MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə48/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   91
§ 7. Mülkiyyət hüququna xitam verilməsi 

1. Mülkiyyət hüququnun xitam edilməsinin  

ə

sasları və üsulları 



Mülkiyyət  hüququnun  xitam  edilməsinin  əsasları  dedikdə,  elə  hüquqi  faktlar  başa  düşülür  ki,  bunun 

nəticəsində əmlak üzərində şəxsin subyektiv mülkiyyət hüququ ləğv edilir və itirilir. Belə halda eyni bir hüquqi 

fakt  müəyyən  şəxs  üçün  mülkiyyət  hüququnun  itirilməsinə,  digər  şəxs  üçün  həmin  hüququn  əldə  edilməsinə 

ə

sas  olur.  Bu,  mülkiyyət  hüququnun  əldə  edilməsinin  törəmə  üsulları  üçün  xarakterikdir.  Məsələn,  müqavilə 



ə

sasında əşyanın verilməsi satıcı üçün mülkiyyət hüququnun xitam olunmasını, alıcı üçün mülkiyyət hüququ-

nun  əmələ  gəlməsini  şərtləndirir.  Buna  görə  də  bəzi  müəlliflər  mülkiyyət  hüququnun  itirilməsinə  səbəb  olan 

üsulları həm də mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarına şamil edirlər. 

Mülkiyyət hüququnun xitam edilməsinin əsasları müxtəlif meyarlara görə təsnif edilir. Əmlakın növündə

və  vəziyyətindən  asılı  olaraq,  qanun  mülkiyyət  hüququnun  itirilməsinin  iki  növünü  fərqləndirir:  daşınmaz 

ə

mlaka mülkiyyət hüququnun itirilməsi (MM-in 203-cü maddəsinin 1-ci bəndi; məsələn, dövlət reyestrində 

qeydəalma barədə  yazı ləğv  edildikdə, əmlak tamamilə məhv olduqda); daşınar əşyaya mülkiyyət hüququ-

nun itirilməsi (MM-in 203-cü maddəsinin 2-ci bəndi; məsələn, əşyanın məhv olunması, əşyanın müqavilə əsa-

sında başqa şəxsə verilməsi və s.). 



Başqa şəxslər üçün mülkiyyət hüququnun əmələ gəlməsinə görə əsaslar iki cür olur və bu baxımdan mül-

kiyyət hüququnun itirilməsinin iki cür əsası fərqləndirilir: eyni vaxtda başqası üçün (hüquq varisi üçün) mül-



kiyyət  hüququnun  əmələ  gəlməsinə  səbəb  olan  əsaslar  (mülkiyyət  hüququnun  itirilməsinin  əsasları);  digər 

şə

xs üçün (hüquqi varis üçün) belə nəticənin yaranmasına səbəb olmayan əsaslar (mülkiyyət hüququnun iti-



rilməsinin əsasları). Birinci növə özəlləşdirməni, milliləşdirməni, müqavilə əsasında mülkiyyət hüququnun əldə 

edilməsini, yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi üçün mülkiyyət hüququnun əmələ gəlməsini, öh-

dəliklər üzrə tələbin mülkiyyətçinin əmlakına yönəldilməsini, həczi, müsadirəni və sairəni, ikinci növə təbii fə-

lakət nəticəsində əmlakın tələf edilməsini, mülkiyyətçinin özü tərəfindən onun məhv olunmasını, əşyanın isteh-

lak edilməsini misal göstərmək olar. 

radəvi  əlamətə  görə  əsaslar  iki  növə  bölünür:  mülkiyyətçinin  iradəsindən  asılı  olan  əsaslar  (subyektiv 

ə

saslar);  onun  iradəsindən  asılı  olmayan  əsaslar  (obyektiv  əsaslar).  Birinci  halda  mülkiyyətçinin  iradəsi  ilə 

(məsələn, müqavilə üzrə əmlakın verilməsi, vəsiyyət yolu ilə əmlakın vərəsələrə keçməsi və s.), ikinci halda isə 

onun iradəsindən asılı olmadan (məsələn, həcz, müsadirə, əmlakı itirmə, milliləşdirmə, zəlzələ nəticəsində əş-

yanın tələf olması və s.) mülkiyyət hüququna xitam verilir. 

Könüllülük əlamətinə görə mülkiyyət hüququnun itirilməsi əsasları iki cür olur: könüllü əsaslarməjburi 

ə

saslar. Birinci növ əsaslara şamil edilir: alqı-satqı, bağışlama, dəyişmə və s. müqavilələr əsasında əşyanın baş-

qa şəxsə verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi; mülkiyyətçinin özü tərəfindən könüllü olaraq əmla-

kın məhv edilməsi; əşyanın istehlak (istifadə) olunması; əşyanın emal olunması; əşyaya olan mülkiyyət hüqu-

qundan mülkiyyətçinin imtina etməsi. 

Məjburi əsasların mahiyyəti ondan ibarətdir ki, bu əsaslara görə əmlak onun mülkiyyətçisindən məjburi ola-

raq alınır və onun mülkiyyət hüququna xitam verilir. Yalnız qanunda nəzərdə tutulduğu halda məjburi əsaslara 

görə mülkiyyət hüququna xitam verilə bilər. Bu əsaslar MM-in 203-cü maddəsinin 3-cü bəndində göstərilir: öh-

dəliklər üzrə tələbin əmlaka yönəlməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdi-

rilməsi; torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfat-

sızjasına saxlanan mədəni sərvətlərin satınalma yolu ilə alınması; rekvizisiya (həcz); müsadirə. Bu əsaslardan 

bəziləri əmlakın mülkiyyətçidən əvəzli qaydada (məsələn, həcz), digər əsaslar isə əvəzsiz olaraq (məsələn, mü-

sadirə)  alınmasını  nəzərdə  tutur.  Mülkiyyət  hüququnun  xitam  verilməsini  şərtləndirən  məjburi  əsaslar  barədə 

normanı genişləndirici təfsir etmək olmaz. 

MM-in 9-cu fəsli (203-212-ci maddələri) mülkiyyət hüququnun xitam edilməsinə həsr edilmişdir. Mülkiyyət 

hüququnun itirilməsi ilə əlaqədar məsələlərin qanunla qaydaya salınmasının böyük əhəmiyyəti vardır. Bununla 

bir növ Konstitusiyada (13-cü maddə) və MM-də (6-cı maddə) təsbit edilmiş mülkiyyət toxunulmazlığı prin-

sipinə hüquqi təminat verilir

2. Əmlakın tələf və ya məhv edilməsi ilə mülkiyyət  

hüququna xitam verilməsi 

Ə

mlakın tələf və ya məhv edilməsi ilə mülkiyyət hüququna xitam verilməsi üsulu MM-in 203-cü maddəsi-



 

290


nin 1-ci bəndində nəzərdə tutulmuşdur. Bununla həm daşınar, həm də daşınmaz əmlak üzərində mülkiyyət hü-

ququ xitam edilir. Daşınmaz əmlak məhv olduqda, onun dövlət reyestrində qeydiyyatı ləğv edilir (MM-in 150-

ci maddəsi). Belə ki, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüqu-

qi  mənasını  itirərsə,  maraqlı  şəxs  məhkəmə  qaydasında  qeydiyyatın  ləğvini  tələb  edə  bilər;  məhkəmə  qərarı 

məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi üçün əsasdır. 

Ə

mlakın tələf olması dedikdə, mülkiyyətçinin iradəsindən asılı olmadan tam təsadüfi vəziyyətdə əmlakın 

mülkiyyət hüququnun obyekti kimi yox olması başa düşülür. Belə halda əmlakın mövcudluğuna heç kəsin təq-

siri olmadan son qoyulur. Əmlakın tələf olmasına səbəb olan tam təsadüfi vəziyyət dedikdə, təsadüfi hadisələr, 

qarşısıalınmaz qüvvənin hərəkəti başa düşülür. Qarşısıalınmaz qüvvəyə zəlzələni, yanğını, daşqını, qasırğanı və 

digər təbii fəlakət hallarını misal göstərmək olar. Qarşısıalınmaz qüvvənin törətdiyi nəticəyə görə heç kəs mə-

suliyyət daşımır. Ümumi qaydaya görə, əmlakın təsadüfən tələf olması üçün risq mülkiyyətçinin üzərinə düşür.  

Ə

mlakın  məhv  edilməsi  dedikdə,  hər  hansı  üçüncü  şəxsin  qeyri-hüquqi  hərəkətləri  nəticəsində  əmlakın 

mövcudluğuna son qoyulması başa düşülür. Belə halda delikt (ziyan vurma nəticəsində əmələ gələn) öhdəlikləri 

yaranır və mülkiyyətçi təqsiri olan şəxsdən vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ qazanır. 

Ə

mlakın məhv edilməsindən ibarət olan mülki hüquq pozuntusuna (deliktə) görə təqsirkar şəxs məsuliyyət daşı-



yır. O, mülkiyyətçiyə vurduğu zərəri tam həjmdə ödəməlidir (MM-in 1097-ci maddəsinin 1-ci bəndi). 

Ə

mlak həm mülkiyyətçinin iradəsi ilə, həm də onun iradəsindən asılı olmadan məhv edilə bilər. Birinci hala 



misal kimi vətəndaşın yeni bağ evi tikməsi üçün köhnəni uçurmasını göstərmək olar.  kinci halda mülkiyyətçi 

icrası  onun  üçün  məjburi  olan  baytarlıq,  sanitar  və  ya  yanğından  mühafizə  orqanlarının  göstərişləri  əsasında 

müvafiq əmlakı məhv edir. Məsələn, heyvanların xüsusi təhlükəli xəstəlik mənbələrinin ləğvi zamanı Baş döv-

lət baytar müfəttişinin qərarı ilə heyvandarlıq məhsulları məhv olunur. 

Ə

mlakın göstərilən üsulla məhv edilməsinə əmlakın istehlakını da aid etmək olar. Məsələn, ərzaq məhsulları 



istehlak  olunur,  material  və  xammal  istehsal  prosesində  istifadə  edilir,  avadanlıq  işlədilməklə  yox  olur  və  s. 

Söhbət ilk növbədə, şəxsi istehlakdan gedir. Belə ki, mülkiyyətçi özünə məxsus olan əmlakı istehlak edir və bu-

nun nəticəsində həmin əmlaka mülkiyyət hüququna xitam verilir.  stehsal istehlakına gəldikdə isə qeyd etməli-

yik ki, bunun nəticəsində istehlak olunan əmlakın əvəzində yeni əmlak yaradılır və ona mülkiyyət hüququ müəy-

yən edilir. Məsələn, xammaldan yeni məhsul istehsal olunur və s. 

Qeyd etmək lazımdır ki, əmlakın istehlakı eyni zamanda həm istifadə aktı, həm də faktiki sərənjam aktıdır 

Bu akt nəticəsində mülkiyyət hüququ ləğv olunur. 

Fransa  hüquq  ədəbiyyatında  barəsində  danışdığımız  üsul  əşyanın  itməsi  adlanır.  Belə  ki,  əşyanın  itməsi 

nəticəsində mülkiyyət hüququnun obyekti yox olur və buna görə də mülkiyyət hüququnun özü itir. Aydın məsə-

lədir ki, obyektsiz mülkiyyət hüququ mövcud ola bilməz.

 

3. Mülkiyyətçinin öhdəlikləri üzrə ödəmənin  

ə

mlaka yönəldilməsi 



Mülkiyyətçinin öhdəlikləri üzrə tələbin əmlaka yönəltməəsasında mülkiyyət hüququna xitam veril-

məsini nəzərdə tutan 205-ci maddə MM-də yeni haldır. Lakin buna baxmayaraq, həmin maddədə formulə edi-

lən qaydalar digər normativ aktlarda ifadə edilməklə təjrübədə tez-tez tətbiq olunur. 

Tələbi əmlaka yönəltmək yolu ilə mülkiyyət hüququna yalnız məhkəmə qərarı əsasında xitam verilir. Məh-

kəmə qərarı cavabdehdən (kreditorlara borcu olan əmlakın mülkiyyətçisindən) əmlakın məjburi surətdə alınma-

sına səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında əmlakın alınması icra sənədi ilə həyata keçi-

rilir.  cra sənədi məhkəmə tərəfindən verilir. Tələbin əmlaka yönəldilməsi MPM normaları ilə tənzimlənir.  

Qanunla və ya müqavilə ilə tələbin əmlaka yönəldilməsinin başqa qaydası da nəzərdə tutula bilər. Məsələn, 

«Dövlət vergi xidməti haqqında» qanunun 5-ci maddəsinin 15-ci bəndinə görə, dövlət vergi xidməti orqanları 

vergi və digər ijbari ödənişlər üzrə borcların vergi ödəyicisinin əmlakına yönəltmək hüququna malik idi. Belə 

halda  qanun  tələbin  əmlaka  yönəldilməsinin  qeyri-məhkəmə  qaydasını  müəyyən  edirdi.  Amma  indiki  vergi 

qanunvericiliyinə görə, vergi orqanları vergi öhdəliyini təmin etmək məqsədilə vergi ödəyicisinin əmlakının si-

yahıya alınması üçün tədbirlər görür. Belə siyahıyaalma müvafiq vergi öhdəliyinin yerinə yetirilməsini təmin 

etmək üsuludur. Vergi ödəyicisi, əgər əmlak siyahıya alındıqdan sonra 60 gün müddətində vergi öhdəliyini ye-

rinə yetirmədikdə, vergi orqanı əmlakın ixtisaslaşdırılmış açıq hərrajda satılması barədə məhkəməyə müraciət 

edir. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra əmlak satılır. Bununla mülkiyyətçinin mülkiyyət hüququna xi-

tam verilir. 

Tələbin əmlaka yönəldilməsinin qeyri-məhkəmə qaydası müqavilə ilə də nəzərdə tutula bilər. Məsələn, girov 

müqaviləsi  girov  qoyulmuş  əmlaka  tələbin  yönəldilməsi  qaydasını  müəyyən  edir.  Girov  saxlayanın  tələbinin 

məhkəməyə müraciət edilmədən girov qoyulmuş əmlak hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın 

notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir (MM-in 296-cı maddəsinin 1-ci bəndi). Belə 



 

291


razılıq olmadıqda, kreditor (girov saxlayan şəxs) iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə qərarı əsasında 

kreditorun tələbi girov qoyulmuş əmlakın dəyərindən ödənilməklə təmin edilir. 

Tələb, hər şeydən əvvəl, borclu rolunda çıxış edən mülkiyyətçinin pul vəsaitlərinə yönəlir. Nağd pul məjburi 

surətdə alınır və kreditorun hesabına (borc məbləğində) köçürülür. Borclu şəxsin bankda və digər kreditor ida-

rələrində olan hesablarındakı (əmanətlərindəki) vəsaitə həbs qoyulur. Əgər kreditora borcu ödəmək üçün borclu 

şə

xsin (mülkiyyətçinin) pul vəsaiti kifayət etməzsə, belə halda tələb onun mülkiyyətində olan digər əmlakına 



yönəldilir. 

Qanun xüsusi hallarda mülkiyyətçinin borcu üzrə əmlakın alınmasının mübahisəsiz qaydasını müəyyən edir. 

Məsələn, büdjəyə ödənilən vergi və digər ijbari ödənişlərin qalıq hissəsi dövlət vergi xidməti orqanları tərəfin-

dən mübahisəsiz qaydada alınır. 

Qanun tələbin yönəldiyi əmlaka mülkiyyət hüququnun xitam verilməsi anını da müəyyən edir. Bu, əldə edən 

üçün mülkiyyət hüququnun əmələ gəlməsi anı ilə şərtlənir, yəni yeni mülkiyyətçinin əmlaka mülkiyyət hüqu-



qu əldə etdiyi vaxtdan köhnə mülkiyyətçinin mülkiyyət hüququna xitam verilir (MM-in 205-ci maddəsinin 

2-ci bəndi). 



4. Şəxsin qanuna görə ona məxsus ola bilməyəəmlakına mülkiyyət hüququna xitam verilməsi 

Qanuna görə, elə əmlak növləri vardır ki, onlar şəxsə məxsus ola bilməz. Əmlakın şəxsə məxsus ola bilmə-

məsi müxtəlif amillərlə şərtlənə bilər: dövlət təhlükəsizliyi ilə, ictimai və ya milli təhlükəsizlik mülahizələri 

ilə; beynəlxalq öhdəliklərlə; mülki dövriyyədə olmasına yol verilməməsinə görə vətəndaşa məxsus ola bil-

məyən əmlak növləri 23 dekabr 2003-cü il tarixli qanunla müəyyən edilir. Həmin qanuna görə, belə əmlak növ-

lərinə aiddir: döyüş təyinatlı hərbi texnika; qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı; hərbi 

səfərbərlik təyinatlı əmlak və s. Bundan əlavə, şəxsin mülkiyyətində narkotik vasitələr, psixotrop maddələr və 

prekursorların olması qadağandır. Şəxs bu cür əmlak növlərinə malik ola bilməz. 

Şə

xslərə məxsus ola bilməyən əmlakın hüquqi recimi onunla şərtlənir ki, bu cür əmlakın mülki dövriyyədə 



hərəkəti qadağandır. Belə əmlak mülki dövriyyə qabiliyyəti olmayan əmlak sayılır. Qanun mülki dövriyyə qa-

biliyyəti olmayan əmlak növlərinin şəxslərin mülkiyyətində olmasını qadağan edir. Əgər şəxsin mülkiyyətində 

belə əmlak olarsa, həmin əmlak bir il müddətində mülkiyyətçi tərəfindən özgəninkiləşdirilməlidir (MM-in 206-

cı maddəsinin 1-ci bəndi). Belə halda bir illik müddət əmlaka mülkiyyət hüququnun yarandığı andan hesablanır. 

Qanunda müddət barədə digər qayda da müəyyən edilə bilər. 

Ə

mlakın şəxslərə məxsus ola bilməməsini şərtləndirən hallar müxtəlif ola bilər: bunu qanunun yasaqlaması; 



əş

yanın hüquqi reciminin dəyişməsi (dövriyyə qabiliyyətli əşyanın qeyri-dövriyyə qabiliyyətli əşya olması); hü-

quqi şəxsin statusunun dəyişməsi (qanunla universal mülki hüquq qabiliyyəti verilən kommersiya təşkilatının 

bu hüquqi imkandan məhrum edilməsi ilə onun bəzi əmlak növlərinə malik ola bilməməsi); vətəndaşın vərəsə-

lik qaydasında sahiblik və əldə olunması üçün xüsusi icazə tələb edilən əmlak alması. 

Ə

mlak bir il müddətində mülkiyyətçi tərəfindən özgəninkiləşdirilmədikdə, məjburi olaraq satılır. Belə halda 



ə

mlakın xarakteri və təyinatı nəzərə alınır. Əvvəljə müvafiq dövlət orqanları əmlakın məjburi satışı üçün iddia 

ə

rizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iddia ərizəsinə mahiyyətjə baxıb, vətəndaşa məxsus ola bilmə-



yən əmlakın məjburi satışı barədə qərar qəbul edir. Əmlakın satışından əldə edilmiş pul onun keçmiş mülkiy-

yətçisinə verilir. Göstərilən qaydada əmlakın satışı mümkün olmadıqda, o, dövlət mülkiyyətinə keçir. Belə hal-

da da dövlət keçmiş mülkiyyətçiyə əmlakın dəyəri məbləğində haqq ödəyir. Mülkiyyətçiyə verilən haqdan əm-

lakın özgəninkiləşdirilməsinə çəkilən xərjlər çıxılır (MM-in 206-cı maddəsinin 2-ci bəndi). 

Ə

ldə olunması üçün xüsusi icazə (lisenziya) tələb edilən əmlak növləri barədə də analoci qayda tətbiq edilir 



(MM-in 206-cı maddəsinin 3-cü bəndi). Belə əmlak növlərinin hərəkəti mülki dövriyyədə məhdudlaşır. Əldə 

olunması üçün xüsusi icazə tələb edilən əmlak məhdud dövriyyə qabiliyyətli əmlak adlanır. Məsələn, mülki si-

lah bu cür əmlak növünə şamil edilir. Mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tu-

tulmuş silahdır. Mülki silahın dövriyyəsi ilə əlaqədar yaranan münasibətlər «Xidməti və mülki silah haqqında» 

qanunla tənzimlənir. Əldə olunması üçün xüsusi icazə (lisenziya) tələb edilən əmlak növləri mülki dövriyyəsi 

məhdudlaşdırılmış əşyalardır. Onların dairəsi xüsusi qanunla müəyyən edilir («Mülki dövriyyənin müəyyən iş-

tirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haq-

qında» 23 dekabr 2003-cü il tarixli qanun).  

Elə hesab edək ki, atadan oğula vərəsəlik qaydasında mülki silah keçir. Lakin mülki silaha mülkiyyət hüqu-

qu əldə etmək üçün vərəsənin xüsusi icazə alması tələb olunur. O, daxili işlər orqanına (polisə) müraciət edir. 

Vətəndaşın bu müraciətindən sonra polis orqanı qanunda göstərilən əsaslar olduqda, ona mülki silahın əldə edil-

məsinə icazə verilməsindən imtina edir. Belə halda ya mülki silah vərəsə tərəfindən özgəninkiləşdirilir, əgər bu, 

mümkün olmazsa, ya məhkəmə qərarı əsasında məjburi satılır, ya da dövlət mülkiyyətinə verilir. Bununla silaha 

olan mülkiyyət hüququna xitam verilir. 



 

292


5. Torpaq sahəsinin alınması ilə əlaqədar olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi 

Konstitusiyanın  29-cu  maddəsinin  4-cü  bəndinə  görə,  dövlət  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün 



mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir. Konstitusiya müddəasına uyğun olaraq özgəninkiləşdirilməsi 

mümkün olan mülkiyyət növlərindən biri torpaq sahəsi hesab edilir. Dövlət özünün ehtiyacları (ictimai ehtiyac-

lar) üçün torpaq sahəsi ala bilər. Məsələn, həyat əhəmiyyətli obyektlərin tikintisi, boru kəmərinin çəkilməsi, də-

mir yolu, avtomobil yolu salınması belə ehtiyacları şərtləndirən hallara misal ola bilər. Lakin alınan həmin tor-

paq sahəsində mülkiyyətçiyə məxsus binalar və qurğular (evlər, damlar, zirzəmilər, quyular və s.), habelə mey-

və ağajları, bitkilər, əkinlər və digər daşınmaz əmlak növləri ola bilər. Belə halda dövlət bu əmlak növlərini tor-

paq sahəsinin mülkiyyətçisindən satın alır və onların dəyərini ödəyir. 

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi dövlət aldığı torpaq sahə-

sində olan daşınmaz əmlak növlərini yalnız məhkəmə qərarı əsasında əldə edə bilərdi. Bunun üçün daşınmaz 

ə

mlakın alınması tələbi ilə dövlət orqanı məhkəməyə müraciət edirdi. Bu tələb dövlət orqanının xeyrinə yalnız 



o halda ödənilə bilərdi ki, daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən torpaq sahəsindən dövlətin 

nəzərdə tutduğu məqsədlər üçün istifadə olunmasının qeyri-mümkünlüyü dövlət orqanları tərəfindən məhkəmə-

də sübut edilsin. Başqa sözlə desək, dövlət orqanları sübut etməli idi ki, daşınmaz əmlak növlərinə torpaq sahə-

sinin mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilməsə, onda torpaq sahəsindən məqsədə uyğun qaydada 

istifadə edilməsi mümkün olmayajaqdır. Dövlətin aldığı torpaq sahəsində olan daşınmaz əmlak növlərini məh-

kəmə qərarı əsasında əldə etməsi Konstitusiyanın 29-cu maddəsində ifadə edilən belə bir müddəaya əsaslanırdı 

ki, heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 24 iyun 2005-ci il tarixli qanunla 

MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra məsələnin məhkəmə tərəfindən həll olunması barədə norma 

MM-dən çıxarılmışdır ki, bu yuxarıda göstərdiyimiz Konstitusiya müddəasına ziddir. 

Beləliklə, MM-in 207-ci maddəsinin nəzərdə tutduğu üsulla şəxslərin mülkiyyət hüququna xitam verilir. Be-

lə halda binaların, qurğuların, meyvə-giləmeyvə ağajlarının, bitkilərin, əkinlərin, mədəni-məişət, istehsal və di-

gər  təyinatlı  obyektlərin  dəyərini  dövlət  mülkiyyətçiyə  ödəyir.  Bu  isə  Konstitusiyanın  prinsipial  əhəmiyyətə 

malik olan belə bir normasına uyğundur ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgə-

ninkiləşdirilməsinə yalnız qabaqjadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 

29-cu maddəsi). 

Torpaq sahəsinin mülkiyyətçisinin bu sahədə olan daşınmaz əmlak növlərinə mülkiyyət hüququna göstərilən 

üsulla  xitam  verildikdə,  dövlət  tərəfindən  satın  alınan  əmlak  onun  bazar  qiymətinə  əsasən  qiymətləndirilir 

(MM-in 211-ci maddəsi). 



6. Təsərrüfatsızjasına saxlanan mədəni sərvətlərin  

satınalma yolu ilə əldə edilməsi 

Dövlət təsərrüfatsızjasına saxlanan mədəni sərvətləri satın alır və bu yol ilə həmin sərvətlər üzərində mülkiy-

yət hüququ qazanır. Bu üsul həm də mədəni sərvətlərin mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilməsini 

şə

rtləndirir. 



«Mədəniyyət haqqında» qanunun 33-cü maddəsində mədəniyyət sərvətlərinin anlayışı verilmişdir. Mədəniy-

yət sərvətlərinə aiddir: tarixi-mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar; tarixi və mədəniyyət baxımın-

dan unikal ərazilər və obyektlər; təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, heykəl-

təraşlıq əsərləri, oricinal bədii toplular; əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar, not yazıları, məktublar, 

elmi-tarixi yadigarlar, nadir nəşrlər; tətbiqi sənət əsərləri — xalılar və xalça məmulatı, qızıl, platin, gümüş, qiy-

mətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı; qədim nadir kolleksiyalar və otuz ildən çox 

tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.); memarlıq abidələri, tikinti nü-

munələri, xatirə yerləri və s. Mədəniyyət sərvətlərinin göstərilən ayrı-ayrı növləri şəxslərin xüsusi mülkiyyətin-

də ola bilər. 

Mədəni sərvətlərin bir növü də tarix və mədəniyyət abidələridir. Tarix və mədəniyyət abidələri arxeoloci və 

memarlıq obyektləri, etnoqrafik, antropoloci, epiqrafik materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bi-

na, xatirə yerləri, əşyalar, xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir («Tarix və mədəniyyət abidələrinin qorunması 

haqqında» qanunun 2-ci maddəsi). Qanun tarix və mədəni abidələrin ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətində 

ola bilməsinə icazə verir (həmin qanunun 4-cü maddəsi). 

Mülkiyyətində mədəniyyət sərvətləri, o cümlədən abidələr olan şəxslər həmin sərvətlərin qorunması və isti-

fadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Konstitusiyanın 77-ci  maddəsinə  görə tarix və mədəniyyət 

abidələrini qorumaq hər kəsin borcudur. Mülkiyyətində və ya istifadəsində abidələr olan şəxslər abidələrin sala-

matlığına görə məsuliyyət daşıyırlar. 

Xüsusilə qiymətli, ən əhəmiyyətli və dövlət tərəfindən qorunan mədəniyyət sərvətlərinin mühafizə siyahısı 

aparılır («Mədəniyyət haqqında» qanunun 37-ci maddəsi). Bu işi Mədəniyyət Nazirliyi həyata keçirir. Belə mə-


 

293


dəniyyət sərvətləri mühafizə siyahısında qeydə alınır və mülkiyyətçiyə şəhadətnamə verilir. 

Konstitusiyanın  40-cı  maddəsinə  görə,  hər  kəsin  mədəni  sərvətlərdən  istifadə  hüququ  vardır.  Mədəniyyət 

sərvətlərinin  mühafizə  siyahısına  daxil  edilmiş  mədəni  sərvətin  mülkiyyətçisi  göstərilən  sərvətdən  təyinatına 

uyğun surətdə istifadə etməlidir. Əgər o, istifadə zamanı iki şərtə əməl etməzsə, mədəni sərvət satınalma yolu 

ilə dövlət tərəfindən alınır və dövlət mülkiyyətinə daxil edilir: əgər mülkiyyətçi mədəni sərvəti təsərrüfatsızjası-

na saxlayarsa (birinci şərt); mədəni sərvətin təsərrüfatsızjasına saxlanılması, əgər onun öz əhəmiyyətini itirmək 

təhlükəsi yaradarsa (ikinci şərt). 

Mədəni sərvətin dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alınması məhkəmə qərarına əsasən hə-

yata keçirilir. Məhkəmə mədəni sərvətin qiyməti barədə dövlət orqanı ilə mülkiyyətçi arasında mübahisə yaran-

dığı hallarda həm də bu məsələni həll edir.  

Mədəni sərvəti satın alarkən dövlət mülkiyyətçiyə sərvətin dəyəri məbləğində haqq ödəyir. Haqqın məbləği 

tərəflərin razılığı ilə müəyyən edilir. 

Beləliklə, ən əhəmiyyətli, xüsusilə qiymətli və dövlət tərəfindən qorunan (bu məqsədlə mühafizə siyahısında 

qeydə alınan) mədəni sərvətlərin mülkiyyətçilərinin bu sərvətlərə təsərrüfatsızjasına münasibəti onlar üçün xo-

ş

agəlməz hüquqi nəticəyə səbəb olur. Onların mədəni sərvət üzərində mülkiyyət hüququna xitam verilir. 



Mədəni sərvətin alınması barədə məhkəməyə iddianı Mədəniyyət Nazirliyi, habelə digər maraqlı təşkilatlar 

(məsələn, Yazıçılar Birliyi, Bəstəkarlar  ttifaqı, Mədəniyyət Fondu) verə bilər. 



7. Rekvizisiya (həcz) 

Təbii fəlakət, texnoloci və ekoloci qəza, epidemiya, epizootiya hallarında və fövqəladə xarakter daşıyan di-

gər hallarda mülkiyyətçidən əmlak cəmiyyətin mənafeyinə və xeyrinə olaraq dövlət tərəfindən məjburi surətdə 

alına  bilər.  Fövqəladə  xarakter  daşıyan  digər  hallar  dedikdə,  kütləvi  iğtişaşlar,  millətlərarası  münaqişələr  və 

ə

davət və s. başa düşülür. Mülkiyyətçinin iradəsindən asılı olmayaraq, müvafiq dövlət orqanlarının qərarı əsa-



sında həyata keçirilən bu tədbirə həcz deyilir. 

Fövqəladə xarakterli elə hallar yaranır ki, bu hallar mülkiyyətçidən müəyyən əmlakın təcili olaraq alınmasını 

tələb edir. Məjburi xarakterli tədbir olan həcz tətbiq edilməklə yaranmış vəziyyətdən çıxış yolu tapılır. Həczin 

məqsədi mülkiyyətçinin hüquqazidd davranışının qarşısını almaqdan yox, yalnız vətəndaşların təhlükəsizliyini 

təmin  etməkdən,  əmlakı  tələf  olmaqdan  xilas  etməkdən  və  yaxud  epidemiya,  epizootiya  hallarında  xəstəliklə 

yoluxmuş  heyvanları  (məsələn,  quş  qripi  ilə  yoluxmuş  ev  quşlarını)  məhv  etməkdən  ibarətdir.  Ona  görə  də 

mülkiyyətçidən  əmlak  inzibati  qaydada  məhkəmə  qərarı  olmadan  səlahiyyətli  dövlət  orqanlarının  aktı 

ə

sasında alınır. Söhbət AR Nazirlər Kabinetinin qərarından gedir. 

 Həcz belə bir xüsusiyyətlə xarakterizə olunur ki, o, fövqəladə xarakter daşıyan hallarda baş verə biləjək təh-

lükələrin qarşısını almaq məqsədilə dövlət orqanlarının gördüyü müstəsna tədbirdir; bu zaman konstitusion hü-

quqlar pozulur. Belə halların siyahısı «Fövqəladə vəziyyət haqqında» qanunda verilmişdir (qanunun 2-ci mad-

dəsi): təbii fəlakətlər; epidemiyalar; epizootiyalar; böyük ekoloci qəzalar; başqa qəzalar; Azərbaycan Respubli-

kasının ərazi bütövlüyünün pozulmasına, onun konstitusion quruluşunun zorla dəyişdirilməsinə yönəldilmiş hə-

rəkətlər; zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar; vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsi-

satlarının normal fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələr. Bu kimi hallardan biri mövcud ol-

duqda müəyyən növ əmlak dövlət mülkiyyətinə keçir ki, fövqəladə xarakterli halın baş verməsi ilə bağlı olaraq 

həmin əmlakdan ictimai mənafe üçün istifadə olunur (məsələn, səfərbərliklə bağlı olaraq hərbi komissarlıq tərə-

findən vətəndaşlardan hərbi-səfərbərlik təyinatlı nəqliyyat vasitələrinin alınması). Digər tərəfdən istifadə olun-

ması dövlət maraqları üçün arzuolunmaz olan bəzi əmlak növləri dövlət orqanları tərəfindən alınır. Əmlakı rek-

vizisiya olunmuş şəxsin həmin əmlakın geri qaytarılmasını tələb edərkən vindikasiya iddiası (mülkiyyət hüqu-

qunun müdafiə üsullarından biri) verməsi lazım gəlir; ona görə ki, həcz zamanı əmlakı həcz edilmiş şəxsin hə-

min əmlak üzərində mülkiyyət hüququna xitam verilir. 

Həczin başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, həcz zamanı alınan əmlakın dəyəri qabaqjadan ödənilmir. 

Onun dəyəri mülkiyyətçiyə veriləndə isə ədalətli ödəniş prinsipi pozulur. Bu isə Konstitusiyanın 29-cu maddə-

sinin 4-cü bəndində ifadə edilən müddəaya ziddir. 

Həcz qaydasında əmlak həm müvəqqəti, həm də daimi olaraq mülkiyyətçinin əlindən alına bilər. Həcz qay-

dasında  əmlakın  alınmasını  şərtləndirən  fövqəladə  xarakterli  hallar  aradan  qalxdıqda,  mülkiyyətçi  saxlanılan 

ə

mlakın ona qaytarılmasını məhkəmə qaydasında tələb edə bilər (MM-in 209-cu maddəsinin 2-ci bəndi); məh-



kəmə yolundan yalnız o halda istifadə oluna bilər ki, səlahiyyətli dövlət orqanı həcz olunmuş əmlakı könüllü 

surətdə qaytarmasın. Bu, mülkiyyətçinin mənafeyini müdafiə etmək üçün qanunun nəzərdə tutduğu təminatdır. 

Lakin belə halda mülkiyyətçiyə əmlak qaytarılanda, qanun dövlətlə mülkiyyətçi arasındakı maddi (əmlak) xa-

rakterli münasibətləri müəyyən etmir. Başqa sözlə desək, MM-in həcz barədə olan 209-cu maddəsində mülkiy-

yətçinin öz əmlakının dəyəri kimi aldığı kompensasiya məbləğini dövlətə qaytarması haqqında  göstəriş ifadə 


 

294


edilmir. Elə hesab etmək olar ki, mülkiyyətçi kompensasiyanı dövlətə qaytarmağa borcludur. Belə halda əldən 

çıxmış fayda, həcz zamanı əmlakdan istifadə nəticəsində onun qiymətinin aşağı düşməsi ilə əlaqədar olan mad-

di itki nəzərə alınmalıdır, yəni belə itkinin (zərərin) əvəzi ödənilməlidir. Daha konkret desək, maddi itkinin (zə-

rərin) əvəzinin ifadə olunduğu pul məbləği kompensasiya məbləğindən çıxılmalıdır. Əmlakı rekvizisiya olun-

muş şəxsin həmin əmlakın geri qaytarılmasını tələb edərkən vindikasiya iddiası (mülkiyyət hüququnun müdafiə 

üsullarından biri) verməsi lazım gəlir; ona görə ki, həcz zamanı əmlakı həcz edilmiş şəxsin həmin əmlak üzə-

rində mülkiyyət hüququna xitam verilir. 

Həcz ilə əlaqədar yaranan münasibətlər Azərbaycan SSR-də «Həcz və müsadirə haqqında» 31 dekabr 1927-

ci il tarixli qanunla (sonrakı dəyişikliklərlə) qaydaya salındı. Həmin qanun müəyyən edir ki, həcz ciddi zərurət 

olduqda və səlahiyyətli dövlət orqanlarının xüsusi qərarına əsasən tətbiq olunur. Həcz haqqında qərarda həcz 

olunan predmetlər, ödənilmə üsulları və s. məsələlər barədə məlumat verilir. Həczi icra edən orqanın nümayən-

dəsi xüsusi akt tərtib edir. Bu aktda həczin aparılması əsasları, götürülməli olan əmlakın dəqiq siyahısı, mülkiy-

yətçiyə  ödənilən  haqqın  miqdarı  və  digər  məsələlər  öz  ifadəsini  tapır.  Həcz  olunmuş  əmlakın  qiyməti  həmin 

ə

mlak faktik götürüldüyü gündən bir aydan gej olmayaraq mülkiyyətçiyə verilir. Mülkiyyətçi həczi icra etmiş 



orqandan tabelik qaydasında yuxarı orqana şikayət verə bilər. Hesab edirik ki, həcz barədə xüsusi və ayrıja qa-

nunun olmadığı indiki şəraitdə barəsində danışdığımız qanun öz əhəmiyyətini saxlayır; bəzi normaları öz aktu-

allığını itirsə də həmin qanun müasir dövrdə həcz münasibətlərinə tətbiq oluna bilər. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, göstərilən həmin qanun həcz haqqında yeni xüsusi qanunun qəbul 

edilməsi üçün normativ hüquqi baza rolunu oynaya bilər. Yeni xüsusi qanun isə müasir tələblər baxımından və 

indiki şəraitə uyğun olaraq həcz edilmiş əmlakın alınması qaydasını və şərtlərini müəyyən etməlidir. 

Beləliklə, həcz edilmiş əmlak dövlətin mülkiyyətinə keçir və müvafiq orqanların sərənjamına verilir. Bunun-

la həmin əmlak üzərində mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilir. Mülkiyyət hüququna xitam veril-

məsinin üsullarından biri olan həcz bütün ölkələrin qanunvericiliyində nəzərdə tutulan ənənəvi üsuldur. 

8. Müsadirə 

Ə

mlak üzərində mülkiyyət hüququna xitam verilməsi üsullarından biri müsadirədir. Bu üsul MM-in 212-ci 



maddəsində nəzərdə tutulmuşdur. Əvvəljə onu qeyd edək ki, müsadirə həczdən, əsasən, üç xüsusiyyətinə görə 

fərqlənir. Birincisi, əgər həcz zamanı əmlak mülkiyyətçidən onun dəyəri ödənilməklə alınırsa, müsadirə üsulu 

ilə əmlak əvəzsiz olaraq, dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçir.  kincisi, əgər həcz cəmiyyətin mənafe-

yi və xeyrinə olaraq tətbiq edilirsə, müsadirə mülkiyyətçinin törətdiyi hüquq pozuntusuna görə müəyyən edilir. 

Üçüncüsü, həcz halında əmlak səlahiyyətli müvafiq dövlət orqanının (AR Nazirlər Kabinetinin), müsadirə za-

manı isə məhkəmənin qərarı ilə alınır. 



Müsadirə  dedikdə,  qanunda  nəzərdə  tutulmuş  hallarda  mülkiyyətçidən  əmlakın  törədilmiş  cinayətə  görə 

sanksiya şəklində məhkəmənin hökmü ilə əvəzsiz alınması başa düşülür (MM-in 212-ci maddəsi). 1964-cü il 

MM-də (142-ci maddə) müsadirəyə hüquq pozuntusu üçün sanksiya şəklində mülkiyyətçidən əmlakın əvəzsiz 

qaydada  alınması  kimi  anlayış  verilirdi.  «Mülkiyyət  haqqında»  qanunun  6-cı  maddəsinə  görə,  qanunvericilik 

aktlarında nəzərdə tutulmuş hallarda əmlakın mülkiyyətçidən cinayət törədilməsinə və ya digər hüquq pozuntu-

suna görə sanksiya şəklində məhkəmənin, arbitrac məhkəməsinin və ya səlahiyyətli başqa dövlət orqanının (və-

zifəli şəxsin) qərarı ilə alına bilməsi müsadirə sayılırdı. Bu qanun yeni MM-dən fərqli olaraq, müsadirənin həm 

də inzibati qaydada tətbiq edilməsini nəzərdə tuturdu. Burada müsadirənin tətbiq edilməsini şərtləndirən əsas 

kimi təkcə cinayət əməli yox, həm də digər hüquq pozuntusu götürülürdü.  

Yeni MM-də müsadirəyə verilən anlayışı bir o qədər də uğurlu hesab etmək olmaz. Ona görə ki, müsadirə 



təkcə cinayəəməlinə görə yox, həm də digər hüquq pozuntusu üçün tətbiq edilir. Digər hüquq pozuntusu 

dedikdə, mülki hüquq pozuntusu və ya inzibati hüquq pozuntusu başa düşülür.  nzibati xətanın törədilməsində 

alət  və  ya  bilavasitə  obyekt  olmuş  predmetin  müsadirəsi  inzibati  tənbehin  növlərindən  biridir  ( XM-in  27-ci 

maddəsi). Belə predmetlərin müsadirəsi onların ödənişsiz, məjburi qaydada dövlətin mülkiyyətinə alınmasından 

ibarətdir. Yalnız hüquq pozucusunun, yəni inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan predmet mü-

sadirə edilə bilər.  nzibati-hüquqi müsadirənin mahiyyəti bundan ibarətdir. 

1964-cü il MM-də bəzi mülki hüquq pozuntusuna görə mülki-hüquqi müsadirə nəzərdə tutulmuşdu. Həmin 

Məcəllənin 45-ci maddəsi dövlət və cəmiyyətin mənafeyinə zidd məqsədlə bağlanan əqd üzrə tərəflərin aldıqla-

rının (hər iki tərəfin hərəkətində qəsd olduqda) dövlət mədaxilinə keçirilməsi qaydasını müəyyən edirdi. Həmin 

məcəllənin 52-ci maddəsinə görə əqd aldatma, zor, hədə təsiri və digər əsaslardan birinə görə etibarsız sayıldıq-

da, zərər vuranın əsassız olaraq aldığının dövlət mədaxilinə keçirilməsi nəzərdə tutulurdu. Bəzi qanunvericilik 

aktları  mülki-hüquqi  müsadirə  haqqında  qayda  müəyyən  edir.  Məsələn,  valyuta  qanunvericiliyini  pozmaqla 

bağlanmış etibarsız əqdlər üzrə əldə edilən gəlirlər dövlətin mədaxilinə silinir («Valyuta tənzimi haqqında» qa-

nunun 18-ci maddəsi). Bu, mülki-hüquqi müsadirə deməkdir. 



 

295


Gömrük Məcəlləsinin 237-ci maddəsində müsadirə (malların və nəqliyyat vasitələrinin müsadirəsi) gömrük 

qaydalarının pozulmasına  görə tətbiq edilən tənbeh növlərindən biri kimi nəzərdə tutulur. Kontrabanda pred-

metləri, habelə dövlət sərhədindən kontrabanda predmetlərini keçirmək və ya onları gizlətmək üçün nəzərdə tu-

tulmuş daşıma vasitələri və başqa vasitələr müsadirə edilir. Müsadirə gömrük orqanları tərəfindən inzibati qay-

dada qəbul edilmiş qərar əsasında həyata keçirilir. Söhbət gömrük qaydalarının pozulmasına görə tətbiq olunan 

inzibati-hüquqi müsadirədən gedir. 

Cinayət hüququnda əmlak müsadirəsinə, yəni cinayət-hüquqi müsadirəyə JM-in 32-ci maddəsində anlayış 

verilmişdi. Bu maddəyə görə, məhkumun xüsusi mülkiyyətində olan əmlakının hamısının və ya bir hissəsinin 

məjburi  qaydada,  əvəzsiz  olaraq  dövlət  mülkiyyətinə  alınması  müsadirə  hesab  edilirdi.  Əmlak  müsadirəsi 

cinayət jəzasının əlavə jəza növünə şamil edilməklə yalnız məhkəmə hökmü ilə həyata keçirilirdi. Şəxsi mül-

kiyyət hüququ ilə məhkuma məxsus olub və ya ümumi mülkiyyətdə onun payı olub, məhkumun özü və himayə-

sindəki şəxslər üçün zəruri olan bəzi əmlak növləri müsadirə edilmirdi. Belə əmlak növlərinin (yəni müsadirə 

edilməli olmayan) siyahısı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 sentyabr 1980-ci il tarixli Fərmanı 

ilə təsdiq edilmişdi. 

Konstitusiya  Məhkəməsinin  12  yanvar  1999-cu  il  tarixli  qərarı  ilə  JM-in  xüsusi  hissəsindəki  maddələrin 

sanksiyalarında əlavə jəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsinin yalnız cinayət törədilərkən istifadə 

edilmiş alət və vasitələr, habelə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində tətbiq edilə bilməsinin mümkün-

lüyü müəyyən edilmişdir. Bu qərar Konstitusiyanın 29-cu maddəsinin IV hissəsində ifadə olunan əmlakın tam 

müsadirəsinə yol verilməməsi barədə prinsipial müddəaya uyğundur. Konstitusiya Məhkəməsinin göstərilən qə-

rarı əsasında JM-in 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məjburi qayda-

da, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları 1 fevral 1999-cu il tarixindən qüvvədən düş-

müşdür. 


Qüvvədə olan JM-in 42-ci maddəsi jəzanın növlərini sadalayır ki, əmlak müsadirəsi onlardan biridir. Bu jəza 

növü məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın 

məjburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur; o, yalnız məcəllənin xüsusi hissəsinin 

müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur. Cinayət-hüquqi müsadirənin mahiyyəti bundan 

ibarətdir.

 

Beləliklə, müsadirənin mülki-hüquqi müsadirə, inzibati-hüquqi müsadirə və cinayət-hüquqi müsadirə 



kimi üç növü fərqləndirilir. Mülki-hüquqi müsadirə mülki hüquq pozuntusuna, inzibati-hüquqi müsadirə inzi-

bati hüquq pozuntusuna, cinayət-hüquqi müsadirə isə cinayət hüquq pozuntusuna görə tətbiq edilir. Qüvvədən 

düşmüş  nzibati Hüquqpozmalar haqqında Məcəlləyə görə, inzibati-hüquqi müsadirə inzibati qaydada səlahiy-

yətli dövlət orqanlarının qərarı əsasında həyata keçirilirdi ki, bu, Konstitusiyanın 29-cu maddəsinin IV hissəsin-

də ifadə olunan müddəaya zidd idi. Bu müddəaya görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən 

məhrum edilə bilməz. Ona görə Konstitusiya qaydasında təsbit edilən imperativ xarakterli həmin göstəriş müsa-

dirənin inzibati qaydada həyata keçirilməsinin mümkünlüyünü istisna edir. Qüvvədə olan  XM bunu nəzərə ala-

raq, göstərilən ziddiyyəti aradan qaldırmışdır. Belə ki, həmin məcəllənin 27-ci maddəsinə görə, inzibati-hüquqi 

müsadirə hakim tərəfindən tətbiq edilir. 

Beləliklə, həm inzibati-hüquqi, həm mülki-hüquqi, həm də cinayət-hüquqi müsadirəyə görə əmlak məjburi 

qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınır və bununla müvafiq şəxslərin mülkiyyət hüququna xitam ve-

rilir. 


«Varidata təminat verilməsi haqqında» Konstitusiya qanunu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, 

şə

xslərin varidatının toxunulmazlığına, məjburi və əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçirilməməsinə, mü-



sadirə olunmayajağına tam təminat verir. Analoci göstəriş «Müəssisələr haqqında» qanunun 25-ci maddəsində 

də ifadə edilmişdi. Bu maddəyə görə, qanunda müəyyən edilmiş hallar istisna olmaqla, müəssisənin əmlakı mü-

sadirə edilə bilməzdi. 

Müsadirə bəzi ölkələrin qanunvericiliyinə məlum deyil. Məsələn, Almaniya Mülki Qanunnaməsində müsa-

dirə kimi üsula rast gəlmirik. 

9. Özəlləşdirmə 

Hüquq ədəbiyyatında özəlləşdirməni mülkiyyət hüququna xitam verilməsinin xüsusi halı hesab edirlər. Bu 

üsulla vətəndaşlar və hüquqi şəxslər əmlak üzərində mülkiyyət hüququ qazanır, dövlətin isə mülkiyyət hüququ-

na xitam verilir. Özəlləşdirmə yalnız dövlət mülkiyyətində olan əmlaka şamil edilir. Dövlət mülkiyyətində olan 

ə

mlak  özəlləşdirmə  haqqında  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  vətəndaşların  və  hüquqi  şəxslərin 



mülkiyyətinə  özgəninkiləşdirilir  (MM-in  203-cü  maddəsinin  4-cü  bəndi).  Bunun  nəticəsində  dövlətə  məxsus 

olan əmlak xüsusi mülkiyyətə keçir. Belə praktika  ngiltərə, Fransa, Almaniya və s. ölkələrə də məlumdur.  

Bununla bərabər, əks proses də baş verə bilər; qanun vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan 


 

296


ə

mlakın özgəninkiləşdirilməsinin mümkünlüyünü istisna etmir (MM-in 203-cü maddəsinin 5-ci bəndi). Bu, yal-

nız özgəninkiləşdirmənin dövlət ehtiyacları və ya ictimai və cəmiyyətin ehtiyacları üçün zəruri olduğu hallarda 

mümkündür. Belə halda özgəninkiləşdirilən əmlakın dəyəri qabaqjadan ədalətli ödəniş prinsiplərinə riayət olun-

maqla vətəndaş və hüquqi şəxslərə verilir. 

Özəlləşdirmə dedikdə (sözün geniş mənasında), dövlət mülkiyyətinin həm əvəzli, həm də əvəzsiz qaydada 

vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilməsi başa düşülür. Özəlləşdirmə prosesi gedi-

ş

ində dövlət mülkiyyəti hesab olunan əmlak təsərrüfat cəmiyyətlərinin və ortaqlıqlarının, fiziki və hüquqi şəxs-



lərin mülkiyyətinə keçir. Mənzillər, torpaq sahələri, yaşayış evləri, binalar, müəssisələr (əmlak kompleksləri) və 

digər obyektlər dövlət mülkiyyətindən çıxaraq, xüsusi mülkiyyətə daxil olur. 

Özəlləşdirmə mülkiyyətçi rolunda çıxış edən dövlətin qərarı əsasında həyata keçirilir. Özəlləşdirilən obyekt-

lərə görə dövlət müəyyən haqq alır. Bu prosesin gedişində dövləti onun əmlak sərənjamçısı —  qtisadi  nkişaf 

Nazirliyi təmsil edir. Özəlləşdirmə nəticəsində dövlətin mülkiyyət hüququna xitam verilməsi və müəyyən şəxs-

lər üçün mülkiyyət hüququnun əmələ gəlməsi hüquqi varislik qaydasında həyata keçirilir. Bu, yalnız özəlləşdir-

mə haqqında qanunda nəzərdə tutulan qaydada aparılır. Xüsusi qanunlar özəlləşdirilən obyekti (əmlakı) müəy-

yən edir. 



Dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin qanunla müəyyən edilən qaydada xüsusi mülkiy-

yətə verilməsini ifadə edir. Bu prosesin prinsipləri və təşkilati-hüquqi əsasları «Dövlət mülkiyyətinin özəlləşdi-

rilməsi haqqında» 7 yanvar 1993-cü il tarixli qanunla müəyyən edilir. Qanuna görə, Azərbaycan Respublikası-

nın vətəndaşları, xarici hüquqi və fiziki şəxslər, dövlət müəssisəsi olmayan hüquqi şəxslər, özəlləşdirilən ob-

yektin əmək kollektivi özəlləşdirmənin subyekti sayılır. Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər 

istisna olmaqla, dövlət mülkiyyətində olan bütün müəssisələr və əmlak özəlləşdirmənin obyekti hesab edilir. 

Özəlləşdirmənin iki yolla həyata keçirilməsi nəzərdə tutulmuşdur: özəlləşdirilən əmlakın haqqının tam ödənil-

məklə satışı; özəlləşdirilən əmlakın haqqının qismən (güzəştlə) ödənilməklə satışı. Qanun özəlləşdirmənin müx-

təlif formalarını müəyyən etmişdir: əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılı-

ğ

ı  ilə  icarəçiyə  satılması;  əmlakın  müəssisə  kollektivinə  satılması;  auksion  (hərraj)  və  müsabiqələrin  təşkili; 



məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdar cəmiyyətlərinin) yaradılması; açıq səhmdar cəmiyyətləri-

nin yaradılması. 

«Mənzil  fondunun  özəlləşdirilməsi  haqqında»  26  yanvar  1993-cü  il  tarixli  qanun  dövlət  mənzil  fondunun 

özəlləşdirilməsi  şərtlərini  və  qaydasını,  əsas  prinsiplərini  müəyyən  etmişdir.  Qanun  dövlət  mənzil  fondunun 

mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşların yaşadıqları evləri əvəzsiz olaraq şəxsi (xüsu-

si)  mülkiyyətinə  keçirməsi  hüququnu  təsbit  edir.  Göstərilən  qanunun  9-cu  maddəsində  dövlət  mülkiyyətində 

olan mənzillərin özəlləşdirilməsi qaydası göstərilmişdir. Bunun üçün əvvəljə vətəndaş Texniki  nventarlaşdırma 

və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Orqanına (indi AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə; bu 

orqan  daşınmaz  əmlakın  dövlət  reyestrini  tərtib edir  və  aparır)  yaşadığı  evi  özəlləşdirmək  barədə  ərizə  verir. 

Ə

rizəyə aşağıdakı sənədlər əlavə edilir: ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə (evə) hüququ olan 



18 yaşı tamam olmuş şəxslərin mənzilin özəlləşdirilməsinə dair razılıqları barədə ərizələri; mənzil-istismar ida-

rəsinin verdiyi arayış (2 nömrəli forma); mənzil sahəsinin orderi. Həmin orqan ərizə daxil olduğu gündən bir ay 

ə

rzində göstərilən mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata 



keçirir.  Vətəndaşa  mənzilə  (evə)  mülkiyyət  hüququ  barədə  qeydiyyat  vəsiqəsi  (küpçə)  verilir.  Bundan  sonra 

yerli icra hakimiyyəti orqanı mənzili (evi) balansdan silir. 

Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi 

qaydaları  «Sovxoz və kolxozların islahatı haqqında» 18 fevral 1995-ci il tarixli qanunla müəyyən edilmişdir. 

Qanun toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisə-

lərinin təjrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas is-

tehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakın dövlət mülkiyyətində saxlanmasını, yerdə qalan bü-

tün əmlak növlərinin özəlləşdirilməsini nəzərdə tutur (qanunun 9-cu maddəsi). 

«Torpaq islahatı haqqında» 16 iyul 1996-cı il tarixli qanun dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsasları-

nı  nəzərdə  tutmuşdur.  Qanun  sovxoz  torpaqlarından  pay  almaq  hüququ  olan  subyektlərin  dairəsini  müəyyən 

edir: sovxozda daimi işləyən şəxslər; daimi yaşayış yeri sovxozun ərazisində olan şəxslər; sovxozdan təqaüdə 

çıxmış şəxslər və müvafiq rayonun ərazisində yaşayan şəxslər və s. Hər bir subyektə düşən orta torpaq payının 

ölçüsü sovxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə müəyyən edil-

mişdir. 


Qanunun 14-cü maddəsi sovxoz torpaqlarının özəlləşdirilməsi qaydasını nəzərdə tutmuşdur. Pay almaq hü-

ququ olan şəxslərə (ailəyə) torpaq naturada verilir. Torpaq payı əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə da-

xil olur. Əjnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə torpaq payları yalnız istifadəyə verilir. 


 

297


Sovxoz torpaqlarının özəlləşdirilməsi müvafiq Əsasnaməyə uyğun həyata keçirilir. Bununla bərabər, qanun 

özəlləşdirmə nəticəsində əldə edilən torpağa mülkiyyət hüququnun yalnız Dövlət Torpaq və Xəritəçəkmə Ko-

mitəsində qeydə alınmasından sonra əmələ gəlməsi qaydasını müəyyən edir. 

Dövlət mülkiyyətinin özəlləşdirilməsində 29 sentyabr 1995-ci il tarixli qanunla təsdiq edilmiş «1995-1998-ci 

illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin I Dövlət Proqramı» əsas normativ hüquqi sənəd olmuşdur. Bu 

sənəd özəlləşdiriləjək dövlət müəssisələrini kiçik, orta və iri müəssisələrə bölür. 

Bütün orta və iri müəssisələr əvvəljə səhmdar cəmiyyətlərinə çevrilir, sonradan isə özəlləşdirilirdi. Proqrama 

1 saylı Əlavədə özəlləşdiriləjək və səhmləşdiriləjək müəssisələrin siyahısı verilmişdir. Bu Əlavə özəlləşdirməyə 

münasibətdə dövlət mülkiyyət obyektlərinin təsnifatını müəyyən etmişdir: özəlləşdirilməsi qadağan olunan mü-

ə

ssisə  və  obyektlər;  prezident  qərarı  ilə  özəlləşdirilən  müəssisə  və  obyektlər;  Nazirlər  Kabinetinin  qərarı  ilə 



özəlləşdirilən müəssisə və obyektlər; yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq,  qtisadi  nkişaf Nazirli-

yinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər. 

Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sonrakı mərhələsi «Azərbaycan Respublikasında dövlət mülkiyyə-

tinin özəlləşdirilməsinin II Dövlət Proqramı» ilə bağlıdır. Proqram özəlləşdiriləjək dövlət müəssisə və obyektlə-

rini iki qrupa bölür: prezidentin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər (mülki müdafiə və səfərbərlik tə-

yinatlı obyektlər, kimya, neft-kimya və biokimya müəssisələri, televiziya mərkəzləri, hava, dəniz və çay nəqliy-

yatı müəssisələri və s.); Dövlət Əmlak Nazirliyinin ( qtisadi  nkişaf Nazirliyinin) qərarı ilə özəlləşdirilən müəs-

sisə  və  obyektlər  (ictimai  iaşə  və  məişət  xidməti  müəssisə  və  obyektləri,  hamamlar,  apteklər,  yüngül  sənaye 

müəssisələri və s.). 

II Dövlət Proqramında dövləəmlakının özəlləşdirmə forma və üsulları müəyyən edilmişdir (bunlar barə-

də «Dövlət mülkiyyət hüququ» adlı fəsildə geniş söhbət açılmışdır):  

 dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi



  özəlləşdirilən  dövlət  müəssisələrinin  əmlakının  əmək  kollektivi  üzvlərinə  və  onlara  bərabər  tutulan 

şə

xslərə güzəştli satışı

 dövlət əmlakının hərrajlar vasitəsilə satışı



 dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə satışı

 icarəyə verilmiş dövləəmlakının satışı



 dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı

 dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərrajlarında satışı



Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsini təmin edilməsində prezident aktlarının (fər-

man və sərənjamlarının) rolu və əhəmiyyəti böyükdür. Prezidentin 22 mart 2001-ci il tarixli fərmanı özəlləşdi-

rilməsi  başa  çatmamış  müəssisə  və  obyektlərin  özəlləşdirilməsi  qaydasını  müəyyən  edir.  Prezidentin  ölkənin 

ayrı-ayrı təsərrüfat sahələrinə aid verdiyi sərənjamlar özəlləşdirmənin həyata keçirilməsinə böyük təsir göstərir. 

Həmin sərənjamlar özəlləşdirmə prosesinin qaydaya salınmasında böyük rol oynayır. 

Özəlləşdirmənin iki növü vardır: dövlətsizləşdirmə; kommersiyalaşdırma. Dövlətsizləşdirmə dedikdə, döv-

lət müəssisələrinin əmlakının onların əmək kollektivlərinin yaratdıqları hüquqi şəxslərə keçməsi başa düşülür. 

qtisadçıların əksəriyyəti belə hesab edirlər ki, bu halda xüsusi mülkiyyət yox, «kollektiv mülkiyyət» yaranır. 

Bu, səhv və yanlış mövqedir. Ona görə ki, göstərilən vəziyyətdə hüquqi şəxsin həmin əmlaka xüsusi mülkiyyət 

hüququ yaranır və onun özü xüsusi mülkiyyətçi kimi çıxış edir. Belə halda «əmək kollektivi»nin xüsusi və ya 

«kollektiv» mülkiyyət hüququndan söhbət gedə bilməz. 

Kommersiyalaşdırma dedikdə, dövlət müəssisələrinin tərkibindən onların struktur bölmələrinin əmlakının 

elə ayrılması başa düşülür ki, məhz ayrılmış həmin əmlakın bazası əsasında yeni hüquqi şəxslər — müstəqil tə-

sərrüfat cəmiyyətləri yaranır. Söhbət dövlət əmlakının bazası əsasında kommersiya təşkilatlarının yaranmasın-

dan gedir. 



10. Mülkiyyət hüququndan imtina 

Mülkiyyət hüququndan imtina mülkiyyət hüququna xitam verilməsinin əsaslarından biridir. Bu, MM-in 204-

cü  maddəsində  nəzərdə  tutulmuşdur.  Göstərilən  üsulla  mülkiyyət  hüququna  xitam  verilməsini  müəyyən  edən 

həmin maddə forma etibarilə MM-də yenidir. Lakin əvvəllər bu cür əsas əmlak münasibətlərində tətbiq edilirdi. 

Qanun əmlakın növündən və vəziyyətindən asılı olaraq, mülkiyyət hüququndan imtinanın iki müxtəlif üsulu-

nu (qaydasını) müəyyən edir: daşınmaz əmlaka olan mülkiyyət hüququndan imtina (MM-in 204-cü maddəsinin 

1-ci bəndi); daşınar əşyaya olan mülkiyyət hüququndan imtina (MM-in 204-cü maddəsinin 2-ci bəndi). 

Daşınmaz əmlaka mülkiyyət hüququndan imtina halında əmlakın mülkiyyətçisi və ya digər səlahiyyətli 

şə

xs imtina etmək barədə ərizə ilə müraciət edir. Bu ərizə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı 



andan mülkiyyətçinin daşınmaz əmlaka olan mülkiyyət hüququna xitam verilir. Daşınmaz əmlakın dövlət re-

yestrində  qeydə  alma  barədə  yazı  ləğv  edildikdə,  mülkiyyətçi  daşınmaz  əmlaka  mülkiyyət  hüququnu  itirir 



 

298


(MM-in 203-cü maddəsinin 1-ci bəndi). Belə təsəvvür yaranır ki, MM-in mülkiyyət hüququndan imtina barədə 

204-cü maddəsi həmin məcəllənin 203-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan əsasa (qeydə alma barədə 

yazının ləğv edilməsinə) görə mülkiyyət hüququna xitam verilməsi qaydasını dəqiqləşdirməklə konkretləşdirir. 

Mülkiyyət hüququna xitam verildiyi andan mülkiyyətçi əmlakı saxlamaq yükünü çəkmir, əmlakdan başqa şəxs-

lərin istifadə etməsi nəticəsində vurulan ziyana görə məsuliyyət daşımır, habelə əmlaka görə vergi ödəmir. 

Mülkiyyət hüququndan imtina qaydasında üzərində mülkiyyət hüququ itirilmiş daşınmaz əmlakın hüquqi ta-

leyi və müqəddəratı onunla şərtlənir ki, o, birincisi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əm-

lak kimi hər hansı şəxsin sahibliyinə keçə bilər (MM-in 178-ci maddəsinin 6-cı bəndi). Həmin şəxs otuz il müd-

dətində əmlaka sahiblik edərsə, ona mülkiyyət hüququ əldə edir (kitab müddəti).  kincisi, o, əgər hər hansı şəx-

sin sahibliyinə keçməzsə, sahibsiz daşınmaz əmlak kimi dövlət mülkiyyətinə daxil olur (MM-in 178-ci maddə-

sinin 7-ci bəndi). 

Daşınar əmlaka mülkiyyət hüququndan mülkiyyətçi iki üsulla imtina edə bilər. Birinci üsulun mahiyyəti 

ondan  ibarətdir  ki,  mülkiyyətçi  imtina  barədə  yazılı  elan  verməklə  mülkiyyət  hüququna  xitam  verir;  elan 

K V-də verilə və ya ictimai yerlərdə asıla bilər; elan əmlakın özünün üstünə də yapışdırıla bilər; amma verbal 

yolla, yəni şifahi yolla elan vermək olmaz.  kincisi, mülkiyyətçi həmin əmlaka hər hansı hüququnu saxlamaq 



niyyəti olmadığını bildirmək üçün müəyyən hər hansı hərəkət etməlidir. Mülkiyyətçi özünün əmlaka sahib-

lik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqlarından əl çəkməsini açıq-aydın sübut edən hər 

hansı hərəkət  yerinə  yetirməlidir; söhbət mülkiyyətçinin konklyudent hərəkətlər etməsindən gedir; bu hərə-

kətlər onu sübut edir və təsdiqləyir ki, mülkiyyətçinin əmlakı öz təsərrüfatında saxlamaq niyyəti yoxdur; ətraf-

dakılar üçün bu, açıq-aşkar olmalıdır. Məsələn, o, əmlakı zibilxanaya və ya lazımsız şeylərin saxlandığı yerə at-

maqla mülkiyyət hüququndan imtina edə bilər. Belə halda həmin üsul atılmış əşya anlayışına yaxınlaşır. Atılmış 

əş

ya odur ki, mülkiyyət hüququndan imtina etmək məqsədilə mülkiyyətçi bu əşyanı atır və ya ondan digər qay-



dada əl çəkir (MM-in 226-cı maddəsinin 1-ci bəndi). 

Üzərində mülkiyyət hüququnun itirildiyi daşınar əmlakın hüquqi taleyi və aqibəti onunla şərtlənir ki, bu əm-

lak sahibsiz daşınar əmlak statusu əldə edir və onun hüquqi recimi MM-in 184-cü maddəsi ilə müəyyən edi-

lir.  


Beləliklə, qeyd etdiyimiz göstərilən bütün bu vasitələr mülkiyyət hüququna xitam verilməsini şərtləndi-

rən üsulların qəti siyahısını təşkil edir. Qanunun mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutan norma-

larını (MM-in 203-212-ci maddələri) genişləndirici təfsir etmək olmaz. Ona görə ki, Konstitusiya qaydasında 

mülkiyyət  toxunulmazlığı  prinsipi  təsbit  edilmişdir.  Mülkiyyət  toxunulmazlığı  prinsipi  həm  də  MM-in  6-cı 

maddəsinin birinci bəndində müəyyən edilmişdir. 



11. Milliləşdirmə 

Milliləşdirmə mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsuludur. Bu üsul həm də mülkiyyət hüququna 

xitam verilməsini şərtləndirir. 

Milliləşdirmə terminini qüvvədə olan yeni MM işlətmir. RF MM-inin 235-ci maddəsinin 2-ci hissəsində bu 

termindən istifadə olunur və milliləşdirməyə vətəndaş və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlət 

mülkiyyəti üçün alınması kimi anlayış verilir. Bu termini işlətməsə də, analoci anlayışı Azərbaycan Respublika-

sının MM-i də (203-cü maddəsinin 5-ci bəndi) verir: vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan 

ə

mlakın dövlət və cəmiyyətin ehtiyacları üçün alınmasına milliləşdirmə deyilir; milliləşdirmə xüsusi mül-

kiyyətçilərə məxsus olan əmlakın dövlət xeyrinə özgəninkiləşdirilməsidir. RF-in MM-i milliləşdirmənin səbəb-

lərini müəyyən etmir. Bundan fərqli olaraq, Azərbaycan Respublikasının MM-i milliləşdirmənin səbəbini döv-

lət və cəmiyyətin ehtiyacları anlayışı ilə əlaqələndirir. Milliləşdirmənin səbəbləri əmlakın mülkiyyətçisinin ira-

dəsindən asılı olmayıb, dövlətin və cəmiyyətin mənafeyi ilə müəyyən edilir. 

Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsi milliləşdirmə barədə qayda nəzərdə tutur. Bu qaydaya görə, 

dövlət  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün  mülkiyyətin  özgəninkiləşdirilməsinə  yalnız  qabaqjadan  onun 

dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Analoci qayda RF-in Konstitusiyasının 35-ci maddəsinin 3-cü 

bəndində də nəzərdə tutulmuşdur. 

Konstitusiyanın nəzərdə tutduğu model əsasında da mülki qanunvericiliyin milliləşdirmə haqqında normaları 

qurulur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinin göstərişlərinə əsaslanaraq, mülki qanunvericilik mü-

ə

yyən edir ki, vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyəti yalnız mülkiyyət hüququna xitam verə



Azərbaycan Respublikası qanununun qəbul edilməsi ilə (mülkiyyət hüququna xitam verilən zaman mülkiy-

yətçilərə  dəyən  zərərin  əvəzinin  ödənilməsi  haqqında  mübahisələr  isə  məhkəmə  qərarı  ilə  həll  edilir)  dövlət 

mülkiyyətinə  alına  bilər  (MM-in  210-cu  maddəsi).  RF-in  MM-èídə  də  milliləşdirmənin  yalnız  xüsusi  qanun 

ə

sasında həyata keçirilməsi nəzərdə tutulur.  



Milliləşdirmə əsasında şəxslərin mülkiyyət hüququna yalnız xüsusi və ayrıja qanun qəbul edilməsi ilə xitam 

 

299


verilməsi barədə normanı həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının mülki qanunverici-

liyi MDB ölkələri üçün Model Mülki Məcəlləsindən götürmüşdür. Belə ki, həmin məcəllənin 307-ci maddəsinə 

görə xüsusi qanun qəbul etmək əsasında milliləşdirmə yolu ilə mülkiyyət hüququna xitam verilə bilər. 

Azərbaycan  Respublikasının  MM-in  210-cu  maddəsi  milliləşdirməyə  həsr  olunmuşdur.  Düzdür,  burada 

«milliləşdirmə» anlayışından istifadə olunmasına rast gəlmirik. Lakin analoci maddə RF-nin MM-ində (306-cı 

maddə) də nəzərdə tutulmuşdur və həmin maddəyə kommentariya verən müəlliflər göstərirlər ki, burada söhbət 

məhz milliləşdirmədən gedir. Bu maddəyə görə, yalnız mülkiyyət hüququna xitam verən Azərbaycan Respubli-

kası qanunu qəbul edildiyi halda milliləşdirmə həyata keçirilə bilər: milliləşdirmənin həyata keçirilməsi üçün 



məhkəmə qərarı tələb edilmir. Məhkəmə qərarı yalnız o halda lazım olur ki, milliləşdirmə nəticəsində milli-

ləşdirilmiş əmlakın mülkiyyətçisinə dəyən zərərin əvəzinin ödənilməsi barədə onunla dövlət arasında mübahisə 

yaransın; belə mübahisəni məhz məhkəmə həll edir (MM-ni 210-cu maddəsi). Əgər zərərin əvəzinin ödənilmə-

sinə dair mülkiyyətçi ilə dövlət arasında mübahisə olmazsa və dövlət zərərin əvəzini könüllü surətdə ödəyərsə, 

onda məhkəmə prosedurasına ehtiyac qalmır. Özü də o, mülkiyyətçiyə vurulan zərərin əvəzini dövlət büdjə 

vəsaiti hesabına tam həjmdə ödəməlidir

Dövlətin həm də borcudur ki, milliləşdirilən əmlakın dəyərini ödəsin, yəni mülkiyyətçiyə kompensasiya ver-

sin. Məsələyə bu cür yanaşma isə təsadüfi deyildir. Belə ki, BMT Baş Məjlisinin XX əsrin 70-ci illərində qəbul 

olunan qətnamələrində göstərilir ki, milliləşdirmə aktı yalnız milliləşdirilən əmlakın mülkiyyətçisinə kompen-

sasiya ödənilməsi şərtilə qanuni sayıla bilər; bu qətnamələr milliləşdirmə zamanı xüsusi (qeyri-dövlət) mülkiy-

yətçilərin mülkiyyət hüququnun müdafiə edilməsi prinsipindən çıxış edir; bu prinsip öz rəsmi-normativ ifadəsi-

ni  praktiki  olaraq  bütün  ölkələrin  daxili  qanunvericiliyində  tapır.  kinci  Dünya  müharibəsindən  sonra  həmin 

prinsip Şərqi Avropa ölkələri tərəfindən də tanınmışdır. Hal-hazırda qeyd etdiyimiz prinsip MDB ölkələrində 

qəbul olunan xarici investisiya haqqında qanunlarda da formulə edilmişdir. Milliləşdirmə zamanı mülkiyyətçiyə 

kompensasiya ödənilməsi prinsipi bizim ölkənin xarici investisiyanın qorunmasına həsr olunan qanununda nə-

zərdə tutulmuşdur.

 

Göstərilən  qanuna  görə,  Azərbaycan  Respublikasında  xarici  investisiya  milliləşdirilmir,  bu  şərtlə  ki,  o, 



Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vurmasın («Xarici investisiyanın qorunması 

haqqında» qanun). Bununla belə, əgər xarici investisiya Azərbaycan xalqına və dövlət mənafeyinə zərər vurar-

sa, milliləşdirilir; bu zaman mülkiyyətçiyə (xarici investora) təxirə salınmadan, müqabil və səmərəli kompensa-

siya ödənilir. 

Milliləşdirmə məjburi xarakter daşıyan elə bir tədbirdir ki, bunun nəticəsində iqtisadiyyatın ayrı-ayrı obyekt-

ləri yox, iqtisadiyyatın bütöv və kompleks sahələri dövlət mülkiyyətinə keçir. Bu tədbirin xarakteri onun kim 

tərəfindən və hansı məqsədlə həyata keçirilməsindən asılıdır. 1917-1920-ci illərdə Sovet dövləti torpağı, bank-

ları, sənaye və ticarət müəssisələrini milliləşdirmişdi. Milliləşdirmə bir çox Şərqi Avropa və Asiya ölkələrində, 

müstəmləkə asılılığından azad olan və iqtisadi müstəqillik əldə edən dövlətlərdə, habelə yüksək inkişaf etmiş 

Qərb ölkələrində də həyata keçirilmişdir. 

Dövlətin suverenliyi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən biridir. Bu prinsip əsasında 

hər bir dövlət özünün siyasi və iqtisadi sistemini müəyyən edir. Mülkiyyət hüququnun əldə edilməsi və xitam 

olunması üsullarını və əsaslarını, mülkiyyət hüququnun məzmununu müəyyən etmək dövlətin müstəsna hüqu-

qudur. Söylədiklərimizdən belə çıxır ki, suverenlik prinsipi hər bir dövlətin xüsusi mülkiyyəti milliləşdirmək 

hüququnu şərtləndirir. Milliləşdirmənin həyata keçirilməsi dövlət suverenliyinin ifadə formalarından biridir. 

Dövlətin milliləşdirmə hüququna malik olması beynəlxalq hüquq tərəfindən qəbul edilmişdir. Beynəlxalq hü-

quq suveren dövlətin milliləşdirməni həyata keçirmək hüququnu tanıyır. BMT-nin Baş Məjlisinin VII sessiyasın-

da (21 dekabr 1952-ci il) təbii sərvət və ehtiyatlardan müstəqil istifadə hüququ haqqında 626 saylı qətnamə qəbul 

edilmişdir. Qətnamə xalqların təbii sərvətlərə sərənjam vermək hüququnu onun ayrılmaz suveren hüququ kimi xa-

rakterizə edir.  

Milliləşdirmənin həyata keçirilməsi hər bir dövlətin daxili səlahiyyətlərinə aiddir. Hər hansı beynəlxalq or-

qanın bu məsələni müzakirə etməyə ixtiyarı yoxdur. Bu müddəa BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında 

öz əksini tapmışdır. Belə ki,  ran dövləti tərəfindən  ngilis- ran neft şirkəti milliləşdirildiyinə görə Böyük Brita-

niya hökuməti 1952-ci ildə Beynəlxalq Məhkəməyə şikayət edir. Məhkəmə səlahiyyəti olmadığına görə bu şi-

kayətə baxmaqdan imtina etmişdir. 

Milliləşdirmənin hüquqi təbiəti bir neçə əlamətlə şərtlənir. Birincisi, milliləşdirmə dövlət hakimiyyət aktı-



dır; bu aktın həyata keçirilməsi obyektiv surətdə mövcud olan dövlət mənafeyi ilə şərtlənir; o, öz mənafeyini 

təmin etmək üçün milliləşdirmə aktı kimi tədbir görür; milliləşdirmə dövlət tənzimetmə tədbiridir.  kincisi, mil-

liləşdirmə  ayrı-ayrı  şəxslərə  tətbiq  edilən  jəza  tədbiri  olmayıb,  ümumi  xarakter  daşıyan  sosial-iqtisadi 

tədbirdir. Bu xüsusiyyətinə görə, milliləşdirmə ayrı-ayrı obyektlərin dövlət mülkiyyətinə alınması kimi tədbir 


 

300


olan  ekspropriasiyadan  və  jəza  tədbiri  olan  müsadirədən  fərqlənir.  Düzdür,  bəzi  ölkələrin  qanunvericiliyində 

(məsələn,  taliya  MM-inin  834-cü  maddəsində;  Kvebek  MM-inin  952-ci  maddəsində)  milliləşdirmə  həm  də 

ekspropriasiya adlanır. Lakin onlar bir-birinə həddən ziyadə yaxın olsalar da məzmunja tam üst-üstə düşən, ey-

nimənalı anlayışlar deyillər. Belə ki, ekspropriasiya milliləşdirmənin bir formasıdır; bu forma adətən, əvəzsiz 

olaraq həyata keçirilir, yəni əmlakı dövlət tərəfindən alınan mülkiyyətçiyə kompensasiya ödənilmir. Digər tə-

rəfdən milliləşdirmə cinayət hüquqi müsadirədən fərqli olaraq nə cinayət-hüquqi sanksiya, nə cinayət hüququ 

üzrə jəza tədbiri, nə də cinayət jəzasının növüdür; milliləşdirməni eyni zamanda nə mülki-hüquqi müsadirə, nə 

də inzibati-hüquqi müsadirə hesab etmək olar. 

Üçüncüsü, milliləşdirməni həyata keçirən hər bir dövlət milliləşdiriləəmlaka görə kompensasiya verilib-

verilməməsini müəyyən edir.  

Beləliklə,  milliləşdirmə  termini  ilə  dövlətləşdirmə,  yəni  xüsusi  mülkiyyətdə  olan  əmlakın  alınıb,  dövlət 

mülkiyyətinə verilməsi başa düşülür. Dövlətsizləşdirmə isə bunun əksi olan prosesdir. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə