§ 1. Alqı-satqı müqaviləsinin anlayışı, əhəmiyyəti,
tətbiq olunma sahəsi və hüquqi tənzimlənmə mənbələri
1. Alqı-satqı müqaviləsinin hüquqi
məqsədi (əsası), əhəmiyyəti və tətbiq olunma sahəsi
Alqı-satqı mülki hüququn ən mühüm institutlarından biridir. Zəruri kateqoriya kimi alqı-satqı insan
cəmiyyəti ilə dörd min ilə yaxındır ki, necə deyərlər, «yol yoldaşlığı» edir. Şübhəsiz ki, insanın hələ təbiətdən
ayrılmadığı arxaik dövrlərdə və cəmiyyətin ilkin ibtidai mərhələlərində alqı-satqı anlayışı məlum deyildi. Alqı-
satqı anlayışı «homo sapiens»in, yəni ilk şüurlu insanın meydana gəlməsi ilə dərhal yaranmamışdır. Belə ki, bu
anlayış çoxəsrlik inkişaf tarixinə malik olan insan cəmiyyətinin müəyyən bir təkamül mərhələsində əmələ gəl-
mişdir. Hələ qədim Misirdə, Babilistanda və Afinada alqı-satqı müqaviləsindən geniş miqyasda istifadə olunur-
du. Hətta Hammurapi qanunları bu hüquqi konstruksiyanın etibarlı olmasını şərtləndirən halları (müqavilənin
predmeti kimi yalnız dövriyyə qabiliyyətli əmlakın çıxış etməsi; satıcının satdığı əmlakın qanuni və həqiqi sahibi
olması; müqavilənin ikidən çox şahidin iştirakı ilə bağlanması) nəzərdə tuturdu. Beləliklə, alqı-satqının mühüm və
zəruri forma kimi tətbiq edilməsi üçün insan cəmiyyətinin müəyyən bir inkişaf tarixi lazım olmuşdur.
Çoxəsrlik inkişaf tarixinə malik olan alqı-satqı hələ klassik Roma hüququnda mühüm anlayış kimi işlədilir-
di. Alqı-satqı Roma hüququnda konsensual kontrakt «emptio-venditio» anlayışı ilə əhatə olunmuşdu. Alqı-
satqı müqaviləsinin predmeti kimi mal (merx), qeyri-maddi (qeyri-cismi) əşyalar (res incorporales), yəni əmlak
hüquqları (tələb hüquqları, uzufruktun həyata keçirilməsi hüquqları və s.) çıxış edirdi. Gələcək məhsulun satıl-
ması barədə müqavilə də Roma hüququnda nəzərdə tutulmuşdu. Bu cür müqavilə təxirəsalıcı şərtlə bağlanan
ə
qd hesab edilirdi. Gələcək məhsulun alıcıya verilməsi ilə əlaqədar yaranan münasibətlər gələcək və ya gözləni-
lən əşyanın satqısı müqaviləsi ilə (mec futurae sivi speratae) rəsmiləşdirilirdi. Klassik Roma hüququ alqı-satqı
447
müqaviləsinə bir tərəfin, yəni satıcının (venditor) digər tərəfə, yəni alıcıya (emptor) əşya, mal (merx) verməyi,
digər tərəfin, yəni alıcının isə həmin əşyaya görə satıcıya pulla ifadə olunan haqq (pretium) verməyi öhdəsinə
götürməsi kimi anlayış verirdi.
Alqı-satqı müqaviləsi əqdin bir növü kimi müəyyən hüquqi məqsəd (əsas) güdür. Bu müqavilənin hüquqi
məqsədi (əsası) tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam
olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mül-
kiyyə t hüququnu itirir, alıcı isə satın aldığ ı hə min ə mlak üzə rində mülkiyyə t hüququ, yə ni mütlə q əş ya
hüququ qazanır. Dediklərimizdən belə təsəvvür yaranır ki, mülkiyyə t hüququnu bir şə xsdə n digə rinə keçir-
mə k alqı-satqı müqaviləsinin hüquqi məqsədini (əsasını) təşkil edir.
Alqı-satqı müqaviləsi təsərrüfat dövriyyəsində tətbiq edilən ən geniş yayılmış müqavilə növlərindən biridir.
Mülki (əmlak) dövriyyədə bu müqavilədən istifadə edilməsi geniş əhatə diapazonuna malikdir. Alqı-satqı mü-
qaviləsinin əhəmiyyəti onunla şərtlənir ki, bu müqavilə əmtəə-pul dövriyyəsinin ən universal formasıdır. Hə-
min müqavilə elə bir hüquqi formadır ki, bununla ölkə daxilində əmtəə dövriyyəsi sahəsinə xidmət göstərilir.
Azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növləri əmtəə bazarı ilə
ə
laqədardır. Buna görə də əmtəə bazarının peşəkar iştirakçısı olan sahibkarlar alqı-satqı müqaviləsindən geniş
istifadə edirlər. Bu müqavilə həm vətəndaşların öz aralarındakı münasibətlərdə, həm də onlarla sahibkarlar ara-
sındakı münasibətlərdə tətbiq edilir. Alqı-satqı müqaviləsinin tətbiqi sahəsi o qədər qlobal xarakterə malikdir
ki, bununla patent hüquqları ə
vəzli olaraq güzəşt edilir, müəlliflik hüququnun obyekti olan əsərlərin ifadə
edildiyi maddi daşıyıcıların (obyektlərin) çoxsaylı nüsxələri geniş oxucu auditoriyasının istifadəsinə verilir,
mürəkkəb quruluşlu kosmik aparatlar, nəhəng hava gəmiləri, iri texnoloci qurğular və avadanlıqlar, əmlak
kompleksləri olan müəssisələr özgəninkiləşdirilir, habelə istiqraz vərəqələri, səhmlər, adsız əmanət kitabçaları,
vauçerlər (dövlət özəlləşdirmə çekləri), sertifikatlar və digər qiymətli kağızlar digər şəxslərin mülkiyyətinə ke-
çir.
Alqı-satqı müqaviləsi həm də beynə lxalq xarici ticarə t dövriyyə si sahə sinə xidmət edir. Bu sahədə alqı-
satqı əsas rol oynayır. Beynəlxalq iqtisadi münasibətlərin inkişafı sahəsində hüquqi forma və vasitə olmaq baxı-
mından bu müqavilənin böyük rola malik olması şəksizdir. Beynəlxalq iqtisadi münasibətlər sahəsində istifadə
edilən alqı-satqı əlaqələri bir çox sənədlərlə qaydaya salınır. Bu sənədlər arasında BMT-nin Beynəlxalq mal al-
qı-satqı müqavilə si haqqında 1980-ci il Vyana konvensiyası mühüm yer tutur. Bu konvensiya həmin sənədi
imzalayan dövlətlərin iştirak etdiyi xarici ticarət sahəsində alqı-satqı üzrə münasibətləri bilavasitə tənzim edir.
Alqı-satqını beynəlxalq-hüquqi unifikasiya edən Vyana konvensiyası 1988-ci il yanvarın 1-dən qüvvəyə min-
mişdir. Keçmiş SSR dövləti 1990-jı ildə müəyyən şərt əsasında (müqavilənin hər hansı formada bağlanması
qaydasını istisna edən şərtlə) bu sənədi imzalamışdı. Konvensiyaya indiyə kimi 66 dövlət, o cümlədən 6 MDB
dövləti (RF, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Özbəkistan) qoşulmuşdur.
Beynəlxalq miqyasda alqı-satqı hüququnu unifikasiya etmək işinin ideyası Ernest Rableyə məxsusdur. Bu
işə hələ 1926-jı ildə Beynəlxalq Hüquq nstitutu tərəfindən başlanılmışdı. kinci Dünya müharibəsi həmin işin
davam etdirilməsinə mane oldu. şin bərpa edilməsi yalnız 1951-ci ildə mümkün ola bildi.
Qeyd etməliyik ki, Vyana konvensiyasının AR-in yeni MM-nə təsiri böyükdür. Bunun nəticəsində yeni MM-
də alqı-satqının məzmunu köhnə 1964-cü il MM-ə nisbətən mühüm dərəcədə dəyişilmişdir. Bu onunla izah olu-
nur ki, MM hazırlanarkən alqı-satqının beynəlxalq tənzimləməsində xarici dərəcə, hər şeydən əvvəl, Vyana
konvensiyasının müddəaları nəzərə alınmışdır. Bu isə Azərbayjan Respublikasının qanunvericiliyini sivil və
mütərəqqi ümumdünya hüquq dərəcəsinə yaxınlaşdırmışdır.
Sovet dövründə mülki hüquq alqı-satqı müqaviləsinin tətbiq sferasını mühüm dərəcədə məhdudlaşdırmışdı.
O dövrün hüquq ədəbiyyatında bu, onunla izah olunurdu ki, sosializmdə dəyər qanunu öz ümumi əhəmiyyətini
itirir. Müasir dövrdə bazar münasibətlərinə əsaslanan iqtisadi inkişaf kursunun götürülməsi, təsərrüfatın səmə-
rəsiz inzibati-amirlik metodları ilə idarə olunmasından imtina edilməsi alqı-satqı müqaviləsinin tətbiqi sahəsini
xeyli genişləndirmişdir. Başqa sözlə desək, köklü iqtisadi islahatların həyata keçirilməsi, cəmiyyətin iqtisadi
ə
saslarında prinsipial dəyişikliklər edilməsi bu müqavilədən istifadə edilməsinin diapazonunu kifayət qədər ge-
nişləndirməyi şərtləndirmişdir.
Konstitusiya vətəndaşların azad sahibkarlıq və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növləri
ilə məşğul olmaq hüququnu (59-cu maddə), xüsusi mülkiyyət hüququnu (29-cu maddə), mülkiyyət toxunul-
mazlığı prinsipini (13-cü maddə), mülkiyyətin bütün növlərinin heç birinə üstünlük verilmədən bərabər əsas-
larla qanunla qorunması qaydasını (29-cu maddə) təsbit edir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəs
mülkiyyətində olan daşınar və daşınmaz əmlak barəsində qanunla qadağan edilməyən istənilən hərəkət edə bi-
lər. Əlbəttə, bu kimi konstitusion göstərişlər alqı-satqının tətbiq sahəsini genişləndirməyə bilməz.
Mə nzillə rin özə lləş dirilmə si nəticəsində onlar da alqı-satqı müqaviləsinin predmetinə daxil olmuşdur. Alqı-
448
satqı dövlə t mülkiyyə tinin özə lləş dirilmə si prosesində geniş surətdə tətbiq edilir. qtisadi islahatlar şəraitində
inkişaf edən qiymətli kağızlar bazarında alqı-satqı müqaviləsi ən səmərəli və effektiv formaya çevrilir. Val-
yuta sə rvə tlə rinin özgə ninkiləş dirilmə sində alqı-satqı haqqında müddəa və qaydaların əhəmiyyəti və rolu bö-
yükdür.
Qeyd etmək vacibdir ki, elmin və texnikanın inkişafı, cəmiyyətdəki iqtisadi münasibətlərin köklü və prinsi-
pial surətdə dəyişməsi mülki hüququn alqı-satqı kimi ənənəvi institutunun tətbiqi sahəsinin xeyli genişlənməsi-
nə səbəb olmuşdur. Bu institutun xüsusi əhəmiyyəti onunla şərtlənir ki, böyük çeviklik xüsusiyyətinə malik
olan alqı-satqı təsərrüfat və mülki (əmlak) dövriyyədə universal hüquqi forma kimi çox geniş miqyasda tət-
biq edilir.
2. Alqı-satqı müqavilə sinin hüquqi tə nzimlə nmə mə nbə lə ri
Alqı-satqını tənzimləyən əsas normativ akt Azərbayjan Respublikasının Mülki Məjəlləsidir. Yeni MM-
in 29-cu fəsli (567-662-ci maddələr) alqı-satqı müqaviləsinin hüquqi nizama salınmasına həsr edilmişdir. Hə-
min fəsildə alqı-satqı münasibətlərini geniş surətdə qaydaya salan xeyli hüquq normaları birləşdirilmişdir. Buna
görə də bu münasibətlərin çoxsaylı normativ aktlarla tənzimlənməsinə bir o qədər də ehtiyaj yoxdur. Alqı-
satqı müqaviləsini müfəssəl şəkildə nizama salan MM normaları bu münasibətlərin digər çoxsaylı normativ akt-
larla qaydaya salınmasına olan tələbatı kəskin surətdə azaldır. Alqı-satqı haqqında MM-in müəyyən etdiyi ümu-
mi müddəalar pərakəndə alqı-satqı, malların göndərilməsi, daşınmaz əşyaların alqı-satqısı, tələblərin və digər
hüquqların alqı-satqısı, faktorinq və sınama üçün alqı-satqı kimi müqavilələrin mülki-hüquqi tənzimlənməsində
tətbiq edilir. Alqı-satqı müqaviləsinin hüquqi tənzimləmə sahəsindən satıcı olan şəxsi ömürlük saxlamaq
şə
rti ilə evin alqı-satqı münasibətləri çıxarılmışdır. Yeni MM bu münasibətləri qaydaya salmaq üçün renta
anlayışından istifadə edir; həmin münasibətlər indi müstəqil renta müqaviləsi ilə tənzimlənir.
Alqı-satqı münasibətlərinin tənzimlənməsində Azərbayjan Respublikasının xüsusi qanunları vacib rol
oynayır. Valyuta sərvətlərinə əmlak növü kimi sahib olmaq və onlar barəsində sərənjam vermək hüquqları, ha-
belə valyuta sərvətləri üzərində mülkiyyət hüququnun əldə edilməsi, valyuta sərvətləri ilə hər hansı əqd bağla-
maq qaydası «Valyuta tənzimi haqqında» AR-in 21 oktyabr 1994-cü il tarixli Qanunu ilə müəyyən edilir. Al-
qı-satqı münasibətlərinə toxunan hüquq normalarına AR-in Torpaq Məjəlləsində (1999-cu il), AR-in «Aqrar
islahatın ə sasları haqqında» (1995), « Sovxoz və kolxozların islahatı haqqında» (1995), « Torpaq islahatı
haqqında» (1996) və digər qanunlarında rast gəlmək olur.
Ə
qli mülkiyyətə əsaslanan müstəsna hüquqların verilməsi qaydası «Müəlliflik hüququ və əlaqəli hüquq-
lar haqqında» AR Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsi müəllifin əsərin nüsxələrini hər
hansı üsulla satmaq kimi müstəsna hüququnu ifadə edir ki, bu hüquq alqı-satqı müqaviləsi ilə yox, müəllif mü-
qavilələri ilə həyata keçirilir. Lakin əsərlərin maddi daşıyıcıları (obyektləri), məsələn, kitablar alqı-satqı vasitə-
silə satılır. Qanunun 34-cü maddəsinə görə fonoqram nüsxələri satılmaqla mülki dövriyyəyə buraxıla bilər. Bu
münasibətlər alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
«Patent haqqında» AR Qanununun 17-ci maddəsi sənaye mülkiyyəti obyektləri ilə bağlı hüquqların (patent-
lə və ya onlarla bağlı hüquqların) tamamilə və ya qismən özgəninkiləşdirilməsi qaydasını müəyyən edir. Buna pa-
tent hüquqlarının güzəşti deyilir ki, bu, əsasən alqı-satqı müqaviləsi ilə gerçəkləşdirilir.
Alqı-satqı prosesində istehlakçı ilə istehsalçı, satıcı ilə alıcı arasında münasibətlərin tənzimlənməsində « s-
tehlakçıların hüquqlarının müdafiə si haqqında» AR Qanunu mühüm əhəmiyyətə malikdir. Bu Qanun şəxsi
tələbatı ödəmək məqsədi ilə mal alan istehlakçı ilə satış üçün mal istehsal edən şəxslər, habelə alqı-satqı əmə-
liyyatı aparan, mal satan satıcı arasında yaranan münasibətlərə toxunur.
«Qiymətli kağızlar haqqında» AR Qanununda broker fəaliyyəti (şəxsin onun müştərisinin marağına uy-
ğ
un və onun hesabına qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlaması), diler fəaliyyəti (hüquqi şəxsin öz
adından və öz hesabına qiymətli kağızlarla alqı-satqı əqdləri bağlaması), qiymətli kağızlar bazarında ticarətin
təşkili üzrə fəaliyyət (qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlanmasına bilavasitə kömək edən xidmət gös-
tərilməsi) haqqında normalar nəzərdə tutulmuşdur.
«Xidməti və mülki silah haqqında» AR Qanunu xidməti və mülki silahın satışı ilə əlaqədar münasibətlərə
(13-cü maddə), «Mədəniyyət haqqında» AR Qanunu vətəndaşların özünün yaradıjılıq fəaliyyətinin nəticələri-
ni satmaq hüququ ilə bağlı məsələyə (7-ci maddə), « nformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında» AR Qanunu informasiya ehtiyatları üzərində mülkiyyət hüququ əldə edilməsinə (6-jı
maddə), «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» AR Qanunu xüsusi mülkiyyətdə olan
abidələrin satılması qaydasına (4-cü maddə) toxunur. «Elektroenergetika haqqında» AR Qanunu elektrik və
istilik enercisinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsi qaydasını müəyyən edir (11-ci maddə).
Alqı-satqı münasibətlərinin mülki-hüquqi tənzimlənməsində qanundan aşağı hüquqi qüvvəyə malik olan
normativ aktlar, yəni AR Prezidentinin fərmanları, AR Nazirlər Kabinetinin qərarları, AR-in mərkəzi
449
icra hakimiyyə ti orqanlarının tə limatları mühüm rol oynayır. Məsələn, AR Prezidentinin 19 oktyabr 1997-ci
il tarixli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satıl-
ması qaydaları» alqı-satqı münasibətlərini nizama salır.
Bəzi vaxtlarda alqı-satqı münasibətləri işgüzar dövriyyə adətləri ilə qaydaya salınır. Məsələn, qanunda,
dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satılan əmlakın keyfiyyətinin yoxla-
nılması nəzərdə tutulmazsa, əmlakın keyfiyyəti işgüzar dövriyyə adətlərinə müvafiq surətdə yoxlanılır (MM-in
586.2-ci maddəsi). şgüzar dövriyyə adətləri alqı-satqı müqaviləsinin növlərindən biri olan tədarük (mal gön-
dərmə) müqaviləsinin tənzimlənməsində tətbiq edilir. Məsələn, malların göndərilməsi dövrləri (MM-in 629.1-ci
maddəsi), malların çatdırılması şərtləri (MM-in 631.2-ci maddəsi) işgüzar dövriyyə adətləri ilə də müəyyən edi-
lə bilər.
Xarici ticarət dövriyyəsində, beynəlxalq iqtisadi əlaqələr sahəsində yaranan alqı-satqı münasibətləri beynəl-
xalq-hüquqi sənədlərlə qaydaya salınır ki, bu sənədlərin ən əhəmiyyətlisi 1980-ci il Vyana konvensiyasıdır.
Azərbayjan Respublikası indiyə kimi bu konvensiyaya qoşulmasa da, yeni MM hazırlanarkən beynəlxalq
dərəcədən, xüsusən Vyana konvensiyasının müddəalarından istifadə edilmişdir.
Vyana konvensiyası beynəlxalq mal alqı-satqı müqaviləsində tərəf kimi iştirak edənlərin aralarında əmələ
gələn münasibətləri tənzim edir. Konvensiya əmlakı alıcıya verməyi satıcının əsas vəzifəsi kimi müəyyənləşdi-
rir. O, əmlakı bütün sənədləri ilə birlikdə, tələb olunan miqdarda və keyfiyyətdə verməyə borcludur. Konvensi-
yaya görə alıcının əsas vəzifəsi əmlakı qəbul edib, haqqını ödəməkdən ibarətdir. Konvensiyanın müəyyən etdiyi
həmin qaydalar, demək olar ki, yeni MM-də öz əksini tapmışdır.
Vyana konvensiyasının 67-ci və 68-ci maddələri əmlakın təsadüfən məhv olması riskinin keçməsi qaydasını
müəyyən edir. Riskin keçməsini müəyyən edən MM-in 571-ci maddəsi bu barədə Vyana konvensiyasının müd-
dəalarına çox yaxındır. Konvensiyanın 31-ci maddəsi mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsini şərtlən-
dirən məqamı, yəni satıcının əşyanı vermək vəzifəsinin icrası vaxtını və anını müəyyən edir. MM-in bu məsələ-
yə aid olan 570-ci maddəsi satıcının əmlakı vermək vəzifəsinin icrası məqamının müəyyən edilməsini Vyana
konvensiyası ilə analoji qaydada həll edir.
Konvensiyanın qaydaları bəzi alqı-satqı münasibətlərinə şamil edilmir: şəxsi, ailə və ya məişət (ev) ehtiyaj-
ları üçün mal alınması halına; hərrajda keçirilən satışa; fond kağızlarının, səhmlərin, dövriyyə sənədlərinin satı-
ş
ına; su və hava nəqliyyatının alqı-satqısına; elektrik enercisinin satışına. Konvensiyanın bu göstərişləri yeni
MM-də (605-ci maddə) əsasən öz əksini tapmışdır.
3. Alqı-satqı müqavilə sinin növlə ri
Yeni MM alqı-satqını cinsi (növ) əlamətlərə malik olan ümumiləşdirilmiş anlayış kimi işlədir. Bu o demək-
dir ki, alqı-satqı müqaviləsi müxtəlif növlər kimi ona daxil edilən müəyyən müqavilələr üçün ümumi əlamətlərə
və xüsusiyyətlərə malikdir. Bu ümumi əlamət ondan ibarətdir ki, alqı-satqının bütün müxtəlif növləri əmlakın
mülkiyyə tə (baş qa əş ya hüququna) verilmə sini şə rtlə ndirə n, satıcı və alıcı arasında ə mə lə gə lə n öhdə lik
hüquq münasibə tlə rinin yaranması üçün ə sas rolunu oynayır. Alqı-satqı anlayışı ilə haqq əsasında əvəzli
olaraq əmlakın özgəninkiləşdirilməsi üzrə əmələ gələn bütün öhdəlik növləri əhatə olunur. Alqı-satqının ayrı-
ayrı növləri üçün ümumi əlamət odur ki, bu müqaviləyə görə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi,
alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Sovet qanunvericiliyinə görə müstəqil müqavilə kimi tanınan bir çox hüquqi konstruksiyalar yeni MM tərə-
findən alqı-satqı müqaviləsinin növləri kimi qəbul edilir. Azərbayjanın Çar Rusiyasının tərkibində olduğu vaxt-
larda XX əsrin əvvəllərində mülkiyyət hüququnun əvəzli olaraq keçməsi barədə üç müstəqil müqavilə növü
fərqləndirilirdi: alqı-satqı müqaviləsi; tədarük müqaviləsi; əşyanın ― hazır olmayan gələcək əşyanın qabaqja-
dan satış müqaviləsi.
1922-ci il MM-i yalnız alqı-satqı müqaviləsini nəzərdə tutmuşdu. Cəmiyyətdəki iqtisadi əsasların dəyişməsi,
iqtisadiyyatın planlı-inzibati metodlarla tənzim edilməsi XX əsrin 40-50-ci illərində alqı-satqı müqaviləsindən bir
neçə müstəqil mal satqı müqaviləsinin ayrılmasını şərtləndirdi. Tədarük müqaviləsi bu müqavilələr içərisində xü-
susi yer tuturdu. Keçmiş sovet müttəfiq respublikalarının mülki məjəllələrində, o cümlədən Azərbayjan Respubli-
kasının 1964-cü il MM-də bu müqavilə növünün qaydaya salınmasına ayrıca fəsil həsr edilmişdi.
O dövrün sovet hüquq ədəbiyyatında tədarük müqaviləsinin müstəqil xarakterə malik olması və onun alqı-
satqı müqaviləsindən köklü surətdə fərqlənməsi ətraflı surətdə əsaslandırılırdı. Tədarük müqaviləsinin məzmu-
nunun və hüquqi xarakterinin müəyyən edilməsinə hüquq ədəbiyyatında xüsusi olaraq kifayət qədər geniş yer
verilmişdi. Sovet mülki qanunvericiliyinə görə iki təşkilat arasında bağlanan tədarük müqaviləsi onların hər iki-
si üçün məcburi olan məhsul bölgüsünə dair plan aktı ilə müəyyən edilirdi. Hüquq ədəbiyyatında tədarük mü-
qavilə sinin xarakteri barə də diskussiya yaranmış dı. qtisadiyyatın bazar münasibətləri əsasında yenidən qu-
rulması bu diskussiya problemini aradan qaldırdı. Xalq təsərrüfatı sahəsində tətbiq edilən müqavilələr özləri-
450
nin plan xarakterini itirdi. Əmlakın əvəzli olaraq özgəninkiləşdirilməsinin bütün hallarına tətbiq edilmək
üçün yeni qanunvericilikdə ümumiləşdirilmiş anlayış kimi alqı-satqı müqaviləsi işlədilməyə başladı.
Beləliklə, azad bazar iqtisadiyyatına keçid alqı-satqı müqaviləsinin vahid müqavilə olmasını şərtləndirmiş-
dir. Buna uyğun olaraq əvvəlki müqavilə tipləri öz müstəqilliyini itirdi. Vahid alqı-satqı müqaviləsi dedikdə
alqı-satqının bütün ümumi əlamətlərini və xüsusiyyətlərini özündə birləşdirən müstəqil müqavilə tipi başa düşü-
lür ki, bu, MM-in 29-cu fəslinin 1-ci paraqrafında nəzərdə tutulan ümumi müddəalarla tənzimlənir. Bu müqavi-
lə özünün müxtəlif növlərində ifadə edilir. Başqa sözlə desək, vahid alqı-satqının ümumi anlayışı çərçivəsində
qanunvericilik onun ayrı-ayrı növlərini fərqləndirir: heyvanların, quşların və balıqların alqı-satqısı; pəra-
kə ndə alqı-satqı; malların göndə rilmə si (tə darük müqavilə si); daş ınmaz əş yaların alqı-satqısı; tə lə blə rin
və digə r hüquqların alqı-satqısı; faktorinq; sınama üçün alqı-satqı. Bunları alqı-satqının xüsusi növlə ri he-
sab etmək olar. MM-in alqı-satqının növləri barədə müəyyən etdiyi bu siyahını qəti hesab etmək olmaz. Ona
görə ki, elə alqı-satqı müqavilə növləri vardır ki, belə müqavilələr xüsusi qanunlarla tənzimlənir. Məsələn, qiy-
mətli kağızların alqı-satqı müqaviləsi «Qiymətli kağızlar haqqında» AR Qanunu ilə, valyuta sərvətlərinin alqı-
satqı müqaviləsi «Valyuta tənzimi haqqında» AR Qanunu ilə və AR Mərkəzi Bankının aktları ilə nizama salı-
nır. Alqı-satqının bir növü olan elektrik və istilik enercisinin alqı-satqı müqaviləsi MM normaları ilə yox,
«Elektroenergetika haqqında» AR Qanunu ilə nizama salınır.
Alqı-satqının bir növü kimi xüsusi mənada alqı-satqı müqaviləsini (alqı-satqının özünü) fərqləndirmək
lazımdır. Xüsusi mənada alqı-satqı alqı-satqı barədə ümumi müddəalarla (29-cu fəslin 1-ci paraqrafı) nizama
salınır. Məsələn, vətəndaşlar arasında bağlanan və məişətdə istifadə edilən müxtəlif daşınar əmlak növlərinin
(avtomobil, mebel, avadanlıq və s.) alqı-satqı müqaviləsi xüsusi mənada alqı-satqı müqaviləsinə misal ola bilər.
4. Alqı-satqı müqaviləsinin ayrı-ayrı növlərini bir-birindən fərqləndirən əlamətlər
Hüquq ədəbiyyatında alqı-satqı müqaviləsinin müxtəlif növlərə bölünməsini şərtləndirən əlamətlər (meyar-
lar) barədə vahid fikir yoxdur. Bu barədə əsasən bir-birindən fərqlənən iki fikir istiqaməti formalaşmışdır. Mü-
ə
lliflərdən bəziləri belə hesab edirlər ki, alqı-satqı müqaviləsinin ayrı-ayrı növlərini fərqləndirmək üçün vahid
meyar yoxdur. Yeri gəlmişkən, onu qeyd edək ki, rus alimi G.F. Şerşenyeviç də XX əsrin əvvəlində göstərirdi
ki, alqı-satqı müqaviləsinin növlərini hüquqi cəhətdən fərqləndirmək çətin məsələdir, onların bir-birindən ayrıl-
ması üçün kifayət qədər dəqiq hüquqi əlamətlər yoxdur.
kinci fikir istiqamətini təmsil edən müəlliflərin fikrinjə, alqı-satqı müqaviləsinin müxtəlif növlərə bölün-
mə si üçün iki və ya üç ə lamə tdə n istifadə edilir. Həmin müəlliflər bu cür əlamətlərə aid edirlər: müqavilə də
iş tirak edə n tə rə flə ri; alqı-satqının mə qsə dini; bə zi müqavilə növlə rində alqı-satqının obyektini, yə ni alı-
nan malın növünü.
Bizim fikrimizjə, axırınjı fikirdə həqiqətə daha yaxınlıq vardır. Doğrudan da, alqı-satqı müqaviləsinin ayrı-
ayrı növlərini bir-birindən fərqləndirmək üçün ümumi əlamətlərdən (meyarlardan) istifadə etmək olar. Alqı-sat-
qı müqaviləsinin bir növü olan pərakəndə alqı-satqı müqaviləsinin fərqləndirilməsi üçün əsas meyar kimi satıcı-
nın statusu (tərəf kimi iştirak edən subyekt tərkibi əlaməti) və alqı-satqının sosial-iqtisadi məqsədi götürülür.
Belə ki, bu müqavilədə tərəf kimi çıxış edən, pərakəndə ticarəti həyata keçirən və sahibkarlıq fəaliyyəti ilə məş-
ğ
ul olan satıcı sahibkar statusuna malik olan şəxsdir. Alqı-satqının sosial-iqtisadi məqsədi malın şəxsi, ailə, ev
və ya digər istifadə üçün əldə edilməsidir. Bu müqavilədə tərəf kimi çıxış edən alıcının malı (əmlakı) sahibkar-
lıq fəaliyyətini həyata keçirmək məqsədi ilə alması istisna edilir.
Alqı-satqının növlərindən biri olan mal göndərmə (tədarük) müqaviləsini fərqləndirmək üçün iki meyar əsas
götürülür: alqı-satqının sosial-iqtisadi məqsədi; müqavilədə tərəf rolunda çıxış edən subyekt tərkibi. Mal gön-
dərmə (tədarük) müqaviləsinin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyəti ilə şərtlənir (MM-in 627-ci maddə-
si). Belə ki, müqavilədə tərəf kimi iştirak edən mal göndərən (satıcı) sahibkar statuslu şəxsdir. Mal göndərən
şə
xs (satıcı) malı hazırlamaqla, istehsal etməklə və ya satın aldığı malı sonradan yenidən satmaqla sahibkarlıq
fəaliyyəti ilə məşğul olur. Çox vaxt, bir qayda olaraq, bu müqavilədə alıcı rolunda sahibkarlıq fəaliyyəti ilə məş-
ğ
ul olan şəxslər iştirak edirlər. Müqavilənin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyəti və ya şəxsi, ailə, ev və
digər istifadə ilə bağlı olmayan fəaliyyətlə şərtlənir (MM-in 627-ci maddəsi).
Alqı-satqının növlərindən biri olan daşınmaz əmlakın alqı-satqı müqaviləsini fərqləndirmək üçün meyar ki-
mi alqı-satqının obyektini (predmetini) təşkil edən əmlak əsas götürülür. Bu cür müqavilənin predmetini
təşkil edən daşınmaz əmlak hüquqi cəhətdən əvəzedilməsi mümkün olmayan və fərdi-müəyyən əlamətləri ilə
təyin edilən maddi obyektlərdir. Satılan əmlakın hüquqi xüsusiyyətləri bu müqavilənin müstəqil müqavilə növü
kimi fərqləndirilməsini şərtləndirir.
Alqı-satqının müxtəlif növlərinin dəqiq olaraq fərqləndirilməsinin və ayrılmasının böyük praktiki əhəmiyyəti
vardır. Bu müqavilə növlərinin ayrıca olaraq hər birinə alqı-satqı barədə ümumi müddəalarla bərabər, həm
də xüsusi olaraq bu müqavilə lə rə hə sr olunan qaydalar tə tbiq edilir. Bu xüsusi qaydalar əsasında hər bir
451
müqavilə növündə tərəf kimi çıxış edən subyektlərin hüquq və vəzifələrini müəyyən etmək mümkün olur.
5. Sahibkarlıq fə aliyyə ti ə lamə tinə (meyarına) görə alqı-satqı müqavilə sinin növlə ri
Alqı-satqı müqaviləsinin sosial-iqtisadi məqsədi həm sahibkarlıq fəaliyyəti ilə, həm də sahibkarlıqla
bağ lı olmayan fə aliyyə tlə şərtlənə bilər. Bu baxımdan alqı-satqı müqaviləsinin iki növü fərqləndirilir: sahib-
karlıq alqı-satqı müqavilələri; qeyri-sahibkarlıq alqı-satqı müqavilələri. Bu cür təsnifat müqavilədə tərəf kimi
çıxış edən subyekt tərkibi və alqı-satqının sosial-iqtisadi məqsədi kimi iki meyara əsaslanır.
Sahibkarlıq alqı-satqı müqaviləsi odur ki, bu müqavilədə ya tərəflərin hər ikisi, ya da ki, heç olmazsa biri,
sahibkar statusuna malik olur və yaxud alqı-satqının sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətinin həyata ke-
çirilməsi ilə şərtlənir. Bu cür müqavilələrdə bütün hallarda satıcı rolunda sahibkarlar çıxış edirlər. Sahibkar
dedikdə həm fiziki, həm də hüquqi şəxslər başa düşülür. Bu müqavilədə tərəf kimi alıcının iştirak etməsinə gəl-
dikdə isə onu demək olar ki, bir qayda olaraq, əksər hallarda burada alıcı sahibkar statusuna malik olur. stisna
hal kimi sahibkar statusu olmayan hüquqi şəxslər sahibkarlıq müqaviləsində alıcı kimi iştirak edə bilər.
Lakin bu müqavilədə bütün hallarda tərəf rolunda çıxış edən vətəndaşlar sahibkar statusuna malikdirlər.
Sahibkarlıq müqaviləsinin ikinci əlaməti alqı-satqı müqaviləsinin sosial-iqtisadi məqsədi, yəni alqı-satqının
məqsədi ilə müəyyən edilir. Belə müqavilələrdə alıcı malı ondan sahibkarlıq fəaliyyətində istifadə üçün və ya
şə
xsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün əldə edir. Bununla belə, məqsədi
sahibkarlıq fə aliyyə ti ilə bağ lı olmayan şəxsi, ailə, ev və digər istifadə üçün nəzərdə tutulan malın alqı-satqı-
sından ibarət olan, lakin satıcısı rolunda sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs çıxış edən müqaviləni
sahibkarlıq müqaviləsi hesab etmək olar. Məsələn, göstərilən bu əlamətləri özündə əks etdirən pərakəndə alqı-
satqı müqaviləsi sahibkarlıq müqaviləsinin bir növüdür. Belə təsəvvür yaranır ki, vətəndaşların iştirak etdi-
yi münasibətlərdə tətbiq edilən və bununla belə satıcısı sahibkar olan alqı-satqı müqaviləsinin hər hansı bir nö-
vü alqı-satqının sosial-iqtisadi məqsədindən asılı olmayaraq bütün hallarda sahibkarlıq müqaviləsinə şamil edi-
lir. Sahibkarlıq müqaviləsinin ən klassik növü mal göndərmə (tədarük) müqaviləsidir. Ona görə ki, bu
müqavilə özündə sahibkarlıq müqaviləsinə xas olan hər iki əlaməti əks etdirir. Müəssisənin satılması müqavilə-
si «təmiz» sahibkarlıq müqaviləsinə şamil edilir. Müəssisə hüququn obyekti kimi sahibkarlıq fəaliyyətini hə-
yata keçirmək məqsədi güdür. Ona görə də müəssisə, bir qayda olaraq, sahibkarlara məxsus olur.
Qeyri-sahibkarlıq müqaviləsi sahibkar olmayan şəxslər arasında bağlanan elə bir müqavilədir ki, bu müqa-
vilənin sosial-iqtisadi məqsədi qeyri-sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarətdir. Bu cür müqavilələr-
də tərəf rolunda qeyri-sahibkarlar, əsasən də istehlakçı vətəndaşlar çıxış edirlər. Müqavilənin məqsədini
isə alqı-satqının predmeti olan əmlakdan sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər niy-
yətlər üçün istifadə təşkil edir. Qeyri-sahibkarlıq müqaviləsinə xüsusi mənada alqı-satqı müqaviləsini mi-
sal göstərmək olar. Məsələn, sahibkar olmayan qonşu öz minik avtomobilini dostuna onun şəxsi-məişət ehti-
yajlarını təmin etmək məqsədi ilə satır. Qeyri-sahibkarlıq müqavilə növlərinə şamil edilir: vətəndaşlar arasında
qiymətli kağızların alqı-satqı müqaviləsi; vətəndaşlar arasında yaşayış evinin alqı-satqı müqaviləsi və s.
Alqı-satqı müqavilələrinin sahibkarlıq və qeyri-sahibkarlıq müqavilələri adlı iki növə bölünməsi praktiki ola-
raq vacib hüquqi əhəmiyyətə malikdir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan
münasibətləri xüsusi olaraq tənzimləyən normaların tətbiqi üçün bu bölgünün mühüm hüquqi əhəmiyyəti var-
dır.
6. Alqı-satqı müqaviləsinin anlayışı
Müqavilə öhdəlikləri müqavilədənkənar (qeyri-müqavilə) öhdəliklərə nisbətən öhdəliyin daha geniş yayılmış
növüdür. Müqavilə öhdəlikləri altı tipə bölünür ki, bunlardan biri əmlakın mülkiyyətə verilməsi üzrə öhdəlik
tipidir. Müqavilə öhdəliyinin bu tipi dörd növə (alqı-satqı, dəyişmə, bağışlama və renta) ayrılır ki, alqı-satqı bu
növlər içərisində müəyyən xüsusiyyətləri ilə seçilir. Müəyyən satınalma qiyməti əsasında əmlakın özgənin-
kiləş dirilmə si üzrə ə mə lə gə lə n bütün öhdə liklə r alqı-satqı anlayış ı ilə əhatə olunur. Əmtəə formasında olan
maddi nemətlərin yerini dəyişməsi və bir şəxsdən digərinə keçməsi bu öhdəliklərin əsasını və bilavasitə məz-
mununu təşkil edir. Hər bir öhdəliyin əsasını təşkil edən əmtəə formalı maddi nemətlərin yerdəyişməsi alqı-sat-
qı müqaviləsində nisbətən daha «təmiz» şəkildə özünü göstərir.
Alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların
arasında öhdəlik hüquq münasibəti yaranır. Bununla bərabər, alıcı satıcıdan satın aldığı əmlak üzərində mül-
kiyyət, yəni mütləq əşya hüququ qazanır. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsi əsasında yaranan öh-
dəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi prosesini, müəyyən əmlakın özgəninkiləşdirilməsi
və əldə edilməsi prosesini, sözün həqiqi mənasında, malların mübadilə prosesini, yəni mülki hüquq münasi-
bətlərinin dinamikasını rəsmiləşdirir. Bu müqavilə əmtəə dövriyyəsi sahəsinə xidmət edən hüquqi forma kimi
çıxış edir.
Alqı-satqı müqaviləsinin anlayışı MM-in 567-ci maddəsində verilmişdir. Alqı-satqı müqaviləsinə görə
452
satıcı əş yanı alıcının mülkiyyə tinə vermə yi, alıcı isə əş yanı qə bul edib ə və zində müə yyə nləş dirilmiş pul
mə bləğ ini (qiymə t) ödə mə yi öhdə sinə götürür.
Alqı-satqı müqaviləsinə verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflə-
rin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağ-
lanmış hesab edilməsi üçün lazım və kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa
gə lsinlə r. Deməli, alqı-satqı müqaviləsi konsensual müqavilə dir. Satıcının əşyanı alıcıya verməsi və ya digər hə-
rəkətlər etməsi müqavilənin bağlanmış hesab olunmasına yox, onun icrasına yönələn hərəkətlərdir.
Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi digər qarşı tərəfin xeyrinə vəzifələr daşıyırlar; digər
qarşı tərəfin xeyrinə müəyyən hərəkət etməyə borclu olduğu üçün borclu şəxs, eyni zamanda müəyyən hərəkət-
lərin edilməsini tələb etmək hüququna malik olduğuna görə həm də səlahiyyətli şəxs (kreditor) hesab edilir. Bu
müqavilədə iştirak edənlərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya ver-
məyə borcludur; o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir.
Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur. Bununla bərabər, alıcı
satıcının əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir. Deməli, alqı-satqı müqaviləsində hər iki tərəf
üçün subyektiv hüquq və vəzifələrin mövcudluğu bu müqavilənin ikitərəfli (qarşılıqlı) müqavilə olması barə-
də fikir söyləməyə əsas verir. Əmtəə (mal) mübadiləsinin ikitərəfli xarakteri ikitərəfli müqavilə kimi alqı-satqı
müqaviləsinin konstruksiyasını müəyyən edir.
Alqı-satqı müqaviləsində alıcının əşyanın qiymətini ödəmək vəzifəsi satıcının həmin əşyanı alıcıya vermək
vəzifəsi ilə şərtlənir. Bu onu ifadə edir ki, satıcı əşyanı alıcıya verməkdən ibarət olan öz vəzifəsini icra etməsə,
alıcı həmin əşyanın qiymətini ödəməkdən ibarət olan öz vəzifəsini yerinə yetirməyə borclu deyildir (MM-in
567-ci maddəsi). Bu onu nümayiş etdirir ki, alqı-satqı müqaviləsi sinallaqmatik müqavilədir. Hər iki müqavi-
lə iştirakçısı, yəni alıcı və satıcı bir-birinə münasibətdə həm kreditor, həm də borclu şəxs kimi çıxış edirlər.
Alqı-satqı müqaviləsində iştirak edən tərəflər öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı
ə
vəz alırlar: satıcı öz vəzifəsini icra etdiyinə görə (əşyanı alıcıya verdiyinə görə) alıcıdan müəyyən haqq (əşya-
nın qiyməti məbləğində) alır. Alıcı isə öz vəzifəsini (əşyanın qiymətini satıcıya ödəmək vəzifəsini) yerinə yetir-
diyinə görə satıcıdan aldığı əşya üzərində mülkiyyət hüququ qazanır. Deməli, alqı-satqı müqaviləsi əvəzli mü-
qavilə dir. Bu müqavilənin əvəzsiz olması istisna edilir.
Beləliklə, alqı-satqı müqaviləsi elə bir hüquqi formadır ki, bunun vasitəsi ilə əşyalar (maddi nemətlər) bir şəx-
sin mülkiyyətindən digərinə keçməklə öz yerlərini dəyişir. Öz yerlərini dəyişməklə bərabər, həmin nemətlər öz
mülkiyyətçilərini də dəyişir. Bu alqı-satqı müqaviləsinin əsas fərqləndirici əlamətlərindən biridir. Bununla be-
lə, müqavilənin əvəzli olmasını və satılan əşyanın pul formasında qiymətinin ödənilməsini də bu cür əlamətlərdən
hesab etmək olar.
Dostları ilə paylaş: |