MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə56/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   ...   91
§ 6. Puç (mütləq etibarsız)  

və mübahisə edilən (nisbi etibarsız) əqdlər  

1. Puç (mütləq etibarsız) əqdlə

Biz əqdin elementlərinin qüsurlu olması kimi meyara əsasən etibarsız əqdlərin hüquqi təsnifini verdik. Sivi-

listika doktrinasında məhz əqdlərin bu cür təsnifi nəzərdə tutulur. Bununla belə, mülki qanunvericilikdə, habelə 

bir sıra mülki hüquq barədə dərsliklərdə əqdlər, bu əqdlərin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmama-

sından asılı olaraq iki yerə bölünür: puç (mütləq etibarsız) əqdlər; mübahisə edilən (nisbi etibarsız) əqdlər. 

Yaxın vaxtlara kimi biz də etibarsız əqdləri məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı 



olaraq bu kimi iki növə bölürdük. Bu bölgünü biz indi də qəbul edir və tanıyırıq. Etibarsız əqdlərin göstərilən 

iki növü hətta qanunvericilik qaydasında nəzərə alınmışdır. Belə ki, mülki qanunvericiliyə görə, etibarsız əqdlər 



 

348


mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz (yəni puç) əqdlər ola bilər (MM-in 337-ci maddəsinin 1-ci bəndi). 

24  iyun  2005-ci  il  tarixli  qanunla  Azərbaycan  Respublikasının  MM-nə  dəyişikliklər  və  əlavələr  edilməsi 

nəticəsində etibarsız əqdlər yalnız məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından yox, həm də mübahi-

sə predmetinə çevrilə bilməsindən (mübahisə edilə bilməsindən) asılı olaraq puç əqdlərə və mübahisə edilən 

ə

qdlərə bölünməlidir. Başqa sözlə desək, göstərilən təsnif əsasən mübahisə edilməkdən asılı olaraq aparılmalı-



dır. Məsələ burasındadır ki, indi mübahisə edilən əqdlər də məhkəmə qərarı olmadan (məhkəmə tərəfindən eti-

barsız sayılmasından asılı olmadan) etibarsız hesab edilə bilər. Belə ki, əqd barəsində mübahisə edildikdə eti-

barsız hesab edilir (MM-in 337-ci maddəsinin 3-cü bəndi). Bundan əlavə, tərəflər mübahisə edilən əqdlərin eti-

barsız sayılması barədə öz aralarında məhkəmə müdaxiləsi olmadan razılığa gələ bilərlər. 



Puç əqdlərin etibarsız sayılması üçün məhkəmə qərarının olması tələb edilmir; bu  məsələ mübahisə 

predmetinə çevrilmir. Bu növ əqdlər o qədər qüsurludur ki, onların qüsurlu olması faktının məhkəmə orqanı 

tərəfindən təsdiqlənməsinə ehtiyac qalmır. Həmin qüsur o dərəcədə üzdə və göz qabağındadır ki, onun olmasını 

mübahisə predmetinə çevirmək lazım gəlmir. 

Beləliklə, puç əqdlər, məhkəməyə bu  əqdlərin etibarsız hesab edilməsi barəsində iddia verilməsindən asılı 

olmayaraq, etibarsız sayılır. Onların etibarsız sayılması qanunda ifadə

 edilən birbaşa göstərişlə bağlı olub, 

bu  göstərişə  əsaslanır.  Ona  görə  də  puç  əqdin  elementlərindən  birinin  qüsurlu  olmasını  müəyyən  və  aşkar 

edərkən maraqlı şəxs məhkəmə orqanının müdaxiləsini gözləmədən dərhal puç əqdlərin etibarsızlığının səbəb 

olduğu nəticənin tətbiq olunmasını tələb edə bilər.  

Puç  əqdlər  lap  əvvəldən  etibarsızdır.  Bu,  o  deməkdir  ki,  onlar  bağlandığı  andan  etibarsız  hesab  edilir.  Bu 

ə

qdlər onların etibarsız sayılması haqqında məhkəməyə iddia veriləjəyindən və ya verilməyəjəyindən asılı ol-



mayaraq, hüquqi nəticə (tərəflər üçün hüquq və vəzifələr) yaratmır. 

Doğrudur, puç əqdlə bağlı olaraq məhkəməyə iddia ərizəsi verilə bilər, bu, istisna olunmur. Amma belə hal-

da iddianın predmeti qismində, bir qayda olaraq, əqdin etibarsız hesab edilməsi barədə tələb çıxış etmir. Bu cür 

tələb irəli sürülə də bilməz. Belə ki, əqd qanunda ifadə edilən göstərişə görə puçdur və bunun etibarsız sayılma-

sına ehtiyac yoxdur. Puç əqdlə bağlı iddianın predmetini, adətən, puç əqdlərin etibarsızlığının qanunda nəzərdə 

tutulan nəticəsinin tətbiqi haqqında tələb təşkil edir.  ddia ərizəsini isə istənilən maraqlı şəxs verə bilər. Məhkə-

mənin də əqdin etibarsızlığı nəticələrini tətbiq etmək hüququ vardır. Bununla belə, nadir hallarda puç əqdin eti-

barsız sayılması barədə iddia verilə bilər (bu barədə növbəti yarımbaşlığa bax).  

Biz puç əqdlərin bundan əvvəlki paraqrafda hüquqi xarakteristikasını vermişik. Onların mahiyyətini və əsas 

cəhətlərini yenidən nəzərdən keçirməyə ehtiyac yoxdur. Yalnız puç əqd kateqoriyasına aid edilən əqd növləri-

nin siyahısını verməklə kifayətlənirik:  

 uydurma əqdlər;  



 yalan əqdlər; 

 qeyri-ciddi əqdlər;  



 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqdlər;  

 on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdlər;  



 MM ilə və ya müqavilə ilə müəyyənləşdirilmiş məjburi formanı pozmaqla bağlanan əqdlər (forması qüsur-

lu olan əqdlər); 

 icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanan əqdlər;  



 əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması ilə bağlanan əqdlər. 

Puç əqdləri mübahisə olunan əqdlərdən, ilk növbədə xarici əlamətə (göstəriciyə) görə fərqləndirmək lazım-

dır. Belə ki, MM-in konkret normalarında puç əqdin əhəmiyyətsiz olması barədə göstəriş olur (məsələn, uydur-

ma əqd əhəmiyyətsizdir; yalan əqd əhəmiyyətsizdir və s.). Bəzi

 

normalarda isə sadəjə olaraq göstərilir ki, əqd 



etibarsızdır. Məsələn, MM-in 344-cü maddəsinin 1-ci bəndinə görə, 14 yaşı tamam olmamış azyaşlının bağladı-

ğ

ı əqd etibarsızdır. Hər ehtimala qarşı konkret normada əgər «əqd barədə mübahisə edilmək» barədə göstəriş 



olmazsa, həmin əqd puç əqd sayılır. 

Puç əqdlərin etibarsızlığı zamanı təsdiqetmə müəyyən əhəmiyyətə malikdir. Təsdiqetmə hüquqi əhəmiyyətə 

malik olan aktdır. Əgər puç əqdi bağlamış şəxs onu inkar edirsə, bu hərəkət əqdin bağlanmaması kimi qiymət-

ləndirilir. Əksinə, həmin şəxs onu təsdiq edirsə, bu, o deməkdir ki, əqd yenidən bağlanmışdır (MM-in 351-ci 

maddəsinin 2-ci bəndi). 

Təsdiqləmə (təsdiqetmə) anlayışı bizim ölkə qanunvericiliyinə Almaniya Mülki Qanunnaməsindən keçmiş-

dir (§ 144). Təsdiqetmə elə bir bəyanatdır ki, bunun nəticəsində etibarsız əqd hüquqi qüvvəyə malik olur. Bu 

cür bəyanat bağlanmış əqdin bir hissəsi hesab olunmur. Buna görə də onun qanunun əqd üçün müəyyənləşdirdi-

yi formaya uyğun gəlməsi tələb olunmur. L.Ennekserus yazır ki, susmaq yolu ilə də təsdiqetmə mümkündür. 

Bəzi hallarda ikitərəfli puç əqdi bu əqdi bağlayan tərəfdən hər ikisi də təsdiqləyir. Bu cür təsdiqləmə tərəflər 



 

349


üçün hüquq və vəzifələr yaradır, hüquqi nəticə doğurur. Belə ki, əqd iştirakçıları əqdi icra edərək, onlara çatası 

hər şeyi bir-birinə verirlər (MM-in 351-ci maddəsinin 4-cü bəndi).  

Təsdiqetmə aktı bütün hallarda etibarlı olmur. Onun hüquqi əhəmiyyət kəsb etməsi üçün lazımdır ki, bağlan-

mış əqd əxlaq qayda və prinsiplərinə zidd olmasın, xələl gətirməsin, habelə üçüncü şəxslərin mənafelərini poz-

masın. 

2. Mübahisə edilən (nisbi etibarsız) əqdlə

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişiklik və əlavələr edilməsinə kimi puç əqdlərdən fərqli olaraq, 

mübahisə edilən əqdlər avtomatik olaraq etibarsız hesab edilmirdi. Bunun üçün lazım idi ki, məhkəmə müvafiq 

qərar çıxarsın. Yalnız bu cür qərar əsasında mübahisə edilən əqd etibarsız hesab edilə bilərdi. Əgər bu əqdin eti-

barsız sayılması barədə müvafiq qərar yoxidisə, onda həmin əqdin etibarsızlığından söhbət gedə bilməzdi. De-

məli, mübahisə ediləəqdlər qanunda nəzərdə tutulan göstərişə görə yox, yalnız məhkəmə tərəfindən eti-



barsız sayılmasına görə etibarsız hesab edilirdi. Bu barədə müvafiq məhkəmə qərarı çıxarılana kimi heç kəs, 

o cümlədən hər hansı dövlət orqanı və bu orqanların vəzifəli şəxsləri mübahisə edilən əqdi etibarsız elan edə 

bilməzdilər. Əgər mübahisə edilən əqdin etibarsız sayılması barədə iddia məhkəməyə qanunda müəyyənləşdiri-

lən iddia müddəti ərzində verilməzdisə, həmin əqd etibarlı hesab edilirdi. 

Mübahisə edilən əqdlər bağlandığı andan həqiqi və etibarlı əqdlər kimi hüquqi nəticə — tərəflər üçün hüquq 

və vəzifələr yaradırdı. Məsələn, aldatma, zorakılıq, hədə təsiri altında və s. bağlanmış əqdlər hüquqi nəticələrə 

səbəb olurdu. Amma bu nəticələr möhkəm və dayanıqlı xarakterə malik deyildi. Belə ki, həmin əqdlər müvafiq 

şə

xslərin tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab edilə bilərdi. Bu halda əqdin doğurduğu hüquqi nəticə 



də ləğv edilirdi. Çünki qanuna görə, mübahisə ediləəqd bağlandığı andan etibarsız sayılırdı (MM-in 337-

ci maddəsinin 2-ci bəndi). Bu isə o demək idi ki, mübahisə edilən əqdlərin etibarsız hesab edilməsi anı məh-



kəmə qərarının çıxarıldığı vaxtla müəyyən edilmirdi. Bu cür halda qanunda ifadə edilən göstərişə görə məh-

kəmə qərarı etibarsız əqd üçün bir növ «geriyə qüvvə»yə malik olurdu. Əqd nə vaxt bağlanmışdırsa, o, həmin 

vaxtdan da etibarən etibarsız sayılırdı. 

Beləliklə, mübahisə edilən əqdlərin məhkəmə baxışının və araşdırmasının obyekti (predmeti) olması məjbu-

ri, mütləq və labüd xarakter daşıyırdı. Belə ki, əqd barədə mübahisə etmək onun etibarlılığı üçün əhəmiyyəti 

olan hər hansı faktın sübuta yetirilməsini ifadə edir. Həmin faktlar isə yalnız məhkəmə yolu ilə sübut edilə bi-

lərdi.  Məhkəmə  bunun  üçün  geniş  imkanlara  malikdir.  Buna  görə  də  qanun  mübahisə  edilən  əqdlərin  yalnız 

məhkəmə  tərəfindən  iddia  icraatı  qaydasında  etibarsız  hesab  edilməsi  prinsipini  müəyyənləşdirirdi.  Bu 

prinsipə görə, maraqlı şəxs mübahisə edilən əqdin etibarsız sayılması barədə tələblə məhkəməyə müraciət edir. 

Bu tələb iddianın predmeti kimi çıxış edirdi.  

Maraqlı şəxs mübahisə edilən əqdin etibarsız sayılmasını irəli sürən şəxs idi. Onun mübahisə etmək hüququ 

var idi. Qanun dəqiq olaraq həmin şəxslərin dairəsini müəyyən edirdi. Məsələn, aldatma, zorakılıq, hədə təsiri 

altında və  ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız sayılması barədə iddianı 

zərərçəkən şəxslər verirdilər. Mühüm (vacib) əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd barədə iddia-

nı yanılmanın təsiri altında hərəkət etmiş tərəf verirdi və s. Məhkəmə iddiaya baxaraq, mübahisə edilən əqdləri 

yalnız o halda etibarsız hesab edə bilərdi ki, məhkəmə baxışında həmin əqdlərin etibarız sayılmasını şərtləndi-

rən və qanunda göstərilən halların mövcudluğu sübuta yetirilsin. Əgər həmin hallar sübut edilməsə idi, əqd eti-

barsız sayılmırdı. 

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra isə vəziyyət tam dəyiş-

mişdir. Belə ki, indi Mülki Məcəllə mübahisə edilən əqdə «məhkəmə tərəfindən etibarsız sayılmasına görə eti-

barsız olan əqd» kimi leqal anlayış vermir. Buna görə də bu günkü qanunvericilik mübahisə edilən əqdin etibar-

sız hesab olunması üçün məhkəmə qərarının olmasını tələb etmir; bu əqdin məhkəmə baxışının və araşdırılma-

sının obyekti (predmeti) olması artıq məjburi, mütləq və labüd xarakter daşımır. Ona görə ki, 24 iyun 2005-ci il 

tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra mübahisə edilən əqdlərə belə

 

anlayış verilir 



(MM-in 337-ci maddəsinin 2-ci bəndi); əqd barəsində mübahisə edildikdə etibarsızdır. Bu, o deməkdir ki, 

ə

gər əqd barəsində mübahisə edilərsə, o, etibarsız sayılır; Əgər əqd barəsində mübahisə edilməzsə, müvafiq qü-



sura malik olmasına baxmayaraq o, etibarlı hesab edilir. Başqa sözlə desək, əqd mübahisə edilməsinə görə eti-

barsız sayılır; etibarsız əqd kimi tanınması üçün onun barəsində mübahisə edilməsi kifayətdir; bunun üçün 

hər hansı məhkəmə qərarının olması tələb edilmir. Bu, Almaniyanın qanunvericilik təjrübəsinə uyğun gəlir. 

Mübahisə ediləəqdlər odur ki, onlar məhkəmə tərəfindən etibarsız sayılmasına görə yox, mübahisə 

edilməsinə görə etibarsız sayılır. 

Mübahisə edilən əqdlər bağlandığı andan etibarlı və həqiqi əqdlər kimi hüquqi nəticə doğurur. Amma əgər 

maraqlı şəxs bu əqdlər barəsində mübahisə edərsə, onlar etibarsız sayılır. Özü də əqdlər mübahisə olunduğu an-

dan yox, bağlandığı andan etibarsız hesab edilir (MM-in 337-ci maddəsinin 2-ci bəndi). Bu o, deməkdir ki, əqd 



 

350


barəsində mübahisə etmənin geriyə qüvvəsi vardır. 

Maraqlı şəxs dedikdə əqd barəsində mübahisə etmək hüququna malik olan şəxs başa düşülür. Bir qayda ola-

raq, maraqlı şəxs qismində zərərçəkən tərəf çıxış edir. O, əqd barəsində mübahisə etmək hüququnun əsas sub-

yektidir. 

Həm ikitərəfli əqd (müqavilə), həm də birtərəfli əqd mübahisə edilə bilər.  kitərəfli əqdin (müqavilənin) mü-

bahisə edilməsi buna hüququ çatan tərəfin digər tərəfə iradə ifadəsini bildirməsi yolu ilə həyata keçirilir. O ki 

qaldı, birtərəfli əqdə, qeyd etməliyik ki, bu əqddə bir tərəf iştirak edir. Odur ki, hansı şəxsə münasibətdə birtə-

rəfli əqd həyata keçirilmişsə, o şəxsə qarşı da mübahisə edilir

 

(MM-in 337-ci maddəsinin 2-ci bəndi).



 

Ə

qdin mübahisə edilməsi dedikdə, mübahisə etmək hüququ olan şəxsin digər tərəfə iradə ifadəsini bil-



dirməsi başa düşülür. Əgər mübahisə etmək hüququ olan şəxs öz iradəsini ifadə etsə, onda əqd bağlandığı an-

dan etibarsız hesab olunur. Bu, o deməkdir ki, indiki qanunvericilik əqdlərin yalnız mübahisə edilməsinə əsa-



sən etibarsız hesab edilməsi prinsipini müəyyənləşdirir ki, onun müəyyən üstünlüyü vardır. Belə ki, maraqlı 

şə

xs əqdin etibarsız hesab edilməsi barədə məhkəmə yolundan azad olur; o, əqdin etibarsız hesab edilməsi üçün 



məhkəmə qərarının qəbul olunmasını gözləmir; nəhayət, müvafiq məhkəmə xərjləri çəkmir, vaxt itirmir. 

Amma bir sıra hallarda mübahisə edilən əqdin qüsurunu sübut etmək lazım gəlir. Həmin qüsuru isə yalnız 

məhkəmə  sübut  edə  bilər.  Belə  halda  mübahisə  edilən  əqd  məhkəmə  tərəfindən  iddia  icraatı  qaydasında 

etibarsız hesab edilir; hətta bəzi mübahisə edilən əqdlər maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibar-

sız sayıla bilər (məsələn, MM-in 343-cü və 346-cı maddələrində nəzərdə tutulan hallarda). Belə hallarda iddia-

nın predmetini mübahisə edilən əqdin etibarsız sayılması barədə tələb təşkil edir. Qanun maraqlı şəxsin müba-

hisə edilən əqdin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etməsini qadağan etmir. Digər 

tərəfdən iddia predmetini mübahisə edilən əqdlərin etibarsızlığının qanunda nəzərdə tutulan

 

nəticəsinin tətbiqi 



haqqında tələb təşkil edir. 

Yeri gəlmişkən qeyd edək ki, puç əqdlərin etibarsız hesab edilməsi barədə də məhkəməyə iddia verilə 



bilər. Bunu qanun qadağan etmir. Belə halda iddianın predmeti rolunda puç əqdlərin etibarsız hesab edilməsi 

barədə tələb çıxış edir. Bu cür iddia o halda verilir ki, əqdin puç əqd olmasını açıq-aşkar müəyyən etmək müm-

kün olmur. Məsələn, yalan əqd puç əqdin bir növüdür. Bu əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Lakin 

həmin əqdin yalan xarakterə malik olmasını sübuta yetirmək son dərəcə çətin, qəliz və müşkül işdir. Məsələn, 

vəzifəli şəxs rüşvət almaqla əldə etdiyi pul hesabına qiyməti əlli min dollara olan bağ evi (villa) alır və alqı-sat-

qı müqaviləsini bağışlama müqaviləsi (yalan əqd) kimi rəsmiləşdirir. Bu cür hallarda puç əqdlər yalnız məhkə-

mə qaydasında etibarsız hesab edilə bilər. 

Mübahisə edilən əqdlərin dairəsi qanunla müəyyənləşdirilir. Bəzən qanunun maddəsində müvafiq əqdin puç 

ə

qdə və ya mübahisə edilən əqdə aid edilməsi barədə göstəriş ifadə olunmur, yalnız həmin əqdin etibarsızlığın-



dan danışılır. Bu halda əqdin mübahisə edilməsi və ya məhkəmə tərəfindən etibarsız sayılması barədə qa-

nunda göstəriş olmasına diqqət yetirmək lazımdır (məsələn, «əqd mübahisə edilə bilər», «şəxsin iddiası 

ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər» və s.). Əgər bu cür göstəriş yoxdursa, deməli, əqd puç əqddir. 

Məsələn, qanunda qeyri-ciddi əqd nəzərdə tutulmuşdur (MM-in 341-ci maddəsi). Amma onun hansı əqd növü-

nə malik edilməsi barədə və məhkəmə tərəfindən etibarsız sayılması barədə qanunda göstəriş yoxdur. Deməli, 

bu əqd puç əqd kateqoriyasına aid edilir.  

Biz bundan əvvəlki paraqrafda mübahisə edilən əqdlərin əsas hüquqi parametr və detallarını geniş surətdə 

işıqlandırmışıq. Onlar barədə yenidən söhbət açmağa ehtiyac duymuruq. Həmin əqdlərin yalnız siyahısını veri-

rik: 



 hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər; 



 aldatma nəticəsində bağlanmış əqdlər; 

 bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər; 



 zorakılıq nəticəsində bağlanmış əqdlər; 

 şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər; 



 məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin bağladıqları əqdlər; 

 on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin bağladığı əqdlər; 



 öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxslərin bağladığı 

ə

qdlər; 


 vacib (mühüm) əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlər; 

 hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdlər; 



 məhdudlaşdırılmış səlahiyyətdən kənara çıxmaqla bağlanan əqdlər. 

Mübahisə  edilən  əqdlərin  etibarsızlığı  zamanı  da  təsdiqetmə  aktı  (hərəkəti)  hüquqi  əhəmiyyət  kəsb  edir. 

Belə ki, bu akt maraqlı şəxsi mübahisə etmək hüququndan məhrum edir. Əgər əqdi onun barəsində mübahisə 



 

351


etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (MM-in 351-ci maddəsi-

nin 3-cü bəndi). Mübahisə etmək hüququnu itirmiş şəxs isə əqdin mübahisəsi imkanından və ya məhkəməyə id-

dia vermək hüququndan məhrum olur. Məsələn, aldatma nəticəsində bağlanmış əqd iştirakçısı olan zərərçəkən 

tərəf (maraqlı şəxs) həmin əqdi təsdiq edirsə (qəbul edirsə, onunla razılaşırsa), o, mübahisə etmək hüququnu iti-

rir. Buna görə də həmin əqd etibarsız sayıla bilməz. Əksinə, o, etibarlı əqd hesab edilir. 

Bəzi hallarda həm puç əqdin, həm də mübahisə edilən əqdin bütövlükdə və tam halında hamısı yox, yalnız 

onun bir hissəsi etibarsız hesab edilir. Əqdin hissəsi onun məzmununa aid olan bir və ya bir neçə şərtdən iba-

rətdir. Bəzi hallarda bu şərtlər pozulur. Həmin şərtlərin pozulması əqdin qalan hissələrinin (şərtlərinin) etibar-

sızlığına dəlalət edirmi? Belə halda söhbət bütövlükdə əqdin hüquqi taleyindən gedir. 

3. Qismən etibarsız əqdlə

Mülki dövriyyədə sabitliyi və möhkəmliyi təmin etmək məqsədilə mülki qanunvericilik qayda müəyyən edir 

( MM-in 352-ci maddəsi). Bu qaydaya görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibar-

sızlığına səbəb olmur. Bu cür əqdlərə qismən etibarsız əqdlədeyilir. Məsələn, ahıl yaşında olan kimsəsiz bir 

şə

xs öz minik avtomobilini qonşuya, bağ evini o birisi qonşuya, yaşayış evini isə üçüncü qonşuya vəsiyyət edir. 



Qonşulardan biri (hansı ki, bağ evi ona vəsiyyət olunmuşdur) vərəsəliyə çağırılmasını tezləşdirmək məqsədilə 

qojanın yeməyinə zəhər qataraq onu öldürür. Belə halda vəsiyyətin həmin şəxsə aid olan hissəsi etibarsız hesab 

edilir. Ona görə ki, qanuna görə qojanı öldürən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə 

vərəsə ola bilməz (MM-in 1157-ci maddəsi). Lakin vəsiyyətin etibarsız hissəsi onun o birisi qonşulara aid olan 

hissəsinin etibarsızlığına səbəb olmur. Göstərilən hər iki halda əqd qismən etibarsız hesab edilir. 

Ə

qdin qismən etibarsız sayılması üçün bir neçə şərtə əməl edilməsi tələb olunur. Birincisi, əqdin onun eti-



barsız hissəsi daxil edilmədən də bağlanmasının mümkünlüyü güman edilməlidir,  yəni əqdin onun etibarsız 

hissəsi daxil edilmədən də bağlana bilmək ehtimalı olmalıdır. Əgər bu şərt olmazsa, əqd qismən etibarsız sa-

yıla bilməz. Məsələn, iki nəfər vətəndaş yaşayış evinin alqı-satqısı müqaviləsini bağlayırlar. Müqaviləyə belə 

bir şərt daxil edilir ki, alıcı evin pulunu yalnız ABŞ dolları ilə ödəyəjəyi halda müqavilə icra ediləjəkdir. Növ-

bəti gün dolların manatla kursu birdən-birə qalxır. Alıcı evin pulunu manatla ödəyir. Müqavilənin qiymət barə-

də şərti pozulur və bu şərt müqavilənin qalan hissəsinin etibarsızlığına səbəb olur. 

kincisi, etibarsız hesab olunan hissə (şərt) əqdin subyekt tərkibinə aid ola bilməz. Belə ki, əqdin subyekt 

tərkibi barədə şərtin (tələbin) pozulması bütövlükdə əqdin etibarsızlığına səbəb olur. 



Üçüncüsü, etibarsız hesab edilən hissə əqdin MM ilə və ya müqavilə ilə müəyyənləşdirilmiş məjburi for-

masına  aid  edilə  bilməz.  Çünki  məjburi  formanı  pozmaqla  bağlanmış  əqd  bütövlükdə  etibarsızdır  (MM-in 

329-cu maddəsinin 1-ci bəndi). 



Dördüncüsü,  əqdin  etibarlı  hissəsinin  etibarsız  hesab  edilən  hissədən  ayrılmaq  və  müstəqil  surətdə 

mövcud olmaq imkanı olmalıdır

Beşincisi, etibarsız hesab olunan hissə əqddən çıxarıldıqdan sonra əqdin qalan hissəsi tərəflərin mənafeyini 

təmin etmək qabiliyyətini itirməməlidir, əqd bağlanan zaman qarşıya qoyulan məqsədə çatmağa imkan ver-

məlidir. 

MM-ə dəyişikliklər və əlavələr edilənə kimi məlum məsələdir ki, mübahisə edilən əqdlərin etibarsız hesab 

edilməsi barədə iddia yalnız qanunda nəzərdə tutulan iddia müddəti ərzində verilə bilərdi. Bunun üçün qanun 



bir il iddia müddəti müəyyənləşdirirdi (MM-in 354-cü maddəsinin 2-ci bəndi). Bu müddətin axımı əqd hədə 

və ya zorakılıq təsiri altında bağlandığı hallarda, həmin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə 

son qoyulduğu gündən başlayır və hesablanırdı. Digər növ mübahisəli əqdlər bağlandığı hallarda isə bir illik id-

dia müddətinin axımı iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən 

başlayırdı. 

Bir illik iddia müddəti onu ifadə edir ki, maraqlı şəxs yalnız həmin müddət ərzində məhkəməyə iddia ərizəsi 

verə  bilərdi.  Həmin  şəxsin  bu  müddəti  üzrlü  səbəb  olmadan  ötürməsi  və  buraxması  onun  üçün  arzuolunmaz 

nəticəyə səbəb olurdu. Belə ki, o, məhkəməyə iddia vermək hüququnu itirirdi. Məhkəməyə isə iddia verilməzdi-

sə, əqd etibarlı hesab edilirdi. 

MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra isə vəziyyət dəyişmişdir. Belə ki, indi əqdlər məhkəmə 

tərəfindən etibarsız sayılmasına görə yox, mübahisə edilməsinə görə etibarsız sayıldığına görə Mülki Məcəllə 

iddia müddəti əvəzinə, mübahisə müddəti haqqında göstəriş ifadə edir. Mübahisə müddəti odur ki, bu müddət 

ə

rzində maraqlı şəxs əqd barəsində mübahisə edə bilər; əgər həmin müddət ötərsə, o, mübahisə etmək hüququ-



nu itirir və əqd etibarlı sayılır. 

Mülki qanunvericilik iki növ mübahisə müddəti nəzərdə tutur (MM-in 354-cü maddəsinin 2-ci bəndi): 

 bir aylıq müddət; 



 bir illik müddət. 



 

352


Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin mübahisə edilməsi üçün bir aylıq müddət tətbiq 

olunur. Mübahisəli əqdin yerdə qalan növlərinin mübahisəsi üçün isə bir illik müddət nəzərdə tutulmuşdur. 

Puç əqdlərə gəldikdə isə onu deyə bilərik ki, qanun bu cür əqdlərin etibarsız sayılması haqqında iddia veril-

məsi müddətini (iddia müddətini), habelə mübahisə müddəti nəzərdə tutmur. Bu, onunla bağlıdır ki, bir qayda 

olaraq, puç əqdlər məhkəmə tərəfindən etibarsız sayılmır. Yalnız nadir hallarda puç əqdlərin etibarsız sayılması 

barədə məsələ məhkəmə araşdırmasının predmetinə çevrilir. Digər tərəfdən puç əqdlər mübahisə edilmir. Ona 

görə də onların mübahisəsi üçün müddət müəyyənləşdirilə bilməz. 

Qanun puç əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia verilməsi üçün bir illik müddət mü-

ə

yyənləşdirir (MM-in 354-cü maddəsinin 1-ci bəndi). Bu müddət əqdin icrasına başlanıldığı gündən hesablanır. 



Müvafiq iddia yalnız bir il müddəti ərzində verilə bilər. 

Qanun mübahisə ediləəqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia üçün bir illik müddə

müəyyən edirdi. Bu müddət mübahisə edilən əqdin etibarsız sayılması haqqında iddia üçün müəyyənləşdirilən 

müddətlə anoloci qaydada hesablanırdı.  ndi bu qayda qüvvədən düşmüşdür. 



4. Əqdin konversiyası 

Bəzi hallarda əqdin etibarsızlığı tərəflərə məlum olduqdan sonra onlar arzu edir və istəyirlər ki, əqd etibarlı 

olsun. Belə halda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qayda-

ları tətbiq edilir. Buna əqdin konversiyası (latınja «sonversio» — çevrilmə, dəyişmə) deyilir. Əqdin konversi-



yası dedikdə, etibarsız əqdin tərəflərin razılığı ilə başqa etibarlı əqdə çevrilməsi (başqa əqdin qaydalarının tət-

biq edilməsi) başa düşülür.  

Ə

qdin  konversiyası  konstruksiyası  bizim  ölkə  qanunvericiliyinə  Almaniya  mülki  qanunvericiliyindən  keç-



mişdir.  Almaniya  Mülki  Qanunnaməsinin  140-cı  paraqrafı  həmin  konstruksiyanı  nəzərdə  tutur.  Azərbaycan 

Respublikasının əvvəlki qanunvericiliyi, ümumiyyətlə, bütün sovet məcəllələri göstərilən konstruksiyanı tanı-

mırdı. RF-in yeni MM-nə də əqdin konversiyası konstruksiyası məlum deyil. 

Ə

qdin konversiyası ilə bağlı münasibətlərin tənzimlənməsi MM-in 353-cü maddəsi ilə həyata keçirilir. Bu 



maddədə etibarsız əqdin etibarlı əqd kimi tanınmasının şərtləri göstərilmişdir. 

Ə

qdin  konversiyasına  praktikada  rast  gəlmək  mümkündür.  Məsələn,  ata  sağlığında,  ölməmişdən  qabaq  öz 



oğlu ilə belə məzmunda vərəsəlik müqaviləsi bağlayır: ata ölən kimi miras əmlak onun oğluna keçsin. Ata və 

oğul müəyyən edirlər ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik müqaviləsi bağlanmasına 

yol vermir, belə müqavilə növünü nəzərdə tutmur. Bunu bildikdən sonra ata miras əmlakın öz oğluna vəsiyyət 

edilməsi barədə birtərəfli əqd bağlayır, yəni vəsiyyətnamə tərtib edir. Belə halda etibarsız vərəsəlik müqaviləsi 

etibarlı vəsiyyətnamə ilə (birtərəfli əqd ilə) əvəz olunur. 

Almaniya hüquq ədəbiyyatında əqdin konversiyasına belə bir misal çəkilir: 16 yaşlı şəxs ağır xəstəlikdən öl-

məsini zənn edərək öz miras əmlakının qardaşına verilməsi barədə onunla vərəsəlik müqaviləsi bağlayır. Bun-

dan sonra həmin şəxs bilir ki, 18 yaşı tamam olmadığına görə onun bağladığı

 

ə

qdlər etibarsızdır. Odur ki, 16 



yaşlı şəxs miras əmlakının qardaşına verilməsi barədə vəsiyyətnamə (birtərəfli əqd) tərtib edir. Belə ki, Almani-

ya qanunvericiliyinə görə 16 yaşına çatmış hər bir şəxsin vəsiyyətnamə tərtib etmək hüququ vardır. Daha başqa 

bir misalda şəxs öz əmlakını girov qoymaqla öz qonşusundan borc pul alır. Bu məqsədlə onlar arasında borc və 

girov müqavilələri bağlanılır. Amma müəyyən əsasa görə girov müqaviləsi (ikitərəfli əqd) etibarsız hesab edilir. 

Bunu bilən kimi tərəflər etibarsız girov əqdini saxlama əqdinə çevrilməsi barədə razılığa gəlirlər. Saxlama elə 

birtərəfli əqddir ki, bu əqdə görə borcverən (kreditor) borcalan aldığı borcu qaytaran kimi əmlakı (söhbət girov 

qoyulmuş əmlakdan gedir) özündə saxlamaq hüququna malikdir. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə