MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə60/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   91
§ 2.  ddia müddəti axımının başlanması,  

kəsilməsi, bərpası və ötməsinin nəticələri 

1.  ddia müddəti axımının başlanması  

ddia müddətini düzgün hesablamaq lazımdır. Bunun çox vacib və mühüm əhəmiyyəti vardır.  ddia müddəti 

axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə 

yol vermək hökmən süni surətdə iddia müddətinin qısaldılmasına və ya uzadılmasına səbəb olur.  

ddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hü-

ququn məjburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır.  ddia hüququnun 

ə

mələ  gəldiyi  gün  isə  şəxsin  öz  hüququnun  pozulduğunu  bildiyi  və  ya  bilməli  olduğu  gündən  başlanır 



(MM-in 377-ci maddəsinin 1-ci bəndi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar 

ə

sasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır.  



Qanunun müəyyən etdiyi göstərişdən belə məlum olur ki, iddia müddəti axımının başlanğıcının təyin edil-

məsi və müəyyənləşdirilməsi iki anla bağlıdır: 

 obyektiv anla; 



 subyektiv anla. 



Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun 

pozulduğunu bildiyi və ya bilməli olduğu andır. 



Qanun iddia müddəti axımının başlanmasını obyektiv anla yox, subyektiv anla əlaqələndirir. Məhz bu 

andan  maddi  mənada  iddia  hüququ  əmələ  gəlir.  Prosessual  mənada  iddia  hüququ,  yəni  iddia  ilə  məhkəməyə 

müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. 

Beləliklə, qanun maddi mənada iddianın əmələ gəlmə əsasına subyektiv xarakter verərək, bu əsası subyektiv 

anla bağlayır. Bu an şəxsin öz subyektiv hüququnun pozulmasını bilməsi, qavraması və dərk etməsi günüdür. 

Adətən, şəxs öz hüququnun pozulmasını elə həmin gün də bilir və bundan xəbər tutur. Məsələn, hər hansı fiziki 

şə

xs müəyyən vətəndaşın hüququnu sentyabr ayının 10-da pozur. Vətəndaş elə həmin gündə, yəni sentyabr ayı-



nın 10-da öz hüququnun pozulmasını bilir. Bu cür hallarda obyektiv anla subyektiv an üst-üstə düşür.  

 

372


Bəzi hallarda isə şəxsin öz hüququnun pozulması faktı ona elə həmin gün yox, xeyli müddət keçdikdən sonra 

məlum olur. Öz hüququnun pozulmasını bilmədən, əlbəttə, şəxs onun müdafiə edilməsi üçün tədbirlər görə bil-

məz. Məsələn, ev sahibi onun yaşadığı evdən müxtəlif əşyaların oğurlanmasını (sentyabrın 4-də) yalnız məzu-

niyyətdən  qayıtdıqdan  sonra  (sentyabrın  30-da)  bilir.  ddia  müddətinin  axımı  oğurluğun  baş  verdiyi  gündən 

(sentyabrın 4-dən) yox, məhz bu gündən (sentyabrın 30-dan) başlayır. Bu cür hallarda isə obyektiv anla subyek-

tiv an üst-üstə düşmür.  

Bəzən şəxs diqqətsizliyə, səhlənkarlığa, biganəliyə, təsərrüfatsızlığa və digər səbəblərə görə öz hüququnun 

pozulmasından xəbəri olmur. Belə halda iddia müddətinin axımı hüququn pozulduğu gündən yox, şəxsin öz hü-

ququnun pozulmasını bilməli olduğu gündən başlayır. 

Amma iddia müddətinin hesablanması qaydası imperativ xarakter daşımır. Belə ki, tərəflər müqavilədə iddia 

müddətinin hesablanması qaydası haqqında başqa hal, yəni qanunda müəyyənləşdiriləndən fərqli qayda nəzərdə 

tuta bilərlər (MM-in 374-cü maddəsinin 1-ci bəndi). Məsələn, müqavilədə tərəflər müəyyənləşdirə bilərlər ki, 

iddia müddətinin axımı şəxsin subyektiv mülki hüququnun pozulduğu gündən hesablansın və s. Əgər müqavilə-

də başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin hesablanma qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir 

(MM-in 374-cü maddəsinin 1-ci bəndi). Yeri gəlmişkən, 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər 

və əlavələr edilməsinə kimi iddia müddətinin hesablanma qaydası haqqında norma imperativ xarakter daşıyırdı. 

Xarici ölkələrin müasir qanunvericiliyi həm operativ halı (tələbin əmələ gəlmə anını), həm də subyektiv halı 

(subyektin öz hüququnun pozulduğunu bilməsini) nəzərə alır. Kontinental hüquq sisteminə aid edilən ölkələrin 

qanunvericiliyinə görə, kreditorun tələbinin yarandığı andan ümumi iddia müddətinin axımı başlanır. ABŞ Va-

hid Ticarət Məcəlləsində (2-725-ci maddə) göstərilir ki, alqı-satqı müqaviləsinin pozulduğu andan iddia müddə-

ti hesablanır; zərərçəkən tərəfin pozuntu halını bilib-bilməməsinin məsələyə dəxli yoxdur.  

Qanunun iddia müddətinin axımının başlanğıcını subyektiv anla əlaqələndirməsi mülki hüquqların müda-



fiəsinə daha artıq təminat yaratmaq zərurəti ilə şərtlənir. Bununla şəxsdən asılı olmayan səbəblərə görə id-

dia müddətinin ötməsi halının qarşısı alınır. 

Öhdəlik hüquq münasibətlərində (öhdəliklərdə) iddia axımının başlanğıj anını təyin etmək haqqında qayda 

daha konkretdir. Bu qaydaya əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı 



icra müddəti bitdikdə başlanır (MM-in 377-ci maddəsinin 2-ci bəndi). Məsələn, borc müqaviləsində borc ala-

nın borcu sentyabr ayının 25-də qaytarması nəzərdə tutulur. O, həmin müddətdə borcu qaytarmır. Sentyabrın 

26-dan iddia müddətinin axımı başlanır. 

cra müddəti müəyyənləşdirilməmiş və ya tələb etmək məqamı ilə müəyyənləşdirilmiş öhdəlik hüquq müna-

sibətləri  üçün  isə  başqa  qayda  tətbiq  olunur.  Bu  qaydaya  görə,  iddia  müddətinin  axımı  kreditorun  öhdəliyi 

icra  etmək  tələbini  irəli  sürmək  hüququnun  əmələ  gəldiyi  andan  başlanır.  Əgər  borcluya  həmin  tələbin 

icrası üçün yeddi günlük güzəştli müddət verilərsə (MM-in 427-ci maddəsinin 4-cü bəndi), onda iddia müddəti 

göstərilən müddət bitdikdən sonra (kreditorun tələbi irəli sürməsinin səkkizinci günündə) hesablanmağa başla-

yır (MM-in 377-ci maddəsinin 3-cü bəndi). Məsələn, borc müqaviləsində borcun qaytarılması müddəti nəzərdə 

tutulmur. Sentyabr ayının 16-da borc verən borcun qaytarılmasını tələb edir. Borcluya borcun qaytarılması üçün 

yeddi günlük güzəştli müddət verilir. Sentyabrın 23-də güzəştli müddət bitir. Sentyabrın 24-dən iddia müddəti-

nin axımı başlanır.  

Reqres öhdəlik hüquq münasibətləri üzrə iddia müddəti axımının başlanğıcının müəyyən edilməsi barədə də 

qanun  xüsusi  qayda  nəzərdə  tutur  (MM-in  377-ci  maddəsinin  4-cü  bəndi).  Reqres  öhdəlik  hüquq  münasibəti 

(reqres  öhdəliyi)  həmişə  əsas  öhdəlik  adlı  başqa  öhdəliyin  icrası  əsasında  yaranır.  Özü  də  əsas  öhdəlik  üzrə 

borclu reqres öhdəlik üzrə kreditora çevrilir, üçüncü şəxs isə bu öhdəlikdə borclu şəxs qismində çıxış edir. Mə-

sələn,  müəssisənin  sürücüsü  öz  əmək  vəzifəsinin  icrası  zamanı  nəqliyyat  vasitəsini  idarə  edərkən  vətəndaşın 

ə

mlakını  zədələyərək,  onu  tam  yararsız  hala  salır.  Belə  halda  müəssisə  ilə  vətəndaş  arasında  zərər  vurmaq 



nəticəsində öhdəlik hüquq münasibəti (delikt öhdəliyi) əmələ gəlir. Bu, əsas öhdəlikdir. Burada müəssisə borclu 

şə

xs, vətəndaş isə kreditordur. Bu əsas öhdəliyə görə müəssisə vətəndaşın əmlakına vurulmuş zərərin əvəzini 



ödəyir, yəni əsas öhdəliyi icra edir. Bundan sonra müəssisə ödənilmiş əvəz miqdarında sürücüyə (üçüncü şəxsə) 

reqres (geriyə) tələb irəli sürür. Beləliklə, müəssisə ilə sürücü arasında reqres öhdəlik hüquq münasibəti (reqres 

öhdəliyi) yaranır. Bu öhdəliyə görə, sürücü müəssisəyə vətəndaşa ödənilmiş əvəz miqdarında pul ödəyir. Gö-

ründüyü kimi, reqres öhdəliyi əsas öhdəliyin icrası əsasında yaranır. Buna görə də mülki qanunvericilik həmin 

öhdəlik üzrə iddia müddəti axımının başlanmasını əsas öhdəliyin icrası ilə əlaqələndirir. Belə ki, reqres öhdə-

liklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məsələn, tutalım ki, əsas öhdəlik 

sentyabr ayının 5-də icra edilmişdir. Məhz sentyabrın 6-dan reqres öhdəlik üzrə iddia müddətinin axımı başla-

najaq. 

Adətən, mülkiyyət hüquq münasibətləri pozulduğu hallarda, hüququn pozulduğu günü təyin etmək çətinlik 



 

373


törətmir. Bununla belə, bəzən mülkiyyət hüququnu pozanın şəxsiyyəti məlum olmur. Məsələn, əmlakı hər hansı 

naməlum şəxs oğurlayır. Hüquq pozuntusu törədənin şəxsiyyəti məlum olmadığına görə məhkəməyə iddia ver-

mək olmaz. Qanunvericiliyə görə, həmin şəxsin aşkar edilməsinə və müəyyənləşdirilməsinə sərf olunan vaxt isə 

iddia müddətinə hesablanır, onu, əlbəttə, qısaldır. Pozuntu törədən şəxs müəyyən edildikdə, əgər iddia müddəti 

ötmüş olsa belə, mülkiyyətçi məhkəməyə iddia verir. Göstərilən səbəbə görə iddia müddətinin ötürülməsi məh-

kəmə tərəfindən nəzərə alınır və pozulmuş hüquq müdafiə edilir.  

Öhdəlik hüquq münasibətində şəxslərin dəyişməsi nə iddia müddətinə, nə də onun hesablanma qaydasına tə-

sir göstərir. Belə ki, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişil-

məsinə səbəb olmur (MM-in 378-ci maddəsi). 

Öhdəlikdə  şəxslərin  dəyişməsi  dedikdə,  öhdəliyin  özünün  saxlanması  şərti  ilə  kreditorun  başqa  kreditorla 

ə

vəz olunması (tələb hüququnun verilməsi, güzəşti) və ya borclu şəxsin başqası ilə əvəz olunması (borcun kö-



çürülməsi) başa düşülür. Məsələn, vətəndaş öz qonşusundan borc pul alır (aprelin 15-də qaytarmaq şərti ilə). 

Fevral ayında o ölür. Borc hüquq münasibətində onun yerini vərəsəsi tutur. Vərəsə aprelin 15-də borcu qaytar-

mır. Aprelin 16-dan iddia müddətinin axımı başlanır, yəni öhdəlikdə borclunun dəyişməsi iddia müddətinin də-

yişməsinə (qısaldılmasına və ya uzadılmasına) təsir göstərmir. 

Almaniya mülki qanunvericiliyinə görə, iddia müddətinin axımının başlanması üçün tələb edilmir ki, şəxs 

iddia hüququnun əmələ gəlməsini bilsin. Bu, o deməkdir ki, müvafiq hüquq pozulduğu andan (şəxsin öz hüqu-

qunun pozulduğunu bildiyi andan yox) iddia müddətinin axımı başlanır. Anoloci göstərişi Yaponiya mülki hü-

ququ da nəzərdə tutur. 



2.  ddia müddəti axımının dayandırılması 

Vaxt fəlsəfi anlayışdır. O, materiyanın əsas mövcud olma formalarından biridir. Vaxt obyektiv kateqoriya-

dır. Belə ki, o, obyektiv olaraq mövcuddur. Vaxtın mövcud olması bizim şüurumuzdan kənarda olub, ondan ası-

lı deyildir. Buna görə də vaxt fasiləsiz xarakterə malikdir: onu ya dayandırmaq, ya kəsmək, ya da bərpa etmək 

olmaz. 

Bununla  bərabər,  elə  vaxt  dövrləri  vardır  ki,  onlar  qanunda  nəzərdə  tutulan  hallar  mövcud  olduqda,  iddia 



müddətinə hesablana da bilər, hesablanmaya da. Söhbət iddia müddətinin axımına təsir göstərərək onu dayandı-

ran, vaxtında iddia verilməsini çətinləşdirən hallardan gedir. Bu hallar iddia müddətinin fasiləsiz və arası kəsil-

məyən axımına təsir göstərir. Mülki qanunvericilik həmin halları nəzərə alır. Tərəflərin iradəsindən asılı olma-

yan göstərilən hallar obyektiv xarakter daşıyaraq, iddia müddəti axımının dayandırılmasına səbəb olur. 



ddia müddəti axımının dayandırılması onu ifadə edir ki, iddia verilməsinə mane olan və qanunda nəzərdə 

tutulan obyektiv halın mövcud olduğu vaxt dövrü iddia müddətinə hesablanmır və həmin halın aradan qalxdığı 

gündən müddətin axımı davam edir. Pozulmuş hüququn vaxtında müdafiə edilməsinə əngəl olan həmin hallar 

iddia müddəti axımının dayandırılmasının əsası kimi çıxış edir. 

Qarşısıalınmaz qüvvə iddia müddəti axımının dayandırılmasına səbəb olan əsaslardan biridir. Qarşısıalın-

maz qüvvə dedikdə, fövqəladə və həmin şəraitdə qarşısı alına bilinməyən hal başa düşülür. Həm dağıdıcı təbiət 

hadisələri və təbii fəlakət (məsələn, zəlzələ, qar uçqunu, yer sürüşməsi, daşqın və s.), həm nəqliyyatın, rabitə-

nin, məhkəmənin və digər orqanların normal işini pozan ictimai hadisələr (kütləvi iğtişaşlar, tətil, vətəndaş mü-

haribəsi,  milli  münaqişə,  hərbi  əməliyyatlar  və  s.),  həm  də  öz  xarakterinə  görə  müstəsna  və  qeyri-adi  hallar 

(məsələn, epidemiya və s.) bu cür qüvvə rolunda çıxış edə bilər. Həmin hallar vaxtında iddia verilməsinə mane 

olur və onu qeyri-mümkün edir. Qarşısıalınmaz qüvvə bəzi xarici ölkə qanunvericiliyində və beynəlxalq kom-

mersiya dövriyyəsində fors-macor (fransızja «force majeure» — təbii hadisə) anlayışı ilə əhatə edilir. 

Qarşısıalınmaz qüvvə, əsasən, dağıdıcı xarakter daşıyır. O, iddianın əsaslandırılması üçün zəruri olan sənəd-

lərin  və  digər  materialların  itirilməsinə  səbəb  ola  bilər.  Həmin  sənəd  və  materialların  bərpası  üçün  müəyyən 

vaxt dövrü lazımdır. Bütün bu dövr ərzində iddia müddətinin axımı dayandırılır. 

ddiaçının və ya cavabdehin hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olması halı iddia 

müddəti  axımının  dayandırılmasına  dəlalət  edən  əsaslardan  biridir.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  əmin-

amanlıq dövründə şəxsin ordu sıralarına hərbi xidmətə çağırılması iddia müddətinin dayandırılmasına səbəb ola 

bilməz. Ona görə ki, həqiqi hərbi xidmətdə olma şəxsi öz pozulmuş hüquqlarını şəxsən və ya nümayəndənin va-

sitəsilə müdafiə etmək imkanından məhrum etmir. 

Hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olma onu ifadə etmir ki, hərbi vəziyyətə bütün silahlı 

qüvvələr keçirilməlidir. Burada söhbət  yalnız iddiaçı və  ya cavabdehin olduğu hərbi hissənin hərbi vəziyyətə 

keçirilməsindən gedir. Məsələn, «Dağlıq Qarabağ münaqişəsini» həll etmək üçün müvafiq hərbi hissə hərbi və-

ziyyətə  keçirilir.  ddiaçı  və  ya  cavabdeh  bizim  ölkə  xaricində  sülhməramlı  funksiya  yerinə  yetirən  (məsələn, 

Ə

fqanıstanda antiterror əməliyyatlarında və s.) hərbi dəstənin tərkibində iştirak etdiyi hallarda da iddia müddə-



tinin axımı dayandırılır. 

 

374


Azərbaycan Respublikasında hərbi vəziyyətin tətbiq edilməsinin əsasları və qaydası müvafiq qanunla müəy-

yənləşdirilir. Bu qanuna görə, hərbi vəziyyət prezidentin fərmanı ilə tətbiq edilir. Həmin fərman dərhal parla-

mentə təqdim olunur. Parlament 24 saat ərzində bu məsələyə dair qərar qəbul etməlidir. 

ddia müddəti axımının dayandırılmasına səbəb olan əsaslardan biri öhdəliklərin icrası üçün moratorium 



(möhlət) müəyyənləşdirilməsi hesab edilir. Moratorium (latınja «moratorius» — yubadan, ləngidən) öhdəlik-

lərin icrasının «dondurulmasını», təxirə salınmasını və yubadılmasını, ona möhlət verilməsini ifadə edir. O, mü-

vafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 

Moratorium elan edilməsi müstəsna tədbirdir. O, nadir hallarda tətbiq olunur. Bu müstəsna tədbir növündən 

yalnız ölkədə yaranan müxtəlif obyektiv və fövqəladə hallarla bağlı olaraq istifadə edilir. Bu halların əmələ gəl-

məsinə isə hərbi vəziyyət, iqtisadi islahat, təbiət hadisələri, ictimai hadisələr, beynəlxalq vəziyyət, əlverişsiz iq-

lim şəraiti və digər amillər səbəb ola bilər.  nsan və ya heyvanların infeksiya xəstəliklərinə görə müəyyənləşdi-

rilən karantin də moratorium elan edilməsinə əsas ola bilər. Məsələn, Böyük Vətən müharibəsi illərində işğal-

dan azad olunan rayonlarda  yerləşən dövlət və kooperativ təşkilatlarının pul borclarının ödənilməsinə möhlət 

(moratorium) verilmişdi. Başqa bir misalda 80-90-cı illərdə əlverişsiz təbii iqlimə görə zərərə düşən kolxoz və 

sovxozlara  onların  SSR   Dövlət  Bankından  aldıqları  ssuda  üzrə  borcların  qaytarılmasına  on  iki  il  müddətinə 

möhlət verilmişdi. 

Moratoriumun iki növü fərqləndirilir: ümumi moratorium; qismən moratorium. Ümumi moratorium odur 

ki, o, ölkə üzrə bütün öhdəliklərə aid olur. Qismən moratoriuma gəldikdə isə o, yalnız öhdəliyin bu və ya di-

gər növünə şamil edilir. 

Moratoriumu  qarşısıalınmaz  qüvvələrdən  fərqləndirmək  lazımdır.  Moratorium  iddia  verilməsinə  hüquqi 

cəhətdən, qarşısıalınmaz qüvvə isə faktiki cəhətdən mane olur. 

ddia müddətinin axımı fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi (nümayəndəsi) olmadığı 



halda da dayandırılır. Söhbət on dörd yaşına kimi azyaşlılardan və mütləq qeyri-fəaliyyət qabiliyyətli şəxslər-

dən (ruhi xəstələrdən, ağlı zəif olanlardan) gedir. Valideynlər azyaşlıların, qəyyumlar isə həmin şəxslərin qanu-

ni nümayəndəsi (təmsilçisi) hesab edilirlər. Bu kateqoriya şəxslər tələb irəli sürərsə, iddia müddəti həmin şəxs-

lər üçün qanuni nümayəndə təyin edilənədək dayandırılır. Nümayəndə təyin edilmədiyi hallarda isə, iddia müd-

dəti həmin şəxslər tam fəaliyyət qabiliyyətli olanadək dayandırılmış sayılır. 

Müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsinin dayandırıl-

ması iddia müddəti axımının dayandırılmasına səbəb olan əsaslardan biridir. Bu əsas bizim qanunvericilik üçün 

yenidir. Köhnə qanunvericilik bu cür əsas nəzərdə tutmamışdı. 

Öz hüquqi təbiətinə görə həmin əsas moratoriuma oxşayır və ona yaxındır. Belə ki, göstərilən əsas moratori-

um kimi iddia irəli sürülməsi üçün hüquqi maneə və əngəl yaradır. 

Normativ hüquqi aktın qüvvəsini yalnız buna səlahiyyəti çatan orqan dayandıra bilər. Burada söhbət norma-

tiv aktın qüvvəsinə xitam verilməsindən və onun ləğv edilməsindən getmir. Sadəjə olaraq, səlahiyyətli orqan 

özünün qərarı ilə normativ aktın qüvvəsini müəyyən müddətə, bir qayda olaraq, fövqəladə halın mövcud olması 

müddətinə qədər dayandırır. Madam ki, normativ aktın qüvvəsi dayandırılır, onda, təbii olaraq, bu akta istinad 

edən və əsaslanan tələb üçün də hüquqi əsas aradan qalxır. 

Qanunda digər əsaslar da nəzərdə tutulur. Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzi-

nin ödənilməsi haqqında iddialar üzrə iddia müddəti axımının dayandırılması barədə mülki qanunvericilik xüsu-

si  qayda  müəyyən  edir  (MM-in  379-cu  maddəsinin  2-ci  bəndi).  Bu  qaydaya  görə,  həmin  iddialar  üzrə  iddia 

müddətinin axımı pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırı-

lır. 


Göstərilən bütün hallar (əsaslar) yalnız o halda dayandırıcı qüvvəyə malik olur ki, həmin hallar iddia müd-

dətinin son (axırıncı) altı ayı ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Əgər iddia müddəti 

altı aya bərabər və ya altı aydan az olarsa, onlar iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda da-

vam etsin. 

Müddətin dayandırılmasına səbəb olan hal aradan qalxdığı və sona çatdığı gündən iddia müddətinin axımı 

davam edir. Özü də müddətin qalan hissəsi altı aya kimi uzadılır. Məsələn, konkret müqavilə tələbi üzrə üç illik 

iddia müddəti 15 yanvar 2001-ci ildən başlayır. Bu müddət 15 yanvar 2004-cü ildə bitir. Lakin 15 may 2003-cü 

ildə qarşısıalınmaz qüvvə (fövqəladə hal) yaranır və 15 oktyabr 2003-cü ilə kimi davam edir. Beləliklə, iddia 

müddəti 15 aprel 2004-cü ilə kimi, yəni altı ay uzadılır. 

Ə

gər iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda, dayandırıcı halın qüvvəsinə xitam verildik-



dən sonra iddia müddətinin qalan hissəsi iddia müddətinə qədər uzadılır. Məsələn, iki aylıq iddia müddəti föv-

qəladə  hadisə  nəticəsində  dayandırılır.  Bir  ay  on  gündən  sonra,  yəni  iddia  müddətinin  başa  çatmasına  iyirmi 

gün qalmış həmin hal aradan qalxır və sona çatır. Belə halda maraqlı tərəf iddia vermək üçün iki aylıq iddia 


 

375


müddəti  tətbiq  edə  bilər.  Bu  müddət  dayandırıcı  halın  qüvvəsi  ləğv  olunduğu  vaxtdan  hesablanır,  yəni  iddia 

müddətinin qalan hissəsi (20 gün) iddia müddətinə kimi (iki aya kimi) uzadılır. 

Mülki  qanunvericilik  iddia  müddətinin  dayandırılmasına  əsas  olan  digər  hallar  da  nəzərdə  tutur.  Nikahın 

mövcud olması bu cür hallardan biridir. Belə ki, nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər 

üzrə iddia müddətinin axımı dayandırılır (MM-in 379-cu maddəsinin 5-ci bəndi). Uşaqlar on səkkiz yaşına ça-



tanadəonlarla valideynlər arasındakı tələblər üzrə də iddia müddətinin axımı dayandırılır. Qəyyumluq (hi-

mayəçilik) dövrü də qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayəçilikdə) olanlar arasındakı tələblər üz-

rə iddia müddəti axımının dayandırılmasına əsas olan hallardan biridir. 



Cinayət işində irəli sürülmüş iddianın baxılmamış saxlanması iddia müddəti axımının dayandırılmasına 

səbəb olan əsaslardandır (MM-in 381-ci maddəsi). Bu, mahiyyətjə mübahisə üzrə qərar çıxarılmadan məhkəmə 

araşdırmasının  bitməsinin  xüsusi  formasıdır.  ddianın  məhkəmə  tərəfindən  baxılmamış  saxlanması  müxtəlif 

hallarla şərtlənə bilər. Bu cür hallara misal olaraq göstərmək olar: iddiaçının məhkəmə ijlasına gəlməməsi, bir 

şə

rtlə  ki,  iddiaçı  işə  onun  iştirakı  olmadan  baxılması  barədə  ərizə  verməsin;  həmin  işin  (mübahisənin)  başqa 



məhkəmənin icraatında olması; mübahisəyə baxılmasının nəzərdə tutulan qaydasına iddiaçının əməl etməməsi 

və s. 


Cinayət  işində  irəli  sürülmüş  iddianı  məhkəmə  baxılmamış  saxladıqda,  iddia  müddətinin  axımı  məhkəmə 

hökmü qanuni qüvvəyə minəndək dayandırılır. Bu zaman müddətin dayandırıldığı vaxt iddia müddətinə he-

sablanmır və daxil edilmir. Əgər göstərilən halda müddətin qalan hissəsi altı aydan az olduqda, altı aya qədər 

uzadılır. 

3.  ddia müddəti axımının kəsilməsi 

ddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan müxtəlif hərəkətlər edilə bilər. Bu hərəkətlər müxtəlif 

xarakterli hüquqi nəticənin yaranmasına səbəb olur.  ddia müddəti axımının kəsilməsi bu hüquqi nəticələrdən 

biridir. 



ddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia 

müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yeni-

dən başlanır, təzələnir. Bu halda iddia müddətinin axımının yenidən başlanması ilə iddia müddəti tam həjmdə 

bərpa edilir. Bu cəhəti ilə iddia müddəti axımının kəsilməsi iddia müddəti axımının dayandırılmasından fərqlə-

nir. Belə ki, iddia müddəti axımının dayandırılmasından fərqli olaraq, iddia müddəti axımının kəsilməsinə kimi 

ötmüş müddət, yeni iddia müddətinə daxil edilmir. Başqa sözlə, iddia müddəti axımının kəsilməsinə səbə



olan halın (əsasın) yaranmasına kimi ötmüş müddət yeni iddia müddətinə hesablanmır. Həmin əsas ara-

dan qalxdıqda və sona yetdikdə iddia müddəti yenidən başlayır. Məsələn, fərz edək ki, hər hansı hüquq münasi-

bəti üzrə iddia müddəti qanunla üç il müəyyən edilmişdir. Səlahiyyətli şəxs 2004-cü ilin oktyabr ayının 1-də öz 

hüququnun  pozulmasını  bilir.  Bu  gündən  iddia  müddətinin  axımı  başlayır.  Düz  bir  il  keçəndən  sonra,  yəni 

2005-ci ilin oktyabr ayının 1-də iddia müddəti axımının kəsilməsinə əsas olan hal baş verir. Bu hal iki aydan 

sonra aradan qalxır. Üç illik iddia müddəti yenidən başlayır. 2005-ci ilin oktyabr ayının 1-nə kimi ötmüş bir il-

lik müddət yeni 3 illik iddia müddətinə daxil edilmir və hesablanmır, yəni nəzərə alınmır. 

Bundan  əlavə,  iddia  müddətinin  axımı  digər  ikinci  cəhəti  ilə  iddia  müddəti  axımının  dayandırılmasından 

fərqlənir. Belə ki, dayandırma uzanan və davam edən vəziyyət kimi xarakterizə olunur.  ddia müddəti axımı-

nın kəsilməsi isə birdəfəlik iradəvi hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər iddia müddəti axımının kəsilmə-

sinin  əsası  olub,  spesifik  xarakterə  malikdir.  Mülki  qanunvericilik  həmin  hərəkətlərə  aid  edir  (MM-in  380-ci 

maddəsinin 1-ci bəndi): 

 müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini; 



 borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsini. 



ddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi ilə rəs-

miləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun verilən iddia, iddia müddəti axımının 

kəsilməsi üçün əsas ola bilər.  ddia, xüsusən, məhkəmə aidiyyəti, mübahisənin qabaqjadan məhkəmədənkənar 

yolla pretenziya vasitəsilə həll edilməsi, prosessual müddətlər və s. məsələlər barəsində qaydalara əməl olun-

maqla verilməlidir.  rəli sürülmüş iddia, bir qayda olaraq, iddianın təmin olunması və ya iddiadan imtina olun-

ması barədə qərar çıxarılmaqla qurtarır.  ş üzrə məhkəmə icraatı zamanı iddia müddətinin axımı barədə məsələ 

diqqətdən yayınır, ortaya çıxmır. Çünki belə halda o, praktiki əhəmiyyətə və mənaya malik olmur. 

craata qəbul edilmiş iş, bəzən qərar çıxarılması və mübahisənin həll edilməsi ilə qurtarmır. Belə ki, qanunda 

nəzərdə tutulan hallarda məhkəmə tərəfindən qəbul edilən iddia baxılmamış saxlanılır. Bu hallar MPM-in 259-

cu  maddəsində  göstərilmişdir.  ddianın  baxılmamış  saxlanması  məhkəmə  qərardadı  ilə  rəsmiləşdirilir.  Belə 

hallarda iddia müddətinin axımı kəsilmir və onun axımı ümumi qaydada davam edir (MM-in 381-ci maddəsinin 

1-ci bəndi). Belə ki, yaranan müvafiq mübahisə hələ məhkəmə tədqiqatının predmeti olmamışdır. Çünki işə ma-



 

376


hiyyətjə baxılmasına mane olan hallar aşkar edilir (məsələn, lazım olan sənədlər çatışmır və s.). Göstərilən ma-

neələr aradan qaldırıldıqdan sonra iddiaçı həmin iddianı ümumi qaydada verə bilər. 

Məhkəmədə başlanmış iş üzrə icraat dayandırıla bilər.  craatın dayandırılmasına səbəb olan hallar mülki-

prosessual qanunvericiliklə müəyyən edilir (MPM-in 254-cü maddəsi). Bu hallardan biri olduqda, məhkəmə iş 

üzrə icraatı dayandırmalıdır. Bu, onun vəzifəsidir. Məsələn, tərəf (iddiaçı və ya cavabdeh) fəaliyyət qabiliyyəti-

ni itirərsə və ya onlardan biri silahlı qüvvələrin hərbi əməliyyatlarında olarsa və s. iş üzrə icraat dayandırılır.  ş 

üzrə icraat hakimin təşəbbüsü ilə də dayandırıla bilər. Bu, məhkəmənin vəzifəsi yox, hüququdur. Tərəf hərbi 

xidmətdə və ya uzunmüddətli qulluq ezamiyyətində olduqda, məhkəmə həmin hüquqdan istifadə edə bilər. Bu 

hallarda iş üzrə icraatın dayandırılması iddia müddəti axımının kəsilməsinə təsir göstərmir. Çünki bu axım artıq 

iddianın verilməsi anından kəsilmişdir.  ş üzə icraatın dayandırıldığı andan iddia müddətinin axımı yenidən baş-

layır. 

Borclu şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilməsinə dəlalət edən ikinci əsasdır. Köhnə 

qanunvericiliyə  görə, bu cür  əsas  yalnız tərəflərdən biri və  ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia 

müddəti axımının kəsilməsinə səbəb ola bilərdi (1964-cü il MM-nin 81-ci maddəsi). Mövcud qanunvericilik isə 

bu cür məhdudiyyət nəzərdə tutmur. Belə ki, həm borclu fiziki şəxsin, həm də borclu hüquqi şəxsin borcu etiraf 

etməsi iddia müddəti axımının kəsilməsi üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini 

göstərən və təsdiqləyən hərəkətlər etsin. Burada borclunun şəxsiyyəti əhəmiyyət kəsb etmir. 

Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər. 

Bu  formalara  misal  olaraq  göstərmək  olar:  kreditor  qarşısında  borclu  şəxsin  bilavasitə,  sözün  əsl  mənasında, 

borcu etiraf etməsi; başqa şəxs qarşısında borclu şəxsin borcu etiraf etməsi, bir şərtlə ki, bu kreditora məlum ol-

sun; borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan mək-

tub, teleqram və digər yazılı sübutlar göndərmək; borcun ödənilməsi (öhdəliyin icrası) üçün möhlət verilməsi 

barədə kreditora müraciət etmək; borcun hissə-hissə ödənilməsi (öhdəliyinin hissə-hissə icra edilməsi) barədə 

kreditora xahiş etmək; qarşılıqlı tələblərin əvəzləşdirilməsi barədə kreditora təklif vermək və s. Özü də borcun 

ə

sasını və məbləğini dəqiq olaraq hökmən göstərmək lazım deyil və bu, tələb olunmur. Kifayətdir ki, borc ay-



dın şəkildə ifadə edilsin. Bütün bu halların hamısında iddia müddətinin axımı hər dəfə borclu tərəfindən göstə-

rilən hərəkətlərin edildiyi andan yenidən başlayır, təzələnir. 

Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edil-

məlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, 

yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Axı, ötmüş iddia müddətinin axımı nejə 

kəsilə bilər? 

ddia müddəti axımını kəsən əsaslar qəti və dəqiq xarakterə malikdir. Ona görə də başqa hər hansı bir hal id-

dia müddəti axımının kəsilməsinə səbəb olan əsas kimi çıxış edə bilməz. 



4.  ddia müddəti axımının bərpa edilməsi 

Bəzən müxtəlif üzrlü səbəblərə görə fiziki şəxs iddia müddətini ötürür. Bu cür hallarda onun pozulmuş hü-

quqlarının müdafiəsi mümkündürmü? Axı, iddia müddətinin ötməsi məhkəməyə əsas verir ki, o, iddiadan imti-

na  barədə  qərar  çıxarsın.  Mülki  qanunvericilik  bu  suala  cavab  verərək  göstərir  ki,  müəyyən  şərtlər  (tələblər) 

ə

sasında iddia müddəti ötürüldüyü hallarda da pozulmuş subyektiv hüquq müdafiə edilə bilər, yəni iddia təmin 



oluna bilər. Belə halda müdafiə iddia müddətinin bərpası kimi tədbirin vasitəsilə həyata keçirilir. Bu, qanunun nə-

zərdə tutduğu müstəsna xarakterli tədbirdir (MM-in 382-ci maddəsi). 



ddia müddətinin bərpası dedikdə, məhkəmənin elə bir hərəkəti başa düşülür ki, bu hərəkət nəticəsində id-

dia müddətinin ötürülməsi səbəbi üzrlü sayılır və fiziki şəxsin pozulmuş hüququ müdafiə edilir. Belə halda mü-

bahisəyə baxan məhkəmə ötürülmüş iddia müddətini bərpa edir.  ddia müddətini bərpa etmək, əgər bunun üçün 

zəruri şərtlər mövcud olarsa, məhkəmənin vəzifəsidir. Belə ki, mülki qanunvericilikdə məhkəmənin ötürülmüş 

iddia müddətini bərpa edib, pozulmuş hüququ müdafiə etməyə borclu olması barədə birbaşa konkret göstəriş 

nəzərdə  tutulmuşdur  (MM-in  382-ci  maddəsi).  Özü  də  məhkəmənin  vəzifəsidir  ki,  müddətin  bərpa  edilməsi 

haqqında normaları həm ümumi, həm də xüsusi iddia müddətlərinə tətbiq etsin. 

Lakin  məhkəmə  yalnız müəyyən  şərtlər  (tələblər)  əsasında  ötürülmüş  iddia  müddətini  bərpa  edə  bilər.  Bu 

şə

rtlərə əməl edilməməsi iddia müddətinin bərpası kimi müstəsna xarakterli tədbirin hüquqi əhəmiyyətinin ol-



mamasına dəlalət edir. 

Birincisiiddia müddəti yalnız məhkəmə tərəfindən üzrlü sayılan səbəblərə görə buraxıldıqda bərpa 

edilə bilər. Üzrlü səbəblər dedikdə, obyektiv xarakter daşıyan, yəni şəxsin iradəsindən asılı olmayaraq yaranan 

elə hallar başa düşülür ki, bu hallar vaxtında iddia verilməsinə mane olur. Mülki qanunvericilik həmin halların 

dəqiq və qəti yox, təxmini siyahısını verir. Özü də o, göstərilən halları iddiaçının şəxsiyyəti ilə bağlayır. Hə-

min hallara aiddir: iddiaçının ağır xəstələnməsi; iddiaçının köməksiz vəziyyətə düşməsi; iddiaçının savadsızlığı 



 

377


və s. Məhkəmə praktikası uzunmüddətli ezamiyyəti, cavabdehin yaşadığı ünvanın məlum olmamasını da üzrlü 

səbəblər  hesab  edir.  Cavabdehin  şəxsiyyəti  ilə  bağlı  olan  hallar  iddia  müddətinin  bərpasına  səbəb  olan 

ə

saslar kimi nəzərə alınmır

Bəzən iddia müddətinin ötürülməsində maraqlı şəxsin özü təqsirli bilinir. Belə ki, o, biganəliyi, səhlənkarlığı 

və diqqətsizliyi üzündən vaxtında iddia vermir və bununla iddia müddətini ötürür. Bu cür hallar, təbii ki, obyek-

tiv xarakter daşımayan əsaslar olduğu üçün iddia müddətinin bərpa edilməsinə səbəb ola bilməz və onlar məh-

kəmə tərəfindən iddiadan imtina barədə qərar çıxarılmasına gətirib çıxarır. 

kincisi, iddia müddəti yalnız o halda bərpa edilə bilər ki, pozulmuş mülki hüquqlar fiziki şəxsə məx-

sus olsun. Başqa sözlə desək, iddiaçı rolunda yalnız fiziki şəxs çıxış etdiyi halda ötürülmüş iddia müddəti bərpa 

edilə bilər. Əgər iddia müddətini hüquqi şəxslər ötürərsə, onda ötürmənin üzrlü səbəblərlə bağlılığından asılı ol-

mayaraq, iddia müddəti bərpa edilmir. Fərdi sahibkarların, yəni sahibkar statuslu fiziki şəxslərin (hüquqi şəxs 

yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ötürdükləri iddia müddətinin bərpa edilməsi-

nə gəldikdə isə qeyd etməliyik ki, hüquq ədəbiyyatı səhifələrində bu məsələyə birmənalı münasibət bəslənilmir. 

Bir qrup müəlliflər göstərirlər ki, məhkəmə fərdi sahibkarların hüquqlarını müdafiə etmək üçün iddia müddətini 

bərpa etməyə haqlıdır. Digər qrup müəlliflər belə hesab edirlər ki, fərdi sahibkarların iddia müddətinin bərpası 

barədə  xahişi  təmin  oluna  bilməz.  Üçüncü  qrup  müəlliflərin  fikrinjə  isə  fərdi  sahibkarların  ötürdükləri  iddia 

müddəti onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gələn tələblə bağlı olarsa, onda ötürmənin 

səbəblərindən asılı olmayaraq, iddia müddəti bərpa edilmir. Məhkəmə praktikası da məhz bu cür mövqedə da-

yanır.  

Zənn edirik ki, axırıncı qrup alimlərin fikirləri həqiqətə daha uyğundur. Bu fikirdən belə çıxır ki, əgər fərdi 

sahibkarların irəli sürdükləri tələblər qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olarsa, onda bu cür tələblər üzrə iddia 

müddəti bərpa edilə bilər. Yeri gəlmişkən qeyd edək ki, 1964-cü il Mülki Məcəlləsi bu cür məhdudiyyət nəzər-

də tutmamışdı. Belə ki, həmin Məcəllə həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hüquqları pozulduğu hal-

larda iddia müddətinin bərpa edilməsinə yol verirdi. 



Üçüncüsü, ötürülmüş iddia müddəti yalnız o halda bərpa edilə bilər ki, fiziki şəxsin iddia verməsinə mane 

olan üzrlü səbəblər iddia müddətinin son altı ayında, iddia müddəti altı aya bərabər və ya altı aydan az 

olduqda isə iddia müddəti ərzində (yəni 6 ay ərzində) baş vermiş olsun. Məsələn, iddiaçı üç illik iddia müd-

dəti keçdikdən sonra xəstələnir. Ötürülmüş iddia müddəti belə halda bərpa, iddia tələbi isə təmin edilə bilməz. 

ddia  müddətinin  ötürülməsinə  əsas  olan  halın  üzrlü  səbəb  olub-olmaması  məsələsini  məhkəmə  həll  edir. 

Məhkəmə bu məsələnin həll edilməsini iddia tələbinə baxılması ilə eyni vaxtda həyata keçirir.  ddia müddəti 

bərpa olunduğu hallarda, məhkəmə öz qərarında onun ötürülmə səbəblərini və bərpa edilmə əsaslarını göstər-

məlidir.  ddia müddətini bərpa etdikdən sonra məhkəmə, cavabdehin iddiaçının iddia müddətini ötürməsi barə-

də bildiriş verməsinə baxmayaraq, iddia tələbinə (mülki-hüquqi mübahisəyə) baxır. Əgər cavabdeh iddia müd-

dətinin tətbiqi barədə bildiriş verməsə, məhkəmə onda iddia müddətini tətbiq etməyə haqlı deyildir. 

ddia müddətinin bərpası anlayışını iddia müddəti axımının dayandırılması və kəsilməsi kimi iki anlayışdan 

fərqləndirmək lazımdır.  ddia müddəti axımının dayandırılması və kəsilməsi əsasları qanunda dəqiq olaraq gös-

tərilir.  ddia müddətinin bərpa edilməsi əsaslarının isə qanunda təxmini siyahısı verilir. Özü də bu əsasların üzr-

lü olması məhkəmə tərəfindən hər bir konkret hal nəzərə alınmaqla həll edilir. 



5.  ddia müddətinin ötürülməsinin nəticələri 

ddia müddətinin ötməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Bu nəticələr üç cürdür. 

ddia müddətinin ötürülməsinin birinci hüquqi nəticəsi ondan ibarətdir ki, o, maraqlı şəxsi (iddiaçını) öz 

pozulmuş  hüququnu  məjburi  qaydada  məhkəmənin  köməyi  ilə  bərpa  etmək  imkanından  məhrum  edir. 

Belə ki, iddia müddətinin ötməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasına səbəb olur. Bununla 

maraqlı şəxs (iddiaçı) öz hüquq və mənafeyini müdafiə etmək üçün borcluya məjburetmə tədbirinin tətbiq olun-

masını tələb etmək imkanını tamamilə itirir. Bu isə o deməkdir ki, iddia müddətinin ötməsi maraqlı şəxsi maddi 

mənada  iddia  hüququndan  məhrum  edir,  bu  hüququn  itirilməsinə  səbəb  olur.  Başqa  sözlə  desək,  əgər  işə 

(mülki-hüquqi mübahisəyə), yəni iddia tələbinə baxarkən məhkəmə iddia müddətinin ötürülməsini müəyyənləş-

dirərsə, onda o, iddiadan imtina barəsində qərar çıxarır. Məsələn, borc müqaviləsinə görə, vətəndaş öz qonşusu-

na bir aylıq müddətə iki min manat məbləğində borc verir. Qonşu bir ay keçdikdən sonra borcu qaytarmır. O, 

vətəndaşın borcun qaytarılması barəsində tələblərinə əhəmiyyət vermir. Bu minvalla dörd il keçir. Vətəndaş id-

dia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə bu tələbə baxaraq müəyyən edir ki, vətəndaş müqavilə tələb-

ləri üzrə qanunun nəzərdə tutduğu üç illik iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür. Buna görə də o, 

iddiadan  imtina  barədə  qərar  qəbul  edir.  Beləliklə,  borc  verən  vətəndaş  borcun  alınmasını  məjburi  qaydada 

məhkəmənin köməyi ilə almaq imkanını (maddi mənada iddia hüququnu) itirir. Lakin iddia müddətinin ötürül-

məsi prosessual mənada iddia hüququnun itirilməsinə səbəb olmur. Çünki bu hüquqa iddia müddəti şamil edil-



 

378


mir.  

ddia müddətinin ötürülməsi məhkəmə müdafiəsinin predmeti olan subyektiv mülki hüququn ləğv edilməsi-

nə və xitam olunmasına səbəb olurmu? Bu, hüquq ədəbiyyatı səhifələrində geniş diskussiya doğuran məsələdir. 

Sivilistika doktrinasında (mülki hüquq elmində) həmin məsələyə cavab vermək üçün iki əsas konsepsiya irəli 

sürülmüşdür. 

Birinci konsepsiya tərəfdarlarının mövqeyinə görə, iddia müddətinin ötməsi subyektiv hüququn özünün ləğv 

edilməsinə səbəb olur. Belə ki, bu hüququ məjburi qaydada həyata keçirmək qeyri-mümkündür.  

kinci konsepsiya tərəfdarları belə hesab edirlər  ki, iddia müddətinin ötürülməsi subyektiv mülki hüququn 

itirilməsinə səbəb olmur, bu hüquq mövcud olmaqda davam edir. Maraqlı şəxs borclu şəxsə belə halda məjbu-

riyyət tədbiri tətbiq olunması imkanından məhrum olur. 

Bizim fikrimizjə, ikinci konsepsiya tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır. Məhkəmə praktikası da 

bu mövqedə dayanır. Müasir müəlliflərin hamısı, istisnasız olaraq, həmin konsepsiyanı dəstəkləyirlər. 

Doğrudan da, iddia müddətinin ötürülməsi iddia hüququnu itirən maraqlı şəxsə imkan vermir ki, o, öz pozul-

muş subyektiv mülki hüququnu məjburi qaydada müdafiə etmək üçün məhkəmənin köməyindən istifadə etsin. 



Subyektiv mülki hüquq ləğv edilmir, o mövcud olmaqda davam edir, lakin bu hüquq məhkəmə müdafiə-

sindən,  iddia  müdafiəsindən,  bir  sözlə,  məjburi  qaydada  müdafiə  olunmaqdan  məhrum  olur.  Məjburi 

qaydada həyata keçirilmək xüsusiyyətini itirən subyektiv mülki hüququn özü saxlanılır. Roma hüququnda bu 

cür hüquq mahiyyətjə  «ius nudum» anlayışı ilə əhatə olunmuşdu.  «Ius nudum» iddia müdafiəsindən, məjburi 

müdafiədən məhrum olan hüquq idi. 

Subyektiv mülki hüququn saxlanılmasını, mövcud olmaqda davam etməsini və ləğv olunmamasını bir neçə 

ə

sasla təsdiqləmək olar. Birinci əsasa görə, məhkəmənin hüququ var ki, o, iddia müddəti üzrlü səbəblərə görə 



ötürüldüyü hallarda həmin müddəti bərpa və iddianı təmin etsin. Bununla məhkəmə pozulmuş subyektiv hüqu-

qu bərpa edir. Əgər həmin hüquq ləğv edilmiş olsaydı, bəs onu nejə bərpa etmək olardı? 

kinci əsasa görə, iddia müddəti ötdükdən sonra borclu (cavabdeh) öz vəzifəsini könüllü surətdə icra edə bi-

lər. Almaniya mülki hüquq ədəbiyyatında belə bir etika qaydası göstərilir: «Vijdanlı insan müddətin ötməsinə 

istinad edə bilməz». Digər tərəfdən, iddia müddətinin ötməsindən sonra öz vəzifəsini icra etmək borclunun kö-

nüllü işidir. Bu işi yerinə yetirərək, o, müvafiq vəzifəni icra edə bilər. Bununla iddiaçının pozulmuş subyektiv 

hüququ bərpa olunur. Bu, onu sübut edir ki, həmin hüquq ləğv edilməmişdir. L.Ennekserus haqlı olaraq yazır 

ki, iddia müddəti ötdükdən sonra natural öhdəlik yaranır və Almaniya Mülki Qanunnaməsi məsələni bu cür 

həll edir. Bu öhdəlik Roma hüququna məlum idi.  ddia müdafiəsindən məhrum olan natural öhdəlik (obligatio 

naturalis) üzrə icra edilmişi geri tələb etmək olmaz. Bizim ölkə qanunvericiliyinə görə də natural öhdəlik yara-

nır: əgər borclu şəxs bilsə ki, iddia müddəti ötmüşdür, icra etdiyini geri tələb edə bilməz (MM-in 383-cü mad-

dəsi). Məsələn, vətəndaş aldığı borc pulu öz qonşusuna qaytarır. Bundan sonra vətəndaşa məlum olur ki, o, pulu 

iddia müddəti ötdükdən sonra qaytarmışdır. Vətəndaş verdiyi pulu qonşudan geri tələb etməyə haqlı deyildir. 

ddia müddətinin ötürülməsinin ikinci hüquqi nəticəsi iddiaçının cavabdehdə (borclu şəxsdə) qalan əm-



lakının hüquqi taleyi ilə bağlıdır. Bu əmlak əşyadan və (və ya) puldan ibarət ola bilər. 

Ə

gər  mübahisənin  predmeti  daşınmaz  əmlak  olduqda,  həmin  əmlak  «kitab  müddəti»  (bəzi  Avropa 



ölkələrinin mülki hüquq elmində «kitab müddəti» mülkiyyət hüququnun əldə edilmə üsullarından biridir) haq-

qında qayda əsasında borclu fiziki və ya hüquqi şəxsin mülkiyyətinə keçir (MM-in 178-cu maddəsinin 5 və 6-cı 

bəndləri)Məsələ burasındadır ki, indiki MM-ə görə əldə etmə müddəti əsasında daşınmaz əmlaka mülkiyyət 

hüququ əldə etmək qeyri-mümkündür: amma belə halda daşınmaz əmlaka əldə etmə müddəti əsasında mülkiy-

yət hüququnun yaranmasını qanunverici nəzərdə tutmalıdır. Mübahisənin predmeti daşınar əşya olarsa, borclu 

şə

xs həmin əşyaya sahibsiz əşya kimi mülkiyyət hüququ əldə edir (MM-in 184-cü maddəsi). Borclu şəxs daşı-



nar  əşyaya  əldə  etmə  müddəti  əsasında  da  mülkiyyət  hüququ  əldə  edə  bilər  (MM-in  181-ci  maddəsinin  4-cü 

bəndi). 


Mübahisənin predmeti pul vəsaiti olduqda, əgər mübahisə fiziki şəxslər arasında yaranarsa, onda pul vəsaiti 

borcluda qalır. Mübahisə pul barədə müəssisələr arasında yarandığı hallarda isə, iddia müddəti keçmiş debitor 

borcları alınması mümkün olmayan ümidsiz borclar hesab edilir və silinir.  ddia müddəti keçmiş kreditor borc 

məbləğləri, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dövlət büdjəsinə köçürülür.  

ddia müddətinin ötməsinin üçüncü hüquqi nəticəsi ondan ibarətdir ki, bu əlavə tələblər (girov, dəbbə pulu, 

saxlama,  zaminlik,  beh)  üzrə  də  iddia  müddətinin  ötməsinə  səbəb  olur  (MM-in  376-cı  maddəsi).  Bu,  onunla 

izah edilir ki, əlavə tələb əsas tələbdən törəyir və onu təmin edir. Madam ki, əsas tələb üzrə iddia müddəti 

keçmişsə, onda əlavə tələb üzrə iddia müddəti də avtomatik olaraq ötmüş hesab edilir. Məsələn, borc mü-

qaviləsində tərəflər borcun qaytarılmasını (əsas tələbi) təmin etmək üçün hər gecikdirilən gün üçün penya (dəb-

bə pulu), yəni əlavə tələb nəzərdə tuturlar. Əsas tələb (borc tələbi) üzrə iddia müddəti ötürsə, bu, avtomatik ola-


 

379


raq əlavə tələb (penya) üzrə də iddia müddətinin ötməsinə səbəb olur.  

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.Q.KalpinaA. .Masləeva. M., 1997 (ql. 12, § 2).  

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.P.SerqeevaÖ.K. Tolstoqo. M., 1998 (ql. 14, § 3).  

Qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 14, § 2).  

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. Z. .Üıbulenko. M., 1998 (ql. 11, § 5).  

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. T. . llarionovoyB.M.QonqaloV.A. Pletnevoy. M., 1998 

(ql. 13). 

Sovetskoe qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. O.A.Krasavçikova. M., 1985 (ql. 12).  



Kirillova M.Ə.  skovaə davnostğ. M., 1966.  

Maseviç M.Q.  skovaə davnosti // Xozəystvo i pravo. 1993. № 9. 

Noviükiy  .B. Sdelki.  skovaə davnostğ. M., 1954. 

Braqinskiy M. Sdelki. Predstavitelğstvo. Sroki.  skovaə davnosti // Xozəystvo i pravo. 1995. № 6. 

Timofeev V.V. O srokax iskovaə davnosti // Vestnik VAS RF. 1995. № 4. 

Tolstoy Ö.K.  skovaə davnostğ // Pravovedenie. 1992. № 4. 

Falğkoviç M. Novoe v zakonodatelğstve ob iskovoy davnosti po sporam mecdu predpriətiəmi // Xozəystvo i 

pravo. 1993. № 11. 



Gnneküerus L. Kurs qermanskoqo qracdanskoqo prava. Tom 1. Polutom 2. M., 1950 (§ 214-§ 218). 

Palandt. Bürgerliches Gesetzbuch. Kommentar. München. 1999. 

Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983 (ql. 11).  

MÖVZU 9 

Öhdəlik hüququ (Schuldrecht) 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə