MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə71/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   67   68   69   70   71   72   73   74   ...   91
§ 2. Alqı-satqı müqaviləsinin 

elementləri (tərkib hissələri) 

1. Alqı-satqı müqaviləsinin elementləri anlayışı 

Alqı-satqı müqaviləsinin elementləri dedikdə, onun ibarət olduğu tərkib hissələri və ünsürləri başa düşülür. 

Rusiya sivilistikasında ənənəvi olaraq müqavilənin elementləri anlayışına aid edilir: müqavilədə iştirak edən tə-

rəflər;  müqavilənin  predmeti;  müqavilənin  qiyməti;  müqavilənin  müddəti;  müqavilənin  forması;  müqavilənin 

məzmunu. Alqı-satqı müqaviləsinin elementləri də bunlardan ibarətdir. 



Alqı-satqı müqaviləsinin tərəfləri dedikdə alqı-satqı münasibətlərində çıxış edən mülki hüquq subyektləri 

başa düşülür. Müqavilənin predmeti dedikdə elə maddi nemətlər başa düşülür ki, bu nemətlər əsasında müqa-

vilədə iştirak edən tərəflərin hüquq və vəzifələri əmələ gəlir. Müqavilənin qiyməti dedikdə satılan əşyanın qiy-

məti başa düşülür. Müqavilənin müddəti müvafiq öhdəliyin icra vaxtını ifadə edir. Başqa sözlə desək, müqavi-

lədə iştirak edən tərəflərin öz vəzifələrini yerinə yetirmək vaxtı müqavilənin müddətini ifadə edir. Müqavilənin 

forması dedikdə qanunun tərəflərin öz daxili iradəsini bildirmək üçün müəyyən etdiyi üsullar başa düşülür. 

Müqavilənin məzmunu dedikdə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məj-

musu başa düşülür. Müqavilənin məzmununa bəzən tərəflərin hüquq və vəzifələrini də aid edirlər. Tərəflərin 

hüquq və vəzifələrinin hüquqi fakt kimi öhdəlik hüquq münasibətlərini əmələ gətirən müqavilənin özünün məz-

mununu yox, müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlərinin məzmununu təşkil etməsi barədə fikir söy-

ləyən alimlərə də rast gəlmək olur. Bəzi müəlliflərə görə müqavilənin məzmunu dedikdə tərəflərin hüquq və 

vəzifələri başa düşülür. Dərslikdə müqavilənin məzmunu məhz tərəflərin hüquq və vəzifələri mənasında işlə-

dilir. 


2. Alqı-satqı müqaviləsində tərəflə

Alqı-satqı müqaviləsinin subyektləri həmin müqavilənin tərəfləri hesab edilirlər. Alqı-satqı müqaviləsi üz-

rə  tərəflərə  həm  də  kontragent  (latınja  «Jontrahent»  -  saziş  bağlamış)  deyilir.  Kontragent  müqavilə  üzrə  öz 


 

453


üzərinə bu və ya digər öhdəlik götürmüş şəxsdir. Tərəf dedikdə alqı-satqı müqaviləsində iştirak edən satıcı 

və alıcı başa düşülür. Mülki (əmlak) dövriyyənin hər hansı bir iştirakçısı (fiziki və hüquqi şəxslər, bələdiyyə

dövlət) bu müqavilədə tərəf rolunda — həm satıcı, həm də alıcı rolunda çıxış edə bilər. Bununla belə, mül-

ki hüquq subyektlərinin alqı-satqı münasibətlərində iştirak etmək imkanı iki amillə şərtlənir: onların tərəf kimi 

iştirak etdiyi  müqavilənin təbiəti və xarakteri ilə (məsələn, dövlət pərakəndə alqı-satqı müqaviləsində tərəf 

kimi çıxış edə bilməz); subyektlərin hüquqi statusu ilə (onların mülki hüquq subyektliyi, mülki hüquq qabi-

liyyəti, fəaliyyət qabiliyyəti, əmlak üzrə əşya hüququnun xarakteri və s.). 

Mülki (əmlak) dövriyyədə alqı-satqı münasibətlərində tərəf qismində çıxış edən əsas iştirakçılar fiziki şəxs-



lərdir. Fiziki şəxslər bu cür münasibətlərə girərkən mülki qanunvericiliyin mülki hüquq qabiliyyəti və fəaliyyət 

qabiliyyəti haqqında ümumi tələbləri həddində hərəkət edirlər. Onların alqı-satqı müqaviləsi bağlamaq imkanı 

mülki hüquq subyektliyinin elementləri olan hüquq qabiliyyəti və  fəaliyyət qabiliyyətinin həcmi ilə müəy-

yən edilir. Belə ki, müqavilədə tərəf kimi yetkinlik yaşına çatan, yəni 18 yaşı tamam olan və qanunla müəy-



yən edilən qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyən fiziki şəxs çıxış edə bilər. Bununla 

belə, qanun qismən fəaliyyət qabiliyyətinə malik olan 7 yaşından 14 yaşınadək azyaşlılara müstəqil surətdə al-

qı-satqı müqaviləsi bağlamağa ixtiyar verir. Belə ki, onların xırda məişət əqdlərini və digər əqdləri heç kəsin 

iradəsindən asılı olmadan bağlamaq hüququ vardır (MM-in 29.2-ci maddəsi). Qalan hallarda həmin azyaşlıların 

ə

vəzinə alqı-satqı müqaviləsini onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağ-



laya bilərlər. 

14 yaşından 18 yaşınadək natamam fəaliyyət qabiliyyəti olan yetkinlik yaşına çatmayanlar da xırda məi-

şə

t xarakterli alqı-satqı müqaviləsini müstəqil surətdə bağlaya bilərlər. Qalan hallarda onlar alqı-satqı müqavilə-



sini öz qanuni nümayəndələrinin - valideynlərin, övladlığa götürənlərin və ya himayəçilərin yazılı razılığı 

ilə bağlayırlar (MM-in 30.1-ci maddəsi). 

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılan vətəndaşların müstəqil surətdə alqı-satqı 

müqaviləsi  bağlamaq  ixtiyarı  yoxdur.  Fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  bu  cür  fiziki  şəxslərin  adından 

ə

qdləri onların qəyyumları bağlayırlar (MM-in 28.8-ci maddəsi). 



Spirtli içkilərdən və digər vasitələrdən sui-istifadə etməsi nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliy-

yəti məhdudlaşdırılan fiziki şəxslərin yalnız xırda məişət müqavilələri bağlamaq ixtiyarı vardır. Qalan hallarda 

onlar alqı-satqı müqaviləsini himayəçilərinin razılığı ilə bağlaya bilərlər (MM-in 32.1-ci maddəsi). 

Sahibkarlıq müqavilələrində (məsələn, mal göndərmə müqaviləsində) fiziki şəxslərin iştirakı onların sahib-

kar statusuna malik olmaları ilə şərtlənir. Bunun üçün fiziki şəxsin müvafiq dövlət orqanlarında fərdi sahibkar 

(hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) kimi qeydiyyata alınması tələb olu-

nur. 

Fiziki şəxslərin ümumi mülkiyyət hüququnun obyekti olan əmlak növlərinin alqı-satqısı müəyyən xü-

susiyyətlərə malikdir. Ümumi mülkiyyətin növlərindən biri olan paylı mülkiyyətdə olan əşyanın satılması əş-

yanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (MM-in 215.5-ci maddəsi). Ümumi paylı 

mülkiyyətin növlərindən biri olan ailə kəndli təsərrüfatının mülkiyyətinə daxil olan ümumi əmlakın alqı-satqı 

müqaviləsini kəndli təsərrüfatının başçısı (və ya onun vəkil etdiyi şəxslər) bütün ailə üzvlərinin razılığı ilə bağ-

layır. Mülkiyyətçi ümumi paylı mülkiyyətdə olan öz payını üçüncü şəxslərə və paylı mülkiyyətin qalan digər iş-

tirakçılarına sata bilər. Payı satın almaqda paylı mülkiyyətin digər iştirakçılarının üstünlük hüququ vardır. 

Ümumi mülkiyyətin növlərindən biri olan birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin razılığı 

ilə satılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan ümumi əmlak yalnız onların qarşılıqlı razılığı əsa-

sında alqı-satqı müqaviləsinin predmeti ola bilər. Əgər ər-arvadın birinin razılığı olmadan ümumi əmlak satılar-

sa, onda alqı-satqı müqaviləsi onun bağlanmasına razı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən eti-

barsız hesab oluna bilər (AM-in 33-cü maddəsinin 3-cü bəndi). 

Ə

jnəbilər və vətəndaşğı olmayan şəxslər alqı-satqı münasibətlərində Azərbayjan Respublikasının vətən-

daşları ilə bərabər qaydada (milli recim prinsipi əsasında) iştirak edirlər. Bəzi hallarda isə qanunla onların al-

qı-satqı  müqaviləsində  iştirakı  məhdudlaşdırıla  bilər.  Məsələn,  əjnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

Azərbayjan Respublikasında su obyektlərini satın almaq ixtiyarı yoxdur (Su Məjəlləsinin 14-cü maddəsinin 2-ci 

bəndi). 

Hüquqi şəxslər alqı-satqı münasibətlərində tərəf rolunda iştirak edə bilərlər, bu şərtlə ki, alqı-satqı onların 

təsis sənədlərində qadağan olunmasın. Məsələn, hüquqi şəxsin nizamnaməsində göstərilə bilər ki, onun birca-

dan mal almaq ixtiyarı yoxdur. Belə halda o, alqı-satqı müqaviləsi bağlaya bilməz. 

Qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edil-

məklə, istənilən daşınar və daşınmaz əmlak onların mülkiyyətində ola bilər. Hüquqi şəxslərin növləri olan hə



kommersiya, həm də qeyri-kommersiya təşkilatları təsisçilərin (iştirakçıların, üzvlərin) maya və ya haqq ki-

 

454


mi onlara verdikləri əmlak üzərində, habelə həmin təşkilatların qanunla qadağan edilməyən digər mənbələr üzrə 

ə

ldə etdikləri əmlak üzərində mülkiyyət hüququ qazanır. Hüquqi şəxslər xüsusi mülkiyyət hüququnun obyekti 



olan əmlakı satmaq üçün istənilən şəxslə alqı-satqı müqaviləsi bağlaya bilər. Bununla bərabər, hüquqi şəxslərin 

alqı-satqı müqaviləsində tərəf qismində çıxış etməsi iki amillə əlaqədar olaraq məhdudlaşdırıla bilər: hüquqi 

şə

xslərin hüquq qabiliyyətinin həcmi ilə; əmlak üzərində onların malik olduqları əşya hüququnun xarakteri 

ilə. 

Xüsusi (məhdud) hüquq qabiliyyətli qeyri-kommersiya təşkilatlarının mülki dövriyyədə alqı-satqı münasi-

bətlərində ümumi (universal) qabiliyyətli kommersiya təşkilatlarına nisbətən iştirakı məhdud xarakter daşıyır. 

Onlar geniş spektrdə alqı-satqı müqaviləsi bağlamaq imkanına malik deyil. Universal hüquq qabiliyyətli kom-

mersiya hüquqi şəxslərinin isə öz mülkiyyətində olan əmlakı barəsində qanunla qadağan edilməyən istənilən al-

qı-satqı hərəkətlərini və əməliyyatlarını həyata keçirmək hüququ vardır.  

Hüquqi şəxslərin alqı-satqı münasibətlərində çıxış etmələri onların əmlak üzərində malik olduqları əşya hü-

ququnun xarakterindən asılı olaraq məhdudlaşa bilər. Belə ki, əmlak hüquqi şəxsin xüsusi mülkiyyətində olma-

sından savayı, həm də onun operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində ola bilər. Əmlakı ope-

rativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində olan hüquqi şəxs həmin əmlak üzərində mülkiyyət hüqu-

quna yox, məhdud əşya hüququna malikdir. Dövlət müəssisəsi bu cür hüquqi şəxslərə aiddir. Dövlətin vəkil et-

diyi dövlət orqanları tərəfindən  yaradılan həmin müəssisənin əmlakı Azərbayjan Respublikasının dövlət mül-

kiyyətidir. Dövlət müəssisəsi ona təhkim edilmiş (operativ idarə etmə hüququ və tam təsərrüfatçılıq səlahiyyət-

ləri əsasında) əmlak üzərində mülkiyyətçinin (dövlətin) müəyyən etdiyi qaydada və hüdudlarda sərənjam ver-

mək səlahiyyətlərini həyata keçirir. Başqa sözlə desək, bu cür hüquqi şəxslərin həmin əmlakı mülkiyyətçi 

olan  dövlətin  icazəsi  olmadan  satmaq  ixtiyarı  yoxdur.  Əgər  mülkiyyətçi  səlahiyyət  verərsə,  hüquqi  şəxs 

onun operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində olan əmlakı sata bilər. Belə təsəvvür yaranır ki, 

satıcı rolunda əmlakı onun təkjə mülkiyyətçisi yox, həm də bu əmlakın məhdud əşya hüququ əsasında, yəni 

operativ  idarəetmə  və  tam  təsərrüfatçılıq  səlahiyyətləri  əsasında  təhkim  edildiyi  qeyri-mülkiyyətçilər  ( 

hüquqi şəxslər) sata bilər

Alqı-satqı müqaviləsində dövlətin (Azərbayjan Respublikasının) iştirakına gəldikdə isə onu demək olar 

ki, hakimiyyət funksiyasını yerinə yetirən və hakimiyyət daşıyıcısı olan cəmiyyətin bu siyasi təşkilatı alqı-satqı 

münasibətlərində olduqja məhdud dairədə çıxış edir. Məqsədli (xüsusi və ya məhdud) mülki hüquq qabiliy-

yətinə malik olan dövlət nə sahibkar, nə də istehlakçıdır. Buna görə də dövlətin subyekt tərkibi əsasən isteh-



lakçı vətəndaşlardan və sahibkar statuslu şəxslərdən ibarət olan alqı-satqı müqaviləsində (məsələn, pəra-

kəndə alqı-satqı, enerci təjhizatı müqavilələrində) tərəf kimi iştirak etməsi istisna edilir. Əsas missiyası ümu-

mi insanlıq mülahizələrindən ibarət olan dövlətin fəaliyyətində əsas yeri, K.Marksın dili ilə desək, cəmiyyətin 

təbiətindən irəli gələn ümumi işlərin idarə edilməsi tutur. Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının 

və azadlıqlarının təmin edilməsidir (Konstitusiyanın 12-ci maddəsinin I hissəsi). Ona görə də cəmiyyətdə siyasi 

hakimiyyət təşkilatı olan dövlət mülki hüquq münasibətlərində, o cümlədən bu münasibətlərin bir növü olan öh-

dəlik hüquq münasibətlərində (məsələn, alqı-satqı münasibətlərində) iştirak etmək üçün  yaradılmamışdır. Bu-

nunla  bərabər,  dövlət  qarşısına  qoyduğu  məqsədə  nail  olmaq  üçün  mülki  öhdəlik  hüquq  münasibətlərində,  o 

cümlədən alqı-satqı münasibətlərində çıxış edə bilər. Lakin dövlətin əsas fəaliyyətinə münasibətdə onun mülki 

hüquq münasibətlərində iştirakı xüsusi, yardımçı, məqsədli və nəhayət, məcburi xarakter daşıyır. 

Dövlətin alqı-satqı münasibətlərində iştirakına dövlət ehtiyajları üçün mal tədarükü müqaviləsini misal 

göstərmək olar. Belə ki, müəssisə Azərbayjan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qay-

dada müqavilə əsasında dövlət ehtiyajları üçün mal tədarük edə bilər. Sahibkar dövlət ehtiyajları üçün müqavilə 

ə

sasında məhsul göndərmək hüququna malikdir («Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanununun 6-jı maddə-



sinin 7-ci bəndi). Bu müqavilədə dövlətin sifarişçi (alıcı) kimi çıxış etməsi onun alqı-satqı münasibətlərində iş-

tirak etməsinin nisbətən tipik halıdır. Tədarük müqaviləsində tərəf rolunda dövlətin özü yox, onun adından və 



onu təmsil edən müvafiq dövlət orqanları çıxış edirlər.  

3. Alqı-satqı müqaviləsinin predmeti 

Alqı-satqı müqaviləsinin predmeti barədə hüquq ədəbiyyatında bir-birindən fərqli fikirlər söylənilir. Gör-

kəmli sovet sivilist alimi O.S.  offe alqı-satqı müqaviləsinin obyektləri anlayışını üç mənada işlədirdi: alqı-satqı 

müqaviləsinin maddi obyektləri mənasında; alqı-satqı müqaviləsinin hüquqi obyektləri mənasında; alqı-sat-

qı müqaviləsinin iradəvi obyektləri  mənasında. O.S. offeyə  görə, alqı-satqı müqaviləsinin maddi obyektləri 

dedikdə satılan əmlak və ona görə ödənilən pul məbləği, hüquqi obyektləri dedikdə tərəflərin əmlakın verilmə-

sinə və pulun ödənilməsinə yönələn hərəkətləri, iradəvi obyektləri dedikdə isə alıcı və satıcı arasında əmələ gə-

lən münasibətləri tənzimləyən qanunvericiliyin müəyyən etdiyi hədlərdə onların fərdi iradəsi başa düşülür.  

Qüvvədən  düşmüş  1964-cü  il  MM-in  228-ci  maddəsində  satıcının  alıcıya  verdiyi  maddi  nemət  barəsində 



 

455


ə

mlak anlayışı işlədilirdi. RF-in yeni MM-də alqı-satqı müqaviləsinə görə satıcının alıcının mülkiyyətinə əşya 

(mal)  verməyi  öhdəsinə  götürməsi  nəzərdə  tutulur  (454-cü  maddə).  Müəlliflərdən  bəziləri  satıcının  alqı-satqı 

müqaviləsi əsasında alıcının mülkiyyətinə verdiyi əmlakı mal kimi xarakterizə edir. Müəlliflərdən bəzisi elə he-

sab edir ki, alqı-satqı müqaviləsindən əmələ gələn hüquq münasibətlərində iki növ obyekt çıxış edir: borclu şəx-

sin  etdiyi  hərəkətlər;  bu  hərəkət  nəticəsində  veriləsi  olan  əşya.  Müəlliflərdən  V.V.Vitryanski  satıcının  malı 

alıcının mülkiyyətinə verilməsinə yönələn və alıcının bu malı qəbul edib onun qiymətini ödəməsinə yönələn hə-

rəkətlərini alqı-satqı müqaviləsinin predmeti hesab edir. Bir çox alimlərə görə isə alqı-satqı müqaviləsinin pred-

metini əmlak (mal), əşya (mal) təşkil edir. Fransa alimi L.Moranderə görə alqı-satqı müqaviləsinin predmetini 

əş

yadan başqa, həm də əşyanın qiyməti təşkil edir.  



Bizim fikrimizjə, alqı-satqı müqaviləsinin predmetini həm insan, həm də təbiət tərəfindən yaradılan, xarici 

aləmin və maddi dünyanın obyekti olan əşya təşkil edir. Yeni MM də alqı-satqı müqaviləsinin predmeti ki-

mi əşya anlayışından istifadə edir. Özü də satış anında əşya mövcud olmalıdır; MM-in 29-cu fəslinin 1-ci pa-

raqrafı gələcək əşyanın alqı-satqı müqaviləsinin predmeti olmasını nəzərdə tutmur. Digər tərəfdən, satılan əşya 

özgəsinin olmamalıdır. 

Əş

yanın alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etməsi üçün zəruri və gərəkdir ki, həmin əşya dövriy-



yə  qabiliyyətli  olsun,  sərbəst  olaraq  bir  şəxsin  mülkiyyətindən  digərinin  mülkiyyətinə  keçsin,  dövriyyədə 

onun hərəkəti və istifadəsi qadağan olunmasın. Dövriyyədən çıxarılmış əşyanın satılması və alınması qa-

dağandır. Bu cür əşyalar alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Məsələn, meşə fondunun dövriyyəsinə, 

həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya yol verilmir (Meşə 

Məjəlləsinin  8-ci  maddəsi)  Azərbayjan  Respublikasının  milli  mədəniyyət  əmlakının  Dövlət  Siyahısına  daxil 

edilmiş milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri mülki dövriyyədən çıxarılır («Mədəniyyət 

haqqında» AR Qanununun 38-ci maddəsi). Dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınar abidə-

lərin satılması qadağandır («Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» AR Qanununun 17-ci mad-

dəsi). 

Məhdud dövriyyə qabiliyyətli əşyaların alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etməsi istisna olun-

mur. Bu o vaxt mümkün ola bilər ki, həmin əşyaların alqı-satqısı onlar üçün müəyyən edilən xüsusi hüquqi 



recim qaydalarına zidd olmasın. Başqa sözlə desək, mülkiyyətində məhdud dövriyyə qabiliyyətli əmlak (mə-

sələn, mülki silah, zəhər, narkotik maddələr və s.) olan satıcı bu cür əşyaları onların özgəninkiləşdirilməsinə 



xüsusi icazə olduğu halda sata bilər. Bu cür malları isə yalnız həmin malları əldə etməyə xüsusi icazəsi olan 

alıcı əldə edə bilər

Alqı-satqı  müqaviləsinin  predmeti  kimi  həm  daşınar,  həm  də  daşınmaz  əşyalar,  həm  cinsi  əlamətləri  ilə, 

həm də fərdi əlamətləri ilə müəyyən edilən əşyalar, həm istehlak olunan, həm də istehlak olunmayan əşyalar, 

habelə həm bölünən, həm də bölünməyən (o cümlədən mürəkkəb) əşyalar çıxış edə bilər. Lakin bütün hallarda 

bu cür əşyalar hər hansı bir yüklənmədən azad olmalıdır (məsələn, üzərinə həbs qoyulan və ya girov öhdəliyi-

nin obyekti olan əmlak satıla bilməz).  

Pulun alqı-satqı müqaviləsinin predmeti ola bilməsinə gəldikdə isə demək lazımdır ki, xarici valyutadan sa-

vayı, pulun alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etməsi istisna edilir. Bu onunla izah olunur ki, xü-

susi mal sayılan pul bütün digər mallar üçün ekvivalent ― dəyər formasıdır. Pulun spesifik xüsusiyyəti ümumi 

ekvivalent  rolunu  oynaması,  yəni  digər  malların  dəyərini  özündə  əks  etdirməsi  ilə  şərtlənir.  Pulun  mahiyyəti 

onun funksiyalarında ifadə olunur ki, bunların içərisində dəyər ölçüsü funksiyası xüsusi əhəmiyyətə malikdir. 

Alqı-satqı müqaviləsinin hüquqi təbiəti elədir ki, burada pul satılan əşyanın qiymətini ifadə edir. Buna görə də 

pul alqı-satqı müqaviləsinin predmeti ola bilmir. Bununla bərabər, köhnə dövriyyədən çıxarılmış kağız pullar 

kolleksiya məqsədi ilə alqı-satqının predmeti ola bilər.  

Bununla bərabər, xarici valyuta və qiymətli kağızlar (səhmlər, istiqrazlar, sertifikatlar, adsız əmanət kitab-

çaları, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqı müqaviləsinin predmeti ola bilər. Həm xarici valyutanın, həm 

də  qiymətli  kağızların  alqı-satqısı  xüsusi  qaydalarla  tənzimlənir.  Məsələn,  Azərbayjan  Respublikasının  daxili 

valyuta bazarında xarici valyutanı satmaq və almaq Mərkəzi Bankın müəyyən etdiyi qaydada həyata keçirilir. 

Xarici  valyuta  həmin  qayda  əsasında  yalnız  müvəkkil  bankların  vasitəsi  ilə  satılır  və  alınır.  Müvəkkil 

bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir («Valyuta tənzimi haqqında» 

AR Qanununun 3-cü maddəsinin 2-ci bəndi). Müvəkkil bankların vasitəsi ilə həyata keçirilməyən və onların iş-

tirakı olmadan, yəni Mərkəzi Bankın müəyyən etdiyi qaydaları pozmaqla bağlanan xarici valyutanın alqı-satqı 

müqaviləsi etibarsız hesab olunur.  

Qiymətli kağızların alqı-satqısı, qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət «Qiymətli kağızlar 

haqqında» AR Qanununun müəyyən etdiyi qaydalarla tənzimlənir. Bu Qanun həm də qiymətli kağızların təda-

vül  qaydalarını,  yəni  qiymətli  kağızlara  mülkiyyət  hüquqlarının  keçməsinə  əsas  və  səbəb  olan  mülki-hüquqi 



 

456


ə

qdlərin (o cümlədən alqı-satqının) bağlanma qaydalarını müəyyən edir.  

lk dəfə olaraq MM müəyyən edir ki, tələblər və digər hüquqlar alqı-satqı müqaviləsinin predmeti ola 

bilər (MM-in 29-cu fəslinin 6-jı paraqrafı, 651-654-cü maddələr). Bu, mülki qanunvericilikdə yeni haldır. La-

kin çox təəssüflər olsun ki, MM hansı konkret hüquqların və tələblərin alqı-satqı müqaviləsinin predmeti ola 

bilməsi  sualına  javab  vermir.  Bu  hüquqlar  həm  öhdəliyin  hüdudlarında,  həm  də  öhdəliklərdən  kənarda 

(məsələn,  əşya  hüquqları  çərçivəsində)  mövcud  ola  bilər.  Bununla  belə,  həmin  hüquqlar  həm  nisbi,  həm  də 

mütləq xarakterə (məsələn, müstəsna, yəni əqli mülkiyyət hüquqları) malik ola bilər. Alqı-satqı müqaviləsinin 

predmeti kimi həm tələb hüquqları, həm də əşya hüquqları çıxış edə bilər. Lakin bunun üçün zəruridir ki, tələ-



bin və ya hüququn güzəşt edilməsi və ya girov qoyulması mümkün olsun. Yalnız güzəşt edilməsi və ya gi-

rov  qoyulması  mümkün  olan  tələbi  və  ya  hüququ  onun  sahibi  başqa  şəxsin  mülkiyyətinə  verə  bilər  (MM-in 

193.1-ci maddəsi). 

Alqı-satqı  müqaviləsinin  predmeti  olan  hüquqlar  içərisində  müstəsna  hüquqlar,  yəni  əqli  mülkiyyət  ob-



yektlərinə olan əmlak hüquqları (elm, ədəbiyyat və injəsənət əsərlərindən, faydalı modellərdən, fərdiləşdirmə 

vasitələri olan firma adlarından və əmtəə nişanlarından və s. istifadəyə olan hüquqlar) mühüm yer tutur. Özü də 

qeyd etmək istəyirik ki, insan əqlinin məhsulu olan əqli mülkiyyət obyektləri, yəni elm, ədəbiyyat və injəsənət 

ə

sərləri, ixtiralar, faydalı modellər və digər obyektlərin özü yox, bu obyektlərə olan istifadə hüquqları alqı-



satqının predmeti ola bilər. Nəyə görə bu obyektlərin özü alqı-satqının predmeti ola bilməz? Ona görə ki, əqli 

ə

məyin nəticələri, əqli yaradıjılıq fəaliyyətinin məhsulları olan əsərlər, ixtiralar və digər nemətlər elmi-texniki 



ideyalardan və ədəbi-bədii obrazlardan ibarət olub, qeyri-maddi (ideal) xarakterə malikdir. Onları fiziki cəhət-

dən əllə toxunmaqla hiss etmək olmaz. Lakin bu qeyri-maddi nemətlər hər hansı maddi daşıyıcıda (obyektdə) 

ifadə olunduqda əmtəə forması alır və alqı-satqı müqaviləsinin predmeti olur. Məsələn, yazıçının qeyri-maddi 

xarakterə malik və ədəbi-bədii obrazlardan ibarət olan əsəri maddi daşıyıcıda (məsələn, kitab halında) ifadə olu-

narsa,  onun  nüsxələri  alqı-satqı  müqaviləsinin  predmeti  kimi  çıxış  edir.  Müəllifin  əsərin  nüsxələrini  satmağa 

müstəsna hüququ vardır («Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» AR Qanununun 15-ci maddəsinin 

2-ci bəndi). 

Bununla bərabər, qeyd etmək lazımdır ki, əllifin şəxsi qeyri-əmlak hüquqları (əsərin müəllifi kimi ta-

nınmaq hüququ, əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız istifadə etmək hüququ, habelə şöhrətinə hörmət edil-

məsi hüququ) bölünməz və özgəninkiləşdirilməz olub alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Müəl-

lifin  əmlak  hüquqlarının  başqasına  verildiyi  hallarda  bu  cür  hüquqlar  müəllifdə  qalır  («Müəlliflik  hüququ  və 

ə

laqəli hüquqlar  haqqında» AR Qanununun 14-cü maddəsinin 2-ci bəndi).  



Patent hüququnun güzəşti formasında patent hüquqları verilə bilər. Patent hüququnun güzəşti dedikdə pa-

tent sahibinin ona məxsus olan hüquqlarını başqasına verməsi başa düşülür. Patent hüququnun güzəşti ilə patent 

hüquqlarının özgəninkiləşdirilməsinin mülki-hüquqi vasitələri müxtəlifdir. Ən geniş yayılmış vasitə alqı-satqı 

müqaviləsidir. Alqı-satqı müqaviləsi əsasında patent hüquqları güzəşt edilir və bununla patentin yeni sahibi sə-

naye mülkiyyəti obyektindən (ixtiralardan, faydalı modellərdən, sənaye nümunələrindən) istifadə üçün müstəs-

na hüquqlar əldə edir. Lakin ixtiranı, faydalı modeli, sənaye nümunəsini yaradıjı əməyi ilə  yaradan müəllifin 

müəlliflik hüququ (yəni ixtiranın, faydalı modelin, sənaye nümunəsinin müəllifi kimi tanınmaq hüququ) özgə-

ninkiləşdirilməyən şəxsi hüquqdur. Deməli, əllifin şəxsi qeyri-əmlak hüquqlarından olan müəlliflik hü-

ququ alqı-satqı müqaviləsinin predmeti ola bilməz

Alqı-satqı müqaviləsinin predmeti ola bilən hüquqlardan biri də bircada satılan müəyyəəmlaka olan hü-



quqlardır. Məsələn, opsion əqdləri birca əmtəəsinə olan hüquqların müəyyən edilmiş qiymətlərlə alqı-satqısına 

dair əqddir («Əmtəə bircası haqqında» AR Qanununun 16-jı maddəsinin 1-ci bəndi). Beləliklə, hüquqların alqı-

satqı müqaviləsinin tətbiqi sahəsi həddən artıq məhduddur. Praktiki olaraq bu müqavilə müstəsna hüquqların 

(patent hüquqlarının) güzəştini (verilməsini) və birca əqdlərini əhatə edir. 

Alqı-satqı müqaviləsinin predmetinə dair şərtlər onun mühüm şərti hesab olunur (MM-in 405-ci maddə-

sinin 1-ci bəndi). 



4. Alqı-satqı müqaviləsinin qiyməti 

Satılan  əşyanın qiyməti,  yəni  alıcının  əşyanın  əvəzində  satıcıya  verdiyi  müəyyən  pul  məbləği  alqı-satqı 

müqaviləsinin qiymətini ifadə edir. Müəlliflərdən bəziləri, məsələn, V.V.Vitryanski, belə hesab edir ki, qiy-

mət hər hansı əvəzli müqavilənin mühüm (zəruri) şərtidir. Bu fikirlə çətin ki, razılaşmaq olar. Ona görə ki, yal-

nız qanunda birbaşa göstəriş olduğu hallarda, qiymət alqı-satqı müqaviləsinin mühüm şərtinə çevrilir. MM-də 

həmin  növ  müqavilələr  üçün  mühüm  və  ya  zəruri  adlandırılmış  şərtlər  müqavilənin  mühüm  şərtləri  sayılır 

(MM-in 405.1-ci maddəsi). Analoji göstəriş RF MM-in 432-ci maddəsinin 1-ci bəndində də ifadə edilmişdir.  

Alqı-satqı  müqaviləsində  qiymət  tərəflərin  razılığı  ilə  müəyyən  edilir.  Belə  halda  sərbəst  müqavilə  qiyməti 



prinsipi tətbiq edilir. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə almağa borcludur. Müqavilənin 

 

457


icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənişlə həyata keçirilir. 

Xalq təsərrüfatı üçün xüsusi əhəmiyyətə malik olan bəzi malların qiyməti dövlət tərəfindən müəyyən edi-



lir və ya nizama salınır. Qanunla nəzərdə tutulmuş hallarda AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdiri-

lən  və  ya  tənzimlənən  qiymətlər  (tariflər,  normalar,  dərəcələr  və  s.)  tətbiq  edilir  (MM-in  398.1-ci  maddəsi). 

Dövlət tərəfindən qiymətləri (tarifləri) tənzimlənən obyektlərə misal olaraq elektrik və istilik enercisini göstər-

mək olar. «Elektroenergetika haqqında» AR Qanununun 10-cu maddəsinə görə elektrik və istilik enercisinin is-

tehsalçıdan satın alınma qiyməti, topdan satış qiyməti və pərakəndə satış (istehlakçılara satılan) qiyməti dövlət 

tərəfindən tənzimlənir.  

Elə hallar olur ki, alqı-satqı müqaviləsində qiymət barədə tərəflərin razılığı ifadə edilmir. Qiyməti müqavilə 

şə

rtlərinə əsasən müəyyənləşdirmək də mümkün olmur. Lakin qiymətin müqavilədə göstərilməməsi alıcını əş-



yanın qiymətini ödəmək vəzifəsindən azad etmir. Belə hallarda satılan əşyanın qiyməti MM-in 398.3-cü mad-

dəsində nəzərdə tutulan qaydada müəyyən edilir. Belə ki, satılan həmin əşyaya onunla müqayisəyə gələ bilən, 



ona oxşar olan mallar üçün adətən müəyyən edilən qiymət qoyulur. Əşyaya hansı qiymətin qoyulması mü-

qayisəyə gələ bilən hallardan asılı olaraq müəyyən edilir. Müqayisəyə gələ bilən halların mövcudluğunu isə ma-

raqlı tərəf sübut etməlidir. 

Elə hallar olur ki, satılan əşyanın qiyməti həmin əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirilir. Belə hal-

da qiymət xalis çəkiyə görə təyin edilir (MM-in 597.2-ci maddəsi). Bu qayda 1980-ci il Vyana konvensiyasının 

56-jı maddəsindən iqtibas edilmişdir. Lakin MM-in göstərilən qaydanı nəzərdə tutan müvafiq maddəsi dispozi-

tiv xarakter daşıyır. Bu onu ifadə edir ki, tərəflərin razılığı ilə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə 

tutula bilər. 

Satılan əşyanın qiyməti, bir qayda olaraq, Azərbayjan manatı ilə müəyyən edilir. Ona görə ki, Azərbayjan 

Respublikasının pul vahidi manatdır. Azərbayjan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin 

ödəniş vasitəsi kimi işlədilməsi qadağandır (Konstitusiyanın 19-cu maddəsinin I və II  hissələri). Lakin satılan 

əş

ya üçün ödəniş vasitəsi kimi xarici valyutadan da istifadə edilə bilər. Vətəndaşlar və hüquqi şəxslər qa-

nunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  valyuta  sərvətləri  ilə  hər  hansı  əqd  bağlamaq  və  əməliyyatlar 

aparmaq hüququna malikdirlər («Valyuta tənzimi haqqında» AR Qanununun 4-cü maddəsinin 1-ci bəndi). Bu-

nun üçün zəruridir ki, Mərkəzi Bank bu cür əməliyyatların aparılmasına və həyata keçirilməsinə icazə (li-

senziya) versin

5. Alqı-satqı müqaviləsində müddət  

Alqı-satqı  müqaviləsində  müddət  satıcının  əşyanı  alıcıya  vermək  vəzifəsini  icra  etməsi  vaxtını  ifadə 



edir. Başqa sözlə desək, öhdəliyin icra edilməsi vaxtı, tərəflərin öz vəzifələrini həyata keçirmələri vaxtı alqı-

satqı müqaviləsində müddət anlayışının mahiyyətini bildirir. 

Alqı-satqı müqaviləsində müddət müqavilənin mühüm şərti sayılmır. Müddət tərəflərin razılığı ilə müəy-

yən edilir. Deməli, satıcının əşyanı vermək vəzifəsinin icrası müddəti tərəflərin razılığı ilə alqı-satqı müqaviləsin-

də  nəzərdə  tutulur.  Müqavilə  həmin  müddəti  müəyyənləşdirməyə  imkan  vermədikdə,  kreditor  öhdəliyin  dərhal 

icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi və 

569.1-ci maddəsi). Göstərilən qayda Vyana konvensiyasının 33-cü maddəsindən iqtibas edilmişdir. 

Tərəflər öz aralarında qəti müəyyənləşdirilmiş müddətədək icra edilməşərti ilə müqavilə bağlaya bilər-

lər. Elə bir müqavilə ki, həmin müqavilənin icra edilməsi yalnız qəti olaraq müəyyən olunmuş müddətədək hü-

quqi əhəmiyyət kəsb edir, alıcının ona olan marağının itməməsini şərtləndirir. Bu cür müqavilələri icra müddəti 

göstərilən alqı-satqı müqavilələrindən fərqləndirmək lazımdır. Hüquq ədəbiyyatında həmin müqaviləni müəy-

yən müddətə bağlanan müqavilə, müəyyən müddətə bağlanan kontrakt adlandırırlar. Bu cür müqavilənin məz-

munundan aydın şəkildə görünür ki, əgər onun icrası müddəti pozularsa, onda bu, alıcının ona marağının itmə-

sinə səbəb olur (MM-in 569.2-ci maddəsi). Məsələn, uşaq oyunjaqları istehsal edən müəssisə ilə (satıcı ilə) alqı-

satqı ilə məşğul olan hər hansı firma (alıcı) arasında yeni il şənliklərinə kimi dekabr ayının 20-də bir partiya ye-

ni il yolkası göndərmək barədə müqavilə bağlanılır. Bu, qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti 

ilə bağlanan müqaviləyə ən yaxşı misaldır. Aydındır ki, yeni ildən sonra alıcıların yolka oyunjaqlarına marağı 

itəjəkdir. Ona  görə də bu cür müqavilədə müqavilənin qəti müəyyənləşdirilmiş müddətə icra edilməsi xüsusi 

ə

həmiyyətə malik olur. Bunun üçün də satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət 



keçdikdən sonra həmin müqaviləni icra edə bilməz. Bununla belə, həmin müqavilənin icra edilməsi istisna edil-

mir. Lakin bunun üçün zəruridir ki, müqavilənin icrasına alıcı razılıq versin (MM-in 569.2-ci maddəsi). 

MM-in 569.2-ci maddəsində nəzərdə tutulan qayda bizim mülki qanunvericilikdə yeni haldır. Xarici hüquq 

sistemlərində  bu  qaydadan  geniş  surətdə  istifadə  edirlər.  Həmin  qayda  keçmiş  Sovet  ttifaqının  xarici  ticarət 

dərəcəsində tətbiq edilirdi. Keçmiş Qarşılıqlı  qtisadi Yardım Şurasının sənədlərində icra olunma şərti qəti ola-

raq müəyyən edilən müqavilə növü nəzərdə tutulmuşdu. 



 

458


Müqavilədə tərəf kimi çıxış edən satıcı müqaviləni qəti olaraq müəyyən edilən müddətdə icra  etmədikdə, 

yəni müqavilənin icra müddəti barədə şərtini pozduqda alıcının ixtiyarı var ki, icranın qəbulundan imtina et-



sin və zərərin əvəzinin ödənilməsini tələb etsin (MM-in 445.8-ci maddəsi).  

Müqavilənin müddəti tərəflərin razılığı ilə təqvim tarixi ilə, illər, aylar, həftələr, günlər və saatlarla hesabla-

nan vaxtın keçmə müddəti ilə, hökmən baş verməli olan hadisəni göstərməklə və yaxud tələbetmə məqamı 

ilə müəyyən edilir. 



6. Müqavilənin forması 

Alqı-satqı müqaviləsinin forması MM ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də müqavilənin forması əqd-

lərin forması barədə ümumi müddəalarla tənzimlənir (MM-in 329-334-cü maddələri).  

Alqı-satqı  müqaviləsi  üç  formada  bağlanılır:  şifahi  formada;  sadə  yazılı  formada;  notarial  formada

Müqavilənin hansı formada bağlanması müqavilənin predmetindən; müqavilənin subyekt tərkibindən; müqavi-

lənin qiymətindən asılı deyildir. Alqı-satqı müqaviləsinin hansı formada bağlanması iki məsələdən asılı olaraq 

həll edilir: tərəflərin qarşılıqlı razılığından; qanunda ifadə edilən göstərişdən. Alıcı və satıcının qarşılıqlı razılığı 

ilə alqı-satqı müqaviləsi həm şifahi formada, həm də sadə yazılı formada bağlana bilər. Onların qarşılıqlı razılı-

ğ

ı ilə alqı-satqı müqaviləsinin həm də notarial formada bağlanması mümkündür, bu şərtlə ki,  qanunda başqa 



hal müəyyənləşdirilməsin.    

Alqı-satqı müqaviləsinin notarial formada bağlanması notariusun və  ya  bu  cür notarial hərəkəti  yerinə 

yetirməyə  hüququ  çatan  digər  vəzifəli  şəxsin  təsdiqləyici  qeyd  etməsini  ifadə  edir.  Bu  müqavilənin  notarial 

qaydada təsdiqlənməsi MM-də göstərildiyi hallarda məcburi olur. Məsələn, daşınmaz əşyaların alqı-satqısı 

haqqında yazılı formalı müqavilə notarial qaydada təsdiqləndikdə etibarlı sayılır (MM-in 647-ci maddəsi; 394-

cü maddəsi). 

Bununla bərabər,  alqı-satqı müqaviləsində çıxış edən tərəflərdən hər hansı birinin tələbi ilə yox, yalnız 



onların qarşılıqlı razılığı ilə alqı-satqı müqaviləsi, həmin müqavilə növü üçün MM-də notarial forma nəzərdə 

tutulmasa da, notarial qaydada təsdiqlənə bilər (MM-in 329.1-ci maddəsi). 

Elə alqı-satqı müqavilə növləri vardır ki, qanun həmin müqavilələrdən irəli gələn mülkiyyət hüququnun döv-

lət  qeydiyyatına  alınmasının  məcburiliyi  barədə  qayda  müəyyən  edir.  Qanunun  müəyyən  etdiyi  bu  tələbə 

ə

məl  edilməməsi  müqavilənin  etibarsızlığına  səbəb  olur.  Məsələn,  daşınmaz  əşyaların  alqı-satqısı  müqaviləsi 



ə

sasında əmələ gələn mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır (MM-in 

647-ci maddəsi). 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə