MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə67/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
§ 3. Müqavilələrin təsnifi və növləri 

1. Müqavilələrin təsnifi anlayışı 

Müqavilələrin təsnifi dedikdə, onların bu və ya digər meyar (əlamət, xüsusiyyət) əsasında müxtəlif qruplara 

(növlərə) bölünməsi başa düşülür. Bu meyarlar ayrı-ayrı müqavilə qruplarının məzmununu müəyyənləşdirmə-

yə,  habelə  onları  bir-birindən  fərqləndirməyə  imkan  verir.  Mülki  hüquqda  müqavilələrin  çoxsaylı  olması  və 

müxtəlifliyi  onların  təsnif  edilməsini  şərtləndirir.  Belə  ki,  həmin  müqavilələr  həm  ümumi  cəhətlərə,  həm  də 

fərqli  xüsusiyyətlərə  malikdir.  Çoxsaylı  müqavilələrə  yaxından  bələd  olmaq  və  düzgün  istiqamət  götürmək 

üçün onlar müxtəlif növlərə bölünür. Bunun isə həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Mülki hüquq 

subyekti öz praktiki fəaliyyətində onun ehtiyac və tələbatını ödəyən müqavilə növünü seçib, ondan istifadə edir. 

Müqavilə, hər şeydən əvvəl, birinjisi, əqddir. Ona görə də əqdlərin müxtəlif növlərə bölünməsi müqavilələrə 

də şamil edilir. Bu aspektdən müqavilələrin real və konsensual, əvəzli və əvəzsiz, kauzal və abstrakt, müddətli 

və müddətsiz, şərti və adi, habelə fidusiar müqavilə kimi növləri fərqləndirilir. 

Müqavilə, ikincisi, öhdəlik hüquq münasibətlərini ifadə edir, yəni müqavilə öhdəliyi anlayışı ilə əhatə olu-

nur. Təsadüfi deyildir ki, tərəflər öz aralarında müqavilə bağlayarkən öhdəlik yaratmaq məqsədi güdürlər. Bu ba-

xımdan da müqavilələr müxtəlif qruplara (növlərə) bölünür. Belə halda müqavilələr hüquqi nəticə əldə olunması-

na və nail olunmasına yönələn istiqamətə görə təsnif edilir. Qədim Roma hüququ da bu meyara görə müqavilələri 

müxtəlif qruplara bölürdü. Roma hüququ ənənələrinə uyğun olaraq, Azərbaycan Respublikasının MM-i göstərilən 

meyara (əlamətə) görə müqavilələrin dörd qrupunu fərqləndirir: 

 əşyanın mülkiyyətə və digəəşya hüququna verilməsinə yönələn müqavilələr (alqı-satqı, dəyişmə, ba-



ğ

ışlama və renta müqavilələri); 

 əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr (əmlak kirayəsi, icarə, əvəzsiz istifadə və lizinq mü-



qavilələri); 

 iş görülməsinə yönələn müqavilələr (podrat müqaviləsi); 





  xidmət  göstərilməsinə  yönələn  müqavilələr  (tapşırıq,  komissiya,  ticarət  agenti,  daşıma,  bank  əmanəti, 

bank hesabı, turist xidməti haqqında müqavilələr). 

Bundan əlavə, bizim ölkə qanunvericiliyi əqli mülkiyyət obyektlərindən istifadəyə yönələn müqavilə növlə-

rini də nəzərdə tutur. Bu növ müqavilələrə aiddir: müəllif müqavilələri; patent-lisenziya müqavilələri; françay-

zinq müqaviləsi.  

Hüquq ədəbiyyatında müqavilələrin müxtəlif təsnifi aparılır. Bu təsnif əsasında mülki-hüquqi müqavilələrin 

ə

sas cəhətləri və xüsusiyyətləri haqqında düzgün təsəvvür əldə edilir. 



2. Əmlak və təşkilati müqavilələ

Müqavilələr, onların əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına yönələn ictimai münasibət-



lərin xarakterinə görə iki yerə bölünür: əmlak müqavilələri; təşkilati müqavilələr. 

Ə

mlak müqavilələri odur ki, bu müqavilələr iqtisadi dövriyyə münasibətlərini (əmtəə mübadiləsini) rəsmi-

ləşdirir və maddi nemətlərin (və ya digər nemətlərin) bir şəxsdən digərinə keçməsinə yönəlir. Başqa sözlə de-

sək, bu müqavilələr maddi nemətlərin mübadilə prosesinə toxunur və əmlakın verilməsi ilə bağlı (məsələn, alqı-

satqı, dəyişmə), xidmət göstərilməsilə bağlı (məsələn, daşıma, saxlama, sığorta), iş görülməsi ilə bağlı (məsə-

lən, podrat) əmələ gələn münasibətləri tənzimləyir. Belə təsəvvür yaranır ki, əmlak müqavilələri maddi nemət-

lərin mübadilə prosesi ilə əlaqədar olaraq tərəflər üçün bilavasitə hüquq və vəzifələr əmələ gətirir. Onların hü-

quqi səmti və istiqaməti əmtəə mübadiləsi ilə bağlı hüquqi nəticə əldə edilməsindən ibarətdir. 

Müqavilələrin əksəriyyəti əmlak müqavilələridir. Bu müqavilələrə əsas müqavilələr daxil edilir. Alqı-satqı, 

icarə, kirayə, daşıma, sığorta, kredit və digər müqavilələr əsas müqavilələr hesab edilir və ona  görə də onlar 

ə

mlak müqavilələrinə şamil olunurlar. 



Təşkilati müqavilələr odur ki, bu müqavilələr bilavasitə maddi (əmlak) nəticə əmələ gətirmir; onlar yalnız 

bunun üçün zəruri şərait və zəmin yaradır. Bu cür müqavilələr əmtəə mübadiləsinə yönəlmir; onlar anjaq əmtəə 

mübadiləsinin təşkilinə səmtlənir. Təşkilati müqavilələr əsasında gələjəkdə əmtəə mübadiləsinin həyata keçiril-

məsi üçün şərait yaradılır və iştirakçılar arasında qarşılıqlı əlaqələr müəyyən edilir. 

Təşkilati müqavilələr əsasında meydana gələn münasibətlər maddi yox, təşkilati xarakter daşıyır. Bu cür mü-

qavilələrə real həyatda az-az hallarda rast gəlmək olur. Onların sayı əmlak müqavilələrinə nisbətən olduqca az-

dır. 

Təşkilati  müqavilələrin  əsas  növünü  daşımaların  təşkili  haqqında  müqavilə  təşkil  edir.  Bu  müqavilə  növü 



«Nəqliyyat haqqında» qanunun 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur. Belə ki, müntəzəm daşı-

maların həyata keçirilməsi zərurəti yarandıqda, dpşıyıcı və yük göndərən bu müqavilə növündən istifadə edir-



 

421


lər. 

Çoxtərəfli əqdlər də təşkilati müqavilələrə aid edilə bilər. Söhbət hüquqi şəxslərin yaradılması haqqında təsis 

müqaviləsindən gedir. Bu müqavilə təsisçilərin gələjəkdə əmlak dövriyyəsində iştirakını təmin etmək üçün on-

lar arasındakı qarşılıqlı münasibətlərin təşkilini müəyyənləşdirir. Belə ki, əgər hüquqi şəxs bir neçə təsisçi tərə-

findən  yaradılarsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun  yaradılması üzrə birgə 

fəaliyyət  qaydasını,  özlərinin  əmlakının  ona  verilməsi  və  onun  fəaliyyətində  iştirak  edilməsi  şərtlərini  müəy-

yənləşdirir (MM-in 45-ji maddəsinin 2-ji bəndi). Həmin müqavilə birgə fəaliyyət göstərmək məqsədilə təsisçi-

lər  arasında  bağlanılır  ki,  bu  fəaliyyət  hüquqi  şəxsin  təşkilinə  yönəlir.  Odur  ki,  o,  birgə  fəaliyyət  haqqında 



müqavilənin növü hesab edilir, bu müqavilə hüquqi şəxsi təşkil etmək, yaratmaq və təsis etmək məqsədi güdür. 

 

Təşkilati müqavilələrin başqa bir növü ilkin müqavilə hesab olunur ki, sonrakı növbəti yarımbaşlıqda məhz 



bu barədə söhbət açajağıq. 

3. Əsas və ilkin müqavilələ

Məqsəd, nəticə və hüquqi istiqamət kimi meyara və əlamətə görə müqavilələrin iki növü fərqləndirilir: 

ə

sas müqavilələr; ilkin müqavilələr. Bu müqavilələr müqavilə sistemində müstəqil yer tutur. 



Ə

sas  müqavilələr  odur  ki,  iqtisadi  (əmlak)  dövriyyəni  tənzimləyir  və  tərəflər  üçün  əmtəə  mübadiləsi  ilə 

bağlı bilavasitə hüquqi nəticə (hüquq və vəzifələr) yaradır. Bu müqavilələr maddi nemətlərin bir şəxsdən digəri-

nə keçmə prosesini rəsmiləşdirir. Daşıma, podrat, icarə, kirayə, alqı-satqı və digər müqavilələr əsas müqavilələ-

rə  şamil  edilir.  Özü  də  müqavilələrin  kütləsi  içərisində  əsas  müqavilələrin  çəkisi  müqayisəedilməz  dərəjədə 

çoxdur. Ona görə ki, əmlak xarakterli olan əsas müqavilələr bilavasitə hüquqi nəticə əldə edilməsinə (əmlakın 

mülkiyyətə verilməsinə, iş görülməsinə, xidmət göstərilməsinə, əmlakın istifadəyə verilməsinə) yönəlir. 



lkin müqavilələr odur ki, bu müqavilələr gələjəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını 

ifadə edir. Əsas müqavilələrə nisbətdə bu cür müqavilələrin xüsusi çəkisi olduqca azdır.  lkin müqavilələrə gö-

rə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin 

göstərilməsi barədə gələjəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM-in 402-ji mad-

dəsinin 1-ji bəndi). Məsələn, tərəflər gələjəkdə minik avtomobilinin satışı haqqında müqavilə (əsas müqavilə) 

bağlayırlar. Başqa bir misalda kənd sakini ilə kəndli (fermer) təsərrüfatının başçısı arasında gələjəkdə torpaq sa-

həsinin icarəyə verilməsi barədə müqavilə (əsas müqavilə) bağlanır. Deməli, ilkin müqavilənin bvşlıca mahiy-

yəti tərəflərin gələjəkdə əsas müqavilə bağlamaq barədə razılığa gəlmələrindən ibarətdir. 

Tərəflər ilkin müqaviləni elə qayda və məzmunda bağlamalıdırlar ki, bu, əsas müqavilənin predmetini, habe-

lə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtləri nəzərdə tuta bilsin. Əgər ilkin müqavi-

lə bu xüsusiyyətdən məhrum olarsa, o, hüquqi əhəmiyyət kəsb etmir və etibarsız hesab olunur. Yuxarıda çəkdi-

yimiz misallarda gələjəkdə bağlanan əsas müqavilənin predmetini təşkil edən minik avtomobili və ya icarəyə 

verilən torpaq sahələri, onların kəmiyyət və keyfiyyət xarakteristikası hökmən ilkin müqavilədə göstərilməlidir. 

lkin müqavilənin müddətini qanun xüsusi olaraq tənzimləyir (MM-in 402-ji maddəsinin 4-cü bəndi).  lkin 



müqavilənin müddəti dedikdə, tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamalarını müəyyənləşdirməyə 

imkan verən vaxt dövrü başa düşülür. Bu müqavilədə həmin müddət göstərilir. Elə hallar da olur ki, ilkin müqa-

vilədə  bu  müddət  müəyyənləşdirilmir.  Belə  hallarda  əsas  müqavilə  ilkin  müqavilənin  bağlandığı  andan  bir  il 

müddətinə bağlanır. 

Qanun ilkin müqavilənin formasına xüsusi olaraq toxunur (MM-in 402-ji maddəsinin 2-ji bəndi). Bu müqa-

vilənin forması əsas müqavilənin forması ilə şərtlənir, yəni əsas müqavilənin formasından asılıdır. Belə 

ki, ilkin müqavilə əsas  müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Bu, o deməkdir ki, əsas müqavilə 

üçün sadə yazılı forma müəyyənləşdirilibsə, onda ilkin müqavilə də həmin formada bağlanajaqdır. Məsələn, da-

ş

ınar əşyanın renta müqaviləsi üçün qanun sadə yazılı forma müəyyən edir Əgər tərəflər gələjəkdə bu cür renta 



müqaviləsi bağlamaq barədə razılığa gələrsə, onda ilkin müqavilə də sadə yazılı formada bağlanajaqdır. Yox, 

ə

gər əsas müqavilə üçün notarial forma müəyyənləşdirilərsə (məsələn, daşınmaz əşyaların alqı-satqı müqavilə-



si,  daşınmaz  əşyaların  renta  müqaviləsi  üçün  bu  cür  forma  nəzərdə  tutulur),  onda  ilkin  müqavilə  də  notariat 

qaydasında təsdiq olunajaqdır. 

Qanun əsas müqavilə üçün konkret forma nəzərdə tutmaya da bilər. Məsələn, podrat müqaviləsinin forması-

nı MM müəyyənləşdirmir. Belə hallarda da ilkin müqavilə əsas müqavilə hansı formada tərtib edilərsə, o for-

mada  da  bağlanır.  lkin  müqavilənin  forması  barədə  qaydalara  əməl  olunmaması  onun  etibarsızlığına  səbəb 

olur. Bu cür ilkin müqavilələr hüquqi əhəmiyyət kəsb etmir və puç (mütləq etibarsız) əqd sayılır. 

lkin müqavilə icra olunduqda, yəni əsas müqavilə bağlandıqda, o ləğv edilir. Bəzən elə olur ki, əsas mü-

qavilə ilkin müqavilədə nəzərdə tutulan müddətdə bağlanmır. Eyni zamanda bu müddət ərzində tərəflərdən biri 

digər tərəfə əsas müqaviləni bağlamaq barədə müraciət etmir və təklif göndərmir. Bu halda ilkin müqavilədə 

nəzərdə tutulan öhdəliklərə xitam verilir. 



 

422


lkin müqavilə mülki dövriyyədə məhdud dairədə tətbiq edilir. Onların sayı azdır.  lkin müqavilələrə öhdəli-

yin icrasını təmin etmək üçün bağlanan zaminlik müqaviləsini, daşımaların təşkili müqaviləsini və s. misal gös-

tərmək olar. Niyyət protokolunu ilkin müqavilə hesab etmək olmaz. Lakin bəzi məqamlarda niyyət protokolu 

(və ya niyyət sazişi) ilkin müqavilə sayıla bilər. Bunun üçün zəruridir ki, niyyət protokolunda tərəflərin ona il-

kin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunsun (MM-in 402-ji maddəsinin 6-jı bəndi). 

Dediklərimizdən belə nəticə çıxara bilərik ki, ilkin müqavilənin funksiyası bu müqaviləni bağlayan tərəflə-

rin  fəaliyyətini  planlaşdırmaqdan  ibarətdir.  Belə  ki,  ilkin  müqaviləni  bağlayan  tərəflər  bir-birinin  qarşısında 

hansısa bir müqavilə bağlamaq öhdəliyi götürürlər. 



4. Ümumi müqavilələ

Ümumi müqavilə Azərbaycan Respublikasının müasir mülki qanunvericiliyində yeni müqavilə növüdür. So-

vet dövrünün mülki qanunvericiliyi belə müqavilə növünü tənzimləmirdi. Amma buna baxmayaraq, sovet döv-

ründə ümumi müqavilədən praktikada istifadə olunurdu. Belə ki, sovet mağazalarından özünə hər hansı bir şey 

(məsələn, ərzaq məhsulu, geyim şeyləri, ev avadanlıqları, məişət predmetləri və s.) alan şəxs məhz ümumi mü-

qavilə bağlamış olurdu; alınmış malın pulunu ödəyən kimi həmin şəxs mağazada bağlanmış ümumi müqavilə-

nin iştirakçısına (tərəfinə) çevrilirdi. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400-cü maddəsi ümumi müqavilənin hüquqi tənzimlənmə-

sinə həsr edilmişdir. 24 iyun 2005-ji il tarixli qanunla MM-ə dəyişiklik və əlavələr edilənə kimi həmin maddə-

nin  bir  neçə  bəndində  ümumi  müqaviləyə  leqal  anlayış  verilirdi,  onun  hüquqi  əlamətləri  müəyyənləşdirilirdi. 

ndi həmin bəndlər MM-dən çıxarılmışdır. Məcəlləyə tam başqa məzmunlu iki bənd daxil edilmişdir ki, həmin 

bəndlərdə ümumi müqaviləni xarakterizə edən bir neçə əlamət formulə edilmişdir. 

Ümumi müqavilənin birinji əlaməti ondan ibarətdir ki, bu müqavilənin bir tərəfində sahibkarlıq fəaliyyətini 

həyata keçirəşəxs çıxış edir. Söhbət, hər şeydən əvvəl, kommersiya təşkilatından gedir; bu təşkilat öz fəaliy-

yətinin xarakterinə görə mallar satır, işlər görür və ya xidmətlər göstərir; bu zaman o, istehlakçılarla müxtəlif 

məzmunlu müqavilələr bağlayır (məsələn, pərakəndə alqı-satqı müqaviləsi və s.). Sahibkarlıq fəaliyyəti ilə məş-

ğ

ul olmaq hüququ əldə etmiş qeyri-kommersiya  təşkilatları bu müqavilədə tərəf qismində iştirak  edə bilməz; 



belə təşkilatların bu müqavilənin bağlanmasında yalnız istehlakçı (kontragent) qismində iştirakı mümkündür. 

kinci əlamətə görə, ümumi müqaviləni bağlayan tərəflərdən biri, yəni kommersiya təşkilatı əmtəə bazarında 



üstün mövqe tuta bilər; onun tutduğu mövqe müqavilənin qiyməti və digər şərtlərini istehlakçılara diqtə etməyə 

imkan verir. Lakin kommersiya təşkilatı üstün mövqeyindən sui-istifadə etməməlidir.  

Üçüncü əlamətə görə, bazarda üstün mövqe tutan tərəfin fəaliyyəti ümumi xarakterdə olmalıdır; o, hə

bir istehlakçı ilə müqavilə bağlamağa borcludur. Bu baxımdan ümumi müqavilə bəzi xarici ölkələrin (məsə-

lən, ABŞ-ın və s.) qanunvericiliyinə məlum olan məcburi müqaviləyə oxşayır. 

Dördüncü əlamət ondan ibarətdir ki, bazarda üstün mövqe tutan tərəf istehlakçılarla müqavilə bağlamaqdan 

ə

sassız olaraq imtina etməməlidir. Başqa sözlə desək, bazarda üstün mövqe tutan tərəf üçün istehlakçılarla mü-

qavilə bağlamaq məcburidir; yalnız üzrlü və obyektiv əsaslar olduqda, o, müqavilə bağlamaqdan imtina edə bilər 

(məsələn, satılan mallar qurtardıqda və s.). 

Beşinji əlamətə görə, bazarda üstün mövqe tutan tərəf istehlakçılara qeyri-bərabəşərtlər təklif etməmə-

lidir; belə şərtlər, əlbəttə, istehlakçıların mənafeyinə zidd olub, hüquqdan sui-istifadə (xüsusi xarakterli mülki 

hüquq pozuntusu) hesab edilir. 

Ümumi müqavilə konstruksiyasının məqsədi istehlakçıların hüquqlarını iqtisadi cəhətdən nisbətən güjlü olan 

və bazarda üstün tutan şəxslərdən qorumaqdan ibarətdir. Söhbət əmtəə bazarını inhisarlaşdıran inhisarçı şəxs-

lərdən istehlakçıları müdafiə etməkdən gedir. 

Ümumi müqavilə RF və MDB üzvü olan digər ölkələrin qanunvericiliyinə də məlumdur; onu MDB ölkələri 

üçün Model Mülki Məcəlləsi də tanıyır. Amma Avropa ölkələrinin və ABŞ-ın qanunvericiliyində bu müqavilə 

növünə təsadüf olunmur.

 

5. Qarşılıqlı razılığəsaslanan və qoşulma müqavilələri 

Müqavilənin bağlanma qaydası və onun şərtlərinin müəyyən edilməsində tərəflərin iştirakı kimi əla-

mətə görə müqavilələr iki cür olur: qarşılıqlı razılığa əsaslanan müqavilələr; qoşulma müqavilələri. Qarşılıqlı 

razılığəsaslanan müqavilələodur ki, bu cür müqavilələrin şərtlərini həmin müqavilədə iştirak edən tərəflə-

rin hər ikisi müəyyənləşdirir. 



Qoşulma müqavilələri odur ki, bu müqavilələr bağlanarkən onların şərtlərinin müəyyən edilməsində  yalnız 

bir tərəf iştirak edir, ikinci tərəf isə həmin müqaviləyə əlavə və dəyişiklik etmək imkanından məhrum olur.  kinci 

tərəf bu müqaviləni onun şərtləri ilə razılaşması yolu imzalayır. Deməli, ikinci tərəf müqavilə şərtlərinin müəyyən 

edilməsində iştirak etmir. O, müqavilənin zəif tərəfi hesab edilir. Bununla müqavilə şərtlərini müəyyən etməkdə 

müqavilə azadlığı prinsipi pozulur, kontragent seçməkdə isə bu prinsip pozulmur. Belə ki, müqavilənin zəif tərəfi 


 

423


kontragent seçməkdə sərbəstdir. O, həm də eyni zamanda müqavilə bağlamaq və ya bağlamamaq məsələsini həll 

etməkdə müstəqildir. 

Qeyd etmək lazımdır ki, qoşulma müqaviləsindən Qərbi Avropa ölkələrində geniş istifadə olunur; bu müqa-

vilə növü bazarların inhisarlaşdırılması şəraitində yaranmışdır. Belə ki, bazarda üstün iqtisadi mövqe tutan tərəf 

və ya müvafiq spesifik malın (elektrik enercisinin, qazın, dəmir yolu, su və ya hava daşıyjısının göstərdiyi nəq-

liyyat  xidmətinin)  yeganə  satıcısı  olan  şəxslər  kontragentlərə  (müqavilənin  digər  tərəflərinə)  təklif  edirlər  ki, 

onlar eyni olan müqavilə şərtlərini, yəni standart müqavilə şərtlərini müzakirə etmədən qəbul etsinlər və bu yol-

la müqaviləyə qoşulsunlar. Özü də hesab edilir ki, kontragent müqaviləyə könüllü surətdə qoşulur. 

Göründüyü kimi, qoşulma müqaviləsinə görə, iqtisadi cəhətdən üstün mövqe tutan tərəf kontragentə özünün 

formulə etdiyi müqavilə şərtlərini diqtə edir. Kontragent ya ona diqtə olunmuş şərtlərlə müqavilə bağlamalı, ya 

da müqavilə bağlamaqdan imtina etməlidir. Kontragentin müqavilə şərtlərini müzakirə etmək və yaxud onlar-

dan hər hansısa birini dəyişdirmək hüququ yoxdur. Elə bir vəziyyət yaranır ki, iqtisadi-maddi ehtiyacını təmin 

etmək üçün kontragentin diqtə olunmuş müqavilə şərtlərini müzakirəsiz qəbul etməkdən başqa çarəsi qalmır; 

həmin vəziyyətdə o, digər davranış variantı seçmək imkanına malik olmur və bu səbəbdən müqaviləni bağla-

maqdan imtina edə bilmir. 

Belə müqavilələr, adətən, tərəflərin doldurduqları standart formada tərtib edilir. Buna görə ABŞ,  ngiltərə və 

digər ölkələrin müqavilə praktikasında qoşulma müqaviləsi standart formalı müqavilə adlanır.  

Xeyli müddət qoşulma müqaviləsi kapitalist təsərrüfatının dəmiryol və su nəqliyyatı, şəhərdaxili nəqliyyat, 

bank və sığorta işi, kommunal xidmət və s. kimi sahələrində geniş istifadə olunmuşdur. Bu müqavilənin məhz 

belə sahələrdə geniş tətbiq olunması onunla izah edilir ki, həmin sahələr hesabına kontragentin maddi-iqtisadi 

tələbatı təmin olunur; bu kimi sahələr onun həyati mənafeləri ilə bağlıdır. Odur ki, məhz həmin sahələrdə kont-

ragent digər davranış variantını seçmək imkanına malik olmur və qoşulma müqaviləsi bağlamağa məjbur olur. 

Müasir Qərb ölkələrində qoşulma müqaviləsi kifayət qədər geniş yayılmışdır. Xüsusilə universamda malla-

rın sabit qiymətlə alqı-satqı, nəqliyyatın müxtəlif növləri ilə daşıma (belə daşıma şirkətlərin təsdiq etdiyi tariflər 

ə

sasında həyata keçirilir), sığorta və digər müqavilələr qoşulma müqaviləsi formasında bağlanır. 



Qoşulma müqaviləsi Fransa hüquq ədəbiyyatında daha müfəssəl şəkildə işıqlandırılır. Burada onun əsas xü-

susiyyətləri müəyyənləşdirilir. 

O ki, qaldı Azərbaycan Respublikasının qanunvericiliyinə, qeyd etmək lazımdır ki, 23 dekabr 2003-cü il ta-

rixli qanunla MM-ə əlavələr və dəyişikliklər edilməsinə kimi qoşulma müqaviləsi məcəllənin ayrıja olaraq 401-

ji maddəsi ilə tənzimlənirdi; həmin maddə bütövlükdə bu müqavilənin hüquqi nizamlanmasına həsr olunmuşdu. 

Yuxarıda göstərdiyimiz qanunla 401-ji maddə MM-dən çıxarılmışdır. Lakin bu o demək deyildir ki, artıq Mülki 

Məcəllə  qoşulma  müqaviləsini  nəzərdə  tutmur.  Əksinə,  məcəllə  həmin  müqavilənin  tənzimlənməsinə  xüsusi 

diqqət  yetirir.  Hətta  MM-in  452-ji  maddəsinin  2-ji  bəndində  «qoşulma  müqaviləsi»  termini  işlədilir.  Lakin 

məcəllə qoşulma müqaviləsinə leqal anlayış vermir. Amma buna baxmayaraq onun bəzi əlamətləri məcəllədə 

nəzərdə tutulmuşdur (MM-in 417-418-ji maddələri). 



Birinji əlamətə görə, qoşulma müqaviləsi standart formalarda bağlanır; bu forma iqtisadi-sosial cəhət-

dən güjlü olan müqavilə tərəfinin maraq və mənafeyinə xidmət edir və kontragent üçün məcburidir. Biz, prakti-

kada kredit, bank əmanəti, sığorta, sərnişin daşıma və digər müqavilələrin standart formalarda bağlanmasının 

ş

ahidi oluruq. 



Qoşulma müqaviləsinin ikinci əlaməti ondan ibarətdir ki, bu müqavilə özündə tərkib hissəsi kimi standart 

şə

rtləri birləşdirir (MM-in 417-418-ji maddələri). Bu şərtləri iqtisadi-sosial cəhətdən üstün olan müqavilə tərəfi 

(banklar, sığorta təşkilatı, nəqliyyat təşkilatı və s.) hazırlayır. Bu cəhəti ilə qoşulma müqaviləsi birtipli müqavilə-

dən fərqlənir. Belə ki, birtipli müqavilələrə də standart şərtlər daxil edilir; lakin həmin şərtlər müqavilə tərəfi sa-

yılmayan və müqaviləyə bilavasitə heç bir aidiyyəti olmayan dövlət orqanı tərəfindən hazırlanır. 

Üçüncü əlamətə görə, qoşulma müqaviləsinin standart şərtlərini kontragentlər müzakirə etmirlər (onlara 

birtipli və ya ümumi şərtlər də deyilir); onlar həmin şərtlərdən hər hansı birini dəyişdirə bilməzlər. Belə ki, iqti-

sadi-sosial cəhətdən üstün olan müqavilə tərəfi (bank, sığorta təşkilatı, nəqliyyat təşkilatı və s.) öz peşə fəaliy-

yətini həyata keçirmək üçün çoxsaylı kontragentlərlə müqavilələr (məsələn, kredit, bank əmanəti, sərnişin daşı-

ma, sığorta və s. müqavilələr) bağlayır və bu zaman həmin müqavilələr üçün eyni, standart şərtlər hazırlayır. 

Onlar  hər  dəfə  müqavilə  bağlayarkən  kontragentlərə  təklif  edirlər  ki,  onlar  həmin  şərtlərə  qoşulsunlar.  Əgər 

kontragentlər onlara təklif olunmuş standart şərtlərə qoşulsalar, müqavilə bağlanmış hesab olunur. 

Qoşulma  müqaviləsi  konstruksiyasının  əsas  məqsədi  iqtisadi-sosial  cəhətdən  nisbətən  zəif  olan  çoxsaylı 

kontragentlərin  (istehlakçıların)  hüquqlarını  qorumaqdan  ibarətdir.  Belə  ki,  qoşulma  müqaviləsinin  standart 

şə

rtləri əgər onların mənafeyi üçün zərərli olarsa, belə müqavilə etibarsız hesab edilir (MM-in 420-ji maddəsi-



nin 2-ji bəndi). 

 

424


Qoşulma müqaviləsi bazarların inhisarlaşdırılması şəraitində iqtisadi cəhətdən bərabər olmayan tərəflər ara-

sında bağlanır. Əlbəttə, bu növ müqavilənin bağlanması müqavilə azadlığı prinsipinin məhdudlaşdırılmasına və 

mümkün hüquqi risqlərə gətirib çıxarır. Lakin buna baxmayaraq müasir mülki və ticarət (kommersiya) dövriy-

yəsində qoşulma müqaviləsi geniş tətbiq olunur. Malların kütləvi surətdə satışı, eləjə də kütləvi xidmət göstəril-

məsi sahələrində istifadə olunan bu müqavilə müvafiq xərclərin azaldılmasına, danışıqların aparılma vaxtının 

qısaldılmasına, sahibkarların işlərinin və maliyyə hesablaşmalarının asanlaşdırılmasına imkan verir.

 

Qoşulma müqaviləsi konstruksiyası Qərb ölkələrinin qanunvericiliyindən iqtibas olunmuşdur. Özü  də həmin 



ölkələrin qanunvericiliyi onu «standart müqavilə (ing. «standard» – nümunə, etalon, model) və ya «birtipli müqa-

vilə» adı altında nəzərdə tutur.  taliya, Almaniya,  srail,  sveç, ABŞ, Böyük Britaniya, Hollandiya,  sveçrə, Yapo-

niya və digər əjnəbi dövlətlərin mülki qanunvericiliyi bu növ müqavilənin tənzimlənməsinə xüsusi diqqət yetirir. 

Məsələn,  1964-cü  ildə  sraildə  «Standart  müqavilələr  haqqında»  xüsusi  qanun  qəbul  edilmişdir.  ABŞ-ın  Vahid 

Ticarət Məcəlləsi standart müqavilə üzrə münasibətləri nizama salır.  

6. Müqavilə iştirakçısının (tərəfinin) mənafeyi üçün  

və üçüncü şəxsin xeyrinə müqavilə 

Kimin mənafeyi üçün müqavilə bağlanması əlamətinə və meyarına görə müqavilələrin iki növü fərqlən-

dirilir: müqaviləni bağlayan tərəfin xeyrinə müqavilə; üçüncü şəxsin xeyrinə müqavilə.  kinci növ müqaviləyə 

nisbətən birinji növ müqaviləyə real həyatda daha çox hallarda rast gəlinir. Onların xüsusi çəkisi müqayisəedil-

məz dərəjədə daha çoxdur.  



Müqaviləni bağlayan tərəfin xeyrinə müqavilə odur ki, bu müqavilədə hüquq və vəzifələr yalnız onu bağ-

layan tərəflər üçün əmələ gəlir və həmin tərəflər də, bir qayda olaraq, müqavilənin icrasını tələb etmək ixtiyarı-

na malik olurlar. Məsələn, alqı-satqı, icarə, dəyişmə, kirayə, daşıma və s. müqavilələrdə iki tərəf iştirak edir, 

hüquq və vəzifələr də həmin tərəflər üçün əmələ gəlir və bu cür müqavilələrin icrasını tələb etmək hüququ onla-

ra məxsus olur. Bununla bərabər, real həyatda elə müqavilələrə rast gəlirik ki, bu müqavilə növləri onların bağ-

lanmasında  iştirak  etməyən,  lakin  onların  icrasını  tələb  etmək  hüququna  malik  olan  şəxslərin  mənafeyi  üçün 

bağlanır. Bu cür müqavilələr üçüncü şəxsin xeyrinə müqavilə adlanır. 

Üçüncü şəxsin xeyrinə müqavilə odur ki, bu müqaviləni bağlayan tərəflər borclunun icranı adı müqavilədə 

göstərilmiş və ya göstərilməmiş üçüncü şəxsə həyata keçirməli olması barədə razılığa gəlirlər və bu, həmin şəx-

sə öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ verir (MM-in 403-cü maddəsinin 1-ji bəndi). Be-

lə təsəvvür yaranır ki, üçüncü şəxs adlı fiqur müqavilənin bağlanmasında iştirak etmir, müqaviləni tərəflər bağ-

layırlar və o, üçüncü şəxsin mənafeyinə xidmət edir. Məsələn, valideynlər öz uşaqlarının adına 18 yaşına çat-

ması  üçün  banka  pul  qoyurlar  (məqsədli  uşaq  əmanəti)  və  bu  məqsədlə  onlar  bankla  bank  əmanəti  (depozit) 

müqaviləsi bağlayırlar. Bu müqavilədə uşaq üçüncü şəxs rolunda çıxış edir. Göründüyü kimi, o, bank əmanəti 

müqaviləsinin bağlanmasında iştirak etmir. Müqaviləni tərəflər, yəni valideynlər və bank imzalayırlar. 18 yaşı-

na  çatdıqda,  o,  həmin  müqavilənin  icrasını,  yəni  əmanətin  verilməsini  bankdan  tələb  edir.  Bununla  öhdəlik 

onun xeyrinə icra olunur. Başqa bir misalda yük göndərənlə dpşıyıcı (nəqliyyat təşkilatı) arasında daşıma mü-

qaviləsi bağlanır. Onlar  göndərilən  yükün  yük  alana verilməsi barədə razılığa  gəlirlər. Daşıma müqaviləsinin 

bağlanmasında iştirak etməyən yük alan üçüncü şəxsdir. Başqa bir misalda valideynlər öz uşaqlarını yetkinlik 

yaşına çatmaları halı üçün sığortalayır və bu məqsədlə sığortaçı (sığorta təşkilatı) ilə sığorta müqaviləsi bağla-

yırlar. 18 yaşı tamam olduqda, sığorta ödənişini sığortaçıdan uşaqlar alajaqdır. 

Üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər 

(MM-in 403-cü maddəsinin 2-ji bəndi). Bu qayda dispozitiv xarakterə malikdir. Belə ki, qanunda və ya müqavi-

lədə başqa qayda da nəzərdə tutula bilər. Bundan əlavə, öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gələrsə, 

göstərilən  qayda  tətbiq  edilmir.  Əgər  tərəflərin  razılaşmasında  nəzərdə  tutularsa,  işin  hallarına,  o  cümlədən 

onun məqsədinə əsasən müqavilənin tərəflərinin ixtiyarı var ki, üçüncü şəxsin razılığı olmadan onun öhdəliyin 

icrasını tələb etmək hüququnu ləğv etsin və ya bu hüququ dəyişdirsin. Tərəflər üçüncü şəxsin öhdəliyin icrasını 

tələb etmək hüququnun dərhal və ya müəyyən ilkin şərtlər əsasında yaranması barədə öz aralarında razılığa gələ 

bilərlər. 

Bununla bərabər, qanun üçüncü şəxsin mənafeyini müdafiə etmək üçün qayda müəyyən edir (MM-in 403-cü 

maddəsinin 5-ji bəndi). Bu qayda əmlak dövriyyəsinin sabitliyini təmin edir. Belə ki, üçüncü şəxslər öz təsərrü-

fat fəaliyyətində onun xeyrinə bağlanmış müqavilə əsasında keçən hüquqdan istifadəyə güvənə və ümid edə bi-

lərlər. Üçüncü şəxsin xeyrinə bağlanan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi müqavilə əsasında veril-

miş hüquqdan istifadə etmək qərarına gələn üçüncü şəxsi çətin vəziyyətdə qoya bilər. Ona görə də üçüncü şəx-

sin mənafeyini qorumaq və təmin etmək məqsədilə qanun müəyyən edir ki, üçüncü şəxsin müqavilə üzrə öz 



hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları müqaviləni üçüncü 

şə

xsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər. Bu imperativ yox, dispozitiv normadır. Belə ki, 



 

425


qanunda və ya müqavilədə başqa qayda da nəzərdə tutula bilər. 

Elə hallar da olur ki, üçüncü şəxs müqavilə əsasında ona keçən hüquqdan istifadədən imtina edir. Belə halda 

istifadə hüququ, əgər qanuna və müqaviləyə zidd olmazsa, kreditora keçir (MM-in 403-cü maddəsinin 7-ji bən-

di). 


7. Konsensual və real müqavilələ

Müqavilələrin bağlanmış hesab edilməsi anına görə, yəni müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin 

yaranması anına görə onların iki növü fərqləndirilir: konsensual müqavilələr; real müqavilələr. Müqavilələrin 

bu cür təsnifinə Roma hüququnda da rast gəlinirdi. Konsensual və real kontraktlar Roma hüququna əsas müqa-

vilələr kimi məlum idi. 



Konsensual  müqavilələr  odur  ki,  bu  cür  müqavilələrin  bağlanmış  hesab  edilməsi  üçün  müqavilənin  bütün 

mühüm  şərtləri  barədə  tərəflərin  razılığa  gəlmələri  yetərlidir.  Başqa  sözlə  desək,  bu  müqavilələrin  bağlanması 

üçün yalnız tərəflərin razılığı kifayətdir. Tərəflər razılıq əldə etdikləri andan onlar üçün hüquq və vəzifələr əmələ 

gəlir. Onların hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri və sazişə nail olmalarından sava-

yı, hər hansı hərəkətin edilməsi (məsələn, digər müqavilə tərəfinə əmlak verilməsi) tələb olunmur. 

Konsensual  müqavilələrin  dairəsi  kifayət  qədər  genişdir.  Bu  müqavilələrin  xüsusi  çəkisi  real  müqavilələrə 

nisbətən xeyli dərəjədə çoxdur. Alqı-satqı, pərakəndə alqı-satqı, mal göndərmə, dəyişmə, tapşırıq, kirayə, icarə, 

borc, kredit, əvəzsiz istifadə, komissiya, podrat, turist xidmətlərinin göstərilməsi haqqında, renta və digər mü-

qavilələr konsensual müqavilə növünə şamil edilir. 

Real müqavilələrin bağlanmış hesab edilməsi üçün tərəflərin razılığından əlavə, həm də onlardan biri tərə-

findən müəyyən hərəkətin yerinə yetirilməsi, yəni əmlakın verilməsi tələb olunur. Əmlakın verildiyi andan mü-

qaviləni bağlayan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Əgər əmlak qarşı tərəfə verilməzsə, müqavilə 

bağlanmış hesab edilmir və tərəflərin hüquq və vəzifələri əmələ gəlmir. Real müqavilələrin dairəsi bir o qədər 

də geniş deyil. Yük daşıma, bank əmanəti (depozit) və saxlama kimi müqavilə konstruksiyaları bu cür müqavi-

lələrə misal ola bilər. 

Bununla belə, elə müqavilələr var ki, bağlanma qaydasından asılı olaraq, onlar həm konsensual, həm də 

real müqavilə ola bilər. Bu müqavilələrin dairəsi də bir o qədər əhatəli və geniş deyil. Faktorinq, bağışlama, 

sığorta kimi hüquqi konstruksiyalar bu cür müqavilələrə misal ola bilər. Götürək faktorinq müqaviləsini. Əgər 

faktor müştəriyə pul vəsaiti verirsə, onda bu, real faktorinq müqaviləsi hesab edilir. Yox, əgər faktor müştəriyə 

pul vəsaiti verməyi öhdəsinə götürürsə, müştəri isə pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürərsə, belə 

halda söhbət konsensual faktorinq müqaviləsindən gedəjəkdir (MM-in 655-ji maddəsinin 1-ji bəndi). Əgər hə-

diyyə verən nəyi isə bağışlamağı vəd edərsə, yəni öhdəsinə götürərsə, onda bu, konsensual bağışlama müqavilə-

si sayılır. Qalan hallarda müqavilə real bağışlama müqaviləsi kimi qiymətləndirilir. 

Nəzərə  almaq  vacibdir  ki,  konsensual  müqavilələrdə  (məsələn,  alqı-satqı  müqaviləsində)  əmlakın  verilməsi 

(məsələn, alqı-satqı üzrə satıcının əmlakı alıcıya verməsi, alıcının isə pulu satıcıya verməsi) artıq bağlanmış mü-

qavilə üzrə vəzifələrin icra edilməsini ifadə edir. Bəzi hallarda müqavilənin bağlanma anı ilə onun icra edilməsi 

anı üst-üstə düşür. Bu cür məqamlarda da əmlakın verilməsi müqavilə üzrə vəzifələrin icrasını nümayiş etdirir və 

şə

rtləndirir. 



Real müqavilələrdə isə əmlakın verilməsi müqavilə üzrə vəzifələrin icra edilməsinə dəlalət etmir. Belə 

ki, bu cür müqavilələrdə əmlakın verilməsi ilə müqavilə üzrə tərəflərin hüquq və vəzifələri əmələ gəlir. Məsə-

lən,  vətəndaş  əmlakı  saxlanca  verməyənə  kimi  saxlama  müqaviləsi  bağlanmış  hesab  edilmir  və  tərəflər  üçün 

hüquq və vəzifələr, yəni əşyanı geri qaytarmaq vəzifəsi, saxlamaya görə haqq ödəmək vəzifəsi və s. əmələ gəl-

mir. 

Göstərilən  müqavilə  növlərini  bir-birindən  fərqləndirmək  üçün  MM-in  onlara  leqal  anlayış  verən  müvafiq 



maddəsinin mətninə diqqət yetirmək lazımdır; əgər bir tərəf digər tərəfə əmlak verməyi və digər hərəkət etməyi 

öhdəsinə götürürsə, belə halda söhbət konsensual müqavilə bağlanmasından gedə bilər. Məsələn, MM-in borc 

müqaviləsinə  leqal  anlayış  verən  739-cu  maddəsinin  1-ji  bəndində  göstərilir  ki,  borc  verən  pula  və  ya  digər 

ə

vəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür. Deməli, belə halda konsensu-



al borc müqaviləsi bağlanır. Amma 1964-cü ilə sovet MM-in borc müqaviləsinə leqal anlayış verən 266-jı il 

maddəsində isə göstərilirdi ki, borc verən borc alanın mülkiyyətinə pul və ya jinsi əlamətləri ilə müəyyən edilən 

əş

ya verir. Belə halda isə yalnız real borc müqaviləsi bağlanmasından Roma hüququ dövründən bəri borc mü-



qaviləsi klassik real əqd sayılır. 

8. Əvəzli və əvəzsiz müqavilələ

Müqavilənin əvəzli-ekvivalentli olub-olmaması kimi meyara görə onların iki növü vardır: əvəzli müqavi-

lələr; əvəzsiz müqavilələr. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, əvəzli müqavilələrin dairəsi əvəzsiz mü-

qavilələrin  dairəsinə  nisbətən  müqayisəedilməz  dərəjədə  xeyli  genişdir.  Əvəzsiz  müqavilələrin  dairəsi  isə 


 

426


olduqca məhduddur. Bu, onunla izah olunur ki, jəmiyyətdə yaranan münasibətlərin çoxu əmtəə-pul münasibət-

ləridir, mülki dövriyyə əmtəə-əmlak xarakterlidir. 

Ə

vəzli müqavilələodur ki, müqaviləni bağlayan tərəf öz vəzifəsinin icrası müqabilində qarşı tərəfdən haqq 

və ya digər qarşılıqlı əvəz alır. Qarşılıqlı əvəz iki formada ifadə olunur: qiymətin (pul məbləğinin) ödənilməsi 

formasında; mal verilməsi və ya iş görülməsi, xidmət göstərilməsi formasında. Məsələn, alqı-satqı müqaviləsin-

də satıcı öz vəzifəsinin (əşyanı vermək vəzifəsinin) icrası müqabilində alıcıdan müəyyən pul məbləğində ifadə 

olunan haqq alır. Alıcı isə öz vəzifəsini (pulu ödəmək vəzifəsini) icra etməsinin əvəzində satıcıdan əşyanı alır. 

Dəyişmə müqaviləsində isə müvafiq tərəf öz vəzifəsinin (əşyanı qarşı tərəfə vermək vəzifəsinin) icrası müqabi-

lində digər tərəfdən əmlak alır. Alqı-satqı, icarə, podrat, daşıma, bank hesabı, bank əmanəti, kirayə, turist xid-

mətləri göstərilməsi haqqında, françayzinq, faktorinq, lizinq və digər müqavilələr bütün hallarda, istisnasız ola-

raq, əvəzli müqavilələrə şamil edilir. 

Ə

vəzsiz müqavilələr odur ki, bu müqavilələrdə bir tərəfin etdiyi hərəkətə görə digər tərəfdən haqq və ya di-

gər qarşılıqlı əvəz alması nəzərdə tutulmur. Bu cür müqavilələrdə bir tərəfin digər tərəf üçün hər hansı bir hərə-

kət etməsi (əmlak verməsi, iş görməsi, xidmət göstərməsi) qarşı tərəfdən heç bir javab xidməti ilə şərtləndiril-

mir. Əvəzsiz müqavilələrin dairəsi olduqca məhduddur. Bu cür müqavilələrə bağışlama müqaviləsini və əvəzsiz 

istifadə (ssuda) müqaviləsini misal göstərmək olar. Onlar qədim Roma hüququ dövründən bəri əvəzsiz müqavi-

lənin klassik növləri hesab olunur. Bütün hallarda istisnasız olaraq, bu müqavilələr əvəzsiz müqavilə növünə 

aid edilir. 

Bununla bərabər, elə müqavilələr vardır ki, onlar həəvəzli, həm də əvəzsiz ola bilər. Bu cür müqavilələrə 

tapşırıq,  borc,  saxlama  kimi  hüquqi  konstruksiyaları  misal  göstərmək  olar.  Borc  müqaviləsinin  əvəzli  və  ya 

ə

vəzsiz olması tərəflərin razılığı ilə müəyyən edilir (MM-in 741-ji maddəsi). Tapşırıq müqaviləsinin əvəzli və 



ya əvəzsiz olması da tərəflərin sazişindən asılıdır. Əgər tapşırıq müqaviləsində vəkalət verənin tapşırığın icrası 

müqabilində vəkalət alana haqq ödəməsi nəzərdə tutularsa, belə halda əvəzli tapşırıq müqaviləsindən söhbət ge-

də bilər. Yox, əgər tapşırığın yerinə yetirilməsinin əvəzində haqq verilməsi müəyyənləşdirilməzsə, onda tapşı-

rıq müqaviləsi əvəzsiz olur.  ki halda tapşırıq müqaviləsi istinasız olaraq əvəzli olur: birinjisi, haqq verilməsi 

hamılıqla qəbul edilmiş adət normasına çevrildiyi hallarda (məsələn, hamıya bəllidir ki, sahibkarlıq fəaliyyəti 

ilə bağlı olan tapşırığın icrası müqabilində hökmən haqq ödəniləjəkdir); ikincisi, vəkalət alan tapşırığı müstəqil 

peşə fəaliyyəti formasında icra etdiyi hallarda (məsələn, hamıya bəllidir ki, vəkillər, patent müvəkkilləri tapşırı-

ğ

ı yalnız haqq almaqla icra edə bilər). 



Mülki qanunvericilik mülki-hüquqi müqavilələrin əvəzlilik prezumpsiyasını müəyyən edir (MM-in 397-ji 

maddəsinin  3-cü  bəndi),  yəni  müqavilədə  onun əvəzli  olması  barədə  şərtin  göstərilməsindən  asılı  olmayaraq, 

ə

ksi sübut edilənədək o, əvəzli müqavilə sayılır. Bu, o deməkdir ki, əgər müqavilədə onun əvəzsiz olması barə-



də konkret göstəriş yoxdursa, həmin müqavilə əvəzli müqavilə kateqoriyasına aid olunur. Məsələn, tapşırıq mü-

qaviləsində müqavilənin qiyməti, yəni vəkalət alana onun göstərdiyi xidmətə görə ödəniləjək haqq barədə şərt 

göstərilmir.  Deməli,  o,  əvəzli  müqavilədir.  Belə  halda  haqqın  məbləğini  müəyyən  etmək  üçün  mülki 

qanunvericiliyin müəyyən etdiyi qaydadan istifadə etmək lazımdır (MM-in 398-ji maddəsinin 3-cü bəndi). Bu 

qaydaya görə, vəkalət alana pul müqayisəyə gələ bilən oxşar xidmət üçün, adətən, alınan qiymət üzrə ödənilir. 

Bəzi hallarda həmişə əvəzli müqavilələr kimi çıxış edən müqavilələr üzrə (alqı-satqı, icarə, daşıma, podrat, 

kirayə və s. kimi müqavilələrdə) tərəflər razılığa gəlirlər ki, müvafiq tərəf öz vəzifəsinin icrası müqabilində qar-

ş

ı tərəfdən haqq almasın. Məsələn, alıcı və satıcı razılığa gəlirlər ki, satıcı verdiyi əşyaya görə alıcıya haqq ödə-



məsin. Bu halda müqavilə bağışlama müqaviləsinə çevrilir. Əşya həmin müqavilənin predmeti kimi çıxış edir. 

Başqa misalda dpşıyıcı və yük göndərən daşıma müqaviləsində belə bir şərt nəzərdə tuturlar ki, daşıma xidməti-

nə görə dpşıyıcı daşıma haqqı almasın. Belə halda daşıma müqaviləsi bağışlama müqaviləsinə çevrilir. Xidmət 

bu müqavilənin predmeti olur. Kirayə, icarə, podrat və s. müqavilələr də əvəzsiz olduqda, bağışlama müqavilə-

sinə çevrilir. Bu, o deməkdir ki, əvəzsiz alqı-satqı, daşıma, kirayə, icarə, podrat və s. müqavilələrinin mövcud 

olması mümkün deyil. 



9.  kitərəfli və çoxtərəfli müqavilələ

Müqaviləni bağlayan tərəflərin iradələrini ifadə etməəlamətinə görə müqavilələr iki cür olur: ikitərəfli 

müqavilələr; çoxtərəfli müqavilələr. Bu bölgü «müqavilənin bağlanması üçün neçə tərəfin iradə ifadəsi gərək-

dir» kimi meyardan asılı olaraq aparılır.  

kitərəfli müqavilələodur ki, bu cür müqavilələrin bağlanması üçün iki tərəfin iradə ifadəsi kifayətdir. Al-

qı-satqı, podrat, daşıma, icarə, kirayə, borc, bank hesabı, bank əmanəti, sığorta, lizinq, faktorinq və digər müqa-

vilələr ikitərəfli müqavilələr hesab edilir. 

Bağlanması üçün iki tərəfdən çox olan tərəfin iradə ifadəsi tələb olunan və kifayət edən müqavilələrə çoxtə-



rəfli müqavilələr deyilir. Məsələn, üç nəfərdən ibarət olan təsisçilərin hüquqi şəxs yaratmaq barədə təsis müqa-

 

427


viləsi çoxtərəfli müqaviləyə misal ola bilər. Başqa bir misalda borcun köçürülməsi barədə əvvəlki borclu, yeni 

borclu (üçüncü şəxs) və kreditor öz aralarında razılığa gəlirlər (MM-in 522-ji maddəsi). 

kitərəfli və çoxtərəfli müqavilələr onların əmələ gətirdiyi hüquqi nəticəyə görə bir-birindən fərqlənir.  kitə-

rəfli müqavilələr hər iki tərəf üçün subyektiv hüquq və vəzifələr əmələ gətirir. Özü də onlar qarşılıqlı istiqamətə 

malikdir. Bir tərəfin subyektiv hüquq və vəzifələri digər tərəfin subyektiv hüquq və vəzifələrinə uyğun gəlir. 

Məsələn, podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi işi görüb, onun nəticəsini sifarişçiyə təhvil vermək-

dən ibarətdir. Onun bu vəzifəsinə sifarişçinin işin nəticəsinin verilməsini tələb etmək hüququ uyğun gəlir. Sifa-

rişçinin isə əsas vəzifəsi görülmüş işin haqqını (qiymətini) ödəməkdən ibarətdir. Onun bu vəzifəsinə podratçı-

nın işin haqqının ödənilməsini tələb etmək hüququ uyğun gəlir. Bu sözləri alqı-satqı, icarə, daşıma, kirayə və 

digər müqavilələr üzrə tərəflərin hüquq və vəzifələri haqqında da demək olar. 

Çoxtərəfli  müqavilələr  bu  xüsusiyyətdən,  yəni  tərəflərin  hüquq  və  vəzifələrinin  qarşılıqlı  olması  kimi  əla-

mətdən məhrumdur. Bu müqavilələrdə tərəflərin subyektiv hüquq və vəzifələri qarşılıqlı istiqamətə  yox, eyni 

bir səmtə yönəlir. 

Göstərilən meyara görə müqavilələrdən fərqli olaraq, əqdlər iki növə yox, üç növə ayrılır: birtərəfli əqdlərə; 

ikitərəfli əqdlərə; çoxtərəfli əqdlərə. Müqavilələrin birtərəfli müqavilə kimi növünün mövcud olması tamamilə, 

qeyd-şərtsiz istisna edilir. Axı, ikitərəfli və ya çoxtərəfli əqdə müqavilə deyilir. Biz müqaviləyə məhz bu cür 

anlayış veririk. Bu, onu göstərir ki, heç bir halda əqdlərin təsnifi baxımından müqavilənin birtərəfli müqavilə 

kimi növü ola bilməz. Öz növbəsində birtərəfli əqdlərin (məsələn, vəsiyyət etmənin, etibarnamə verməyin və s.) 

müqavilə rolunda çıxış etməsi istisna edilir. 

10. Birtərəfli və ikitərəfli müqavilələ

Müqaviləni bağlayan tərəflər arasında hüquq və vəzifələrin bölünməsinin xarakterindən asılı olaraq 

müqavilələr iki növə ayrılır: birtərəfli müqavilələrə; ikitərəfli müqavilələrə. 



Birtərəfli müqavilələr odur ki, bu cür müqavilələr bir tərəf üçün yalnız vəzifə yaradır, digər tərəf üçün isə 

anjaq hüquq əmələ gətirir. Məsələn, real bağışlama müqaviləsi, renta müqaviləsi, bank əmanəti (depozit) müqa-

viləsi və s. birtərəfli müqavilələrə misal ola bilər. Götürək bank əmanəti müqaviləsini. Bu müqavilə əmanətçi-

nin bankdan pulun verilməsini tələb etmək hüququnu, bankın isə əmanəti faizi ilə birlikdə əmanətçiyə qaytar-

maq vəzifəsini yaradır. Beləliklə, bank yalnız vəzifə daşıyır, əmanətçi isə yalnız hüquqa malik olur. Bu sözləri 

renta müqaviləsi barədə də söyləmək olar. Belə ki, həmin müqavilədə renta alan yalnız hüquqa (renta ödənilmə-

sini tələb etmək hüququna), renta ödəyijisi isə anjaq vəzifə (rentanı vaxtında ödəmək vəzifəsi) daşıyır. Renta 

alan vəzifə daşımır, renta ödəyijisi isə hüquqa malik deyil. 



kitərəfli müqavilələodur ki, bu cür müqavilələr hər iki tərəf üçün hüquq və vəzifələr əmələ gətirir. Həmin 

müqavilələrdə hər iki tərəf həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar. Belə ki, müqavilə nəticəsində 

hüquq əldə edən tərəf, həm də eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Başqa sözlə desək, bu mü-

qavilədə hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Ona görə də ikitərəfli mü-

qavilələrə qarşılıqlı və ya sinallaqmatik müqavilələ(yunanja «synallagma» - dəyişmə, dövriyyə, müqavilə 

deməkdir) də deyilir. Məsələn, alqı-satqı müqaviləsində satıcı həm kreditordur, həm də borclu şəxsdir. Alıcı isə 

hər borclu şəxsdir, həm də kreditordur. Başqa sözlə desək, satıcı satdığı əşyanın pulunun verilməsini alıcıdan 

tələb etmək hüququna malikdir. Bu baxımdan o, kreditor rolunda çıxış edir. Satıcı da satdığı əşyanı alıcıya ver-

mək vəzifəsini daşıyır. Bu aspektdən o, borclu şəxs hesab edilir. Alıcı aldığı əşyanın pulunu ödəmək vəzifəsini 

daşıyır. Bu cəhətdən o, borclu şəxsdir. Alıcı satılan əşyanın ona verilməsini satıcıdan tələb etmək hüququna ma-

likdir. Bu baxımdan o, kreditor rolunda çıxış edir. Bu sözləri podrat, sığorta, dəyişmə, daşıma, icarə, kirayə və 

digər müqavilələr haqqında da söyləmək olar. Axı, həmin müqavilələr qarşılıqlı müqavilə növünə şamil edilir. 

Birtərəfli müqavilələrin sayı məhduddur. Bu cür müqavilələrə nadir hallarda rast gəlmək olur.  kitərəfli (qar-

ş

ılıqlı) müqavilələrə gəldikdə isə qeyd etmək lazımdır ki, müqavilələrin əksəriyyəti qarşılıqlı müqavilə növünə 



ş

amil edilir. Onların sayı kifayət qədər çoxdur. 

Birtərəfli müqavilələri birtərəfli əqdlərdən fərqləndirmək lazımdır; onları bir-biri ilə qarışdırmaq olmaz. Bir-

tərəfli əqd bildiyimiz kimi, yalnız bir tərəfin iradəsini ifadə edir (məsələn, vəsiyyət etmək, etibarnamə vermək 

və s.). Birtərəfli müqavilə isə bundan fərqli olaraq iki tərəfin iradəsi ilə bağlanır; o, kreditorun borclu ilə bağla-

dığı sazişdir. Lakin buna baxmayaraq, birtərəfli müqavilə yalnız bir tərəf üçün vəzifə yaradır. 



11. Əşya və öhdəlik müqavilələri  

Ə

mələ gətirdiyi hüququn növünə görə müqavilələr iki yerə bölünür: əşya müqavilələrinə; öhdəlik müqavilə-



lərinə. Müqavilələrin bu cür bölgüsünə Almaniya və Yaponiya sivilistika doktrinasında rast gəlirik.  

Əş

ya müqavilələri dedikdə, əşya hüquqları müəyyən edən müqavilələr başa düşülür. Bu kateqoriya müqavi-

lələrin əsas təyinatı və məqsədi əşya hüquq münasibətləri (mülkiyyət hüquq münasibətləri, servitut hüquq mü-

nasibətləri, superfitsi hüquq münasibətləri və s.) yaratmaqdan, yəni əşya hüquqları əmələ gətirməkdən ibarətdir. 



 

428


Həmin müqavilə növlərinə aiddir: tradisiya, yəni daşınar əşyanın verilməsi (MM-in 181-ji maddəsinin 1-ji bən-

di); superfitsi (tikiliyə vərəsəlik hüququ) haqqında müqavilə (MM-in 251-ji maddəsi); servitut verilməsinə dair 

müqavilə (MM-in 256-jı maddəsinin 2-ji bəndi). Almaniya mülki hüquq doktrinasında tradisiya əsas əşya mü-

qaviləsi hesab edilir. Bunun nəticəsində daşınar əşyaya mülkiyyət hüququ (mülkiyyət hüquq münasibəti) yara-

nır. Tradisiya konstruksiyası Almaniya MQ-nin 929-cu paraqrafının 1-ji hissəsində nəzərdə tutulmuşdur. 

Öhdəlik müqavilələri odur ki, bu müqavilələr nəticəsində öhdəlik hüquqları yaranır. Onların əsas təyinatı 

öhdəlik hüquq münasibətləri (öhdəliklər) əmələ gətirməkdən ibarətdir. Alqı-satqı, kirayə, icarə, daşıma, podrat 

və digər müqavilələr öhdəlik müqaviləsi kateqoriyasına aid edilir.  

Elə müqavilələr var ki, onlar ikili təbiətə malikdir. Söhbət həmin müqavilələrin bir tərəfdən əşya müqavilə nö-

vünə, digər tərəfdən isə öhdəlik müqavilə növünə şamil edilməsindən gedir. Başqa sözlə desək, göstərilən hüquqi 

konstruksiyalar həm əşya müqaviləsi, həm də öhdəlik müqaviləsi hesab edilir. Məsələn, girov müqaviləsi, ipoteka 

müqaviləsi bu növ müqavilələrə misal ola bilər.  

12. Müqavilələrin digər növləri 

Müqavilələrin qarışıq müqavilə kimi növü fərqləndirilir. Bunlara kompleks müqavilələr də deyilir. Komp-



leks müqavilələr odur ki, bu müqavilələr özündə iki və daha artıq müxtəlif müqavilənin elementlərini birləşdi-

rir (MM-in 390-jı maddəsinin 4-cü bəndi). Qarışıq (kompleks) müqavilə bağlamaq tərəflərin razılığı ilə müəy-

yən edilir. Məsələn, mal göndərmə müqaviləsinin tərəfləri (mal göndərən və alıcı) öz aralarında satılan malların 

daşınması, saxlanması və sığorta edilməsi barədə razılığa gəlirlər. Mal göndərən malların təyinat yerinə çatdırıl-

ması üçün dpşıyıcı (nəqliyyat təşkilatı) ilə daşıma müqaviləsi bağlayır. O, yükü sığortalayır və bu məqsədlə sı-

ğ

orta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Mal göndərən yükü saxlama kamerasına verir və saxlama müqa-



viləsi bağlayır. Belə halda dörd cür müxtəlif müqavilənin — mal göndərmə, sığorta, daşıma və saxlama kimi 

müqavilələrin elementlərini birləşdirən qarışıq (kompleks) müqavilə əmələ gəlir. Bu halda tərəflərin münasibət-

lərinə qarışıq müqavilədə elementləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-in 

390-jı maddəsinin 4-cü bəndi). Bu, o deməkdir ki, tərəflər arasında əmələ gələn mal göndərmə münasibətləri 

mal göndərmə müqaviləsi haqqında normalarla, sığorta münasibətləri sığorta müqaviləsi haqqında normalarla, 

daşıma münasibətləri daşıma müqaviləsi haqqında normalarla, saxlama münasibətləri saxlama müqaviləsi haq-

qında normalarla tənzimlənir. 

Subyekt  tərkibinə  görə  müqavilələrin  iki  növü  fərqləndirilir:  sahibkarlıq  müqavilələri;  qeyri-sahibkarlıq 

müqavilələri. Sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyəti həyata keçirməkdən ibarət olan, habelə iştirakçılar-

dan (tərəflərdən) heç olmazsa biri, sahibkar olan müqavilələrə sahibkarlıq müqavilələri deyilir. Françayzinq, 

lizinq, ticarət agenti, kommersiya konsessiyası, broker və digər müqavilələr sahibkarlıq müqaviləsinə aid edilir. 

Mal göndərmə müqaviləsi «xalis», «təmiz» sahibkarlıq müqaviləsi hesab edilir.  ştirakçıları (tərəfləri) qeyri-sa-

hibkar statuslu istehlakçı vətəndaşlar olan müqavilələrə qeyri-sahibkarlıq müqavilələri deyilir. Kirayə, xüsusi 

mənada  alqı-satqı  və  digər  müqavilələr  qeyri-sahibkarlıq  müqaviləsinə  misal  ola  bilər.  Məsələn,  vətəndaş  öz 

minik avtomobilini ailə-məişət ehtiyaclarını ödəmək məqsədilə qonşusuna satır. Onlar arasında bağlanan alqı-

satqı müqaviləsi qeyri-sahibkarlıq müqaviləsidir. Bu müqavilə növü xarici hüquq doktrinasında «istehlak mü-

qaviləsi» adlanır.  

Bir-birinə münasibətdə malik olduqları əhəmiyyətə və müstəqil olub-olmamasına görə müqavilələr iki 

cür olur: əsas müqavilələr; aksessor (əlavə) müqavilələr. Hər hansı bir müqavilədən asılı olmadan müstəqil su-

rətdə mövcud olan müqavilələrə əsas müqavilələr deyilir.  

Alqı-satqı, daşıma, podrat, sığorta və digər müqavilələr əsas müqavilələr hesab edilir. Aksessor (əlavə) mü-



qavilələr  odur  ki,  bu  cür  müqavilələr  əsas  müqavilələrdən  törəyir  və  onun  taleyi  həmin  müqavilələrdən  asılı 

olur.  Bu  müqaviləyə  girov,  zaminlik  haqqında  və  beh  barədə  sazişi  misal  göstərmək  olar.  Məsələn,  vətəndaş 

bankdan kredit alır və onunla kredit müqaviləsi bağlayır. Bu, əsas müqavilədir. Kreditin qaytarılmasını təmin 

etmək məqsədilə o, yaşayış evinə olan hüququnu girov qoyur və bu barədə bankla girov müqaviləsi bağlayır. Gi-

rov müqaviləsi aksessor, yəni törəmə müqavilədir. Başqa bir misalda vətəndaş öz qonşusu ilə televizor satılması 

barədə alqı-satqı müqaviləsi bağlayır. Bu, əsas müqavilədir. Vətəndaş müqavilənin icrasını təmin etmək məqsədi-

lə qonşudan beh alır və bu barədə müqavilə bağlayır. Bu, əlavə (aksessor) müqavilədir. Digər bir misalda vətən-

daş kənd sakininə borc verir və onunla borc müqaviləsi bağlayır. Bu, əsas müqavilədir. Borcun qaytarılmasını tə-

min etmək məqsədilə qonşu zamin durur və bunun üçün zaminlik müqaviləsi bağlanır. Bu isə aksessor müqavilə-

dir. Aksessor müqavilə hüquqi cəhətdən əsas müqaviləyə bağlıdır. Belə ki, onun mövcud olması əsas müqavilə-

dən asılıdır. 

Normativ aktda nəzərdə tutulması kimi əlamətə görə müqavilələr iki cür olur: nəzərdə tutulan müqavilə-

lər; nəzərdə tutulmayan müqavilələr. Nəzərdə tutulan müqavilələr odur ki, onların bütün hüquqi parametrləri 

normativ aktda müəyyənləşdirilir. Hüquqi parametrləri normativ aktda göstərilməyən, lakin mülki qanunverici-


 

429


liyin prinsiplərinə, ümumi əsaslarına və mənasına zidd olmayan müqavilələrə nəzərdə tutulmayan müqavilə-

lər deyilir. Bu müqavilələr bəzi hallarda «sui generis» də, yəni xüsusi növ müqavilə də adlanır. 

Bağlanma əsaslarına görə bütün müqavilələr iki yerə bölünür: azad (sərbəst) müqavilələr; məcburi müqavi-

lələr.  Bağlanması  tərəflərin  mülahizələrindən,  istəklərindən  və  sazişindən  asılı  olan  müqavilələrə  azad  (sər-



bəst) müqavilələdeyilir. Müqavilələrin əksəriyyəti azad (sərbəst) müqavilələr hesab edilir. 

Bağlanması, heç olmazsa, tərəflərdən biri üçün məcburi olan müqavilələrə məcburi müqavilələr deyilir. Bu 

cür müqavilələrin bağlanmasında tərəflərin arzu və istəkləri əsas rol oynamır. Məcburi müqavilələrə misal ola-

raq bank hesabı müqaviləsini misal göstərmək olar. Bankın borcu və vəzifəsidir ki, o, hesab açmaq təklifi ilə 

ona müraciət etmiş müştəri ilə bank hesabı müqaviləsi bağlasın. Bankın həmin hesabın açılmasından imtina et-

məyə ixtiyarı çatmır (MM-in 956-jı maddəsinin 2-ji və 3-cü bəndləri). Əgər bank hesabı müqaviləsinin bağlan-

masından bank əsassız boyun qaçırarsa, onda müştəri onu müqavilə bağlamağa məjbur etmək tələbi ilə məhkə-

məyə müraciət edə bilər. 

Ümumi müqavilələr də məcburi müqavilələrə şamil edilir. Ona görə ki, müvafiq tərəf kontragentlə müqavilə 

bağlamaqdan əsassız imtina edə bilməz (MM-in 400-cü maddəsinin 1-ji bəndi). Bu müqavilələr məcburi müqa-

vilələr arasında xüsusi əhəmiyyətə malikdir. 

Fidusiar müqavilə mülki-hüquqi müqavilələrin xüsusi qrupunu təşkil edir. Müqaviləni bağlayan tərəflərin şəxsi 

etimad münasibətlərinə əsaslanan müqavilə fidusiar müqavilə adlanır. Bu müqavilə iki əsas əlamətlə xarakterizə 

olunur. Birinji əlamət müvafiq tərəfin ölməsi ilə müqaviləyə xitam verilməsindən ibarətdir. Belə halda həmin tərə-

fin müqavilə üzrə öhdəlikləri hüquqi varislik qaydasında vərəsələrə keçmir.  kinci əlamət isə tərəflərin hər hansı 

bir motiv, dəlil olmadan birtərəfli qaydada müqaviləni pozmalarından ibarətdir. Belə ki, fidusiar müqavilə iştirak-

çıları istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Göstərilən hər iki əlamətə javab verdiyinə və uyğun gəldiyinə 

görə həm tapşırıq müqaviləsi, həm də komissiya müqaviləsi fidusiar müqavilə növünə şamil edilir.  

Mülki-hüquqi  müqavilənin  xüsusi  xarakterli  növlərindən  biri  aleator  müqavilə  adlanır.  Aleator  müqavilə 

dedikdə, tərəfləri risq elementini qəbul edən elə bir müqavilə başa düşülür ki, həmin element bu və ya digər tə-

rəfin faktik əldə etdiyi qarşılıqlı əvəzin onun özünün verdiyi qarşılıqlı əvəzin həcmindən az olması ehtimalından 

ibarətdir: bu növ müqaviləni bağlayan tərəflərdən hər biri müəyyən risqdən öz xeyri üçün istifadə edir. Ona görə 

də bu müqavilə çox vaxt «risqə əsaslanan müqavilə» adlanır. Aleator (risqli) müqavilənin ən geniş yayılmış nö-

vü ömürlük renta müqaviləsi hesab edilir. Bu müqavilənin aleator müqavilə kateqoriyasına aid edilməsi Fransa 

MM-in  1964-cü  maddəsində  rəsmən  qanunvericilik  qaydasında  təsdiqlənir  və  Fransa  sivilistika  doktrinasında 

ə

saslandırılır. Renta müqaviləsindən başqa, oyun və mərclərin keçirilməsi ilə bağlı müqavilə, habelə sığorta mü-



qaviləsi də aleator müqavilə növünə daxil olunur.  

Nümayəndəlik müqavilələri mülki-hüquqi müqavilələrin bir növünü təşkil edir. Nümayəndəlik hüquq müna-

sibətləri yaradan müqavilələrə nümayəndəlik müqavilələri deyilir. Bu müqavilələr nümayəndəlik münasibəti-

ni – nümayəndəliyi rəsmiləşdirir. Nümayəndəlik isə elə bir münasibətdir ki, bu münasibətə görə bir tərəf (nü-

mayəndə) digər tərəfin (tapşıranın) hesabına və onun mənafeyi üçün üçüncü şəxslərlə əqd bağlayır və bu əqd 

tapşıran üçün mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və ya xitam edir.  

Nümayəndəlik müqavilələri iki cür olur: klassik (açıq, birbaşa) nümayəndəlik müqavilələri; gizli (dolayı) nü-

mayəndəlik müqavilələri. Klassik nümayəndəlik müqavilələri odur ki, bu müqavilələrə görə, nümayəndə təmsil 

olunanın adından, tapşıranın mənafeyi üçün və onun hesabına üçüncü şəxslərlə əqd bağlayır. Bu zaman birbaşa, 

bilavasitə, düzünə və avtomatik olaraq tapşıran üçün hüquqi nəticə yaranır, yəni mülki hüquq və vəzifələr yaranır, 

dəyişir  və  ya  xitam  olunur.  Göstərilən  növ  nümayəndəlik  müqaviləsinə  ticarət  nümayəndəsi  (agenti)  haqqında 

müqaviləni misal göstərmək olar (MM-in 789-cu maddəsi).  



Gizli (dolayı) nümayəndəlik müqavilələri odur ki, bu müqavilələrə görə nümayəndə təmsil olunanın hesa-

bına və onun mənafeyi üçün, lakin öz adından üçüncü şəxslərlə əqd bağlayır. Bu zaman hüquqi nəticə nüma-

yəndə üçün yaranır. Sonra o, bunu tapşırana (təmsil olunana) verir. Komissiya müqaviləsi gizli nümayəndəlik 

müqaviləsinin  ən  geniş  yayılmış  növüdür.  Belə  ki,  bu  müqavilə  üzrə  nümayəndə  (komisyonçu)  öz  adından 

üçüncü şəxslə əqd bağlayır. Həmin əqd üzrə hüquq və vəzifələri o özü əldə edir. Sonra isə onu təmsil olunana, 

yəni tapşırana (komitentə) verir. Almaniya ticarət hüququ müəyyən etmişdir ki, gizli (dolayı) nümayəndəlik ko-

missiya müqaviləsinin mühüm əlamətidir (Almaniya Ticarət Qanunnaməsinin 383-cü paraqrafı). Tapşırıq mü-

qaviləsini də bu növ müqaviləyə aid etmək olar. Özü də dərhal qeyd etməliyik ki, tapşırıq müqaviləsinin pred-

meti rolunda faktiki hərəkətlər çıxış etdikdə, nümayəndəlik münasibəti yaranmır. Yalnız o tapşırıq müqaviləsi 

gizli (dolayı) nümayəndəlik əmələ gətirir ki, onun predmetini hüquqi hərəkətlər təşkil etsin. 



Dövlət satınalmaları müqaviləsi xüsusi xarakterli müqavilə növüdür. Bu müqavilə ilə bağlı münasibətlər 

«Dövlət satınalmaları haqqında» qanunla (2001) tənzimlənir. Dövlət satınalma müqaviləsi elə bir sənəddir ki, 

bu  sənəd  satınalan  təşkilatla  tender  qalibi  (qalibləri)  arasında  yaranan  münasibətləri  rəsmiləşdirir  və  malların 


 

430


(işlərin və xidmətlərin) satınalınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirir. 

Almaniya mülki hüququnda da mülki-hüquqi müqavilələrin təsnifinə xüsusi əhəmiyyət verilir. Hər şeydən 

ə

vvəl,  mülki-hüquqi  müqavilələr  bölünür:  Veräusserungsverträge  (əmlakın  qəti  olaraq  verilməsinə  yönələn 



müqavilələrə), yəni Kaufvertrag (alqı-satqı müqaviləsinə), Tausch (dəyişmə müqaviləsinə), Schenkung (bağış-

lama  müqaviləsinə);  Gebrauchsüberlassungen  (istifadəyə  vermək  müqavilələrinə),  yəni  Mietvertrag  (kirayə 

müqaviləsinə), Pacht (icarə müqaviləsinə), Darlehen (borc müqaviləsinə), Leihe (əvəzsiz ssuda müqaviləsinə), 

Lising (lizinq müqaviləsinə); Verträge über Tatigkeit (fəaliyyət haqqında müqavilələrə),  yəni Dienstvertrag 

(əmək müqaviləsinə), Werkvertrag (podrat müqaviləsinə), Reisevertrag (turist xidməti haqqında müqaviləyə), 

Auftrag (tapşırıq müqaviləsinə), Maklervertrag (makler müqaviləsinə), Verwahring (saxlanc müqaviləsinə) və 

s. 

Professor Q.Y.Muselyak predmetinə görə müqavilələri dörd qrupa bölür: öhdəlik müqavilələri; əşya müqavilə-



ləri;  ailə-nikah  müqavilələri;  vərəsəlik  müqavilələri.  H.Haynriks  birtərəfli  məjburediji  (bağışlama,  zaminlik)  və 

natamam ikitərəfli məjburediji (alqı-satqı, icarə) və s. müqavilə növlərini fərqləndirir. 

Almaniya mülki hüququnda «diktə olunan müqavilə» (diktierter Vertrag) adlı xüsusi müqavilə növü fərq-

ləndirilir. Bu müqavilə növünü qoşulma müqaviləsi və ya standart müqavilə (nümunəvi müqavilə) ilə qarışdır-

maq olmaz. Diktə olunan müqavilə dedikdə, elə bir müqavilə növü başa düşülür ki, həmin müqavilə hakimiyyət 

orqanının göstərişi əsasında məcburi surətdə bağlanılır. Məsələn, ər-arvadın hər ikisinin adına bağlanmış kirayə 

müqaviləsi boşanma zamanı məhkəmə qərarı əsasında məcburi surətdə  yalnız onlardan birinin adına  yenidən 

bağlanır. 

Yaponiya mülki hüququ da müqavilələri müxtəlif növlərə bölür: ikitərəfli və birtərəfli müqavilələrə; əvəzli 

və əvəzsiz müqavilələrə; real və konsensual müqavilələrə; adlı (tipik), adsız (qeyri-tipik) və qarışıq müqavilələ-

rə. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə