MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə64/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

Üçüncü şəxslərin xeyrinə olan öhdəlik odur ki, bu öhdəliyə əsasən, borclu icranı müqavilədə adı göstəril-

miş və ya göstərilməmiş üçüncü şəxsə, yəni öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək ixtiyarı çatan 

subyektə həyata keçirir (MM-in 403-cü maddəsinin 1-ji bəndi). Bu öhdəlik, bir qayda olaraq, müqavilələrdən 

yaranır. Belə ki, borclunun icranı üçüncü şəxsə həyata keçirməsi öhdəliyi və vəzifəsi müqaviləni bağlayan tə-

rəflərin  razılığı  ilə  müəyyənləşdirilir.  Bu  öhdəlik  həm  də  qanunvericilikdə  ifadə  olunan  göstəriş  əsasında  da 

ə

mələ gələ bilər. Məsələn, qanun müəyyən edir ki, həyat sığortası müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bi-



lər.  Yükü  yola  salanla  dpşıyıcı  (nəqliyyat  təşkilatı)  arasında  bağlanan  daşıma  müqaviləsindən  üçüncü  şəxsin 

(yük alanın) xeyrinə olan öhdəlik yaranır (MM-in 850-ji maddəsinin 1-ji bəndi). Belə hallarda qanun və müqa-

vilə mürəkkəb hüquqi tərkib olmaqla həmin öhdəliklərin əmələ gəlmə əsası kimi çıxış edir. 

Üçüncü şəxslərin xeyrinə olan öhdəlik müəyyən xüsusiyyətlərlə şərtlənir. Bu öhdəliyin ən mühüm xüsusiy-



yəti ondan ibarətdir ki, o, çoxsaylı şəxslərin iştirak etdiyi öhdəlik (öhdəlikdə şəxslər çoxluğu) kateqoriyası-

na şamil edilmir. Belə ki, üçüncü şəxs nə birgə, nə də paylı kreditor sayılır. O, öhdəliyin icrasını tamamilə və 

bütövlükdə özü üçün tələb edir. Üçüncü şəxs öhdəliyin icrasını borcludan tələb etmək hüququ olan yeni kredi-



tordur. Bununla belə, o, bəzi hallarda vəzifə də daşıya bilər. Məsələn, daşıma müqaviləsindən yaranan öhdəlik-

də yük alanın (üçüncü şəxsin) daşıma haqqını ödəmək vəzifəsi müəyyənləşdirilə bilər (MM-in 850-ji maddəsi-

nin 1-ji bəndi). 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri ğorta müqaviləsidir. Söhbət həyat 

sığortası müqaviləsi və  fərdi qəza sığortası müqaviləsi kimi hüquqi konstruksiyalardan  gedir. Həyat sığortası 

(şəxsi sığorta) müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bilər. Bu cür öhdəliyə Azərbaycan Respublikası Döv-

lət Sığorta Şirkəti tərəfindən həyata keçirilən uşaqların sığortasını misal göstərmək olar. Bu sığorta həmin şirkə-

tin təsdiq etdiyi  «Uşaqların sığorta qaydaları» (10 iyun 1993-cü il) əsasında aparılır. Məsələn, valideynlər öz 

uşağını onların yetkinlik yaşına çatması üçün sığorta etdirirlər. Bu münasibətlərdə uşaq üçüncü şəxs kimi çıxış 

edir. 


Bununla bərabər, fərdi qəza sığortası müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bilər. Məsələn, firma öz və-

saiti hesabına işçilərini bədbəxt hadisələrdən sığortalayır. Bu cür sığorta Dövlət Şirkətinin təsdiq etdiyi « darə, 

müəssisə və təşkilatların vəsaiti hesabına işçilərin bədbəxt hadisələrdən sığortası qaydaları» (1 dekabr 1994-cü 

il) əsasında aparılır. Həmin şirkətin təsdiq etdiyi «Xarici ölkələrə turist səfərlərinə və ezamiyyətə gedən vətən-

daşların bədbəxt hadisələrdən sığorta qaydaları» (24 noyabr 1995-ji il) əsasında müəssisə öz işçilərini sığortala-

yır. Bu misallarda işçilər üçüncü şəxs rolunda çıxış edirlər. 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri bank əmanəti (depozit) müqaviləsi-


 

399


dir. Belə ki, bu müqavilə əsasında şəxs, üçüncü şəxs rolunda çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin adına, 

onların xeyrinə əmanət qoya bilər. Bununla üçüncü şəxslər əmanətçi hüququ qazanırlar. Özü də o, bu hüququ 

ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan 

ə

ldə  edir.  Məsələn,  Birləşmiş  Universal  Səhmdar  Bankının  (indiki  «Kapitalbank»ın),  Beynəlxalq  Bankın 



mövcud qaydaları məqsədli uşaq əmanəti adlı əmanət növü nəzərdə tutur. Bu əmanət növünə görə, valideynlər 

öz  uşaqlarının  adına  əmanət  qoyurlar.  Uşaqlar  yetkinlik  yaşına  çatdıqda,  həmin  əmanəti  götürə  bilərlər.  Bu 

ə

manət növündə uşaqlar üçüncü şəxslər kimi çıxış edirlər. 



Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri daşıma müqaviləsidir. Yük göndə-

rənlə dpşıyıcı (nəqliyyat təşkilatı) arasında bağlanan bu müqavilə yükün təyinat yerində üçüncü şəxsə — yük 

alana verilməsini nəzərdə tuta bilər. Yük alan bu cür daşıma öhdəliyində üçüncü şəxs kimi çıxış edir. Öhdəlik 

isə üçüncü şəxsin iştirak etdiyi öhdəlik hesab edilir. 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliklərdə üçüncü şəxsin borcludan öhdəliyin icrasını tələb etmək hüququ 

ə

ldə etməsi müəyyən şərtlə bağlıdır. Bu şərt isə ondan ibarətdir ki, üçüncü şəxs həmin hüquqdan istifadə et-



mək niyyətini borcluya birbaşa bildirmiş olsun. Məsələn, bank əmanəti müqaviləsi üzrə üçüncü şəxs bu niy-

yəti banka ilk tələbini verməsi yolu ilə və ya başqa üsullarla bildirə bilər (MM-in 952-ji maddəsinin 1-ji bəndi). 

Həyat  sığortası  və  ya  fərdi  qəza  sığortası  müqavilələri  üçüncü  şəxsin xeyrinə  bağlandıqda,  bu  niyyət  üçüncü 

şə

xsin və ya onun nümayəndəsinin (və ya qanuni nümayəndəsinin) razılıq verməsi yolu ilə bildirilir. 



cra olunmuş borcun üçüncü şəxslərə həvalə olunması üzrə öhdəlik üçüncü şəxsin iştirak etdiyi öhdəlik-

lərin ikinci yarımnövü hesab edilir. Bu öhdəlik hüquq ədəbiyyatında və qanunvericilikdə çox vaxt reqres öhdə-



lik (latınca «regressus» — qayıtma, geriyə hərəkət) adlanır. Reqres öhdəlik geriyə tələb verilməsini nəzərdə tu-

tur. 


Reqres öhdəliklər öhdəlik hüquq münasibətləri arasında kifayət qədər geniş yayılmışdır. Bu öhdəlik əmlak mü-

nasibətlərinin ən müxtəlif sferalarında əmələ gəlir. Məsələn, yükgöndərənlə dpşıyıcı (nəqliyyat təşkilatı) arasında 

yükün daşınması barədə müqavilə bağlanır. Daşınmalı olan yükün həcmjə çox olması dpşıyıcını məjbur edir ki, o, 

digər dpşıyıcıları bu işin həyata keçirilməsinə jəlb etsin. Jəlb edilmiş dpşıyıcılar daşıma prosesində yükü itirirlər. 

Ə

sas dpşıyıcı itirilmiş yükün dəyərini yük göndərənə ödəyir. Belə ki, yük göndərən qarşısında o, məsuliyyət daşı-



yır. Ödənişdən sonra o, jəlb edilmiş dpşıyıcılara reqres tələb irəli sürür (MM-in 859-cu maddəsinin 4-cü bəndi). 

Onlar arasında əmələ gələn hüquq münasibəti reqres öhdəlik adlanır. Bu öhdəliyə görə, əsas dpşıyıcı itirilmiş yü-

kə görə yükgöndərənə verdiyi pul məbləğini jəlb edilmiş dpşıyıcılardan alır. Həmin öhdəlikdə əsas dpşıyıcı kredi-

tor, jəlb edilmiş dpşıyıcılar isə borclu şəxs rolunda çıxış edirlər. Jəlb olunmuş dpşıyıcılar üçüncü şəxslərdir.  

Başqa bir misalda yaşayış evinin tikilməsi barədə sifarişçi ilə əsas podratçı (tikinti təşkilatı) arasında podrat 

müqaviləsi bağlanır.  şin texniki cəhətdən mürəkkəb olması tələb edir ki, əsas podratçı digər tikinti təşkilatlarını 

(subpodratçıları) jəlb etsin. Subpodratçıların təqsiri nəticəsində xeyli tikinti materialı xarab olaraq sıradan çıxır 

və tam yararsız vəziyyətə düşür. Əsas (baş) podratçı korlanan tikinti materiallarının əvəzini sifarişçiyə ödəyir. 

Bundan sonra o, subpodratçılara reqres tələb verir. Bununla onlar arasında reqres öhdəlik yaranır. Bu öhdəliyə 

görə, subpodratçılar xarab olmuş tikinti materiallarının əvəzini əsas podratçıya ödəməlidirlər. Həmin öhdəlikdə 

ə

sas podratçı kreditor, subpodratçılar isə borclu şəxs hesab edilir. Subpodratçılar üçüncü şəxslərdirlər. 



Reqres öhdəlik ziyan vurmaq nəticəsində yaranan münasibətlər sferasında da zəruri funksiya yerinə yetirir. 

Qanun subyektin (zərərçəkənin) zərər vurmuş şəxsə reqres hüququnu ifadə edir (MM-in 1113-cü maddəsi). Mü-

ə

ssisənin işçisi olan sürücü müəssisəyə məxsus olan yük avtomobilini idarə edərkən öz əmək vəzifəsini yerinə 



yetirdiyi zaman vətəndaşın minik avtomobilini əzərək, onu tam yararsız hala salır, yəni onun əmlakına zərər vu-

rur.  Müəssisə  qanuna  görə,  işçisinin  (sürücünün)  vurduğu  zərərin  əvəzini  vətəndaşa  ödəyir  (MM-in  1099-cu 

maddəsinin 1-ji bəndi). Bundan sonra müəssisə vətəndaşa ödənilmiş əvəz miqdarında sürücüyə reqres tələb irəli 

sürür (MM-in 1114-cü maddəsinin 1-ji bəndi). Müəssisə ilə sürücü arasında reqres öhdəlik əmələ gəlir. Bu öh-

dəlikdə müəssisə kreditor, sürücü isə borclu şəxsdir. Sürücü müəssisənin tələbini ödəməlidir. Vətəndaşın əmla-

kına zərər vuran sürücü üçüncü şəxsdir. 

Başqa bir misalda müstəntiq qanunsuz olaraq vətəndaşı jinayət məsuliyyətinə jəlb edir və onun barəsində həbs 

qətimkan tədbiri seçir. Bunun nəticəsində vətəndaş işindən (vəzifəsindən) kənarlaşdırılır və əldə edə biləjəyi mən-

fəəti və digər gəlirləri (məsələn, əmək haqqını və s.) itirir. Vətəndaşa əmlak (maddi) xarakterli zərər vurulur. Ona 

həm də mənəvi ziyan dəyir. Əməldə jinayət tərkibi olmamasına görə jinayət işinə xitam verilir. Vətəndaş ona vu-

rulmuş ziyanın ödənilməsi barədə təhqiqat orqanına (müstəntiqə) tələb irəli sürür. Azərbaycan Respublikası (döv-

lət) dövlət büdjəsinin vəsaiti hesabına vətəndaşa vurulmuş zərəri tam həcmdə ödəyir (MM-in 1101-ji maddəsinin 

1-ji bəndi). Bundan sonra Azərbaycan Respublikası müstəntiqə reqres tələb irəli sürür. Belə halda reqres öhdəlik 

yaranır ki, dövlət (Azərbaycan Respublikası) bu öhdəlikdə kreditor, müstəntiq isə borclu şəxs qismində çıxış edir. 

Qanunsuz olaraq vətəndaşı jinayət məsuliyyətinə jəlb edən müstəntiq üçüncü şəxsdir. 


 

400


Çəkilən bu misallar əsasında reqres öhdəliyinin əsas cəhət və xüsusiyyətlərini müəyyən etmək olar. Birinji-

si,  reqres  öhdəlik  çoxsaylı  şəxslərin  iştirak  etdikləri  öhdəlik  (öhdəlikdə  şəxslər  çoxluğu)  hesab  edilmir

Belə ki, reqres öhdəliyi öhdəlikdə şəxslər çoxluğunun hüquqi modelinə yerləşmir. 



kincisi, reqres öhdəlik həmişə başqa, yəni əsas öhdəliyin icrası ilə bağlı olaraq yaranır. Bu, onu göstərir ki, 

həmin öhdəlik törəmə xarakteri daşıyır. O, əsas öhdəliyin icra edilməsi faktı əsasında əmələ gəlir. Yuxarıdakı 

misallarda əsas dpşıyıcı ilə yükgöndərən, sifarişçi ilə əsas podratçı, müəssisə ilə vətəndaş, dövlətlə vətəndaş ara-

sındakı münasibətlər əsas öhdəlik, əsas dpşıyıcı ilə jəlb edilmiş dpşıyıcılar, əsas podratçı ilə subpodratçılar, müəs-

sisə ilə sürücü, dövlətlə müstəntiq arasındakı münasibətlər isə reqres öhdəliyi hesab edilir.  

Üçüncüsü,  reqres  öhdəliyə  əsas  öhdəliyə  münasibətdə  əlavə  (aksessor)  öhdəlik  kimi  baxmaq  olmaz

Reqres tələb verildiyi halda iki müstəqil öhdəlik əmələ gəlir ki, bu öhdəliklərin hər ikisi də subyekt tərkibinə 

(bir kreditora qarşı bir borclu şəxs durur) malikdir. Lakin həmin öhdəliklər bir-birilə sıx surətdə bağlıdır. Özü 

də əsas öhdəliyin borclu şəxsi reqres öhdəliyin kreditoruna çevrilir. Üçüncü şəxs isə bu öhdəliyin borclu 

şə

xsi kimi çıxış edir. Deməli, reqres öhdəliyi aksessor (əlavə) öhdəlik kimi yox, müstəqil öhdəlik kimi meyda-



na gəlir. Belə ki, aksessor öhdəliyinin taleyi əsas öhdəlikdən asılıdır. Əsas öhdəlik ləğv edilən kimi, aksessor 

öhdəliyi də xitam olunur. Reqres öhdəlik isə, əksinə, əsas öhdəlik ləğv edildikdə yaranır. Yalnız bu mənada o, 

ə

sas öhdəlikdən törəyir.  



Dördüncüsü, reqres öhdəlik üzrə borclunun ödəməli olduğu məbləğ əsas öhdəlik üzrə həyata keçirilə

ödənişin məbləğindən çox ola bilməz. Belə ki, zərərin əvəzini ödəmiş şəxs zərərvuran şəxsə yalnız ödənilmiş 

ə

vəz miqdarında geriyə tələb (reqres) irəli sürə bilər. 



Beləliklə, reqres öhdəlik odur ki, bu öhdəliyə görə, üçüncü şəxsin əvəzinə müəyyən pul məbləğini ödə-

miş kreditor, ödədiyi pul məbləği həcmində üçüncü şəxsə reqres (geriyə tələb) irəli sürə bilər. Müəyyən 

pul məbləğini ödəmiş kreditor reqredient, üçüncü şəxs isə reqressat adlanır. 



Öhdəliyin üçüncü şəxs tərəfindən icrası üçüncü şəxslərin iştirak etdikləri öhdəliyin yarımnövlərindən biri-

dir  (MM-in  431-ji  maddəsi).  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  şəxsi  xarakterli  öhdəliklərdə  öhdəliyi  yalnız 

borclunun özü icra edə bilər. Məsələn, nəşriyyat yazıçıya roman yazmağı sifariş verir və ya teatr aktyor ilə mü-

ə

yyən rolun oynanılması barədə müqavilə bağlayır. Üçüncü şəxs belə öhdəlikləri icra edə bilməz. 



Ümumi qayda belədir ki, borclu öhdəliyi şəxsən icra etməlidir. Belə ki, çox vaxt öhdəliyin icrası yalnız borc-

lunun özündən asılı olur. Bundan əlavə, borclu MM-dən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi 

hallarda da öhdəliyi şəxsən özü icra etməlidir. Digər hallarda isə öhdəliyi borclunun əvəzinə, üçüncü şəxs də 

yerinə yetirə bilər. Beləliklə, üçüncü şəxsin iştirak etdiyi öhdəlik əmələ gəlir. 

Öhdəliyin üçüncü şəxs tərəfindən icrasının kreditor üçün təfavütü yoxdur. Kreditor üçün əsas və vacib məsə-

lə odur ki, təki öhdəlik lazımınja icra edilsin. Ona görə də öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsinə 



kreditorun razılıq verməsi tələb olunmur. Buna borclunun da razılıq verməsi tələb olunmur (MM-in 431-ji 

maddəsinin 1-ji bəndi). Beləliklə, öhdəliyin icrasında üçüncü şəxs iştirak edir. Elə bir şəxs ki, o, həmin öhdəlik 

hüquq münasibətinin iştirakçısı hesab edilmir. Buna görə üçüncü şəxs belə halda öhdəliyin tərəfinə çevrilmir. 

Belə ki, kreditora münasibətdə o, yalnız faktiki hərəkətlər yerinə yetirir. Məsələn, borclunun əvəzinə pul ödəyir, 

ə

mlak verir, iş görür, xidmət göstərir və s. Üçüncü şəxsi öhdəliyin icrası üçün borclu şəxs tərəfindən jəlb olun-



muş şəxs hesab etmək olmaz. Buna görə də o, borclu tərəfindən öhdəliyin icrasının həvalə edildiyi şəxs sayıl-

mır. Belə ki, öhdəliyin icrasına borclu tərəfindən jəlb edilmiş üçüncü şəxs dedikdə, borclunun öhdəliyin icrasını 

həvalə etdiyi üçüncü şəxs başa düşülür. Bizə belə fikir söyləməyə o əsas verir ki, qanunda nə üçüncü şəxsin 

borclu tərəfindən öhdəliyin icrası üçün jəlb edilməsi, nə də ona borclunun öhdəliyin icrasını həvalə etməsi barə-

də göstəriş vardır. Digər tərəfdən qanun birbaşa müəyyən edir ki, bir az əvvəldə qeyd etdiyimiz kimi, öhdəliyin 

üçüncü şəxs tərəfindən icrasına borclunun razılığı tələb edilmir. Odur ki, müqavilə öhdəliyin üçüncü şəxs tərə-

findən borclunun əvəzinə icrasının əsası ola bilməz. Dediklərimizdən belə qənaətə gələ bilərik ki, üçüncü şəxs 

borclunun əvəzinə öhdəliyi könüllü olaraq icra edir; bu isə onu söyləməyə əsas verir ki, üçüncü şəxsin öhdəliyi 

icra etməsi birtərəfli əqddir. Qeyd etməliyik ki, praktiki olaraq bütün dünya ölkələrinin qanunvericiliyi öhdəli-

yin istənilən üçüncü şəxs tərəfindən icra edilməsinə yol verir, bu şərtlə ki, öhdəliyin icrası borclunun şəxsi key-

fiyyətləri ilə bağlı olmasın. 

Üçüncü şəxsin könüllü surətdə borclunun əvəzinə öhdəliyi icra etməsi həmin öhdəliyin xitamına səbəb olur. 

Buna görə də borclu kreditor qarşısında məsuliyyət daşımır. 

Bununla bərabər, üçüncü şəxs öhdəliyin icrasına borclu şəxs tərəfindən jəlb oluna bilər; bu zaman borclu öh-

dəliyin icrasını ona həvalə edir. Lakin bunun üçün hüquqi əsas, yəni borclu ilə üçüncü şəxs arasında müqavi-

lə bağlanması tələb edilir; müqavilədə borclunun üçüncü şəxs tərəfindən öhdəliyin icra edilməsi üçün məsu-

liyyət daşıması nəzərdə tutula bilər. Amma belə məsuliyyəti qanunun özü də müəyyənləşdirə bilər. Məsələn, 

mal göndərmə müqaviləsi üzrə borclu (alıcı) üçüncü şəxslər (yəni mal alanlar) tərəfindən ödənişin həyata keçi-


 

401


rilməməsinə görə məsuliyyət daşıyır (MM-in 637-ji maddəsinin 2-ji bəndi). Daşıma öhdəliyi zamanı da belə və-

ziyyət yaranır. Belə ki, əgər dpşıyıcı daşımanı həyata keçirmək üçün başqa dpşıyıcılar jəlb edərsə, yük sahibi 

qarşısında onlar yox, məhz dpşıyıcı məsuliyyət daşıyır (MM-in 859-cu maddəsinin 4-cü bəndi). 

 

Göstərilən hallarda borclunun əvəzinə öhdəliyi icra edən şəxsə əlavə borclu qismində çıxış edən şəxs kimi 



baxmaq olmaz. Belə ki, kreditorla üçüncü şəxs hər hansı bir hüquq münasibətinə daxil olmur. Bu səbəbdən kre-

ditor  qarşısında  borclu  şəxs  kimi  yenə  də  ilkin  borclu  qalır.  Deməli,  üçüncü  şəxsin  hərəkətləri  üçün  kreditor 

qarşısında  borclu  məsuliyyət  daşıyır.  Əgər  borclu  öhdəliyin  icrasını  müqavilə  əsasında  üçüncü  şəxsə  həvalə 

edərsə, o, həmin öhdəliyin tam icrasına görə kreditor qarşısında javabdehdir. Məsələn, mal göndərmə (tədarük) 

müqaviləsi  bağlanarsa,  məhsulu  alıcıya  çatdırmaq  vəzifəsi  nəqliyyat  təşkilatına,  yəni  dpşıyıcıya  həvalə  oluna 

bilər.  Öhdəliyin  icrası  pozulduğu  halda  kreditor  nəqliyyat  təşkilatına  (dpşıyıcıya)  pretenziya  (tələb)  irəli  sürə 

bilməz. Ona görə ki, borclu icranın həvalə edildiyi üçüncü şəxslər tərəfindən öhdəliyin icra edilməməsi və ya 

lazımınja  icra  edilməməsi  üçün  kreditor  qarşısında  məsuliyyət  daşıyır.  Bununla  belə,  mövcud  qanunvericilik 

kreditor qarşısında öhdəliyi icra edən üçüncü şəxsin bilavasitə məsuliyyətini müəyyən edə bilər. Bu cür birbaşa 

məsuliyyət, məsələn, hesablaşma haqqında qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, ödəyijinin tapşırığını 

icra etmək üçün bank digər bankları da jəlb edə bilər. Jəlb edilmiş banklar, yəni üçüncü şəxslər tapşırığın icra 

prosesində hesablaşma əməliyyatlarının aparılması qaydalarını poza bilərlər. Belə halda məhkəmə məsuliyyəti 

həmin bankın üzərinə qoya bilər (MM-in 976-jı maddəsinin 2-ji bəndi). 

Öhdəliyin  üçüncü  şəxs  tərəfindən  icrası  zamanı  borclu  faktiki  olaraq  başqası  ilə  əvəz  edilir.  Bu,  çox  vaxt 

kreditor üçün arzuolunmaz olur. Belə ki, öhdəliyi icra edən subyektin şəxsi keyfiyyətləri kreditor üçün mühüm 

ə

həmiyyət kəsb edir. Lakin qanun müəyyən edir ki, kreditor bütün hallarda üçüncü şəxsin təklif etdiyi icranı qə-



bul etməyə borcludur, bir şərtlə ki, borclu şəxs bunun əleyhinə olmasın. Əgər borclu bunun əleyhinə olarsa, on-

da kreditor üçüncü şəxsin təklif etdiyi icranı qəbul etməyə bilər (MM-in 431-ji maddəsinin 2-ji bəndi). 

Elə öhdəliklər vardır ki, bu öhdəliklərə əsasən, borcluya məxsus olan əşyaya kreditor məcburi olaraq icra 

yönəldə bilər. Məsələn, girov öhdəliyində girov saxlayan (kreditor), borclu girovla təmin edilmiş öhdəliyi icra 

etmədikdə, tələbi girov qoyulmuş əşyaya yönəldir. Elə hesab edək ki, vətəndaş minik avtomobilini banka girov 

qoyur  və  ondan  kredit  alır.  Vətəndaş  krediti  qaytarmır,  yəni  girovla  təmin  olunmuş  öhdəliyi  icra  etmir.  Belə 

halda girov saxlayan (bank), yəni kreditor tələbi minik avtomobilinə yönəldir. Bank avtomobilin satılmasını tə-

ləb edir. Belə halda vətəndaşın minik avtomobilinə olan mülkiyyət hüququnu itirmək təhlükəsi yaranır. Üçüncü 

hər hansı bir şəxs (məsələn, səxavətli kommersant) vətəndaşın əvəzinə krediti banka qaytarır, yəni girovla tə-

min edilmiş öhdəliyi icra edir. Bundan sonra tələb hüququ girov saxlayandan (kreditor olan bankdan) üçüncü 

şə

xsə (kommersanta) keçir. Üçüncü şəxs vətəndaşa (borcluya) münasibətdə kreditor rolunda çıxış edir. Bu hal-



da  girov  öhdəliyinə  xitam  verilmir  və  bu  öhdəlik  reqres  öhdəliklə  əvəz  edilmir.  Bu  öhdəliyin  özü  saxlanılır. 

Onun  yalnız  subyekt  tərkibi  dəyişir.  Belə  ki,  girov  saxlayan  bankın  (kreditorun)  yerini  bu  öhdəlikdə  üçüncü 

şə

xs (yeni kreditor) tutur. Bu halda öhdəliyin yalnız bir tərəfi başqası ilə əvəz edilir. Bu isə o deməkdir ki, öh-



dəlikdə şəxslərin dəyişməsi baş verir (MM-in 26-jı fəsli). 

3. Öhdəlikdə şəxslərin dəyişməsi 

Hər şeydən əvvəl, qeyd edək ki, öhdəlikdə şəxslərin dəyişməsi anlayışı bir çox xarici mülki hüquq sistemlə-

rinə məlum olan anlayışdır. Hollandiya MM-in öhdəlik hüququnun ümumi hissəsinə həsr edilən altıncı kitabı-

nın 2-ji bölməsi «Tələb və borcların keçməsi və tələblərdən imtina» adı altında öhdəlikdə şəxslərin dəyişməsi 

anlayışını  nəzərdə  tutur.  Almaniya  Mülki  Qanunnaməsinin  «Öhdəlik  hüququ»  adlı  ikinci  kitabının  dördüncü 

bölməsi («Tələbin güzəşti», §398-413) və beşinji bölməsi («Borcun köçürülməsi», §414-419) öhdəlikdə şəxslə-

rin dəyişməsi münasibətlərini tənzimləyir. RF-in MM-inin 24-cü fəsli «Öhdəlikdə şəxslərin dəyişməsi» adlanır. 

Bu fəsil özündə «Kreditorun hüquqlarının başqa şəxsə keçməsi» və «Borcun köçürülməsi» adlı iki bölməni əha-

tə edir. Azərbaycan Respublikasının MM-i Almaniyanın Mülki Qanunnaməsinə uyğun, olaraq öhdəlikdə şəxs-

lərin dəyişməsi üzrə münasibətləri tənzimləmək üçün 194-202-ji maddələrdə və 26-jı fəsildə ifadə olunan nor-

maları iki məsələyə həsr edir: «Tələblərin güzəşti»; «Borcun köçürülməsi». Öhdəlikdə şəxslərin dəyişməsi qay-

dasını hələ Roma hüququ da tanıyırdı. 

Qeyd etmək lazımdır ki, öhdəliklə bağlı münasibətlərdə üçüncü şəxsin iştirak etməsilə öhdəliyin tərəfləri — 

kreditor və borclu şəxs onunla, yəni üçüncü şəxslə əvəz olunmur. Bu, o deməkdir ki, üçüncü şəxsin iştirakı öh-

dəliyin subyekt tərkibini dəyişdirmir. Bununla bərabər, müəyyən hallarda öhdəlikdə həm kreditor, həm də borc-

lu şəxs dəyişə və başqası ilə əvəz oluna bilər. Qanun buna yol verir. Bu, onunla izah olunur ki, öhdəliyin ma-



hiyyəti tərəflərin şəxsi əlaqələri ilə yox, onların əmlak mənafeyi ilə şərtlənir. Kreditor və borclunun əmlak 

mənafeyi tələb etdikdə, öhdəliyin subyekt tərkibi dəyişə bilər. Lakin öhdəliyin özü belə halda saxlanılır, ləğv 

edilmir. Bu, nəinki qanunla yol verilən, həm də geniş yayılmış haldır. Almaniya hüquq ədəbiyyatında göstərilir 

ki, həmin halın yaranmasına həyatdakı praktiki ehtiyaclar səbəb olmuşdur. Professor D.Medikusun fikrinjə, öh-



 

402


dəlikdə şəxslərin dəyişməsi mühüm təsərrüfat əhəmiyyətinə malik olan haldır. Öhdəlikdə şəxslərin dəyişməsi 

konstruksiyasının Yaponiyanın iqtisadi həyatında mühüm rol oynaması göstərilir. 

Beləliklə, öhdəliyin özünün saxlanması və ləğv edilməməsi ilə onda iştirak edən tərəflərin — kredito-

run və borclu şəxsin başqa biri ilə əvəz olunmasına öhdəlikdə şəxslərin dəyişməsi deyilir. Belə halda əv-

vəlki tərəf öhdəlik münasibətlərindən çıxır, onun yerini başqası tutur. Öhdəlikdən çıxan tərəfin bütün hüquq və 

vəzifələri öhdəlik münasibətlərinə daxil olan yeni subyektə keçir. Bununla hüquq varisliyi yaranır. Amma öh-

dəliyin özü saxlanılır, yəni ləğv edilmir. 

Söylədiklərimizdən belə nəticəyə gələ bilərik ki, öhdəliyin mövcud olduğu dövrdə onun subyekt tərkibinin 

dəyişməsi mümkündür. Belə ki, ilkin kreditorun və ya ilkin borclunun əvəzinə, öhdəlik hüquq münasibətinə ye-

ni iştirakçı daxil ola bilər. Bununla öhdəlikdə şəxslər dəyişdirilir, başqa şəxslərlə əvəz olunur.  

Öhdəlikdə şəxslərin dəyişdirilməsi iki halda baş verir: universal hüquq varisliyi zamanı; sinqulyar (qismən) 

hüquq  varisliyi  əsasında.  Universal  hüquq  varisliyi  əsasında  öhdəlikdə  şəxslərin  dəyişməsi  halına  hüquqi 

şə

xslərin yenidən təşkil edilməsində və əmlakın vərəsəlik qaydasında vərəsələrə keçməsində rast gəlmək olar. 



Belə halda hüquq varisinə yenidən təşkil olunan və ya ölən şəxsin bütün hüquq və vəzifələri məjmu halında, o 

cümlədən konkret öhdəlik (məsələn, alqı-satqı, podrat, daşıma və s. öhdəliklər) üzrə hüquq (və ya vəzifə) da ke-

çir. Yeni iştirakçının, yəni hüquq varisinin konkret öhdəliyə daxil olması üçün hər hansı bir xüsusi sazişin bağ-

lanması tələb olunmur. Məsələn, ata minik avtomobili almaq məqsədilə qabaqjadan onun pulunu satıcıya ödə-

yir. Lakin avtomobili almamış o ölür. Ölməmişdən əvvəl atanın satıcıdan avtomobilin verilməsini tələb etmək 

hüququ yaranmışdı. Bu tələb hüququ onun vərəsələrinə keçir, yəni vərəsələr avtomobilin verilməsini satıcıdan 

tələb etmək hüququna malik olur. Sağlığında atanın qonşuya müəyyən pul məbləğində borcu olur və onun üçün 

həmin borc məbləğini ödəmək vəzifəsi əmələ gəlir. Ata öldükdən sonra onun borcu ödəmək vəzifəsi də vərəsə-

lərə keçir.  

Sinqulyar (qismən) hüquq varisliyi əsasında öhdəlikdə şəxslərin dəyişməsi zamanı hüquq varisinə bütün 

ə

mlak (hüquq və vəzifə) yox, yalnız konkret öhdəlik üzrə hüquq və vəzifələr keçir. Bu qaydada öhdəlikdə şəxslə-



rin dəyişməsi, ümumi qaydaya görə, xüsusi saziş (əqd) əsasında həyata keçirilir. Bu saziş tələbin güzəşti (tələb hü-

ququnun verilməsi) və borcun köçürülməsi adlanır. 

Deməli, öhdəlikdə şəxslərin dəyişməsi özündə iki anlayışı birləşdirir: tələbin güzəşti anlayışını; borcun kö-

çürülməsi  anlayışını.  MM-in  194-202-ji  maddələrində  ifadə  olunan  normalar  tələbin  güzəşti  üzrə,  onun  26-jı 

fəslinin 2-ji paraqrafına daxil olan normalar (522-526-jı maddələr) borcun köçürülməsi üzrə münasibətləri qay-

daya salır. Öhdəlikdə kreditorun başqa birisi ilə əvəz olunmasına tələb hüququnun güzəşti (tələbin güzəşti) 

deyilir.  Əgər  öhdəlikdə  borclu  şəxsin  yerini  başqa  birisi  tutarsa,  onda  bu  cür  qaydada  şəxslərin  dəyişməsi 

borcun köçürülməsi və ya öhdəliyin verilməsi adlanır.  

Öhdəlikdə şəxslərin dəyişməsi təkjə tərəflərin sazişi, yəni tələbin güzəşti və borcun köçürülməsi kimi xüsusi 

xarakterli sazişlər (əqdlər) əsasında həyata keçirilmir. Bu, həm də qanunda birbaşa nəzərdə tutula bilər. Belə 

halda qanunda ifadə olunan göstəriş əsasında öhdəlikdə şəxslər dəyişdirilir, yəni kreditorun öhdəlik üzrə tələb-

ləri qanun əsasında başqa şəxsə güzəşt edilir: bu kimi hallara aiddir: 

  universal  hüquq  varisliyi  (söhbət,  hər  şeydən  əvvəl  vərəsəlikdən  gedir.  Belə  ki,  miras  qoyan  öldükdə 



onun tələb hüquqları, məsələn, hər hansı şəxsdən borcun qaytarılmasını tələb etmək hüququ vərəsələrinə keçir); 

 zaminlik (zamin borclunun əvəzinə kreditora borcu qaytarır; bu zaman borcludan kreditorun tələb etmək 



hüququ zaminə keçir – MM-in 475-ji maddəsinin 1-ji bəndi); 

 üçüncü şəxsin kreditoru təmin etməsi (hər hansı üçüncü şəxs borclunun əvəzinə kreditora borcu ödəyir; 



bu zaman kreditorun borcludan tələb etmək hüququ üçüncü şəxsə keçir – MM-in 431-ji maddəsinin 3-cü bəndi; 

 birgə borclulardan birinin öhdəliyi tam icra etməsi (kreditor qarşısında birgə öhdəliyi icra edən birgə 



borcluya kreditorun digər borclulardan tələb etmək hüququ keçir – MM-in 509-cu maddəsinin 3-cü bəndi); 

 qanunda nəzərdə tutulan digər hallarda.  



 

Kreditorun tələblərinin qanun əsasında başqa şəxsə güzəşt edilməsi hallarını nəzərdə tutan bu siyahı qəti xa-

rakterə malik olmayan təxmini siyahıdır. Belə ki, mümkün olan başqa hallar da yarana bilər.  

Tələbin güzəşti öhdəlikdə şəxslərin dəyişməsinin mümkün olan iki halından biridir. Tələbin güzəştinin özü 

iki formada həyata keçirilir: 

 sessiya (latınca «cessio» — âåðìÿê, ýöçÿøò åòìÿê) formasında; 



 subroqasiya (latınca «subroqare» — əvəz etmək, tamamlamaq, doldurmaq). 

Sessiya tələbin güzəşt edilməsinin əsas forması hesab olunur. Bu anlayışı hələ Roma hüququ da tanıyırdı. 

Roma hüququ sessiyanı tələb hüququnun bir şəxsdən digərinə keçməsi kimi nəzərdə tuturdu. Bu hüquq sessiya-

nın fəal sessiya və passiv sessiya kimi iki növünü fərqləndirirdi. Fəal sessiya öhdəlikdə kreditorun başqası ilə 

ə

vəz edilməsini nəzərdə tuturdu. O, «tələblərin verilməsi» adı ilə də əhatə olunurdu. Passiv sessiyaya özgəsinin 



 

403


borcunu kreditorun öz öhdəsinə  götürməsi kimi anlayış verilirdi. Xarici  ölkələrin (məsələn, Almaniyanın,  s-

veçrənin, Hollandiyanın,  taliyanın və s.) qanunvericiliyi də sessiya anlayışını tanıyır. 



Sessiya dedikdə, hüquqi fakt əsasında sedentdən sessionara hüququn verilməsi (güzəşti) aktı başa düşülür. 

Sedent (latınca «cedere» — vermək) dedikdə, öhdəlikdə tərəf kimi çıxış edən əvvəlki (köhnə) kreditor başa dü-

ş

ülür. O, öhdəlikdən irəli gələn tələb hüququnu sessionara verir, ona güzəşt edir. Öhdəlikdə yeni kreditor rolun-



da çıxış edən şəxs sessionar (fransızca «cessionnaire» — tələb hüququnun keçdiyi şəxs) adlanır. O, sedentdən 

tələb hüququnu əldə edən yeni kreditordur. Deməli, sedent öhdəliyin əvvəlki kreditoru, sessionar isə yeni kredi-

toru hesab edilir. Almaniya hüquq doktrinasında da sessiyaya analoci anlayış verilir: sessiya müqavilə əsasında 

tələb hüququnun sedentdən sessionara verilməsidir. 

Sedentdən  sessionara  tələb  hüquqları  hüquqi  fakt  əsasında  verilir.  Hüquqi  fakt  dedikdə,  birinjisi,  sedentlə 

sessionar arasında bağlanan əqd başa düşülür. Bu cür əqd kimi alqı-satqı, bağışlama, dəyişmə, faktorinq və s. 

mülki-hüquqi müqavilələr başa düşülür. Özü də bu əqd hüquqi təbiətinə görə həm əvəzli, həm əvəzsiz və ya 

həm birtərəfli, həm ikitərəfli və yaxud da həm real, həm də konsensual əqd ola bilər. Bu əqdlərin predmetini tə-

ləb hüquqları təşkil edir. Konkret misal çəkməklə bu məsələləri aydınlaşdıraq. Vətəndaş öz qonşusuna müəyyən 

məbləğdə borc pul verir və bununla onlar arasında öhdəlik (borc öhdəliyi) yaranır. Lakin borc verən qonşu uzun 

müddətə xarici ölkəyə işləməyə gedir. Belə halda o, borc alan qonşudan borcun verilməsini tələb etmək hüqu-

qunu qardaşına verir (bağışlayır). Bu misalda borc verən qonşu sedent, onun qardaşı sessionar, borc alan qonşu 

isə borclu adlanır. Sessiyanın əsası, yəni tələb hüququnun verilməsi üçün əsas olan hüquqi fakt (əqd) bağışlama 

müqaviləsidir. Bu müqavilənin predmetini isə sedentə (borc verən qonşuya) məxsus olan tələb hüququ təşkil 

edir. Tələb hüququnun verilməsi aktı isə sessiya adlanır.  

Hüquqi fakt dedikdə, ikincisi, qanunda bilavasitə nəzərdə tutulan elə hallar (bu halların təxmini siyahısını 

yuxarıda vermişik) başa düşülür ki, bu hallar nəticəsində öhdəlikdə kreditor dəyişdirilir. Məsələn, universal hüquq 

varisliyi nəticəsində öhdəlik üzrə tələb hüquqları sedentdən sessionara keçə bilər. 

Bu, qanunda birbaşa nəzərdə tutulan hüquqi faktdır. Vətəndaş dostuna borc pul verir.  Lakin borc  məbləğini 

dostundan geri almamış o ölür. Borc verənin vərəsələrinin qonşudan borc məbləğinin qaytarılmasını tələb etmək 

ixtiyarı vardır. Ona görə ki, borc öhdəliyi üzrə tələb hüququ ölən vətəndaşdan (sedentdən) onun vərəsələrinə (ses-

sionara) keçmişdir. Bunun üçün əsas isə qanunda nəzərdə tutulan hüquqi fakt, yəni universal hüquq varisliyi (və-

rəsəlik) olmuşdur. Belə hallarda söhbət mahiyyətjə, qanun əsasında yaranan sessiyadan gedir. Almaniya sivilistika 

doktrinasında göstərilir ki, sessiya qanun əsasında yarana bilər. Burada həmin hala belə bir misal çəkilir: zamin tə-

rəfindən borc ödənildikdən sonra borcluya olan tələb hüququ ona keçir. Bu halı bizim ölkə qanunvericiliyi də nə-

zərdə tutur (MM-in 475-ji maddəsinin 1-ji bəndi). Bundan əlavə, Almaniya mülki hüquq elmində göstərilir ki, ha-

kimiyyət aktı yolu ilə də sessiya yarana bilər (məsələn, əmlaka həbs qoymaqla öhdəliyin məcburi icrası). 

Öhdəlikdə tərəf kimi çıxış edən borclunun kreditorun öz tələb hüququnu digər şəxsə verməsində marağı yox-

dur. Bununla belə, kreditorun öz tələb hüququnu başqasına verməsi borclunun mənafeyinə toxunmur və onun hü-

quqlarını pozmur. Buna görə də öhdəliyin kimin qarşısında — yeni kreditorun, yoxsa əvvəlki kreditorun qarşısın-

da icra edəjəyinin borclu şəxs üçün təvafütü yoxdur. Göstərilən halı nəzərə alaraq, qanun müəyyən edir ki, kredi-



torun tələblərinin güzəşti üçün borclunun razılığı tələb olunmur (MM-in 194-cü maddəsinin 1-ji bəndi). La-

kin bəzi hallarda kreditor borclunun razılığı olmadan tələb hüququnu yeni kreditora verə bilməz. Həmin hallarda 

tələbi vermək üçün hökmən borclunun icazə verməsi tələb olunur. Əgər borcludan razılıq alınmazsa, onda sessi-

yanın şərti pozulur və həmin akt etibarsız hesab olunur. Xüsusən də kreditorun şəxsiyyətinin borclu üçün vacib 

ə

həmiyyət daşıdığı öhdəlik üzrə tələbin borclunun razılığı olmadan güzəşt edilməsinə yol verilmir. Məsələn, və-



təndaş  (kreditor)  rəssama  (borcluya)  özünün  portretinin  çəkilməsi  barədə  sifariş  verir.  Sifariş  verən  vətəndaşın 

şə

xsiyyətinin rəssam üçün vacib əhəmiyyəti vardır. Vətəndaş borclunun (rəssamın) razılığı olmadan portretin çə-



kilməsini tələb etmək hüququnu öz dostuna verə bilməz. Çünki onun dostu başqa tipli şəxs olub, rəssam üçün ma-

raq doğurmur. Başqa bir misalda qarantiya üzrə benefisiara (kreditora) mənsub olan və qarantdan tələb etmək hü-

ququ başqa şəxsə yalnız qarantın (borclunun) razılığı ilə verilə bilər (MM-in 482-ji maddəsi). Kreditorun şəxsiy-

yətinin borclu üçün vacib əhəmiyyət kəsb etməsinə görə aşağıdakı tələblər də borclunun razılığı olmadan güzəşt 

edilə bilməz: konsensual bağışlama müqaviləsi üzrə şəxs öz evsiz qohumuna mənzil bağışlayır və qohumun bu 

mənzilin ona verilməsini həmin şəxsdən (borcludan) tələb etmək hüququ; kirayə müqaviləsi üzrə kirayəçinin kira-

yəyə  verəndən  (borcludan)  əmlakın  verilməsini  tələb  etmək  hüququ;  kredit  müqaviləsi  üzrə  kredit  alan  şəxsin 

bankdan (borcludan) kreditin verilməsini tələb etmək hüququ və s. 

Bunlardan  başqa,  kreditor  və  borclu  arasında  razılaşmada  nəzərdə  tutula  bilər  ki,  kreditor  tələb  hüququnu 

borclunun razılığı olmadan başqa şəxsə verə bilməz. Əgər kreditor tələb hüququnu borclunun razılığı olmadan 

güzəşt edərsə, bu, hüquqi nəticə doğurmur və puç əqd sayılır. Borclunun razılıq verməsi birtərəfli əqddir. Bu-

na görə də belə halda sessiya üçtərəfli əqdə çevrilmir. 



 

404


Qeyd etmək lazımdır ki, sessiyanın etibarlı olması üçün o, üç əsas şərtə javab verməlidir. Bu şərtlər qanunda 

göstərilmişdir (MM-in 194-cü maddəsinin 1-ji bəndi). Onlara sessiyanın şərtləri deyilir.  

Sessiyanın birinji şərti ondan ibarətdir ki, o, öhdəliyin mahiyyətinə zidd olmamalıdır; əgər öhdəliyin mahiy-

yətinə sessiya zidd olarsa, onda sedent sessionara tələb hüququnu verə bilməz. Məsələn, bölünməz öhdəliklərdən 

irəli gələn tələb hüququnun bir hissəsinin (ayrı-ayrı tələblərin) başqa şəxsə verilməsi öhdəliyin mahiyyətinə ziddir 

(kirayə müqaviləsi üzrə bir otaqlı və ya minik avtomobilindən istifadə hüququnun bir hissəsinin başqa şəxsə veril-

məsini kirayəçi tələb edə bilməz və s.); bölünməz öhdəliklər odur ki, onlar yalnız tam icra olunur; bu öhdəliyin 

hissə-hissə icrası mümkün deyil. Şəxsi öhdəliklərdən irəli gələn tələb hüquqlarının verilməsi də öhdəliyin mahiy-

yətinə  ziddir.  Buna  görə  belə  hüquqların  başqa  şəxsə  verilməsi  (o  cümlədən  sessiya  yolu  ilə  verilməsi)  qeyri 

mümkündür. Məsələn, pensiya almaq hüququnun sessiya yolu ilə başqa şəxsə verilməsini hətta təsəvvür etmək ol-

mur. Xüsusən də icrası şəxsi bacarıq, ustalıq, sənətkarlıq və məharət, müəyyən halları qiymətləndirmək qabiliyyə-

ti  və  ya  müəyyən  etibar-nüfuz,  ad-san  tələb  edən  öhdəliklərdən  (müqavilələrdən)  irəli  gələn  tələb  hüquqlarının 

sessiya  qaydasında  başqa  şəxsə  verilməsi  istisna  edilir.  Məsələn,  filarmoniya  məşhur  və  tanınmış  müğənni  ilə 

konsert vermək barədə müqavilə bağlayır; bu müqavilədən müğənninin konsert vermək barədə filarmoniyadan tə-

ləb etmək hüququ yaranır. Aydın məsələdir ki, o, bu hüququ sessiya yolu ilə başqa şəxsə verə bilməz. 

Sessiyanın ikinci şərti ondan ibarətdir ki, kreditorun tələb hüququnu başqa şəxsə verməsi onun borclu ilə 



razılaşmasına zidd olmamalıdır

Belə ki, əgər müqavilədə tələb hüququnun verilməsini qadağan edən şərt nəzərdə tutularsa, həmin hüququ kre-

ditor sessiya yolu ilə başqa şəxsə verə bilməz. Məsələn, mal göndərmə müqaviləsində belə bir şərt müəyyən edilir 

ki, mal göndərən (kreditor) alıcıdan (borcludan) göndərilmiş malın pulunun ödənilməsini tələb etmək hüququnu 

üçüncü şəxsə güzəşt edə bilməz. Müqavilədə həm də belə bir şərt nəzərdə tutula bilər ki, kreditor tələb hüququnu 

yalnız borclunun razılığı ilə güzəşt edə bilər. Əgər müqavilədə tələb hüququnun verilməsini qadağan edən şərt ol-

mazsa, kreditor həmin hüququ güzəşt edə bilər. Yalnız borclunun əsaslı (üzrlü) maraq və mənafeyi olduqda, belə 

şə

rt nəzərdə tutula bilər. 



Sessiyanın üçüncü şərti ondan ibarətdir ki, kreditorun tələb hüququnu başqa şəxsə verməsi qanunvericiliyə 

zidd olmamalıdır. Əgər tələbin verilməsi qanunvericilikdə nəzərdə tutulan tələbləri pozmaqla bağlı olarsa, hü-

quqi nəticə doğurmur və puç əqd hesab edilir. 

Qeyd etmək lazımdır ki, sessiya zamanı diqqəti jəlb edən əsas məsələlərdən biri borclunun üzərinə düşən vəzifə-

yə aiddir. Belə ki, o, öhdəliyin kimin qarşısında (sedentin və ya sessionarın qarşısında) icra etməlidir. Bu, məsələ 

sessiya yolu ilə tələbin güzəşti barədə borcluya bildiriş (məlumat) verilməsindən asılıdır. Bildirişin isə kim (sedent 

və ya sessionar) tərəfindən göndərilməsi barədə qanunvericilik konkret göstəriş ifadə etmir. Buna görə də bildirişi 

həm sedent, həm də sessionar göndərə bilər. Amma hamıdan çox borclu tərəfindən öhdəliyin icra edilməsində yeni 

kreditor (sessionar) maraqlıdır; çünki öhdəliyin icrası onun iqtisadi və əmlak mənafelərinin təmin edilməsinə yönəl-

mişdir. Buna görə də yeni kreditorun (sessionarın) vəzifəsidir ki, o, tələblərin güzəşt edilməsi barədə borcluya yazılı 

bildiriş versin; sessionarın bildirişi (məlumatı) şifahi formada da verə bilər. O, bildiriş verməsə, borclu, sedent qar-

ş

ısında öhdəliyi icra edir. Bu cür icra mümkündür (MM-in 195-ji maddəsi). Lakin sedent artıq güzəşt edilmiş hüqu-



qun sahibi olmadığına görə o, əsassız əmlak əldə edən şəxs (belə əmlak əldə etmənin hüquqi əsası yoxdur), sessionar 

isə əmlakdan məhrum olan şəxs hesab edilir. Odur ki, onlar arasında kondikasiya öhdəliyi (əsassız varlanma öhdəli-

yi) yaranır. Bu öhdəliyə görə, sessionarın kondikasiya tələbinə əsasən, sedent əsassız əldə edilmiş əmlakı ona qaytar-

malıdır (MM-in 1092-ji maddəsi). 

Borclunun sessionar qarşısında öhdəliyi icra etməsi üçün sessionarın müəyyən hərəkətləri yerinə yetirməsi tə-

ləb olunur. Belə ki, sessionar tələbin ona keçməsi barədə sübutları borcluya təqdim etməlidir. Əgər o, sübut-

lar təqdim etməsə, borclu öhdəliyi icra etmir (MM-in 198-jı maddəsinin 1-ji bəndi). Sübutlar dedikdə, tələb hüqu-

qunun sedentdən sessionara keçməsini şərtləndirən hüquqi faktlar (bağlanmış əqd, universal hüquq varisliyi və s.), 

habelə sedentin tələb hüququnu təsdiqləyən sənədlər başa düşülür. Sedentin borcudur ki, bu sənədləri və tələbin 

həyata keçirilməsi üçün əhəmiyyətli olan məlumatları (borclunun olduğu yer, bank hesabı, filialı və digər məsələ-

lər barədə məlumatları) versin. Məsələn, kənd sakini (sedent) öz minik avtomobilini qonşusuna (borcluya) satır. 

Qonşu onun pulunu iki aydan sonra ödəməyi vəd edir. Onlar arasında alqı-satqı müqaviləsi bağlanır. Kənd sakini 

(sedent) bu öhdəlikdən irəli gələn tələb hüququnu, yəni avtomobilin pulunun verilməsini tələb etmək hüququnu 

oğluna (sessionara) bağışlayır və onunla bağışlama müqaviləsi bağlayır. Sedent tələb hüququnu təsdiqləyən alqı-

satqı müqaviləsinin surətini sessionara, sessionar isə bağışlama müqaviləsinin surətini borcluya (qonşuya) təqdim 

etməlidir. Qeyd etməliyik ki, borcluya lazımi sənədlərin (sübutların) təqdim edilməməsi öz hüquqi nəticəsinə görə 

borcluya bildiriş göndərilməməsinə (məlumat verilməməsinə) bərabər tutulur. Hər iki halda borclu sessionar qar-

ş

ısında məsuliyyət daşımır. Onun sedent qarşısında öhdəliyi icra etməsi isə lazımınja icra hesab edilir və öhdəliyin 



xitamına səbəb olur. 

 

405


Öhdəlikdə şəxslərin dəyişməsində, o cümlədən sessiyada yalnız öhdəliyin subyekt tərkibi dəyişir, öhdəli-

yin məzmunu (tərəflərin hüquq və vəzifələri) isə dəyişmir, olduğu kimi saxlanılır. Ona görə də sedentin tə-

ləbi sessionara hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir (MM-in 196-jı maddəsinin 

1-ji bəndi). Sessionara öhdəliyin icrasını təmin edən hüquqlar da (girov hüququ, zaminlik, ipoteka hüququ, dəb-

bə  pulu  və  s.)  keçir.  Məsələn,  borc  girovla  təmin  edilərsə,  onda  sessionar  da  həmin  təminatdan  istifadə  edir. 

Sessionara həm də tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq da keçir. Bu qay-

da gəlirlərə, bəhərlərə, xərclərin əvəzinin ödənilməsinə də şamil edilir. 

Qanun borclunun mənafeyini də nəzərə alır. Belə ki, o, sessionarın tələbinə qarşı etiraz edə bilər. O, sedentə 

qarşı malik olduğu etirazları sessionara verir. Özü də o, yalnız bildiriş aldığı anda sedentə qarşı malik olduğu 

etirazları irəli sürə bilər. Tələb sedentdən sessionara güzəşt edildiyi məqamda mövcud olan etirazlar irəli sürülə 

bilməz və bu, nəzərə alınmır. 

Sessiya qanunda nəzərdə tutulan müəyyən formada bağlanır. MM-in 194-cü maddəsinin 4-cü bəndi sessiya-

nın formasını tənzimləyir. Qanun müəyyən edir ki, sessiyanın forması sessiyanın əmələ gəlməsinə əsas olan 

ə

qdin forması ilə müəyyən edilir. Belə ki, əgər həmin əqd (əsas) sadə yazılı formada bağlanarsa, onda sessiya 



da bu formada bağlanır. Məsələn, sadə yazılı formalı borc müqaviləsindən irəli gələn tələb hüququ güzəşt edi-

ləndə, sessiya da sadə yazılı formada olur. Şifahi formalı borc müqaviləsindən əmələ gələn tələb hüququ güzəşt 

edildiyi halda, sessiya da şifahi formada olur. 

Notarial  formalı  əqdlərdən  yaranan  tələb  hüququ  güzəşt  edildiyi  hallarda,  sessiya  da  notarial  formada 

bağlanır. Məsələn, yaşayış evinin alqı-satqı müqaviləsi üçün qanun notarial forma müəyyən edir (MM-in 647-ji 

maddəsinin 1-ji bəndi). Bu müqavilə hökmən notariat qaydasında təsdiqlənməlidir. Evin mülkiyyətçisi (kredi-

tor, sedent) bu müqavilədən irəli gələn tələb hüququnu (pul almaq hüququnu) dostuna (sessionara) güzəşt etdik-

də, sessiya da hökmən notariat qaydasında təsdiqlənir. 

Elə əqdlər vardır ki, bu əqdlərin yaratdığı və əmələ gətirdiyi hüquqların hökmən daşınmaz əmlakın dövlət 

reyestrində qeydə (dövlət qeydiyyatına) alınması tələb olunur. Əmələ gətirdiyi hüquqlar dövlət qeydiyyatına 

alınmalı olan bu cür əqdlər üzrə tələb güzəşt edildikdə, sessiya da hökmən dövlət qeydiyyatına alınır. Məsə-

lən, yuxarıdakı misalda evin mülkiyyətçisi müqavilədən irəli gələn tələb hüququnu güzəşt etdikdə, sessiya da-

ş

ınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Ona görə ki, qanun yaşayış evinin alqı-satqı mü-



qaviləsinin  yaratdığı  mülkiyyət  hüququnun  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydiyyata  alınmasının 

məcburiliyi haqqında göstəriş ifadə edir (MM-in 647-ji maddəsi). Renta müqaviləsi üzrə (daşınmaz əmlakın öz-

gəninkiləşdirilməsi  barədə)  renta  ödənişini  almaq  hüququnu  renta  alan  (sedent)  güzəşt  etdikdə,  sessiya  yazılı 

formada bağlanır, notariat qaydasında təsdiqlənir və bundan sonra həmin müqavilənin yaratdığı hüquq daşın-

maz əmlakın dövlət reyestrində qeydə alınır (MM-in 865-866-jı maddələri). 

Orderli qiymətli kağızlar üzrə də tələb hüququ güzəşt edilə bilər. Bu cür qiymətli kağızlar üzrə tələb hüququ 

güzəşt edilərkən, qiymətli kağızın arxa tərəfində tələbin güzəşti haqqında qeyd etmək lazımdır. Həmin qeyd in-

dossament adlanır. Adlı qiymətli kağız üzrə hüquq veriləndə tələbin güzəşti haqqında yazılı ərizə verilir (MM-

in 993-cü maddəsinin 2-ji bəndi). 

Sedentin sessionar qarşısında daşıdığı mülki-hüquqi məsuliyyət müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, 



sedent yalnız sessionara verilən tələbin etibarsızlığı üçün məsuliyyət daşıyır. O, güzəşt edilən tələbin borclu 

tərəfindən icra edilməsinə javabdeh deyildir. Lakin sedent tələbin borclu tərəfindən icra edilməsinə təminat verə 

bilər. Bu, zaminlik vasitəsilə həyata keçirilir. Belə ki, o, borclu üçün sessionar qarşısında zamin durur. Bu hal-

da sedent borclunun öhdəliyi icra etməsinə görə məsuliyyət daşıyır.  

Bununla belə, mövcud olan bütün tələb hüquqlarının hamısı sessiyanın predmeti ola bilməz. Bu, o demək-

dir ki, bəzi tələb hüquqlarının verilməsi və güzəşt edilməsi istisna olunur. Qanun bu hüquqların güzəşt edilmə-

sini yasaqlayır. Məsələn, kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqın-

da və həyata və  ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol 

verilmir (MM-in 194-cü maddəsinin 3-cü bəndi). Qeyd etmək lazımdır ki, müqavilədən yaranan şəxsi xarakterli 

hüquq başqa şəxsə sessiya yolu ilə verilə bilməz. Ona görə ki, bu hüquq öz təbiətinə görə sedentin şəxsiyyətin-

dən ayrılmazdır və onun sessionar ilə əvəz olunması borcludan tələb edilən icranın xarakterini dəyişir. Buna gö-

rə də aşağıdakı tələblər sessiyanın predmeti ola bilməz: renta müqaviləsi üzrə şəxsi ömürlük saxlamaq barədə 

tələb; mənəvi zərərin kompensasiya edilməsi barədə tələb; vəsiyyət tapşırığının icrası barədə tələb və s. 

stənilən öhdəlik hüququnun sessiyanın predmeti olması mümkündür. Belə ki, həm müqavilə öhdəliyindən, 

həm də müqavilədənkənar öhdəlikdən (məsələn, delikt öhdəliyindən; əsassız varlanma öhdəliyindən) irəli gələn 

öhdəlik hüquqları sessiya yolu ilə başqa şəxsə verilə bilər. 

Bundan əlavə, tələbin güzəşti hüquqauyğun olmalıdır. Əgər o, qanuna və sessiyanın əsaslandığı əqdə (mü-

qaviləyə) zidd olarsa, kreditorun tələbin güzəşt etməsindən söhbət gedə bilməz. Tələbin güzəşti hüquqazidd ola 



 

406


bilməz. 

Tələbin güzəştinin ikinci forması subroqasiyadır. Subroqasiya sığorta hüququnda istifadə olunan anlayışdır. 

SSR   Ticarət  Gəmiçiliyi  Məcəlləsinin  229-cu  və  281-ji  maddələri  bu  anlayışı  nəzərdə  tuturdu.  Lakin  bu 

məcəllədə «subroqasiya» termini işlədilmirdi. Subroqasiya Azərbaycan Respublikasının yeni Ticarət Gəmiçiliyi 

Məcəlləsinə (TGM-ə) də məlumdur. 

Subroqasiya institutunu «Sığorta haqqında» qanunun 37-ji maddəsi də nəzərdə tutur. Lakin bu qanunda da 

«subroqasiya» terminindən istifadə olunmur. Nəhayət, MM-in 936-jı maddəsi subroqasiya institutunun hüquqi 

təbiətini və xarakterini müəyyənləşdirir; bu maddədə «subroqasiya» terminindən istifadə olunur. Həmin norma-

da subroqasiya tələbin güzəştinin qanunda bilavasitə nəzərdə tutulan forması kimi müəyyənləşdirilir. O, öhdə-

likdə şəxslərin dəyişilməsinin xüsusi halıdır. 



Subroqasiya tələbin güzəştinin elə bir formasıdır ki, buna görə zərərin əvəzinin üçüncü şəxs (təqsirkar 

şə

xs) tərəfindən ödənilməsini tələb etmək hüququ sığortalıdan sığorta ödənişi məbləğində bu ödənişi ver-



miş sığortaçıya keçir (MM-in 936-jı maddəsinin 1-ji bəndi, «Sığorta haqqında» qanunun 37-ji maddəsinin 1-ji 

bəndi). Özü də dərhal qeyd etməliyik ki, subroqasiya institutu yalnız qeyri-həyat sığortasında, yəni zərərdən sı-

ğ

orta və mülki məsuliyyətin sığortasında istifadə olunur. Həyat sığortasında bu anlayış tətbiq edilmir.  



Subroqasiyanın  mənasını  başa  düşmək  üçün  konkret  misala  müraciət  edək.  Vətəndaş  özünə  məxsus  olan 

nəqliyyat vasitəsini sığortalayır və bu məqsədlə sığorta təşkilatı ilə (sığortaçı ilə) sığorta müqaviləsi bağlayır. 

Başqa bir vətəndaş yüksək sürətlə idarə etdiyi yük maşını ilə həmin nəqliyyat vasitəsini tamamilə əzərək, onu 

sıradan çıxarır və istifadə üçün yararsız hala salır. O, təqsirkar şəxs hesab olunur. Bununla sığorta hadisəsi baş 

verir və sığortaçı müqaviləyə uyğun olaraq, nəqliyyat vasitəsi sahibinə (sığortalıya) sığorta ödənişi (15 min ma-

nat  məbləğində)  verir.  Nəqliyyat  vasitəsi  sahibinin  təqsirkar  şəxsə  vurduğu  ziyanın  ödənilməsini  tələb  etmək 

hüququ vardır. O, 15 min manat məbləği həcmində (yəni sığortaçının nəqliyyat vasitəsi sahibinə verdiyi sığorta 

ödənişi həcmində) bu tələb hüququnu sığorta təşkilatına (sığortaçıya)  güzəştə gedir. Həyata keçirilən bu akta 

subroqasiya deyilir. 

Subroqasiya institutunun tətbiqini təkjə sığorta münasibətlərilə məhdudlaşdırmaq olmaz. Bu institutdan həm 

də qeyri-sığorta münasibətləri sferasında istifadə etmək olar. Məsələn, kreditor (girov saxlayan) borcluya (girov 

qoyana) məxsus əşyaya (girov qoyulmuş əşyaya) məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əş-

yaya hüquqların (mülkiyyət hüququnun) itirilməsi təhlükəsi yarana bilər. Onda hər hansı bir üçüncü şəxs kredi-

torun tələbini ödəyə bilər. Bundan sonra tələb hüququ üçüncü şəxsə keçir (MM-in 431-ji maddəsinin 3-cü bən-

di). Bu qeyri-sığorta hüququ sahəsində, yəni girov hüququ sferasında subroqasiyadır. Məsələn, vətəndaş bank-

dan kredit alır və əmlakını girov qoyur. Kredit müqaviləsinin müddəti başa çatır, amma vətəndaş krediti qaytar-

mır. Belə halda bank girov qoyulmuş əmlaka tələb yönəldir. Vətəndaşın yaşayış evinə olan mülkiyyət hüququ-

nun  itirilmək  təhlükəsi  yaranır.  Vətəndaşın  yaxın  qohumu  olan  sahibkar  banka  kredit  məbləği  həcmində  pul 

ödəyir. Belə halda tələb hüququ bankdan həmin sahibkara keçir.  

Subroqasiya sessiyadan fərqli cəhətlərə malikdir. Bu anlayışlar bir-birindən, əsasən, iki xüsusiyyəti ilə fərqlə-



nir: əmələ gəlmə əsasına görə; tələb hüququnun həcmi ilə. Belə ki, birinjisi, subroqasiyanın əmələ gəlmə əsası 

kimi tərəflərin sazişi, yəni əqd (müqavilə) çıxış edə bilməz. Subroqasiya bütün hallarda, istisnasız olaraq, qa-



nunun ifadə etdiyi göstəriş əsasında əmələ gəlir. Sessiya isə həm tərəflərin sazişi əsasında, həm də qanunun 

göstərişləri (məsələn, vərəsəlik, universal hüquq varisliyi) əsasında yaranır. 

kincisi, sessiya tələb hüququnun yeni kreditora bu hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə keç-

məsini nəzərdə tutur. Belə halda tələblə bağlı hüquqlar (girov hüququ, zaminlik, ödənilməmiş faizlərə olan hü-

quq  və  s.)  da  yeni  kreditora  verilir.  Subroqasiya  isə  bu xüsusiyyətdə  məhrumdur.  Belə  ki,  subroqasiya  yeni 

kreditora tələb hüququnun bütövlükdə yox, yalnız onun bir hissəsinin (faktiki həyata keçirilmiş ödəniş 

məbləği həcmində) keçməsini nəzərdə tutur

Öhdəlikdə şəxslərin dəyişməsinin ikinci halı borcun köçürülməsi (öhdəliyin verilməsi) adlanır. Borcun köçü-

rülməsi institutunun tarixi kökü qədim Roma hüququ ilə bağlıdır. Bu hüquq borcun köçürülməsinə öhdəlikdə 

bir borclunun digəri ilə əvəz edilməsi kimi anlayış verirdi.  

Azərbaycan Respublikasının MM-in 26-jı fəslinə daxil olan normalar (522-526-jı maddələr) borcun köçürül-

məsinin əsasları və qaydasını müəyyən edir. Borcun köçürülməsi dedikdə, öhdəlikdə borclunun üçüncü şəxs 



ilə əvəz edilməsi barədə kreditor, borclu və üçüncü şəxs arasında bağlanan saziş başa düşülür. Bu sazişin 

bağlanması üçün üç tərəfin, yəni borclunun, kreditorun və üçüncü şəxsin (yeni borclunun) öz iradələrini ifadə et-

mələri tələb olunur. Deməli, borcun köçürülməsi çoxtərəfli əqddir. Amma Almaniya mülki qanunvericiliyinə gö-

rə, borcun köçürülməsi iki yolla həyata keçirilir: birinji yola görə, kreditorla yeni borclu arasında müqavilə bağla-

nır (§ 414); ikinci yola görə, köhnə və yeni borclu arasında müqavilə bağlanır (§ 415), kreditor isə buna razılıq ve-

rir. Yaponiya qanunvericiliyinə görə, borcun köçürülməsi köhnə və yeni borclu arasında bağlanan borc öhdəliyi-



 

407


nin köçürülməsi barədə müqavilə əsasında həyata keçirilir. Amma kreditorun buna razılıq verməsi tələb olunur. 

Kreditorun şəxsiyyəti borclu üçün mühüm əhəmiyyət kəsb etmir. Öhdəliyin kimin üçün — yeni, yoxsa əv-

vəlki kreditor üçün icra  edilməsinin borclu şəxs üçün əhəmiyyəti və təvafütü  yoxdur.  Buna  görə  də, əvvəldə 

qeyd etdiyimiz kimi, müəyyən istisnalarla, kreditorun tələb hüquqlarının başqa kreditora güzəşti üçün borclu-

nun razılığı tələb olunmur (MM-in 194-cü maddəsinin 1-ji bəndi), yəni sessiyaya onun razılıq verib-verməməsi 

soruşulmur. Tələb hüququnun sessiyası barədə borcluya yalnız xəbər verilir. Öhdəlikdə borclu şəxs əvəz edil-

dikdə isə iş tamamilə başqa cür olur. Belə ki, kreditor üçün borclunun şəxsiyyəti mühüm əhəmiyyət kəsb edir. 

Borclunun şəxsiyyəti vəzifənin icrası üçün vacib elementdir. Kreditor borclu ilə öhdəlik münasibətlərinə girər-

kən həmin borcluya etimad göstərir, etibar edir, onun öhdəliyi icra etməyə imkanı və ödəmək qabiliyyətinə ma-

lik  olduğunu  güman  edir.  Borclunun  əvəzinə  öhdəlikdə  başqa  borclu  iştirak  etdikdə  isə  yeni  şəxs  kreditorda 

onun öhdəliyi lazımınja icra etməsinə inam yaratmaya da bilər. Buna görə də qanun müəyyən edir ki, öhdəlikdə 

borclunu üçüncü şəxs əvəz edərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur (MM-in 522-ji maddəsinin 2-ji 

bəndi). Bu, onunla izah olunur ki, kreditorun borclunun ödəmə qabiliyyətinə malik olmasında və onun öhdəliyi 

lazımınja icra etməsində marağı vardır. Beləliklə, öhdəlikdə borclunun üçüncü şəxslə əvəz edilməsinə kreditor 

icazə verməsə, borc köhnə borcludan yeni borcluya köçürülməmiş hesab edilir; kreditorun icazəsi olmadan heç 

kəs özünü üzərinə düşən öhdəlikdən azad edə bilməz. 

Borcun köçürülməsi üçün icazə müəyyən qayda əsasında alınır. Belə ki, hər şeydən əvvəl, borcun köçürül-

məsi barədə kreditora məlumat verilir. Bu məlumatı həm borclu, həm də üçüncü şəxs (yeni borclu) verə bilər. 

cazə vermək məqsədilə kreditora müəyyən vaxt müddəti verilir. Kreditor icazəni bu müddət ərzində verməli-

dir. Elə hallar da olur ki, kreditor bu müddət qurtaranadək icazə vermək barədə niyyətini bildirmir, susur. Bu, 

kreditorun icazə verməkdən imtina etməsini ifadə edir. 

Borcun köçürülməsinin əsasını, hər şeydən əvvəl, əqdlər (müqavilələr) təşkil edir. Bununla belə, borcun kö-

çürülməsinin əsası kimi qanunda nəzərdə tutulan hüquqi faktlar da çıxış edə bilər. Məsələn, universal hüquq va-

risliyi bu cür fakta misal ola bilər. Ata qonşudan borc alır. O, sağlığında borcu qaytarmır. Ata ölür. Borc öhdəli-

yində atanın (köhnə borclunun) yerini onun vərəsəsi (yeni borclu) tutur. Belə ki, vərəsə həmin borc məbləğini 

qonşuya ödəməlidir. Deməli, borcun köçürülməsi universal hüquq varisliyi (vərəsəlik) əsasında həyata keçirilir. 

Borcun  köçürülməsi  halında  öhdəliyin  məzmunu  (tərəflərin  hüquq  və  vəzifələri)  dəyişilmir.  Buna  görə  də 

yeni borclu kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə 

bilər (MM-in 524-cü maddəsi). 

Beləliklə,  yeni  borclu  əvvəlki  borclunun  əvəzinə  öhdəlik  hüquq  münasibətinə  daxil  olur.  Bununla  əvvəlki 

borclu öhdəlikdən azad edilir. O, öhdəlik hüquq münasibətindən çıxır. 

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

offe O.S. Obəzatelğstvennoe pravo. M., 1975 (ql. «Obəzatelğstvennoe pravo i obəzatelğstva»). 

Sovetskoe qracdanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. O.A.Krasavçikova. M., 1985 (ql. 20, 22). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A.Suxanova. M., 1986 (ql. 28). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.Q.KalpinaA. .Masləeva. M., 1997 (ql. 21). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.P.SerqeevaÖ.K.Tolstoqo. M., 1998 (ql. 24). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. T. . llarionovoyB.M.QonqaloV.A.Pletnevoy. M., 1998 

(ql. 15, 16, 17). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. Z. .Üıbulenko. M., 1998 (ql. 20). 



Noviükiy  .B.Lunü L.A. Obhee uçenie ob obəzatelğstve. M., 1950.  

Obəzatelğstvennoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. V.V.Zalesskoqo. M., 1998 (ql.1). 



Aqarkov A.A. Obəzatelğstvo po sovetskomu qracdanskomu pravu. M., 1940. 

Donsov S.Telöşkin M. Dolevıe i solidarnıe obəzatelğstva // Sovetskaə östiüiə. 1973. №17. 

Eqorov N.D. Klassifikaüiə obəzatelğstv // Sovetskoe qosudarstvo i pravo. 1989. № 3. 

Qavze F. . Obəzatelğstvennoe pravo. Obhie poloceniə. Minsk. 1968. 

A.Calinskiy, A.Rёrixt. Vvedenie v nemeükoe pravo. M., 2001. 

Westermann H.P.Bydlinski P. BGB – Schuldrecht. Allgemeiner Teil. Heidelberg. 1999. 

Brox H. Allgemeines Schuldrecht. München. 1999. 

Medicus D. Schuldrecht I. Allgemeiner Teil. München. 1999. 

Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983. 

 

MÖVZU 10 



Müqavilə (Vertrag) hüququ  
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə