MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə49/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   91
§ 8. Hüquqlara və tələblərə 

mülkiyyət hüququnun əldə edilməsi 

Hüquqlara  və  tələblərə  mülkiyyət  hüququnun  əldə  edilməsi  bizim  ölkə  qanunvericiliyində  yeni  anlayışdır. 

Sovet dövrünün mülki məcəllələri belə anlayış nəzərdə tutmurdu. Sovet hüquq elmi, o cümlədən sovet mülki 

qanunvericiliyi,  ümumiyyətlə,  hüquqlara  (tələblərə)  mülkiyyət  hüququnun  əldə  edilməsi  qaydasını  tanımırdı; 

Sovet mülki hüquq konsepsiyasına görə, mülkiyyət hüququnun obyekti yalnız maddi əşya, fiziki predmet ola 

bilərdi.  ngiltərə mülki hüququ və ABŞ hüququ «mülkiyyət» terminini daha geniş mənada işlədərək, bəzən mül-

kiyyət hüququ anlayışını əmlak hüququ anlayışı ilə eyniləşdirir; bu ölkələrin doktrinası və qanunvericiliyi əm-

lak hüquqlarına da mülkiyyət hüququnun əldə edilməsi barədə qayda nəzərdə tutur. Bu qayda bəzi Avropa ölkə-

lərinin qanunvericiliyinə məlumdur. Azərbaycan Respublikasının müasir qanunvericiliyi bazar iqtisadiyyatı şə-

raitində əmlak dövriyyəsinin inkişaf tələbatını nəzərə almaqla, həmin ölkələrin qanunvericilik ənənələrinə uy-

ğ

un olaraq MM-ə hüquqlara (tələblərə) mülkiyyət hüququnun əldə edilməsi barədə qayda daxil edir. Yeni MM-



in 9-cu fəslinin 3-cü paraqrafına daxil olan normalar həmin məsələnin tənzimlənməsinə həsr edilmişdir (193-

202-ci maddələr). 

Bazar iqtisadiyyatı şəraitində əmlak xarakterli tələblər (hüquqlar) mülki dövriyyənin müstəqil obyekti kimi 

çıxış edir. Onlar xüsusən də birca ticarətinin müxtəlif formalarının inkişafına geniş yol açır. Məsələn, fyuçers-

lərlə ticarət geniş yayılmışdır. Belə halda icrası gələcəkdə nəzərdə tutulan kontraktlar (birca əqdləri) əvəzli qay-

dada  özgəninkiləşdirilir.  Beynəlxalq  ticarət  dövriyyəsində  biz  tez-tez  mal  ixraj  edən  şəxslərin  əjnəbi  (xarici) 

alıcılardan pul almaq tələblərinin kredit təşkilatlarına verilməsinin şahidi oluruq. Təsərrüfat (sahibkarlıq) döv-

riyyəsində patent hüquqları əvəzli qaydada özgəninkiləşdirilir. Bunun nəticəsində əvvəlki hüququn sahibi əm-

lak hüquqlarına mülkiyyət hüququnu itirir, bu hüququn yeni sahibi isə onlara mülkiyyət hüququ əldə edir. De-

məli, müasir qanunvericiliyə görə, təkcə əşyalara (maddi predmetlərə)  yox, həm də qeyri-maddi predmetlərə, 

yəni hüquqlara və tələblərə mülkiyyət hüququ əldə edilir. Bu hüquq və tələblər əmlak hüquqlarıdır. Roma hü-

ququ onları qeyri-maddi əşya (res in corporales) anlayışına daxil edirdi. Belə ki, əşya (res) maddi əşyalar (res 

corporales) və qeyri-maddi əşyalar adlı iki yerə bölünürdü. Qeyri-maddi əşyalar dedikdə, əşya, vərəsəlik və öh-

dəlik hüquqları başa düşülürdü. Mülkiyyət hüququ (dominium) isə maddi əşyalara aid edilirdi. 

Ümumi qaydaya görə, əşya hüququnun, o cümlədən onun əsas növü olan mülkiyyət hüququnun obyekti qis-

mində yalnız maddi əşya çıxış edə bilər. Mülkiyyət anjaq maddi əşyaya münasibətdə mövcud olur. Kontinental 

Avropa ölkələrinin əksəriyyətinin qanunvericiliyi müəyyən edir ki, mülkiyyət hüququnun obyekti yalnız maddi 

əş

ya ola bilər. Maddi əşya dedikdə isə Almaniya MQ-nin 90-cı paraqrafına görə, maddi predmetlər başa düşü-



lür. Yaponiya qanunvericiliyi də maddi əşya kateqoriyasına maddi predmetləri aid edir (MM-in 85-ci maddəsi). 

Analoci  göstərişi  bizim ölkə  qanunvericiliyi  də  ifadə  edir:  yalnız  fiziki  obyektlər  əşya  sayılır  (MM-in  135-ci 

maddəsinin 1-ci bəndi). 

Bununla belə, xarici ölkələrin sivilistika doktrinasında Roma hüququ ənənələrinə uyğun olaraq, əşya kateqo-

riyasına  qeyri-maddi  predmetləri  də  şamil  edirlər.  Belə  predmetlər  qeyri-korporal  (latınja  «corpus»  —  úèñèì, 

áÿäÿí)  âÿ  éà  ãåéðè-ìàääè  ÿøéàëàð  àäëàíûð.  Éàïîíèéà  ìöëêè  ùöãóã  åëìèíäÿ  ýþñòÿðèëèð  êè,  ÿøéà  kateqoriyasına 

maddi predmetlərdən savayı, hüququn digər obyektləri (yəni qeyri-maddi predmetlər) də daxil edilə bilər, bir 

şə

rtlə  ki,  bu,  onların  xarakterinə  görə  mümkün  olsun.  Almaniya  sivilistika  elmində  hüquqların  (qeyri-maddi 



predmetlərin) əşya hüququnun obyekti qismində çıxış edə bilməsi göstərilir. Digər tərəfdən, bəzi ölkələrin (mə-

sələn, Fransanın və  taliyanın) qanunvericiliyinə görə, mülkiyyət hüququ həm maddi predmetlərə, həm də qey-

ri-maddi predmetlərə şamil edilir. Bu, o deməkdir ki, mülkiyyət hüququnun obyekti qismində qeyri-maddi ne-

mətlərin çıxış etməsi istisna olunmur. Almaniyanın Əsas qanununun 141-ci maddəsinə görə, mülkiyyət an-



layışı ilə əşya, hüquq və tələbləəhatə olunur ki, bu, mülkiyyətə verilən mülki-hüquqi tərifə uyğun gəlmir. 

 

301


Avstriya  qanunvericiliyi  də  müəyyən  dərəcədə  qeyri-maddi  əmlakın  mülkiyyət  hüququnun  obyekti  olmasına 

yol verir. ABŞ mülki hüququna görə, iqtisadi qiyməti olan hüquqlara da mülkiyyət hüququ yarana bilər. Hol-

landiya Mülki Məcəlləsi əmlak hüquqlarının mülkiyyət hüququnun obyekti olmasını nəzərdə tutur. 

Müasir mülkiyyət konsensiyası mülkiyyət hüququnun iki növ obyektini tanıyır: 

 maddi əşya; (əmlak); 



 qeyri-maddi əşya (əmlak). 



Mülkiyyət  hüququnun  obyekti  kimi  maddi  əşya  dedikdə,  fiziki  obyekt,  maddi  predmet  başa  düşülür. 

Uzun müddət «əşya mülkiyyəti» kimi klassik konsensiya həlledici rol oynamışdır ki, bu konsensiyaya görə yal-

nız maddi əşyalar mülkiyyət hüququnun obyekti ola bilər; həmin konsensiyaya  görə anjaq fiziki predmetlərə 

mülkiyyət hüququ əldə etmək mümkündür. 



Mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əşya dedikdə, dəyəri olan və pula qiymətləndirilə bilən 

hüquqlar başa düşülür. Söhbət əmlak hüquqlarından gedir. Müasir mülkiyyət konsensiyası mülkiyyət hüququ-

nun obyekti kimi qeyri-maddi əşyaya aid edir: 

 sənaye mülkiyyəti hüquqları (ixtira, sənaye nümunəsi, əmtəə nişanı, firma adı, nou-hau və digər obyekt-



lərə olan hüquqlar); 

 maliyyə mülkiyyəti hüquqları (pul, qiymətli kağızlarından, yəni istiqrazdan, vekseldən, çekdən və digər 



qiymətli kağızlardan irəli gələn tələb hüquqları; müxtəlif cəmiyyət və kompaniyalarda iştirak hüququnu ifadə 

edən sənədlər, yəni səhm və pay); 

  kommersiya  mülkiyyəti  hüquqları  (malların  alınmasını  ifadə  edən  mala  sərənjamverici  sənədlər,  yəni 



konosament, anbar şəhadətnaməsi). 

Həm sənaye mülkiyyəti, həm maliyyə mülkiyyəti, həm də kommersiya mülkiyyəti obyektlərinin maddi (əş-

ya) forması yoxdur; bu obyektlər açıq-aşkar əşya xarakterində deyil. 

stehsal və iqtisadiyyatın inkişafı, elmi-texniki proqress mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əş-

yaların əhəmiyyətini artırmış, mülkiyyət hüququ obyektlərinin ilkin, ənənəvi anlayışından prinsipial surətdə im-

tina  olunmasını  şərtləndirmişdir.  Nəticədə  mülkiyyət  hüququnun  obyekti  olan  maddi  əşyalarla  əməliyyatlar 

ikinci plana keçmiş, əmlak xarakterli və əmtəə məzmunlu hüquq olan qeyri-maddi əşyalar isə təsərrüfat-iqtisadi 

həyatın vacib amilinə çevrilmişdir.

 

Məlum məsələdir ki, qeyri-maddi predmetlər sözün əsl mənasında əşya sayılmır və buna görə də mülkiyyət 



hüququnun obyekti kimi çıxış edə bilməz. Ona görə ki, əşya maddi anlayışdır. Lakin buna baxmayaraq, bu cür 

predmetlər  formal  cəhətdən  əşya  kateqoriyasına  aid  olunur.  Belə  aid  etmə  texniki  xarakterli  üsuldur  və 

qətiyyən əşya kateqoriyasına şamil olunan həmin predmetlərin mahiyyətini əks etdirmir. Belə aidiyyətin əsasın-

da praktiki ehtiyaclar durur. Həmin ehtiyacları təmin etmək üçün qeyri-maddi predmetlər əşya kateqoriyasına 

aid edilir. Belə halda bu predmetlərlə bağlı olan müvafiq münasibətlərin hüquqi recimi dəyişilir, yəni həmin 

münasibətlər üçün xüsusi hüquqi status — əşya-hüquqi recim müəyyənləşdirilir. Bu cür recimə görə, qeyri-

maddi  predmetlər  maddi  predmetlər  (maddi  əşyalar)  kimi,  mülkiyyət  hüququnun  obyekti  kimi  çıxış  edir,  bir 

şə

xsin mülkiyyətindən digərinə keçir, həmin predmetlərə mülkiyyət hüququ əldə edilir və s. Bu isə göstərilən 



münasibətlərin  müdafiəsini  yüksəldir,  təminatını  artırır  və  dövriyyəni  sürətləndirir.  Odur  ki,  maddi  əşyalara 

olan mülkiyyət hüququ üçün müəyyənləşdirilmiş recim sənaye, maliyyə və kommersiya mülkiyyəti hüquqlarına 

da şamil edilir. Məhz bu səbəbdən bizim ölkə qanunvericiliyi qeyri-maddi əşyalara mülkiyyət hüququnun əldə 

edilməsi barədə qayda müəyyən edir. Qeyri-maddi əşyalar dedikdə isə yuxarıda qeyd etdiyimiz kimi, əmlak hü-

quqları başa düşülür. 

Ə

mlak hüquqlarına mülkiyyət hüququnun əldə edilməsi dedikdə, bu hüquqların onların sahibi tərəfindən 

başqa şəxsin mülkiyyətinə verilməsi başa düşülür. Bununla şəxsin həmin hüquqlara mülkiyyət hüququ əmələ 

gəlir. Hüququn əvvəlki sahibinin hüquqlara olan mülkiyyət hüququna isə xitam verilir. 

Lakin  bütün  hüquqlara,  istisnasız  olaraq,  mülkiyyət  hüququ  əldə  etmək  olmaz.  Bunun  üçün  mülki 

qanunvericiliyin nəzərdə tutduğu və müəyyənləşdirdiyi şərtə əməl olunması tələb edilir (MM-in 193-cü maddə-

sinin 1-ci bəndi). Bu şərtə görə, yalnız güzəşt edilməsi və ya girov qoyulması mümkün olan hüquqlar baş-

qa şəxsin mülkiyyətinə verilə, yəni özgəninkiləşdirilə bilər. 

Başqa şəxsin mülkiyyətinə verilə bilən əmlak hüquqlarının dairəsi kifayət qədər genişdir. Bu hüquqlar müx-

təlif növlərdə ola bilər: 

 əşya hüquqları növündə; 



 öhdəlik hüquqları növündə; 

 əqli mülkiyyət hüquqları növündə; 



 korporativ hüquqları növündə. 

Əş

ya hüquqlarının əşyanın özündən ayrılmaqla başqa şəxslərin mülkiyyətinə verilməsi və özgəninkiləşdi-


 

302


rilməsi prinsip etibarilə mümkündür. Belə halda əşyanın özü mülkiyyət hüququnu verən şəxsdə qalır. Bu şəxs 

əş

yaya sahibliyi həyata keçirir. Roma hüququ belə münasibəti constitutum possessorium anlayışı ilə əhatə edir-



di. Bu, onu ifadə edir edir ki, əşya hüququ başqa şəxsin mülkiyyətinə verilmiş, əşyanın özü isə istifadə və ya ki-

rayə (icarə) münasibətləri əsasında əvvəlki mülkiyyətçinin özündə qalmışdır. Məsələn, vətəndaş minik avtomo-

bilinə əşya (mülkiyyət) hüququnu girov qoymaqla öz qonşusundan borc pul alır (minik avtomobili vətəndaşın 

özündə qalır). Müddət tamam olduqda, qonşu pulu qaytara bilmir. Belə halda əvvəljədən əldə edilən razılığa 

görə minik avtomobilinə olan əşya (mülkiyyət) hüququ vətəndaşın mülkiyyətinə keçir. Qonşu isə minik avto-

mobilindən istifadə etməyi davam etdirir. 

Əş

ya  hüquqlarının  bir  növü  olan  məhdud  əşya  hüquqlarına  (özgə  əşyalarına  olan  hüquqlara)  gəldikdə  isə, 



qeyd etmək lazımdır ki, bu hüquqlar müstəqil surətdə başqa şəxsin mülkiyyətinə verilə bilməz. Məsələn, servi-

tut hüququ müstəqil surətdə özgəninkiləşdirilə bilməz (MM-in 255-ci maddəsinin 3-cü bəndi). Bununla bərabər, 

məhdud əşya hüququnun bir növü olan tikiliyə vərəsəlik hüququnun (superfitsi hüququnun) özgəninkiləşdiril-

məsi mümkündür: torpağın üstündəki və ya altındakı binaya malik olmaq hüququ özgəninkiləşdirilə bilər (MM-

in 250-ci maddəsinin 1-ci bəndi). Məsələn, şəxs superfitsi müqaviləsi əsasında başqa şəxsin mülkiyyətində olan 

torpaq sahəsində özünə yaşayış evi tikir. Bununla həmin şəxsin bu tikiliyə superfitsi hüququ yaranır. Göstərilən 

hüququ o, özgəninkiləşdirə bilər. 

Əş

ya  hüquqlarının  özgəninkiləşdirilməsinin  əsas  hüquqi  vasitəsi  hüquqların  alqı-satqısı  konstruksiyası 



hesab edilir (MM-in 651-ci maddəsi). Belə hallarda bağışlama və dəyişmə müqavilələrindən də istifadə oluna 

bilər. Deməli, mülki-hüquqi müqavilələəşya hüquqlarına mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulu-

dur. 

Başqasının mülkiyyətinə verilə bilən əmlak hüquqları arasında öhdəlik (tələb) hüquqları — tələblər mü-



hüm yer tutur. Onlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir. Tələblər dedikdə, öhdəlik 

iştirakçısı  olan  kreditorun  (səlahiyyətli  şəxsin)  digər  iştirakçıdan,  yəni  borclu  şəxsdən  müəyyən  hərəkətlərin 

edilməsini tələb etmək hüquqları başa düşülür. Onlar kreditor tərəfindən  özgəninkiləşdirilə və bununla başqa 

şə

xslərin  mülkiyyətinə  verilə  bilər.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  kreditorun  şəxsiyyəti  ilə  qırılmaz  bağlı 



olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi 

haqqında tələblərin güzəşt edilməsinə yol verilmir (MM-in 194-cü maddəsinin 3-cü bəndi). Məsələn, vətəndaş 

öz portretinin çəkilməsini rəssama sifariş edir. Məlum məsələdir ki, o, bu münasibətdən irəli gələn tələb hüqu-

qunu, yəni portretinin çəkilməsini rəssamdan tələb etmək hüququnu özgəninkiləşdirə bilməz. 

Tələblərin özgəninkiləşdirilməsinin əsas hüquqi vasitəsi tələbin güzəştidir (verilməsidir). Tələbin güzəşti-

nin əsas hüquqi forması isə sessiyadır (latınja «cessio» — güzəşt etmək, vermək). Sessiyanın əsasını isə tələb-

lərin özgəninkiləşdirilməsinə  yönələn mülki-hüquqi əqdlər təşkil edir. Söhbət tələblərin alqı-satqısı, dəyişmə, 

bağışlama və faktorinq kimi müqavilələrdən gedir. Məsələn, vətəndaş öz qonşusuna borc pul verir. O, həmin 

pulun verilməsini tələb etmək hüququnu (tələbi) öz dostuna bağışlayır. Belə halda o, həmin tələbə mülkiyyət 

hüququ əldə edir. Başqa bir misalda vətəndaş tikinti təşkilatına onun üçün bağ evi tikməyi sifariş edir və dərhal 

podrat haqqını ödəyir. Evin tikilməsinə bir il qalmış o, evin verilməsini tələb etmək hüququnu (tələbi) öz qon-

ş

usuna satır. Belə halda qonşunun tələbə mülkiyyət hüququ yaranır. 



Ə

qli mülkiyyət hüquqları (müstəsna hüquqlar) da özgəninkiləşdirilə bilər. Özü də dərhal qeyd etməliyik 

ki, yalnız əqli mülkiyyət obyektlərindən istifadə hüquqları başqa şəxsə verilə bilər. Şəxsi qeyri-əmlak xa-

rakterli  müstəsna  hüquqlar  (məsələn,  ixtiranın  müəllifi  kimi  tanınmaq  hüququ,  əsərin  müəllifi  kimi  tanınmaq 

hüququ və s.) özgəninkiləşdirilmir. Xüsusən müstəsna hüquqların bir növü olan patent hüquqları başqa şəxs-

lərə verilə bilər. Bu, əsasən, patent sahibinin istehsal-iqtisadi resurslarının məhdudluğu ilə, onun istehsal-kom-

mersiya məsələləri ilə məşğul olmaq qabiliyyətinə malik olmaması ilə və digər səbəblərlə şərtlənə bilər. 



Patent hüququnun özgəninkiləşdirilməsinin əsas hüquqi forması bu hüququn güzəşt edilməsindən iba-

rətdir. Patent hüququnun güzəşti dedikdə, patent sahibinin ona məxsus olan hüququ başqa şəxsə verməsi ba-

ş

a düşülür. Azərbaycan Respublikasının patent qanunvericiliyinə görə, patent sahibi patenti istənilən şəxsə (fizi-



ki şəxsə və hüquqi şəxsə) güzəşt edə bilər. Patent hüququnu güzəşt etmənin əsas hüquqi vasitəsi alqı-satqı, ba-

ğ

ışlama və dəyişmə müqavilələri hesab edilir. Məsələn, mühəndis yeni saat növü ixtira edir və ona patent alır. 



O, patent hüququnu istehsal müəssisəsinə satır. Bu müəssisə həmin növ saatı istehsal edərək, mülki dövriyyəyə 

buraxır. Belə halda ixtiradan (saatdan) istifadə hüququ istehsal müəssisəsinə keçir. Mühəndisin ixtiranın müəlli-

fi kimi tanınmaq hüququnun keçməsi isə istisna olunur. 

ABŞ mülki hüququnda, patent hüququ mülkiyyət kimi xarakterizə olunur; bu hüquq maddi əşya (əmlak) ol-

masa da iqtisadi qiymətə malikdir. 

qtisadiyyatın inkişafı prosesində patent hüququnun əsas növü olan sənaye mülkiyyəti hüququ böyük əhə-

miyyətə malikdir. Sənaye mülkiyyəti hüququnun xüsusilə ixtira və nou-hau kimi obyektləri elmi-texniki dəyi-


 

303


ş

ikliklər şəraitində vacib rol oynayaraq istehsalın inkişafının mühüm elementi kimi çıxış edir; onlar bilavasitə 

istehsal qüvvəsinə çevrilmiş elmi-texniki biliklər kimi tanınır. 

Sənaye mülkiyyəti hüququnun firma adı, joğrafi göstərici və əmtəə nişanı kimi obyektləri təsərrüfat dövriy-

yəsi iştirakçılarının özlərini və onların istehsal etdikləri məhsulları fərdiləşdirir və fərqləndirir, eləjə də rəqabə-

tin güjlənməsi şəraitində malların bazarda effektiv satışını təmin edir və s. 

Özgəninkiləşdirilməsi  mümkün  olan  hüquqlardan  biri  korporativ  hüquqlar  hesab  olunur.  Bu  hüquqlar 

şə

xslərin təsərrüfat cəmiyyəti və ortaqlıqlarının idarə olunmasında iştirak etməklə bağlı olaraq əmələ gəlir.  şti-



rakçı  həmin  hüquqları  başqa  şəxslərə  verə  bilər.  Məsələn,  məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçısı 

cəmiyyətin  nizamnamə  kapitalındakı  payını  sata  bilər  (MM-in  93-cü  maddəsinin  1-ci  bəndi).  Səhmdar 

cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri özgəninkiləşdirə bilər (MM-in 99-cu maddəsi). Bunlar korpo-

rativ hüquqların verilməsini (özgəninkiləşdirilməsini) ifadə edir. 

Ə

mlak hüquqları özgəninkiləşdirildikdə, bu hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 



TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

A.V.Venediktov. Qosudarstvennaə soüialistiçeskaə sobstvennostğ. M.- L., 1948. 

D.M.Qenkin. Pravo sobstvennosti v SSSR. M., 1961. 

Qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 15). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ1 / Pod red. A.P.SerqeevaÖ.K.Tolstoqo. M., 1998 (ql. 16, 17). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ1 / Pod red. T. . llarionovoy i dr. M., 1998 (ql. 14). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ1 / Pod red. Z. .Üıbulenko. M., 1998 (ql. 13). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ1 / Pod red. A.Q.Kalpina i A. .Masləeva. M., 1997 (ql. 14). 

Qracdanskoe pravo. Uçebnik / Pod red. S.P.Qrişaeva. M., 1999 (ql. 8). 

Pravo sobstvennosti v SSSR / Pod red. Ö.K.TolstoqoV.F.Əkovleva. M., 1989. 



Ö.K.Tolstoy. Sodercanie i qracdansko-pravovaə zahita prava sobstvennosti v SSSR. L., 1955 (ql.1). 

Ö.K.Tolstoy. Ponətie prava sobstvennosti // Problemı qracdanskoqo i administrativnoqo prava. L., 1962. 

Ö.K.Tolstoy. K uçeniö o prave sobstvennosti // Pravovedenie. 1992. №1. 

U.Mattei,  E.ASuxanov.  Osnovnıe  poloceniə  prava  sobstvennosti.  M.,  1999  (ql.  IV,  V,  VI,  IX  —  avtor 

U.Mattei; ql. I, II, IV, VI). 

E.A.Suxanov. Leküii o prave sobstvennosti. M. 1991. 

E.A.Suxanov. Priobretenie i prekrahenie prava sobstvennosti // Xozəystvo i pravo. 1998. №6.  

K. .Sklovskiy. Sobstvennostğ v qracdanskom prave. M., 1999 (ql. VIII, X, XI, XIII, XV). 

K. . Sklovskiy. K probleme prava sobstvennosti // Provovedenie. 1990. № 1. 

L.V.Hennikova. Vehnıe prava v qracdanskom prave Rossii. M., 1996. 

L.V.Hennikova.  Kateqoriə  sobstvennostğ  v  Rossiyskom  qracdanskom  prave  i  russkoy  üivilistike  //  QP. 

1995. № 3. 



Wieling H.J. Sachenrecht. Berlin. 1997 (yəni Q.Y.Villinq. Əşya hüququ. Berlin. 1997). 

Wilhelm J. Sachenrecht. Berlin. 1993 (yəni Y.Vilhelm. Əşya hüququ. Berlin. 1993). 

Wolf M. Sachenrecht. München. 1997 (yəni M.Volf. Əşya hüququ. Münhen. 1997). 

Baur J.F., Stürner R. Lehrbuch des Sachenrecht. München. 1992 (yəni Y.F.Baur, R.Ştyurner. Əşya hüqu-

qunun dərsliyi. Münhen. 1992).  



Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983 (II razdel, ql. 1, 3). 

MÖVZU 7 

Mülki hüquqda əqdlə

(mülki-hüquqi əqdlər) 

§ 1. Mülki-hüquqi əqdlərin anlayışı,  

ə

lamətləri, əhəmiyyəti, elementləri və əsas cəhətləri 



1. Mülki-hüquqi əqdlərin anlayışı  

Mülki hüquq münasibətləri müxtəlif hüquqi faktlar əsasında əmələ gəlir, dəyişir və ya xitam olunur. Bunlar 



mülki-hüquqi faktlar adlanır. Bu faktların əsas növünü mülki-hüquqi əqdlər təşkil edir.  

Ə

qdlər mülki-hüquqi faktların nisbətən daha geniş yayılmış növüdür. Buna görə də onlar sivilistikada hüqu-



qi faktlar sistemində xüsusi yer tutur. Məhz bu səbəbdən Mülki Məcəllə özünün dördüncü bölməsini əqdlərin 

tənzimlənməsinə həsr etmişdir. Bu bölmə 13-16-cı fəsilləri əhatə edir ki, həmin fəsillər kifayət qədər xeyli mad-

dələrdən (324-366-cı maddələr) ibarətdir. Bu maddələrdə ifadə olunan normaların sistemi əqd institutunu əmələ 

gətirir. 

Dediklərimizdən bəlli olur ki, mülki hüquqda əqd iki mənada işlədilir: mülki-hüquqi fakt mənasında; mülki 

hüquq institutu mənasında.  



 

304


Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişmə-

sinə və ya xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki 

hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət (hü-

quqi faktın bir növü) kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik 

avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir 

(mülkiyyət hüquq münasibətinə xitam verilir), qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ əldə edir 

(mülkiyyət hüquq münasibəti əmələ gəlir). Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qon-

ş

uya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir. Başqa bir mi-



salda sahibkar kənd sakininə borc müqaviləsi əsasında bir ton taxıl borc verir. Həmin müqavilə sahibkar üçün 

bir ton taxılın qaytarılmasını tələb etmək hüququ yaradır, kənd sakini üçün isə həmin taxılı qaytarmaq vəzifəsi 

ə

mələ gətirir. Bax, göstərdiyimiz alqı-satqı müqaviləsi də, borc müqaviləsi də mülki-hüquqi fakt mənasında əqd 



hesab olunur.  

Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, habelə xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlə-



dən vətəndaşğı olmayan şəxslər də bağlaya bilərlər. Məsələn, real həyatda tez-tez xarici ölkə vətəndaşları-

nın ev kirələmək, torpaq icarəyə götürmək, özü üçün əmlak almaq, nəqliyyat vasitəsində getmək və digər növ 

ə

qd bağlamalarının şahidi oluruq. Bununla bərabər, Azərbaycan dövlətinin və bələdiyyələrin də mülki-hüquqi 



xarakterli əqd bağlamaq hüququ vardır. Məsələn, Azərbaycan dövləti alqı-satqı, borc, kredit, icarə, podrat, kira-

yə və digər əqdlərdə tərəf qismində çıxış edə bilər. 



Mülki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq norma-

larının məcmusu başa düşülür. Söhbət əqdlərin formasını və bağlanma qaydasını, onların hüquqi məzmununu, 

habelə əqdlərin etibarlı və etibarsız olmasını şərtləndirən halları müəyyənləşdirən hüquq normalarından gedir. 

Bu normalar birləşərək, mülki hüququn ən vacib və mühüm institutlarından birini — əqd institutunu yaradır.  

Öz strukturuna görə əqd institutu iki hissəyə bölünür: ümumi hissəyə; xüsusi hissəyə. Ümumi hissənin 

normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil edilir. Bu normalar, yuxarıda qeyd etdiyimiz kimi, 

Mülki Məcəllənin dördüncü bölməsinə daxil olan maddələrdə ifadə edilmişdir. Xüsusi hissə normaları isə xü-

susi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir. Bu normalar Mülki Məcəllənin 

xüsusi  hissəsinin  yeddinci  bölməsinə  daxil  olan maddələrdə  ifadə  edilmişdir.  Məsələn,  alqı-satqı  əqdi  barədə 

normalar MM-in 29-cu fəslində, icarə  əqdi haqqında normalar 34-cü  fəslində, renta haqqında normalar 48-ci 

fəslində və s. əks olunmuşdur.  

Ə

qd institutunun tarixi çox qədim dövrlərlə bağlıdır. Hələ Roma hüququ dövründə əqdlər hüquqi faktların 



bir növü hesab edilirdi. 

Müasir xarici ölkə qanunvericiliyi əqdlərin böyük əhəmiyyətə malik olmasını nəzərə alaraq, onların tənzim-

lənməsinə və hüquqi təbiətinin müəyyən edilməsinə xüsusi diqqət yetirir. Məsələn, Almaniya Mülki Qanunna-

məsinin  birinci  kitabının  üçüncü  bölməsi  («Əqdlər»),  Hollandiya  Mülki  Məcəlləsinin  üçüncü  kitabının  ikinci 

bölməsi («Hüquqi əqdlər»), RF-in Mülki Məcəlləsinin dördüncü bölməsi və s. əqdlərin tənzimlənməsinə həsr 

edilmişdir.  

Xarici ölkələrin sivilistika doktrinasında əqdlərə, mahiyyətjə, eyni anlayış verilir. L.Ennekserusa görə, hüqu-

qi əqd dedikdə, bir və ya bir neçə iradə ifadəsini əhatə edən elə faktiki tərkib başa düşülür ki, bu tərkib hüquq 

qaydası  tərəfindən  hüquqi  nəticənin  baş  verməsi  üçün  əsas  kimi  tanınır.  Almaniyalı  professor  Q.Y.Muselyak 

ə

qdə belə anlayış verir: əqd hüquqi nəticə əldə edilməsinə yönələn xüsusi iradə ifadəsidir. Ümumiyyətlə, Alma-



niya mülki hüquq doktrinasında əqdə müəyyən hüquqi nəticə əldə edilməsinə yönələn iradəvi xarakterli davranış 

aktı kimi baxılır. Yaponiya sivilistika doktrinasında əqdin anlayışı bu cür müəyyənləşdirilir: əqd mülki hüquq və 

vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına yönələn hüquqauyğun hərəkətdir. 

2. Əqdin hüquqi əlamətləri 

Real həyatda mövcud olan faktların əqd kimi tanınması üçün həmin faktların tələb edilən əlamətlərə uyğun 

gəlməsi və cavab verməsi tələb olunur. Bu əlamətlərə uyğun gəlməyən fakt əqd hesab edilmir və hər hansı bir 

mülki hüquq və vəzifənin əmələ gəlməsinə səbəb olmur. Əksinə, həmin əlamətlərə cavab verən fakt isə əqd sta-

tusu əldə edir və müəyyən mülki hüquq və vəzifənin yaranması üçün əsas olur.  

Faktların əqd kimi tanınmasını şərtləndirəəsaslara əqdin əlamətləri deyilir. Mülki hüquq elmində (si-

vilistika doktrinasında) bu cür dörd əlamətin olması göstərilir. Həmin əlamətlər əqdlərə hərtərəfli və geniş hü-

quqi xarakteristika verilməsinə imkan yaradır.  

 Əqdin birinci əlaməti ondan ibarətdir ki, o, əyyən hüquqi faktdır. O, real gerçəkliyin elə bir faktıdır 

ki, qanun mülki hüquq və vəzifələrin əmələ gəlməsini məhz bu faktla bağlayır və əlaqələndirir. Amma bütün 

hüquqi faktların hamısı, istisnasız olaraq, əqd hesab edilmir. Yalnız hüquqi faktların hüquqi hərəkət kimi nö-



 əqd kimi tanına bilər. Bununla bütün əqdlər hüquqi faktların hüquqi hadisə kimi digər növündən ayrılır və 

 

305


fərqlənir. Belə ki, hüquqi hadisələr əqd ola bilməz. Əqd hüquqi hadisə yox, hüquqi hərəkətdir. 

Ə

qdin ikinci əlaməti ondan ibarətdir ki, o, hüquqazidd olmayan (hüquqauyğun) hərəkətdir. Bu əlamətə 

görə bütün əqdlər mülki qanunvericiliyin tələblərinə müvafiq olmalı və uyğun gəlməlidir. Əqdin hüquqauyğun-

luğu o deməkdir ki, yalnız mülki qanunvericiliklə müəyyənləşdirilən tələblərə və qaydalara zidd olmadığı hal-

larda, müvafiq əqd hüquqi əhəmiyyət kəsb edir, yəni mülki hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. 

Ona görə də mülki qanunvericiliyin nəzərdə tutduğu tələblərə və qaydalara müvafiq olan əqd etibarlıdır. Bu tə-

ləb və qaydalara zidd olan əqd isə etibarsız hesab edilir (MM-in 337-ci maddəsinin 1-ci bəndi). Bu cür etibarsız 

ə

qdlərin hüquqi əhəmiyyəti və mənası yoxdur, yəni onlar müəyyən mülki hüquq və vəzifələrin əmələ gəlməsinə 



səbəb olmur.  

Ə

qdin göstərilən hüquqi əlaməti mülki hüquq elmində geniş doktrinal mübahisəyə səbəb olmuşdur. Bu barə-



də bir-birindən fərqli üç müxtəlif fikir söylənilir. Alimlərdən  .B.Novitskinin mövqeyincə, mülki qanunvericili-

yə görə həm etibarlı əqdlər, həm də etibarsız əqdlər mövcud ola bilər. Madam ki, mülki qanunvericilik «etibar-

sız əqd» anlayışını işlədir, onda etibarsız əqdlərin mövcudluğundan danışmaq olar. Alim belə hesab edir ki, ona 

görə də hüquqauyğunluğu əqdin zəruri əlaməti kimi qəbul etmək olmaz.  

Müəlliflərdən D.M.Genkin göstərir ki, hüquqauyğunluğu və ya hüquqazidd olmağı hüquqi fakt kimi əqdin 

vacib elementi hesab etmək olmaz. Onlar əqdin bu və ya digər nəticəsini müəyyən edir.  

Üçüncü qrup müəlliflər isə hüquqauyğunluğu əqdin vacib və zəruri əlaməti kimi tanıyırlar. Sivilistika doktri-

nasında bu mövqe şəksiz üstünlüyə malikdir. Yalnız mülki qanunvericiliyin tələblərinə və qaydalarına uyğun 

gəlməklə bağlanan əqdlər hüquqi fakt kimi mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas rolunu oynayır. 

Bu cür əlaməti ilə əqdlər hüquqazidd (hüquqauyğun olmayan) hərəkətlərdən fərqlənir. Bu cür hərəkətlər qanu-

nun tələblərinə müvafiq olmur, onun tələblərini pozur. Bəzi hallarda onlar öz xarici formasına görə hüquqazidd 

hərəkət kimi yox, əqd kimi görünür. 

Ə

qdlər bu  əlaməti ilə delikt və əsassız varlanma  kimi hüquqazidd hərəkətlərdən fərqlənir. Onlar da mülki 



hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Məsələn, vətəndaş öz qonşusunun əmlakını zədələyir. Bu de-

likt nəticəsində vətəndaş üçün vurulan zərərin əvəzini ödəmək vəzifəsi, qonşu üçün isə həmin zərərin əvəzinin 

ödənilməsini tələb etmək hüququ yaranır. Başqa bir misalda satıcı alıcıdan satdığı malın pulunu iki dəfə alır. Bu 

cür əsassız varlanma hərəkəti satıcı üçün qanunsuz olaraq alınan pulu alıcıya qaytarmaq vəzifəsi, alıcı üçün hə-

min pulun qaytarılmasını tələb etmək hüququ əmələ gətirir. Amma əqdlərdən fərqli olaraq, deliktlər də, əsassız 

varlanma hərəkətləri də hüquqazidd hərəkətdir. 

Ə

qdin üçüncü əlaməti ondan ibarətdir ki, o, iradəvi hərəkətdir. Bu əlamət əqd bağlayan şəxsin müəyyən 

səviyyədə şüura (düşünjəyə) və iradəyə malik olmasını tələb edir. Bu səviyyə isə həmin şəxsə imkan verir ki, o, 

öz hərəkətlərinin mənasını başa düşsün, bu hərəkətlərə rəhbərlik edə bilsin və onlara görə cavab vermək qabi-

liyyətinə malik olsun. Əqdin göstərilən əlaməti onu hüquqi hadisələrdən (məsələn, zəlzələdən, təbii yanğından, 

qasırğadan və s.) fərqləndirir. Belə ki, hadisələr hüquqi nəticəyə səbəb olsa da, iradəvi xarakter daşımır.  

Ə

qdlər həmişə iradəvi akt kimi çıxış edir. Onlar mülki hüquq subyektlərinin iradəsi ilə bağlıdır. Əqdlərdə 



onu bağlayan şəxslərin iradəsi ifadə olunur.  

Ə

qdin dördüncü əlaməti ondan ibarətdir ki, o, xüsusi olaraq əyyən hüquqi nəticə əldə olunmasına 



yönələn hərəkətdirHüquqi nəticə dedikdə, əqd bağlanması sayəsində subyekt üçün mülki hüquq və vəzifə-

nin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması başa düşülür.  

Ə

qdin hüquqi nəticəsi son dərəcə müxtəlifdir. Məsələn, vətəndaş öz qonşusundan minik avtomobili alır. Bu 



alqı-satqı əqdinin hüquqi nəticəsi minik avtomobili üzərində mülkiyyət hüququ əldə etməkdən ibarətdir. Başqa 

bir misalda kənddən şəhərə işləməyə gələn vətəndaş yaşayış evini kirayəyə götürür. Bu kirayə əqdinin hüquqi 

nəticəsi isə yaşayış evi üzərində müvəqqəti istifadə hüququ əldə etməkdən ibarətdir.  

Hüquqi nəticə güdməyən hərəkət əqd hesab olunmur. Məsələn, iki dost kinoya və ya teatra getmək barədə 

razılığa gəlirlər. Başqa bir misalda iki nəfər kənd sakini öz aralarında razılaşırlar ki, bazar günü kənddən xeyli 

aralıda yerləşən meşəyə gəzməyə getsinlər. Bu cür razılaşmalar hər hansı hüquqi nəticə güdmür. Ona görə də 

həmin razılaşmalara əqd demək olmaz. Onlar mənəvi-məişət sazişləri hesab edilir.  

Ə

qdin bu əlaməti onu hüquqi əməllərdən fərqləndirməyə imkan verir. Hüquqi əməllər də əqdlər kimi hərə-



kət kateqoriyasına aid edilir və mülki-hüquqi nəticəyə səbəb olur. Lakin əqdlərdən fərqli olaraq, hüquqi əməllər 

xüsusi olaraq hüquqi nəticə əldə olunmasına yönəlmir. Onlar hüquqi nəticə güdməyən hərəkətlərdir. Lakin buna 

baxmayaraq, qanunda ifadə olunan göstərişə görə hüquqi əməllər də hüquqi nəticəyə səbəb olur. Məsələn, trak-

torçu kəndli (fermer) təsərrüfatına məxsus olan torpaq sahəsini şumlayarkən orada dəfinə tapır. Qanunda ifadə 

olunan göstərişə görə dəfinənin yarısı traktorçuya verilir (MM-in 187-ci maddəsinin 1-ci bəndi). Beləliklə, dəfi-

nənin yarısı üzərində traktorçu mülkiyyət hüququ əldə edir və bu, hüquqi nəticəyə səbəb olur. Traktorçu torpağı 

ş

umlayarkən bu cür hüquqi nəticə güdməmişdi. 



 

306


Ə

qdin əlamətləri onu inzibati aktlardan fərqləndirməyə imkan verir. Onların hər ikisi də hüquqi akt kateqori-

yasına aid edilir. Belə ki, həm əqdlər, həm də inzibati aktlar hüquqi akt hesab edilir.  nzibati aktlar dedikdə, 

dövlət icra hakimiyyəti orqanlarının qəbul etdikləri fərdi xarakterli qeyri-normativ aktlar başa düşülür. Bu akt-

lar əqdlərdən fərqli olaraq, inzibati-hüquqi nəticə doğurur. Məsələn, rayon icra hakimiyyəti orqanının qərarı ilə 

müharibə iştirakçısına mənzil verilir. Əqd isə mülki-hüquqi nəticə doğurur. 



3. Əqdin elementləri 

Ə

qdin mahiyyəti onun elementlərində təzahür edir. Əqdin elementləri dedikdə, onun mahiyyətini müəyyən-



ləşdirən tərkib hissələri başa düşülür. Onlara aiddir:  

 iradə;  





 iradəni ifadə etmə (bildirmə);  

 əqdin hüquqi məqsədi; 





 əqdin subyektləri;  

 əqdin obyekti; 



 əqdin məzmunu; 

 əqdin forması;  



 əqdin əsası;  

 əqdin hüquqi nəticəsi; 



 əqdin motivi.  



radə əqdin subyektiv elementidir. Belə ki, əqd iradəvi aktdır. Buna görə də o, psixiloci amillə, yəni əqd 

bağlayan şəxsin arzusu, istəyi və niyyəti ilə bağlıdır.  

Ə

qd o niyyət və məqsədlə bağlanılır ki, onu bağlayan şəxs üçün mülki hüquq və vəzifələr əmələ gəlsin. Bu 



məqsədə çatmaq üçün həmin şəxsin əqd bağlamaq barədə arzu və istəyinin olması gərəkdir. Həmin arzu və is-

tək əqd bağlayan şəxsin daxili iradəsi və ya iradəsi adlanır.  



radə (daxili iradədedikdə, qarşıya qoyulan məqsədə çatmaq üçün əqd bağlayan şəxsin daxilən dərk edil-

miş arzu və istəyi başa düşülür. O, müxtəlif həyati halların, hər şeydən əvvəl, sosial-iqtisadi amillərin təsiri al-

tında yaranır və formalaşır. Bu halların və amillərin ən vacibi isə maddi-mənəvi ehtiyac və tələbatla şərtlənir. 

Mülki hüquq subyektləri öz ehtiyaclarını dərk etdikdən və başa düşdükdən sonra onları təmin etməyə cəhd gös-

tərirlər və bu məqsədlə müxtəlif hüquqi vasitələrdən, o cümlədən əqdlərdən istifadə edirlər.  

Ə

gər iradə (daxili iradə) yoxdursa, onda əqdin özünün mövcudluğundan söhbət gedə bilməz. Məsələn, fiziki 



zorakılıq təsiri altında vətəndaşdan pul alınmasını əqd hesab etmək olmaz. Çünki bu cür hərəkət daxili iradə 

(iradə) kimi subyektiv (psixiloci) elementdən məhrumdur. 

radə əqd bağlayan şəxsin öz hərəkətinə olan psixiloci münasibətidir. Bu şəxs onun vasitəsilə öz hərəkətini 

psixiloci cəhətdən tənzim edir. Lakin iradə şəxsin öz hərəkətinə olan psixiloci münasibətin yalnız bir tərəfidir. 

Buna görə də təkcə iradənin (daxili iradənin) mövcudluğu, yəni əqd bağlamaq barədə istək və arzunun olması 

özlüyündə əqdin bağlanması üçün kifayət etmir və yetərli deyildir.  

Ə

qdin bağlanması üçün həm də vacibdir ki, şəxsin iradəsi — onun əqd bağlamaq arzusu və istəyi digər şəxs-



lərin nəzərinə çatdırılsın, onlara məlum olsun, yəni xaricən (obyektivləşmiş surətdə) ifadə edilsin. Bu, iradəni 

ifadə etmə (bildirmə) adlanır.  radəni ifadə etmə psixiloci münasibətin digər - ikinci tərəfi hesab edilir. Deməli, 

ə

qdin bağlanması üçün psixiloci münasibətin həm birinci tərəfinin (iradənin), həm də ikinci tərəfinin (iradəni 



ifadə etmənin) olması vacibdir. Onlar eyni bir prosesin iki tərəfidir. Buna görə də iradə və iradəni ifadə etmə 

arasında ziddiyyət, uyğunsuzluq ola bilməz.  



radəni bildirmə (ifadə etmədedikdə, əqd bağlayan şəxsin daxili iradəsinin (iradəsinin) xaricən (obyektiv-

ləşmiş) ifadə edilməsi başa düşülür. O, əqdin obyektiv elementidir. Əgər iradə «mən nə istəyirəm?» sualına 

cavab verirsə, iradəni ifadə etmə isə belə bir suala cavab verir: «mən bunun üçün nə edirəm?». Məsələn, bank 

kreditin qaytarılması (öhdəliyin icrası) halını təmin etmək istəyir («bank nə istəyir?») və bu məqsədlə öz risqini 

sığorta etdirir («bank bunun üçün nə edir?»).  

radəni ifadə etmə əqd bağlayan şəxsin öz iradəsini başqa şəxslərin nəzərinə çatdırmaq üsuludur. Məsələn, 

vətəndaşın təkcə evi satmaq arzusu və istəyi həmin evin satılması üçün azdır, kifayət etmir. Əgər o, bu istəyi və 

arzunu hər hansı bir şəxsin nəzərinə çatdırmasa, onda əqdin bağlanmasından söhbət gedə bilməz. Ona görə də 

iradəni ifadə etmə əqdin vacib elementidir.  

radə xaricən (obyektivləşmiş) müxtəlif üsullar əsasında ifadə edilir. Bu üsullar üç cür olur: birbaşa iradəni 

ifadə etmə; dolayı yolla iradəni ifadə etmə; susmaq yolu ilə iradəni ifadə etmə.  

Birbaşa iradəni ifadə etmə odur ki, belə halda iradə şifahi və ya yazılı formada bildirilir. Məsələn, iki və-

təndaş öz aralarında yazılı borc müqaviləsi bağlayırlar.  



Dolayı  yolla  iradəni  ifadə  etmə  odur  ki,  bu  halda  şəxsin  hərəkətindən  onun  əqd  bağlamağa  razı  olduğu 

 

307


açıq-aşkar  görünür.  Başqa  sözlə  desək,  şəxsin  rəftarından  onun  əqd  bağlamaq  iradəsi  məlum  olur.  Məsələn, 

malların avtomatlardan istifadə etməklə satılması hallarında (MM-in 620-ci maddəsi) müqavilə bağlamaq barə-

də iradə dolayı yolla ifadə olunur. Sürücü avtobusu dayanajağa verməklə daşıma müqaviləsi bağlamaq barədə 

istəyini dolayı yolla sərnişinlərə bildirir.  



Susmaq yolu ilə iradəni ifadə etmə odur ki, bu halda şəxsin dinməməsi onun əqd bağlamaq iradəsini ifadə 

edir.  Yalnız  MM-də  və  ya  tərəflərin  razılaşmasında  nəzərdə  tutulan  hallarda  susmaqdan  iradəni  ifadə  etmək 

üsulu kimi istifadə etmək olar. Həmin hallarda subyekt (şəxs) özünü çox passiv aparır, dinmir, susur və hər han-

sı hərəkət yerinə yetirmir. Lakin passivlik, dinməzlik iradəni ifadə etmə üsulu kimi çıxış edir. Susmaq dinmə



razılıq deməkdir. Məsələn, əgər tapşıranın dinməməsi (susması) ilə ticarət agenti öz fəaliyyətini davam etdirər-

sə,  onda  ticarət  agenti  haqqında  müqavilə  qeyri-müəyyən  müddətə  bağlanmış  hesab  olunur  (MM-in  794-cü 

maddəsinin 1-ci bəndi).  

Bəzi  əqdlərin  bağlanması  üçün  təkcə  iradənin  və  iradəni  ifadə  etmənin  mövcudluğu  kifayət  etmir.  Bunun 

üçün həm də əmlakın — pul və ya əşyaların verilməsi lazımdır. Məsələn, bank əmanəti (depozit) müqaviləsinin 

bağlanması üçün vacibdir ki, əmanətçi pulu banka təhvil versin. Məhz bu andan həmin müqavilə bağlanmış he-

sab edilir. Gələcəkdə bağışlama vədi kimi hal istisna olmaqla, bağışlama müqaviləsinin bağlanması üçün əmla-

kın hədiyyə alana (hədiyyə bağışlanılan şəxsə) verilməsi tələb olunur.  

Almaniya mülki hüquq doktrinasında iradəni ifadə etmə anlayışının mahiyyətinə xüsusi diqqət yetirilir. Pro-

fessor Q.Y.Muselyak onu əqdin bazis elementi, təməl daşı hesab edir.  radəni ifadə etməyə hüquqi nəticə əldə 

olunmasına yönələn akt (iradə bildirməsi) kimi anlayış verilir. 

Yaponiya mülki hüquq elmində iradəni ifadə etmənin üç elementdən ibarət olması göstərilir: müəyyən nəticə 

ə

ldə  etmək  cəhdi,  yəni  nəticə  əldə  etməyə  yönələn  iradə;  göstərilən  bu  iradəni  ifadə  etmək  cəhdi,  yəni  ifadə 



olunmağa yönələn iradə; ifadə etmə prosesinin özü. Bu elementlərdən biri olmazsa, əqd etibarsız hesab edilir. 

radəni ifadə etmə əqdin əsas elementidir. 

Ə

qdin hüquqi məqsədi onun elementlərindən biri hesab olunur. Əqd bağlayan şəxslər həmişə hüquqi məqsəd 



güdürlər. Hüquqi məqsədi olmayan hərəkət əqd yox, mənəvi-məişət xarakterli saziş sayılır. Məsələn, iki nəfər 

yoldaş dağ gəzintisinə getmək barədə razılığa gəlirlər. Bu cür saziş əqd kateqoriyasına şamil edilmir.  

Ə

qdin hüquqi məqsədi dedikdə, əqd iştirakçılarının onlar üçün mülki hüquq və ya vəzifələrin əmələ gəlmə-

si, dəyişməsi və ya xitam edilməsi barəsində elə bir subyektiv arzusu başa düşülür ki, bu arzu əqd bağlandıqdan 

və icra olunduqdan sonra həyata keçir. Əqdin hüquqi məqsədi əqd iştirakçılarının onlar üçün hüquqi nəticəyə 

nail olunması haqqında subyektiv arzusu, niyyəti və məramıdır. 

Ə

qdin hüquqi məqsədində əqd iştirakçılarının daxili cəhdi və niyyəti ifadə olunur. Buna görə də o, subyek-



tiv xarakter daşıyır. Bu isə bizə belə bir fikir söyləməyə əsas verir ki, əqdin hüquqi məqsədi onun obyektiv 

yox, subyektiv elementidir

Ə

qdin hüquqi məqsədi müxtəlif ola bilər. Mülkiyyət hüququnu bir şəxsdən digərinə keçirmək alqı-satqı, ren-



ta, bağışlama, borc və dəyişmə kimi müqavilələrin hüquqi məqsədini təşkil edir. Əmlakdan istifadə hüququnu 

müvəqqəti olaraq bir şəxsdən digər şəxsə vermək kirayə, icarə, lizinq və əvəzsiz istifadə (ssuda) kimi müqavilə-

lərin hüquqi məqsədi kimi çıxış edir.  

Bəzi hallarda əqdin hüquqi məqsədi anlayışını əqdin hüquqi nəticəsi anlayışı ilə qarışdırırlar, daha doğrusu, 

eyniləşdirirlər.  Əqdin  hüquqi  məqsədi,  yuxarıda  dediyimiz  kimi,  əqd  iştirakçıları  üçün  subyektiv  olaraq  arzu 

edilən hüquqi nəticədir. Əqdin hüquqi nəticəsi isə həyata keçirilmiş, realizə edilmiş və gerçəkləşdirilmiş hüqu-

qi məqsəddir, yəni hüquq münasibətinin dəyişməsi, əmələ gəlməsi və ya xitam olunmasıdır. Əqd bağlandıqdan 

və icra olunduqdan sonra əqdin hüquqi məqsədi həyata keçirilir və bununla hüquqi nəticə əldə edilir.  cra olun-

muş əqdlər üçün hüquqi məqsədlə hüquqi nəticənin bir-birinə uyğun gəlməsi halı xarakterikdir. Fəlsəfi planda 

bu iki anlayış arasında əlaqə imkan — gerçəklik, səbəb-nəticə kimi kateqoriyalar arasındakı münasibət kimidir.  

Ümumi qayda belədir ki, icra olunmuş əqdlərin hüquqi məqsədi ilə onların hüquqi nəticəsi bir-birinə uyğun 

gəlir.  Məsələn,  alqı-satqı  müqaviləsinin  hüquqi  məqsədi  satılan  əşya  üzərində  mülkiyyət  hüququnu  satıcıdan 

alıcıya keçirməkdən ibarətdir. Alqı-satqı müqaviləsi icra olunur, yəni satıcı əşyanı alıcıya, alıcı isə onun əvəzin-

də satıcıya pul verir. Bununla hüquqi nəticə əldə edilir, yəni əşya üzərində mülkiyyət hüququ satıcıdan alıcıya 

keçir. Burada müqavilənin hüquqi məqsədi ilə hüquqi nəticəsinin bir-birinə uyğun gəlməsi göz qabağındadır. 

Bəzən əqdin hüquqi məqsədi ilə hüquqi nəticəsi bir-birinə uyğun gəlmir. Bu hal o zaman mümkün olur ki, 

ə

qd formasında hüquqazidd hərəkətlər edilir. Məsələn, mülkiyyətçi olmayan şəxs (məsələn, əşyanı kirayəyə gö-



türən, yükü daşıyan, əşyanı saxlayan və digər şəxslər) əşyanı özgəninkiləşdirməyə ixtiyarı çatmadığı halda, onu 

satır.  Belə  halda  alıcının  həmin  əşya  üzərində  mülkiyyət  hüququ  yaranmır  və  hüquqi  məqsədə  nail  olunmur. 

Başqa  bir  misalda  vətəndaş  fəaliyyət  qabiliyyəti  olmayan  şəxsdən  əşya  alır.  Digər  bir  misalda  vəzifəli  şəxs 

cinayət yolu ilə əldə etdiyi pul hesabına bahalı minik avtomobili alır. Səs-küyə səbəb olmamaq üçün o, bu əqdi 



 

308


bağışlama müqaviləsi vasitəsi ilə pərdələyir, yəni minik avtomobilinin hədiyyə (bəxşiş) kimi verilməsi barədə 

bağışlama müqaviləsi bağlayır. Əqd icra olunmadıqda, əqdin predmeti olan əşya məhv edildikdə və digər hal-

larda əqdin hüquqi nəticəsi əldə edilmir.  

Ə

qdin  hüquqi  məqsədini  onun  sosial-iqtisadi  məqsədindən  fərqləndirmək  lazımdır.  Əqdin  sosial-iqtisadi 



məqsədi əqd iştirakçılarının əqdin predmeti olan əşyadan hansı niyyətlə istifadə etmələrini ifadə edir. Bu cür 

məqsəd müxtəlif ola bilər: sahibkarlıqla məşğul olmaq; təsərrüfat fəaliyyətini həyata keçirmək; ailə-məişət və 

ya şəxsi ehtiyacları ödəmək; kommersiya fəaliyyəti ilə məşğul olmaq və s. Özü də əqdin sosial-iqtisadi məqsə-

dinə onun hüquqi məqsədini həyata keçirməklə nail olunur. Məsələn, kəndli (fermer) təsərrüfatı torpaq sahəsini 

ş

umlamaq üçün iki ədəd traktor alır. Bu əqdin hüquqi məqsədi traktora mülkiyyət hüququ əldə etməkdən, onun 



sosial-iqtisadi məqsədi isə təsərrüfat fəaliyyətini həyata keçirməkdən ibarətdir. Məlum məsələdir ki, yalnız trak-

tora mülkiyyət hüququ əldə etdikdən sonra ondan təsərrüfat fəaliyyətini həyata keçirmək üçün istifadə oluna bi-

lər.  

Hüquqi nəticə əqdin elementlərindən biri hesab olunur. Bu, mülki hüquq elmində mübahisə doğuran məsələdir. 



Belə ki, bəzi müəlliflərin fikrinjə, əqdin hüquqi nəticəsi əqdin hüdudlarından kənarda qalır və onun elementi he-

sab edilmir. O,  yalnız əqdin səbəb olduğu nəticədir. Bu mövqe ilə çətin razılaşmaq olar. Belə ki, əqdin hüquqi 

məqsədi onun vacib elementi kimi hamılıqla qəbul edilir. Onda həyata keçirilmiş hüquqi məqsədə də, yəni hüquqi 

nəticəyə  də  əqdin  elementi  kimi  baxmaq  lazımdır.  Hüquqi  nəticəsi  olmayan  əqdin  mövcudluğundan  danışmaq 

məntiqi cəhətdən mənasız bir şeydir. Almaniya sivilistika doktrinasında hüquqi nəticənin həyata keçirilməsi (mə-

sələn, real əqdlər üzrə əşyanın əqdin bir tərəfindən digər tərəfə verilməsi) əqdin tərkib hissəsi sayılır. 

Ə

qdin əsası və ya kauzası (latınja  «causa»  — səbəb, əsas) onun əsas və məjburi elementlərindən biridir. 

Qeyd etdik ki, əqd xüsusi istiqamətə və yönümə malikdir. Belə ki, o, hüquqi nəticə əldə edilməsinə səmtlənir. 

Ə

qdi bağlayan şəxs təsəvvürünə gətirir və güman edir ki, o, özü üçün bütün mütləq hüquqi nəticələri yox, yal-



nız ona lazım olan əsas hüquqi nəticəni əldə edəjəkdir. Məsələn, alqı-satqı müqaviləsini bağlayan zaman alıcı 

ehtimal edir ki, o, əmlak üzərində mülkiyyət hüququ əldə edəjəkdir, yəni satın aldığı əmlakın mülkiyyətçisi ola-

jaqdır. Deməli, mülkiyyət hüququ əldə etmək alqı-satqı müqaviləsinin əsasını təşkil edir. Başqa bir misalda əm-

lak kirayə müqaviləsi bağlayarkən şəxs güman edir ki, əşyadan istifadə hüququ müvəqqəti olaraq ona keçəjək-

dir, yəni əşyanın müvəqqəti istifadəçisi olajaqdır. Deməli, müvəqqəti olaraq əşyadan istifadə hüququ əldə et-

mək əmlak kirayə müqaviləsinin əsası kimi çıxış edir. 

Beləliklə, hər bir əqd növü üçün müəyyən hüquqi nəticə və hüquqi məqsəd uyğun gəlir. Bu və ya digəəqd 

növü üçün tipik olan hüquqi məqsədə və ya hüquqi nəticəyə əqdin əsası və ya əqdin kauzası deyilir. Əq-

din əsası hüquqazidd olmamalıdır. Əqdin əsası elə olmalıdır ki, onu həyata keçirmək mümkün olsun.  

Bəzən əqdin hüquqi məqsədi onun əsasına uyğun gəlmir. Məsələn, uydurma əqd bağlanarkən bu cür halla 

qarşılaşırıq. Belə ki, tərəflər alqı-satqı müqaviləsinin əvəzinə, öz aralarındakı münasibəti bağışlama müqaviləsi 

kimi rəsmiləşdirirlər. Bununla onlar alqı-satqı müqaviləsini bağışlama müqaviləsi ilə pərdələyirlər.  

 Motiv (fransızja «motif» — hərəkət etmək üçün vadaredici səbəb və bəhanə) əqdin elementlərindən biridir. 

Özü də dərhal qeyd edirik ki, o, əqdin məjburi, əsas və zəruri elementi yox, məjburi olmayan, qeyri-əsas və fa-

kultativ (qeyri-zəruri) elementi hesab edilir. Hüquq ədəbiyyatı səhifələrində əqdin elementi kimi motivə müna-

sibət birmənalı deyil. Bir qrup müəlliflər göstərirlər ki, motiv əqdin elementi hesab edilmir. Bu cür mövqe ilə 

çətin razılaşmaq olar. Düzdür, ümumi qaydaya görə, əqdin motivi əqdin özündən kənarda qalır və ona hər hansı 

təsir göstərmir. Məhz buna görə motiv əqdin məjburi və zəruri yox, fakultativ elementi hesab edilir.  

Bəzən motivi əqdin hüquqi məqsədi və ya əqdin əsası ilə qarışdırırlar. Lakin bu iki anlayış mənaja üst-üstə 

düşmür. Onlar arasındakı əlaqə fəlsəfi baxımdan səbəb və bəhanə kimi kateqoriyalar arasındakı münasibət ki-

midir. Belə ki, əgər fəlsəfi planda hüquqi məqsəd səbəbdirsə, əqdin motivi bəhanədir. 

Ə

qdin motivi odur ki, o, şəxsləri əqd bağlamağa vadar və təhrik edir, həmin şəxslərdə buna meyl yaradır və 

həvəs oyadır. Məsələn, vətəndaş öz dostunun ad gününü təbrik etmək və ona bu niyyətlə hədiyyə vermək üçün 

mağazadan televizor alır. Dostuna onun ad günü münasibəti ilə hədiyyə vermək alqı-satqı müqaviləsinin moti-

vidir. Başqa bir misalda ailə qurmaq niyyətində olan qız özü üçün cehiz alır. Ailə qurmaq niyyəti bu əqdin mo-

tivini təşkil edir.  

Motiv əqdin elə bir sosial-iqtisadi məqsədidir ki, məhz bunun naminə şəxslər əqd bağlayırlar. Buna görə mo-

tiv, bir qayda olaraq, hüquqi əhəmiyyətə malik olmayıb, əqdə hər hansı təsir göstərmir. Məsələn, vətəndaşın öz 

şə

xsi və ailə-məişət ehtiyaclarını ödəmək niyyəti ilə və ya hədiyyə kimi başqasına bağışlamaq məqsədi ilə və 



yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (haqqı ilə sərnişin daşımaq) niyyəti ilə minik avtomobili alma-

sının alqı-satqı əqdi üçün — həmin avtomobilə mülkiyyət hüququ əldə etməsi üçün hüquqi əhəmiyyəti yoxdur. 

Motivin əqdin etibarlı hesab edilməsi üçün də hüquqi təfavütü yoxdur. Bu, o deməkdir əqdin etibarlı olub-

olmaması əqdin motivindən asılı deyildir. Bu isə onu ifadə edir ki, motivdə səhvə yol verilməsi əqdin etibarlı 


 

309


sayılmasına dəlalət etmir və buna hər hansı təsir göstərmir. Məsələn, vətəndaş zənn edir ki, qonşusu onu toya 

dəvət edəjəkdir. Bu niyyətlə o, toy hədiyyəsi alır, yəni alqı-satqı əqdi bağlayır. Toyu olanlara hədiyyə vermək 

niyyəti bu əqdin motivini təşkil edir. Lakin zənn etdiyinin əksinə olaraq, həmin vətəndaş qonşu tərəfindən toya 

çağırılmır. Bu halda əqdin motivində səhvə yol verilmiş olur. Bunun da toy hədiyyəsinin alınması barədə bağla-

nan alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması üçün hüquqi əhəmiyyəti və təfavütü  yoxdur. Belə ki, toy 

hədiyyəsi kimi alınan əmlaka mülkiyyət hüququ vətəndaşa keçir və o, əqddən imtina edə bilməz. 

Bununla bərabər, əqd iştirakçılarının razılığı ilə motivə hüquqi əhəmiyyət və məna verilə bilər. Belə hal-

da motiv əqdin şərti (əqdin məzmununun elementi) kimi çıxış edir. Həmin əqdə isə şərt altında bağlanan əqd 

deyilir. Məsələn, mağazanın satıcısı ilə alıcı belə razılığa gəlirlər ki, əgər alıcı televizor alsa, ona fotoaparat ba-

ğ

ışlanajaqdır. Burada televizor almaq niyyəti (motiv) bağışlama əqdinin şərti kimi çıxış edir. Əgər bu şərt olma-



saydı, yəni tərəflər motivə hüquqi əhəmiyyət verməsəydilər, onda məlum məsələdir ki, bağışlama əqdi də bağ-

lana bilməzdi. 

Motiv əqdin özünün mahiyyətinə daxil olduğu hallarda da o, əqd iştirakçılarının xüsusi olaraq bunu əqddə 

göstərmələrindən asılı olmayaraq, hüquqi əhəmiyyət kəsb edir.  

Ə

qdin subyektləri onun elementi hesab olunur. Əqddə iştirak edən şəxslərə əqdin subyektləri deyilir. Fiziki 



və hüquqi şəxslər, dövlət və bələdiyyələr subyekt qismində əqd bağlanmasında iştirak edə bilərlər.  

Ə

qdin obyekti onun elementlərindən biridir. Əqdin obyekti odur ki, subyektlər məhz onun barəsində əqd 



bağlayırlar. Məsələn, alqı-satqı müqaviləsinin obyekti (predmeti) rolunda satılan əşya çıxış edir.  

Ə

qdin forması da əqdin elementi kateqoriyasına şamil edilir. Əqd subyektlərinin iradələrinin ifadə və təsbit 



edilmə üsulları əqdin forması adlanır. 

Ə

qdin məzmunu onun elementlərindən biri sayılır. Əqdin bütün şərtlərinin məcmusuna əqdin məzmunu de-



yilir.  

Ə

qdin subyekti, forması və məzmunu barədə bu fəslin 3-cü paraqrafında geniş söhbət açılacaqdır.  



4. Əqdlərin əhəmiyyəti  

Ə

qd böyük sosial-iqtisadi əhəmiyyətə malik olan anlayışdır. O, iqtisadi dövriyyə prosesində istifadə olu-



nan əsas hüquqi formalardan biridir. Cəmiyyətdəki əmtəə-pul münasibətləri, iqtisadi (əmlak) dövriyyə münasi-

bətləri məhz mülki-hüquqi əqdlərin vasitəsi ilə ifadə olunur. Buna görə də iqtisadi (əmlak) dövriyyəsi, istehsalı 

və tədavülü inkişaf etmiş cəmiyyətlərdə onlar böyük rol oynayırlar.  

Mülki-hüquqi əqdlərin böyük  əhəmiyyəti ondan  ibarətdir ki, onlar  mülki hüquq münasibətlərinin əmələ 



gəlməsinin, dəyişməsinin və xitam olunmasının ən geniş yayılmış əsaslarından biridir. Vətəndaş cəmiyyəti-

nin  əsasını  təşkil  edən  mülkiyyət  hüquq  münasibətlərinin  əmələ  gəlmə  üsullarından  biri  əqdlər  hesab  edilir. 

Kredit-bank, hesablaşma-ödəniş, sığorta, pərakəndə ticarət və digər sahələrdə əmələ gələn mülki hüquq münasi-

bətləri məhz onların nəticəsində yaranır. Bu əqdləri, əsasən, dörd qrupa bölmək olar: əmlakın özgəninkiləşdi-



rilməsinə yönələəqdlə(alqı-satqı, dəyişmə, renta, bağışlama); əmlakın istifadəyə verilməsi barədə əqdlə

(kirayə,  icarə  lizinq,  əvəzsiz  istifadə);  iş  görülməsinə  yönələn  əqdlər  (podrat);  xidmət  göstərilməsi  barədə 

ə

qdlə(daşıma, sığorta, kredit, saxlama və s.). Bax, bu əqdlərin məcmusu iqtisadi (əmlak) dövriyyəni — mül-

ki (əmlak) dövriyyəni yaradır.  

Mülki-hüquqi əqdlər xarici (beynəlxalq) əmlak dövriyyəsində böyük rol oynayır. Xarici ticarət sahəsində on-

lar  geniş  miqyasda  tətbiq  olunur.  Əqdlər  ölkələr  arasında  iqtisadi  əlaqələrin  möhkəmləndirilməsində  mühüm 

ə

həmiyyətə malikdir.  



Ə

qdlərin bir növü olan mülki-hüquqi müqavilələrin bazar iqtisadiyyatı şəraitində rolu qeyri-adi dərəcədə 

artır. Müqavilələr sistemi bazar mexanizminin özəyi kimi çıxış edir.  

Müqavilələrin əhəmiyyəti ondan ibarətdir ki, onların vasitəsi ilə iqtisadi münasibətlər öz-özünü tənzimləmə-

yə məruz qalır. Söhbət bu münasibətlərdə iştirak edən subyektlərin öz-özünü tənzimləməsindən gedir. Öz-özü-

nü tənzimləmə təsərrüfat fəaliyyətinin təşkilində ən səmərəli üsuldur. Bütün bunlar onu göstərir ki, müqavilə 



mülki hüquq subyektləri arasında iqtisadi münasibətlərin təşkilinin əsas hüquqi formasıdır.  

Müqavilə kontragentlərin — müqavilədə iştirak edən tərəflərin davranışını nizama salan əsas vasitədir, tən-

zimləyicidir. Normativ akt fəaliyyətin hüquqi əsasını yaradır. Müqavilə isə partnyorlar arasında iqtisadi əlaqələ-

rin hüquqi recimini müəyyən edir. O, müqavilə öhdəliklərinin icrası qaydası və şərtlərini, tərəflərin qarşılıqlı 

hərəkət formalarını nəzərdə tutur. Müqavilə tərəflərə imkan verir ki, onlar öz aralarındakı qarşılıqlı münasibət-

ləri, hüquq və vəzifələri müəyyənləşdirsinlər. Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsində 

göstərildiyi kimi, qanun əsasında bağlanan müqavilə onu bağlayan tərəflər üçün qanundur

Bazar iqtisadiyyatı şəraitində müqavilələrin rolu köklü surətdə dəyişmişdir. Onun tətbiq sferası genişlənir, 

yeni  müqavilə  növləri  meydana  gəlir.  Çox  vaxt  müqavilələr  münasibətlərin  yeganə  nizamlayıcısı  kimi  çıxış 

edir.  ndiki dövrdə bizim həyati münasibətlərin böyük hissəsi müqavilə və digər əqdlərin vasitəsilə tənzimlənir. 


1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə