MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə54/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   91
§ 4. Əqdin etibarsızlığı.  

Etibarsız əqdlər və onların növləri 

1. Əqdlərin etibarsızlığının anlayışı  

Qeyd etdik ki, sivilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstə-

rilir.  Bu  şərtlər  qanunda  nəzərdə  tutulmuşdur:  əqdin  subyekt  tərkibinə  aid  edilən  şərt;  əqdin  məzmununa  aid 

edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu 

şə

rtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağla-



dıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur.  

Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş 

öz birotaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə 

bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. 

Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəl-

məsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Başqa bir misalda 

on üç yaşlı məktəbli (yetkinlik yaşına çatmayan şəxs) qiymətli ev-məişət predmetini (məsələn, xalçanı) öz mək-

təb yoldaşına bağışlayır. Bu cür müqavilə etibarsız hesab edildiyinə görə hüquqi nəticə doğurmur. Belə ki, 13 

yaşlı şəxsin məktəb yoldaşının həmin predmet (xalça) üzərində mülkiyyət hüququ əmələ gəlmir. Ona görə ki, 

ə

qdin subyekt tərkibi haqqında şərt pozulmuş, ona əməl olunmamışdır. Bu şərtə görə əqd bağlayan subyektlər 



 

334


tam mülki fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Həmin məktəblilərin isə tam mülki fəaliyyət qabiliyyəti 

yoxdur. Beləliklə, nəzərdə tutulan şərtlərdən birinin pozulması, ona riayət edilməməsi əqdin etibarsızlığına sə-

bəb olur.  

Ə

qdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş ver-



məməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğur-

maq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.  

Mülki qanunvericilik əqdlərin etibarsızlığı haqqında vacib və prinsipial əhəmiyyətə malik olan ümumi hüqu-

qi  prinsip  müəyyən  edir:  Mülki  Məcəllədə  müəyyənləşdirilmiş  şərtləri  pozmaqla  bağlanmış  əqd  etibarsızdır 

(MM-in 337-ci maddəsinin 1-ci bəndi). Aksioma xarakterinə malik olan bu prinsip imperativ qaydadır: bu qay-

da heç kim tərəfindən dəyişilə bilməz. Konkret mülki-hüquqi mübahisəni həll edən məhkəmənin göstərilən qay-

dadan kənara çıxmaq hüququ yoxdur. Məhkəmələr əqdin etibarlı olması şərtlərinə cavab verən, lakin qanunun 

tələblərinə zidd olan əqdi etibarlı əqd saya bilməzlər.  

Ümumi hüquqi prinsipin rolu və əhəmiyyəti o halda təzahür edir ki, bağlanmış müvafiq əqd, əqdin etibarlı 

olmasını şərtləndirən tələblərə, əsasən, uyğun gəlir və cavab verir. Məsələn, vətəndaş tanımadığı şəxsdən televi-

zor alır. Belə təsəvvür yaranır ki, vətəndaşla şəxs arasında bağlanmış əqd, əqdin etibarlı olması şərtlərinə uy-

ğ

undur. Belə ki, əqdi bağlayanlar tam fəaliyyət qabiliyyətinə malikdirlər (əqdin subyekt tərkibi haqqında şərt), 



ə

qd tərəflərin qarşılıqlı razılığı ilə şifahi formada bağlanmışdır (əqdin formasına aid şərt), habelə iradə və iradə-

ni ifadə etmə vəhdət təşkil edir.  Lakin məlum olur ki, şəxsin satdığı televizor onun özününkü deyilmiş,  yəni 

şə

xsin həmin televizorun mülkiyyətçisi olmaması aşkar edilir. Televizor həmin şəxsə qonşu tərəfdən saxlanja 



verilibmiş. Qanunun göstərişi baxımından bu əqd etibarsız hesab edilir. Daha doğrusu, həmin əqdin məzmunu 

qanunsuzdur. Ona görə ki, televizoru satan şəxs televizorun mülkiyyətçisi deyildir və onu satmağa ixtiyarı çat-

mır. Bu cür əqd göstərilən hüquqi prinsip (qayda) əsasında etibarsız hesab edilir.  

Ə

qdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə ria-



yət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi 

nəticəyə  səbəb  olmur.  Onlar  qanunda  nəzərdə  tutulan  mənfi  nəticənin  yaranmasına  gətirib  çıxarır.  Etibarsız 

ə

qdlər hüquqazidd, qeyri-hüquqi hərəkətlərdir.  



Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətləəqdin etibarlı olması şərtlərindən, heç 

olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hü-

quq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir.  

Sovet dövrünün hüquq doktrinasında «etibarsız əqd» termininin işlədilməsi barəsində mübahisə yaranmışdı. 

Hüquq  ədəbiyyatında  etibarsız  əqdlərin  hansı  dərəcədə  əqd  sayılmasının  mümkünlüyü  müzakirə  edilirdi.  Bir 

qrup müəlliflər göstərirdilər ki, əgər əqd etibarsızdırsa, onda, sadəjə olaraq, əqd yoxdur. Yox, əgər əqd mövcud-

dursa, onda o, etibarsız ola bilməz. M.M.Aqarkovun fikrinjə, əqdə hüquqauyğunluq əlaməti xasdır, ona görə də 

etibarsız əqdləri etibarsız iradə ifadəsi adlandırmaq lazımdır. Bir qrup müəlliflər isə «etibarsız əqd» termininin 

işlədilməsini zəruri hesab edirdilər. Məsələn,  .B.Novitski qeyd edirdi ki, etibarlı əqdlərlə bərabər, etibarsız əqdlər 

də mövcud ola bilər. O.S. offe isə göstərirdi ki, «etibarsız əqd» termininin tətbiq edilməsi təjrübi baxımdan tama-

milə əsaslı və uğurludur. Onun fikrinjə, etibarsız əqdlərin hüquqazidd olması belə bir faktı ifadə edir ki, həyata 

keçirilən hərəkət əqd deyildir. 

Bizim fikrimizjə, axırıncı adlarını çəkdiyimiz alimlərin mövqeyi əsaslıdır. Müasir müəlliflərin hamısı «eti-

barsız əqd» terminini işlədirlər. Onlar həm də etibarsız əqdlərin təsnifini verirlər. Mövcud qanunvericilikdə də 

bu termindən istifadə olunmasına rast gəlirik. Belə ki, Azərbaycan Respublikasının MM-i «etibarsız əqd» ter-

minini işlədir. Digər tərəfdən MM-in 14-cü fəsli xüsusi olaraq həmin əqdlərin tənzimlənməsinə həsr edilmişdir. 

Etibarsız əqd anlayışı Yaponiya sivilistika doktrinasına da məlumdur: etibarsız əqdlər odur ki, onlar ya cinayət 

məsuliyyəti, ya da mülki hüquq pozuntusuna görə zərərin əvəzini ödəmək kimi nəticəyə səbəb olur. 

2. Etibarsız əqdlərin təsnifi 

Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin 

etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. 

Ə

qdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementinin qüsur-

lu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir:  

 subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər;  



 iradəsi qüsurlu olan etibarsız əqdlər;  

 forması qüsurlu olan əqdlər;  



 məzmunu qüsurlu olan əqdlər.  

Ə

qdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə mülki qanunvericilik etibarsız əqdlərin 

iki növünü fərqləndirir:  



 

335


 mübahisə edilən əqdlər;  

 puç əqdlər (əhəmiyyətsiz əqdlər). 



Hüquq ədəbiyyatında mübahisə edilən əqdlər nisbi etibarsız, puç əqdlər isə mütləq etibarsız əqdlər adlanır. 

Müəlliflərdən ilk dəfə V.A.Ryasentsev mübahisə edilən əqdlərin nisbi etibarlı əqdlər adlandırılmasını təklif et-

mişdir. 

Sivilistika doktrinasında (mülki hüquq elmində) etibarsız əqdlərin mübahisə edilən əqdlər və puç əqdlər adlı 

iki yerə bölünməsi kimi təsnif üstünlük təşkil edir. Bizim ölkənin yeni qanunvericiliyi RF-in qanunvericiliyinin 

ardınja, bu cür təsnifi qanunvericilik qaydasında rəsmən nəzərə alaraq qəbul etmişdir (MM-in 337-ci maddəsi-

nin 2-ci və 3-cü bəndləri). Bizim Mülki Məcəllə göstərir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhə-

miyyətsiz əqdlər ola bilər (MM-in 337-ci maddəsinin 1-ci bəndi). Həmin təsnifi Almaniya mülki qanunvericili-

yi də tanıyır: Nichtiokeit (puç əqdlər); Anfechtbare Rechtsdeschafte (mübahisə edilən əqdlər). 

 

Etibarsız əqdlərin göstərilən iki növü (mübahisələr edilən və puç əqdlər) bir-birindən nə ilə fərqlənir? Qeyd 



etmək lazımdır ki, müvafiq qanunla Azərbaycan Respublikasının MM-nə dəyişikliklər və əlavələr edilməsinə 

kimi nisbi etibarsız əqdlər puç əqdlərdən iki əlamətə görə fərqlənirdi: 

 müvafiq əqdin etibarsız hesab edilməsi qaydasına görə (birinci əlamət); 



 əqdin etibarsızlığı barədə tələb irəli sürən şəxslərin dairəsinə görə (ikinci əlamət). 

Hər iki əlamət formal xarakter daşıyırdı. Buna görə də qanunvericinin iradəsi ilə istənilən etibarsız əqd ya 

nisbi etibarsız, ya da mütləq etibarsız əqd kimi tanına bilərdi. 

Birinci əlamətin mahiyyəti ondan idarət idi ki, nisbi etibarsız əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən 

müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılırdı; əgər belə qərar olmazdısa, müvafiq əqd nisbi etibarsız əqd 

kimi tanına bilməzdi. Başqa sözlə desək, nisbi etibarsız əqd yönəldiyi hüquqi nəticəyə səbəb olurdu; amma əgər 

məhkəmə əqdi etibarsız hesab etsə idi,

 

onda həmin nəticə ləğv edilirdi. Əgər məhkəməyə müraciət olunmazdısa 



və ya əqdin etibarsız sayılması barədə iddia məhkəməyə qanunla müəyyənləşdirilən iddia müddəti ərzində ve-

rilməzdisə (yəni həmin müddət ötürülərdisə), özündə müvafiq qüsurun olmasına baxmayaraq əqd etibarlı sayı-

lırdı. 

kinci əlamətin mahiyyəti ondan ibarət idi ki, əqdin etibarsız hesab edilməsi barədə iddianı, adətən, zərərçə-



kən tərəf verirdi. Başqa sözlə desək, bir qayda olaraq, əqdin etibarsız sayılmasını zərərçəkən tərəf tələb edə bi-

lərdi; mübahisə edilən əqdin etibarsız sayılması tələbini MM-də göstərilən şəxslər irəli sürə bilərdilər; əqd barə-

də mübahisə etmək hüququ maraqlı şəxsə mənsub idi. 

Puç əqd isə mübahisə edilən əqddən (nisbi etibarsız əqddən) fərqli olaraq, özlüyündə, nejə deyərlər, avtoma-

tik surətdə, onun məhkəmə tərəfindən etibarsız sayılmasından asılı olmayaraq, etibarsız hesab edilirdi. Başqa 

sözlə desək, puç əqd özünün etibarsız olmasının məhkəmə tərəfindən təsdiqlənməsini tələb etmirdi və etibarlı 

ə

qdlərin doğura biləjəyi hüquqi nəticəyə səbəb olmurdu. Buna görə də tərəflər belə əqdi sadəjə olaraq icra et-



mirdilər ki, bu da öz növbəsində hər hansı mənfi nəticəyə səbəb olmurdu. 

Nə üçün puç əqdin etibarsız olmasının məhkəmə tərəfindən təsdiqlənməsi tələb edilmirdi? Bu əqdin məhkə-

mə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olması nə ilə bağlı idi? 

Qeyd etmək lazımdır ki, puç əqd o qədər açıq-aşkar və aydın şəkildə görünən qüsura malikdir ki, həmin qü-

surun və əqdin etibarsızlığının xüsusi olaraq sübut olunmasına ehtiyac yoxdur. Doğrudan da puç əqdin qüsuru 

çox vaxt üzdə olur. Özü də həmin qüsuru, adətən aradan qaldırmaq mümkün olmur. Bunlara görə, puç əqdin 

etibarsız sayılması üçün müvafiq məhkəmə qərarının olması tələb edilmirdi və ona bu nöqteyi-nəzərdən elmi 

(doktrinal) anlayış verilirdi. 

24 iyun 2005-ci ildə qəbul edilmiş qanunla Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi nəticəsində 

nisbi etibarsız və puç əqdlər artıq göstərdiyimiz iki əlamətə görə bir-birindən fərqləndirilmir.  ndi onlar ara-



sında fərqi müəyyənləşdirmək üçün «əqd barədə mübahisə etmək» kimi əlaməəsas götürülür. Məhz bu 

ə

lamət əsasında nisbi etibarsız əqd puç əqddən fərqləndirilir, onlar arasında hədd qoyulur. Həmin əlamətə görə 



də həmin növ etibarsız əqdlərə leqal anlayış verilir. 

Nisbi etibarsız əqdlər odur ki, onlar barəsində mübahisə etməyə yol verilir; mübahisə etmək yolu ilə əqd 

etibarsız hesab edilir; əqdin etibarsız hesab edilməsi üçün hər hansı məhkəmə qərarı tələb olunmur; etibarsız 

ə

qdin bu növü məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız olan əqddir. Bu-



na görə də nisbi etibarsız əqdə məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqd kimi baxmaq 

olmaz; yalnız mübahisə etmək faktı əqdin nisbi etibarsız hesab edilməsi üçün kifayətdir; əqd anjaq mübahisə 

predmetinə çevrilməsinə görə etibarsız əqd kimi tanınır. 

O əqdlər nisbi etibarsız əqdlər sayılır ki, onlar barəsində mübahisə edilsin; əgər etibarsız əqd barəsində mü-

bahisə edilməzsə, müvafiq qüsura malik olmasına baxmayaraq, o, etibarlı hesab ediləjəkdir. Bu kimi cəhətlərinə 

görə nisbi etibarsız əqdlər həm də mübahisə ediləəqdlər adlanır. Mülki qanunvericilik məhz «mübahisə edi-



 

336


lən əqd» termini işlədir. 

Mübahisə edilən əqd həm də tərəflərin razılığı (sazişi) ilə etibarsız hesab edilir. Bu, çox vaxt mümkün olmur. 

Ona görə də mübahisə edilən əqdlər, bir qayda olaraq, məhkəmə qaydasında etibarsız edilir. Digər tərəfdən ək-

səriyyət hallarda mübahisə edilən əqdin etibarsız əqd sayılması, inandırıcı və tutarlı sübutların olmasını tələb 

edir. Belə sübutlar isə yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Başqa sözlə desək, mübahisə edilən əq-

din qüsurunun xüsusi olaraq məhkəmə tərəfindən sübut edilməsinə, adətən, ehtiyac vardır. Odur ki, mübahisə 

edilən əqdin məhkəmə tərəfindən etibarsız hesab edilməsi qaçılmaz yoldur. Məsələ burasındadır ki, tərəflər mü-

bahisə edilən əqdin etibarsız sayılması barədə çətin ki, öz aralarında razılığa gələ bilsinlər. Buna görə də müba-

hisə edilən əqd adətən, məhkəmə yolu ilə iddia icraatı qaydasında etibarsız sayılır.  ddianı isə məhkəməyə zə-

rərçəkən  tərəf  verir.  Məsələn,  hər  hansı  şəxs  fiziki  zorakılığa  məruz  qalır,  ona  əzab-əziyyət  verilir  və  bunun 

nəticəsində həmin şəxs əqd bağlayır. Əlbəttə, onların əqdin etibarsız sayılması barədə razılığa gəlmələri çətin 

məsələdir. Buna görə də həmin əqd yalnız məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 



Puç əqd odur ki, həmin əqdin etibarsız hesab edilməsi mübahisə predmetinə çevrilmir; o, özlüyündə, avto-

matik surətdə, qanunda ifadə olunan göstərişə əsasən etibarsız olan əqddir. Məsələn, MM-in 29-cu maddəsində 

nəzərdə tutulmuş hallar istisna olmaqla, 14 yaşı tamam olmamış azyaşlının bağladığı əqd etibarsızdır (MM-in 

344-cü maddəsinin 1-ci bəndi). Bu əqdlərin qüsuru kifayət dərəcədə göz qabağındadır. Bu səbəbdən onun qüsu-

runu və etibarsızlığını məhkəmə tərəfindən xüsusi olaraq sübuta yetirmək tələb edilmir. 

§ 5. Əqdin elementinin qüsurlu olması  

meyarına görə etibarsız əqdlərin növləri 

1. Subyekt tərkibi qüsurlu olan etibarsız əqdlə

Ə

qdin subyekt tərkibi barəsində şərtin pozulması ilə bağlanan əqdlərə subyekt tərkibi qüsurlu olan 



etibarsız əqdlər deyilir. Əqdin subyekt tərkibi barədə şərt belədir: əqd iradəvi hərəkət (akt) olduğuna görə onu 

yalnız tam mülki fəaliyyət qabiliyyətli subyektlər bağlaya bilərlər. Əgər əqd tam fəaliyyət qabiliyyəti olmayan, 

yəni məhdud fəaliyyət qabiliyyətli şəxslər tərəfindən bağlanarsa, bu, həmin şərtin pozulmasına səbəb olur. Bu 

isə subyekt tərkibi qüsurlu olan etibarsız əqdlərin yaranmasını şərtləndirir. Məhz bu səbəbdən tam fəaliyyət qa-

biliyyəti olmayan şəxslərin (azyaşlıların, yetkinlik yaşına çatmayanların, psixi-ruhi xəstələrin, spirtli içkilərdən, 

psixotrop  maddələrdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  edənlərin,  qumara  qurşananların)  bağladıqları 

ə

qdlər subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər hesab edilir.  



On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxsin (qismən fəaliyyət qabiliyyətli şəxsin) 

bağladığı əqd subyekt tərkibi qüsurlu olan etibarsız əqddir (MM-in 344-cü maddəsi). Belə ki, tam mülki fəaliy-

yət qabiliyyətinə malik olmadığı üçün bu kateqoriya şəxslərin bağladığı əqd etibarsız hesab edilir. Onların bağ-

ladıqları əqdlərin hüquqi qüvvəsi yoxdur. Bu kateqoriya şəxslərin əvəzinə, əqdləri (xırda məişət əqdləri və digər 

növ əqdlər istisna olmaqla) onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya 

bilərlər.  



On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin bağladıqları əqdlər sub-

yekt tərkibi qüsurlu olan əqdlərin bir növüdür (MM-in 345-ci maddəsi). Həmin kateqoriya şəxslər bəzi növ əqd-

lər istisna olmaqla (bu əqdlərin dairəsi MM-in 30-cu maddəsinin 2-ci bəndi nəzərdə tutulmuşdur), əqdləri öz 

valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Əgər bu şəxslər onların 

yazılı razılığı olmadan əqd bağlayarlarsa, onda həmin əqdin hüquqi qüvvəsi olmur və etibarsız sayılır.  

Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış (məhdud fəaliyyət qabiliyyətli) şəxslərin bağladıqları əqdlər də 

subyekt tərkibi qüsurlu olan əqdlərə aiddir (MM-in 343-cü maddəsi). Bu kateqoriya subyektlər spirtli içkilər-

dən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticə-

sində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan fiziki şəxslərdir. Onların xırda məişət əqdləri-

ni müstəqil surətdə bağlamaq hüququ vardır. Qalan digər əqdləri isə məhdud fəaliyyət qabiliyyətli şəxslər yal-

nız himayəçisinin razılığı ilə bağlaya bilərlər. Əgər onlar öz himayəçisindən razılıq almadan əmlaka dair sərən-

jam verilməsi (alqı-satqı, icarəyə və kirayəyə vermək, bağışlamaq, dəyişmək və s.) barədə əqdlər bağlayarlarsa, 

onda həmin əqd etibarsız hesab edilir. Bu cür hallarda himayəçi məhkəməyə iddia verir. Məhkəmə həmin iddia-

ya baxaraq, məhdud fəaliyyət qabiliyyətli şəxsin bağladığı əqdin etibarsız sayılması barədə müvafiq qərar çıxa-

rır.  


Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdlər subyekt tərkibi qüsurlu olan əqd növünə şamil 

edilir (MM-in 342-ci maddəsi). Bu kateqoriya şəxslər ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətləri-

nin mənasını başa düşməyən və ya öz hərəkətinə rəhbərlik edə bilməyən şəxslərdir. Ona görə də onlar məhkə-

mə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılırlar.  

Fəaliyyət qabiliyyəti olmayan şəxslərin əqd bağlamağa ixtiyarı çatmır. Onların adından əqdləri qəyyum bağ-

layır. Buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlər hüquqi əhəmiyyətə malik olmayıb, 



 

337


etibarsız hesab edilir.  

Bununla belə, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin mənafeyini müdafiə etmək məqsədilə mül-

ki qanunvericilik həmin şəxsin bağladığı əqdin hüquqi qüvvəsi olan əqd kimi tanınmasının mümkünlüyü barədə 

xüsusi qayda müəyyənləşdirir (MM-in 342-ci maddəsinin 2-ci bəndi). Bu qaydaya görə, həmin şəxsin bağladığı 

ə

qd  onun  xeyrinə  olarsa  (məsələn,  başqasının  ona  əmlak  bağışlaması  və  ya  əmlakı  onun  əvəzsiz  istifadəsinə 



verməsi  və  s.),  həmin  əqd  qəyyumun  razılığı  ilə  etibarlı  sayıla  bilər.  Məsələn,  fəaliyyət  qabiliyyəti  olmayan 

şə

xs  alıcı  qismində  minik  avtomobilinin  alqı-satqı  əqdi  bağlayır.  Bazarda  qiymətlərin  kəskin  surətdə  artması 



nəticəsində bu əqdin doğurduğu iqtisadi maraq satıcı üçün öz əhəmiyyətini itirir. Satıcı dərhal xatırlayır ki, əqd 

bağladığı  şəxsin  fəaliyyət  qabiliyyəti  yoxdur  və  buna  görə  də  minik  avtomobilinin  geri  qaytarılmasını  tələb 

edir. Belə halda fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumunun razılığı ilə həmin əqd etibarlı hesab edilə bi-

lər. 


Təkcə fiziki şəxslərin yox, həm də hüquqi şəxslərin iştirak etdiyi əqdlər subyekt tərkibinə görə qüsurlu 

ola bilər. Əgər fiziki şəxslərin bağladıqları əqdin qüsuru bu şəxslərin fəaliyyət qabiliyyəti ilə əlaqədardırsa, hü-

quqi şəxslərin subyekt rolunda çıxış etdiyi  əqdin qüsuru onların hüquq qabiliyyəti və ya hüquqi şəxsin or-



qanlarının statusu ilə bağlıdır. Bu baxımdan subyekt tərkibi qüsurlu olan, hüquqi şəxslərin iştirak etdiyi eti-

barsız əqdlərin iki növü fərqləndirilir: hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdlər (MM-

in 349-cu maddəsi); hüquqi şəxsin orqanlarının məhdudlaşdırılmış səlahiyyətlərini aşmaqla bağladığı etibarsız 

ə

qdlər (MM-in 350-ci maddəsi). 



Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdləsubyekt tərkibi qüsurlu olan əqd nö-

vünə şamil edilir. Bu etibarsız əqdin özü iki cür olur: hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fə-

aliyyət məqsədlərinə zidd olaraq bağladığı etibarsız əqd; müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi 

(lisenziyası) olmayan hüquqi şəxsin bağladığı etibarsız əqd.  



Hüquqi  şəxsin  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət  məqsədlərinə  zidd  olaraq  bağladığı 

etibarsız  əqdlər  həmin  hüquqi  şəxsin  nizamnamə  məqsədlərinə  uyğun  gəlməyən  əqdlərdir.  Bu  əqdləri  hüquq 

ə

dəbiyyatında nizamnamədənkənar əqdləadlandırırlar.  



Hüquq ədəbiyyatında belə bir fikir irəli sürülür ki, kommersiya təşkilatının yox, qeyri-kommersiya təşkilatı-

nın bağladığı əqdlər öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız hesab 

edilir. Bu halı onunla izah edirlər ki, kommersiya təşkilatı fiziki şəxs kimi ümumi, (universal), qeyri-kommersi-

ya  təşkilatı  isə  xüsusi  hüquq  qabiliyyətinə  malikdir.  Bizim  zənnimizjə,  həm  qanuna  görə  hüquq  qabiliyyəti 

məhdudlaşdırılan kommersiya təşkilatı (məsələn, bank, sığorta təşkilatı və s.), həm də qeyri-kommersiya təşki-

latının bağladığı əqdlər, əgər öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız 

hesab edilir. Ona görə ki, hər iki növ hüquqi şəxs məqsədli (məhdud) hüquq qabiliyyətinə malikdir. Çünki bu 

kateqoriya hüquqi şəxslərin hamısı, ümumi qaydaya görə, yalnız elə mülki hüquqlar əldə edə və mülki vəzifələr 

daşıya bilər ki, bu hüquqlar ya qanunda, ya da onların nizamnaməsində (təsis sənədində) müəyyənləşdirilən fəa-

liyyət məqsədlərinə uyğun olsun.  

Azərbaycan Respublikasının mülki qanunvericiliyi kommersiya hüquqi şəxsinin yox, yalnız qeyri-kommer-

siya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədlərinin müəyyənləşdirilməsini nə-

zərdə tutur. Qanunvericiliyin bu cür mövqeyi hüquq ədəbiyyatında irəli sürülən belə bir fikrə uyğundur ki, qa-

nuna görə məjburi olmayan hallarda kommersiya təşkilatının təsis sənədlərində fəaliyyət məqsədi və predmeti-

nin müəyyənləşdirilməsi onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə çevirir. Bəzi 

müəlliflər isə hesab edirlər ki, kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin predmeti və məq-

sədlərinin müəyyənləşdirilməsi, heç də onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə 

çevirmir. Bu cür mövqe ilə çətin ki razılaşmaq olar. Doğrudan da, əgər kommersiya təşkilatı məşğul olduğu fə-

aliyyət növlərini (profillərini) öz nizamnaməsində konkret olaraq sadalayarsa, o, bununla hüquq qabiliyyətini 

məhdudlaşdırır və hüquq qabiliyyətini xüsusi (məqsədli) hüquq qabiliyyətinə çevirir. Bu halda isə həmin kom-

mersiya təşkilatı yalnız öz nizamnaməsində göstərilən və sadalanan fəaliyyət növlərinə uyğun gələn mülki hü-

quq və vəzifələr əldə edə, əqdlər bağlaya bilər. Onun nizamnamədənkənar istənilən əqdi bağlamağa ixtiyarı çat-

mır. Məsələn, əgər kommersiya təşkilatının nizamnaməsində onun yalnız informasiya xidməti göstərməsi üzrə 

fəaliyyət həyata keçirməsi nəzərdə tutulsa və bu təşkilat ticarət-vasitəçilik əqdi bağlasa, həmin əqd etibarsız he-

sab ediləjəkdir.  

Kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin məqsəd və predmetləri göstərilmədikdə isə hə-

min təşkilat ümumi (universal) hüquq qabiliyyətli olur. Məhz bu səbəbdən o, qanunla qadağan edilməyən istə-

nilən əqdi bağlaya bilər. Bəzi hallarda kommersiya təşkilatının nizamnaməsində konkret fəaliyyət növləri sada-

lanır və həmin siyahı «qanunla qadağan edilməyən istənilən fəaliyyət növü» ilə tamamlanır. Bu, o deməkdir ki, 

göstərilən hüquqi şəxs ümumi (universal) hüquq qabiliyyətlidir. Odur ki, həmin şəxs qanunla qadağan edilmə-


1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə