MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə51/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

Real əqdlər odur ki, bu cür əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflə-

rin sazişindəəlavə, həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəf-

lərin sazişi (razılaşması) kifayət etmir. Bunun üçün həm də zəruridir ki, əşya və ya pul qarşı tərəfə verilsin. Yal-

nız əşya və ya pul qarşı tərəfə verildiyi andan əqd bağlanmış hesab edilir. Məhz bu andan tərəflər üçün hüquq 

və vəzifələr yaranır. Real əqdə misal olaraq dəmir yolu ilə yük daşıma müqaviləsini göstərmək olar. Yükün da-

ş

ınma üçün qəbul edilməsi bu müqavilənin bağlanma anını göstərir. Bu müqavilədən savayı, bank əmanəti (de-



pozit), renta və s. müqavilələr real əqd kateqoriyasına şamil edilir. 

Bəzi əqdlər tərəflərin sazişindən və ya qanunda nəzərdə tutulmasından asılı olaraq, ya konsensual əqd, ya da 

real əqd ola bilər. Məsələn, bağışlama, sığorta, faktorinq və s. bu cür müqaviləyə misal ola bilər.  

5. Kauzal və abstrakt (mücərrəd) əqdlər  

Ə

qdin hüquqi əsasının (hüquqi məqsədinin) onun etibarlı olması üçün əhəmiyyətinə görə əqdlərin iki 



 

314


növü fərqləndirilir. Başqa sözlə desək,  yalnız əqdin hüquqi əsasına (məqsədinə) görə onu etibarlı saymaqdan 

asılı olaraq və ya asılı olmayaraq bütün əqdlər iki növə bölünür: 

 kauzal (latınja «causa» — səbəb, əsas) əqdlər; 



 abstrakt (latınja «abstractio» — ayırmaq, uzaqlaşdırmaq) və ya mücərrəd əqdlər.  

Söhbət əqdin hüquqi əsasının (məqsədinin) onun etibarlı olmasına hansı və nə cür təsir etməsindən asılı ola-

raq, əqdlərin iki yerə ayrılmasından gedir.  

Ə

qdin hüquqi əsası elə bir hüquqi məqsəddir ki, məhz həmin məqsədə çatmaq üçün əqd bağlanılır.  stənilən 



hər bir əqdin hüquqi əsası — hüquqi məqsədi vardır. Elə bir məqsəd ki, əqd bağlayan tərəflər bu məqsədə nail 

olmağa cəhd göstərirlər. Hüquqi əsası (məqsədi) olmayan əqdin mövcudluğundan söhbət gedə bilməz. Əqdlərin 

kauzal və abstrakt əqdlər adlı iki yerə bölünməsi onu ifadə etmir ki, kauzal əqdlərin hüquqi əsası (məqsədi) var-

dır, abstrakt (mücərrəd) əqdlərin isə yox. Bu cür bölgünün mahiyyəti məhz ondan ibarətdir ki, kauzal əqdlərdə 



hüquqi əsas (məqsəd) əqdin mühüm və zəruri elementi kimi çıxış edir. Bu əqdlərin etibarlı olması onun hü-

quqi  əsasından  (məqsədindən)  asılı  edilir.  Kauzal  əqdin  hüquqi  əsasının  (məqsədinin)  mövcudluğundan  asılı 

olaraq,  onun  etibarlı  olması  haqqında  mübahisə  etmək  olar.  Bu  sözləri  abstrakt  (mücərrəd)  əqdlər  barəsində 

söyləmək olmaz.  



Kauzal əqdlər odur ki, bu əqdlərin məzmunundan onların hüquqi əsasını (məqsədini) açıq-aşkar mü-

ə

yyən etmək mümkün olur. Bu cür əqdlərdə onların hüquqi əsası (məqsədi) birbaşa ifadə edilir. Onlar özünün 

hüquqi əsası (məqsədi) ilə çox sıx surətdə bağlı olur. Məsələn, alqı-satqı müqaviləsinin məzmunundan müəy-

yən etmək olur ki, bu müqavilənin hüquqi əsası (məqsədi) əvəzli olaraq mülkiyyət hüququ əldə etməkdən iba-

rətdir. Bağışlama müqavilənin məzmunu əsasında təyin olunur ki, mülkiyyət hüququnu əvəzsiz olaraq bir şəxs-

dən digərinə keçirmək bu müqavilənin hüquqi əsasını (məqsədini) təşkil edir. Kirayə müqaviləsində onun hüqu-

qi əsası (məqsədi), yəni kirayə haqqı ödəməklə əşya üzərində müvəqqəti istifadə hüququ əldə edilməsi birbaşa 

ifadə olunur. Buna görə də alqı-satqı, bağışlama və kirayə müqavilələri, habelə digər müqavilələr kauzal əqd 

kateqoriyasına aid edilir. Mülki-hüquqi əqdlərin çoxu kauzal xarakter daşıyır. Mülki (əmlak) dövriyyədə onlar 

üstünlük təşkil edirlər.  



Kauzal əqdlərdə hüquqi əsas (məqsəd) onların məjburi və zəruri elementi hesab edilir. Buna görə də 

həmin elementin olmaması və ya onda hər hansı qüsurun olması əqdin etibarsız hesab edilməsinə səbəb olur. 

Özü də bu elementin olmamasının və ya onun qüsura malik olmasının sübuta yetirilməsinə (əqdin hüquqi əsası 

barəsində mübahisə edilməsinə) yol verilir. Əgər sübut edilsə ki, əqdin hüquqi əsası yoxdur və ya o, əqdin hü-

quqi məqsədinə uyğun gəlmir, ya da o, mühüm qüsura malikdir, onda bu əqd etibarsız hesab ediləjəkdir. Məsə-

lən, başqasının əmlakını oğurlayan şəxs onu üçüncü şəxsə satır. Bu cür alqı-satqı müqaviləsinin hüquqi əsası 

(məqsədi) mühüm qüsura malikdir. Ona görə də o, etibarsız əqd sayılajaqdır. 

Beləliklə, kauzal əqdlər özünün hüquqi əsası (məqsədi) ilə o qədər sıx və möhkəm surətdə bağlıdır ki, bu cür 

ə

qdlərin etibarlı hesab olunması onların hüquqi əsasından (məqsədindən) asılı edilir.  



Abstrakt (mücərrəd) əqdlər odur ki, bu əqdlərin hüquqi əsasının (məqsədinin) onun məzmunu əsasın-

da müəyyənləşdirilməsi mümkün olmur. Bu əqdlərdə onların hüquqi əsası (məqsədi) açıq-aşkar ifadə olun-

mur. Onun olması həmin əqdlər üçün hüquqi əhəmiyyətə malik deyildir. Belə ki, abstrakt əqdlərdə hüquqi əsas 

(məqsəd) onların məzmunundan ayrılmışdır, nejə deyərlər, uzaqlaşdırılmışdır, təjrid edilmişdir. Başqa sözlə, bu 

ə

qdlərdə hüquqi əsas (məqsəd) abstraktlaşdırılmışdır, yəni mücərrədləşdirilmişdir. Ona görə də onlar abstrakt 



(mücərrəd) əqdlər adlandırılır. Əsas xüsusiyyət ondan ibarətdir ki, abstrakt əqdlərin bağlanmasında onların hü-

quqi əsası (məqsədi) arxa, ikinci plana keçir. Əqdin əsasının abstrakt əqdlər üçün hüquqi cəhətdən fərqi, təfavü-

tü və əhəmiyyəti yoxdur. Elə bil ki, abstrakt əqd özünün hüquqi əsasına laqeyddir, etinasızdır. Məhz bu səbəb-

dən hüquqi əsasın (məqsədin) olmaması və ya onun qüsurlu olması əqdin etibarsızlığına dəlalət etmir. Bu hal 

isə onu şərtləndirir ki, abstrakt əqdlərin əsasının (məqsədinin) mübahisə edilməsi, bu əsasın (məqsədin) mövcud 

olmamasının və ya onun qüsurlu olmasının sübuta yetirilməsinə yol verilmir.  

Abstrakt əqdlərə misal olaraq çek verilməsini göstərmək olar. Çekin mücərrədliyi onun şərtsiz xarakter da-

ş

ımasını, heç nə ilə şərtlənməməsini ifadə edir. Çek sahibi onu banka (ödəyiciyə) ödəniş üçün təqdim etdiyi hal-



da, bank həmin çeki onun verilməsi üçün əsas olan əqdin etibarlı olub-olmamasından asılı olmayaraq ödəməli-

dir. Məsələn, mal göndərmə müqaviləsi üzrə firma tikinti təşkilatına tikinti materialları göndərir. Tikinti təşkila-

tı öz borcunu ödəmək üçün bankdan pul vəsaiti hesabına firmaya çek verir. Bu çek ödəniş üçün banka təqdim 

olunanda mal göndərmə müqaviləsinin etibarsızlığı ödənişə mane ola bilməz.  



Vekselin verilməsini də abstrakt əqdlərə misal çəkmək olar. Vekselin satılmış mallara və ya göstərilmiş xid-

mətə görə ödəniş kimi verilməsi və ya əvəzsiz olaraq verilməsi və yaxud da istənilən digər hər hansı əsasa görə 

verilməsi kimi motivlərdən onun etibarlı olması asılı deyildir. Veksel, vekseldə göstərilən məbləğin şərtsiz ödə-

nilməsini nəzərdə tutan qiymətli kağızdır. Veksel saxlayan şəxs bu qiymətli kağızı başqa şəxsə verdikdə və bu 



 

315


münasibətləri  lazımınja  rəsmiləşdirdikdə,  veksel  verənin  ixtiyarı  yoxdur  ki,  vekselin  verilməsinə  səbəb  olan 

ə

sasın mövcud olmaması motivinə görə mübahisə etsin.  



Xarici ticarət konosamentinin verilməsi də abstrakt əqd kateqoriyasına şamil edilir. Bu qiymətli kağız hər 

hansı üçüncü şəxsə verilə bilər. Belə halda dəniz daşıyıcısının ixtiyarı yoxdur ki, konosamentdə göstərilən yük 

barəsində məlumatlara dair üçüncü şəxslə mübahisə etsin. Onun sübut etmək hüququ yoxdur.  

Qarantiya da abstrakt əqdlərin bir növü hesab edilir. Qarantiya müəyyən məbləğin ödənilməsi barədə yazılı 

öhdəlikdir. O, icrasının təminatı üçün verilmiş əsas öhdəlik hüquq münasibətindən (əsas əqddən) asılı deyildir 

(MM-in 480-ci maddəsi). Ona görə də qarantiyada nəzərdə tutulan pul məbləği ödənildikdə, həmin əqd nəzərə 

alınmır.  

Almaniya mülki qanunvericiliyində və sivilistika doktrinasında da kauzal və abstrakt əqdlər nəzərdə tutulur. 

Kauzal əqdlərdə əmlakın verilməsinin hüquqi əsası əqdin özünün məzmunu kimi çıxış edir (məsələn, alqı-satqı, 

bağışlama, icarə, kirayə  və s.). Abstrakt əqdlər isə özünün hüquqi əsasından ayrılmış əqdlərə deyilir. Hüquqi 

ə

sas rolunda, bir qayda olaraq, kauzal əqd çıxış edir. Bu kauzal əqdin etibarsız olması abstrakt əqdin etibarsızlı-



ğ

ına səbəb olmur. Abstrakt əqdlərdə hüquqi əsas onun məzmunu hesab edilmir. Almaniya hüquq ədəbiyyatında 

bu növ əqdə daşınar əşyaların verilməsi halını misal çəkmək dəbdədir. Bu hal Almaniya Mülki Qanunnaməsi-

nin 929-cu maddəsində nəzərdə tutulur. Həmin hal Azərbaycan Respublikası MM-nin 181-ci maddəsində də öz 

ə

ksini tapmışdır. Məsələn, alqı-satqı müqaviləsi əsasında daşınar əşya satıcıdan alıcıya verilir. Burada alqı-satqı 



müqaviləsi hüquqi əsas  rolunu oynayan kauzal əqddir. Daşınar əşyanın verilməsi isə abstrakt əqddir. Bu əqd 

ə

sasında daşınar əşyaya mülkiyyət hüququ əldə edilir. Həmin əqd alqı-satqı müqaviləsindən (hüquqi əsasdan) 



asılı deyildir. Buna görə də alqı-satqı müqaviləsi qanunsuz olsa belə, daşınar əşyanın verilməsi əqdi etibarsız 

sayılmır. Alqı-satqı müqaviləsinin qanunsuzluğu nəticəsində hüququ pozulmuş şəxs öz hüququnu bərpa etmək 

üçün əsassız varlanma (kondikasiya) iddiası verir (bu iddia Azərbaycan Respublikası MM-nin 1093-cü maddə-

sində nəzərdə tutulmuşdur). 

Beləliklə,  Almaniya  mülki  hüququnda  abstraktlaşdırmaq  (Abstraktionsprinzip)  və  əqdin  əsasının  ayrılması 

(Trennungsprinzip) kimi prinsiplər irəli sürülür. Bu prinsiplər Almaniya sivilistikasının spesifik xüsusiyyətidir. 

Həmin prinsiplərə görə, abstrakt əqd, əgər onun hüquqi əsası rolunda çıxış edən kauzal əqd öz əhəmiyyətini və 

mənasını itirsə də, etibarlı sayılır. Professor E.Klyunsinger göstərir ki, abstraktlaşmaq prinsipi Roma hüququn-

da yaranıb. Amma o, bütün Avropa sistemlərində tətbiq olunmur. Onun fikrinjə, qanunverici bu prinsipin kö-

məyi ilə əmlak dövriyyəsinin təhlükəsizliyini təmin etməyə cəhd göstərir. 

Kauzal və abstrakt əqdlər Yaponiya mülki hüquq elminə də məlumdur. Burada abstrakt əqd özünün əsasın-

dan asılı olmayan və ondan ayrılan əqd kimi nəzərdən keçirilir (məsələn, veksel). 



6. Müddətli və müddətsiz əqdlə

Müddət kimi əlamətə görə əqdlər iki cür olur. Söhbət əqdlərin qüvvəyə minməsi və ya onun qüvvəsinə xi-

tam verilməsi anının müəyyən edilməsi kimi meyara  görə əqdlərin iki  yerə bölünməsindən gedir. Bu əqdlərə 

aiddir:  

 müddətli əqdlər; 



 müddətsiz əqdlər. 



Ya qüvvəyə minmə anı, ya qüvvəsinə xitam verilməsi anı, ya da eyni vaxtda həm qüvvəyə minmə anı, 

həm də qüvvəsinə xitam verilmə anı göstərilən və müəyyənləşdiriləəqdlərə müddətli əqdlər deyilir. Mə-

sələn, icarə müqaviləsində göstərilir ki, o, 1 fevral 2002-ci ildən qüvvəyə minir, 1 fevral 2004-cü ildə qüvvədən 

düşür. Etibarnamədə nəzərdə tutulur ki, onun qüvvədə olma müddəti iki ildir. Bir qayda olaraq, əqdin bağlandı-

ğ

ı müddət onun qüvvəyə minmə müddətini ifadə edir. Məsələn, etibarnamə əqdinin bağlandığı gün onun qüvvə-



yə minmə günü hesab edilir. 

Müddətli  əqdlərin  iki  növü  vardır:  təxirəsalıcı  müddətlə  bağlanmış  əqdlər;  ləğvedici  müddətlə  bağlanmış 

ə

qdlər.  


Təxirəsalıcı  müddətlə  bağlanmış  əqdlər  odur  ki,  tərəflər  bu  cür  əqdlər  üzrə  hüquq  və  vəzifələrin  əmələ 

gəlməsini müəyyən müddətdən asılı edirlər. Həmin müddətə təxirəsalıcı müddədeyilir. Məsələn, kirayə mü-

qaviləsi üzrə tərəflər razılığa gəlirlər ki, əşya müqavilə bağlandığı andan dörd ay sonra — 2003-cü ilin may ayı-

nın 5-də kirayəçinin istifadəsinə verilsin. Tərəflərin əqd üzrə hüquq və vəzifələrinin əmələ gəlməsi həmin müd-

dətə kimi təxirə salınır, yubadılır. Həmin müddət yetişdikdə, tərəflərin kirayə müqaviləsi üzrə hüquq və vəzifə-

ləri yaranır. Bu müddət yetişməyənə kimi onların hüquq və vəzifələri əmələ gəlmir. 



Ləğvedici müddətlə bağlanmış əqdlər odur ki, tərəflər bu cür əqdlər üzrə hüquq və vəzifələrin xitam edil-

məsini müəyyən müddətdən asılı edirlər. Həmin müddətə ləğvedici müddət deyilir. Məsələn, tərəflər icarə mü-

qaviləsində nəzərdə tuturlar ki, onların müqavilə üzrə hüquq və vəzifələrinə 5 dekabr 2003-cü ilə kimi xitam 

veriləjəkdir.  



 

316


Ə

qdin eyni zamanda həm təxirəsalıcı müddətlə, həm də ləğvedici müddətlə bağlanması mümkündür. Belə 

halda tərəflər müddəti eyni vaxtda həm hüquq və vəzifələrin əmələ gəlməsi anı kimi, həm də bu hüquq və vəzi-

fələrin xitam olunması anı kimi müəyyənləşdirirlər. Əqd üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsinə 

ə

sas  olan  müddət  təxirəsalıcı  müddət,  bu  hüquq  və  vəzifələrin  xitam  olunmasına  dəlalət  edən  müddət  isə 



ləğvedici müddət adlanır.  

Müddətsiz əqdlər odur ki, bu cür əqdlərin nə qüvvəyə minmə müddəti, nə də onun qüvvəsinə xitam 

verilməsi müddəti müəyyənləşdirilmir. Bu əqdlər onun icra olunması müddətini nəzərdə tutmur. Tələb etmək 

hüququ olan tərəf əqdin dərhal icrasını tələb edə bilər. Əqdin digər tərəfi (borclu şəxs) isə bu tələbi ağlabatan 

müddətdə icra etməyə borcludur. Əgər ağlabatan müddətdə əqd icra olunmazsa, borclu qarşı tərəfin icra tələbini 

irəli  sürdüyü  gündən  yeddi  gün  müddətində  onu  icra  etməyə  borcludur  (MM-in  427-ci  maddəsi).  Müddətsiz 

ə

qdlər qeyri-müəyyən müddətli əqdlər də adlanır.  



7. Adi (şərtsiz) və şərti əqdlər  

Ə

qdin hüquqi nəticəsinin müəyyən haldan (şərtdən) asılı olaraq əmələ gəlməsi kimi əlamətə görə əqd-

lər iki yerə ayrılır:  

 adi (şərtsiz) əqdlər; 



 şərti bağlanan əqdlər.  



Adi (şərtsiz) əqdlər odur ki, tərəflər bu cür əqdlərdə hüquqi nəticənin əmələ gəlməsini hər hansı hal-

dan (şərtdən) asılı etmirlər. Bu əqdlər üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi və ya onların xi-

tam edilməsi hər hansı halla (şərtlə) bağlı deyil. Alqı-satqı, bağışlama, kirayə, icarə, əvəzsiz istifadə və digər 

müqavilələr, əgər özlərində müəyyən şərt nəzərdə tutmazlarsa, adi əqd kateqoriyasına şamil edilir. Adi əqdlər 

üzrə hüquq və vəzifələr, ümumi qaydaya görə, ya əqd bağlandığı anda, ya da müəyyən müddət keçdikdən sonra 

ə

mələ gəlir.  



Şə

rti bağlanan əqdlər odur ki, tərəflər bu əqdlərin hüquqi nəticəsini (hüquq və vəzifələrin əmələ gəl-

məsini və ya ləğv edilməsini) baş verməsi (müsbəşərt) və ya baş verməməsi (mənfi şərt) məlum olmayan 

hallardan asılı edirlər. Hüquqi nəticənin (tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsinin və ya xitam edil-

məsinin) asılı olduğu baş verməsi və ya verməməsi məlum olmayan hala şərt deyilir. 

Şə

rtin bağlı olduğu halların xarakterinə görə onları iki yerə bölmək olar: müsbət (pozitiv) şərtlər; mənfi (ne-



qativ) şərtlər. Əgər əqd hansısa hadisənin (halın) müəyyən müddətdə baş verəjəyi şərti ilə bağlanmışdırsa, bu 

cür şərt müsbət (pozitiv) şərt adlanır (MM-in 328-ci maddəsinin 4-cü bəndi). Nəzərdə tutulan müddətdə hadi-

sə (hal) baş verməsə, şərt öz hüquqi əhəmiyyətini itirir və qüvvədən düşmüş hesab edilir. 

Müsbət  (pozitiv)  şərt  müsbət  formada  ifadə  olunur.  Onun  əsas  formulası  belədir:  «əgər  hadisə  müəyyə



müddətdə baş verəjəksə». Məsələn, malgöndərmə müqaviləsində tərəflər belə bir şərt nəzərdə tuturlar ki, əgər 

sentyabr ayında bol məhsul olsa, satıcı (mal göndərən) alıcıya beş partiya meyvə-tərəvəz məhsulu göndərəcək-

dir.  Bu  misalda  satıcının  alıcıya  məhsul  göndərməsi  (hüquqi  nəticə)  müsbət  (pozitiv)  şərtdən,  yəni  sentyabr 

ayında bol məhsul olmasından asılıdır. 

Ə

gər əqd hansısa hadisənin (halın) müəyyən müddətdə baş verməyəjəyi şərti ilə bağlanmışdırsa, bu cür şərtə 



mənfi (neqativ) şərt deyilir (MM-in 328-ci maddəsinin 5-ci bəndi). Müəyyənləşdirilən müddətdə əgər şərt baş 

verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olarsa, şərt yerinə yetirilmiş sayılır və 

hüquqi  nəticəyə  səbəb  olur.  Əksinə,  şərt  baş  verdikdə,  onun  hüquqi  əhəmiyyəti  olmur  və  hər  hansı  hüquqi 

nəticə doğurmur.  

Mənfi (pozitiv) şərt mənfi formada ifadə edilir. Onun əsas formulası belədir: «əgər müəyyən müddətdə ha-

disə baş verməyəjəksə». Məsələn, dəniz sahilində yerləşən bağ evinin sahibi ilə kənd sakini belə bir şərt barə-

də razılığa gəlirlər ki, əgər bağ evi sahibinin uzaq xarici ölkədə işləyən oğlu avqust ayında yay istirahət məzu-

niyyətinə gəlməsə, o, həmin evi kənd sakininə kirayəyə verəjəkdir. Burada «uzaq xarici ölkədə işləyən şəxsin 

avqust ayında məzuniyyətə gəlməməsi» mənfi (neqativ) şərt hesab edilir. Başqa bir misalda kənd sakini şəhərdə 

yaşayan qohumu ilə belə bir şərt barədə razılığa gəlir ki, əgər quraqlıq olmasa, o, öz torpaq sahəsində bejərdiyi 

kartofdan iki kisə qohumuna verəjəkdir. Burada «quraqlıq olmaması» neqativ (mənfi) şərtdir. 

Şə

rti bağlanan əqdlərdə şərt hüquqi fakt kimi çıxış edir. Bu fakt əsasında hüquqi nəticə yaranır. Bu cəhəti ilə 



o, əqdin elementi kimi çıxış edən şərtdən fərqlənir. Belə ki, əqdin elementi kimi çıxış edəşərt hüquqi fakt 

sayılmır və buna görə də hər hansı hüquqi nəticəyə səbəb olmur. Bu cür şərt element kimi əqdin (müqavilənin) 

məzmununa daxil edilir. Həmin əqdə isə şərt altında və ya şərtlə bağlanan əqd deyilir. Məsələn, əvəzsiz isti-

fadə müqaviləsi bağlayan tərəflər müqavilədə belə bir şərt nəzərdə tuturlar ki, kirayəçi əvəzsiz istifadəyə veri-

lən yaşayış evinin divarlarını rənglətdirsin və parketini qaşıtdırsın. Bu kimi şərtlə bağlanan (şərt altında bağla-

nan) əqdlərdən ayırmaq və fərqləndirmək üçün ya «şərti əqdlər», ya da «şərti bağlanan əqdlər» terminlərindən 

istifadə olunmalıdır. 



 

317


Şə

rti bağlanan əqdlərdə (şərti əqdlərdə) şərtin hüquqi nəticəyə səbəb olması üçün onun bir sıra müəyyən əla-

mətlərə uyğun gəlməsi və cavab verməsi tələb edilir. Əgər o, bu əlamətlərdən məhrum olarsa, hüquqi nəticəyə 

səbəb olan hüquqi fakt kimi çıxış etmir.  

Şə

rtin birinci əlaməti ondan ibarətdir ki, o, gələcəkdə baş verən halla bağlı olmalıdır. Əgər artıq həmin 

hal baş vermişdirsə, onda şərti bağlanan əqdlərin mövcudluğundan söhbət gedə bilməz. Şərt, istisnasız olaraq, 

həmişə baş verməsi gələcəkdə gözlənilən halla bağlı olmalıdır. 

Şə

rtin ikinci əlaməti ondan ibarətdir ki, o, baş verməsi və ya verməməsi məlum olmayan halla bağlı ol-

malıdır. Belə ki, əqd bağlanan zaman tərəflərə şərt kimi götürülən halın gələcəkdə baş verməsi və ya verməməsi 

məlum olmamalıdır. Bu hal ehtimala əsaslanmalıdır, onun baş verib-verməyəjəyi  yəqin olunmalıdır,  yəni gü-

man  edilməlidir.  Başqa  sözlə  desək,  şərt  qeyri-müəyyənlik  əlaməti  ilə  xarakterizə  edilir.  Buna  görə  də 

gələcəkdə baş verməsi zəruri, qaçılmaz və labüd xarakter daşıyan hallar şərt kimi çıxış edə bilməz. Odur ki, baş 

verməsinə şəkk-şübhə olmayan halın şərt kimi çıxış etməsi istisna edilir. Məhz bu səbəbdən müddət, tarix və 

əyyən yaş həddinə çatmaq kimi hallardan şərt kimi istifadə edilə bilməz. Əgər bu hallar əqdin bağlan-

masında şərt kimi götürülərsə, onda həmin əqd müddətli əqd hesab ediləjəkdir. Məsələn, mal göndərmə müqa-

viləsinə  görə,  mal  göndərən  (satıcı)  alıcıya  yanvar  ayının  20-nə  kimi  mal  verməyi  öhdəsinə  götürür.  Burada 

müddət əqdin icra vaxtını müəyyən edir. O, müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anını 

təyin edir. Buna görə müddət hüquqi fakt rolunu oynayan şərt qismində çıxış edə bilmir, həmin müqavilə isə 

şə

rti bağlanan əqd sayılmır. Başqa bir misalda atanın öz uşağının adına banka pul qoymasını rəsmiləşdirən bank 



ə

manəti (depozit) müqaviləsində göstərilir ki, bir yaşlı uşaq 18 yaş həddinə çatdıqda, əmanətə sərənjam verə bilər. 

Bu müqavilə şərtlə bağlanan yox, müddətli müqavilə hesab edilir. Ona görə ki, uşağın on səkkiz yaş həddinə çat-

ması halı labüddür və qaçılmazdır. Bu hal isə şərt kimi götürülə bilməz. Həmin müqavilədə müddət (on səkkiz yaş 

həddinə çatma halı) uşağın əmanətə sərənjam vermək hüququnun əmələ gəlmə anını müəyyən edir.  

Şə

rtin üçüncü əlaməti ondan ibarətdir ki, o, real (mümkün olan) olmalıdır. Söhbət icrası mümkün olan 

şə

rtlərdən gedir. Əgər şərtin icrası mümkün olmazsa, o, etibarsız hesab edilir (MM-in 328-ci maddəsinin 2-ci 



bəndi). Şərtin göstərilən əlaməti tələb edir ki, onun icra edilməsi və həyata keçirilməsi üçün real imkan olmalı-

dır. Söhbət həm hüquqi imkandan, həm də faktiki imkandan gedir. Məsələn, «əgər xarici ölkə vətəndaşı tor-

paq sahəsinin mülkiyyətçisi olarsa» kimi şərtin icrası hüquqi cəhətdən qeyri-mümkündür, qeyri-realdır. Ona gö-

rə ki, qanun xarici ölkə vətəndaşlarına bizim ölkədə torpaq sahəsinin mülkiyyətçisi olmaq hüququ vermir. Baş-

qa bir misalda alqı-satqı müqaviləsində belə bir şərt nəzərdə tutulur ki, əgər minik avtomobili üçün əbədi və da-

imi  mühərrik  ijad  olunsa,  alıcı  həmin  avtomobili  alajaqdır.  Bu  cür  şərtin  icrası  və  həyata  keçirilməsi  faktiki 

cəhətdən mümkün deyil. Ona görə də o, etibarsızdır. Həm faktiki cəhətdən, həm də hüquqi cəhətdən qeyri-real 

(qeyri-mümkün) şərtdən asılı olan əqdin özü etibarsız hesab edilir (MM-in 328-ci maddəsinin 2-ci bəndi).  

Şə

rtin dördüncü əlaməti ondan ibarətdir ki, o, qanunlara, hüquq qaydasının əsaslarına və əxlaq prin-

siplərinə uyğun olmalıdır. Məsələn, evtanaziya (xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərə-

kətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması), insan orqan və toxu-

malarının alqı-satqısı, fiziki şəxsə zərər vurmaq və digər hallar şərt kimi istifadə oluna bilməz. Uzun müddət 

ağır xəstə olan şəxs yaxın qohumu ilə belə bir şərt barədə razılığa gəlir ki, əgər hər hansı üçüncü şəxs evtanazi-

yaya yol verərsə, o, yaşayış evini ona bağışlayajaqdır. Başqa bir misalda ev sahibi vətəndaşla belə bir şərt nə-

zərdə tuturlar ki, əgər vətəndaş ev sahibinin yaxşı münasibətdə olmadığı qonşusunu döydürərsə, o, yaşayış evini 

həmin vətəndaşa əvəzsiz istifadəyə verəjəkdir. Bu cür şərtlər hüquqi əhəmiyyətə malik olmayıb, etibarsız hesab 

edilir və buna görə də hüquqi nəticəyə səbəb olmur.  

Şə

rtin beşinci əlaməti ondan ibarətdir ki, o, əqd bağlayan şəxslərin özləri tərəfindən müstəqil surətdə 

əyyənləşdirilir. Həmin şəxslər heç kəsin iradəsindən asılı olmadan həyatda mövcud olan hallardan şərt kimi 

istifadə etmək barədə razılığa gələ bilərlər. Bu cür həyati halların dairəsi müxtəlifdir: ali məktəbə qəbul olmaq; 

bol məhsul əldə etmək; başqa işə keçmək; başqa şəhərə köçmək və s. Məsələn, ata öz oğlu ilə razılığa gəlir ki, 

ə

gər onun qızı ölkənin ən tanınmış və nüfuzlu universitetinə daxil olsa, minik avtomobilini ata oğluna bağışla-



yajaqdır. Belə halda bağışlama müqaviləsi şərti bağlanan əqd (şərti əqd) hesab edilir. Başqa bir misalda satıcı 

vətəndaşla razılığa gəlir ki, əgər vətəndaşın qızı ərə gedərsə, onda satıcı nadir mebel dəstini (cehiz kimi) ona sa-

tajaqdır. Burada şərti bağlanan (şərti) alqı-satqı müqaviləsi göz qabağındadır. 

Şə

rti bağlanan əqdlərdə şərt kimi, əsasən, hadisələrdəistifadə edilir. Şəxslərin (fiziki və hüquqi şəxslərin) 



hərəkətləri də şərt rolunda çıxış edə bilər. Söhbət əqdin tərəfi olmayan üçüncü şəxslərin hərəkətlərindən gedir. 

Ə

qdi  bağlayan  tərəflərin  hərəkətlərinin  şərt  qismində  çıxış  etməsinə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  bu 



məsələ  mülki  hüquq  elmində  (sivilistika  doktrinasında)  mübahisə  doğurur.  Bir  qrup  müəlliflər  göstərirlər  ki, 

şə

rti əqdlərdə tərəflərin hərəkətlərinə şərt kimi baxmaq olmaz. Yalnız o hallar şərt kimi götürülə bilər ki, həmin 



hallar əqdi bağlayan tərəflərin iradəsindən asılı olmasın. Anjaq hadisə və üçüncü şəxsin hərəkətlərinə şərt kimi 

 

318


baxmaq olar. 

kinci qrup müəlliflər bunun əksi olan mövqedə dayanırlar. Onların fikrinjə, əqd iştirakçılarının hərəkəti şərt 

kimi qəbul oluna bilər, çünki qüvvədə olan Rusiya qanunvericiliyi bunu birbaşa qadağan etmir. Onların fikrinjə, 

qanun şərti əqdlərdə şərti yalnız hadisə və ya üçüncü şəxslərin hərəkətləri ilə məhdudlaşdırmır; əqdi bağlayan 

tərəflərin də hərəkətləri baş verməsi və ya verməməsi məlum olmayan hallara səbəb ola bilər.  

nqilabaqədərki rus hüquq ədəbiyyatında şərti bağlanan əqdlərdə şərti üç yerə bölürdülər: hadisə şərti; sər-

bəst şərt; qarışıq şərt. Hadisə şərti dedikdə, elə şərt başa düşülürdü ki, onun həyata keçirilməsi müqavilə bağla-

yan tərəflərin iradəsindən asılı deyildi. Bu cür şərtə hadisə və baş verməsi və ya verməməsi üçüncü şəxsin hərə-

kətindən asılı olan hal aid edilirdi.  

Sərbəst şərt dedikdə, tərəflərdən birinin iradəsindən asılı olan şərt başa düşülürdü. Qarışıq şərt dedikdə isə 

eyni vaxtda həm tərəflərdən birinin, həm də üçüncü şəxsin iradəsindən asılı olan şərt başa düşülürdü. 

Bəzi xarici ölkələrin qanunvericiliyi əqd bağlayan tərəflərin hərəkətlərindən şərt kimi istifadə edilməsini ya-

saqlayır. Məsələn, Yaponiya Mülki Məcəlləsinə görə, borclunun iradəsindən tamamilə, bütünlüklə asılı olan hə-

rəkət şərt hesab edilə bilməz. Almaniya sivilistika doktrinasında şərtlərin üç yerə bölünməsinə rast gəlirik: sər-

bəst şərtlərə (şəxsin iradəsindən asılı olan şərtlərə); hadisə şərtinə; qarışıq şərtlərə (əqd iştirakçılarının iradəsin-

dən və başqa hallardan asıl olan şərtlərə).  

Azərbaycan Respublikasının mülki qanunvericiliyinin bu məsələ barəsində rəsmi mövqeyi belədir ki, o, əqd 

bağlayan tərəflərin hərəkətlərindəşərt kimi istifadə edilməsinə yol vermir. Belə ki, tərəflərin iradəsindən 

asılı olan şərt etibarsızdır (MM-in 328-ci maddəsinin 3-cü bəndi). Bu, o deməkdir ki, şərt baş verməsi və ya baş 

verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı ola bilməz. Məsələn, şərti əqdlər «əqd iştirakçısı öz iradəsi 

ilə filan hərəkəti edərsə» kimi şərt nəzərdə tuta bilməz. 

Şə

rti bağlanan əqdlərin iki növü fərqləndirilir: təxirəsalıcı şərtlə bağlanmış əqdlər; ləğvedici şərtlə bağlanmış 



ə

qdlər.  


Təxirəsalıcı şərtlə bağlanmış əqdlər odur ki, bu cür əqdlər üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ 

gəlməsi gələcəkdə gözlənən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli ol-

mayan hadisədən asılı olur. Tərəflərin əqd üzrə hüquq və vəzifələri əqd bağlandığı anda dərhal yaranmır. Bu 

hüquq  və  vəzifələr  yalnız  tərəflərin  şərt  kimi  nəzərdə  tutduğu  hal  (hadisə)  baş  verdikdə  əmələ  gəlir.  Onların 

ə

mələ gəlməsi halın (hadisənin) baş verməsinə kimi yubadılır, təxirə salınır. Buna görə həmin əqdlərə təxirə-



salıcı şərtlə bağlanmış əqdlər deyilir.  

Şə

rt kimi götürülən halın (hadisənin) baş verməsinə kimi tərəflərin hüquq və vəzifələrinin yaranıb-yaranma-



ması məsələsi hüquq ədəbiyyatında mübahisə doğurur. Müəlliflərdən bəziləri göstərirlər ki, əqd bağlandığı an-

dan hadisənin baş verməsinə kimi tərəflər arasında hüquq münasibəti mövcud olur və müvafiq vəzifələr (saziş-

dən  özbaşına  əl  çəkməyə  yol  verilməməsi,  şərtin  əmələ  gəlməsinə  maneçilik  yaradan  hərəkətlər  edilməməsi) 

ə

mələ gəlir. Bu halda tərəflər bağlanmış əqdi birtərəfli qaydada xitam etməmək, əmlakı saxlamaq (hansı ki, bu 



ə

mlak barəsində gələcəkdə tərəflərin hüquq və vəzifələri əmələ gəlir) kimi vəzifə daşıyırlar.  

kinci qrup müəlliflər əqdin bağlandığı andan hadisənin baş verməsinə kimi hər hansı bir hüquq və vəzifənin 

— hüquqi nəticənin əmələ gəlməsini qəti olaraq inkar edirlər. Bizim fikrimizjə, bu müəlliflərin fikri daha inan-

dırıcıdır. Düzdür, qanunvericilik müəyyən şərtlə əqd bağlamış tərəfin üzərinə şərt baş verənədək öhdəliklərin 

icrasına maneçilik törədən hər hansı hərəkəti yerinə yetirməmək vəzifəsi qoyur (MM-in 328-ci maddəsinin 8-ci 

bəndi). Lakin bu vəzifəni əqdin doğurduğu hüquqi nəticə hesab etmək olmaz.  

Ə

gər tərəflərin şərt kimi nəzərdə tutduqları hadisə baş verərsə (və ya üçüncü şəxs tərəfindən hərəkət yerinə 



yetirilərsə), onda əqd üzrə hüquqi nəticə — tərəflərin hüquq və vəzifələri də əmələ gələcəkdir. Əksinə, həmin 

hadisə (hal) baş vermədikdə, hüquqi nəticə — tərəflərin hüquq və vəzifələri də yaranmır. Məsələn, bağ sahibi 

ilə vətəndaş belə bir şərt barədə razılığa gəlirlər ki, əgər tikinti təşkilatı iyun ayının birinə kimi bağ evini tikib 

qurtarsa, o, həmin evi vətəndaşa kirayəyə verəjəkdir. Başqa bir misalda qarac sahibi ilə qonşu razılığa gəlirlər 

ki, əgər qarac sahibinin xaricə işləməyə  gedən oğlu iki ay  ərzində minik avtomobili almasa, o, həmin qaracı 

qonşuya satajaqdır.  



Ləğvedici şərtlə bağlanmış əqdlər odur ki, tərəflər bu cür əqdlər üzrə hüquq və vəzifələrin xitam edil-

məsini baş verməsi və ya verməməsi məlum olmayan haldan asılı edirlər. Bu cür əqd üzrə hüquqi nəticə — 

tərəflərin hüquq və vəzifələri əqd bağlandığı andan dərhal yaranır. Əgər ləğvedici şərt baş verdikdə, həmin hü-

quq və vəzifələr də xitam edilir. Başqa sözlə desək, ləğvedici şərtin baş verməsi əqdin xitamına səbəb olur. Bu-

nunla əqd bağlananadək mövcud olmuş vəziyyət bərpa olunur. Məsələn, may ayının 1-də bağ sahibi professorla 

bağ evinin kirayə verilməsi haqqında belə bir şərtlə müqavilə bağlayır ki, əgər onun xaricdə yaşayan oğlu ailəsi 

ilə birlikdə iyulun 1-nə kimi istirahətə gələrsə, müqaviləyə xitam veriləjəkdir. 

Ə

qdin doğurduğu hüquqi nəticə şərtin baş verməsinə kimi öz hüquqi nəticəsini saxlayır. Belə ki, yuxarıdakı 



 

319


misalda may ayının 1-dən etibarən xaricdə yaşayan şəxslərin gəldiyi vaxta kimi (iyulun 1-nə kimi) tərəflər əqd 

üzrə malik olduqları hüquq və vəzifələri həyata keçirirlər. Məsələn, professor hər ay kirayə haqqını ödəmək və-

zifəsini yerinə yetirir və s.  

Qanunvericilik şərtin baş verməsi onun üçün sərfəli olmayan tərəfin üzərinə şərtin baş verməsinə vijdan-



sızjasına maneçilik törətməmək vəzifəsi qoyur. Əgər o, bu vəzifəni yerinə yetirməzsə, şərt baş vermiş sayılır 

(MM-in 328-ci maddəsinin 9-cu bəndi). 

Qanunvericilik şərtin baş verməsi onun üçün sərfəli olan tərəf üzərinə də vəzifə qoyur. Bu vəzifəyə görə, hə-

min tərəf şərtin baş verməsinə vijdansızjasına kömək göstərməməlidir. Əgər o, həmin vəzifəni yerinə yetir-

məzsə, şərt baş verməmiş sayılır (MM-in 328-ci maddəsinin 10-cu bəndi). Göstərilən hər iki qayda Almaniya 

Mülki Qanunnaməsinin 162-ci paraqrafında da nəzərdə tutulur. 



8. Əqdin digər növləri 

Sahibkarlıq  əqdi  (müqaviləsi)  mülki-hüquqi  əqdlərin  bir  növü  hesab  edilir.  Bu  anlayış  bazar  iqtisadiyyatı 

dövrünə kimi istifadə olunan «təsərrüfat müqaviləsi» anlayışının əvəzinə işlədilir. Sovet hüquq elmi təsərrüfat 

müqaviləsinə sosialist müəssisələri arasında yaranan qarşılıqlı təsərrüfat münasibətlərinin hüquqi forması kimi 

baxırdı. Bu müqavilənin plan xarakterli olması onun əsas xüsusiyyətini təşkil edirdi. Onlar, bir qayda olaraq, 

plan aktı əsasında bağlanırdı. Plan aktı isə müqavilə bağlayan tərəflərdən, heç olmazsa, biri üçün məjburi xarak-

ter daşıyırdı. Bundan əlavə, müqavilənin əmtəə xarakterli olması və spesifik subyekt tərkibi (sosialist təşkilatla-

rı) kimi meyarlar da təsərrüfat müqaviləsinin əsas əlamətləri hesab edilirdi.  

Azərbaycan Respublikasının Mülki Məcəlləsi «sahibkarlıq əqdi (müqaviləsi)» kimi termin işlətmir və həmin 

ə

qd növünə leqal anlayış vermir. Burada yalnız «sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr» termini işlədilir 



(MM-in 361-ci maddəsi). Buna görə də mülki hüquq elminin (sivilistika doktrinasının) əsas vəzifələrindən biri 

sahibkarlıq əqdinə elmi (doktrinal) tərif verməkdən ibarətdir. 

Sahibkarlıq əqdi, əsasən, üç hüquqi əlamətlə xarakterizə olunur. Bu əqd, birincisi, spesifik subyekt tərkibi-

nə malik olan əqddir. Belə ki, bu əqdi bağlayan tərəflərdən, heç olmazsa biri, sahibkar statuslu şəxs olmalıdır. 

Söhbət o şəxslərdən gedir ki, onlar əmlak (sahibkarlıq) dövriyyəsinin professional (peşəkar) iştirakçıları olsun-

lar. Professional iştirakçı rolunda kommersiya təşkilatları və fərdi sahibkarlar (sahibkar statuslu fiziki şəxslər) 

çıxış edirlər.  



kincisi, sahibkarlıq əqdinin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə və 

ya qeyri-şəxsi istehlakla bağlı olmalıdır. Bu əqdlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sa-

hibkarların sosial-iqtisadi ehtiyac və tələbatını təmin etməkdə hüquqi vasitə rolunu oynayır.  



Üçüncüsü, sahibkarlıq əqdi, bir qayda olaraq, əvəzli xarakterə malik olur. Bu, onunla izah edilir ki, sahib-

karlıq fəaliyyəti mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə həyata keçirilir.  

Beləliklə, heç olmazsa, tərəflərindən biri sahibkar statuslu şəxs olan, əsas sosial-iqtisadi məqsədi sahib-

karlıq fəaliyyətinin həyata keçirilməsi və ya qeyri-şəxsi istehlakla şərtlənən və həmişə əvəzli xarakter da-

ş

ıyan  əqdlərə  sahibkarlıq  əqdi  deyilir.  Pərakəndə  alqı-satqı,  françayzinq,  kommersiya  konsessiyası,  lizinq, 

kredit, icarə və digər müqavilələri bu cür əqd kateqoriyasına şamil etmək olar. Mal göndərmə müqaviləsi (alqı-

satqı müqaviləsinin bir növü) «xalis formalı» sahibkarlıq əqdi hesab edilir. Bu, o deməkdir ki, həmin müqavilə 

sahibkarlıq əqdinin üç əlamətini də özündə əks etdirir.  

Məişət əqdləri sahibkarlıq əqdlərinə müqabil olan əqdlərdir. Mülki qanunvericilik bu əqdlərə də anlayış ver-

mir. Bəzi yerlərdə Mülki Məcəllə «xırda məişət xarakterli əqdlər» anlayışını işlədir ki, biz əvvəlki fəsillərin bi-

rində onun mahiyyətinə aydınlıq gətirmişik.  



Məişəəqdləri odur ki, bu əqdlərin tərəfləri və onların iştirakçıları, bir qayda olaraq, istehlakçı vətən-

daşlardan ibarətdir. Belə əqdlərin sosial-iqtisadi məqsədi qeyri-sahibkarlıq fəaliyyəti ilə şərtlənir. Anla-

yışdan görünür ki, bu cür əqdlərin başlıja olaraq iki hüquqi əlaməti vardır. Birinci əlamət ondan ibarətdir ki, bu 

ə

qdlər, adətən, istehlakçı vətəndaşlar arasında bağlanır.  stehlakçı vətəndaşlar dedikdə, sahibkar statusu ol-



mayan (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və bunun üçün də yerli vergi orqan-

larında uçota durmayan) fiziki şəxslər başa düşülür. Məhz bu səbəbdən məişət əqdlərini istehlak əqdləri və ya 

istehlakçılarla bağlanan əqdlər də adlandırmaq olar. 

kinci hüquqi əlamət ondan ibarətdir ki, bu əqdlərin sosial-iqtisadi məqsədi qeyri-sahibkarlıq fəaliyyəti 



ilə bağlıdır. Söhbət əqdin sosial-iqtisadi məqsədinin ailə-məişət, şəxsi, ev və s. xarakter daşımasından gedir. 

Məsələn,  vətəndaş  öz  qonşusundan  şəxsi  istifadə  üçün  minik  avtomobili  alır.  Bu  müqavilənin  sosial-iqtisadi 

məqsədi şəxsi ehtiyacları təmin etməkdən ibarətdir. Deməli, o, məişət əqdidir. Başqa bir misalda vətəndaş haqqı 

ilə sərnişin daşımaq üçün minik avtomobili alır. Bu müqavilə isə məişət əqdi yox, sahibkarlıq əqdi hesab edilir. 

Çünki müqavilənin sosial-iqtisadi məqsədi sahibkar fəaliyyəti ilə (sərnişin daşımaqla xidmət göstərməklə) bağ-

lıdır.  


 

320


Göstərilən hər iki əlamət birlikdə məişət əqdlərini sahibkarlıq əqdlərindən ayırmağa və fərqləndirməyə im-

kan verir. Bəzi hallarda iki sahibkarın bağladığı əqd məişət əqdi sayılır. Ona görə ki, sahibkarların bağladıqları 

ə

qdin sosial məqsədi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məsələn, kommersiya təşkilatı ofis üçün dəftərxa-



na ləvazimatları (dəftər, qələm, kağız və s.) alır. Amma əslində bu cür hallarda yarı (50%) sahibkarlıq əqdin-

dən,  yarı  (50%)  isə  istehlak  (məişət)  əqdindən  ibarət  olan  konstruksiyadan  danışmaq  olar.  Ona  görə  ki,  bu 

konstruksiya, birincisi, sahibkarlar arasında bağlanır. Bu baxımdan o, sahibkarlıq əqdi kimi çıxış edir. Digər tə-

rəfdən, həmin konstruksiyanın sosial-iqtisadi məqsədi qeyri-sahibkarlıqla (istehlakla) bağlıdır. Bu cəhətdən isə 

o, özünü istehlak (məişət) əqdi kimi göstərir. Məhz pərakəndə alqı-satqı müqaviləsi göstərilən konstruksiyaya 

ə

n münasib misaldır. Onu «xalis», «yüz faizli» sahibkarlıq əqdi və ya «xalis», «yüz faizli» istehlak (məişət) əq-



di hesab etmək olmaz. 

Məişət əqdləri həm əvəzli, həm də əvəzsiz ola bilər. Əvəzsiz istifadə, bağışlama, əvəzsiz borc və s. kimi mü-

qavilələr əvəzsiz məişət əqdi, kirayə, saxlama və digər müqavilələr isə əvəzli məişət əqdi hesab edilir.  

Ə

qdlərin bir növü ticarəəqdləri adlanır. Hüquq ədəbiyyatı səhifələrində bu anlayışla biz tez-tez qarşılaşı-



rıq. Azərbaycan Respublikasının mülki qanunvericiliyində də «ticarət əqdi» terminindən istifadə edilməsinə rast 

gəlirik. Belə ki, MM-in 361-ci və 789-cu maddələrində bu terminin işlədilməsinin şahidi oluruq. Nə hüquq el-

mi, nə də qanunvericilik ticarət əqdinə doktrinal (elmi) və ya leqal anlayış verir. 

nqilabaqədərki rus qanunvericiliyinə görə, ticarət əqdləri dedikdə, tacirlərin peşə (sənət) formasında bağla-

dıqları bütün əqdlər başa düşülürdü. Bu əqdlər ticarət hüququnun predmetini təşkil edirdi. Ticarət əqdləri ticarət 

qanunvericiliyinin normativ aktları ilə tənzimlənirdi. Bu əqdlərlə bağlı olaraq yaranan mübahisələrə xüsusi qay-

dada (ticarət məhkəmələrində) baxılırdı.  

Xarici ölkə qanunvericiliyində ticarət əqdi əsas anlayışlardan biri kimi istifadə olunur. Burada iki əsas əla-

mət ticarət əqdlərini fərqləndirmək və ayırmaq üçün başlıja meyar kimi götürülür. Bəzi ölkələrin (Fransa, Belçi-

ka,  spaniya, Latın Amerika ölkələrinin) qanunvericiliyi əqdin kommersiya məzmunlu olması kimi meyarı 



ticarəəqdinin əsas əlaməti kimi nəzərdə tutur. Digər ölkələrin (Almaniya, Yaponiya) qanunvericiliyi isə əq-

din kommersantlar tərəfindən bağlanması meyarını ticarəəqdinin əsas əlaməti kimi qəbul edir və tanıyır. 

Almaniya sivilistika doktrinasına görə, ticarət hüququnun spesifik subyektləri, yəni sahibkarlar (ticarətçilər) tə-

rəfindən bağlanan əqdlərə ticarət əqdləri deyilir. Yaponiya Ticarət Məcəlləsinin 1-ci maddəsində göstərilir ki, 

kommersant öz adından sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. 

Müasir Rusiya hüquq elmində ticarət əqdinə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sahibkarlar ara-

sında və ya onların iştirakı ilə bağlanan əqd kimi anlayış verilir. Buradan belə bir nəticə çıxarılır ki, ticarət əqd-

ləri dedikdə, sahibkarlıq müqavilələri başa düşülür. 

Bizim zənnimizjə, bu iki anlayışı bir-birilə eyniləşdirmək olmaz. Belə ki, sahibkarlıq müqavilələri və ticarət 

ə

qdləri bir-birinə son dərəcə yaxın olsalar da, onlar tam üst-üstə düşmürlər. Sahibkarlıq əqdləri (müqavilələri) 



nisbətən daha geniş və əhatəli anlayışdır. Məsələn, kredit, lizinq, icarə, françayzinq və digər müqavilələr sahib-

karlıq əqdi kateqoriyasına aid edilir. Amma onları ticarət əqdləri hesab etmək ağlabatan və inandırıcı görünmür. 

Deməli, ticarət əqdləri həmişə sahibkarlıq əqdləri sayılır. Lakin sahibkarlıq əqdlərini həmişə ticarət əqdləri he-

sab etmək olmaz. 



Fidusiar əqd (latınja «fiducia» — etibar) xüsusi xarakterli əqd növü kimi ayrılır və fərqləndirilir. Bu əqd tə-

rəflərin xüsusi, şəxsi-etibar münasibətlərinə əsaslanır. Fidusiar əqd etimad-etibar xarakterli əqddir. Ona görə bu 

ə

qd etibara (etimada) əsaslanan əqd də adlandırılır.  



Fidusiar əqdlərin iki əsas hüquqi əlaməti vardır. Birinci əlamət ondan ibarətdir ki, bu əqdin hər bir tərəfi də-

lil, səbəb, motiv və arqument gətirmədən onu birtərəfli qaydada poza bilər. Məsələn, hər bir tərəf fidusiar əq-

din bir növü olan tapşırıq müqaviləsini istənilən vaxt ləğv edə bilər (MM-in 786-cı maddəsinin 1-ci bəndi).  

kinci əlamət ondan ibarətdir ki, əqdin tərəflərindən hər hansı biri öldükdə, o, xitam edilir. Məsələn, vəkalət 

verən və ya vəkalət alan öldükdə, tapşırıq müqaviləsinə xitam verilir (MM-in 786-cı maddəsinin 2-ci bəndi).  

Fidusiar əqdlər hələ Roma hüququna da məlum idi. Roma hüququna görə, əvəzsiz istifadə, saxlama və tapşı-

rıq kimi müqavilələr fidusiar əqdlərin ayrı-ayrı növləri hesab olunurdu.  ndiki qanunvericiliyə görə, yalnız tap-

ş

ırıq və komissiya kimi müqavilələr fidusiar əqd kateqoriyasına aid edilir.  



Ə

qdlərin bir növü aleator (latınja «aleator» — ehtiraslı oyunçu) əqdlər adlanır. Risqlə bağlı olan əqdlər ale-



ator əqdlər adlanır. Buna görə də onlara risqli əqdlər də deyilir.  

Bəzi xarici ölkələrin qanunvericiliyi aleator əqdlərin tənzimlənməsinə xüsusi diqqət yetirir. Məsələn, Fransa 

MM-in üçüncü kitabının 14-cü bölməsinə («Risqli müqavilələr haqqında» adlı bölməyə) daxil olan normalar bu 

ə

qdi nizama salır.  



Aleator (risqli) əqdlərin əhatə dairəsi bir o qədər də geniş deyil. ğorta müqaviləsi bu əqdin ən geniş yayıl-

mış növlərindən biri hesab edilir. Bu müqavilədə sığortaçının öz əsas vəzifəsini, yəni sığorta ödənişini ödəmək 



 

321


vəzifəsini  yerinə  yetirməsi  sığorta  hadisəsinin  (təbii  fəlakətin,  yanğının  və  s.)  baş  verib-verməməsindən  asılı 

olaraq müəyyən edilir. 



Renta müqaviləsi də aleator (risqli) əqdlərə aid edilir. Bu müqavilə əsasında hər bir tərəfin öz üzərinə götür-

düyü  risq  elementi  elə  bir  ehtimala  əsaslanır  ki,  onlardan  hər  biri  faktiki  cəhətdən  verdiyi  əvəzə  nisbətən  az 

həjmdə qarşılıqlı əvəz alır. Renta müqaviləsinin aleator əqd kateqoriyasına aid edilməsi Fransa hüquq elmində 

göstərilir. Bu müqavilənin aleator təbiətli və xarakterli əqd olması həm də qanunvericilik səviyyəsində müəy-

yənləşdirilmişdir. Belə ki, Fransa MM-in 1964-cü maddəsi bu məsələyə toxunur.  

Oyun keçirilməsi barədə müqavilələr (oyun müqavilələri) də aleator əqd kateqoriyasına şamil edilir. Məsə-

lən, müxtəlif telekanallarda nümayiş etdirilən oyunlar («Çto? Qde? Koqda?», «Pole çudes», «O, sçastlivçik!» 

və s.) aleator əqdə misal ola bilər.  



9. Əqdin yönəldiyi hüquqi nəticədən asılı olaraq onun növləri 

Almaniya mülki hüquq elmində əqdin yönəldiyi hüquqi nəticədən asılı olaraq onun iki növü fərqləndirilir: 

şə

xsi əqdlər; əmlak əqdləri. Şəxsi əqdlərə ailə-nikah əqdləri, əmlak əqdlərinə isə əşya, öhdəlik və vərəsəlik 



ə

qdləri daxildir. Ümumilikdə göstərilən meyara (əlamətə) görə mülki-hüquqi əqdlər dörd növə bölünür: 

 ailə-nikah əqdləri; 



 əşya əqdləri; 

 öhdəlik əqdləri; 



 vərəsəlik haqqında əqdlər. 

Ailə-nikah münasibətləri sferasında bağlanan əqdlərə ailə-nikah əqdləri deyilir. Məsələn, nikahın bağlan-

ması bu növ əqdə misal ola bilər. 

Əş

ya hüquqları müəyyənləşdirən əqdlər əşya əqdləri adlanır. Almaniya sivilistika doktrinasında daşınar əş-



yalara mülkiyyət hüququnun verilməsini (tradisiyanı) əşya əqdinin əsas nümunəsi hesab edirlər. Bu əqd Alma-

niya Mülki Qanunnaməsinin 929-cu paraqrafında öz əksini tapmışdır. Həmin əqd bizim ölkə qanunvericiliyinə 

də məlumdur (MM-in 181-ci maddəsi). Həmin əqdə görə, daşınar əşyaya sahibliyin verilməsi ilə mülkiyyət hü-

ququ da başqa şəxsə keçir və bununla göstərilən şəxs mülkiyyət hüququ əldə edir. Bundan əlavə, superfitsi (ti-

kiliyə vərəsəlik hüququ haqqında) müqaviləsi servitut barədə müqavilə, girov müqaviləsi və s. əşya əqdi kate-

qoriyasına aiddir. 



Öhdəlik əqdləri odur ki, həmin əqdlərin əsas məqsədi öhdəlik hüquq münasibətləri (öhdəlik hüquqları) ya-

ratmaqdan ibarətdir. Söhbət alqı-satqı hüquq münasibəti yaradan alqı-satqı müqaviləsindən, daşıma hüquq mü-

nasibəti əmələ gətirən daşıma müqaviləsindən və s. gedir.  carə, kirayə, saxlama, podrat, kredit, borc və digər 

müqavilələr öhdəlik əqdi kateqoriyasına şamil edilir. Girov və ipoteka müqavilələri ikili təbiətə malikdir. Bir tə-

rəfdən, onlar əşya əqdi, digər tərəfdən öhdəlik əqdi hesab edilir. 

Vərəsəlik əqdləri vərəsəlik münasibətlərinə aid olan əqdlərdir. Almaniya mülki hüquq elmində bu növ əqd-

lərə vərəsəlik hüququ müqavilələri (vərəsənin təyin edilməsi haqqında müqavilə) misal çəkilir. Bizim ölkənin 

vərəsəlik qanunvericiliyi bu cür müqavilə konstruksiyası tanımır. Vəsiyyəti isə bu əqdə aid edə bilərik. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə