MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə72/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   68   69   70   71   72   73   74   75   ...   91
§ 3. Alqı-satqı müqaviləsinin məzmunu 

1. Satıcının hüquq və vəzifələri 

Alqı-satqı müqaviləsi əsasında öhdəlik hüquq münasibəti əmələ gəlir ki, bu, hər bir hüquq münasibəti kimi 

quruluşja  dörd  elementdən  (tərkib  hissəsindən)  ibarətdir:  hüquq  münasibətinin  subyekt  tərkibi;  subyektlərin 

subyektiv hüququ; subyektlərin subyektiv vəzifəsi; hüquq münasibətinin obyekti. Subyektlərin malik olduqları 

subyektiv hüquq və daşıdıqları vəzifələr hüquq münasibətlərinin məzmununu təşkil edir. Belə təsəvvür yaranır 

ki, alqı-satqı müqaviləsində tərəf qismində çıxış edən subyektlərin hüquq və vəzifələri müqavilənin məzmu-



nunu əmələ gətirir

Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alqı-satqı müqaviləsində nə-

zərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya 

verməyə borcludur (MM-in 568.1-ci maddəsi). 

Satıcının  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulan  əşyanı  alıcıya  vermək  vəzifəsi  qanunda  nəzərdə  tutulan 



hərəkətlərin edilməsini, bir sıra tələblərə (şərtlərəəməl olunmasını əhatə edir. Yalnız bu tələblərə riayət 

edilməsi  satıcının  əsas  vəzifəsinin  –  əşyanın  alıcının  mülkiyyətinə  verilməsi  vəzifəsinin  gerçəkləşdirilməsini 

şə

rtləndirir. Onu da qeyd etmək zəruridir ki, bu tələblərin (şərtlərin) əksəriyyəti Vyana konvensiyasından iqti-



bas edilmişdir. Göstərilən tələblərə (şərtlərə) daxildir: 

  əşyanın  təhvil  vermək  yolu  ilə  və  ya  alıcının  ixtiyarına  vermək  yolu  ilə  alıcıya  çatdırılması  (MM-in 



570.1-ci və 570.2-ci maddələri); 

 əşyanın yardımçı əşya ilə, habelə əşyaya aid olan sənədlərlə birlikdə verilməsi (MM-in 568.2-ci maddə-



si); 

 əşyanın üçüncü şəxslərin hüquqlarından azad şəkildə verilməsi (MM-in 572-ci maddəsi); 



 satılan əşyanın nəzərdə tutulan miqdarda verilməsi (MM-in 577-ci maddəsi); 

 satılan əşyanın tərəflərin razılığı ilə əyyən edilən çeşiddə verilməsi (MM-in 579-cu maddəsi); 



 satılan əşyanın alqı-satqı müqaviləsində nəzərdə tutulan keyfiyyətdə verilməsi (MM-in 581-ci maddəsi); 

  satılan  əşyanın  müqavilənin  komplektlik  haqqında  şərtlərinə  uyğun  gəlməklə,  yəni  komplektləşdirici 



məmulatlarla birlikdə verilməsi (MM-in 590-jı maddəsi); 

 

459


 müqavilədə nəzərdə tutularsa, malın komplekt (dəst) şəklində verilməsi (MM-in 591-ci maddəsi); 

 əşyanın alıcıya tara və qabda verilməsi (MM-in 593-cü maddəsi). 



1.1. Əşyanın alıcıya təhvil vermək yolu ilə və ya 

alıcının ixtiyarına vermək yolu ilə alıcıya çatdırılması 

Əş

ya alıcıya satıcı tərəfindən MM-in 570-ci maddəsində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi yolu 



ilə verilir. Həmin yollara aiddir: 

 satılan əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verilməsi yolu; 



 satılan əşyanın alıcının ixtiyarına verilməsi yolu; 

 satılan əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya (nəqliyyat təşkilatına) təhvil verilməsi yolu; 



 satılan əşyanın alıcıya çatdırılmaq üçün rabitə təşkilatına təhvil verilməsi yolu. 

Göstərilən dörd yolla satılan əşyanın alıcıya verilməsi anı (məqamı) satıcının əşyanı vermək vəzifəsinin 

icrası anı (məqamı) hesab edilir. Bu üsulların seçilməsi əşyanı daşımaq vəzifəsinin kimə həvalə edilməsindən, 

həmçinin öhdəliyin icra yerindən asılı olaraq müəyyən edilir. Əgər müqavilə ilə satılan əşyanı çatdırmaq vəzifə-

si satıcıya həvalə edilərsə, onda əşyanı alıcıya və  ya onun  göstərdiyi şəxsə təhvil verməklə o, özünün əşyanı 

verməkdən ibarət olan əsas vəzifəsini icra etmiş olur. Belə halda təhvil verilmə məqamı satıcının əşyanı ver-

mək vəzifəsinin icrası anını (məqamını) şərtləndirir (MM-in 570.2-ci maddəsi). Əgər əşya alıcıya və ya onun 

göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilərsə, onda əşyanın alıcının ixtiyarına verildiyi məqam satıcının əşya-

nı vermək vəzifəsinin icrası məqamı olajaqdır (MM-in 570.1.2-ci maddəsi.). Lakin əşyanın alıcının ixtiyarına 

verilmiş sayılması üçün qanun iki şərtə əməl olunması qaydasını müəyyən edir. Birinci şərt ondan ibarətdir 

ki, əş

ya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olmalıdır. Malın (əşyanın) ve-

rilməyə hazır olması dedikdə onun nişanlanma (damğalanma) yolu ilə və ya başqa şəkildə müqavilənin məqsəd-

ləri üçün eyniləşdirilməsi başa düşülür. Bu cür eyniləşdirmə malı nişanlamaq (damğalamaq) və ya onun tara və 

qabını nişanlamaq yolu ilə həyata keçirilir.  kinci şərt ondan ibarətdir ki, müqavilənin şərtlərinə uyğun surətdə 



alıcı bundan xəbərdar olmalıdır.  

Ə

gər alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi irəli gəl-



məzsə, belə halda satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabi-

tə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM-in 570.2-ci maddəsi). 

Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı barədə MM-in 570-ci maddəsi dispozitiv xarakter daşıyır. 

Bu onu ifadə edir ki, tərəflər bu barədə ayrı qayda da nəzərdə tuta bilərlər. 

Alıcının olduğu yerdə təhvil verilməklə malın ona verilməsi və malın olduğu yerdə alınması aktla, alıcının 

verdiyi qəbzlə və digər sənədlərlə təsdiqlənir. Mal daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildikdə isə yük 

qaiməsi, konosament, poçt qəbzi və s. sənədlər verilir. 

Satıcının əşyanı vermək vəzifəsinin icrası həmin əşya üzərində mülkiyyət hüququnun, habelə əşyanın tə-

sadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi ilə bağlı və əlaqəlidir. Qanun mül-

kiyyət hüququnun alıcıya (əldə edənə) keçməsi anını əşyanın növündən asılı olaraq müəyyən edir. Daşınmaz 

ə

mlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan 

ə

ldə  edənə,  yəni  alıcıya  keçir  (MM-in  178.1-ci  maddəsi).  Belə  təsəvvür  yaranır  ki,  alqı-satqı  müqaviləsinin 

predmetini daşınmaz əşya təşkil edərsə, alıcının həmin əşya üzərində mülkiyyət hüququ əldə etməsi anı (mül-

kiyyət hüququnun keçməsi məqamı) daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla müəyyən edilir və 

şə

rtlənir. MM-in 152.10-cu maddəsinə görə əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, 



ə

gər MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. MM-in 571.1-

ci maddəsi isə müəyyən edir ki, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsa-

düfən məhv olması və ya zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzi-

fəsinin icra etmiş sayıldığı andan alıcıya keçir. Deməli, daşınmaz əmlakın təsadüfən məhv olması və ya 

təsadüfən  zədələnməsi  riski  onun  dövlət  reyestrində  qeydə  alındığı  (mülkiyyət  hüququnun  satıcıdan  alıcıya 

keçməsi) anla yox, alqı-satqı müqaviləsinə uyğun olaraq satıcının əmlakı alıcıya vermək vəzifəsini icra etmiş 



sayıldığı anla müəyyən edilir.  

Daşınar əşyaya gəldikdə isə, MM-in 181.1-ci maddəsinə görə, satıcı bu cür əşyaya sahibliyi həqiqi hüquq 

ə

sasında alıcıya verdikdə, alıcının həmin əşya üzərində mülkiyyət hüququ əmələ gəlir. Sahiblik əşyanın özü-

nün verilməsi ilə verilir: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi və ya əşyaya dolayı sahibliyin müqa-

vilə üzrə verilməsi (bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər) əşyanın verilməsidir (MM-in 

181.2-ci maddəsi). Belə təsəvvür yaranır ki, daşınar əşyanı satıcı alıcıya təhvil verməklə, habelə onu alıcının 

ixtiyarına verməklə həmin əşyaya sahibliyi alıcıya verir və bu an həm mülkiyyət hüququnun satıcıdan alıcıya 

keçməsi məqamı, həm də satıcının əşyanı vermək vəzifəsinin icrası məqamıdır. Deməli, daşınar əşyanın təsa-

düfən məhv olması və ya təsadüfən zədələnməsi riski satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıl-


 

460


dığı andan,  yəni mülkiyyət hüququnun alıcıya keçməsi anından alıcıya keçir. Belə halda, daşınmaz əşyadan 

fərqli olaraq risk mülkiyyət hüququnun alıcıya keçməsi anı ilə şərtlənir. 



Yolda olan vaxt satılmış daşınar əşya barəsində riskin keçməsi haqqında qanun başqa qayda müəyyən edir. 

Belə halda, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski alqı-satqı müqaviləsinin bağ-



landığı andan alıcıya keçir (MM-in 571.2-ci maddəsi). Deməli, bu cür əşyalar üzrə riskin alıcıya keçməsi mü-

qavilənin bağlanma məqamı ilə şərtlənir. MM-in 571.2-ci maddəsi dispozitiv xarakterə malikdir. Belə ki, alqı-

satqı müqaviləsində riskin keçməsi barədə tərəflərin razılığı ilə ayrı qayda da nəzərdə tutula bilər. Riskin keç-

məsi ilə əlaqədar münasibətlər işgüzar dövriyyə adətləri ilə də tənzimlənə bilər. 

Elə hallar da olur ki,  yolda olduğu vaxt satılmış əşyanın təyinat məntəqəsinə çatdırılması zamanı bir neçə 

nəqliyyat  təşkilatından  (daşıyıcıdan)  istifadə  olunur.  Bu,  xüsusən  malın  uzun  müddət  daşınması  tələb  olunan 

hallarda lazım olur. Məsələn, malın daşınması nəqliyyat vasitələrinin müxtəlif növlərindən - dəniz nəqliyyatın-

dan, dəmir yolu nəqliyyatından, avtomobil nəqliyyatından və s. istifadə edilməklə həyata keçirilir. Belə halda 

yolda olan satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcı-

ya təhvil verildiyi andan alıcıya keçməsi barədə tərəflər razılığa gələ bilərlər. Lakin bu müqavilə şərti alıcı-

nın tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bu o vaxt mümkün olur ki, müqavilənin bağlandı-

ğ

ı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilmiş olsun (və ya bunu bilməli idi) və bu barədə alıcıya 



məlumat verməsin (MM-in 571.3-cü maddəsi). 

Satıcının əş



yanı vermək vəzifəsini icra etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, əşyanı 

vermək vəzifəsinin icra edilməməsinə görə satıcı məsuliyyət daşıyır. Başqa sözlə desək, əgər satıcı satılmış əş-

yanı  alıcıya  verməkdən  imtina  edərsə,  alıcı  alqı-satqı  müqaviləsinin  icrasından  imtina  edə  bilər  (MM-in 

575.1-ci maddəsi). 

Alqı-satqı müqaviləsinin predmeti fərdi əlamətləri ilə müəyyən edilən əşya olduqda, satıcının əşyanı vermək 

vəzifəsinin icra edilməməsi digər (bundan fərqli) hüquqi nəticəyə səbəb olur. Belə halda kreditor (alıcı) fərdi 

ə

lamətləri ilə müəyyən edilən həmin əşyanın borclunun (satıcının) əlindən alınmasını və öhdəlikdə nəzərdə tu-



tulmuş  şərtlərlə  ona  verilməsini  tələb  edə  bilər  (MM-in  452.1-ci  maddəsi).  Deməli,  satıcı  fərdi  əlamətləri  ilə 

müəyyən edilən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcını öhdəliyin natura formasında icra olunması üçün 

məjbur edə bilər.  

1.2. Əşyanın yardımçı əşya ilə birlikdə verilməsi 

Satıcının  əşyanı  vermək  vəzifəsinə  daxil  olan  tələblərdən  (şərtlərdən)  biri  onun  əşyanı  yardımçı  əşya  ilə 



birlikdə, eyni vaxtda verməsindən ibarətdir. Satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun yardımçı əşyasını 

verməyə borcludur (MM-in 568.2-j maddəsi).  

Təyinatı baş əşyaya xidmət etməkdən ibarət olan və onunla ümumi təsərrüfat və sair təyinat məqsədləri üçün 

ə

laqədar  olan  əşyaya  yardımçı  əşya  deyilir.  Yardımçı  əşyanın  əsas  təyinatı  baş  (əsas)  əşyanın  təyinatını  ta-



mamlamaqdan ibarətdir. Təsərrüfatın daimi aparılması, əsas (baş) əşyanın istifadəsi və ya saxlanılması üçün nə-

zərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar yardımçı əşyalar hesab edilir (MM-in 135.11-ci maddəsi). 

Məsələn, şəkilin çərçivəsi, qol saatının bilərziyi (qolbağı), avtomobilin komplekt açarları, elektrik üzqırxanının 

qabı, ayaq xizəyinin ağajı, kompüterin örtüyü və s. yardımçı əşyalara misal ola bilər. 

Ə

sas (baş) və yardımçı əşyaları mürəkkəəşya hesab etmək olmaz. Mürəkkəb əşya odur ki, bu cür əşya 



müxtəlif növlü əşyaları ümumi təyinat üzrə istifadə edilməsi məqsədi ilə vahid tam halında birləşdirir. Mürək-

kəb əşyaya misal olaraq yeməkxana servizini (qab-qajaq dəstini), ailə kəndli təsərrüfatının əmlakını, mebel qar-

niturunu (dəstini) göstərmək olar. 

Yardımçı əşyanı əsas (başəşyanın nə tərkib, nə də ki ehtiyat hissəsi hesab etmək olar. Yardımçı əşya-

dan fərqli olaraq tərkib hissəsi əşya ilə konstruktiv (quruluşja) əlaqədə olur. Məsələn, avtomaşının müxtəlif de-

tal və mexanizmləri (rama, ban, mühərrik və s.) onun tərkib hissələridir. Əsas əşya ilə konstruktiv (quruluşja) 

ə

laqədə olan hər hansı bir detalı yardımçı əşya hesab etmək olmaz. Yardımçı əşya baş əşya ilə konstruktiv 



ə

laqədə olmur. Yalnız ümumi təsərrüfat təyinatı yardımçı əşya ilə əsas əşyanı birləşdirir. 

Yardımçı əşya əsas əşyanın ehtiyat hissələrindən də fərqlənir. Ehtiyat hissələrinin təyinatı əsas əşyanın tər-

kib hissəsi olan detalları zərurət olduqda əvəz etməkdən ibarətdir. Məsələn, maşının ehtiyat təkərləri onun ehti-

yat hissələrindən biridir.  

Satıcının əşyanı onun yardımçı əşyası ilə bir vaxtda alıcıya verməsini nəzərdə tutan MM-in 568.2-ci maddəsi 

dispozitiv xarakterə malikdir. Bu onu ifadə edir ki, alqı-satqı müqaviləsində tərəflərin razılığı ilə ayrı qayda da 

nəzərdə tutula bilər.  

Satıcının əşyanı onun yardımçı əşyası ilə birlikdə bir vaxtda alıcıya verməsi vəzifəsinin yerinə yetirilməmə-



si müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, əgər satıcı verməli olduğu əsas əşyanı ona aid yardımçı əş-

ya ilə birlikdə alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı yardımçı əşyanın verilməsi üçün satıcıya 



 

461


ağlabatan müddət verir. Satıcı yardımçı əşyanı göstərilən müddətdə vermədikdə, alıcı əşyadan imtina edə və 

müqaviləni xitam edə bilər (MM-in 576-jı maddəsi). MM-in 576-jı maddəsində nəzərdə tutulan qayda dispo-

zitiv xarakterə malikdir, yəni müqavilədə tərəflərin razılığı ilə başqa qayda da nəzərdə tutula bilər. 



1.3. Əşyanın ona aid olan sənədlərlə verilməsi 

Satıcının əsas vəzifəsinə daxil edilən şərtlərdən biri odur ki, o, satdığı əşyanı əşyaya aid olan sənədlərlə bir-

likdə verməlidir. Belə ki, satıcı əşyanı əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sə-

nədləri ilə birlikdə verməyə borcludur (MM-in 568.2-ci maddəsi). Belə təsəvvür yaranır ki, satılan və alıcıya 

verilən  əşyaya  aid olan  sənədlərin dairəsi ya normativ aktla, ya da ki alqı-satqı müqaviləsi ilə  müəyyə

edilir. Məsələn, « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununa görə (10-cu maddənin 4-cü 

bəndi) vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin mü-

ə

yyən edildiyi malları göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda Azərbayjan Respublika-



sında satmaq və istifadə etmək olmaz. Məhsulların sertifikatlaşdırılması ilə bağlı məsələlər Nazirlər Kabinetinin 1 

iyul 1993-cü il tarixli 343 saylı qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə ilə 

müəyyən edilir.  

Əş

yaya aid olan sənədlər dedikdə satılan əşyanın keyfiyyət (uyğunluq) sertifikatı, istismar təlimatı, texniki 

pasport və digər sənədlər başa düşülür. Keyfiyyət (uyğunluq) sertifikatı sertifikatlaşdırma sisteminin qaydala-

rına müvafiq surətdə nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun (malın) konkret standarta və ya digər 

normativ sənədə uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən sənəddir.  stismar təlimatı satılan 

əş

yadan normal istifadə edilməsini təmin edən müvafiq məlumatları əks etdirən sənəddir. Bu sənəd olmadan əş-



yadan  istifadə  edilməsi  mümkün  olmur.  stismar  təlimatı  xüsusi  ilə  texniki  cəhətdən  və  quruluşja  mürəkkəb 

olan əşyaların istifadəsində mühüm rola və əhəmiyyətə malik olur. Məsələn, texniki cəhətdən mürəkkəb konst-

ruksiyaya malik olan müxtəlif cür sənaye avadanlıqları və radio-tele aparatlar bu cür əmlak hesab edilir.  

Satılan əşyanı müşayiət edən və ona aid olan sənədlərdən biri malın (məhsulun) keyfiyyət standartıdır. Məh-



sulun keyfiyyət standartı dedikdə məhsulun keyfiyyətinə qoyulan tələbləri dürüst və qısaja ifadə edən norma-

tiv-texniki sənəd başa düşülür. Bununla belə, həmin standartlar keyfiyyətə nəzarət vasitəsi kimi istifadə oluna 

bilər. 

Satılan əşyalara aid edilən sənədləri vermək vəzifəsini yerinə yetirməməyə görə satıcı məsuliyyət daşıyır



Belə ki, həmin vəzifənin həyata keçirilməməsi əşyaya aid yardımçı əşyanı vermək vəzifəsinin icra edilməmə-

sində olduğu kimi analoji nəticələrə səbəb olur. Satıcı verməli olduğu sənədləri alıcıya verməzsə və ya bundan 

imtina edərsə, onda alıcı həmin sənədlərin verilməsini tələb edə bilər. Bu tələbin icrası üçün o, ağlabatan 

müddət təyin edir. Təyin olunmuş ağlabatan müddətdə satıcı əşyaya aid  sənədləri vermədikdə alıcı əşyadan 

imtina edir (MM-in 576-jı maddəsi). Bununla alqı-satqı müqaviləsi xitam edilir

Əş

yaya aid sənədləri vermək vəzifəsinin icra edilməsi barədə satıcı və alıcı arasında razılığa görə ayrı qayda 



da nəzərdə tutula bilər.  

1.4. Satıcının üçüncü şəxslərin hüquqlarından azad 

   şəkildə əşyanı vermək vəzifəsi 

Satıcı əşyanı alıcının mülkiyyətinə verərkən alıcının hüquqlarını təmin etməyə borcludur. Bunun üçün qanun 



satıcıya əşyanı üçüncü şəxslərin həmin əşyaya olan hər hansı bir hüququndan və iddiasından azad şəkil-

də vermək vəzifəsi həvalə edir. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq 

verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad şəkildə əşya verməyə borcludur 

(MM-in 572.1-ci maddəsi).  

Üçüncü şəxslər dedikdə alqı-satqı müqaviləsində satıcı və alıcı (tərəf) rolunda çıxış etməyən subyektlər başa 

düşülür. Üçüncü şəxslərin hüquqları dedikdə isə mülki qanunvericiliklə (MM-in 2.2-ci maddəsi) tənzimlənən 

ə

mlak hüquqları başa düşülür. Əmlak hüquqları isə həm əşya hüquqları (mülkiyyət hüququ və digər məhdud əş-



ya hüququ), həm də öhdəlik hüquqları (girovsaxlayanın hüquqları, ijarəyəverənin hüquqları və s.) növündə ola 

bilər.  ddia isə üçüncü şəxsin əşyaya olan hüquqları barədə tələbini ifadə edir. Məsələn, üçüncü şəxsin satıcıya 

ə

mlakın alınması barədə vindikasiya iddiası verməsi iddianı ifadə edir. 



Üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı satıcı alıcıya sata bilməz.  Lakin qanun bu qaydadan 

müəyyən istisnaya yol verir. Belə ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə ra-

zılıq verdiyi halda, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olmayan əşya verə bilər (MM-in 572.1-ci 

maddəsi).  Belə  təsəvvür  yaranır  ki,  alıcının  razılığı  yüklü  olan  əşyanın  satıcı  tərəfindən  ona  verilməsinin 

məcburi tələbi və şərtidir. 

Satıcının üçüncü şəxslərin hüquqlarından azad şəkildə əşya verməsi onu ifadə edir ki, satıcı alqı-satqı müqa-

viləsi üzrə alıcının mülkiyyətinə verdiyi satılan əşya üzərində titul sahibliyinə (yəni hüquqi əsası olan, qanu-

na əsaslanan sahibliyə) malik olmalıdır. Əgər satıcının əşya üzərində sahibliyi titul sahibliyi (hüquqa əsasla-


 

462


nan) olmazsa, bu, satılan əşyanın hüquqi qüsura malik olmasını nümayiş etdirir. Hüquqi qüsura malik olan 

əş

ya  üzərində  isə  alıcı,  şübhəsiz  ki,  üçlük  (sahiblik,  sərənjam  və  istifadə)  səlahiyyətini  həyata  keçirə  bilməz. 



Beləliklə, əşyanın alqı-satqı müqaviləsinin predmeti ola bilməsi üçün zəruridir ki, o, təkjə texnoloci-konstruk-

tiv, təbii-fiziki keyfiyyətlərə malik olmalı deyil, yəni bu əşya yalnız fiziki cəhətdən qüsursuz olmamalıdır. Bu-

nun üçün həm də lazımdır ki, satıcı həmin əşya üzərində titul sahibliyinə malik olsun, yəni onun əşya üzərində 

qazandığı mülkiyyət hüququnun möhkəm hüquqi əsası (titulu) olsun. Başqa sözlə desək, satıcının satdığı əşya 

üçüncü şəxslərin hüquqlarından azad olan əşya olmalıdır. 

Satılan əşyanın üçüncü şəxslərin hüquqları ilə (əşya və ya öhdəlik hüquqları ilə), habelə iddiaları ilə yüklü 

olması, yəni onun üçüncü şəxslərin hüquqlarından azad olmaması və bu cür əşyanın alıcıya verilməsi əyyə


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə