MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə50/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
§ 2. Əqdlərin hüquqi təsnifi 

1. Əqdlərin növləri 

Mülki-hüquqi əqdlər son dərəcə müxtəlif olub, bir neçə növə bölünür. Qüvvədə olan mülki qanunvericilik 

onların ayrı-ayrı növlərini tənzimləyir. Bu növlərdən hər biri spesifik xüsusiyyətlərə malikdir.  

Qüvvədə  olan  qanunvericilik,  sivilistika  doktrinası  (mülki  hüquq  elmi)  əqdlərin  hüquqi  təsnifini  verir.  Bu 

təsnifin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Belə ki, o, əqdlərin ayrı-ayrı növlərinin hüquqi xüsusiy-

yətlərini ayırmağa və fərqləndirməyə, onların təyinatını, mahiyyətini və tətbiq sferasını düzgün olaraq müəy-

yənləşdirməyə imkan verir. Əqdlərin təsnifinin köməyi və vasitəsi ilə biz onların ayrı-ayrı kateqoriyalarının hü-

quqi spesifikasına (spesifik xüsusiyyətinə, özünəxas cəhətinə ) bələd oluruq. 

Ə

qdlər müxtəlif əsas və meyarlara görə növlərə bölünür. Bu cür əsas və meyarlara aiddir: əqddə iştirak edən 



tərəflərin sayı; tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anı; əqdin əvəzli-əvəzsiz olması və s. 

Bu əsas və meyarlar əqdlərin təsnifinin verilməsinə və onların qəti olaraq müəyyən sistemdə yerləşdirilməsi-

nə imkan yaradır. Mülki dövriyyə iştirakçıları arasında müxtəlif və çoxsaylı əqdlər bağlanmasını nəzərə alsaq, 

onların lazımınja sistemləşdirilməsi vacib əhəmiyyət kəsb edir. 

Ə

qdlərin  elmi  cəhətdən  əsaslandırılmış  sistemi  ilk  növbədə,  onların  lazımi  qaydada  hüquqi  tənzimlənməsi 



üçün  əhəmiyyətlidir.  Əqdlərin  sisteminin  həm  də  eyni  zamanda  hüquqtətbiqetmə  fəaliyyəti  üçün  əhəmiyyəti 

vardır. O, əqdin bir növünün digərindən fərqləndirilməsinə və ayrılmasına, onlara münasib (uyğun gələn) hüquq 

normalarının tətbiq edilməsinə imkan verir. Əqdlərin elmi cəhətdən əsaslandırılmış sistemi həm də əqd institu-

tunun öyrənilməsini xeyli dərəcədə asanlaşdırır. Bu sistemin əsasında isə müxtəlif təsnifat meyarları durur ki, 

həmin meyarlar bir-biri ilə ziddiyyət təşkil etmir. Əksinə, onlar bir-birini tamamlayaraq əqd kimi mürəkkəb mə-

sələnin tam öyrənilməsi və dərindən başa düşülməsi məqsədinə xidmət edir. 



2. Birtərəfli, ikitərəfli və çoxtərəfli əqdlə

Ə

qddə iştirak edən tərəflərin sayı kimi meyara və əsasa (iradə ifadəsi prinsipinə) görə əqdlər üç növə bö-

lünür. Bu bölgünün əsasında əqdin bağlanması üçün iradə ifadəsi kifayət edən və lazım olan şəxsin sayı kimi 

ə

lamət durur: 



 birtərəfli əqdlər;  

 ikitərəfli əqdlər; 



 çoxtərəfli əqdlər. 

Ə

qdin  bağlanması  üçün  yalnız  bir  tərəfin  iradə  ifadəsi  lazım  olan  və  kifayət  edən  əqdlərə  birtərəfli 

ə

qdlər deyilir. Bu cür əqdlərdə anjaq birjə tərəfin iradəsi ifadə olunur. Məsələn, vəsiyyət etmək birtərəfli əqd-

lərə misal ola bilər. Bu zaman vəsiyyət edən şəxs öz iradəsini vəsiyyətnamədə vərəsə kimi göstərilən şəxsin bu 

iradə ilə razı olmasından asılı olmayaraq ifadə edir. Bundan əlavə, etibarnamə verilməsini, mirasın qəbul edil-

məsini,  müsabiqə  elan  edilməsini,  xüsusi  mükafatlandırmanın  açıq  elan  olunmasını,  bağlanmış  müqavilənin 

icrasını, mirasdan imtina edilməsini, oyunlar və mərclər keçirmək barədə elan verilməsini və s. birtərəfli əqdlə-

rə misal kimi göstərmək olar. Bağışlama kimi hərəkətə gəldikdə isə qeyd etmək lazımdır ki, bu cür hərəkət bi-

zim ölkə qanunvericiliyinə, habelə Almaniyanın, RF-in və digər xarici ölkələrin qanunvericiliyinə görə, birtə-

rəfli yox, ikitərəfli əqd hesab olunur. Amma Yaponiya mülki hüquq elmində göstərilir ki, bağışlama birtərəfli 

ə

qddir.  nqilabaqədərki Rusiya alimi K.Pobedonostsev də bağışlamaya birtərəfli akt (əqd) kimi baxırdı. 



Birtərəfli əqdi bağlayan şəxs tərəfində bir neçə şəxs çıxış edə bilər. Məsələn, evin birgə mülkiyyətçiləri tərə-

findən etibarnamə verilir. Başqa bir misalda bir neçə hüquqi şəxs müqavilənin icrasından imtina edir. Bu cür 

hallarda  bir  neçə  şəxsə  bir  tərəf  kimi  baxılır.  Başqa  sözlə  desək,  birtərəfli  əqdi  bağlayan  tərəfi  bir  neçə  şəxs 

təmsil edə bilər. Lakin buna baxmayaraq, əqd birtərəfli əqd kimi qalır. 

Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, «əqdi bağlayan tərəf (əqddə tərəf)» anlayışı ilə «əqd işti-

rakçıları (əqddə iştirakçılar)» anlayışını qarışdırmaq olmaz. Bunlar eyni mənalı anlayışlar deyildir. Birtərəfli 

ə

qdlərdə həmişə istisnasız olaraq, tərəf rolunda yalnız bir şəxs çıxış edə bilər. Əqd iştirakçıları isə həmin şəxs 



tərəfində çıxış edən və onu təmsil edən şəxslərə deyilir. Əqd iştirakçılarının sayı həmişə əqddə çıxış edən tərə-

fin sayından çox olur.  

Elə birtərəfli əqdlər vardır ki, bu cür əqdlər, əqd bağlayan tərəfin iradə ifadəsini başqa tərəfin qəbul etməsini 

nəzərdə tutur və tələb edir (iradə ifadəsinin qəbulunu tələb edəəqdlər). Belə hallarda yalnız iradə ifadəsi 

başqa tərəfə çatdığı andan o, etibarlı olur (MM-in 325-ci maddəsinin 1-ci bəndi). Bu cür əqdlərdə iradə ifadəsi 

hökmən başqa şəxsə yönəlir. Həmin şəxsin iradə ifadəsi barədə məlumatı olmalıdır. Məsələn, müqaviləyə xitam 

verilməsi barədə xəbərdarlıq kimi iradə ifadəsini bu ifadənin yönəldiyi şəxs bilməlidir. Oferta (müqavilə bağla-

maq təklifi), aksept (müqavilə təklifini qəbul etmək) də göstərilən əqdə misaldır. 

Bununla belə, elə birtərəfli əqdlər vardır ki, bu əqdlər, əqd bağlayan tərəfin iradə ifadəsinin digər şəxs tərə-

findən qəbul edilməsini tələb etmir (iradə ifadəsinin qəbulunu tələb etməyəəqdlər). Məsələn, vəsiyyət bu 



 

311


cür əqdlərə misal ola bilər. Bu növ əqdlər, bir qayda olaraq, başqa şəxsə yönəlmir. Sahibsiz əşyanı ələ keçir-

mək, dereliksiya (əşyadan imtina etmək) da göstərilən kateqoriya əqdlərə misaldır. Həmin əqdlərin əsas xüsu-

siyyəti ondan ibarətdir ki, bu əqdlər iradə ifadəsinin başqa şəxslər tərəfindən qəbulunu nəzərdə tutmur. Məsə-

lən, ata öz itmiş uşağını tapan şəxsə xüsusi mükafat verməsini açıq (ümumi) yolla (mətbuat, radio və televiziya 

vasitəsilə və s.) elan edir (xüsusi mükafatlandırma əqdi).  

Bəzən başqa tərəf birtərəfli iradə ifadəsi barəsində qabaqjadan və ya dərhal öz imtinasını bildirir. Bu halda 

birtərəfli iradə ifadəsi etibarlı sayılır və birtərəfli əqdin bağlanmasına təsir göstərmir. Məsələn, ictimai ədəbi-mə-

dəni təşkilat ən yaxşı dram əsəri yazmağa görə ölkənin tanınmış on dramaturq yazıçısı arasında qapalı müsabiqə 

elan edir. Həmin yazıçılar dərhal bu müsabiqədə iştirak etməkdən öz imtinalarını bildirirlər. Başqa bir misalda eti-

barnamə verilmiş şəxs etibarnamədən və ya vəsiyyət üzrə vərəsə vərəsəlikdən dərhal imtina edir. Bu kimi imtina 

hallarından birtərəfli əqdin bağlanması asılı deyildir. Bu, məlum məsələdir. Belə ki, əsas məsələ əqd bağlayan tə-

rəfin iradə ifadəsidir. 

Birtərəfli iradə ifadəsinin etibarlılığı əqd bağlamış şəxsin ölümündən və ya fəaliyyət qabiliyyətini itirməsi ki-

mi amillərdən asılı ola bilər. Belə ki, əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifa-

dəsindən  sonra  baş  verərsə,  iradə  ifadəsinin  etibarlılığına  bəzi  halda  təsir  göstərir,  bəzi  halda  təsir  göstərmir 

(MM-in 325-ci maddəsinin 3-cü bəndi). Məsələn, vəsiyyət əqdi bağlamış şəxs ölür. Bu, həmin əqdin etibarsız 

sayılmasına dəlalət etmir. Etibarnamə vermiş şəxs öldükdə və ya fəaliyyət qabiliyyətini itirdikdə isə etibarna-

məyə xitam verilir (MM-in 365-ci maddəsi). Xüsusi mükafatlandırma əqdində isə uşağı itmiş atanın fəaliyyət 

qabiliyyətini itirməsi isə birtərəfli əqdin xitam olunmasına və etibarsız sayılmasına səbəb olmur. 

Birtərəfli əqd bütün əqdlər kimi hüquqi nəticəyə — mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsi-

nə və ya xitam edilməsinə səbəb olur. Bu cür əqd vəzifəni yalnız onu bağlamış şəxs üçün yaradır. Əqdin ün-

vanlandığı  şəxslər  üçün  də  həmin  əqd  vəzifələr  yarada  bilər,  bir  şərtlə  ki,  bu,  Mülki  Məcəllədə  və  ya  həmin 

şə

xslərlə razılaşmada nəzərdə tutulsun (MM-in 326-cı maddəsi). Məsələn, vəsiyyət edən şəxs hər hansı öhdəli-



yin (vəzifənin) icra olunmasını vərəsəyə — vəsiyyətin ünvanlandığı şəxsə həvalə edə və tapşıra bilər (MM-in 

1205-ci maddəsi). Vərəsə üçün bu halda birtərəfli əqd olan vəsiyyət vəzifə (öhdəlik) əmələ gətirir. 

Misala müraciət edək. 

Miras qoyan tərtib etdiyi vəsiyyətnamə ilə vərəsəyə tapşırar ki, vərəsə miras açıldıqdan sonra üçotaqlı evin 

otaqlarından birini ömürlük istifadə üçün qohuma versin və ya vərəsə miras qalmış pul hesabına minik avtomo-

bili alıb miras qoyanın qardaşına versin. 

Birtərəfli əqd onu bağlayan şəxs üçün mülki hüquqlar yaratmır. Mülki hüquqları bu əqd yalnız onun ün-

vanlandığı şəxslər üçün əmələ gətirir.  



kitərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün iki tərəfin iradə ifadəsinin olması tələb edilir

Bu cür əqdlərdə iki tərəfin razılaşdırılmış və qarşılıqlı iradəsi ifadə olunur. Məsələn, alqı-satqı, kirayə, icarə, 

daşıma, borc, kredit, sığorta, girov, ipoteka və digər müqavilələr ikitərəfli əqdlərə misal ola bilər. Mülki (əm-

lak) dövriyyə münasibətləri — əmtəə-pul əlaqələri, əsasən, məhz ikitərəfli əqdlər vasitəsilə ifadə olunur. Ona 

görə də onların xüsusi çəkisi üstünlük təşkil edir.  

kitərəfli əqdlərdə iki qarşılıqlı iradə ifadəsinin bir-birinə uyğun gəlməsi tələb edilir. Belə ki, bu əqddə iştirak 

edən tərəflərdən hər birinin öz iradəsini ifadə etməsi gərəkdir. Ona görə ikitərəfli əqdləri qarşılıqlı əqdlər də 

adlandırırlar.  

kitərəfli əqdlər birtərəfli əqdlər kimi hüquqi nəticəyə səbəb olur. Onlar, bir qayda olaraq, əqddə iştirak edən 

hər iki tərəf üçün həm hüquqlar, həm də vəzifələr yaradır. Məsələn, alqı-satqı, daşıma, icarə, kirayə, podrat və di-

gər müqavilələr hər iki tərəf üçün mülki hüquq və vəzifələr əmələ gətirir. Özü də bir tərəfin hüquqları digər tə-

rəfin vəzifələrinə uyğun olur. Bəzi əqdlər isə bir tərəf üçün yalnız vəzifə, digər tərəf üçün isə anjaq hüquq yara-

dır. Məsələn, bank əmanəti (depozit) müqaviləsi bank üçün əmanəti qaytarmaq kimi vəzifə, əmanətçi üçün isə hə-

min əmanətin verilməsini tələb etmək hüququ əmələ gətirir. 

kitərəfli əqdlərdə həmişə yalnız iki tərəf çıxış edir. Amma bəzən hər iki tərəf bir neçə əqd iştirakçısı tərəfin-

dən təmsil oluna bilər. Bu cür hallarda əqd yenə də ikitərəfli əqd hesab edilir. Məsələn, evin birgə mülkiyyətçi-

ləri (məsələn, ər-arvad) onu dörd nəfər vətəndaşa satırlar. Bu əqddə satıcı tərəfini iki nəfər (ər və arvad), alıcı 

tərəfini isə dörd nəfər vətəndaş təmsil edir. Bunlar əqd iştirakçıları hesab olunurlar. Əqdin tərəfləri isə alıcı və 

satıcıdan ibarətdir.  



Çoxtərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün ikidən çox tərəfin razılaşdırılmış iradə ifadəsi-

nin olması tələb edilir. Bu cür əqdlərdə ikidən çox tərəfin, yəni üç, dörd, beş və s. tərəfin iradəsi ifadə olunur. 

Başqa sözlə desək, çoxtərəfli əqdlərin bağlanmasında ikidən çox tərəf iştirak edir.  

Çoxtərəfli əqdlər birtərəfli və ikitərəfli əqdlərdən, göründüyü kimi, əqddə iştirak edən tərəfin sayı kimi əla-

mətə görə fərqlənir. Belə ki, birtərəfli əqdin bağlanmasında yalnız bir tərəf, ikitərəfli əqdin bağlanmasında iki 



 

312


tərəf, çoxtərəfli əqdin bağlanmasında isə ikidən çox — üç və ya daha artıq tərəf çıxış edir. Bundan əlavə, çoxtə-

rəfli əqdlər üçün xarakterik olan belə bir xüsusiyyət vardır ki, burada hər bir tərəfin hərəkəti eyni bir ümumi 



məqsədə çatmağa yönəlir. Bu cür əqdlərdə iştirak edən çoxsaylı tərəflərdən hər birinin iradəsi onların hamısı 

üçün ümumi olan məqsədə istiqamətlənir və səmt alır. Çoxtərəfli əqdlərə misal kimi köhnə 1964-cü il MM-nin 

tənzimlədiyi  və  nəzərdə  tutduğu  birgə  fəaliyyət  haqqında  müqaviləni  çəkə  bilərik  (həmin  Məcəllənin  433-cü 

maddəsi). Hüquqi şəxslərin yaradılması haqqında təsis müqaviləsini (təsisçilər arasında bağlanan müqaviləni) 

də çoxtərəfli əqd kateqoriyasına şamil etmək olar, bir şərtlə ki, həmin hüquqi şəxsləri ikidən çox şəxs tərəfindən 

təsis olunsun (MM-in 45-ci maddəsinin 2-ci bəndi). L.Ennekserus haqlı olaraq göstərir ki, belə hallarda müxtəlif 

tərəflər arasında müvafiq qarşılıqlı iradə ifadəsi mübadilə olunmur, yalnız eyni tərəflərin iradə ifadəsi paralel ola-

raq həyata keçirilir.  



Mülki  qanunvericilikdə,  mülki  hüquq  elmində  (sivilistika  doktrinasında)  ikitərəfli  və  ya  çoxtərəfli 

ə

qdləri müqavilələr adlandırırlar. Öz həjminə görə «əqdlər» və «müqavilələr» kimi iki anlayış bir-birinə uy-

ğ

un gəlmir və üst-üstə düşmür. Belə ki, əqdlər birtərəfli, ikitərəfli və çoxtərəfli əqdlər növündə ola bilər. Amma 



müqavilələrə yalnız ikitərəfli və çoxtərəfli əqdlər daxildir. Birtərəfli əqdlər müqavilə kateqoriyasına şamil edil-

mir. Deməli, istənilən hər hansı müqavilə əqd hesab edilir. Amma istənilən əqdi müqavilə saymaq olmaz. Mə-

sələn, vəsiyyət etmək birtərəfli əqddir, amma müqavilə deyildir. 

Almaniya sivilistika doktrinasına görə, müqavilə dedikdə, iki və daha çox tərəfin bir-birinə uyğun gələ



qarşılıqlı iradə ifadəsi başa düşülür. Yaponiya mülki hüquq elminə görə, müqavilə iki iradəvi hərəkətin — 

təklif və razılığın məcmusudur. 

Sivilistika elmi və mülki qanunvericilik müqaviləni üç mənada işlədir. Birinci mənada müqavilə mülki (öh-

dəlik)  hüquq  münasibəti  deməkdir  (məsələn,  alqı-satqı  müqaviləsi  alqı-satqı  hüquq  münasibəti  deməkdir). 



kinci mənada müqavilə əqd mənasını ifadə edir. Bu baxımdan o, hüquqi fakt kimi hüquq münasibəti yaradır 

(məsələn, podrat müqaviləsi hüquqi fakt, yəni əqd kimi podrat hüquq münasibəti əmələ gətirir). Üçüncü mənada 

müqavilə sənəd mənasında işlədilir. Elə bir sənəd ki, o, hüquq münasibətinin yaranma faktını ifadə edir. 

3. Əvəzli və əvəzsiz əqdlə

Ə

vəzlilik-ekvivalentlik kimi əlamətə, yəni əvəzli — ekvivalentli olub-olmaması kimi əlamətə görə əqdlər 

iki növə bölünür: 

 əvəzli əqdlər;  



 əvəzsiz əqdlər.  

Ə

vəzli əqd odur ki, bu əqdə görə bir tərəf öz vəzifələrinin icrası müqabilində o biri tərəfdən haqq və 

ya digər qarşılıqlı əvəz almaq hüququna malik olur. Söhbət əqddə iştirak edən bir tərəfin özünün etdiyi hə-

rəkətə görə digər tərəfdən qarşılıqlı əvəz almasından gedir. Hərəkət dedikdə, tərəfin digər tərəfə əşya və ya pul 

verməsi, iş görməsi və  ya xidmət göstərməsi başa düşülür. Məsələn, alqı-satqı müqaviləsinə görə, satıcı əşya 

verməyin müqabilində pul formasında (yəni satılmış əşyanın pulu şəklində) qarşılıqlı əvəz alır. Podrat müqavi-

ləsinə görə, podratçı gördüyü işin müqabilində sifarişçidən podrat haqqı alır. Daşıma müqaviləsinə görə, daşıyı-

cı yükü təyinat yerinə çatdırmağa görə yük alandan daşıma haqqı alır. Deməli, alqı-satqı, podrat və daşıma kimi 

müqavilələr əvəzli əqd hesab edilir. Bundan əlavə, dəyişmə, kirayə, icarə, komissiya, bank əmanəti (depozit), 

bank hesabı, kredit və digər müqavilələr də əvəzli əqd kateqoriyasına aid edilir.  

Mülki-hüquqi  əqdlərin  əsas  kütləsini  əvəzli  əqdlər  təşkil  edir.  Bu  əqdlərin  xüsusi  çəkisi  müqayisəedilməz 

dərəcədə  böyükdür.  Bütün  sahibkarlıq  müqavilələri  əvəzli  əqd  hesab  edilir.  Sahibkarlıq  sferasında  bağlanan 

müqavilələrin əvəzli xarakterə malik olması bu müqavilələrin xarakterik əlamətidir. Əvəzli əqdlərin üstünlük 

təşkil etməsi mülki (əmlak) dövriyyənin əmtəə və əmlak xarakterli olması ilə, onun əmtəə-pul münasibətlərin-

dən ibarət olması ilə izah edilir.  

Ə

qdlərin əvəzli olması o demək deyildir ki, onlar həmişə istisnasız olaraq, ekvivalent əqdlər sayılır. Bu, o 



deməkdir ki, bütün əqdlərin hamısı ekvivalent deyildir. Belə ki, bəzi əqdlər əvəzli olsa da, ekvivalent əqd hesab 

edilmir. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı həqiqi qiymətindən nisbətən ucuz qiymətə satır. Sı-

ğ

orta  müqaviləsi  əvəzli  olsa  da,  ekvivalentlik xüsusiyyətindən  məhrumdur.  Belə  təsəvvür  yaranır  ki,  ekviva-



lentlik yox, qarşılıqlı əvəz almaq əvəzli əqdlərdə həlledici əhəmiyyət kəsb edir. Bu əqdlərdə hər hansı tərəf 

digər tərəfin xeyrinə müəyyən hərəkət etmək vəzifəsini daşıyır. Əgər bir tərəf əmlak verirsə, onda digər tərəf ya 

başqa əmlak,  ya pul verməli, ya da hər hansı başqa hərəkət etməlidir. Məsələn, alqı-satqı müqaviləsinə görə, 

satıcı  əşya  verir,  alıcı  isə  onun  əvəzində  satıcıya  pul  verir.  Ona  görə  də  yalnız  ikitərəfli  və  çoxtərəfli  əqdlər 

ə

vəzli ola bilər. Birtərəfli əqdlərin əvəzli əqd olması tam istisna edilir, qeyri-mümkündür. 



Bəzən  əvəzi  müqavilədə  alınmalı  haqq  və  ya  digər  qarşılıqlı  əvəz  barədə  şərt  nəzərdə  tutulmur.  Məsələn, 

podrat müqaviləsində podrat haqqı, daşıma müqaviləsində daşıma haqqı, icarə müqaviləsində icarə haqqı, alqı-

satqı müqaviləsində satılan əşyanın qiyməti və s. göstərilmir. Bu hal həmin müqavilələrin əvəzsiz olmasına də-


 

313


lalət etmir. Onlar yenə də əvəzli əqdlər sayılır. Əqdin (müqavilənin) qiymətinin (podrat haqqının, daşıma haqqı-

nın və s.) müəyyən edilməsinə gəldikdə isə göstərmək lazımdır ki, belə hallarda müqayisəyə gələ bilən oxşar 

mallar, işlər və ya xidmətlər üçün, adətən, alınan qiymət əsas kimi götürülür (MM-in 398-ci maddəsinin 3-cü 

bəndi).  

Ə

vəzsiz əqd odur ki, bu əqdə görə, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan 

onun üçün müəyyən hərəkət edir, yəni əmlak verir, xidmət göstərir, iş görür və ya pul verir. Bu cür əqdlə-

rə  misal  olaraq  bağışlama  və  ssuda  (əvəzsiz  istifadə)  müqavilələrini  göstərmək  olar.  Onlar  əvəzsiz  əqdlərin 



klassik növləri hesab edilir. Bağışlama müqaviləsinə görə, hədiyyə verən əmlakı qarşılıqlı əvəz almadan hədiy-

yə alanın mülkiyyətinə verir. Ssuda (əvəzsiz istifadə) müqaviləsinə görə isə kirayəyə verən əşyanı kirayə haqqı 

almadan kirayəçiyə müvəqqəti istifadəyə verir. Bundan əlavə, birtərəfli əqdlər həmişə əvəzsiz əqd kateqoriyası-

na şamil edilir.  

Bununla bərabər, qeyd etmək lazımdır ki, tərəflərin razılığından asılı olaraq, bəzi əqdlər ya əvəzli, ya da 

ə

vəzsiz ola bilər. Belə ki, əqd bağlayan tərəflər əqdin əvəzli olması barədə razılığa gələrsə, onda bu cür əqd 

ə

vəzli əqd hesab ediləjəkdir. Yox, əgər onlar əqdin əvəzsiz olması barədə şərtləşərlərsə, onda həmin əqd əvəz-



siz əqd kateqoriyasına aid olunajaqdır. Saxlama, tapşırıq, borc kimi müqavilələr bu qəbildən olan əqdlərə şamil 

edilir. Tərəflərin şərtləşməsindən asılı olaraq, bu müqavilələr ya əvəzli, ya da əvəzsiz ola bilər.  

Alqı-satqı,  podrat,  daşıma  və  digər  müqavilələr  həmişə  istisnasız  olaraq,  əvəzli  əqdlərdir.  Onların  əvəzsiz 

ə

qd olmaları, əgər tərəflər razılığa gəlsə belə, istisna edilir, qeyri-mümkündür. Əgər həmin müqavilələrə görə 



tərəf öz vəzifəsini (satıcının əşyanı vermək, podratçının sifarişi yerinə yetirib iş görmək, daşıyıcının yükü təyi-

nat yerinə çatdırmaq vəzifəsini) yerinə yetirməyə görə haqq almazsa, onda bu, bağışlama müqaviləsi ilə rəsmi-

ləşdirilir.  

Beləliklə, əvəzlilik baxımından əqdləri üç qrupa bölmək olar: yalnız əvəzli xarakterə  malik olan əqdlər 

(alqı-satqı, icarə, podrat, daşıma, dəyişmə və s. müqavilələr); yalnız əvəzsiz xarakterə malik olan əqdlə(ba-

ğ

ışlama və əvəzsiz istifadə müqavilələri); həəvəzli, həm də əvəzsiz xarakterə malik olan əqdlə(saxlama, 



tapşırıq, borc və digər müqavilələr).  

4. Konsensual və real əqdlə

Ə

qdin bağlanmış hesab edilməsini şərtləndirən vaxt anı kimi meyara görə əqdlərin iki növü fərqləndiri-

lir: 



 konsensual (latınja «consensus» — saziş, razılaşma) əqd;  



 real (latınja «res» — əşya) əqd. 



Konsensual əqdlər odur ki, bu cür əqdlərin bağlanmış hesab edilməsi üçün, əqdin bağlanması üçün tə-

rəflərin razılaşması (sazişi) kifayətdir. Bu əqdlər yalnız o halda bağlanmış hesab edilir ki, əqdin bütün mü-

hüm bəndləri barədə tərəflər razılıq əldə etsinlər. Başqa sözlə desək, tərəflərin əqd bağlamaq barədə razılaşması 

(sazişi) anında əqd bağlanmış sayılır. Məhz bu andan əqd bağlayan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. 

Əş

yanın verilməsi, pul ödənilməsi və digər hərəkətlər isə əqdin bağlanmış hesab olunmasına dəlalət etmir. Bu 



cür hərəkətlər artıq bağlanmış əqdin icra edilməsini sübut edir. Məsələn, alqı-satqı müqaviləsi konsensual əqdə 

misal  ola  bilər.  Satıcı  və  alıcı  əqdin  mühüm  bəndləri  (əqdin  predmeti,  qiyməti,  pulun  ödənilməsi  və  əşyanın 

alıcıya  verilməsi  müddəti)  barədə  razılığa  gələn  kimi,  onlar  arasında  alqı-satqı  müqaviləsi  bağlanmış  sayılır. 

Alıcının əşyanın pulunu satıcıya ödəməsi, satıcının isə əşyanı alıcıya verməsi kimi hərəkətlər isə artıq bağlan-

mış olan alqı-satqı müqaviləsinin icra olunmasını nümayiş etdirir. Bu müqavilənin bağlanmış hesab edilməsi 

üçün alıcının əşyanın pulunu satıcıya ödəməsi, satıcının isə əşyanı alıcıya verməsi tələb olunmur.  

Konsensual əqdlərin dairəsi kifayət qədər genişdir. Alqı-satqı müqaviləsindən savayı, podrat, icarə, kirayə, 

ə

vəzsiz istifadə (ssuda), kredit, dəyişmə, komissiya və digər müqavilələr konsensual əqdlərin ən geniş yayılmış 



növləridir. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə