MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə53/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   91

6. Əqdin yazılı forması  

Ş

ifahi formalı əqdlərdən fərqli olaraq yazılı formalı əqdlər müvafiq sənədin tərtib olunması ilə müşayiət edi-



lir. Bu sənəddə bağlanan əqdə aid əhəmiyyəti olan müəyyən hallar ifadə edilir.  

Ə

qdin yazılı forması şifahi formaya nisbətən üstünlüyə malikdir. Çünki yazılı formada əqd bağlamaq niyyə-



tində olan şəxsin iradəsi maddiləşmiş sənəddə ifadə olunur və obyektivləşir. Obyektivləşmiş yazılı sənəd iradə 

ifadəsinin maddi daşıyıcısı rolunu oynayır.  



Yazılı formalı əqd odur ki, bu əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və 

ya  onların  lazımınja  vəkil  etdikləri  şəxslər  tərəfindən  imzalanmış  bir  sənədin  tərtibi  yolu  ilə  bağlanır. 

Anlayışdan müəyyən etmək olur ki, əqdin yazılı formasına riayət edilməsi üçün üç məjburi və labüd şər-

tin olması gərəkdir: 

 birincisi, yazılı formalı əqd bir sənəd tərtib etmək yolu ilə bağlanır; 



 ikincisi, bu sənəd əqdin məzmununu ifadə edir;  

 üçüncüsü, bu sənəd əqd bağlayan şəxs və ya şəxslər və ya onların lazımi qaydada vəkil etdikləri şəxslər tə-



rəfindən imzalanır.  

Yazılı formalı əqd iki qaydada (yolla) bağlanır. Birinci qaydaya görə, əqd bir sənəd tərtib etmək yolu ilə 

bağlanır.  kinci qayda isə yazılı əqdin sənədlərin mübadiləsi yolu ilə bağlanmasını nəzərdə tutur. Bir sənəd 

tərtib etmək yolundan bütün hallarda birtərəfli əqdlər rəsmiləşdirilərkən istifadə olunur, bir şərtlə ki, bu əqdlər 

üçün sadə yazılı forma nəzərdə tutulsun. Bununla bərabər, ikitərəfli və çoxtərəfli əqdlər, yəni müqavilələr də tə-

rəflərin imzaladığı bir sənəd tərtib etmək yolu ilə bağlana bilər (MM-in 406-cı maddəsinin 3-cü bəndi). 

Sənədlərin mübadiləsi poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi kimi vasitələrə əsaslanır. Bu va-

sitələr müvafiq sənədin müqavilə bağlayan tərəfdən gəldiyini doğru-dürüst müəyyənləşdirməyə imkan verir. Bu 



 

326


cür xüsusiyyətə malik olan digər rabitə vasitələrindən (məsələn, faksimile rabitə üsulundan) də istifadə edilə bi-

lər. Yalnız müqavilələr (ikitərəfli və çoxtərəfli əqdlər) bu cür rabitə vasitələri əsasında sənədlər mübadiləsi yolu 

ilə bağlana bilər (MM-in 406-cı maddəsinin 1-ci bəndi).  

Ə

qdin  məzmununu  ifadə  edən  yazılı  sənəddə  bir  sıra  hallarda  məjburi  (labüd)  rekvizitlərin  (latınja 



«requisitum» — tələb edilən) olması tələb edilir. Rekvizitlər dedikdə, əqdin məzmununu ifadə edən yazılı sə-

nəddə göstərilən məlumatlar başa düşülür. Əqdi bağlayan tərəflərin adı, əqdin məbləği, əqdin icra yeri, əqdin 

bağlandığı yer, əqdin bağlandığı müddət, əqdin qüvvəyə minməsi vaxtı və digər məsələlər haqqında məlumat, 

tərəflərin imzaları əqdin rekvizitləri hesab edilir.  

Ə

qdin rekvizitləri onu bağlayan şəxslərin özləri tərəfindən müəyyən edilir. Bu rekvizitlərin qanunda da nə-



zərdə tutulması istisna olunmur. Qanunda nəzərdə tutulan lazımi rekvizitlərin olmaması müvafiq əqdi rəsmiləş-

dirən sənədin etibarsızlığına, bunun vasitəsi ilə  həmin əqdin etibarsızlığına səbəb olur. Məsələn,  konosament 

dənizlə yük daşıması haqqında müqaviləni rəsmiləşdirən sənəddir. Bu sənədə daxil edilən məlumatlar qanunda 

— Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 111-ci maddəsində göstərilmişdir. Əgər kono-

sament zəruri məlumatları ifadə etməsə, o, etibarsız hesab olunur. Bu isə öz növbəsində dənizlə yük daşınması 

haqqında müqavilənin etibarsızlığına səbəb olur.  

Ə

qdin bağlanmasını rəsmiləşdirən yazılı sənəd həmin əqdi bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanır. 



Məsələn, Ticarət Gəmiçiliyi Məcəlləsinin 111-ci maddəsinə görə konosament gəmi kapitanı tərəfindən imzala-

nır. Bu, onu ifadə edir ki, həmin sənəd daşıyıcının adından imzalanmışdır.  



mza əqdin məzmununu ifadə edən yazılı sənədin məjburi (labüd) rekvizitidir. Bu, o deməkdir ki, əgər mü-

vafiq yazılı sənəddə əqd bağlayan şəxsin imzası olmazsa, o, etibarsız sayılır.  

Ə

qdi rəsmiləşdirən yazılı sənəd onu bağlayan şəxs və ya şəxslərdən başqa, digər şəxslər, məsələn, nümayən-



dələr  (təmsilçilər)  tərəfindən  də  imzalana  bilər.  Bunun  üçün  vacibdir  ki,  nümayəndənin  səlahiyyəti  lazımınja 

rəsmiləşdirilsin. Söhbət nümayəndəyə etibar verməkdən və ya onunla tapşırıq müqaviləsi bağlamaqdan gedir.  

Hüquqi şəxsin bağladığı əqdləri rəsmiləşdirən yazılı sənədləri onun adından hüquqi şəxsin icra orqanı hüqu-

quna malik olan şəxs imzalayır. Bu, onu ifadə edir ki, yazılı sənədi hüquqi şəxs imzalamışdır. Məsələn, tikinti 

təşkilatının müdiri və ya təjhizat şöbəsinin rəisi təşkilat üçün tikinti materialları əldə etmək məqsədilə müəyyən 

firma ilə mal göndərmə müqaviləsini rəsmiləşdirən sənədi imzalayır.  

Bəzi hallarda əqd bağlamaq niyyətində olan fiziki şəxs xəstə olur və ya fiziki-cismani cəhətdən şikəst olur, 

yəni bədən qüsuruna malik olur və yaxud savadsız olur. Bu səbəblərə görə o, məlum məsələdir ki, əqdi rəsmi-

ləşdirən sənədi imzalamaq qabiliyyətini itirir, onu imzalamağa qadir olmur. Belə halda əqdi həmin şəxsin özü 

imzalamır. Əqd onun xahişi ilə başqa fiziki şəxs tərəfindən imzalanır. Həmin imza notarius tərəfindən və ya bu 

cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənir. Bu zaman əqd bağlamaq 

niyyətində olan şəxsin əqdi imza edə bilməməsinin səbəbləri dəqiq olaraq göstərilməlidir (MM-in 331-ci mad-

dəsinin 4-cü bəndi).  

Başqasının əvəzinə imza edən (qol çəkən) şəxsi xəstə, fiziki cəhətdən şikəst və ya savadsız olan fiziki şəxsin 

nümayəndəsi hesab etmək olmaz. Bu şəxs nümayəndədən fərqli olaraq, öz xüsusi iradəsini ifadə etmir. Əqdin 

bağlanması üçün onun yox, əqd bağlayan fiziki şəxsin iradəsi bildirilir. O, yalnız bu faktı təsdiq edir. Daha doğ-

rusu, başqasının əvəzinə imza edən şəxs texniki icraçı funksiyasını yerinə yetirir. 

Başqasının əvəzinə qol çəkən şəxsin imzasını əqd bağlayan şəxsin (subyektin) şəxsi imzasının anoloqun-



dan fərqləndirmək lazımdır. Bunları bir-birilə qarışdırmaq olmaz.  

Qanun  əqdlərin  bağlanması  zamanı  əqd  bağlayan  şəxsin  şəxsi  imzasının  anoloqundan  istifadə  edilməsinin 

mümkünlüyünü göstərir (MM-in 331-ci maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd etməliyik ki, bu cür istifa-

dəyə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda yol verilir.  stifadə qaydaları həmin razılaşmada göstəri-

lir.  

Ə

qd bağlayan tərəflərin şəxsi imzasının anoloqundan istifadə qaydalarının tərəflərin razılaşmasında nəzərdə tu-



tulmasının mühüm əhəmiyyəti vardır. Belə ki, şəxsi imzanın anoloqunun tətbiqi haqqında qanunvericilik bazası 

son dərəcə məhduddur.  Yalnız  « nformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında»  qa-

nunda (1998) bu məsələyə toxunan normalar vardır.  

Ə

qd bağlayan tərəflərin şəxsi imzalarının anoloqundan müxtəlif üsullarla istifadə edirlər. Bunlar əqd bağlan-



ması prosesini mühüm dərəcədə tezləşdirən üsullardır. Həmin üsullara aiddir:  

 faksimile surətçıxarması;  



 elektron imza;  

 digər üsullar.  



Göründüyü kimi, bu siyahı qəti və dəqiq xarakter daşımır. Bu isə imkan verir ki, əqdlərin bağlanması zamanı 

şə

xsi imzanın anoloqunun ən müasir üsullarından istifadə edilsin.  ndiki şəraitdə ənənəvi rabitə vasitələrindən 



 

327


(radiodan, telefondan, teleqrafdan, telefaksdan) başqa, müasir elektron vasitələrindən də (daşına bilən kommu-

tatorlardan, faksimile, tele-optik, peyk, yəni kosmos rabitə vasitələrindən də) istifadə edilir.  nternet şəbəkəsin-

dən rabitə vasitəsi kimi işlədilməsi meyli günü-gündən güjlənir.  nformasiyanın verilməsinin müasir sisteminin 

inkişafı yeni üsulların əmələ gəlməsinə səbəb ola bilər.  



Faksimile surətçıxarması (latınja «facsimile» — bu kimi, bu cür, eyni cür et) mexaniki və ya başqa surətçı-

xarma vasitələrinin köməyinə əsaslanır. Məsələn, əqd bağlayan şəxsin imzasının ştamp kèìi hazırlanması mexa-

niki vasitənin yardımı ilə faksimile surətçıxarmasına misal ola bilər.  

Ə

qdlərin bağlanması zamanı elektron imzadan da istifadə edilə bilər. Elektron imzadan istifadə etmə qayda-



ları  və  əqdlərin  elektron  formada  bağlanması  ilə  bağlı  məsələlər  elektron  sənəd  dövriyyəsinə  aid 

qanunvericiliklə  tənzimlənir.  Söhbət,  ilk  növbədə,  həmin  qanunvericiliyə  daxil  olan  iki  qanundan  gedir. 

«Elektron imza və elektron sənəd haqqında» qanun (9 mart 2004-cü ildə qəbul olunmuşdur) onlardan biri-

dir. Bu qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqi-

nin  təşkilati-hüquqi  əsaslarını  və  əlaqədar  subyektlərin  hüquqlarını  müəyyən  edir,  həmin  subyektlər  arasında 

yaranan münasibətləri tənzimləyir. 



Elektron imza dedikdə informasiya texnologiyaları vasitələri ilə işlənməyə yararlı olan elə informasiya başa 

düşülür ki, o, digər informasiyalara əlavə edilir və ya onlarla məntiqi əlaqəsi olur, imza sahibini identikləşdir-

məyə (tanımağa, eyniləşdirməyə) imkan verir. Elektron imza sahibini qanun müqavilə bağlamaq hüququ ilə 

təmin edir. Belə ki, o, elektron imzadan istifadə etməklə müqavilə bağlaya bilər (həmin qanunun 20-ci maddəsi-

nin 5-ci bəndi). Bundan ötrü o, mərkəzlərə müraciət etməlidir. Mərkəzlər elektron imza xidmətlərinin subyekti 

olub, elektron imza sahibi barəsində məlumatların qorunmasını və fəaliyyətin təhlükəsizliyini təmin edir, elekt-

ron imza yaratma məlumatlarının və elektron imza sahibi barəsində məlumatların mühafizəsinə görə məsuliyyət 

daşıyır. Elektron imza yaratma məlumatları dedikdə, elektron imza yaratmaq üçün istifadə edilən və anjaq 

imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz informasiya başa düşülür. Elektron 

imzanın yaradılması mərkəzlərin göstərdiyi əsas xidmət növlərindən biri sayılır. Mərkəzlər dövlət qeydiyyatın-

dan keçməli və ya müvafiq dövlət icra hakimiyyət orqanında akkreditədən keçməlidir. Yalınz bundan sonra on-

lar fəaliyyətə başlaya bilərlər. 

Elektron imza sahibi müqavilə bağlamaq üçün mərkəzlərə müraciət edərkən tam və düzgün məlumatlar təq-

dim etməlidir. Buna görə o, məsuliyyət daşıyır. 



«Elektron  ticarət  haqqında»  qanun  elektron  ticarətin  təşkili  və  həyata  keçirilməsinin  hüquqi  əsaslarını, 

onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə 

məsuliyyət müəyyən edir (o, 10 may 2005-ci ildə qəbul edilmişdir). Bu qanun Azərbaycan Respublikasında bü-

tün sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Qanun yalnız maliyyə bazarı, o cümlədən sığorta 

və qiymətli kağızlar bazarında elektron ticarətə tətbiq edilmir (bu sahələrdə elektron ticarəti digər qanunverici-

lik aktları ilə tənzimlənir). 



Elektron ticarədedikdə, informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin gös-

tərilməsi  və  işlərin  görülməsi  üzrə  həyata  keçirilən  fəaliyyət  başa  düşülür.  Bu  fəaliyyətin  həyata  keçirilməsi 

prosesi müqavilələrlə rəsmiləşdirilir. Onlara elektron ticarət müqavilələri deyilir. Həmin müqavilələr elektron 

sənəd formasında bağlanılır. Bu sənəddə müqavilə şərtləri göstərilir. 

Elektron ticarət müqavilələri iki tərəf arasında bağlanılır: satıcı (təjhizatçı); alıcı (sifarişçi). Satıcı (təjhizat-

çı) malları satan (xidmətlər göstərən, işlər görən) elektron ticarət iştirakçısıdır. Malları alan (xidmətləri, işləri 

sifariş edən) elektron ticarət iştirakçısı isə alıcı (sifarişçi) adlanır. 

Elektron ticarət müqavilələri (elektron sənəd formasında bağlanan müqavilələr) ilə bağlı münasibətlər qanu-

nun 7-10-cu maddələri ilə tənzimlənir. Lakin bu maddələr, eləjə də qanunun özü notariat qaydasında təsdiqlən-

məli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir. 

Elektron imza şəxsi imza anoloqunun müstəqil üsullarından biri hesab olunur. O, iki əsas xüsusiyyətə ma-

likdir.  Birinci  xüsusiyyət  ondan  ibarətdir  ki,  elektron  imzanın  surəti  yalnız  bir  şəxs  tərəfindən  çıxarıla  bilər. 

Onun əslini isə bir çox şəxslər təsdiq edə bilər.  kincisi, elektron imza yalnız konkret sənədlə bağlı olur.  

Elektron imza ilə, bir qayda olaraq, informasiya və telekommunikasiya sistemlərində dövr edən sənədlər təs-

diq edilir. Bu imza o halda hüquqi qüvvəyə malik olur ki, avtomatlaşdırılmış informasiya sistemində onun eyni-

ləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin edən proqram-texniki vasitələr olsun.  

Tərəflərin razılaşmasında əqdin yazılı formasına uyğun gəlməli olan əlavə tələblər də nəzərdə tutula bilər 

(MM-in 331-ci maddəsinin 2-ci bəndi). Bu tələblər, hər şeydən əvvəl, əqdi rəsmiləşdirən sənədin tərtib olundu-

ğ

u kağıza aid ola bilər. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, sənəd müəyyən formalı blankda olsun və ya 



bəzi sənədlər «gerbli» kağızda tərtib edilsin.  

 Göstərilən əlavə tələblər, digər tərəfdən, hüquqi şəxsin möhürünə aid ola bilər. Məsələn, tərəflər razılığa 



 

328


gələ bilərlər ki, sənəd hüquqi şəxsin malik olduğu möhürlə təsdiqlənsin.  

Ə

lavə tələblər qanunda da nəzərdə tutula bilər. Məsələn, hüquqi şəxsin verdiyi etibarnamənin, onun banka 



göndərdiyi  ödəmə  tapşırıqları  və  ona  əlavə  edilən  sənədlərin  möhürlə  təsdiqlənməsi  müvafiq  normativ  aktda 

göstərilir.  

 Qanunda bəzi sənədlərdə — pul və hesablaşma sənədlərində, maliyyə və kredit öhdəliklərində baş mühasi-

bin imzasının olması nəzərdə tutulur. Əgər həmin sənədlərdə onun imzası olmasa, onlar etibarsız hesab edilir və 

icra üçün qəbul olunmur.  

Ə

qd bağlayan tərəflər təkcə əqdin yazılı formasına aid əlavə tələblər müəyyənləşdirmək hüququna malik de-



yillər. Onların həm də bu cür tələblərə əməl edilməməsinin nəticələri barədə razılığa gəlmək hüququ var-

dır. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, filan əlavə tələbə riayət etməmək əqdin etibarsızlığına səbəb ol-

sun və s. 

Ə

qdi rəsmiləşdirən sənədin nüsxəsi ilə onun surətini bir-birindən fərqləndirmək lazımdır. Bir qayda olaraq, 



həmin sənədlər bir neçə nüsxələrdə tərtib edilir. Bütün nüsxələr sənədin əsli hesab edilir və onunla eyni hüquqi 

qüvvəyə malik olur. Sənədin surəti isə onun əsli sayılmır.  



7. Əqdin sadə yazılı forması 

Qeyd etdiyimiz kimi, sadə yazılı forma əqdin yazılı formasının bir növüdür. Digər növünü isə əqdin notarial 

forması təşkil edir.  

Ə

qdin  sadə  yazılı  forması  elə  bir  sənəddir  ki,  əqdi  rəsmiləşdirən  bu  sənəddə  həmin  əqd  üçün  lazım 



olan bütün rekvizitlər — əqdin məzmunu, əqdi bağlayan tərəflərin adı və onların imzaları nəzərdə tutu-

lur. Sadə formalı əqdlər, bir qayda olaraq, rəsmi dövlət orqanının və digər qurumların iştirakı olmadan bağlanı-

lır. Söhbət, hər şeydən əvvəl, notariat kontorlarından gedir. Başqa sözlə desək, sadə formalı əqdlər bu kontorla-

rın və ya digər qurumların iştirakı olmadan bağlanır.  

Qanun sadə yazılı formada bağlanmalı olan əqdlərin dairəsini müəyyən edir. Özü də əvvəljədən göstəririk ki, 



qanunun notarial forma müəyyən etdiyi əqdlər sadə yazılı formada bağlana bilməz. Madam ki, qanun mü-

vafiq əqd üçün notarial forma nəzərdə tutur, deməli, həmin əqdin tərəflərin razılığı ilə sadə yazılı formada bağ-

lanması istisna olunur.  

Ə

qdin sadə yazılı formada bağlanması iki amildən asılıdır. Birinci amil tərəflərin qarşılıqlı razılığına aid-



dir. Belə ki, əqdin sadə yazılı formada bağlanması tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilə bilər. MM-in 

329-cu maddəsinin 1-ci bəndində ifadə olunan göstəriş məhz belə fikir söyləməyə əsas verir. Həmin göstərişdən 

belə nəticə çıxara bilərik ki, əqd onu bağlayan tərəflərin qarşılıqlı razılığı ilə sadə yazılı formada bağlana bilər, 

bu şərtlə ki, bir az əvvəldə qeyd etdiyimiz kimi, qanun həmin əqd üçün notarial forma nəzərdə tutmasın. 

Beləliklə, əqd münasibətinə girən tərəflərin qarşılıqlı razılığı həmin əqdin sadə yazılı formada bağlanmasını 

şə

rtləndirir. Əqdin sadə yazılı formada bağlanması nə onun subyekt tərkibindən (məsələn, hüquqi şəxslərin öz 



aralarında və ya hüquqi şəxslərlə fiziki şəxslər arasında bağlanmasından), nə məbləğindən (məsələn, şərti ma-

liyyə vahidinin 50 mislindən və ya 100

 

mislindən çox və s. məbləğdə bağlanmasından) asılı deyildir. 



Çox vaxt pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcı olan hüquqi şəxsə kassa çeki və ya əmtəə (mal) çeki 

və yaxud digər sənədlərin verilməsi ilə müşayiət edilir. Lakin bu cür yazılı sənədlər həmin müqavilənin sadə 

yazılı formada bağlanmasını nümayiş və sübut etmir. Ona görə ki, həmin sənədlər sadə yazılı formalı əqdin rek-

vizitlərindən  (əqdin  məzmunundan,  əqdi  bağlayan  tərəflərin  adından  və  tərəflərin  imzalarından)  məhrumdur. 

Onlarda yalnız alıcı olan hüquqi şəxsin satıcıya verdiyi pul məbləği barədə məlumat göstərilir. Buna görə də 

həmin sənədlər alınmış mala görə pul ödənilməsini təsdiq edən sənəd kimi çıxış edir.  

Bəzi hallarda hər hansı bir hüquqi şəxsin rəhbəri digər hüquqi şəxsin rəhbərinə məktub yazaraq, ondan mal 

verilməsini (satılmasını), iş görülməsini və ya xidmət göstərilməsini xahiş edir. Bu məktubda o, əlavə edərək 

göstərir ki, satılan mala, göstərilən xidmətə və ya görülən işə görə ödənişin həyata keçirilməsinə (yəni pul ödə-

nilməsinə) təminat verilir. Bu cür sənədlər  «təminat məktubları» adlanır. Həmin sənədlər əqdin sadə yazılı 



formasını ifadə etmir. Ona görə ki, burada sadə yazılı formalı əqdin məjburi rekvizitləri yoxdur.  

Ə

qdin sadə yazılı formasının asılı olduğu ikinci amil qanunun (Mülki Məcəllənin) ifadə etdiyi göstərişə 



aiddir. Bu göstərişə əsasən, müəyyən əqdlər subyekt tərkibindən və əqdin məbləğindən asılı olmayaraq, sadə 

yazılı formada bağlanır. Belə ki, Mülki Məcəllədə nəzərdə tutulduğu hallarda əqd sadə yazılı formada bağlanır. 

Bu cür əqdlərə aiddir:  

 girov müqaviləsi (MM-in 280-ci maddəsinin 1-ci bəndi); 



 dəbbə pulu (jərimə, penya) haqqında saziş (MM-in 463-cü maddəsinin 1-ci bəndi);  

 zaminlik haqqında müqavilə (MM-in 471-ci maddəsi); 



 beh haqqında saziş (MM-in 491-ci maddəsinin 2-ci bəndi);  

 faktorinq müqaviləsi (MM-in 655-ci maddəsinin 5-ci bəndi);  



 

329


 françayzinq müqaviləsi (MM-in 727-ci maddəsi);  

 lizinq müqaviləsi (MM-in 748-ci maddəsinin 1-ci bəndi);  



 ticarət agenti müqaviləsi (MM-in 789-cu maddəsinin 3-cü bəndi);  

 renta müqaviləsi (MM-in 865-ci maddəsinin 1-ci bəndi);  



 bank əmanəti (depozit) müqaviləsi (MM-in 946-cı maddəsi);  

 bank hesabı müqaviləsi (MM-in 955-ci maddəsinin 1-ci bəndi).  



Göstərilən əqdlər üçün qanunun sadə yazılı forma müəyyənləşdirməsi, əsasən, iki halla şərtlənir. Birincisi, 

məbləğinə, predmetinə və müddətinə görə bu əqdlər xüsusi əhəmiyyətə malik olduqlara görə qanun bu əqdlər 

üçün sadə yazılı forma nəzərdə tutur.  kincisi, qanun bu əqdlər üçün ona görə sadə yazılı forma müəyyən edir 

ki, mümkün sui-istifadə hallarının qarşısı alına bilinsin.  

Ə

qdin sadə yazılı formasına riayət edilməməsi əyyən nəticələrə səbəb olur. Belə ki, bu, hər şeydən əvvəl 



onun  etibarsızlığına  səbəb  olur  (MM-in  329-cu  maddəsinin  1-ci  bəndi).  Əqdin  sadə  yazılı  formasına  riayət 

edilməməsinin onun etibarsızlığına səbəb olması bəzən qanunda birbaşa göstərilir. Məsələn, dəbbə pulu (jəri-

mə, penya) haqqında razılaşmanın yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur (MM-in 

463-cü maddəsinin 2-ci bəndi). Girov müqaviləsinin yazılı formasına əməl edilməməsi onun etibarsız sayılma-

sına dəlalət edir (MM-in 280-ci maddəsinin 4-cü bəndi).  

Elə əqdlər vardır ki, qanun həmin əqdlərin həm şifahi, həm də yazılı formada bağlanması haqqında göstəriş 

ifadə edir. Məsələn, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada ola bilər (MM-in 777-ci maddəsinin 

2-ci bəndi). Borc müqaviləsi şifahi formada bağlanır. Amma tərəflərin razılığı ilə  yazılı formadan da istifadə 

edilə bilər (MM-in 740-cı maddəsi). 

8. Əqdin notarial forması 

Yazılı formalı əqdlərin digər növü notarial formalı əqdlər adlanır. Bu cür əqdlər sadə yazılı formalı əqdlər-

dən onunla fərqlənir ki, onlar notariat ( latınja «notarius» — yazan) fəaliyyəti ilə peşəkarjasına məşğul olan no-

tariusların (dövlət və ya xüsusi notariusların) iştirakı ilə həyata keçirilir. Notarial formalı əqdlər onun notariat 

qaydasında təsdiq edilməsini nəzərdə tutur. Belə ki, əqdi rəsmiləşdirən yazılı sənədə notarius və ya bu cür nota-

rial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxs təsdiqləyici qeyd edir. Bununla da əqd bağlan-

mış olur. Bir sözlə desək, notarial formalı əqdlər notariat qaydasında təsdiqlənmiş əqdlərdir.  

Notarial formalı əqdlər odur ki, bu cür əqdləri rəsmiləşdirən sənəddə notariusun və ya bu kimi notari-

al hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi həmin əqdin bağ-

lanmasını şərtləndirir. Notariuslara həm dövlət notariat kontorlarının notariusları (dövlət notariusları), həm də 

xüsusi praktika ilə məşğul olan notariuslar (xüsusi notariuslar) daxildir.  

Notariuslar əqdləri «Notariat haqqında» qanunun VI fəslində nəzərdə tutulan qaydalar əsasında təsdiq edir-

lər.  Bundan  əlavə,  əqdlərin  onlar  tərəfindən  təsdiq  edilməsi  notarial  hərəkətlərin  həyata  keçirilməsi  qaydası 

haqqında müvafiq təlimatla tənzimlənir. 

Qanunda nəzərdə tutulan hallarda əqdləri notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli 

şə

xslər də təsdiq edə bilərlər. Məsələn,  «Notariat haqqında» qanunun 18-ci maddəsində göstərilir ki, rayon, 

şə

hər, şəhər rayonu icra hakimiyyəti nümayəndələri notariat hərəkətlər apara, o cümlədən vəsiyyətnamələri və 



etibarnamələri (əmlakdan istifadə edilməsi və ona sərənjam verilməsi barədə, avtomobillərin müddətli istifadə-

yə  verilməsinə  dair  etibarnamələr  istisna  olunur)  təsdiq  edə  bilərlər.  Həmin  qanunun  19-cu  maddəsi, 

«Azərbaycan Respublikasının konsul nizamnaməsi»nin 44-cü maddəsi Azərbaycan Respublikası konsulluqları-

nın səlahiyyətli vəzifəli şəxslərinin (o cümlədən konsulun) notariat hərəkətlər aparmaq hüququnu nəzərdə tutur. 

Onlar Azərbaycan Respublikasının ərazisində özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə 

müqavilələr istisna olmaqla, bütün əqdləri (müqavilələri, vəsiyyətnamələri və etibarnamələri) təsdiq edirlər. 

Bundan əlavə, xəstəxananın, qospitalın, digər müalijə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların 

tibbi hissə üzrə müavinləri və növbətçi həkimi, əlillər və qojalar evinin baş həkimi, axtarış-joğrafi ekspedisiya 

rəisi, dəniz və ya hava gəmisinin kapitanı, hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəi-

si), habelə azadlıqdan məhrumetmə yerinin rəisi vəsiyyətnaməni təsdiq edə bilərlər. Bu şəxslər notariusa bəra-



bər tutulan şəxslərdir. Onların təsdiqlədikləri vəsiyyətnamələr isə notariat qaydasında təsdiq olunmuş və-

siyyətnamələrə bərabər tutulur (MM-in 1181-ci maddəsi). Göründüyü kimi, notariat hərəkəti yerinə yetirmə-

yə hüququ çatan, göstərilən vəzifəli şəxslərin təsdiq etdiyi əqdlərin dairəsi məhduddur.  

Bunlardan əlavə, notarius olmayan bəzi kateqoriyalı şəxslər etibarnamələri təsdiq edə bilərlər. Həmin şəxslər 

MM-in 362-ci maddəsinin 3-cü bəndində göstərilir: hospitalların, sanatoriyaların və digər hərbi-müalijə müəssi-

sələrinin rəisi və digər şəxslər; hərbi hissə və digərlərinin komandiri (rəisi); azadlıqdan məhrumetmə yerinin rə-

isi və s. Onlar notariusa bərabəşəxsləadlanır, təsdiq etdikləri əqdlər isə notariat qaydasında təsdiqlənə



etibarnamələadlanır. 

 

330


Belə əqdlərlə bağlı münasibətlər «Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlə-

rin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi qaydası» kimi normativ aktla tənzimlənir. Həmin akt 

Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli qərarı ilə edilmişdir. 

ki halda əqdlər notarial formada bağlanmalıdır. Birincisi, Mülki Məcəllədə nəzərdə tutulduğu hallarda 

ə

qdlərin notariat qaydasında təsdiqlənməsi məjburi və labüddür. Bu cür əqdlərə aiddir:  

 ipoteka müqaviləsi (MM-in 307-ci maddəsinin 7-ci bəndi); 



 servitut verilməsinə dair müqavilə (MM-in 256-cı maddəsinin 2-ci bəndi); 

 tikiliyə vərəsəlik hüququ haqqında müqavilə (MM-in 251-ci maddəsinin 1-ci bəndi); 



 etibarnamə (MM-in 362-ci maddəsinin 2-ci bəndi); 

 notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti (MM-in 194-cü maddəsinin 4-cü bəndi); 



 daşınmaz əşyaların alqı-satqı müqaviləsi (MM-in 647-ci maddəsi);  

 rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı müqaviləsi (MM-in 650-ci mad-



dəsi);  

 daşınmaz əşyaların bağışlama müqaviləsi (MM-in 668-ci maddəsinin 1-ci bəndi); 



  rəsmi  reyestrlərdə  qeydə  alınması  tələb  edilən  daşınar  əşyaların  bağışlama  müqaviləsi  (MM-in  668-ci 

maddəsinin 1-ci bəndinin 2-ci hissəsi);  

 gələcəkdə bağışlama  vədi formasında konsensual bağışlama müqaviləsi (MM-in 668-ci maddəsinin 1-ci 



bəndinin 5-ci hissəsi); 

 daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi (MM-in 865-ci maddəsinin 2-ci 



bəndi). 

kincisi, Mülki Məcəllədə müvafiq növ əqd üçün notarial forma nəzərdə tutulmasa da, tərəflərin qarşı-



lıqlı razılığı ilə həmin əqd notariat qaydasında təsdiqlənir. Məsələn, borc, icarə, əmlak kirayəsi, lizinq, fran-

çayzinq, faktorinq, daşıma, kredit, podrat və digər müqavilələr üçün qanun notarial forma müəyyənləşdirmir. 

Lakin həmin müqavilələri bağlayan tərəflərin qarşılıqlı razılığı olarsa, onda hökmən müqavilə notariat qayda-

sında təsdiqlənir. 

Düzdür,  Mülki  Məcəllədə  (qanunda)  konkret  və  birbaşa  göstəriş  yoxdur  ki,  tərəflərin  qarşılıqlı  razılığı  ilə 

ə

qd notarial formada bağlana bilər. Amma MM-in 329-cu maddəsinin 1-ci bəndindən belə bir nəticə çıxara bi-



lərik  ki,  əqdin  forması  ya  qanunla  (Mülki  Məcəllə  ilə),  ya  da  tərəflərin  qarşılıqlı  razılığı  ilə  müəyyən  edilir. 

Odur ki, tərəflərin qarşılıqlı razılığı ilə əqd notariat qaydasında təsdiqlənə bilər. Digər tərəfdən qanun (Mülki 

Məcəllə) bunu, yəni tərəflərin qarşılıqlı razılığı əsasında notarial formada əqd bağlamalarını qadağan edən hər 

hansı göstəriş ifadə etmir. Buna görə də əqd bağlayan tərəflər onun notariat qaydasında bağlanması barədə razı-

lığa gəlməkdə haqlıdırlar. 

Bəzən  təsərrüfat  dövriyyəsində  yaranmış  təjrübə  şəxsləri  vadar  edir  ki,  onlar  bağladıqları  əqdləri  notariat 

qaydasında təsdiq etdirsinlər. Bu cür əqdlərin notarial formada olmasını hər hansı normativ akt nəzərdə tutmur. 

Məsələn, minik avtomobilinin alqı-satqı müqaviləsi üçün qanun notarial forma tələb etmir. Buna görə də vətən-

daşlar bu müqaviləni qeyri-notarial, yəni sadə yazılı formada bağlamalıdırlar. Lakin nəqliyyat vasitələrinin qey-

diyyatını aparan Dövlət Yol Polisi  darəsi tərəfindən yaranmış təjrübə bu müqavilənin notarial formada bağlan-

masını şərtləndirir.  

Ə

qdin notarial formasına riayət edilməməsi hüquqi nəticəyə səbəb olur. Belə ki, əqdin notarial formasına ri-



ayət edilməməsi onun etibarsızlığına gətirib çıxarır. Ona görə ki, qanun və ya tərəflərin qarşılıqlı razılığı ilə mü-

ə

yyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ci 



bəndi). Bu kimi nəticə bir sıra halda Mülki Məcəllədə göstərilir. Məsələn, tikiliyə vərəsəlik hüququ haqqında 

müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır (MM-in 251-ci maddəsinin 1-ci bəndi). 



9. Əqdlərdəəmələ gələn hüquqların dövlət qeydiyyatı 

Elə əqdlər vardır ki, bu əqdlər nə qədər lazımi formada rəsmiləşdirilsə də, hüquqi nəticəyə səbəb olmur. Bu 

ə

qdlərin hüquqi nəticə doğurması üçün vacibdir ki, həmin əqdlərdən əmələ gələn hüquqlar dövlət qeydiyyatına 



alınsın. Dövlət qeydiyyatı belə halda mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam 

olunmasına əsas olan hüquqi fakt kimi çıxış edir. O, əqdlərin bəzi növlərinin bağlanmasının əlavə mərhələsidir. 

Məhz əqdlərdən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra onlar bağlanmış hesab edilir.  

Dövlət qeydiyyatı hüquqi fakt rolunu oynayan elə bir əlavə mərhələdir ki, bu mərhələ əqdlərin bağ-

lanmış hesab edilməsini və bununla hüquqi nəticəyə səbəb olmasını şərtləndirir. O, əqdlərdən əmələ gələn 

hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yolu ilə həyata keçirilir. Bu reyestri isə müva-

fiq  icra  hakimiyyəti  orqanı  (Azərbaycan  Respublikasının  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidməti)  tərtib 

edir. Vahid dövlət reyestrinin olması mürəkkəb və daha vacib əqdlərin barəsində informasiyanın tamlığını, eti-

barlılığını və düzgünlüyünü təmin edir və bununla mülki (əmlak) dövriyyənin möhkəmliyinə və dayanıqlığına 


 

331


təsir göstərir.  

«Əqdin özünün dövlət qeydiyyatı» anlayışı ilə «əqddən əmələ gələn hüquqların dövlət qeydiyyatı» anlayışını 

bir-birindən fərqləndirmək lazımdır. Onlar eyni mənalı anlayışlar hesab olunmur. 

Ə

qdin özünün dövlət qeydiyyatı dedikdə, dövlətin vəzifəli şəxsi hesab olunan notariusun və digər vəzifəli 

şə

xslərin əqdi notariat qaydasında təsdiqləməsi başa düşülür. Bu cür dövlət qeydiyyatının əsas məqsədi əqdin 



qanuniliyi üzərində dövlət nəzarətini həyata keçirməkdəibarətdir. O, əqddən əmələ gələn hüququn (məsə-

lən, mülkiyyət hüququnun və s.) bir şəxsdən digərinə keçməsinə səbəb olmur. 

Ə

qddəəmələ gələn hüquqların dövlət qeydiyyatı dedikdə isə bu hüquqların müvafiq icra hakimiyyəti or-

qanının (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) tərtib etdiyi və apardığı daşınmaz əmlakın dövlət re-

yestrində  qeydə  alınması  başa  düşülür.  Bu  cür  dövlət  qeydiyyatının  əsas  məqsədi  isə  hüquqların  (məsələn, 

mülkiyyət hüququnun) bir şəxsdən digəşəxsə keçməsini təmin etməkdən ibarətdir.  

Yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda əqdlərdən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alına 

bilər. Belə ki, bu cür əqdlərin dairəsi qanunla müəyyənləşdirilir. Özü də həmin əqdlər, birincisi, notariat qayda-

sında təsdiqlənən əqdlərdir; ikincisi isə, onlar daşınmaz əşya ilə (torpaqla, yaşayış evi ilə, mənzillə və s.) bağlı-

dır. Həmin əqdlərə aiddir:  

 daşınmaz əmlakın ipotekası haqqında müqavilə (MM-in 309-cu maddəsinin 1-ci bəndi);  



 daşınmaz əşyaların alqı-satqı müqaviləsi (MM-in 647-ci maddəsi);  

 daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi (MM-in 866-cı maddəsi);  



 daşınmaz əşyaların uzufrukta verilməsi (MM-in 264-cü maddəsi);  

 servitutlar (258-ci maddəsinin 2-ci bəndi); 



 digər hüquqlar (MM-in 139-cu maddəsinin 1-ci bəndi). 

Ə

qd, əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alındığı andan bağlanmış sayılır. Bu, o deməkdir 



ki, əqdin doğurduğu hüquqi nəticə (mülki hüquq və vəzifələrin əmələ gəlməsi) hüququn daşınmaz əmlakın döv-

lət reyestrində qeydiyyat tarixindən yaranır.  

Ə

qdlərdən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət edilməməsi müəyyən nəticəyə 



səbəb olur. Bu, müəyyən hallarda hüquqi nəticə doğurmur, tərəflər üçün mülki hüquq və vəzifələr əmələ gətir-

mir və puç əqd hesab edilir. Belə əqd hüquqi əhəmiyyətə malik olmur. Bu kimi nəticə o halda yaranır ki, əqd-

dən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasından əqdin hər iki tərəfi boyun qaçırır.  

Məsələn, Mülki Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, gi-

rov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Əgər bu qaydalara riayət edilməzsə, girov müqaviləsi etibarsız 

sayılır və əhəmiyyətsiz (puç əqd) hesab edilir (MM-in 280-ci maddəsinin 4-cü bəndi). Amma əgər tərəflərdən 

biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırarsa, bu, həmin əqdin etibarsız-

lığına səbəb olmaya bilər. Belə ki, bu zaman qeydiyyat məhkəmənin qərarı əsasında həyata keçirilir (MM-in 

336-cı maddəsinin 1-ci bəndi). Misala müraciət edək. 

Bəzi hallarda əqd lazımi formada bağlanır, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqları qeydə aldır-

maqdan boyun qaçırır. Bunun səbəbi müxtəlif ola bilər: əqd iştirakçılarının hüquqi savadsızlığı; dövlət rüsumu 

verməkdən boyun qaçırmaq və s. Məsələn, vətəndaş öz mənzilini qardaşına rentaya verir. Bu məqsədlə lazımi 

formada renta müqaviləsi bağlanılır və həmin müqavilə notariatda təsdiq edilir. Bundan əlavə, o, mənzili qarda-

ş

ının faktiki sahibliyinə verir. Mənzili rentaya verən vətəndaş həmin müqavilədən irəli gələn hüquqların dövlət 



qeydiyyatından imtina edir. Vətəndaş zənn edir ki, bu, onun işi deyildir, qoy indi həmin işlə qardaşı məşğul ol-

sun. Bu halda qanun əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması faktının məhkəmə qaydasında 

sübut olunmasının mümkünlüyünü müəyyənləşdirir. Belə ki, müvafiq tərəf (əvvəlki misalda qardaş) məhkəmə-

yə müraciət edir. Məhkəmə işə baxaraq, əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması barədə qə-

rar qəbul edir. Həmin qərar hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır.  

Ə

qddən irəli gələn hüquqların dövlət qeydiyyatından əsassız boyun qaçıran tərəfə etdiyi hərəkətlərə görə vu-



rulmuş zərərin əvəzini ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq olunur. Belə ki, əsassız boyun qaçıran 

tərəf müvafiq hüquqların qeydiyyatının ləngidilməsi nəticəsində o birisi tərəfə ziyan vurur. Bundan əlavə, məh-

kəməyə müraciət etmək məjburiyyətində qalan tərəf müəyyən məhkəmə xərjləri çəkir. Bütün bunların hamısı-

nın əvəzini əqddən irəli gələn hüquqların dövlət qeydiyyatından əsassız boyun qaçıran tərəf ödəməlidir (MM-in 

336-cı maddəsinin 2-ci bəndi). 

Ə

qddən əmələ gələn hüquqların dövlət qeydiyyatı dedikdə, bu hüquqların dövlət tərəfindən tanınması və təs-



diq edilməsi barədə hüquqi akt başa düşülür. Bu aktın həyata keçirilməsi, ümumiyyətlə daşınmaz əmlaka hü-

quqların dövlət qeydiyyatının aparılması qaydası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunla müəy-

yən edilir ki, həmin qanun 29 iyun 2004-cü ildə qəbul edilmişdir. Bu qanun daşınmaz əmlaka mülkiyyət və di-

gər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasları müəyyənləşdirir. Daşınmaz əmlak barəsində notariat qay-



 

332


dasında təsdiq edilmiş müqavilələr həmin əsaslardan biridir. 

Ə

qdlərdən əmələ gələn hüquqların dövlət qeydiyyatı anlayışını bəzi əmlak növlərinin dövlət qeydiyyatının 



aparılması  anlayışından  fərqləndirmək  lazımdır.  Söhbət,  hər  şeydən  əvvəl,  mexaniki  nəqliyyat  vasitələrinin 

dövlət qeydiyyatının aparılmasından gedir. Bu, müvafiq səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir. Həmin 

orqanların dairəsi qanunla müəyyənləşdirilir. Məsələn, hüquqi və fiziki şəxslərə məxsus olan bəzi növ mexaniki 

nəqliyyat vasitələri Daxili  şlər Nazirliyində dövlət qeydiyyatına alınır. Bu cür dövlət qeydiyyatı müəyyən məq-

sədlər üçün aparılır: nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olun-

muş təhlükəsizlik qaydalarına uyğun olması; nəqliyyat vasitələrinin istifadə olunması zamanı uçot göstəricilə-

rində  müvafiq  dəyişikliklərin  aparılması;  nəqliyyat  vasitələri  sahibləri  tərəfindən  rüsumların  və  ya  vergilərin, 

yaxud ödənişlərin ödənilməsi; hüquq pozuntularına qarşı (cinayətkarlığa və s. qarşı) mübarizə aparılması və s. 

Göründüyü kimi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması nəqliyyat vasitələrinə mülkiyyət hü-

ququnun əmələ gəlməsinə səbəb olan faktiki tərkibin zəruri elementi kimi çıxış etmir. Əqdlərdən əmələ gələn 

hüquqların dövlət qeydiyyatı isə məhz bu cür element rolunu oynayır. Belə ki, məsələn, əgər şəxs alqı-satqı mü-

qaviləsi əsasında avtomobil əldə edərsə və daxili işlər orqanında (DYP -də) onun qeydiyyatı aparılmazsa (uçota 

götürülməzsə), bu hal həmin avtomobil üzərində yaranan mülkiyyət hüququnun qüsurlu olmasına dəlalət edə 

bilməz. Ona görə ki, göstərilən qeydiyyatın aparılmaması avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığına 

səbəb ola bilməz. 

10. Əqdlərdə razılıq 

Elə əqdlər var ki, onların hüquqi nəticə doğurması hər hansı üçüncü şəxsin razılıq verməsindən  asılı olur. 

Həmin şəxsin verdiyi razılıq hüquqi fakt kimi tərəflər üçün mülki hüquq və vəzifələr yaradır. Bu cür razılığın 

verilməsi müəyyən məqsədə xidmət edir. Birincisi, razılıq ziyana düşməməkdən ötrü əqd subyektlərinin məna-

feyi üçün verilir. Məsələn, valideynlər fəaliyyət qabiliyyəti natamam olan (14 yaşdan 18 yaşa kimi) şəxslərin 

ə

qd bağlamasına razılıq verirlər.  kincisi, razılığın verilməsi təmsil olunanın (vəkalət verənin) mənafeyinə xid-



mət edir. Ona görə ki, nümayəndə (təmsilçi) məhz təmsil olunanın adından və onun mənafeyi üçün əqd bağla-

yır. Məsələn, vətəndaş (təmsil olunan) öz qonşusuna (nümayəndəyə) ona iyirmi min dollara bağ evi almağı tap-

ş

ırır. Lakin xoşagələn münasib bağ evi otuz min manata satılır. Qonşu (nümayəndə) belə halda alqı-satqı əqdi-



nin bağlanmasına vətəndaşın razılığını almalıdır. Məlum məsələdir ki, bu cür razılıq vətəndaşın (təmsil oluna-

nın) mənafeyinə xidmət edir. Üçüncüsü, razılıq verilməsi səlahiyyətli şəxsin mənafeyinə xidmət edir. Səlahiy-

yətli şəxs rolunda mülkiyyətçi, öhdəlik hüququnun subyekti, yəni kreditor çıxış edə bilər. Əgər şəxs öz adından 

özgəsinin hüququna (yəni səlahiyyətli şəxsin hüquqlarına) sərənjam verirsə, məsələn, onu özgəninkiləşdirirsə, 

ləğv edirsə və ya yüklü edirsə, onda o, səlahiyyətli şəxsin razılığını almalıdır. Məsələn, icarəçi icarəyə götürdü-

yü əşyanı üçüncü şəxsə icarəyə (subicarəyə) verdikdə, səlahiyyətli şəxsin (kreditorun), yəni icarəyə verənin ra-

zılıq verməsi gərəkdir. Müəyyən bir şəxsin özgəsinin borcunu öz üzərinə götürdüyü hallarda da kreditorun buna 

razılıq verməsi tələb olunur. Məsələn, borc alan şəxs pulu (borc məbləğini) dostunun adına keçirir. Söz yox ki, 

kreditor (borc verən) buna razılıq verməlidir. Dördüncüsü, razılığın verilməsi o halda tələb olunur ki, bağlanan 

ə

qd şəxsin hüquq və mənafeyinə toxunsun. Məsələn, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərənjam əq-



di bağladığı zaman digər tərəfin notarial qaydada təsdiq edilmiş razılığı lazımdır. 

Ə

qdlərdə razılıq müstəqil mülki-hüquqi konstruksiya kimi bizim ölkə qanunvericiliyində yeni haldır, novel-



ladır. Düzdür, köhnə qanunvericilik onun müəyyən fraqmentlərini nəzərdə tuturdu. Amma həmin qanunvericili-

yə  görə,  əqdlərdə  razılıq  müstəqil  konstruksiya  sayılmırdı.  Mövcud  qanunvericilik  isə  Almaniyanın 

qanunvericilik  ənənəsinə  uyğun  olaraq,  onu  müstəqil  konstruksiya  hesab  edir.  Yeri  gəlmişkən,  qeyd  edək  ki, 

Almaniya Mülki Qanunnaməsinin 182-ci, 183-cü, 184-cü, 185-ci və s. paraqrafları əqdlərdə razılıq üzrə müna-

sibətlərin tənzimlənməsinə həsr edilmişdir. 

Almaniya sivilistika doktrinasına görə, razılıq hüquqi əqdin hissəsi yox, onun etibarlı olmasını şərtləndirən 

zəruri elementdir («condicio curis» — qanuni şərt). O, birtərəfli iradə ifadəsidir. Özü də o, başqa tərəfin qəbul 

etməsi tələb olunan iradə ifadəsidir. Ona görə də razılıq həm bir tərəfin, həm də digər tərəfin qarşısında (ünvanı 

üzrə) ifadə edilə bilər (MM-in 355-ci maddəsi, Almaniya MQ-nin 182-ci paraqrafı). 

Ə

qdlərdə razılıq dedikdə, əqddə iştirak etməyən üçüncü şəxsin əqdin bağlanmasına icazə verməsi başa dü-

ş

ülür. O, əqdin bağlanması prosesinin əlavə mərhələsidir. «Əqdlərdə razılıq» və «əqdlərdə icazə» eyni mənalı 



anlayışlardır.  

Ə

qdlərdə razılığın üç forması var: qabaqjadan verilmiş razılıq; xüsusi razılıq; sonradan verilən razılıq. Qa-



baqjadan verilmiş razılığın mahiyyəti ondan ibarətdir ki, əqd bağlananadək üçüncü şəxsin əvvəljədən icazə 

verməsi əqdin etibarlı sayılması üçün əsas olur. Bu cür razılığa Almaniya Mülki Qanunnaməsinə uyğun olaraq 

(§ 183) «icazə» (Einwilligung) deyilir. Məsələn, qəyyumluq və himayəçilik orqanının qabaqjadan icazə vermə-

si qəyyumluqda və himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə səbəb olur (MM-in 36-cı maddəsinin 2-



 

333


ci bəndi). 

Ə

qdin bağlanmasına verilmiş icazə əqd bağlananadək geri götürülə və bununla da ləğv edilə bilər (MM-in 



356-cı maddəsi). Anoloci qayda Almaniya Mülki Qanunnaməsində də nəzərdə tutulur (§ 183). Bundan sonra 

icazənin ləğv edilməsi barədə hər iki tərəfə (əqd iştirakçısına) məlumat verilir. 



Xüsusi razılığa və ya xüsusi icazəyə lisenziya deyilir. Yalnız bu cür lisenziya olduqda, şəxs müvafiq əqdlər 

bağlaya bilər. Lisenziya xüsusi razılıq tələb edən ayrı-ayrı fəaliyyət növləri üzrə verilir. Məsələn, kredit təşkila-

tı  bank  əmanəti,  bank  hesabı,  kredit  və  digər  müqavilələr  bağlamaq  üçün  Milli  Bankdan  lisenziya  almalıdır. 

Müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya olmazsa, şəxsin bağladığı əqd etibarsız hesab edilir.  



Sonradan  verilən  razılığın  mahiyyəti  ondan  ibarətdir  ki,  bunun  nəticəsində  artıq  bağlanmış  əqd  hüquqi 

qüvvəyə minir. Sonradan verilən razılığa Almaniya Mülki Qanunnaməsinə uyğun olaraq (§ 184)  «bəyənmə» 

(Genehmigung) deyilir. Bəyənmə əqdin zəruri elementi kimi tərəflər üçün hüquq və nəticələr doğurur. Məsələn, 

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxs müstəqil surətdə əqd bağlayırlar. Əgər onların 

valideynləri həmin əqdi bəyənsələr, o, etibarlı hesab ediləjəkdir (MM-in 30-cu maddəsinin 1-ci bəndi). Bu isə o 

deməkdir ki, bəyənmə geriyə təsir qüvvəsinə malikdir. Ona görə ki, bəyənən şəxs yeni əqdə yox, əvvəl bağlan-

mış əqdə razılıq verir. O, əqdi artıq bağlanmış əqd kimi bəyənir. Məhz bu səbəbdən də bəyənmə geriyə qüvvəyə 

malikdir: əqdin bağlandığı andan (bəyənildiyi andan yox) hüquqi qüvvəsi vardır. Bu cür göstəriş olduğu kimi 

Almaniya Mülki Qanunnaməsində də nəzərdə tutulur (§ 184). 

Digər hallarda da bəyənmə qaydasında əqdin bağlanması mümkündür: fəaliyyət qabiliyyəti olmayan sayıl-

mış şəxsin bağladığı əqd sonradan qəyyumun bəyənməsi ilə etibarlı hesab edilə bilər (MM-in 28-ci maddəsinin 

3-cü bəndi); 14 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin bağladığı

 

ə

qd sonradan valideynləri, övlad-



lığa götürənlər və ya qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır (MM-in 29-cu maddəsinin 1-ci bəndi); məh-

dud fəaliyyət qabiliyyətli şəxslərin bağladığı əqd sonradan himayəçisinin yazılı razılığı ilə bəyənildikdə etibarlı 

hesab edilə bilər (MM-in 32-ci maddəsinin 1-ci bəndi). 

Ümumi qayda belədir ki, səlahiyyəti olmayan şəxsin (səlahiyyətsiz şəxsin) əşyaya və ya hüquqa dair sərən-

jam vermək (özgəninkiləşdirmək, girov qoymaq, kirayəyə vermək və s.) hüququ çatmır. O, yalnız səlahiyyətli 

şə

xsin qabaqjadan verdiyi icazə əsasında əşya və ya hüquq barədə sərənjam əqdi bağlaya bilər. Məsələn, icarə-



çinin əşyanı ikinci əldən icarəyə vermək ixtiyarı yoxdur. Amma səlahiyyətli şəxs, yəni icarəyə verən mülkiyyət-

çi razılıq versə, o, həmin əşyanı başqa şəxsə icarəyə (subicarəyə) verə bilər.  

Bəzi hallarda səlahiyyətsiz şəxs mülkiyyətçinin (səlahiyyətli şəxsin) qabaqjadan razılığını almadan əşya ba-

rəsində sərənjam əqdi bağlayır. Bu cür məqamlarda, əgər səlahiyyətli şəxs bunu bəyənərsə, əqd etibarlı olur. 



Razılığın formasına gəldikdə isə qeyd etmək lazımdır ki, əqdin bağlanmasına verilən razılığın forması hə-

min əqdin formasından asılı deyildir. Əgər əqd üçün qanunla müəyyən forma (sadə yazılı forma və ya notarial 

forma) nəzərdə tutularsa, onda həmin əqdin bağlanmasına verilən razılığın göstərilən formaya uyğun gəlməsi 

tələb edilmir və məjburi deyil. Bu, o deməkdir ki, qanunla sadə yazılı forma müəyyənləşdirilən əqdin bağlan-

masına verilən razılıq həm şifahi, həm də yazılı formada ola bilər. Razılıq susmaq yolu ilə də ifadə edilə bilər. 

L.Ennekserusun  fikrinjə,  razılığın  formasının  əqdin  formasından  asılı  olmaması  haqqında  qayda  onunla  izah 

edilir ki, razılıq əqdin hissəsi yox, onun etibarlı olmasının zəruri elementidir. Amma qanunvericilikdə razılığın 

yazılı formada bağlanması bəzi məqamlarda nəzərdə tutulur (MM-in 32-ci maddəsinin 1-ci bəndi). 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə