MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   91
§ 3. Mülki hüququn digər mənbə növləri 

1. Beynəlxalq müqavilələr mülki hüququn mənbəyi kimi 

Yeni Mülki Məcəllə beynəlxalq hüquq aktlarını mülki hüququn mənbə növlərindən biri kimi nəzərdə tutur. 

Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən gedir. Bu müqavilələr mülki 

hüququn mənbələri arasında xüsusi mövqeyə malikdir. Onların adı və forması müxtəlif ola bilər: konvensiya; 

pakt; müqavilə; saziş; nizamnamə; statut; protokol; məktublarla və ya notalarla mübadilə və s. Lakin bu cür ad-

lar müqavilənin mahiyyətinə təsir göstərmir.  



Beynəlxalq müqavilə dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qa-

nunda nəzərdə tutulmuş qaydada yazılı şəkildə bağlandığı razılaşma başa düşülür. Müqavilə bağlamaq prosedu-

rası  «Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi  qaydaları 

haqqında» 13 iyun 1995-ci il tarixli qanunla müəyyənləşdirilir. Deməli, beynəlxalq müqavilə dövlətlər və bey-

nəlxalq hüququn digər subyektləri arasında bağlanan saziş deməkdir. O, müqavilə iştirakçıları üçün hüquq və 

vəzifələr əmələ gətirir. Beynəlxalq müqavilələr onları bağlayan orqanlardan asılı olaraq üç cür olur: dövlətləra-

rası beynəlxalq müqavilələr; hükumətlərarası beynəlxalq müqavilələr; idarələrarası beynəlxalq müqavilələr.  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr mülki hüququn nizama-

salma predmetinə daxil olan ictimai münasibətlərə birbaşa (bilavasitə) tətbiq edilir (MM-in 3-cü maddəsinin 1-

ci bəndi). Ona görə ki, bu müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsi-

dir. 

Özü də mülki hüququn mənbəyi kimi beynəlxalq müqavilələr mülki qanunvericilik aktlarından daha yüksək 



hüquqi qüvvəyə malikdir. Bu, onu ifadə edir ki, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda 

beynəlxalq  müqavilənin  normaları  tətbiq  edilir  (MM-in  3-cü  maddəsinin  2-ci  bəndi).  Bu  qayda  mülki 

qanunvericilik  sisteminə  daxil  olan  bəzi  normativ  hüquqi  aktlara  münasibətdə  rol  oynamır.  Söhbət  mülki 

qanunvericilik  sisteminin  tərkib  hissələri  olan  Konstitusiyadan  və  referendumla  qəbul  edilən  aktlardan  gedir. 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  (dövlətlərarası)  müqavilələr  həmin  aktlardan  yüksək 

hüquqi qüvvəyə malik deyil. Belə ki, ziddiyyətli məqamlarda, müvafiq münasibətə beynəlxalq müqavilələr yox, 

Konstitusiya və referendumla qəbul edilən aktlar tətbiq edilir. 

Yerdə qalan normativ aktlarla — milli qanunvericiliklə beynəlxalq müqavilələr arasında ziddiyyət (kollizi-

ya) əmələ gələrsə, onda beynəlxalq müqavilələr prioritetə (üstünlüyə, birinciliyə) malikdir.  

Bununla belə, bir çox hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqa-

vilələr mülki hüquqla tənzimlənən ictimai münasibətlərə bilavasitə, yəni birbaşa tətbiq edilmir. Bu müqavilələ-

rin tətbiq olunması üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi lazım gəlir. Buna transformasi-

ya və ya implementasiya aktı deyilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Yenidənqurma və 

Inkişaf Bankının sazişləri və konvensiyalarının normaları Azərbaycan Respublikasının bütün ərazisində 19 av-

qust 1992-ci il tarixli qanuna uyüun olaraq tətbiq edilir.  

Azərbaycan Respublikası böyük əhəmiyyəti olan bir çox beynəlxalq konvensiyalara (latınca conventio — 

razılaşma, saziş) qoşulmuşdur. Söhbət Ümumdünya  Intellektual Mülkiyyət Təşkilatını təsis edən konvensiya-

dan (1967), Müəlliflik hüququ haqqında Ümumdünya Cenevrə konvensiyasından (1952), Sənaye mülkiyyətinin 



 

33 


qorunması özrə Paris konvensiyasından (1883), Ədəbi- bədii əsərlərin qorunması haqqında Bern konvensiyasın-

dan (1886) gedir. Azərbaycan Respublikası bu dörd mühüm konvensiyanın iştirakçısı və özvüdür. Həmin kon-

vensiyaların əqli mülkiyyət obyektlərinin, yəni yaradıcı fəaliyyətin nəticələrinin istifadəsi və qorunması ilə bağ-

lı əmələ gələn ictimai münasibətlərin tənzimlənməsində rolu böyükdür. Bu konvensiyalar mülki hüququn mən-

bəyi hesab edilir. 

Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq nəqliyyat saziş və konvensiyaları mülki hüququn mənbəyidir. Söhbət, 

hər şeydən əvvəl, Beynəlxalq yük daşıması müqaviləsi haqqında konvensiyadan (1956, Cenevrə), Beynəlxalq 

hava daşımalarına aid konvensiyadan (1929, Varşava) və digərlərindən gedir. 

Beynəlxalq  müqavilələrin  əksər  müddəaları  Azərbaycan  Respublikasının  MM-i  və  digər  mülki 

qanunvericilik aktları tərəfindən qəbul və iqtibas olunmuşdur. Belə ki, Beynəlxalq mal alqı-satqı müqaviləsi ba-

rədə Vyana konvensiyasının (1980) normaları MM-in «Alqı-satqı haqqında» 29-cu fəslinin 1-ci §-da, Beynəl-

xalq faktorinq haqqında Ottava konvesiyasının (1988) qaydaları MM-in 29-cu fəslinin «Faktorinq» adlı 7-ci §-

da, Beynəlxalq maliyyə lizinqi haqqında Ottava konvensiyasının (1988) müddəaları MM-in «Lizinq» adlı 38-ci 

fəslində Sənaye mülkiyyətinin qorunması haqqında Paris konvensiyasının normaları «Patent haqqında» qanun-

da,  Ədəbi-bədii  əsərlərin  qorunması  barədə  Bern  konvensiyası  və  Müəlliflik  hüququ  haqqında  Ümumdünya 

Cenevrə konvensiyasının qaydaları «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunda ifadə olunmuş-

dur. Konosament haqqında bəzi qaydaların unifikasiya edilməsi barədə Brüssel konvensiyasının (1924), dənizlə 

yük daşınması haqqında Hamburq konvensiyasının (1978) əsas müddəaları Azərbaycan Respublikasının Ticarət 

Gəmiçiliyi  Məcəlləsində  nəzərə  alınmışdır.  Bütün  bunlar  onu  göstərir  ki,  Azərbaycan  Respublikasının  mülki 

qanunvericiliyi sivil və qabaqcıl beynəlxalq təcrübəyə uyüunlaşır və yaxınlaşır. 



2. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları mülki hüququn mənbəyi kimi 

ctimai həyatın müxtəlif sahələrində beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqlar arasında həyatın və tə-

sərrüfat  əlaqələrinin  beynəlmiləl xarakter  alması,  beynəlxalq  münasibətlərin  rolunun  artması  və  digər  amillər 

beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının əhəmiyyətini xeyli dərəcədə yüksəltmiş-

dir. Bu prinsip və normalar ümumi bəşəri dəyərləri ifadə edən universal tənzimləyici vasitə və alət kimi çıxış 

edir.  Buna  görə  də  Konstitusiya  prinsipial  əhəmiyyətə  malik  olan  belə  bir  mühüm  müddəa  irəli  sürür: 



Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş və beynəlxalq hüquq 

normalarında nəzərdə tutulan prinsipləəsasında qurur

Azərbaycan Respublikasının dünya təsərrüfat sisteminə daha sıx inteqrasiya olunması, bütövlükdə xarici iq-

tisadi əlaqələrin (o cümlədən xarici ticarətin) sərbəstləşdirilməsi, «açıq qapı» siyasətinin həyata keçirilməsi, öl-

kə iqtisadiyyatının dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi və dünya ölkələrinin beynəlxalq iqtisadi 

inteqrasiyasının güclənməsi şəraitində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş (ümumtanınmış) prinsip və 

normaları hüququn, o cümlədən mülki hüququn mənbəyi kimi tanınır». 



Beynəlxalq hüququn prinsipləri dedikdə, beynəlxalq hüquq subyektləri tərəfindən rəhbər tutulan elə dav-

ranış qaydaları başa düşülür ki, bu prinsiplər beynəlxalq təcrübə nəticəsində yaranır və hüququn əsasları kimi 

çıxış edir. Onlar beynəlxalq hüququn təməlini və bünövrəsini təşkil edir. Özü də beynəlxalq hüququn prinsipləri 

məcburi  xarakter  daşıyır.  Bu,  o  deməkdir  ki,  beynəlxalq  hüququn  bütün  subyektləri  öz  fəaliyyətində  həmin 

prinsiplərə dönmədən əməl etməlidirlər. Onlar həm də universal xarakterli prinsiplərdir. 

Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş-

dir. Bu prinsiplər, hər şeydən əvvəl, universal beynəlxalq aktda — BMT-nin Nizamnaməsində, Baş Məclisin 

qətnamə və bəyannamələrində, digər təşkilatların beynəlxalq hüquq qaydalarının ən qlobal və ümumi məsələlə-

ri özrə qəbul etdikləri sənədlərdə ifadə olunmuşdur. Onlar bir çox beynəlxalq aktlarda inkişaf etdirilmişdir. Bu 

aktlar içərisində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında Bəyan-

namə (1970) və «Avropada Təhlükəsizlik və Əməkdaşlıq haqqında Müşavirənin Yekun Aktı» (1975) xüsusi yer 

tutur. 


Beynəlxalq hüququn dövlətin öz xarici iqtisadi əlaqələrinin təşkili formasını seçmək müstəqilliyi kimi 

prinsipi mülki hüquq üçün müəyyən əhəmiyyətə malikdir. Belə ki, bu prinsip mülki hüququn subyektlərindən 

biri  olan  dövlətin  xarici  (beynəlxalq)  əmlak  dövriyyəsində  hüquqi  vəziyyətini  müəyyən  etməyə  imkan  verir. 

Həmin  prinsip  «Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  Xartiyası»nda  (1974)  formulə  edilmişdir.  Xartiyanın 

dördüncü maddəsində göstərilir ki, beynəlxalq ticarəti və iqtisadi əməkdaşlıüın digər formalarını həyata keçirər-

kən hər bir dövlət xarici iqtisadi münasibətlərin təşkili formalarını seçməyi və beynəlxalq iqtisadi əməkdaşlıq 

sazişləri bağlamaüı özləri sərbəst olaraq həll edir.  



Dövlətin öz təbii və digər resursları və iqtisadi fəaliyyəti özərində ayrılmaz suverenliyi prinsipi beynəl-

xalq hüququn əsas prinsiplərindən biridir. Bu prinsip dövlət suverenliyi prinsipindən irəli gələrək mahiyyətcə 

onu konkretləşdirir. 1970-ci il Deklarasiyasında və 1974-cü il Xartiyasında ifadə olunan həmin prinsipin mahiy-


 

34 


yəti ondan ibarətdir ki, hər bir dövlət özünün bütün təbii və digər resursları və sərvətləri özərində tam və daimi 

suverenliyə malik olub, bu resurslardan istifadə reæimini (xarici şəxslərə konsessiyaya və icarəyə verməyi, bir-

gə müəssisələr yaratmaüı və s.) özü müəyyən edir, onun iqtisadi fəaliyyəti həyata keçirməkdə suveren hüququ 

vardır. Hər bir dövlətin xarici investisiyaları tənzimləməyə və ona nəzarət etməyə ixtiyarı çatır. Investisiyaların 

reæimini  dövlət  özü  müəyyən  edir.  Hər  bir  dövlətin  milliləşdirmə  hüququ  vardır.  Belə  halda  o,  öz  qanunları 

ə

sasında müvafiq kompensasiya ödəyir. Istənilən hər hansı bir dövlətə onun öz təbii resurslarına olan hüquqları-



nın həyata keçirilməsinə maneçilik törədilə bilməz. Hər bir dövlətin təbii və digər resurslardan istifadə etməyə 

görə tam kompensasiya almaq, habelə bu resurslara vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ 

vardır. Göstərilən prinsipin əsas cəhətləri bunlardan ibarətdir. Onun mülki hüquq normalarının tətbiqi üçün bö-

yük rola malik olması hər hansı mübahisə doüura bilməz. 



Diskriminasiyaya (ayrı-seçkilik salmaya, hüququ tapdalamaya) yol verməmək prinsipinin mülki hüquq 

üçün  əhəmiyyəti  böyükdür.  Bu  prinsip  dövlətlərin  bərabərliyi  və  əməkdaşlıüı  prinsipindən  irəli  gəlir.  Həmin 

prinsip 1970-ci il Deklarasiyasında və 1974-cü il Xartiyasında öz əksini tapmışdır. Diskriminasiyaya yol ver-

məmək prinsipinin mahiyyəti ondan ibarətdir ki, xarici fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin milli hü-

ququn subyektlərinə nisbətən pisləşdirilməsi hüquqazidd əməldir. Helsinki Yekun aktı da (1975) bu prinsipdən 

çıxış edir.  

Diskriminasiyaya  yol  verməmək  prinsipi  ümumi  məcburi  xarakterli  normadır.  O,  beynəlxalq  hüquqda  uzun 

müddət tətbiq olunma nəticəsində yaranmışdır.  



Insan hüquq və azadlıqlarına hörmət etmək beynəlxalq hüququn prinsiplərindən biridir. Bu prinsip 20 de-

kabr  1948-ci  ildə  qəbul edilmiş  «Insan  hüquqlarının  Ümumi  Bəyannaməsi»ndə  ifadə  olunmuşdur.  Göstərilən 

həmin prinsip mülki hüquq üçün böyük əhəmiyyət kəsb edir.  

Təbii ki, beynəlxalq hüququn prinsiplərinin hamısı mülki hüquqda eyni dərəjədə tətbiq edilə bilməz. Qeyd 

etdiyimiz prinsiplərin xüsusilə mülki hüquq özün vacib əhəmiyyət kəsb etməsi şəksizdir.  

3. Hüquqi adətlər mülki hüququn mənbə  

növlərindən biri kimi  

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi hüquqi adətləri mülki hüququn mənbə növlərindən 

biri kimi tanıyır və qəbul edir. Qədim Roma hüququ adətləri hüququn əsas mənbəyi sayırdı. Dünyanın, demək 

olar ki, bütün hüquq ailələri (sistemləri), yəni roman-german, ingilis-amerikan, dini (müsəlman, indus) və s. ai-

lələr müasir dövrdə onlara hüququn mənbəyi kimi əhəmiyyət verir. 

Hüquqi adətlər hüququn ən qədim mənbəyidir. O, tarixən qanunların «sələfi» olmuşdur. Hüquqi adətlər sosi-

al cəhətdən əhəmiyyəti olan elə münasibətləri tənzimləyirdi ki, qanunverici bu münasibətlərin qaydaya salınma-

sını ya vaxtı çatmamış hesab edirdi, ya da ki həmin münasibətlərin nizama salınmasını özü istəmirdi.  

Öz  təbiətinə  görə  hüquqi  adətlər  konservativ  (mühafizəkar,  yeniliyə  zidd)  xarakter  daşıyır.  Belə  ki,  onlar 

ictimai cəhətdən əhəmiyyəti olan insan davranışının daha rasional variantlarının dəfələrlə təkrar olunması, ümu-

miləşdirilməsi və nəsildən-nəslə verilməsi nəticəsində yaranır.  

Adətlər  və  hüquqi  adətlər  (adət  hüququ)  kimi  iki  anlayışı  qarışdırmaq  olmaz.  Adətlər  insanlar  tərəfindən 

müəyyən hərəkətlərin uzun zaman dəfələrlə təkrarlanması nəticəsində faktiki olaraq yaranan davranış qaydası-

dır. Adətlər hüququn mənbəyi hesab edilmir. Əgər bu adətlər dövlət tərəfindən sanksiyalaşdırılarsa, yəni qanun-

la rəsmi surətdə ümumi məcburi qayda kimi tanınarsa və müdafiə olunarsa, onda onlara hüquqi adətlər deyilir. 

Dövlətin sanksiyalaşdırdığı adətlər ümumməcburi davranış qaydasına çevrilir. Buna görə də hüquqi adətlər hü-

ququn mənbəyi kimi çıxış edir. Hüquqi adətlər ona görə hüquqi adlanır ki, onlar hüquqda ifadə edilir, hüquqla 

qorunur və müdafiə edilir və bununla hüquqi qüvvə alır.  

Mülki dövriyyədə adətlər əmlak dövriyyə adətləri anlayışı ilə əhatə olunur. Əmlak dövriyyə adətləri dedik-

də, mülki (əmlak) dövriyyədə faktiki olaraq dəfələrlə təkrar olunmaq nəticəsində yaranan davranış qaydaları ba-

ş

a düşülür. Bu qaydalar ümumi məcburi xarakterə malik deyil. Ona  görə də onlar özlüyündə mülki hüququn 



mənbəyi  kimi  çıxış  edə  bilmir.  Əmlak  dövriyyə  adətlərinə  misal  olaraq  öhdəliklərin  icrası  zamanı  subyektin 

«adətən irəli sürülən tələblərə» müvafiq surətdə hərəkət etməsini göstərmək olar (MM-in 425-ci maddəsinin 1-

ci bəndi). Başqa bir misalda satılan əşyanın komplektliyi «adətən irəli sürülən tələblə» müəyyənləşdirilə bilər 

(MM-in 590-cı maddəsi). Alıcı satılmış əşyanı qəbul edərkən adətən irəli sürülən tələblərə uyüun olaraq hərəkət 

etməyə borcludur (MM-in 596-cı maddəsi). «Adətən irəli sürülən tələblər» dedikdə, mülki dövriyyədə yaranan 

davranış qaydası başa düşülür. Deməli, bu cür tələblər əmlak dövriyyə adətləri hesab olunur.  

Qeyd etdik ki, əmlak dövriyyə adətləri («adətən irəli sürülən tələblər») mülki hüququn mənbəyi kimi tanın-

mır və qəbul edilmir. Bu adətlərin mülki hüququn mənbəyi kimi çıxış etməsi üçün gərəkdir ki, onlar dövlət tə-



rəfindən hüquqi aktla birbaşa sanksiyalaşdırılsın. Belə halda həmin adətlər hüquqi qüvvəyə malik olur və 

ümumməcburi xarakter daşıyır. Buna görə də onlar mülki hüququn mənbəyi kimi çıxış edir. Dövlət tərəfindən 



 

35 


sanksiyalaşdırılan əmlak dövriyyə adətləri hüquqi adətlər adlanır.  

Ə

mlak dövriyyə  adətləri içərisindən işgözar  adətlər xüsusi olaraq ayrılır (MM-in 10-cu maddəsi). Işgözar 



dövriyyə adətləri dedikdə, yazılı sənəddə ifadə edilməsi məcburi olmayan elə bir davranış qaydası başa düşü-

lür ki, bu qayda sahibkarlıq fəaliyyətinin hər hansı bir sahəsində yaranaraq geniş surətdə tətbiq edilir. Bu adətlər 

bir neçə əlamətlə xarakterizə edilir: 

 birincisi, bu adətlər məzmunca müəyyən və sabit olmalıdır; 



 ikincisi, bu adətlər mülki hüquq münasibətlərinin kifayət qədər çoxsaylı və əhatəli iştirakçılarına aid olub, 

geniş surətdə tətbiq edilməlidir;  

 üçüncüsü, bu adətlər yalnız sahibkarlıq münasibətləri sahəsində tətbiq olunmalıdır; 



 dördüncüsü, bu adətlər qanunvericilikdə nəzərdə tutulmamalıdır; 

 beşincisi, bu adətlərin hər hansı bir sənəddə qeyd edilib-edilməməsi məcburi deyil. 



Beləliklə, mülki qanunvericilik işgözar dövriyyə adətlərinə sahibkarlıq fəaliyyəti sahəsində hüququn mənbə-

yi kimi əhəmiyyət verir. Mülki Məcəllə rəsmi surətdə onu mənbə kimi qəbul edir və tanıyır. O, mülki hüququn 



yardımçı,  əlavə  mənbə  növüdür.  Belə  ki,  mülki  hüququn  predmetinə  daxil  olan  münasibətlər  mülki 

qanunvericiliklə və ya tərəflərin sazişi ilə tənzimlənmədiyi hallarda, işgözar adətlər hüquqi qüvvəyə malik olur, 

yəni  onlardan  istifadə  olunur.  Məsələn,  satılan  əşyanın  keyfiyyətinin  yoxlanılması  qanunvericilikdə,  dövlət 

standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində nəzərdə tutula bilər. Əgər nəzərdə tutulmaz-

sa, onda əşyanın keyfiyyəti işgözar dövriyyə adətlərinə müvafiq surətdə yoxlanılır (MM-in 586-cı maddəsinin 

2-ci bəndi). Başqa bir misalda mal göndərmə müqaviləsi özrə alıcı (mal alan) qəbul etdiyi malları müqavilədə 

göstərilən müddətdə gözdən keçirməlidir.  

Işgözar dövriyyə adətləri qanunvericiliyə və ya müqaviləyə uyüun olmalıdır. Əgər bu adətlər qanunvericiliyə 

və ya müqaviləyə zidd olarsa, onda onlar tətbiq edilmir (MM-in 10-cu maddəsi). 

4. Mülki hüquq və əxlaq normaları  

Ə

xlaq  mühüm  və  vacib  sosial  institutdur.  O,  ictimai  şüurun  formalarından  biridir.  Əxlaq  normaları 



cəmiyyətdə insanların xeyir və şər, haqq və haqsızlıq, ədalət və ədalətsizlik, borc, şərəf, ləyaqət, vicdan, dözlük, 

mənəvi  təmizlik  barədə  əxlaqi  təsəvvürlərinə  uyüun  olaraq  müəyyən  edilir.  Hüquq  normaları  ilə  birlikdə  bu 

normalar cəmiyyətin əsas və başlıca davranış qaydası kimi çıxış edir. Hələ qədim filosoflar (Platon, Demokrit, 

Siseron, Aristotel) hüquq və əxlaq kimi iki məsələnin böyük əhəmiyyətə malik olmasını göstərirdilər.  

Ə

xlaq və hüquq arasındakı münasibət mürəkkəb xarakter daşıyır. Hər şeydən əvvəl, onlar vahiddirlər. Bu, o 



deməkdir ki, əxlaq və hüquq arasında onları birləşdirən ümumi cəhətlər vardır. Həm hüquq, həm də əxlaq eyni 

məqsəd güdür və eyni vəzifə daşıyır: ictimai həyatı qaydaya salmaq, insan hüquqlarını müdafiə etmək, ədaləti 

və humanizm ideallarını bərqərar etmək, xaosun, anarxiyanın, qarma-qarışıqlıüın, hərc-mərcliyin  qarşısını al-

maq, qayda yaratmaq. Onların hər ikisi sosial normaların ayrı-ayrı növləridir. Bundan əlavə, həm hüququn, həm 

də əxlaqın nizamasalma obyekti eynidir ki, bu, ictimai münasibətlərdən ibarətdir. Daha sonra hüquq və əxlaq 

fəlsəfi planda iqtisadi amillərlə şərtlənən üstqurum kateqoriyalarıdır.  

Hüquq cəmiyyətdəki əxlaqi-humanist idealların həyata keçirilmə vasitəsidir. O, hüquqi cəhətdən rəsmiləşdi-

rilən  əxlaqdır.  Hələ  qədim  zamanlarda  Siseron  yazırdı  ki,  hüququn  əsas məqsədi  əxlaqsızlıüın  kökünü  kəsib, 

xeyiri bərqərar etməkdən ibarətdir.  

Ə

xlaqla, xüsusən mülki hüquq arasında qarşılıqlı təsir daha dərindir. Ijtimai münasibətləri nizama salmaqda 



onlar bir-birini dəstəkləyir. Ümumi məqsədə nail olmaqda onlar bir-birinə kömək və yardım edir. 

Mülki hüquq türədilən hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutur. Əxlaq da bu cür pozuntu törədil-

məsinə mənfi münasibət bəsləyir və onu pisləyir. Hüquq pozuntusuna qiymət verməkdə əxlaq və mülki hüquq 

vahid mövqedən çıxış edir. Hegel göstərirdi ki, əxlaq, hər şeydən əvvəl, hüquqa əməl olunmasını tələb edir, əx-

laq qaydaları və normaları isə yalnız hüququn imkanları tükəndiyi hallarda işə düşür.  

Ə

xlaqla mülki hüquq arasında nə qədər ümumi cəhətlər olsa da, əxlaq norma və qaydaları özlüyündə mül-



ki hüququn mənbəyi kimi tanınmır və qəbul edilmir. Ona görə ki, əxlaq normaları mülki hüquq normaları 

kimi dövlət tərəfindən yaradılmır və ümumməcburi xarakterə malik deyil. Onlar xüsusi aktlarda — rəsmi dövlət 

aktlarında (qanunlarda, fərmanlarda, qərarlarda və s.) ifadə olunmur. Onlar insanların şüurunda əks olunur. Əx-

laq normaları cəmiyyətdə xeyir və şər, dözlük, pislik, vicdan, ədalət, şərəf haqqında insanların təsəvvürləri əsa-

sında yaranır, cəmiyyət özvləri tərəfindən dərk edildikdən və tanındıqdan sonra əhəmiyyət kəsb edir. Lakin bu-

radan belə bir nəticə çıxarmaq olmaz ki, əxlaq normalarının mülki qanunvericilik üçün rolu yoxdur.  

Aydın  bir  həqiqətdir  ki,  mülki  qanunvericilik  əxlaqa  əsaslanır  və  ona  söykənir.  Əxlaq  normaları  olmadan 

mülki qanunvericiliyin müvcudluüunu adam təsəvvürünə belə gətirə bilmir. O, sözün əsl mənasında, mülki qa-

nunvericiliyin  etalonu,  məhək  daşıdır.  Ona  görə  ki,  əxlaqa  əsaslanan  qanunvericilik  aktlarının  nüfuzu  sonsuz 

dərəcədə böyükdür. Elə bil ki, mülki qanunvericilik, necə deyərlər, əxlaqdan yoürulmuşdur.  



 

36 


Ə

xlaq qayda və prinsipləri mülki hüquq normalarının yaradılmasına fəal təsir göstərir. Heç kəsə sirr deyildir 

ki, mülki hüquq normaları yaradarkən dövlətin hüquqyaratma orqanları (qanunverici) əxlaq normalarını nəzərə 

alır. Təsadüfi deyildir ki, hüququ çox vaxt əxlaqı, onun norma və prinsiplərini hüquqi rəsmiləşdirmə vasitəsi ki-

mi təsəvvür edirlər. Hələ qədim Roma hüquqşünasları hüququ xeyir və ədalət sənəti adlandırırdılar.  

Mülki qanunvericilik sisteminə daxil olan normativ akt əxlaq qayda və prinsiplərini möhkəmləndirdikdə



həmin qayda və prinsiplər ümumməcburi xarakterə malik olub, hüquq normasına çevrilir. Bununla onlar 

mülki hüququn mənbəyi kimi çıxış edirlər. Məsələn, vicdanlı olmaq əxlaq normasıdır. Vicdan insanın öz-özünə 

qiymət vermə, öz-özü özərində nəzarət etmə, öz-özünü mühakimə etmək qabiliyyətidir. Kant vicdanı «insanın 

daxili qanunvericiliyi» kimi təsəvvür edirdi. O, yazırdı ki, bizim öz içimizdə fəaliyyət göstərən və yaşayan qa-

nuna  vicdan  deyilir;  vicdan  bizim  əməllərimizə  həmin  qanunun  münasibəti  deməkdir.  Qədim  filosof  Siseron 

vicdana insanın əsas zinət və yaraşıüı kimi baxırdı. Vicdan bizim daxilimizdəki əxlaq qanunudur. O, əxlaq im-

peratividir. Mülki Məcəllə bu cür əxlaq normasını 425-ci maddəsində möhkəmləndirmişdir: öhdəliyi icra etdik-

ləri vaxt subyektlər vicdanlı olmalıdırlar. MM-in 157-ci maddəsi özgəsinin qanunsuz sahibliyinə vicdan kimi 

ə

xlaq imperativindən yanaşır: vicdansız sahiblik; vicdanlı sahiblik; vicdansız sahib, vicdanlı sahib; vicdanlı əl-



də edən; vicdansız əldə edən. Yalnız daşınar əşyaya beş il vijdanla sahiblik edən şəxs əldə etmə müddəti qayda-

sında həmin əşyaya mülkiyyət hüququ əldə edə bilər (MM-in 181-ci maddəsinin 4-cü bəndi). Yalnız vijdanlı əl-

də edən ani müddət qaydasında daşınar əşyanın mülkiyyətzisi ola bilər (MM-in 181-ci maddəsinin 1-ci bəndi). 

Anjaq vijdanlı sahib özgəsinin əşyasından gütürdüyü faydanın (bəhərin) əvəzini ödəmir (MM-in 157-ci maddə-

sinin 5-ci bəndi). 

Mülki Məcəllənin bir çox maddələrini nəzərdən keçirdikdə bizə məlum olur ki, bu maddələrin məzmun və 

mahiyyətinə əxlaq normaları necə sirayət və nüfuz etmişdir. Həmin maddələr müxtəlif xarakterli bu cür əxlaq 

qaydalarını ifadə edir: dözgün ol; öz özərinə götürdüyün öhdəliyi lazımınca yerinə yetir; vəzifənin icrasını ge-

cikdirmə; aldatma, zorakılıq, hədə təsiri altında, uydurma və yalan əqd bağlama; tapdığın əşyanın sahibinə qay-

tar və s. Məsələn, itirilmiş əşyanı tapan şəxs, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi mə-

lum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı qaytarmalıdır (MM-in 186-cı maddəsinin 1-ci bəndi). 

Bu maddənin əsasını təmizlik və dözlük barədə əxlaq imperativi təşkil edir. Bu əxlaq imperativi həmin maddədə 

hüquqi cəhətdən möhkəmləndirilmiş və mülki hüquq normasına çevrilmişdir.  

Ə

xlaq normaları təkcə hüquq normalarının yaradılmasına yox, həm də bu normaların tətbiqinə və həyata ke-



çirilməsinə fəal təsir göstərir. Bu normaların mülki qanunvericiliyin məna və məzmununun aydınlaşdırılmasın-

da əhəmiyyəti böyükdür. Əxlaq qayda və prinsiplərinin mülki hüquq normalarının dözgün tətbiq edilməsində 

mühüm rolu vardır. Onlar konkret mülki hüquqi məsələlərin həlli zamanı hüquqtətbiqetmə orqanlarına lazım və 

gərək olur. ×ox vaxt həmin məsələlərin dözgün hüquqi həlli əxlaq normalarının nə dərəcədə nəzərə alınmasın-

dan asılı olur. Ona görə də hüquqtətbiqetmə orqanlarının iş stollarının üstündə təkcə hüquqi məcəllə yox, həm 

də «Əxlaq Məcəlləsi» olmalıdır. Məsələn, vətəndaş kənd sakininin minik avtomobilini oüurlayır. O, vicdansız 

ə

ldə  edəndir (sahibdir).  O, avtomobilə ondan ayrıla bilməyən  yaxşılaşdırmalar edir. Avtomobilin mülkiyyətçisi 



avtomobilin vətəndaşda olmasını öyrənir və onu qanunsuz sahiblikdən tələb edir. Belə halda vətəndaş minik avto-

mobilini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilərmi? Bu məsələni MM-in 

157-ci maddəsi tənzimləmir. Ona görə də onun dözgün hüquqi həllini tapmaq üçün əxlaq normasından istifadə 

olunur. Belə ki, vətəndaş vicdanlı olmaq kimi əxlaq normasını pozduüuna görə, qeyri-əxlaqi hərəkət etdiyi özün 

mülkiyyətçidən çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilməz.  

Elə hallar yaranır ki, bu və ya digər mülki məsələni həll etmək üçün müvafiq norma, habelə oxşar məsələni 

tənzimləyən norma olmur. Bu cür məqamlarda həmin məsələni dözgün həll etmək üçün ədalət, insaf, mənəviy-

yat kimi əxlaq kateqoriyaları əsas götürülür (MM-in 11-ci maddəsi). Mülki hüquq və əxlaq bir-birinə qarşılıqlı 

təsir göstərirlər. Bu təsirin formulası belədir ki, əxlaq mülki hüquq normalarının pozulmasını tələb edə, mülki 

hüquq normaları isə qeyri-əxlaqi əməlləri rəsmiləşdirə bilməz. Məsələn, mülki qanunvericilik əxlaq prinsipləri-

nə  zidd  olan ixtiranı,  faydalı  modeli  və  sənaye  nümunəsini  patentlə  mühafizə  etmir.  Əxlaqa  zidd  ifadələrdən 

ibarət nişanların əmtəə nişanı kimi qeydə alınmasını qanun qadaüan edir.  



5. Normativ xarakterli aktlar mülki hüququn mənbəyi kimi 

Hər şeydən əvvəl, normativ xarakterli aktlar və normativ hüquqi aktlar kimi iki anlayışı bir-birindən fərqlən-

dirmək lazımdır. Bunlar həmin aktları qəbul edən orqanlara görə fərqlənir. Belə ki, normativ xarakterli aktlar nə 

ali qanunverici, nə ali icra-sərəncamverici, nə də ki mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 

Həmin aktları qəbul edən subyektlər ya mərkəzi icra hakimiyyəti orqanları sırasına daxil edilməyən dövlət orqan-

ları (Konstitusiya Məhkəməsi, Milli Bank), ya da yerli orqanlardır. Yerli orqanlar dedikdə, yerli icra hakimiyyəti 

orqanları və yerli özünüidarə orqanları (bələdiyyələr) başa düşülür. 

Normativ xarakterli aktların dairəsi «Normativ-hüquqi aktlar haqqında» qanunun 3-cü maddəsi ilə müəyyən 



 

37 


edilir. Buraya daxildir:  

 Konstitusiya məhkəməsinin qərarları; 



 yerli icra hakimiyyəti orqanlarının qərarları; 

 yerli özünüidarə orqanlarının qərarları; 



 Milli Bankın qərarları. 

Normativ-hüquqi aktlar kimi, normativ xarakterli aktlar da ümumməcburi göstərişlər ifadə edir, hüquq 

normalarını dəyişdirir, yaradır və ya ləğv edir. Buna görə də onlar mülki hüququn mənbəyi hesab edilir. 

Konstitusiya Məhkəməsi Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin 1-6 və 8-ci bəndlərinə əsasən 

aşaüı qüvvəli normativ aktların (bələdiyyə aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarının, 

Nazirlər Kabinetinin qərarlarının, prezident fərmanlarının, qanunların, qüvvəyə minməmiş beynəlxalq dövlətlə-

rarası müqavilələrin) daha yüksək hüquqi qüvvəsi olan Konstitusiyaya uyüunluüu, habelə aşaüı qüvvəli norma-

tiv aktların onlardan daha yüksək hüquqi qüvvəsi olan normativ aktlara uyüunluüu barədə qəbul etdiyi qərarlar 

normativ xarakterli aktlardır. Bundan əlavə, Konstitusiya Məhkəməsi Konstitusiya və qanunların şərhi barədə 

qərarlar qəbul edir. Bu qərarlar da normativ xarakterli aktlar hesab edilir.  

Milli Bank Azərbaycan Respublikasının mərkəzi bankıdır. Onun əsas funksiyası pul-kredit və valyuta mü-

nasibətləri sahəsində dövlət siyasəti yeritməkdən, valyuta tənzimlənməsini həyata keçirməkdən, hesablaşmala-

rın aparılması və ödəmə sisteminin sabit işləməsi üçün şərait yaratmaqdan və s. ibarətdir. Milli Bank öz funksi-

yalarını həyata keçirərkən bank fəaliyyəti sahəsində normativ xarakterli aktlar (qaydalar, təlimatlar) qəbul edir. 

Bu aktlar Milli Bankın Idarə Heyətinin müvafiq qərarı ilə rəsmiləşdirilir. Xüsusən Milli Bankın naüdsız hesab-

laşmaların aparılması qaydaları haqqında Təlimatının mülki hüququn mənbəyi olmaq baxımından rolu böyük-

dür.  

Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarə orqanlarıdır. Onlar müxtəlif 

məsələlər, o cümlədən mülki hüququn nizamasalma predmetinə aid olan mülkiyyət münasibətləri haqqında akt-

lar qəbul etmək ixtiyarına malikdir. Bələdiyyə aktları qərar formasında rəsmiləşdirilir. Bu qərarlar iclasda bə-

lədiyyə özvlərinin sadə səs çoxluüu ilə qəbul edilir. Onlar normativ məzmuna malik olub, mülki hüququn mən-

bəyi kimi çıxış edir. Bələdiyyə aktları qanun qüvvəli yerli aktlar hesab edilir. Özü də bu aktların yalnız yerli 

şə

xslər üçün məcburi hüquqi qüvvəsi vardır.  



Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlar qəbul etmə

hüququ vardır. Bu aktların toxunduüu və əhatə etdiyi məsələlər olduqca müxtəlifdir: rayon mənzil təsərrüfatı; 

nəqliyyat xidmətləri; dövlət əmlakının icarəyə verilməsi; mülkiyyət münasibətləri və s. Həmin aktlar qərar for-

masında ifadə olunur. Özü də bu qərarlar qanunvericilik sisteminə daxil olan normativ aktlara zidd ola bilməz. 

Həmin qərarlar qanun qüvvəli yerli aktların bir növü hesab edilir.  

Həm yerli özünüidarə (bələdiyyə) orqanlarının, həm də yerli icra hakimiyyəti orqanlarının normativ xarak-

terli aktları müxtəlif münasibətləri tənzim edir. Bu münasibətlər regional xarakterli münasibətlərdir. Ona görə 

də həmin münasibətləri qaydaya salan yerli hakimiyyət orqanlarının aktları lokal aktlar kateqoriyasına şamil 

edilir. Onlar müvafiq ərazidə yerləşən müəssisələr, təşkilatlar və idarələr, habelə vəzifəli şəxslər və vətəndaşlar 

üçün məcburi qüvvəyə malikdir. 

6. Hüququn prinsipləri mülki hüququn mənbəyi kimi  

Qeyd etdik ki, mülki hüquqda həm hüququn ümumi prinsipləri, həm də mülki hüququn xüsusi (sahəvi) prin-

sipləri böyük rol oynayır. Hüququn ümumi prinsipləri hüququn mənbəyi hesab edilir. 

Dünyanın demək olar ki, bütün hüquq ailələrində bu prinsiplər hüququn mənbəyi kimi qəbul edilir. Həm ro-

man-german  hüququ,  həm  də  ingilis-amerikan  hüququ  ölkələrinin  qanunvericiliyi  və  yaranmış  hüquqi  ənənə 

hüquqtətbiqetmə fəaliyyəti prosesində hüququn ədalət, vicdanlılıq və digər bu cür ümumi prinsiplərindən istifa-

də etməyin mümkünlüyünü nəzərdə tutur. Belə ki, qanunda konkret hüquqi göstəriş, hüquqi adət və ya hüquqi 

presedent olmadıqda, hüququn ümumi prinsiplərinin hüquqi məsələni həll etmək üçün tətbiq edilməsinə yol ve-

rilir. 

Bəzi ölkələrin qanunvericiliyində hüququn ümumi prinsiplərinin hüququn mənbələrinə aid edilməsi barədə 



birbaşa göstəriş nəzərdə tutulur. Ispaniya Mülki Məcəlləsinin 6-cı maddəsi hüququn mümkün olan mənbələri 

arasında ümumi prinsipləri də sadalayır. Misir, Əlcəzair və Iraq kimi ölkələrin mülki məcəllələri hakimlərə ixti-

yar verir ki, onlar müsəlman hüququ prinsiplərinə əsaslanmaqla qanundakı boşluüu doldursunlar.  

Azərbaycan  Respublikasının  yeni  mülki  qanunvericiliyi  göstərir  ki,  mülki  münasibəti,  habelə  buna  oxşar 

münasibəti tənzimləyən norma olmadığı hallarda, həmin münasibəti nizama salmaq üçün mülki hüququn prin-

sipləri  əsas  kimi  götürülür,  ədalət,  insaf  və  mənəviyyat  tələbləri  nəzərə  alınır  (MM-in  11-ci  maddəsinin  2-ci 

bəndi).  Burdan  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  bizim  ölkə  qanunvericiliyi  hüququn  ümumi  prinsiplərini  və 

mülki hüququn xüsusi (sahəvi) prinsiplərini hüququn mənbə növü kimi qəbul edir. Axı, həmin prinsiplərin tət-



 

38 


biqi nəticəsində müvafiq mülki münasibəti tənzimləyən yeni mülki hüquq norması yaranır.  

7. Ali Məhkəmə Plenumu qərarlarının hüquqi təbiəti  

Ali məhkəmə orqanlarının ixtiyarı var ki, qanunvericiliyin tətbiqi məsələləri özrə «rəhbər izahatlar» versin. 

Konstitusiyanın 131-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Ali Məhkəməsi ali məhkəmə 

orqanı olub, məhkəmə təjrübəsinə aid məsələlər özrə izahatlar verir. Bu cür izahatlar, bir qayda olaraq, «məhkə-



mə təfsiri qaydasında» Ali Məhkəmə Plenumu qərarları formasında qəbul edilir və ümumiləşdirilmiş materi-

allara əsaslanır.  

Hüquq ədəbiyyatında Ali Məhkəmə Plenumu qərarlarının hüquqi təbiəti uzun müddət mübahisə predmeti ol-

muşdur. Bu diskussiya indi də davam edir. Həmin mübahisə və diskussiyaların mahiyyəti plenum qərarlarının 

mülki hüququn mənbəyi kimi tanınıb-tanınmaması məsələsindən ibarətdir. Xeyli vaxtdır ki, hüquq ədəbiyyatın-

da bu məsələ barədə iki konsepsiya yaranmışdır.  



Birinci  konsepsiya  tərəfdarları  belə  hesab  edirlər  ki,  plenum  qərarları  mülki  hüququn  mənbəyidir

Onlar öz fikirlərinin əsaslı və həqiqətə uyüun olmasını sübut etmək üçün müxtəlif cür tutarlı dəlillər və arqu-

mentlər gətirirlər. Həmin müəlliflər göstərirlər ki, plenum qərarları hüquq normalarının məzmununu təfsir edir. 

Bu, müvafiq məhkəmə sistemi üçün, bununla da müxtəlif mübahisə iştirakçıları (tərəfləri) üçün məcburidir. Bu 

qərarlar qüvvədə olan qanunvericiliyin mənasını izah edərkən faktiki olaraq yeni qayda, ümumi xarakterli hü-

quqi müddəa formulə edir. Bu qayda və müddəalar dövlət iradəsini ifadə edir, icra üçün məcburidir, normativ 

aktda ifadə olunan normadan fərqlənmir. Məhkəmələr hüquq norması yaratmaq səlahiyyətinə malik olmasa da, 

onun bəzi izahatları bu cür, yəni hüquq norması kimi qəbul edilir. 



kinci konsepsiya tərəfdarları bunun əksi olan mövqe tuturlar. Onların fikrincə, plenum qərarlarını mül-

ki  hüququn  mənbəyi  hesab  etmək  olmaz.  Bu  mövqeyi  dəstəkləyən  müəlliflər  də  özlərinin  haqlı  olmasını 

ə

saslandırmaq üçün kifayət qədər aülabatan və inandırıcı arqumentlər irəli sürürlər. Bizim zənnimizcə, ikinci 



konsepsiya tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır. Bu mövqeyin əsaslı olması üçün bir neçə arqument 

gətirə bilərik.  



Birincisi, plenum qərarları qanunvericilik tərəfindən rəsmi surətdə formal olaraq mülki hüququn mənbə-

yi kimi tanınmır. Konstitusiyanın 147-151-ci maddələrini, «Normativ hüquqi aktlar haqqında» qanunun 2-3-cü 

maddələrini,  habelə  MM-i  nəzərdən  keçirdikdə  bizə  məlum  olur  ki,  qanunvericiliyin  rəsmən  mülki  hüququn 

mənbəyi kimi qəbul etdiyi aktlar sırasında plenum qərarlarının adı çəkilmir.  

kincisi, Ali Məhkəmənin hüquq yaradıcılıüı qabiliyyəti və imkanı yoxdur. Hüquq yaradıcılıüı dedikdə, 

dövlət fəaliyyətinin hüquq normalarının yaradılmasına, dəyişdirilməsinə və ya ləğv edilməsinə yönələn xüsusi 

forması başa düşülür. O, cəmiyyətin obyektiv sosial ehtiyac və mənafelərinin öyrənilməsinə əsaslanır. Ali Məh-

kəmə hüquq yaradıcılıüı fəaliyyətinin subyekti kimi tanınmır və qəbul edilmir. Bu ali məhkəmə orqanına hüquq 

norması yaratmaüa, dəyişdirməyə və ya ləğv etməyə səlahiyyət və ixtiyar verilməmişdir. Onun bu cür fəaliyyə-

tə hüququ çatmır. Ali Məhkəmənin hüquq norması yaratması hakimiyyətin bölgösü prinsipinə ziddir. Onların 

fəaliyyəti hüquq norması yaratmaqdan yox, hüquq normasını tətbiq etməkdən ibarətdir.  

Üçüncüsü, plenum qərarlarının əksəriyyətində qüvvədə olan qanunvericilik təfsir olunur, yəni qanunveri-

ciliyin mənası aydınlaşdırılır və izah edilir. Bu qərarlar öz hüquqi təbiətinə görə təfsir aktlarıdır. Onlar hüquqi 

aktların bir növüdür. Təfsir aktları hüquqi əhəmiyyəti olan elə bir rəsmi sənəddir ki, o, hüquq normasının əsl 

məna və məzmununun müəyyən edilməsinə yönəlir. 

Plenum  qərarları  təfsir aktlarının  rəsmi  təfsir  aktları  (interpretasiya  aktları)  kimi  növünə  şamil  edilir. 

Bu cür aktlar təfsiri verilmiş hüquq normasını tətbiq edən bütün şəxslər üçün məcburi xarakterə malikdir. Ple-

num qərarları həm də normativ təfsir aktları hesab olunur. Normativ təfsir aktları qüvvədə olan qanunvericili-

yin yalnız mənasını izah edir. Bu cür aktlara aid edilən plenum qərarları ümumi xarakterli olub, ümumi məcburi 

qüvvəyə malikdir, yəni bütün müvafiq məhkəmə orqanları sistemi üçün hüquq normasını başa düşmək və anla-

maq mənasında məcburidir. Bu qərarlar hüquqtətbiqetmə prosesində ümumi rəhbərlik üçündür, qeyri-məhdud 

hallara aiddir, həmçinin əhatə dairəsi geniş olan subyektlərə şamil edilir.  

Plenum qərarları leqal təfsir aktlarıdır. Əgər hüquq normasını təfsir etmək üçün səlahiyyət və icazə veril-

miş, tapşırıq almış subyekt təfsir edərsə, buna leqal təfsir aktları deyilir. Ali Məhkəməyə qanunları təfsir etmək 

üçün icazə verilmişdir. 

Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, rəsmi, normativ və leqal təfsir aktı hesab olunan plenum qərar-

ları müstəqil əhəmiyyətə malik deyildir. Bu qərarlar yalnız təfsiri verilmiş hüquq normasını ifadə edən normativ 

aktlarla birlikdə məna kəsb edərək fəaliyyət göstərirlər. Onların hüquqi taleyi və müqəddəratı normativ aktlarla 

bağlı olub, bu aktlardan asılıdır. Normativ aktın ləğv edilməsi və  ya dəyişdirilməsi çox vaxt təfsir aktının da 

ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olur. Plenum qərarları əhatə dairəsi geniş olan bütün məhkəmə or-

qanlarına şamil edilir. Bu qərarlardan istifadə olunması təfsiri verilən normanın tətbiq edildiyi hər bir hal üçün 



 

39 


nəzərdə tutulur və hesablanır. Bu baxımdan onlar ümumi məcburi xarakterə malikdir.  

Plenum qərarları hüquq normasının məhkəmələr tərəfindən dözgün və birmənalı başa düşülüb tətbiq edilmə-

sini təmin edir. Onlar mülki hüquq normalarının aşaüı məhkəmə orqanları tərəfindən dözgün tətbiq edilməsi ba-

xımından xüsusi əhəmiyyət kəsb edir. Bu qərarlar mülki hüquq (sivilistika) elmi tərəfindən işlənib hazırlanmış 

nəzəriyyələri, postulatları, konsepsiyaları və ideyaları qəbul etməklə kifayətlənmir. Onlar da öz növbəsində hü-

quqtətbiqetmə praktikasının sabitliyini və vahidliyini təmin etmək məqsədi ilə müxtəlif ümumiləşdirmələr ifadə 

edir.  Plenum  qərarlarında  bəzi  hallarda  nəzəri  mühakimələrlə  özləşirik:  müvafiq  hüquq  norması  necə  və  nə 

üçün  məhz  belə  tətbiq  olunmalıdır?  Məhkəmə  tərcübəsində  yaranan  müddəalar  bəzən  sonralar  mülki 

qanunvericilikdə nəzərə alınır (məsələn, özrlü səbəblərə görə ötürülən iddia müddətinin uzadılması və s.).  

Lakin bunlara baxmayaraq, plenum qərarları özündə ümumi məcburi davranış qaydası (hüquq norması) mü-

ə

yyən etmir. Bu qərarlar yalnız hüquq normalarının məzmun və mənasını təfsir edir, aydınlaşdırır, izah edir. Ali 



Məhkəmənin yeni hüquq norması yaratmaüa ixtiyarı çatmır. Ona görə də onun qəbul etdiyi qərarlar mülki 

hüququn mənbəyi rolunda çıxış edə bilməz. Ali Məhkəmə konkret işlər özrə məhkəmə təcrübəsini öyrənir və 

onları ümumiləşdirərək qərarlar qəbul edir. Əgər qüvvədə olan qanunvericiliyə əlavələr və dəyişikliklər edilmə-

si qənaətinə gələrsə, onda o, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdimatla Milli Məclisə mü-

raciət edir (Konstitusiyanın 96-cı maddəsi).  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə