçün tədbirlər görür. Axtarış müddətində mal-qara saxlanmaq 

və istifadə olunmaq üçün ya heyvanları tutanda qalır, ya da onun xahişi ilə mal-qara, heyvanları saxlamaq üçün 

lazımi şəraiti olan digər şəxsə verilir. 

MM-in 192-ci maddəsinin 3-cü bəndi nəzarətsiz heyvanları tapıb özündə saxlayan şəxsin, habelə saxlanmaq 

və istifadə olunmaq üçün heyvanların verildiyi şəxsin vəzifəsini müəyyən edir. Həmin şəxslər heyvanları lazımi 

qaydada saxlamağa borcludurlar. Həmin şəxslərin heyvanların tələf olmasında təqsiri olarsa, onlar heyvanların 

dəyəri həddində məsuliyyət daşıyırlar

Nəzarətsiz heyvanların tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində heyvanların sahibi gəlib 

çıxarsa, heyvanlar ona qaytarılır. Belə halda mal-qaranın mülkiyyətçisi heyvanları saxlayan tərəfindən mal-qa-

ranın saxlanılması ilə əlaqədar olaraq çəkilən xərjləri ödəyir. Mülkiyyətçi çəkilən zəruri xərj məbləğindən mal-

qaradan götürülmüş mənfəəti çıxır. Bundan əlavə, o, mal-qaranı tutan şəxsə tutulan mal-qaranın dəyərinin beş 

faizinədək məbləğdə mükafat verir. 

Göstərilən altı ay müddəti keçdikdən sonra mülkiyyətçi aşkar edilməzsə və ya özü heyvanlar barəsində 

hüquqlarını  bildirməzsə,  mülkiyyətçi  mal-qaraya  olan  mülkiyyət  hüququnu  itirir  (odur  ki,  altı  aylıq  müddət 

preklyuziv  müddət  sayılır).  Belə  halda  heyvanlar  mal-qaranı  saxlayan  və  onlardan  istifadə  edən  şəxsin 

ə

vəzsiz olaraq mülkiyyətinə keçir. O, mal-qaraya mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvan-

ların öz mülkiyyətinə daxil edilməsindən imtina etdikdə, mal-qara əvəzsiz olaraq dövlətin mülkiyyətinə ke-

çir

Qanun  altı  ay  müddəti  keçdikdən  və  heyvanları  saxlayan  şəxsin  heyvanlara  mülkiyyət  hüququ  əldə  etdiyi 

vaxtdan sonra da onların əvvəlki mülkiyyətçisinə qaytarılmasının mümkünlüyü qaydasını müəyyən edir (MM-

in  192-ci  maddəsinin  5-ci  bəndi).  Əvvəlki  mülkiyyətçi  heyvanın  qaytarılmasını  tələb  edə  bilər,  bu  şərtlə  ki, 

mülkiyyətçi heyvanın ona bağlılığını sübut edən dəlillər gətirsin. Heyvanın qaytarılması şərtləri tərəflərin sazişi 

(razılığı) ilə müəyyən edilir. Əgər mal-qaranın qaytarılması şərtləri barədə mübahisə yaranarsa, məsələ məhkə-

mə qaydasında həll edilir. Əgər heyvan əvvəlki mülkiyyətçiyə qaytarılarsa, o, mülkiyyət hüququ əldə edir; yeni 

mülkiyyətçi isə mülkiyyət hüququnu itirir. 



11. Kooperativ mənzil, bağ, qarac və digər tikililərə 

mülkiyyət hüququnun əldə edilməsi 

Kooperativ əmlakı (bağ, mənzil, qarac və digər başqa bina və ya tikili) üzərində mülkiyyət hüququ-

nun  əldə  edilməsi  üsulu  MM-in  178-ci  maddəsinin  8-ci  bəndində  nəzərdə  tutulmuşdur.  Bu  maddəyə  görə, 

mənzil, bağ, qarac kooperativinin və ya digər kooperativin üzvü, habelə pay yığımına hüququ olan digər şəxslər 

onların istifadəsinə verilmiş mənzil, bağ, qarac və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə 

verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Göstərilən həmin qayda «Mülkiyyət haqqın-

da» qanunun 21-ci maddəsinin 3-cü bəndində də ifadə edilmişdi. 

Bəzi müəlliflər mülkiyyət hüququnun əmələ gəlməsinin bu üsulunu ilkin üsul hesab edirlər. Digər müəlliflər 

isə  mülkiyyət  hüququnun  əldə  edilməsinin  göstərilən  üsulunu  törəmə  üsula  şamil  edirlər.  Bizim  fikrimizjə, 

ikinci qrup alimlərin mövqeyi daha əsaslı və inandırıcıdır. Belə ki, mənzil, bağ, qarac və digər binalar və ya ti-

kililər kooperativin mülkiyyətinə daxil olan əmlakdır. Həmin əmlak kooperativ üzvü, habelə pay yığımına hü-

ququ olan digər şəxslər tərəfindən pay haqqı tamamilə ödənildikdən sonra onların mülkiyyətinə keçir. Belə hal-

da,  mahiyyətjə,  əmlak  məjburi  surətdə  alınır,  kooperativin  mülkiyyətindən  vətəndaşların  mülkiyyətinə 



keçir. Burada mülkiyyət hüququnun kooperativdən vətəndaşlara keçməsi hüquqi varisliyə əsaslanır. Bu isə gös-

tərilən üsulun mülkiyyət hüququnun əldə edilməsinin ilkin yox, törəmə üsuluna aid edilməsinə əsas verir. 

Hüquq ədəbiyyatında bəzi müəlliflər kooperativin mülkiyyətində olan əmlaka (mənzilə, bağa, qaraca və s.) 

mülkiyyət hüququnun əmələ gəlməsi üsulunu xüsusi üsul hesab edirlər. Müəlliflərdən bəziləri isə göstərirlər ki, 

bu üsulun mülkiyyət hüququnun əldə edilməsinin xüsusi üsuluna aid edilməsinə heç bir əsas yoxdur. Bizim fik-

rimizjə, göstərilən üsulu mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi üsuluna münjər edən alimlərin fikrində 

daha çox həqiqət çalarları var. Belə ki, kooperativin əmlakı üzərində yalnız məhdud, xüsusi dairə və kateqo-

riya subyektlər — özünün pay haqqını tam ödəyən kooperativ üzvləri mülkiyyət hüququ qazanırlar. Ko-

operativin əmlakına mülkiyyət hüququ əldə edən kooperativ üzvü və ya onun vərəsəsi mülkiyyətçi kimi müqa-



 

280


vilə əsasında həmin əmlakı özgəninkiləşdirmək (satmaq, bağışlamaq və s.) yolu ilə digər hər hansı vətəndaşın 

mülkiyyətinə verə bilər. Bunun üçün yeni mülkiyyətçi olan vətəndaş ərizə verməklə müvafiq kooperativin üzv-

lüyünə qəbul edilir. Bu isə mülkiyyət hüququnun əldə edilməsinin ümumi üsuludur. 

Kooperativin mənzilləri kooperativ üzvlərinin mülkiyyətinə keçdikdən sonra onun mülkiyyətində lift, zirzə-

milər, çardaq və s. əmlak növləri qalır. Bundan sonra kooperativ vətəndaşların həmin əmlak növlərinin istisma-

rını birgə həyata keçirən birliyinə çevrilir. 



12. Əldə etmə müddəti 

Ə

ldə etmə üsulu ilə mülkiyyət hüququnun əldə edilməsi qədim Roma hüququ ilə bağlıdır. Roma hüququ bu 



üsulu «usucapio» adlandırırdı Roma hüququ əldə etmə müddəti institutunu ona görə yaratmışdı ki, hər hansı əş-

yaya mülkiyyət hüququ həmişəlik və ya müəyyən müddətə naməlum qalmasın. 

Ə

ldə  etmə  müddəti  institutu  Azərbaycan  Respublikasının  MM-də  yeni  anlayışdır.  Sovet  dövrünün  mülki 



məcəllələri belə institutu tanımırdı. Bir çox xarici ölkələrin qanunvericiliyində — Almaniyanın,  taliyanın,  s-

veçrənin, Çexiyanın, Majarıstanın, Bolqarıstanın və digər ölkələrin normativ aktlarında əldə etmə müddəti mül-

kiyyət hüququnun əmələ gəlməsinin üsullarından biri kimi nəzərdə tutulur. Məsələn, Almaniya Mülki Qanun-

naməsinin 937-ci paraqrafına görə, on il müddətinə əşyaya mülkiyyət hüququ əsasında vijdanla sahiblik edən 

və mülkiyyətçi olmayan şəxs ona mülkiyyət hüququ əldə edir. Həmin Mülki Qanunnamənin 937-945-ci paraq-

rafları əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququnun əmələ gəlməsi üzrə münasibətləri tənzimləyir. Əldə 

etmə müddəti konstruksiyası Yaponiya qanunvericiliyinə də məlumdur. Bu qanunvericiliyə görə, yalnız müəy-

yən şərtlər mövcud olduqda əldə etmə üsulu əsasında mülkiyyət hüququ əldə edilə bilər: birincisi, daşınmaz əş-

yanın  mülkiyyətçisi  olmaq  niyyəti;  ikincisi,  daşınmaz  əşyaya  dinj  və  açıq  sahiblik  edilməsi;  üçüncüsü,  on  il 

müddətin ötməsi. 

Ə

ldə etmə müddəti institutunun əsas təyinatı və məqsədi mövcud olan faktiki münasibətlərə hüquqi əhə-

miyyət verməkdən, hüquqda və mülki dövriyyədə sabitliyi, dayanıqlığı və möhkəmliyi təmin etməkdən ibarət-

dir; bu institut mübahisəli əmlakın kimə məxsus olması məsələsinin həllində qeyri-müəyyənliyi aradan qaldır-

mağa imkan verir. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrin qanunvericiliyində əldə etmə müddəti üsulu əsa-

sında  yaranan mülkiyyət hüququnun obyekti (daşınmaz əşya və  ya daşınar əşya) barədə məsələ eyni cür həll 

olunmur. Məsələn, Fransa qanunvericiliyinə görə, həm daşınar, həm də daşınmaz əşyalara əldə etmə müddəti 

ə

sasında mülkiyyət hüququ əldə oluna bilər.  ngiltərədə əldə etmə müddəti ilə yalnız daşınmaz əmlaka mülkiy-



yət hüququnun yaranması mümkündür. Almaniyada və  sveçrədə daşınar əşya əldə etmə müddəti üsulu ilə əmə-

lə gələn mülkiyyət hüququnun yeganə obyektidir.  taliyada, RF-də, Hollandiyada və Kvebek əyalətində əldə et-

mə müddəti elə bir üsul sayılır ki, bu üsul əsasında həm daşınar, həm də daşınmaz əşyalara mülkiyyət hüququ 

ə

ldə olunur.  



O ki, qaldı Azərbaycan Respublikasının qanunvericiliyinə, qeyd etmək lazımdır ki, bizim ölkə qanunvericili-

yi 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi yalnız daşınmaz əmlaka əl-

də etmə müddəti ilə mülkiyyət hüququnun əldə edilməsi barədə qayda nəzərdə tuturdu; daşınar əşyalara isə bu 

üsulla  mülkiyyət  hüququ  əldə  oluna  bilməzdi.  Həmin  qanunla  MM-ə  dəyişikliklər  və  əlavələr  edilməsindən 

sonra vəziyyət dəyişilmişdir. Belə ki, indi daşınmaz əmlaka əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ ya-

rana bilməz; çünki qanun göstərirdi ki, sahibsiz daşınmaz əşyaya (yəni mülkiyyət hüququ ilə heç kəsə mənsub 

olmayan, yəni mülkiyyətçisi olmayan və ya mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan daşınmaz əş-

yaya) 15 il ərzində sahiblik edən şəxs həmin əşyaya mülkiyyət hüququ əldə edir (MM-in 179-cu maddəsinin 

qüvvədən düşmüş 1-ci bəndi). Qanun başqa bir maddədə isə müəyyən edir ki, sahibsiz daşınmaz əşyalar dövlətə 

mənsubdur (MM-in 178-ci maddəsinin 7-ci bəndi). Buna görə də, əlbəttə, qanunverici sahibsiz daşınmaz əşya-

lara əldə etmə müddəti üsulu əsasında mülkiyyət hüququnun yaranmasına yol verə bilməz.  ndi bu üsulla yalnız 

daşınar əşyalara mülkiyyət hüququ əldə edilə bilər.

 

Ə

ldə  etmə  müddəti  barədə  qaydalar  MM-in  179-cu  maddəsində,  habelə  181-ci  maddəsinin  4-cü  bəndində 



müəyyən edilmişdir. Əldə etmə müddəti mülkiyyət hüququnun yaranmasını şərtləndirən elə bir üsuldur ki, bu 

üsulla daşınar əmlakın mülkiyyətçisi olmayan fiziki (və ya hüquqi) şəxs beş il müddətində ona öz əmlakı (öz 

mülkiyyəti) kimi vijdanla və fasiləsiz sahiblik edərsə, həmin şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. Belə 

təsəvvür yaranır ki, əldə etmə müddəti yalnız özgəsinin daşınar əmlakına titulsuz (hüquqi əsası olmayan), 



yəni faktiki sahiblik halına şamil edilir. Məsələn, saxlanj müqaviləsinə görə, vətəndaş qonşusunun ona verdiyi 

ə

mlakı saxlayır və ya kirayə müqaviləsinə görə, o, qonşusunun daşınar əmlakını (məsələn, nəqliyyat vasitəsini, 



musiqi alətini, geyim şeylərini və s.) uzun müddətə icarəyə götürür. Göstərilən bu iki halın heç birinə əldə etmə 

müddəti tətbiq edilmir. Ona görə ki, bu, titul (hüquqi əsası olan) sahiblikdir. Amma daşınar əmlakın mülkiyyət-

çisi aydın olmayan şəkildə bu əmlakdan imtina edir. Bunun nəticəsində əmlak başqa şəxsin sahibliyinə keçir. 

Nəzərdə tutulan və tələb edilən şərtlərə əməl olunduqda, həmin şəxs əldə etmə üsulu ilə daşınmaz əşyaya mül-



 

281


kiyyət hüququ əldə edə bilər. Qeyd etməliyik ki, əldə etmə üsulu ilə elə sahibsiz daşınar əşyalara mülkiyyət hü-

ququ yarana bilər ki, həmin əşyaların mülkiyyətçisinin onlara mülkiyyət hüququndan imtina etməsi açıq-aşkar 

xarakter daşımasın. 

Ə

ldə etmə müddəti üsulu ilə mülkiyyət hüququnun əmələ gəlməsinin subyektləri həm fiziki, həm də hüqu-



qi şəxslər ola bilərlərDövlətin və bələdiyyələrin əldə etmə müddətinin subyekti rolunda çıxış etməsi istisna 

edilmir. Mülki hüququn subyekti kimi tanınan hər hansı bir şəxs əldə etmə üsulu ilə əmlaka mülkiyyət hüququ 

ə

ldə edə bilər, bu şərtlə ki, həmin əmlakın əldə edilməsi subyektin hüquq qabiliyyətinə uyğun gəlsin



Uzun  müddətə  uzaq  xarici  ölkələrdən  birinə  işləməyə  gedən  vətəndaşın  (mülkiyyətçinin)  daşınar  əmlakı  öz 

qonşusunun əlinə keçir. Qonşu həmin daşınar əmlaka mülkiyyət hüququ əldə edə bilərmi? Bu suala cavab verərək 

qeyd edirik ki, yalnız tələb olunan şərtlərə əməl olunduqda daşınar əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi 

mümkündür. Bu şərtlər qanunda nəzərdə tutulur. 

Qanun əldə etmə müddəti əsasında mülkiyyət hüququnun əmələ gəlməsi üçün bir neçə şərt müəyyən edir. 

Birincisi, yalnız qanunda nəzərdə tutulan beş il müddəti keçdikdən sonra əmlaka mülkiyyət hüququ əldə 

edilə bilər. Hüquqi varislik münasibətləri yaranan hallarda bu müddət nejə hesablanır? Belə ki, mülkiyyətçisi 

olmayan əmlak ona sahiblik edən (əmlaka əvvəlki sahiblik edən) şəxsdən universal hüquqi varislik (məsələn, 

vərəsəlik üzrə) və ya sinqulyar (məsələn, müqavilə üzrə) hüquqi varislik qaydasında hüquqi varisə keçə bilər. 

Belə halda əmlaka əvvəlki sahiblik edənin və onun hüquqi varisinin əmlaka sahiblik etdiyi müddətlər toplanır. 

Başqa sözlə desək, şəxs hüquqi varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti özünün sahiblik 

etdiyi müddətlə birləşdirə bilər (MM-in 179-cu maddəsinin 2-ci bəndi). Məsələn, ata daşınar əmlaka üç il sahib-

lik etdikdən sonra ölür. Onun oğlu (vərəsəsi) həmin əmlaka üç il sahiblik edir. Həmin müddətlər toplanır (3 il + 

3 il = 6 il). Bu isə onu göstərir ki, mülkiyyət hüququnun əldə edilməsi üçün nəzərdə tutulan şərt göz qabağında-

dır. Yeri gəlmişkən, qeyd edək ki, beş il müddəti barədə şərt bəzi xarici ölkələrin (məsələn, Rusiya Federasiya-

sının və s.) qanunvericilik ənənəsinə uyğun gəlir. RF-in qanunvericiliyi daşınmaz əşyalar üçün 15 illik (digər 

ə

mlak növləri üçün 5 illik) əldə etmə müddəti nəzərdə tutur. Roma hüququ iki illik (daşınar əşyalar üçün bir il-



lik) əldə etmə müddəti haqqında qayda nəzərdə tuturdu. 

kincisi, əldə etmə müddəti ilə yalnız daşınar əmlak (nəqliyyat vasitələri, musiqi aləti, idman avadanlıqla-

rı, məişət predmetləri, geyim şeyləri və s.) üzərində mülkiyyət hüququ qazanıla bilər. Bu yolla daşınmaz əmla-

ka mülkiyyət hüququnun əldə edilməsi istisna edilir. Əvvəldə qeyd etdiyimiz kimi bəzi xarici ölkələrin (məsə-

lən,  taliyanın, RF-in, Almaniyanın, Çexiyanın, Majarıstanın və s.) qanunvericiliyi əldə etmə müddəti üsulu ilə 

daşınar əşyalar üzərində mülkiyyət hüququnun əldə edilməsi qaydasını müəyyən edir.  

Üçüncüsü, əmlaka faktiki sahiblik edən ona öz əmlakı (öz mülkiyyəti) kimi münasibət bəsləməlidir. O, 

ə

mlakı  normal  və  yararlı  vəziyyətdə  saxlamalı,  habelə  əmlakın  saxlanılması  üçün  zəruri  xərjləri  çəkməli  və 



ödəməlidir. Əmlaka faktiki sahiblik edən şəxs əmlakın mülkiyyətçisi olub-olmamasından ehtiyatlanmamalıdır. 

Dördüncüsü, o, əmlaka vijdanla və fasiləsiz sahiblik etməlidir. Vijdanla sahiblik etmə faktiki sahiblik 

edənin əmlaka mülkiyyət hüququnun olmamasını bilməməsini ifadə edir. Vijdanlı əldə edən elə hesab etməlidir 

ki, əmlak hər hansı bir mülkiyyətçiyə məxsus deyildir. Özgə əmlakına mülkiyyətçinin iradəsinin ziddinə olaraq 

(məsələn, oğurluq yolu ilə) qəsdən yiyələnmək və faktiki sahiblik etmək əmlaka vijdanla sahiblik etməni istisna 

edir. Bu hal əmlaka vijdansız sahiblik etməni şərtləndirir. Vijdanlı sahiblik əldə etmə müddətinin vacib atribu-

tudur; bu atributdan məhrum olan sahiblik, yəni vijdansız sahiblik mülkiyyət hüququnun yaranmasına səbəb ol-

mur. Əmlaka fasiləsiz sahiblik etmək dedikdə, mülkiyyət hüququnun əmələ gəlməsi üçün tələb olunan beş il 

müddətində əmlaka sahiblik vaxtı hər hansı fasiləyə yol verilməməsi başa düşülür. Beş il müddəti ərzində müx-

təlif əsaslara görə fasiləsizlik kəsilə bilər. Məsələn, səlahiyyətli şəxs (əmlakın mülkiyyətçisi) əmlakın qaytarıl-

ması barədə əldə edənə qarşı iddia verə bilər və ya əldə edən əmlakın onun mülkiyyətçisinə qaytarılması barədə 

müxtəlif hərəkətlər edə bilər. Belə hallarda əmlaka sahiblikdə fasilə yaranır. Fasilədən sonra əldə etmə müddəti-

nin axımı yenidən davam edir, bu şərtlə ki, əldə etmə müddəti əsasında mülkiyyət hüququnun əmələ gəlməsi 

üçün zəruri olan bütün şərtlərə əməl edilsin. Fasiləyə kimi ötən müddəəldə etmək müddətinə hesablanmır

Məsələn, əldə edən sahibliyin birinci ilində əmlakın mülkiyyətçisini axtarmağa başlayır, yerli mətbuatda bu ba-

rədə elan verir və digər hərəkətlər edir. Belə halda fasiləsizlik kəsilir və fasilə yaranır. Amma əmlakı mülkiy-

yətçiyə qaytarmaq mümkün olmur. Bundan sonra, yəni fasilədən sonra əldə etmə müddətinin axımı yenidən da-

vam edir və əvvəlki bir il müddət bu müddətə daxil edilmir və hesablanmır.  

Ə

ldə etmə müddəti ötənə kimi əmlaka faktiki sahiblik edən şəxs titulsuz əldə edəsayılır. Buna baxmaya-



raq, qanun mülkiyyət hüququ əldə edənə kimi onun mənafeyini əmlakın mülkiyyətçisi olmayan şəxslərdən qo-

runmasını nəzərdə tutur. Əldə edən şəxs öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və qanunda, yaxud mü-

qavilədə nəzərdə tutulmuş digər əsasa görə əmlaka sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə et-

mək hüququna malikdir (MM-in 179-cu maddəsinin 3-cü bəndi). Beləliklə, əmlaka sahiblik edən şəxs həmin 



 

282


ə

mlakın titul sahibi ilə bərabər qaydada öz sahibliyini müdafiə etmək hüququ qazanır. O, öz iradəsindən asılı 

olmayaraq, əmlak sahibliyindən çıxdığı halda vindikasiya iddiası qaldıra bilər. Sahiblikdən məhrum edilməklə 

ə

laqədar olmayan hər hansı hüquq pozuntusu olduqda (məsələn, əmlakdan istifadə hüququnun həyata keçiril-



məsinə üçüncü şəxslər maneçilik və əngəl törətdikdə), əldə edən neqator iddia vermək hüququna malik olur.  

Göstərdiyimiz şərtlər olduqda əldə etmə müddəti əsasında daşınar əmlakı əldə etmiş şəxs həmin əmlaka mül-

kiyyət hüququ qazanır. Yeni mülkiyyətçinin bu hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququndan törəmir, 

ondan irəli gəlmir, yenidən yaranır. Ona görə də həmin üsul mülkiyyət hüququ əldə etmənin ilkin üsulu hesab 

edilir. Mülkiyyət hüququnu müvafiq şəxsin əldə etməsilə əmlakın əvvəlki mülkiyyətçisi ona mülkiyyət hüququ-

nu itirir. 

Qeyd etmək lazımdır ki, bəzi hallarda əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ yarana bilməz. Belə ki, 

ə

gər sahiblik müqavilə öhdəliyi (məsələn, kirayə, saxlama, əvəzsiz istifadə və digər müqavilələr) əsasında həya-



ta  keçirilərsə,  belə  sahibliyə  əldə  etmə  müddəti  haqqında  qaydalar  tətbiq  edilmir.  Bu  qaydalar  o halda  tətbiq 

oluna bilər ki, mülkiyyətçinin əmlakı vijdanlı sahibin əlinə (sahibliyinə) qanuna zidd olmayan hər hansı üsulla, 

müqavilə münasibətlərindən kənar yolla keçsin (məlum məsələdir ki, kirayəçi kirayəyə götürdüyü daşınar əşya-

ya əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ qazana bilməz). Məsələn, mülkiyyətçi daşınar əmlakını unu-

daraq müəyyən şəxsin yanında saxlayır və həmin əmlakı götürmək barədə heç bir tədbir görmür. Bu kimi halla-

ra əldə etmə müddəti haqqında qaydalar tətbiq oluna bilər.  

Hesab  edirik  ki,  əldə  etmə  müddəti  barədə  qaydaların  daşınmaz  əmlaka  münasibətdə  də  tətbiq  olunması 

mümkündür. Qanunvericinin sahibsiz daşınmaz əşyalara (mülkiyyət hüququ ilə heç kəsə mənsub olmayan və ya 

mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan daşınmaz əşyalara) bu qaydaların tətbiq olunmasına yol 

verməməsini başa düşmək olar. Belə ki, əvvəldə qeyd etdiyimiz kimi, sahibsiz daşınmaz əşyalar dövlətə mənsub-

dur (MM-in 178-ci maddəsinin 7-ci bəndi). Odur ki, əldə etmə üsulu ilə onlara mülkiyyət hüququ əldə etmək ol-

maz; dövlət sahibsiz daşınmaz əşyaların mülkiyyətçisidir. 

Amma elə hallar vardır ki, bu hallarda daşınmaz əmlaka əldə etmə müddəti ilə mülkiyyət hüququnun yaran-

ması mümkün ola bilər. Məsələn, hər hansı müqaviləyə (icarə, kirayə və digər müqavilələrə) əsasən mülkiyyət-

çi öz daşınmaz əmlakını bu və ya digər şəxsə verə bilər; həmin şəxs müqavilə müddəti başa çatdıqda daşınmaz 

ə

mlakı  geri  qaytarmır. Mülkiyyətçi  isə  əmlakını  geri  tələb  etmir  və  altı illik iddia  müddətini  (MM-in  373-cü 



maddəsinin 2-ci bəndi) ötürür. Buna görə də o, əmlakı geri almaq hüququnu itirir. Belə halda şəxs həmin da-

ş

ınmaz əmlaka əldə etmə müddətinə əsasən mülkiyyət hüququ əldə edə bilər. Əgər mülkiyyətçi könüllü su-

rətdə  özünəməxsus  daşınmaz  əmlakına  mülkiyyət  hüququndan  imtina  edərsə,  başqa  bir  şəxs  ona  nə  üçün  və 

hansı səbəbə görə əldə etmə müddəti əsasında mülkiyyət hüququ əldə edə bilməsin? Qanunverici bu kimi halla-

rı nəzərə almalıdır; əks təqdirdə mülkiyyət hüququ əsaslı, möhkəm və həqiqi ola bilməz.

 

13. Ani müddə

Mülki qanunvericilik bizim ölkədə daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi barədə xüsusi qayda mü-

ə

yyənləşdirir (MM-in 182-ci maddəsi). Həmin qayda olduğu kimi Almaniya Mülki Qanunnaməsinin 932-ci paraq-



rafından götürülmüşdür. Analoci qaydanı Fransa MM-in 2279-cu maddəsi də nəzərdə tutur: daşınar əşyaya sahiblik 

etmə  hüquqi  əsasa  bərabər  tutulur.  Göstərilən  qaydanı  ngiltərə  və  ABŞ,  sveçrə,  Yaponiya  və  digər  ölkələrin 

qanunvericiliyi də ifadə edir. Həmin qayda Fransa hüquq ədəbiyyatında «ani müddət» adlanır. 

«Ani müddət» qaydasının mahiyyəti ondan ibarətdir ki, daşınar əşyanı vijdanlı əldə edən şəxs əldə etdiyi 

anda ona dərhal mülkiyyət hüququ qazanır. Özü də əşyanı özgəninkiləşdirən şəxsin onun mülkiyyətçisi olub-ol-

mamasının məsələyə dəxli yoxdur. Bu, onu ifadə edir ki, daşınar əşyanı vijdanlı əldə edən şəxs həmin əşyanı 

özgəninkiləşdirən şəxsin bu əşyanın mülkiyyətçisi olmasından asılı olmayaraq, əldə etdiyi anda mülkiyyət hü-

ququ qazanır. Bunun üçün hər hansı vaxt müddətinin ötməsi tələb edilmir. Əsas və başlıja şərt daşınar əşyanı 

ə

ldə edən şəxsin vijdanlı olmasından ibarətdir



Vijdanlı  əldə  edən  odur  ki,  o,  əşyanı  özgəninkiləşdirən  şəxsin  mülkiyyətçi  olmadığını  bilmir  və  ya  bilməyə 

borclu deyil. Məsələn, vətəndaş (mülkiyyətçi) televizoru öz qonşusuna əvəzsiz istifadəyə verir. Qonşu ixtiyarı ol-

maya-olmaya həmin televizoru üçüncü şəxsə satır. Amma üçüncü şəxs bilmir ki, qonşu satılan əşyanın mülkiyyət-

çisi deyildir. Buna görə də o, vijdanlı əldə edəndir. Məhz bu səbəbdən üçüncü şəxs televizoru əldə etdiyi anda dər-

hal ona mülkiyyət hüququ əldə edir. Yapon sivilistika doktrinasında göstərilir ki, belə halda vijdanlı əldə edən on il 

(daşınmaz əşyalar üçün müəyyən edilən əldə etmə müddəti) gözləməli deyil. O, dərhal və təxirə salınmadan mül-

kiyyətçi olur. Bu, onunla izah edilir ki, Yaponiya MM-inin 192-ci maddəsi ani müddəti nəzərdə tutur. Beləliklə, 

üçüncü şəxs (vijdanlı əldə edən) ani müddət əsasında mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi televizorun qaytarıl-

masını ondan tələb edə bilməz. Bu qaydanın tarixi kökü alman adət hüquq norması ilə bağlıdır. Bu norma isə Roma 

hüququnun müəyyən etdiyi prinsipə uyğun gəlmir. Belə ki, həmin prinsipə görə, vijdanlı əldə edənin yox, əşyanın 

həqiqi mülkiyyətçisinin hüququ müdafiə olunurdu; yəni əşya mülkiyyətçiyə qaytarılmalı idi. 


 

283


Dörd halda şəxs vijdanlı əldə edən hesab edilmir: birincisi, əgər əşyanı onun mülkiyyətçisi itirmişsə; ikinci-

si, əşya ondan oğurlanmışsa; üçüncüsü, iradəsinin ziddinə olaraq, başqa şəkildə əşya onun sahibliyində



çıxmışsa; dördüncüsü, əldə edən onu əvəzsiz almışsa. Buna görə də daşınar əşyanı əldə edən şəxs ani müddət 

qaydasında həmin əşyaya mülkiyyət hüququ əldə etmir. Göstərilən hallara misal çəkə bilərik. Birinci halda mül-

kiyyətçi  öz  əşyasını  itirir.  Həmin  əşyanı  onun  qonşusu  tapır.  Qonşu  əşyanı  üçüncü  şəxsə  satır.  Belə  halda 

üçüncü şəxs vijdanlı əldə edən hesab edilmədiyinə görə əşyaya mülkiyyət hüququ əldə etmir.  kinci halda qon-

ş

u mülkiyyətçinin əşyasını oğurlayır və onu üçüncü şəxsə satır. Belə halda da vijdanlı əldə edən olmadığına gö-



rə üçüncü şəxsin həmin əşyaya mülkiyyət hüququ əmələ gəlmir. Üçüncü halda mülkiyyətçinin əşyasını sel apa-

rır  və  həmin  əşya  kənd  sakininin  əlinə  düşür.  O,  əşyanı  öz  qonşusuna  satır.  Bu  halda  da  əşyanı  əldə  edənin 

(qonşunun) mülkiyyət hüququ yaranmır. Dördüncü halda mülkiyyətçi əşyanı qonşusuna saxlanja verir. Qonşu 

özünü əşyanın mülkiyyətçisi kimi qələmə verir və onu öz tanışına bağışlayır. Göstərilən halda da mülkiyyət hü-

ququ əldə olunmur. 

Ani müddət əldə etmə müddətinə oxşar olan institutdur. Mülki hüquq elmində onlar «qohum institutlar» ki-

mi xarakterizə edilir. Özü də həm ani müddət, həm də əldə etmə müddəti mülkiyyət hüququnun əldə edilməsi-

nin  törə



mə  üsulu  yox,  ilkin üsulu  hesab  edilir.  Amma  Fransa  hüquq  ədəbiyyatında  göstərilir  ki,  əldə  etmə 

müddətinin əsas şərti müəyyən sahiblik müddəti sayılır; ani müddət bu xüsusiyyətdən məhrum olduğuna görə 

daxilən ziddiyyətli anlayışdır. Buna görə də təklif olunur ki, göstərilən üsul «ani müddət» yox, «qanuna əsasən 

ə

ldə etmə» (lege)



 

adlanmalıdır. 



14. «Kitab müddəti» 

«Kitab  müddəti»  daşınmaz  əşyaya  mülkiyyət  hüququnun  əldə  edilməsinin  üsullarından  biridir.  Bu  üsul 

Azərbaycan Respublikasının qanunvericiliyi üçün novelladır (MM-in 178-ci maddəsinin 5-ci bəndi). Sovet döv-

rünün mülki məcəllələri həmin üsulu, ümumiyyətlə, tanımırdı. 

«Kitab müddəti»ni bəzi xarici ölkələrin mülki qanunvericiliyi mülkiyyət hüququnun əldə edilməsinin ilkin 

üsulu kimi nəzərdə tutur. Məsələn, Almaniya Mülki Qanunnaməsinin 926-927-ci paraqrafları,  sveçrənin Mülki 

Məcəlləsinin 661-662-ci maddələri bu üsulu tənzimləyən qaydalar müəyyən edir. Bu qaydalar, demək olar ki, 

olduğu kimi bizim ölkə qanunvericiliyinə daxil edilmişdir. 

Göstərilən üsulun «kitab müddəti» adlandırılması onunla izah edilir ki, bu üsulla mülkiyyət hüququnun əmə-

lə  gəlməsi  tələb  olunan  müddət  keçdikdən  sonra  mülkiyyət  hüququnun  daşınmaz  əmlakın  dövlət  reyestrində 

qeydə alınması (kitab qeydiyyatı) ilə bağlıdır. Almaniyada,  taliyada və digər ölkələrdə qeydiyyat torpaq kitabın-

da aparılır. Həmin üsulun adı da məhz bununla bağlıdır. 

«Kitab müddəti» üsulu ilə mülkiyyət hüququnun əmələ gəlməsi bir neçə şərtlə bağlıdır. Birinci şərtə görə, 

torpaq sahəsinin mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınır, yəni bu qeydəal-

maya onun əsası olmur.  kinci şərtə görə, o, qeydəalmanın əsassız olduğunu bilmir. Əgər mülkiyyətçi qeydə-

almanın əsassız olduğunu bilərsə, mülkiyyət hüququnun əmələ gəlməsindən söhbət gedə bilməz. Üçüncü şərtə 

görə, torpaq mülkiyyətçisi torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etməlidir. Bu üç şərt 

mövcud olduqda, o, torpaq sahəsinin faktiki mülkiyyətçisi hesab edilir. Belə ki, bundan sonra əsassız qeydəal-

ma barədə mübahisə edilə bilməz. Daha doğrusu, torpaq sahəsi üzərində həmin şəxsin mülkiyyət hüququ əmələ 

gəlir. 

Bəzi hallarda daşınmaz əmlaka mülkiyyət hüququ məhkəmə qərarı ilə əmələ gəlir. Bunun üçün bir neçə 



şə

rtin olması gərəkdir. Birinci şərtə görə, daşınmaz əmlak dövlət reyestrində qeydə alınmır və yaxud dövlə



reyestrindən daşınmaz əmlakın mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmur və ya daşınmaz əmla-

kın mülkiyyətçisi ölmüş və ya xəbərsiz itkin düşş elan olunur.  kinci şərtə görə, müvafiq şəxs həmin da-

ş

ınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edir. Bu şərtlər ol-



duqda, əmlaka sahiblik edən şəxs mülkiyyətçi kimi dövlət reyestrində qeydə alınmasını məhkəmə qaydasında 

tələb edə bilər. Məhkəmədə işə baxılmamışdan əvvəl mətbuatda şəxsin daşınmaz əşyaya mülkiyyət hüququnun 

yaranması barədə rəsmi elan verilir. Elanda bu əmlak barədə hər hansı bir şəxsin hüququnun olub-olmamasını 

bildirməsi təklif edilir və bu məqsədlə müəyyən müddət nəzərdə tutulur. Həmin müddətdə etiraz verilmədikdə 

və  ya verilən etiraz rədd edildikdən sonra məhkəmə işə baxaraq müvafiq qərar çıxarır. Həmin qərar müvafiq 

şə

xsin mülkiyyətçi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. 



Sahibsiz daşınmaz əşyalar, ümumi istifadədə olan sular, bejərilməyə yararsız torpaqlar, bulaqlar, dağlar və 

faydalı qazıntılar üzərində göstərilən üsulla mülkiyyət hüququnun əldə edilməsi istisna olunur və qeyri-müm-

kündür. Ona görə ki, onlar dövlət mülkiyyəti hesab edilir (MM-in 178-ci maddəsinin 7-ci bəndi). 

Yeni ərazinin yaranması mülkiyyət hüququnun əmələ gəlməsi üsullarından biridir (MM-in 178-ci maddəsi-

nin 3-cü bəndi). Söhbət, mahiyyətjə, mülkiyyət hüququnun əldə edilməsinin birləşmə üsulundan gedir. Bu 

üsul bizim ölkə qanunvericiliyində yeni haldır. Sovet dövrünün qanunvericiliyi həmin üsulu tanımırdı. Göstəri-


 

284


lən üsul Almaniya,  sveçrə kimi dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur. 

Yeni ərazinin yaranması yeni torpaq sahəsinin əmələ gəlməsini ifadə edir. Yeni torpaq sahəsi isə müxtəlif 

hallar, xüsusən də qarşısıalınmaz təbii hadisələr nəticəsində yarana bilər. Belə hallara zəlzələni, yer sürüşməsi-

ni, daşqını, çay yatağının və ya səviyyəsinin dəyişməsini və s. hadisələri misal göstərə bilərik. Bunun nəticəsin-

də yeni torpaq sahəsi meydana gəlir. Bu sahə bitişik torpaq sahəsinə birləşdirilir. Bu sahənin mülkiyyətçisi 

yeni yaradılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edir. Amma torpağın bir torpaq sahəsindən digər 

torpaq sahəsinə yerdəyişməsi mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Çünki belə halda yeni torpaq sa-

həsi əmələ gəlmir və torpaq sahələrinin sərhədləri sabit qalır. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə