MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə59/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   ...   91
§ 1. Mülki hüquqların müdafiə 

müddətinin anlayışı, əhəmiyyəti və növləri 

1. Mülki hüquqların müdafiə müddətinin anlayışı.  ddia  

müddəti və onun əhəmiyyəti 

Mülki hüquqların müdafiə müddəti odur ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqları-

nın məjburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müda-

fiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Belə 

ki, həmin vaxt dövründə hüququ pozulmuş tərəf öz hüququnu müdafiə etmək məqsədilə məhkəməyə müraciət 

edə bilər. Məhkəməyə müraciət etməyin və pozulmuş mülki hüquqların müdafiə olunmasının əsas hüquqi vasi-

təsi isə iddiadır. Buna görə də sivilistika elmində və mülki qanunvericilikdə mülki hüquqların müdafiə müddəti 

iddia müddəti adlanır. 

ddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla 

əyyənləşdirilən müddət başa düşülür.  ddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində 

səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məjburi qaydada 

müdafiə etmək imkanına malik olur. Bu, hüququ pozulmuş həmin şəxsin iddiası ilə hüququn müdafiəsi üçün 

müəyyənləşdirilən müddətdir. 



ddia müddətinin əsas və başlıja təyinatı hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qay-

dasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir. Bu müddət buraxıldıqda və ötürüldükdə, həmin 

şə

xs öz hüququnu məhkəmə qaydasında müdafiə edə bilmir. O, müdafiə hüququnu itirir və bu hüquqdan məh-



rum olur. Məsələn, yük daşımaları üçün qanun bir illik iddia müddəti nəzərdə tutur (MM-in 861-ci maddəsi). 

Bu müddət ötürüldükdə, yük sahibi (yük göndərən) daşıyıcıya hər hansı iddia vermək hüququnu itirir. 

Hamımıza məlumdur ki, mülki hüquqlar təkcə məhkəmə yurisdiksiyası formasında yox, həm də inzibati yu-

risdiksiya formasında, habelə qeyri-yurisdiksiya formasında (özünüqoruma, özünəyardım, operativ sanksiya və 

s.) müdafiə edilir. Məhz bu səbəbdən mülki hüquqların müdafiə müddəti anlayışına iddia müddətindən savayı, 

mülki hüquqların inzibati yurisdiksiya və qeyri-yurisdiksiya qaydasında müdafiə müddətlərini də daxil etmək 

lazımdır.  Mülki  qanunvericilik  bu  cür  müddətlərin  konkret  vaxt  dövrünü  nəzərdə  tutmur.  Özünüqorumanın 

(özünümüdafiənin)  son  zərurət  və  zəruri  müdafiə  kimi  hərəkətləri,  özünəyardım  tədbirləri,  habelə  operativ 

sanksiyalar həyata keçirilərkən müdafiə müddətinin müəyyənləşdirilməsinə heç ehtiyac da yoxdur. Məlum mə-

sələdir ki, qeyri-yurisdiksiya formasında müdafiə hərəkətlərinin yerinə yetirilməsi üçün konkret müddətin gös-

tərilməsi  məntiqsizlikdir.  Çünki  bu  müdafiə  hərəkətlərinin  edilməsi  müddəti  təxirəsalınmaz  tədbirlərin  görül-

məsini tələb edən yaranmış konkret vəziyyətlə şərtlənir. Çox vaxt, bir qayda olaraq, müdafiə hərəkətləri dərhal, 

ləngimədən, təxirə salınmadan və yubadılmaya yol verilmədən həyata keçirilir. Məsələn, alıcı ona göndərilmiş 

malın  keyfiyyətsiz  olmasını  bilən  kimi,  dərhal  həmin  malın  pulunu  ödəməkdən  imtina  etmək  kimi  operativ 

sanksiya (ləngitmə hərəkəti) tətbiq edir.  

Beləliklə, göründüyü kimi, mülki hüquqların müdafiə müddəti anlayışı iddia müddəti anlayışından daha ge-

niş və əhatəlidir. Amma iddia müddəti bu müddət növünün əsası və mərkəzi hissəsi hesab edilir. Ona görə ki, 

iddia müddəti birtərəfli mövqedə dayanan, müstəqil və yalnız qanuna tabe olan məhkəmənin həyata keçirdiyi 

müdafiə ilə bağlıdır. 

ddia müddəti mülki hüququn ən vacib və mühüm institutlarından biridir. Bu institutun fəaliyyət göstərməsi-

nin vacibliyi və zəruri olması bir sıra səbəblərlə bağlıdır. Daha doğrusu, mülki qanunvericiliyin həmin institutu 

xüsusi olaraq tənzimləməsi və bu məqsədlə ona ayrıja olaraq fəsil həsr etməsi (18-ci fəsil, 372-384-cü maddə-

lər) bir neçə halla (səbəblə) izah edilir. 

Birincisi, iddia müddəti mülki (əmlak) dövriyyədə sabitliyin bərqərar olmasına kömək edən vasitədir

Belə ki, o, bu dövriyyə iştirakçıları arasındakı qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına səbəb 

olur. Əgər bu müddət olmasa, onda hüquq pozuntusu yaradan müvafiq hüquq münasibəti daimi mübahisə pred-

metinə çevrilərdi. 

Mülki  (əmlak)  dövriyyə  münasibətlərində  qeyri-müəyyənlik  mülki-hüquqi  tənzimetmənin  mahiyyətinə  bü-

tövlükdə ziddir. Mülki-hüquqi tənzimetmə mülki dövriyyə iştirakçılarının malik olduqları hüquq və vəzifələrin 

konkretləşməsini, habelə onlar arasında yaranan mülki hüquqi mübahisənin tezliklə həll edilməsini tələb edir. 

Bu hallar yalnız sabit mülki dövriyyədə ola bilər. Sabit mülki dövriyyənin mövcud olmasında iddia müddətinin 

rolu və əhəmiyyəti, şübhəsiz ki, böyükdür. Mülki hüquqların məjburi müdafiəsi üçün vaxt məhdudiyyətinin — 

iddia müddətinin olmaması dövriyyə iştirakçılarının hüquq və mənafelərinə xələl gətirərdi.  ddia müddəti mülki 

dövriyyədə hərj-mərcliyin, xaotikliyin, qarmaqarışıqlığın və özbaşınalığın qarşısını alır.  


 

367


kincisi, iddia müddəti institutu məhkəmələrə imkan verir ki, onlar mülki-hüquqi mübahisəni obyektiv hə-

qiqət prinsipi əsasında həll etsinlər. Belə ki, məhkəmə tərəfindən mülki mübahisəyə baxılması həmişə iş üzrə 

obyektiv həqiqətin müəyyən edilməsi ilə bağlı olur. Obyektiv həqiqətin müəyyən edilməsi isə əldə edilmiş sü-

butların həqiqətə uyğun və etibarlı olmasını tələb edir. Məlum məsələdir ki, qeyri-müəyyən uzun müddətin öt-

məsi şəraitində sübutların itmək ehtimalı çoxalır, bu sübutların etibarlı olmasına şübhələr artır, onların həqiqi və 

tutarlı olmasını yoxlamaq çətinləşir və ya qeyri-mümkün olur, faktlar unudulur. Bu isə məhkəmə orqanlarının iş 

üzrə bütün faktiki halların müəyyənləşdirilməsi və üzə çıxarılması üzrə fəaliyyətini çətinləşdirir və mürəkkəb 

vəziyyətə salır. Söz yox ki, belə vəziyyətdə düzgün qərar qəbul edilməsindən söhbət gedə bilməz.  ddia müddə-

tinin müəyyənləşdirilməsi isə məhkəmə tərəfindən etibarlı sübutların toplanmasını, iş üzrə obyektiv həqiqətin 

aşkar edilməsini asanlaşdırır və bununla o, düzgün qərar qəbul edilməsinə kömək edir. 

Üçüncüsü, iddia müddəti mülki hüquq münasibəti iştirakçıları arasında nizam-intizam yaradır, onların 

malik olduqları mülki hüquq və vəzifələrin fəal surətdə həyata keçirilməsinə təkan verir, mülki dövriyyədə mü-

qavilə və təsərrüfat-maliyyə intizamının möhkəmləndirilməsinə yardım göstərir. Bu müddət öhdəliklərin icrası 

üzərində qarşılıqlı nəzarəti güjləndirir. 

ddia müddəti institutunun mülki hüquqda malik olduğu əhəmiyyət də məhz bunlardan ibarətdir. 

ddia müddəti Almaniya mülki hüququnda əsas  anlayışlardan biri sayılır.  ddia müddəti (Verjahrung) elə 

bir müddətdir ki, bu müddətin ötməsi nəticəsində tələb hüququnun (Anspruch) məjburi qaydada həyata keçiril-

məsi imkanı itir. Bu institut Yaponiya mülki hüququna da məlumdur. Hüquq əldə etmək və ya hüquqi itirmək 

iddia müddətinin hüquqi nəticəsi hesab olunur. 

2.  ddia müddətinin növləri  

ddia müddətinin iki növü fərqləndirilir (MM-in 373-cü maddəsi): 

 ümumi iddia müddəti; 



 xüsusi iddia müddəti. 



Ümumi iddia müddəti odur ki, bu müddət, barəsində xüsusi müddət müəyyənləşdirilən, habelə haqqında, 

ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri və tələblər istisna olmaqla, bütün hüquq mü-

nasibətlərinə və tələblərə tətbiq edilir: ümumi iddia müddəti o hallarda tətbiq olunmur ki, müəyyən münasibət-

lər (tələblər) üçün xüsusi iddia müddəti müəyyənləşdirilməsin. Məsələn, mülkiyyətçi özgə şəxsin qanunsuz sa-

hibliyindən öz əmlakını geri tələb edərkən ümumi iddia müddəti tətbiq olunur. Ümumi iddia müddəti on il 

təşkil edir (MM-in 373-cü maddəsinin 1-ci bəndi). Bizim ölkə qanunvericiliyinin on illik ümumi iddia müddəti 

müəyyən etməsi bəzi xarici ölkələrin qanunvericilik təjrübəsinə və ənənələrinə uyğundur. Məsələn,  sveçrə öh-

dəlik qanunu (127-ci maddə) 10 illik iddia müddəti nəzərdə tutur. Almaniya Mülki Qanunnaməsi ümumi iddia 

müddəti yox, normal iddia müddəti anlayışını işlədir. Normal iddia müddəti 30 il idi (§ 195); indi isə ümumi id-

dia müddəti Almaniya qanunvericiliyinə görə üç il təşkil edir. Fransa MM-i 30 illik iddia müddəti nəzərdə tutur. 

Bu  isə  səlahiyyətli  şəxsin  mənafeyinə  xidmət  edir  və  mülki  hüquqların  müdafiəsinə  daha  çox  təminat  verir. 

Qeyd etmək lazımdır ki, köhnə qanunvericilik üç və bir illik ümumi iddia müddəti müəyyənləşdirmişdi. RF-in 

yeni MM-i üç illik ümumi iddia müddətini indi də saxlayır. Bizim ölkə qanunvericiliyinin müəyyənləşdirdiyi 

on illik iddia müddətini Almaniya qanunvericiliyinə uyğun olaraq normal iddia müddəti də adlandırmaq olar.  

Xüsusi iddia müddəti odur ki, o, qanunda xüsusi olaraq göstərilən, ayrı-ayrı hüquq münasibətlərinə və ya 

müxtəlif hüquq münasibətlərindən irəli gələn müəyyən növ tələblərə tətbiq edilir. «Uzunluğu»na görə bu müd-

dət növü üç cür olur: 

 qısaldılmış xüsusi iddia müddəti; 



 daha qısaldılmış xüsusi iddia müddəti; 

 uzadılmış xüsusi iddia müddəti. 



Qısaldılmış xüsusi iddia müddəti odur ki, o, özünün adından göründüyü kimi, ümumi müddətə nisbətən qı-

sadır.  Bu  cür  iddia  müddətinin  əsas  təyinatı  mülki-hüquqi  mübahisəni  düzgün  həll  etmək  üçün  tezliklə  iddia 

verməyi stimullaşdırmaqdan ibarətdir. Qısaldılmış xüsusi iddia müddətinə aiddir: 

 müqavilə tələbləri üzrə üç illik iddia müddəti (MM-in 373-cü maddəsinin 2-ci bəndi); 



 daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müddəti (MM-in 373-cü maddəsinin 2-ci 

bəndi);  

 podrat müqaviləsi üzrə beş illik iddia müddəti (binaya aid tələb üzrə) (MM-in 776-cı maddəsi); 



 vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti (MM-in 373-cü maddə-

sinin 3-cü bəndi). 

Daha qısaldılmış xüsusi iddia müddəti odur ki, bu müddət qısaldılmış müddətlərə nisbətən qısa olub, xü-

susi hallar üçün nəzərdə tutulur. Bu növ müddətlərə aiddir: 

 podrat müqaviləsi üzrə bir illik iddia müddəti (MM-in 776-cı maddəsi); 



 

368


 sahibliyin pozulması ilə bağlı bir illik iddia müddəti (MM-in 165-ci maddəsi). 

 torpaq icarəsi müqaviləsi üzrə altı aylıq iddia müddəti (MM-in 715-ci maddəsi); 



 yük daşıması müqaviləsi üzrə bir illik iddia müddəti (MM-in 861-ci maddəsi); 

 vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iki illik iddia müddəti (MM-in 1231-ci maddəsi) və 



s. 

Göstərilən bölgü Almaniya hüquq doktrinasının verdiyi təsnifə uyğun  gəlir.  L.Ennekserus iddia müddətini 

üç növə bölür: normal iddia müddətinə (30 il — § 195); qısaldılmış iddia müddətinə (gündəlik dövriyyə əqdlə-

rindən irəli gələn tələblər üzrə 2 il, bəzi hallarda isə 4 il — § 196 və yaxud kirayə və icarə haqqından, ödənil-

məmiş faizlərdən irəli gələn tələblər üzrə 4 il — § 197); daha qısaldılmış müddətlərə (xüsusi hallar üçün). Ya-

poniya mülki hüququnda 10 il, 20 il kimi iddia müddətlərinə rast gəlirik (MM-in 162-ci maddəsi). Bu ölkənin 

MM-i bütün hüquqlar üçün 10 illik iddia müddəti nəzərdə tutur.  

Uzadılmış xüsusi iddia müddəti odur ki, o, ümumi iddia müddətinə nisbətən «uzundur». Əvvəlki dövrün 

qanunvericiliyi (1964-cü il MM-in 74-cü maddəsi) yalnız qısaldılmış xüsusi iddia müddətlərinin müəyyən edil-

məsinin mümkünlüyünü nəzərdə tuturdu. Məhz bu səbəbdən mülki hüquq elmində xüsusi iddia müddətləri qı-

saldılmış iddia müddətləri anlayışı ilə əhatə olunurdu. Amma müasir qanunvericiliyə görə, bu cür əhatə olun-

mağın əsası yoxdur. Belə ki, həm bizim ölkə qanunvericiliyi, həm RF-in qanunvericiliyi uzadılmış xüsusi iddia 

müddətlərinin də müəyyənləşdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Amma MM-də uzadılmış xüsusi iddia 

müddətinə rast gəlmirik. Bəzən məhkəmə qərarına əsasən əmələ gələn tələblər üzrə müəyyənləşdirilən 30 illik 

müddət (MM-in 551-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi) səhvən bu növ iddia müddəti hesab edilir. 

Onları  bir-birilə  qarışdırmaq  olmaz.  30  illik  müddət  iddia  müddəti  yox,  ekstinktiv  (yəni  mülki  hüquqların 

mövcud olma və ya ləğv olunma) müddət sayılır. 

ddia müddəti digər iddia müddəti növlərindən fərqlənir. Bununla belə, o, mülki hüquqların mövcud olma, 

preklyuziv və pretenziya kimi müddət növlərinə yaxındır. Bu müddət növlərini birləşdirən ümumi cəhət ondan 

ibarətdir  ki,  həmin  müddətlərin  ötməsi  və  keçməsi  subyektiv  hüququn  əsasını  təşkil  edən  hüquqi  imkanların 

ləğv edilməsinə və qüvvədən düşməsinə səbəb olur. Onlar arasında müəyyən fərqli cəhətlər də vardır. 

Mülki hüquqların mövcud olma müddətləri və preklyuziv müddətlər pozulmamış mülki hüquqların həyata 

keçirilmə müddətləridir.  ddia müddətinə gəldikdə isə o, yalnız pozulmuş subyektiv hüquqlara şamil edilir. 

ddia müddəti pretenziya müddətindən onunla fərqlənir ki, iddia müddəti ərzində pozulmuş hüquqlar məhkə-

mə orqanları tərəfindən məjburi qaydada müdafiə edilir. Pretenziya müddətində isə səlahiyyətli şəxsin pozul-

muş hüquqları borclu şəxsin özü tərəfindən könüllü qaydada bərpa edilir. 

3. Maddi və prosessual mənada iddia hüququ 

ddia müddəti anlayışı iddia və iddia hüququ anlayışı ilə sıx surətdə bağlıdır. Şəxslərin şəxsi və əmlak hü-

quqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsi iddia vermək  yolu ilə həyata keçirilir. 

Ə

gər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə or-



qanlarına müraciət edə bilər. Belə ki, mülki-prosessual qanunvericiliyə görə, hər bir maraqlı şəxs pozulmuş və 

ya mübahisəli hüququn müdafiəsi üçün, yaxud qanunla qorunan mənafeyinin müdafiəsi üçün qanunla müəyyən 

edilmiş qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər o, həmin hüquqdan istifadə edib məhkə-

məyə müraciət edərsə, bu cür müraciət iddia adlanır.  



ddia dedikdə, maraqlı şəxsin maddi-hüquqi mübahisənin araşdırılması və həlli, subyektiv hüququn 

və ya qanunla qorunan mənafeyin müdafiəsi üçün xahişlə məhkəməyə müraciət etməsi başa düşülür.  d-

dia elə bir müdafiə vasitəsidir ki, bu vasitədən subyektiv hüquqlar pozulduqda və pozulma təhlükəsi yarandıq-

da, yəni maddi-hüquqi mübahisə yarandıqda istifadə olunur.  

ddianın yaxından bağlı olduğu əsas anlayış iddia hüququdur.  ddia hüququ pozulmuş və ya mübahisə edi-

lən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bizim ölkənin bütün vətəndaşları və 

hüquqi şəxsləri, habelə xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əjnəbi hüquqi şəxsləri iddia hü-

ququna malikdirlər.  

ddia mürəkkəb hüquqi anlayışdır. O, ümumiləşdirilmiş xarakterə malik olmaqla, özündə iki əlaməti birləş-

dirir: maddi-hüquqi əlaməti; prosessual-hüquqi əlaməti. Vahid, amma mürəkkəb anlayış olan iddia elə bil ki, iki 

tərəfdən (maddi və prosessual tərəfdən) ibarətdir. Buna müvafiq olaraq iddia hüququ iki mənada başa düşülür: 

 maddi mənada iddia hüququ; 



 prosessual mənada iddia hüququ. 

Maddi mənada iddia hüququ iddianın maddi tərəfinə, prosessual mənada iddia hüququ isə iddianın prosessu-

al tərəfinə uyğundur. Bunlar həm də iddia hüququnun ibarət olduğu iki cür səlahiyyətə müvafiqdir: iddianın tə-

min olunması hüququna (maddi mənada iddia hüququ); iddia verilməsi hüququna (prosessual mənada iddia hü-

ququ). 


 

369


Maddi  mənada  iddia  hüququ  dedikdə,  pozulmuş  mülki  subyektiv  mülki  hüquqların  məhkəmə  vasitəsilə 

məjburi qaydada həyata keçirilməsi imkanı başa düşülür. Söhbət pozulmuş və ya mübahisə edilən hüquqların 

həyata  keçirilməsi  haqqında  iddiaçının  cavabdehə  yönəltdiyi  maddi-hüquqi  tələbin  məhkəmə  yolu  ilə  təmin 

edilmək imkanından gedir. Ona görə də maddi mənada iddia hüququ iddianın təmin olunması hüququ da ad-

landırılır.  

ddiaçının cavabdehə yönəltdiyi maddi-hüquqi tələb iddianın predmetini təşkil edir. Çox vaxt iddianın ob-

yektini iddianın predmeti ilə qarışdırırlar. Bunlar bir-birindən fərqlənən anlayışlardır.  ddianın obyekti iddiaçı-

nın əldə etməyə cəhd göstərdiyi maddi nemətə deyilir. Məsələn, konkret əmlak, pul, qiymətli kağız və s. iddia-

nın obyekti ola bilər. 

Maddi mənada iddia hüququndan şəxs ona məxsus olan maddi hüquq pozulduğu və bu hüququ müdafiə et-

mək üçün hüququ pozan şəxsə məjburiyyət tədbirinin tətbiq olunması lazım gəldiyi hallarda istifadə edir. Məj-

buriyyət tədbirləri qanunla mülki hüquqları müdafiə etməyə ixtiyarı çatan məhkəmə tərəfindən tətbiq olunur. 

ddiaçının tələbi ilə məjburiyyət tədbirinin tətbiq edilməsi həmişə yox, yalnız iddia müddəti çərçivəsində və hü-

dudlarında mümkündür. Məhz bu müddətin ötməsi hüququ pozan şəxsə məjburiyyət tədbirinin tətbiqini istisna, 

qeyri-mümkün edir. Buna iddianın tə

min olunmasından imtina deyilir.  

Beləliklə, maddi mənada iddia hüququ iddia müddəti ilə bağlıdır. Belə ki, bu müddətin ötməsi ilə subyektiv 

hüququn məjburi olaraq həyata keçirilməsi imkanı itir, yəni iddia müddətinin ötməsi məhkəmənin iddiadan im-

tina barəsində qərar çıxarması üçün əsasdır (MM-in 375-ci maddəsinin 2-ci bəndi). 



Prosessual mənada iddia hüququ dedikdə, pozulmuş və ya mübahisə edilən subyektiv hüququn müdafiəsi 

barədə tələblə məhkəməyə müraciət etmək hüququ başa düşülür. Söhbət məhkəmədən yaranmış mülki-hüquqi 

mübahisənin baxılmasını və həll edilməsini tələb etmək hüququndan gedir. Buna görə də həmin hüquq iddia 

vermək hüququ adlanır. Bu hüquqa iddia müddəti tətbiq edilmir və məhkəməyə iddia vermək hər hansı müd-

dətlə məhdudlaşdırılmır. Belə ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin ötməsindən asılı olmaya-

raq,  məhkəmə  tərəfindən  baxılmağa  qəbul  edilir  (MM-in  375-ci  maddəsi).  ddia  müddəti  ötdükdən  sonra  da 

məhkəməyə iddia vermək olar. Məhkəmənin bu tələbə baxmaqdan imtina etməyə hüququ çatmır. Maddi mə-



nada iddia hüququ olmasa belə, məhkəmə iddianı hökmən qəbul etməli, mübahisəyə mahiyyətjə baxmalı 

və qərar çıxarmalıdır. Ona görə ki, o, iddia müddətinin ötüb-ötməməsini, bu müddətin dayandırılmasını, kə-

silməsini və ya bərpa edilməsini şərtləndirən halların olub-olmamasını məhz məhkəmə araşdırması nəticəsində 

müəyyənləşdirə  bilər.  Deməli,  mülki  qanunvericiliyə  görə,  iddia  müddətinin  ötməsi  maraqlı  tərəfi  prosessual 

mənada iddia hüququndan məhrum etmir. Bu hüququn həyata keçirilməsinin şərt və qaydaları isə mülki-proses-

sual qanunvericiliklə müəyyən edilir.  ddia müddətinin ötməsi maraqlı tərəfi maddi mənada iddia hüququndan 

da məhrum etmir. O, yalnız həmin tərəfin irəli sürdüyü tələbin məhkəmə vasitəsilə məjburi qaydada həyata ke-

çirilməsi imkanını aradan qaldırır və iddianın (tələbin) təmin edilməsindən imtinaya səbəb olur.  

4.  ddia müddəti haqqında qayda 

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi iddia müddəti dəqiq olaraq 

yalnız qanunla müəyyənləşdirilirdi. Odur ki, tərəflər razılaşma əsasında bu müddəti dəyişdirə bilməzlər. Bu, o 

demək idi ki, iddia müddəti imperativ xarakterə malikdi

Mülki  qanunvericilik  iddia  müddətinin  imperativliyi  haqqında  qayda  müəyyən  edirdi  (MM-in  374-cü 

maddəsi). Bu qayda, hər şeydən əvvəl, birincisi, onda ifadə olunurdu ki, iddia müddətləri və onların hesab-



lanma qaydası yalnız qanun əsasında müəyyənləşdirilir və mülki hüquq münasibəti iştirakçılarının razılaş-

ması  ilə  bu  müddətlərin  dəyişdirilməsinə,  yəni  qısaldılmasına  və  ya  uzadılmasına  yol  verilmirdi.  Əgər  iddia 

müddətləri  və  onların  hesablanması  qaydası  iştirakçıların  razılığı  ilə  dəyişdirilərsə,  onda  bu  cür  razılaşmanın 

hüquqi  əhəmiyyəti  olmurdu.  Bu  cür  razılaşma  etibarsız  sayılırdı.  Məsələn,  qanunda  yük  daşıma  müqaviləsi 

üçün bir illik iddia müddəti nəzərdə tutulmuşdur. Əgər daşıyıcı ilə yük göndərən həmin müddətin dəyişdirilərək 

iki illik iddia müddəti ilə əvəz olunması barədə razılığa gəlsələr, onda cür razılaşma hüquqi əhəmiyyəti olma-

yan hərəkət kimi etibarsız hesab ediləjəkdi. 

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra vəziyyət tam dəyişmiş-

dir. Belə ki, indi tərəflər qanunda nəzərdə tutulan iddia müddətinin dəyişdirilməsi barədə öz aralarında 

razılığa gələ bilərlər; belə razılaşma artıq etibarsız sayılmayajaqdır. Ona görə ki, Mülki Məcəllə subyektlərə 

qanunun müəyyənləşdirdiyi iddia müddətini uzatmağa və ya qısaltmağa icazə verir. Əgər subyektlər öz arala-

rında  iddia  müddətinin  uzadılması  və  ya  azaldılması  barədə  razılığa  gəlməzlərsə,  onda  iddia  müddəti  Mülki 

Məcəllə  ilə  müəyyən  edilir  (MM-in  374-cü  maddəsinin  1-ci  bəndi).  Bu,  son  zamanlar  xarici  ölkələrin 

qanunvericiliyində artan tendensiyaya uyğundur. Belə ki, xarici qanunvericilik tərəflərə onlara sərf edən iddia 

müddətləri müəyyənləşdirməkdə geniş hüquqlar verir. Məsələn, Almaniya hüququ iddia müddətinin tərəflərin 

razılığı  ilə  dəyişdirilməsinə  (ya  uzadılmasına,  ya  qısaldılmasına)  yol  verir  (AMQ-nin  202-ci  maddəsi).  ABŞ 


 

370


Vahid Ticarət Məcəlləsi (2-725-ci maddə) müəyyən edir ki, tərəflər 4 illik iddia müddətini 1 ilə kimi azalda bi-

lərlər.  ddia müddətinin tərəflərin razılığı ilə dəyişdirilməsi tendensiyası  ngiltərə hüququnda da müşahidə olun-

maqdadır. Amma bəzi ölkələrdə (məsələn,  sveçrədə və s.) iddia müddətini tənzimləyən normalar imperativ xa-

rakter daşıyır. Odur ki, tərəflər iddia müddətini dəyişdirə bilməzlər. 

 

Qeyd etmək lazımdır ki, iddia müddətinin axımının dayandırılması və kəsilməsi əsasları qanunla mü-



ə

yyənləşdirilir. Bu barədə mülki hüquq münasibəti iştirakçılarının sazişi hüquqi əhəmiyyət kəsb etmir. Bunun-

la bərabər,  yeni mülki qanunvericilik köhnə qanunvericilikdən fərqli olaraq, iddia müddətinin imperativliyini 

(məjburiliyini) istisna edən xüsusi norma müəyyən edir (MM-in 375-ci maddəsinin 2-ci bəndi). Bu xüsusi nor-

ma  onu  isbat  edir  ki,  iddia  müddəti  barədə  qayda  tam  yox,  əsasən,  imperativ  xarakterə  malikdir.  Köhnə 

qanunvericiliyə  görə,  iddia  müddəti  mübahisə  edən  tərəflərin  (mülki hüquq  münasibəti  iştirakçılarının) 

bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunurdu (1964-cü il MM-nin 77-ci maddəsi), 

yəni iddia müddətinin tətbiq edilməsi məhkəmənin vəzifəsi sayılırdı. Belə ki, məhkəmə mübahisə edən tərəflə-

rin bildirməsindən asılı olmayaraq, öz xüsusi təşəbbüsü ilə iddia müddətini tətbiq etməyə borclu idi. Bu vəzifə-

ni icra etmək məqsədilə məhkəmə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini qəti olaraq müəyyənləş-

dirirdi. Əgər məhkəmə müəyyən etsə idi ki, iddia müddəti ötürülmüş və buraxılmışdır, onda o, iddiadan imtina 

edirdi. Beləliklə, köhnə qanunvericilik iddia müddətinin tətbiq edilməsinin məjburiliyi (imperativliyi) haqqında 

qayda nəzərdə tutmuşdu. 

Köhnə qanunvericiliyin nəzərdə tutduğu bu qaydadan fərqli olaraq, yeni qanunvericilik iddia müddətinin tət-

biq edilməsinin imperativliyini (məjburiliyini) istisna edən norma müəyyən edir. Bu normaya görə, iddia müd-

dəti məhkəmə tərəfindən yalnız mülki-hüquqi mübahisə üzrə müvafiq tərəfin məhkəmə qərarı çıxarıla-

nadək verdiyi ərizə əsasında tətbiq edilir. Əgər müvafiq tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə 

verməzsə, onda məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq, işə mahiyyətjə baxır və mülki-hüquqi 

mübahisə barədə qərar qəbul edir. Belə halda məhkəmənin öz xüsusi təşəbbüsü ilə iddia müddətini tətbiq et-

mək ixtiyarı çatmır. 

Bir sıra hallarda mülki-hüquqi mübahisə üzrə müvafiq tərəf (cavabdeh) müdafiə tədbiri kimi istinad edir və 

bildirir ki, iddiaçı iddia müddətini ötürmüşdür və buna görə də məhkəmə iddiadan imtina barədə qərar çıxarma-

lıdır. Özü də dərhal qeyd etməliyik ki, cavabdeh bu hüquqdan yalnız məhkəmə qərarı çıxarılanadək istifadə edə 

bilər. Məsələn, iddia ərizəsinə verilən etirazda, məhkəmə ijlasında bu cür bildiriş (ərizə) ifadə oluna bilər. Belə 

halda məhkəmə iddia müddətini tətbiq edir və əgər bu müddətin ötürülməsini müəyyənləşdirərsə, o, iddiaçının 

irəli sürdüyü iddiadan (tələbdən) imtina edir. Məsələn, daşıyıcı ilə yük göndərən arasında yükün itməsi barədə 

mübahisə yaranır. Yükün təyinat yerinə çatdırılmalı olduğu gündən bir il yarım keçdikdən sonra (bununla bir il-

lik iddia müddəti ötürülür) yük göndərən iddia ilə məhkəməyə müraciət edir. Daşıyıcı bir illik iddia müddətinin 

ötürülməsinə görə iddiadan imtina edilməsi barədə ərizə vermir. Belə halda məhkəmə iddia müddətini tətbiq et-

məyərək, işə mahiyyətjə baxır və iddia müddətinin ötməsindən asılı olmayaraq, müvafiq qərar çıxarır. 

Konkret işə baxan hakim cavabdehə izah etməyə borclu deyildir ki, cavabdeh iddia müddətinin ötürülməsinə 

görə iddiaçının irəli sürdüyü iddiadan imtina olunmasını tələb etsin. Cavabdehin də ixtiyarı yoxdur ki, məhkə-

mənin iddia müddətinin ötürülməsini elan etməməklə və bildirməməklə diqqətsizliyə yol verməsinə görə onun 

hərəkətlərindən şikayət versin. 

Göstərilən xüsusi normanı genişləndirici təfsir etmək olmaz. Belə ki, mülki hüquq münasibəti üzrə tərəflər 

istənilən vaxt, məsələn, əqd bağlanan zaman mümkün ola bilən mübahisəyə iddia müddətinin tətbiq edilməməsi 

barədə razılığa gələ bilməzlər. Bu razılıq qanuna zidd olduğuna görə etibarsız sayılajaqdır. Yalnız artıq əmələ 



gəlmiş mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə bildiriş verilə bilər. O mübahisəyə ki, hə-

min mübahisə baxılmaq və həll edilmək üçün məhkəməyə verilmişdir. 

Beləliklə, iddia müddətinin tətbiqi mülki-hüquqi mübahisə üzrə tərəflərin öz istək və mülahizələrindən asılı-

dır. Məhkəmənin bu tərəflərin bildirməsindən asılı olmayaraq, öz xüsusi təşəbbüsü ilə iddia  müddətini 



tətbiq etmək hüququ yoxdur. Bu isə onu ifadə edir ki, yeni mülki qanunvericiliyə görə, iddia müddətinin tət-

biq edilməsi imperativ (məjburi) xarakter daşımır.  



5.  ddia müddətinin şamil edilmədiyi tələblə

Ümumi qayda belədir ki, iddia müddəti bütün mülki hüquq münasibətlərinə şamil edilir. Bununla bərabər, 

elə tələblər vardır ki, həmin tələblərə iddia müddəti aid olunmur. Mülki qanunvericilik bu tələblərin siyahısını 

verir. Lakin bu, qeyri-qəti, dəqiq olmayan və təxmini siyahıdır (MM-in 384-cü maddəsi). Ona görə ki, qanunda 

nəzərdə tutulan bəzi tələblərə iddia müddətinin şamil edilməməsi istisna olunmur, yəni bu, mümkündür. 

ddia müddətinin şamil edilmədiyi tələblərə aiddir: 

 şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər. Bu tə-



ləblərə, hər şeydən əvvəl, fiziki şəxsin şərəf və ləyaqəti, işgüzar nüfuzu və s. daxildir. Ümumi qaydaya görə, 

 

371


həmin tələblər vaxtla məhdudlaşmır və onların pozulması fasiləsiz olaraq davam edir;  

 əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri.  ddia müddəti həm də əmanətlər üzrə 



faizlərin ödənilməsi üzrə tələblərə şamil olunmur; 

 fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Fi-



ziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallarda, həmin şəxsin (zərərçəkənin) əmək qabiliyyəti-

nin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Tələb gələcək müd-

dət üçün ödənilir. Tələb irəli sürülməzdən əvvəlki müddət üçün də təmin oluna bilər. Bu müddət üç ildən çox 

ola bilməz, yəni tələb zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il keçdikdən (bitdikdən) 

sonra irəli sürülərsə, ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Məsələn, vətəndaşın sağlamlı-

ğ

ına vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan dörd il keçir və o, iddia irəli sürür. 



Belə halda zərərin əvəzini ödəmək tələbi yalnız ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;  

 mülkiyyətçinin və ya digər sahibin (əşyaya sahiblik edən, lakin mülkiyyətçi olmayan şəxs, məsələn, ki-



rayəçi,  daşıyıcı,  girovsaxlayan  və  s.)  onun  hüququnun  hər  cür  pozulması  hallarının  aradan  qaldırılması 

haqqında tələblər, əgər bu pozuntu halları sahiblikdən məhrum edilməklə bağlı olmasa. Söhbət neqator 

iddia tələbinə iddia müddətinin tətbiq edilməməsindən gedir ki, bu iddia ilə mülkiyyət hüququ müdafiə olunur. 

Həmin növ iddia MM-in 157-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş dur. Məsələn, vətəndaşa məxsus 

yaşayış evinin yaxınlığında obyekt tikən təşkilat həmin evin həyətinə dəmir-beton məmulatları tökür. Bununla 

sahiblikdən məhrum etmə ilə bağlı olmayan hüquq pozuntusuna yol verilir. Ev sahibi həmin pozuntunun aradan 

qaldırılmasını tələb edə bilər. Bu tələbə iddia müddəti şamil edilmir. Göründüyü kimi, burada hüquq pozuntula-

rı uzanan və davam edən xarakterə malikdir. Bu cür pozuntu ilə bağlı olan tələblərə iddia müddəti tətbiq olun-

mur. Ümumiyyətlə, uzanan və davam edən hüquq pozuntularına iddia müddəti tətbiq olunmamalıdır; 

 dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyət hüquqlarını pozmuş ak-



tının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. Bu aktlar, adətən, qeyri-normativ xarakterə ma-

likdir. Əgər onlar şəxslərin mülkiyyət hüququnu pozarsa, həmin şəxs iddia ilə məhkəməyə müraciət edə bilər. 

Belə  hallara  da  iddia  müddəti  şamil  edilmir.  Məsələn,  şəhər  icra  hakimiyyətinin  qərarı  ilə  vətəndaşa  məxsus 

olan tikili heç bir əsas olmadan ondan alınır. 

Bəzən  iddia  müddətinin  tətbiq  edilməsinin  qeyri-mümkünlüyü  hüquq  münasibətinin  özünün  xarakterindən 

irəli gəlir. Məsələn, fiziki şəxsin ölmüş hesab edilməsi haqqında və ya onun qeyri-fəaliyyət qabiliyyətli sayıl-

ması barədə tələblərə, təbii ki, iddia müddəti şamil edilmir. Məlum məsələdir ki, bu cür tələblərə iddia müddəti 

ş

amil etmək məntiqsizlikdir. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə