MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə55/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   51   52   53   54   55   56   57   58   ...   91

Müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd 

hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdin ikinci halıdır (yarımnövüdür). Belə ki, ayrı-

ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Bu fəaliyyət 

növlərinin siyahısı qanunvericiliklə müəyyənləşdirilir. Xüsusi icazə (lisenziya) alındığı andan və ya lisenziyada 

göstərilən vaxtdan hüquqi şəxsin həmin fəaliyyət növləri ilə məşğul olmaq hüququ yaranır. Məsələn, kredit təş-

kilatı kredit, lizinq, faktorinq, bank  əmanəti və  bank hesabı kimi müqavilələr bağlaması üçün Milli Bankdan 

bank fəaliyyətinin həyata keçirilməsinə icazə verən lisenziya almalıdır. Sığorta təşkilatı da sığorta müqaviləsi 

bağlamaq üçün sığorta fəaliyyəti barədə Maliyyə Nazirliyindən lisenziya almaq vəzifəsini daşıyır. Əgər bu və 

ya digər hallarda hüquqi şəxslər xüsusi icazə (lisenziya) almadan əqdlər bağlayarlarsa, onlar etibarsız hesab edi-

ləjək.  


Amma hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdlərin iki  yarımnövünü etibarsız hesab etmək 

üçün təkcə həmin əqdlərin bağlanma faktı kifayət etmir və yetərli deyil. Bunun üçün həm də əlavə şərtin olması 

gərəkdir. Bu şərt əqddə iştirak edən digər tərəfin (kontragentin) bağlanmış həmin əqdin qanunsuz olduğunu bil-

məsinin və ya bilməli olduğunun sübuta yetirilməsindən ibarətdir. Kontragent rolunda həm fiziki, həm də hüqu-

qi şəxslər çıxış edə bilərlər.  

Göstərilən faktlar mövcud olduqda, maraqlı şəxslər hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin 

etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edirlər. Maraqlı şəxslər qismində həmin hüquqi 

şə

xsin özü və onun təsisçisi çıxış edə bilər. Məhkəmə qərarı həmin əqdin etibarsız hesab edilməsi üçün əsasdır. 



Məhkəmə yolundan o halda istifadə olunur ki, əqdin etibarsız sayılması barədə tərəflər arasında yaranmış mü-

bahisə könüllü yolla həll olunmasın. 

Qeyd etmək lazımdır ki, qanunun xüsusi olaraq «müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisen-

ziyası) olmayan hüquqi şəxsin bağladığı əqd etibarsızdır» kimi göstəriş ifadə etməsi tələb olunmur (yeri gəlmiş-

kən MM-in 349-cu maddəsində belə göstəriş nəzərdə tutulmuşdu və indi o, ləğv olunmuşdur). Məsələ burasın-

dadır ki, xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olmaq imkanı hüquqi şəxsin fəaliyyət 

qabiliyyətinin (hüquq qabiliyyətinin) əsas elementlərindən biridir (dərsliyin 7-ci fəslinin 2-ci paraqrafının 3-cü 

yarımbaşlığına  baxın).  Əgər  hüquqi  şəxs  xüsusi  icazə  (lisenziya)  almadan  müvafiq  fəaliyyət  növüylə  məşğul 

olaraq əqdlər bağlayarsa, onlar hüquqi şəxsin fəaliyyət qabiliyyətindən kənara çıxan əqdlər hesab edilir. Digər 

tərəfdən əqd bağlamaq hüquqi şəxsin hüquq

 

qabiliyyətinin yox, fəaliyyət qabiliyyətinin elementi sayılır. Buna 



görə də MM-in 49-cu maddəsində hüquqi şəxsin yalnız fəaliyyət qabiliyyətindən (hüquq qabiliyyətindən yox) 

kənara çıxan əqdin etibarsızlığından söhbət gedə bilər. Lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət gös-

tərmək digər tərəfdən hüquqi şəxsin ləğvinə səbəb olur (MM-in 59-cu maddəsinin 2-ci bəndinin 3-cü yarımbən-

di).  


Subyekt tərkibi qüsurlu olan, hüquqi şəxsin iştirak etdiyi etibarsız əqdin ikinci növünü hüquqi şəxsin or-

qanlarının məhdudlaşdırılmış səlahiyyətlərini aşmaqla bağladığı əqd təşkil edir. 

Bu əqd yalnız üç şərt olduqda etibarsız hesab edilir. Birincisi, hüquqi şəxsin orqanlarının əqd bağlamaq səla-

hiyyəti məhdudlaşdırılmalıdır. Hamımıza məlumdur ki, hüquqi şəxsin adından yalnız onun orqanlarının hüqu-

qauyğun  hərəkətlər  etmək,  o  cümlədən  əqd  bağlamaq  səlahiyyəti  vardır.  Bəzən  hüquqi  şəxsin  orqanının  əqd 

bağlamaq səlahiyyəti onun nizamnaməsində, qanunda (Mülki Məcəllədə) nəzərdə tutulan səlahiyyətə nisbətən 

məhdudlaşır. 

Hüquqi şəxslər nümayəndələr (təmsilçilər) vasitəsilə də əqdlər bağlaya bilərlər (MM-in 49-cu maddəsinin 2-

ci bəndi). Nümayəndə rolunda həm fiziki şəxslər, həm də hüquqi şəxslər çıxış edə bilərlər. Belə halda nüma-

yəndə ilə hüquqi şəxs arasında, adətən, tapşırıq müqaviləsi bağlanır. Məsələn, hüquqi şəxs bu müqavilə əsasın-

da nümayəndəyə belə bir tapşırıq verir ki, o, hüquqi şəxs üçün on min manatdan yuxarı məbləğdə olmayan hər 

hansı avadanlıq alsın. Beləliklə, həmin müqavilə ilə nümayəndəyə əqd bağlamaq səlahiyyəti verilir. Bu səlahiy-

yət etibarnaməyə nisbətən məhdudlaşdırıla bilər. Belə ki, satıcıdan avadanlığı almaq üçün nümayəndəyə tapşı-

rıq müqaviləsi əsasında etibarnamə verilir. Burada isə alınajaq avadanlığın istənilən qiymətə əldə edilməsi gös-

tərilir. Deməli, nümayəndənin əqd bağlamaq səlahiyyəti etibarnaməyə nisbətən məhdudlaşmış olur. 

Şə

xsin əqd bağlamaq səlahiyyəti hüquqi şəxsin nizamnaməsində və müqavilədə açıq-aşkar əqdin bağlandığı 



şə

raitə görə də məhdudlaşa bilər. Məsələn, topdansatış mağazasının satıcısı hər gün alıcılarla istənilən məbləğ-

də əqd bağlayır. Mağazanın nizamnaməsində və əmək müqaviləsində nəzərdə tutulur ki, satıcı yalnız iki min 

manat məbləğində əqd bağlaya bilər. Bununla onun əqd bağlamaq səlahiyyəti məhdudlaşır. 

kincisi, hüquqi şəxsin orqanı və ya şəxs məhdudlaşdırılmış səlahiyyətdən kənara çıxır, onu aşır. Məsələn, 

yuxarıdakı misalda nümayəndə avadanlığı tapşırıq müqaviləsində göstərilən on min manat məbləğindən baha 

məbləğdə alır. Topdansatış mağazasının satıcısı iki min manatdan yuxarı məbləğdə əqd bağlayır.  


 

339


Üçüncüsü, əqddə iştirak edən şəxs göstərilən məhdudiyyətləri bilməli və ya bilməyə borclu olmalıdır. 

Ə

qdin etibarsız sayılması barədə iddianı mənafeyi üçün məhdudiyyətlər  qoyulmuş şəxs verə bilər. Bu cür 



şə

xs qismində hüquqi şəxsin təsisçisi (iştirakçısı), səhmdarlar və digər kateqoriya şəxslər çıxış edə bilər. Məh-

kəmə qərarı əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Əgər əqdin etibarsız sayılması barədə mübahisə könül-

lü olaraq həll edilərsə, məhkəmə qərarı tələb edilmir. 



2.  radəsi qüsurlu olan əqdlə

Ə

qdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozular-



sa, əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. 

radəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə for-

malaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə ol-

madan bağlanan əqdlər; daxili iradəsi düzgün formalaşmayan əqdlər. 



Zorakılıq,  hədə  təsiri  altında,  bir  tərəfin  nümayəndəsinin  digər  tərəflə  pis  niyyətlə  razılığa  gəlməsi 

nəticəsində bağlanan əqd daxili iradə olmadan bağlanan əqdə aid olunur (MM-in 339-cu maddəsi). Bu cür 

etibarsız əqdlərdə müvafiq tərəfin daxili iradəsi təhrif edilir. Onu qanunvericilik zərərçəkən tərəf adlandırır. Bu 

tərəfin əqd bağlamaq üçün daxili iradəsi yoxdur. Buradakı iradə ifadəsi həmin tərəfin yox, bu tərəfə təsir göstə-

rən hər hansı başqa şəxsin iradəsini əks etdirir. Bu cür şəxs qismində əqd üzrə kontragent (əqdin qarşı tərəfi), 

kontragentin mənafeyi üçün hərəkət edən üçüncü şəxs və ya əqdin bağlanmasında maraqlı olan digər şəxs çıxış 

edə bilər. Zərərçəkən əqdin doğurmalı olduğu hüquqi nəticənin baş verməsini arzu etmir və istəmir.  

Almaniya mülki hüquq elminə görə, iradə iki tərkibdən ibarətdir: xarici tərkibdən; daxili tərkibdən.  radənin 

xarici tərkibi şəxsin elə hərəkətlərindən (hərəkətsizliyindən) ibarətdir ki, bu hərəkətlər (hərəkətsizlik) hüquqi 

nəticənin yaranmasına yönələn iradə ifadəsi kimi çıxış edir.  radənin daxili tərkibi isə hərəkət etməyə, ifadə 

olunmağa və əqd bağlamağa  yönələn iradəni, yəni müəyyən hüquqi xarakterli hərəkətə  yönələn iradəni əhatə 

edir. Göstərilən növ etibarsız əqdlər iradənin məhz daxili tərkibindən məhrum olur. 



Mülki hüquqda zorakılıq dedikdə, əqd iştirakçısını əqd bağlamağa vadar etmək üçün fiziki və ya mənəvi 

ə

zab-əziyyət vermək yolu ilə onun iradəsinə göstərilən təsir başa düşülür. Fiziki və ya mənəvi əzab-əziyyət əqd 



iştirakçısının yaxınlarına (atasına, qardaşına, oğluna və digər ailə üzvlərinə, yaxın qohumlara) da verilə bilər. 

Məsələn, alıcı evi ucuz qiymətə almaq üçün ev mülkiyyətçisinin oğluna əzab-əziyyət verir. Başqa bir misalda 

şə

xs bağ evini kirayəyə götürmək üçün həmin evin sahibinin atasına fiziki təzyiq göstərir. Beləliklə, zorakılıq 



ə

qd iştirakçısının arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqd etibar-

sız sayılır (MM-in 339-cu maddəsinin 4-cü bəndi). 

Zorakılıq  hüquqazidd  hərəkətlərdə  ifadə  olunmalıdır.  Məsələn,  şəxsin  əlindən  tutub  zorla  onu  müqaviləyə 

qol  çəkdirmək;  onu  qaranlıq  yerdə  saxlamaq;  onun  əl-qolunu  bağlamaq;  həmin  şəxsi  bağlı  divarlar  arasında 

saxlamaq və s. Bunların cinayət hərəkətləri olması tələb edilmir və məjburi deyil. Bu, o deməkdir ki, hüquqa-

zidd hərəkətlər cinayət olmayan hərəkətlərlə də edilə bilər. Məsələn, şəxs qulluq tabeliyindən və ya vəziyyətin-

dən istifadə etməklə əqd iştirakçısının iradəsinə təsir göstərir. Bu, zorakılıq hərəkətidir. Hərəkətlər qanuna zidd 

məqsədlərlə  və  qanuna  zidd  vasitələr  tətbiq  edilməklə  həyata  keçirilməlidir  (MM-in  339-cu  maddəsinin  4-cü 

bəndi). Ümumiyyətlə, əqdin etibarsız hesab edilməsi üçün əsas olan zorakılıq həmişə mülki hüquq pozuntusu 

kimi çıxış edir. 

Zorakılıq, bir qayda olaraq, kontragent tərəfindən həyata keçirilir. O, üçüncü şəxslər tərəfindən də edilə bi-

lər. Belə halda vacibdir ki, kontragentin bu barədə məlumatı olsun, üçüncü şəxs onun tapşırığı və icazəsi ilə hə-

rəkət etsin və bu hərəkətlərdən o, öz mənafeyi üçün istifadə etsin. Məsələn, vətəndaş kimsəsiz qonşusundan xa-

hiş edir ki, qonşu mənzilini ona bağışlasın. Qonşu bundan imtina edir. Vətəndaşın tapşırığı ilə hər hansı üçüncü 

şə

xs qonşunu bağışlama müqaviləsi bağlamağa məjbur etmək üçün ona fiziki təzyiq göstərir. Deməli, zorakılıq 



üçüncü şəxs tərəfindən törədildiyi halda da əqd etibarsız sayılır (MM-in 339-cu maddəsinin 4-cü bəndi). 

Zorakılıq nəticəsində bağlanmış əqd məhkəmə tərəfindən etibarsız sayılır. Bu barədə iddianı zərəəkə



verir

Belə əqdin məhkəmə tərəfindən etibarsız sayılması onunla izah edilməlidir ki, bu məsələ (əqdin doğurduğu 

nəticəni aradan qaldırmaq) barədə tərəflər arasında yaranan mübahisə çətin ki, məhkəməsiz könüllü yolla həll 

olunsun. 



Mülki hüquqda hədə dedikdə, əqd iştirakçısını əqd bağlamağa vadar etmək üçün onun iradəsinə göstərilən 

psixi təsir (təzyiq) başa düşülür. Bu təsir (təzyiq) əqd iştirakçısı nəzərdə tutulan əqdi bağlamayajağı təqdirdə, 

ona və ya onun yaxınlarına gələcəkdə əmlak, fiziki-cismani və ya mənəvi zərər vurulmasını bildirmək yolu ilə 

göstərilir. Əqd iştirakçısının yaxınları dedikdə, onun arvadı (əri), digər ailə üzvləri və yaxın qohumlar başa dü-

ş

ülür (MM-in 339-cu maddəsinin 4-cü bəndi). Məsələn, qonşu vətəndaşdan tələb edir ki, əgər o, öz qaracını sat-



masa, həmin vətəndaşın qardaşının minik avtomobilini yandırajaqdır. 

 

340


Xarici ölkələrin mülki hüquq elmində hədəyə mahiyyətjə eyni anlayış verilir. Məsələn, L.Ennekserus yazır: 

hədə elə bir təsirdir ki, bu təsir hədə göstərən şəxsin iradəsindən bu və ya digər dərəcədə asılı olmaqla kiməsə 

gələcəkdə pislik (yamanlıq) edilməsinə yönəlir. Yaponiya mülki qanunvericiliyində hədə yox, məjburetmə təsi-

ri altında bağlanan əqd anlayışı işlədilir (MM-in 96-cı maddəsinin 1-ci bəndi). Məjburetmə elə bir qanunsuz hə-

rəkətdir ki, bu hərəkət başqa şəxsi qorxutmaqla və həmin şəxsə hər hansı pislik edilməsi hədəsi altında onu mü-

ə

yyən iradə ifadəsinə vadar edir. 



Öz  məqsəd  istiqamətinə  görə  hədə  zorakılığın  eyni  olub,  ona  bərabər  tutulur.  Belə  ki,  hədənin  vasitəsilə 

kontragent əqd iştirakçısını onun arzulamadığı əqdi bağlamağa məjbur etmək istəyir. 

Bununla belə, onlar arasında fərqli cəhətlər də vardır. Birincisi, hədə zorakılıqdan fərqli olaraq, fiziki-cisma-

ni təsirdən (təzyiqdən) məhrumdur. Hədə yalnız psixi təsirlə (təzyiqlə) bağlıdır.  kincisi, zorakılıqdan fərqli ola-

raq, hədə həm hüquqazidd hərəkətlər etmək (məsələn, şəxsi əmlakı məhv etmək, işgənjə vermək, bədənə xəsa-

rət yetirmək və s.), həm də hüquqauyğun hərəkətlər etmək (məsələn, vergi və ya polis orqanlarına xəbər ver-

mək, cinayət əməli barədə mətbuatda çıxış etmək və s.) imkanından ibarətdir. Zorakılıq isə həmişə hüquqa-

zidd hərəkətlərlə edilir

Hüquq  ədəbiyyatı  səhifələrində  göstərilir  ki,  əgər  hədə  hüquqauyğun  hərəkətlər  etmək  imkanından  ibarət 

olarsa, onda əqdi etibarsız hesab etmək olmaz. Bu, onu ifadə edir ki, hüquqauyğun hərəkətlərdən hədə kimi isti-

fadə edilsə, əqd etibarsız sayıla bilməz. Bizim fikrimizjə, hüquqauyğun hərəkətlərdən də, hüquqazidd hərə-



kətlərdən də hədə kimi istifadə ediləndə, daxili iradə olmur və buna görə də əqd etibarsız hesab edilir

Almaniya sivilistika doktrinası da anoloci mövqedə durur. L.Ennekserus yazır ki, hədə yol verilən təsir vasitələ-

ri ilə həyata keçirilsə də, hüquqa (qanuna) ziddir (məsələn, şəxsin cinayət qaydasında ərizə verməsi ilə digər 

şə

xsi hədələməsi və s.). Müəlliflərin əksəriyyəti də məhz bu mövqedə dururlar. Yalnız bir halda hüquqauyğun 



hərəkətdən hədə kimi istifadə ediləndə əqd etibarsız hesab edilmir. Bu, ümumi mülkiyyətin bölünməsi haqqında 

iddia vermək hədəsi altında ümumi mülkiyyət iştirakçısının həmin mülkiyyətdən onun payının ayrılması tələ-

bindən ibarətdir.  

Bununla belə, istənilən hər hansı hədə təsiri əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bunun üçün 

bir neçə şərtin olması gərəkdir. Birincisi, hədə real olmalıdır. Hədənin reallığı dedikdə, əqd iştirakçısına və ya 

onun yaxınlarına zərər vurulmasının real imkanı başa düşülür. Başqa sözlə desək, hədənin reallığı onun praktiki 

cəhətdən həyata keçirilməsi imkanını ifadə edir. 

kincisi, hədə əqd iştirakçısında müəyyən təhlükə haqqında təsəvvür yaratmaq imkanına malik olmalı-



dır. Məsələn, uşağın oğurlanması, şəxsi əmlakın yandırılması və s. əqd iştirakçısında baş verəjək təhlükəli hadi-

sə barəsində kifayət qədər aydın təsəvvür əmələ gətirir. Hədənin real, təhlükəli olması kimi məsələlər işin konk-

ret hallarını nəzərə almaqla məhkəmə tərəfindən həll edilir.  

Üçüncüsü, hədə şəxsi əqd bağlamağa təhrik etmək  məqsədilə bilavasitə həyata keçirilməlidir.  Bu cür 

təhrik etmə məqsədilə əlaqədar olmayan hədə əqdin etibarsızlığına səbəb ola bilməz. Məsələn, vətəndaşı başqa 

bir şəxs ölümlə hədələyir. Bu hədənin təsiri nəticəsində vətəndaş silah mağazasında özünə mülki silah alır. Belə 

halda bağlanmış alqı-satqı əqdi etibarsız sayılmayajaqdır. 

Hədə təsiri əqd iştirakçısına həm sözlə, həm də  real hərəkətlər vasitəsilə göstərilə bilər. Onun həm şifahi, 

həm də yazılı formada olması mümkündür. Hədə anonim formada da ola bilər. 

Hədə təsiri həm kontragentin özü, həm də onun tapşırığı və icazəsi ilə üçüncü şəxs tərəfindən göstərilə bilər. 

Belə halda üçüncü şəxs kontragentin mənafeyi üçün hərəkət edir. 

Hədə təsiri altında bağlanan əqdlər məhkəmə tərəfindən etibarsız sayılır. Məhkəməyə iddianı zərəəkə



verir. Bu əqd ona görə etibarsız hesab edilir ki, burada əqd iştirakçısının daxili iradəsi olmur, iradə ifadəsi isə 

ona göstərilən psixi təsirlə (təzyiqlə) bağlı olur.  

Belə əqd ona görə məhkəmə tərəfindən etibarsız sayılır ki, onun zərərçəkən şəxs üçün doğurduğu nəticəni 

qarşı tərəf (hədə təsiri göstərən şəxs), adətən, könüllü surətdə aradan qaldırmır. Digər tərəfdən tərəflərin əqdin 

etibarsız hesab edilməsi barədə razılığa gəlmələri çətin məsələdir. Odur ki, əqdin etibarsız hesab edilməsi barə-

də mübahisənin həlli məhkəmə prosedurasını tələb edir. 



Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi dedikdə, təmsil olunan şəxsə zərər 

vurmaq niyyəti ilə kontragentin və ya nümayəndənin və yaxud da onların hər ikisinin (kontragentin və nüma-

yəndənin) mənafeyi üçün saziş bağlanması başa düşülür. Bildiyimiz kimi, əqdlər subyektlərin şəxsən özləri tə-

rəfindən yox, həm də nümayəndələr tərəfindən bağlanır. Məsələn, vətəndaş öz qonşusuna tapşırır ki, qonşu 

onun  üçün  bağ  evi  alsın.  Qonşu  nümayəndə  rolunda  çıxış  edərək,  vətəndaş  adından,  onun  mənafeyi  üçün  və 

onun hesabına kontragentlə bağ evinin alqı-satqı müqaviləsi bağlayır. Bu cür münasibətlərdə üç kateqoriya sub-

yekt çıxış edir: təmsil olunan şəxs; nümayəndə; kontragent. 

Təmsil  olunan  şəxs  onun  adından  və  onun  mənafeyinə  əqd  bağlamaq  üçün  nümayəndəyə  tapşırıq  verən 


 

341


şə

xsdir. Məsələn, yuxarıdakı misalda vətəndaş təmsil olunan şəxs hesab edilir. 



Nümayəndə dedikdə, təmsil olunan şəxs adından, onun mənafeyi üçün və onun hesabına kontragentlə mü-

qavilə bağlayan şəxs başa düşülür. Yuxarıdakı misalda qonşu nümayəndə sayılır.  



Kontragent odur ki, o, təmsil olunan adından nümayəndənin bağladığı əqddə qarşı tərəf rolunda çıxış edir. 

Ona üçüncü şəxs də deyilir. Məsələn, yuxarıdakı misalda bağ evinin sahibi (satıcı) kontragent hesab edilir.  

Göründüyü kimi, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış 

ə

qdlər nümayəndəlik münasibətlərindən əmələ gəlir. Bu münasibətlərdən yalnız müəyyən şərtlər olduqda eti-



barsız əqdlər yarana bilər. 

Birincisi, təmsil olunana zərər vurmaq üçün nümayəndə ilə kontragent arasında pis niyyət barədə ra-



zılaşma olmalıdır. Bu məqsəd onların qəsdən əlbir olmalarını ifadə edir. Həmin əqd isə təmsil olunan şəxsin 

iradəsini  kontragentin  nəzərinə  çatdırmağa  imkan  vermir.  Bu  iradə  gizlinjə,  qəsdən  nümayəndənin  iradəsi  ilə 

dəyişilir, əvəz olunur. 

kincisi, qəsdəəlbir olma təmsil olunan üçün arzuolunmaz, mənfi nəticəyə səbəb olmalıdır. Bu nəticə 

təmsil olunanın əmlakının azalmasında, onun əmlakına zərər vurulmasında və s. ifadə oluna bilər.  

Bir qayda olaraq, pis niyyətlə razılaşma fayda götürmək məqsədi (tamah məqsədi) güdür. Məsələn, yuxarı-

dakı misalda nümayəndə (qonşu) bağ evini satın alarkən kontragentə (bağ evi sahibinə) on min manat verir. La-

kin onlar tamah məqsədilə razılığa gələrək, müvafiq alqı-satqı sənədini on beş min manat məbləğində rəsmiləş-

dirirlər. Beş min manat məbləğində pul isə qonşu ilə bağ evi sahibi arasında bölüşdürülür.  

Amma tamah məqsədinin olub-olmamasının, bağlanmış əqddən əmlak (maddi) faydası götürmək niyyətinin 

mövcudluğunun və ya faktiki surətdə bu cür faydanın götürülməsinin əhəmiyyəti yoxdur. Bu qəbildən olan əqd-

ləri etibarsız saymaq üçün əsas və vacib odur ki, nümayəndə və kontragent təmsil olunana zərər vurmaq məqsə-

dilə pis niyyət barədə razılığa gəlsinlər.  

Göstərilən növ əqdlər ona görə etibarsız sayılır ki, bu əqdlər daxili iradədən məhrumdur.  radə ifadəsini hə-

yata keçirən nümayəndə təmsil olunan şəxsin iradəsini öz mənafeyi və ya kontragenti mənafeyi üçün təhrif edir. 

Buna görə də həmin əqdlər zərəəkən tərəfin iddiası məhkəmə tərəfindən etibarsız sayılır.  

Ona görə ki, etibarsız əqdin zərərçəkən şəxs üçün yaratdığı mənfi nəticənin könüllü yolla, məhkəməsiz ara-

dan qaldırılması yəqin ki, mümkün olmayajaqdır. Şübhə yoxdur ki, tərəflərin öz aralarında əqdin etibarsız sayıl-

ması barədə razılığa gəlmələri mümkün deyildir. 

Öz  hərəkətlərinin  mənasını  başa  düşməyən  və  onlara  rəhbərlik  edə  bilməyən  fiziki  şəxsin  bağladığı 

ə

qd daxili iradə olmadan bağlanan əqd kateqoriyasına aid edilir (MM-in 346-cı maddəsi). Bu kateqoriya şəxslə-



rin mülki fəaliyyət qabiliyyəti vardır. Onlar psixi pozuntu nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti 

olmayan sayılmış şəxslər dairəsinə (mülki-hüquqi mənada anlaqsız şəxs kateqoriyasına) şamil edilmirlər. Onlar 

həm də anlaqsız vəziyyətində olan şəxslərə — cinayət-hüquqi mənada anlaqsız şəxslər kateqoriyasına aid olun-

murlar. Həmin şəxslər xüsusi kateqoriya şəxslər qrupuna daxil edilirlər. 

Göstərilən xüsusi kateqoriyalı şəxslər mülki fəaliyyət qabiliyyətli olsa da, bəzən bu və ya digər halların təsiri 

nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və ya onlara rəhbərlik edə bilmirlər. Əgər həmin şəxslər bu 

vəziyyətdə əqd bağlasalar, onun hüquqi əhəmiyyəti olmur və buna görə də həmin əqd etibarsız sayıla bilər. Mə-

sələn, sərxoş vəziyyətində olan şəxs özünün iki min manatlıq qiymətli əşyasını (məsələn, bahalı zinət əşyasını) 

beş yüz min manata satır.  

Göstərilən şəxslərin həmin vəziyyətə düşməsi müxtəlif hallarla bağlı ola bilər. Bu halların dairəsi qanunla 

müəyyənləşdirilmir. Amma mülki hüquq elmində onların müxtəlif növləri göstərilir: uzun sürən  ağır xəstəlik 

nəticəsində əsəb sisteminin zəifləməsi; şəxs üçün ağır olan bu və  ya digər hadisənin baş verməsi nəticəsində 

(məsələn, doğmalarından birinin ölümü) əsəb sarsıntısı; fiziki travma (iflij, kontuziya, odlu və ya soyuq silah-

dan yaralanma); alkoqoldan və ya narkotik maddələrdən sərxoş olma; müvəqqəti psixi pozuntu; huşun - şüurun 

itməsi və s. Bu halların nəticəsində şəxs öz iradəvi və ya əqli qabiliyyətini itirir.  

Göstərilən kateqoriya şəxslərin bağladığı əqdin etibarsız hesab edilməsi barədə iddianı məhkəməyə həmin 

şə

xsin özü verir. Bununla bərabər, əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri po-



zulmuş digər şəxslər də (məsələn, ər-arvad, valideynlər və s.) iddia ilə məhkəməyə müraciət edə bilərlər.  ddia-

nı sonradan fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxs üzərində təyin edilən qəyyum da verə bilər. Belə ki, fi-

ziki şəxs ruhi xəstəlik (psixi pozuntu, ağıl zəifliyi) şəraitində əqd bağlayır. Sonradan məhkəmə onun fəaliyyət 

qabiliyyəti olmayan şəxs sayılması barədə qərar çıxarır. Bu qərar əsasında həmin şəxs üzərində qəyyum təyin 

edilir. Qəyyum bu şəxsin məhkəməyə kimi hələ fəaliyyət qabiliyyəti olan zaman bağladığı əqdin etibarsız hesab 

edilməsi barədə iddia verə bilər. Lakin həmin əqd bağlandığı vaxt şəxsin öz hərəkətlərinin mənasını başa düş-

mədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilməlidir (MM-in 346-cı maddəsinin 2-ci bəndi). Belə 

halda şahid ifadələrindən, tibb orqanlarının rəylərindən, ekspert rəyindən və s. sübutetmə vasitəsi kimi istifadə 



 

342


edilir. 

Məhkəmə iki hüquqi fakt (hüquqi tərkib) olduqda əqdin etibarsız hesab edilməsi barədə qərar qəbul edir: fi-

ziki şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi; fiziki şəxsin bu 

vəziyyətdə əqd bağlaması. 

radəsi qüsurlu olan əqdlərin ikinci növünü daxili iradəsi düzgün formalaşmayan əqdlər təşkil edir.  Bu 

qəbildən olan əqdlərin daxili iradəsi qüsurlu deyildir. Amma bu iradə onun əsl mahiyyətini təhrif edən halların 

təsiri altında formalaşır. 

Aldatma nəticəsində bağlanmış əqd bu növ əqdlərə daxil edilir. Söhbət o əqdlərdən gedir ki, bu əqdlərin 

iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. Həmin əqd işti-

rakçısının mənafeyi üçün aldatmanı üçüncü şəxslər də həyata keçirə bilərlər. Belə halda üçüncü şəxslər onun 

icazəsi və tapşırığı ilə hərəkət edir.  



Aldatma əqd iştirakçısının (kontragentin) və ya bunun mənafeyi üçün üçüncü şəxsin qəsdən etdiyi elə hərə-

kətdir ki, bu hərəkət nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, əqdin bağlanması üçün mü-

hüm əhəmiyyəti olan hallar və faktlar barəsində qeyri-düzgün təsəvvür yaranır. Anoloci anlayış Almaniya mül-

ki hüquq elmində də verilir: aldatma dedikdə, istənilən hər hansı elə bir davranış başa düşülür ki, bunun nəticə-

sində qəsdən başqa şəxsdə yanlış təsəvvür yaranır. Yaponiya sivilistika elmində göstərilir: aldatma başqa şəxsi 

yanıltmaq üçün edilən elə bir qanunsuz hərəkətdir ki, bunun nəticəsində həmin şəxs iradəsini ifadə edir. 

Aldatma, bir qayda olaraq, iki formada həyata keçirilir: fəal hərəkət formasında; passiv hərəkət formasında.  

Fəal hərəkət formasında aldatma əqd iştirakçısına yalan, saxta məlumatlar verilməsi ilə müşayiət olunur. 

Məsələn, minik avtomobilinin sahibi satmamışdan qabaq qət olunan məsafəni (kilometracı) alıcıdan gizlətmək 

üçün onun spidometrini və ya texniki pasportunu dəyişdirir. Bu vasitə ilə o, avtomobilin köhnəlmə dərəcəsini 

alıcıdan gizlətmək istəyir. 



Passiv hərəkət formasında aldatma əqd iştirakçısının hərəkətsizliyində ifadə olunur. Belə ki, o, əqdin bağ-

lanmasına mane ola biləjək hal və faktlar barədə qəsdən susur. Məsələn, turist firması ekskursiya müddətində 

labüd əlavə xərjlərin çəkilməsi barədə müştərilərə məlumat vermir. Başqa bir misalda satıcı malın qüsurlu ol-

ması barədə susur, danışmır. Podratçı tikdiyi obyektin qüsurlu olması barədə sifarişçiyə məlumat vermir. Satıcı 

alıcıya saxta keyfiyyət sertifikatı verir. Beləliklə, əqd iştirakçısı mövcud faktlar barədə natamam məlumat verir 

və ya onları gizlədir. 

Aldatma həmişə subyektiv cəhətdən qəsdlə xarakterizə olunur. Təqsirin ehtiyatsızlıq formasında aldatma 

hərəkətləri edilmir: ehtiyatsızlıqla əqd iştirakçısını aldatmaq qeyri-mümkündür.  

Aldatma  yolu  ilə  bağlanmış  əqdin  etibarsız  sayılması  üçün  əsas  və  başlıja  şərt  aldatmanın  əqd  bağlamaq 

məqsədilə həyata keçirilməsindən ibarətdir. Şəxs yalnız əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqd eti-

barsız sayıla bilər (MM-in 339-cu maddəsinin 2-ci bəndi). Aldadan tərəfin aldatmadan maddi fayda götürmək 

və  ya  qarşı  tərəfə  zərər  vurmaq  kimi  məqsəd  güdməsinin  əqdin  etibarsız  sayılması  üçün  əhəmiyyəti  yoxdur 

(MM-in 339-cu maddəsinin 2-ci bəndi).  

Aldatma təkcə əqdin əsas elementlərinə yox, həm də onun fakultativ elementinə — əqdin motivinə də aid 



ola bilər. Məsələn, vətəndaş xaricə köçüb getmək üçün pul əldə etmək niyyəti ilə qüsurlu olan minik avtomobi-

lini satır. Vətəndaş alıcını inandırır ki, guya onun uşaqları xəstədir və müalijə, dava-dərman üçün pul lazımdır. 

Ona görə də avtomobili ucuz qiymətə satır.  

Ş

übhə yoxdur ki, mübahisə yarandıqda aldadan tərəf etibarsız əqd üzrə aldığını könüllü surətdə zərərçəkən 



tərəfə qaytarmayajaqdır. Digər tərəfdən tərəflərin əqdin etibarsızlığı barədə öz aralarında razılığa gəlməmələri 

şə

ksizdir. Odur ki, məsələ məhkəmə qaydasında həll olunur. 



Aldatma yolu ilə bağlanan əqdin etibarsız hesab edilməsi barədə iddia zərəəkəəqd iştirakçısı tərəfin-

dəverilir. Məhkəmə həmin iddiaya mahiyyətjə baxaraq, əqdin etibarsız hesab edilməsi barədə müvafiq qərar 

çıxarır.  

Şə

xsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd daxili iradəsi düzgün formalaşmayan əqdə aid-

dir (MM-in 339-cu maddəsi). Hüquq ədəbiyyatında buna son dərəcə ağır şərtli əqd deyilir.  



Son dərəcə ağır şərtli əqd dedikdə, şəxsin ağır vəziyyətə düşməsi nəticəsində onun üçün açıq-aşkar əlveriş-

siz şəraitdə məjburən bağladığı əqd başa düşülür. Bu əqd onunla xarakterizə edilir ki, həmin əqdi bağlayan şəx-

sin daxili iradəsi onun normal formalaşdırılmasına mane olan halların təsiri altında yaranır. Elə halların ki, bu 

hallar şəxsi onun üçün son dərəcə əlverişsiz şəraitdə əqd bağlamağa vadar edir. Məsələn, fiziki şəxsin birdən-

birə çox böyük məbləğdə borcu yaranır. Kreditorlar (borc tələb edən şəxslər) borcun dərhal və ləngimədən ödə-

nilməsini tələb edirlər. Bu tələbi təmin etmək məqsədilə şəxs öz bahalı minik avtomobilini yarı qiymətə satır. 

Göründüyü  kimi,  şəxsin  iradəsinin  formalaşmasına  təsir  göstərən  hal  kontragentdən  asılı  olmayaraq  yaranır. 

Bununla o, aldatmadan fərqlənir. Belə ki, aldatma kontragent və ya onun icazəsi ilə üçüncü şəxs tərəfindən hə-



 

343


yata keçirilir. 

Amma  kontragent  həmin  halı  dərk  edir,  başa  düşür  və  bundan  onun  özü  üçün  sərfəli,  əlverişli  olan  əqdin 

bağlanması məqsədilə istifadə edir. Həmin əqd isə zərərçəkən fiziki şəxs üçün son dərəcə sərfəli deyildir. Bun-

dan əlavə, zərərçəkən fiziki şəxs bağladığı əqdin son dərəcə ağır şərtli əqd olduğunu anlayır və başa düşür. O, 

ş

üurlu surətdə dərk edir ki, məhz yaranmış ağır vəziyyət onu bu cür əqd bağlamağa məjbur etmişdir. 



Son dərəcə ağır şərtli əqdi etibarsız hesab etmək üçün üç əsas faktın olması gərəkdir: şəxsin ağır vəziyyətə 

düşməsi faktı; əqd şərtinin açıq-aşkar qeyri-sərfəli olması; kontragentin təqsiri.  

Şə

xsin ağır vəziyyətə düşməsi dedikdə, bir qayda olaraq, onun çətin maddi (əmlak) və maliyyə vəziyyəti ilə 

üzləşməsi başa düşülür. Bu, hər şeydən əvvəl, pul və digər zəruri maddi vəsaitlərin olmamasında ifadə edilir. 

Şə

xsin düşdüyü ağır vəziyyət şəxsi amillərlə də bağlı ola bilər. Bundan əlavə, onun doğmalarının (ərin-arvadın, 



valideynlərinin,  uşaqların,  yaxın  qohumların  və  s.)  ağır  vəziyyətə  düşməsi  mümkündür,  bu,  istisna  olunmur. 

Göstərilən vəziyyətə konkret bir neçə misal çəkə bilərik: fiziki şəxsin uşağının ağır xəstələnməsi; böyük məb-

ləğdə birdən-birə borcun yaranması; şəxsin müflisləşməsi; vətəndaşın köçkün və qaçqın düşməsi və s.  

Ə

qd  şərtinin  açıq-aşkar  qeyri-sərfəli  olması  dedikdə,  əqdin  zərərçəkən  şəxs  üçün  son  dərəcə  əlverişsiz 

şə

rtlə bağlanması başa düşülür. Bu, o deməkdir ki, əqd üzrə zərərçəkən tərəf etdiyi hərəkətin müqabilində kont-



ragentdən  qeyri-bərabər,  qeyri-ekvivalent,  qeyri-mütənasib  haqq  və  ya  digər  qarşılıqlı  əvəz  alır.  Məsələn,  öz 

xəstə uşağını xarici ölkəyə müalijəyə aparmaq məqsədilə lazımi pul əldə  etmək üçün  ata bağ  evini çox ucuz 

qiymətə satır. Öz yaşayış yerindən didərgin düşmüş məjburi köçkün zəruri ərzaq məhsulları almaq üçün qızıl-

zinət şeylərini «su qiyməti»nə satır. Təxirəsalınmaz vacib məsələni həll etmək üçün vətəndaş öz qonşusundan 

çox yuxarı faizə borc pul götürür.  

Kontragentin təqsiri dedikdə, onun şəxsin ağır vəziyyətə düşdüyünü bilməsi və özü üçün sərfəli olan əqdin 

bağlanması məqsədilə bu vəziyyətdən istifadə etməsi başa düşülür. O, həmin vəziyyətdən öz mənafeyi üçün is-

tifadə edir. Lakin kontragentin təqsiri sübuta yetirilməlidir. Söz yox ki, sübutetmə yükünü zərərçəkən tərəf çə-

kir. 


Məlum məsələdir ki, mübahisə yarandıqda kontraegent etibarsız əqd üzrə aldığını könüllü surətdə zərərçəkə-

nə qaytarmayajaqdır. Buna görə də mübahisə məhkəmə qaydasında həll olunur. Həm də ona görə ki, tərəflərin 

öz aralarında əqdin etibarsızlığı barədə razılığa gəlmələri mümkün olan məsələ deyil; digər tərəfdən əqdin qü-

surlu olmasını sübut etmək tələb edilir ki, bunu anjaq məhkəmə edə bilər. 

Göstərilən üç fakt mövcud olduqda, işin konkret hallarını nəzərə alaraq, məhkəmə son dərəcə ağır şərtli əq-

din etibarsız sayılması barədə qərar qəbul edir. Məhkəmə şəxsin ağır vəziyyətə düşməsi faktı ilə həmin şəxsin 

ə

qd bağlaması arasında səbəbli əlaqənin olmasını, habelə kontragentin həmin şəxsin düşdüyü ağır vəziyyətdən 



xəbərdar olub-olmamasını müəyyənləşdirməlidir. Göstərilən əqdin etibarsız sayılması barədə iddianı zərər-

çəkəəqd iştirakçısı verir. 

Yanılmanın  təsiri  altında  bağlanmış  əqd  daxili  iradəsi  düzgün  formalaşmayan  əqd  kateqoriyasına  şamil 

edilir (MM-in 347-ci maddəsi). Aldatma kimi yanılma da əqd və onun elementləri barədə qeyri-düzgün təsəv-

vür yaradır. Lakin aldatmadan fərqli olaraq, yanılma kontragentin qəsdən etdiyi hərəkətlər nəticəsində əmə-

lə gəlmir. Belə ki, yanılma nəticəsində iradə və onun xaricən ifadəsi bir-birindən ayrılır, onlar arasında ziddiy-

yət yaranır. Bu cür ayrılıq və ziddiyyət qəsdlə, qərəzlə, məqsədlə və bilərəkdən (bilə-bilə) əmələ gəlmir. Əgər 

kontragent qəsdən aldadıcı hərəkətlər edərsə, belə halda yanılma nəticəsində yox, aldatma nəticəsində bağlanan 

ə

qd göz qabağındadır. Yanılmadan fərqli olaraq, aldadıcı hərəkətlər həmişə qəsdlə edilir. 



Yanılmada əqd iştirakçısının daxili iradəsi təhrif olunmaqla formalaşır. Bu cəhəti ilə o, aldatmaya oxşayır. 

Yanılma odur ki, bunun nəticəsində əqd haqqında və ya onun əsas elementləri barəsində səhv və yanlış tə-

səvvür yaranır. Yanılma şəxsin (iradəsini bildirənin) əsl cəhdi və arzusu ilə iradə ifadəsi arasında uyğunsuzluq, 

üst-üstə düşməmə deməkdir. Onun əmələ gəlməsi, əsasən, iki halla bağlıdır: birincisi, əqd iştirakçısı əqdin bağ-

lanması üçün əhəmiyyəti olan hallar və faktlar barəsində düzgün təsəvvürə malik olmur; ikincisi, yanılma kont-

ragentin  qeyri-düzgün  davranışı  ilə  bağlı  olaraq  yarana  bilər.  Yanılmanın  əmələ  gəlmə  səbəbinin  əhəmiyyəti 

yoxdur. Beləliklə, yanılma dedikdə, şəxsin faktiki hallar barədə düzgün olmayan təsəvvürü başa düşülür. Bu cür 

qeyri-düzgün, yanlış təsəvvür nəticəsində də şəxs öz iradəsini ifadə edir.  

Yanılma nəticəsində bağlanan əqdi etibarsız hesab etmək üçün təkcə yanılma faktının olması kifayət etmir. 

Bunun üçün lazımdır ki, yanılma mühüm (vacib) xarakterə malik olsun. Yalnız mühüm (vacib) əhəmiyyətli 

yanılma olduqda, əqd etibarsız hesab edilə bilər. Qanunvericilik mühüm (vacib) əhəmiyyətli yanılma hallarına 

aid edir:  

 əqdin xarakterinə aid olan hal,  yəni şəxsin razılıq verdiyi  əqdi deyil, başqa əqdi bağlaması (məsələn, 



şə

xs pulu öz qohumuna saxlamağa verir, qohum olan şəxs isə səhvən belə hesab edir ki, pul ona borc verilmiş-

dir. Başqa bir misalda vətəndaş televizoru öz qonşusuna əvəzsiz istifadəyə verir, qonşu isə səhvən belə hesab 


 

344


edir ki, televizor ona bağışlanmışdır);  

 şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhvə yol verməsi, yanılması (məsələn, şəxs ba-



ğ

ışlama müqaviləsi bağlamasını arzu edir, amma o biri tərəf belə hesab edir ki, əşya kirayəyə verilmişdir); 

 əqdə şərt kimi daxil edildikdə, əqdin motivi barəsində yanılma (qalan hallarda əqdin motivi barəsində ya-



nılmanın  əhəmiyyəti  yoxdur);  söhbət  əqdin  motivinin  razılaşma  predmeti  olmasından  gedir  (məsələn,  cins  at 

ə

vəzinə yükdaşıyan-qoşqu at alınır); 



 əqdin predmeti barəsində yanılmaya yol verilməsi (məsələn, alıcı hesab edir ki, o, qızıl əşya almışdır, əş-

ya isə qızıl suyuna çəkilmişdir); 

 kontragentin şəxsiyyəti barəsində yanılma, əgər əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və şəxsi 



keyfiyyətlərinin nəzərə alınması başlıja əsas olmuşdursa (məsələn, əşyanın hissə-hissə ödənilməsini nəzərdə tu-

tan alqı-satqı müqaviləsində alıcının şəxsiyyətində satıcı yanılır və ya öz portretinin çəkilməsini sifariş edən və-

təndaş rəssamın şəxsiyyətində yanılmaya yol verir).  

Yanılma istənilən xarici halın təsiri, üçüncü şəxsin davranışı və ya tərəflərin ehtiyatsızlığı nəticəsində əmələ 

gələ bilər. Məsələn, vətəndaş məşhur rəssamlardan birinin çəkdiyi şəkli (tablonu) alır. Vətəndaş da, satıcı da be-

lə hesab edirlər ki, satılan tablo şəklin əslidir. Sonradan məlum olur ki, o, həmin şəklin yaxşı işlənilmiş surəti-

dir. Başqa bir misalda məhkəmə tərəfindən fianit sırğaların alqı-satqı müqaviləsi etibarsız hesab edilir. Ona gö-

rə ki, hər iki tərəf əqd bağlayanda əqdin predmetinin təbii daşlardan ibarət olmasını güman etmişdilər. 

Göstərilən növ əqdlər mübahisə edilən əqdlərə aid edilir. Əgər belə əqdlərin etibarsız sayılması barədə tərəf-

lər arasında razılıq olmazsa, onlar yanılmanın təsiri altında hərəkət etmiş tərəfin iddiası üzrə məhkəmə tə-

rəfindən etibarsız hesab edilir. 

Bəzi hallarda yazılı əqdlər bağlanarkən xırda səhvlər buraxılır. Xırda səhvlər dedikdə, mühüm və vacib əhə-

miyyəti olmayan səhvlər başa düşülür. Bu səhvlər əqdin qüsurlu olmasına dəlalət edir. Lakin buna baxmayaraq, 

qanun xırda səhvlərin düzəlişinə yol verir. Bu, əqdin düzəlişi adlanır. Əqdin düzəlişi dedikdə, əvvəljə qüsurlu 

olan əqdin sonradan tam hüquqi qüvvəyə malik olması başa düşülür. Məsələn, müqavilədə tərəflərdən birinin 

yaşadığı mənzilin sayı və  ya onun atasının adı səhv göstərilir. Xırda səhvlər əqdi mübahisə edilən (etibarsız) 

ə

qd saymağa əsas vermir. Mühüm (vacib) səhv, yəni yanılma əqdin etibarsızlığına səbəb olur. Puç əqdlərdə dü-



zəliş edilmir. 

3. Forması qüsurlu olan əqdlər  

Biz əvvəlki 3-cü paraqrafda bu məsələni ətraflı nəzərdən keçirmişik. Ona görə də həmin məsələni yenidən 

işıqlandırmağa ehtiyac yoxdur və bunu lazım bilmirik.  

Ə

qdin formasına aid olan tələb onun etibarlı olmasına dəlalət edən şərtlərdən biridir. Əgər həmin şərt pozul-



sa, onda bu əqdin etibarsızlığına səbəb ola bilər. Özü də dərhal qeyd etməliyik ki, bu cür tələb şifahi formada 

bağlanmış əqdlərə şamil edilmir. Ona görə ki, əqdlərin şifahi formasına əməl edilməməsini və riayət olunma-

masını təsəvvürə gətirmək mümkün deyildir. Əqdin formasına aid olan tələb yalnız yazılı formalı əqdlərə aid-

dir. Belə ki, qanun anjaq yazılı formalı əqdlərin etibarsızlığını müəyyənləşdirir və nəzərdə tutur. Yalnız yazılı 

formalı əqdlərin formaja qüsurlu olmasından söhbət gedə bilər. 

Ə

qdlərin formaja qüsurlu olması əqdin qanunla (Mülki Məcəllə ilə) və ya tərəflərin razılaşması ilə müəy-

yən edilmiş sadə yazılı formasına və ya notarial formasına əməl edilməməsindən, habelə əqdlərdən əmələ gələn 

hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət olunmamasından ibarətdir. 

Ümumi qaydaya görə, əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur (MM-in 

329-cu maddəsinin 1-ci bəndi). Belə ki, qanunda və ya tərəflərin qarşılıqlı razılığı ilə əqdin sadə yazılı formada 

bağlanması nəzərdə tutula bilər. Əgər əqd bu forma tələbinə riayət etməməklə bağlanarsa, etibarsız hesab edilir, 

bir şərtlə ki, qanunda başqa hal müəyyən edilməsin. 



Sadə yazılı formanın pozulması yalnız o halda əqdin etibarsızlığına səbəb olur ki, bu cür nəticə qanun-

da (Mülki Məcəllədə) birbaşa nəzərdə tutulsun. Mülki Məcəllədə bəzi əqdlərin sadə yazılı formasına riayət 

edilməməsinin onların etibarsızlığına səbəb olması barədə göstəriş vardır: dəbbə pulu (jərimə, penya) haqqında 

saziş; girov haqqında müqavilə; zaminlik müqaviləsi və s.

 

Belə ki, girov müqaviləsi sadə yazılı formada bağ-



lanmalıdır (MM-in 280-ci maddəsinin 1-ci bəndi). Mülki Məcəllə göstərir ki, əgər girov müqaviləsi sadə yazılı 

formada bağlanmazsa, etibarsız hesab edilir (MM-in 280-ci maddəsinin 4-cü bəndi). Dəbbə pulu haqqında razı-

laşma sadə yazılı formada olmalıdır. Sadə yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın 

etibarsızlığına  səbəb  olur  (MM-in  963-cü  maddəsi).  Zaminlik  müqaviləsi  sadə  yazılı  formada  bağlanmalıdır. 

Sadə yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (MM-in 471-ci maddə-

si). Əgər Mülki Məcəllədə (qanunda) əqdin yazılı formasına riayət edilməsinin onun etibarsızlığına səbəb olma-

sı barədə birbaşa göstəriş ifadə edilməzsə, onda da əqdin sadə yazılı formasına əməl edilməməsi onun etibarsız-

lığına səbəb olajaqdır. 



 

345


Ona görə ki, mülki qanunvericilik ümumi şəkildə müəyyən edir: qanunla müəyyən edilmiş forma tələblərinə 

riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ci bəndi). Məsələn, qanun müəyyən 

edir ki, faktorinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ci maddəsinin 5-ci bəndi). Lakin burada gös-

tərilmir  ki,  bu  müqavilənin  yazılı  formasına  riayət  edilməməsi  faktorinq  müqaviləsinin  etibarsızlığına  səbəb 

olur. Amma buna baxmayaraq faktorinq müqaviləsi əgər yazılı formada bağlanmazsa, etibarsız sayılajaqdır. Bu 

sözləri beh haqqında razılaşma (MM-in 491-ci maddəsinin 2-ci bəndi), lizinq müqaviləsi (MM-in 748-ci mad-

dəsinin 1-ci bəndi) və digər əqdlər barədə də söyləmək olar. 

Ə

gər tərəflərin qarşılıqlı razılığı ilə əqdin sadə yazılı formada bağlanması müəyyənləşdirilərsə, bu formaya 



riayət edilməməsi həmin əqdin etibarsızlığına səbəb olajaqdır (həmin əqddə belə göstərişin olmasından asılı ol-

mayaraq). Məsələn, tərəflər öz aralarında sadə yazılı formada kirayə müqaviləsi bağlamaq barədə razılığa gəlir-

lər. Amma müqavilədə tərəflər bu formaya riayət edilməməsinin onun etibarsızlığına səbəb olması barədə gös-

təriş nəzərdə tutmurlar. Lakin buna baxmayaraq, əgər onlar yazılı formaya əməl etməsələr, müqavilə etibarsız 

sayılajaqdır. Bu, MM-in 329-cu maddəsinin 1-ci bəndində ifadə olunan göstərişdən irəli gəlir. 

Ə

qdin notarial formasının pozulması onun etibarsızlığına səbəb olur. Bunun üçün vacib deyildir ki, MM-in 



konkret  normalarında  (maddələrində)  əqdin  notarial  formasına  riayət  edilməməsinin  onun  etibarsızlığına 

səbəb olması barədə göstəriş olsun. Madam ki, qanun müvafiq əqd üçün notarial forma müəyyənləşdirmişdir, 

bu  formaya  da  əməl  olunmalıdır  və  əgər  olunmazsa,  həmin  əqd  etibarsız  hesab  edilir.  Bu  qaydanın  qanunun 

konkret maddələrində təsdiqlənməsinə ehtiyac yoxdur. Məsələn, daşınmaz əşyaların alqı-satqı müqaviləsi üçün 

qanun notarial forma nəzərdə tutur (MM-in 647-ci maddəsi). Lakin qanun konkret olaraq, həmin formaya əməl 

edilməməsinin müqavilənin etibarsızlığına səbəb olması haqqında göstəriş ifadə etmir. Amma buna baxmaya-

raq, müqavilənin forması barədə şərt pozulsa, o, etibarsız hesab ediləjəkdir.

 

Bu, MM-in 329-cu maddəsinin 1-ci 



bəndində ifadə olunan göstərişdən irəli gəlir. 

Ə

qddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması həmin əqdin etibarsız-

lığına səbəb olur. Belə halda da etibarsızlıq haqqında nəticənin MM-in konkret normalarında nəzərdə tutulması-

na ehtiyac yoxdur. Bu, o deməkdir ki, əqddən irəli gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsi 

avtomatik olaraq, nəticənin qanunun konkret normalarında göstərilməsindən asılı olmayaraq, həmin əqdin eti-

barsızlığına səbəb olur. Məsələn, qanunda ipoteka haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində 

dövlət qeydiyyatına alınması barədə göstəriş ifadə olunmuşdur (MM-in 309-cu maddəsinin 1-ci bəndi). Amma 

qanun konkret normada bu müqavilənin dövlət qeydiyyatına alınması haqqında tələbin pozulmasının onun eti-

barsızlığına  səbəb  olması  barədə  göstəriş  nəzərdə  tutmur.  Lakin  buna  baxmayaraq,  əgər  həmin  tələbə  riayət 

edilməzsə, ipoteka müqaviləsi etibarsız hesab edilir. Bu, MM-in 329-cu maddəsinin 1-ci bəndində ifadə olunan 

göstərişdən irəli gəlir. 

4. Məzmunu qüsurlu olan əqdlər  

Ə

qdin məzmunu dedikdə, onun bütün bağlanma şərtlərinin məcmusu başa düşülür. Şərtlər isə qanun və di-

gər hüquqi aktların tələblərinə zidd olmamalıdır. Bu isə o deməkdir ki, əqd onun bağlandığı vaxt qüvvədə olan 

qanunla  və  digər  hüquqi  aktlarla  müəyyənləşdirilən,  əqd  iştirakçıları  üçün  məjburi  olan  qaydalara  (imperativ 

normalara) uyğun gəlməlidir. Məsələn, qanun göstərir ki, borc müqaviləsinin predmeti yalnız cinsi əlamətləri 

ilə müəyyən edilən, əvəz olunması mümkün olan əşyadan (o cümlədən puldan) ibarət ola bilər (MM-in 739-cu 

maddəsi). Buna görə də tərəflər fərdi əlamətləri ilə müəyyən edilən əşyanın (məsələn, vətəndaşa məxsus olan 

konkret mənzilin) borc müqaviləsinin predmeti olması kimi şərt barədə razılığa gələ bilməzlər. Qanun müəyyən 

edir ki, girov müqaviləsinin predmeti rolunda  yalnız daşınar əşyalar çıxış edə bilər (MM-in 276-cı maddəsi). 

Deməli, tərəflər daşınmaz əşyanı həmin müqavilənin predmetinə dair şərt kimi nəzərdə tuta bilməzlər.  

Bəzi hallarda əqd iştirakçılarının nəzərdə tutduqları şərtlər qanun və digər hüquqi aktların tələblərinə zidd 

gəlir. Bu cür əqdlər məzmunu qüsurlu olan əqdlər adlanır. 

Şə

rtləri qanunun və digər hüquqi aktların tələblərinə uyğun gəlməyəəqdlərə məzmunu qüsurlu olan 

ə

qdlər deyilir. Bu əqd o halda yaranır ki, əqdin məzmununa aid şərtlər pozulsun və onlara riayət olunmasın.  

Almaniya  qanunvericiliyində  və  doktrinasında  «yol  verilməyən  əqdlər»  anlayışı  işlədilir.  Yol  verilməyən 

ə

qdlər dedikdə, qanunda nəzərdə tutulan qadağanı pozan əqdlər, habelə qanunun tələblərinə riayət etməməklə 



bağlanan əqdlər başa düşülür. Yaponiya mülki hüququna məjburi göstərişlərə riayət etməməklə bağlanan əqd 

növü məlumdur (MM-in 91-ci maddəsi). Məjburi göstərişlər dedikdə, qanunun ictimai qayda haqqında müddəa-

ları başa düşülür. 

Məzmunu qüsurlu olan əqdlərin bir neçə növü vardır. Həmin əqd növləri içərisində hakimiyyətdən sui-isti-



fadə nəticəsində bağlanmış əqd xüsusi yer tutur (MM-in 339-cu maddəsi). Bu cür əqd növü ilk dəfədir ki, bi-

zim  ölkə  qanunvericiliyində  nəzərdə  tutulur.  Köhnə  1964-cü  il  MM-də  belə  əqd  nəzərdə  tutulmurdu.  Köhnə 

qanunvericilik dövlətin və cəmiyyətin mənafeyinə zidd məqsədlə bağlanan əqd növünü tənzimləyirdi (1964-cü 


 

346


il MM-nin 45-ci maddəsi).  

Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər MM-in 339-cu maddəsi ilə tənzimlənir. Bu maddə-

nin mətnində həmin əqd növünün əsas və mühüm əlamətləri göstərilmir.  

Hakimiyyətdən  sui-istifadə  dedikdə,  hakimiyyət  funksiyasını  həyata  keçirən  dövlət  orqanlarının  vəzifəli 

şə

xsinin qəsdən öz vəzifəsindən istifadə etməklə tamah məqsədi ilə və ya sair şəxsi marağı üzündən dövlət mə-



nafeyinə və ya cəmiyyətin ictimai mənafeyinə, yaxud vətəndaşların qanunla qorunan hüquq və mənafeyinə mü-

hüm  zərər  vurması  başa  düşülür.  Məhz  bu  səbəbdən  hakimiyyətdən  sui-istifadə  nəticəsində  bağlanan  əqdlər 

dövlət və cəmiyyətin mənafeyinə qəsd edir, qüvvədə olan qanunvericiliyi pozur, ölkənin iqtisadi təhlükəsizliyi-

nə  xələl  gətirir.  Ümumiyyətlə,  bu  əqdlər  hüquq  normalarının  elə  tələblərini  pozur  ki,  həmin  tələblər  ölkənin 

Konstitusiya quruluşunun əsaslarını, dövlətin iqtisadi sistemini və müdafiə qabiliyyətini, vətəndaşların hüquq 

və azadlıqlarını müdafiə etməyə və qorumağa yönəlmişdir.  

Hakimiyyətdən  sui-istifadə  nəticəsində  bağlanmış  əqdlər,  hər  şeydən  əvvəl,  ümumi  mənafeyi,  yəni 

cəmiyyətin (ictimai) və dövlətin mənafeyini pozur. Ona görə də onlar antisosial xarakterə malikdir. Məhz bu 

səbəbdən həmin əqdləri antisosial əqd kateqoriyasına aid edə bilərik. 

Yaponiya mülki qanunvericiliyinə ictimai (ümumi) qaydaya və xoşməramlı adətlərə zidd olan əqd növü mə-

lumdur. Bu növ əqdlər etibarsız sayılır (MM-in 90-cı maddəsi). Bu iki anlayış heç də həmişə bir-birindən fərq-

ləndirilmir.  ctimai qayda anlayışı dövlət və cəmiyyətin mənafeyi ilə bağlıdır. Xoşməramlı adətlər isə mənəvi 

xarakterli kateqoriyadır. Almaniya mülki qanunvericiliyinə isə xoşməramlı adətləri pozan əqd növü məlumdur 

(MQ-nin 138-ci paraqrafı). 

Hakimiyyətdən  sui-istifadə  nəticəsində  bağlanmış  əqdlər,  hər  şeydən  əvvəl,  xarici  iqtisadi  münasibətlərdə, 

maliyyə-bank, pul-kredit, vergi, xarici valyuta, pul dövriyyəsi, büdjə işi, sığorta fəaliyyəti və digər sahələrdə 

bağlanılır. Ölkənin strateci əhəmiyyətli məhsullarını (neft məhsullarını, pambığı, müxtəlif metal növlərini və s.) 

qanunsuz olaraq xarici şəxslərə satmaq, qanunsuz silah alverini və s. bu cür əqdlərə misal çəkə bilərik.  

Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlərin obyektiv tərəfini qanunun tələblərinin pozulma-

sına yönələn hərəkətlər təşkil edir. Çox vaxt cinayət hərəkətləri bu əqdin obyektiv tərəfi qismində çıxış edir. 

Həmin əqdin subyektiv tərəfi həmişə qəsdlə xarakterizə edilir. Bu cür əqdin etibarsız hesab edilməsi üçün 

vacibdir ki, subyektiv meyar mövcud olsun,  yəni əqd iştirakçılarından, heç olmazsa, birinin qəsd  formasında 

təqsiri olsun. 

Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər spesifik subyekt tərkibinə malikdir. Bu əqdlərdə 

iştirak edən subyektlərdən biri, heç olmazsa, hakimiyyət nümayəndəsi olmalıdır. Hakimiyyət nümayəndəsi de-

dikdə, hakimiyyət funksiyasını həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri başa düşülür. Əqdin digər tə-

rəfi (kontragent) rolunda isə həm fiziki, həm də hüquqi şəxslər, o cümlədən xarici şəxslər çıxış edə bilər.  

Göstərilən əqd məhkəmə qaydasında etibarsız hesab edilə bilər.  Bunun üçün zərəəkən tərəfin iddia ilə 



məhkəməyə müraciət etməsi tələb edilir. Məhkəmə yolundan o halda istifadə oluna bilər ki, tərəflər əqdin eti-

barsızlığı barədə öz aralarında razılığa gəlməsinlər. Digər tərəfdən əqdin qüsurunu sübuta yetirmək tələb edil-

sin. 

Məzmunu qüsurlu olan əqdlərin bir növünü uydurma əqdlər təşkil edir (MM-in 340-cı maddəsinin 1-ci bən-



di). Bu, puç (əhəmiyyətsiz) əqddir. Çünki həmin əqd, əqdin belə bir hüquqi əlamətindən məhrumdur ki, əqd hə-

mişə hüquqi nəticə əldə etmək niyyəti ilə bağlanır və hüquqi məqsədin həyata keçirilməsinə yönəlir. 



Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün 

bağlanılır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, 

yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi ilğım (görünüş) yara-

daraq, tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır: vergi ödəməkdən 

boyun qaçırmaq məqsədilə uydurma əqd bağlamaq; cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan 

xilas etmək üçün uydurma əqd bağlamaq; əmlakı bölünən ümumi əmlaka daxil etməmək məqsədi ilə uydurma 

ə

qd bağlamaq; borc öhdəliyini icra etməkdən boyun qaçırmaq üçün uydurma əqd bağlamaq və s. Məsələn, mü-



sadirədən yaxa qurtarmaq üçün vətəndaş öz qonşusu ilə belə bir bağışlama müqaviləsi bağlayır ki, guya o, mi-

nik avtomobilini qonşuya bağışlayır. Boşanma zamanı ər-arvad arasında ümumi əmlak bölünərkən ər öz dostu 

ilə belə bir bağışlama müqaviləsi bağlayır ki, guya o, bağ evini dostuna bağışlamışdır.  

Göstərilən hal əsas verir ki, bu əqdlərə qanunazidd və buna görə də məzmunu qüsurlu olan əqd kimi baxıl-

sın.  Bundan  əlavə,  uydurma  əqdlər  hüquqi  məqsədi  (əsası)  olmayan  əqdlərdir.  Buna  görə  də  onlar  hüquqi 

nəticənin əmələ gəlməsinə — tərəflər üçün mülki hüquq və vəzifələrin yaranmasına səbəb olmur. Bu cəhət isə 

hüquq ədəbiyyatında həmin əqdlərin saxta (fiktiv) əqdlər adlandırılması üçün əsas olmuşdur. Yaponiya mülki 

hüquq elmində həmin növ əqdlərə məhz saxta (fiktiv) əqdlər deyilir (MM-in 94-cü maddəsi). 

Uydurma əqdləri bağlamaqda tərəflər müxtəlif məqsədlər güdürlər. Onlar həm ailə-məişət, həm şəxsi, həm 


 

347


də əmək (iş) və s. münasibətlərinə aid ola bilər. Məsələn, bağ evinin sahibi həmin evi ucuz qiymətə kirələmək 

istəyən vətəndaşdan yaxasını qurtarmaq üçün öz qonşusu alimlə belə bir kirayə müqavilə bağlayır ki, guya bağ 

evi həmin alimə kirayəyə verilmişdir. Amma əslində o, bağ evini alimə kirayəyə vermir və alimdən hər hansı 

kirayə haqqı almır.  

Uydurma əqdlər mütləq etibarsız (puç) əqdlərdir. Hər hansı hüquqi nəticə — tərəflər üçün hüquq və nəticələr 

yaratmadığına görə, təbii ki, bu cür əqdlərin etibarsızlığının da nəticəsi olmur. 

Məzmunu qüsurlu olan əqdlərin digər növü yalan əqdlər adlanır (MM-in 340-cı maddəsinin 2-ci bəndi). Uy-

durma əqdlərə yaxın olduğuna görə bu əqdlər hüquq ədəbiyyatında saxta (fiktiv) əqd kateqoriyasına şamil edi-

lir. Yalan əqdlər, uydurma əqdlər kimi, görünüş üçün bağlanır, hüquqi məqsəd (əsas) güdmür, özlüyündə hər 

hansı hüquqi nəticə yaratmır. Bu baxımdan hər iki əqd növü eyniləşir.  

Bu əqd növləri arasında fərqli cəhət də vardır. Belə ki, uydurma əqdlərin arxasında hüquqi əhəmiyyətə malik 

olan hər hansı hərəkət yoxdur; bu əqdlər yalnız görünüş üçün bağlanılır. Bundan fərqli olaraq, yalan əqdlərin 



arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) 

pərdələyir, maskalayır.  



Yalan əqd odur ki, bu əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: pərdələ-

nən əqddən; pərdələyən əqddən. Pərdələnəəqd tərəflərin hüquqi nəticə əldə etmək məqsədilə həqiqətən bağ-

ladıqları əqddir (həqiqi əqd). Pərdələyəəqd isə həqiqi əqdin mahiyyətini və əsl xarakterini üçüncü şəxslər-

dən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir (yalan əqd). Məsələn, maddi 

cəhətdən imkanlı olan kommersant əliaçıqlıq göstərərək, öz bağ evlərindən birini dostuna bağışlayır. Bu, həqiqi 

ə

qddir. Kommersant səs-küyə səbəb olmamaq niyyəti ilə, özünü «dilə-dişə salmamaq üçün», «gözə gətirməmək 



üçün» dostu ilə alqı-satqı müqaviləsi bağlayır. Bu isə yalan əqddir. Onun əsas məqsədi həqiqi əqdi — bağışla-

ma müqaviləsini pərdələməkdən ibarətdir.  

Yalan əqdlərin ən geniş yayılmış növü bağışlama müqaviləsidir ki, bu müqavilə alqı-satqı müqaviləsini pər-

dələmək niyyəti ilə bağlanılır. Məqsəd isə notariat qaydasında müqavilənin təsdiqlənməsi zamanı nisbətən az 

məbləğdə dövlət rüsumu ödəməkdən ibarətdir. Belə ki, bağışlama üzrə rüsum məbləği alqı-satqıya nisbətən az-

dır. Biz təjrübədə xüsusən mənzillərin və minik avtomobillərinin alqı-satqı müqavilələrinin bağışlama müqavi-

ləsi kimi rəsmiləşdirilməsi hallarına daha tez-tez hallarda rast gəlirik.  

Yalan  əqd,  uydurma  əqdlər  kimi  mütləq  etibarsız  (puç)  əqddir.  Hüquqi  əhəmiyyəti  olmadığına  və  hüquqi 

nəticə doğurmadığına görə, təbii ki, onların etibarsızlığının hər hansı nəticəsindən danışmaq olmaz.  

Pərdələnən  (həqiqi)  əqdin  hüquqi  taleyi  və  müqəddəratı  həmin  əqdin  etibarlı-etibarsız  olmasından  asılıdır. 

Belə ki, bu əqd həm etibarlı, həm də etibarsız ola bilər. Əgər həmin əqd qanunazidd olmasa, o, etibarlı olub, tə-

rəflər üçün hüquq və vəzifələr yaradır. Bu əqdə həmin əqd növünü tənzimləyən qaydalar tətbiq edilir. 

Amma çox vaxt pərdələnən (həqiqi) əqd etibarsız olur. Belə ki, adətən, yalan əqdlərdən etibarsız əqdləri pər-

dələmək üçün istifadə edirlər. Belə halda əqdin malik olduğu qüsurdan asılı olaraq, müvafiq qaydalar tətbiq edi-

lir. Əgər o, qanunsuz olarsa, etibarsız sayılır.  

Məzmunu  qüsurlu  olan  əqdlərdən  biri  qeyri-ciddi  əqd  adlanır  (MM-in  341-ci  maddəsi).  Bizim  ölkə 

qanunvericiliyi ilk dəfədir ki, bu cür əqd növünü tənzimləyir. Köhnə qanunvericilik qeyri-ciddi əqd növünü nə-

zərdə tutmurdu. Qeyri-ciddi əqd dedikdə, hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız zarafat üçün bağ-

lanan əqd başa düşülür. Bu cür əqd hüquqi məqsəd (əsas) kimi elementdən məhrumdur. Bundan əlavə, həmin 

ə

qd, əqdin hüquqi nəticə əldə etməyə yönəlmək kimi əsas əlamətinə malik deyil. Ona görə də, o, puç əqd hesab 



edilir.  

Qeyri-ciddi əqd nəticəsində qarşı tərəfə zərər dəyə bilər. Dəymiş zərərin əvəzini zarafat edən tərəf ödəməli-

dir (MM-in 341-ci maddəsinin 2-ci bəndi). Məsələn, Bakıda yaşayan vətəndaş Gənjədə yaşayan dostuna zəng 

edərək bildirir ki, bahalı olan televizoru ona bağışlayır. Həmin şəxs Gənjədən Bakıya gəldikdə məlum olur ki, 

hədiyyə verən dostu zarafat edibmiş. Zarafat edən şəxs yol pulunun əvəzini dostuna ödəməlidir.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə