MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə58/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   91
§ 2. Təyinatına görə mülki-hüquqi müddətlərin növləri 

1. Mülki hüquqlar yaradan müddətlər. Mülki hüquqların  

həyata keçirilməsi müddətləri 

Mülki hüquqlar yaradan müddətləodur ki, bu müddətlərin təyinatı subyektiv mülki hüquqlar əmələ gə-

tirməkdən ibarətdir. Bu qəbildən olan müddətlər hüquq yaradan hüquqi fakt rolunu oynayır. Elə bir fakt ki, bu 

fakt müəyyən mülki hüquqların əmələ gəlməsinin əsası kimi çıxış edir. Məsələn, fiziki şəxs on səkkiz yaşına 

çatması ilə tam mülki fəaliyyət qabiliyyəti əldə edir. Başqa bir misalda vətəndaş özünə məxsus olmayan daşınar 

ə

mlaka beş il öz əmlakı kimi vijdanla sahiblik edir. Beş il tamam olduqda o, həmin əmlak üzərində mülkiyyət 



hüququ əldə edir (MM-in 181-ci maddəsi 4-cü bənd). Almaniya və Yaponiya mülki hüququnda bu növ müddət-

lər  əldə  etmə  müddəti  adı  altında  nəzərdə  tutulur.  Almaniya  mülki  hüququna  görə,  əldə  etmə  müddəti 

(Ersitzung) və ya akvizitiv (latınja «acquisizia» — əldə etmək) müddət dedikdə, fasiləsiz sahiblik nəticəsində 

hüquq əldə edilməsi başa düşülür. Yaponiya mülki hüququ da əldə etmə müddətinə anoloci anlayış verir. 



Mülki hüquqların həyata keçirilməsi müddətləri odur ki, bu müddətlər ərzində səlahiyyətli şəxsin özü sub-

yektiv  hüququnun  gerçəkləşdirilməsi  üçün  hər  hansı  hərəkət  edə  və  ya  borclu  şəxsdən  müəyyən  hərəkətlərin 

edilməsini tələb edə bilər. Başqa sözlə desək, o, həmin müddət ərzində subyektiv mülki hüququn məzmununu 

təşkil edən elementləri — hüquqi imkanları (səlahiyyətləri) həyata keçirmək hüququna malikdir. Bu müddətlə-

rin əsas təyinatı səlahiyyətli şəxsə ona məxsus olan subyektiv hüquqdan öz mənafeyini təmin etmək məqsədilə 

istifadə etməyə real imkan verməkdən ibarətdir. Onlar həm qanunvericiliklə, həm də tərəflərin sazişi ilə müəy-

yən edilə bilər. 

Mülki hüquqların həyata keçirilməsi müddətləri bir neçə yarımnövə bölünür: 

 mülki hüquqların mövcud olma müddətləri; 



 preklyuziv müddətlər; 

 qarantiya müddətləri; 



 pretenziya müddətləri; 

 yararlılıq müddətləri; 



 xidmət müddətləri. 



Mülki hüquqların mövcud olma müddətləri odur ki, bu müddət ərzində şəxsin subyektiv mülki hüquqları 

vaxta (zamana) görə qüvvədə olur. Bu müddətlərin əsas təyinatı və əhəmiyyəti ondan ibarətdir ki, onlar öz sub-

yektiv hüquqlarını həyata keçirmək üçün səlahiyyətli şəxsə vaxt imkanı verir. Belə ki, bir sıra subyektiv mülki 

hüquqlar  vaxt  (zaman)  kateqoriyası  baxımından  məhduddur,  yəni  bu  hüquqlar  bəzi  hüquqlar  kimi  (məsələn, 

mülkiyyət hüququ kimi, əsərin müəllifi qismində tanınmaq hüququ kimi və s.) müddətsiz xarakter daşımır. Bu-

na görə də həmin hüquqların qüvvədə olma müddəti ötüb keçdikdə, bu hüquqlar xitam edilir, səlahiyyətli şəxs 

isə onları həyata keçirmək imkanını itirir. Bu səbəbdən göstərilən növ müddətlər mülki hüquqların ləğv olun-

ma (xitam olunma) müddətləri də adlanır. Məsələn, nümayəndə (etibar olunan) yalnız etibarnamənin qüvvədə 

olduğu müddətdə ondan istifadə edə bilər. Həmin müddət ötüb keçdikdən sonra o, həmin etibarnamədən istifa-

də etmək hüququnu itirir. Başqa bir misalda müəlliflik hüququ müəllifin bütün həyatı boyu və onun ölümündən 

sonra  50  il  müddətində  qüvvədə  qalır.  Fonoqram  istehsalçısının  müvafiq  hüquqları  fonoqramın  ilk  dəfə  dərj 

edildiyin tarixdən 50 il müddətində, efir yayımı (kabel televiziyası) təşkilatının bəzi hüquqları həmin təşkilatın 

verilişi  birinci  dəfə  efir  (kabel  televiziyası)  vasitəsi  ilə  həyata  keçirildiyi  tarixdən  50  il  müddətində  qüvvədə 

olur. Patentlə verilən hüquqi mühafizənin qüvvədə olma müddəti ixtira üçün 20 il, faydalı model və sənaye nü-

munəsi üçün 10 il müəyyənləşdirilir. 

Mülki  hüquqların  mövcud  olma  müddətləri  Almaniya  mülki  hüququnda  ekstinktiv  (latınja  «extinctio»  — 

ləğv etmə) müddətlər kimi tanınır. Ekstinktiv müddətlər odur ki, bu müddətlər ərzində hüquqlar fasiləsiz ola-

raq həyata keçirilmədikdə ləğv olunur. Bu müddət növü Yaponiya mülki hüququna da məlumdur.  


 

362


Azərbaycan Respublikasının mülki qanunvericiliyi öhdəlik (tələb) hüquqlarına münasibətdə iki cür ekstink-

tiv müddət müəyyən edir (MM-in 551-ci maddəsi): adi (ümumi) müddət; xüsusi müddət. Adi (ümumi) müddət 

10 il müəyyən edilir. Bu, Yaponiya və Almaniya qanunvericiliyinə uyğundur. Xüsusi müddət isə iki cür olur: 5 

illik müddət (kirayə haqqı, icarə haqqı və digər ödənişlər haqqında tələblər və s. üzrə); 30 illik müddət (məhkə-

mə qərarına əsasən əmələ gələn tələblər üzrə). 

Mülkiyyət hüququ isə ekstinktiv müddətə malik deyil. Belə ki, mülkiyyət son müddət və ya müddətin axırı 

ideyasını tanımır və qəbul etmir. Müvəqqəti mülkiyyətin mövcudluğu mümkün deyildir.  

Göstərilən növ müddətlərin əhəmiyyəti təkcə səlahiyyətli şəxsə öz subyektiv hüquqlarını həyata keçirməyə 

vaxt imkanı verməklə bitmir. Onlar həm də iqtisadi (əmlak) dövriyyədə qeyri-müəyyənliyi aradan qaldıraraq, 

sabitlik yaradır. 



Preklyuziv müddətlədedikdə, öz subyektiv hüquqlarını həyata keçirmədiyi və ya lazımınja həyata keçir-

mədiyi halda bu hüquqların xitam olunması hədəsi altında səlahiyyətli şəxsə ciddi olaraq verilən elə müəyyən 

vaxt başa düşülür ki, bu vaxt həmin şəxsə subyektiv hüquqları həyata keçirməyə imkan verir. Bunlar mülki hü-

quqların həyata keçirilməsinin xüsusi kateqoriya müddətləri hesab olunur. Onlara mülki hüquq elmində xəbər-

daredici müddətlər və ya subyektiv hüquqların ləğv edilməsi müddətləri də deyilir.  

Hüquq ədəbiyyatı səhifələrində biz bəzi müəlliflərin subyektiv hüquqların mövcud olma müddətlərini prekl-

yuziv müddətlərlə eyniləşdirməsinin şahidi oluruq. Bu cür mövqe, zənn edirik ki, həqiqətdən uzaqdır. Həmin 

müddət növləri, hər şeydən əvvəl, öz təyinatlarına görə bir-birindən fərqlənir. Yuxarıda qeyd etdiyimiz kimi, 

subyektiv hüquqların mövcud olma müddətlərinin əsas təyinatı öz hüquqlarını həyata keçirmək üçün səlahiy-

yətli şəxsi vaxt imkanı ilə təmin etməkdən ibarətdir. Preklyuziv müddətlərin təyinatı isə subyektiv mülki hü-

quqlar həyata keçirilmədiyi halda və ya lazımınja həyata keçirilmədiyi halda, bu hüquqları vaxtından əvvəl xi-

tam etməkdən ibarətdir.  kinci tərəfdən, preklyuziv müddətlərin pozulması və onlara əməl edilməməsi səlahiy-

yətli şəxsin malik olduğu subyektiv hüquqlara xitam verilməsinə səbəb olur. Belə ki, həmin müddətin ötürülmə-

si subyektiv hüququn xitam olunması üçün əsas olur və bu hüququ həyata keçirmək mümkün olmur. Subyektiv 

mülki  hüquqların  mövcud  olma  müddətinin  ötürülməsi  isə  həmin  hüquqların  ləğv  olunmasına  və  itirilməsinə 

səbəb olmur. 

Preklyuziv müddətlər subyektiv hüquqlar həyata keçirilmədiyi və ya lazımınja həyata keçirilmədiyi halda bu 

hüquqların itirilməsi hədəsi ilə bağlıdır. Subyektiv hüquqların mövcud olma müddətləri isə bu cür hədə ilə əla-

qədar deyildir.  

Bununla belə, preklyuziv müddət, bir qayda olaraq, eyni zamanda subyektiv hüquqların mövcud olma müd-

dəti deməkdir, bir şərtlə ki, həmin müddət ərzində subyektiv hüquq həyata keçirilsin.  

Preklyuziv müddətlərin dairəsi bir o qədər də geniş deyildir. Mülki qanunvericilik onların bəzi hallarını nə-

zərdə tutur. Məsələn, miras vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay müddətin-

də qəbul edilə bilər (MM-in 1246-cı maddəsi). Əgər vərəsə həmin müddəti ötürərsə, mirası qəbul etmək hüqu-

qunu həyata keçirməzsə, onda o, bu hüququ itirir. Digər bir misalda zaminlik münasibəti üzrə bir il müddətində 

kreditor zaminə qarşı iddia irəli sürə bilər (MM-in 477-ci maddəsinin 4-cü bəndi). Bu müddət ərzində kreditor 

zaminə qarşı iddia irəli sürməzsə, onun bu hüququna xitam verilir. Deməli, bu da preklyuziv müddətdir.  

Preklyuziv müddətlər, mahiyyətjə, subyektiv hüquqların həyata keçirilməməsi və ya lazımınja həyata keçiril-

məməsi üçün müəyyənləşdirilən sanksiyadır. Bu sanksiyaya görə səlahiyyətli şəxs öz subyektiv mülki hüququ-

nu vaxtından əvvəl itirir. 



Pretenziya müddətləri (latınja «praetensio» — tələb) mülki hüquqların həyata keçirilməsi müddətlərinin bir 

növüdür. Bu müddətlər tərəflər arasında yaranan mübahisə və ixtilafların pretenziya qaydasında həll edilməsi 

üçün nəzərdə tutulan müddətlərdir. Başqa sözlə desək, pretenziya müddətləri subyektiv mülki hüquqların pozul-

ması nəticəsində yaranmış mübahisəni məhkəməyə verməzdəəvvəl onu səlahiyyətli və borclu şəxsin kö-



nüllü qaydada nizamlamaları üçün müəyyənləşdirilir.  

Yaranmış mübahisə və ixtilafların pretenziya qaydasında həll edilməsi bir sıra hallarla şərtlənir: məhkəmə iş-

lərini azaltmaq; prosessual xərjlərə  yol verməmək; pozulmuş mülki hüquqların bərpasını tezləşdirmək. Bəzən 

mübahisələr  tərəflər  arasındakı  anlaşılmazlıqdan,  qanunu  bilməməkdən  əmələ  gəlir.  Borclunun  öz  vəzifəsini 

icra etməməsi üzrlü səbəblərlə bağlı ola bilər. Belə hallarda mübahisənin məhkəmə müdaxiləsi olmadan preten-

ziya qaydasında həll edilməsi lazım gəlir və zəruri olur. Bu qaydadan isə yalnız müəyyən müddətlərdə istifadə 

oluna bilər. Həmin müddətlər pretenziya müddətləri adlanır. Onlara reklamasiya müddətləri də deyilir.  

Pretenziya (reklamasiya) müddətləri odur ki, bu müddət ərzində səlahiyyətli və borclu şəxs öz aralarında ya-

ranmış mübahisəni könüllü qaydada məhkəmə müdaxiləsi olmadan nizama salır və həll edirlər. Bu məqsədlə 

səlahiyyətli şəxs pretenziya müddəti ərzində borclu şəxsə üzərinə götürdüyü öhdəliyi icra etmək haqqında yazılı 

formada tələb (pretenziya) verməli, borclu isə müəyyən edilmiş müddətdə ona cavab verməlidir. Borclu preten-


 

363


ziyanı təmin etməkdən imtina etdikdə və ya ondan nəzərdə tutulmuş müddətdə cavab alınmadıqda, səlahiyyətli 

şə

xs iddia ilə məhkəməyə müraciət edir. Deməli, pretenziya müddətinə əməl edilməsi məhkəməyə iddia veril-



məsinin məjburi şərti kimi çıxış edir.  

Bizim ölkənin yeni mülki qanunvericiliyi əvvəlki qanunvericilikdən fərqli olaraq mülki mübahisəni (təsərrü-

fat mübahisəsini) məhkəməyə verməzdən qabaq məjburi pretenziya təqdim etmək qaydasından imtina et-

mişdir. Bu hal inkişaf etmiş və sivil xarici ölkələrin qanunvericilik ənənələrinə və beynəlxalq təjrübəyə uyğun-

dur.  Belə  ki,  məjburi  pretenziya  qaydası  nə  qabaqcıl  və  mütərəqqi  ölkə  qanunvericiliyinə,  nə  də  beynəlxalq 

kommersiya dövriyyəsinə məlumdur. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının yeni mülki qanunverici-

liyi pretenziya qaydasını, istisna hal kimi,  yalnız daşıma öhdəlikləri sahəsində saxlamışdır. Məsələn, sərnişin 

müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək daşıyıcıya pretenziya verməli-

dir (MM-in 848-ci maddəsi). Yük daşıma müqaviləsi üzrə də  yük göndərən istənilən vaxt öz pretenziyalarını 

irəli sürə bilər (MM-in 861-ci maddəsi). 

Nəqliyyat qanunvericiliyində məjburi pretenziya qaydası birbaşa əks olunmuşdur. Bu qaydaya görə daşıyıcı-

ya qarşı daşımadan törəyən iddianın məhkəməyə verilməsindən əvvəl qanunvericilikdə, ayrı-ayrı nəqliyyat növ-

ləri üzrə məcəllələrdə, nizamnamələrdə, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və müddətdə 

həmin daşıyıcıya tələb təqdim olunmalıdır. Bir sıra beynəlxalq nəqliyyat sazişlərində də məjburi pretenziya pro-

sedurası nəzərdə tutulmuşdur. Məsələn, MDB üzvü olan ölkələrdə beynəlxalq dəmiryolu daşımalarını tənzimlə-

yən saziş (SMQS) məjburi pretenziya qaydası müəyyən edir. Bu qaydaya görə yük sahibinin daşıyıcıya verdiyi 

pretenziyaya verildiyi gündən 180 gün müddətinə baxılmalı və cavab verilməlidir. Azərbaycan Respublikası bu 

sazişdə iştirak edir. 

Hava daşımaları barədə Varşava konvensiyası da məjburi pretenziya prosedurası müəyyən edir. Bu qaydaya 

görə, əgər yük sahibi 7 gün müddətində daşıyıcıya pretenziya verməsə o, iddia ilə məhkəməyə müraciət etmək 

hüququndan məhrum olur. Azərbaycan Respublikası bu konvensiyanın da üzvüdür. Azərbaycan Respublikası 

beynəlxalq avtomobil yük daşıma müqaviləsi barədə Jenevrə konvensiyasında da iştirak edir. Bu konvensiya isə 

qeyri-məjburi pretenziya prosedurası müəyyən edir. Belə ki, daşıyıcıya pretenziya vermək yük sahibi üçün məj-

buri deyildir. Əgər daşıyıcıya pretenziya verilməzsə, bu, zərərçəkmiş yük sahibini məhkəməyə iddia ilə müraci-

ə

t etmək hüququndan məhrum etmir.



  

Bizim ölkənin yeni MM-in məjburi pretenziya qaydasından bəzi istisnalara yol verməklə, imtina etməsi mü-

tərəqqi haldır. Pretenziya qaydasına əməl edilməməsi üzündən iddia vermək hüququnun itirilmək təhlükəsi, ma-

hiyyətjə, pretenziya müddətlərini preklyuziv müddətlərə çevirir. Bu isə mülki hüquqların müstəqil, sərbəst hə-

yata keçirilməsi prinsipinə ziddir. 

Qarantiya  müddətləri  (fransızja  «qarantie»  —  təminat)  odur  ki,  bu  müddət  ərzində  borclu  şəxs  maldan 

(xidmətdən, işdən), adətən, təyinatına uyğun normal istifadə edilməsinə təminat və zəmanət verir və o, səlahiy-

yətli şəxs malda (xidmətdə, işdə) qüsur aşkar etdiyi halda, səlahiyyətli şəxsin tələbi ilə qüsuru əvəzsiz olaraq 

aradan qaldırır və ya malı (işi, xidməti) başqa malla əvəz edir, habelə müəyyən şərtlər olduqda vurulmuş zərərin 

ə

vəzini ödəyir. Bu müddət ərzində borclu şəxs (kreditor) satılan malın, göstərilən xidmətin və ya görülən işin 



keyfiyyətli  (normal)  olmasına  görə  səlahiyyətli  şəxs  qarşısında  cavab  verir.  Sivilistika  elmində  və  mülki 

qanunvericilikdə qarantiya müddəti təminat müddəti və ya zəmanət müddəti adı altında da nəzərdə tutulur. 

Səlahiyyətli şəxs rolunda istehlakçı (alqı-satqı müqaviləsində alıcı, podrat müqaviləsində sifarişçi, daşıma mü-

qaviləsində yük göndərən və s.), borclu şəxs qismində müxtəlif şəxslər (alqı-satqı müqaviləsində satıcı, podrat 

müqaviləsində podratçı, daşıma müqaviləsində daşıyıcı) çıxış edə bilərlər.  

Qarantiya müddəti ərzində səlahiyyətli şəxs müəyyən qüsur aşkar etdikdə, borclu şəxsə bu qüsurların əvəzsiz 

olaraq aradan qaldırılması və ya malın (işin, xidmətin) başqası ilə əvəz edilməsi barədə pretenziya tələbi irəli 

sürür. Borclu şəxs aşkar edilmiş qüsurları öz hesabına aradan qaldırmalı və ya məhsulu (malı, işi, xidməti) baş-

qası ilə əvəz etməlidir. 

Bir qayda olaraq, səlahiyyətli şəxs məhsulu (malı, işi, xidməti), adətən, qəbul edəndə onun gizli qüsurlarını 

müəyyən edə bilmir. Bu qüsurlar yalnız istifadə, istismar, istehlak və emal prosesində özünü büruzə verir. Bax, 

qarantiya müddəti də səlahiyyətli şəxsi xətərsizləşdirmə məqsədi ilə müəyyən edilir. 

Alqı-satqı müqaviləsi üzrə qarantiya müddətinin axımı əşyanın alıcıya verildiyi məqamdan başlanır (MM-in 

583-cü maddəsinin 1-ci bəndi). Bu, dispozitiv normadır. Belə ki, alqı-satqı müqaviləsində başqa qayda da nə-

zərdə tutula bilər. Məsələn, müqavilədə göstərilə bilər ki, qarantiya müddətinin axımı məmulat istismara (istifa-

dəyə) verildiyi andan hesablansın və s. Qanunvericilik aktında qarantiya müddətinin malın satıldığı gündən he-

sablanması haqqında göstərişə də rast gəlirik. Podratçı podrat müqaviləsi üzrə qarantiya müddəti ilə öhdəlik gö-

türə bilər (MM-in 774-cü maddəsi). 

Xidmət və yararlılıq müddətləri qarantiya müddətinin yarımnövləri hesab edilir. Bəzən qarantiya müddətinin 


 

364


bu iki yarımnövünü əsassız olaraq qarışdırırlar. Onlar həm ümumi, həm də fərqli cəhətlərə malikdir. Xidmət və 

yararlılıq müddətlərini birləşdirən ümumi əlamət ondan ibarətdir ki, hər iki müddət maldan təhlükəsiz istifadə 

dövrünü müəyyən edir.  Onlar arasında olan bir  neçə fərqli cəhət isə həmin müddətləri bir-birindən ayırmağa 

imkan verir.  



Birincisi, xidmət müddəti, bir qayda olaraq, nisbətən uzun müddət istifadə üçün nəzərdə tutulan və istehlak 

olunmayan mallar (məsələn, minik avtomobili və s.) üçün müəyyən edilir. Yararlılıq müddətinə gəldikdə isə, bu 

müddət tez xarab olan, korlanan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə 

törədən ərzaq məhsulları, dərmanlar, ətriyyat-kosmetika vasitələri, kimya məhsulları və başqa mallar (işlər, xid-

mətlər) üçün müəyyən olunur. 

kincisi, xidmət müddəti istehlakçıya mal satıldığı gündən, bunu müəyyən etmək mümkün olmadığı halda 

isə malın hazırlandığı gündən hesablanır. Yararlılıq müddəti isə mal hazırlandığı gündən hesablanır. 



Üçüncüsü, yararlılıq müddəti həmişə vaxt vahidi ilə, məsələn, dövrlə, tarixlə müəyyən edilir. Xidmət müd-

dətinə gəldikdə isə, göstərmək lazımdır ki, bu müddət başqa ölçü vahidi ilə də hesablana bilər. Məsələn, avto-

mobilin xidmət müddəti qət etdiyi məsafə ilə (kilometracla) müəyyən edilir. 

Dördüncüsü,  yararlılıq  müddəti  ötmüş  malların  satışı  qadağandır.  Bu  cür  malları  satmaq  olmaz.  Xidmət 

müddəti keçmiş mallar barəsində isə qanun bu cür qadağa müəyyən etmir. 

Beləliklə, xidmət müddəti dedikdə, elə bir vaxt dövrü başa düşülür ki, bu dövr ərzində istehsalçı istehlak 

olunmayan malın təyinatı üzrə təhlükəsiz istifadə edilməsinə təminat verir. Müəyyən edilmiş vaxtdan artıq isti-

fadə edilməsi istehlakçıların həyatı, sağlamlığı, onların əmlakı və ya ətraf mühit üçün təhlükə yaradan, xətər tö-

rədə və ya zərər vura bilən bütün məhsullara (mallara, işlərə, xidmətlərə) xidmət müddəti müəyyən edilməlidir. 

stehsalçının borcudur ki, bu cür malların istismar təlimatlarında xidmət müddətini göstərsin. 

Yararlılıq müddəti odur ki, bu müddət ötdükdən sonra istehlak olunan mal təyinatı üzrə istifadə edilməsi 

üçün yararsız olur və buna görə də onun satışı qadağan edilir. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi 

istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura 

bilən mallar üçün də məjburi olaraq yararlılıq müddəti müəyyənləşdirilir.  craçı (satıcı, xidmət göstərən və s.) 

bu kimi malların istismar təlimatlarında həmin müddəti mütləq göstərməlidir. 

Mülki hüquqların həyata keçirilməsi müddətlərindən biri yük daşımalarında yükün saxlanılması müddəti he-

sab edilir. Bu, qarantiya xarakterli müddətdir. Həmin müddət ərzində yük göndərən tərəfindən yükləmə qayda-

larına lazımınja əməl olunması şəraitində yükün keyfiyyətlə saxlanılmasına təminat verilir. 

Göstərilən müddət növü, bir qayda olaraq, tez xarab olan və korlanan yüklər (məsələn, ərzaq məhsulları və 

s.) üçün müəyyən edilir. Bu müddət, adətən, yük göndərənin özü tərəfindən təyin edilir. Bəzi hallarda onu key-

fiyyətə nəzarət edən orqan da müəyyənləşdirə bilər. 

2. Mülki-hüquqi vəzifələrin icrası müddətləri 

Mülki vəzifələrin icrası müddətləri təyinat kimi meyara görə müddətlərin bir növü hesab olunur. Bu müddət 

növü mülki hüquqların həyata keçirilməsi müddəti ilə sıx surətdə bağlıdır. Belə ki, bir şəxs tərəfindən mülki hü-

quqların həyata keçirilmə müddəti eyni zamanda digər şəxs tərəfindən mülki vəzifələrin icrası müddətinə uy-

ğ

undur.  


Mülki-hüquqi vəzifələrin icrası müddətləri odur ki, bu müddət ərzində borclu şəxs səlahiyyətli şəxsin mə-

nafeyi  üçün  müəyyən  hərəkətləri  etməli  və  ya  müəyyən  hərəkətləri  etməkdən  çəkinməlidir.  Bu  müddət  növü 

bütün mülki hüquq münasibətlərində geniş səviyyədə tətbiq edilir. Xüsusən onun təşkilatlar arasında  yaranan 

müqavilə münasibətlərində rolu böyükdür. Belə ki, müəyyən bir təşkilatın öz vəzifəsini nəzərdə tutulan müd-

dətdə icra etməməsi digər təşkilatın iş ahəngini pozur, boşdayanmaya və fasiləyə səbəb olur, qeyri-müntəzəmlik 

yaradır. Buna görə də öhdəlik hüquq münasibətinin, yəni öhdəliyin icrası müddətinin pozulmasına görə borclu 

şə

xsə əmlak (maddi) məsuliyyət tədbiri növündə mülki-hüquqi sanksiya tətbiq edilir. Məsələn, öhdəliyin icrası 



müddətini gecikdirən borclu şəxs gecikdirmə nəticəsində səlahiyyətli şəxsə (kreditora) vurulmuş zərərin əvəzini 

ödəyir. Qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda isə ondan dəbbə pulu (jərimə, penya) alınır. 

Mülki-hüquqi  vəzifələrin  icrası  müddətinə  dönmədən  əməl  etmək  mühüm  əhəmiyyətə  malikdir.  Belə  ki, 

mülki vəzifələrin nəzərdə tutulan müddətdə yerinə yetirilməsi öhdəliklərin lazımınja icra prinsipinin (vijdanlılıq 

prinsipinin) əsas tələblərindən (şərtlərindən) biridir. Bu tələbə (şərtə)  görə öhdəlik şərtləndirilmiş vaxtda icra 

edilməlidir (MM-in 425-ci maddəsinin 1-ci bəndi). 

Mülki-hüquqi vəzifələrin icrası müddəti müxtəlif əsaslar nəticəsində müəyyən edilir: qanun əsasında; inziba-

ti akt əsasında; müqavilə əsasında; işgüzar dövriyyə adəti əsasında.  

Göstərilən müddət növü iki cür olur: ümumi müddət; xüsusi (aralıq) müddət. Ümumi müddət mülki-hüquqi 

vəzifənin  bütün  icra  dövrünü  əhatə  edən  son  müddətdir.  Məsələn,  podrat  müqaviləsində  yaşayış  evinin  bir  il 

müddətinə tikilib sifarişçiyə təhvil verilməsi nəzərdə tutulur. Burada bir il müddəti ümumi müddətdir.  


 

365


Xüsusi müddət ümumi müddəti konkretləşdirən aralıq müddətdir. Məsələn, yuxarıdakı misalda tərəflər pod-

rat müqaviləsində tikinti işinin ayrı-ayrı mərhələlərinin aybaay görülüb başa çatması barədə şərtləşirlər. Xüsusi 

müddətlər aylıq, on günlük (dekada) və s. olur. Bu müddətlər müqavilədə konkret olaraq göstərilir. 

Borclu  şəxs  mülki  vəzifələrin  icrasının  həm  ümumi  müddətinə,  həm  də  xüsusi  müddətinə  əməl  etməlidir. 

Məhz belə halda vəzifənin lazımınja icrasından söhbət gedə bilər. 

Mülki hüquqların müdafiəsi müddəti təyinatına görə müddətlərin xüsusi əhəmiyyətə malik olan növü sa-

yılır. Bu, onunla izah edilir ki, məhz həmin müddət ərzində pozulmuş hüquqların bərpa edilməsi üçün tələb irəli 

sürülür.  stənilən subyektiv mülki hüquq yalnız müdafiə olunduqda real əhəmiyyət kəsb edir. Bu cür müdafiə 

anjaq nəzərdə tutulan müddətdə həyata keçirilir ki, bu da mülki hüquqların müdafiəsi müddəti adlanır.  



3. Müddətlərin mülki-hüquqi əhəmiyyəti 

Müddətlər mülki hüquqda böyük əhəmiyyətə malik olan anlayışdır. Əmlak və qeyri-əmlak münasibətlərinin 

hüquqi tənzimlənməsində onlar mühüm rol oynayır. Bunların köməyi ilə mülki dövriyyə qaydaya salınır. Müd-

dətlər  ictimai  münasibətlərin  nizama  salınmasında  müəyyənlik  əmələ  gətirir,  bu  münasibətlərdə  iştirak  edən 

subyektlər arasında intizam şəraitinin yaradılmasına kömək göstərir. 

Müddətlər sahibkarlıq (təsərrüfat) müqavilələrinə əməl olunmasında təkanverici vasitə kimi çıxış edir. Onla-

rın iqtisadi-təsərrüfat planlarının vaxtında yerinə yetirilməsində rolu böyükdür. Müddətlər subyektlərin hüquq-

larının vaxtında müdafiə olunmasını təmin edir. Nəhayət, müddətlər konkret hərəkətlərin yerinə yetirilməsi, və-

zifələrin icrası və hüquqların həyata keçirilməsi üçün zərurət yaradır.  

Vaxt amilinin rolunu izah edərkən K.Marksın belə bir fikrini işlətmək yerinə düşərdi ki, bütün sosial-iqtisadi 

formasiyalarda vaxta qənaət etmək qanunu qüvvədə olan birinci və ya əsas qanundur. Onun fikrinjə, vaxt kate-

qoriyası ictimai istehsalın vacib amilidir.  

Vaxt amili xüsusilə nəqliyyat fəaliyyətində mühüm rol oynayır.  kinci elə bir iqtisadiyyat sahəsi tapmaq çə-

tin olar ki, həmin sahədə vaxt nəqliyyat sferasındakı kimi böyük əhəmiyyətə malik olsun. Yüklərin daşınmasına 

sərf edilmiş vaxt nəinki nəqliyyatın səmərəli və keyfiyyətli işinə, hətta bütövlükdə ictimai istehsalın ahənginə 

bilavasitə təsir göstərir. Onların təyinat yerinə vaxtında çatdırılması təkcə yük daşıma müqaviləsinin lazımınja 

icra edilməsinin vacib şərti hesab olunmur. Bu, həm də ölkə iqtisadiyyatı və təsərrüfatının lazım olan xammalla, 

tikinti materialları ilə, maşınlarla, avadanlıqlarla və s. təmin olunması üçün son dərəcə mühüm əhəmiyyət kəsb 

edir. Maddi nemətlərin bir yerdən başqa yerə daşınması ilə bağlı olan istənilən təsərrüfat vəzifəsinin yerinə yeti-

rilməsi nəqliyyat fəaliyyətində və işində vaxt amili ilə şərtlənir. Bu isə o deməkdir ki, ümumi təsərrüfat vəzifə-

ləri həmin amillə sıx surətdə bağlıdır. 

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Qribanov V.P. Sroki v qracdanskom prave. M., 1967. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.P.SerqeevaÖ.K.Tolstoqo. M., 1998 (ql. 14). 

Qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 14). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.Q.KalpinaA. .Masləeva. M., 1997 (ql. 11). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. Z. . Üıbulenko. M., 1998 (ql. 12). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. T. . llarionovoy i dr. M., 1998 (ql. 12). 



Soviçev Q.P. Sroki v transportnıx obəzatelğstvax // Sovetskoe qosudarstvo i pravo. 1997, № 4. 

Gnneküerus L. Kurs qermanskoqo qracdanskoqo prava. M., 1950. Tom 1. Polutom 2 (ql. 5). 

Brox H. Allgemeiner Teil des Bürgerlichen Gesetzbuches. 1997. 

Brehm W. Allgemeiner Teil des BGB. 1997. 

Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983 (ql. 10). 
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə