MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə62/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
§ 3. Öhdəliyin növləri 

1. Öhdəliyin sistemi anlayışı və əhəmiyyəti 

Öhdəliyin sistemi dedikdə, düzgün seçilmiş təsnif meyarı əsasında onların vahid halında birləşməsi və ayrı-

ayrı növlərinin fərqləndirilməsi (differensiasiyası) başa düşülür. Öhdəliklərin lazımınja sistemləşdirilməsi vacib 

ə

həmiyyətə malikdir. Belə ki, öhdəliklərin elmi cəhətdən əsaslandırılmış təsnifi (sistemi) olmadan, hər şeydən 



ə

vvəl, onların lazımi qaydada hüquqi tənzimlənməsi mümkün deyil. Öhdəliyin sistemi imkan verir ki, öz təbiə-

tinə və xarakterinə görə eyni olan öhdəliklər eyni hüquq normaları ilə tənzimlənsin. Öhdəliyin sistemi həm də 

mühüm əlamətləri ilə fərqlənən öhdəliklərin öz məzmununa görə müxtəlif olan hüquq normaları ilə tənzimlən-

məsinə imkan verir. 

Öhdəliyin sisteminin həm də hüquq tətbiqetmə fəaliyyəti üçün əhəmiyyəti böyükdür. O, öhdəliklərin bir nö-

vünü digərindən fərqləndirməyə imkan verir. Bununla bərabər, öhdəliyin sisteminin öhdəlik hüququnun öyrə-

nilməsi və mənimsənilməsi üçün vacib əhəmiyyəti vardır. 

Hüquq ədəbiyyatında problem xarakterli məsələlərdən biri öhdəliklərin təsnifi məsələsidir. Bu məsələ xeyli 

müddətdir ki, müəlliflər arasında geniş diskussiya predmetinə çevrilmişdir. Tədqiqatçı müəlliflər öhdəliklərin 

təsnifini vermək üçün müxtəlif meyarlardan istifadə edirlər: iqtisadi xüsusiyyətinə görə; öhdəliyin istiqamətinə 

görə; qarışıq hüquqi və iqtisadi meyara görə. 

Göstərilən bütün təsnif meyarları ümumi qüsura malikdir. Bu nöqsan onunla şərtlənir ki, təklif olunan me-

yarlar  əsasında  bir-birindən  ayrılan  və  fərqləndirilən  öhdəlik  növləri  hüquqi  ümumilik  xüsusiyyətindən  məh-

rumdur. Bəzi müəlliflər çoxpilləli təsnifat qaydasını irəli sürürlər. Bu qaydaya görə, öhdəliyin sistemi çoxpilləli 

təsnifat üzrə qurulur. Bu mövqe əsaslı və inandırıjıdır. Qeyd etmək lazımdır ki, ayrı-ayrı təsnifat pillələri arasın-

da ziddiyyət yoxdur, əksinə, onlar bir-birini tamamlayaraq öhdəlik kimi mürəkkəb məsələnin düzgün və hərtə-

rəfli başa düşülməsinə imkan verir. 



Çoxpilləli təsnifat qaydasına görə, bütün öhdəliklər iki tipə bölünür (öhdəliyin əmələ gəlmə əsasına görə): 

müqavilə öhdəlikləri tipinə; müqavilədənkənar öhdəliklər tipinə. 



Müqavilə öhdəlikləri odur ki, bu öhdəliklər müqavilə əsasında əmələ gəlir. Müqavilə olmayan digər hüquqi 

faktlardan əmələ gələn öhdəliklər  müqavilədənkənar öhdəliklər adlanır. Müqavilə öhdəliklərinin məzmunu, 

ə

sasən,  tərəflərin  razılığı  və  sazişi  ilə,  müqavilədənkənar  öhdəliklərin  məzmunu  isə  yalnız  qanunla  müəyyən 



edilir. 

Müqavilə öhdəlikləri, öz növbəsində, qruplara  bölünür. Bu qruplara  aiddir: əşyanın mülkiyyətə və digər 

əş

ya hüququna verilməsi üzrə öhdəlik qrupu; əşyanın istifadəyə verilməsi üzrə öhdəlik qrupu; iş görülməsi üzrə 



öhdəlik qrupu; xidmət göstərilməsi üzrə öhdəlik qrupu; əqli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qru-

pu; çoxtərəfli əqdlərdən əmələ gələn öhdəlik qrupu. 

Müqavilədənkənar öhdəliklər iki qrupa bölünür. Bu qruplara aiddir: birtərəfli əqdlərdən (hərəkətlərdən) əmə-

lə gələn öhdəliklər; mühafizəediji (qoruyucu) öhdəliklər. 

Hər bir qrup öhdəlik ayrı-ayrı növlərə bölünür. Əşyanın mülkiyyətə və digəəşya hüququna verilməsi 


 

391


öhdəlik qrupuna daxildir: alqı-satqı öhdəliyi; dəyişdirmə öhdəliyi; bağışlama öhdəliyi; renta öhdəliyi. 

Əş

yanın istifadəyə verilməsi üzrə öhdəlik qrupuna aşağıdakı növ öhdəliklər daxildir: icarə öhdəliyi; kira-

yə öhdəliyi; əvəzsiz istifadə öhdəliyi; lizinq öhdəliyi. 

ş

 görülməsi üzrə öhdəlik qrupuna podrat öhdəliyi aiddir. 



Xidmət göstərilməsi üzrə öhdəlik qrupuna daxildir: daşıma öhdəliyi; sığorta öhdəliyi; nəqliyyat-ekspedi-

siya öhdəliyi; kredit-borc öhdəliyi; bank əmanəti öhdəliyi; bank hesabı öhdəliyi; saxlama öhdəliyi. 

Ə

qli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qrupuna daxildir: sənaye mülkiyyəti obyektindən is-

tifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsindən əmələ gələn öhdəlik; müəllif müqaviləsindən əmə-

lə gələn öhdəlik; françayzinq müqaviləsindən əmələ gələn öhdəlik. 

Çoxtərəfli əqdlərdəəmələ gələn öhdəlik qrupuna hüquqi şəxsin yaradılması zamanı təsisçilər arasında 

bağlanan müqavilə öhdəliyi daxildir. 



Birtərəfli hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlik qrupuna aiddir: xüsusi mükafatlandırma öhdə-

liyi; müsabiqə öhdəliyi; oyunların və mərclərin keçirilməsi öhdəliyi; tapşırıqsız fəaliyyətdən əmələ gələn öhdə-

lik. 

Qoruyucu  (mühafizəediji)  öhdəlik  qrupuna  şamil  edilir:  ziyan  vurmaq  nəticəsində  əmələ  gələn  öhdəlik 

(delikt öhdəliyi); əsassız varlanmadan əmələ gələn öhdəlik (kondikasiya öhdəliyi). 

Öhdəliyin ayrı-ayrı növləri müxtəlif formalarda ola və ya yarımnövlərə bölünə bilər. Elə öhdəlik növləri 

vardır ki, həmin öhdəliklər müxtəlif formalarda ifadə olunur. Belə halda onların forması spesifik xüsusiyyətləri 

ilə  şərtlənir.  Məsələn,  pərakəndə  alqı-satqı  müqaviləsi  alqı-satqının  yarımnövlərindən  biridir;  pərakəndə  alqı-

satqı isə müəyyən formalarda ola bilər: kreditlə satış; malın alıcı tərəfindən müəyyən müddətə qəbul edilməsi 

şə

rtilə satılması; malların nümunələr üzrə satışı; malların avtomatlardan istifadə etməklə satışı; malların alıcıya 



çatdırmaq şərtilə satılması. 

Ə

gər müəyyən növ öhdəlik formaja yox, məzmunca spesifik xüsusiyyətlərə malik olarsa, onda həmin konk-



ret növ öhdəlik yarımnövlər üzrə təsnif edilir. Məsələn, alqı-satqının mal göndərmə, pərakəndə alqı-satqı, fakto-

rinq və s. digər yarımnövləri fərqləndirilir. 

Beləliklə, çoxpilləli qayda əsasında öhdəliyin sistemini belə qurmaq olar. Bütün öhdəliklər iki tipə bölünür. 

Hər bir tip öhdəlik isə ayrı-ayrı öhdəlik qruplarına bölünür. Hər bir öhdəlik qrupu isə müxtəlif növ öhdəliklər-

dən ibarətdir. Nəhayət, öhdəliyin konkret növləri yarımnövlərə və formalara bölünür. 

Bununla bərabər, öhdəliklərin həmin öhdəliklərdə iştirak edən tərəflərin mülki-hüquqi statusuna görə iki ye-

rə ayrılması mühüm əhəmiyyətə malikdir: sahibkarlıq öhdəlikləri; istehlakçı vətəndaşların iştirak etdikləri öh-

dəliklər. Sahibkarlıq öhdəlikləri odur ki, bu öhdəliklərdə iştirak edən tərəflər sahibkar statusuna malik olmaq-

la əmlak dövriyyəsinin professional iştirakçılarıdırlar. Bu cür öhdəliklərə mal göndərmə, lizinq, françayzinq və 

s. müqavilələrdən əmələ gələn öhdəlikləri misal göstərmək olmur. 



stehlakçı vətəndaşların iştirak etdikləri öhdəliklər (istehlak öhdəlikləri) odur ki, bu öhdəliklərin tərəflə-

rindən biri sahibkar statusuna malik olmur. Həmin tərəf iqtisadi cəhətdən nisbətən zəif tərəf hesab olunur. Ona 

görə də qanun onları daha yüksək hüquqi müdafiə ilə təmin edir. Başqa sözlə desək, qanun həmin tərəflərə öz 

hüquq və mənafeyini müdafiə etmək üçün əlavə imkanlar verir. Bu cür öhdəliklərə pərakəndə alqı-satqı öhdəli-

yini misal göstərmək olar. Bu öhdəlikdə alıcı rolunda istehlakçı vətəndaşlar çıxış edir. Onların mənafeyi « steh-

lakçıların hüquqlarının müdafiəsi haqqında» qanunla qorunur. Bu qanun istehlakçıların hüquqlarının müdafiəsi-

nin ümumi hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. 

stehlak öhdəliklərini məişət öhdəlikləri də adlandırmaq olar. Bu öhdəliklərin sosial-iqtisadi məqsədi ailə-

məişət  ehtiyacları  və  qeyri-sahibkarlıq  fəaliyyəti  ilə  bağlıdır.  Məsələn,  vətəndaş  öz  qonşusuna  televizor  satır 

(xüsusi mənada alqı-satqı öhdəliyi). 



2. Öhdəliklərin növləri 

Öhdəliklər müxtəlif əsas və meyarlara görə müxtəlif növlərə bölünür. Hüquq və vəzifələrin tərəflər arasın-



da bölünməsi meyarına görə öhdəliklər iki cür olur: birtərəfli öhdəliklər; ikitərəfli öhdəliklər. Birtərəfli öhdə-

likləodur ki, bu öhdəliklərdə tərəf rolunda çıxış edən şəxslərdən biri yalnız hüquqa malik olur, digər tərəf isə 

anjaq vəzifə daşıyır. Bu öhdəliklərdə tərəflər arasındakı hüquqi əlaqənin xarakteri elədir ki, burada bir tərəf yal-

nız kreditor rolunda, digər tərəf isə yalnız borclu şəxs qismində çıxış edir. Birtərəfli öhdəliklərə bank əmanəti 

(depozit)  müqaviləsindən  əmələ  gələn  öhdəliyi,  habelə  ziyan  vurmaq  nəticəsində  əmələ  gələn  öhdəliyi  misal 

göstərmək olar. 

kitərəfli öhdəliklər odur ki, bu öhdəliklərdə çıxış edən tərəflərin hər ikisi həm hüquqlara malik olur, həm 

də  vəzifələr  daşıyırlar.  kitərəfli  öhdəliklər  qarşılıqlı  öhdəliklər  də  adlandırılır.  Həmin  öhdəliklərdə  kreditor 

eyni zamanda həm borclu şəxs, borclu şəxs isə eyni zamanda həm də kreditor kimi çıxış edir. Öhdəliklərin çoxu 

ikitərəfli (qarşılıqlı) öhdəliklər növünə şamil edilir. Alqı-satqı, icarə, kirayə, daşıma və digər öhdəliklər ikitərəf-



 

392


li öhdəliklərə misal ola bilər. Götürək alqı-satqı müqaviləsini. Satıcı satdığı əşyanın verilməsini tələb etmək hü-

ququna malik olan kreditordur. Bununla belə, o, satılan əşyanı alıcıya verməyə borclu olan şəxsdir. Alıcı satılan 

əş

yanın pulunu verməyə borclu olan şəxsdir. Alıcı həm də əşyanın ona verilməsini tələb edən kreditordur. Özü 



də qarşılıqlı öhdəliklərdə hər bir tərəfin daşıdığı vəzifə digər tərəfin hüququna uyğun gəlir. 

əyyən edilmiş hüquqi əlaqələrin sayına görə öhdəliklərin iki növü fərqləndirilir: sadə öhdəliklər; mü-

rəkkəb öhdəliklər. Sadə öhdəlikləodur ki, bu cür öhdəliklərdə tərəfləri yalnız bir hüquqi əlaqə (hüquq və və-

zifə) bağlayır. Həmin öhdəliklərdə tərəflər bir-birilə yalnız bir hüquq və bir vəzifə ilə bağlı olurlar. Məsələn, 

bank əmanətindən əmələ gələn öhdəlikdə əmanətçinin yalnız bir hüququ, yəni əmanətin qaytarılmasını bankdan 

tələb  etmək  hüququ  vardır,  bank  isə  əmanəti  qaytarmaqdan  ibarət  yalnız  bir  vəzifə  daşıyır.  Ziyan  vurmaq 

nəticəsində əmələ gələn öhdəliklərdə zərərvuran şəxs yalnız bir vəzifə, yəni vurulmuş zərərin əvəzini ödəmək 

vəzifəsini daşıyır. Zərərçəkmiş şəxsin isə yalnız bir hüququ, yəni vurulmuş zərərin əvəzinin ödənilməsini tələb 

etmək hüququ vardır. 



Mürəkkəb öhdəlikləodur ki, bu öhdəliklərdə tərəflər bir-biri ilə birdən çox hüquq və vəzifə ilə bağlı olur-

lar. Başqa sözlə desək, mürəkkəb öhdəliklərdə bir neçə hüquq və vəzifə olur. Bu cür öhdəliklərə icarə, kirayə, 

alqı-satqı və s. öhdəlikləri misal göstərmək olar. 

Bundan əlavə, öhdəliyin qarışıq (kompleks) öhdəliklər kimi növü də fərqləndirilir. Qarışıq (kompleks) öh-



dəliklər odur ki, bu cür öhdəliklər özündə müxtəlif müqavilə öhdəliklərinin elementlərini birləşdirir. Məsələn, 

vətəndaş jinsi əlamətləri ilə müəyyən edilən əşyanı (məsələn, taxılı, unu, pambığı və s.) saxlamaya verir. Belə 

halda saxlama öhdəliyi yaranır. O, saxlayıcıya icazə verir ki, həmin əşyadan istifadə etsin. Saxlayıcı həmin əş-

yadan istifadə etməklə, ona mülkiyyət hüququ əldə edir. Belə halda borc öhdəliyi əmələ gəlir. Öhdəlik isə bü-

tövlükdə iki müxtəlif müqavilə öhdəliyinin, yəni saxlama və borc öhdəliklərinin elementlərini özündə birləşdi-

rən qarışıq öhdəliyə çevrilir. Başqa bir misalda mal göndərmə öhdəliyində tərəflər müəyyən məsələlər barədə 

razılığa gələ bilərlər: malın daşınması (daşıma öhdəliyi); malın saxlanması (saxlama öhdəliyi); malın sığorta-

lanması (sığorta öhdəliyi). Belə halda öhdəlik özündə dörd (mal göndərmə; daşıma; saxlama; sığorta) öhdəliyin 

elementlərini birləşdirən qarışıq (kompleks) öhdəlik kimi çıxış edir. 

Öhdəlik yaranan anda öhdəliyin icra predmetinin müəyyən olunması dərəjəsinə görə öhdəliklər üç cür 

olur: birpredmetli öhdəliklər; alternativ öhdəliklər; fakultativ öhdəliklər.  



Birpredmetli öhdəliklər odur ki, bu öhdəliklərə görə borclu şəxs kreditora dəqiq və konkret olaraq müəy-

yən edilmiş əşya verir. Məsələn, vətəndaş (satıcı) Bakı şəhərinin  nqilab küçəsindəki 5 saylı yaşayış evini alıcı-

ya satır.  

Alternativ öhdəliklər (latınca  «alternare»  — dəyişmək) odur ki, bu öhdəliklərə  görə borclu şəxs kreditor 

üçün mümkün olan iki və daha artıq hərəkətdən birini etməyə borclu olur. Bu cür öhdəliklər borclu şəxsin kre-

ditora bu və ya digər əmlak verməsini nəzərdə tutur. Alternativ öhdəliklərdə öhdəliklərin icra predmetləri sada-

lanır, yəni mümkün olan bir neçə icra variantı təklif olunur.  cra variantını seçmək hüququ, əgər müqavilədən, 

Mülki Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya məxsusdur (MM-in 434-

cü maddəsinin 1-ji bəndi). Seçmək hüququ kreditora da məxsus ola bilər. Məsələn, qüsuru olan mal satılarkən 

istehlakçı (kreditor) satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir (« stehlakçıların 

hüquqlarının müdafiəsi haqqında» qanunun 7-ji maddəsinin 1-ji bəndi): lazımi keyfiyyətli mala dəyişdirməyi; 

satış  qiymətini  uyğun  məbləğdə  azaltmağı;  malın  qüsurlarının  satıcının  (və  ya  istehsalçının)  hesabına  aradan 

qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini və s. 

Alternativ öhdəliklər icra predmetinin çoxluğunu nəzərdə tutan öhdəliklərdir. Lakin o, vahid öhdəlik hesab 

edilir. Bu öhdəliklərin «məzmunu həm məlum, həm də qeyri-məlumdur». Alternativ öhdəlikləri hələ Roma hü-

ququ da tanıyırdı. 

Fakultativ öhdəliklər (latınca «facultas» — imkan, qabiliyyət, qeyri-məcburi) odur ki, bu öhdəliklər borclu 

şə

xs tərəfindən müəyyən hərəkət edilməsini (müəyyən predmet verilməsini) nəzərdə tutur, lakin bu hərəkəti et-



mək mümkün olmadıqda, ona predmeti əvvəljə müəyyən edilmiş digər predmetlə əvəz etmək imkanı verilir. Bu 

öhdəlik şərtləşdirilmiş predmetin əvəzində başqa bir predmet verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məsə-

lən, girov öhdəliyində girov saxlayan girov predmetini itirir. Belə halda girovun predmetini qaytarmaq mümkün 

olmur. Öhdəliyin icra predmeti pul verilməsi ilə əvəz edilir (MM-in 285-ji maddəsinin 3-cü bəndi). Başqa bir 

misalda podrat müqaviləsi üzrə podratçı sifarişçi üçün məmulat (məsələn, ev üçün pənjərə qapıları) hazırlayır. 

Sifarişçi həmin məmulatda qüsur aşkar etdiyinə görə onu qəbul etmir. Podratçı yeni məmulat hazırlayır. Bunun-

la öhdəliyin icra predmeti başqa məmulatla əvəz edilir (MM-in 763-cü maddəsinin 1-ji bəndi). 

Fakultativ öhdəliklərdə icra predmeti həmişə məlum olur. Bu xüsusiyyətilə o, alternativ öhdəlikdən fərqlənir. 

Fakultativ öhdəlik icranın başqa predmetlə əvəz edilməsinin mümkünlüyünü nəzərdə tutan öhdəlikdir. Bu öhdə-

liyi də Roma hüququ tanıyırdı. Fakultativ öhdəlik Almaniya Mülki Qanunnaməsinə də məlumdur (§249). Bu 



 

393


növ öhdəliyi Yaponiya qanunvericiliyi də nəzərdə tutur. Yaponiya MM-i fakultativ öhdəliyə münasibətdə qay-

da müəyyənləşdirmir. Həmin öhdəlik, adətən, müqavilədən  yaranır. Bununla belə, o, hüquq norması əsasında 

da əmələ gələ bilər. Məsələn, xarici valyutada ifadə edilən öhdəliyin icrası yapon iyeni ilə əvəz oluna bilər (Ya-

poniya MM-in 403-cü maddəsi). 



Bir-birilə qarşılıqlı əlaqədə olmasına və birinin digəri üçün kəsb etdiyi əhəmiyyətin dərəjəsinə görə öh-

dəliklər iki növə bölünür: əsas öhdəliklər; aksessor öhdəlikləri. 

Ə

sas öhdəliklər odur ki, bu öhdəliklər əlavə öhdəliklərə ehtiyac olmadan müstəqil surətdə mövcud olur. Hə-

min öhdəliklərin taleyi hər hansı bir öhdəlikdən asılı olmur. Məsələn, alqı-satqı, icarə, kirayə, borc və s. öhdə-

liklər əsas öhdəlik növünə şamil edilir. Əsas öhdəliklərə baş öhdəliklər də deyilir.  

Aksessor öhdəlikləri odur ki, bu öhdəliklər yalnız əsas (baş) öhdəliklər mövcud olduqda yaranır və onunla 

qırılmaz  qarşılıqlı  əlaqədə  olur.  Aksessor  öhdəliklərinin  (latınca  «accessorius»  —  əlavə,  törəmə)  taleyi  əsas 

(baş)  öhdəliklərdən  asılı  olur.  Əsas  öhdəliyin  etibarsızlığı  aksessor  öhdəliyinin  də  etibarsızlığına  səbəb  olur. 

Ə

sas öhdəliklər xitam edildikdə, əlavə öhdəliklər də ləğv olunur. Onlar qeyri-müstəqil olub, yardımçı xarak-



ter daşıyır. Bir qayda olaraq, əsas (baş) öhdəliklərin lazımınja icrasını təmin etmək bu öhdəliklərin məqsədini 

və təyinatını şərtləndirir. Aksessor öhdəliklərinə törəmə, qeyri-müstəqil və əlavə öhdəliklər də deyilir. Bu öhdə-

liklərə zaminlik, dəbbə pulu və s. ilə bağlı yaranan öhdəlikləri misal çəkmək olar. Girov da aksessor öhdəliyi 

hesab edilir. Məsələn, sahibkar bankdan kredit alır və öz daşınar əmlakına olan mülkiyyət hüququnu girov qo-

yur. Əsas öhdəlik kredit öhdəliyidir. Girov isə bu öhdəliyin lazımınja icra edilməsini təmin edir. 

cranın subyekti kimi əlamətə görə öhdəliklər (şəxsi xarakterli öhdəliklər) iki cür olur: borclunun şəxsiy-

yəti ilə bağlı olan öhdəliklər; kreditorun şəxsiyyəti ilə bağlı olan öhdəliklər. Bu öhdəliklərin hər ikisi şəxsi xa-



rakterli öhdəliklərə şamil edilir. 

Borclunun şəxsiyyəti ilə bağlı olan öhdəliklər odur ki, bu öhdəliklər icranın yalnız şəxsən borclu tərəfin-

dən həyata keçirilməsini və başqa şəxsə həvalə edilməməsini nəzərdə tutur. Bu cür öhdəliyə misal olaraq rəssa-

mın şəkil (portret) çəkməsini, vəkalət alanın tapşırıq müqaviləsi əsasında tapşıranın tapşırığını şəxsən icra etmə-

sini və s. göstərmək olar. Belə öhdəliklərdə borclunun başqası ilə əvəz edilməsi mümkün deyil və bu, yolveril-

məzdir. Borclunun ölümü və ya hüquqi şəxsin ləğv edilməsi ilə öhdəlik də xitam olunur, onun icrasının hüquqi 

varislik qaydasında həyata keçirilməsi istisna edilir, yəni hüquqi varislər (vərəsələr) belə öhdəliyi icra edə bil-

məzlər. 

Kreditorun  şəxsiyyəti  ilə  bağlı  olan  öhdəliklər  odur  ki,  bu  cür  öhdəliklər  kreditorun  başqa  birisilə  əvəz 

edilməsinin mümkün olmamasını nəzərdə tutur. Bu öhdəliklərdə kreditorun dəyişdirilməsi yolverilməzdir. Mə-

sələn, alimentlər haqqında, həyat və sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında öhdəliklər bu cür 

öhdəliklərə misal ola bilər; aliment alan şəxs (kreditor) ölür və bu zaman onu başqa bir şəxslə əvəz etmək qeyri-

mümkündür.  

Şə

xsi etimad təbiətli öhdəliklər şəxsi xarakterli öhdəliklərin yarımnövüdür. Bu cür öhdəliklər tapşırıq mü-

qaviləsindən əmələ gəlir. Bu öhdəliklərin xüsusiyyəti ondan ibarətdir ki, həmin öhdəliklərin hər bir iştirakçısı 

hər hansı dəlil gətirmədən birtərəfli qaydada öhdəliyi ləğv edə bilər (MM-in 786-jı maddəsinin 1-ji bəndi). Tap-

ş

ırıq öhdəliyinə görə, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. Bununla belə, tapşırıq öhdəliyinin tərəflə-



ri, yəni vəkalət verən və ya vəkalət alan öldükdə, öhdəlik, bir qayda olaraq, ləğv edilir (MM-in 786-jı maddəsi-

nin 2-ji bəndi). Öhdəliyin bu növü Roma hüququnun dili ilə fidusiar öhdəlik də adlanır. 

Ə

mələ gəlmə  əsaslarına görə öhdəliklər iki cür olur: müqavilə öhdəlikləri; müqavilədənkənar öhdəliklər. 

Müqavilə öhdəlikləri dedikdə, müqavilə əsasında yaranan öhdəliklər başa düşülür. Bu cür öhdəliklərin yaran-

masını şərtləndirən müqavilələr normal iqtisadi dövriyyəni qaydaya salır. 



Müqavilədənkənar öhdəliklər o öhdəliklərdir ki, onların yaranması birtərəfli əqdlərlə (hərəkətlərlə) və ya 

hüquqazidd hərəkətlərlə bağlı olur. Birtərəfli əqdlərdən (hərəkətlərdən) əmələ gələn öhdəliklərə aiddir: xü-

susi mükafatlandırma vədi öhdəliyi; müsabiqə öhdəliyi; özgəsinin işini tapşırıqsız aparma öhdəliyi; oyunların 

və mərclərin keçirilməsindən əmələ gələn öhdəlik. 



Hüquqazidd  hərəkətlərdən  əmələ  gələn  öhdəliklərə  aiddir:  əsassız  varlanmadan  əmələ  gələn  öhdəlik 

(kondikasiya öhdəliyi); ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik (delikt öhdəliyi). 

Ə

mələ gəlmə əsasına görə öhdəliklərin qanundan əmələ gələn öhdəliklər kimi növü fərqləndirilir (MM-in 



8-ji bölməsi, 57-ji və 58-ji fəsillər). Bu cür öhdəliklər qanunun göstərişləri əsasında əmələ gəlir. Bu cür öhdəli-

yə aiddir: özgənin işlərini tapşırıqsız aparma; əsassız varlanma. Yeri gəlmişkən, onu qeyd edək ki, delikt öhdə-

likləri də qanundan əmələ gələn öhdəliklərdir. Ona görə ki, zərərvuran vurulmuş zərərin əvəzini öz arzusu və is-

təyi əsasında yox, qanunun göstərişinə əsasən ödəməyə borcludur. 

Öhdəliklərin pul öhdəlikləri adlı xüsusi xarakterli növü fərqləndirilir (MM-in 439-cu maddəsi). Pul öhdəlik-

lərini Roma hüququ da nəzərdə tutmuşdu.  



 

394


Pul öhdəliklərinin obyektini borclunun pul verilməsinə yönələn hərəkəti təşkil edir. Bu öhdəliklərin pred-

meti kimi pul çıxış edir. Pul dedikdə, həm nağdsız, həm də nağd pul başa düşülür. Nağdsız pul pul vəsaitinə 

(bank hesablarında və əmanətlərində olan pula), nağd pul isə kağız və metal pullara deyilir. 

Pul öhdəliyi manatla ifadə olunur. Manat Azərbaycan Respublikasının pul vahididir. Pul öhdəliyinin xarici 

valyutada icra edilməsini qanun yasaqlayır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahid-

lərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır (Konstitusiyanın 19-cu maddəsinin 3-cü hissəsi). 

Bununla belə, pul öhdəliyinin xarici valyuta ilə icra olunmasına yol verilir. Belə ki, əgər pul öhdəliyində işti-

rak edən tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olarsa, tərəflər pul öhdəliyini xarici valyutada müəyyən-

ləşdirə bilərlər (MM-in 439-cu maddəsinin 1-ji bəndi). Lakin vacibdir ki, bu, qanunla qadağan edilməsin.  

Pul öhdəlikləri, bir qayda olaraq, əvəzli müqavilələrdən əmələ gəlir. Belə ki, əmlakın verilməsinə (məsələn, 

alqı-satqı müqaviləsi üzrə), iş görülməsinə (məsələn, podrat müqaviləsi üzrə), xidmət göstərilməsinə (məsələn, 

daşıma müqaviləsi üzrə) və s. görə borclu şəxs kreditora pul ödəyir. Bu öhdəlik hüquqazidd hərəkətlərdən də 

yarana bilər. Məsələn, vurulmuş zərərin əvəzi pulla ödənilə bilər. Pul öhdəliyi əsassız varlanma ilə də bağlı ola-

raq  yarana  bilər.  Belə  ki,  öhdəlikdən  kənar  ödənilmiş  pul  əsassız  varlanma  hesab  edilir  və  o  qaytarılmalıdır. 

Bundan əlavə, əsassız varlanma nəticəsində əldə edilən əmlakın özünü qaytarmaq mümkün olmadıqda, həmin 

ə

mlakın dəyəri pulla ödənilir. Məsələn, satış bazası əhaliyə satmaq üçün 1 saylı univermağın əvəzinə, səhvən 2 



saylı univermağa 100 ədəd soyuducu göndərir. Soyuducular müştərilərə satılır. 2 saylı univermaq əsassız varla-

nan şəxs hesab edilir. Əsassız varlanma öhdəliyi yaranır. Bu öhdəliyə əsasən, 2 saylı univermaq, soyuducuların 

özünü qaytarmaq mümkün olmadığına görə onların dəyərini ödəyir. 

Müasir dövriyyəyə elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklədə məlumdur. Xüsusi xa-

rakterə malik olan bu öhdəliklər «Elektron imza və elektron sənəd haqqında» qanunla (2004), «Elektron ticarət 

haqqında» qanunla (2005), habelə Mülki Məcəllə ilə tənzimlənir (MM-in 386-jı maddəsinin 4-cü bəndi). 

Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklər dedikdə, informasiya sistemlərindən istifadə et-

məklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı yaranan öhdəliklər başa düşü-

lür. Bu öhdəliklər satıcı (təjhizatçı) və alıcı (sifarişçi) arasında yaranır. Həmin öhdəliklərə elektron ticarət öh-

dəlikləri də deyilir. 

Natural  öhdəlik  də  öhdəliyin  bir  növü  sayılır.  cra  edilməsi  məcburi  surətdə  iddia  (məhkəmə)  qaydasında 

mümkün olmayan öhdəliyə natural öhdəlik deyilir. Bu öhdəlik növünün əsasını Qədim Roma xüsusi hüququna 

məlum olan «çılpaq hüquq» (nudum cus) təşkil edir. Məhkəmə müdafiəsi ilə təmin olunmayan və məcburi surətdə 

həyata keçirilə bilməyən hüquq «çılpaq hüquq» adlanır. 

Natural öhdəlik Fransa, Hollandiya və s. ölkələrin qanunvericiliyinə məlumdur. Azərbaycan Respublikasının 

da mülki hüququnda bu növ öhdəlik nəzərdə tutulmuşdur. Belə ki, oyunlar və ya mərclərlə bağlı olaraq yaranan 

borcun ödənilməsi natural öhdəlikdir; əgər belə borc ödənilməzsə, bu məsələ məcburi surətdə məhkəmə (iddia) 

qaydasında həll edilə bilməz. Ona görə ki, oyun və mərc üzrə heç bir tələb hüququ əmələ gəlmir (MM-in 1084-

cü maddəsi). 



 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə