MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə57/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   91
§ 7. Əqdin etibarsız hesab  

edilməsinin doğurduğu hüquqi nəticələ

1. Əmlak nəticələrinin növləri 

Ə

qdin etibarsızlığı məlum olduqda, əgər əqd icra edilməmişsə, sadəjə olaraq, o, ləğv edilir. Bir çox hallarda 



etibarsız əqd nəinki bağlanır, həm də tam və ya qismən icra edilir. Belə halda icra olunmuş etibarsız əqdin hü-

quqi müqəddəratını və taleyini müəyyənləşdirmək zərurəti yaranır. Söhbət əqdin icra edilməsi nəticəsində yara-

nan əmlak nəticəsinin aradan qaldırılmasından gedir. Məsələn, zorakılıq təsiri nəticəsində bağlanmış alqı-satqı 

müqaviləsi etibarsız hesab edildikdə, satılan əşyanın və bu əşya üçün ödənilən pulun hüquqi taleyi nejə müəy-

yən edilir? Bu kimi suallara mülki qanunvericilik əqdin etibarsızlığına dəlalət edən əsaslardan asılı olaraq cavab 

verir. 


Ə

qdin etibarsızlığının əmlak nəticəsini iki növə bölmək olar: 

 əsas əmlak nəticəsi; 



 əlavə əmlak nəticəsi. 

Ə

sas əmlak nəticəsi dedikdə, tərəflərin ilkin vəziyyətlərini bərpa etmək başa düşülür. Əlavə əmlak nəticəsi 


 

353


zərərçəkənə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsindən ibarətdir. 

Ə

sas əmlak nəticəsinin özünün üç yarımnövü vardır: 



 ikitərəfli restitusiya (latınja «restitutio» — bərpa etmək); 

 birtərəfli restitusiya; 



 müsadirə. 

Özü də dərhal qeyd etməliyik ki, bizim ölkənin yeni Mülki Məcəlləsi 1964-cü il MM-dən fərqli olaraq, əm-

lak nəticəsinin müsadirə kimi növünü nəzərdə tutmur. Amma buna baxmayaraq, Azərbaycan Respublikasının 

mülki  qanunvericilik  sisteminə  daxil  olan  bəzi  normativ  aktlarda  müsadirə  növünə  rast  gəlmək  mümkündür. 

Məsələn, «Valyuta tənzimi haqqında» qanunun 18-ci maddəsinə görə valyuta sərvətləri ilə aparılan əqdlər (mə-

sələn, xarici valyutanın alqı-satqısı əqdləri və s.) etibarsız hesab edildikdə, əldə edilən gəlirlər müsadirə edilir.  

Müsadirə elə bir əmlak nəticəsidir ki, bununla tərəflərin etibarsız əqd üzrə bir-birindən aldıqları əmlak döv-

lət mədaxilinə silinir və keçirilir. Bu növ əmlak nəticəsi mülki-hüquqi (əmlak) sanksiya xarakteri daşıyır

Ona mülki-hüquqi müsadirə deyilir. Müsadirənin tətbiqi həm ikitərəfli restitusiyanı, həm də birtərəfli restitusi-

yanı istisna edir. 



2.  kitərəfli restitusiya 

kitərəfli restitusiya əsas əmlak nəticəsinin başlıja növü sayılır. O, bütün hallarda tətbiq edilir, bir şərtlə ki, 

Mülki Məcəllədə əqdin etibarsızlığının ayrı nəticəsi nəzərdə tutulmasın (MM-in 337-ci maddəsinin 5-ci bəndi). 

kitərəfli restitusiya odur ki, bunun nəticəsində tərəflərin etibarsız əqd icra olunanadək mövcud olan vəziy-

yəti bərpa edilir, yəni tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarır.  kitərəfli restitusiyanın ma-

hiyyəti əqd bağlayan hər iki tərəfin öz ilkin əmlak vəziyyətini bərpa etmələrindən ibarətdir. Məsələn, hər hansı 

bir vətəndaş fəaliyyət qabiliyyəti olmayan ruhi xəstə ilə minik avtomobilinin alqı-satqı müqaviləsi bağlayır və 

ona beş min manat verir. Bu, puç əqddir. Çünki bu kateqoriyadan olan ruhi xəstələr müstəqil surətdə əqd bağla-

ya bilməzlər (MM-in 342-ci maddəsində ifadə edilən göstərişə görə). Buna görə də vətəndaş minik avtomobili-

ni ruhi xəstəyə, ruhi xəstə isə aldığı pulu vətəndaşa qaytarır. Bununla onların alqı-satqı müqaviləsi icra edilənə-

dək mövcud olan əmlak vəziyyəti bərpa olunur. Bax, etibarsız əqd üzrə tərəflərin bir-birindən aldıqları əmlakın 

(minik avtomobilinin və bu avtomobilə görə verilən pulun) hüquqi müqəddəratını müəyyən edən bu cür qayda 

mülki hüquq elmində ikitərəfli restitusiya adlanır. Bu termin bizə Roma hüququndan keçmişdir («in inteqrum 

restitutio» — ilkin vəziyyətin bərpa edilməsi).  

Bəzi hallarda əqd üzrə alınanları eyni ilə (naturada) qaytarmaq mümkün olmur. Məsələn, əşya itir, yanır və 

yaxud alınanlar əmlakdan istifadədə, görülmüş işdə və  ya göstərilmiş xidmətdə ifadə olunur və s. Belə halda 

müvafiq tərəf alınanın dəyərini pulla ödəyir (MM-in 337-ci maddəsinin 5-ci bəndi). 

kitərəfli restitusiya aşağıdakı etibarsız əqdlərin əmlak nəticəsidir, yəni göstərilən əqdlər ikitərəfli restitusi-

yaya səbəb olur: 

 məjburi forması pozulmaqla bağlanmış əqdlər; 



 icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanmış əqdlər; 

 dövlət qeydiyyatı haqqında tələbin pozulması ilə bağlanmış əqdlər; 



 hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdlər; 

 məhdudlaşdırılmış səlahiyyəti aşmaqla bağlanmış əqdlər; 



 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqdlər; 

 məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin bağladıqları əqdlər; 



 öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd-

lər; 



 mühüm (vacib) əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlər. 



3. Birtərəfli restitusiya 

Birtərəfli restitusiya odur ki, bunun nəticəsində yalnız zərərçəkən tərəfin (vijdanlı tərəfin) etibarsız əqd icra 

olunanadək mövcud olan vəziyyəti bərpa edilir, yəni zərərvuran tərəf (vijdansız tərəf) əqd üzrə aldıqlarının ha-

mısını zərərçəkən tərəfə qaytarır. Zərərvuran tərəf (vijdansız tərəf) isə əqd üzrə verdiyini geri almaq hüququnu 

itirir: ona heç nə qaytarılmır. Belə ki, zərərçəkən tərəf zərərvurandan aldığını qaytarmağa borclu deyildir. 

Köhnə 1964-cü il MM-nə görə, zərərvuran (vijdansız) tərəfə qaytarılmalı olanlar dövlət mədaxilinə keçirilir-

di (həmin Məcəllənin 52-ci maddəsi). Bu cür qayda RF-in müasir MM-də də saxlanılmışdır. Həmin qayda vij-

dansız tərəfə müsadirə xarakterli sanksiya tətbiq olunmasını ifadə edir. 

Beləliklə, birtərəfli restitusiyaya görə, əqd üzrə icra edilənləri yalnız zərərçəkən tərəf geri ala bilər. Bununla 

onun ilkin hüquqi (əmlak) vəziyyəti bərpa olunur. 

Bəzən alınanları eyni ilə (naturada) qaytarmaq mümkün olmur. Belə hallarda alınanın dəyəri pulla ödənilir. 

24 iyun 2005-ci il tarixli qanunla AR MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi aşağıdakı əqdlər birtə-


 

354


rəfli restitusiyaya səbəb olurdu: 

 hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər; 



 zorakılıq nəticəsində bağlanmış əqdlər; 

 aldatma nəticəsində bağlanmış əqdlər; 



 hədə təsiri altında bağlanmış əqdlər; 

 bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər; 



 şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər. 

24 iyun 2005-ci il tarixli qanunla AR MM-ə dəyişikliklər və əlavələr edilməsi nəticəsində göstərdiyimiz əqd-

lər  artıq  birtərəfli  restitusiyaya  səbəb  olmur.  Məsələ  burasındadır  ki,  indi  həmin  etibarsız  əqdlərə  də  MM-in 

337-ci maddəsinin 5-ci bəndinin qaydaları tətbiq edilir (MM-in 339-cu maddəsinin 5-ci bəndi). Bu qaydalara 

görə əvvəldə qeyd etdiyimiz kimi, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alı-

nanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bu, onu ifadə edir ki, həmin 

etibarsız  əqdlər  də  ikitərəfli  restitusiyaya  səbəb  olur.  Deməli,  Azərbaycan  Respublikasının  indiki  Mülki 

Məcəlləsi birtərəfli restitusiyanı nəzərdə tutmur. Amma təəssüflə qeyd etməliyik ki, məsələyə bu

 

cür yanaşma 



haqq, insaf və ədalət baxımından düzgün deyil. Hesab edirik ki, həmin əqdlər üzrə vijdansız zərər vuran tərəfin 

ə

mlak  vəziyyəti  bərpa  olunmamalı,  onlara  özlərinin  etdikləri  vijdansız  hərəkətlərə  görə  müsadirə  növündə 



mülki-hüquqi sanksiya tətbiq edilməlidir, yəni həmin şəxslər əqd üzrə qarşı tərəfə (vijdanlı tərəfə) verdiyi 

ə

mlakı geri almaq hüququndan məhrum edilməli, bu əmlak dövlət mədaxilinə keçməlidir.



 

4. Əqdin etibarsızlığının əlavə əmlak nəticəsi 

Ə

qdin etibarsızlığının əlavə əmlak nəticəsi xüsusi xarakterli nəticədir. Ona görə də o, xüsusi əmlak nəticəsi 



də adlanır. 

Ə

qdin  etibarsızlığının  əlavə  əmlak  nəticəsi  dedikdə,  müvafiq  tərəfin  etibarsız  əqdin  bağlanması  və  icra 

edilməsi nəticəsində qarşı tərəfə (zərərçəkənə) vurduğu zərərin əvəzini ödəməsi başa düşülür. Məlum məsələdir 

ki, vurulmuş zərərin əvəzini ödəmə vəzifəsi etibarsız əqd bağlanmasında və bu əqdin icra edilməsində təqsiri 

olan tərəfin üzərinə qoyulur. Məhz bu tərəfin təqsiri üzündən əqdin qarşı tərəfinə zərər vurulur. Təqsirli hərə-

kətlərə yol verdiyinə görə o, mülki-hüquqi məsuliyyət daşıyır. Ona görə də həmin şəxsə zərərin əvəzini ödəmə 



formasında mülki-hüquqi sanksiya — məsuliyyət tədbiri tətbiq edilir. Deməli, əqdin etibarsızlığının əlavə 

ə

mlak nəticəsi olan zərərin əvəzini ödəmə mülki-hüquqi məsuliyyət tədbiri rolunda çıxış edir. 



Zərərin əvəzini ödəmə formasında mülki-hüquqi məsuliyyət o halda yarana bilər ki, etibarsız əqd bağlanma-

sından vijdanlı tərəf zərərə düşsün. Zərər (ziyan) həmin tərəf üçün yaranan mənfi əmlak nəticəsidir ki, o, pulla 

qiymətləndirilir. Bu mənfi nəticə iki hissədən ibarətdir: real zərərdən; əldən çıxmış faydadan. Real zərər vij-

danlı (zərərçəkən) tərəfin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərjlər, əmla-

kından məhrum olması və ya əmlakının zədələnməsidir. Əldən çıxmış fayda isə hüququ pozulmasaydı, həmin 

şə

xsin adi mülki dövriyyə şəraitində əldə edə biləjəyi gəlirdir. Etibarsız əqdlərin bağlanmasından zərəəkə



tərəfə vurulan zərərin yalnız real zərər hissəsinin əvəzi ödənilir. Onun əldən çıxmış fayda hissəsinin əvəzi 

isə ödənilmir. Məsələn, vətəndaş öz qonşusu olan qeyri-fəaliyyət qabiliyyətli şəxsdən minik avtomobili alır və 

pulunu ödəyir. Özü də həmin vətəndaş bilir ki, avtomobili satan şəxsin fəaliyyət qabiliyyəti yoxdur. Vətəndaş 

avtomobili idarə edərkən dəfələrlə onu vurub zədələyir. Bununla onun təmir edilməsinə, bəzi hissələrinin dəyiş-

dirilməsinə ehtiyac  yaranır. Üç aydan sonra məlum olur ki, həmin müqavilə etibarsızdır. Belə halda ikitərəfli 

restitusiya haqqında qayda tətbiq edilir, yəni müqavilənin tərəflərindən hər biri aldıqlarını digər tərəfə qaytarır. 

Bundan əlavə, real zərərin əvəzini ödəmə formasında vətəndaşa mülki-hüquqi sanksiya (məsuliyyət tədbiri) tət-

biq edilir. Belə ki, o, minik avtomobilinin təmirinə və detallarının dəyişdirilməsinə çəkilən xərjlərin (real zərə-

rin) əvəzini ödəyir.  

Ə

lavə əmlak nəticəsi bir sıra əlamətlərlə xarakterizə edilir. Bu əlamətlər onun əsas cəhətlərini müəyyənləş-



dirməyə imkan verir. 

Birincisi, əlavə əmlak nəticəsi zərəəkən tərəfin hüquq və qanuni mənafeyinin bərpasının reallığını tə-

min etmək məqsədi güdür.  

kincisi,  əlavə  əmlak  nəticəsi  ikitərəfli  restitusiyadan  asılı  olmayaraq  tətbiq  edilir.  Ondan  əsas  əmlak 

nəticəsinə əlavə kimi istifadə olunur. Məsələn, yuxarıdakı misalda ikitərəfli restitusiya haqqında qaydadan əla-

və, həm də əlavə əmlak nəticəsi (real zərərin əvəzini ödəmə) tətbiq edildi. 

Üçüncüsü, əlavə əmlak nəticəsi yalnız o halda tətbiq olunur ki, əqdin müvafiq tərəfi (vijdansız tərəf) təqsirli 

hərəkətlərə yol versin və qarşı tərəfə (vijdanlı tərəfə) real zərər vursun

Dördüncüsü, əlavə əmlak nəticəsi yalnız qanunda birbaşa nəzərdə tutulan etibarsız əqd növlərinə aid edilir. 

Həmin əqdlərin etibarsızlığı qanunda birbaşa göstərildiyinə görə əlavə əmlak nəticəsinə səbəb olur. Bu cür əqd-

lərə aiddir: hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər; fəaliyyət qabiliyyəti olmayan sayılmış şəx-


 

355


sin bağladığı əqdlər; mühüm (vacib) yanılma nəticəsində bağlanmış əqdlər; qeyri-ciddi əqdlər. 

Mühüm (vacib) yanılma nəticəsində etibarsız əqdlər üzrə əlavə əmlak nəticəsi o tərəfə tətbiq edilir ki, yanıl-

ma onun təqsiri üzündən yaransın. Bu tərəfin üzərinə real zərərin əvəzini ödəmək vəzifəsi qoyulur, bir şərtlə ki, 

yanılmanın onun təqsiri üzündən əmələ gəldiyi sübuta yetirilsin. Sübut etmə yükünü qarşı tərəf çəkir. 

Ə

gər bu, sübuta  yetirilməsə,  yanılan tərəf, hətta yanılma ondan asılı olmayan səbəblərdən əmələ gəlsə də, 



qarşı tərəfə real zərərin əvəzini ödəyir (MM-in 347-ci maddəsinin 7-ci bəndi). 

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Aqarkov M.M. Ponətie sdelki po sovetskomu qracdanskomu pravu // Sovetskoe qosudarstvo i pravo. 1946. 

 3-4. 



Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. T. . llarionovoy i dr. M., 1998 (ql. 10). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.Q.KalpinaA. .Masləeva. M., 1997 (ql. 10). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. Z. .Üıbulenko. M., 1998 (ql. 9). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.P.SerqeevaÖ.K.Tolstoqo. M., 1998 (ql. 10). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 10). 

offe O.S. Sovetskoe qracdanskoe pravo. M., 1967 (ql. «Sdelki»). 

Rabinoviç N.V. Nedeystvitelğnostğ sdelok i ee posledstviə. L., 1960. 

Noviükiy  .B. Sdelki.  skovaə davnostğ. M., 1954. 

Sovetskoe qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. O.A.Krasavçikova. M., 1985 (ql. 9). 



Gnneküerus L. Kurs qermanskoqo qracdanskoqo prava. Tom 1. Polutom 2. M., 1950 (ql. 2). 

Jauering O. Bürgerliches Gesetzbuch mit Erläuterungen. 1997. 

Ermann W. Handkommentar zum BGB. Münster. 1993. 

Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983 (ql. 5).  

 

356


MÖVZU 8 

Mülki hüquqların həyata keçirilməsi  

və müdafiəsi müddətləri 

§ 1. Mülki hüquqda müddətlər, onların  

hesablanması və növləri. Müddətlərin əhəmiyyəti 

1. Mülki hüquqda müddət anlayışı 

Vaxt (zaman) fəlsəfi anlayışdır. O, materiyanın əsas mövcud olma formalarından biridir. Vaxt (zaman) hə-

rəkət edən materiyadan ayrılmazdır. Engels yazır ki, vaxt maddi proseslərdən, materiyadan təjrid edilmiş halda 

mövcud ola bilməz. Materiya məkana və vaxta görə hərəkət edir (V. .Lenin). Bununla bərabər, vaxt (zaman) iq-



tisadi əhəmiyyəti olan kateqoriyadır. K.Marksa görə, vaxta qənaət etmək qanunu bütün sosial-iqtisadi forma-

siyalarda qüvvədə olan birinci və əsas qanundur. Bununla belə, vaxt (zaman) hüquqi rol oynayan kateqoriyadır.  

Vaxt (zaman) kateqoriyası xüsusilə mülki hüquqda mühüm və vacib əhəmiyyətə malikdir. Mülki hüquqların 

həyata keçirilməsi və müdafiə edilməsi məhz bu kateqoriya ilə sıx surətdə bağlıdır. Mülki hüquq münasibətləri 

vaxta  (zaman)  görə  mövcud  olur.  Mülki  hüquqların  mövcudluğu,  pozulmuş  hüquqların  müdafiəsi,  bir  qayda 

olaraq, vaxt (zaman) kateqoriyası ilə məhdudlaşır. Mülki-hüquqi müqavilələr müəyyən vaxt dövründə qüvvədə 

olur. Mülki-hüquqi nəticələr (yetkinlik yaşına çatma, əldəetmə müddəti, qüvvədə olma müddəti, müddətin öt-

məsinə görə hüquqa xitam verilməsi və s.) məhz vaxtın keçməsi prosesi ilə bağlıdır. Deməli, vaxt (zaman) mül-

ki-hüquqi əhəmiyyətə malik olan kateqoriyadır. Bu isə o deməkdir ki, fəlsəfi və iqtisadi kateqoriya olan vaxt 

həm də hüquqi kateqoriya hesab olunur. 

Lakin vaxtın axım prosesi özlüyündə mülki hüquqi əhəmiyyət kəsb etmir. Yalnız müəyyən vaxt anının və ya 

vaxt dövrünün (kəsiyinin) mülki-hüquqi mənası və rolu vardır. Belə ki, mülki qanunvericilik məhz həmin vaxt 

anının çatması ilə və ya vaxt dövrünün (kəsiyinin) bitməsi ilə müəyyən hüquqi nəticənin əmələ gəlməsini, yəni 

mülki hüquq münasibətlərinin (mülki hüquq və vəzifələrin) yaranmasını, dəyişməsini və ya xitam olunmasını 

ə

laqələndirir və bağlayır. Bu cür vaxt anı və ya vaxt dövrü (kəsiyi) mülki hüquqda müddət adlanır. 



Mülki  hüquqda  müddət  dedikdə,  elə  bir  vaxt  anı  və  ya  vaxt  dövrü  (kəsiyi)  başa  düşülür  ki,  mülki 

qanunvericilik müəyyən hüquqi nəticənin əmələ gəlməsini həmin vaxt anının çatması ilə və ya vaxt döv-

rünün  (kəsiyinin)  bitməsi  ilə  əlaqələndirir.  Başqa  sözlə  desək,  mülki-hüquqi  mənada  müddət  mülki  hüquq 

münasibətlərinin  (mülki  hüquq  və  vəzifələrin)  əmələ  gəlməsinin,  dəyişməsinin  və  ya  xitamının  bağlı  olduğu 

müəyyən vaxt anı və ya vaxt dövrüdür (kəsiyidir). Madam ki, vaxt anının çatması və ya vaxt dövrünün bitməsi 

mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına, yəni hüquqi nəticəyə səbəb olur, 

deməli, müddət öz hüquqi təbiətinə görə hüquqi faktdır. Məsələn, fiziki şəxs on səkkiz yaş həddinə çatır və 

bununla o, istənilən əqd bağlamaq hüququ əldə edir (vaxt anının çatması). Müəllifin ölümündən sonra qanunla 

müəyyənləşdirilmiş əlli illik vaxt dövrünün keçməsi ilə onun vərəsələrinin əsərdən istifadə üzrə müstəsna əm-

lak hüquqlarına (hüquq münasibətlərinə) xitam verilir (vaxt dövrünün bitməsi). 

Almaniya hüquq ədəbiyyatında da müddətə anlayış verilməsinə rast gəlirik: vaxtın keçməsi odur ki, onunla 

müxtəlif qanuni nəticələrin əmələ gəlməsi əlaqələndirilir. Yaponiya mülki hüququna görə müddət bir vaxt anın-

dan digər vaxt anına kimi uzanan müəyyən vaxt dövrüdür. 

Mülki hüquqda müddət anlayışı iki mənada işlədilir: müəyyən vaxt anı mənasında; müəyyən vaxt dövrü (kə-

siyi) mənasında. Bu anlayış həm birinci, həm də ikinci mənada istifadə olunaraq müəyyən hüquqi nəticənin ya-

ranması ilə bağlı olur. 

Mülki hüquqda müddətin hüquqi faktlar sistemində tutduğu  yer bir neçə müddətdir ki, müəlliflər arasında 

mübahisə predmetinə çevrilmişdir. Bu barədə əsasən bir-birinə zidd olan iki fikir söylənilir. 

Bir qrup müəlliflər göstərirlər ki, müddətin müəyyən və təyin edilməsi iradəvi mənşəyə malikdir. Ona görə 

ki, mülki hüquqda müddət qanunla, əqdlə və ya məhkəmə qərarı ilə müəyyən edilir. Müddətlərin çoxusu dayan-

dırıla və ya bərpa edilə bilər ki, bu cəhət onların iradəvi təbiətli olmasını göstərir. Ona görə də müddətlərin ək-

səriyyəti ikili xarakterə malikdir. Belə ki, onlar mənşəyinə görə iradəvi olsalar da, vaxt axımının obyektiv pro-

sesi ilə bağlıdır. Həmin müəlliflərin fikrinjə, məhz bu səbəbdən müddət xüsusi kateqoriya hüquqi fakt olub, hü-

quqi faktların nə hadisə, nə də hərəkət növünə aid edilir. Daha sonra qeyd edilir ki, müddəti obyektiv kateqoriya 

olan vaxtdan fərqləndirmək lazımdır, çünki müddət qanunvericinin və ya hüquq münasibəti iştirakçılarının ira-

dəsi ilə müəyyən edilir. Ona görə də o, hüquqi faktlar sistemində hadisə ilə hərəkət arasında aralıq (xüsusi) və-

ziyyəti tutur. 

Anoloci mövqeni digər müəlliflər də tuturlar. Onların fikrinjə, müddətin başlanğıj və sonunu insanlar özləri 

müəyyən edirlər, yəni o, iradəvi xarakter daşıyır. Müddətin axımı isə vaxt axımının obyektiv qanununa tabedir. 

Bu qanun isə insanın iradəsindən asılı deyildir. Hüquqi müddətlərin bu cür ikili təbiətə malik olması belə bir 

nəticə çıxarmağa imkan verir ki, onlar hüquqi faktların müstəqil kateqoriyasıdır. 


 

357


Digər qrup müəlliflər göstərirlər ki, müddət insanların iradəsi ilə müəyyən edilsə də, onun çatması və ya bit-

məsi  obyektiv  xarakter  daşıyır.  Müddətin  çatması  və  ya  bitməsi  mütləq  və  labüd  xarakter  daşıyaraq, 

qanunvericinin  və  hüquq  münasibəti  iştirakçılarının  iradəsi  və  düşünjəsindən  asılı  deyildir.  Müddət  obyektiv 

kateqoriyadır. Onun axımının qarşısını subyektlər ala bilməzlər. Müddətin yaxınlaşmasını nə dəyişdirmək, nə 

də ləğv etmək olar. Buna görə də müddəti hüquqi faktın hadisə və hərəkət kimi növləri ilə bərabər mövcud olan 

müstəqil növü hesab etmək olmaz. Hüquqi faktlar sistemində müddət hadisə kateqoriyasına aid edilir. 

Bizim fikrimizjə, axırıncı qrup alimlərin mövqeyi həqiqətə daha yaxındır. Doğrudan da, mübahisəsiz olaraq, 

müddət hüquqi faktların hadisə kimi növünə daxildir. Daha konkret və dürüst söyləsək, o, hadisənin nisbi ha-



disə kimi növünə aiddir. Ona görə ki, müddətdən danışanda, ümumiyyətlə, subyektlərin iradəsini inkar etmək 

olmaz. Nisbi hadisə odur ki, o, subyektlərin hərəkətləri nəticəsində yaransa da, bu hərəkətlərdən asılı olmayaraq 

inkişaf edir. Müddəti bu növ hadisəyə aid etmək üçün kifayət qədər əsaslar vardır. 

Bununla belə, vaxtın keçməsi faktı, insanın bioloci ölüm vaxtı isə mütləq hadisə növünə şamil edilir. Məsə-

lən, insanın bioloci ölümü ilə miras açılır. Cinayət əməli nəticəsində baş verən ölüm, insanın doğulması kimi 

vaxt müddəti nisbi hadisədir.  

Müddətlərin mülki-hüquqi əhəmiyyətə malik olmasını nəzərə alaraq mülki qanunvericilik onların tənzimlən-

məsinə  xüsusi  diqqət  yetirir.  Belə  ki,  o,  müddətlər  barədə  həm  ümumi,  həm  də  xüsusi  qayda  müəyyən  edir. 



Ümumi qayda mülki hüquqla tənzimlənən bütün münasibətlərə şamil edilir. Bütün eyni tipli mülki hüquq mü-

nasibətləri üçün müəyyənləşdirilən həmin qayda MM-in 17-ci fəslinə daxil olan maddələrdə (367-371-ci mad-

dələrdə) nəzərdə tutulmuşdur. Xüsusi qayda isə yalnız müvafiq müddət müəyyənləşdirilən münasibətlərə şamil 

edilir. Məsələn, podrat müqaviləsi üzrə iddia müddəti xüsusi qaydaya misal ola bilər (MM-in 776-cı maddəsi). 

Müddətlərin qaydaya salınmasına və tənzimlənməsinə xarici ölkələrin qanunvericiliyi də mühüm əhəmiyyət 

verir.  Məsələn,  Almaniya  Mülki  Qanunnaməsinin  birinci  kitabının  dördüncü  bölməsi  (§  186-197  və  s.),  RF 

MM-in on birinci fəsli, Fransa Mülki Məcəlləsinin üçüncü kitabının 22-ci bölməsi və s. müddətlərin nizama sa-

lınmasına həsr edilmişdir. Yaponiya MM-in 135-170-ci maddələri müddət üzrə münasibətləri tənzimləyir. 



2. Müddətlərin hesablanması üsulu və qaydaları 

Mülki hüquqda müddətlər müxtəlif üsullar əsasında müəyyən edilir. Müddətlərin müəyyən edilmə üsulları 

dedikdə, onların təyin olunduğu vasitə və qaydalar başa düşülür. Bu üsullar üç cürdür: 

 təqvim tarixi ilə müddətin təyin edilmə üsulu; 



 vaxt dövrünün (kəsiyinin) bitməsi ilə müddətin təyin edilmə üsulu; 

 hökmən baş verməli olan hadisəni göstərməklə müddətin təyin edilmə üsulu. 



Təqvim tarixi ilə müddət o halda təyin edilir ki, mülki hüquq və vəzifələrin əmələ gəlməsini, dəyişməsini 

və ya xitam olmasını müəyyən (dəqiq) vaxt anı ilə əlaqələndirmək lazım gəlsin (məsələn, 15 avqust 2009-cu il). 

Bu üsulla müddətin təyin edilməsi halına müqavilələrdə daha tez-tez rast gəlinir. Məhkəmə qərarlarında da bu 

üsuldan istifadə etməklə müddət təyin oluna bilər. 

Təqvim tarixi üsulu ilə müddətlər müəyyən ayın, rübün konkret tarixi göstərilməklə də təyin edilə bilər. Mə-

sələn, kommunal və rabitə xidmətinə görə, sığorta öhdəliyi və vergiyə və s. görə vaxtaşırı ödənişlər üçün müəy-

yən ayın konkret tarixi nəzərdə tutula bilər. 

Bəzi hallarda bu və ya digər vəzifənin müəyyən təqvim tarixində icra edilməsi qanunvericiliklə müəyyənləş-

dirilir. Məsələn, mənzil qanunvericiliyində müəyyən ödənişlərin həyata keçirilməsinin konkret tarixi göstərilir. 

Başqa bir misalda qanun müəyyən  edir ki, ömürlük renta hər təqvim ayının sonunda ödənilir (MM-in 878-ci 

maddəsi). 

Vaxt dövrünün bitməsi üsulunun mahiyyəti ondan ibarətdir ki, bu üsula görə müddət, nejə deyərlər, onun 

«uzunluğu»nun təyin edilməsi ilə müəyyənləşdirilir və illərlə, aylarla, həftələrlə, günlərlə və ya saatlarla hesab-

lanır. Vaxt dövrü müəyyən vaxt kəsiyidir ki, bu  kəsik həddində mülki hüquq və vəzifələr  ya  əmələ  gəlir,  ya 

mövcud olur, ya dəyişir, ya da xitam edilir. 

Göstərilən üsulla müddətlərin təyin edilməsi həm qanunda, həm də müqavilədə nəzərdə tutula bilər. Məsə-

lən, qanunda göstərilir ki, borc müqaviləsi üzrə faizlər müvafiq surətdə ilin sonunda ödənilməlidir (MM-in 741-

ci maddəsi). Tərəflər bağladıqları borc müqaviləsində nəzərdə tuturlar ki, borc alan borcu üç aydan sonra qay-

tarmalıdır. 

Bəzi hallarda müddət illərlə, aylarla və s. yox, rüblərlə, yarımilliklə, dekada (on günlük müddət) ilə, sutka ilə 

də müəyyənləşdirilə bilər. Məsələn, bank əmanətinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra 

ödənilir (MM-in 949-cu maddəsinin 2-ci bəndi). Başqa bir misalda tərəflər əvəzsiz istifadə müqaviləsində gös-

tərə bilərlər ki, əşya yarım il müddətinə istifadəyə verilir.  



Hökmən baş verməli olan hadisəni göstərmək üsuluna görə mülki hüquq münasibəti iştirakçıları baş ver-

məsinin dəqiq tarixi əvvəljədən bilinməyən hər hansı hadisədən mülki hüquq və vəzifələrin əmələ gəlməsi, də-



 

358


yişməsi və ya xitam olunması müddətini müəyyənləşdirmək üçün istifadə edirlər. Bu üsul su nəqliyyatı daşıma-

larında mühüm əhəmiyyət kəsb edir. Belə ki, şimal ölkələrində dəniz və çay yolu ilə yük daşıma münasibətləri 

üzrə  tərəflərin  hüquq  və  vəzifələrinin  (yük  daşıma  münasibətlərinin)  əmələ  gəlməsi  naviqasiya  mövsümünün 

açılışı ilə bağlıdır. Naviqasiya mövsümü dəniz və çaylarda buzun əriməsi ilə başlayır. Onun müddəti ayrı-ayrı 

illərdə müxtəlif olur. Bu, bir qayda olaraq, təbii iqlim şəraitindən asılıdır. Başqa bir misalda ömürlük renta mü-

qaviləsinin xitam olunmasını qanun renta alanın ölümü ilə əlaqələndirir (MM-in 877-ci maddəsinin 3-cü bəndi). 

Burada ölüm hökmən baş verməli olan hadisə kimi göstərilir.  

Mülki qanunvericilik göstərilən üsullardan başqa, müddətin təyin olunmasının digər üsullarını da nəzərdə tu-

tur. Məsələn, öhdəlik hüquq münasibətinin icrası tələb etmə anı ilə müəyyənləşdirilə bilər (MM-in 427-ci mad-

dəsinin 4-cü bəndi). Belə hallarda tələb etmə anı müddətin təyin edilmə üsulu kimi çıxış edir. Bu üsulun ma-

hiyyəti ondan ibarətdir ki, müvafiq öhdəlik hüquq münasibəti səlahiyyətli şəxs (kreditor) tələb etdiyi anda borc-

lu şəxs tərəfindən icra edilir. Məsələn, vətəndaş tələbli əmanət növü üzrə bank əmanəti müqaviləsi bağlayır. Be-

lə halda əmanət onun tələb etdiyi müddətdə bank tərəfindən geri qaytarılır (MM-in 947-cü maddəsi). 

Müddətin axımının başlanğıcını müəyyən etməyin böyük praktiki əhəmiyyəti vardır. Belə ki, müddətin düz-

gün hesablanması və müddətin sonunun müəyyənləşdirilməsi məhz bundan asılıdır. Deməli, bundan həm də o 

hüquqi nəticə asılıdır ki, həmin nəticə bu və ya digər müddətin çatması və ya bitməsi ilə bağlı olaraq əmələ gə-

lir.  

Mülki qanunvericilik müddətin axımının başlanğıcını müəyyən etmək barədə ümumi qayda nəzərdə tu-



tur. Bu qaydaya görə vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin baş-

lanması  üçün  müəyyənləşdirilmiş  hadisənin  baş  verməsindən  sonrakı  gün  başlayır  (MM-in  368-ci  maddəsi). 

Bu, onu ifadə edir ki, təqvim tarixi və ya hadisənin baş verməsi günü hesaba alınmır. Məsələn, şəxs mart ayının 

1-də öz hüququnun pozulduğunu bilir. Belə halda iddia müddətinin (məhkəməyə müraciət etmək üçün nəzərdə 

tutulan müddətin) axımı mart ayının 2-dən başlayır. Başqa bir misalda vətəndaş may ayının 4-də ölür. Mirasın 

vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunun müəyyənləşdirdiyi üç aylıq müddətin axımı may ayının 5-dən 

başlayır. Daha başqa bir misalda naviqasiya dövrünün 10 apreldə açılması elan edilir. Belə halda müddətin axı-

mı 11 apreldən başlayır. 

Mülki  qanunvericilik  həm  də  müddətin  qurtarmasını  (sonunu)  təyin  etmək  haqqında  qayda  müəyyən 

edir (MM-in 369-cu maddəsi). Məlumdur ki, müxtəlif ay və illər bərabər saylı günlərdən ibarət deyildir (məsə-

lən, fevral ayı 28 gündən və ya 29 gündən, il 365 və ya 366 gündən ibarət ola bilər). Bundan əlavə, bazar və 

bayram günləri də vardır. Buna uyğun olaraq müəyyən edilir ki, illərlə hesablanan müddət müddətin sonuncu 

ilinin  müvafiq  ayında  və  günündə  qurtarır.  Məsələn,  podratçının  tikdiyi  binaya  aid  tələb  üzrə  beş  illik  iddia 

müddətinin axımı 2002-ci ilin yanvar ayının 15-də başlayır. Həmin müddət 2007-ci ilin yanvar ayının 15-də bi-

tir. 

Aylarla hesablanan müddəmüddətin sonuncu ayının müvafiq günündə qurtarır. Bəzən bu müddətin qur-

tarması müvafiq günü olmayan aya düşür. Belə halda müddət həmin ayın sonuncu günü qurtarır. Məsələn, və-

təndaş bir aylıq müddətə öz qonşusuna borc verir. Bu müddətin axımı yanvarın 31-dən başlayır. Həmin müddət 

fevral ayının 28-də (əgər il uzun ildirsə, 29-da) başa çatajaqdır. Əgər müddət yarım illə, rüblə hesablanarsa, on-

da aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. 

Bəzi hallarda müddətin sonuncu günü istirahət və ya bayram, yəni qeyri-iş gününə düşür. Belə halda həmin 

gündən sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Yerinə yetirilməsi qeyri-iş gününə düşən hərəkət növ-

bəti iş günündə icra edilməlidir (MM-in 370-ci maddəsi). Məsələn, borc alan aldığı krediti 28 mayda (bayram 

günündə) qaytarmalıdır. 28 maydan sonra gələn 29 may iş günündə o, bu hərəkəti yerinə yetirə bilər. Qeyri-iş 

günü olan ümumi istirahət gününə beş günlük iş həftəsi üzrə şənbə və bazar günləri, altı günlük iş həftəsi üzrə 

isə  yalnız  bazar  günü  daxildir.  Qeyri-iş  günü  sayılan  bayram  günləri  (1  yanvar,  8  mart,  Novruz  bayramı,  28 

may və s.) əmək qanunvericiliyi ilə müəyyən edilir. Matəm günü olan 20 yanvar da qeyri-iş gününə aiddir. Həf-

tə ilə hesablanan müddət yeddi gündən ibarətdir. Həftənin axırıncı günü müddətin qurtardığı gün hesab olunur. 

Məsələn, qonşu vətəndaşdan may ayının 1-də (müqavilə bağlanan vaxt) bir həftəlik borc alır. O, may ayının 8-

də borcu qaytarmalıdır. 

Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır.  

Mülki qanunvericilik müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi haqqında xüsusi qay-

da müəyyən edir (MM-in 371-ci maddəsi). Bu qaydaya görə, hər hansı hərəkətin yerinə yetirilməsi üçün müd-

dət təyin edilmişdirsə, şəxs həmin hərəkəti müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirə bilər. 

Həmin qayda o şəxslərə aiddir ki, onların iş recimi vaxtı məhdud deyildir.  ş recimi vaxtı məhdud olan təşkilat, 

idarə  və  müəssisələrdə  isə  hüquqi  əhəmiyyətə  malik  olan  hərəkətlərin  yerinə  yetirilməsi  müddət  baxımından 

müəyyən  xüsusiyyətlərlə  şərtlənir.  Bu  idarə,  təşkilat  və  müəssisələrdə  elə  qayda  müəyyənləşdirilir  ki,  həmin 


 

359


qaydaya görə müvafiq hərəkətin edilməsi üçün nəzərdə tutulan müddət burada əməliyyatların dayandırıldığı sa-

atda qurtarır. Məsələn, iş vaxtının saat 18.00-da qurtarmasına baxmayaraq, banklarda bəzi bank əməliyyatları 

saat 14.00-a kimi həyata keçirilir. Belə halda həmin əməliyyatlara aid olan hərəkətlər də yalnız saat 14.00-a ki-

mi edilə bilər. Bəzi təşkilatlarda isə əməliyyatlar iş gününün axırına kimi, anbarın bağlanmasına kimi davam 

edir. 

Bəzi hallarda elə vəziyyət yaranır ki, fiziki şəxsin müvafiq təşkilata gəlməsi mümkün olmur və ya fiziki şəxs 



özü bunu məqsədəuyğun hesab etmir. Belə vəziyyətdə o, müddətin axırıncı günündə saat iyirmi dördə qədər ra-

bitə təşkilatına (poçta, teleqrafa və s.) yazılı ərizə, arayış və digər sənədlər, habelə bildirişlər təhvil verə bilər. 

Bu hal müvafiq sənədlərin vaxtında verilməsinə dəlalət edir, yəni onlar vaxtında verilmiş sayılır. Həmin sənəd-

lərdə rabitə təşkilatının müvafiq qeydi olur. Bu sənədlər faktiki olaraq təşkilata müəyyən edilmiş müddət keç-

dikdən sonra daxil olur. Amma buna baxmayaraq, onlar vaxtında verilmiş sənədlərə bərabər tutulur. 

3. Müddətin növləri 

Mülki hüquq elmində müddətlər müxtəlif növlərə bölünür. Onlar cürbəcür meyar və əlamətlərə görə təsnif 

edilir. 

əyyən edilmə əsasına görə mülki-hüquqi müddətlər üç yerə bölünür. Başqa sözlə desək, müddətin nəyin 

ə

sasında müəyyən edilməsindən asılı olaraq onların üç növü fərqləndirilir: 



 qanuni müddətlər; 

 müqavilə müddətləri; 



 məhkəmə müddətləri. 



Qanuni  müddətlər  odur  ki,  bu  müddətlər  qanunlarda  və  ya  digər  normativ  aktlarda  nəzərdə  tutulur.  Bu 

müddətlərin  «qanuni»  adlanması  digər  müddət  növlərinin  qanunsuz  hesab  olunmasına  dəlalət  etmir.  Həmin 

müddətlər ona görə «qanuni» adlanır ki, onlar mülki qanunvericilik aktları ilə müəyyən edilir. Məsələn, qanun 

binaya  aid  podrat  müqaviləsi  üzrə  beş  illik,  yüklərin  daşınması  üzrə  isə  bir  illik  iddia  müddəti  nəzərdə  tutur 

(MM-in 776-cı və 861-ci maddələri). Qanun vərəsələr tərəfindən mirasın qəbul edilməsi üçün üç aylıq müddət 

müəyyənləşdirir (MM-in 1246-cı maddəsi). 

Digər müddət növlərinin qanuniliyinə kölgə və şübhə salmamaq üçün «qanuni müddət» termininin başqa ter-

minlə  əvəz  olunmasını  məqsədəmüvafiq  hesab  edirik.  Hüquq  ədəbiyyatı  səhifələrində  bəzi  müəlliflər  qanuni 

müddətləri normativ müddətlər anlayışı ilə əhatə edirlər. Zənn edirik ki, bu, daha uğurlu və münasib termin-

dir. Yaponiya mülki hüququnda isə onlar hüquq normaları ilə müəyyənləşdirilən müddətlər adlanır. 

Qanuni müddətlər əsasən iki cəhəti ilə xarakterizə olunur: birincisi, bu müddətlər, ümumi qaydaya görə tə-

rəflərin sazişi ilə dəyişdirilə bilməz; ikincisi, bu müddətlər həm fiziki, həm də hüquqi şəxslər üçün, habelə məh-

kəmə orqanları üçün məjburidir. 

Tərəflərin sazişi ilə müəyyən edilən müddətlərə müqavilə müddətləri deyilir. Bu müddətlər, adətən, konk-

ret hüquqların həyata keçirilməsi və konkret vəzifələrin icra edilməsi məqsədi ilə təyin edilir. Müqavilə müd-

dətlərinin  köməyi  ilə  hüquq  münasibətinin  xüsusiyyəti  nəzərə  alınır,  fərdi  yanaşma  tələb  edən  məsələlər  həll 

edilir.  Buna  görə  də  həmin  müddətlər  tərəflərin  sazişi  ilə  dəyişdirilə,  uzadıla  və  ya  qısaldıla  bilər.  Müqavilə 

müddətinə  misal  olaraq  satıcının  əşyanı  alıcıya  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulan  müddətdə  verməsini 

göstərmək  olar  (MM-in  569-cu  maddəsinin  1-ci  bəndi).  Başqa  misalda  müqavilə  ilə  iddia  müddəti  müəyyən 

edilir (MM-in 374-cü maddəsinin 1-ci bəndi). Müqavilə müddəti əqdlə müəyyənləşdirilən müddədə adlanır. 



Məhkəmə müddətləri dedikdə, məhkəmələr tərəfindən müəyyənləşdirilən müddətlər başa düşülür. Bu müd-

dətlər məhkəmələrin konkret mülki-hüquqi mübahisələrə baxması zamanı təyin edilir. Özü də həmin müddətlər 

mübahisə edən tərəflərin hər ikisi üçün məjburi olub, onların istək və mülahizəsi ilə dəyişdirilə bilməz. Məhkə-

mə müddətinə borc mübahisəsi üzrə borc alanın borcu qaytarmaq vəzifəsinin müəyyən müddətə təxirə salınma-

sını misal göstərmək olar.  

Göstərilənlərdən savayı, müddət işgüzar dövriyyə adətləri ilə də müəyyənləşdirilə bilər. Məsələn, öhdəli-

yin icrası müddəti işgüzar dövriyyə adətlərindən irəli gələ bilər (MM-in 427-ci maddəsinin 4-cü bəndi). 

Müddətin öhdəliyin mahiyyəti əsasında da təyin edilməsi mümkündür. Məsələn, öhdəliyin vaxtından əv-

vəl icrasına öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir (MM-in 428-ci maddəsinin 2-ci bəndi). 

Müddət inzibati qaydada da müəyyən edilə bilər.  



Hüquqi nəticəyə görə mülki-hüquqi müddətlərin üç növü fərqləndirilir: 

 hüquq yaradıcı müddət; 



 hüquq dəyişdirici müddət; 

 hüquq xitamedici müddət. 



Hüquq yaradıcı müddət odur ki, o, mülki hüquq münasibətinin və ya ayrı-ayrı hüquq və vəzifələrin əmələ 

gəlməsinə səbəb olur. Məsələn, fiziki şəxs on səkkiz yaşına çatması ilə tam mülki fəaliyyət qabiliyyətinə malik 



 

360


olur və bu andan həmin şəxs istənilən əqd bağlamaq hüququ əldə edir, vurduğu zərərə görə tam məsuliyyət da-

ş

ımağa borclu olur; şəxsin yaşayış yerində onun harada olması barədə beş il müddətində məlumatın olmaması 



maraqlı şəxslərə həmin şəxsin ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmək hüququ verir (MM-in 

41-ci maddəsi) və s. 



Hüquq dəyişdirici müddət odur ki, onun çatması və ya bitməsi mülki hüquq və vəzifələrin dəyişməsinə sə-

bəb olur. Məsələn, podrat müqaviləsi üzrə işin təsadüfən məhv olması və ya zədələnməsi risqi sifarişçiyə təhvil 

verildiyi müddətə kimi podratçının üzərinə düşür. Sifarişçi işin qəbul edilməsini gecikdirirsə, belə halda risq si-

farişçinin üzərinə düşür (MM-in 772-ci maddəsi). 



Hüquq xitamedici müddəodur ki, o, hüquq münasibətlərinə və ya ayrı-ayrı hüquq və vəzifələrə xitam veril-

məsinə səbəb olur. Məsələn, şəxsin on səkkiz yaşa çatması ilə onun üzərində təyin edilmiş himayəçiliyə xitam ve-

rilir. Əgər etibarnamənin müddəti bitərsə, ona xitam verilir (MM-in 365-ci maddəsi). 

Təyin olunma xarakterinə görə müddətlərin aşağıdakı növləri vardır: 

 imperativ və dispozitiv müddətlər; 



 mütləq müəyyən, nisbi müəyyən və qeyri-müəyyən müddətlər; 

 ümumi və xüsusi müddətlər. 



Tərəflərin razılığı və sazişi ilə dəyişdirilə bilməyən müddətlərə imperativ müddətlədeyilir. Bu cür müd-

dətlər, adətən, qanunvericiliklə dəqiq olaraq müəyyənləşdirilir. Məsələn, mirasın qəbul edilmə müddəti impera-

tiv müddət olub, tərəflərin razılaşması ilə dəyişidirilə bilməz (MM-in 1246-cı maddəsi). Əgər şəxs ona məxsus 

olmayan daşınar əmlaka beş il müddətində öz əmlakı kimi vijdanla sahiblik edərsə, onda o, bu əmlaka mülkiy-

yət hüququ əldə edir (MM-in 181-ci maddəsinin 4-cü bəndi). Burada beş illik müddət imperativ müddətdir. 

Dispozitiv müddətlər odur ki, bu müddətlər tərəflərin razılığı və sazişi ilə dəyişdirilə bilər. Müqavilə müd-

dətlərini  bu  növ  müddətlərə  misal  göstərmək  olar.  Məsələn,  podrat  müqaviləsində  tərəflər  nəzərdə  tutduqları 

işin təhvil verilmə müddətini razılaşmaqla dəyişdirirlər.  

Bir sıra hallarda müddət qanunvericilikdə nəzərdə tutulur. Amma tərəflərə həmin müddəti dəyişdirmək hü-

ququ verilir. Bu cür müddətlər dispozitiv müddətlər kateqoriyasına aid edilir. Məhz bu səbəbdən hüquq ədəbiy-

yatında həmin müddətlər öz xarakterinə görə imperativ-dispozitiv müddətlər adlanır. Məsələn, iddia müddəti 

buna misaldır. 

Mütləq müəyyən müddətlər odur ki, bu müddətlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişmə-

sinin və ya xitamının bağlı olduğu vaxt anını və ya vaxt dövrünü dəqiq olaraq göstərir. Bu müddətlər onların 

«uzunluğunu» (yəni neçə aydan, ildən, həftədən, gündən ibarət olmasını) göstərməklə və ya onların başlanğıj və 

son anlarını dəqiq göstərməklə hesablanır. Məsələn, təqvim tarixi ilə və ya konkret vaxt dövrü ilə müəyyənləş-

dirilən müddətlər bu növ müddətlərə misal ola bilər. Bütün iddia müddətləri mütləq müəyyən müddət kateqori-

yasına aiddir.  



Nisbi müəyyən müddətlər odur ki, bu müddətlər hər hansı konkret vaxt dövrü və ya anı ilə bağlı olsalar da, 

nisbətən az dəqiqliyi ilə xarakterizə edilir. Məsələn, tikiliyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması 

ilə  müəyyənləşdirilir,  lakin  doxsan  doqquz  ildən  çox  ola  bilməz  (MM-in  250-ci  maddəsinin  3-cü  bəndi).  Bu 

müddətlər müvafiq konkret vəziyyətə uyğun gələn hər hansı təxmini meyarı göstərmək yolu ilə də müəyyənləş-

dirilə bilər.  Bu baxımdan  «zəruri olan müddət»  (MM-in 409-cu maddəsinin 8-ci bəndi),  «ağlabatan müddət» 

(MM-in 427-ci maddəsinin 2-ci bəndi), «tələb etmə anı ilə müəyyən edilən müddət» (MM-in 947-ci maddəsinin 

1-ci bəndi), habelə «hökmən baş verməli olan hadisəni göstərməklə təyin edilən müddət» bu kateqoriya müd-

dətlərə şamil edilir. 



Qeyri-müəyyən müddətlər odur ki, bu müddətlər, ümumiyyətlə, müəyyənləşdirilmir. Bu növ müddətlər on-

ların hesablanması və müəyyənləşdirilməsi üçün hər hansı təxmini meyardan və səmt göstərmək əlamətindən 

məhrumdur. Məsələn, borc müqaviləsində pulun hansı müddətə verilməsi göstərilmir.  carə müqaviləsində tor-

paq sahəsinin icarəyə verilmə müddəti nəzərdə tutulmur. Yaşayış evinin kirayə müqaviləsində evin hansı müd-

dətə kirayəyə verilməsi müəyyənləşdirilmir. Bu cür müqavilələrə müddətsiz müqavilələr deyilir. 

Mülki hüququn istənilən subyektinə və bütün eyni növlü hallara aid edilən və buna görə də ümumi əhəmiy-

yətə malik olan müddətlərə ümumi müddətlər deyilir. Bu müddətlər son, əsas müddətlərdir. Məsələn, ümumi 

iddia müddəti on il təşkil edir (MM-in 373-cü maddəsinin 1-ci bəndi). 

Ümumi müddətləri konkretləşdirən, qanunvericilikdə və ya müqavilədə birbaşa nəzərdə tutulan hallarda hü-

quqi əhəmiyyət kəsb edən müddətlərə xüsusi müddətlədeyilir. Onlar aralıq müddətlərdir. Məsələn, satıcının 

(mal göndərənin) mal göndərmə müqaviləsi üzrə malları bərabər partiyalarla aybaay göndərməsi xüsusi müddə-

tə misal ola bilər (MM-in 629-cu maddəsinin 1-ci bəndi). Bu müddət mal göndərmə müqaviləsinin qüvvədə ol-

ma müddətini konkretləşdirir. Belə ki, müqavilədə bütün malların dekabr ayının 1-nə kimi göndərilməsi nəzər-

də tutulsa, onda malın bir partiyası (hissəsi) sentyabrın 1-də, ikinci partiyası oktyabrın 1-də, üçüncü partiyası 



 

361


noyabrın 1-də, dördüncü partiyası isə dekabrın 1-də göndəriləjəkdir. Xüsusi müddətlər müqavilədə konkretləş-

dirilir. Onlar aylıq, dekada (on günlük) və digər rübdaxili müddətlər növündə ola bilər. Xüsusi müddətlər uza-

nan  (davam  edən)  hüquq  münasibətləri  (mal  göndərmə,  podrat  və  s.)  üçün  xarakterikdir.  Bu  münasibətlərdə 

ümumi müddətlərlə bərabər, xüsusi müddətlər də müəyyən edilir.  

Göstərilən meyar və əlamətlərdən savayı, mülki hüquq doktrinasında (sivilistika elmində) müddətlər özləri-

nin təyinatına görə də təsnif edilir. Bu meyara görə onların dörd növü fərqləndirilir: 

 mülki hüquqlar yaradan müddətlər; 



 mülki hüquqların həyata keçirilməsi müddətləri; 

 mülki vəzifələrin icrası müddətləri; 



 mülki hüquqların müdafiəsi müddətləri. 

ndi də bu müddət növlərinin hər birinə qısaja hüquqi xarakteristika verək. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə