MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə65/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   61   62   63   64   65   66   67   68   ...   91
§ 1. Müqavilənin anlayışı, əhəmiyyəti  

və əsas xüsusiyyətləri 

1. Müqavilənin anlayışı və mahiyyəti 

Müqavilə anlayışı hüququn müxtəlif sahələrində işlədilir. Beynəlxalq hüquqda müqavilə, saziş, konvensiya, 

pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələrdən istifadə olunur. 

Beynəlxalq müqavilə dedikdə, dövlətin xarici dövlətlər və beynəlxalq təşkilatlarla yazılı şəkildə bağladığı razı-

laşma başa düşülür. Əmək hüququ sahəsində əmək müqaviləsi (kontraktı) adlı hüquqi konstruksiya tətbiq olu-

nur. Əmək müqaviləsi vətəndaşların Konstitusiyada təsbit edilmiş əmək hüququnun həyata keçirilməsinin əsas 

forması  olub,  işçi  ilə  işəgötürən  arasında  bağlanan  sazişdir.  Ailə  hüququ  sferasında,  əsasən,  nikah  kontraktı 

konstruksiyasından, ekologiya hüququnda təbiət obyektlərindən istifadə olunması haqqında müqavilə formasın-

dan istifadə edilir. 

Mülki hüquq münasibətləri sferasında da müqavilələrdən geniş səviyyədə istifadə olunur. Geniş spektrli mülki 

hüquq və vəzifələrin əmələ gəlməsi məhz bilavasitə müqavilələrlə bağlıdır. Mülki hüquqla tənzimlənən münasi-

bətlər sahəsində tətbiq olunan müqavilələr mülki-hüquqi müqavilələr anlayışı ilə əhatə olunur. Mülki hüquqda 

«müqavilə» termini, əsasən, üç mənada işlədilir: 

 hüquqi fakt mənasında; 



 müqavilə öhdəliyi (hüquq münasibəti) mənasında; 

 sənəd mənasında. 



Hüquqi fakt mənasında müqavilə bir çox xüsusiyyətlərə malikdir. Belə ki, o, hüquqi fakt kimi mülki hü-

quq və vəzifələr əmələ gətirir, dəyişdirir və ya xitam edir. Bu baxımdan müqavilələr öhdəlik hüquq münasibət-

lərinin (öhdəliklərin) əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Yaponiya mülki hüquq elmində 

göstərildiyi kimi, müqavilənin məqsədi, adətən, öhdəlik yaratmaqdan ibarətdir. Məsələn, tərəflər öz aralarında 

alqı-satqı müqaviləsi bağlayırlar. Bu müqavilə əsasında alqı-satqı öhdəliyi adlı mülki hüquq münasibəti əmələ 

gəlir.  


Lakin  bütün  hüquqi  faktların  hamısını,  istisnasız  olaraq,  müqavilə  hesab  etmək  olmaz.  Elə  hüquqi  faktlar 

vardır ki, onlar müqavilə hesab edilmir.  nsan iradəsindən asılı olmayaraq baş verən hüquqi faktlar, yəni hadisə-

lər (məsələn, tufan, təbii fəlakət, zəlzələ, təbii yanğın və s.) mülki hüquq və vəzifələr əmələ gətirsə də və ya on-

ları ləğv etsə də, müqavilə sayılmır. Ona görə ki, müqavilə həmişə iki və daha artıq şəxsin öz iradələrini ifadə 

etmələri nəticəsində bağlanır. Həmin şəxslərin iradə ifadəsi qarşılıqlı razılığa əsaslanır. Bu, onu göstərir ki, mü-

qavilə iradəvi aktdır

Bununla bərabər, şəxslərin istənilən hər hansı bir razılaşması və sazişi müqavilə hesab edilmir. Məsələn, iki 

və daha artıq şəxsin teatra, muzeyə, sərgiyə getməsi barədə razılığa gəlmələri halını mülki-hüquqi müqavilə he-

sab etmək olmaz. Tərəflərin sazişini və razılığını yalnız o halda müqavilə saymaq olar ki, həmin saziş və razılıq 

xüsusi olaraq hüquqi nəticə əldə edilməsinə (yəni mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilmə-

sinə və ya xitamına) yönəldilmiş olsun. Vətəndaşların kinoya, teatra və s. getmələri barədə sazişi hüquqi nəticə 

ə

mələ gətirmir, onlar üçün hər hansı bir hüquq və vəzifə yaratmır. Ona görə də bu cür saziş müqavilə sayılmır. 



Tərəflərin əmlakın alqı-satqısı, ev tikintisi, yük daşınması, borc verilməsi, əşyanın saxlanması və s. barədə sazi-

ş

i isə müqavilədir. Belə ki, bu cür hallarda tərəflər (alıcı-satıcı, sifarişçi-podratçı, yük göndərən-dpşıyıcı və s.) 



arasında hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələr isə mülki hüquq normaları ilə tənzimlənir. 

Deməli, müqavilə tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xita-

mına, yəni hüquqi nəticə əldə olunmasına yönəldildiyinə görə əqddir. Bu xüsusiyyət əqd kimi müqavilənin bi-

rinji əsas əlamətidir

Müqavilə  əqd  kimi  öhdəlik  hüquq  münasibətlərinin  əmələ  gəlmə  əsası  kimi  çıxış  edir.  Bütün  ikitərəfli  və 

çoxtərəfli əqdlər müqavilə hesab edilir. Ona görə də müqavilənin özünə əqdlər və onun forması barədə müvafiq 

qaydalar tətbiq edilir. Dediklərimizdən belə çıxır ki, istənilən hər hansı bir müqavilə həmişə əqddir. Lakin 

istənilən əqd müqavilə hesab edilmir. Birtərəfli əqdlər müqavilə deyildir. Məsələn, vəsiyyət etmək, miras əm-

lakdan imtina, etibarnamə vermək, xüsusi mükafatlandırma, müsabiqə, oyunların və mərclərin keçirilməsi və s. 

birtərəfli əqdlər sayılır və buna görə də müqavilə kateqoriyasına aid edilmir. Ona görə aid edilmir ki, birtərəfli 

ə

qdlərdə bir tərəfin iradəsi ifadə olunur. Müqavilələr isə bir tərəfin yox, iki və daha artıq (çox) tərəfin iradə ifa-



dəsinə əsaslanır. Özü də müqavilə onların qarşılıqlı razılaşdırılmış iradə ifadəsini bildirir. Bu, əqd kimi müqa-

vilələrin ikinci əsas əlamətidir

Beləliklə, bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi tələb olunan əqdlərə 



müqavilə deyilir (MM-in 324-cü maddəsinin 4-cü bəndi). Müqavilə daha geniş yayılmış əqd növüdür. Mülki 

hüquqda rast gəlinən əqdlərin əksəriyyəti müqavilələrdir. Buna uyğun olaraq, müqavilə bütün əqdlərin hamısına 

ş

amil edilən ümumi qaydalara tabe olur. 



 

409


«Müqavilə» termini təkjə hüquqi faktı (əqdi) ifadə etmək üçün işlədilmir. O, həm də müqavilədən əmələ gə-

lən öhdəlik hüquq münasibətini (öhdəliyi) ifadə etmək üçün tətbiq olunur. Başqa sözlə desək, ikinci mənada 



«müqavilə» termini ilə müqavilə öhdəliyi anlayışı əhatə edilir. Məsələn, icarə öhdəliyi, kirayə öhdəliyi, daşı-

ma öhdəliyi, podrat öhdəliyi və s. Müqavilə öhdəliyi tərəflərin subyektiv hüquq və vəzifələrini nəzərdə tutur, 

onların həyata keçirilməsini müəyyən edir. Müqavilənin icrası, onu icra etməməyə görə məsuliyyət, müqavilə-

nin qiyməti, müddəti və digər məsələlər müqavilə öhdəliyi ilə həll olunur. Ona görə də bu cür hüquq münasibə-

tinə, yəni müqavilə öhdəliyinə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 

Üçüncü mənada «müqavilə» termini ilə «yazılı sənəd» anlayışı əhatə olunur ki, bu sənəd hüquqi faktı, 

yəni tərəflərin sazişini, onların hüquq və vəzifələrini obyektiv formada ifadə edir. Başqa sözlə desək, müqavilə 

dedikdə, elə bir sənəd başa düşülür ki, bu sənəd öhdəlik hüquq münasibətinin əmələ gəlməsi faktını əks etdirir. 

Sənəd mənasında müqavilə bəndlərin və zəruri formal rekvizitlərin məjmusundan ibarətdir. Bəndlərdə müvafiq 

müqavilə şərtləri əks olunur. Bundan əlavə, müqavilə (sənəd) öz məzmununda giriş hissəni də əhatə edir.  

Müqavilə iqtisadi-hüquqi kateqoriyadır, yəni həm iqtisadi mənada, həm də hüquqi mənada işlədilən kate-

qoriyadır. K.Marks öz «Kapital» əsərində müqaviləyə məhz bu cür yanaşmışdır. Müqavilə hüquq münasibətlə-

rinin formasıdır. O, əmtəə dövriyyəsinin hüquqi rəsmiləşdirmə vasitəsi kimi çıxış edir. Bu baxımdan müqavilə 



hüquqi kateqoriyadır. O, həm də iradəvi münasibətlərdir ki, bu, iqtisadi münasibətlərin, əmtəə dövriyyəsinin 

məzmununu ifadə edir. Bu aspektdən isə müqavilə iqtisadi kateqoriya kimi çıxış edir.  qtisadi-hüquqi kateqo-

riya kimi müqavilə dedikdə, iqtisadi münasibətlərin məzmununu ifadə edən hüquqi rəsmiləşdirmə forması (va-

sitəsi) başa düşülür. 

Almaniya Mülki Qanunnaməsində müqaviləyə (Vertrag) leqal anlayış verilmir. Müqaviləni xarakterizə edər-

kən tez-tez qanunnamənin 305-ji paraqrafına istinad edirlər: müqavilə öhdəliyin əmələ gəlməsi və ya dəyişməsi 

üçün zəruri olan əqddir. 

Almaniya  mülki  hüquq  doktrinasında  müqaviləyə  müxtəlif  elmi  (doktrinal)  anlayışlar  verilir.  Professor 

Q.Y.Muselyakın fikrinjə, müqavilə partnyorların arasındakı hüquq münasibətinin razılıq əsasında tənzimlənmə-

sidir. Professor H.Haynriks müqaviləyə hüquqi nəticəyə nail olmaq barədə iki və ya daha artıq şəxsin razılaşdı-

rılmış iradəsi kimi anlayış verir. O, müqavilənin üç əlamətini fərqləndirir: birinjisi, müqavilə əqddir; ikincisi, 

müqavilə hüquqi nəticə əldə edilməsinə yönəlir; üçüncüsü, müqavilə, iradə vəhdətinin olmasını tələb edir. 



2. Müqavilənin funksiyaları və əhəmiyyəti 

Müqavilənin əhəmiyyəti onun funksiyalarında təzahür edir. Müqavilənin funksiyası dedikdə, hüquqi akt ki-

mi müqavilənin ictimai münasibətlərə qanunla müəyyən edilən və ya yol verilən təsir göstərməsi başa düşülür. 

O, bir neçə funksiya həyata keçirir: tənzimetmə funksiyasını; təşkilati funksiyanı; təşəbbüskarlıq funksiyasını; 

təminat funksiyasını; müdafiə funksiyasını; informasiya funksiyasını. 

Müqavilənin tənzimetmə funksiyası onun ictimai münasibətləri qaydaya salmasından ibarətdir. O, elə bir 

zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi 

qaydaya salınır və rəsmiləşdirilir.  qtisadiyyat, sosial-iqtisadi, mədəni həyat sahələrində müqavilə kateqoriya-

sından geniş səviyyədə istifadə olunur. 

Öhdəlik  hüququ  bazarı,  bazar  əmtəə  dövriyyəsini  rəsmiləşdirir.  Onun  əsas  təyinatı  iqtisadi  dövriyyəni,  yəni 

ə

mtəə mübadiləsini tənzim etməkdən ibarətdir. 



Bazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə sahəsində sosial-iqtisadi münasibətlərin məjmu-

sudur. Həmin münasibətlər nəticəsində mallar realizə edilir. Bazar məhsul istehsalçıları ilə onu istehlak edənlər 

arasında yaranan münasibətləri xarakterizə edir. Bu münasibətlər məhsulun (malın) və xidmətlərin alqı-satqısı 

prosesində təzahür edir. Mahiyyətinə görə bazar istehsal olunmuş nemətlərin sərbəst ekvivalent mübadiləsidir. 

O, istehsalı istehlakla bilavasitə əlaqələndirir, istehlakçının tələbatını istehsala yönəldir. 

Bazarın bir-birilə qarşı-qarşıya duran iki subyekti vardır: alıcı və satıcı. Mübadilə sahəsində həmin subyekt-

lər arasında əmələ gələn iqtisadi münasibətlər bazar münasibətlərinin mahiyyətini təşkil edir. Bu cür münasibət-

lər hüquqi cəhətdən müqavilə vasitəsilə rəsmiləşdirilir. Müqavilə ən münasib, ən effektiv və ən əlverişli hüquqi 

alətdir. Bazar münasibətlərini qaydaya salmaq üçün müqavilədən savayı səmərəli vasitə yoxdur. Ona görə ki, 

müqavilə əmtəə dövriyyəsi iştirakçılarına öz mənafe və iradələrini ifadə etməkdə geniş imkanlar verir. Belə ki, 

ə

mtəə dövriyyə iştirakçıları müstəqil əmtəə sahibləridirlər. Onlar bazar əmtəə mübadiləsini həyata keçirirlər. Bə-



rabərhüquqlu əmtəə sahibləri öz mənafelərini və qarşılıqlı razılığa əsaslanan iradələrini ifadə etmək üçün müqavi-

lədən istifadə edirlər. Buna görə də müqavilə iqtisadi mübadilə və dövriyyə münasibətlərinin hüquqi formasıdır. 

O, bazar əmtəə dövriyyəsini, bazarı qaydaya salır. Müqavilənin tənzimetmə funksiyası da məhz bundan ibarətdir. 

Müqavilənin təşkilati funksiyasına gəldikdə qeyd etmək lazımdır ki, bu funksiya müqaviləni bağlayan tə-

rəflərin qarşılıqlı münasibətlərinin təşkil edilməsində müqavilənin ən effektiv üsul olmasını ifadə edir. Müqavi-

lə bağlamaq və onu icra etmək yolu ilə əmtəə istehsalçıları müstəqil olaraq məhsulların (malın, işin, xidmətin) 


 

410


istehsalını və satışını təşkil edirlər. Bununla onlar iqtisadi dövriyyə münasibətlərinin məzmununu və xarakterini 

müəyyənləşdirirlər.  

Müqavilənin təşkilati funksiyası onda təzahür edir ki, o, təsərrüfat fəaliyyətinin təşkilinin səmərəli üsuludur. 

Onun köməyilə iqtisadi dövriyyə münasibətləri tərəflərin öz-özünü tənzimləməsinə məruz qalır. Təsadüfi deyil-

dir ki, müqaviləni «iki tərəf üçün qanun» adlandırırlar.  

Müqavilənin təşəbbüskarlıq funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, müqavilədə iştirak edən tərəf-

lərin təşəbbüskarlığının təzahür aktıdır. Məhz müqavilə əsasında mülki hüquq münasibəti əmələ gəlir.  



Müqavilənin təminat funksiyası onda ifadə olunur ki, o, tərəflərin öz vəzifələrini lazımınja icra etmələrini 

stimullaşdırmaq  üçün  müvafiq  qarantiya  tədbirləri  nəzərdə  tutur.  Söhbət  girov,  beh,  zaminlik  və  dəbbə  pulu 

haqqında sazişlərdən gedir. Məsələn, müqavilə bağlayan tərəflər beh haqqında razılığa gəlirlər. Beh isə müqavi-

lənin icrasını, yəni tərəflərin öz vəzifələrini icra etmələrini təmin edən pul məbləğidir.  



Müqavilənin müdafiə funksiyası tərəflərin müqavilə intizamını güjləndirməyin və ona əməl etməyin vacib 

vasitəsidir. Müqavilə intizamının mahiyyəti tərəflərin onun bütün şərtlərinə dəqiq və dönmədən riayət etmələ-

rindən  ibarətdir.  Göstərilən  funksiya  məcburi  icra,  müdafiə  və  məsuliyyət  tədbirlərindən  istifadə  etmək  kimi 

formalarda həyata keçirilir.  



Müqavilənin informasiya funksiyasının mahiyyəti ondan ibarətdir ki, məhz bu funksiya sayəsində müqa-

vilənin bütün şərtləri barədə razılığa gələn tərəflərin iradələri dəqiq olaraq ifadə edilir. Bu isə imkan verir ki, tə-

rəflər öz hüquqi mövqelərini bilsinlər, habelə mübahisəli hallarda yurisdiksiya orqanları əsaslı və qanuni qərar-

lar qəbul etsinlər.  

Müqavilənin əhəmiyyəti və rolu kifayət qədər böyükdür. Müqavilənin birinji əhəmiyyəti ondan ibarətdir ki, 

o, əmtəə istehsalçıları ilə istehlakçıların ümumi iradəsini ifadə edən formadır. Müqavilə onların xüsusi ma-

raq və mənafelərinin balansını əks edən konstruksiyadır. 

Müqavilənin ikinci əhəmiyyəti ondan ibarətdir ki, o, iqtisadi dövriyyədə sabitliyi, mütəşəkkilliyi və qay-



danı təmin edir. Müqavilə tərəflərin qarşılıqlı maraq və mənafe prinsipinə əsaslanır. O, hər iki tərəfin mənafeyi-

nin təmin olunmasına imkan verir. Müqavilənin hüdudlarında hər bir tərəfin tələbatı (mənafeyi) yalnız digər tə-

rəfin mənafeyinin təmin olunması vasitəsilə ödənilir. 

Müqavilənin üçüncü əhəmiyyəti ondan ibarətdir ki, onun əsasında tələb ilə təklif arasındakı zəruri balans 



təmin edilir, bazar istehlakçının ehtiyacı olduğu mallarla doldurulur. Müqavilə vasitəsilə subyekt, artıq və ya 

ona lazım olmayan əmlak növlərini özgəninkiləşdirir, bunun müqabilində pul ekvivalenti və ya natural formada 

zəruri olan əmlak alır. 

Müqavilənin dördüncü əhəmiyyəti mülki (əmlak) dövriyyə, bazar münasibətlərinin inkişafı ilə bağlıdır. Bu 

sahədə müqavilədən əsas hüquqi tənzimetmə alət və vasitələrindən biri kimi istifadə olunur. Belə ki, bazar iqtisa-

diyyatı şəraitində, habelə əmtəə-pul münasibətlərindən istifadə şəraitində istehsal olunan məhsullar (yəni mal, iş 

və xidmətlər) əmtəəyə çevrilir. Ona görə ki, onlar satılmaq (realizə edilmək) üçün istehsal olunur. Məhsulun reali-

zəsi isə onu pula və ya başqa mala dəyişmək və mübadilə etmək yolu ilə həyata keçirilir. Müqavilə bu cür müba-

dilənin obyektiv cəhətdən zəruri və əsas hüquqi formasıdır. 

Müqavilənin  beşinji  əhəmiyyəti  ondan  ibarətdir  ki,  o,  sahibkarlıq  fəaliyyətinin  tənzimlənməsində  mü-



hüm rol oynayır. Sahibkarlıq fəaliyyəti və bu fəaliyyətdə hər hansı bir kommersiya təşkilatının (sahibkar sta-

tuslu  vətəndaşın)  iştirakı  möhkəm  müqavilə  bazası  olmadan  həyata  keçirilə  bilməz.  Müqavilə  sahibkarların 

müxtəlif iqtisadi əlaqələrinin əsas hüquqi forması kimi çıxış edir. Hər bir kommersiya təşkilatının və sahibkar 

statuslu vətəndaşın həyata keçirdiyi normal sahibkarlıq fəaliyyətində müqavilə mərkəzi yer tutur. Onlar öz fəa-

liyyəti prosesində qanuna zidd olmayan istənilən müqavilə bağlaya bilərlər. 

Müqavilənin altıncı əhəmiyyəti ondan ibarətdir ki, o, əqli mülkiyyət obyektlərinin, yəni əsərlərin, ixtirala-

rın, faydalı modellərin, sənaye nümunələrinin, əmtəə nişanlarının və s. yaradılması və istifadə olunması ilə 

bağlı əmələ gələn münasibətləri qaydaya salır. Söhbət müəllif, patent-lisenziya və françayzinq kimi müqavi-

lələrdən gedir. 

Ümumiyyətlə,  müqavilələrdən  mülki  qanunvericiliklə  tənzimlənən  münasibətlərdə  iştirak  edən  bütün  sub-

yektlər geniş səviyyədə istifadə edirlər. Bu subyektlər arasında  yaranan  münasibətlər alqı-satqı, icarə, kirayə, 

bağışlama, dəyişmə, borc, daşıma, podrat, bank hesabı, depozit (bank əmanəti), lizinq, faktorinq və s. müqavilə-

lər tətbiq edilə bilər. 



3. Müqavilə azadlığı 

Öhdəlik hüququ iki institutdan ibarətdir ki, müqavilə hüququ institutu bunlardan biridir. Müqavilə hüququ 



institutu müqavilənin anlayışı və şərtləri, onun bağlanması, dəyişdirilməsi və ləğv edilməsi və s. haqqında hü-

quq normalarını birləşdirir. Bu normaların sistemi və məjmusu müqavilə hüququ adlanır. Rusiya mülki hüquq 

doktrinasında mülki-hüquqi müqavilələrə aid olan materialın bir hissəsi öhdəliklər haqqında müddəa kimi başa 


 

411


düşülür. Almaniya mülki hüquq ədəbiyyatında «müqavilə hüququ» anlayışından çox nadir hallarda istifadə olu-

nur.  Müqavilələr  haqqında  normalar  Almaniya  MQ-nin  «Ümumi  hissə»sinin  (birinji  kitabının)  «Əqdlər»  adlı 

üçüncü bölməsində «Müqavilə» fəslinə (§ 145-157) daxil edilmişdir. Müqavilənin ayrı-ayrı növləri MQ-nin di-

gər fəsillərində ifadə olunan normalarla qaydaya salınır (məsələn, qanunnamənin ikinci kitabının ikinci bölmə-

sinin birinji və ikinci fəsillərinə aid olan normalarla və s.). Belə təsəvvür yaranır ki, Almaniya MQ-də müqavilə 

haqqında normalar tam sistem halında birləşməmişdir. Almaniya hüquq ədəbiyyatında mülki hüquq sistemində 

müqavilələr haqqında materialın yeri müxtəlif cür müəyyənləşdirilir. K.Larens müqavilələr haqqında müddəala-

rı MQ-nin ümumi hissəsində şərh edir. Başqa müəlliflər, MQ-nin strukturuna əsaslanmaqla, müqavilə haqqında 

materialı əqdlər barədə müddəalarda, habelə öhdəlik hüququnun xüsusi hissəsində izah edirlər. Yaponiya dokt-

rinasında «müqavilə hüququ» anlayışından yox, «müqavilə» anlayışından istifadə olunur. Burada müqavilə ba-

rədə normalar öhdəlik hüququnda nəzərdən keçirilir. Yaponiya MM-in 521-548-ji maddələri müqavilənin bağ-

lanması, pozulması və onun nəticələrini müəyyənləşdirir. 

Müqavilə  hüququnun  əsas  və  fundamental  prinsipi  müqavilə  azadlığı  prinsipidir.  Bu  prinsip  MM-in  6-jı 

maddəsində təsbit edilmişdir. Həmin prinsip müqavilə bağlayan tərəflərin könüllü olaraq müqavilə münasibətləri-

nə girmələrini nəzərdə tutur. Müqavilə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək müstəsna olaraq tərəflərin 

razılığına və sazişinə əsaslanır ki, bu, onların xüsusi mənafeyi ilə şərtlənir. Bu isə təsadüfi deyildir. Axı, müqavilə 

münasibətlərinə daxil olan mülki hüquq subyektləri hüquq bərabərliyinə malikdirlər. Onların iştirak etdiklərin hə-

min münasibətlər hakimiyyət-tabeçilik əlaqəsi hesab edilmir.  

Müqavilə azadlığı sosial-iqtisadi əhəmiyyətə malik olan prinsipdir. Bu prinsipin vacib rola malik olmasını 

nəzərə alaraq, mülki qanunvericilik onu təmin edən bir neçə qayda müəyyən etmişdir (MM-in 390-jı maddəsi). 

Bu qaydalara əsasən, müqavilə azadlığı prinsipi dörd müxtəlif aspektlərdə təzahür edir. 

Birinji aspekt ondan ibarətdir ki, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı 

olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı veri-

lir. Belə ki, müqavilə azadlığı prinsipinə görə, həmin subyektlər müqavilə bağlamaq və ya bağlamamaq məsə-

ləsini həll etməkdə tam azad və sərbəstdirlər. Qanun müəyyən edir ki, fiziki və hüquqi şəxslər azad surətdə mü-

qavilələr bağlaya bilərlər (MM-in 390-jı maddəsinin 1-ji bəndi). Bununla bərabər, müqavilə azadlığı prinsipinə 

görə mülki hüquq subyektlərini onların istək və iradələrinin ziddinə olaraq müqavilə bağlamağa vadar etmək ol-

maz. Qanun nəzərdə tutur ki, müqavilə bağlamağa məjbur etməyə yol verilmir (MM-in 390-jı maddəsinin 3-cü 

bəndi). Bəzi hallarda bu qayda məhdudlaşır. Belə ki, MM-də və  ya könüllü götürülmüş öhdəlikdə subyektin 



müqavilə bağlamaq vəzifəsi nəzərdə tutula bilər. Məsələn, pul məbləği və ya başqa daşınar əşya renta ödənil-

məsi üçün verildiyi hallarda, renta ödəyijisinin öhdəliyi lazımınja icra etməsi məqsədilə onun məsuliyyət risqini 

renta alanın xeyrinə sığortalamaq vəzifəsi müəyyənləşdirilir. Belə hallarda renta ödəyijisinin borcudur ki, sığor-

ta təşkilatı ilə sığorta müqaviləsi bağlasın (MM-in 869-cu maddəsinin 2-ji bəndi). Başqa bir misalda girov qo-

yanın borcu və vəzifəsidir ki, girov qoyulmuş əmlakı sığorta etdirsin (MM-in 283-cü maddəsinin 1-ji bəndi). 

Göstərilən hər iki məqamda mülki hüquq subyekti qanunun göstərişləri əsasında müqavilə bağlamağa məjbur 

edilir. Bununla da müqavilə azadlığı prinsipinin birinji təzahür forması məhdudlaşır.  

Müqavilə azadlığı prinsipinin birinji təzahür formasının hüquqi əhəmiyyətə malik olması nəticəsində planlı 

təsərrüfat həyatı şəraitinə uyğun gələn «təsərrüfat müqavilələri» adlı konstruksiyanın tətbiqi aradan qaldırıldı. 

Bu cür müqavilələr  «əmrə əsaslanan» sovet iqtisadiyyatı üçün xarakterik idi. Əvvəlki sovet qanunvericiliyinə 

görə, mülki hüquq subyektləri təsərrüfat müqavilələri bağlamağa məjbur edilirdilər. Təsərrüfat müqaviləsi bağ-

lamaq vəzifəsi müxtəlif plan və inzibati-hüquqi aktlarda nəzərdə tutulurdu. Məsələn, təsərrüfat müqavilələrinin 

ə

sası hesab edilən tədarük müqavilələri hər iki tərəf üçün məcburi olan məhsul bölgüsünə dair plan aktı ilə bağlı 



idi (1964-cü il MM-in 254-cü maddəsi). 

Müqavilə azadlığı prinsipinin ikinci təzahür forması (aspekti) ondan ibarətdir ki, müqavilə bağlanarkən tə-

rəflər öz partnyorlarını seçməkdə tam sərbəstliyə və müstəqilliyə malikdirlər. Subyekti onun arzulamadığı 

və istəmədiyi hər hansı bir mülki (əmlak) dövriyyə iştirakçısı ilə müqavilə bağlamağa, onu özünə partnyor, yəni 

tərəf müqabili seçməyə məjbur etmək olmaz. O öz mülahizəsinə və istəyinə görə mümkün olan subyektlər dai-

rəsindən  birini  özünə  partnyor  seçir.  Məsələn,  vətəndaş  pul  vəsaitini  əmanətə  qoyarkən  öz  partnyorunu,  yəni 

kredit təşkilatını (bankı) seçməkdə müstəqildir. O, istədiyi banka əmanətə pul qoya və bunun üçün bank əmanə-

ti (depozit) müqaviləsi bağlaya bilər. 

Müqavilə azadlığı prinsipinin üçüncü təzahür forması (aspekti) ondan ibarətdir ki, mülki hüquq subyektləri 

müqavilə növünü seçməkdə tam müstəqilliyə malikdirlər. Başqa sözlə desək, mülki (əmlak) dövriyyə iştirak-

çılarına şans verilir ki, onlar öz istəyinə uyğun gələn müqavilə növünü bağlasınlar. Subyektlər həm MM-də nə-



zərdə tutulan, həm də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərlər. Məsələn, tender müqaviləsi MM-də 

nəzərdə tutulmamışdır və yaxud MM rabitə xidməti, baytarlıq xidməti, tibbi xidmət, hüquqi xidmət, auditor xid-



 

412


məti, birgə fəaliyyət və digər hüquqi konstruksiyaları tənzimləmir. Subyektlər bu cür müqavilələrdən də istifadə 

edə bilərlər. Lakin bu cür hüquqi konstruksiyalar MM-ə zidd ola bilməz (MM-in 390-jı maddəsinin 1-ji bəndi). 

Mövcud qanunvericilik bütün müqavilə növlərini nəzərə almaq və tənzimləmək iqtidarında deyil. Ona görə 

ki, formalaşmaqda olan bazar münasibətləri dinamik surətdə inkişaf edir. Bu münasibətləri qaydaya salmaq və 

rəsmiləşdirmək  üçün,  şübhəsiz  ki,  yeni-yeni  müqavilə  növlərinin  yaranmasına  həmişə  ehtiyac  olajaqdır.  Ona 

görə də mülki qanunvericilik mülki-hüquqi müqavilə növlərinin dəqiq və qəti siyahısını yox, təxmini siya-



hısını verir. Lakin subyektlər buna baxmayaraq, həmin siyahıda adı çəkilməyən və nəzərdə tutulmayan müqa-

vilə növlərindən istifadə edə bilərlər. Onlar öz aralarındakı münasibətə həm də qarışıq (kompleks) müqavilə ad-

lı hüquqi konstruksiyanı tətbiq edə bilərlər. Qarışıq (kompleks) müqavilə elə bir hüquqi formadır ki, o özündə 

müxtəlif müqavilələrin elementlərini birləşdirir (MM-in 390-jı maddəsinin 4-cü bəndi). 

Müqavilə azadlığı prinsipinin dördüncü təzahür forması (aspekti) ondan ibarətdir ki, müqavilənin şərtlə-

rini  müəyyən  etməkdə  müqavilə  bağlayan  tərəflərə  tam  sərbəstlik  və  müstəqillik  verilmişdir.  Kənardan 

hər hansı bir şəxs müqavilə şərtləri barədə müqavilə iştirakçılarına göstəriş verə bilməz. Onlar müqavilə şərtlə-

rini özlərinin mənafelərini nəzərə almaqla, özlərinin mülahizəsinə görə müəyyən edirlər. Müqavilə şərtləri tə-

rəflərin istəyi ilə müəyyənləşdirilir (MM-in 390-jı maddəsinin 5-ji bəndi). Lakin bəzi hallarda müqavilə şərtləri-

ni tərəflərin öz istəyi əsasında müəyyən etmək hüququ məhdudlaşdırılır. Bu, o deməkdir ki, MM-də müqavilə-

nin hər hansı bir şərtinin məzmunu barədə konkret göstəriş olduğu hallarda, tərəflər sərbəst və müstəqil surətdə 

həmin müqavilə şərtinin məzmununu özləri müəyyən edə bilməzlər (MM-in 390-jı maddəsinin 5-ji bəndi). Mə-

sələn, dövlət inhisarında olan mallar (neft məhsulları) satılarkən müqavilənin şərti kimi qiymət dövlət tərəfin-

dən tənzimlənən tariflər əsasında müəyyən edilir. Yaşayış evinin alqı-satqı müqaviləsi yazılı formada bağlanır 

və notariat qaydasında təsdiqlənir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır (MM-in 647-ji 

maddəsi). Faktorinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ji maddəsinin 5-ji bəndi). Bu, o deməkdir 

ki, tərəflər forma barədə müqavilə şərtini pozaraq, bu müqaviləni şifahi formada bağlamaq barədə razılığa gələ 

bilməzlər. 

Müqavilə azadlığı prinsipi, şübhəsiz ki, mütləq xarakter daşımır. Tərəflər müqavilə şərtlərini müəyyənləşdi-

rərkən mütləq hüquqlara malik deyillər. Belə ki, onların bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə 

ifadə olunan imperativ normalara (məcburi qaydalara) uyğun gəlməlidir (MM-in 390-jı maddəsinin 2-ji bəndi). 

Mövcud qanunvericilik dedikdə, həm qanunlar, həm də digər hüquqi aktlar (prezident fərmanları, Nazirlər Ka-

binetinin qərarları və s.) başa düşülür. Əgər müqavilə onun bağlandığı vaxt qüvvədə olan normativ hüquqi 



aktlarda ifadə olunan imperativ normalara zidd olarsaonda həmin müqavilə etibarsız hesab edilir

Bəzən də elə olur ki, müqavilə bağlandıqdan sonra yeni qanun qəbul edilir. Bu qanun müqavilə bağlanarkən 

qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi olan başqa qaydalar (imperativ normalar) müəy-

yən edə bilər. Belə halda bağlanmış müqavilə hansı qanunla — köhnə, yoxsa yeni qanunla tənzimlənəjəkdir? 

Həmin vəziyyətdə müqaviləyə «qanunun geriyə qüvvəsi yoxdur» kimi ümumi qayda tətbiq ediləjəkdir. Bu, o 

deməkdir ki, həmin müqavilə  yeni qanunla  yox, köhnə qanunla qaydaya  salınır,  yəni bağlanmış müqavilənin 

şə

rtləri öz qüvvəsini saxlayır. Bununla mülki dövriyyənin möhkəmliyi təmin edilir. Bu cür məqamlarda müqa-



viləyə qəbul olunan yeni qanun da tətbiq oluna bilər. Bunun üçün zəruridir ki, həmin qanunda onun əvvəllə

bağlanmış müqavilələrdəəmələ gələn münasibətlərə şamil edilməsi barədə birbaşa göstəriş olsun. Yeni 

qanun tətbiq olunanda əvvəlki müqavilə şərtləri öz hüquqi qüvvəsini itirir. Bu yolla mülki dövriyyənin inkişafı-

na mane olan müqavilə şərtləri aradan qaldırılır və iqtisadi dövriyyə münasibətlərinin dinamikliyi təmin edilir. 

Belə təsəvvür yaranır ki, sivil və inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində müqavilə azadlığı prinsipi müt-

ləq (qeyri-məhdud) xarakterə malik ola bilməz. Belə ki, bu prinsip dövlət mənafeyi üçün və ya ictimai mənafe 

üçün məhdudlaşa bilər. Bu, onu ifadə edir ki, normativ aktlarda subyektlərin həyata keçirdiyi müqavilə azadlığı 

prinsipinin məhdudlaşdırılmasını şərtləndirən məcburi qaydalar (imperativ normalar) nəzərdə tutula bilər. Mü-

qavilə azadlığının hədlərini müəyyənləşdirməyin vacib, sözün həqiqi mənasında, gündəlik praktiki əhəmiyyəti 

vardır. 

Müqavilə azadlığı prinsipi inhisarçılıq fəaliyyəti ilə əlaqədar olaraq məhdudlaşdırıla bilər. Belə ki, bəzi tə-

sərrüfat  subyektləri  özlərinin  hökmran  mövqeyindən  sui-istifadə  edərək,  inhisarçılıq  fəaliyyəti  göstərirlər.  Bu 

cür hərəkətləri ilə onlar rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olurlar. 

Həmin təsərrüfat subyektləri istehlakçılarla müqavilə bağlayarkən qiymət barədə müqavilə şərtini sərbəst surət-

də müəyyənləşdirə bilməzlər. Onların məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti müəy-

yən olunur, bəzi hallarda isə bazar qiymətinin yol verilən həddi tətbiq edilir. Əgər zəruri olarsa, müvafiq dövlət 

orqanları həmin təsərrüfat subyektləri tərəfindən barter əməliyyatlarının aparılmasını, yəni dəyişmə müqaviləsi 

bağlanmasını qadağan edə bilər («Antiinhisar fəaliyyəti haqqında» qanunun 14-cü maddəsi). Həmin orqanların 

ixtiyarı vardır ki, müqavilələrin məhdudlaşdırıjı bəndlərini (şərtlərini) ləğv etsin. 



 

413


Müqavilə azadlığı prinsipinin mütləq, yəni qeyri-məhdud dərəjədə tətbiqi hüquqdan sui-istifadə halına sə-

bəb olur. Hüquqdan sui-istifadə xüsusi xarakterli mülki hüquq pozuntusudur. Subyekt formal olaraq müqavilə 

azadlığı prinsipinə əsaslanaraq, onu konkret şəkildə həyata keçirərkən öz hərəkəti ilə başqa şəxsin qanunla qo-

runan mənafeyini və hüququnu pozur. Məsələn, vətəndaş aylıq 10%-lə qonşusuna borc pul verir. Hal-hazırda 

banklar aylıq 2%-lə kredit verir və aylıq 10 %-lə borc vermək bank faizinin dərəjəsinə uyğun gəlmir. Ona görə 

də bu cür borc müqaviləsi bağlamaq hüquqdan sui-istifadədir, yəni hüquq pozuntusudur. 

Almaniya Mülki Qanunnaməsi müqavilə azadlığı barədə ayrıja paraqraf  nəzərdə tutmur (Azərbaycan Res-

publikası MM-inin 390-jı maddəsinin müəyyənləşdirdiyi qaydada). Amma buna baxmayaraq, sivilistika doktri-

nası MQ-də ifadə olunan göstərişlərə əsaslanmaqla müqavilə azadlığı prinsipini formulə edir. Bu prinsip əhatə 

edir: 



 müqavilə bağlamaq azadlığını (Abschlussfreiheit); 



 müqavilənin məzmununu müəyyənləşdirmək azadlığını (Gestaltungsfreiheit); 

 müqavilə tipini seçmək azadlığını (Formfreiheit). 



Bununla belə, müqavilə azadlığı prinsipini sui-istifadə hallarından qorumaq və sosial dövlətin mənafeyini mü-

dafiə etmək üçün bu prinsip məhdudlaşdırıla bilər. Yaponiya MM-də də müqavilə azadlığı prinsipini ifadə edən 

ayrıja maddəyə rast gəlmirik. Amma Yaponiya mülki hüquq doktrinası müqavilə bağlama azadlığı prinsipini mü-

ə

yyənləşdirir, onun məhdudlaşdırılması qaydasını göstərir. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə