MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə52/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
§ 3. Əqdin etibarlı olması şərtləri 

1. Ümumi müddəalar  

Ə

qdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün 



— mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması üçün əqdlərin etibarlı olması tə-

ləb edilir. Yalnız əqdlər etibarlı olduqda, gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqdlər isə anjaq müəyyən tələb-

lər əsasında etibarlı ola bilər. Əgər müvafiq əqd həmin tələblərə cavab verdikdə və uyğun olduqda, o, hüquqi 

fakt kimi hüquqi nəticə doğurur. Bu tələblər qanunla müəyyən edilir. Onlara əqdin etibarlı olması şərtləri deyi-

lir.  

Ə

qdin etibarlı olması şərtləri dedikdə, qanunda nəzərdə tutulan elə tələblər başa düşülür ki, bu tələb-



ləəsasında əqd hüquqi fakt kimi çıxış edərək hüquqi nəticə doğurur. Bu şərtlər əqdin hüquqi məqsədinin 

həyata keçirilməsini təmin edir. Onları iki qrupa bölmək olar: ümumi şərtlər; xüsusi şərtlər. 

Növündən asılı olmayaraq, bütün əqdlərə şamil edilən tələblərə əqdin etibarlı olmasının ümumi şərtləri 

deyilir. Mülki-hüquqi əqdlərin bu və ya digər konkret növü üçün müəyyənləşdirilən tələblər isə əqdin etibarlı 



olmasının xüsusi şərtləri adlanır.  

Mülki hüquq elmində (sivilistika doktrinasında) əqdlərin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölü-

nür: 



 əqdin subyekt tərkibinə aid edilən şərt;  



 əqdin məzmununa aid olunan şərt;  

 əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt;  



 əqdin formasına aid edilən şərt.  



 

322


Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi və onlardan, heç  olmazsa, birinin pozulması əqdin 

qüsurlu olmasına, bununla da onun etibarsız hesab edilməsinə səbəb olur.  



2. Əqdin subyekt tərkibinə aid ediləşərt 

Subyekt  tərkibi  hər  bir  əqdin  məjburi  elementlərindən  biridir.  Əqdin  bağlanmasında  iştirak  edən  şəxslər 

onun subyekt tərkibini əmələ gətirir. Söhbət əqdi bağlayan tərəflərdən və bu tərəfləri təmsil edən əqd iştirakçı-

larından gedir. Həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm dövlət (Azərbaycan Respublikası), həm də bələdiy-

yələr əqdin bağlanmasında subyekt rolunda çıxış edə bilərlər.  

Fiziki şəxslərin subyekt qismində əqd bağlamaları üçün onların tam mülki fəaliyyət qabiliyyətinə malik ol-

maları tələb edilir. Əqd bağlamaq qabiliyyəti mülki fəaliyyət qabiliyyətinin ən vacib elementidir. Yalnız tam fə-

aliyyət qabiliyyətli (əqd qabiliyyətli) fiziki şəxslər əqd bağlaya bilərlər. Bu, onunla izah edilir ki, əqd iradəvi 

hərəkətdir.  



Yeddi yaşınadək olan azyaşlıların, habelə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mə-

nasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən və buna görə də məhkəmə tərəfindən fəa-

liyyət qabiliyyəti olmayan sayılan şəxslərin əqd bağlamaq qabiliyyəti yoxdur. Fəaliyyət qabiliyyəti olmayan 

sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. 

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxslər də müstəqil surətdə əqd bağlamaq qabiliyyə-

tindən məhrumdurlar. Həmin şəxslərin əvəzinə, əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər 

və ya qəyyumlar bağlaya bilərlər. Amma bu kateqoriya şəxslərin hüququ var ki, xırda məişət əqdlərini və qa-

nunda nəzərdə tutulan digər əqdləri müstəqil surətdə bağlasınlar (MM-in 29-cu maddəsinin 2-ci bəndi).  



14  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayan  şəxslərin  də  tam  əqd  bağlamaq  qabiliyyəti 

yoxdur. Bu kateqoriya şəxslər əqdləri öz valideynlərinin, övladlığa götürənlərin və ya himayəçilərin yazılı razı-

lığı ilə bağlayırlar. Bununla belə, onların xırda məişət xarakterli əqdləri, habelə qanunla müəyyənləşdirilən bəzi 

növ əqdləri müstəqil surətdə bağlamağa ixtiyarı çatır (MM-in 30-cu maddəsinin 2-ci bəndi).  



Spirtli  içkilərdən,  psixotrop  maddələrdən  və  yaxud  narkotik  vasitələrdən  sui-istifadə  etməsi,  habelə 

qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin tam əqd bağlamaq qabi-

liyyəti yoxdur. Bu kateqoriya şəxslər yalnız himayəçisinin razılığı ilə əqd bağlaya bilərlər. Xırda məişət xarak-

terli əqdləri bağlamaqda isə onlar müstəqildirlər.  

Hüquqi şəxslərin əqd bağlamaq qabiliyyəti müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, onların kommersiya 

təşkilatları  kimi  növlərinin  qanunun  qadağan  etmədiyi  istənilən  əqdi  bağlamaq  qabiliyyəti  vardır.  Çünki 

kommersiya təşkilatları ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxslərin qeyri-kom-

mersiya təşkilatları kimi növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, onlar yalnız fəaliyyət məqsədlərinə 

zidd olmayan və uyğun gələn mülki-hüquqi əqdlər bağlaya bilər. Bu, onunla izah edilir ki, qeyri-kommersi-

ya hüquqi şəxsləri xüsusi (məqsədli) mülki hüquq qabiliyyətinə malikdir.  

Hüquqi şəxslər bəzi əqd növlərini yalnız buna xüsusi icazə (lisenziya) olduqda bağlaya bilərlər. Məsələn, 

faktorinq müqaviləsini yalnız o kommersiya təşkilatı bağlaya bilər ki, onun faktorinq fəaliyyətini həyata keçir-

məyə icazəsi olsun (MM-in 655-ci maddəsinin 6-cı bəndi). Bank hesabı və bank əmanəti (depozit) kimi müqa-

vilələri yalnız Milli Bankdan lisenziya almış banklar və digər kredit təşkilatları bağlaya bilərlər.  

Hüquqi şəxslərin əqd bağlamaq qabiliyyəti onun orqanları vasitəsilə həyata keçirilir. Belə ki, bu orqanlar 

ə

qd bağlanarkən hüquqi şəxsin iradəsini formalaşdırır və ifadə edirlər. Həmin orqanlar mülki (əmlak) dövriyyə-



də hüquqi şəxsin adından çıxış edirlər. Onların hərəkəti hüquqi şəxsin özünün hərəkəti kimi hesab edilir və qə-

bul olunur, bir şərtlə ki, hüquqi şəxsin orqanları onlara verilmiş səlahiyyət çərçivəsində hərəkət etsin. Məhz bu 

səbəbdən göstərilən orqanların əqd bağlaması nəticəsində yaranan hüquqi nəticəyə (mülki hüquq və vəzifələrin 

ə

mələ gəlməsi, dəyişməsi və ya xitam olunması) həmin orqan yox, hüquqi şəxsin özü sahib olur. Başqa sözlə 



desək, belə hallarda əqdin doğurduğu hüquqi nəticə hüquqi şəxs üçün yaranır.  

Dövlət və bələdiyyələrin də əqd bağlamaq qabiliyyəti vardır. Onlar məqsədli (xüsusi, məhdud) mülki hüquq 

qabiliyyətinə malik olduqları üçün yalnız həyata keçirdikləri funksiyalara və fəaliyyət məqsədlərinə uyğun gə-

lən, ümumi mənafeyə zidd olmayan mülki-hüquqi əqdlər bağlaya bilərlər. Dövlət və bələdiyyələr istehlakçı (ki-

rayə müqaviləsində kirayəçi, pərakəndə alqı-satqı müqaviləsində alıcı və s.) və sahibkar (sığortaçı, bank, faktor, 

lizinq verən və s.) rolunda əqd bağlanmasında iştirak edə bilməzlər.  

Almaniya sivilistika doktrinası şəxsin fəaliyyət qabiliyyətinə əqdin bağlanması üçün lazım olan zəruri ümu-

mi şərtlərdən biri kimi baxır. Bu şərti pozmaqla bağlanan əqd etibarsızdır. 

3. Əqdin məzmununa aid ediləşərt  

Ə

qdin məzmununa aid edilən şərt iki cür olur: hüquqi şərt; faktiki şərt.  



Hüquqi şərtin mahiyyəti ondan ibarətdir ki, birincisi, öz məzmununa görə bütün əqdlər qanuni olmalı-

dır. Əqdlərin qanuni olması o deməkdir ki, bütün əqdlər qanunvericiliyin nəzərdə tutduğu tələblərə uyğun gəl-

 

323


məlidir.  

Ə

qdin məzmunu iyerarxiya prinsipi üzərində qurulan mülki qanunvericilik sisteminə daxil olan bütün normativ 



aktların müəyyənləşdirdiyi tələblərə cavab verməlidir. Söhbət Konstitusiyadan, Mülki Məcəllədən, ölkə qanunla-

rından, qanunqüvvəli normativ aktlardan — prezident fərmanlarından və hökumət qərarlarından, habelə mərkəzi 

icra hakimiyyəti orqanlarının normativ aktlarından gedir.  

Ə

qdin məzmununun qanuniliyi onun hüququn həm ümumi prinsiplərinə, həm də mülki hüququn xüsusi (sa-



həvi) prinsiplərinə uyğun gəlməsini də tələb edir. Əgər müvafiq əqd öz məzmununa görə bu prinsiplərə, həmçi-

nin mülki qanunvericilik aktlarına zidd olarsa, o, hüquqi nəticə doğurmur. Məsələn, sığorta təşkilatının bağladı-

ğ

ı  bank  əqdləri  (bank  əmanəti,  bank  hesabı,  kredit  və  s.  müqavilələr),  ticarət  fəaliyyətinə  aid  əqdlər  hüquqi 



nəticəyə səbəb ola bilməz. Çünki qanun sığorta təşkilatının bank və ticarət fəaliyyəti ilə məşğul olmasını qada-

ğ

an edir.  



kincisi, əqdin məzmununun qanuni olması həm də əqd bağlayan şəxsin buna səlahiyyəti olmasında ifadə 

edilir. Əgər əqd, onu bağlamağa səlahiyyəti çatan şəxs tərəfindən bağlanmışdırsa, o, qanuni əqd hesab edilir. 

Məsələn, mülkiyyətçilərdən biri paylı mülkiyyətdə olan əşyaya sərənjam verilməsi barədə əqd (məsələn, bağış-

lama, alqı-satqı və s. müqavilələr) bağlayır. Təkbaşına bu cür əqdləri bağlamağa onun səlahiyyəti çatmır. Belə 

ki, həmin əqdlər bütün mülkiyyətçilərin razılığı ilə bağlanmalıdır (MM-in 215-ci maddəsinin 5-ci bəndi). Başqa 

misalda  arvad  ərin  razılığı  olmadan  onların  ümumi  əmlakı  üzərində  sərənjam  əqdi  bağlayır.  Bu  əqd  hüquqi 

nəticə doğurmur və etibarsız hesab edilir. Ona görə ki, arvadın ərin razılığı olmadan bu cür əqdləri bağlamağa 

ixtiyarı çatmır. Qanun müəyyən edir ki, ər-arvadın ümumi əmlakı üzərində sərənjam hüququ onların qarşılıqlı 

razılığı əsasında həyata keçirilir. 



Faktiki şərtin mahiyyəti ondan ibarətdir ki, əqd bağlandığı anda bu şərtin həyata keçirilməsinə real (faktiki) 

imkan olmalıdır. Məsələn, podratçı ilə sifarişçi real (faktiki) olaraq mövcud olmayan yaşayış evinin təmiri barə-

sində razılığa gəlirlər. Bu cür əqdin hüquqi nəticəsi olmayajaqdır. Ona görə ki, bu əqd onun məzmununa aid 

olan faktiki şərtdən məhrumdur. O, etibarsız əqd hesab ediləjəkdir. Həmin əqdlər bu və ya digər səbəbə görə 

icrası mümkün olmayan etibarlı əqdlərdən fərqlənir. Məsələn, podratçı (tikinti təşkilatı) ilə sifarişçi taxta mate-

rialdan tikilmiş yaşayış evinin təmir edilməsi barədə müqavilə bağlayırlar. Yanğın nəticəsində həmin ev yanıb 

kül olur. Bağlanmış əqd icra olunmayajaqdır.  crası mümkün olmadığına görə o, xitam edilir.  

4.  radə və iradəni ifadə etmənin vəhdətinə aid ediləşərt 

radə  və  iradəni  ifadə  etmə  əqdin  subyektiv  tərəfini  təşkil  edir.  Belə  ki,  əqd  iradəvi  aktdır.  Bu  aktın  iki 

cəhəti vardır: daxili cəhəti; xarici cəhəti. Daxili cəhəşəxsin əqd bağlamaq barədə subyektiv arzusudur. Xarici 

cəhəisə şəxsin iradəsinin zahirən obyektivləşmiş ifadəsidir. Əgər iradəvi aktın daxili cəhəti iradədirsə, xarici 

cəhəti iradəni bildirmədir. Fəlsəfi aspektdən iradə və iradəni bildirmə arasındakı münasibət məzmun və forma, 

mahiyyət və hadisə arasındakı əlaqə kimidir. Fəlsəfə elmi öyrədir ki, məzmun və forma vəhdət təşkil edir, hadi-

sə mahiyyəti düzgün təzahür etdirməlidir. Buna görə də əqd kimi iradəvi aktın hüquqi nəticə doğurması və eti-

barlı olması üçün gərəkdir ki, iradə (məzmun) və iradəni ifadə etmə (forma) vəhdət təşkil etsinlər. Bunun üçün 

həm də vacibdir ki, iradəni ifadə etmə (hadisə, təzahür) daxili iradəni (mahiyyəti) düzgün əks etdirməli və əqd 

iştirakçılarının nəzərinə düzgün çatdırmalıdır. Başqa sözlə desək, əqdin hüquqi nəticə doğurması və etibarlı 

olması üçün iradə və iradəni bildirmə bir-birinə uyğun gəlməli, üst-üstə düşməlidir.  

Ə

qdin etibarlı olması üçün iradənin və ya iradəni bildirmənin daha vacib əhəmiyyət kəsb etməsi, hansının 



daha üstünlüyə malik olması məsələsi sovet dövrünün mülki hüquq elmində mübahisə predmeti olmuşdur. Bu 

barədə  üç  əsas  konsepsiya  yaranmışdı.  Birinci  konsepsiyaya  görə,  iradəni  ifadə  etmə  əqdin  etibarlı  olmasını 

şə

rtləndirən əsasdır. Belə ki, əqd həmişə hərəkətdir, buna görə də hüquqi nəticə məhz iradəni ifadə etmə bağlı 



olur.  kinci konsepsiyaya görə, şəxsin daxili iradəsi (iradəsi) əqdin əsası və təməlidir.  radə ilə iradəni ifadə et-

mə arasında ayrılıq olduğu hallarda, iradəni ifadə etməyə yox, iradəyə üstünlük verilməlidir. Üçüncü konsepsi-

yaya görə, iradə də, iradəni ifadə etmə də eyni dərəcədə vacibdir.  radə və iradəni ifadə etmənin vəhdəti əqdin 

etibarlı olmasına dəlalət edən labüd və mütləq şərtdir.  

Zənn edirik ki, üçüncü konsepsiya tərəfdarı olan müəlliflərin mövqeyi daha əsaslı, daha məntiqidir. Müasir 

müəlliflərin, demək olar ki, hamısı məhz bu mövqedə dayanırlar. Doğrudan da, əqd bağlayan şəxsin daxili ira-

dəsi ilə bu iradəni xaricən (zahirən) ifadə edən iradəni bildirmə arasında ziddiyyət, ayrılıq olduqda, əqdin eti-

barlı olmasından nejə söhbət etmək olar? Bu cür ziddiyyətlər olduqda, əqd etibarsız hesab edilir. Məsələn, ya-

nılma nəticəsində bağlanan əqdlərdə iradə və iradəni ifadə etmə bir-birinə uyğun gəlmədiyinə görə onlar etibar-

sız sayılır (MM-in 347-ci maddəsi). Burada iradə və iradəni ifadə etmə mühüm yanılma (əqdin şərtləri və pred-

meti barədə) nəticəsində bir-birinə uyğun gəlmir, üst-üstə düşmür. Məsələn, şəxs yanılaraq səhvən mağazadan 

şə

klin əslini yox, yaxşı işlənmiş surətini alır. 



Ə

qdin  etibarlı  olması  üçün  nəyin  tələb  edilməsi məsələsinin  tarixi  çox  qədim  vaxtlara  gedib  çıxır.  Qədim 



 

324


Roma hüququna görə, iradəni bildirmə əqdin etibarlı sayılması üçün tamamilə kifayət edirdi. Klassik və yeni 

Roma hüququ isə, əksinə, iradəyə böyük əhəmiyyət verirdi. Ümumi Almaniya (pandekt) hüququnda əvvəljə ira-

də nəzəriyyəsi, sonra isə iradəni bildirmə nəzəriyyəsi yarandı. Almaniya Mülki Qanunnaməsi rəsmi surətdə yal-

nız nə iradə nəzəriyyəsini, nə də iradəni bildirmə nəzəriyyəsini dəstəkləyir. Amma son nəticədə burada iradə 

nəzəriyyəsi üstünlüyə malikdir. 

Yaponiya mülki hüquq elmində isə iradə və iradəni bildirmənin bir-birinə uyğun gəlməsi əqdin etibarlı sayıl-

masına dəlalət edən şərt kimi müəyyənləşdirilir. 

5. Əqdin forması 

Qeyd  etdik  ki,  iradəni  ifadə  etmə  daxili  iradəni  düzgün  əks  etdirməlidir.  Söhbət  əqd  bağlamaq  niyyətində 

olan şəxsin bu iradəni əqdin digər iştirakçılarının nəzərinə düzgün çatdırmasından gedir. Daxili iradə əqdin di-

gər iştirakçılarının nəzərinə yalnız qanunda nəzərdə tutulan və göstərilən üsullarla çatdırıla bilər. Bu üsullar qa-

nunun müəyyənləşdirdiyi formadır. Həmin forma isə əqdin forması adlanır.  

Ə

qdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar başa düşülür ki, bu üsullar vasitəsilə əqd 



bağlamaq niyyətində olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digə

iştirakçılarının  nəzərinə  çatdırılır,  iradə  ifadəsi  təsbit  edilir.  kitərəfli  və  çoxtərəfli  əqdlər  (müqavilələr) 

bağlanan hallarda isə iradənin, sadəjə olaraq, maraqlı şəxslərin (əqd iştirakçılarının) nəzərinə çatdırılmasından 

savayı,  həm  də  müəyyən  dərəcədə  tərəflərin  iradə  ifadəsinin  razılaşdırılması  tələb  edilir.  Söhbət  müqavilələr 

bağlanan hallarda qarşılıqlı iradə ifadələrinin bir-birinə uyğun gəlməsindən gedir. 

Ə

qdin forması onun etibarlı hesab edilməsinə dəlalət əsas və vacib şərtlərdən biridir. Özü də əqdlər yalnız 



qanunda  (Mülki  Məcəllədə)  və  ya  tərəflərin  qarşılıqlı  razılaşmasında  nəzərdə  tutulan  formada  bağlana  bilər. 

Odur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə (qanunla) və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən-

ləşdirilmiş formaya riayət edilməsi zəruridir. Əgər qanunla (Mülki Məcəllə ilə) əqd üçün forma müəyyənləşdi-

rilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əksinə, əqdin forması qanunda (Mülki Məcəllədə) nə-

zərdə tutularsa,

 

tərəflərin razılığı ilə müəyyən edilə bilməz. Məsələn, faktorinq müqaviləsi üçün qanun  yazılı 



forma müəyyən edir (MM-in 655-ci maddəsinin 5-ci bəndi). Bu, o deməkdir ki, həmin müqavilə yazılı forma-

dan başqa, tərəflərin razılığı ilə digər hər hansı formada bağlana bilməz. Əvəzsiz istifadə müqaviləsi üçün qa-

nun konkret müəyyən forma müəyyən etmir. Deməli, bu müqavilə tərəflərin razılığı ilə istənilən formada bağla-

na bilər.  

Qanun əqdin iki formasını müəyyənləşdirir və fərqləndirir: 

 şifahi forma;  



 yazılı forma.  

Yazılı forma özü iki cür olur:  

 sadə forma;  



 notarial forma.  

Beləliklə, ümumilikdə əqd üç formada bağlana bilər:  

 şifahi formada;  



 sadə yazılı formada;  

 notarial formada.  



Ş

ifahi  forma  odur  ki,  bu  forma  əqd  bağlamaq  niyyətində  olan  şəxsin  iradəsini  şifahi  formada  (dil-

cavabı, sözlə) ifadə edir. Bu cür iradə ifadə olunarkən, əqd iştirakçısı əqdin bağlanma şərtlərini və onu bağla-

mağa hazır olmasını söz vasitəsi ilə formulə edir, bildirir.  

Ş

ifahi formada əqdlərin bağlanması hər hansı kağız sənədinin tərtib edilməsi ilə müşayiət olunmur. Burada 



ə

sas vasitə danışıqlardır. Əqd bağlayan tərəflər danışıqlar yolu ilə öz iradələrini ifadə edirlər. Bu cür danışıqlar 

tərəflərin şəxsi görüşü zamanı, telefon və digər rabitə vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Buna görə 

də şifahi forma daha sadə forma hesab edilir. Bu formalı əqdlər hüquqi dövriyyəni asanlaşdırır və tezləşdirir. 

Üç halda əqdlər şifahi formada bağlana bilər. Birinci hala o şifahi əqdlər aid edilir ki, onlar üçün Mülki 

Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı forma müəyyənləşdirilməsin. Bu halın mahiyyəti belədir 

ki, müvafiq əqd üçün Mülki Məcəllədə müəyyən konkret forma nəzərdə tutulmur. Bu forma əqd bağlayan tərəf-

lərin sazişi ilə də müəyyənləşdirilmir. Deməli, onda əqd şifahi formada bağlanmış sayılır. 

kinci hala o şifahi əqdlər şamil olunur ki, onlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilsin. Belə ki, 

tərəflər bağladıqları əqdin şifahi formada olması barədə razılığa gəlirlər.  



Üçüncü hala o şifahi əqdlər aid edilir ki, qanunda (Mülki Məcəllədə) onların şifahi formada bağlanması 

nəzərdə tutulsun. Məsələn, tapşırıq müqaviləsi şifahi formada bağlana bilər (MM-in 777-ci maddəsinin 2-ci 

bəndi). 

Ş

ifahi formada bağlana bilən əqdlər konklyudent (latınja «concludere» — bağlamaq) hərəkətlərin həyata ke-



 

325


çirilməsi yolu ilə də bağlanır. Konklyudent hərəkətlər şəxsin elə bir rəftarı və davranışıdır ki, bunun vasitəsi 

ilə həmin şəxsin əqd bağlamaq iradəsi məlum olur və əqd bağlamağa razılığı açıq-aşkar görünür. Bu cür hərə-

kətləri  real  hərəkətlər  adlandırmaq  daha  düzgün  olardı.  Məhz  şəxsin  real  hərəkətləri  hüquqi  əhəmiyyət  kəsb 

edir. Bu cür hərəkətlərlə əqdin bağlanması halına çoxlu misallar çəkə bilərik: mal almaq üçün şəxsin avtomata 

pul və ya ceton buraxması; metro vasitəsi ilə getmək üçün şəxsin cetonu avtomatik qurğuya atması; sürücünün 

ümumi istifadədə olan nəqliyyat vasitəsini dayanajağa verməsi; şəxsin avtomat vasitəsi ilə valyuta dəyişməsi; 

şə

xsin mirası qəbul etməsi üçün faktiki hərəkətlər etməsi və s.  



Konklyudent hərəkət yolu ilə yalnız o əqdlər bağlanır ki, qüvvədə olan qanunvericilik həmin əqdlər üçün şi-

fahi forma nəzərdə tutsun. Yalnız şifahi formada bağlana bilən əqdlər konklyudent hərəkətlə bağlanarsa, hüquqi 

ə

həmiyyətə  malik  olur.  Yazılı  formada  bağlanmalı  olan  əqdlərin  bu  yolla  bağlanması  mümkün  deyil,  istisna 



edilir. Bu cür əqdlər hüquqi nəticəyə səbəb olmur və etibarsız sayılır. 

Ə

qdlər susmaq yolu ilə də bağlana bilər. Özü də dərhal qeyd etməliyik ki, ki, yalnız Mülki Məcəllədə və ya 



tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda, susmaq əqdlərin bağlanmasının üsulu və yolu kimi çıxış 

edə bilər.  

Susmaq şəxsin elə bir hərəkətsizliyidir ki, bu hərəkətsizlik həmin şəxsin əqd bağlamaq iradəsini ifadə edir. 

Bu hərəkətsizliyin kəsb etdiyi hüquqi məna belə bir xalq kəlamında ifadə olunur: «susmaq razılıq əlamətidir». 

Susmaq dinməz razılıq deməkdir. 

Susmaq yolu ilə əqd bağlanması hallarına çoxlu misallar çəkə bilərik. Məsələn, vərəsə 3 ay müddətində mi-

rasın qəbul edilməsini təsdiqləyən müvafiq hərəkət etməlidir. Onun bu hərəkəti etməməsi susmağı ifadə edir. 

Bu cür susmaq isə mirasdan imtina kimi birtərəfli əqdin bağlanmasını nümayiş etdirir. Başqa bir misalda icra 

müqaviləsinin müddəti qurtarır. Bu müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə tərəflər susurlar. 

Belə halda susmaq müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmasını ifadə edir. Daha başqa bir mi-

salda  müqavilə  bağlamaq  barədə  təklif  vermiş  şəxsin  (oferentin)  susması  müqavilənin  bağlanmamasını  ifadə 

edir (MM-in 409-cu maddəsinin 5-ci bəndi).  

Mülki qanunvericiliyin digər aktlarında susmaq əqdin bağlanması üsulu kimi nəzərdə tutula bilər. Bank qay-

dalarına görə, bank ödəmə tapşırığını razılıq almaq məqsədi ilə ödəyiciyə göndərir. Əgər ödəyici susarsa, bu, 

onun ödənişə razılıq verməsini ifadə edir.  

Almaniya mülki qanunvericiliyinə görə, əqdin formasının üç tipi fərqləndirilir: yazılı forma (MQ-nin 126-cı, 

127-ci  paraqrafları);  rəsmi  təsdiqetmə  (MQ-nin  129-cu  paraqrafı);  notariat  qaydasında  təsdiq  etmə  (MQ-nin 

128-ci paraqrafı). Yazılı forma imza qoyulmasını və ya notariatın tanıdığı digər işarələrin (nişanların) olmasını 

tələb edir. Rəsmi təsdiqetmə forması onu ifadə edir ki, sənəd notarius tərəfindən tərtib olunmalı, imzalanmalı və 

təsdiqlənməlidir. Bu, şəxsiyyəti eyniləşdirməyə imkan verir: notarius təsdiq edir ki, imza əqd bağlayan şəxsə 

məxsusdur. Notarial forma əqd bağlamaq barədə təklifi və bu təklifin qəbul edilməsini notariusun təsdiqləməsi-

ni nəzərdə tutur. 



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə