MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə69/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   65   66   67   68   69   70   71   72   ...   91
§ 5. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 

1. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin  

ə

sasları (üsulları) 

Qüvvədə olan mülki qanunvericilik, qeyd etdik ki, müqavilə şərtlərinin məcburiliyi və icra edilməsi prinsipi-

ni (pacta sunt servanda) təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin nail 



 

441


olduqları, razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə bağlandığı 

andan qüvvəyə minir, tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtlərinin dəyişdirilməsi istisna edilir. 

Bu prinsipin qüvvəyə malik olması mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. 

Bununla belə, müqavilə  hüququnda müqavilə azadlığı kimi fundamental prinsipdən də istifadə olunur. Bu 

prinsipə görə, subyektlər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə müstəqildirlər. Bu 

prinsip həm də belə bir halda təzahür edir ki, müqavilənin qüvvədə olma müddəti ərzində tərəflər öz istək və 

mülahizələri ilə qanuna uyğun olaraq müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Bunu nəzərə alaraq, mülki 

qanunvericilik müqavilənin qüvvədə olma müddəti ərzində onun dəyişdirilməsi və ləğv edilməsinin mümkünlü-

yü haqqında qayda müəyyən edir (MM-in 421-424-cü maddələri). Bu qaydaya görə, qanunda nəzərdə tutulan 

hüquqi faktlar mövcud olduqda, bağlanmış müqavilələr dəyişdirilir və ya xitam edilir. Həmin hüquqi faktlara 



müqavilənin  dəyişdirilməsi  və  ləğv  edilməsinin  əsasları  (üsulları)  deyilir.  Beləliklə,  mülki  qanunvericilik 

göstərilən qaydanı müəyyənləşdirməklə bir tərəfdən müqavilə azadlığı prinsipinin təzahür formalarını genişlən-

dirir, digər tərəfdən müqavilənin məcburiliyi və icra edilməsi prinsipini məhdudlaşdırır. 

Müqavilənin dəyişdirilməsi dedikdə, müqavilənin bütövlükdə hüquqi qüvvəsini saxlamaqla onun bu və ya 

digər şərtinin, habelə müqavilə öhdəliyinin icrası ilə bağlı olan şərtin əvvəlki şərtlərə nisbətən yenidən formulə 

edilməsi başa düşülür. Müqaviləyə əlavələr edilməsi, onda dəqiqləşdirmələr aparılması və s. də müqavilənin də-

yişdirilməsini ifadə edir. Müqavilənin dəyişdirilməsi nəticəsində onun əvvəlki məzmunu, əsasən, dəyişmir. Mə-

sələn, tərəflərin razılığı ilə müqavilənin qiyməti dəyişdikdə, onun əvvəlki məzmunu, əsasən, saxlanır. 

Müqavilənin  ləğv  edilməsi  dedikdə,  onun  hüquqi  qüvvəsinə  xitam  verilməsi  başa  düşülür.  Müqavilənin 

ləğv edilməsi həmişə onun vaxtından əvvəl xitam olunmasına səbəb olur. 

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları (üsulları) qanunvericiliklə müəyyən edilir. Bu əsasların 

(üsulların)  dairəsi  bir  o  qədər  də  geniş  və  əhatəli  deyil.  Müqavilənin  dəyişdirilməsi  və  ləğv  edilməsinin  ən 

bvşlıca əsası (üsulu) tərəflərin sazişindən və razılaşmasından ibarətdir (MM-in 421-ji maddəsinin 1-ji bən-

di). Məsələn, şəhərdəki yaşayış evinin mülkiyyətçisi ilə tələbə arasında 3 il müddətinə evin kirayəyə verilməsi 

müqaviləsi bağlanır. Müqavilənin müddəti qurtarmamış tərəflər razılığa gəlirlər ki, müqavilə ləğv edilsin və ya 

onun müddəti iki il müəyyənləşdirilsin. Lakin tərəflərin razılığı ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi-

nin mümkünlüyü qanunla və ya müqavilə ilə məhdudlaşdırıla bilər, yəni qanunda və ya müqavilədə bunun üçün 

başqa qayda müəyyən edilə bilər. Məsələn, qanun müəyyən edir ki, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə 

üzrə üçüncü şəxsin müqavilə əsasında öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər 

bağladıqları  müqaviləni  üçüncü  şəxsin  razılığı  olmadan  ləğv  edə  və  ya  dəyişdirə  bilməzlər  (MM-in  403-cü 

maddəsinin 5-ji bəndi). Məsələn, səxavətli kommersant öz qonşusunun (üçüncü şəxsin) adına banka əmanət qo-

yur və bankla depozit (bank əmanəti) müqaviləsi bağlayır. Qonşu əmanətçi hüququndan istifadə etmək niyyəti-

ni bildirir (MM-in 952-ji maddəsinin 2-ji bəndi). Bu andan kommersant və bankın ixtiyarı çatmır ki, həmin mü-

qaviləni üçüncü şəxsin (qonşunun) razılığı olmadan dəyişdirsin və ya ləğv etsin. Bu, yalnız üçüncü şəxs razılıq 

verdikdə mümkün ola bilər. 

Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin ikinci əsası (üsulu) tərəflərdən birinin tələbindəiba-

rətdir (MM-in 421-ji maddəsinin 2-ji bəndi). Bu üsul müqavilənin tərəflərdən birinin tələbi əsasında dəyişdiril-

məsini və ya ləğv edilməsini nəzərdə tutur. Qanunvericilik göstərilən qaydada müqavilənin dəyişdirilməsinin və 

ləğv edilməsinin iki halını nəzərdə tutur: 

 tərəflərdən birinin müqaviləni mühüm (əhəmiyyətli) dərəjədə pozması nəticəsində müqavilənin dəyişdiril-



məsi və ya ləğv edilməsi (MM-in 421-ji maddəsinin 2-ji bəndi); 

 qanunda və ya müqavilədə nəzərdə tutulan hallar əsasında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi 



(MM-in 421-ji maddəsinin 2-ji bəndi). 

Birinji halda müqaviləni bağlayan tərəflərdən biri müqaviləni mühüm dərəjədə pozur. Mühüm (əhəmiyyət-



li) dərəjədə pozuntu digər tərəfə vurulan elə bir zərərdir ki, bu zərər nəticəsində həmin tərəf müqavilə bağla-

narkən güman və ümid etməyə haqqı çatanlardan xeyli dərəjədə məhrum olur. Pozuntu o halda mühüm xarakte-

rə malik olur ki, bu pozuntu, digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm po-

zuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin 

ə

ldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəjədə toxunan digər nəticələri birləşdirir. De-



məli, «mühüm» anlayışı iqtisadi meyara əsaslanır. Məsələn, alqı-satqı müqaviləsinin mühüm dərəjədə pozulma-

sına misal olaraq əşyanın aradan qaldırıla bilməyən qüsurlarla alıcıya verilməsini göstərmək olar (MM-in 587-ji 

maddəsinin 2-ji bəndi). Başqa bir misalda ömürlük renta müqaviləsi üzrə (MM-in 877-ji maddəsi) renta ödəyiji-

si rentanı vaxtlı-vaxtında ödəmir. Bu, müqavilənin mühüm (əhəmiyyətli) dərəjədə pozulmasıdır. Digər misalda 

kirayə müqaviləsi üzrə kirayəçi iki ardıjıl müddət üçün kirayə haqqının ödənilməsini gejikdirir (MM-in 685-ji 

maddəsinin 2-ji bəndi). Bu hal da müqavilənin mühüm dərəjədə pozulmasına dəlalət edir. Məhkəmələr özəlləş-



 

442


dirmə obyektini əldə edənin həmin obyektə görə pul ödəməməsi halını özəlləşdirmə obyektinin alqı-satqı mü-

qaviləsinin mühüm dərəjədə pozulması kimi qiymətləndirir. 

kinci  məqamda  qanunda  və  ya  müqavilədə  nəzərdə  tutulan  hallar  müqavilənin  dəyişdirilməsi  və  ya  ləğv 

edilməsi üçün əsas olur. Məsələn, qanun müəyyən edirdi ki, qoşulma müqaviləsi qoşulmuş tərəf üçün açıq-aş-

kar ağır olan şərtlər nəzərdə tutarsa, müqaviləyə qoşulmuş tərəf müqavilənin ləğvini və dəyişdirilməsini tələb 

edə bilər (MM-in qüvvədən düşmüş 401-ji maddəsinin 2-ji bəndi). Burada qanunda ifadə olunan göstəriş müqa-

vilənin dəyişdirilməsi və ya xitam olunması üçün əsas (üsul) rolunu oynayırdı. 

Müqavilənin  dəyişdirilməsinin  və  ya  ləğv  edilməsinin  üçüncü  əsası  (üsulu)  müqavilənin  tamamilə  və  ya 



hissə-hissə icrasından imtina edilməsi adlanır (MM-in 421-ji maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd et-

məliyik ki, belə imtinaya qanun və ya tərəflərin razılaşması ilə yol verildikdə, müqavilə ləğv edilə və ya dəyiş-

dirilə bilər. Əgər qanunda və  ya müqavilədə (tərəflərin razılaşmasında) imtina haqqında qayda nəzərdə tutul-

mazsa,  müqavilənin  göstərilən  əsasla  (üsulla)  dəyişdirilməsindən  və  ləğv  edilməsindən  söhbət  gedə  bilməz. 

MM-də bəzi müqavilə növləri üçün birtərəfli imtina qaydasında müqavilənin ləğv edilməsi nəzərdə tutulmuş-

dur:  tapşırıq  müqaviləsinin  hər  bir  iştirakçısı  istənilən  vaxt  müqavilədən  birtərəfli  qaydada  imtina  edə  bilər 

(MM-in 786-jı maddəsinin 1-ji bəndi); ticarət agenti haqqında müqavilənin hər bir iştirakçısı bəzi hallarda istə-

nilən  vaxt  birtərəfli  qaydada  müqavilədən  imtina  edə  bilər  (MM-in  795-ji  maddəsinin  1-ji  bəndi);  komissiya 

müqaviləsinin hər hansı iştirakçısı istənilən vaxt müqavilədən birtərəfli qaydada imtina edə bilər (MM-in 821-ji 

maddəsinin  2-ji  bəndi);  hədiyyə  verən  bağışlama  müqaviləsindən  birtərəfli  qaydada  imtina  edə  bilər  (MM-in 

673-cü maddəsi); əvəzsiz istifadə müqaviləsi üzrə kirayəyə verən müqavilədən birtərəfli qaydada imtina edə bi-

lər (MM-in 737-ji maddəsi); borc verən bəzi hallarda borc müqaviləsindən birtərəfli qaydada imtina edə bilər 

(MM-in 743-cü maddəsi); bank hesabı müqaviləsi müştərinin tələbi ilə birtərəfli qaydada ləğv edilə bilər (MM-

in 969-cu maddəsinin 1-ji bəndi); mal göndərmə müqaviləsi mühüm dərəjədə pozulduqda tərəflərdən hər biri 

müqavilənin  birtərəfli  dəyişdirilməsini  və  ya  onun  icrasından  birtərəfli  imtina  olunmasını  tələb  edə  bilərdi 

(MM-in qüvvədən düşmüş 644-cü maddəsi). 

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin üçüncü üsulunun mahiyyəti ondan ibarətdir ki, tərəflər 

müqavilə və ya qanunla onlara verilmiş hüququ gerçəkləşdirərək, müqavilədən birtərəfli qaydada heç bir dəlil, 

motiv,  arqument  gətirmədən  imtina  edirlər.  Müqavilədən  imtina  müqavilənin  icrasından  imtina  etməyi  ifadə 

edir. Müqavilənin icrasından imtina isə iki cür olur: müqavilənin tamamilə icrasından birtərəfli imtina; müqavi-

lənin hissə-hissə (qismən) icrasından birtərəfli imtina. Müqavilənin tamamilə icrasından imtina dedikdə, elə 

bir hüquqi fakt başa düşülür ki, bunun əsasında müqavilə ləğv edilir. Müqavilənin qismən icrasından imtina 

dedikdə, müqavilənin ləğv edilməsinə yox, anjaq onun dəyişdirilməsinə əsas olan hüquqi fakt başa düşülür. Be-

ləliklə, birinji hal (tamamilə icradan imtina) müqavilənin ləğv edilməsinə, ikinci hal (qismən icradan imtina) isə 

müqavilənin dəyişdirilməsinə səbəb olur. 

Yeri  gəlmişkən,  müqavilənin  icrasından  birtərəfli  imtina  hüququnu  müqaviləni  ləğv  etmək  haqqında  tələb 

hüququndan  fərqləndirmək  lazımdır.  Belə  ki,  müqavilənin  icrasından  birtərəfli  imtina  məhkəməyə  müraciət 

olunmadan həyata keçirilir. O, imtina faktının özünün yerinə yetirilməsi ilə müqavilənin dəyişdirilməsinə və ya 

ləğv olunmasına səbəb olur.  

Şə

raitin  mühüm  (əhəmiyyətli)  dərəjədə  dəyişməsi  müqavilənin  dəyişdirilməsinin  və  ləğv  edilməsinin 

dördüncü əsasıdır (MM-in 422-ji maddəsi). Tərəflər, bir qayda olaraq, müqavilə öhdəliklərini yerinə yetirməyə 

borcludurlar. Müqavilənin icrası onlar üçün məcburidir. Lakin müqavilə bağlanarkən tərəflərin əsas kimi götür-

dükləri şərait mühüm dərəjədə dəyişə bilər. Axı, yaşadığımız həyat qabaqjadan müəyyən edilməsi, habelə gö-

rünməsi mümkün olmayan qeyri-adi, təsadüfi, mənfi nəticələrə gətirib çıxaran hadisə və hallarla doludur. Bu 

cür həyati hallara təbii fəlakəti, hərbi əməliyyatları, səlahiyyətli dövlət hakimiyyəti orqanlarının aktlarını, bağ-

lanmış müqavilənin icrasının əvvəljə nəzərdə tutulduğundan və müəyyənləşdirildiyindən daha çox xərclər tələb 

etməsini, inflyasiyanı və s. misal göstərmək olar. Şübhəsiz ki, mövcud olan həmin faktlar müqavilə iştirakçıları-

na onların öz müqavilə öhdəliklərini tamamilə və qismən icra etmələrinə imkan vermir. Bu faktların obyektiv 

olaraq  təsir  göstərməsi  nəticəsində  şərait  mühüm  (əhəmiyyətli)  dərəjədə  dəyişir.  Bu  isə,  öz  növbəsində,  artıq 

müqavilə bağlayan tərəflərin əmlak (maddi) mənafeyinin tarazlığını və balansını pozur. Bu cür hal müqavilənin 

dəyişdirilməsini və ya ləğv edilməsini zərurətə çevirir. Ona görə də şəraitin dəyişməsi nəticəsində özünün mə-

nafe balansı pozulan tərəf bağlanmış müqavilənin həmin şəraitə uyğunlaşdırılmasını, yəni dəyişdirilməsini və 

ya ləğv edilməsini qarşı tərəfdən tələb edir. Özü də şəraitin yalnız mühüm dərəjədə dəyişməsi həmin tərəfə bu 

cür hüquq verir. Şəraitin dəyişməsini mühüm dərəjədə dəyişmə hesab etmək üçün iki əlamətdən birinin olması 

tələb olunur: 

 bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni, ümumiyyətlə, bağlamazdılar; 



 bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni mühüm və xeyli dərəjədə fərqlənən şərt-



 

443


lərlə bağlayardılar. 

Göstərilən hallardan biri olduqda, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə dəyişdirilir və ya ləğv edilir. 

Ə

gər tərəflər razılığa gəlməsələr, maraqlı tərəf məhkəməyə müraciət edir. Məhkəmə müqavilənin ləğv edilməsi 



barədə qərar qəbul edir. Məhkəmənin bu cür qərar çıxarması üçün, yəni maraqlı şəxsin tələbini və iddiasını tə-

min etmək üçün dörd şərtin olması vacibdir: 

 birinjisi, müqavilə bağlanarkən tərəflər ümid və güman etmişlər ki, şərait bu cür dəyişməyəjəkdir



 ikincisi, şəraitin dəyişməsini doğuran səbəbləri maraqlı tərəfin özündən asılı olan bütün zəruri tədbirləri 

görməsinə baxmayaraq, aradan qaldıra bilməməsi, yəni şəraitin dəyişməsini əmələ gətirən səbəblərin qar-

ş

ısının alınmasında maraqlı tərəfin təqsirinin olmaması;  



 üçüncüsü, müqavilənin əvvəlki şərtlərlə, yəni onun şərtlərini dəyişdirmədən icra edilməsi tərəflərin müqa-

viləyə uyğun əmlak mənafeləri nisbətini pozması və maraqlı tərəfə zərər vurmasının güman edilmə-

si, habelə zərərin vurulması ilə maraqlı tərəfin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli 

dərəjədə məhrum olmasının ehtimal edilməsi; 

 dördüncüsü, şəraitin dəyişməsi risqinə görə maraqlı tərəfin məsuliyyət daşımaması (bu, işgüzar adətlər-



dən və ya müqavilənin mahiyyətindən irəli gəlir). 

Bu  dörd  şərt  eyni  vaxtda  və  bütövlükdə  məjmu halında  məhkəmənin  müqavilənin  ləğv  edilməsi haqqında 

qərar qəbul etməsinə əsas verir. Məhkəmə şəraitin mühüm dərəjədə dəyişməsi əsasında müqavilənin dəyişdiril-

məsi haqqında qərar da çıxara bilər. Bunun üçün yuxarıda göstərilən məjmu halında dörd şərtdən savayı, həm 

də əlavə şərtlərdən birinin olması vacibdir: 

 müqavilənin ləğvinin ictimai mənafelərə zidd olması



 müqavilənin ləğvinin tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri 

olan xərclərdən çox zərər vura bilməsi

Birinji  halda  ictimai  mənafe  əsas  götürülür.  Məsələn,  məktəb  tikintisi  və  ya  xəstəxananın  tikintisi  üzrə 

podrat müqaviləsini, şübhəsiz ki, məhkəmə ləğv edə bilməz. Bu, ictimai mənafeyə ziddir. O, yalnız həmin 

müqavilənin dəyişdirilməsi haqqında qərar qəbul edə bilər.  kinci halda isə hər iki tərəfin əmlak mənafeyi 

ə

sas götürülür, yəni müqavilənin ləğv edilməsi onların maddi mənafeyinə zərər vurur. 



2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 

Qüvvədə olan qanunvericilik müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qayda müəyyən edir 

(MM-in 423-cü maddəsi). Bu qayda əsasında müqavilələrin qüvvədə olma müddəti ərzində onların dəyişdiril-

məsi və ya ləğv edilməsi ilə əlaqədar əmələ gələn münasibətlər tənzimlənir.  

Mülki qanunvericiliyin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə müəyyənləşdirdiyi qayda müqa-

vilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından (üsullarından) asılıdır: 

 tərəflərin razılığı və sazişi ilə müqavilə dəyişdirilərkən və xitam olunarkən tətbiq edilən qayda (birinji qay-



da); 

 məhkəmə yolu ilə müqavilə dəyişdirilərkən və ləğv olunarkən tətbiq edilən qayda (ikinci qayda); 



 birtərəfli imtina qaydasında müqavilə dəyişdirilərkən və ləğv edilərkən tətbiq edilən qayda (üçüncü qay-

da). 

Áèðèíúè ãàéäàíûí ìàùèééÿòè îíäàí èáàðÿòäèð êè, òÿðÿôëÿðin þç àðàëàðûíäà ìöãàâèëÿíèí äÿéèøäèðèëìÿñè âÿ 

éà ëÿüâ åäèëìÿñè ùàããûíäà ðàçûëûüà ýÿëìÿëÿðè, ìöãàâèëÿ èëÿ åéíè ôîðìàäà ðÿñìèëÿøäèðèëèð. Áó, î äåìÿêäèð êè, 

ìöãàâèëÿ ùàíñû ôîðìàäà áàüëàíìûøäûðñà, îíóí äÿéèøäèðèëìÿñè âÿ éà ëÿüâ åäèëìÿñè áàðÿäÿ òÿðÿôëÿðèí ðàçûëûüû 

(ñàçèøèí) äà î ôîðìàäà èôàäÿ îëóíàúàãäûð. Ìÿñÿëÿí, ïîäðàò÷û ðîëóíäà ÷ûõûø åäÿí òèêèíòè òÿøêèëàòû èëÿ ñèôà-

ðèø÷è âÿòÿíäàø àðàñûíäà éàøàéûø åâè òèêèëìÿñè áàðÿäÿ ñàäÿ éàçûëû ôîðìàäà ïîäðàò ìöãàâèëÿñè áàüëàíûð. Òÿ-

ðÿôëÿðèí ðàçûëûüû èëÿ ìöãàâèëÿ ëÿüâ åäèëèð. Ïîäðàò ìöãàâèëÿñèíèí ëÿüâ åäèëìÿñè áàðÿäÿ òÿðÿôëÿðèí ðàçûëû-

üû äà ñàäÿ éàçûëû ôîðìàäà èôàäÿ îëóíàúàãäûð. Áàøãà áèð ìèñàëäà âÿòÿíäàø þç ãîíøóñóíà èêè èëëèê ìöääÿòÿ ùÿð 

àé ö÷öí 1% þäÿìÿêëÿ áîðú ïóë âåðèð. Îíëàð àðàñûíäà ÿâÿçëè áîðú ìöãàâèëÿñè áàüëàíûð âÿ áó ìöãàâèëÿ íîòàðèàò 

ãàéäàñûíäà  òÿñäèãëÿíèð.  Ìöãàâèëÿ  ùÿëÿ  èúðà  îëóíìàìûø  òÿðÿôëÿð  ôàèçèí  àçàëäûëaraq  0,5%  ìöÿééÿí  åäèëìÿñè, 

éÿíè ìöãàâèëÿíèí äÿéèøäèðèëìÿñè áàðÿäÿ ðàçûëûüà ýÿëèðëÿð. Áó úöð ðàçûëûã íîòàðèàë ôîðìà èëÿ ðÿñìèëÿøäèðè-

ëèð. Ëàêèí áèðèíúè ãàéäà èìïåðàòèâ éîõ, äèñïîçèòèâ õàðàêòåð äàøûéûð. Áåëÿ êè, ãàíóí, ìöãàâèëÿ âÿ éà èøýöçàð 

àäÿòëÿðäÿ ìöãàâèëÿíèí äÿéèøäèðèëìÿñè âÿ ëÿüâ åäèëìÿñè áàðÿäÿ íÿçÿðäÿ òóòóëàí ãàéäàäàí ôÿðãëè olan äèýÿð 

ãàéäà äà ìöÿééÿíëÿøäèðèëÿ áèëÿð. Ìÿñÿëÿí, ïàðàêÿíäÿ àëãû-ñàòãû ìöãàâèëÿñèíäÿ íÿçÿðäÿ òóòóëóð êè, ìàë àëûúû 

òÿðÿôèíäÿí ìöÿééÿí ìöääÿòÿ ãÿáóë åäèëìÿñè øÿðòèëÿ ñàòûëûð. Áó ìÿãñÿäëÿ ñàäÿ éàçûëû ôîðìàäà ïÿðàêÿíäÿ àë-

ãû-ñàòãû ìöãàâèëÿñè áàüëàíûð. Ëàêèí àëûúû ýÿëèá ÷ûõìûð, áóíóíëà ìöãàâèëÿíèí èúðàñûíäàí èìòèíà îëóíóð âÿ ìöãà-

âèëÿ  ëÿüâ  åäèëèð.  Ýþðöíäöéö  êèìè,  áåëÿ  ùàëäà  ìöãàâèëÿíèí  ëÿüâ  åäèëìÿñè  ñàäÿ  éàçûëû  ôîðìàäà  éîõ,  àëûúûíûí 

êîíêëéóäåíò ùÿðÿêÿòè èëÿ èôàäÿ îëóíóð. Müqavilənin bu cür fərqli qaydada ləğv edilməsi qanunda nəzərdə tu-

tulmuşdur (MM-in 618-ji maddəsinin 2-ji bəndi). 



 

444


kinci qayda müqavilə məhkəmə yolu ilə dəyişdirildiyi və ləğv edildiyi hallara tətbiq olunur. Bu qaydanın 

mahiyyəti ondan ibarətdir ki, müqavilənin mühüm dərəjədə pozulduğu və ya qanunda və yaxud müqavilədə nə-

zərdə tutulan digər hallarda, habelə şəraitin mühüm dərəjədə dəyişdiyi məqamlarda maraqlı tərəflərdən birinin 

tələbi ilə müqavilə məhkəmənin qərarı əsasında dəyişdirilir və ya ləğv edilir. Məhkəmə qərarı olmasa, müqavilə 

dəyişdirilə və ya ləğv edilə bilməz. Lakin qanun məhkəməyə kimi müqavilənin dəyişdirilməsi və ya ləğv edil-

məsi məsələnin müqavilə iştirakçılarının özləri tərəfindən həll edilməsi qaydasını müəyyənləşdirir (MM-in 423-

cü  maddəsinin  3-cü  bəndi).  Bu  qayda  ixtilafın  və  mübahisənin  nizama  salınmasının  məhkəmədənkənar 

(məhkəməyə  qədər)  proseduru  adlanır.  Qanun  bu  proseduru  müəyyənləşdirməklə  tərəflərə  imkan  verir  ki, 

onlar müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üzrə öz aralarında yaranmış ixtilafı məhkəmənin iştirakı 

olmadan özləri qaydaya salsınlar və artıq xərclərə (məsələn, məhkəmə xərclərinə, vəkillər üçün, hüquqi yardım 

üçün çəkilən xərclərə və s.), yersiz narahatçılığa yol verməsinlər. Həmin prosedurun mahiyyəti də bundan iba-

rətdir. 

Məhkəmədənkənar prosedura görə maraqlı tərəf məhkəmə icraatına kimi kontragentə (müqavilə üzrə müqa-

bil tərəfə) müqaviləni dəyişdirmək və ya ləğv etmək barədə təklif verir. Bu təklifin hansı – şifahi və yazılı for-

mada verilməsini qanun nəzərdə tutmur. Biz elə hesab edirik ki, yazılı forma nisbətən üstünlüyə malikdir. Ona 

görə ki, yazılı formalı müraciət maraqlı tərəfin qarşı tərəfə təklif etməsini sübut edir. Bunun isə məhkəmə tərə-

findən iddianın qəbul edilməsində əhəmiyyəti vardır. 

Müqavilənin  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  barədə  maraqlı  tərəfin  təklifini  alan  kontragent  mümkün 

olan üç alternativ variantdan birini seçir: 

 birinjisi, maraqlı tərəfin təklifini qəbul edir və onunla razılaşır; 



 ikincisi, maraqlı tərəfin irəli sürdüyü təkliflə razılaşmır və ondan imtina edir; 

 üçüncüsü, maraqlı tərəfin verdiyi təklifə münasibətini bildirmir, susur, yəni təklifdə göstərilmiş müddətdə, 



müddət göstərilmədikdə isə otuz gün müddətində maraqlı tərəf javab vermir. 

Birinji halda maraqlı tərəf məhkəməyə müraciət etmir. Ona görə ki, kontragent maraqlı tərəfin müqavilənin 

dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tələbini ödəyir. Beləliklə də, məhkəməyə iddia verilməsinə ehtiyac 

qalmır. 


kinci və ya üçüncü hallarda isə ixtilaf və mübahisə həll edilmədiyinə görə maraqlı tərəf iddia ilə məhkəmə-

yə müraciət edir. Məhkəmə tələb edir ki, maraqlı tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə 

kontragentə təklif verməsini təsdiqləyən sübutlar təqdim etsin. Maraqlı tərəf təklif barədə yazılı bildirişin, teleq-

ramın  və  digər  yazışma  növlərinin  surətini  məhkəməyə  təqdim  edə  bilər.  Axı,  məhkəmədənkənar  prosedur 

məcburi  xarakter  daşıyır.  Əgər  bu  prosedurdan  istifadə  olunmazsa,  məhkəmə  maraqlı  şəxsin  verdiyi  iddiaya 

baxmır və geri qaytarır. Yalnız iddiaçı (maraqlı tərəf) tərəfindən javabdehlə ixtilafı nizamlamaq üçün onun təd-

birlər görməsini təsdiqləyən sübutlar təqdim edildikdə, məhkəmə maraqlı tərəfin iddiasını qəbul edə və mahiy-

yətjə ona baxa bilər. 



Üçüncü qaydadan müqavilənin tamamilə və ya qismən icrasından birtərəfli imtina edildiyi və bununla mü-

qavilə ləğv edildiyi və dəyişdirildiyi hallarda istifadə olunur. Bu qaydaya görə, müqaviləni dəyişdirmək və ya 

ləğv etmək üçün maraqlı tərəf kontragentə müqavilənin icrasından birtərəfli imtina edilməsi barədə yazılı və ya 

ş

ifahi formada bildiriş verir. Məsələn, bank hesabı müqaviləsi müştərinin ərizəsi üzrə istənilən vaxt birtərəfli 



qaydada ləğv edilə bilər (MM-in 969-cu maddəsinin 1-ji bəndi). Bəzi hallarda müqavilənin birtərəfli qaydada 

ləğv edilməsi müvafiq tərəfin yazılı xəbərdarlıq edilməsi ilə müşayiət edilir, yəni əvvəljə yazılı xəbərdarlıq edi-

lir, bundan sonra müqavilə ləğv olunur. Məsələn, ticarət agenti müqaviləsinə görə, tərəflərdən biri öz vəzifələri-

ni mühüm dərəjədə pozan digər tərəfə bu barədə yazılı xəbərdarlıq edir. O, müəyyənləşdirilmiş müddət qurtar-

dıqdan sonra da öz vəzifələrini pozmaqda davam edərsə, müqavilə birtərəfli qaydada ləğv edilir (MM-in 795-ji 

maddəsinin 1-ji bəndinin 1-ji yarımbəndi). 

Müqavilənin icrasından birtərəfli imtina edilməsi barədə maraqlı şəxsin kontragentə verdiyi bildiriş poçt, te-

leqraf, teletayp, telefon, elektron rabitəsi və ya bildirişin maraqlı şəxsdən gəldiyini dürüst müəyyənləşdirməyə 

imkan verən digər rabitə vasitəsilə çatdırıla bilər. 

3. Müqavilənin dəyişdirilməsinin və  

ləğv edilməsinin nəticələri 

Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üzrə hərəkətlər hüquqi faktdır. Bu fakt nəticəsində müqavilə 

üzrə tərəflərin hüquq və vəzifələri dəyişir və ya onlara xitam verilir. Deməli, müqavilənin dəyişdirilməsi və ya 

ləğv edilməsi nəticəsində müəyyən hüquqi nəticə əmələ gəlir. 

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin birinji hüquqi nəticəsi ondan ibarətdir ki, müqavilə-

dən əmələ gələn öhdəlik dəyişir və ya ləğv edilir. Müqavilə dəyişdikdə, həmin müqavilədən yaranan öhdəli-



yin məzmunu da dəyişir. Özü də öhdəliyin məzmunu tamamilə yox, qismən dəyişir, yəni müqavilədə edilən 

 

445


dəyişikliyə  uyğun  gəlir.  Başqa  sözlə  desək,  müqavilədə  edilən  dəyişiklik  hissəsində  həmin  müqavilədən  irəli 

gələn öhdəliyin məzmunu dəyişir. Lakin bu halda öhdəlik saxlanılır. O, yalnız dəyişdirilmiş şəkildə mövcud ol-

maqda  davam  edir.  Deməli,  müqavilə  dəyişdirilərkən  tərəflərin  öhdəlikləri  dəyişdirilmiş  şəkildə  saxlanılır 

(MM-in 424-cü maddəsinin 1-ji bəndi). Məsələn, mal göndərmə müqaviləsinə görə, alıcıya birinji növ mal ve-

rilməsi nəzərdə tutulur. Müqavilə icra olunmamış tərəflər razılığa gəlirlər ki, alıcıya birinji növ yox, ikinci növ 

mal göndərilsin, yəni müqavilə dəyişdirilsin. Bu halda müqavilənin yalnız bir şərti, yəni növ haqqında şərti də-

yişilir. Onun digər şərtləri (çeşid, say, tara, qablaşdırma və s.) isə əvvəlki kimi saxlanılır, yəni dəyişilmir. Buna 

uyğun olaraq, növ haqqında şərtdən başqa, tərəflərin digər öhdəlikləri olduğu kimi saxlanılır, dəyişmir. 

Müqavilənin  ləğv  edilməsinə  gəldikdə  isə  göstərmək  lazımdır  ki,  bununla  tərəflərin  öhdəliklərinə  xitam 

verilir (MM-in 424-cü maddəsinin 2-ji bəndi). Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan 

hüquqdan məhrum olurlar və həvalə edilmiş vəzifəni daşımaqdan azad edilirlər. Məsələn, tikinti təşkilatı (pod-

ratçı) ilə bağ evi tikmək barədə sahibkar (sifarişçi) arasında podrat müqaviləsi bağlanır. Tərəflərin razılığı ilə 

podrat müqaviləsi ləğv edilir. Bu isə tərəflərin bağ evi tikmək, tikilən evin pulunu ödəmək və s. öhdəliklərinə 

xitam verilməsinə səbəb olur.  

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin ikinci hüquqi nəticəsi ondan ibarətdir ki, müqavilə-



nin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra olunanlar qaytarılmır (MM-in 424-cü mad-

dəsinin 4-cü bəndi). Tərəflərin ixtiyarı çatmır ki, öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb etsinlər. Bu-

nunla öhdəliyin icra olunan hissəsinin hüquqi taleyi və müqəddəratı həll olunur. Məsələn, ev sahibi rayon yerin-

dən şəhərə təhsil almaq üçün gəlmiş tələbəyə mənzil kirayəyə verir. Tərəflər beş aydan sonra razılığa gəlirlər ki, 

növbəti aydan başlayaraq, kirayə haqqı iyirmi faiz azaldılsın, yəni müqavilə dəyişdirilsin. Belə halda kirayəçi 

tələbənin ixtiyarı yoxdur ki, müqavilə dəyişildiyi aya kimi (yəni beş ay) kirayəyə verənə (ev sahibinə) ödədiyi 

artıq məbləğin qaytarılmasını tələb etsin. Bununla belə, göstərilən bu qayda dispozitiv xarakterə malikdir. Belə 

ki, qanunda və ya tərəflərin razılığı ilə ayrı qayda da nəzərdə tutula bilər. Məsələn, yuxarıdakı misalda tərəflər 

beş aylıq artıq məbləğin kirayəçiyə qaytarılması barədə razılığa gəlirlər. 

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin üçüncü hüquqi nəticəsi ondan ibarətdir ki, pozuntu 



törədən təqsirkar tərəf mülki-hüquqi məsuliyyətə jəlb edilir. Özü də dərhal qeyd etməliyik: yalnız o tərəf 

məsuliyyət daşıyır ki, o, müqaviləni mühüm (əhəmiyyətli) dərəjədə pozsun və bu, müqavilənin dəyişdirilməsinə 

və ya ləğv edilməsinə əsas versin. Bu halda təqsirkar tərəf digər tərəfə, yəni müqabil tərəfə müqavilənin dəyiş-

dirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Başqa sözlə desək, o, dəyən zərərin əvə-

zinin ödənilməsi formasında mülki-hüquqi məsuliyyət daşıyır. 

Müqavilə dəyişdirildiyi və ya ləğv edildiyi halda həmin müqavilədən əmələ gələn öhdəliyin dəyişdirilməsi 

və  ya  xitam  olunması  anının  müəyyən  edilməsini  mülki  qanunvericilik  xüsusi  qaydada  tənzimləyir  (MM-in 

424-cü maddəsinin 3-cü bəndi). Öhdəliyin dəyişdirilməsi və ya ləğv edilməsi anının müəyyənləşdirilməsi hüqu-

qi əhəmiyyətə malik olan vacib məsələdir. Ona görə ki, öhdəlikdə iştirak edən tərəflərin hüquq və vəzifələrinin 

dəyişdirilməsi və ya ləğv edilməsi məhz bu anla bağlı olur. 

Göstərilən an müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından (üsullarından) asılı olaraq müəy-

yən edilir. Belə ki, əgər müqavilə tərəflərin sazişi (razılığı) üsulu ilə dəyişdirilərsə və ya ləğv edilərsə, onda bu 

barədə tərəflərin saziş bağladıqları andan öhdəliklər dəyişdirilmiş və ya ləğv edilmiş hesab edilir. Belə ki, mü-

qavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə tərəflər saziş bağladıqları andan öhdəlik də dəyişir və 

ya ləğv edilir

Müqavilə  məhkəmə  yolu  (üsulu)  ilə  dəyişildiyi  və  ya  ləğv  edildiyi  hallarda  məhkəmə  qərarının  qanuni 



qüvvəyə mindiyi andan öhdəlik dəyişdirilmiş və ya ləğv edilmiş hesab edilir. Bu qərarın məzmunu müqavi-

lənin dəyişdirilməsini və ya ləğv edilməsini nəzərdə tutur. O, qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdi-

rilir və ya ləğv edilir. 

Tərəflərin sazişi və məhkəmə üsulu ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən öhdəliklərin dəyişdiril-

məsi və ya ləğv edilməsi anının müəyyənləşdirilməsi haqqında qayda dispozitiv xarakterə malikdir. Belə ki, tə-

rəflərin sazişindən və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gələ bilər (MM-in 424-cü mad-

dəsinin 3-cü bəndi). 

Yeri gəlmişkən, bir məsələyə də toxunmağı lazım bilirik. Artıq icra olunmuş müqaviləni dəyişmək və ya 



ləğv etmək olmaz. Belə ki, həm müqavilə, həm də bu müqavilədən əmələ gələn öhdəlik onların lazımınja icra 

edilməsi nəticəsində ləğv edilir. Məsələn, mülkiyyətçi şəhərdə olan evini kənd sakininə satmaq üçün onunla al-

qı-satqı müqaviləsi bağlayır. Bu müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra, daşınmaz əmlakın döv-

lət reyestrində qeydiyyata alınır. Sonra isə bu müqavilə icra edilir, yəni satıcı evi alıcının mülkiyyətinə verir, 

alıcı isə onu qəbul edib pulunu ödəyir. Başqa bir misalda tikinti təşkilatı (podratçı) vətəndaşa podrat müqavilə-

sinə görə qarac tikir. Tikinti təşkilatı qaracı tikib qurtarır və vətəndaşa təhvil verir. Vətəndaş isə onu qəbul edib 



 

446


pulunu (podrat haqqını) ödəyir. Göstərilən hər iki halda müqavilə bağlayan tərəflərin ixtiyarı yoxdur ki, onlar 

həmin müqavilələri dəyişdirsinlər və ya ləğv etsinlər. Lazımınja icra edildiyinə görə həmin müqavilələr və bu 

müqavilələrdən əmələ gələn öhdəliklər ləğv edilir. Axı, mövcud olmayan bir şeyi nejə dəyişdirəsən və ya ləğv 

edəsən? 


TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Braqinskiy M. .Vitrənskiy V.V. Doqovornoe pravo. Obhie poloceniə M., 1997. 

offe O.S. Obəzatelğstvennoe pravo. M., 1975. 

Vitrənskiy V.V. Novıe tipı qracdansko-pravovıx doqovorov // Zakon. 1995. 

Qavze F. . Soüialistiçeskiy qracdansko-pravovoy doqovor. M., 1972. 

Makovskiy A.L. Pravovıe osnovı rınoçnoy gkonomiki // Zakon. 1996. № 4. 

Tixomirov Ö.A. Doqovor kak requlətor obhestvennıx otnoşeniy // Pravovedenie. 1990. № 5. 

Xalfina R.O. Znaçenie i suhnostğ doqovora v sovetskom soüialistiçeskom qracdanskom prave. M., 1954. 

Kabalkin A.  zmenenie i rastorcenie doqovora // Rossiyskaə östiüiə. 1996. № 10. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.P.SerqeevaÖ.K.Tolstoqo. M., 1998 (ql. 25). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. Z. .Üıbulenko. M., 1998 (ql. 21). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. A.Q.KalpinaA. .Masləeva. M., 1997 (ql. 22). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A.Suxanova. M., 1999 (ql. 30). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 1 / Pod red. T. . llarionovoyB.M.QonqaloV.A.Pletnevoy. M., 1998 

(ql. 18). 

Qracdanskoe pravo. Uçebnik / Pod red. S.P.Qrişaeva. M., 1999 (ql. 12). 

Kommentariy k  Qracdanskomu kodeksu Rossiyskoy  Federaüii çasti pervoy / Pod red. O.N.Sadikova. M., 

1999 (ql. 27, st. 420-453). 

Postanovlenie Plenuma Verxovnoqo Suda Rossiyskoy Federaüii i Plenuma Vısşeqo Arbitracnoqo Suda Ros-

siyskoy Federaüii ot 1 iölə 1996; p. 54-60 // BVS RF. 1996. № 9. 



Gnneküerus L. Kurs qermanskoqo qracdanskoqo prava. Tom 1. Polutom 2. M., 1950. 

A.CalinskiyA.Rёrixt. Vvedenie v nemeükoe pravo. M., 2001. 

Larens K. Allgemeiner Teil des Deutschen bürgerlichen Recht. München. 1989. 

Klünzinger E. Einführung in das bürgerliche Recht. München. 1993. 

Musielak H.-J. Grundkurs BGB. München. 1994. 

Medicus D. Schuldrecht. München. 1999. 

Brox H. Allgemeines Schuldrecht. München. 1999. 

Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 2. M., 1983. 

 

I FƏS L 



ALQI-SATQI MÜQAV LƏS  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə