MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə63/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   91
§ 4. Öhdəliyin subyektləri 

1. Öhdəlikdə şəxslər çoxluğ

MM-in öhdəliyin leqal anlayışını nəzərdə tutan 385-ji maddəsinin müəyyən etdiyi göstərişdən belə məlum 

olur ki, ümumi qaydaya görə, adətən, öhdəlikdə iki tərəf çıxış edir: kreditor; borclu şəxs. Bu tərəflərin ümumi 

adıdır. Lakin ayrı-ayrı öhdəlik növlərində həmin tərəflər xüsusi ada malik olurlar. Məsələn, alqı-satqı öhdəliyin-

də alıcı-satıcı, icarə öhdəliyində icarəçi - icarəyə verən, əmlak kirayəsi öhdəliyi üzrə kirayəçi - kirayəyə verən, 

lizinq öhdəliyi üzrə lizinq alan - lizinq verən, françayzinq öhdəliyi üzrə françayz alan - françayz verən və s. tə-

rəflərin xüsusi adlarıdır. Belə təsəvvür yaranır ki, öhdəlikdə bir kreditor və bir borclu şəxs iştirak edir. Adətən, 

tərəflərdən hər birini bir şəxs təmsil edir. 

Bununla belə, qeyd etmək lazımdır ki, mülki qanunvericilik öhdəlikdə ikidən çox tərəfin iştirak etməsinə 

yol verir. Belə ki, öhdəlikdə kreditor və ya borclu kimi eyni zamanda bir neçə şəxs iştirak edə bilər (MM-in 

387-ji maddəsinin 1-ji bəndi). Başqa sözlə desək, öhdəlikdə kreditora qarşı bir neçə borclu şəxs dura bilər. Mə-

sələn, iki vətəndaş avtomobili qaçırarkən avtomobil tamam dağılıb sıradan çıxır. Hər iki vətəndaş zərərin əvəzi-

ni mülkiyyətçiyə ödəməlidirlər. Bir neçə kreditor eyni bir borclu şəxsdən öhdəliyin icrasını tələb etmək hüqu-

quna malik ola bilərlər. Məsələn, ər-arvaddan hər birinin onların ümumi mülkiyyətində olan torpağın icarəsi üz-

rə haqq verilməsini tələb etmək hüququ vardır. Elə hallar da ola bilər ki, öhdəlikdə eyni zamanda bir neçə kre-

ditor və bir neçə borclu şəxs çıxış edə bilər. Belə halda öhdəlikdə şəxslər çoxluğu haqqında söhbət gedə bilər. 

Bu cür öhdəliklər çoxsaylı şəxslərin iştirak etdikləri öhdəliklər adlandırılır. Həmin öhdəliklər iştirakçıların sayı-

na görə mürəkkəb xarakterə malikdir. 

Öhdəlikdə şəxslər çoxluğu anlayışını hələ Roma hüququ da tanıyırdı. Bu anlayışla bir neçə kreditoru və ya 



 

395


bir neçə borclu şəxsi olan öhdəlik əhatə olunmuşdu. Bəzi xarici ölkələrin qanunvericiliyi də öhdəlikdə şəxslər 

çoxluğu  anlayışını  nəzərdə  tutur.  Məsələn,  Almaniya  Mülki  Qanunnaməsinin  ikinci  kitabının  6-jı  bölməsi 

«Borcluların və kreditorların çoxluğu» adlanır (§420-432). Bizim MM-də belə adlanır (25-ji fəsil). Öhdəlikdə 

şə

xslər çoxluğu anlayışı Yaponiya qanunvericiliyinə də məlumdur. Yaponiya MM-in 427-465-ji maddələri hə-



min məsələni tənzimləyir. Sivilistika doktrinası öhdəlikdə şəxslər çoxluğuna bir neçə kreditorun və ya bir neçə 

borclu şəxsin iştirak etdiyi öhdəlik kimi anlayış verir. 

Beləliklə, çoxsaylı şəxslərin iştirak etdiyi öhdəliklər dedikdə, ya borclu tərəfində, ya kreditor tərəfində

ya da həm borclu, həm də kreditor tərəfində bir yox, bir neçə şəxsin iştirak etməsi başa düşülür. Öhdəlikdə 

çoxsaylı şəxslərin kreditor və ya borclu şəxs tərəfində çıxış etməsi əlamətinə görə bu öhdəliklərin üç növü fərq-

ləndirilir: passiv çoxluq; fəal çoxluq; qarışıq çoxluq. 

Passiv çoxluq öhdəlikləri odur ki, bu cür öhdəliklərdə borclu tərəfində bir neçə şəxs iştirak edir. Bu, onunla 

bağlıdır ki, borclu şəxs öhdəliyin passiv iştirakçısıdır. Məsələn, dörd nəfər vətəndaş minik avtomobilini qaçırar-

kən avtomobil dağdan aşır və istifadə üçün tam yararsız vəziyyətə düşür. Belə halda zərər vurma nəticəsində 

öhdəlik  (delikt  öhdəliyi)  yaranır.  Bu  öhdəlikdə  borclu  tərəfində  avtomobili  qaçıran  dörd  nəfər  vətəndaş  çıxış 

edirlər. 

Fəal çoxluq öhdəlikləri odur ki, bu cür öhdəliklərdə kreditor tərəfində bir neçə şəxs iştirak edir. Bu, onunla 

ə

laqədardır ki, kreditor öhdəliyin fəal tərəfi hesab olunur. Məsələn, üç hüquqi şəxs öz vəsaitlərini payçılıq (his-



sə)  əsasında  birləşdirərək,  yaşayış  binası  tikmək  üçün  tikinti  təşkilatına  (podratçıya)  sifariş  verir.  Belə  halda 

podrat öhdəliyi əmələ gəlir. Bu öhdəlikdə kreditor, yəni sifarişçi tərəfində üç hüquqi şəxs çıxış edir. 



Qarışıq  çoxluq  öhdəlikləri  odur  ki,  bu  öhdəliklərdə  həm  kreditor,  həm  də  borclu  şəxs  tərəfində  bir  neçə 

şə

xs iştirak edir. Məsələn, yaşayış evi vəsiyyət əsasında atadan dörd nəfər vərəsəyə keçir. Həmin vərəsələr evi 



iki nəfər vətəndaşa — ər -arvada satırlar. Bu halda həm kreditor tərəfində, həm də borclu tərəfində bir neçə şəxs 

çıxış edir. 



Çoxsaylı şəxslərin iştirak etdiyi öhdəliklər kreditorların irəli sürdüyü tələbin və borcluların daşıdığı 

vəzifənin həcminə görə iki növə ayrılır: paylı (hissə-hissə) öhdəliklər; birgə öhdəliklər. 

Paylı (hissə-hissə) öhdəliklər odur ki, bu öhdəliklərdə kreditorlardan hər biri öhdəliyin icrasını öz payları 

(hissələri) həcmində tələb edir və yaxud borclu şəxslərdən hər biri öhdəliyi öz payları həcmində icra edir. Bu 

cür  öhdəliklərdə  borclulardan  hər  biri  özü  üçün,  yalnız  öz  payına  görə  javabdehdir.  Hər  bir  kreditor  isə  ona 

məxsus olan müəyyən pay (hissə) həcmində öhdəliyin icrasını tələb edə bilər. Özü də öz payı həcmində öhdəli-

yi icra edən borclu üçün öhdəlik xitam edilir, qalan borclular üçün isə öhdəlik ləğv edilmir, öz qüvvəsini saxla-

yır. 


Qeyd etmək lazımdır ki, vərəsəlik işlərində paylı öhdəliklərin praktiki əhəmiyyəti daha çoxdur. Belə ki, mi-

ras qoyan öldükdən sonra miras əmlak (miras aktivi və miras passivi) vərəsələr arasında bölüşdürülən zaman 

paylı öhdəliklər haqqında normalar vacib rol oynayır. 

Paylı öhdəliklərin tərəfləri təmin edənlərin sayına görə üç növü fərqləndirilir: passiv çoxluq; fəal çoxluq; qa-

rışıq  çoxluq.  Passiv  paylı  çoxluqda  borclulardan  hər  biri  öz  payı  (hissəsi)  həcmində  öhdəliyi  icra  edir,  yəni 

kreditorun  xeyrinə  hərəkət  edir.  Məsələn,  məhkəmə  zərəri  birlikdə  vurmuş  şəxslərin  üzərinə  zərərin  əvəzini 

ödəmək vəzifəsini paylarla (hissələrlə) qoya bilər (MM-in 1113-cü maddəsinin 2-ji bəndi). 

Fəal paylı çoxluqda kreditorların hər biri borcludan öhdəliyin icrasını öz payı (hissəsi) həcmində tələb et-

mək ixtiyarına malikdir. Məsələn, vəsiyyət yolu ilə atadan bərabər paylarla vərəsələrə (dörd nəfərə) keçən yaşa-

yış evini onlar qonşuya 40 min manata satırlar. Onlardan hər birinin payı (40 000 : 4) 10 min manatdır. Vərəsə-

lərdən hər biri borcludan (qonşudan) yalnız 10 min manat (öz payı həcmində) pulun verilməsini tələb edə bilər. 



Qarışıq  paylı  çoxluqda  kreditorlardan  hər  biri  ona  çatası  payı  (hissəni)  tələb  etmək  hüququna  malikdir, 

borclulardan hər biri isə öhdəliyi ona düşən pay (hissə) həcmində icra edir. Yuxarıdakı misalda dörd nəfər vərə-

sə yaşayış evini payları bərabər olan (yəni hər biri 10 min manat) dörd nəfər vətəndaşa satır. Hər bir vərəsə 10 

min manat tələb edə bilər, hər bir borclu (vətəndaş) isə yalnız 10 min manat ödəməyə borcludur. 

Mülki qanunvericilik paylı çoxluğun prezumpsiyasını müəyyən edir. Belə ki, əgər müqaviləyə, qanuna və 

ya  öhdəlik  predmetinin  bölünməzliyinə  əsasən  birgə  (solidar)  çoxluq  əmələ  gəlməzsə,  onda  paylı  çoxluqdan 

söhbət gedə bilər. Deməli, müqavilədə və qanunda nəzərdə tutularsa və ya öhdəliyin predmetini bölmək müm-

kün olmazsa, onda birgə (solidar) çoxluq yaranır. Belə təsəvvür yaranır ki, birgə çoxluğun əmələ gəlməsinin üç 

ə

sası var: müqavilə; qanun; öhdəliyin predmeti olan əmlakın paylara (hissələrə) bölünməsinin mümkün olma-



ması faktı (MM-in 493-cü maddəsinin 2-ji bəndi, 500-cü maddəsinin 2-ji bəndi). Azərbaycan Respublikasının 

mülki qanunvericiliyinə görə, bütün öhdəliklər paylı öhdəlik hesab edilir, bir şərtlə ki, müqavilədə, qanunda bir-

gə (solidar) öhdəlik nəzərdə tutulmasın və ya öhdəliyin predmeti olan əmlakın bölünməməsinə əsasən birgə (so-

lidar) öhdəlik əmələ gəlməsin. Qeyd etmək lazımdır ki, paylı öhdəliklərdə kreditorların tələb hüquqları və ya 



 

396


borcluların öhdəlikləri (borcları) paylara bölünür. Birgə öhdəliklərdə isə tələb hüquqları və ya öhdəliklər (borc-

lar) paylara bölünmür. Yalnız bölünən öhdəliklər (yəni predmeti bölünən öhdəliklər) paylı öhdəlik ola bilər. 



Birgə, yəni solidar öhdəlik (latınca «solidus» — tam, bütöv) odur ki, bu öhdəliyə görə kreditorlardan hər 

biri borcludan tam icranı tələb edə bilər və ya borclulardan hər birinə öhdəliyi tam icra etmək vəzifəsi həvalə 

oluna bilər. Bu öhdəliyin üç növü vardır: passiv birgə çoxluq; fəal birgə çoxluq; qarışıq birgə çoxluq. 

Passiv birgə çoxluq bu öhdəliklərin ən geniş yayılmış növüdür. Əgər öhdəlikdə bir kreditora qarşı bir neçə 

birgə borclu şəxs durarsa, onda bu cür öhdəlik passiv birgə çoxluq adlanır. Bu öhdəlikdə borclunu təmsil edən 

tərəf birgə borclular adlanır. Birgə borclular o şəxslərdir ki, onlardan hər biri öhdəliyin tam icrasında iştirak 

etməyə borcludur, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdir (MM-in 500-cü maddəsi-

nin 1-ji bəndi). Bu münasibətlərdə hər şey kreditorun iradəsindən asılıdır. Belə ki, kreditor icranı istənilən borc-

ludan tələb edə bilər. Şübhəsiz ki, onun icranı bütün borclulardan birlikdə tələb etmək ixtiyarı da vardır. 

Kreditorun ixtiyarı var ki, o, istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb etsin. Bu, kre-

ditorun arzusundan asılıdır. Məsələn qonşu (kreditor) bir otaqlı mənzili ər-arvada satır. Qonşu ər-arvaddan hər 

birinə mənzilin pulunun tam ödənilməsi barədə tələb irəli sürə bilər. O, ər və ya arvaddan hissə-hissə icranı da 

tələb edə bilər. 

Birgə borclulardan biri (adətən, təminatlı və imkanlı olan) öhdəliyi tam icra edə bilər. Bu halda öhdəliyə xi-

tam verilir. Yuxarıdakı misalda arvad mənzilin pulunu tam ödəyir və alqı-satqı öhdəliyi ləğv edilir. Bununla qa-

lan borclular icradan azad edilir. Beləliklə, borclulardan birinin öhdəliyi tam icra etməsi öhdəliyin ləğvinə 

səbəb  olur.  Lakin  birgə  borclular  arasında  hüquqi  əlaqə  davam  edir.  Belə  ki,  qanun  öhdəliyi  tam  icra  etmiş 

borcluya çəkdiyi xərclərin əvəzinin ödənilməsi barədə qalan borclulara tələb irəli sürmək hüququ verir (MM-in 

509-cu maddəsi). Bu hüquq geriyə tələb hüququ və ya reqres adlanır. Reqres qaydasında tələb hüququ dedik-

də, birgə öhdəliyi tam icra etmiş borclunun qalan borclulara verdiyi tələb başa düşülür. Tələb çəkilən xərclərin 

borclular tərəfindən kompensasiya edilməsini nəzərdə tutur. Birgə borclulardan hər biri çəkilən xərci öz payları-

na mütənasib surətdə kompensasiya edir. Belə halda öhdəliyi tam icra etmiş borclunun payı çıxılır. O, yerdə qa-

lan digər borclulara münasibətdə kreditor kimi çıxış edir. Özü də onlar kreditor rolunda çıxış edən borclu qarşı-

sında öz payları həcmində məsuliyyət daşıyırlar. Deməli, bu cür reqres öhdəlik paylı öhdəlik hesab edilir. Mə-

sələn, kənd sakini beş nəfər üzvü olan kəndli (fermer) təsərrüfatına qiyməti 50 min manat olan yük maşını satır. 

Üzvlər öz aralarında razılığa gəlirlər ki, yük maşını üçün ödənilməli olan pul məbləği bərabər paylarla (hissələr-

lə) verilsin. Hər bir üzvün payı 10 min (50 000 : 5) manat müəyyən edilir. Təsərrüfat üzvlərindən (birgə borclu-

lardan)  biri  yük  maşınının  pulunu  ödəyir.  Bundan  sonra  o,  kənd  sakini  olan  kreditora  (satıcıya)  ödədiyi  pul 

məbləğini  kompensasiya  etmək  üçün  hər  bir  təsərrüfat  üzvünə  (birgə  borclulardan  hər  birinə)  10  min  manat 

məbləğində — jəmi 40 min manat (onun öz payı çıxılır, yəni 50 min – 10 min.) məbləğində reqres tələb irəli sü-

rür.  

Bəzən elə hallar olur ki, birgə borclulardan biri ölür. Belə halda öhdəlikdə onu vərəsələr əvəz edirlər. Əgər 



bir vərəsə olarsa, kreditorun tələbini o icra edir. Vərəsələr bir neçə nəfərdən ibarət olduqda, onda onlardan hər 

biri kreditorun tələbini öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Bəzən də elə vəziyyət yaranır 

ki, birgə borclulardan birinin ödəniş qabiliyyəti olmur, yəni o müflisləşir. Birgə borclulardan digərləri isə ödə-

niş qabiliyyətli hesab edilir. Belə halda onlar ödəniş qabiliyyəti olmayan borcluya düşən payı öz aralarında mü-

tənasib surətdə bölüşdürür və öhdəliyi icra edirlər.  

Fəal birgə çoxluq öhdəlikləri odur ki, bu cür birgə öhdəliklərdə bir borclu və bir neçə kreditor çıxış edir. Bu 

öhdəliklərdə birgə kreditorlardan hər biri borcludan öhdəliyin tam icrasını tələb edə bilər. Öhdəlikdə kreditor 

tərəfi birgə kreditorlar təmsil edir. Birgə kreditorlar o şəxslərdir ki, onlardan hər birinin tam icranı tələb etmək 

hüququ vardır, bir şərtlə ki, borcluya yalnız birdəfəlik icra həvalə olunsun (MM-in 493-cü maddəsinin 1-ji bən-

di). 

Birgə kreditorların borcluya irəli sürdüyü tələblər birgə tələblər adlanır. Birgə tələblər o halda mövcud olur 



ki, tələb etmək hüququ birgə surətdə bir neçə şəxsə məxsus olsun. Həmin tələblərin üç əmələ gəlmə əsası var-

dır: müqavilə; qanun; öhdəliyin predmetinin bölünməməsi faktı (MM-in 493-cü maddəsinin 2-ji bəndi). 

Tələb verilən ana kimi borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər. Məsələn, minik avto-

mobili vərəsəlik qaydasında atadan vərəsələrə keçir. Vərəsələr həmin avtomobili vətəndaşa satır. Belə halda və-

rəsələrdən (birgə kreditorlardan) hər biri vətəndaşdan (borcludan) avtomobilin pulunun verilməsini tələb edə bi-

lər. Vətəndaş isə bu barədə tələb irəli sürülməmişdən əvvəl öz arzusu ilə avtomobilin pulunu vərəsələrdən biri-

nə verə bilər. 

Borclu  şəxsin  öhdəliyi  kreditorlardan  birinə  tamamilə  icra  etməsi  müəyyən  hüquqi  nəticələrə  səbə

olur. Belə ki, bu, öhdəliyin xitam olunmasına səbəb olur. Bununla o, kreditor qarşısında məsuliyyətdən azad edi-

lir. Bununla belə, birgə kreditorlar arasında hüquqi əlaqə davam edir. Borclu öhdəliyi tamamilə icra etdikdə, icra-



 

397


nın predmetini əldə edən kreditor birgə kreditorlardan hər birinə düşən payı ödəyir. Yaranan bu yeni münasibət-

lərdə borcludan icra predmetini əldə edən şəxs borclu, yerdə qalan digər birgə kreditorlar isə kreditor rolunda çıxış 

edirlər. Özü də icra predmeti birgə kreditorlar arasında bərabər paylar əsasında bölünür. Tərəflərin razılığı ilə icra 

predmeti bərabər olmayan paylar əsasında da bölüşdürülə bilər. Bu halda paylı öhdəlik yaranır. 

Bəzən də elə hallar yaranır ki, bu və ya digər səbəbə görə birgə kreditorlardan biri borclu barəsində tələbdən 

imtina edir. Məsələn, yuxarıdakı misalda birgə kreditorlar rolunda çıxış edən vərəsələrdən biri minik avtomobi-

linə olan payından imtina edir. Bu hal müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, birgə kreditorlardan biri-

nin borclu barəsində tələbdən imtina etməsi borclunun həmin kreditora çatan hissəni ödəməkdən azad olunma-

sına səbəb olur (MM-in 496-jı maddəsi). Bu, onlar arasında bağışlama münasibətinin yaranmasına səbəb olur. 

Tələb hüququ bu münasibətin predmetini təşkil edir.  

Birgə kreditorlardan biri ölə bilər. Bu, münasibətlərin ləğv olunmasına səbəb olmur. Belə hallarda ölən kre-

ditorun yerini onun vərəsəsi tutur. Vərəsə həmin münasibətlərdə ölən kreditoru əvəz edir. Başqa sözlə desək, 

ölən  kreditorun  tələb  hüququ  onun  vərəsələrinə  keçir.  Əgər  onun  bir  vərəsəsi  varsa,  tələb  hüququnun  hamısı 

ona keçir. Əgər onun bir neçə vərəsəsi olarsa, onda vərəsələrdən hər birinə borca olan hüququn yalnız onun və-

rəsəlik payına uyğun hissəsi keçir. 

Qarışıq birgə çoxluq, yəni qarışıq birgə öhdəlik odur ki, bu cür öhdəliklərdə bir neçə kreditor və ya bir neçə 

borclu iştirak edir. Məsələn, vərəsəlik qaydasında yük avtomobili əldə edən vərəsələr (dörd nəfər) həmin avto-

mobili kəndli (fermer) təsərrüfatının beş üzvünə satır. Həyatda bu öhdəliklərə az hallarda rast gəlmək olur. Qa-

rışıq  birgə  öhdəliklərə  birgə  öhdəliklər  və  birgə  tələblər  haqqında  qaydalar  tətbiq  edilir  (MM-in  493-512-ji 

maddələri). 

Hüquq  ədəbiyyatında  bəzi  müəlliflər  birgə  və  paylı  öhdəliklərlə  bərabər,  həm  də  subsidiar  (lat. 

«subsidiarius» – ehtiyat, yardımçı) məsuliyyəti şəxslər çoxluğunun müstəqil bir növü hesab edirlər. Bu mövqe 

həqiqətdən uzaqdır. Göstərilən mövqenin əsassız və ağlabatan olmaması bir sıra səbəblərlə şərtlənir. 

Birinjisi, Azərbaycan Respublikasının MM-in 25-ji fəsli öhdəlikdə şəxslər çoxluğuna həsr edilmişdir. Bu fə-

sildə subsidiar öhdəliklər nəzərdə tutulmur. Subsidiar öhdəlik haqqında normalar MM-in başqa fəslində — 23-

cü fəslində (453-cü maddədə) yerləşdirilmişdir. RF-in MM-də də bu məsuliyyəti nəzərdə tutan normalar 25-ji 

fəslə (399-cu maddə) daxil edilir ki, bu fəsil «Öhdəliyin pozulmasına görə məsuliyyət adlanır». Halbuki öhdə-

likdə  şəxslər  çoxluğu  MM-in  «Öhdəliklərin  icrası»  adlı  22-ji  fəslində  (321-326-jı  maddələr)  nəzərdə  tutulur. 

Deməli,  nə  RF-in,  nə  də  Azərbaycan  Respublikasının  qanunvericiliyi  subsidiar  öhdəliyi  öhdəlikdə  şəxslə



çoxluğu anlayışına şamil edir. Avropa ölkələrinin mülki hüququ da bu mövqedə durur. 

kinci səbəb ondan ibarətdir ki, subsidiar məsuliyyət çoxsaylı şəxslərin iştirak etdikləri öhdəliklərin hü-



quqi modelinə yerləşmir və uyğun gəlmir. Subsidiar müqavilə öhdəliklərində elə əvvəljədən şəxslər çoxluğu 

yaranmır. Belə halda subyektlər bir-birilə qarşılıqlı əlaqədə olan, lakin öz hüquqi təbiətinə görə müxtəlif iki növ 

öhdəliyin tərəfləri kimi çıxış edirlər. Bu öhdəliklərdən biri əsas, digəri isə aksessor (əlavə, törəmə) öhdəlikdir. 

Məsələn, vətəndaş bağ evi tikmək məqsədilə bankdan kredit alır və əsas öhdəlik yaranır (vətəndaş və bank ara-

sında). Kreditin qaytarılmasını, yəni öhdəliyin icra edilməsini təmin etmək üçün vətəndaşın maddi imkana ma-

lik olan qohumlarından biri bank qarşısında zamin durur. Bu məqsədlə də onlar arasında müqavilə bağlanır və 

aksessor (əlavə) öhdəlik yaranır (vətəndaşın qohumu ilə bank arasında). Deməli, əgəşəxslər çoxluğu yalnız 

bir öhdəliklə bağlıdırsa, subsidiar öhdəlik isə əsas müqavilə öhdəliyi ilə bağlıdır

Subsidiar məsuliyyət qanun əsasında da əmələ gələ bilər. Belə halda da öhdəlikdə şəxslər çoxluğu yaranmır. 

Məsələn, qanun müəyyən edir ki, tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə bir-

gə subsidiar məsuliyyət daşıyırlar (MM-in 75-ji maddəsinin 1-ji bəndi). Satış bazası tam ortaqlı müəssisəyə mal 

satır (göndərir). Belə halda müəssisə ilə baza arasında öhdəlik əmələ gəlir. Tam ortaqlı müəssisə malın pulunu 

ödəmir. Baza tam ortaqlıq iştirakçılarının özlərinə tələb irəli sürür. Belə halda ikinci bir öhdəlik yaranır ki, bu 

subsidiar öhdəlik adlanır (bütün iştirakçılarla baza arasında). 

Müqavilədənkənar  subsidiar  öhdəliklərdə  də  şəxslər  çoxluğu  yaranmır.  Belə  halda  da  iki  öhdəlik  yaranır. 

Məsələn, on beş yaşlı yetkinlik yaşına çatmayan şəxs qonşunun əmlakını yandırır və ona ziyan vurur. Belə hal-

da öhdəlik yaranır ki, bu, ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik (delikt öhdəliyi) adlanır. Lakin zərər-

vuran şəxsin zərərin əvəzini ödəmək üçün kifayət qədər vəsaiti olmur. Buna görə də zərərin əvəzini onun vali-

deyni ödəyir (MM-in 1104-cü maddəsinin 2-ji bəndi). Valideynlə zərərçəkən qonşu arasında öhdəlik yaranır ki, 

bu öhdəlik subsidiar öhdəlik adlanır. Bu öhdəlikdə valideyn borclu şəxs, qonşu isə kreditor rolunda çıxış edir. 

Subsidiar məsuliyyət əlavə məsuliyyət deməkdir. Bu, elə bir hüquqi formadır ki, o, əsas öhdəlik üzrə icra 

predmetini almaqda (və ya zərərin əvəzini ödəməkdə) kreditorun mənafeyinin təmin olunmasına qarantiya ve-

rir. Əsas öhdəlik üzrə borclu şəxs öhdəliyi icra etmədikdə, başqa bir şəxs buna görə əlavə məsuliyyət daşıyır. 

Subsidiar məsuliyyətin mahiyyəti də məhz bundan ibarətdir. Bax, bu göstərilənlərə görə subsidiar öhdəliyi yal-


 

398


nız bir öhdəliklə bağlı olan şəxslər çoxluğuna aid etmək olmaz. Bu fikir bir çox müəlliflər tərəfindən də dəstək-

lənir. 


Bəzi xarici hüquq sistemləri (məsələn, Almaniya,  sveçrə və Hollandiya) birlikdə (müştərək) öhdəlik kimi 

xüsusi öhdəlik növü nəzərdə tutur. Bu öhdəliyə görə, bir neçə kreditor yalnız birlikdə borcluya tələb irəli sürə 

bilər və ya bir kreditor borcu almaq üçün yalnız bir dəfəyə bütün borclulara birlikdə müraciət edə bilər. Bizim 

mülki qanunvericilik bunu xüsusi öhdəlik növü kimi nəzərdə tutmur. Lakin bu növə real həyatda rast gəlmək 

olar. Belə ki, ümumi birgə mülkiyyətdə olan əmlak barəsində bu cür münasibətlər əmələ gələ bilər. Məsələn, 

həmin əmlak ər-arvadın, kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyətində ola bilər.  

2. Üçüncü şəxslərin iştirak etdikləri öhdəliklə

Üçüncü  şəxslər  öhdəlik  ilə  bağlı  yaranan  münasibətlərdə  çıxış  edən  subyektlərdən  biridir.  Öhdəliyin  əsas 

subyektləri  kreditor  və  borclu  şəxsdir.  Bu,  əsas  subyektlərin  iştirak  etdiyi  öhdəlikdir.  Həmin  öhdəlik  özünün 

subyektləri ilə, yəni ya kreditoru, ya da borclu şəxsi, ya da ki eyni zamanda həm kreditoru, həm də borclu şəxsi 

vasitəsilə digər hüquq münasibətilə bağlı ola bilər. Göstərilən bu münasibətdə üçüncü şəxslər adlı fiqur iştirak 

edirlər. Öhdəlikdə tərəf kimi, yəni həm kreditor, həm də borclu şəxs kimi iştirak etməyən şəxslərə üçüncü şəxs-



lədeyilir (MM-in 387-ji maddəsinin 3-cü bəndi). O, öhdəliklə bağlı olan həmin münasibətin subyekti hesab 

olunur. Üçüncü şəxslərin subyekt rolunda çıxış etdikləri belə hüquq münasibəti üçüncü şəxslərin iştirak etdiyi 



öhdəlik anlayışı ilə əhatə olunur. Bu öhdəlik özünün subyekt tərkibi baxımından öhdəliklərin xüsusi xarakterli 

növü hesab olunur. 

Azərbaycan Respublikası MM-inin nəzərdə tutduğu üçüncü şəxslərin iştirak etdikləri öhdəlik konstruksiyası 

Almaniya mülki qanunvericiliyinə də məlumdur. Özü də həmin analoci konstruksiyalar arasında həddən ziyadə 

yaxınlıq və oxşarlıq vardır. 

Üçüncü şəxslərin iştirak etdikləri öhdəliklərin üç yarımnövü fərqləndirilir: 

 üçüncü şəxslərin xeyrinə olan öhdəlik; 



 icra olunmuş borcun üçüncü şəxslərə həvalə olunması üzrə öhdəlik; 

 üçüncü şəxs tərəfindən icra edilən öhdəlik. 



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə