MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   91
§ 5. Mülki hüquqda boşluq. Analogiyanın tətbiqi  

1. Mülki hüquqda boşluq. Analogiyanın anlayışı  

Mülki hüquqla tənzimlənən ictimai münasibətlərin dairəsi kifayət qədər genişdir. Onun nizamasalma pred-

metinə olduqca müxtəlif və cürbəcür münasibətlər daxildir. Bundan əlavə, ictimai həyatda həmişə yeni ictimai 

münasibətlər yaranır. Bu münasibətlər öz əlamətinə görə mülki hüququn predmetinə daxil ola bilər. Onlar mül-

ki hüquq tərəfindən tənzimlənməyi tələb edir. Mülki hüquq isə, necə deyərlər, bu münasibətləri nizama salmaüa 

«borcludur».  

Ş

übhəsiz ki, mülki hüquq ictimai münasibətlərin bu cür müxtəlifliyini, genişliyini, mürəkkəbliyini və rənga-



rəngliyini nəzərə almaq iqtidarında deyildir. Aydın bir həqiqətdir ki, mülki hüququn özündə birləşdirdiyi nor-

maların tənzimlənməyi tələb edən bütün ictimai münasibətlərin hamısını nizama salmaq və rəsmiləşdirmək im-

kanı  yoxdur.  Söhbət  mülki  hüquqla  tənzimlənməli  olan  ictimai  münasibətin  qaydaya  salınması  üçün  konkret 

mülki hüquq normasının olmamasından gedir. Başqa sözlə desək, hüquqtətbiqetmə praktikasında mülki-hüquqi 

xarakterli müəyyən elə məsələlər və hallar yarana bilər ki, onlar mülki hüquqla tənzimlənə bilməsin. Bu isə o 

deməkdir ki, konkret ictimai münasibəti nizama salmaq, hüquqi məsələni həll etmək üçün mülki hüquq norması 

olmur. Göstərilən hala mülki hüquqda boşluq və ya çatışmazlıq deyilir. Mülki hüquqda boşluq o deməkdir ki, 

konkret ictimai münasibətə və hala tətbiq ediləcək mülki hüquq normasını seçərkən və tətbiq edərkən, müvafiq 

norma olmur.  

Mülki hüquqda boşluq dedikdə, mülki hüquqla nizama salınmaüı tələb edən ictimai münasibəti tən-

zimləmək üçün müvafiq hüquq normasının müvcud olmaması başa düşülür. Bu norma müvcud olmadığı-

na görə mülki qanunvericilikdə xaricən ifadə edilmir. Bu isə onu göstərir ki, belə halda mülki qanunvericilikdə 

də boşluq yaranır.  

Mülki hüquqda boşluüun olması arzuolunmaz və xoşagəlməz haldır. Bu, mülki hüquq sisteminin müəyyən 

dərəcədə qüsurlu olmasına dəlalət edir. Mülki hüquqda boşluq həm obyektiv, həm də subyektiv səbəblərdən ya-

ranır. Bəzi hallarda onun olması labüddür, yəni boşluqdan qaçmaq olmaz. Mülki hüquqda boşluğun yaranması-

nın bir neçə səbəbi vardır. 

Mülki hüquqda boşluüun əmələ gəlməsinə səbəb olan birinci hal qanunvericinin (hüquqyaratma subyektinin) 



bütün ictimai münasibətləri normativ aktda formullarla əhatə edə bilməməsindən, yəni bu münasibətlə-

 

46 


rin hamısını hüquqi cəhətdən formulə edə bilməməsindən ibarətdir. Belə ki, normativ akt işlənib hazırlan-

dıqda bu və ya digər ictimai münasibət nəzərə alınmır. Ümumiyyətlə, heç bir qanunvericilik bütün ictimai mü-

nasibətlərin hamısını hüquqi cəhətdən rəsmiləşdirmək, qaydaya salmaq və nəzərə almaq gücündə deyildir.  

Mülki hüquqda boşluüun yaranmasına dəlalət edən ikinci hal mülki hüquqla tənzimlənməli olan ictimai 



münasibətlərin  həmişə  durmadan  dinamik  surətdə  inkişaf  etməsindən  ibarətdir.  Bəzi  hallarda  müvafiq 

mülki qanunvericilik aktı qəbul edildikdən sonra əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır. Bu münasi-

bətlərin hüquqi təbiəti və əlamətləri onların mülki hüququn nizamasalma predmetinə aid edilməsini şərtləndirir. 

Həmin münasibətlər mülki hüquq normaları ilə tənzimlənməyi tələb edir. Bu cür normalar isə yoxdur. Deməli, 

mülki hüquqda boşluq göz qabağındadır.  

Mülki hüquqda boşluüun əmələ gəlməsini şərtləndirən üçüncü hal hüquq texnikasının qüsurlu olmasından 



ibarətdir. Hüquq texnikası dedikdə, hüquq normalarının, normativ aktların hazırlanması zamanı, habelə anla-

yışların formulə edilməsində və s. istifadə olunan üsulların, vasitələrin və qaydaların məcmusu başa düşülür. 

Hüquqi texnikanın vasitəsi ilə mülki hüquq normaları normativ hüquqi aktın maddələrində əks olunur. O, əsa-

sən hüquqi materialın təşkili ilə, onun xaricən ifadələr olunması ilə bağlıdır. Mülki hüquq normaları normativ 

aktda  elə  təzahür  etməlidir  ki,  o,  hüquqyaratma  subyektinin  aydın  və  başa  düşülən  iradəsini  ifadə  edə  bilsin. 

Hüquq normasının əsl məzmunu onun normativ aktın mətnindəki formulasına uyüun gəlməlidir. Onlar arasında 

ziddiyyət ola bilməz. Göstərilən tələblər pozularsa, onda bu, hüquqi texnikanın qüsurlu, qeyri-mükəmməl olma-

sını göstərir.  

Mülki  hüquqda  boşluüu  aradan  qaldırmaüın  yeganə  üsulu  səlahiyyətli  dövlət  orqanı  tərəfindən  lazım  olan 

hüquq  normasının  qəbul  edilməsindən  ibarətdir.  Müvafiq  orqan,  hüquqi  məsələni  həll  etdiyi  zaman  hüquqda 

boşluq müəyyənləşdirdikdə, o, dərhal norma yarada bilmədiyinə görə bu boşluüu doldura bilməz. Bu normanın 

yaradılması üçün hüquqyaratma subyektlərinin fəaliyyət göstərmələri tələb edilir. Amma bu üsulla tez bir za-

manda operativ surətdə mülki hüquqda boşluüu aradan qaldırmaq çox vaxt və əksəriyyət hallarda mümkün ol-

mur. Belə ki, zəruri hüquq normasının qəbul edilməsi norma yaradıcılıüı (hüquq yaradıcılıüı) prosesi ilə bağlıdır. 

Norma yaradıcılıüı (hüquq yaradıcılıüı) xüsusi növ fəaliyyət olub, normativ hüquqi akt kimi «məhsul» hazırlayır.  

Amma müvafiq hüquqi məsələ tənzimlənməyi, qaydaya salınmaüı və həll olunmaüı tələb edir. Hüquqtətbi-

qetmə  orqanının  (məhkəmənin  və  s.)  ixtiyarı  yoxdur  ki,  müvafiq  hüquq  normasının  olmamasına  görə  həmin 

məsələni həll etməkdən imtina etsin və boyun qaçırsın. Bu orqan həm də durub gözləməli deyil ki, yeni mülki 

hüquq norması yaradılsın. Belə halda çıxış yolu nədədir? 

Göstərilən vəziyyətdə konkret hüquqi məsələni və işi analogiya institutunun köməyi ilə həll etmək mümkün 

olur. Bu institutu dünyanın demək olar ki, bütün, hər şeydən əvvəl, roman-german və ingilis-amerikan mülki 

hüquq ailələri tanıyır. Analogiya anlayışı qədim Roma hüququna da məlum idi. 

Dediklərimizdən belə bir nəticəyə gələ bilərik ki, mülki hüquqda boşluq yarandıqda, yəni müəyyən konkret 

məsələ mülki hüquq vasitəsilə həll edilməli olduqda, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli nəzərdə 

tutulmadığı  hallarda,  onda  həmin  məsələ  analogiyanın  köməyi  ilə  qaydaya  salınır.  Analogiya  (yunanca 

analogia - uyüunluq, oxşarlıq) dedikdə həyati halların və hüquq normalarının oxşarlıüı, uyüunluüu başa düşülür.  

Hüququ tətbiq edən orqanın analogiyadan istifadə etməsi hüquqda boşluüun aradan qaldırılmasına səbəb ol-

mur. Analogiya ancaq konkret məsələnin öhdəsindən gəlir, maneəni aşır və dəf edir. O, həm də yeni mülki hü-

quq normasının yaradılmasına dəlalət etmir. Analogiya tətbiq edildikdə hər bir konkret iş özrə fərdi qərar qəbul 

edilir. Bu qərar oxşar münasibətlər üçün məcburi qüvvəyə malik deyildir. Analogiya hüquqda boşluüu aradan 

qaldırmasa da, o, gələcəkdə oxşar işlərin həllinə kömək edə bilər.  

Analogiyanın tətbiq edilməsi konkret işin özbaşına həll edilməsi demək deyil. Belə ki, bu institutun vasitəsi 

ilə hüquqi məsələ həll edilərkən qanunçuluq və ədalət kimi prinsiplər əsas götürülür. Burada ümumən bütövlük-

də hüquq sistemində və ya oxşar münasibəti tənzimləyən ayrı-ayrı hüquq normalarında ifadə olunan dövlət ira-

dəsi mühüm rol oynayır. 

Sivilistika elmində və qanunvericilikdə analogiyanın iki növü fərqləndilir: qanunun analogiyası; hüququn ana-

logiyası. Bunlar tənzimlənməyi və həll edilməyi tələb edən konkret məsələni qaydaya salmaüın iki cür operativ 

metodudur.  

Analogiya institutuna münasibət birmənalı deyil. Belə ki, bu institutdan bütün hüquq sahələrində eyni qayda-

da və dərəcədə istifadə olunmur. Elə hüquq sahəsi vardır ki, burada analogiyanın tətbiqi istisna edilir. Məsələn, 

cinayət hüququnda analogiyadan istifadə edilməsi yolverilməzdir. Bu hüquq sahəsində «qanunda göstərilməyən 

və  nəzərdə  tutulmayan  cinayət  yoxdur»  kimi  dönməz  prinsip  fəaliyyət  göstərir.  Bu  prinsip  şəxsin  müdafiəsi 

üçün təminat rolunu oynayır. Cinayət hüququndan fərqli olaraq mülki hüquq analogiyadan istifadə olunmasını 

yasaqlamır, əksinə, qanunvericilik qaydasında onu möhkəmləndirir (MM-in 11-ci maddəsi).  



 

47 


2. Qanunun analogiyası  

Elə hallar yaranır ki, mülki hüquqla tənzimlənməli olan konkret ictimai münasibəti nizama salmaq üçün mü-

vafiq  hüquq  norması  olmur.  Belə  vəziyyətdə  həmin  münasibəti  tənzimləmək  üçün  bu  münasibətə  oxşar  olan 

münasibəti  qaydaya  salan  hüquq  normasından  istifadə  olunur.  Oxşar  münasibəti  qaydaya  salan  həmin  norma 

tətbiq edilir və bununla nizamlanması tələb edən müvafiq ictimai münasibət tənzimlənir. Bu cür operativ üsula 

qanunun analogiyası deyilir.  



Qanunun analogiyası dedikdə, konkret ictimai münasibətlərin dəqiq müəyyən olunmuş mülki hüquq 

norması əsasında deyil, bunlara oxşar münasibətləri nizama salan hüquq norması vasitəsilə tənzimlən-

məsi başa düşülür. Bu institut mülki qanunvericilikdə müvafiq münasibəti rəsmiləşdirən birbaşa konkret nor-

manın ifadə edilməməsi özündən həmin münasibətə oxşar münasibəti nizama salan normanın tətbiq edilməsini 

nəzərdə tutur. Hüquqtətbiqetmə orqanı oxşar münasibəti rəsmiləşdirən mülki hüquq normasını tətbiq etməklə 

mülki qanunvericilikdəki boşluüun  yerini doldurur. Qanunun analogiyası hüquqda boşluüun tamamlanmasına 

və doldurulmasına yönələn operativ xarakterli müstəsna vasitə və üsuldur.  

Qanunun analogiyası yalnız müəyyən şərtlər əsasında tətbiq edilə bilər. Bu şərtlər ondan dözgün istifadə olunma-

sını təmin edir. Qanunda həmin şərtlərə əməl olunması nəzərdə tutulur (MM-in 11-ci maddəsi). Əgər nəzərdə tutu-

lan şərtlərdən biri pozularsa, qanunun analogiyasının tətbiqindən söhbət gedə bilməz.  



Birinci şərt ondan ibarətdir ki, tənzimlənməli olan ictimai münasibət mülki-hüquqi xarakterə malik ol-

malıdır. Bu, o deməkdir ki, hüquqi cəhətdən nizama salınmaüı tələb edən ictimai münasibət öz əlamətinə görə 

mülki hüququn predmetinə daxil olmalıdır. Daha doürusu, bu münasibət ya dəyər xarakterli əmlak münasibəti, 

ya da ki şəxsi qeyri-əmlak münasibəti olmalıdır.  

kinci  şərt  ondan  ibarətdir  ki,  hüquqi  cəhətdən  nizama  salınmaüı  tələb  edən  ictimai  münasibət  mülki 

qanunvericiliklə və ya tərəflərin sazişi (razılaşması) ilə birbaşa təznimlənməməlidir. Mülki qanunvericilik-

də həmin münasibəti rəsmiləşdirən konkret və dəqiq müəyyən olunmuş mülki hüquq norması ifadə edilmir. Bu 

münasibətin qaydaya salınması yolları həmin münasibətdə iştirak edən tərəflərin öz aralarında bağladıqları mü-

qavilədə də göstərilmir. Tərəflər üçün qanun rolunu oynamasına baxmayaraq, müqavilədə müvafiq münasibətin 

tənzimlənməsi qaydası nəzərdə tutulmur. Göstərilən halları heç bir şübhə yeri qalmadan müəyyənləşdirmək la-

zımdır.  



Üçüncü  şərt  ondan  ibarətdir  ki,  hüquqi  cəhətdən  tənzimlənməyi  tələb  edən  müvafiq  ictimai  münasibətə 

tətbiq oluna bilən işgözar dövriyyə adəti olmamalıdır. Söhbət sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində 

yaranan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydasından gedir. Əgər müvafiq 

münasibəti bu davranış qaydası ilə tənzimləmək mümkün olarsa, onda qanunun analogiyasından istifadə olun-

mur. 


Dördüncü şərt ondan ibarətdir ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibətə oxşayan 

münasibət və bu münasibəti tənzimləyən mülki hüquq norması müvcud olmalıdır. Məsələn, kredit müqa-

viləsini yeni MM tənzimləmir. Bu müqaviləyə oxşar olan borc müqaviləsidir. Borc müqaviləsinin tənzimlənmə-

sinə MM bir sıra hüquq norması həsr etmişdir. Ona görə də kredit müqaviləsini qaydaya salmaq tələb olunan 

hallarda, borc müqaviləsi haqqında normalardan istifadə etmək olar.  

Biz mülki qanunvericilik aktlarında tez-tez gündərici maddələrə rast gəlirik. Gündərici maddələr müvafiq 

münasibətin buna oxşar olan münasibət kimi tənzimlənməsi haqqında göstəriş ifadə edir. Məsələn, MM-in 662-

ci maddəsinin 2-ci bəndində göstərilir ki, dəyişmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə 

tətbiq edilir. MM-in 787-ci maddəsinə görə broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq 

edilir. Onun başqa bir maddəsində (maddə 700) qeyd edilir ki, icarəyə əmlak kirayəsi haqqında müddəalar mü-

vafiq surətdə tətbiq edilir. Burada söhbət mülki qanunvericilikdəki boşluqdan getmir. Bunlar müvafiq məsələni 

tənzimlənməyin üsulu, xüsusi xarakterli hüquqi-texniki vasitəsidir. Ona görə də göstərilən hallar qanunun ana-

logiyası hesab olunmur.  



Beşinci şərt ondan ibarətdir ki, oxşar münasibəti tənzimləyən mülki hüquq norması hüquqi cəhətdən tən-

zimlənməyi tələb edən ictimai münasibətin mahiyyətinə zidd olmamalıdır. Tətbiq edilməli olan hüquq nor-

ması öz hüquqi təbiətinə və xarakterinə görə müvafiq münasibətə uyüun gəlməlidir. Əgər onlar arasında ziddiy-

yət olarsa, onda qanunun analogiyası tətbiq edilmir. Məsələn, mülkiyyət hüquq normalarını qanunun analogiya-

sı qaydasında şəxsi qeyri-maddi nemətlərlə bağlı əmələ gələn münasibətlərin hamısına tətbiq etmək olmaz.  

Qanunun analogiyası institutunu bir sıra qabaqcıl və sivil ölkələrin qanunvericiliyi də tanıyır. Biz ona Alma-

niya, Fransa, Hollandiya, Isveçrə, Avstriya və digər ölkələrin qanunvericiliyində rast gələ bilərik.  

Qanunun anologiyasına müəssisələrin alqı-satqı müqaviləsini misal göstərmək olar. Belə ki, bu konstruksi-

yanı Mülki Məjəllə tənzimləmir. Ona görə də həmin konstruksiya alqı-müqaviləsi haqqında normalarla nizama 

salınır.  


 

48 


3. Hüququn analogiyası  

Bəzi hallarda elə vəziyyət yaranır ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun 

analogiyası əsasında nizama salmaq mümkün olmur. Belə ki, müvafiq münasibətə tətbiq edilə bilən və mülki 

qanunvericilikdə oxşar münasibəti qaydaya salan norma müvcud olmur. Buna görə də qanunun analogiyasından 

istifadə etmək imkanı əldən çıxır. Bu cür halda hüququn analogiyası kimi operativ üsulu tətbiq etməklə vəziy-

yətdən çıxış yolu tapmaq mümkün olur.  



Hüququn analogiyası dedikdə, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun 

analogiyası əsasında nizama salmaq mümkün olmadıqda, yəni oxşar münasibəti rəsmiləşdirən mülki hü-

quq norması olmadıqda, həmin münasibətin mülki hüququn prinsiplərinə istinad etməklə nizamlanması 

başa düşülür. Bununla müvafiq münasibətdə iştirak edən tərəflərin hüquq və vəzifələri hüquqi cəhətdən qayda-

ya salınır.  

Mülki hüququn prinsipləri qanunda birbaşa və konkret olaraq formulə edilmişdir (MM-in 6-cı maddəsi). Bu 

prinsiplər əsasında mülki hüquq subyektlərinin hərəkətlərindən hüquqi nəticə yaranır. Söhbət həmin prinsiplərə 

istinad olunmaqla tərəflər üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsindən gedir. Mülki qanunvericilik bu 

cür hüquq və vəzifələri rəsmi surətdə tanıyır (MM-in 14-cü maddəsinin 1-ci bəndi). Bu, o deməkdir ki, mülki 

hüququn prinsipləri əsasında hərəkətlərdən yaranan mülki hüquq və vəzifələr hüquqi əhəmiyyətə malikdir.  

Hüquqtətbiqetmə  orqanı  hüququn  analogiyasından  istifadə  zamanı  təkcə  mülki  hüququn  prinsiplərini  əsas 

götürməməlidir. O, həm də ədalət, mənəviyyat, vicdan, insaf, mürvət kimi mənəvi-əxlaqi dəyərlərə istinad 

etməlidir. Onun hüququn analogiyası əsasında müvafiq münasibəti tənzimləməsi və qaydaya salması aülabatan 

olmalıdır. 

Hüququn analogiyası institutunu bir sıra ölkələrin (məsələn, Almaniyanın, Büyük Britaniyanın, Hollandiya-

nın, Fransanın, Ispaniyanın və s.) qanunvericiliyi də tanıyır. Ispaniya MM-in 6-cı maddəsi hüququn prinsipləri-

ni hüququn mənbə növlərindən biri kimi müəyyənləşdirir. Misirin, Iraqın və Əlcəzairin mülki məcəllələri ha-

kimlərə müsəlman hüququ prinsiplərini əsas götürməklə qanundakı boşluüu doldurmaq hüququ verir.  



§ 6. Mülki qanunvericiliyin sistemləşdirilməsi  

Mülki hüququn nizamasalma predmetinə daxil olan ictimai münasibətlərin əhatə dairəsi son dərəcə genişdir. 

Bu, həmin münasibətlərin çoxsaylı normativ aktlarla tənzimlənməsini şərtləndirir. Həmin aktlar dövlətin müx-

təlif hüquqyaratma orqanları (ali qanunverici dövlət hakimiyyət orqanı, prezident hakimiyyəti, hökumət, mərkə-

zi icra hakimiyyət orqanları və s.) tərəfindən qəbul edilir. Onlar eyni və bərabər hüquqi qüvvəyə malik deyil, 

vaxt və zaman baxımından üst-üstə düşmür, müxtəlif münasibətləri tənzimləyir, ayrı-ayrı subyektlərə ünvanla-

nır. Zaman keçdikcə mülki qanunvericilik sisteminə daxil olan həmin aktlar arasında ziddiyyətlər yaranır. Nor-

mativ aktların sayı durmadan günbəgün artır. Göstərilən bu cür hallar, şübhəsiz ki, qüvvədə olan müvcud mülki 

qanunvericilikdən istifadə olunmasını qəlizləşdirir, vacib və lazım olan normativ aktın axtarılıb tapılmasını çə-

tinləşdirir. Bəs belə mürəkkəb vəziyyətdən necə çıxmalı?  

Göstərilən vəziyyətdən çıxış yolu mülki qanunvericiliyi sistemləşdirməkdən ibarətdir. Mülki qanunvericili-

yin sistemləşdirilməsi dedikdə, bu qanunvericilik sisteminə daxil olan normativ aktlardan təjrübədə mü-

nasib, rahat və əlverişli qaydada istifadə etmək məqsədi ilə həmin aktların nizama salınması başa düşü-

lür. Bu cür nizama salınmaya həm qanunvericinin, həm hüquqtətbiqetmə orqanının, həm də bütün vətəndaşla-

rın  maraq  və  ehtiyacı  vardır.  Mülki  qanunvericiliyin  sistemləşdirilməsi  nəticəsində  hüquq  normaları  arasında 

ziddiyyətlər aradan qaldırılır, köhnəlmiş normalar ləğv edilir və ya dəyişdirilir, yeni normalar sistemə daxil edi-

lir, köhnəlmiş aktlardan qanunvericilik azad olur, normativ materialdan istifadə asanlaşır. Sistemləşdirmə mülki 

qanunvericilik üçün mühüm əhəmiyyəti olan məsələdir.  

Mülki qanunvericilik üç üsulla sistemləşdirilir. Buna sistemləşdirmənin növləri də deyilir: 

 inkorporasiya; 



 konsolidasiya;  

 məcəllələşdirmə. 



Inkorporasiya dedikdə, hüquqi materialın, yəni qüvvədə olan normativ hüquqi aktların məcmuələrdə, toplu-

larda  və  ya  külliyyatlarda  müəyyən  qaydada  elə  birləşdirilməsi  başa  düşülür  ki,  bu  zaman  aktların  normativ 

məzmunu mahiyyətcə dəyişdirilmir. Sistemləşdirmənin bu üsulu nəticəsində qanunvericilik xaricən işlənilir 

və yeniləşdirilir. Belə ki, inkorporasiya nəticəsində normativ aktların xarici cəhətdən qaydaya salınmasına nail 

olunur: bu aktlar əlifba sırası, xronoloæi adrıcıllıq və ya tənzimlədiyi ictimai münasibətlər (sahə) kimi əlamətlərə 

görə birləşdirilir. Əvvəlcə normativ aktın mətnində rəsmi dəyişikliklər edilir. Sonra qanuni qaydada ləğv edilmiş 

və ya qüvvəsini itirmiş normaların ifadə olunduüu maddələr və bəndlər mətndən çıxarılır, yəni mətnə onlar daxil 

edilmir. 

Inkorporasiya məsələləri ilə həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm qeyri-dövlət təşkilatları, həm 



 

49 


də ayrı-ayrı vətəndaşlar məşüul ola bilərlər. Onlar yalnız hüquqyaratma orqanının normativ aktlarda etdiyi dəyi-

ş

ikliyi və əlavələri inkorporativ toplularda (məcmuələrdə, külliyyatlarda) əks etdirirlər. Buna görə də inkorpora-



siyanın iki növü fərqləndirilir: rəsmi inkorporasiya; qeyri-rəsmi inkorporasiya.  

Normativ hüquqi aktların rəsmi məcmuə, toplu və ya külliyyatlarda həmin aktları qəbul edən orqanlar, ya-

xud onların tapşırıüı ilə başqa səlahiyyətli orqanlar tərəfindən dərc edilməsinə rəsmi inkorporasiya deyilir. Bu 

yolla normativ aktlar qaydaya və sistemə salınır. Göstərilən inkorporasiya rəsmi xarakter daşıyır. O, hüquqi ni-

zamasalmanın məzmununu dəyişdirmir. Rəsmi inkorporasiyaya misal olaraq «Azərbaycan SSR Qanunlar Top-

lusu»nu, «Azərbaycan SSR Hökumətinin Qərarlar Külliyyatı»nı, «Sobranie zakonodatelüstva SSSR» və s. mi-

sal göstərmək olar. 1977-ci ildə SSRI-nin qüvvədə olan qanunvericilik külliyyatının nəşri başa çatdırılmışdır.  

Rəsmi inkorporasiyanın iki növü fərqləndirilir: xronoloæi inkorporasiya; predmet özrə inkorporasiya. Nor-

mativ hüquqi aktlar onların dərc olunduüu və qüvvəyə mindiyi vaxta görə qaydaya və sistemə salınırsa, bu cür 

sistemləşdirməyə xronoloæi inkorporasiya deyilir. Bu növ sistemləşdirmədə hər bir normativ akta sıra nömrə-

si verilir, onun adı, nəşr olunduüu il, ay, gün, həmçinin maddənin nömrəsi göstərilir. Bu, lazım olan normativ 

aktın vaxt itkisinə yol vermədən axtarılıb tapılması, həmin aktlarda ifadə olunan normaların tez müəyyənləşdiri-

lib  tətbiq  edilməsi  işini  olduqca  asanlaşdırır.  Xronoloæi  inkorporasiyaya  «Azərbaycan  Respublikasının 

qanunvericilik Toplusu»nu, «Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları-

nın bülleteni»ni misal göstərmək olar. 

Predmet inkorporasiyası qüvvədə olan normativ hüquqi aktların predmet əlaməti özrə, yəni mülki hüququn 

yarımsahələrinə, institutlarına  görə qaydaya salınmasıdır. Məsələn, mülki-hüquqi məsuliyyəti və ya əqli mül-

kiyyət hüququnu və yaxud mülkiyyət hüquq institutunu və s. tənzim edən normativ aktların birləşdirilməsi bu 

inkorporasiyaya misal ola bilər. Predmet inkorporasiyası nisbətən daha mürəkkəb sistemləşdirmə növüdür. O, 

normativ materialı mülki-hüquqi nizamasalma sferalarına  görə  yerləşdirir. Bu cür sistemləşdirmə hüquqtətbi-

qetmə orqanlarına onlara lazım olan hüquq normalarından tez və operativ istifadə etməyə imkan verir. Predmet 

inkorporasiyası sistemli inkorporasiya da adlanır. Bizans imperatoru Yustinianın Qanunlar Külliyyatı sistemli 

xarakterdə olmuşdur.  



Qeyri-rəsmi inkorporasiya dedikdə, hüquqyaradıcı orqanın nəzarəti və xüsusi tapşırıüı olmadan qanunveri-

ciliyin ayrı-ayrı təşkilatlar, elmi idarələr, təhsil müəssisələri, alimlər, praktiki işçilər, vətəndaşlar və s. tərəfin-

dən qaydaya salınması və xaricən işlənilməsi başa düşülür. Bu cür inkorporasiya rəsmi xarakter daşımır. Ona 

görə də onlara qanunvericiliyin mənbəyi kimi baxmaq olmaz. Hüquq yaradıcılıüı və hüquqtətbiqetmə prose-

sində bu növ inkorporasiyaya istinad etmək olmaz. Burada material inkorporatorun müstəsna dərəcədə istək və 

mülahizələri əsasında yerləşdirilir. Qeyri-rəsmi inkorporasiya müəssisələrin, təşkilatların, ayrı-ayrı mütəxəssis-

lərin normativ materiala olan ehtiyac və tələbatını ödəyir. Bu cür inkorporasiyaya «Qanun», «Digesta», «Hüquq 

ə

dəbiyyatı» kimi nəşriyyatların dərc etdiyi «Azərbaycan Respublikasının Qanunlar Külliyyatı»nı misal göstər-



mək olar.  

Sistemləşdirmənin növbəti üsulu konsolidasiya adlanır. Onun əsas məqsədi normativ aktların çoxsaylı olma-

sını aradan qaldırmaqdan və onları unifikasiya etməkdən ibarətdir. Konsolidasiya dedikdə, eyni növ münasi-

bətlər sferasını tənzimləyən bir sıra normativ hüquqi aktların onların normativ məzmunu dəyişilmədə

vahid normativ hüquqi aktda birləşməsi başa düşülür. Onun iki xüsusiyyəti vardır. Birinci xüsusiyyət on-

dan  ibarətdir  ki,  konsolidasiya  hüquqi  nizamasalmanın  məzmununu  dəyişdirmir,  yəni  hüquqi  tənzimetmədə 

mühüm dəyişiklik etmir. Bu baxımdan o, predmet inkorporasiyasına çox oxşayır.  kinci xüsusiyyət isə ondan 

ibarətdir ki, konsolidasiya vahid normativ hüquqi aktda birləşmə olub, toplu xarakterinə malikdir. Belə ki, kon-

solidasiya prosesində bir neçə normativ akt bir aktda birləşir. Bu cəhətdən o, məcəllələşdirməyə oxşayır. Dedik-

lərimiz onu sübut edir ki, konsolidasiya inkorporasiyanın və məcəllələşdirmənin bəzi xüsusiyyətlərini özündə 

ə

ks  etdirir.  Konsolidasiya  üsulundan  o  halda  istifadə  olunur  ki,  məcəllələşdirməyə  zərurət  yaranmasın  və  ya 



məcəllələşdirmə üçün, ümumiyyətlə, imkan olmasın. Bu cür vəziyyətdə konsolidasiya ən səmərəli sistemləşdir-

mə üsulu kimi çıxış edir. Konsolidasiya nəticəsində normativ aktların sayı azalır, eyni normativ material birləş-

dirilir. Bu cür sistemləşdirməyə Milli Bankın nağdsız hesablaşmaların aparılması barədə normativ aktını misal 

çəkmək olar.  

Sistemləşdirmənin əsas və mühüm üsulu məcəllələşdirmədir. O, ən yüksək və mükəmməl, bununla belə, da-

ha mürəkkəb sistemləşdirmə formasıdır. Məcəllələşdirmə dedikdə, dövlətin hüquqyaratma orqanlarının elə 



bir  fəaliyyəti  başa  düşülür  ki,  bu  fəaliyyət  nəticəsində  qüvvədə  olan  müvcud  qanunvericilik  hərtərəfli, 

köklü surətdə, həm xaricən, həm də daxilən yenidən işlənir, həmin qanunvericiliyə yeni, mühüm dəyişik-

liklər edilir və bu yolla vahid sistemləşdirilmiş normativ akt — qanun yaranır. Məcəllələşdirmə gedişində 

normativ aktlar təsnifləşdirilir, onların məzmununa mühüm dəyişiklik və əlavələr olunur, köhnəlmiş prinsip və 

normalar ləğv edilir, yeni normalar yaradılır. Onun əsaslar, məcəllə, nizamnamə, əsasnamə və s. kimi əsas for-


 

50 


maları vardır.  

Məcəllələşdirmənin üç növü fərqləndirilir: ümumi məcəllələşdirmə; sahəvi məcəllələşdirmə; xüsusi məcəllə-

ləşdirmə.  Əsas  qanunvericilik  sahələri  özrə  toplu  halında  məcəllələşdirilmiş  aktın  yaradılmasına  ümumi 

məcəllələşdirmə deyilir. Müəyyən bir hüquq sahəsinə aid olan bütün hüquq norma və institutlarını əhatə edən 

və birləşdirən məcəllələşdirməyə sahəvi məcəllələşdirmə deyilir. Mülki hüquqdakı məcəllələşdirmə buna mi-

sal ola bilər.  

Mülki hüquq özrə sahəvi məcəllələşdirmə Mülki Məcəllənin qəbul edilməsində ifadə olunur. Mülki Məcəllə 

elə bir məcəllələşdirilmiş aktdır ki, o, özündə mülki hüququn predmetinə daxil olan cürbəcür ictimai münasibət-

ləri (mülkiyyət münasibətlərini, vərəsəlik münasibətlərini, müqavilə münasibətlərini və s.) tənzim edən müxtəlif 

norma və instituları birləşdirir. Tamlıq, bütövlük və sabitlik kimi cəhətlər bu akta xüsusi hüquqi qüvvə verir. 

Bütün cari mülki qanunvericilik MM-ə səmtlənir və ona tabedir 

MM bütün məcəllələşdirmə aktları kimi müəyyən sistem özrə qurulur. Onun quruluşunda ümumi hissə var-

dır. Bu hissə mülki hüququn xarakterini və məzmununu müəyyənləşdirən sahəvi (xüsusi) prinsipləri və ümumi 

müddəaları əks etdirir. Bu cəhət və xüsusiyyət  MM-ə imkan verir ki, o, normativ aktların ümumi sistemində 

ə

sas  və  mərkəzi  yer  tutsun.  Buna  görə  də  MM  mülki  hüququn  başlıca  və  mühüm  mənbəyi  hesab  olunur.  O, 



mülki qanunvericilik aktlarının əsasıdır. Dediklərimizdən belə bir dözgün nəticə çıxarmaq olar: Konstitusiya-

dan  və  referendumla  qəbul  olunmuş  qanunlardan  başqa,  Mülki  Məcəllə  bütün  digər  normativ  aktlara 

münasibətdə  daha  yüksək  hüquqi  qüvvəyə  malikdir.  Əgər  onlar  arasında  ziddiyyət  olarsa,  onda  müvafiq 

münasibətə MM-in qaydaları tətbiq edilir.  



Xüsusi məcəllələşdirmə odur ki, o, müəyyən yarımsahənin, hüquq institutunun və ya bir neçə hüquq institu-

tunun normalarını birləşdirir. Söhbət ictimai münasibətlərin nisbətən məhdud qrupunu tənzimləyən hüquq nor-

malarının sistemləşdirilməsindən gedir. Mülki hüquqda xüsusi məcəllələşdirmə qanun, o cümlədən məcəllə for-

masında  qanun  qəbul  edilməsində  ifadə  olunur.  Məsələn, xüsusi  məcəllələşdirməyə  Ailə  Məcəlləsini,  Ticarət 

Gəmiçiliyi Məcəlləsi, beynəlxalq xüsusi hüquq, müəlliflik hüququ, patent, aviasiya və digər məsələlər barədə 

qanunları misal göstərmək olar. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə