MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə66/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   62   63   64   65   66   67   68   69   ...   91
§ 2. Müqavilənin məzmunu və forması 

1. Müqavilənin məzmunu 

Mülki-hüquqi müqavilə anlayışı üç vacib elementdən ibarətdir:  

 subyekt tərkibindən;  



 məzmundan; 

 formadan.  



Subyekt  tərkibi  dedikdə,  müəyyən  müqavilənin  bağlanmasında  və  ya  onun  həyata  keçirilməsində  iştirak 

edən şəxslər başa düşülür. Buraya, əsasən, müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin dpşıyıcıları olan 

şə

xslər daxildir. Söhbət kreditor və borclu şəxsdən gedir. Onlar müqavilənin tərəfləri adlanırlar. Bununla bəra-



bər, həm kreditor tərəfində, həm borclu tərəfində çıxış edən şəxslər müqavilənin subyekt tərkibinə aiddirlər.  

Müqavilənin məzmununa gəldikdə isə, hər şeydən əvvəl, qeyd edək ki, hüquqi fakt kimi müqavilənin məz-

munu anlayışını, öhdəlik hüquq münasibətini əhatə və ifadə edən müqavilənin məzmunu anlayışından fərqlən-

dirmək lazımdır. Öhdəlik hüquq münasibətini əhatə edən müqavilənin məzmunu dedikdə, müqavilə bağla-

yan tərəflərin hüquq və vəzifələri başa düşülür. Məsələn, alqı-satqı müqavilə öhdəliyində satıcının əşyanı alıcı-

ya vermək, onu sığortalamaq vəzifəsi, alıcının əşyanı qəbul edib, əvəzində pul məbləği ödəmək vəzifəsi, habelə 

onların hər ikisinin hüquqları (məsələn, satıcının əşyanın pulunu alıcıdan tələb etmək hüququ, alıcının əşyanın 

verilməsini satıcıdan tələb etmək hüququ və s.) müqavilənin məzmununu təşkil edir.  

Hüquqi fakt (əqd) kimi müqavilənin məzmununa gəldikdə isə qeyd etmək lazımdır ki, müqavilə bağlayan tə-

rəflərin öz aralarında razılığa gəldikləri və nail olduqları şərtlərin məjmusu müqavilənin məzmununu təşkil edir. 

Bəzi müəlliflər tərəflərin hüquq və vəzifələrini də hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu-

na daxil edirlər. Bu fikir, şübhəsiz ki, həqiqətdən uzaqdır. Ona görə ki, tərəflərin hüquq və vəzifələri, yuxarıda 

göstərdiyimiz kimi, öhdəlik hüququ münasibətini ifadə edən müqavilənin (hüquqi fakt rolunda çıxış edən mü-

qavilənin yox) məzmununa daxildir.  

Beləliklə, hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu dedikdəşərtlərin elə bir məj-



musu başa düşülür ki, bu şərtlər müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflərin barə-

sində razılığa gəldikləri həmin şərtlər əsasında müqavilənin məzmunu açıqlanır. Müqavilə şərtləri müvafiq hü-

quq münasibətini, onun subyektini və predmet tərkibini, habelə qiyməti və müddəti və s. konkretləşdirməyə im-

kan verir. 

Müqavilənin şərtləri tərəflərin davranışının iradəvi modelidir. Ona görə ki, müqavilə tərəflərin sazişi de-

məkdir.  K.Marksın  göstərdiyi  kimi,  müqavilə  tərəflərin  öz  iradələrini  hüquqi  cəhətdən  ifadə  etdikləri  son 

nəticədir. Digər tərəfdən iqtisadi münasibətlər, hər şeydən əvvəl, mənafe və maraq kimi təzahür edir, yəni bu 

münasibətlər özlərini mənafe və maraq anlayışında ifadə edir. Ayrı-ayrı şərtlər isə tərəflərin konkret mənafe və 

maraqlarının hüquqi cəhətdən iradəvi ifadəsidir. Bu, tərəflər arasında hüquqi əlaqə yaradan müqavilənin müəyyən 

komponentinə  aid  olan  maraqdır.  Məsələn,  alıcı  üçün  əldə  olunan  əşyanın  keyfiyyəti,  sərnişin  üçün  təyyarənin 

uçuş vaxtı və s. xüsusi maraq doğurur.  

MM-in 390-jı maddəsinin 5-ji bəndinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi və razılığı ilə müəyyən-



ləşdirilir. Bəzi istisna hallarda müqavilənin konkret şərtinin məzmunu qanunla və digər hüquqi aktlar ilə müəy-

yən olunur. Biz bu barədə bundan əvvəlki paraqrafda danışmışıq.  



 

414


Hüquq ədəbiyyatında öz hüquqi əhəmiyyətinə görə bütün müqavilə şərtlərini üç yerə bölürlər: 

 mühüm şərtlərə; 



 adi şərtlərə; 

 təsadüfi şərtlərə. 



Müqavilənin bağlanması üçün zəruri olan və kifayət edən şərtlərə müqavilənin mühüm şərtləri deyilir. Bu, 

müqavilənin məcburi şərti hesab edilir. Bu, o deməkdir ki, müqavilənin bağlanmış sayılması üçün onun bütün 

mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri tələb olunur. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba-

rəsində razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (MM-in 405-ji maddəsinin 1-ji bəndi). Əgər müqavilənin 

mühüm şərtlərindən heç olmazsa, biri barədə tərəflər razılığa gəlməzsə, onda müqavilənin bağlanmasından söh-

bət gedə bilməz. Ona görə də zəruridir ki, hansı müqavilə şərtlərinin mühüm şərt hesab edilməsi müəyyənləşdi-

rilsin. Bunun üçün mülki qanunvericilik müəyyən qayda müəyyən  edir ki, bu, MM-in 405-ji maddəsinin 1-ji 

bəndində nəzərdə tutulmuşdur. Həmin qaydaya görə, müqavilənin mühüm şərtlərinə üç qrup şərt daxil edilir: 

 müqavilənin predmetinə dair şərtlər; 



 MM-də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər; 

 tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər. 



Müqavilənin predmeti bütün müqavilələrin mühüm şərti hesab olunur. Onun müəyyən edilməsi barədə tə-

rəflər razılığa gəlməsələr, onda bu hal müqavilənin bağlanmamış sayılmasına dəlalət edir. Başqa sözlə desək, 

ə

gər müqavilənin predmetinin nədən ibarət olması müəyyən edilməsə, bu, o deməkdir ki, müqavilə bağlanma-



mışdır. Ona görə də müqavilə iştirakçılarının borcudur ki, müqavilənin predmeti kimi çıxış edən obyekti müəy-

yən etsinlər. Müqavilənin bu kimi mühüm şərti predmetin adını, onun kəmiyyət və keyfiyyət xarakteristikasını 

ə

hatə edir. Əgər satıcı ilə alıcı hansı əşyanın satılmasını müəyyənləşdirsələr, onda alqı-satqı müqaviləsi bağlan-



mış hesab edilir. Əgər podratçı (tikinti təşkilatı) ilə sifarişçi hansı obyektin tikintisi barədə razılığa gəlməsələr, 

onda podrat müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Əgər borc verənlə borc alan hansı məbləğdə 

pulun borc verilməsi barədə razılığa nail olmasalar, bu halda müqavilə bağlanmamış hesab edilir. Əgər dpşıyıcı 

(nəqliyyat təşkilatı) ilə yük göndərən hansı yükün göndərilməsi barədə öz aralarında razılıq əldə etməsələr, on-

da daşıma müqaviləsi bağlanmamış sayılır.  

Müqavilənin predmeti kimi çox vaxt əşyalar çıxış edir. Məsələn, alqı-satqı, pərakəndə alqı-satqı, mal gön-

dərmə, icarə, kirayə, lizinq və s. müqavilələrin predmetini əşya (mal) təşkil edir. Müqavilənin predmetini borclu 

tərəfin etməli olduğu hərəkətlər də təşkil edə bilər. Hərəkətlər dedikdə, həm hüquqi xarakterli (məsələn, komis-

siya müqaviləsinin predmetini hüquqi hərəkətlər təşkil edir), həm də faktiki xarakterli hərəkətlər (məsələn, sax-

lama müqaviləsinin, daşıma müqaviləsinin predmeti kimi faktiki hərəkətlər çıxış edir) başa düşülür. Hüquqi xa-

rakterli və faktiki xarakterli hərəkətlər birlikdə bəzi müqavilələrin (məsələn, ticarət agenti müqaviləsinin) pred-

meti kimi çıxış edə bilər. Bəzi müqavilələrin (məsələn, borc və kredit müqavilələrinin və s.) predmetini pul təş-

kil edir. Elə müqavilə növü ilə (məsələn, faktorinq müqaviləsi ilə) rastlaşırıq ki, onun predmeti tələb hüququn-

dan ibarətdir. 



kinci qrup şərtləo şərtlərdir ki, onlar MM-də bəzi müqavilə növləri üçün zəruri və ya mühüm şərtlə

adlandırılmış olsun. Məsələn, MM-in 869-cu maddəsinin 2-ji bəndi nəzərdə tutur ki, renta ödəyijisinin öz öh-

dəliklərinin icrasına təminat vermək vəzifəsini müəyyənləşdirən şərti renta müqaviləsinin (pul məbləğinin və ya 

digər daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin) mühüm şərti hesab edilir. 

Üçüncü qrup mühüm şərtlər odur ki, tərəflərdən birinin müraciəti ilə həmin şərt barəsində razılıq əldə 

edilsin. Bu, onu ifadə edir ki, tərəflərdən birinin istəyi və arzusu ilə müqavilənin hüquqi təbiətini ifadə etmə-

yən, MM-də mühüm sayılmayan hər hansı bir şərt mühüm şərt hesab edilir. Məsələn, satılan əşyanın çeşidi al-

qı-satqı müqaviləsinin mühüm şərti hesab edilmir. Bunu MM nəzərdə tutmur. Lakin satılan əşyanın çeşidi alıcı 

üçün mühüm və vacib əhəmiyyət kəsb edə bilər. Ona görə də alıcı satılan əşyanın çeşidi barədə şərti müqavilə-

nin mühüm şərti hesab edilməsi barədə satıcıya müraciət edir. Tərəflərin razılığı ilə əşyanın çeşidi müqavilənin 

mühüm şərti hesab olunur.  

Müqavilənin mühüm şərtləri iki yerə ayrılır: qanuna əsaslanan mühüm şərtlər; təşəbbüsə əsaslanan mühüm 

şə

rtlər. Qanuna əsaslanan mühüm şərtlə(obyektiv şərtlər) dedikdə, MM ilə təyin edilən və müəyyənləşdiri-



lən şərtlər başa düşülür. Məsələn, müqavilənin predmeti haqqında şərt bu cür şərtə misal ola bilər. Təşəbbüsə 

ə

saslanan mühüm şərtlərə (subyektiv şərtlər) gəldikdə isə qeyd etmək lazımdır ki, bu cür şərtlər tərəflərin ra-

zılığı və istəyi ilə müəyyənləşdirilir. Məsələn, müvafiq müqavilə növü üçün müddət mühüm şərt kimi nəzərdə 

tutulmuş olmasa da, tərəflər razılığa gəlirlər ki, müddət müqavilənin mühüm şərti sayılsın. 



Müqavilənin adi şərti dedikdə, onun hüquqi qüvvəyə malik olmasına dəlalət etməyən şərtlər başa düşülür. 

Adi şərtlərin hüquqi əhəmiyyət kəsb etməsi üçün tərəflərin razılığa gəlmələri tələb olunmur. Müqavilənin adi 

şə

rti müvafiq öhdəlik hüquq münasibətini tənzim edən dispozitiv normalarla müəyyənləşdirilir. Ona görə də 



 

415


ə

ksəriyyət müqavilələr üçün dispozitiv normalarda nəzərdə tutulan şərtləri ənənəvi olaraq müqavilənin adi şərt-

ləri hesab edirlər. Belə zənn edilir ki, bütün mühüm şərtlər barədə razılığa gələrək müqavilə bağlayan tərəflər 

avtomatik olaraq həm də adi müqavilə şərtləri barədə sazişə nail olurlar. Beləliklə, müqavilə bağlanarkən adi 

şə

rtlər barədə tərəflərin hər hansı bir xüsusi razılıq əldə etmələri tələb olunmur. Bundan əlavə, əgər tərəf-

lər adi müqavilə şərtləri barədə razılığa gələrsə, onda bu cür razılıq heç bir praktiki nəticəyə səbəb olmur. Belə 

ki,  qanunda  ifadə  olunan  göstərişə  görə  müqavilənin  adi  şərtləri  razılıq  olmadan  da  müqaviləyə  daxil 

edilmiş hesab olunur. Belə təsəvvür yaranır ki, adi şərtlər müvafiq normativ aktda nəzərdə tutulur və bu şərtlər 

müqavilə bağlanan anda avtomatik olaraq qüvvəyə minir. Güman edilir ki, əgər tərəflər hər hansı bir müqavilə 

bağlamaq barədə razılıq əldə edərlərsə, bu hərəkətlə onlar həmin növ müqaviləni tənzimləyən qanunvericilik 

aktlarında nəzərdə tutulan şərtlər barədə sazişə nail olurlar. Məsələn, podrat müqaviləsi bağlanarkən sifarişçi ilə 

podratçı (tikinti təşkilatı) görülmüş işin (məsələn, yaşayış evinin) təsadüfən məhv olması risqi barədə razılığa 

gəlmirlər. Lakin bu şərt barədə tərəflərin xüsusi saziş və razılığının olmaması müqavilənin bağlanmış sayılma-

sına və hüquqi qüvvəyə minməsinə dəlalət etmir. Belə halda həmin şərti tənzimləmək üçün MM-in 772-ji mad-

dəsinə istinad etmək lazımdır. Bu maddəyə görə, görülmüş işin təsadüfən məhv olması risqi işin sifarişçiyə ve-

rildiyi vaxtadək podratçının üzərinə düşür.  şin nəticəsinin sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfi məhv ol-

ma risqi də ona keçir. Deməli, görülmüş işin təsadüfən məhv olması risqi barədə şərt podrat müqaviləsinin adi 

şə

rtidir.  



Başqa bir misalda vətəndaş öz qonşusuna mebel satır və onunla alqı-satqı müqaviləsi bağlayır. Lakin müqa-

vilədə mebelin qiyməti göstərilmir. Müqavilədə bu cür şərtin nəzərdə tutulmaması onun bağlanmış sayılmasına 

və hüquqi qüvvəyə malik olmasına təsir göstərmir. Ona görə ki, belə halda MM-in 597-ji maddəsinin 1-ji bən-

dində və 398-ji maddəsinin 3-cü bəndində ifadə olunan göstəriş tətbiq edilir. Belə ki, mebellə müqayisəyə gələn 

və ona oxşar olan malların qiyməti əsas götürülür və nəzərə alınır. Göründüyü kimi, qiymət barədə şərt müqavi-

lədə nəzərdə tutulmasa da, müqavilə hüquqi qüvvəyə və əhəmiyyətə malik oldu. Deməli, qiymət müqavilənin 



adi şərtidir

Ümumiyyətlə, qiymət bütün əvəzli müqavilələrin adi şərti hesab edilir. Əgər qanunda nəzərdə tutularsa, on-

da qiymət əvəzli müqavilənin mühüm şərti hesab edilir. Qiymət, bir qayda olaraq, tərəflərin razılığı ilə müəy-

yən edilir. Qanunda nəzərdə tutulan hallarda iki qaydada qiymət müəyyən edilir: müəyyənləşdirmə qaydasında; 

tənzimetmə qaydasında. Birinji halda qiymət müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir. Müəyyənləş-

dirilən qiymətlər konkret qiymətləri ifadə edir. Tənzimlənən qiymətləri də dövlət orqanı müəyyən edir. Bu, qiy-

mətlərin  müəyyən  bir  hədd  səviyyəsini  ifadə  edir.  Əgər  dövlət  orqanı  tariflər,  normalar,  dərəjələr  müəyyən 

edərsə, bu, tənzimlənən qiymətlər hesab edilir. Onlar tərəflər üçün məcburidir. 

Qiymət haqqında şərt konkret qiyməti müəyyənləşdirmək yolu ilə nəzərdə tutula bilər. Tərəflər başqa variant 

da seçə bilərlər. Belə ki, onlar bu halda anjaq qiymətin müəyyən edilməsi qaydası barədə razılığa gəlirlər. Bu, 

müqavilənin qiyməti barədə tərəflərin razılığa gəlmələrini ifadə edir. Qiymət manatla ifadə edilir. Əgər münasi-

bətlərdə xarici şəxslər (heç olmazsa, biri) çıxış edərsə, onda müqavilənin qiyməti xarici valyutada da ifadə olu-

na bilər. Əgər bu, qanunla qadağan edilibsə, qiymət xarici valyutada müəyyənləşdirilə bilməz (MM-in 439-cu 

maddəsinin 1-ji bəndi). 

Elə hallar da olur ki, müqavilədə qiymət göstərilmir və müqavilə şərtlərinə əsasən onu müəyyənləşdirmək 

mümkün olmur. Belə halda qiymət müqavilənin predmeti olan əşyaya (və ya hərəkətlərə, yəni işlərə, xidmətlə-

rə) müqayisəyə gələ bilən oxşar mallar (və ya oxşar hərəkətlər) üçün alınan qiymət əsasında müəyyənləşdirilir 

(MM-in 398-ji maddəsinin 3-cü bəndi). 

Bəzi münasibətlərdə müqavilənin qiyməti bazar qiymətini ifadə edir. Məsələn, komisyonçu komitentin ona 

verdiyi malı (məsələn, komisyon mağazasına qoyulmuş minik avtomobilini) özü üçün ala bilər. Belə halda mal-

ların bazar qiymətindən istifadə etməklə müqavilənin qiymətini müəyyənləşdirmək olar (MM-in 816-jı maddə-

sinin 1-ji bəndi). Bazar qiymətləri dedikdə, bazarda satılan malın faktiki qiymətləri başa düşülür. 



cra müddəti haqqında şərt də müqavilənin adi şərti hesab edilir. Bu şərt əgər müqavilədə nəzərdə tutul-

mazsa, onda MM-in 427-ji maddəsində müəyyənləşdirilən qayda tətbiq edilir. Belə ki, müqavilədə icranın müd-

dəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, onda kreditor öhdəliyin dərhal 

icra edilməsini borcludan tələb edə bilər, kontragent (tərəf müqabili) isə onu ağlabatan müddətdə icra etməyə 

borcludur.  Ağlabatan  müddət  normal  müddəti  ifadə  edir.  Məsələn,  vətəndaş  qonşuya  borc  verir.  Müqavilədə 

qonşunun hansı müddətdə borcu  geri qaytarajağı  göstərilmir. Belə halda  yuxarıda  göstərdiyimiz qayda tətbiq 

edilir. 

ş

güzar dövriyyə adətləri də müqavilənin adi şərtinə şamil edilir. Bəzi hallarda o, müqavilənin adi şərti 

kimi müqavilə bağlayan tərəflərin münasibətini tənzim edə bilər. Lakin bunun üçün vacibdir ki, müqavilə şərti 

onun  iştirakçıları  tərəfindən  və  ya  dispozitiv  norma  ilə  müəyyənləşdirilməsin  (MM-in  390-jı  maddəsinin  7-ji 



 

416


bəndi). 

Təsadüfi şərtlər dedikdə, ümumiyyətlə, hüquq normaları ilə tənzimlənməyən məsələlər barəsində tərəflərin 

razılığa gəldikləri şərtlər və ya dispozitiv normalarda ifadə olunan ümumi qaydalardan kənaraçıxma haqqında 

onların sazişi başa düşülür. Bu şərtlər müqavilə bağlayan subyektlərin özləri tərəfindən formulə edilir. Özü də 

həmin şərtlər qanunda ifadə olunan ümumi qaydaları dəyişdirmək və ya onlara əlavə etmək niyyətilə müqavilə-

yə daxil edilir. Bu cür şərtin müqaviləyə daxil edilməsi güman edilmir və zənn olunmur, yəni ehtimala əsaslan-

mır. Adi şərtlərdən fərqli olaraq, təsadüfi şərtlər yalnız müqaviləyə daxil edildikdə hüquqi qüvvəyə malik 



olur. Bu şərtlərin təyinatı adi şərtləri dəyişdirməkdən və ya ona əlavələr etməkdən ibarətdir. 

Belə  təsəvvür  yaranır  ki,  adi  şərtlərdən  fərqli  olaraq,  təsadüfi  şərtlər  barədə  tərəflərin  razılığa  gəlmələri 

məcburi xarakter daşıyır. Bu şərtlər hökmən müqavilənin mətninə daxil edilməlidir. Əgər bu şərtlər müqavilədə 

nəzərdə tutulmazsa, adi şərtlər kimi avtomatik olaraq hüquqi qüvvəyə malik olmur. Məsələn, alqı-satqı müqavi-

ləsi haqqında normalar (MM-in 29-cu fəslinin 1-ji paraqrafı) satılmış əşyanın alıcıya çatdırılmasını təmin edən 

nəqliyyat vasitəsi və onun növü haqqında məsələni qaydaya salmır. Alıcı və satıcı əşyanın hava yolu ilə çatdı-

rılması barədə razılığa gəlirlər. Bu, alqı-satqı müqaviləsinin təsadüfi şərtidir. 

MM-in 571-ji maddəsinin 1-ji bəndinə görə, alqı-satqı müqaviləsinə əsasən satılan əşyanın təsadüfən məhv 

olması risqi əşya alıcıya təhvil verildiyi andan alıcıya keçir. Bu, dispozitiv normadır. Özü də müqavilənin adi 

şə

rtini nəzərdə tutur və ümumi qayda müəyyən edir. Alıcı və satıcı bu ümumi qaydadan kənara çıxaraq, belə ra-



zılığa  gəlirlər  ki,  satılan  əşyanın  təsadüfən  məhv  olması  risqi  alqı-satqı  müqaviləsi  bağlandığı  andan  alıcıya 

keçsin. Bax, bu şərt adi şərti dəyişdirir və müqavilənin təsadüfi şərti hesab edilir. Beləliklə, bu cür şərt müəyyən 

etməklə tərəflər ümumi qaydadan kənara çıxırlar. Qanun tərəflərə bu cür imkan verir. Belə ki, müqavilənin şərti 

dispozitiv norma ilə müəyyənləşdirildiyi hallarda, tərəflər qarşılıqlı razılıq əsasında onun tətbiqindən imtina et-

mək  və  yaxud  onun  nəzərdə  tutduğundan  fərqli  şərt  müəyyənləşdirmək  hüququna  malikdirlər  (MM-in  390-jı 

maddəsinin 6-jı bəndi).  

Mühüm, adi və təsadüfi şərtlərdən başqa, müqavilənin standart şərtləri də mövcuddur. 

2. Müqavilənin standart şərtləri 

Müqavilənin standart şərtləri onun xüsusi xarakterə malik olan şərtləri hesab edilir. Bu şərtlər ilk dəfədir ki, 

bizim ölkə qanunvericiliyində nəzərdə tutulur. Əvvəlki köhnə qanunvericiliyə müqavilənin standart şərtləri adlı 

anlayış  məlum  deyildi.  Müasir  əmlak  dövriyyəsində  müqavilənin  standart  şərtlərinin  rolunu  nəzərə  alaraq 

Azərbaycan  Respublikasının  yeni  MM-i  onların  tənzimlənməsinə  xüsusi  diqqət  yetirir.  Belə  ki,  MM-in  20-ji 

fəslinin 3-cü paraqrafında (417-420-ji maddələrdə) ifadə olunan normalar həmin şərtlərin nizama salınmasına 

həsr edilmişdir. 

Standart (nümunəvi) şərtlərin tarixi kökləri qədim Roma hüququ ilə bağlıdır. Roma hüquqşünasları müəyyən 

hallarda  bu  cür  şərtlər  formulə  edirdilər.  Bununla  onlar  hüquq  münasibətlərini  hərtərəfli  sığortalamağa  jəhd 

göstərirdilər.  

Standart (nümunəvi) şərtlərin sonrakı inkişafı XIX əsrdə Avropada sənaye inqilabı ilə bağlıdır. Bu şərtlər məhz 

həmin  inqilab  nəticəsində  yaranmışdır.  Belə  ki,  XIX  əsrin  ikinci  yarısında  Avropada  sənaye  inqilabı  sayəsində 

malların fərdi istehsalının yerini malların kütləvi istehsalı tutur. Kütləvi istehsal malların seriyalarla buraxılmasına 

ə

saslanır və nisbətən çoxsaylı alıcılar üçün nəzərdə tutulur. 



lk dəfə olaraq xidmət sahəsində fəaliyyət göstərən müəssisələr standart şərtlərdən istifadə etməyə başladılar. 

Söhbət, hər şeydən əvvəl, sığorta, nəqliyyat və bank müəssisələrindən gedir. Tədrijən müqavilə azadlığı prinsi-

pinin məhdudlaşdırılmasının vacibliyi etiraf edilir. 

Birinji dünya müharibəsindən sonra malların kütləvi istehsalının yüksəlməsi şəraitində standart şərtlərdən isti-

fadə edilməsi daha da artır. Müasir dövrdə bu şərtlərin jəmiyyətin iqtisadi həyatına dərindən nüfuz etməsinin şahi-

di oluruq. 

Müqavilənin standart şərtləri xarici Qərb ölkələrinin qanunvericiliyində geniş yayılmışdır. Həmin ölkələrdə 

xeyli müddətdir ki, sahibkarlar (satıcılar, xidmət və iş icraçıları) standart və ya birtipli müqavilələrdən kütləvi 

surətdə istifadə edirlər. Bu müqavilələrdə standart şərtlər nəzərdə tutulur ki, bu şərtlər əsasında onlar istehlakçı-

lara  mal  satırlar,  iş  görürlər  və  ya  xidmət  göstərirlər.  Məhz  standart  (birtipli)  müqavilələr  və  onların  ümumi 

(standart) şərtləri istehlakçıların hüquqlarının pozulmasına geniş şərait və imkan yaradır. Belə ki, istehlakçılar, 

bir qayda olaraq, ticarət palatalarında, korporasiya və kompaniyaların iqamətgahlarında (ofislərdə) işlənib ha-

zırlanan və istinad şərtləri kimi müqaviləyə daxil edilən ümumi (standart) şərtlərə bələd ola bilmirlər.  stehlak-

çıların standart müqavilənin tam mətni ilə tanış olmaq imkanı əldə etmələrinə baxmayaraq, bu mətnin şrifti və 

həcmi, adətən, istehlakçılarda həmin mətnin diqqətlə oxunmasına istək yaratmır. Digər tərəfdən, mal və xidmət 

təklif edən sahibkarlar məlum məsələdir ki, standart müqavilələrdə özü üçün sərfəli, haqsız və əsassız şərtlər 

nəzərdə tuturlar (məsələn, qiymət, məsuliyyət, müqavilədən imtina, müqavilənin dəyişdirilməsi və digər məsə-


 

417


lələr  barəsində).  Bundan  əlavə,  çox  vaxt  istehlakçılar  müqaviləyə  dəyişiklik  etmək  imkanına  malik  olmurlar. 

Belə ki, istehlakçılarla müqavilə bağlayan firmanın işçisinin standart müqaviləyə dəyişiklik etmək səlahiyyəti 

yoxdur. 

Bütün bu hallar mal və xidmət təklif edən sahibkarlara özlərinin üstün mövqeyindən və vəziyyətindən isteh-

lakçıların mənafeyi ziddinə olaraq, istifadə etmək imkanı verir. Belə vəziyyətdə standart müqavilələr və onların 

standart şərtləri istehlakçıların hüquqlarını pozmaq vasitəsinə çevrilir. Məhz bu səbəbdən standart (birtipli) mü-

qavilələrin haqsız və əsassız şərtlərindən, ədalət və vijdan kateqoriyaları ilə bir araya sığmayan və onlara zidd 

olan müddəalarından istehlakçıların hüquqlarının müdafiə edilməsinə ehtiyac yaranır. Bunun üçün Qərb ölkələ-

rinin qanunvericiliyi standart (birtipli) müqavilələrin tənzimlənməsinə xüsusi diqqət verir.  

Müqavilənin standart şərtlərini tənzimləyən ilk Avropa ölkəsi  taliya sayılır.  taliyanın 1942-ji il MM-inin üç 

maddəsi (1341-ji, 1342-ji və 1370-ji maddələri) bu məsələnin nizama salınmasına həsr edilmişdir. Bundan son-

ra  sraildə standart şərtlər barədə xüsusi qanunvericilik aktı qəbul olundu. Belə ki, 1964-cü ildə bu ölkədə stan-

dart müqavilələr haqqında qanun qüvvəyə mindi. Həmin qanunda sahibkarların işləyib hazırladıqları standart 

müqavilələri  inzibati  məhkəmələrdə  təsdiq  etdirmək  vəzifəsi  nəzərdə  tutulur.  Qanun  prokurorluq  orqanlarına 

hüquq verir ki, onlar standart müqavilələrin məzmunu üzərində nəzarəti həyata keçirsinlər. 

XX  əsrin  70-ji  illərində  Danimarkada  qəbul  edilən  müqavilələr  haqqında  qanunda  ilk  dəfə  olaraq  belə  bir 

norma nəzərdə tutuldu ki, bu norma sahibkarlar tərəfindən əvvəljədən işlənib hazırlanan standart şərtlərdən han-

sılarının  etibarsız  sayılmasını  müəyyənləşdirməyə  imkan  verir.  Analoci  qayda  digər  Avropa  ölkələrinin 

qanunvericiliyində  də  yarandı.  1976-jı  ildə  Almaniyada  müqavilənin  standart  şərtləri  haqqında  qanun  qəbul 

edildi. Bu qanunda nəzərdə tutulan qayda etibarsız hesab edilən standart müqavilə şərtlərini müəyyənləşdirmə-

yə imkan verir. Həmin qaydaya görə, istehlakçıların mənafeyini mühüm dərəjədə pozan standart şərtlərə yol ve-

rilmir.  

Avropa ölkələrinin, hər şeydən əvvəl, Almaniyanın qanunvericilik təjrübəsini və ənənəsini nəzərə alaraq bi-

zim ölkə qanunvericiliyi MM-ə müqavilənin standart şərtləri barədə müvafiq normalar daxil etmişdir. Məqsə



isə istehlakçıların hüquqlarını standart müqavilələrin haqsız və əsassız olan, vijdanlılıq prinsipinə zidd 

gələşərtlərindən müdafiə etməkdən ibarətdir. Bildiyimiz kimi, bizim ölkə qanunvericiliyi — qoşulma mü-

qaviləsi kimi hüquqi konstruksiya nəzərdə tutur. Bu müqaviləyə verilən anlayışdan bəlli olur ki, istənilən hər 

bir kommersiya təşkilatının standart müqavilələr işləyib hazırlamaq hüququ vardır. Məlum məsələdir ki, həmin 

müqavilələrə daxil edilən standart şərtlər istehlakçıların hüquqlarının pozulması vasitəsinə çevrilə bilər. Məhz 

bu cür pozuntulara yol verməmək üçün qanunvericilik müqavilənin standart şərtlərinin tənzimlənməsinə xüsusi 

diqqət yetirir. 



Müqavilənin standart şərtləri dedikdə, mal və ya xidmət təklif edən sahibkar tərəfindən qabaqjadan və əv-

vəljədən işlənib hazırlanan, dəfələrlə istifadə üçün nəzərdə tutulan, tanış olmaq üçün istehlakçıya təqdim olunan 

şə

rtlər başa düşülür. Bu şərtlər dəfələrlə müqaviləyə daxil edilmək üçün irəlijədən və qabaqjadan formulə edilir. 



Onlar müəyyən partnyorun digər partnyorun mənafeyinə xələl gətirmək hesabına müqavilədən birtərəfli qayda-

da  fayda  əldə  etməsi  imkanının  qarşısını  almaq  məqsədini  güdür.  Standart  şərtlər  fərdi-şəxsi  danışıqların 



nəticəsində yaranmır. Əgər müqavilə şərtlərini tərəflər danışıqlar yolu ilə bilavasitə razılaşma əsasında müəy-

yənləşdirərlərsə, onda bu şərtlər standart müqavilə şərtləri sayılmır (MM-in 417-ji maddəsinin 2-ji bəndi). Stan-

dart şərtlərin istehlakçıya təqdim olunmasına gəldikdə isə qeyd etmək lazımdır ki, bu, müqavilə şərtlərinin razı-

laşdırılması məqsədilə yox, həmin şərtlərlə onların tanış olmaları niyyətilə edilir. Razılaşma məqsədi ilə verilər-

sə, bu, onu ifadə edir ki, müqavilə standart şərtlər əsasında yox, fərdi surətdə bağlanır. 

Bizim  ölkə  qanunvericiliyi  ümumi  qayda  formulə  edir:  müqavilənin  standart  şərtlərində  istehlakçının 



(yəni digər  müqavilə iştirakçısının) mənafeyinə xələl gətirən və ziyan vuran, vijdanlılıq prinsipinə zidd 

olan müddəalar olmamalıdır. Əgər bu cür müddəaları ifadə edən standart şərtlər müqaviləyə daxil edilərsə, 

həmin şərtlər etibarsız sayılır (MM-in 420-ji maddəsinin 2-ji bəndi). Məqsəd, hər şeydən əvvəl, sahibkarlıq fəa-

liyyəti ilə məşğul olmayan fiziki şəxslərin (yəni sahibkar statusu olmayan fiziki şəxslərin) hüquq və mənafeyini 

qorumaqdan ibarətdir. Həmin müddəalara aiddir (bu müddəalar Almaniyanın standart müqavilə şərtləri haqqın-

da qanununda da nəzərdə tutulmuşdur):  

 ìöãàâèëÿ òÿêëèô åòìèø òÿðÿôÿ ÿñàññûç îëàðàã âÿ ìöãàâèëÿäÿ ýþñòÿðèëìèø ÿñàñëàð îëìàäàí þç þùäÿëèéèíèí 



èúðàñûíäàí èìòèíà åòìÿê ùöãóãó âåðÿí ìöääÿàëàð (məsələn, standart sığorta müqaviləsində belə bir şərt nə-

zərdə tutulur ki, sığortaçı sığorta müqaviləsində göstərilməyən əsaslar olmadan öhdəliyin icrasından imti-

na edə bilər); 

 ìöãàâèëÿ òÿêëèô åòìèø òÿðÿôÿ ìöãàâèëÿíèí äèýÿð òÿðÿôèíäÿí ÷ÿêèëìèø õÿðúëÿð ö÷öí qeyri-münasib və uy-



ğ

un olmayan şəkildə éöêñÿê ÿâÿç (kompensasiya) òÿëÿá åòìÿê ùöãóãó âåðÿí ìöääÿàëàð (məsələn, standart 

saxlama müqaviləsində belə bir şərt nəzərdə tutulur ki, tapşıran saxlanca verilmiş əşyanın xarakteri ilə əla-


 

418


qədar saxlayıcının düşdüyü zərərin əvəzini ikiqat məbləğdə ödəsin. Bu şərt etibarsız sayılır); 

  ìöãàâèëÿ  ãèéìÿòëÿðèíèí  ÿñàññûç  îëàðàã  ãûñà  ìöääÿòäÿ  artırılmasını  íÿçÿðäÿ  òóòàí  ìöääÿàëàð  (məsələn, 



standart yük daşıma müqaviləsində belə bir şərt göstərilir ki, nəqliyyat təşkilatı daşıma haqqını istənilən 

vaxt artıra bilər. Bu şərt etibarsız hesab edilir); 

 ìöãàâèëÿ òÿðÿôèíèí þùäÿëèêëÿðèí èúðàñûíäàí èìòèíà åòìÿê ùöãóãóíó âÿ éà ìöãàâèëÿíèí äèýÿð òÿðÿôè þç þù-



äÿëèêëÿðèíè  éåðèíÿ  éåòèðÿíÿ  ãÿäÿð  ìöãàâèëÿíèí  èúðàñûíäàí  èìòèíà  åòìÿê  ùöãóãóíó  ìÿùäóäëàøäûðàí  âÿ  éà 

èñòèñíà åäÿí ìöääÿàëàð (məsələn, standart pərakəndə alqı-satqı müqaviləsində nəzərdə tutulur ki, satıcı öz 

vəzifəsini icra edənə kimi alıcı müqavilənin icrasından imtina edə bilməz. Bu şərt etibarsız sayılır); 

 ìöãàâèëÿíèí òÿðÿôèíè òÿëÿáëÿðèí ÿâÿçëÿøäèðèëìÿñè ùöãóãóíäàí ìÿùðóì åäÿí ìöääÿàëàð (məsələn, standart 



bank  hesabı  müqaviləsində  müştərini  onun  banka  olan  tələblərini  əvəzləşdirmək  hüququndan  məhrum 

edən şərt nəzərdə tutulur. Bu şərt etibarsız hesab edilir); 

 çÿðÿðèí ìèãäàðûíäàí ÷îõ îëàí ìÿáëÿüèí òÿëÿá åäèëìÿñèíÿ äàèð ðàçûëàøìàíû íÿçÿðäÿ òóòàí ìöääÿàëàð (məsələn, 



standart kirayə müqaviləsində belə bir şərt nəzərdə tutulur ki, əgər kirayəçi kirayəyə götürülmüş qab-qajağı 

sındırarsa, onların dəyərini üçqat ödəyəjəkdir. Bu cür şərt etibarsız sayılır); 

 òÿêëèô åòìèø òÿðÿôèí âÿ éà îíóí òÿìñèë÷èñèíèí êîáóä åùòèéàòñûçëûüû öçöíäÿí òÿëÿáèí ïîçóëìàñû íÿòèúÿñèí-



äÿ âóðóëàí çÿðÿð ö÷öí ìÿñóëèééÿòè èñòèñíà åäÿí âÿ éà ìÿùäóäëàøäûðàí ìöääÿàëàð (məsələn, standart daşı-

ma müqaviləsində belə bir şərt göstərilir ki, dpşıyıcı kobud ehtiyatsızlığa görə məsuliyyət daşımır. Bu şərt 

etibarsız hesab edilir); 

 òÿêëèô åòìèø òÿðÿôèí ÿñàñ þùäÿëèéè ïîçäóüó ùàëäà ìöãàâèëÿíèí äèýÿð òÿðÿôèíèí ìöãàâèëÿäÿí èìòèíà åòìÿê 



ùöãóãóíó ìÿùäóäëàøäûðàí âÿ éà îíó áó ùöãóãäàí ìÿùðóì åäÿí âÿ éà ìöãàâèëÿíèí äèýÿð òÿðÿôèíè èúðà åòìÿìÿ 

íÿòèúÿñèíäÿ âóðóëìóø çÿðÿðèí ÿâÿçèíèí þäÿíèëìÿñèíè òÿëÿá åòìÿê ùöãóãóíäàí ìÿùðóì åäÿí ìöädÿàëàð âÿ ñ. 

(məsələn, MM-in 645-ji maddəsinin 1-ji bəndinə uyğun olaraq mal göndərmə müqaviləsi üzrə satıcı öhdə-

liyi  pozarsa,  onda  alıcı  ona  vurulmuş  zərərin  əvəzinin  ödənilməsini  tələb  edə  bilər.  Əgər  satıcı  standart 

müqavilədə alıcını bu cür hüquqdan məhrum edən şərt müəyyənləşdirərsə, həmin şərt etibarsız hesab edi-

ləjəkdir). 

Áóíóíëà áÿðàáÿð, qeyd etmək lazımdır ki, standart müqavilə şərtləri istehlakçıların hüquqlarını pozmaq vasi-

təsi  deyildir.  Əksinə,  sivilistika  doktrinasında  müqavilənin  standart  şərtlər  əsasında  bağlanmasının  üstünlüyü 

göstərilir. Belə ki, bu cür qayda danışıqların aparılması və müqavilənin bağlanması mərhələsində tərəflərə vaxta 

və enerciyə qənaət etmək imkanı verir. 

 

Müqavilənin  standart  şərtləri  tanış  olmaq  üçün  müqavilə  bağlamaq  niyyətində  olan  şəxsə  təqdim  olunur. 



Ə

gər həmin şəxs bu şərtlərlə razılaşarsa və onları qəbul etmək imkanına malik olarsa, onda şərtlər müqavilənin 

tərkib hissəsinə çevrilir; müqavilənin standart şərtlərini təklif edən tərəf isə həmin şərtlərə istinad etməsini mü-

vafiq qeydlə təsdiqləməlidir. 

 

nkişaf etmiş xarici ölkələrin qanunvericiliyi standart müqavilə şərtlərinin tənzimlənməsinə xüsusi əhəmiy-



yət verir. Bunu qeyd etmək kifayətdir ki, Avropa  qtisadi Birliyi Şurası 1993-cü ilin aprel ayında istehlakçılarla 

bağlanan müqavilələrin haqsız şərtləri barədə Direktivi bəyənmişdir. Bu Direktiv Avropa  qtisadi Birliyi ölkələ-

rinin milli qanunvericiliyində məcburi implementasiya edilərək qüvvəyə minmişdir. Həmin sənəd standart mü-

qavilə şərtlərinin hüquqi tənzimlənməsində mühüm rol oynayır. Direktivdə standart müqavilə şərtlərinə belə an-

layış verilir: müqavilənin standart şərtləri odur ki, bu şərtlər fərdi razılaşma yolu ilə yox, əvvəljədən işlənib ha-

zırlanır və buna görə də istehlakçı həmin şərtlərin məzmununa təsir göstərə bilmir. Direktiv istehlakçılarla bağ-

lanan bütün müqavilə şərtlərini yox, yalnız standart müqavilə və ya birtipli müqavilə şərtlərini tənzimləyir.  

Standart müqavilə şərtləri normativ xarakter daşımır. Bu şərtlər konkret müqavilənin yalnız bir hissəsidir. 

Amma bəzi xarici ölkələrdə (məsələn, Yaponiyada) standart müqavilə şərtləri normativ xarakterə malik ola bi-

lər, bir şərtlə ki, onlar müvafiq dövlət orqanı (nazirlik və ya idarə) tərəfindən qabaqjadan bəyənilsin. Belə halda 

onlar ümumi məcburi qüvvəyə malik olur. Məsələn, əhalinin elektrik enercisi ilə (qazla, su ilə) təjhiz edilməsi-

nin standart (birtipli, ümumi) şərtləri normativ xarakter daşıyır.  

Müqavilənin  standart  şərtləri  məsələsinə  Almaniya  mülki  hüquq  ədəbiyyatı  səhifələrində  geniş  yer  verilir. 

Bu məsələ, adətən, Mülki Qanunnaməyə verilən kommentariyalarda, monoqrafiyalarda, məlumat kitabçalarında 

və s. şərh olunur. 

3. Müqavilənin forması 

Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkjə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa 

gəlmələri kifayət etmir və yetərli deyildir. Bunun üçün həm də tərəflərin razılığının tələb edilən formada ifa-

də olunması gərəkdir. Qanun müəyyən edir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olu-

nan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (MM-in 405-ji maddəsinin 1-ji bəndi). 

Müqavilənin forması qanunla tənzimlənir (MM-in 406-jı maddəsi). Qanun bu barədə müəyyən qayda müəy-


 

419


yən edir. Hər şeydən əvvəl, MM-də bəzi müqavilə növləri üçün müəyyən forma təyin edilə bilər. Məsələn, fak-

torinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ji maddəsinin 5-ji bəndi). Qanun daşınmaz əşyaların al-

qı-satqı müqaviləsinin yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsi nəzərdə tutur, yəni bu 

növ müqavilə üçün notarial forma müəyyən edir (MM-in 647-ji maddəsi). Qanun renta müqaviləsi üçün yazılı 

forma, daşınmaz əmlakın rentaya  verilməsi hallarında isə renta müqaviləsi üçün notarial forma nəzərdə tutur 

(MM-in 865-ji maddəsi). 

 Bununla bərabər, elə müqavilə növləri vardır ki, onlar üçün Mülki Məcəllə müəyyən forma müəyyən etmir. 

Belə hallarda həmin müqavilə növlərinə əqdlərin forması barədə ümumi qaydalar tətbiq edilir (MM-in 329-334-

cü maddələri). Bu, onunla izah olunur ki, müqavilə əqdin bir növüdür. Bunu nəzərə alaraq, qanun müəyyən edir 

ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər (MM-in 406-jı maddəsi-

nin 1-ji bəndi). 

Müqavilələr, əsasən, sadə yazılı formada bağlanır. Bu cür formalı əqdin etibarlı olması üçün müqavilə bağ-

layan  tərəflərin  imzaları  olmalıdır.  mzalandığı  andan  sadə  yazılı  müqavilə  bağlanmış  sayılır  (MM-in  407-ji 

maddəsinin 2-ji bəndi). Sadə yazılı formada bağlanan müqavilələrə aiddir: 

 zaminlik müqaviləsi (MM-in 471-ji maddəsi); 



 faktorinq müqaviləsi (MM-in 655-ji maddəsinin 5-ji bəndi); 

 françayzinq müqaviləsi (MM-in 727-ji maddəsi); 



 lizinq müqaviləsi (MM-in 748-ji maddəsinin 1-ji bəndi); 

 ticarət nümayəndəsi haqqında müqavilə (MM-in 789-cu maddəsinin 3-cü bəndi); 



 bank əmanəti müqaviləsi (MM-in 946-jı maddəsinin 1-ji bəndi); 

 bank hesabı müqaviləsi (MM-in 955-ji maddəsinin 1-ji bəndi) və s. 



Müqavilələr notarial formada da bağlana bilər, yəni yazılı formada bağlanmış müqavilələr notariat qayda-

sında təsdiqlənir. Təsdiqetmə müqavilənin şərtlərini ifadə edən sənədə notariusun (və ya digər vəzifəli şəxslə-

rin) təsdiqləyiji qeyd etməsi yolu ilə həyata keçirilir.  ki halda müqavilə notariat qaydasında təsdiqlənir: 

 birinjisi, əgər müqavilənin notarial qaydada təsdiq edilməsi MM-də nəzərdə tutulmuşsa (məsələn, MM 



daşınmaz əşyaların alqı-satqı müqaviləsi, daşınmaz əmlakın rentaya verilməsini nəzərdə tutan renta müqa-

viləsi üçün notarial forma müəyyənləşdirir); 

 ikincisi, müqavilə bağlayan tərəflərin qarşılıqlı razılığı ilə (MM ilə həmin növ müqavilələr üçün notari-



al forma nəzərdə tutulmuş olmasa da). 

Elə müqavilələr vardır ki, həmin müqavilələrdən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələb 

olunur. Başqa sözlə desək, bu hüquqlar hökmən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Mə-

sələn, daşınmaz əşyaların alqı-satqı müqaviləsi (o cümlədən daşınmaz əşyalar üzrə renta müqaviləsi) dövlət re-

yestrində qeydiyyata götürülür. Əgər bu müqavilələr dövlət qeydiyyatına alınmazsa, onda müqavilə puç (əhə-

miyyəti olmayan) əqd kimi etibarsız sayılajaqdır. 

Tərəflər müqavilənin forması barədə əlavə tələblər də müəyyən edə bilərlər. Bu cür tələblərə aiddir: müqavi-

lənin müəyyən formalı blanklardan istifadə etməklə bağlanması; müqaviləni möhürlə təsdiqləmə və s. Möhürlə 

təsdiqlənmiş müqavilə bəzi ölkələrdə, məsələn, ABŞ-da əsas müqavilə növlərindən biri kimi tanınır. Bu müqa-

viləyə görə, tərəflər müqaviləni tərtib etdikdən sonra onu imzalayır və möhürlə təsdiqləyirlər. 

Yazılı formalı müqavilələr iki üsulla bağlanır: 

 birinji üsul bir sənəd tərtib etməkdən ibarətdir; 



 ikinci üsul sənədlər mübadiləsindən ibarətdir. 



Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun məzmununu ifadə edir. Müqavilə bağlayan tərəflər onu im-

zalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. 



Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabi-

tə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tə-

rəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Bu yolla müqavilə bağlanarkən elektron rabitəsin-

dən  də  istifadə  oluna  bilər;  belə  müqavilə  elektron  formada  bağlanmış  müqavilə  adlanır.  Bu  müqavilənin 

bağlanması zamanı elektron imzadan istifadə olunur. Onların bağlanması ilə bağlı məsələlər «Elektron imza 

və elektron sənəd haqqında» qanunla (2004), habelə «Elektron ticarət haqqında» qanunla (2005) tənzimlənir. 

Bəzən də elə olur ki, tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində razılığa gəldikləri halda, hə-

min müqavilə növü üçün Mülki Məcəllədə bu cür forma nəzərdə tutulmur. Belə məqamda tərəflərin borcudur 

ki, müqaviləni nəzərdə tutduqları formaya salsınlar. Yalnız bundan sonra müqavilə bağlanmış sayılır (MM-in 

403-cü maddəsinin 2-ji bəndi). 

Müqavilənin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına dəlalət edir. Müqavilənin nota-

rial formasına riayət edilməməsi də onun etibarsızlığına səbəb olur. Bu cür müqavilələr puç əqd kimi hüquqi 



 

420


ə

həmiyyətə malik olmur; çünki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə 

riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ji bəndi) 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə