MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə47/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   91
§ 6. Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulları 

1. Törəmə üsullar barədə ümumi müddəalar 

Mülkiyyət  hüququnun  əldə  edilməsinin  törəmə  üsulu  hüquqi  varislik  qaydasında,  əsasən  əmlakın  əvvəlki 

mülkiyyətçisinin iradəsi ilə əmələ gəlir. Törəmə üsul ilkin üsuldan onunla fərqlənir ki, əvvəldə qeyd etdiyimiz 

kimi törəmə üsulla mülkiyyət hüququnun əldə edilməsi hüquqi varisliyə əsaslanır.  

Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulunda əmlakın əvvəlki mülkiyyətçisinin (əmlakı özgə-

ninkiləşdirənin) iradəsi nəzərə alınır. Bu üsul əmlakın köhnə (əvvəlki) mülkiyyətçisinin mülkiyyət hüququnun 

xitam edilməsinə səbəb olursa, əmlakın yeni mülkiyyətçisi üçün o, mülkiyyət hüququnun əmələ gəlməsinin əsa-

sı kimi çıxış edir. Başqa sözlə desək, törəmə üsul bir şəxs üçün mülkiyyət hüququnun əmələ gəlməsini, di-

gəşəxs üçün isə bu hüququn xitam olunmasını şərtləndirir

Bəzən  elə  hallar  da  olur  ki,  törəmə  üsulla  şəxslərin  mülkiyyət  hüququnun  əmələ  gəlməsi  əmlakın  əvvəlki 

mülkiyyətçisinin iradəsindən asılı olmur. Məsələn, vərəsəlikdə məjburi pay almaq hüququ olan şəxslərə miras 

ə

mlak vəsiyyət edənin iradəsindən asılı olmadan keçir. 



Törəmə üsulla həm daşınmaz əmlak, həm də daşınar əmlak bir şəxsin mülkiyyətindən digərinin mülkiyyəti-

nə keçir. Fərq yalnız mülkiyyət hüququnun əmələ gəlmə anından ibarətdir. Belə ki, daşınmaz əmlaka mülkiyyət 

hüququ onun verilməsi dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınar əşya üçün mülkiyyət 

hüququ isə əşyanın verildiyi andan əmələ gəlir. Əşyanın verilməsi həmin əşyaya mülkiyyət hüququnun əmələ 

gəlməsi üçün hüquqi əsas rolunu oynayır. 

Daşınar əşyalara mülkiyyət hüququnun əldə edənə keçməsi hansı halla şərtlənir? Hansı hal mülkiyyət hüqu-

qunun bir şəxsdən digər şəxsə keçməsinə əsas olur və kifayət edir? Bu məsələni həll etmək üçün dünyanın ayrı-

ayrı milli hüquq sistemləri tərəfindən üç model müəyyənləşdirilir. Birinci qrup milli hüquq sistemləri (Böyük 

Britaniya,  taliya və Fransa) sazişi daşınar əşyalara mülkiyyət hüququnun verilməsi üçün kifayət edən və zəruri 

olan əsas kimi götürür.  kinci qrup milli hüquq sistemlərinə görə (Almaniya, Polşa, Majarıstan), zəruri olan və 

kifayət edən əsas qismində müqavilə yox, əşyanın faktiki (real) verilməsi çıxış edir. Üçüncü qrup milli hüquq 

sistemləri (Hollandiya, Türkiyə,  sveçrə, Avstriya) belə hesab edir ki, həm müqavilə, həm də əşyanın verilməsi 

zəruri olan, amma heç də qəti olaraq kifayət etməyən (ayrı-ayrılıqda götürüləndə) əsasdır. 

Bizim  ölkə  qanunvericiliyinin  rəsmi  mövqeyi  ikinci  qrup  milli  hüquq  sistemlərinin  mövqeyinə  uyğundur. 

Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən edir: daşınar əşyaya mülkiyyət hüququ-

nun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi ona verməlidir (MM-in 181-ci maddəsinin 1-ci 

bəndi). Amma bu halda əşyaya sahibliyin verilməsinə yalnız maddi akt kimi baxmaq olmaz. Məlum məsələdir 

ki, təkcə maddi akt, yəni əşyanın faktiki (fiziki) cəhətdən əldə edənə verilməsi özlüyündə daşınar əşyaya mül-

kiyyət hüququnun keçməsinə səbəb olmur. Bunun üçün həm də vacibdir ki, mülkiyyətçi ilə əldə edəəşyaya 



mülkiyyət hüququnun verilməsi və keçməsi barədə qarşılıqlı razılığa gəlsinlər. Almaniya sivilistika doktri-

nasında «əşyanın verilməsi» anlayışına məhz bu aspektdən yanaşılır. Dernburq göstərirdi ki, əşyanın verilməsi 

aşağıdakıları tələb edir: birincisi, mülkiyyət hüququnu verən şəxsin buna səlahiyyətinin olması; ikincisi, mül-

kiyyətçi ilə əldə edənin iradələrinin üst-üstə düşmələri; sahibliyin verilməsi. L.Ennekserus belə hesab edirdi ki, 

tərəflərin sazişindən və əşyanın verilməsindən ibarət olan hüquqi əqd və ya müqavilə hüquqi nəticənin yaran-

ması (mülkiyyət hüququnun verilməsi) üçün əsasdır. Müəllif yazırdı ki, tərəflərin sazişi onların arzu etdikləri 

hüquqi  nəticəyə  gətirib  çıxarmır,  bunun  üçün  həm  də  daşınar  əşyanın  özünün  verilməsi  gərəkdir.  A.Rörixtin 

fikrinjə, mülkiyyət hüququnun verilməsi üçün lazımdır ki, mülkiyyətçi əşyanı əldə edənə versin və onlar mül-

kiyyətin keçməsi barədə razılığa gəlsinlər. 

Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarının əhatə dairəsi bir o qədər geniş deyil.  lkin üsullara 

nisbətən onların sayı məhduddur. Törəmə üsullara aiddir: 

 mülki-hüquqi əqdlər; 



 vərəsəlik (universal hüquq varisliyi); 

 əşyanın verilməsi (tradisiya). 



Əş

yanın verilməsi (tradisiya) ikili xüsusiyyətə malik olan anlayışdır. Bir tərəfdən əşyanın verilməsi mülkiy-



 

285


yət hüququnun keçməsini və verilməsini şərtləndirən hüquqi aktdır (əqddir). Digər tərəfdən isə o, mülkiyyət hü-

ququnun əldə edilməsi üsulu kimi çıxış edir. Növbəti yarımbaşlıqda da məhz üsul kimi əşyanın verilməsindən 

söhbət açılır. 

2. Mülki-hüquqi əqdlər mülkiyyət hüququnun  

ə

ldə edilməsinin törəmə üsulu kimi 

Mülkiyyət hüququnun əmələ gəlməsinin əsas törəmə üsullarından biri əqd əsasında əmlakın verilməsidir

Bu üsul MM-in 181-ci  maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.  Göstərilən halda əqd əldə edən üçün 

mülkiyyət hüququnun əmələ gəlməsinin hüquqi əsası (titulu) kimi çıxış edir. 

Ə

qd  dedikdə,  hər  şeydən  əvvəl,  müqavilə  başa  düşülür.  Müqavilə  əldə  edən  üçün  mülkiyyət  hüququnun 



ə

mələ gəlməsini şərtləndirən hüquqi faktdır. Mülki hüquqda bir çox müqavilə mülkiyyət hüququnun verilməsi-

nə,  bir  şəxsdən  digərinə  keçməsinə  yönəlmişdir.  Belə  müqavilələrə  şamil  etmək  olar:  alqı-satqı  müqaviləsini 

(MM-in 567-ci maddəsi); pərakəndə alqı-satqı müqaviləsini (MM-in 614-cü maddəsi); mal göndərmə müqavi-

ləsini  (MM-in  627-ci  maddəsi);  dəyişdirmə  müqaviləsini  (MM-in  662-ci  maddəsi);  bağışlama  müqaviləsini 

(MM-in 666-cı maddəsi); borc müqaviləsini (MM-in 739-cu maddəsi) və əmlakın özgəninkiləşdirilməsinə dair 

digər  müqavilələr.  Belə  müqavilələr  sivilistika  doktrinasında  və  mülki  qanunvericilikdə  əmlakın  mülkiyyətə 

verilməsinə yönələn müqavilələr adlanır. Onlara əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələr də de-

yilir. Bu qəbildən olan müqavilələr bir tərəf üçün mülkiyyət hüququnun əmələ gəlməsinə, digər tərəf üçün isə 

mülkiyyət hüququna xitam verilməsinə səbəb olur. Məsələn, alqı-satqı müqaviləsi əsasında satıcı əşya üzərində 

mülkiyyət hüququnu itirir, alıcı isə mülkiyyət hüququ əldə edir. Başqa bir misalda bağışlama müqaviləsi əsasın-

da hədiyyə verən əşya üzərində mülkiyyət hüququnu itirir, hədiyyə alan isə mülkiyyət hüququ qazanır. 

Mülkiyyət  hüququ,  əsasən,  öhdəlik  müqavilələri  vasitəsilə  əldə  olunur.  Söhbət  alqı-satqı,  dəyişmə,  mal 

göndərmə,  renta  və  s.  müqavilələrdən  gedir.  Bununla  belə,  əşya  müqaviləsi  də  mülkiyyət  hüququnun  əmələ 

gəlmə  üsulu  kimi  çıxış  edə  bilər.  Məsələn,  daşınar  əşyaya  mülkiyyət  hüququnun  verilməsi  barədə  müqavilə 

məhz əşya müqaviləsinə misal ola bilər. Daşınmaz əşyaya mülkiyyət hüququnóí verilməsi barədə müqavilə də 

əş

ya müqaviləsi kateqoriyasına aiddir. Mülkiyyət hüququnun əldə olunması üçün iki şərtə əməl olunması vacib-



dir: birincisi, daşınmaz əşyanın verilməsi barədə tərəflərin razılığa gəlmələri; ikincisi, daşınmaz əmlakın dövlət 

reyestrində (Almaniya qanunvericiliyinə görə, torpaq kitabıíäà) qeydə alınması. 

Müqavilə àíëàyûøû sivilistika doktrinasında üç mənada işlədilir: birincisi, mülki hüquq münasibəti mənasın-

da; ikincisi, hüquq münasibətinin yaranması faktını qeydə alan sənəd mənasında; üçüncüsü, mülki hüquq müna-

sibəti yaradan hüquqi fakt mənasında. Müqavilələr məhz hüquqi fakt mənasında mülkiyyət hüququnun əmələ 

gəlməsinə səbəb olur. 

Müxtəlif müqavilələr əsasında mülkiyyət hüququnun əldə edilməsi üsulu müqavilə hüququ institutunda öy-

rənilir ki, bu, mülkiyyət hüququ hüdudlarından kənara çıxır. Müqavilə vasitəsilə əmlakın özgəninkiləşdirilməsi-

nin konkret üsulları müqavilə hüququnun normaları ilə müəyyən edilir. 

3. Mülkiyyət hüququnun vərəsəlik qaydasında  

(universal hüquq varisliyi) əldə edilməsi üsulu 

Mülkiyyət hüququnun vərəsəlik qaydasında əldə edilməsi üsuluna görə fiziki şəxs öldükdə, ona məxsus olan 

ə

mlaka  mülkiyyət  hüququ  vəsiyyətə  və  ya  qanuna  uyğun  olaraq  vərəsəlik  üzrə  başqa  şəxslərə  keçir.  Belə 



halda mülkiyyət hüququ həm qanun üzrə vərəsəlik qaydasında, həm də vəsiyyət üzrə vərəsəlik qaydasında əldə 

edilə bilər. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxsə (vərəsələrə) qanunun göstərişləri əsasında keçər-

sə,  belə  vərəsəlik  qanun  üzrə  vərəsəlik  adlanır.  Belə  vərəsəlik  zamanı  vərəsələr  kateqoriyasına  daxil  edilir: 

birinci növbə üzrə vərəsələr (ölənin uşaqları, ər və ya arvad, valideynlər və s.); ikinci növbə vərəsələr (ölənin 

bacıları və qardaşları və s.); üçüncü, dördüncü və beşinci növbə vərəsələr.  lk növbədə birinci növbə vərəsələr 

vərəsəliyə çağırılırlar, yəni vərəsə olurlar. Özü də onların vərəsəlikdə payları bərabər olur. Məsələn, yaşayış evi 

miras qoyanın (ölmüş şəxsin) qanun üzrə birinci növbə vərəsələri arasında bərabər paylarla bölünür. Bununla 

onlar yaşayış evinə mülkiyyət hüququ əldə edirlər. 

Birinci növbə vərəsələr olmadıqda, vərəsəliyə ikinci növbə vərəsələr çağırılır və îíëàð miras əmlak üzərində 

mülkiyyət hüququ əldə edirlər. Məsələn, ölən vətəndaşın birinci növbə vərəsələri yoxdur. Belə halda onun qar-

daş və bacıları (yəni ikinci növbə vərəsələr) qanun üzrə vərəsə olurlar. Miras əmlak həmin şəxslərin mülkiyyəti-

nə keçir. Bu qayda ilə növbəlilik prinsipi əsasında digər növbə vərəsələr də vərəsəliyə çağırıla bilərlər. 

Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymasın. Əgər o, ölməsi halı 

üçün öz əmlakını və onun bir hissəsini həm vərəsələr sırasından, həm də qeyri-vərəsələr sırasından müəyyən 

şə

xslərə vəsiyyət edərsə, onda qanun üzrə yox, vəsiyyət üzrə vərəsəlik yaranır. Bu zaman miras əmlak üzərin-



də vəsiyyət üzrə vərəsələr mülkiyyət hüququ əldə edirlər. Məsələn, miras qoyan şəxs öz yaşayış evini öz qonşu-

suna vəsiyyət edir. Belə halda həmin evə mülkiyyət hüququnu qonşu əldə edir. Qeyd etmək lazımdır ki, vəsiy-



 

286


yət üzrə vərəsə qismində həm dövlət, həm bələdiyyələr, həm hüquqi şəxslər, həm də fiziki şəxslər çıxış edə bi-

lərlər. 


Vərəsəlik qaydasında mülkiyyət hüququnun əldə edilməsi üsulu Majarıstan,  taliya,  sveçrənin və digər ölkə-

lərin qanunvericiliyində nəzərdə tutulmuşdur. Bolqarıstanda 29 yanvar 1949-cu il tarixli vərəsəlik haqqında qa-

nun qəbul edilmişdir. Almaniya Mülki Qanunnaməsinin 5-ci kitabı bütövlükdə vərəsəlik hüququna həsr olun-

muşdur.  taliyada vərəsəlik 1942-ci il MM-i ilə tənzimlənir. Fransada vərəsəlik məsələləri 1804-cü  il MM-i ilə 

qaydaya salınır. Xarici ölkələrin qanunvericiliyinin vərəsəlik barədə müddəaları Roma hüququna əsaslanır. 

Vərəsəlik əsasında mülkiyyət hüququnun əldə edilməsinin konkret üsulları vərəsəlik hüququnun normaları 

ilə müəyyən edilir. Vərəsəlik hüququ mülki hüququn yeddi yarımsahəsindən biridir. MM-in xüsusi hissəsinin 

dördüncü bölməsi vərəsəlik hüququna həsr edilmişdir. Ölən şəxsin malik olduğu əmlakın vərəsəlik qaydasında 

onun vərəsələrinə keçməsi, vərəsələrin bu əmlak üzərində mülkiyyət hüququ əldə etmələri ilə əlaqədar məsələ-

lərin geniş işıqlandırılması kitabın «Vərəsəlik hüququ» adlı fəslində nəzərdə tutulduğuna görə biz bu barədə ge-

niş söhbət açmağı lazım bilmirik. 

4. Əmlakın yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinə keçməsi ilə mülkiyyət hüququnun əldə 

edilməsi 

Hüquqi varislik qaydasında əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinə 

keçir. Mülkiyyət hüququnun əldə edilməsinin bu üsulu hüquqi şəxs yenidən təşkil olunduqda tətbiq edilir. Ye-



nidən  təşkil  olunma  dedikdə,  hüquqi  şəxsin  birləşməsi,  qatılması  (qovuşması),  ayrılması  və  bölünməsi  başa 

düşülür. Bu, hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin yollarından biridir.  



Hüquqi şəxslər birləşdikdə, hüquqi varis kimi çıxış edən yeni yaradılmış hüquqi şəxs mülkiyyət hüququ əl-

də edir. Hüquqi şəxs digər hüquqi şəxsə qatıldıqda, qatılan (qovuşan) hüquqi şəxsin hüquq və vəzifələri hü-

quqi varis olan əvvəlki hüquqi şəxsə keçir. Belə halda hüquqi varis mülkiyyət hüququ əldə edir. Hüquqi şəxs 

bölündükdə, yeni yaradılmış hüquqi şəxslər əmlak üzərində mülkiyyət hüququ qazanır. Hüquqi şəxsin tərki-

bindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda, ayrılan hər bir hüquqi şəxs (hüquqi varis) yeni mülkiyyətçi 

kimi çıxış edir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi 

forması dəyişdikdə), yeni yaradılmış hüquqi şəxs (hüquq varisi) üçün mülkiyyət hüququ əmələ gəlir. 

Hüquqi  şəxsin  fəaliyyətinin  xitam  olunmasının  ikinci  qaydası  hüquqi  şəxsin  ləğv  edilməsi  yoludur.  Belə 

halda məsələ nisbətən qəliz xarakter alır və çətinləşir. Ona görə ki, göstərilən həmin yol hüquqi şəxsin əmlakı-

nın hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən onun fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Be-

lə halda əmlakın taleyi və müqəddəratı həmin hüquqi şəxsin təsis sənədlərində və qanunvericilikdə nejə müəy-

yən edilməsindən asılı olur. Əgər qanunvericilikdə və ya təsis sənədlərində (nizamnamədə) başqa qayda nəzər-

də  tutulmazsa,  kreditorların  tələbləri  ödənildikdən  sonra  hüquqi  şəxsin  qalan  əmlakı  onun  təsisçilərinə 

(iştirakçılarına) verilir (MM-in 61-ci maddəsinin 6-cı bəndi). Belə təsəvvür  yaranır ki, ləğv edilmiş hüquqi 

şə

xsin əmlakı üzərində onun təsisçiləri (iştirakçıları) mülkiyyət hüququ qazanırlar. 



Elə hüquqi şəxslər vardır ki, onlar ləğv edildikdə, iştirakçıların qalan əmlaka hər hansı hüququ olmur. Belə 

halda qalan əmlak iştirakçıların (təsisçilərin) sərənjamına verilmir. Qeyri-kommersiya təşkilatlarının bir növü 

olan ictimai birliklər belə hüquqi şəxslərdəndir.  ctimai birlik ləğv edildikdə, onun əmlakı ictimai birliyin ni-

zamnaməsində göstərilmiş məqsədlərə, bu, mümkün olmadıqda isə dövlət büdjəsinə yönəldilir (MM-in 114-

cü  maddəsinin  4-cü  bəndi).  Qeyri-kommersiya  təşkilatlarının  digər  növü  olan  fondlar  barəsində  də  (MM-in 

116-cı maddəsinin 3-cü bəndi), hüquqi şəxslərin ittifaqı haqqında da (MM-in 117-ci maddəsi) analoci göstəriş 

ifadə olunur. Hüquqi şəxs statuslu dini qurumların fəaliyyətinə xitam verildikdə, onların vəqf olmayan əmlakı 

ə

vvəlki sahiblərinə qaytarılır, mülkiyyətdə olan digər əmlak barəsində isə onun nizamnaməsinə (əsasnaməsinə) 



və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərənjam verilir. Əgər hüquqi varis olmazsa, dini qurumların 

ə

mlakı dövlət mülkiyyətinə keçir («Dini etiqad azadlığı haqqında» qanunun 20-ci maddəsi). 



5. Əşyanın verilməsi (tradisiya) mülkiyyət hüququnun  

ə

ldə edilməsinin törəmə üsulu kimi 

Əş

yanın verilməsi mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu sayılır. Özü də bu üsulla yalnız da-

ş

ınar əşyalara mülkiyyət hüququ əldə edilir. Əşyanın verilməsi üsulu bizim ölkə qanunvericiliyində yeni haldır. 



Ə

vvəlki qanunvericilikdə bu üsul nəzərdə tutulmurdu. Mülkiyyət hüququnun əldə edilməsinin əsas üsullarından 

biri kimi əşyanın verilməsinin əsas cəhətləri MM-in 181-ci maddəsinin 1-ci və 2-ci bəndlərində müəyyənləşdi-

rilir. 


Əş

yanın verilməsi üsulu qədim Roma hüququna da bəlli idi. Bu üsul Roma hüququnda «traditio» anlayışı ilə 

ə

hatə edilmişdi.  «Traditio» mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu sayılırdı. Sonralar Almaniya 



Mülki  Qanunnaməsi  bu  üsulu  nəzərdə  tutmağa  başladı.  Hal-hazırda  bir  sıra  xarici  Avropa  ölkələrinin 

qanunvericiliyi əşyanın verilməsi üsulunu «tradisiya» (latınja «traditio» — vermək) adı altında tanıyır. Özü də 



 

287


həmin ölkələrin qanunvericiliyində tradisiya mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu kimi nəzərdə 

tutulur. Almaniya Mülki Qanunnaməsinin 929-cu paraqrafına görə, daşınar əşyaya mülkiyyət hüququnun veril-

məsini həyata keçirmək üçün əşyanın mülkiyyətçisi ilə onu əldə edən şəxsin qarşılıqlı razılığa gəlmələri tələb 

olunur. Bunun üçün həm də zəruridir ki, əşyanın verilməsi faktı mövcud olsun.  sveçrə Mülki Məcəlləsi tradisi-

yanı (əşyanın fiziki cəhətdən verilməsini) daşınar əşyaya mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulların-

dan biri kimi müəyyən edir. Majarıstan MM-inin 117-ci maddəsinə görə, əşyanın faktiki olaraq verilməsi mül-

kiyyət hüququnun başqasına keçməsinə səbəb olur. Bu Məcəllə əşyanın verilməsini mülkiyyət hüququnun əldə 

edilməsinin törəmə üsullarından biri kimi müəyyən edir. 

Tradisiya münasibətlərində iki subyekt çıxış edir: daşınar əşyanı özgəninkiləşdirən şəxs (Roma hüququ onu 

tradens adlandırırdı); daşınar əşyanı əldə edən şəxs (Roma hüququ həmin şəxsi accipiens, yəni aksipiens adlan-

dırırdı). Biz də Roma hüququ ənənələrinə uyğun olaraq, onları bu adlarla əhatə edəjəyik. 

Tradisiyanın mülkiyyət hüququnun əmələ gəlməsinin üsulu kimi çıxış etməsi üçün bir neçə şərtin olması la-

zımdır.  Birinci  şə

rtə  görə,  daşınar  əşyaya  sahiblik  özgəninkiləşdirən  şəxsin  iradəsi  üzrə  əldə  edənə  keçir. 

Mülkiyyət hüququnun tradisiya yolu ilə verilməsi və keçməsi üçün əşyaya sahibliyin verilməsi barədə tradensin 

iradəsinin olması tələb edilir. Bu, onu göstərir ki, tradisiyada iradə ifadə olunur.  kinci şərtə görə, şəxsin əşya-

nı  özgəninkiləşdirməyə  ixtiyarı  çatmalıdır.  Daha  doğrusu,  o,  əşyanın  mülkiyyətçisi  olmalıdır.  Amma  bəzən 

mülkiyyətçi olmayan şəxs də əşyanın özgəninkiləşdirilməsinə vəkil edilir. Üçüncü şərtə görə, tradens (mülkiy-

yətçi) və aksipiens (əldə edən) qarşılıqlı razılığa gəlirlər. Bu, o deməkdir ki, tradisiya yolu ilə mülkiyyət hü-

ququnun verilməsi və keçməsi üçün təkcə tradensin iradəsi kifayət etmir. Bunun üçün həm də aksipiensin əşya-

ya  sahibliyi  qəbul  etmək  barədə  iradəsinin  mövcudluğu  tələb  olunur.  Söhbət  mülkiyyət  hüququnun  keçməsi 

haqqında qarşılıqlı razılaşmadan gedir. Bu isə onu ifadə edir ki, tradisiya iradəvi akt olub, hüquq kimi çıxış 

edir.  radə isə üç şərt üzrə uyğun gəlib, üst-üstə düşməlidir: mülkiyyət hüququnun verilməsi barədə; müəyyən 

şə

xsə  verilməsi  barəsində;  müəyyən  əşyanın  verilməsi  barəsində.  Bunun  nəticəsində  tradens  üçün  mülkiyyət 



hüququnu aksipiensə vermək və keçirmək vəzifəsi, aksipiens üçün isə tradensdən əşyaya mülkiyyət hüququnun 

verilməsini tələb etmək hüququ yaranır. Əgər qarşılıqlı razılaşma olmazsa, onda mülkiyyət hüququnun əmələ 

gəlməsindən söhbət gedə bilməz. Belə halda aksipiensin əşya üzərində yalnız faktiki sahibliyi yaranır. 

Dördüncü şərtə görə, tradens (mülkiyyətçi) əşyaya sahibliyi aksipiensə (əldə edənə) verməlidir. Söhbət 

əş

yanın aksipiensin faktiki (fiziki) sahibliyinə verilməsindən gedir. Bu isə onu ifadə edir ki, tradisiya iradəvi 



akt olmaqdan savayı, həm də maddi aktdır. Buradan belə nəticəyə gələ bilərik ki, tradisiya hüquq kimi çıxış 

etməkdən başqa, həm də faktdır. Deməli, tradisiya özündə həm hüquqi, həm də faktiki (maddi, fiziki) cəhətləri 

birləşdirir. Bu, Almaniya sivilistika doktrinasından irəli sürülən konsepsiyaya uyğun gəlir. Müəlliflərdən L.En-

nekserus haqlı olaraq yazır ki, hüquqi nəticənin yaranması (mülkiyyət hüququnun verilməsi) üçün həm tərəflə-

rin sazişi (Einigung), həm də əşyanın verilməsi gərəkdir. Saziş dedikdə isə tərəflərin qarşılıqlı iradə ifadəsi başa 

düşülür. Müəlliflərdən A.Rörixt analoci mövqedə dayanaraq göstərir ki, tradisiya iki hissədən ibarətdir: əqddən 

(hüquqi  hissədən);  əşyaya  faktiki  yiyəliyi  verməkdən  (faktiki  hissədən).  Y.Şappın  fikrinjə,  tradisiya  yolu  ilə 

mülkiyyət hüququnun əldə edilməsi iki hissədən ibarətdir: mülkiyyət hüququnun verilməsi barədə sazişdən (hü-

quqi hissə); əşyaya sahibliyi verməkdən (faktiki hissə). G.Şerşeneviç göstərir ki, tradisiya dedikdə, bir şəxsin 

mülkiyyət  hüququnu  keçirmək  (vermək)  niyyəti  ilə  əşyanı  digər  tərəfə  təhvil  verməsi  başa  düşülür.  Deməli, 

«faktiki hərəkət» və  «bilavasitə fiziki cəhətdən ələ keçirmə» mənasında (Hegelin təbirinjə) əşyanın verilməsi 

mülkiyyət hüququnun verilməsi barədə saziş olmadan hər hansı hüquqi nəticəyə, yəni mülkiyyət hüququnun əl-

də edilməsinə səbəb olmur. 

Əş

yaya sahibliyi vermək üçün bizim ölkə qanunvericiliyi üç yol müəyyən edir (MM-in 181-ci maddəsinin 2-



ci bəndi). Birinci yola görə, əşya aksipiensin (əldə edənin) birbaşa sahibliyinə verilməsi ilə verilir (birbaş

sahiblik yolu). Məsələn, əşya aksipiensə təhvil verilir (əldən-ələ).  kinci yola görə, əşya aksipiensin dolayı sa-

hibliyinə verilir (dolayı sahiblik yolu). Bu yol əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsini nəzərdə tu-

tur.  Belə  halda  əşya  tradensin  birbaşa  sahibliyində  qalır.  Roma  hüququ  əşyanın  bu  yolla  verilməsini 

«constitutum  possessorium»  anlayışı  ilə  əhatə  edirdi.  «Constitutum  possessorium»  yolunun  mahiyyəti  ondan 

ibarətdir ki, tradens (mülkiyyətçi) ilə aksipiens (əldə edən) əşyanın özgəninkiləşdirilməsi barədə razılığa gəlir-

lər. Müqavilədə həmin əşyanın tradensin (mülkiyyətçinin) sahibliyində qalması nəzərdə tutulur. Əşya tradensin 

(mülkiyyətçinin)  sahibliyində  qalır.  Amma  həmin  əşyanın  mülkiyyətçisi  aksipiens  (əldə  edən)  hesab  olunur. 

Belə ki, əşya üzərində o, mülkiyyət hüququ əldə edir. Məsələn, vətəndaş qarşılıqlı razılaşma əsasında minik av-

tomobilini qonşusuna satır. Amma onlar razılığa gəlirlər ki, istifadə etmək məqsədilə avtomobil iki il müddətinə 

vətəndaşın sahibliyində qalsın. Belə halda avtomobilin mülkiyyətçisi qonşu hesab edilir. Vətəndaşın minik av-

tomobilindən istifadə etməsi onu göstərir ki, onunla qonşu arasında kirayə (icarə) hüquq münasibəti yaranmış-

dır. 


 

288


Üçüncü yola görə, tradens (mülkiyyətçi) üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu aksipiensə (əl-

də edənəverir (tələbin güzəşti). Onun sahibliyi tələb etmək hüququ müxtəlif hüquq münasibətlərindən irəli 

gələ bilər: alqı-satqı müqaviləsindən; saxlanj müqaviləsindən; daşıma müqaviləsindən; kirayə müqaviləsindən 

və  s.  Məsələn,  sifarişçi  qabaqjadan  podrat  haqqını  ödəməklə  podratçıya  mebel  hazırlatdırır.  Belə  halda  onun 

mebelə sahibliyin verilməsini podratçıdan (üçüncü şəxsdən) tələb etmək hüququ yaranır. Sifarişçi ilə onun qon-

ş

usu razılığa gəlirlər ki, mebelə mülkiyyət hüququ qonşuya güzəşt edilsin. Bunun üçün vacibdir ki, mebelə sa-



hibliyin verilməsini podratçıdan (üçüncü şəxsdən) tələb etmək hüququ qonşuya ýöçÿøò åäèësin. Bu, sahibliyin 

verilməsini ifadə edir. Başqa bir misalda yük sahibi ilə sahibkar daşıyıcıda (üçüncü şəxsdə) olan yükün sahibka-

ra verilməsi barədə razılığa gəlirlər. Belə halda yük sahibinin üçüncü şəxsdən (daşıyıcıdan) yükün verilməsini 

tələb etmək hüququnu sahibkara güzəşt etməsi (verməsi) kifayətdir. Bu, sahibliyin verilməsini ifadə edir. Yeri 

gəlmişkən, sahibliyin bu yolla verilməsi Almaniya MQ-nin 931-ci paraqrafında nəzərdə tutulmuşdur. 

Sahiblik, Roma hüququnun dili ilə desək, «qısa əllə» də (traditio brevi manu) verilə bilər. Bu yoldan o hal-

da istifadə olunur ki, mülkiyyətçinin əşyası hər hansı hüquqi əsasa görə (icarə, kirayə, saxlama, daşıma və s. 

münasibətlərə görə) müəyyən şəxsdə olur. Onlar əşyaya mülkiyyət hüququnun həmin şəxsə verilməsi barədə ra-

zılığa gəlirlər. Məlum məsələdir ki, belə halda əşyaya sahibliyin şəxsə verilməsi tələb olunmur. Çünki əşya ar-

tıq onun sahibliyindədir. Məsələn, sənətçi musiqi alətini musiqi məktəbində oxuyan tələbəyə əvəzsiz istifadəyə 

verir.  stifadə müddəti başa çatdıqda, həmin alətə mülkiyyət hüququnun tələbəyə keçməsi barədə onlar razılığa 

gəlirlər. Başqa bir misalda şəxs öz qonşusunun əşyasını icazəsiz götürür. Bundan sonra onlar əşyaya mülkiyyət 

hüququnun həmin şəxsə (əşyanı götürənə) verilməsi barədə razılığa gəlirlər. Belə halda «traditio brevi manu» 

göz qabağındadır. G.F.Şerşeneviç yazır ki, «constitutum possessorium» və «traditio brevi manu» hallarında əş-

yanı vermək artıq şeydir. Bu, onlar üçün ümumi cəhətdir. 

Tradisiyanın  hüquqi  təbiəti  sivilistika  doktrinasında  mübahisə  doğuran  məsələlərdəndir.  Əvvəljə  tradisiya 

birtərəfli  əqd  (tradens  üçün),  sonra  isə  ikitərəfli  əqd,  əşya  müqaviləsi  hesab  edilmişdir.  Onu  mücərrəd  əşya 

müqaviləsi sayan müəlliflərin mövqeyi daha geniş yayılmışdır. Almaniya mülki hüquq elmində bu mövqe 

üstünlük təşkil edir. 



6. Bəhərə, məhsula və gəlirə mülkiyyət hüququnun  

ə

ldə edilməsi 

Hüquq ədəbiyyatında bəhərə, məhsula və gəlirə mülkiyyət hüququnun əldə edilməsi üsulunun ikili xarakte-

rə malik olması fikri irəli sürülür. Bu, onu ifadə edir ki, göstərilən bu üsul bəzi hallarda mülkiyyət hüququ-

nun əmələ gəlməsinin ilkin, digər hallarda isə törəmə üsulu kimi çıxış edir.  

Ə

mlakdan istifadə nəticəsində əldə olunan bəhər, məhsul və gəlirə mülkiyyət hüququ qanunda nəzərdə tutu-



lan əsaslarla əldə edilir (MM-in 135-ci maddəsinin 12-ci bəndi və 181-ci maddəsinin 3-cü bəndi). Bəhər, gəlir 

və məhsul dedikdə, əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə nəticəsində əldə edilən artım başa düşü-

lür. Bunlar bir-birindən alınma üsuluna görə fərqlənirlər. Bəhər iki cür olur: təbii (natural) bəhər; mülki bəhər. 

Təbii  bəhər  dedikdə,  təbii  mənşəyə  malik  olan  heyvan  və  bitkilərin  üzvü  inkişafının  nəticəsi  başa  düşülür. 

Meyvə  ağajlarının  barını,  ev  quşlarının  və  mal-qaranın  balasını,  onların  verdiyi  məhsulları  (südü,  yumurtanı, 

yunu və s.) təbii (natural) bəhərə aid etmək olar. Mülki bəhərə gəlir də deyilir. Gəlir dedikdə, əşyanın mülki 

dövriyyədə (icarə, borc, kirayə və digər mülki hüquq münasibətlərdə) iştirakı nəticəsində əldə edilən pul və di-

gər  ödənişlər  başa  düşülür.  Məsələn,  bank  əmanəti  üzrə  faizlər,  ixtiradan  istifadəyə  görə  verilən  haqq,  icarə 

haqqı, səhmə görə alınan dividend və s. gəlirə misal ola bilər. Məhsul dedikdə, əşyanın emalı, yenidən emalı və 

ya ondan məqsədyönlü qaydada istifadə edilməsi nəticəsində alınan əmlak başa düşülür. Məsələn, müəssisənin 

hazırladığı mal, istehsal olunan məmulat, inşaatçıların tikdiyi ev və s. məhsul hesab edilir. 

Bəhərə və məhsula mülkiyyət hüququnun əldə edilməsi ilkin üsula, gəlirə mülkiyyət hüququnun əldə edil-

məsi isə törəmə üsula aid edilir. Gəlir törəmə üsula ona görə şamil edilir ki, burada mülkiyyət hüququnu əldə 

edənin hüququ əmlakın əvvəlki mülkiyyətçisinin hüququndan asılıdır. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın 

təbii bəhəri də onun mülkiyyətindədir (MM-in 135-ci maddəsinin 12-ci bəndi).  

Bəhər əşyanın tərkib hissəsidir. Belə halda bəhər əşya ilə birlikdə onun mülkiyyətçisinə məxsus olur. Ona 

görə ki, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Bəhərlər əşyadan ayrıldıqda, on-

lar mülki dövriyyədə müstəqil əşyalar kimi çıxış edir. Bu halda isə müxtəlif əqdlər (alqı-satqı, bağışlama, dəyiş-

mə və s. müqavilələr) əsasında bəhərlərə mülkiyyət hüququ əldə edilə bilər.  

Beləliklə, mülkiyyət hüququnun əldə edilməsi üsullarının MM-in 178-192-ci maddələrində müəyyən edilən 

qəti siyahısı göstərilənlərdən ibarətdir. Lakin hüquq ədəbiyyatında bu siyahının qeyri-qəti olması fikrini irəli sü-

rən müəlliflər də var. Həmin müəlliflərin fikrinjə, digər üsulların da tətbiqi istisna edilmir. Onlar əmlakın rəm-

zi mənada verilməsini belə üsullardan hesab edirlər. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, satılmış mənzilin, 

avtomobilin və digər əmlak növlərinin açarı əldə edənə verilir. Həmin üsul Roma hüququnda «traditio longa 



 

289


manu» (uzun əllə vermək) və ya «traditio symbolica» (rəmzi vermək) adlanırdı. Onun əsasında mülkiyyətçi 

ə

ldə edənə özgəninkiləşdirilən əşyanın özünü yox, onun simvolunu (rəmzini) verirdi və ya hər hansı rəmzi hərə-



kət nümayiş etdirirdi. Belə hərəkətlə mülkiyyətçi göstərirdi ki, o, əşyaya olan mülkiyyət hüququndan əl çəkir və 

bu hüququ əldə edənə verir. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə