MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah


§ 1. Öhdəlik hüququ mülki hüququn yarımsah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə61/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   57   58   59   60   61   62   63   64   ...   91
§ 1. Öhdəlik hüququ mülki hüququn yarımsahəsi kimi. 

Öhdəliyin anlayışı, əmələ gəlmə əsasları və növləri 

1. Öhdəlik hüququnun anlayışı və predmeti 

Öhdəlik hüququ mülki hüququn həcm etibarilə ən böyük və geniş yarımsahəsidir. Bu yarımsahə Azərbaycan 

Respublikasının mülki hüququnun ən iri hissəsi olub, özündə Mülki Məcəllədə olan normaların yarısından ço-

xunu birləşdirir. 

Hər şeydən əvvəl, qeyd edək ki, öhdəlik hüququ bir çox qabaqcıl və sivil ölkələrin milli mülki hüquq sahələ-

rinə struktur hissəsi kimi daxil olur. Fransa Mülki Məcəlləsinin (Napoleon Məcəlləsinin) üçüncü kitabı öhdəlik 

hüququnun bütün məsələlərini tənzimləyir. Burada «Müqavilələr və müqavilədən əmələ gələn öhdəliklər haq-

qında ümumi müddəalar», «Müqavilədənkənar öhdəliklər», habelə ayrı-ayrı müqavilə öhdəliklərinə (alqı-satqı, 

dəyişmə,  kirayə,  borc  və  digər  öhdəliklərə)  həsr  edilmiş  bölmələr  vardır.  Almaniya  Mülki  Qanunnaməsinin 

ikinci  kitabı  «Öhdəlik  hüququ»  («Schuldrecht»)  adlanır  və  özündə  yeddi  bölməni  («Öhdəliyin  məzmunu», 

«Müqavilələrdən əmələ gələn öhdəliklər», «Öhdəliyin ləğv edilməsi», «Öhdəliyin ayrı-ayrı növləri» və b. böl-

mələri) birləşdirir. Həmin normalar qanunnamənin 241-853-cü paraqraflarını əhatə edir. Yaponiya MM-in III 

bölməsi (399-724-cü maddələr) öhdəlik hüququna həsr edilmişdir. Bu bölmə beş fəsildən ibarətdir. 

taliya Mülki Məcəlləsinin «Öhdəlik» adlanan dördüncü kitabı doqquz bölmədən ibarətdir: «Öhdəliklər haq-

qında ümumi müddəalar»; «Müqavilələr haqqında ümumi müddəalar»; «Müqavilələrin ayrı-ayrı növləri» və b. 

Hollandiya Mülki Məcəlləsinin 1992-ji ildə qüvvəyə minən altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə 

həsr  edilmişdir.  Beş  bölmədən  ibarət  olan  həmin  kitaba  daxildir:  «Öhdəliklər  haqqında  ümumi  müddəalar»; 

«Müqavilələr haqqında ümumi müddəalar»; «Deliktlər» və b. Həmin məcəllənin yeddinci kitabı öhdəlik hüqu-

qunun  xüsusi  hissəsini  təşkil  edən  ayrı-ayrı  müqavilə  öhdəliklərini  (alqı-satqı,  dəyişmə,  borc,  podrat,  kirayə, 

saxlanc, kənd təsərrüfatı icarəsi və s. öhdəlikləri) tənzimləyir. Qeyd etməliyik ki, mülki hüquqda öhdəlik hüqu-

qu adlı tərkib hissəsinin ayrılması kontinental Avropa (roman-german) mülki hüquq ailəsi üçün səciyyəvidir. O, 

bu ölkəyə daxil olan istənilən hüquq sisteminin ən əsas bölmələrindən biridir.  ngilis-amerikan (ümumi) mülki 

hüquq ailəsində öhdəliyin anlayışı verilmir və onun təsnifi aparılmır. Öhdəlik hüquq münasibətləri müqavilə və 

delikt hüququna daxil olan normalarla tənzimlənir. Bir sözlə desək, öhdəlik hüququ anlayışı ingilis-amerikan 

(ümumi) hüquq ailəsinə məlum deyildir.  

Öhdəlik hüququ Roma xüsusi hüququnda onun əsas hissəsini təşkil edirdi. Roma öhdəlik hüququ Romanın 

ə

n əhəmiyyətli və mükəmməl hüquqi irsi idi. K.Marksın dili ilə desək, «Roma öhdəlik hüququ adi əmtəə - mal 



mülkiyyətçiləri arasında əmələ gələn alqı-satqı, xidmət, borc və digər öhdəliklər üzrə bütün mövcud münasibət-

ləri dəqiqliklə formulə etmişdi». Bu hüquq kontinental Avropa ölkələrinin qanunvericiliyinə mühüm təsir gös-

tərmişdir. Həmin ölkələrin qanunvericiliyi Roma öhdəlik hüququnun əsas anlayışlarını qoruyub saxlamaqla on-

ları ifadə edir. Bu ölkələrin hüquq doktrinası Roma öhdəlik hüququna əsaslanmaqla öz mülki hüquqlarının mər-



 

380


kəzi bölməsi və sivilistika elminin bvşlıca obyekti olan öhdəlik hüququnu yaratmışdır.  

Roma hüququ və kontinental Avropa ölkələrinin qanunvericilik ənənələrinə uyğun olaraq, Azərbaycan Res-



publikasının mülki hüququ öhdəlik hüququnu özünün tərkib hissəsi — yarımsahəsi kimi nəzərdə tutur

Öhdəlik hüququ müxtəlif ictimai münasibətləri tənzimləyir.  Bu münasibətlərin dairəsi kifayət qədər  genişdir. 

Öhdəlik hüquq normaları ilə tənzimlənən həmin münasibətlər öhdəlik hüququnun nizamasalma predmetini təş-

kil edir. 

Öhdəlik hüququn predmetini təşkil edən ictimai münasibətlərə çoxlu misal çəkmək olar. Daşıma müqaviləsi 

bağlamaqla hər gün işə gəlirik (belə halda şifahi formalı müqavilə bağlanır). Alqı-satqı müqaviləsi münasibətlə-

rinə  girməklə  biz  bazardan  və  dükandan  şəxsi  ehtiyacımızı  ödəmək  üçün  müxtəlif  ərzaq  məhsullarını  alırıq. 

Podrat hüquq münasibətləri əsasında biz özümüzə yaraşıqlı bağ evi tikdiririk (belə halda podrat müqaviləsi bağ-

layırıq).  Kommersiya  fəaliyyətini  güjləndirmək  üçün  sahibkar  kredit  müqaviləsi  bağlamaqla  bankdan  kredit 

alır. Yaşadığımız evi yanğından qorumaq üçün sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayırıq. Kənd sakini 

torpaq sahəsini icarəyə  verir. Yaşayış evinin mülkiyyətçisi mənzillərdən birini tələbəyə kirayəyə  verir. Firma 

bankda hesablaşma hesabı açır və bank hesabı müqaviləsi bağlayır. Vətəndaş sərbəst pul vəsaitini banka əma-

nətə qoyur və bankla depozit (bank əmanəti) müqaviləsi bağlayır. Əqli mülkiyyət obyektlərindən (əsərlərdən, 

ixtiralardan və s.) istifadəyə müstəsna hüquqlar istifadəçilərə verilir və bu məqsədlə müəllif və ya patent-lisen-

ziya  kimi  müqavilələr  hüquqi  rəsmiləşdirmə  vasitəsi  kimi  çıxış  edir.  Öhdəlik  hüququnun  hüquqi  tənzimləmə 

predmetinə həyatın və sağlamlığın qorunması, şəxslərin malik olduqları əmlakın mühafizə edilməsi ilə bağlı ya-

ranan münasibətlər də daxildir. Məsələn, hər hansı vətəndaşın sağlamlığına və  ya onun əmlakına zərər vuran 

şə

xsin həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı olan münasibətlər. 



Ümumiyyətlə, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai (əmlak) münasibətlər 

ə

mlakın mülkiyyətə verilməsi ilə (məsələn, alqı-satqı, dəyişmə, renta və s. müqavilələr ilə), əmlakın istifadə-



yə verilməsi ilə (məsələn, icarə, lizinq, kirayə müqavilələri ilə), xidmət göstərilməsi ilə (daşıma, sığorta, kre-

dit, bank hesabı, bank əmanəti və s. müqavilələr ilə), iş görülməsi ilə (podrat müqaviləsi ilə), birtərəfli hərəkət-

lər edilməsi ilə (tapşırıq olmadan özgəsinin mənafeyi üçün hərəkət etmək, xüsusi mükafatlandırma barədə ümu-

mi — açıq elan vermək və s.), müqavilədənkənar hərəkətlərlə (məsələn, ziyan vurmaqla, əsassız varlanmaq-

la) bağlı yarana bilər. Göstərilən bu cür çoxsaylı münasibətlər öhdəlik hüquq normaları ilə qaydaya salınır. Bu 

hüquq normaları ilə tənzimlənən həmin çoxsaylı münasibətlər iqtisadi dövriyyə və ya əmlak dövriyyə münasi-

bətləri anlayışı ilə əhatə olunur. Belə təsəvvür yaranır ki, öhdəlik hüququ iqtisadi dövriyyəni qaydaya salır. 

qtisadi dövriyyə (iqtisadi dövriyyə münasibətləri) dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və 

xidmətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesi başa düşülür.  qtisadiyyatda bütün resursların son isteh-

lakçıya  çatdırılması  iqtisadi  dövriyyə  ilə  həyata  keçirilir.  qtisadi  dövriyyə  əmtəə-mal  mübadiləsi  deməkdir. 

Ə

mtəə-mal mübadiləsi elə bir münasibətdir ki, bu münasibətə görə, maddi nemətlər və iqtisadi əmtəə formalı 



digər nemətlər bir şəxsdən digərinə keçir. Barəsində danışdığımız, öhdəlik hüququ məhz maddi nemətlərin 

mübadilə və yerdəyişmə prosesini qaydaya salır. Bu, onu göstərir ki, öhdəlik hüququ ilə statik münasibətlər 

yox (bu, mülkiyyət hüququ ilə tənzimlənir), dinamik xarakterli münasibətlər rəsmiləşdirilir. Mülki münasi-

bətlərin statikası əşya hüququnun, müstəsna (əqli mülkiyyət obyektlərinə olan) hüququn və şəxsi qeyri-maddi 

nemətlərə  olan  hüququn  müəyyən  bir  şəxsə  məxsus  olması  ilə  bağlıdır.  Mülki  münasibətlərin  dinamikası  isə 

maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, əmtəə-mal mübadiləsi ilə əlaqədardır. Əgər mülki mü-

nasibətlərin statikası mülki hüququn əşya hüququ, əqli mülkiyyət hüququ (ona müstəsna hüquq da deyilir) və 

şə

xsi qeyri-maddi nemətlərin qorunması hüququ (ona şəxsi qeyri-əmlak hüququ da deyilir) kimi yarımsahələri-



nin hüquqi nizamasalma predmetinə daxildirsə, mülki münasibətlərin dinamikası öhdəlik hüququ adlı yarımsa-

hənin  hüquqi  tənzimetmə  sferasına  aiddir.  Bu  münasibətlərin  dinamikliyi  öhdəlik  hüququ  ilə  rəsmiləşdirilən 

çoxsaylı iqtisadi dövriyyə münasibətlərinin hamısı üçün ümumi əlamətdir. Belə ki, həmin münasibətlərin hamı-

sı əşya, pul, göstərilən xidmət, görülən iş və s. kimi maddi nemətlərin yerdəyişməsi və mübadilə edilməsi ilə 

bağlıdır. Məsələn, alqı-satqı müqaviləsi bağlandıqda, mal (əşya) satıcıdan alıcının mülkiyyətinə keçir. Yaşayış 

evinin kirayə müqaviləsi bağlanan halda mülkiyyətçi evi kirayəyə verir. Vətəndaş borc müqaviləsi əsasında öz 

dostuna borc pul verir və pul onun mülkiyyətinə keçir. Bankla depozit (bank əmanəti) müqaviləsi bağlamaqla 

vətəndaş  öz  pul  vəsaitini  əmanətə  qoyur.  Podrat  müqaviləsi  əsasında  tikinti  təşkilatı  (podratçı)  görülən  işin 

nəticəsini, yəni tikilini (məsələn, qaracı) sifarişçiyə (vətəndaşa) verir. 

Bununla bərabər, maddi nemətlərin bir şəxsdən digərinə keçməsi və mübadilə edilməsi ilə bağlı yaranan bü-

tün münasibətlərin hamısını, istisnasız olaraq, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil etmək 

olmaz. Məsələ burasındadır ki, öhdəlik hüququ real həyatdakı bu cür münasibətlərin hamısını bütövlükdə qay-

daya salmaq funksiyasını yerinə yetirmir. Məsələn, müəssisənin işçisi buraxılan məhsulu bir sexdən müəssisə-

nin digər sexinə aparır. Başqa bir misalda ata oğluna minik avtomobili verir və s. Belə təsəvvür yaranır ki, mad-



 

381


di nemətlərin bir şəxsdən digərinə keçməsi üzrə münasibətlərin hamısı, iqtisadi dövriyyə münasibətləri kimi çı-

xış edə bilmir. Maddi nemətlərin bir şəxsdən digərinə keçməsi ilə bağlı yaranan münasibətlərin iqtisadi dövriy-

yə münasibəti hesab edilməsi və bununla da öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olması 

üçün zəruridir ki, bu nemətləəmtəə formasında olsun. Əmtəə dedikdə, insanın bu və ya digər tələbatını ödə-

mək xassəsinə,  yəni istehlak dəyərinə malik olan, mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemət başa 

düşülür. Maddi nemət ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Maddi nemətin mübadilə üçün, satılmaq 

üçün istehsal olunması həmin neməti əmtəəyə çevirir. Bütün əmtəələr maddi nemətdir; bütün maddi nemətlər 

isə əmtəə deyildir. Xidmət də (məsələn, daşıma müqaviləsi üzrə dpşıyıcının göstərdiyi xidmət, bank hesabı mü-

qaviləsi üzrə bankın göstərdiyi xidmət və s.) əmtəə kimi çıxış edir. Lakin xidmətin əşyalaşmış (maddiləşmiş) 

forması yoxdur. Xidmətin də istehlak dəyəri vardır; xidmət göstərilən anda o istehlak olunur. Məsələn, dpşıyıcı 

(nəqliyyat təşkilatı) sərnişini daşımaqla ona xidmət göstərir və bu zaman həmin xidmətin istehlak dəyəri isteh-

lak olunur.  

Söylədiklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki, yalnız  əmtəə  formalı  maddi nemətlərin  mübadiləsi  və 

bir şəxsdən digərinə keçməsi iqtisadi dövriyyə münasibətlərini əmələ gətirir və bu münasibətlər də öhdəlik 

hüququ ilə tənzimlənir. Qeyri-əmtəə formalı maddi nemətlərin yerdəyişməsi və mübadilə edilməsi iqtisadi döv-

riyyə münasibətləri yaratmır. Buna görə də həmin münasibətlər öhdəlik hüququ ilə tənzimlənmir və rəsmiləşdi-

rilmir.  Deməli,  əmtəə  formalı  maddi  nemətlərin  və  digər  nemətlərin  mübadiləsinə  əsaslanan  iqtisadi  (əmlak) 

dövriyyə münasibətləri öhdəlik hüququnun nizamasalma predmetini təşkil edir. Başqa sözlə desək, əmtəə-

mal mübadiləsi öhdəlik hüququnun tənzimetmə predmeti kimi çıxış edir. 

Qeyd etdik ki, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan əmlak münasibətlərinin dairə-

si kifayət qədər geniş və müxtəlifdir. Bu münasibətlərin özlərinin predmetinə daxildir: 

 əşyalar; 



 işin nəticəsi (həm maddi, həm də qeyri-maddi xarakterli); 

 xidmətlər (həm maddi, həm də qeyri-maddi xarakterli); 



 əmlak hüquqları; 

 əmlak xarakterli qeyri-maddi nemətlər (əqli mülkiyyət obyektləri, qorunma qabiliyyətli informasiya və s.); 



 şəxsi qeyri-maddi nemətlər (fiziki şəxsin sağlamlığı, həyat və s.). 

Mülki hüququn öhdəlik hüququ adlı yarımsahəsi iqtisadi dövriyyə münasibətlərinin ən vacib və zəruri sahə-

sini tənzimləyir. Almaniya professoru H.Haynriks yazır ki, həmin münasibətlər müxtəlif növ həyati hallardan 

ibarətdir. Bu yarımsahəyə daxil olan normalar praktiki olaraq, ölkənin bütün ictimai-iqtisadi və sosial həyatına 

toxunur və onu əhatə edir. Bunun üçün mülki-hüquqi müqavilələrin siyahısını nəzərdən keçirmək lazımdır. Bu 

müqavilələrin (alqı-satqı, faktorinq, sığorta, kredit, borc, icarə, kirayə, lizinq, daşıma, bank hesabı və s. müqavi-

lələrin) hüquqi parametrləri MM-də göstərilmişdir.  

Öhdəlik hüququ ilə həm də fiziki şəxsin sağlamlığına və həyatına, onun əmlakına vurulan zərərin ödənilməsi 

ilə bağlı yaranan münasibətlər, əsassız varlanmadan əmələ gələn münasibətlər və s. nizama salınır. Onun bu cür 

münasibətlərə toxunan normaları həmin yarımsahənin xüsusi hissəsini təşkil edir.  

Öhdəlik hüququnun əhəmiyyəti olduqca böyükdür. Bu hüququn normaları olmasaydı, biz yaşamaq üçün la-

zım olan ərzaq məhsulları, geyim şeyləri və digər zəruri predmetlər ala bilməzdik, nəqliyyat vasitəsilə iş yerinə 

gələ, əşyanı icarəyə (və ya kirayəyə) götürə bilməzdik və s. Obrazlı desək, öhdəlik hüququ mülki hüquq adlı or-

qanizmin qan damarlarıdır ki, bunun nəticəsində həmin orqanizmdə maddələr mübadiləsi həyata keçirilir. 

Beləliklə, öhdəlik hüququ dedikdə, mülki hüququn elə bir yarımsahəsi başa düşülür ki, bu yarımsahə 



özündə iqtisadi dövriyyə (əmtəə-mal mübadiləsi) münasibətlərini tənzimləyən hüquq normalarını birləş-

dirir. O, iqtisadi dövriyyə münasibətlərinin hüquqi forması kimi çıxış edir. Öhdəlik hüququ elə bir hüquqi alət-

dir ki, onun vasitəsilə bazar iqtisadi münasibətləri idarə və təşkil olunur. Onun əsas vəzifəsi mülki (iqtisadi) 



dövriyyəni tənzim etməkdən ibarətdir

2. Öhdəlik hüququnun sistemi 

Öhdəlik hüququnun sistemi dedikdə, həmin yarımsahəni təşkil edən hüquq normalarının daxilən vahid ha-

lında  birləşməsi  və  bu  normaların  ayrı-ayrı  institutlar  üzrə  qruplara  bölünməsi,  təsnif  edilməsi  başa  düşülür. 

Göstərilən normalar xaotik halda yox, müəyyən bir sistem əsasında yerləşir. 

Öhdəlik hüququnun sistemi bu hüququn predmetinə daxil olan əmlak münasibətlərinin spesifik xüsusiyyətlə-

rinə əsaslanır. Elə münasibətlər vardır ki, onlar ümumi xüsusiyyətlərə və əlamətlərə malikdir. Bu xüsusiyyət və 

ə

lamətlər öhdəlik hüququnun predmetinə daxil olan həmin münasibətlərin vahid və ümumi qaydada tənzimlən-



məsini tələb edir. Bu isə ümumi xarakterli öhdəlik hüquq normalarının müəyyən edilməsini şərtləndirir. Ümumi 

təbiətə malik olan həmin normalar öhdəlik hüququnun ümumi hissəsində yerləşir

Bununla belə, elə öhdəlik hüquq münasibətləri (məsələn, alqı-satqı, icarə, dəyişmə, sığorta və s. münasibət-


 

382


lər) vardır ki, onlar öhdəlik hüquq münasibətlərinin konkret növü kimi çıxış edir, habelə spesifik əlamətləri ilə 

fərqlənir. Bu spesifik xüsusiyyət və əlamətlər həmin münasibətlərin tənzimlənməsinin differensiasiyasını, yəni 

xüsusi xarakterli ayrı-ayrı növ konkret normalarla qaydaya salınmasını şərtləndirir. Bu normalar yalnız həmin 

münasibətlərin nizama salınmasında istifadə oluna bilər. Onların ayrı-ayrı konkret növ öhdəlik münasibətlərinin 

tənzimlənməsində tətbiq edilməsi, bəzi istisnalarla, demək olar ki, mümkün deyil. Göstərilən həmin normalar 

xüsusi xarakterə və təbiətə malik olduqları üçün öhdəlik hüququnun xüsusi hissəsinə daxil edilir

Söylədiklərimizdən belə qənaətə və nəticəyə gələ bilərik ki, öhdəlik hüququ ilə tənzimlənən əmlak münasi-

bətlərinin ümumi və xüsusi (konkret) xarakterə malik olmaları bu yarımsahənin iki hissədən ibarət olmasını 

şə

rtləndirir:  ümumi  hissədən;  xüsusi  hissədən.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  öhdəlik  hüququnun  bu  cür 

struktura malik olmasını bəzi xarici ölkələrin, məsələn, Almaniyanın və Yaponiyanın qanunvericiliyi də nəzər-

də tutur. Almaniya MQ-nin 241-432-ji paraqraflarında ifadə olunan normalar öhdəlik hüququnun ümumi hissə-

sini, 433-853-cü paraqraflarında ifadə edilən normalar isə xüsusi hissəni təşkil edir. Yaponiya MM-in 399-520-

ji  maddələrində  ifadə  olunan  normalar  öhdəlik  hüququnun  ümumi  hissəsinə,  521-724-cü  maddələrində  ifadə 

edilən normalar isə xüsusi hissəsinə daxildir. 



Ümumi hissə dedikdə, ümumi əlamət və xüsusiyyətlərə malik olan öhdəlik münasibətlərini tənzimləyən hü-

quq normalarının sistemi və birləşməsi başa düşülür. Ümumi hissəyə daxil olan normalar MM-in altıncı bölmə-

sinin 19-27-ji fəsillərində (385-559-cu maddələrdə) yerləşmişdir. 

Xüsusi hissə odur ki, o özündə xüsusi xarakterli konkret növ öhdəlik münasibətlərini rəsmiləşdirən hüquq 

normalarını birləşdirir. Xüsusi hissə normaları MM-in yeddinci bölməsinə daxil olan 29-61-ji fəsillərdə (567-

1132-ji  maddələrdə)  yerləşdirilmişdir.  Xüsusi  hissədə  öhdəlik  hüquq  münasibətlərinin  ayrı-ayrı  növlərinə  aid 

(məsələn, alqı-satqı, icarə və s.) olan xüsusi göstərişlər ifadə olunmuşdur. 

Ümumi hissədə elə normalar birləşdirilmişdir ki, bu normalar öhdəlik hüquq münasibətlərinin hamısına tət-

biq edilə bilmək xüsusiyyətinə malikdir. Burada ümumi müddəalar formulə edilir. Ümumi hissəyə daxildir: öh-

dəlik haqqında ümumi müddəalar; müqavilə hüququ; öhdəliklərin icrasına aid normalar; öhdəliklərin icrasının 

təmin edilməsi haqqında normalar; öhdəlikdə şəxslərin dəyişməsi haqqında normalar; öhdəliklərə xitam veril-

məsi barədə normalar. 

Öhdəlik hüququnun xüsusi hissəsinin özü iki instituta ayrılır: müqavilə institutuna; müqavilədənkənar 



instituta. Bu cür bölgü Roma hüququ və pandekt sisteminə malik olan ölkələrin mülki hüquq ənənələrinə uy-

ğ

undur. Hollandiya MM-inin altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə, yeddinci kitabı isə öhdəlik hü-



ququnun xüsusi hissəsinə həsr edilmişdir. Almaniya Mülki Qanunnaməsinin «Öhdəlik hüququ» adlı ikinci kita-

bı (§241-853) yeddi bölmədən ibarətdir. 1-6-jı bölmələr öhdəlik hüququnun ümumi hissəsini, «Öhdəliklərin ay-

rı-ayrı növləri» adlı yeddinci bölmə isə öhdəlik hüququnun xüsusi hissəsini əhatə edir. Xüsusi hissədə alqı-sat-

qı, dəyişmə, kirayə, icarə, ssuda, borc, podrat, tapşırıq, saxlanc, əsassız varlanma, deliktlər və s. normalar yerlə-

ş

ir. E. ə. II əsrdə Roma hüquqşünası Qay öz institusiyalarında öhdəlikləri müqavilədən yaranan və hüquq po-



zuntularından əmələ gələn (yəni müqavilədənkənar) öhdəliklərə bölürdü. 

Müqavilə institutu özündə müqavilədən əmələ gələn öhdəliklərin ayrı-ayrı konkret növlərini tənzimləyən 

normaları birləşdirir: alqı-satqı (onun pərakəndə alqı-satqı, mal göndərmə, faktorinq və s. yarımnövləri) haqqın-

da normalar; dəyişmə haqqında normalar; renta haqqında normalar və s. (bu normalar birləşərək, əmlakın mül-

kiyyətə və digəəşya hüququna verilməsi üzrə öhdəlik qrupunu yaradır); əmlak kirayəsi haqqında norma-

lar; icarə haqqında normalar; lizinq haqqında normalar (bu normalar birləşərək, əmlakın istifadəyə verilməsi 



üzrə öhdəlik qrupunu əmələ gətirir); podrat haqqında normalar (bu normalar iş görülməsi üzrə öhdəlik qru-

punu  yaradır);  tapşırıq  haqqında  normalar;  komissiya  haqqında  normalar;  ticarət  agenti  haqqında  normalar; 

kommersiya  konsessiyası  haqqında  normalar;  kredit  haqqında  normalar;  sığorta  haqqında  normalar;  daşıma 

haqqında normalar (bu normalar xidmət göstərilməsi üzrə öhdəlik qrupunu əmələ gətirir); françayzinq, pa-

tent-lisenziya, lisenziya və müəlliflik müqavilələri haqqında normalar (bu normalar əqli mülkiyyət obyektlə-



rindən istifadə üzrə öhdəlik qrupunu yaradır) və s. 

Müqavilədənkənar instituta müqavilə olmadan yaranan öhdəlikləri tənzimləyən normalar daxildir: xüsusi 

mükafatlandırmanın açıq elan edilməsi barədə normalar; müsabiqə barədə normalar; oyunların və mərclərin ke-

çirilməsi barədə normalar; özgə işlərini tapşırıqsız aparma barədə normalar (bu normalar birləşərək, birtərəfli 

hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlik qrupunu əmələ gətirir); əsassız varlanma barədə normalar; 

mülki hüquq pozuntularından (deliktlərdən), yəni zərər vurmaqdan əmələ gələn öhdəlikləri tənzimləyən norma-

lar (bu normalar birləşərək, hüquqqoruyucu öhdəlik qrupunu əmələ gətirir). 

Beləliklə, öhdəlik hüququnun xüsusi hissəsinə daxildir: əşyanın mülkiyyətə və digər əşya hüququna verilmə-

si üzrə öhdəlik qrupu; əmlakın istifadəyə verilməsi üzrə öhdəlik qrupu; iş görülməsi üzrə öhdəlik qrupu; xidmət 

göstərilməsi üzrə öhdəlik qrupu; əqli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qrupu birtərəfli hərəkətlər-



 

383


dən (əqdlərdən) əmələ gələn öhdəlik qrupu; hüquqqoruyucu öhdəlik qrupu. 

Bunlardan başqa, çoxtərəfli əqdlərdən əmələ gələn öhdəlik qrupunu da ayırmaq olar. Bu öhdəlik qrupuna hü-

quqi  şəxslərin  yaradılması  zamanı  təsisçilərin  öz  aralarında  bağladıqları  birgə  fəaliyyət  haqqında  müqavilə 

(ona şərti olaraq təsis müqaviləsi deyilir) barədə normaları daxil etmək olar. 



§ 2. Öhdəliyin anlayışı və elementləri 

1. Öhdəlik mülki hüquq münasibəti kimi 

Mülki  hüququn  yarımsahələrindən  biri  olan  öhdəlik  hüququnun  əsas  və  mərkəzi  anlayışı  öhdəlik  adlanır. 

Ə

mtəə-mal mübadiləsinin hüquqi rəsmiləşdirilməsi və iqtisadi (əmlak) dövriyyə münasibətlərinin hüquqi tən-



zimlənməsi nəticəsində həmin münasibətlər hüquqi forma alır və öhdəlik hüquq münasibətləri kimi çıxış edir. 

K.Marks göstərirdi ki, əmtəə dövriyyəsi, iqtisadi münasibətlər tərəflərin iradəsi ilə müqavilə forması əsasında 

hüquq münasibətinə çevrilir. Mülki hüquqda bu cür münasibətlər öhdəlik adlanır. Deməli, öhdəlik mülki hü-

quq münasibətinin bir növü olan öhdəlik hüquq münasibətini ifadə edir. Alqı-satqı, icarə, kirayə, sığorta, 

kredit, saxlanc, daşınma və digər çoxsaylı hüquq münasibətləri öhdəliklər, yəni öhdəlik hüquq münasibətləridir. 

Odur  ki,  öhdəlik  və  öhdəlik  hüquq  münasibəti  kimi  iki  anlayış  sinonim  anlayışlardır.  Bu  anlayışlar  məna  və 

məzmunca üst-üstə düşür. 

Öhdəliyin iki cür anlayışı verilir: öhdəliyin leqal (qanunda nəzərdə tutulan) anlayışı; öhdəliyin doktrinal an-

layışı. Öhdəliyin leqal anlayışı MM-in 385-ji maddəsinin 1-ji bəndində verilmişdir. Özü də bu, roman-german 

ailəsinə daxil olan hüquq sistemlərinin nəzərdə tutduğu tərifə, əsasən, uyğun gəlir. Öhdəliyə əsasən bir şəxs 

(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver-

məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc-

ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. RF MM-in 307-ji maddəsi öhdəliyə analoci qaydada 

leqal  anlayış  verir.  Köhnə  qanunvericilik  də  öhdəliyə  bu  cür  tərif  verirdi.  Almaniya  Mülki  Qanunnaməsinin 

241-ji paraqrafında öhdəliyə belə anlayış verilir: öhdəlik münasibətinə görə, kreditor borcludan vəzifənin həya-

ta keçirilməsinə yönələn hərəkəti tələb etmək hüququna malikdir (Leistung). 

Hüquq ədəbiyyatında öhdəliyə verilən leqal anlayışın qüsurlu olması barədə fikir irəli sürülür. Bu anlayışın 

qüsurlu olması onunla izah edilir ki, həmin anlayış praktiki olaraq hər bir nisbi hüquq münasibətini «öhdəlik» 

kateqoriyası ilə əhatə etmək imkanı verir. Anlayışa görə, belə nəticəyə gəlmək mümkün olur ki, hər hansı bir 

nisbi hüquq münasibəti «öhdəlik» kateqoriyasına daxildir. Məsələn, vergi vermək üzrə münasibətlər əmlak xa-

rakterli olub, nisbi hüquq münasibəti hesab olunur. Lakin bu cür münasibət mülki hüquqla yox, hüququn başqa 

sahəsi olan maliyyə hüququ ilə tənzimlənir. Öhdəliyə verilən leqal anlayışdan belə məlum olur ki, «vergi öhdə-

liyi» adlı həmin münasibət mülki hüquqla tənzimlənən öhdəliyə aiddir. 

Göstərilən xüsusiyyət bəzi müəlliflərə belə bir fikir söyləməyə əsas vermişdir ki, guya öhdəlik mülki-hüquqi 

anlayış yox, hüququn müxtəlif sahələrində istifadə olunan sahələrarası anlayışdır. Həmin müəlliflər belə bir nəticə 

çıxarırlar ki, əmək, maliyyə, idarəçilik, təsərrüfat və başqa öhdəliklər də mövcuddur. Beləliklə, öhdəliyə verilən 

leqal anlayışdan belə qənaətə gəlirik ki, öhdəlik «nisbi hüquq münasibəti» olub, müxtəlif hüquq sahələrində istifa-

də olunan sahələrarası anlayış kimi çıxış edir. Lakin öhdəlik əmtəə-pul münasibətlərini rəsmiləşdirən spesifik hü-

quqi formadır. Öhdəliyin bu xüsusiyyəti və əlaməti ona verilən leqal anlayışda əks olunmur. «Maliyyə öhdəliyi», 

«əmək öhdəliyi» və digər öhdəliklər əmtəə-pul münasibətlərini, əmtəə-mal əlaqələrini qaydaya salmır. 

Öhdəliyə verilən leqal anlayışın ikinci qüsurlu cəhəti ondan ibarətdir ki, «borclunun müəyyən hərəkətdən çə-

kinmək» kimi passiv davranışı öhdəliyin mühüm əlamətinə uyğun gəlmir. Öhdəliyin mühüm əlaməti isə onun 



dinamikliyindədir. Dinamiklik isə maddi nemətlərin bir şəxsdən digərinə keçməsindən, mübadilə və dəyişmə 

prosesindən  ibarətdir.  Ona  görə  də  maddi  nemətlərin  mübadiləsi  üçün  borclu  müəyyən  hərəkətdən  çəkinmək 

yox, hər hansı bir fəal hərəkət etməlidir. Buna uyğun olaraq, «borclu müəyyən hərəkətdən çəkinməlidir» kimi 

göstərişin öhdəliyin leqal anlayışını nəzərdə tutan normadan çıxarılmasını məqsədəmüvafiq hesab edirik. Yapo-

niya mülki hüquq elmində öhdəliyə anlayış verilərkən bu cəhət nəzərə alınır: öhdəlik müəyyən şəxsdən müəy-

yən hərəkətin edilməsini tələb etmək hüququdur. 

Öhdəliyin mahiyyəti və mənası ona verilən doktrinal anlayışda təzahür edir. Bu anlayış öhdəliyin əsas xarak-

terik xüsusiyyət və əlamətlərini müəyyən etməyə imkan verir. Öhdəliyin doktrinal anlayışı öhdəliyin əmtəə-pul 

münasibətlərini ifadə edən hüquqi forma olmasını əks etdirir.  

Beləliklə, öhdəlik dedikdə, iqtisadi dövriyyə (əmtəə mübadiləsi) iştirakçıları arasında əmələ gələn elə 



nisbi hüquq münasibəti başa düşülür ki, bu münasibəəsasında əmtəə formalı maddi və digər nemətlə

bir şəxsdən digərinə keçir və buna uyğun olaraq bir şəxs (borclu) digəşəxsin (kreditorun) tələbi ilə onun 

xeyrinə müəyyən hərəkətlər etməyə (əmlak verməyə, iş yerinə yetirməyə, pul verməyə, xidmət göstərmə-

yə və s.) borclu olur. Anlayışdan görünür ki, öhdəlik mülki hüquq münasibətinin bir növüdür. Lakin bu müna-

sibət özünə məxsus spesifik xüsusiyyətlərlə xarakterizə olunur. 



 

384


Öhdəliyin birinji xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, əmlak hüquq münasibətidir. Ona görə ki, 

öhdəlik əmtəə-mal mübadiləsi prosesini rəsmiləşdirir. Qeyri-əmlak xarakterli mülki hüquq münasibətlərinin öh-

dəlik forması alması istisna edilir, bu, mümkün deyil. Məsələn, şəxsin şərəf və ləyaqətinin müdafiəsi üzrə öhdə-

liyin əmələ gəlməsini təsəvvürə gətirmək mümkün deyil. Bu halda öhdəliyin mövcudluğundan söhbət gedə bil-

məz. 

Bununla bərabər, bəzi hallarda öhdəlik, əmtəə-mal mübadiləsinin özü kimi qeyri-ekvivalent və ya ümumiy-



yətlə, əvəzsiz xarakter daşıyır. Məsələn, bağışlama və əvəzsiz istifadə müqavilələrindən əmələ gələn münasi-

bətlər əvəzsiz xarakter daşıyır. Lakın belə hallarda hüquq münasibətinin əmlak təbiəti və xarakteri dəyişmir. 

Elə öhdəliklər də vardır ki, bu öhdəliklər səlahiyyətli şəxsin qeyri-əmlak xarakterli mənafeyinin təmin edil-

məsinə  yönəlir  və  ya  bu  cür  öhdəliklərin  obyekti  borclu  şəxsin  qeyri-əmlak  xarakterli  hərəkətlərindən  ibarət 

olur (bir şərtlə ki, əmlak mübadiləsi ilə əlaqə itməsin). Əmlak mübadiləsi dedikdə, məsələn, kontragentin bu cür 

hərəkətlərə görə pul və ya digər əmlak formasında əvəz alması başa düşülür. Belə halda hüquq münasibəti özü-

nün əmlak təbiətini dəyişmir. Məsələn, turist xidməti göstərilməsi və ya kompüter öyrətmək üzrə xidmət göstə-

rilməsi üzrə əvəzli münasibətlər öhdəlik formasını saxlayır. 

Obyekti borclu şəxsin qeyri-əmlak xarakterli hərəkətlərindən ibarət olan öhdəliyin məzmununu borclu şəxsin 

qeyri-əmlak xarakterli vəzifəsi təşkil edir. Məsələn, tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşıran adından qey-

ri-əmlak xarakterli hərəkətlər edir (ixtiraya patent alır, alimlik dərəjəsi verilmək barədə diplom alır və tapşırana 

verir).  Bu  misalda  vəkalət  alanın  (yəni  borclu  şəxsin)  hərəkətləri  və  onun  vəzifəsi  qeyri-əmlak  xarakterlidir. 

Bax, bu xüsusiyyət, yəni borclunun qeyri-əmlak vəzifəsini nəzərdə tutan öhdəliyin olması və ya bəzi müqavilə-

lərdən (məsələn, bağışlama, əvəzsiz istifadə və s. müqavilələrindən) yaranan münasibətlərin əvəzsiz olması bir 

qrup müəlliflərə belə bir fikir söyləməyə əsas vermişdir ki, guya öhdəlik qeyri-əmlak münasibətləri formasında 

da ola bilər. Qeyd etməliyik ki, bu mövqeyin əsası inandırıjı deyil. Müəlliflərin əksəriyyəti öhdəliyin yalnız 

ə

mlak hüquq münasibəti olması fikrini dəstəkləyirlərQeyri-əmlak öhdəlikləri ola bilməz. Biz də bu fikrə 

qoşuluruq. Ona görə ki, əvəzsiz müqavilələr əsasında yaranan öhdəliklər və ya borclu şəxsin hərəkətinin qeyri-

ə

mlak xarakterli olmasını nəzərdə tutan öhdəliklər bütövlükdə öz əmlak xarakterini itirmir, bu və ya digər dərə-



jədə həmişə maddi nemətlərin müxtəlif formalarda bir şəxsdən digərinə keçməsi ilə bağlı olur. 

Öhdəliyin ikinci xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, nisbi mülki hüquq münasibətidir. Belə ki, 

bu cür hüquq münasibətində səlahiyyətli şəxsə qarşı konkret borclu şəxs durur. Həmin münasibətlərdə öhdəli-

yin subyekt tərkibi (tərəfləri) konkret və dəqiq olaraq müəyyən edilir. Özü də həm səlahiyyətli şəxs rolunda, 

həm də borclu şəxs qismində bir  yox, hətta bir neçə şəxs çıxış edə bilər. Məsələn, alqı-satqı müqaviləsindən 

ə

mələ gələn öhdəliklərdə tərəf rolunda konkret satıcı və konkret alıcı çıxış edirlər. Bu xüsusiyyəti ilə öhdəlik 



mütləq hüquq münasibətlərindən (məsələn, mülkiyyət hüquq münasibətlərindən, əqli mülkiyyət obyektlərinin 

istifadəsi  və  qorunması  ilə  bağlı  yaranan  hüquq  münasibətlərindən,  yəni  müstəsna  hüquq  münasibətlərindən) 

fərqlənir. Nisbi hüquq münasibəti olan öhdəliklərdən fərqli olaraq, mütləq hüquq münasibətlərində səlahiyyətli 

şə

xsə qarşı qeyri-müəyyən dairə, yəni sayı məlum olmayan borclu şəxslər durur. Deməli, nisbi hüquq münasi-



bəti kimi öhdəlik iqtisadi mübadilənin konkret aktını rəsmiləşdirir ki, bu, konkret olaraq müəyyən olunan mü-

badilə iştirakçıları arasında əmələ gəlir.  

Öhdəliyin üçüncü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, öhdəlikdə tərəf kimi çıxış edən səlahiyyətli 

şə

xs borclu şəxsdən onun xeyrinə müəyyən hərəkətlər etməyi tələb etmək ixtiyarına malikdir. Borclu şəx-

sin müəyyən hərəkətlər etməsi dedikdə, səlahiyyətli şəxsə əmlak verməsi, iş görməsi, xidmət göstərməsi, pul 

verməsi və s. başa düşülür. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcıya (səlahiyyətli şəxsə) alıcı (borclu şəxs) 

əş

yaya görə pul verir və yaxud alıcıya (səlahiyyətli şəxsə) satıcı (borclu şəxs) pulun əvəzində əşya (mal) verir. 



Bununla səlahiyyətli şəxsin mənafeyi borclu şəxsin müəyyən hərəkətlər etməsilə təmin olunur. Bu xüsusiyyəti 

ilə öhdəlik, əşya hüquq münasibətindən (məsələn, mülkiyyət hüquq münasibətindən) fərqlənir. Belə ki, əşya hü-

quq münasibətlərində səlahiyyətli şəxsin mənafeyi əşyaya bilavasitə təsir göstərməklə, onun fayda vermək xü-

susiyyəti hesabına təmin edilir. Öhdəlik hüquq münasibətləri borclu şəxsin hərəkəti ilə, əşya hüquq münasibət-

ləri isə səlahiyyətli şəxsin hərəkəti ilə həyata keçirilir və realizə edilir, yəni borclu şəxsin vasitəsi və köməyi ol-

madan yerinə yetirilir. Məsələn, mülkiyyət hüquq münasibətlərində iştirak edən mülkiyyətçi ona məxsus olan 

yaşayış evindən öz şəxsi ehtiyacları üçün sərbəst surətdə istifadə edir, bununla mülkiyyət hüququnu həyata ke-

çirir, tələbatını ödəyir. 

Bununla  belə,  öhdəlik  əşya  hüquq  münasibəti  ilə,  xüsusən  də  mülkiyyət  hüquq  münasibəti  ilə  sıx  surətdə 

bağlıdır.  Onların  arasındakı  əlaqə  qarşılıqlı  xarakterə  malikdir.  Əşya  üzərində  sərənjam  vermək  səlahiyyətini 

həyata keçirərək, mülkiyyətçi (mülkiyyət hüquq münasibətinin subyekti) onu icarəyə və kirayəyə vermək, də-

yişdirmək, borc vermək, satmaq və s. kimi hüquqlara malikdir. Belə hallarda mülkiyyətçi müqavilələr bağlayır 

və həmin müqavilələrdən əmələ gələn öhdəliyin subyekti (iştirakçısı, tərəfi) kimi çıxış edir. Belə təsəvvür yara-


 

385


nır ki, mülkiyyət hüquq münasibətləri iqtisadi dövriyyə münasibətləri olan öhdəliyin yaranması üçün il-

kin zəmin rolunu oynayır.  

Öhdəliyin icrası, öz növbəsində, bəzi hallarda əşya üzərində özgəninkiləşdirən şəxsin (yəni satan, dəyişdirən və 

s. şəxsin) mülkiyyət hüququna xitam verir, əldə edənin isə həmin əşya üzərində mülkiyyət hüququ qazanmasını 

şə

rtləndirir. Məsələn, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdə öhdəliyin icrası ilə satıcı əşya üzərində 



mülkiyyət hüququnu itirir, alıcı isə həmin əşyaya münasibətdə mülkiyyətçi statusu əldə edir. Deməli, mülkiyyə

hüquq  münasibətləri  əmtəə-mal  mübadiləsinin  hüquqi  forması  olan  öhdəlik  hüquq  münasibətlərinin 

nəticəsini rəsmiləşdirən hüquqi vasitə kimi çıxış edir

Öhdəliyin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, o, sanksiya formasında dövlət məjburetmə tədbirlə-

ri və vasitələri ilə təmin edilir. Bu sanksiyalar qanunda nəzərdə tutulmuşdur. Onların tətbiqi nəticəsində öhdə-

liyi icra etməyən, yəni hüquq pozuntusu törədən şəxs üçün mənfi və arzuolunmaz nəticələr yaranır. Öhdəliyin 

həyata keçirilməsini təmin edən sanksiyaların dairəsi genişdir: zərərin əvəzinin ödənilməsi; dəbbə pulu (cərimə, 

penya); keyfiyyətsiz əşya satıldıqda, əşyanın satış qiymətinin azaldılması, əşyadakı qüsurun əvəzsiz olaraq ara-

dan qaldırılması, onun yenisi ilə əvəz edilməsi; mənəvi zərərin əvəzinin ödənilməsi və s.  

Öhdəliyin beşinji xüsusiyyəti ondan ibarətdir ki, onun üçün pozulmuş hüquqların iddia (məhkəmə) qay-

dasında  (formasında)  müdafiə  edilməsi  xarakterikdir.  ddiaya  məhkəmədə  baxılma  onunla  nəticələnir  ki, 

öhdəlikdən irəli gələn hüquqları pozan şəxsə müvafiq sanksiya tətbiq olunur; iddia qaydasında müdafiə sanksi-

yanın tətbiq olunmasının tipik formasıdır. Belə ki, hüququ pozulmuş kreditor məhkəməyə müraciət edir. Məh-

kəmə qərarı əsasında onun iddiası natura formasında və ya pul kompensasiyası formasında təmin edilir; bunun-

la borclu şəxsə sanksiya tətbiq edilmiş olur. Məsələn, kirayəyə götürülmüş əmlak kirayəçinin təqsiri üzündən 

məhv olur. Mülkiyyətçi iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə pul kompensasiyası formasında zərərin 

ə

vəzinin mülkiyyətçiyə ödənilməsi barədə qərar çıxarır. Bununla belə, elə öhdəliklər vardır ki, onlar sanksiya 



ilə təmin olunmur. Bu öhdəliklərə natural öhdəliklər deyilir. Məsələn, oyun və mərc üzrə heç bir tələb əmələ 

gəlmir (MM-in 1084-cü maddəsi). Bu cür öhdəliklər məhkəmə müdafiəsindən məhrumdur, yəni bu cür öhdəlik-

lər üzrə iddia müdafiəsi tətbiq edilmir. Məsələn, televiziya kanallarının birində keçirilən oyunu udan şəxsə oyun 

təşkilatçısı priz verməkdən imtina edir. Əgər oyunun qalibi məhkəməyə müraciət etsə, onun iddiası məhkəmə 

tərəfindən təmin olunmayacaqdır. 

2. Öhdəliyin elementləri 

Öhdəlik mülki hüquq münasibətinin bir növüdür. Buna görə hər bir mülki hüquq münasibəti kimi o, quruluş-

ja üç elementdən ibarətdir: öhdəliyin tərəfləri (subyekt tərkibi); öhdəliyin məzmunu; öhdəliyin obyekti. 

Öhdəliyin  tərəfləri  dedikdə,  öhdəlik  hüquq  münasibətlərində  çıxış  edən  iştirakçılar  başa  düşülür.  Hər  bir 

hüquq münasibətində olduğu kimi, öhdəlikdə iki tərəf iştirak edir: səlahiyyətli şəxs; borclu şəxs. 



Səlahiyyətli şəxs öhdəliyin kreditoru adlanır. Kreditor dedikdə, elə bir səlahiyyətli şəxs başa düşülür ki, o, 

borclu olan tərəfdən müəyyən fəal hərəkətlər etməyi tələb etmək ixtiyarına malikdir. Bu isə təsadüfi deyil. Belə 

ki, öhdəliyin mahiyyətini təşkil edən maddi nemətlərin mübadilə prosesi fəal hərəkətlər olmadan mümkün de-

yil.  


Kreditor anlayışının tarixi mənbəyi Roma hüququ ilə bağlıdır. Belə ki, Roma hüququ öhdəliyi öz təbiətinə 

görə inama əsaslanan kredit (latınca «credo» — inanıram) münasibəti kimi nəzərdə tuturdu. Kreditor bu müna-

sibətdə «inanan şəxs» kimi çıxış edirdi. Belə ki, o, öhdəlikdə çıxış edən digər tərəfin — kontragentin öz vəzifə-

sini icra etməsinə inanırdı. Buna görə də öhdəlikdə tələb etmək hüququ olan tərəf kreditor (yəni inanan) adla-

nırdı. 

Öhdəlikdə çıxış edən ikinci tərəf borclu şəxs adlanır. Borclu şəxs dedikdə, öhdəlikdə iştirak edən elə bir tə-



rəf başa düşülür ki, ona müəyyən fəal hərəkətlər etmək və  ya müəyyən hərəkəti etməkdən çəkinmək vəzifəsi 

həvalə edilir. O, debitor (latınca «debitor» — borclu) da adlanır. Debitor kreditorun tələbini yerinə yetirməli 

olan tərəfdir. Məsələn, kirayə öhdəliyində kirayəçi borclu şəxs (debitor) hesab olunur. Kirayəçi nəzərdə tutulan 

müddətdə kirayəyə götürdüyü əşyanı kirayəyə verənə qaytarmağa borcludur. Kirayəyə verən isə öhdəliyin kre-

ditoru sayılır. O, nəzərdə tutulan müddət başa çatdıqda, kirayəçidən əşyanı geri qaytarmaq hüququna malikdir. 

Öhdəlikdə subyektiv hüquq kreditora məxsusdur. Bu hüquq tələb hüququ (tələb) adlanır. Müəyyən hərə-

kətləri etməkdən (və ya müəyyən hərəkəti etməkdən çəkinməkdən) ibarət olan subyektiv vəzifəni borclu şəxs 

(debitor) daşıyır. Bu subyektiv vəzifəyə isə borc deyilir. Borclunun daşıdığı subyektiv vəzifə həm müəyyən fə-

al hərəkətlərdə, həm də müəyyən passiv hərəkətlərdə ifadə oluna bilər, yəni onun daşıdığı vəzifələr iki formada 

ola bilər: fəal formalı vəzifələr; passiv formalı vəzifələr. Fəal formalı vəzifələr müəyyən hərəkətlər edilməsin-

də ifadə olunur. Məsələn, alqı-satqı öhdəliyində alıcı borclu şəxs kimi satın aldığı əşyanın müqabilində satıcıya 

pul verməlidir. 

Passiv formalı vəzifəyə gəldikdə isə qeyd etmək lazımdır ki, bu vəzifə borclu şəxsin müəyyən hərəkətlərdən 


 

386


çəkinməsində ifadə oluna bilər. Məsələn, icarə öhdəliyində icarəçinin (borclu şəxsin) borcudur ki, icarəyə verə-

nin  razılığı  olmadan  icarəyə  götürdüyü  əşyanı  ikinci  əldən  icarəyə  (subicarəyə)  verməsin.  Kirayəyə  verənin 

icazəsi  olmadan  kirayəçinin  kirayəyə  götürdüyü  əşyanı  kirayəyə  verənin  ailəsinin  tərkibinə  daxil  olmayan 

üçüncü  şəxsin  istifadəsinə  vermək,  o  cümlədən  əşyanı  ikinci  əldən  kirayəyə  vermək  hüququ  yoxdur  (MM-in 

683-cü maddəsinin 1-ji bəndi). 

Bununla belə, iqtisadi dövriyyə münasibətlərində borclunun yalnız «təmiz şəkildə» passiv formalı vəzi-



fə daşımasını nəzərdə tutan öhdəliyin mövcud olması mümkün deyil. Başqa sözlə desək, real həyatda yalnız 

borclunun passiv davranışına yönələn öhdəlik yoxdur. Ona görə ki, öhdəlik hüququ bazar əmtəə-mal mübadilə-

sini və dövriyyəsini qaydaya salır. Başqa sözlə desək, öhdəlik hüquq normaları iqtisadi dövriyyəni, əmtəə mü-

badiləsini, yəni əmtəə formalı maddi nemətlərin və digər nemətlərin bir şəxsdən digərinə keçməsi prosesini tən-

zimləyir. Bu səbəbdən öhdəlik hüququ üçün maddi nemətlərin bir şəxsdən digərinə keçməsi və borclu şəxsin fə-

al hərəkətlər (passiv hərəkətlər yox) etməsi halı xarakterikdir. Ona görə də predmeti (obyekti) borclunun yalnız 

passiv davranışına yönələn öhdəliyin mövcud olması fikrini irəli sürən müəlliflərin mövqeyi əsassızdır. Düzdür, 

öhdəlikdə borclu şəxsin passiv davranışı nəzərdə tutula bilər. Lakin bu cür passiv davranış öhdəliyin obyekti ki-

mi çıxış edə bilməz. Borclu şəxsin müəyyən hərəkətdən çəkinmək vəzifəsi onun əsas vəzifəsinə, yəni kredito-

run  xeyrinə  müəyyən  fəal  hərəkətlər  etmək  vəzifəsinə  münasibətdə  əlavə,  yardımçı  və  qeyri-əsas  vəzifədir. 

Azərbaycan Respublikasının mövcud qanunvericiliyi  yalnız borclu şəxsin passiv davranışına  yönələn öhdəlik 

tanımır.  

Elə öhdəliklər də vardır ki, bu öhdəliklərdə kreditor eyni vaxtda həm borclu şəxs qismində, borclu şəxs 

isə həm də kreditor rolunda çıxış edir. Başqa sözlə desək, kreditor həm tələb etmək hüququna malik olur, 

həm də borclu şəxs kimi müəyyən fəal hərəkətlər etməyə borclu olur. Borclu şəxs isə həm müəyyən fəal hərə-

kətlər  etməyə  borclu  olar,  həm  də  kreditordan  müəyyən  hərəkətlər  etməyi  tələb  etmək  hüququna  malik  olur. 

Məsələn, alqı-satqı öhdəliyində satıcı alıcı qarşısında borclu şəxs sayılır. Belə ki, o, satdığı əşyanı alıcıya ver-

məyə borcludur. Eyni zamanda satıcı həm də kreditor kimi çıxış edir. O, satdığı əşyanın qiymətinin ödənilməsi-

ni alıcıdan tələb etmək ixtiyarına malikdir. Alıcı isə borclu şəxs kimi satın aldığı əşyanın qiymətini ödəməyə 

borcludur. Kreditor kimi o, satıcıdan əşyanın verilməsini tələb edə bilər. Daşıma, podrat, icarə, kirayə və s. öh-

dəliklərdə də belədir. 

Mülki hüququn istənilən subyekti, yəni hüquqi şəxslər, fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respubli-

kası (dövlət) öhdəlikdə həm kreditor, həm də borclu şəxs rolunda çıxış edə bilərlər. Öhdəlik hüquq münasi-

bətlərində  həm  kommersiya  təşkilatları,  həm  qeyri-kommersiya  təşkilatları,  həm  istehlakçı  vətəndaşlar,  həm  də 

sahibkar statuslu vətəndaşlar iştirak edə bilərlər. 

Öhdəliyin məzmunu dedikdə, tərəflərin hüquq və vəzifələri başa düşülür. Kreditorun tələb hüququ və borc-

lu şəxsin müəyyən hərəkətləri etmək vəzifəsi öhdəlik hüquq münasibətinin məzmununu təşkil edir. Öhdəlikdə 

tərəflərin hüquq və vəzifələri vahiddir. Özü də bir tərəfin malik olduğu hüquqa digər tərəfin daşıdığı vəzifə 

uyğun gəlir. Məsələn, podrat öhdəliyində podratçının (borclu şəxsin) borcudur ki, nəzərdə tutulan obyekti tik-

sin. Podratçının bu vəzifəsinə sifarişçinin (kreditorun) nəzərdə tutulan obyekti tikməyi tələb etmək kimi hüququ 

uyğun gəlir.  carə öhdəliyində icarəçinin (borclu şəxsin) borcudur (vəzifəsidir) ki, müddət başa çatdıqda, icarə-

yə götürdüyü əşyanı icarəyə verənə (kreditora) qaytarsın.  carəçinin daşıdığı bu cür vəzifəyə icarəyə verənin əş-

yanı qaytarmağı tələb etmək kimi hüququ uyğun gəlir. Alqı-satqı öhdəliyində satıcının əşyanı vermək vəzifəsi-

nə alıcının satılmış əşyanın ona verilməsini tələb etmək hüququ uyğun gəlir. Deməli, kreditor yalnız o hərə-



kətlərin edilməsini tələb edə bilər ki, borclu şəxs həmin hərəkətləri etməyə borclu olsun.  

Öhdəlik əmlak hüquq münasibəti olduğuna görə borclu şəxsin etdiyi hərəkətlər əmlak xarakterinə malikdir. 

Belə ki, onun əmlakın verilməsinə, iş görülməsinə, xidmət göstərilməsinə, pul verilməsinə və s. yönələn hərə-

kətləri mülki dövriyyə subyektlərinin əmlak mənafeyinin ödənilməsinə yönəlir. Bununla belə, borclu şəxsin et-

diyi hərəkətlər qeyri-əmlak xarakterli də ola bilər. Məsələn, tapşırıq müqaviləsi əsasında tapşıran vəkalət alana 

hər hansı bir sənəd almaq üzrə hərəkət etmək tapşırığı verir. Bu halda borclunun hərəkəti qeyri-əmlak təbiətinə 

malikdir. Lakin borclu şəxsin qeyri-əmlak xarakterli vəzifə daşıması öhdəliyin təbiətinə təsir göstərmir. O, yenə 

də əmlak xarakterli hüquq münasibəti olmaqda qalır. 



Öhdəliyin obyekti, mülki hüquq münasibətinin obyekti kimi, mübahisəlidir. Bu barədə, əsasən, bir-birindən 

fərqli iki mövqe mövcuddur. Birinji mövqeyə görə, borclunun hərəkəti öhdəliyin obyekti kimi çıxış edir. Digər 

mövqenin tərəfdarları əşyanı, pulu, qiymətli kağızları, əmlak hüquqlarını, hərəkətin nəticəsini və s. öhdəliyin 

obyekti hesab edirlər. 

Bizim  fikrimizjə,  mülki  hüquq  münasibətlərinin (xüsusən  də  əşya  hüquq  münasibətlərinin)  obyekti  barədə 

«monist konsepsiya» (obyektin təkliyi nəzəriyyəsi) yox, «plyuralist konsepsiya» (obyektlərin çoxluğu nəzəriy-

yəsi) əhəmiyyət kəsb edir, yəni mülki hüquq münasibətlərinin obyekti kimi maddi nemətlər (əşyalar, predmet-


 

387


lər, sərvətlər), qeyri-maddi nemətlər, əqli fəaliyyətin nəticələri, subyektlərin davranış və hərəkətləri, işlər, xid-

mətlər, qiymətli kağızlar, əmlak hüquqları çıxış edə bilər. 

Mülki hüquq münasibətlərinin bir növü olan öhdəlik hüquq münasibətlərinin obyektinə gəldikdə isə qeyd et-

mək lazımdır ki, bu obyektlərə münasibətdə «monist konsepsiya» (obyektin təkliyi nəzəriyyəsi) əhəmiyyət kəsb 

edir. Bu, o deməkdir ki, yalnız borclu şəxsin davranışı (hərəkəti) öhdəliyin obyekti ola bilər. Məsələn, alqı-

satqı öhdəliyində borclu şəxs kimi satıcı əşyanın verilməsi üzrə hərəkət edir, alıcı isə borclu şəxs kimi aldığı əş-

yanın qiymətini ödəmək üzrə hərəkət edir. Deməli, borclu şəxslərin (həm satıcının, həm də alıcının) hərəkətləri 

öhdəliyin  obyektidir.  Burada  kreditorun  (satıcının  və  ya  alıcının)  tələb  hüququ  bilavasitə  əşyanın  özünə  yox 

(belə halda mülkiyyət hüququndan danışmaq olar), borclunun hərəkətinə yönəlmişdir. Kreditor borclu şəxsdən 

əş

yanın verilməsi üzrə müəyyən hərəkət etməyi tələb etmək ixtiyarına malikdir. Bu isə o deməkdir ki, kreditora 



başqa şəxsin, yəni borclu şəxsin hərəkətinə olan hüquq məxsusdur. Bu isə öhdəliyin obyektini müəyyənləşdir-

məyə imkan verir: obyekt rolunda yalnız hərəkət çıxış edə bilər. 

Əş

yalar, qiymətli kağızlar, predmetlər, pul və s. öhdəliyin obyekti yox, öhdəliyin predmeti kimi çıxış edir. 



Ona görə də «öhdəliyin predmeti» və «öhdəliyin obyekti» kimi iki anlayış üst-üstə düşmür. Bu anlayışları qarış-

dırmaq olmaz. 

Almaniya mülki hüquq elmində öhdəliyin məzmunu və obyekti (Gegenstand) haqqında məsələ belə izah olu-

nur: borclu nəyi, harada, nə vaxt və kim üçün icra etməlidir. Hüquq ədəbiyyatında öhdəliyin məzmunu borclu-

nun vəzifə və ya öhdəliyinin (borcunun) müəyyən edilməsi yolu ilə açıqlanır (Leistungen). Öhdəliyin predmeti 

(Gegenstand) isə müxtəlif qarşılıqlı əlaqələrdə nəzərdən keçirilir. Məsələn, H.Broks öhdəliyin predmetini öhdə-

liyin məzmunu ilə əlaqələndirir. 

3. Öhdəliyin əmələ gəlmə əsasları 

Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onla-

rın  yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. 

Başqa sözlə desək, öhdəliklər hüquqi faktlar əsasında əmələ gəlir. Qanun öhdəliyin tərəfləri üçün hüquq və vəzi-

fələr müəyyənləşdirilməsini bu faktlarla əlaqələndirir. 

Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi kifayət qədər genişdir. Bu faktların təxmini 

dairəsi qanunda müəyyənləşdirilmişdir. MM-in 386-jı maddəsi öhdəliyin əmələ gəlməsi əsaslarını tənzimləyir. 

Bu normada öhdəliyin əmələ gəlməsinin müqavilə, zərər vurmaq, əsassız varlanma kimi əsasları göstərilmişdir. 

Bunlarla yanaşı, öhdəliklər MM-də nəzərdə tutulan digəəsaslardan da yarana bilər. 

Öhdəliyin əmələ gəlməsinin ən geniş yayılmış əsası müqavilədir. Müqavilə öhdəliyin yaranmasını şərtləndi-

rən hüquqi faktlar arasında mühüm yer tutmaqla aparıjı rola malikdir. Bu cür müqavilələrin sayı kifayət qədər çox 

və müxtəlifdir: alqı-satqı müqaviləsi; dəyişmə müqaviləsi; icarə müqaviləsi; kirayə müqaviləsi; daşıma müqavilə-

si; sığorta müqaviləsi; kredit müqaviləsi və s. Azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iq-

tisadi fəaliyyət növü ilə məşğul olmaq üçün mülki hüququn subyektləri müxtəlif müqavilələr bağlayırlar. Özü də 

onlar  müqavilə  bağlamaqda  müstəqildir.  Müqavilə  azadlığı  mülki  qanunvericiliyin  əsas  prinsiplərindən  biridir 

(MM-in 6-jı maddəsi). 

stehsalı zəruri xammalla, materialla təmin etmək üçün, hazırlanmış məhsulu realizə etmək üçün alqı-satqı 

və mal göndərmə müqaviləsindən istifadə edilir. Ev, qarac, mənzil tikmək üçün, müxtəlif təmir işlərini görmək 

üçün vətəndaş tikinti təşkilatı ilə podrat müqaviləsi bağlayır. Yükü, baqacı və sərnişinləri təyinat yerinə çatdır-

maq üçün daşıma müqaviləsindən istifadə olunur. 

Bazar münasibətləri şəraitində müqavilə iqtisadi əlaqələri tənzimləyəən universal hüquqi aləkimi çı-

xış edir. O, normal əmtəə-mal dövriyyəsinin və prosesinin əsası rolunu oynayır. K.Marksın dili ilə desək, müqa-

vilə əmtəə mübadiləsi münasibətlərini və iqtisadi əlaqələri rəsmiləşdirən hüquqi formadır. Müqavilə elə bir əl-

verişli hüquqi formadır ki, o, tərəflərə özlərinin əmlak mənafelərini dəqiq ifadə etmələrinə imkan verir. Müqa-

vilənin rolu təkjə bununla, yəni öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış etməklə bitmir. 

O, həm də müqavilə bağlayan tərəflərin hüquq və vəzifələrini müəyyən edir.  

Öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biri  birtərəfli  əqdlərdir  (hərəkətlərdir).  Ata  öz  itmiş  uşağını  tapan 

şə

xsə televiziya vasitəsilə xüsusi mükafatlandırma vədi barədə açıq elan verir. Uşaq tapılır. Onu tapan şəxsə nə-



zərdə tutulan mükafat verilir. Bu halda atanın birtərəfli hərəkətindən (əqddən) xüsusi mükafatlandırma öhdə-

liyi yaranır (MM-in 1079-ji maddəsi). Ədəbi təşkilat ən yaxşı dram əsəri yaratmağa görə priz vermək barədə 

yerli mətbuat səhifələrində açıq elan verir. Müsabiqə qalibi müəyyən edilir və ona priz verilir. Belə halda mü-



sabiqə öhdəliyi göz qabağındadır (MM-in 1082-ji maddəsi). Bu öhdəlik ədəbi təşkilatın birtərəfli hərəkətindən 

(əqddən) yaranır. Rusiyanın ORT kanalında hər cümə günü «Pole çudes» adlı əylənjəli proqram göstərilir. Sual-

lara  düzgün  javab  verən  şəxsə  mükafat  (priz)  verilir.  Bu  halda  isə  oyunlardan  əmələ  gələn  öhdəlik  yaranır 

(MM-in 1083-cü maddəsi). Vətəndaş öz dostu olan qonşusunun bağ evini onun tapşırığı olmadan öz hesabına 



 

388


təmir etdirir, yəni tapşırıqsız fəaliyyət göstərir. Qonşu bu işi bəyənir və vətəndaşın evin təmirinə çəkdiyi xərclə-

ri ödəyir. Belə halda işləri tapşırıqsız aparma öhdəliyi əmələ gəlir (MM-in 1087-ji maddəsi). Ata bütün əmla-

kını oğluna vəsiyyət edir. Ata yaşayış otaqlarından birini ömürlük istifadə üçün qonşuya verilməsini vərəsəyə 

həvalə  edir.  Belə  halda  birtərəfli  əqd  olan  vəsiyyət  tapşırığı  qaydasında  öhdəlik  əmələ  gəlir  (MM-in  1205-ji 

maddəsi). Bu öhdəlikdə qonşu kreditor, onun oğlu isə borclu şəxs kimi çıxış edir. 

Hakimiyyət  aktları  öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biridir.  Bu  akt  həmin  aktdan  yaranan  öhdəliyin 

məzmununu müəyyən edir. Bu cür hakimiyyət aktları iki cür olur: inzibati aktlar; məhkəmə aktları. Hakimiyyət 

aktları arasında dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qeyri-normativ (fərdi) xarakterli in-

zibati aktları xüsusi yer tutur. Bu aktlar qanunvericilikdə öhdəliyin əmələ gəlmə əsası kimi nəzərdə tutulduq-

da, mülki hüquq və vəzifələr əmələ gəlir (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 2-ji yarımbəndi). Təbii fəla-

kətlər, texnoloci qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq döv-

lət orqanı qərar qəbul edir. Bu qərar əsasında mülkiyyətçidən əmlak dəyəri ödənilməklə, jəmiyyətin mənafeyi 

üçün məcburi surətdə alınır. Buna rekvizisiya, yəni həcz deyilir (MM-in 209-cu maddəsi). Belə halda mülkiy-

yətçidən alınmış həmin əmlakın dəyərinin ödənilməsi barədə mülkiyyətçi ilə dövlət arasında öhdəlik  yaranır. 

Bu öhdəlikdə mülkiyyətçi kreditor, dövlət isə borclu şəxs kimi çıxış edir. Öhdəliyin əmələ gəlməsinin əsasını 

isə  dövlət  orqanının  qeyri-normativ  (fərdi)  xarakterli  aktı  təşkil  edir.  Başqa  bir  misalda  torpaq  sahəsi  dövlət 

ehtiyacları üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə mülkiyyətçidən satınalma yolu ilə alınır (MM-in 

246-jı maddəsi). Belə halda da öhdəlik əmələ gəlir ki, bunun əmələ gəlmə əsasını inzibati akt təşkil edir.  

Xalq təsərrüfatı üçün əhəmiyyəti olan obyektlərin və iqtisadiyyatın inkişafı üçün zəruri olan obyektlərin ti-

kintisi barədə müvafiq dövlət orqanının qərarı podrat öhdəliyinin əmələ gəlmə əsası kimi çıxış edir. Müəssisələr 

dövlət  ehtiyacları  üçün  işlər  görə  bilər.  Dövlət  orqanlarının  inzibati  aktlarından  sayılan  plan  aktları  əsasında 

yüklər daşınır və nəqliyyat təşkilatı (dpşıyıcı) ilə yük göndərən arasında daşıma öhdəliyi yaranır.  

Mənzilə ehtiyacı olan vətəndaşlara yerli dövlət orqanları tərəfindən verilən order də inzibati akt hesab olu-

nur. Bu akt order sahibi üçün onunla yaşayış evinin kirayə müqaviləsi bağlanmasını tələb etmək hüququ yara-

dır, mənzil-istismar sahəsi üçün isə bu cür müqavilə bağlamaq vəzifəsi əmələ gətirir. Belə halda da öhdəlik ya-

ranır ki, bu öhdəlik mülki hüquqla tənzimlənir.  



Hakimiyyət  aktlarından  biri  sayılan  məhkəmə  qərarları  əsasında  da  öhdəlik  yarana  bilər.  Belə  halda 

məhkəmə qərarı öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Xüsusilə qiymətli və dövlət 

tərəfindən  qorunan  sərvətlər  sırasına  daxil  edilmiş  mədəni  sərvətlər  mülkiyyətçi  tərəfindən  təsərrüfatsızjasına 

saxlana bilər. Bu isə onların öz əhəmiyyətini itirmək təhlükəsi yaradır. Bu sərvətlər məhkəmənin qərarına əsa-

sən,  mülkiyyətçidən  alınır  və  dövlət  mülkiyyətinə  keçir.  Dövlət  həmin  sərvətin  qiymətini  ödəyir.  Belə  halda 

mədəni sərvətin mülkiyyətçisi ilə dövlət arasında öhdəlik yaranır ki, bu cür öhdəliyin əmələ gəlmə əsası kimi 

məhkəmə qərarı çıxış edir (MM-in 208-ji maddəsi).  

Öhdəliyin əmələ gəlməsini şərtləndirən əsaslardan biri mülki hüquq subyektlərinə vurulan ziyandan iba-

rətdir. Belə hallarda şəxsin hüquqazidd hərəkəti, yəni mülki hüquq pozuntusu öhdəliyin əmələ gəlməsinə səbəb 

olan hüquqi fakt rolunu oynayır. Bu cür mülki hüquq pozuntusu delikt adlanır. Qanun müəyyən edir ki, başqa 

şə

xsə zərər vurmaq mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (MM-in 14-cü maddəsinin 2-



ji bəndinin 6-jı yarımbəndi). Məsələn, minik avtomobilini yüksək sürətlə idarə edən sürücü (zərərvuran) vətən-

daşın (zərərçəkənin) əmlakını zədələyir. Bununla əmlaka ziyan vurulur. Belə halda ziyan vurmaq nəticəsində 

hüquq münasibəti yaranır ki, bu cür münasibətə ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik və ya delikt öh-

dəliyi deyilir. Zərər vurmaq faktı bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Zərərvuran sürücü əmlaka vu-

rulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. O, həmin öhdəlikdə borclu şəxs, əmlakına zərər vurulmuş və-

təndaş (zərərçəkən) isə kreditor rolunda çıxış edir. Vətəndaş (zərərçəkən) kreditor kimi zərərin əvəzinin ödənil-

məsini tələb etmək hüququna malikdir. Başqa bir misalda sərxoş vəziyyətdə kənd sakini öz qonşusuna xəsarət 

yetirir. Bunun nəticəsində qonşunun sağlamlığı pozulur və əmək qabiliyyətini müvəqqəti itirir, habelə aylarla 

işə çıxmadığına görə qazanjdan (gəlirdən) məhrum olur. Bununla belə, qonşu sağlamlığın pozulması ilə bağlı 

ə

lavə xərclər çəkir, o cümlədən müalijəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. xərclər çəkir. Belə 



halda kənd sakini ilə (zərərvuranla) qonşu (zərərçəkən) arasında delikt öhdəliyi yaranır ki, kənd sakininin hüqu-

qazidd hərəkəti (xəsarət vurmaq faktı) bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bu öhdəlikdə qonşu onun 

çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan kreditor, kənd sakini isə bu zərərin 

ə

vəzini ödəməyə borclu olan şəxsdir. 



Beləliklə,  delikt  öhdəlikləri  hüquqazidd  hərəkətlərdən  əmələ  gəlir.  Bu  cür  hərəkətlər  iqtisadi  dövriyyənin 

normal fəaliyyət göstərməsinə mane olur. Həmin hərəkətlər nəticəsində mənfi nəticələr yaranır. Bu cür nəticələ-

ri  aradan  qaldırmaq  üçün  qanun  xüsusi  xarakterli  delikt  öhdəliyi  nəzərdə  tutur  (MM-in  9-cu  bölməsi,  1096-

1132-ji maddələr). Lakin delikt öhdəlikləri hüquqauyğun nəticəyə nail olunmasına yönəlir. Bu nəticə isə iqtisa-



 

389


di dövriyyə iştirakçılarının pozulmuş əmlak vəziyyətini bərpa etməkdən ibarətdir. 

Öhdəliyin əmələ gəlmə əsaslarından biri əsassız varlanmadır. Qanun əsassız varlanmanın mülki hüquq və 

vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi nəzərdə tutur (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 7-ji yarım-

bəndi). Belə ki, əsassız varlanmadan öhdəlik yaranır. Hələ neçə əsr bundan əvvəl Roma hüququ onu kondikasi-



ya öhdəliyi anlayışı ilə əhatə etmişdi. 

Ə

sassız varlanma öhdəliyi hüquqazidd hərəkətlərdən əmələ gələn xüsusi xarakterli öhdəlikdir. Bu anlayış hü-



quqi əsası olmayan (titulsuz) əmlak əldə etməni ifadə edir. Buna görə də qanun müəyyən edir ki, hüquqi əsas ol-

madan varlanmış şəxs əldə etdikləri əmlakı məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM-in 1092-ji maddəsi). 

Məsələn, bir binada Cavadov familiyalı iki nəfər yaşayır. Bunlardan biri müəllim, digəri isə mühəndisdir. Uzaq 

şə

hərdə yaşayan dostlardan biri müəllim Cavadova iki min dollar məbləğində maddi yardım məqsədilə pul göndə-



rir. Pulu gətirən şəxs onu səhvən mühəndis Cavadova verir. Mühəndis Cavadov əsassız varlanmış şəxs hesab edi-

lir. Onun (əsassız varlanmış şəxsin) borcudur ki, məhrum olanın (kreditorun) tələbi ilə pulu ona qaytarsın. Belə 

halda əsassız varlanma öhdəliyi yaranır. Başqa bir misalda dağda güjlü tufan qopur. Bunun nəticəsində çobanın 

(məhrum olanın) otardığı qoyun sürüsündən bir dəstə qoyun o biri çobanın (əsassız varlananın) sürüsünə qarışır. 

Çobanlar arasında əsassız varlanma öhdəliyi yaranır. Bu öhdəliyə görə, əsassız varlanan çoban qoyunları məhrum 

olan çobana qaytarmalıdır. 

Ə

sassız varlanma öhdəliyinin təyinatı mülki dövriyyə iştirakçılarının pozulmuş əmlak vəziyyətini bərpa et-



məkdən ibarətdir. Bununla mənfi hallar aradan qaldırılır və müsbət nəticəyə nail olunur. 

Öhdəliyin əmələ gəlmə əsaslarından biri hüquqi əməllərdir. Hüquqi əməllər elə hüquqauyğun hərəkətlərdir 

ki, bu hərəkətlər xüsusi olaraq hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasına, yəni hü-

quqi nəticə  əldə  edilməsinə  yönəlmir, lakin bu cür nəticənin əmələ  gəlməsinə səbəb olur. Məsələn, traktorçu 

kəndli (fermer) təsərrüfatı başçısının malik olduğu torpaq sahəsini şumlayarkən dəfinə tapır. Torpaq sahəsinin 

mülkiyyətçisi ilə traktorçu arasında öhdəlik yaranır. Bu öhdəliyə görə, traktorçu dəfinənin yarısını fermer təsər-

rüfatı başçısına verməlidir. Dəfinənin tapılması hüquqi əməldir və bu, öhdəliyin əmələ gəlməsinə səbəb olur. 

Başqa bir misalda vətəndaş özgə şəxsə məxsus olan itirilmiş əşyanı tapır. Bu hərəkət də hüquqi əməldir.  tiril-

miş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə və ya onun mülkiyyətçisinə məlumat verməlidir (MM-in 

186-jı maddəsinin 1-ji bəndi). Belə halda da öhdəlik əmələ gəlir. Hüquqi əməl (əşyanı tapmaq) isə bu öhdəliyin 

ə

mələ gəlməsinə əsas olan hüquqi faktdır.  



Öhdəliyin yaranma əsaslarından biri mürəkkəb hüquqi tərkib adlanır. Mürəkkəb hüquqi tərkib özündə iki 

hüquqi faktı birləşdirir: inzibati aktı; müqaviləni. Yalnız hər iki hüquqi fakt mövcud olduqda mürəkkəb hü-

quqi tərkib yaranır və bu tərkib öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bunlardan biri olmadıqda, mürək-

kəb hüquqi tərkib yaranmır və belə halda öhdəliyin mövcudluğundan söhbət gedə bilməz. 

Mürəkkəb hüquqi tərkib planlı iqtisadiyyatın (Sovet iqtisadiyyatının) mövcudluğu şəraitində daha geniş ya-

yılmışdı.  qtisadiyyatın  planlı  surətdə  idarə  edilməsi  dövründə  bütün  təsərrüfat  öhdəlikləri  mürəkkəb  hüquqi 

tərkibə əsaslanırdı: plan aktına; müqaviləyə. Məsələn, tədarük öhdəliyinin yaranması üçün həm inzibati aktın 

(məhsul  bölgüsünə  dair  plan  aktının),  həm  də  bu  akt  əsasında  bağlanmış  tədarük  müqaviləsinin  olması  tələb 

olunurdu (1964-cü il MM-in 254-cü maddəsi).  

Bazar iqtisadiyyatına və münasibətlərinə keçilməsi mürəkkəb hüquqi tərkibin rolunu xeyli məhdudlaşdırır. 

Öhdəliyin əmələ gəlməsinin bu cür əsası öz təbiətinə görə əmtəə-pul münasibətləri olan müasir iqtisadi dövriy-

yə üçün xarakterik deyil. Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat əlaqələrinin sabitliyi əmtəə-pul müna-

sibətləri iştirakçılarının iqtisadi maraqlarına əsaslanır. Bu maraq isə onlar arasında bağlanan müqavilələrdə ifa-

də olunur.  

Müasir dövrdə mürəkkəb hüquqi tərkibin əhəmiyyəti və rolu məhdudlaşmışdır, lakin tam itməmişdir. Bu cür 

mürəkkəb tərkib mülki-hüquqi öhdəliyin  əmələ gəlməsinə səbəb ola bilər. Məsələn, dövlət təsərrüfatsızjasına 

saxlanılan mədəni sərvətləri satınalma yolu ilə ala bilər (MM-in 208-ji maddəsi). Belə halda dövlətlə mədəni 

sərvətin mülkiyyətçisi arasında öhdəlik yaranır ki, mürəkkəb hüquqi tərkib bu öhdəliyin əmələ gəlmə əsası kimi 

çıxış edir: məhkəmə qərarı (hakimiyyət aktı); alqı-satqı müqaviləsi. 

Öhdəliyin əmələ gəlmə əsaslarından biri hadisələrdir. Hadisələr insan iradəsindən asılı olmayaraq baş verən 

hüquqi faktlardır. Hüquqi əməllər kimi hadisələr də öhdəliyin əmələ gəlməsinin geniş yayılmış əsası hesab edil-

mir. Lakin real həyatda hadisələrin öhdəliyin yaranmasına əsas olan hüquqi faktlar kimi çıxış etməsi halına rast 

gəlmək mümkündür. Məsələn, naviqasiya mövsümi hadisədir. Bu, yazın gəlməsi və havaların isinməsi ilə bağlı 

olaraq, çay və dənizlərdə buzun əriməsi, bunun nəticəsində isə su yolu ilə yük daşınmasına imkan verən möv-

sümdür. Naviqasiya mövsümünün açılması ilə yük daşıma öhdəliyi yaranır və icra edilir, yəni çay və dəniz nəq-

liyyatı ilə yük təyinat məntəqəsinə daşınır. 

Qanun hadisələri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri hesab edir (MM-in 14-cü mad-



 

390


dəsinin 2-ji bəndinin 9-cu yarımbəndi). Lakin ümumi qaydaya görə, hadisələr çox vaxt öhdəliyin əmələ gəl-

məsinin müstəqil əsası kimi çıxış etmir. Belə ki, hadisələr həmin öhdəliyin çərçivəsində və hüdudlarında tə-

rəflər üçün hüquq və vəzifələr yaradır. Məsələn, əmlak təbii fəlakətdən (zəlzələdən, daşqından, qasırğadan və 

s.) sığortalanır və onun mülkiyyətçisi sığortaçı (sığorta təşkilatı) ilə sığorta müqaviləsi bağlayır. Təbii fəlakət, 

yəni sığorta hadisəsi baş verir və əmlak məhv olur. Bununla sığortaçı üçün sığortalıya sığorta ödənişi vermək 

vəzifəsi  yaranır. Deməli, belə halda sığorta hadisəsi (təbii fəlakət) sığorta öhdəliyi  yox, sığortaçı üçün vəzifə 

ə

mələ gətirir. Sığorta öhdəliyi sığorta müqaviləsi əsasında yaranır. Başqa bir misalda ata (vəsiyyət edən) bank 



ə

manətinin yarısının öz qardaşına verilməsini oğluna (vərəsəyə) həvalə edir (vəsiyyət tapşırığı — leqat). Bu cür 

vəsiyyət tapşırığı birtərəfli əqddir. Bu əqd yalnız vərəsəlik açıldığı andan, yəni vəsiyyət edən ata öldüyü andan 

öhdəlik əmələ gətirir. Vəsiyyət edən ata ölməsə (onun ölümü hadisədir), öhdəliyin yaranmasından söhbət gedə 

bilməz. Belə təsəvvür yaranır ki, belə halda hadisə (vəsiyyət edənin ölümü) vəsiyyət tapşırığı (birtərəfli əqd) ilə 

birlikdə mürəkkəb hüquqi tərkib kimi öhdəliyin əmələ gəlməsinə səbəb olur.  

Öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biri  fiziki  və  hüquqi  şəxslərin  digər  hərəkətləridir  (MM-in  14-cü 

maddəsinin 2-ji bəndinin 8-ji yarımbəndi). Şəxslərin digər hərəkətləri dedikdə, onların nə əqd, nə də inzibati akt 

olan davranışı başa düşülür. Lakin bu cür hərəkətlər mülki qanunvericiliyin prinsiplərinə və ümumi əsaslarına 

zidd olmamalıdır. Məsələn, vətəndaş huşunu itirir və  yıxılır. Bunu görən qonşu onu təjili olaraq xəstəxanaya 

çatdırır. Vətəndaşın üzərində ağır jərrahiyyə əməliyyatı aparılır. Dava-dərman alınması və jərrahiyyə əməliyyatı 

üçün zəruri olan bütün xərcləri qonşu çəkir. Vətəndaş tam sağaldıqdan sonra qonşu çəkdiyi xərclərin əvəzinin 

ödənilməsini tələb etmək hüququna malik olur, vətəndaş isə həmin xərclərin əvəzini ödəmək vəzifəsini daşıyır. 

Onlar arasında öhdəlik yaranır. Bu öhdəliyin əmələ gəlməsi vətəndaşın birtərəfli hərəkəti ilə bağlıdır.  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə